Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2204/2024 17.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlu sədrliyi ilə, Hakimlər: Kərimova Mahirə Nəzər qızı və X1 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxsTaleh oğlunun iştirakları ilə, xx.xx.2002-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" ASC-də çilingər işləyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Çölquşçu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-2204/2024 saylı cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: 30 avqust 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-2204/2024 saylı cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 26 aprel 2024-cü il tarixdə Nizami rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən başlanaraq icraata qəbul olunmuş və 23 avqust 2024-cü il tarixdə ittiham aktının tərtib edilməsi ilə yekunlaşdırılmışdır. Cinayət işi 24 avqust 2024-cü il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və dövlət ittihamçısı yazılı vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla müddətinin uzadılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.3.5-ci maddəsinə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktında ittihamın irəli sürülməsinin təsdiq edilməməsi kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-nin 290.3-cü maddəsinə əsasən, cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab etdikdə ittiham aktını təsdiq edir. CPM-nin 292.1-ci maddəsinə əsasən, ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ittiham aktını “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirir. Tərəfindən cinayət işi materialları ilə tanış olunarkən cinayət işi üzrə iş materiallarına əlavə edilmiş ittiham aktının birinci səhifəsində “Təsdiq edirəm, Nizami rayon prokuroru, baş ədliyyə müşaviri, Pərviz İbayev” sözlərinin ətrafında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun imzası müşahidə olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, həmin ittiham aktının səhifələrində gücləndirilmiş elektron imza ilə təsdiq olunmanın rekvizitləri öz əksini tapmamış, ittiham aktı “Elektron məhkəmə” informasiya sistemində təsdiq olunmuş formada yerləşdirilməmişdir. Qeyd olunanlar, bilavasitə CPMnin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur” və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 290 və 292-ci maddələrinin tələblərinə uyğun təsdiq edilməmişdir və göstərilən hal məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 303.3.5-ci maddəsinə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktında ittihamın irəli sürülməsinin təsdiq edilməməsi kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 çıxış edərək bildirmişdir ki, cinayət işinin materiaları ilə tanış olarkən müvafiq ittiham aktının prokuror tərəfindən təsdiq edilməməsi müəyyən edilmişdir. Ona görə də, hazırki halda dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin olunaraq cinayət işinə baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosesaul rəhbərliyi həyata keçirən prokurora qaytyarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs çıxış edərək müdafiəçisinin fikri ilə razı olduğunu, barəsində olan cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosesaul rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, dövlət ittihamçısının bu vəsatəti ilə bağlı müzakirə apararaq və proses iştirakçılarının həmin vəsatətə münasibətini aydınlaşdıraraq belə qərara gəlir ki, vəsatət əsaslı olduğundan təmin olunmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntusuna yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən cinayət işi üzrə iş materiallarına əlavə edilmiş ittiham aktının birinci səhifəsində “Təsdiq edirəm, Nizami rayon prokuroru, baş ədliyyə müşaviri, Pərviz İbayev” sözlərinin ətrafında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun imzası müşahidə olunmamış, həmçinin, həmin ittiham aktının səhifələrində gücləndirilmiş elektron imza ilə təsdiq olunmanın rekvizitləri öz əksini tapmamış, ittiham aktı “Elektron məhkəmə” informasiya sistemində təsdiq olunmuş formada yerləşdirilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, göstərilən hallar “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur” və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 290 və 292-ci maddəsinin tələblərinə uyğun olaraq prokuror tərəfindən təsdiq edilməmişdir. Qeyd olunan pozuntu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 290.3-cü maddəsinə əsasən, cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab etdikdə ittiham aktını təsdiq edir. Həmin Məcəllənin 292.1-ci maddəsinə əsasən, ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ittiham aktını “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə əsasən aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məhkəmənin hazırlıq iclasında baxılan məsələlərdən biridir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.5-ci maddəsinə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktında ittihamın irəli sürülməsinin təsdiq edilməməsi kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.5-ci, 303.4-cü, 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 14 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə uzadılsın. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin). Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər: Mahirə Kərimova Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-2204/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2204/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver