Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-221/2022 24.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müadfiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 61-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlayaraq əldə edib saxlamışdır. Belə ki, o, 2021-ci ilin əvvəllərində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsi, 85 nömrəli evin zirzəmisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını külli miqdarda əkərək onlara aqrotexniki qaydada qulluq göstərmiş, həmin toxumlardan cücərmiş çətənə bitkilərini yetişdirib kultivasiya edib, bir hissəsini toplayaraq qurutmaqla hazırlayıb satış məqsədi ilə əldə etdiyi külli miqdarda 870 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdə saxlamış, külli miqdarda 103 (bir yüz üç) ədəd çətənə bitkisinə isə qulluq göstərməkdə davam etmiş, 24 may 2021-ci il tarixdə, saat 14:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq baxış zamanı həmin evin zirzəmisindən bir ədəd polietilen paketdə 870 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 16725 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli külli miqdarda 103 (bir yüz üç) ədəd çətənə (kannabis) bitkisi və üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayır, himayəsində iki azyaşlı uşağı var. Həbs olunmamışdan əvvəl taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən üç-dörd ildir «nəşə» kimi tanınan marixuana adlı bitkini əldə edib, çəkmək yolu ilə istifadə etmiş, 2019-cu ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Narkotik vasitədən mütəmadi istifadə etdiyi üçün tanımadığı şəxslərdən pul müqabilində əldə edir, bəzi hallarda isə tapa bilmirdi. Buna görə də, həmin bitkini yaşadığı evin zirzəmisində əkib-becərməyi qərara almış və həyata keçirmişdir. Ailə üzvləri ilə eyni evdə yaşasada onlar onun zirzəmidə hansı fəaliyyətlə məşğul olması barədə bilməmişlər. Belə ki, zirzəminin qapısı həmişə bağlı olmuşdur. Zirzəmidə əkib-becərdiyi narkotik bitkilərə qulluq etməsi üçün zirzəmiyə işıq çəkmiş və bitkilərin suvarılmasını təşkil etmiş, diblərinə gübrə tökərək qulluq etmişdir. Çətənə toxumlarını qablarda əkib-becərir, dörd-beş ay qulluq göstərirdi. Bu bitkiləri yetişdirməkdə məqsədi şəxsi tələbatını ödəmək olmuş, satış məqsədilə yetişdirməmişdir. 24 may 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını, yaşadığı evə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Etiraz etmədən razılıq ərizəsi vermişdir. Polis əməkdaşları zirzəmidə olan bitkiləri götürüb qablaşdırmışlar. Həmin vaxt videoçəkiliş aparılarkən 870 qram marixuananı polis əməkdaşları onu ailə üzvlərini də məsuliyyətə cəlb edəcəkləri ilə hədə-qorxu gəldikləri üçün öz üzərinə götürmüşdür. 103 (bir yüz üç) ədəd çətənə kolu və 60-70 qram narkotik vasitə olan marixuana ona məxsus olmuş, 800 qram marixuananı isə ailə üzvlərinin məsuliyyətə cəlb olunacaqları ilə hədələndiyi üçün ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ailədə 3 övladdırlar, atası rəhmətə getmiş, bacısının biri ailəlidir və başqa ünvanda yaşayır, subay bacısı və anası da əsasən evli bacısının evində qalırlar. 2013-cü ildə X3 ilə rəsmi olaraq ailə qurmuş, birgə nikahdan dörd və altı yaşlı iki övladı var. Özü hərbi xidmətdə olmuş, heç bir psixi və digər xəstəliyi yoxdur, əvvəllər də olmayıb. Rəhmətlik atasına məxsus və etibarnamə əsasında idarə etdiyi «Nissan Sunny» markalı, ** XN *** nömrəli avtomobillə taksi fəaliyyəti göstərir. 2019-cu ildə narkotik vasitə ilə bağlı Abşeron Rayon Məhkəməsinin hökmü ilə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23 oktyabr 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Rəhmətlik atasının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 61 nömrəli evdə qeydiyyatda olsa da, ailə qurduqdan sonra özünə məxsus olan Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 85 nömrəli həyət evində həyat yoldaşı və iki övladı ilə yaşayır. Həmin evi atası sağlığında inşa etmişdir, evin çıxarışı yoxdur, lakin ora qeydiyyata düşmüşlər. Üç-dörd ildir ki, narkotik vasitə marixuana əldə edib, çəkmə yolu ilə istifadə edir və marixuananı təsadüfi tanımadığı şəxslərdən pul müqabilində əldə edirmiş. Lakin mütəmadi olaraq marixuana istifadə etdiyi üçün onu tez-tez tapmaqda çətinlik çəkmiş, bəzi hallarda almağa pulu olmamış, bəzi hallarda isə satan şəxs tapa bilməmişdir. Buna görə də yaşadığı C.Cabbarlı küçəsi 85 nömrəli evin zirzəmisində marixuana əkib-becərmək qərara gəlmişdir. Xeyli müddət əvvəl bir tanımadığı şəxs ondan marixuana alanda ona bir ovuc marixuana tumu vermişdir və o gizlincə 2021-ci ilin əvvəllərində həmin tumları evlərinin zirzəmisində torpaq səthinə səpərək əkmişdir. Bunun üçün zirzəmiyə əlavə torpaq gətirmiş və əkin üçün şərait yaratmışdır. Marixuana tumlarını əkdikdən sonra onlara qulluq etməyə başlamış, həmçinin zirzəmi qaranlıq olduğu üçün ora işıq çəkmiş və suvarmağa başlamışdır. Həmin tumlardan xeyli sayda çətənə kolu cücərib yetişməyə başlamışdır ki, həmin kollardan da tez yetişənlərdən bir hissəsini götürüb ayrıca qurudub bir salafan torbada saxlamışdır. Zirzəmiyə ancaq özü girirmiş, ailə üzvlərindən heç kim ora girməmiş və orada nə etdiyini, yəni marixuana əkdiyini bilməmişlər. Qurutduğu marixuanadan həmçinin özü istifadə edirmiş. Çətənə kollarının dibinə gübrə tökürmüş, bunun üçün tökdüyü gübrənin çox olmaması üçün elektron tərəzi ilə çəkib tökürmüş. 24 may 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında olanda bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb saxlamış vəözlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun çətənə kolu əkməkdəşübhəli olduğunu bildirmiş və evinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. Evinə baxış keçirilməsinə etiraz etmədiyimi bildirmiş və bu barədə razılıq ərizəsi vermişdir. Polis əməkdaşları videoçəkiliş aparmaqla onun evinin zirzəmisinə baxış keçirib çətən kollarını, qurutduğu marixuananı, elektron tərəzini aşkar etmiş və onları götürüb qablaşdırmışlar. Daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, ona vəkil təqdim edilmiş, üzərinə də baxış keçirilmiş, telefon və pul aşkar edilmişdir. Pulu özünə qaytarmışlar. Çətənə kollarını öz istifadəsi üçün əkmiş, ondan heç kimə satmamış və satmağı barədə kiminləsəəvvəlcədən razılaşması olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona bu işdə heç kim kömk etməmiş, hamısını özü etmiş, uzun illərdir ki, öz adına olan 055 203 21 73, həmçinin bəzi hallarda atasının adına olan 050 317 15 57 mobil telefon nömrələrni işlətmişdir. Təqsirləndirilən şəxs elan olunan ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi onunla izah etmişdir ki, polis əməkdaşları ona ailə üzvlərini də məsuliyyətə cəlb edəcəkləri ilə hədə-qorxu gəlmişlər. Məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı raportla Baş İdarə rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Bundan sonra bu barədə qərar qəbul edilərək əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 may 2021-ci il tarixdə, saat 14:30-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra onun tərkibində narkotik maddə olan bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmasında şübhəli olduğu və bununla bağlı yaşadığı evə baxış keçirilməli olduqlarını demişlər. Təqsirləndirilən şəxs ərizə verərək onların onun yaşadığı Binəqədi rayonu, C.Cabbarlı küçəsi, 85 nömrəli evə baxış keçirməsinə etiraz etmədiyini, həmin evin zirzəmisində çətənə bitkisi və marixuana saxladığını, qeyd olunan ünvanda tək yaşadığını bildirmişdir. Baxışda mütəxəssis qismində iştirak etmək üçün aqronom dəvət edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxışa başlamazdan əvvəl ona həmin evdə olması ehtimal edilən narkotik tərkibli bitkiləri və psixotrop maddələri, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş hər hansıəşya varsa onu təqdim etmək təklif edilmiş, o da evin girişindən sağ tərəfdə yerləşən zirzəmidə kultivasiya ilə məşğul olduğu yeri göstərmişdir. Həmin zirzəmidən bir ədəd göy rəngli sellofan torbada 875 qram çəkidə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə, həmçinin torpaqda əkilmiş 103 (bir yüz üç) ədəd çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Həmin bitkilər hər biri kökündən torpaqdan çıxarılaraq köklü şəkildə iki ədəd sellofan torbalara yığılıb möhürlənmişdir. Həmçinin həmin yerdə aşkar edilmiş elektron tərəzi və 875 qram qurudulmuş marixuanaya bənzər kütlə də qablaşdırılıb möhürlənmişdir. Baxışda mütəxəssis qismində iştirak edən aqronom da torpaqdan çıxarılan bitkilərin çətənə bitkiləri olmasını və onlara xüsusi qulluq göstərilməsini bildirmişdir. Baxış vaxtı Hümmət tərəfindən zirzəmiyə xüsusi işıqlar çəkilməsi, havanın temperaturunu ölçmək üçün qurğu qoyulması və kultivasiya üçün lazımi şərait yaradılması görünmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin ünvanda aşkar edilmiş qurudulmuş marixuana vəçətənə bitkilərinin onun özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əkib-becərdiyini və qulluq göstərdiyini, satışla məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və götürülmüş maddi sübutlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, baxış və götürmə aparılması ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Həmçinin Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərindən az miqdarda pul və mobil telefon aşkar edilmiş, pul əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, telefon isə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Məhkəmədə ifadə vermiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid3, Şahid4, həmçinin ifadəsi elan olunmuş Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 (iş vərəqi 138-143) Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, meyvətərəvəzçilik və üzümçülük fakültəsi üzrə ali təhsilli aqronom, ixtisaslı şəxsdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçiriləcək narkotik tərkibli bitkilərin aşkar edilməsi ilə bağlı tədbirlə əlaqədar 24 may 2021-ci il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi evə baxış keçirilməsi üçün dəvət edilmiş, bu barədə qərarla tanış olmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən 103 (bir yüz üç) ədəd narkotik tərkibli çətənə bitkisi və bir ədəd göy rəngli sellofan torbada 875 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Məlum olmuşdur ki, həmin bitkilər mütəmadi qulluq edilməklə dibçəklərdə və torf vəziyyətində olan torpağa əkilmişdir. Həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkisidir, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq xüsusi üsulla suvarma işləri aparılmışdır. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökləri ilə birlikdə götürülüb qablaşdırılmışdır. Aşkar edilmişçətənə kolları ilə bağlı onun tərəfindən mütəxəssis rəyi (arayış) tərtib edilmişdir. Bundan başqa iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 24.05.2021-ci il tarixli raportundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1988-ci il təvəllüdlüTəqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin külli miqdarda Bakı şəhəri, Binəqədi rayonu ərazisində kultivasiyası ilə məşğul olması bildirilmişdir (iş vərəqi 06). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 24.05.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00 dəqiqədə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 35). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.05.2021-ci il tarixli 7/485 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə...» yazıları və imzalar olan bir ədəd qara və bir ədəd göy rəngli polietilen bağlamalarda ümumi sayı 103 (bir yüz üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi- 16725 qram (16 kq. 725 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin qara rəngli polietilen bağlamada bir ədəd polietilen paketdə təmiz çəkisi- 870,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri və marixuana tərkiblərinə görə eynidirlər. Həmin qara rəngli polietilen bağlamada polietilen paketdə olan bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri vardır, həmin hissəciklər cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi- 16725 qram, tədqiqata sərf edildi- 0,21 qram, qalıq- 16724,79 qram. Marixuananın təmiz çəkisi- 870,0 qram, tədqiqata istifadə olundu- 0,1 qram, qalıq- 869,9 qram; aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir (iş vərəqi 56-59). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 25.05.2021-ci il tarixli protokolundan görünür ki, 24 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsininTəhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X13 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə baxış istintaq hərəkəti keçirilərkən aparılmış videoçəkilişin yazıldığı diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə bir ədəd video fayl vardır. Müddəti 30 dəqiqə 27 saniyə olan video fayla baxıldıqda görünür ki, təhqiqatçısı Nəcəf Aburşu özünü təqdim edir və 24 may 2021-ci il tarixdə,saat 14:50-də polis əməkdaşlarının, aqronomun və saxlanılan Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsi, 85 nömrəli evə baxış keçirməyə başladığını bildirir. Təhqiqatçı məlumat verir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılıb, ona hüquq və vəzifələri izah edilib və tərkibində narkotik maddə olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı olduğundan yaşadığı evə baxış keçirilməsinin zəruri olduğu bildirilib. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirir. X10 Təqsirləndirilən şəxs çətənə kollarını harada əkib-becərdiyini soruşur, sonuncu onları zirzəmidə əkdiyini bildirir. Təqsirləndirilən şəxs bildirir ki, hazırda həmin evdə tək yaşayır. Daha sonra Təqsirləndirilən şəxs həyətə girişdən sağ tərəfdə yerləşən zirzəmini və onun girişini göstərərək polis əməkdaşları ilə birlikdə zirzəmiyə daxil olur, zirzəmidə dibçəklərdə yaşıl bitkiləri göstərib onların çətənə kolu olduğunu və onun tərəfindən əkildiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs zirzəminin digər otağında torpaqda əkilmiş çətənə kollarını göstərir və onlarında onun tərəfindən əkildiyini bildirir. Təqsirləndirilən şəxs bildirir ki, çətənə bitkisinin tumunu əkmiş, həmin yerə işıq çəkmiş və su vermişdir. Həqiqətəndə görünür ki, zirzəmidə bitkilərin əkilib becərilməsi üçün xüsusi şərait yaradılıb, işıq çəkilib, havalandırma və havanın temperaturunu ölçən qurğular quraşdırılıb. Baxışda iştirak edən aqronom da təsdiq edir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir və onlara xüsusi qaydada qulluq edilmiş, gübrə verilmişdir. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini beş-altı ay bundan əvvəl şəxsi istifadəsi üçün əkdiyini bildirir. Bundan sonra polis əməkdaşları tərəfindən zirzəmidə torpaqda əkilmiş bütün çətənə kolları kökündən çıxarılır və onların 103 (bir yüz üç) ədəd olması müəyyən edilir. 103 (bir yüz üç) ədəd çətənə kolu iki bağlamaya qoyulub qablaşdırılır. Bundan sonra X10 Təqsirləndirilən şəxs başqa yerdə narkotik tərkibli maddə saxlayıb-saxlamadığını soruşur, Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərindən bir hissəsini qurudub saxladığını bildirir və zirzəmidə çətənə bitkiləri əkilən otaqda divarın dibində göy rəngli sellofan torbanı təqdim edir. Təhqiqatçı sellofan torbanı açdıqda orada bir bağlama şəklində qurudulmuş marixuanaya oxşar açıq yaşıl rəngli kütlənin olduğu məlum olur, həmçinin həmin sellofan torbada bir ədəd elektron tərəzi aşkar edilir. Təhqiqatçı göy rəngli sellofan torbada olan kütləni çəkib onun 875 qram olmasını müəyyən edir. Bundan sonra təhqiqatçı sellofan torbada olan kütləni də digər çətənə kollarını qablaşdırdığı qara rəngli torbaya qoyur. Bundan sonra təhqiqatçı çətənə kolları və qurudulmuş marixuanaya oxşar kütləni qablaşdırdığı bağlamaların üzərinə ağ kağız yapışdırıb yapışqan lentlə bağlayır və kağızın üzərinə iştirakçılar imza edirlər. Təhqiqatçı məlumat verir ki, saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilir. Təhqiqatçı baxışın başa çatdığını elan edir (iş vərəqi 62-63). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-708/2021 nömrəli 25.05.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 24 may 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 69-70). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 26.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 72-73). İş materiallarındakı Bakışəhəri Binəqədi RayonMəhkəməsinin 4(001)-494/2021 nömrəli 26.05.2021-ciiltarixliqərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 may 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 95-99). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 27.05.2021-ciiltarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş yaş vəziyyətdə ümumi çəkisi 16725 qram olan 103 (bir yüz üç) ədəd narkotik tərkibli çətənə bitkisi, təmiz çəkisi 870,0 qram olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış yaş vəziyyətdə ümumi çəkisi 16724,79 qram olan 103 (bir yüz üç) ədəd çətənə bitkisi, 869,9 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi cinayət işinə əlavə edilmiş və saxlanması üçün Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 101-102). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04.06.2021-ci il tarixli tələbnaməsindən görünürki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə heç bir məlumat yoxdur (iş vərəqi 104). İş materiallarındakı hökmün surətindən və məhkəmyə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Abşeron rayon Məhkəməsinin 1(012)-415/2019 nömrəli 26.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixatrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə daşıma) maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 2019-cu ilin iyun ayının 02dən həmin ilin 03 iyununadək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq azadlıqdan məhrumetmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (iş vərəqi 124-131). Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.2-ci maddələrinə əsasən, azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə görə, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 29.07.2021-ciiltarixliprotokolundan görünür ki, «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan 055 894 94 74, 055 200 50 65, 055 200 50 75, 055 924 42 46 və 055 203 21 73 saylı mobil nömrələrinə 01 iyun 2020-ci il tarixdən 25 may 2021-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan onun müxtəlif şəxslərlə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və psixotrop maddə alışı və satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesajlar aşkar edilmişdir: 04-06-2020 00:15:03 04-06-2020 01:36:21 1.1.**********55 1.1.**********73 Hümbət sala. Qaqaş mənəm Kamil. Necəsən qardaş? Ata mənə 1-2 baş nəşə lazimdiye puluynan ama yaxşışey. Kənddə var ama yaxşı deyil. Köməyə elə mənə mesaji oxuyan kimi 20-06-2020 22:44:50 1.1.**********73 1.1.**********95 Xalaoglu ac teli pati lazimdi (iş vərəqi 149). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X11 Məhkəmə Psixiatrik Ekspertizasının 13.07.2021-ci il tarixli 1524 nömrəli rəyindən görünürki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin ələmətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu ələmətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik ələmətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin ələmətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründəöz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl bərəsində anlaqlı hesab edilməlidir. Törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyəti onunla istintaq hərəkətinin keçirilməsinə mane olmur və onun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 163-164). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 23.08.2021-ci il tarixli 3029 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 165-166). İş materiallarındakı nikah haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında 18.11.2013-cü il tarixdə nikah bağlanmışdır və birgə nikahdan 18.04.2016-cı il təvəllüdlü Yusif Səlimanzadə adlı azyaşlı uşağı var (iş vərəqi 174-175). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 18.09.2021-ci il tarixli qərarından görünür ki, istintaq zamanı 18 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin bir ədəd DVD diski və «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd «CD» diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (iş vərəqi 176-184). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə özünü təqsirli bilməməsinə, yəni narkotik vasitə istifadəçisi olsada, narkotik vasitələr əkib-becərsə də, bunları şəxsi istifadəsi üçün etdiyi, alqı-satqısı ilə məşğul olmadığı barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadə verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28.06.2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasiətlərin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısında çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə), külli miqdar (daxil olmaqla aşağı hədləri) 16 ədəd (31 hissə) müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, baxış və götürmə protokolları, telefon danışıqları barədə məlumatlar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləriisə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakınavə onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş yaş vəziyyətdə ümumi çəkisi 16725 qram olan 103 (bir yüz üç) ədəd narkotik tərkibli çətənə bitkisi, təmiz çəkisi 870,0 qram olan qurudulmuş marixuana, aparılmış tədqiqatlardan sonra qalıq qalmış yaş vəziyyətdə ümumi çəkisi 16724,79 qram olan 103 (bir yüz üç) ədəd çətənə bitkisi, 869,9 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli; Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin bir ədəd DVD diski və «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə, ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işləəlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cıil tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 24 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 234.4.3-cü maddəsı ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, 237.2.3-cü maddə ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 24 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkil X7 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş yaş vəziyyətdə ümumi çəkisi 16725 qram olan 103 (bir yüz üç) ədəd narkotik tərkibli çətənə bitkisi, təmiz çəkisi 870,0 qram olan qurudulmuş marixuana, aparılmış tədqiqatlardan sonra qalıq qalmış yaş vəziyyətdə ümumi çəkisi 16724,79 qram olan 103 (bir yüz üç) ədəd çətənə bitkisi, 869,9 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin; Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin bir ədəd DVD diski və «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-221/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-221/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver