Məhkəmə qərarları › İş №1(101)-221/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-221/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-221/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x19 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili x4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməklə təyin edilmiş cəza 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 yanvar 2016-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilərək məhkumluğu götürülmüş) və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, ev 35-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 43, mənzil 12/16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Baytulla qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Baytulla qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 11 avqust 2016-cı il tarixdə Bakı şəhərində üç şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş övladı olan İran İslam Respublikasının vətəndaşı x3 barəsində ibtidai istintaqı aparılan cinayət işini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun vəzifəli şəxslərinin vasitəsilə xitam etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2016-cı ilin sentyabr ayının sonlarında müxtəlif tarixlərdə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də həmin dövrün məzənnəsi ilə 20.315 manat təşkil edən iki dəfəyə ayrı-ayrılıqda 12.500 ABŞ dolları (cəmi 40.630 manat təşkil edən 25.000 ABŞ dolları), daha sonra ümumi cinayətkar niyyətini davam etdirərək qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxslərə verilməsi adı ilə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də həmin dövrün ekvivalentinə görə 30.066,2 manat təşkil edən 18.500 ABŞ dolları, 2016-cı ilin oktyabr ayının əvvəllərində Kamran Əşrəfivəndinin barəsində seçilmiş həbs qətimkan tədbirini Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etdirəcəyinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də həmin dövrün məzənnəsi ilə 3.395,7 manat təşkil edən 2.100 ABŞ dolları, 2016-cı ilin oktyabr ayının əvvəllərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbər vəzifəli şəxsinin vasitəsilə cinayət işinin xitam olunmasını təşkil edəcəyini bildirib aldatmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də 29.914,5 manat təşkil edən 18.500 ABŞ dolları, 2016-cı ilin noyabr ayının əvvəllərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbər vəzifəli şəxsinin köməkliyi ilə cinayət işi üzrə icraatın xitam olunmasını təmin edəcəyinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də 204.762,5 manat təşkil edən 125.000 ABŞ dolları, 2016-cı ilin noyabr ayının sonunda Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşına hədiyyə verəcəyi adı ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 5 saylı ünvanda yerləşən “Moskva Univermağı”nda dəyəri 2.500 manat olan 750 əyarlıq 3,5 karatlıq qızıl-zinət əşyasını, 2017-ci ilin yanvar ayının sonunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin vəzifəli şəxsi tərəfindən qeyd olunan cinayət işinin xitam olunmasını təşkil edəcəyini bildirib aldatmaqla Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi, ev 21, mənzil 7-də 38.330 manat təşkil edən 20.000 ABŞ dolları, 2017-ci ilin aprel ayının əvvəllərində cinayət işinə xitam verilməsi üçün zəruri sənədləşmə aparılmasını bildirib aldadaraq Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, 72 saylı ünvanda 5.000 manat, 2017-ci ilin aprel ayının sonunda prokurorluq orqanları vasitəsi ilə cinayət işini xitam etdirəcəyini bildirib Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 17 saylı ünvanda yerləşən “Çeburaşka” aptekinin qarşısında 1.000 manat olmaqla, ümumilikdə külli miqdar təşkil edən 355.598,9 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Baytulla qızı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəhmətlik Süleyman onun qızı Nuranə ilə görüşdüyünü bildikdən sonra Şüvəlan qəsəbəsində yerləşən bağ evlərinə onu dəvət etmişdir ki, tanış olsunlar. O, Süleymanın gözlərinin rəngi qırmızı olduğundan qızı Nuranəyə bir daha görüşməməsini bildirmişdir. Həmin hadisədən 5 il sonra öyrənmişdir ki, qızı hələ də Süleymanla görüşür. 2016-cı ilin avqust ayında qızı ona Süleymanın rəhmətə getdiyini bildirdiyi zaman kimdən öyrəndiyini soruşduqda sonuncu rəfiqəsindən öyrəndiyini demişdir. Süleymanın yas məclisində iştirak etmək üçün qızı 50 manat pulu Süleymanın anası Minarəyə vermək istədikdə sonuncu heç bir şeyə ehtiyaclarının olmadığını bildirmişdir. Bundan sonra qızı Ukraynada təhsili davam etdirməyə getmişdir. Nuranə ona Ukraynadan zəng edərək Süleymanın xalası oğlu Kamranın sərhəd keçərkən tutulduğunu və onlara kömək etməyin lazım olduğunu bildirmiş, o isə tanışının olmadığını demişdir. Bundan bir neçə dəqiqə sonra Minarə özü ona zəng edərək bu barədə məlumat vermiş və o yenə də heç bir tanışının olmadığını bildirib sağollaşmışdır. Bir neçə gün sonra Minarə təkrar ona zəng edərək Kamranın artıq İstintaq Təcridxanasına köçürüldüyünü və savadlı bir vəkil axtardığını dediyi zaman o, internetdə məşhur olan Adəm Məmmədov adlı vəkilə müraciət etmələrini məsləhət görmüşdür. Bundan bir neçə gün sonra ona zəng edərək artıq Adəm Məmmədova 3.000 manat verib müqavilə bağladıqlarını Minarə ona demişdir. Bir neçə gün sonra ya Minarə, ya da Mahirə ona zəng edərək Kamran Əşrəfivəndin ev dustaqlığı ilə bağlı apelyasiya prosesinin olduğunu demişlər. Belə olduqda onlara bir yerdə məhkəməyə getməyi demişdir. Məhkəmə Kamran Əşrəfivəndi həbsdə saxlamışdır. Bundan sonra mütəmadi olaraq danışdıqları zaman Adəm Məmmədovdan narazı olduqlarını demişlər. Onlarla birlikdə gedib Adəm Məmmədova verdikləri 3.000 manatı geri almışdır. Daha sonra onlara tanışı Əli Ələkbərov adlı vəkili məsləhət görmüşdür. Hətta onlara bankda kreditdə olan və avtoqəza törədən maşının kredit məsələsində də onların öz xahişi ilə təmannasız kömək etmişdir. Bundan başqa o, sığorta işlərində də təmənnasız köməklik göstərmişdir. Bu ərəfədə Mahirə və Minarə Sabunçu RPi-də gedən oğlu barəsindəki cinayət işinə xitam verilməsi üçün Araz və Elşən adlı şəxslər vasitəsilə Natiq adlı müstəntiqə vermələri üçün 350.000 manat pul verdiklərini ona demişlər. Natiq isə maşında əyləşmiş 2 qadının izahatına əsasən belə qənaətə gəlmişdir ki, avtomobili idarə edən Kamran yox, Süleyman olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ona demişdir ki, Daxili İşlər Nazirliyindən cinayət işini götürmək istəyirlər. Hətta Natiq adlı müstəntiqi də daxili işlər orqanlarından çıxartdıqlarını demişdir. Pul isə Araz və Elşən adlı şəxslərdə qalmışdır. Onlar da Mahirəyə demişdirlər ki, Kamran gəlib izahat versə iş bağlanacaqdır. Kamran isə həmin vaxt İrana qaçmışdır. Kamran da onların sözünə inanıb Azərbaycana gəldikdə sərhəddə saxlanılmışdır. Zərərçəkmiş şəxs həmin pulları Araz və Elşəndən almağa qorxmuşdur. Çünki, dediyinə görə x16 obyektini işlədir və qızı Leyliyə və qardaşı Ramizə xələl gətirəcəyindən qorxur və onlardan pul istəmir. O deyirdi ki, oğlu ekstradisiya olunandan sonra əri Şahid2 gəlib pulunu onlardan alacaqdır. Bundan sonra onlar DİN-də müstəntiq işləyən Anar adlı şəxslə görüşdüklərini və onun 200.000 manat və ya dollar pul istədiyini demişlər. Onlar isə pulları olmadığından razılaşmamışlar. 2016-cı ilin sentyabr ayından 2017-ci mart və ya aprel ayına kimi olan müddətdə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs 6.500 manat borca pul vermişdir. Onlar bu pulu əsasən Kamranla görüşmək üçün vermişlər. Hətta o, Bakı İstintaq təcridxanasında saxlanılan Kamranı daha uyğun saxlama kamerasına köçürülməsini təmannasız etmişdir. x2 cəzaçəkmə müəssisəsinə köçürülən zaman səhəri günü görüşünü təşkil etmişdir. Hətta cəzaçəkmə müəssisəsində də Kamrana köməklik göstərmişdir. Hətta Mahirə bir dəfə ona zəng edərək Kamranın cəzaçəkmə müəssisəsində olan zaman kiməsə 1.500 manat pul verdiyini, nahaq yerə verdiyini və gedib geri alacaqlarını dedikdə bundan imtina etmişdir. Hələ Kamranın işi məhkəməyə getməmişdən qabaq müstəntiq Anar ona və Mahirəyə zərərçəkmişlərlə barışıq əldə olunduğu zaman işə xitam verə biləcəyini demişdir. Bundan sonra Xəzər rayon prokuru Fəxri müəllimin vasitəçiliyi ilə zərərçəkmiş şəxs onlarla görüşmüş, ancaq barışıq olmamışdır. Mahirəgil ilə ilk tanışlıq zamanı demişlər ki, qəza vaxtı sükan arxasında Süleyman əyləşsə də, zərərçəkən şəxs demişdir ki, lap Süleyman da sürsə o, rəhmətə gedibsə onun yanında əyləşən şəxs də cəzalanmalıdır. Məhz bu məqsədlə o, Adəmlə danışıq zamanı demişdir ki, Kamranı şərlədiklərini desinlər. Bundan başqa zərərçəkmişlərə vermək adı ilə guya pul almağı da doğru deyildir. Çünki, zərərçəkmişin evinə o, onların iştirakı ilə bir yerdə getmiş, lakin elə həyətdəcə onlara deyilmişdir ki, heç bir barışıq olmayacaqdır. Ev dustaqlığı ilə bağlı apelyasiya prosesi zamanı Adəm Məmmədova zəng edib deməmişdir ki, prosesə gəlməsin, əksinə, o özü Sumqayıt şəhərində olduğunu demişdir. Mahirəni qızı vasitəsi ilə tanımışdır. O, Mahirədən Kamran barəsində olan cinayət işinə xitam verdirmək üçün pul almamışdır. Zərərçəkmiş şəxs 16.500 manat pul vermişdir. Mahirəgil ondan aldıqları 16.500 manat pulu geri qaytarmamışlar. Vəkil Adəmə müdafiə üçün verilmiş 3.000 manat pulu o, Adəmdən geri alıb Mahirəgilə vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 avqust 2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bacısı oğlu x9 və daha iki nəfər şəxs ölmüşdür. Həmin vaxt bacısı oğlu Süleyman avtomaşında sükan arxasında olmasına baxmayaraq oğlu x1 arxasında olması əsas gətirələrək həbs olunmuşdur. Oğlu x5 həbs olunduqdan sonra bacısı oğlu Süleymanın dəfn mərasiminə gələn mərhum Süleymanın tanışı olan Əliyeva Nuranənin anası Ofeliya Şükürova ona söz vermişdir ki, o, rəhbər vəzifədə işləyən tanışlarının onun oğlunun baş vermiş hadisədə günahsız olmasını öz tanışlarının vasitəsi ilə həll edəcəkdir. O, Şükürova Ofeliyanın sözlərinə inanıb oğlu Kamranın işinin düzəlməsi və onun həbsdən azad olunması üçün iş görməsini ondan xahiş etmişdir. İlk dəfə 2016-cı ilin sentyabr ayının sonlarında 12.500 ABŞ dollarını Daxili İşlər Nazirliyinin rəhbərliyinə verilməsi adı ilə, bundan bir neçə gün sonra Baş Prokurorluğun rəhbərliyinə verilməsi üçün yenidən 12.500 ABŞ dollarını, bundan bir neçə gün sonra 18.500 ABŞ dollarını həmin cinayət işi üzrə zərərçəkmiş şəxsə verilməsi adı ilə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də, 2016-cı ilin oktyabr ayının əvvəllərində Kamranın ev dustaqlığından verilmiş apelyasiya şikayətinin təmin olunması adı ilə 2.100 ABŞ dollarını yenə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də, bundan bir neçə gün sonra Ədliyyə Nazirliyinin rəhbərliyinə verilməsi adı ilə 18.500 ABŞ dollarını yenə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 56, mənzil 64-də vermişdir. Bundan sonra cinayət işinə xitam verilməsi üçün 2016-cı ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ev 56 mənzil 64-də 125.000 ABŞ dolları pulu Prezident Administrasiyasının rəhbərliyinin qohumuna verilməsi adı ilə Ofeliya onu aldadıb külli miqdarda pulunu almışdır. Bundan başqa 2016-cı ilin noyabr ayının 25-27-si arasında guya cinayət işinə artıq xitam verdirtdiyini və şirinlik kimi Milli Məclisin deputatı Hadi Rəcəblinin köməkçisi Aytac xanıma şirinlik verilməsi üçün 750 əyarlıq 3,5 karatlıq “Sapfir” daşdan ibarət bacısı Şahid1 sırğa və üzüyünü Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Moskva Univermağı”nda Ofeliya alaraq ələ keçirmişdir. Həmin univermaqda Təqsirləndirilən şəxs qeyd etdiyi zinyət-əşlarını o və bacısının yanında 2.000 manata qiymətləndirmişdir. Bundan sonra Ofeliyanı aparıb Milli Məclisin qarşısında düşürmüşlər. 2017-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi, ev 21, mənzil 7-də artıq cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinə verildiyindən istintaq orqanına verib cinayət işinə xitam verilməsi adı ilə Ofeliya onu aldadıb 20.000 ABŞ dolları pulunu almışdır. 2017-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən sənədləşmə adı ilə ondan 1 saylı mərkəzi poçtun qarşısında 5.000 manat pulu aldadaraq almışdır. Bundan sonra 2017-ci ilin aprel ayının axırlarında prokurorluğa verilməsi adı ilə “Nizami” metrosunun yanında “Çeburoşka” aptekinin qarşısında Ofeliya onun aldadıb 1.000 manat pulunu almışdır. Bundan sonra heç bir iş görmədiyini bildikdən sonra Ofeliya manat ekvivalentində hissə-hissə olmaqla 16.500 manat pulunu qaytarmışdır. Ofeliyaya pulu oğlu barədə cinayət işini xitam etdirməsi üçün vermişdir. İlk dəfə 2016-cı ilin sentyabr ayında x14 Nazirliyinin rəhbərliyinə vermək adı ilə pul vermişdir. Ofeliya ondan ümumilikdə 200.000 ABŞ dolları pul almışdır. Onlar pulları yalnız və şəxsən Ofeliyanın özünə vermişlər. O, Ofeliyanı ilk dəfə avqust ayının 12-si görmüşdür. Ofeliyanın qızı Nuranə Süleymanın yas mərasimlərinə bir neçə dəfə gəlmişdir. Nuranənin anası Ofeliyanı onlar vəkil kimi tanımışlar. Ofeliya özü vəkil olmadığını bildirmişdir. Ofeliya ilə ilk dəfə Nuranənin vasitəçiliyi ilə tanış olmuşdur. Ofeliya ilk dəfə təcridxanada Kamranın başqa yerə köçürülməsinə köməklik etmişdir. Kamran üçün Ofeliyanın məsləhəti ilə Adəm adlı vəkili tutmuşlar. Ofeliya ona demişdir ki, dövlətdə işinin həll olunmağı üçün ya adamın, ya da ki, pulun olmalıdır. Girovda olan maşın ona məxsus olmuşdur. Həmin maşın “VTB” bankda girovda olmuşdur. Təqsirləndirilən şəxs Baytulla qızından 200.000 ABŞ dolları və 50.000 manat pul tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5ifadəsində göstərmişdir ki, 2016-cı ilin avqust ayının 12-də bacısı Şahid1 oğlu Süleymanın həlak olduğu avtoqəza nəticəsində digər bacısı Zərərçəkmiş şəxs oğlu Kamran Əşrəfivənd cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Bu ərəfədə bacısı Zərərçəkmiş şəxs bu işin gedişatını soruşduğu zaman ona özünü onlara vəkil kimi təqdim edən Ofeliya adlı qadının köməklik göstərdiyini bildirmişdir. O, Ofeliyanı bacısı Şahid1 evində 6 oktyabr 2016-cı il tarixdə görmüşdür. O gəldikdən Ofeliya qısa müddət sonra oranı tərk etmişdir. Bacısı Zərərçəkmiş şəxs dəfələrlə ondan Ofeliyanın işi həll etməsi üçün borca pul götürmüşdür. Şəxsən ondan hissə-hissə olmaqla 5.000 manata yaxın pul götürmüşdür. Dəfələrlə Ofeliya adlı qadın Kamranın işini həll etmək üçün müxtəlif ünvanlara bacısının adından teleqramlar vurmuşdur. Kamran məhkəmənin hökmü ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilib İran İslam Respublikasına ekstradisiya edildikdən sonra o öyrənmişdir ki, Ofeliya onlara heç bir köməklik göstərmədiyindən bacısıgil ona hissə-hissə olmaqla ümumilikdə təxminən 211.000 ABŞ dolları pul vermişdir. Ofeliya adlı qadın isə həmin pulları qaytarmaqdan imtina etdiyi üçün aralarında narazılıq yaranmışdır. Bacısı ona Ofeliyanın onlardan 200.000 ABŞ dollarından çox pul aldığını bildirmişdir. Ofeliya həmin puldan yalnız 16.500 manat pulu geri qaytarmışdır. Bacısı Ofeliyaya pul verən zaman o, orada olmamışdır. Ofeliyanı ilk dəfə mərhum bacısı oğlu Süleymanın ad günü ilə bağlı mərasimdə görmüşdür. Ofeliya özünü onlara vəkil kimi təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,2016-cı ilin oktyabr ayında Kamran Əşrəfivəndin cinayət işi ilə bağlı Bakı şəhəri, Plotnikov küçəsi, 21 saylı ünvanda o, Şahid2ə 100.000 ABŞ dolları borc pul vermişdir. Özünə məxsus avtomobil ilə Cavadı yaşadığı Bakı şəhəri, R.Rüstəmov küçəsi, 56 saylı binanın qarşısında düşürərkən bir nəfər orta boylu, nisbətən sarı saçlı arıq olmayan qadın taksidən düşən zaman Cavad ona bildirmişdir ki, Kamranın cinayət işi ilə məşğul olan vəkil odur və adı Ofeliyadır. Cavad ona demişdir ki, ondan borc aldığı 100.000 ABŞ dolları pulu Ofeliyaya verəcəkdir. Sonradan Cavad ona x6 adından istifadə etdiyini deyəndə o gülərək onların aldadıldığını başa düşmüşdür. Sonradan onlar aldadıldıqlarını başa düşdükləri zaman pullarını Ofeliyadan istədikdə guya Ofeliya özünə məxsus Xırdalan şəhərində mənzilini və dükanını onun pulunun əvəzində verəcəkdir. O, satılmanın uzanacağını və əgər pulu qaytarmaq istəyirsə evi və dükanı onun adına keçirməsini istəmişdir. 2 gün sonra dükanı verə bilməyəcəyini və yalnızca evi onun adına keçirəcəyini desə də, vədələşdikləri gün o, yolda olarkən Zərərçəkmiş şəxs ona zəng edərək Ofeliyanın fikrindən daşındığını və guya bağını satıb pulunu qaytacağını demişdir. Ona Ofeliyani vəkil kimi tanıtmışlar. Həmin vaxt Ofeliyanın istifadəsində ***-***-**-** saylı nömrə olmuşdur. Cavad ondan aldığı pulun çox hissəsini qaytarmışdır. Ofeliya Cavad və ailəsinə vəzifəli şəxslərlə münasibətinin olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 onun bacısı Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Məlum qəza hadisəsi nəticəsində oğlu Süleyman Novruzov rəhmətə getmişdir. Mahirənin oğlu Kamran Əşrəfivənd həmin qəzaya görə tutularaq məhkəmə tərəfindən həbs olunmuşdur. Süleymanın Nuranə adlı qızla bir neçə illik tanışlığı olmuşdur. Lakin qəzadan əvvəl uzun illər boyu onlar küsülü olmuşlar. Süleymanın yas məclisinə Nuranə də gəlmişdir. Ümumi danışıq zamanı Kamrana kömək etmək məqsədi ilə Nuranə anasının, yəni Təqsirləndirilən şəxs kömək edə biləcəyini demişdir. Hətta rəhmətlik oğlu Süleyman da ona demişdir ki, Nuranənin anası vəkildir. Bundan sonra Nuranə anasının əlaqə vasitələrini onlara vermişdir. Bundan bir neçə gün sonra o və Mahirə Təqsirləndirilən şəxs ilə Elmlər Akademiyasının qabağında görüşmüşlər. Görüş zamanı Ofeliya bildirmişdir ki, “bura Azərbaycandır, burada günahkar oldun olmadın pul verməsən tutulacaqsan, hətta pulun olsa da adamın olmasa işin alınmayacaq, mən də adam, sizdə də pul”. Daha sonra onlar Ofeliyanı Bakı Apelyasiya Məhkəməsinin qabağında düşürmüşlər. Bir müddət sonra onlar həmin ünvanda görüşmüşlər. Görüş zamanı Ofeliya dəfələrlə bildirmişdir ki, evdə onlardan başqa heç bir insan olmasın. Söhbət əsnasında Təqsirləndirilən şəxs demişdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəvəsi Emilin vasitəsi ilə bu işi əmrlə xitam etdirərək Kamranı azadlığa buraxdıracaqdır. Hətta demişdir ki, ilkin olaraq onu ev dustaqlığına buraxdırmaq lazımdır. Bu minvalla Ofeliya Zərərçəkmiş şəxs hissə-hissə olmaqla onun şahidliyi ilə ümumilikdə 216.000 ABŞ dolları pul almışdır. Sonradan isə işi görə bilmədiyindən onlar Ofeliyadan pulu tələb edən zaman pulu nəvəyə verdiyini, hətta onun babasının sözünün 1 milyon manata bərabər olduğunu və Ramiz Mehdiyevin sözündən heç kəsin çıxa bilməyəcəyini demişdir. Pulu qətiyyətlə tələb etdikdə Ofeliya verdikləri puldan 16.500 manat qaytarmışdır. Həmin pulu da hissə-hissə qaytarmışdır. Hətta bir dəfə Kamran ekstradisiya olunduqdan sonra Ofeliya ilə 2018-ci ilin yanvarın 15- 16-da “Nərimanov” metrosunda “McDonalds”da görüşən zaman kameralara baxdığını və kamera düşməyən yerdə oturmağa başlamışdır. O isə işi görmədiyini, Cavadın pulunun qaytarmaq lazım olduğunu dediyi zaman Ofeliya Cavadın şikayət etməməsini, Cavadın özünə guya stop qoyulduğunu, pulu əgər verdiyi adamlar qaytarmasalar da, özü qaytaracağını demişdir. Bundan başqa demişdir ki, əgər Cavad gəlib şikayət edəcəksə Ofeliyanı tutacaqlar və o bir də həmin yerə düşməyəcək, düşəcəksə dərman içib özünü öldürəcəkdir. Ona bir daha demişdir ki, Cavada pulu 1 ay ərzində qaytacaqdır. Sonradan Ofeliya ümumiyyətlə Mahirənin ona pul vermədiyini, əksinə guya onun özü Mahirəyə 16.500 manat pul verdiyini bildirməyə başlamışdır. Bir dəfə bacısında pul olmadığından ondan özünə məxsus 750 əyarlıq 3,5 karatlıq komplekt dəstini istədiyi zaman o da bu komplekti bacısının oğlunun işinin düzəldilməsi üçün Mahirəyə vermişdir. Bacısı isə bir müddət sonra qızıl-zinət əşyamın pulunu, yəni 2.500 manatı ona qaytarmışdır. Ofeliya onlara bu işlə bağlı heç kəsə heç nə deməmələrini tapşırmışdır. Onlar Ofeliyaya pulu qaytarmasını dedikləri vaxt sonuncu onu şikayət etməmələrini və pulu qaytaracağını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs ilə bir neçə dəfə telefon vasitəsi ilə danışmışdır. Ofeliyanın özü ona zəng edib müxtəlif çaşdırıcı suallar verərək səsini yazmağa çalışmış və hər dəfə Kamran barəsində sorğu-sual etmişdir. Bir müddət sonra ümumiyyətlə Ofeliyanın zənglərinə cavab verməmişdir. Süleyman onun qardaşı Elşənin yaxın dostu olmuşdur. 2016-cı ilin avqust ayında Süleyman Novruzov və onun xalası oğlu Kamran Əşrəfivənd ağır yol-nəqliyyat hadisəsi törətmiş və bu hadisədə Süleyman Novruzov vəfat etmişdir. Həmin gecə o, qardaşı ilə birlikdə Sabunçu rayon xəstəxanasına getmişlər. Məlum hadisə ilə bağlı x10 Təcridxanasına yerləşdirilən zaman onun valideynləri Süleymana məxsus “Hyundai Sonata” markalı avtomobili cərimə meydançasından çıxartmaq, həmçinin Kamranın işində hansısa bir köməklik olunmasını istəyirdilər. Bu məqsədlə ona müraciət edilən zaman o da tanışlardan soruşub bu işin 35.000 manata həll olunacağını öyrənsə də, Mahirəgil ilkin olaraq kömək üçün ona “Neftçilər” metrosu tərəfdə 5.000 manat pul vermişlər. Bir müddət sonra oğluna kömək olunmasının qeyri-mümkün olduğunu gördükdən sonra həmin 5.000 manatı Zərərçəkmiş şəxs özünə qaytaraq qanuni əsaslarla işinin aparıldığını bildirmiş və daha bu işlərə qarışmamışdır. O, bu işlə bağlı Suraxanı rayonu 30-cu Polis Bölməsində və Sabunçu RPİ-də ifadə verməmişdir. O, sahibkarlıqla məşğul olur və işlətdiyi restoranın sahibinin Ramiz Mehdiyevlə əlaqəsi yoxdur. İş qalmaqallı iş olduğundan sonradan bu işə qarışmamağa başlamışdır. Mahirəgil ondan Süleymana məxsus avtomobilin cərimə meydançasından çıxarılmasında onlara köməklik etməyini istəmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, şahidlər Şahid3, Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və həmin şəxslər ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək sonuncunun cinayət əməlini ifşa etmişlər (cild 1, iş vərəqə 114-126). Cinayət işinin materiallarından görünür ki, “Bakcell” mobil operatorundan əldə olunmuş 15719 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin aprel ayınadək olan müddətdə Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Plotnikov küçəsi, ev 21, mənzil 7-də və pulların əksəriyyətinin verildiyi ünvan 6 ünvanında dəfələrlə olmuş, hətta Zərərçəkmiş şəxs və Şahid1 ifadələrində göstərdikləri kimi 25-27 noyabr 2016-cı il tarixdə Təqsirləndirilən şəxs 2.500 manat dəyərində qızıl-zinət əşyasını ələ keçirdikdən sonra sonuncunu Milli Məclisin qarşısında düşürmələri də Təqsirləndirilən şəxs anten məlumatları ilə təsdiq olunmuşdur (cild 1, iş vərəqə 191). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etidyi 1 ədəd USB yaddaş qurğusundakı səs yazılarından göründüyü kimi Təqsirləndirilən şəxs WhatsApp Audio 2018-09-21 at 14.03.58.mp3 səs yazısında həqiqətən də Zərərçəkmiş şəxs ifadəsində görtərdiyi xüsusat, yəni Ofeliyanın onunla yalnız “smartfon” tipli telefonla danışması təsdiq olunmuşdur. Həmçinin, həmin səs yazılarında olan 16.500 manat xüsusatı Təqsirləndirilən şəxs ona borc olaraq deyil, iş materiallarından göründüyü kimi onlardan dələduzluq yolu ilə keçirdiyi pulları qaytarılmasının sübutu kimi qiymətləndirilmişdir (cild 1, iş vərəqə 195-198). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 yanvar 2016-cı il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilərək məhkumluğu götürülmüşdür (cild 1, 43-51; 193-194, cild 2, iş vərəqə 6-7). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci maddəsinə əsasən sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1 və 83.6-cı maddələrinin müddəalarına əsasən Təqsirləndirilən şəxs hazırki cinayəti məhkumluğu ödənildikdən sonra törətmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına, cəzanı yüngülləşdirən halı və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 16.500 manat ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 16.500 manat ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki,Təqsirləndirilən şəxs 6 mart 2019-cu il tarixdətutulmuşdur (cild 1, iş vərəqə 92). Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin 8 mart 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 mart 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 144-145). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 6 mart 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi zərərə görə 200.000 ABŞ dolları, mənəvi zərərə görə isə 50.000 manat məbləğində mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə Zərərçəkmiş şəxs verdiyi mülki iddianın mənəvi ziyanla bağlı hissəsini müzakirə edərək hesab edir ki, iddianın bu hissəsinin əsasları müəyyən edilmədiyindən, bu əsaslar göstərildikdə isə onun təsdiq olunması üçün subutlar təqdim olunmadığından mülki iddianın mənəvi ziyanla bağlı hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və x7 Haqqında Konvensiya”nın müddəaları və x15 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ona mənəvi sarsıntı və psixi iztirab keçirməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini və 355.598,9 manat maddi ziyandan 16.500 manat pulun Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməsini nəzərə alıb məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli və Təqsirləndirilən şəxs 339.098,9 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan 1 ədəd USB yaddaş qurğusunun və 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 6 mart 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin və Təqsirləndirilən şəxs 339.098,9 manat alınaraq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd USB yaddaş qurğusunun və 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar