Məhkəmə qərarları › İş №1(101)-2208/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2208/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2208/2024 31.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X21 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan və 1 az yaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqla daşıyaraq gəzdirmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və odlu silahın ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan «Pehruz» adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, «Pehruz» adlı şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti istintaqa məlum olmayan ünvanda gizlədilmiş külli miqdarda 106,690 qram çəkidə narkotik vasitə heroini və 01 ədəd odlu silah hesab edilən tapançanı əldə etmək üçün xx.xx.2024-cü il tarixdə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid2 guya yaşadıqları həyətdə əkdikləri tərəvəzlərin yetişdiriməsində istifadə etmək məqsədilə sifariş verdiyi dərmanı götürmək üçün onunla getməsini bildirib sonuncu ilə birlikdə həmin gün saat 18:00 radələrində ünvan 4 ünvanın yaxınlığına gedərək orada hər hansı qanunsuz əşya olmasından xəbərsiz olan Şahid2 narkotik vasitə və odlu silahın qoyulduğu yeri göstərərək sonuncunun vasitəsilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 106,690 qram çəkidə narkotik vasitə heroini və 01 ədəd odlu silah hesab edilən tapançanı əldə edib, saxlamaqla daşıyaraq gəzdirmişdir. Nəsimi rayon polis idarəsinin 20ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:50-də ünvan 4 ünvanın qarşısında Şahid2 ilə birlikdə saxlanılaraq ünvan 5 ünvanda yerləşən 20-ci polis şöbəsinə aparılmış və orada üzərlərinə şəxsi axtarış keçirilən zaman götürdüyü sellofan torbanın içərisində narkotik vasitə və odlu silah deyil, tərəvəz yetişdirilməsində istifadə olunan dərman olduğunu zənn edən Şahid2 əlindəki sellofan torbanın içərisindən 01 bükümdə təmiz çəkisi 106,690 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 ədəd PC-2051 №li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1951-ci ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah hesab edilən həmin tapança aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək və istintaq zamanı verdiyi sonuncu ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında özünə məxsus “Ford” markalı avtomobilini Amil adlı şəxsə satmış və həmin alqı-satqıdan Amilin ona borcu qalmışdır. O, tutulmamışdan iki gün öncə dostu Binəqədi rayon ərazisində tutulmuş və həmin gün dostunun yanına getmişdir. xx.xx.2024-cü il tarixdə Amilin xalası oğlu kimi təqdim etdiyi şəxsdən pulu almaq üçün Nəsimi rayonu ərazisinə gəlmiş və Amilin xalası oğlu kimi təqdim etdiyi şəxs onu 3cü Mikrorayon dairəsinə çağırmışdır. 3-cü Mikrorayon dairəsinə gəldikdə həmin şəxs taksiyə ünvanı izah etmiş və onlar taksi ilə azadlıq prospektinə gəlmişlər. Orada o taksidən düşüb həmin şəxsi gözləyərkən polis əməkdaşları onu və Şahid2 tutmuşlar. Həmin vaxt həyat yoldaşı Şahid2 gəldikləri taksidə oturmuşdu və sonuncu onun polislər tərəfindən yerə yıxılıb maşına salınaraq aparıldığını gördükdə taksidən düşüb yanlarına gəlmişdir. Bundan sonra onların hər ikisini tutub maşına salaraq 20-ci polis şöbəsinə aparmışlar. Polis bölməsində onun telefonu ilə kiminləsə danışıb ondan narkotik vasitəni və silahı boynuna götürməyi tələb etmişlər. Orada onu döyərək narkotiki və silahı boyuna götürsə həyat yoldaşını buraxacaqlarını bildirmişlər və onu həmin günü gecə saat 2-dək döymüşlər. O da həmin narkotik vasitəni və silahı boynuna götürərək çəkiliş zamanı Şahid2 həmin narkotik vasitədən və silahdan xəbəri olmadığını bildirmişdir. O, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiyini və çəkiliş zamanı onlar nə deyiblərsə, onu da təkrar etmişdir. Şahid2 isə ümumiyyətlə həmin məsələ barədə xəbəri olmamışdır. Daha sonra dediklərini boynuna götürməyinə baxmayaraq Şahid2 dərhal buraxmamışlar. Həmçinin, Nərimanov RPİ-də müstəntiq ona “narahat olma sizi buraxacağıq, instagramda rəy yazdığınıza görə sizi tutublar” deyə bildirmişdir. O bildirmişdir ki, həqiqətəndə instagramda dini şərh yazmışlar, lakin rəyi onun yoxsa, Şahid2 yazmasını xatırlamır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, Şahid2 ilə təxminən 6 ildir ki, dini kəbinlə ər-arvad münasibətindədirlər və onun Binə qəsəbəsindəki evində yaşayırlar. Təxminən 4-5 aydır ki, narkotik vasitə olan heroin istifadə edir. Bu müddət ərzində sosial şəbəkə vasitəsilə İran Respublikası vətəndaşı Pehruz adlı şəxslə tanış olmuşdur. Təxminən 4-5 gün əvvəl Pehruz ona borclu olduğu 300 manat əvəzində narkotik vasitə verəcəyini bildirmiş, həmin vaxt o, Binəqədi qəsəbəsinə getsə də, Pehruzun dediyi yeri tapa bilməmiş və narkotik vasitəni götürə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Pehruzla danışan zaman onun üçün narkotik vasitə qoyduğunu, bundan başqa əmanət tapança olduğunu, həmin narkotiki özü istifadəsi üçün götürməyini, tapançanı isə bir yerə qoyub şəklini və yerini ona göndərməyini bildirmiş və o da bununla razılaşmışdır. Pehruzun deyəcəyi yerə getmək üçün taksi sifariş vermiş, həmin vaxt həyat yoldaşı Şahid2 ondan hara getdiyini soruşaraq onunla birlikdə getmək istədiyini bildirmişdir. O da yalandan Şahid2 həyətdə əkdikləri tərəvəzlər üçün sifariş verdiyi dərmanı götürüb gələcəyini bildirmişdir. Şahid2 onunla birlikdə Pehruzun daha əvvəl bildirdiyi 3-cü mikrorayon dairəsi yaxınlığına getmiş və orada kafedə oturub yemək yemişlər. Lakin Pehruz narkotik və tapançanı qoyduğu yerin şəklini göndərməmiş, bir qədər sonra Pehruz ona həmin narkotik və tapançanın Nəsimi rayonu, Azadlıq prospektində yerləşən binalardan birinin blok qapısının arxasında olduğunu bildirmiş, həmin yerin və sellofan paketin şəklini göndərmişdir. Onlar taksi ilə həmin ünvana gəlmiş və birlikdə taksidən düşüb binaya yaxınlaşmışlar. Şahid2 ondan gec olduğunu və dərmanı götürüb evə qayıtmağı xahiş etmişdir. O, sonuncuya dərman verəcək olan şəxsin evdə olmadığını və dərmanı blokun qapısına qoyduğunu bildirmişdir. Həmin vaxt Şahid2 hicablı olduğu üçün sonuncudan heç kimin şübhələnməyəcəyini fikirləşərək Şahid2 blokun qapısının arxasında olan göy rəngli sellofan paketi götürməsini xahiş etmişdir. Sonuncu da dərmanı götürüb evə getmək istədiyi üçün ona etiraz etməmiş və blokun qapısına tərəf gedib qapının arxasında göy rəngli sellofan paketi götürərək çıxmışdır. Həmin vaxt binanın qarşısında 4 nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib polis şöbəsinə dəvət etmişlər. Orada onlara müdafiəçi təyin edilmiş və videoçəkilişlə axtarış və götürmə həyata keçirilmişdir. Axtarış və götürmə aparılmamışdan əvvəl onlardan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçiyə və videoçəkilişə etirazları olub-olmaması soruşulmuşdur. Bundan sonra o, üzərində olan qara rəngli telefonunu təqdim edərək başqa heç bir əşya olmadığı bildirmiş və onun üzərində başqa əşya aşkar edilməmişdir. Bundan sonra Şahid2 əlində olan göy rəngli sellofan paketi təqdim etmiş və paketin içərisində dərman olduğunu bildirmişdir. Paket açıldıqda içərisində şəffaf yapışqan lentlə bağlanmış bağlama aşkar edilmiş və bağlamanın içərisində bir ədəd tapança, bir ədəd bükümdə isə qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sonuncu həmin maddədən və silahdan məlumatı olmadığını və onun tərəvəz dərmanı zənn etdiyini bildirmişdir. O, həmin vaxt bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, İİRnın vətəndaşı Pehruz adlı şəxsin ona olan 300 manat borcu müqabilində ona verdiyini, tapançanı isə həmin şəxsin dediyi ünvana qoyub məlumat verməli olduğunu bildirmişdir. Bundan sonra həmin əşyalar qablaşdırılmış, möhürlənmiş və zərfin üzərində iştirakçıların imzası ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, narkotik vasitəni və tapançanı İİR-nın vətəndaşı Pehruz adlı şəxsdən əldə etmiş və şəxsi axtarış zamanı həyəcanlı olduğu üçün Pəhruz adlı şəxsin adını səhvən Cavid kimi bildirmişdir. O, Şahid2 təkid etdiyi üçün özü ilə gətirmiş, gələn zaman da yaşadıqları Binə qəsəbəsində meyvə-tərəvəz sahəsi üçün nəzərdə tutulan dərman satılmadığını, bu səbəbdən Bakı şəhərində bir tanışından əkdikləri pomidor-xiyar tərəvəzlərinin yetişməsi üçün dərman alacağını bildirmişdir. Pehruzun ona göndərdiyi ünvana çatdıqda isə Şahid2 guya ona dərman verəcək şəxsin evdə olmadığını və dərmanı yaşadığı binanın blokunun qapısının arxasına qoyduğunu bildirmişdir. O, daha əvvəl də Pehruzun göndərdiyi ünvana getmiş, lakin həmin vaxt da polis əməkdaşları tərəfindən tutula biləcəyindən qorxmuşdur. Şahid2 sellofan paketi götürməyi xahiş etməkdə məqsədi isə Şahid2 hicablı qadın olduğundan daha az şübhə yaradacağı olmuşdur. Narkotik vasitəni Pehruzun ona olan borcu müqabilində öz istifadəsi üçün götürəcək və silahı isə bir yerə qoyub şəklini çəkərək Pehruza göndərəcəkmiş. Həmçinin, bildirmişdir ki, yaşadığı mənzildə və başqa hər hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Saxlanılarkən və ya polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ifadələrində olan ziddiyyətlərin səbəbi isə onun polis idarəsində təziq altında verdiyi olmuş, onun saxlanılmasının əsas səbəbi instagram sosial şəbəkəsində qeyri rəsmi nikahda olan Şahid2 yazmış olduğu şərh ilə bağlıdır. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı narkotik vasitəni əldə etdiyi İİR-nın vətəndaşının adını həyəcanlı olduğu üçün Pəhruz əvəzinə Cavid olduğunu bildirmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən saxlanılarkən o, fiziki və psixi təyziqə məruz qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməsədə onun təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışı özündə əks etdirən DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən Fizuli adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməklə saxlaması və satması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 20-ci polis şöbəsinin əməliyyat müvəkkilləri X16, X9 və X12 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən yaşayış binasının qarşısında olarkən şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs və Şahid2 görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu və yanında olan Şahid2 Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə dəvət etmiş və etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən tərəfindən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçı Ayxan Məmmədova həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən ilk əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuşdur. Daha sonra isə Şahid2 şübhəli şəxs qismində tutulmuş və sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid2 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuş və sonuncu üzərində qanunsuz əşya olmadığını bildirib, 01 ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Şahid2 üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda sonuncu əynində olan gödəkcənin ciblərindən 01 ədəd mobil telefonu, 01 ədəd cərəyan naqilini və əlində olan göy rəngli torbadan 01 ədəd yapışqanla bağlanmış bağlamanı təqdim etmişdir. Şahid2 təqdim etdiyi bağlamada nə olması soruşulduqda, sonuncu bağlamada dərman olduğunu, lakin bağlamada nəyin olmasını dəqiq olaraq Təqsirləndirilən şəxs bildiyini demişdir. Sonuncudan torbada nə olması soruşulduqda, sonuncu torbada silah və narkotik vasitə olduğunu, onları «Vatsapp» mobil tətbiqi vasitəsilə tanış olub əlaqə saxladığı İİR-sı vətəndaşı «Cavid» adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini, əvvəllər həmin şəxsin ona 300 manat olan borcun əvəzində göndərdiyini, silahı isə başqa ünvana qoyaraq Cavidə məlumat verəcəyini bildirmişdir. Daha sonra bağlamaya baxış keçirilmiş, bağlamada olan sellofan torbada 01 ədəd tapança, digər sellofan torbada isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş və Şahid2 üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş tapança, narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlarda təqsirləndirilən şəxsin dinə münasibətdə şərhi ilə bağlı heç bir məlumat olmamışdır. Həmçinin istər saxlanılarkən, istərsə də polis şöbəsində təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərmiş ki, şəxsi axtarış zamanı Şahid2 əynində olan gödəkcənin ciblərindən 01 ədəd mobil telefonu, 01 ədəd cərəyan naqilini və əlində olan göy rəngli torbadan 01 ədəd yapışqanla bağlanmış bağlamanı təqdim etmiş, bağlamada Təqsirləndirilən şəxs ona bildirdiyi kimi dərman olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs torbada nə olması soruşulduqda isə, sonuncu torbada silah və narkotik vasitə olduğunu, onları «Vatsapp» mobil tətbiqi vasitəsilə tanış olub əlaqə saxladığı İİR-sı vətəndaşı «Cavid» adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini, əvvəllər həmin şəxsin ona 300 manat olan borcun əvəzində göndərdiyini, silahı isə başqa ünvana qoyaraq Cavidə məlumat verəcəyini bildirmişdir. Daha sonra bağlamaya baxış keçirilmiş, bağlamada olan sellofan torbada 01 ədəd tapança, digər sellofan torbada isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş və bundan sonra aşkar olunmuş tapança, narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid3 verilmiş suallara cavab olaraq bildirmiş ki, istər saxlanılarkən, istərsə də polis şöbəsində təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 300 manat pul veriləcəyindən sonuncu ilə birlikdə Azadlıq 93 ünvanına getmişlər. Həmin ünvana çatan zaman 30-40 nəfər polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb ona təyziq göstərməyə başlamış və onları Polis Şöbəsinə aparmışlar. Orada ona Təqsirləndirilən şəxs silah və narkotik kuryerliyi etdiyini və onların saxlanıldığı ünvana da silah və narkotik götürmək üçün getdiyini bildirilmişlər. Polis Şöbəsində videoçəkiliş ilə şəxsi axtarış və götürmə həyata keçirilmiş və təziq altında polis əməkdaşlarının onlar dediklərini olduğu kimi təkrarlamlşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 6 ildir ki, dini kəbinlə ər-arvad münasibətindədirlər və Binə qəsəbəsində birlikdə yaşayırlar. O, narkotik vasitə istifadə etməmiş və Təqsirləndirilən şəxs da narkotik maddə istifadə etdiyini görməmişdir. xx.xx.2024-cü il tarixdə sonuncu evlərinin həyətində əkdikləri tərəvəzlərə dərman almaq üçün şəhərə gedəcəkmiş. O, dərmanı haradan alacağını soruşduqda Təqsirləndirilən şəxs həmin dərmandan Binə qəsəbəsində olmadığını, bu səbəbdən şəhərdə kimdənsə alacağını bildirmişdir. O da həmin vaxt mağazaya gedəcəyi üçün sonuncu ilə getmək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs taksi çağırmış və şəhərə getmişlər. Qeyd etmişdir ki, sonuncu 2 gün əvvəl də dərman almağa getmiş, lakin əliboş qayıtmışdır. Daha sonra onlar 20 Yanvar metrosu yaxınlığında yemək yedikdən sonra başqa ünvana getmişlər. O, şəhəri tanımadığı üçün dəqiq olaraq hansı ünvana getdiklərini bilməmişdir. Lakin təxminən Semaşko xəstəxanasının yaxınlığı olduğunu bilmişdir. Onlar bir binanın qarşısında taksidən düşmüşlər və bu zaman Təqsirləndirilən şəxs həmin adamın evdə olmadığını və dərmanı qarşısında dayandıqları binanın blokunda yerləşdirdiyini bildirmişdir. O, bloka daxil olub blokun qapısının arxasında yerləşdirilmiş göy rəngli sellofan paketi götürmüş və həmin zaman sonuncu da onun yanında olmuşdur. Onlar blokdan çıxan zaman 4 nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onlara narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək polis bölməsinə aparmışlar. Orada onlara müdafiəçi təyin edilmiş və videoçəkilişlə axtarış və götürmə həyata keçirilmişdir. Axtarış və götürmə aparılmamışdan əvvəl onlardan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçiyə və videoçəkilişə etirazları olubolmamaları soruşulmuşdur. Bundan sonra şəxsi axtarış zamanı o, əlində olan göy rəngli sellofan paketi təqdim etmiş və paketin içərisində dərman olduğunu bildirmişdir. Paket açıldıqda içərisində şəffaf yapışqan lentlə bağlanmış bağlama və bağlamanın içərisində bir ədəd tapança, bir ədəd bükümdə isə qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, İİR-nın vətəndaşı Cavid adlı şəxsin ona olan 300 manat borcu müqabilində narkotiki ona verdiyini, tapançanı isə həmin şəxsin dediyi ünvana qoyub ona məlumat verməli olduğunu bildirmişdir. Bundan sonra həmin əşyalar qablaşdırılmış, möhürlənmiş və zərfin üzərində iştirakçıların imzası ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tələsdirdiyi üçün sonuncu dərmanın blokun qapısının arxasında olduğunu deyən zaman dərmanı o, gedib götürmüşdür. Sonuncu həmin ünvana gedərkən tanışından meyvə-tərəvəz üçün dərman alacağını bildirmiş və həmin paketdə narkotik və silah olacağından ümumiyyətlə məlumatı olmamışdır. Saxlanılarkən və ya polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmalarının əsas səbəbi instagram sosial şəbəkəsində “Axund Sərdar” haqqında edilmiş paylaşım ilə bağlı şərh yazması olmuşdur. Həmçinin, ona qarşı polis əməkdaşları tərəfindən fiziki təsir edilməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsi elan olunmaqla tədiqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 5-6 ilə yaxındır ki qonşuluqda yaşayır. Sonuncu və Şahid2 həmin vaxtdan kəbinlə ər-arvad münasibətində birlikdə yaşayırlar. Hər ikisi ilə normal qonşuluq münasibətləri olmuş, həm Təqsirləndirilən şəxs, həm də Şahid2 dindar, normal həyat tərzi keçirən insanlar olmuşlar. Təqsirləndirilən şəxs parniklərdə meyvə-tərəvəz əkini ilə məşğul olur, həyətlərində də xiyar, pomidor və sair meyvə-tərəvəz əkib satmaqla gündəlik dolanışıqlarını bu şəkildə təmin etmişdir. O, hətta sonuncudan bəzi tərəvəzlərin toxumunu götürüb özünə məxsus sahədə də əkmişdir. Təqsirləndirilən şəxs və Şahid2 narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Bir qonşu kimi Təqsirləndirilən şəxs demək olar ki, hər gün görmüş, Şahid2 isə evdən çölə çox çıxmadığı üçün sonuncunu çox görməmişdir. Nə Təqsirləndirilən şəxs, nə də Şahid2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmalarından şübhələnməmiş, elə bir hal olmamışdır. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 181-184-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 154-156-cı vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 172-173-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/2542 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №188» dairəvi möhür əksi, «(imza) Şahid2….» yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 106,690 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 106,690 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq- 106,490 qram. Cinayət işinin 1-ci cild 119-cu vərəqələrində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. Cinayət işinin 1-ci cild 113-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/911 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd PC-2051 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1951-ci ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Cinayət işinin 1-ci cild 236-237-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X24 xx.xx.2024-cü il tarixli 572 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 238-239-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3450 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə halları olub, müayinə zamanı sonuncuda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 109-123-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Realme” markalı mobil telefon, ekspertiza tədqiqatından sonra yerdə qalmış 106,490 qram narkotik vasitə olan heroin və 01 ədəd PC-2051 №-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1951-ci ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 206-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 82-ci vərəqəsində olan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PŞ-nin inzibati binasında saat 21:40-dan 22:30-a qədər Təqsirləndirilən şəxs və Şahid2 üzərlərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl onlara hüquq və vəzifələri izah edilmiş və üzərlərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman gödəkcəsinin sağ yan cibindən ekran hissəsi zədələnmiş 01 ədəd “Realme” markalı mobil telefonu təqdim etmiş, daha sonra Şahid2 isə 01 ədəd “iPhone 11” markalı mobil telefonu, həmin gödəkcənin sol yan cibindən ağ rəngli cərəyan naqilini və əlində olan üzərində “X31 Samutay Masters” sözləri yazılmış göy rəngli sellofan torbanın içərisində şəffaf yapışqan lentə bağlanmış bağlamanı təqdim etmişdir. Şahid2 təqdim etdiyi bağlamanın içərisində nə olduğu soruşulduqda həmin bağlamanı Təqsirləndirilən şəxsla birlikdə Azadlıq prospekti 82 ünvanından götürdüyünü və içərisində dərman olmasını lakin, daha dəqiq Təqsirləndirilən şəxs məlumatı olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində silah və narkotik vasitə olduğunu və onları “watsapp” mobil tətbiqi vasitəsi ilə tanış olaraq əlaqə saxladığı İİR-nın vətəndaşı “Cavid” adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini, həmin şəxsin ona 300 manat borcu olduğu üçün narkotik vasitəni ona borc müqabilində göndərdiyini və silahı isə Cavidin qeyd etdiyi ünvana qoyması üçün sonuncudan xəbər gözlədiyini bildirmişdir. Həmin torbaya baxış keçirilən zaman torbadan 01 ədəd bükümdə qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd üzərində “ПС 2051” yazıları olan fəmir materialdan hazırlanmış tapança aşkar olunmuşdur. Qeyd olunan 02 ədəd mobil telefon, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd tapança götürülərək qablaşdırılmış, “DİN” 188 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 2-ci cild 3-10-cu vərəqlərində olan, xx.xx.2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Realme C21” markalı mobil telefonun “Whatsapp” tətbiqetməsində ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə “mehtiyev” adlı istifadəçi ilə +98-***-***-**-** mobil telefon nömrəsinin məxsus olduğu “Pehruzd meyve” adlı istifadəçi arasında səsli mesajlar olmuş, lakin “mehtiyev” adlı istifadəçi tərəfindən bu mesajlar silinmişdir. Daha sonra Təqsirləndirilən şəxs “mehtiyev” adlı istifadəçisinin özünün olduğunu, “Pehruzd meyve” adlı istifadəçinin isə İİR-nın vətəndşı kimi tanıdığı, heroin və tapançanı göy rəngli sellofan torbada ünvan 7 ünvanında yerləşən binanın girişinə qoyulmasını tapşıran şəxsin olduğunu bildirmişdir. “Whatsapp” tətbiqetməsində “Pehruzd meyve” adlı istifadəçi yəməxsus +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə narkotik vasitə heroin və silah olan torbanın yerləşdirildiyi ünvanın həm fotoşəkilləri həm də, məkan funksiyası ilə konum göndərilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-6304/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbs olunan xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı şəhər Nərimanov RPİ-nin 50/2-28367 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı vaxt Nəsimi RPİ-nin müvəqqəti saxlama yerində təmir işləri aparıldığına görə saxlanılması üçün Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs MYS-nə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin, göstərilən faktlarla bağlı Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir orqana vəsatət və ya şikayət verilməmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə, X7 xx.xx.2014-cü il tarixdə və X8 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşlar, ataları Təqsirləndirilən şəxs, anaları X6r. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-kimyəvi, məhkəmə ballistik, trasoloji və atəş izlərinin tədqiqi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, DVD diskində olan videogörüntülər, “Watsapp” tədbiqində olan mesajlar və fotoşəkillər və digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqla daşıyaraq gəzdirməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Sonuncunun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması və saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və psixi təyziqə məruz qalması barədə verdiyi ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan (1-ci cild i/v 78-81), şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi protokollarından (1-ci cild i/v 83-85, 161-163) və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki (1-ci cild i/v 181-184), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmədə törətdiyi əməlləri tam etiraf edərək əməlindən səmimi peşman olduğunu bildirmiş və tərtib edilən sənədləri imzaları ilə təsdiq etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskdə olan video görüntülərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 üzərlərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd “Realme” markalı mobil, Şahid2 isə 01 ədəd “iPhone 11” markalı mobil telefonu və əlində olan torbanı təqdim edir. Həmin torbaya baxış keçirilən zaman torbadan 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd tapança aşkar olunur. Qeyd olunan 02 ədəd mobil telefon, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd tapança götürülərək qablaşdırılır, həmçinin Təqsirləndirilən şəxs bağlamanın içərisində olan silah və narkotik vasitəni “watsapp” mobil tətbiqi vasitəsi ilə tanış olaraq əlaqə saxladığı İİR-nın vətəndaşı “Cavid” adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini, həmin şəxsin ona 300 manat borcu olduğu üçün narkotik vasitəni ona borc müqabilində göndərdiyini və silahı isə Cavidin qeyd etdiyi ünvana qoyması üçün sonuncudan xəbər gözlədiyini bildirir (1-ci cild i/v 82). Bundan əlavə xx.xx.2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs “mehtiyev” adlı istifadəçisinin özünün olduğunu, “Pehruzd meyve” adlı istifadəçinin isə İİR-nın vətəndşı kimi tanıdığı, heroin və tapançanı göy rəngli sellofan torbada ünvan 7 ünvanında yerləşən binanın girişinə qoyulmasını tapşıran şəxsin olduğunu bildir, həmçinin “Whatsapp” tətbiqetməsində “Pehruzd meyve” adlı istifadəçi yəməxsus +98-***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə narkotik vasitə heroin və silah olan torbanın yerləşdirildiyi ünvanın həm fotoşəkilləri həm də, məkan funksiyası ilə konum göndərilmişdir (2-ci cild i/v 3-10). Məhkəmə qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət və fiziki təzyiq göstərilməsini bildirsə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-6304/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasında ilkin tibbi müayinə keçirilərkən həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Lakin, bədəninə baxış keçirən zaman isə xəsarət izi aşkar edilməmişdir. Həmçinin, Bakı şəhər Nərimanov RPİ-nin 50/2-28367 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı vaxt Nəsimi RPİ-nin müvəqqəti saxlama yerində təmir işləri aparıldığı səbəbindən saxlanılması üçün Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs MYS-nə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin, göstəriləm faktlarla bağlı Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir orqana vəsatət və ya şikayət verilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin xeyli miqdarından təxminən 212 dəfə, külli miqdarından təxminən 22 dəfə artıq olmasının müəyyən edilməsi bir daha təsdiq edir ki, o, narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında onun ittiham edildiyi əməlləri həyata keçirmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilməsi ilə bağlı verdiyi ifadələr məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən göstərilənləri onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.2.1-ci maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 1 az yaşlı və 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hallar, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3450 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır (i/v İ cild 238-239). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Realme” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, iş üzrə digər maddi sübut Nəsimi RPİ-də saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 106,490 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan 01 ədəd PC-2051 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1951-ci ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili M.B.Eyvazovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 106,490 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 1 ədəd PC-2051 №-li, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1951-ci ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Realme” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar