Məhkəmə qərarları › İş №1(101)-221/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-221/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-221/2024 04.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi4, Zərərçəkmiş şəxs, onun etibarnamə üzrə nümayəndələri Müdafiəçi2 və Müdafiəçi3, tərcüməçi X2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1979-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 08 ay 20 gün azadlığın məhdulaşdırılması cəzası təyin edilmiş, cəzanın 1 (bir) il 2 (iki) ay 17 (on yeddi) günü çəkilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir: belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İraq Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs birgə ticarətlə məşğul olacaqları, sonuncuya biznes təşkil etməkdə kömək edəcəyi, ev almaqda köməklik göstərəcəyi kimi yalan vədlər verməklə etibarından sui- istifadə edib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin sentyabr ayında 50 nəfərlik “Trafiko” markalı avtobusu 70000 X7 dollarına Bakı şəhərindən ala biləcəyinə, həmin avtobusa görə hər ay 3100 ABŞ dolları qazanc əldə edəcəklərinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs 12 sentyabr 2018-ci il tarixdə İraq Respublikasından Azərbaycan Respublikasına göndərdiyi həmin dövrün məzənnəsi ilə 59500 manat təşkil edən 35000 ABŞ dollar pulunu Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «Megafun» Əyləncə Mərkəzinin qarşısında, 2018-ci ilin oktyabr ayında həmin dövrün məzənnəsi ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dolları məbləğində pulunu Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Diasporlarla İş Komitəsinin qarşısında, daha sonra tarixi dəqiq müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən avtomobil ehtiyat hissələrini Bakı şəhərinə gətirməklə gəlir əldə edəcəklərinə dair yalan vədlər verməklə sonuncunun bu məqsədlə İraq Respublikasından Azərbaycan Respublikasına göndərdiyi həmin dövrün məzənnəsi ilə 102.000 manat təşkil edən 60.000 ABŞ dolları məbləğində pulunu, daha sonra tarixi dəqiq müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs Bakı şəhərindən münasib qiymətə ev alacağına dair yalan vədlər verib, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evini 200000 ABŞ dollarına alacağı ilə bağlı yalan vədlər verməklə, Zərərçəkmiş şəxs 12 dekabr 2018-ci il tarixdə və 2019-cu ilin fevral ayında ümumilikdə 200.000 ABŞ dolları məbləğində pulu alıb, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evini 200.000 manata almaqla, Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 136.000 manat təşkil edən 80.000 ABŞ dolları məbləğində pulunu, daha sonra Zərərçəkmiş şəxs həmin evin çıxarışını alacağı və evdə olan əşyaların yerində qalacağı ilə bağlı yalan vədlər verib, bu məqsədlə sonuncunun 2019-cu ilin fevral ayında həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları məbləğində pulunu, daha sonra 2019-cu ilin aprel aymda Zərərçəkmiş şəxs «X19» markalı avtomobili alacağına dair yalan məlumatlar verməklə sonuncudan Bakı şəhəri Nərimanov rayonu ərazisində həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları, Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi - 24 yerləşən “Hodin Tour” şirkətinin önündə həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pulu aldıqdan sonra, avtomobil sahibinə 17.000 ABŞ dollar pulu ödəyib, qalan 47.600 manat təşkil edən 28.000 ABŞ dolları məbləğində pulunu, daha sonra Çin Xalq Respublikasında olan dostuna pul göndərəcəyi adı ilə 21 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 64.600 manat təşkil edən 38.000 ABŞ dolları məbləğində pulunu, daha sonra Zərərçəkmiş şəxs «Hodin Tour» adlı şirkətinə şərik olmasına və bununla da yaxşı gəlir əldə edəcəklərinə dair yalan vədlər verib, 20 may 2019-cu il tarixdə sonuncunun İraq Respublikasından Azərbaycan Respublikasına göndərdiyi həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları pulunu ünvan 3 ünvanında yerləşən “Hodin Tour” şirkətinin qarşısında alıb ələ keçirməklə, verdiyi vədlərə əməl etməyib, vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 520.200 manat məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun turizm şirkəti olmuş, Zərərçəkmiş şəxs 2015-2016-cı ildən İraqdan Bakı şəhərinə qonaq kimi onun yanına gəlib-getmiş, 4-5 dəfə gəlib-gedəndən sonra Zərərçəkmiş şəxs ona İraqda yaşamaq istəmədiyini, Azərbaycanda yaşayıb işləmək istədiyini bildirmişdir; bir müddət sonra Rövşən adlı yaxın tanışı ona zəng edərək dostunun villası olduğunu, təcili satmaq istədiyini bildirmiş, gedib villaya baxmışlar, həqiqətən də qiymətinin 400.000-450.000 manat dəyərinin olduğunu görmüşlər, lakin sonradan qiymətini 200.000 manata razılaşmışlar, o, Rövşənə 200.000 manat və torpaq sahəsinin kredit ödənişi olan 18.000 manat pul ödəyib həmin villanı almış, bu proses bir ay davam etmişdir. Sonra Mohammedə evin videosunu atmış, belə bir villa olduğunu demiş, bundan təxminən 3-4 ay keçdikdən sonra Mohammed villanı bəyəndiyini, almaq istədiyni, lakin nağd pulu olmadığını, ona pulunu hissə-hissə ödəyəcəyini və ona göndərə biləcəyini demişdir; həmin villa onun adına olmuş, belə ki, həmin villanı özü öz puluna almışdır. Mohammedlə həmin Mərdəkan qəsəbəsindəki 8 sot torpaq sahəsinin içərisində yerləşən əşyalı və təmirli villanı 340.000 manata razılaşmışlar, Mohammed bir dəfə Bakı şəhərində olarkən sonuncu ilə villanın dəyərinin ödənilməsi məqsədilə aralarında 200.000 ABŞ dolları borc müqaviləsi bağlamışlar, Mohammed həmin pulu hissə-hissə ona göndərmiş və tam ödəyərək qurtarmışdır. Bir müddət sonra Mohammed villanın keçmiş sahibindən villa üçün onun (Musanın) 200.000 manat verdiyini öyrənmiş və düşünmüşdür ki, o (Musa) villanın qiymətini səhv deyərək onu (Zərərçəkmiş şəxsni) aldatmış və artıq pul almışdır. Aradan bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs şirkətdə onunla şərik işləmək istədiyini demiş, həmin vaxt o, Rəşadla şərik işləmiş, bu barədə və o cümlədən Rəşadın bir nəfər tanışının vasitəsilə şirkətə 45.000 ABŞ dolları yatırım etdiyini Zərərçəkmiş şəxsyə bildirmiş, sonuncu onunla Bakı şəhəri, Nizami küçəsində yerləşən «Şaurma 1» restoranında görüşərkən ayda ona 2.000 ABŞ doldları pul verəcəyini, şirkəti işlətməyə ona (Zərərçəkmiş şəxsyə) verməsini, ərəblərin şirktədə onun (Morhammad Aladileenin) işlədiyini görsələr çox sayda ərəb müştərinin şirkətə müraciət edəcəyini, xeyli gəlir əldə edəcəklərini demişdir; o, Zərərçəkmiş şəxs ilə razılaşmış, şirkətin ofsinə sonuncu ilə birlikdə gələrək orada tərcüməçinin iştirakı ilə ofisdə olan 20 nəfər işçiyə həmin gündən etibarən ofisi və şirkəti Zərərçəkmiş şəxsyə işlətməyə verdiyini demiş, Rəşad həmin vaxt bir qədər buna etiraz etmiş, lakin sonuncunu yola gətirmiş, belə ki, Zərərçəkmiş şəxs Rəşada 15.000 ABŞ dollarını dərhal verəcəyini, qalan 28.000 ABŞ dollarını isə yarı-yarı olmaqla iki dəfəyə ona ödəyəcəyini demiş, Rəşad Zərərçəkmiş şəxs ilə razılaşmış, Ramin adlı tərcüməçinin iştirakı ilə Azərbaycan dilində razılaşmanı yazaraq, tərcüməçi Ramin məzmununu Zərərçəkmiş şəxsyə tərcümə etdikdən sonra Rəşad və Zərərçəkmiş şəxs hər ikisi razılaşmanı imzalamışlar. Həmin ana qədər şirkətin balansında icarəyə götürülmüş 51 ədəd ev, Bakının mərkəzi küçəsi olan Nizami küçəsində otel və digər obyektlər olmuşdur. Zərərçəkmiş şəxs şirkəti işlətdiyi müdətdə evlərin icrarə haqqını ödəməmiş, hətta ofisin icarə haqqını da verə bilməmişdir, sonda isə onun ofisə yığdığı 25.000 manat dəyərində ofis mebelini və kompüterləri götürərək harasa aparmışdır. Sərmət adlı tanışı Zərərçəkmiş şəxsnin yanında sonuncuya Dubaya getdiyini, oradan Bakı şəhərinə avtomobillər üçün ehtiyyat hissələri gətirəcəyini, Dubayda olduğu vaxt həmin ehtiyyat hissələrini almaq üçün pul göndərməsini demiş, Zərərçəkmiş şəxs Sərmətlə razılaşmış, Zərərçəkmiş şəxs Dubay şəhərinə getməsinə «stop» qoyulduğundan oraya viza alıb gedə bilməmiş, Sərmət Dubaya getdikdən 10 gün sonra o özü (Musa) Dubaya getmiş, Mohammed Sərmətə 10.000 ABŞ dolları və 50.000 ABŞ dolları göndərmiş, həmin pul məbləğlərini də sonradan Zərərçəkmiş şəxs ona göndərməsini bildirmiş, İraqdan Çinə avadanlıq almaq üçün göndərdiyi pulları da guya ona göndərməsini göstərmişdir. O, Zərərçəkmiş şəxs Azərbaycanda əlbəəl pul almamış, nə də ki, sonuncu ona pul göndərməmişdir. O, Zərərçəkmiş şəxsyə avtobus almağı təklif etməmiş, sonuncu özü Azərbaycanda iş qurmaq istədiyini bildirdikdən sonra o, Zərərçəkmiş şəxsyə ayda 3.000-4.000 manat ödəmək şərti ilə avtobus aldığını bildirmiş, sonuncuya avtobusun yarı qiymətinin onun (Zərərçəkmiş şəxsnin) ödəməsini təklif fetmiş, sonunucu onun təklifi lə razılaşmş. Avtobusun qiymətini satıcı ilə 120.000 manata razılaşmışlar, həmin pulun 70.000 manatını Zərərçəkmiş şəxs hissə-hissə ödəyərək qurtarmış, qalan 50.000 manat pulunu isə o özü satıcıya ödəyib qurtardıqdan sonra, satıcı avtobusun «rastamojkası»nın (gömrük rüsumunun) 100.000 manat olduğuna görə avtobusu 120.000 manata onlara verə bilməyəcəyini, avtobusu 200.000 ABŞ dollarından aşağı qiymətə sata bilməyəcəyini demiş, o, Ramilə və Zərərçəkmiş şəxsyə zəng edib bu barədə bildirmiş və razılaşmışlar ki, sonuncunun verdiyi 70.000 manat pula evlər götürsünlər, 70.000 manat pulu isə ayda 3.100 manat ödəməklə hissə-hissə Zərərçəkmiş şəxsyə qaytarmağa başlamş, 8 ay ödədikdən sonra Zərərçəkmiş şəxs gələrək onun şirkətini götürmüşdür. Zərərçəkmiş şəxs onun şirkətini işlətdiyi dövrdə avtomobil almaq istəmiş, bu barədə ona bildirmiş, əlində cəmi 15.000 ABŞ dolları olduğunu demiş. Birlikdə avtomobil salonlarını gəzmişlər, lakin həmin qiymətə münasib avtomobil tapa bilməmişlər, sonradan Zərərçəkmiş şəxs özü Şahmirzə adlı şəxslə tanış olmuş, sonuncu 45.000 ABŞ dollarına istədikləri avtomobili satdığını demiş. Şahmirzəyə ilkin ödəniş olaraq 15.000 ABŞ dolları verəcəklərini, 6 ay ərzində də ayda 5.000 ABŞ doları olmaqla cəmi 30.000 ABŞ dolları ödəyəcəklərini demiş, Şahmirzə onlarla razılaşmış, avtomobilin içərisində Zərərçəkmiş şəxs 15.000 ABŞ dolarını ona vermiş, o da sayaraq Şahmirzəyə təqdim etmişdir, bunu avtomobildə olan Şahmirzə, Zərərçəkmiş şəxs və əlavə 2 nəfər də görmüşlər; şirkətdə işlər zəif olduğundan Zərərçəkmiş şəxs avtomobilin pulunu ödəyə bilməmiş, hətta bir dəfə özü Şahmirzəyə 2.000 ABŞ dolları pul ödəmiş, lakin qalan məbləğ ödənilmədiyindən Şahmirzə avtombilə olan etibarnaməni ləğv etdirmiş və avtomobil polis əməkdaşları tərəifindən saxlanılaraq Şahmirzəyə qaytarılmışdır. Avtomobil üçün Zərərçəkmiş şəxs ona 1 manat da olsun pul verməmiş, ibtidai istintaq zamanı sonuncu avtomobil üçün guya 30.000 ABŞ dolların Keşlə qəsəbəsində verdiyini bildirmiş, o, Zərərçəkmiş şəxs əgər həmin pulu veribsə şahid gətirməsini tələb etmiş, lakin sonuncu şahid göstərə bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsində özünü Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Mohammedə və ya başqasına qarşı dələduzluq etməmiş və heç kimi aldatmamışdır. O, 2016- ilin yanvar ayında öz adma rəsmi olaraq dövlət qeydiyyatına aldırdığı "xxxx" MMC-n təsisçisi və direktorudur. Həmin şirkətdə onunla birlikdə 6 nəfər rəsmi işçi vardır, özü direkto iki nəfər tur bələdçi, bir nəfər ofis menecer, bir nəfər mühasib və bir nəfər də texniki işçidə ibarət olmuşdur. Aladilee X5 şikayət ərizəsi ilə tanış olmuşdu O, Mohammedi tanıyır, onunla heç bir düşmənçiliyi vəşəxsi ədavəti olmamışdır. ( Mohammedlə Bakışəhərinə qonaq gələndən sonra tanış olmuş, həmişə sonuncu onun tı şirkətindən istifadə edərək Bakıya gəlmiş, bununla da onunla münasibəti yaranmışdı Bakışəhərinə gələndən sonra onun kirayə tutmuş olduğu evi günlük olaraq kirayəyə vermiş \ Mohammed də həmin evdə qalmışdır, 2018-ci ilin sentyabr aymda Mohammed Bakışəhərind olan zaman bundan qabaq Mohammed ona demişdir ki, onun atası və qardaşı ilə münasibə yaxşı deyil, ona görə də birdəfəlik Bakıya köçüb burada yaşamaq istəyir, ona demişdir ki, satılı bir villa tapsm, həmçinin bir iş görmək üçün bir şey fikirləşsin. Mohammed ona ilkin olaraq di; heyvan alış verişi etmək yəni din qoyun quzunu İraqa apanb alverini etmək istəsədə sonrada sərhəddən diri heyvanın keçirilməsi ilə bağlı problemlər yarandığı üçün bu iş alınmamışdı] X10 dəmir sexi işlətdiyini, yəni dəmir üzərində işləmələr edən se> işlətdiyini və bu, işi Azərbaycan Respublikasında açmaq istədiyini ona demişdir. O d Mohammedə demişdir ki, bu onun işi deyil, o, köməklik edə bilər ki, yer tapsn və şirkət açılmasına köməklik etsin, işin təşkili isə onun işi olacaqdır. Onunla belə bir məzmunda danışandan sonra Mohammed İraqa getmişdir. Mohammed İraqda olan zaman 2018-ci ilin oktyabr ayında onun mütəmadi olaraq icarəyə avtobus götürdüyü «AFN» şirkətinə icarəyə avtobus götürmək üçün gedən zaman orada şirkətin rəhbəri Famil ona demişdir ki, şirkətində satılıq iki ədəd Mersedes Traveqo markalı avtobus satışda vardır. Həmin avtobusun biri 2006-cı il, digəri isə 2009-cu il buraxılışlıdır. Onun diqqətini 2009-cu il istehsalı olan avtobus çəkdiyi üçün onun qiyməti ilə maraqlanmış, Famil ona avtobusun qiymətinin 120000 ABŞ dolları olduğunu bildirmiş, belə ki, Famil ilkin olaraq avtobusun qiymətinin 140000-130000 ABŞ dolları olduğunu, lakin onu tanıdığıüçün avtobusu ona son qiymət olaraq 120000 ABŞ dollarına verə biləcəyini bildirmişdir. O da Fikirləşib xəbər edəcəyini bildirmişdir. Həmçinin Famil ona demişdir ki, o, avtobusu alsa öz turizm şirkətində istifadə edər, iş olanda isə avtobusu onun şirkətinə icarəyə verər, aylıq təxminən 5000-6000 manat arası qazanc verər, bu da təxminən 3000-3100 ABŞ dolları məbləğində pul edir. O da Mohammedlə «VVhatsapp» proqramı vasitəsilə danışmış, sonuncuya Familin ona dediklərini demiş və avtobusun şəkillərini ataraq təklif etmişdir ki, avtobusun dəyəri olan 120000 ABŞ dollarının 70000 ABŞ dollarını özü qoysun, 50000 ABŞ dollarını isə o, qoysun, həmçinin o, Mohammedə təklif etmişdir ki, ondan biraz artıq pul qoyduğu üçün pulu tam ödənilənə qədər qazancın hamısını götürəcək, daha sonra isə qazanc yarı-yarıya bölünəcəkdir. Mohammeddə onunla razılaşmışdır. Həmçinin Mohammed ona demişdir ki, pulu təxminən 1 həftəərzində göndərəcəkdir. Ancaq Mohammed söz verdiyi kimi pulu bir həftəərzində deyil iki dəfə olmaq şərtilə təxminən bir ay ay yarımın içərisində ona göndərmişdir. Mohammed pulu ona iki dəfəyə göndərmiş və səhv etmirsə göndərdiyi şəxs onunla Nəsimi heykəlinin yanında görüşərək pulu ona vermişdir. Danışıqlarına görə avtobusun kimin adma olmasının heç bir əhəmiyyəti olmamışdır. Bundan sonra o, 120000 ABŞ dolları pulu düzəltmək üçün özündən də 50000 ABŞ dolları məbləğində pulu həmin Mohammedin göndərdiyi 70000 ABŞ dollarının üstünə qoyaraq 120000 ABŞ dolları etmiş və Famillə danışaraq avtobusu almaq istədiyini dedikdə Famil ona demişdir ki, artıq gömrük rüsumları qalxmışdır, avtobusun tək gömrük rüsumu 100000 ABŞ dolları edir, ona görə də avtobusu o qiymətə deyil, son qiymət olaraq 190000 ABŞ dollarına satdığını bildirmiş, o da onunla biraz danışıq aparandan sonra demişdir ki, əgər 2006-cı il istehsalı olan avtobusu yaxşı qiymətə satmış olsa bu avtobusun qiymətindən ona endirim edəcəkdir. Belə olduqda o, utanmış, bu barədə Mohammedə bir söz deməyə ona görə qərara gəlmişdir ki, həmin pulu başqa işlərə yatırsın və oranın qazancı ilə Mohammedə pul versin. Bundan sonra həmin ümumi 120000 ABŞ dollarının 36000 ABŞ dollarını Hindistandan olan tanışı Amid Kumar vasitəsilə sonuncunun ucuz satdığı bentonit gili alıb azərbaycana gətirsin və burada baha qiymətə sataraq qazanc götürsün. O, 36000 ABŞ dolları məbləğində pulu 2018-ci ilin oktyabr ayında Amidə Bakışəhəri, İzmir küçəsində yerləşən X18 vermiş, sonuncu pulu götürəndən sonra təxminən 3 gün keçmiş Hindistana qayıtsış və oradan ona Gəmi vasitəsilə Gürcüstanın Poti şəhərinə 300 ton bentonit gil göndərmişdir. O, malı Poti limanından qəbul etmək üçün yeznəsi Azər Quliyevi və dostları Vüqar və Habili göndərmiş, mah qəbul edəndə problem yaranmasın deyə Azərə etibarnamə də vermişdir. Onlar gedib malı gətirmək istəsələrdə müəyyən gömrüklə bağlı problemlər yarandığından malı azərbaycana keçirə bilməmişlər və bu günə qədər də həmin bentonit gil Poti limanında qalmışdır. Bundan başqa 45000 ABŞ dollarmıİraq türkməni olan Əşrəf adlışəxslə söhbət edən zaman sonuncu ona demişdir ki, İraqın Ərbil şəhərindən Bakışəhərinəçarter reyslərini almışdır, həmin adamlar Azərbaycana gəldikdə onların azərbaycanda olan istirahətlərini təşkil etməli olmuş, ona görə də ondan 45000 ABŞ dolları məbləğində pul istəmişdir ki, hər təyyarə gəldikdə 37500 ABŞ dolları məbləğində pul ödəməlidir, iki təyyarə reysinin pulundan 45000 ABŞ dollarıçatmır, həmin pulu o, versin, 5 gün ərzində qaytaracaqdır. Ancaq həmin pulu ona bu günə qədər qaytarmamışdır. Qalan pullarla isə Bakışəhərində müxtəlif ünvanlarda evlər kirayə tutaraq qazanclar götürmüşdür. Təxminən 8 ay ərzində Mohammedə hər ay 3100 ABŞ dollarından olmaqla qazanc vermiş, o pulun bir hissəsini həmin müddətdə Mohammed Azərbaycana gəldikdə vermişdir. 2019-cu ilin may aymda Mohammed Bakıya gələndə ona təklif etmişdir ki, onun şəriki olan Rəşadışirkətdən kənarlaşdırsın, avtobusu sataraq pulundan Rəşada 43000 ABŞ dolları versin vəşəriklikdən çıxsın, onunla özüşərik olsun. Həmin vaxt o, Mohammedə demişdir ki, avtobus məsələsi alınmamış, o, həmin pulla yuxarıda qeyd etdiyi işləri görmüş və verdiyi qazancı da həmin işlərdən əldə edərək vermiş, Mohammed də ona demişdir ki, onda eybi yoxdur, ayda 3000 ABŞ dollarını qazanc olaraq verər. Bundan başqa Mohammed Bakışəhərində yaşamaq üçün ev axtarmışdır. Ona da demişdir ki, bu işdə köməklik etsin. Bundan sonra o, ilkin olaraq Mohammedəözünə məxsus olan Bakışəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanında yerləşən evini təklif etmişdir ki, həmin evi satır, əgər istəyirsə satsın. Mohammed də onun evinə baxandan sonra demişdir ki, o, villa almaq istəyir. Mohammed İraqda olan zaman sonuncu üçün Bakışəhərində ev axtarmağa başlamış, bununla bağlı o, bütün tanış və dostlarına müraciət etmişdir ki, yaxşı bir villa olsa ona xəbər etsinlər. Bu barədə o, tanışı Rövşən adlışəxsə bu barədə demişdir ki, ona köməklik etsin. Təxminən bir ay keçəndən sonra Rövşən ona zəng vuraraq məlumat vermişdir ki, bir yaxın adamı vardır, adı Qalibdir, sonuncunun Bakışəhəri, Xəzər rayonu. Mərdəkan qəsəbəsində yerləşən evi vardır, əliyandıda evi 250000 manata təcili satır. O, özü Qaliblə danışmamış, Rövşən danışıb sözlərini ona çatdırmışdır. Həmin vaxt villanın torpağının sənədləri olsada digər sənədləri qaydasında deyildir. Qalibdə Rövşənə demişdir ki, evin sənədlərini qaydasına salmaq üçün təxminən 20000- 30000 manat pul lazım olacaqdır. O, həmin evin fotoşəklini Mohammedə göndərmiş, Mohammed evi çox bəyənmiş və qiyməti ilə maraqlandıqda həm evin sənədləşməsi üçün, həmçinin arada olan şəxslərin qazancını də nəzərə alaraq evin 200000 ABŞ dollarına satıldığını demişdir. Mohammed də evi çox bəyənmiş və həmin qiymətəçox yaxşı ev olduğunu bildirmiş, ancaq əlində 200000 ABŞ dolları məbləğində pulun olmadığını, pulu 5 və ya 6 ay ərzində hissə hissə verə biləcəyini bildirmişdir. O da Rövşənə bu barədə dedikdə Rövşən demişdir ki, «gör əvvəlcədən hansı məbləğdə pul verir, biz qalan pulu verək, o da bizə pulu ödəyər». O da Mohammeddən ilkin nə qədər pul verə biləcəyini soruşduqda sonuncu 30000 ABŞ dolları pul verə biləcəyini demişdir. Rövşən də qalan pulu özləri verəcəklərini bildirmişlər. Bu zaman Qalib evi təcili olaraq satdığını dediyi üçün evin qiymətini əşyaları ilə birlikdə 210000 manata satdıqlarını bildirmişdir. Bundan sonra o, Mohammedə demişdir ki, 30000 ABŞ dolları məbləğində pulu göndərsin, qalan pulu onlar ödəyəcəklər, o da onların pulunu verər, Mohammeddə razılaşmışdır. Belə olduqda Mohammed İraqdan pulu göndərmiş və ona bir nömrə vermişdir. 2018-ci ilin oktyabr və ya noyabr ayında o, həmin şəxslə telefonla danışaraq Meqafon əyləncə mərkəzinin yanında görüşmüş, sonuncu da ona 30000 ABŞ dolları məbləğində pulu götürmüşdür. Həmin pulun da üstünü düzəldib ilkin olaraq 145000 manat pul etmiş və həmin pulu Rövşənə vermiş, Rövşəndə həmin pulu aparıb Qalibə vermiş və onun şəxsiyyət vəsiqəsini almışlar ki, torpağın ilkin sənədlərini onun adına keçirsinlər, qalan pul isə evin ilkin sənədləri düzələndən sonra verilsin. Təxminən 20 gün içərisində evin ilkin sənədləri də düzəlmiş və onlar pulun qalan hissəsini də Qalibə vermişlər, bundan sonra evin ilkin sənədləri də onun adma keçirilmişdir. Bundan sonra o, evi torpaqla birlikdə bir başa mülkiyyətçi kimi Mohammedin adına keçirmək istəsə də daşınmaz əmlakın dövlət reyestri xidmətindən ona məlumat vermişlər ki, Mohammed xarici vətəndaş olduğu üçün ev bir başa adma keçirilə bilməz. Bundan sonra ilkin olaraq sənədlər dövlət reyestri xidmətində qeydə alınmasıüçün onun adma rəsmiləşdirilmişdir. Bundan sonra evin pulunu hissə hissə Mohammed 2019-cu ilin mart ayına qədər ona ödəmişdir. Həmin evi də sonradan o, Mohammedin adma rəsmiləşdirmişdir. Bundan başqa 2018-ci ilin noyabr ayında Mohammed Bakışəhərində olan zaman ortaq tanışları olan Sərmət adlışəxs təklif etmişdir ki, Dubay şəhərindən avtomobil ehtiyyat hissələri alaraq gətirib Bakışəhərində satmaqla pul qazanmaq olar. Bununla bağlı hər üçü yəni o, Sərmət və Mohammed Dubay şəhərinə viza almaq üçün müraciət etmişlər, həmin vaxt onunla Sərmətə viza verilsə də Mohammedə viza verilməsindən imtina edilmişdir. Bundan sonra qərara gəlmişlər ki, Sərmət malın dalınca getsin, o isə burada qalsın. Danışıqlarına görə Sərmət demişdir ki, Dubaydan mal alacaqları adamlar qohumlarıdır, əgər onlar 50000 ABŞ dolları məbləğində Sərmətə pul versələr, oradan təxminən 100000-150000 ABŞ dolları məbləğində avtomobil ehtiyyat hissəsi gətirə bilər. Buna görə də qərara gəlmişlər ki, Mohammed pulu versin, işə başlasınlar. Bundan sonra Mohammed bu işlə bağlı 50000 ABŞ dolları pul qoya bidəcəyini demiş, həmin pulun 37000 ABŞ dollarmıİraqdan Dubay şəhərinə Sərmətin adına göndərmişdir, 13000 ABŞ dollarını isə Mohammed Dubay şəhərinə onun üçün göndərmiş, o, həmin pulun təxminən 2 və ya 3000 ABŞ dollarını orada xərcləmiş, qalan pulu İsəözü ilə birlikdə Bakışəhərinə gətirmişdir ki, karqo işlərini lazım olanda həmin ehtiyyat hissələri ilə bağlı həll edər. X22 şəhərindən ehtiyyat hissəsini göndərməmişözü oradan Mohammedləəlaqə saxlayaraq əlavə olaraq 10000 ABŞ dolları məbləğində pul da lazım olduğunu bildirmişdir. Mohammed də Sərmətə həmin məbləğdə pulu göndərəndən sonra onunla əlaqə saxlayaraq Sərmətəəlavə olaraq 10000 ABŞ dolları məbləğində pul da göndərmişdir. Sonradan ehtiyyat hissəsi Azərbaycana gəlməmiş və Sərmətdə pulu geri qaytarmamışdır. Bundan başqa 2019-cu ilin mart ayının 27 və ya 28də Mohammed Azərbaycan Respublikasına gələn zaman ona demişdir ki, bəs bir cip modelli avtomobil almaq istəyir, ancaq hazırda imkanı zəifdir, avtomobilin müəyyən hissəsinin pulunu bəribaşdan ödəsin, qalan pulu isə hissə-hİssəödəsin. Bundan sonra onlar bir neçə avtosalona gedərək Mohammed dediyi şərtlərlə avtomobil maraqlanmışlar, lakin avtomobil alınması mümkün olmamışdır. Bundan sonra sırf təsadüfdən Əli adlışəxsin işlətdiyi Bakışəhəri,Babək prospektində yerləşən avtomobil salonuna getmişlər. Orada bir X19 markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişlər vəƏli adlı avtomobil satışı salonunun sahibi ilə danışıb qiyməti ilə maraqlanmışlar, Əli onlara demişdir ki, avtomobili 43500 ABŞ dollarına satır, lakin pul hissə-hissəödəniləcəyi üçün 45000 ABŞ dollarına qiymətləndirir, əvvəlcədən 15000 ABŞ dolları məbləğində pul verəcəklər, qalan 30000 ABŞ dollarım isə 5 ay müddətindəödəyəcəklər. Əli aylıq konkret olaraq nə qədər ödəniş etmək lazım olduğunu deməmişdir. Danışıqlarına görə həmin müddətdə Mohammedə avtomobili idarə etmək üçün etibarnamə verəcəkdir, 5 ay tamam olandan sonra borc pul bağlanmalı və avtomobil Mohammedin adma rəsmiləşdirilməli olmuş, bundan başqa həmin borc bağlanandan sonra 13500 manat avtomobilin üzərində olan ** DX *** dövlət nömrə nişanına görəödənilməli olmuşdur. Mohammed də razılaşmışdır. Belə razılaşmışlar ki, qazancın pulu ilə həmin avtomobilin pulu ödənilməli olmuş, səhv etmirsə 28 mart 2019-cu il tarixdə Bakışəhəri, Xətai rayonu, Xətai metrostansiyasının yaxınlığında yerləşən notariat kontorunda Əli Mohammedə avtomobili idarə etmək üçün etibarnamə vermiş və avtomobilin içərisində notariat kontorunun qarşısında 15000 ABŞ dollarınıƏliyə vermişlər və artıq ayın axırı olduğu üçün Əli ilə belə razılaşmışlar ki, hər aym 1-də avtomobilin pulundan ödəyəcəklər. 1 may 2019-cu ildəödəniş etməli olduqlarına baxmayaraq imkanlaşhdırıb ödəniş edə bilməmişlər, belə olduqda Əli zəng edəndə o, demişdir ki, bu ay imkan olmamış, gələn ay ödəniş edəcəklər. Əli də onunla razılaşmışdır. Bundan sonra 01 iyun 2019-cu il tarixdəƏli onların Tarqovu adlanan ərazidə yerləşən ofislərinin qarşısına gəlmiş və o, orada 2000 ABŞ dollarını verərək avtomobilin pulundan çıxmasını istəmiş, bu barədə sonradan zəng edərək Mohammedə də məlumat vermişdir. Daha sonra isə heç bir ödəniş edə bilməmişlər və sonradan Əli ödəniş qəbul etmədiyi üçün etibarnaməni ləğv etdirmiş, o da onunla görüşüb izah etmişdir ki, nəyə görə belə edir, onlar 5 aylıq danışmışlar və həmin vaxta qədər onlar pulu ödəyəcəklər, bundan sonra Əli yenidən Xətai rayonu, Xətai metrostansiyasının yanında Mohammedə etibarnamə vermişdir. Lakin avqust ayında həmin 5 aylıq müddət başa çatsada onlar avtomobilin pulunu ödəyə bilməmişlər. Əli ilə görüşüb söhbət etmişlər. Əli Mohammedə izah etmişdir ki, avtomobili iki dəfə sürtmüş və 5 ayda sürür, ona görə də 10000 ABŞ dolları pul qaytarıb avtomobili geri alırlar. Mohammed də razılaşıb 10000 ABŞ dollarını təhvil alaraq avtomobili Əliyə vermişdir. Bundan başqa 2019-cu ilin aprel və ya may ayında əvvəlcədən Mohammed ona demişdir ki, Bakışəhərində müəyyən iş qurub işləmək istəyir vəİraq Respublikasında dəmir sexi işlətdiyi üçün burada da o işlə məşğul olmaq istəyir və dəmir aparatı almaq üçün və onun ingilis dilində bildiyini bildiyi üçün ona demişdir ki, o, internetləÇinlə danışsın və oradan o paratı alıb gətirsinlər. Bundan sonra o, Çinləşirkətlə yazışmış, oradan həmin apparatı 38000 ABŞ dollarına satdıqlarını demişlər, o da bu barədə Mohammedlə danışıb vəziyyəti izah etmiş, Mohammed demişdir ki, maraqlanıb görüb quraşdırma üçün şirkət əlavə pul istəyəcək ya yox. O da yenidən şirkətlə yazışdıqda orada məlum olmuşdur ki, onlar quraşdırmanıödənişsiz edirlər, sadəcə olaraq gələn işçilərin yol haqqı verilməlidir və onların yeyib içməyi alınmalıdır. O da onların dediklərini Mohammedə demiş, Mohammeddə ona demişdir ki, əladır. Həmin vaxt Mohammed İraq Respublikasında olmuş, bu səbəbdən qərara almışlar ki, Mohammed oradan 38000 ABŞ dollarınıÇin Xalq Respublikasında yerləşən dəmir üzərində işləmə aparan aparatın satıldığı hazırda adı yadında olmayan şirkətə pulu göndərsin. Bundan sonra şirkətin verdiyi hesab nömrəsinəİraqdan bir başa Mohammed pulu Çinə göndərmişdir. Lakin sonradan Mohammed imtina etdiyi üçün apparatı göndərməmişlər, belə olduqda pulu geri almaq üçün şirkətlə danışıqlar aparmağa başlamış, həmin vaxt şirkət ona demişdir ki, pul hesaba keçirildiyindən pulun geri qaytarılmasıüçün hökmən Çin Xalq Respublikasına getməlidirlər. Bu səbəbdən hazırki vaxta qədər pulu şirkətdən geri ala bilməmişlər. Həmçinin şirkətdən alacaqları aparat onun adma sifarişolunduğu üçün onun adına da gəlməli olmuşdur. Əlavə olaraq bildirir ki, avtobus almadığını biləndən sonra Mohammed ona demişdir ki, eybi yoxdur, hər ay 3100 ABŞ dolları məbləğində qazanc versin. O da bir ay sonra versə də sonradan verə bilməmiş və aralarında narazılıqlar yaranmış, həmçinin kimsə onların evi ucuz alıb ona baha qiymətə satdıqlarını dediyi üçün Mohammed ümumiyyətlə ona qarşıçönmüş və ondan tələb etmişdir ki, aralarında müqavilə bağlasınlar. Həmçinin o da razılaşmış və 11 iyul 2019-cu il tarixdə Rüfət adlı Mohammedin vəkili tərəfindən müqavilə tərtib olunmuşdur ki, onun Mohammedə 200000 ABŞ dolları məbləğində verəcəyi vardır. O da Mohammedə demişdir ki, axı 200000 ABŞ dolları deyil, 20000-30000 ABŞ dolları az olmalıdır, Mohammed isəümumi götürüb elə yazdıqlarını qeyd etmiş, o da orada təxminən 20000-30000 ABŞ dolları fərq etdiyi üçün etiraz etməyərək razılaşmışdır. Müqaviləni hər ikisi imzalamışlar. Həmçinin onun tərəfindən etiraf da müqaviləsi imzalanmışdır ki, o, Mohammedə satdığı evin sənədlərini qaydasına salaraq evi sonuncunun adma rəsmiləşdirəcək və hazırda həmin evi Mohammedin adma sənədləşdirmişdir. Bundan başqa o, öz xətti ilə Mohammeddən aldığı pulları qeyd etməklə yazmış və altını imzalamışdır. Buna baxmayaraq Mohammed ondan polisəşikayət etmişdir. O, avtobusa görə Mohammedin göndərdiyi 35000 abş dollarını Bakışəhəri Xətai rayonunda, bir dəfə də 35000 abş dollarını Nəsimi heykəlinin yaxınlığında almışdır. O, həmin avtobusu almaq istəsə də sonradan avtobusun qiymətini qaldırdıqlarıüçün həmin avtobusu ala bilməsə də Mohammedə avtobusu aldığını bildirmiş, buna görə də o, bir neçə ay 3100 abş dolları pul vermişdir. Bundan başqa bildirir ki, Rəşadla Mohamedin arasında pul narazılığına görə 10000 ABŞ dolları pulu Mohammedin əvəzində Rəşada vermişdir (2-ci cild iş vərəqi 274-279). Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 il əvvədl ona təklif etmişdir ki, avtobus alsınlar və işlədib gəlir əldə etsinlər, Musa ilə əvvəlcə razılaşmışlar ki, şərikli olaraq avtobus alsınlar, bu məqsədlə o, 35.000 ABŞ dolları qoymuş, daha sonra Musa şərik olmaq istəmədiyini, avtobusun qalan dəyərini də onun ödəməsini demiş, avtobusun qalan dəyəri olan 35.000 ABŞ dollarını da yenə o, ödəmiş, beləliklə avtobus üçün 70.000 ABŞ dolları pul vermiş, ilk ayda Musa avtobusdan gəlir olaraq ona 3.100 ABŞ dollar verməli olduğu halda cəmi 1.000 ABŞ dollar vermiş, onların dost olmağını, narahat olmamağını, pulun qalanını da verəcəyini demişdir. Bir müddət keçmiş, o da dost olduqları üçün utanaraq Musadan pul istəməmişdir. Musa ona avtobusun yanında dayandığı şəkillər göndərmiş, beləcə 5-6 ay keçsə də o, avtobusdan heç bir gəlir əldə etməmişir; 2018-ci ilin oktyabr ayına qədər Musa hər dəfə avtobusun yanında olduğunu, ondan gəlir qazanacaqlarını demişdir. Daha sonra Musa ona Dubay şəhərində avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə bağlı iş təklif edərək yenə şərik olmalarını demiş, bu işin maddi baxımdan dəyərinini də 60.000 ABŞ dolları təşkil etdiyini bildirmiş, o, yenə deyilən məbləği Musaya vermiş, daha sonra aydın olmuşdur ki, ortada nə iş, nə də şəriklik var. Musa ona Dubay şəhərindən avtomobil ehtiyat hissələrini alaraq, limanlara gedib-gəldiyini demiş, o da dost olduqları üçün Musaya inanıb heç nə deməmişdir. O, Musaya Bakı şəhərində ona ev almasını, ailəsini də gətirib Bakıda yaşamaq istədiyini demiş, o, Musa ilə bərabər Asan Xidmətə getmiş, evə görə 200.000 ABŞ dollarını Musaya vermiş, amma Musa tapdığı evi də öz adına keçirmiş, lakin ona evi onun adına keçiəcəyini, narahat olmamağını demiş, onun inamından istifadə etmişdir, o, sonradan öyrənib bilmişdir ki, evin qiyməti 200.000 manat olmuş, lakin Musa ondan 200.000 ABŞ dolları almışdır. Daha sonra problemlər başlayanda Musa ona ev üçün baş etibarnamə vermiş və o vəkil tutaraq evi öz adına keçirib 180.000 manata satmışdır; sonra o, «X20» markalı avtomobil almaq istəyərkən yenə Musaya 45.000 ABŞ dolları pul vermiş, avtomobili alandan 4-5 ay sonra ona zəng gələrək həmin avtomobilin axtarışda olduğu bildirilmişdir, həmin vaxt ona bəlli olmuşdur ki, Musa avtomobilin pulundan cəmi 17.000 ABŞ dollarını ödəmiş, 28.000 ABŞ dolları ödənməmişdir, bu səbəbədən avtomobilə həbs qoyulmuşdur. Avtomobilin alındığı avtosalonun Əli adlı sahibi ya pulu ödəməsini, ya da avtomobili geri verməsini demiş, avtomobil ondan alındıqdan sonra Əli ona avtomobil üçün ödədiyi puldan cəmi 10.000 ABŞ dollar geri qaytarmışdır. Daha sonra o, İraqda olarkən Musa zəng edərək təcili Çinə 38.000 ABŞ dollar pul köçürməli olduğunu, həmin pulu ona (Musaya) göndərməsini, pulu 4-5 günə qaytaracağını bildirmiş və o, həmin pulu Musaya göndərmişdir. Bundan sonra Musa tanımadığı şəxslə onun yanına gəlmişlər, Musa Rəşad adlı şəxslə arasının yaxşı olmadığını, Rəşada 43.000 ABŞ dolları pul ödəməli olduğunu, yoxsa Rəşadın onu (Musanı) öldürə biləcəyini demiş, o, Musaya deyilən məbləğdə pulunun olmadığını, sadəcə 15.000 ABŞ dollar kömək edə biləcəyini demiş, məcbur qalıb 15.000 ABŞ dollarını Musaya vermişdir. Bir çox yerlərə Musanını hərəkətlərindən şikayət etsə də Musa həmin idarələrlə danışmış, onları (müxtəlif idarələrdəki vəzifəli şəxsləri) razı salmış və onun şikayətlərinə baxılmamış, müraciətlərinin və şikayətlərinin heç bir nəticəsi olmamışdır. O, Musaya oturub dostcasına bu məsələni danışıb həll etməyi təklif etsə də, Musa ona hara istiyirsə şikayət etməsini, onun (Musanın) hər yerdə adamının olduğunu, 10 dəqiqəyə məsələni həll edəcəyini demişdir, bu barədə onda Musanın səs yazıları da olmuşdur. Musanın hərəktləri nəticəsində ona cəmi 520.200 manat təşkil edən 318.000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmdə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan etibarən BakışəhərindəTəqsirləndirilən şəxs ilə tanış olmuşdur. Musa “Hodin Tour” Turizm şirkətinin sahibidir və o, da həmin şirkətin vasitəsi ilə turist olaraq Azərbaycan Respublikasına gəlmişdir. Bakışəhərinə gəldikdən sonra Azərbaycan dövlətini çox bəyəndiyi üçün Bakışəhərində yaşamağa qərar vermişdir. 2018-ci ilin oktyabr ayında Bakışəhərində olarkən burada özüüçün ticarət qurmaq istəmiş və bu barədə Təqsirləndirilən şəxs demiş, Musa isə ona sərnişin avtobusu alıb icarəyə verməklə hər ay 3100 (uç min yüz) ABŞ dolları gəlir əldə etmək olduğunu demişdir. O, da bu barədə fikirləşəcəyini Musaya demiş və işləri ilə bağlıİraq Respublikasına getmişdir. İraqda olarkən Musa ona “vatsap” sms vasitəsi ilə “Trafıko” markalı 50 nəfərlik sərnişin avtobusunun fotosunu göndərib 70.000 ABŞ dollarına satıldığını demiş,o, da avtobusu almaq qərarına gəlmişdir. Musa ilə iş barədə söhbət edərkən Musa ona alacaqları avtobusun pulunun əlli faizini özünün, əlli faizini isə onun verəcəyini demiş, lakin Musa qeyd etdiyi avtobusun fotosunu ona göndərdə hazırda maddi imkanı olmadığını, onun pulu tam ödəməsini, sonra isə Musanın ona verdiyini bildirmişdir. O, Musaya pulu hansı yolla ödəyəcəyini dedikdə, Musa onu İraq Respublikasının Kər kük şəhərindəƏhməd adlıöz tanışının yanına göndərmiş və o, 12 sentyabr 2018-ci ildə Musanın tapşırığı iləƏhmədin ofisində olan Gəssan adlışəxsə 35.000 ABŞ dolları vermişdir. Həmin vaxtdan sonra Musa ona bu işdəşərik gedə bilmədiyini demiş, ona görə ondan 35000 abş dolları ondan istəyərək avtobusu onun adma keçirəcəyini demişdir. 2018-ci ilin oktyabr ayında 35.000 ABŞ dollarıümumilikdə 70000 abş dolları pulu Gəssana vermiş, Musa da telefonda ona pulu Bakışəhərində başqa şəxsdən götürdüyünü demişdir. Bundan sonra o, Bakışəhərinə gəlmişdir. 2018-ci ildə Musa ona cəmi bir dəfə 2.100 ABŞ dolları verərək guya avtobusun aylıq gəlirindən olduğunu demişdir. O, Bakışəhərində olduğu zaman Musa ona 120000 abş dolları olsa onların bir yerdə biznes qura biləcəklərini, yəni 60000 abş dolları onun, 60000 abş dolları da özünün qoyub BirləşmişƏrəb Əmirliklərinin Dubay şəhərindən avtomobil ehtiyat hissələri gətirib Bakıda satışını təşkil etməyi təklif etmişdir. O, Musa ilə razılaşmış və 2018-ci ilin dekabr ayının əvvəllərindəİraqda yaşayan tanışına zəng edərək axırlarında 60.000 ABŞ dolları pulu yenidən Musanın xahişi iləİraq şəhərində Kərkük şəhərində Gəssana göndərmişdir. Musa pulıun ona çatdığını təsdiq etmişdir. Həmin vaxtlarda o, Bakışəhərində ev almaq istədiyi üçün bu barədə Musadan ona kömək etməsini istəmiş və Musa ona ilk olaraq Bakışəhəri Yasamal rayonu ərazisindəözünə məxsus bir evə aparmış və həmin evi 140.000 ABŞ dollarına satdığını demiş, lakin o, həmin evi almamışdır. Bundan sonra o, İraqa qayıtmışdır. İraqda olduğu zaman Musa ona zəng edərək Bakışəhərində 0.075 ha torpaq sahəsi olan ərazidə iki mərtəbəli evin fotoşəkilini göstərib həmin evin düşmə ev olduğunu demişdir. O, da Musanın sözü ilə xx.xx.2018-cu ilin dekabr ayında Gəssan adlı tanışma 100000 abş dolları vermiş və Musa pulu Bakışəhərində aldığını ona bildirmişdir. Bundan sonra Bakışəhərinə gəlib həmin evə baxıb evi bəyənmişdir. Lakin Musaya hazırda həmin evə vermək üçün onun 100000 abş dolları olmadığını bildirmişdir. Musa isə ona evin sahibi ilə danışdığım, yaxın vaxtlarda pulu ödəyərsə evin onun olacağını demişdir. O, Musa ilə razılaşıb İraqa qayıtmışdır. O, yenidən İraq şəhərində qayıdıb orada olan yaşayış evini və avtomobilini satıb pul əldə etmişdir. 2019-cu ilin fevral ayında 100000 abş dollarını yenidən Musanın təklifi ilə Kərkük şəhərindəGəssana vermiş, Musa da pulu götürmüş və evin pulunu özündən tam olaraq verdiyini demişdir. Sonra Bakışəhərinə gəlmiş və evin sənədləri tam qaydasında olmadığından ilkin olaraq ev satan şəxs yəni Qalib Məmmədovun adından Musanın adma sənədləşdirilmiş, lakin sonradan Musa ondan 10.000 ABŞ dolları alaraq evin çıxarışını onun adma sənədləşdirmiş, sonra eyni zamanda evdə olan əşyalara görə də 5000 abş dolları manat pulu ondan almışdır. 2019-cu ilin aprel ayında özüüçün avtomobil almaq istədiyini Musaya demiş və Musa onu Bakışəhəri Babək prospektində avtosalona apararaq “X21” avtomobilini **-DX-*** dövlət nömrə nişanlı avtomobilini göstərib 45.000 ABŞ dollarına satıldığını demişdir. O, da həmin avtomobilə görə 2019-cu ilin aprel ayında Musa səhər vaxtı Nərimanov rayonu ərazisində 15.000 abş dolları, həmin günün axşamı isə 30.000 baş dollarını ünvan 6 ünvanında Diasporla İş komitəsinin yaxınlığında vermişdir. Səhəri gün Musa həmin avtomobili gətirib ona vermiş və sürməyə də etibarnamə vermiş, o, isə avtomobili götürüb 4 ay istifadə etdikdən sonra ona Əli adlışəxs zəng edərək Musanın avtomobilə görə onlara cəmi 17.000 ABŞ dollarıödədiyini və 28.000 ABŞ dolları borclu qaldığını deyib qalan 28.000 ABŞ dollarının ödənilməsini ondan tələb etmişdir. O, Əliyə avtomobilə görə 45.000 ABŞ dollar Musaya pul verdiyini demiş, lakin Əli yenidən avtomobilə görə onlara Musa tərəfindən cəmi 17,000 ABŞ dollarıödənildiyini bildirmişdir. Sonradan həmin avtomobili ondan almışlar, o, da heç olmasa Musanın ödədiyi 17.000 ABŞ dollarının ona qaytarılmasını istədikdə, Əli adlışəxs ona cəmi 10.000 ABŞ dolları Musanın yanında ödəyərək avtomobili 4 ay idarə etdiyi üçün 7.000 ABŞ dollarını verməyəcəyini demişdir. Bundan başqa avtomobili alan vaxtlarda da, yəni xx.xx.2019- cu il tarixdə Musa ona Çin Xalq Respublikasına təcili 38.000 ABŞ dolları pul göndərmək lazım olduğunu demiş və o, da İraqda olarkən Musanın dediyi bank hesabına 38.000 ABŞ dolları pul göndərmişdir. 20 may 2019-cu il tarixdə o, Musanın işlədiyi “Hodin Tour” Turizm şirkətində olarkən (həmin şirkət “torqovı” deyilən ərazidə yerləşir) Musa onu işlədiyi turizm şirkətinəşərik edə biləcəyini deyib bunun üçün də ondan 15.000 ABŞ dolları pul almışdır. O, 15.000 ABŞ dolları pulu İraq Respublikasında olarkən Musanın Cahid adlı tamdığışəxsə vermişdir. 2019-cu il yay aylarında evdə olduğu zaman tanışıİraq vətəndaşı Abuzeyid ona telefonda Musanın ona ev satmaq istədiyini bildirmiş, o,da həmin evin şəklini ona göndərməsini xahiş etmişdir. Həmin Abuzeyid evin şəklini ona göndərəndə, həmin ona məxsus olan ev olduğunu görmüşdür. Bundan sonra o, evinonun adma keçmədiyini öyrənmiş və gedib evi adma keçirtmişdir. Bundan sonra Musadan şübhələnməyə başlamışdır. 2019-cu ilin yay aylarında Musaya birlikdə aldıqları avtobusu ondan götürmək istədiyini və həmin avtobusun 6-7 aydır ki, onun dediyi kimi icarədə işlədiyini, lakin onlara icarə haqqıödənilmədiyini demişdir. Musa da ona icarə haqqmıözünün alıb borclarına verdiyini demişdir. O, avtobusu gətirib ona verməsini desə də, Musa guya borcları olduğu üçün avtobusu satıb pulunu borclarına ödədiyini demişdir. Lakin onda avtobusun fotoşəkili olduğu üçün onun dövlət nömrə nişanını bilmiş, hətta həmin avtobusu bir neçə dəfə Musanın ofisinin yaxınlığında da görmüş və həmin avtobusu yəni **-RU-*** dövlət nömrə nişanı olan, “Çanaqqala” restoranının yaxınlığında görüb yaxınlaşaraq avtobusun ona məxsus olduğunu sürücüyə demiş, Musanın fotoşəkilini sürücüyə göstərmişdir. Sürücü isə ona 2018-ci ilin oktyabr ayında Musanın ona yaxınlaşaraq dostu ərəb yəni onun qonaqları olacağım və avtobusa baxmaq istədiyini dediyini və Musanın ona 100 manat pul verdiyini bildirmişdir. O, artıq Musanın onu aldatdığım və külli miqdarda pullarmıələ keçirdiyini görmüş və buna görə də, Musa ilə oturub söhbət etmişlər və ondan nəyə görə onu aldadaraq külli miqdarda pulunu ələ keçirdiyini soruşmuş, ondan hesabat tələb etmiş, Musa başına şeytan girdiyini və səhv etdiyini demişdir. Sonra isə bilmişdir ki, Musa evi sahibindən 140000 abş dolları alıb evi ona 200000 abş dollarına satmışdır, Musa konkret olaraq onu aldadaraq 70.000 ABŞ dolları avtobus almaq üçün, 10.000 ABŞ dolları evə görəçıxarışın alınmasıüçün, 15.000 ABŞ dolları dostuna verilməsi üçün, 60.000 ABŞ dolları avtomobil ehtiyat hissələrinin alışsatışı adı ilə, 15000 ABŞ dolları guya məni işlədiyi şirkətəşərik edəcəyi adı ilə, 35.000 ABŞ dolları guya mənə “X21” markalı avtomobil alacağı adı ilə, 80,000 ABŞ dolları aldığım evdə məni aldadıb məndən 200.000 ABŞ dolları alaraq ev sahibinə 200.000 manat ödəməklə ABŞ dolları və 38.000 ABŞ dollarıÇin Xalq Respublikasında olan hansısa dostuna vermək adı iləümumilikdə 318.000 ABŞ dolları pulunu alıb ələ keçirmişdir. O, bütün pulları Musanın dediyi kimi İraq Respublikasının Kərkük şəhərindəGəssan və Cahid adlışəxslərə vermiş, Musa da Bakışəhərində pulları kimdənsə götürdüyünü ona demiş, Bakışəhərində isə yalnız almaq istədiyi “X21” markalı avtomobilə görə Bakışəhəri Nərimanov rayonu ərazisində və həmin günün axşamı isə 30.000 baş dollarım ünvan 6 ünvanında Diasporla İş komitəsin yaxınlığında yerləşən evlərin birində Musaya vermişdir. Musa ilə iş görmək barədə aralarında rəsmi olaraq hər hansı bir sənədləşmə işi aparılmasa da, aralarında sözlə danışıq olmuş, hətta Musanın ona borclu olması barədə onun etiraf etməsi barədə onda səs yazıları olmuşdur. O, Musa ilə iş görən zaman Musa ona İraq Respublikasında yaşayan X11 pulu verməyini demiş və o, da pulu ona vermişdir. Əhməd özü pulu transfer etmişdir. Lakin tək aldığı avtomobilin pulu 45.000 min Abş dolları pulu Musaya özü Bakışəhərində vermişdir. Musa ona zəng edərək Çin Respublikasına təcili olaraq 38.000 ABŞ dolları pul göndərməyini demiş və 3 günə pulu qaytaracağını bildirmiş,o, da Musanın dediyi bank hesabına İraq Respublikasından 38.000 Abş dolları pul göndərmişdir. Musa avtobusdan ona cəmi bir dəfə qazanc kimi 1000 ABŞ dolları pul vermişdir (2-ci cild iş vərəqi 217-220. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs “Hodin Tour” turizm şirkətinin müdiri olmuş, o, və digər şəxslər Musanın işçiləri olmuşlar; bir gün Musa gəlib müdirlərinin artıq Məhəmməd olacağını demiş, o, Məhəmmədi onların müştərisi kimi tanımış, Mohammed Azərbaycana gələrkən sonuncuya qonaq kimi ev vermişlər. Təqsirləndirilən şəxs onların müdiri olduğu dövrdə heç bir maddi problemləri olmamış, 2019-cu ilə kimi işləri həmişə yaxşı getmiş, maaşları vaxtı-vaxtında ödənilmiş, şirkətin balansında evlər olmuş, müxtəilif yerlərdən qonaqları gəlmişdir. Mohammed ofisə gələndən 1-2 ay sonra işləri pis getməyə başlamış, icarə haqqlarını ödəyə bilmədiklərindən bütün evləri qaytarmışlar, müştəriləri şikayətlər etməyə başlamış, maaşları da verilməmişdir, hətta o özü işin təşkilinə görə 170 manat pul xərcləmişdir, həmin pul ona qaytarılmamışdır. Bundan sonra o, 2 ay işləyə bilməmiş və şirkətdə işdən çıxmışdır. O, Təqsirləndirilən şəxs şirkəti Mohammedə nəyə görə satdığını, aralarınla nə məsələ olduğunu bilməmiş, aralarında borc məsələsi olduğunu eşitməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmdə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanımışdır. Onunla normal müdir işçi münasibəti olmuşdur. Belə ki, Musanın ünvan 7 ünvanında yerləşən Hudentur Travel turizm şirkəti olmuş, o, da həmin şirkətdə 2016-cı ildən rəsmi olaraq əvvəl xadimə, sonra isə bələdçi kimi fəaliyyət göstərmişdir. Hudentur Travel şirkətini Təqsirləndirilən şəxs yaratmışdır. Şirkətin işi Bakışəhərində kirayə evlər icarəyə götürmək xarici qonaqlar gələndə isə həmin evləri turistlərə icarə verməkdən, habelə onları Azərbaycan Respublikasının bölgələrini gəzdirməkdən ibarət olmuşdur. X13 Əhmədi təxminən 2016- 2017-ci illərdə tanımışdır. X8 şirkəti vasitəsi ilə Bakışəhərinə gəldiyi zaman tanımışdır. Mohammed Musa ilə münasibət yaratmışdır. Tez-tez Muhammed onun işlədiyi şirkətə gedib- gəlmişdir. O, çox vaxt Hudentur Travel şirkətində olmuşdur. 2019-cu ildə digər işçilər yəni, Ceyhun, Ramin Babayev, hazırda xatırlamadığışəxslərlə ofisdə olduğu zaman Musa, X13 Əhmədi, Şakir və yanında hazırda xatırlamadığışəxslərlə ofisə gəlmişlər. Orada Musa onları yığıb bildirmişdir ki, onun X13 Əhmədiyə borcu olduğu üçün həmin borcun qarşılığında ofisi X16 Əhmədiyə vermişdir və bundan sonra onların müdiri Mohammed olacaqdır. Həmin vaxtdan sonra onlar X16 Əhmədi ilə işləməyə başlamışlar. Ondan sonra Musa həmin ofisə gəlməmiş və işləri Mohammed idarə etməyə başlamışdır. O, da Mohammedlə təxminən 5 ay işləmişdir. Son zamanlar əmək haqqını gecikdirdiyi və vermədiyi üçün Mohammedin yanıəndan çıxmışdır. Təqsirləndirilən şəxs hansı və nə qədər borcun müqabilində Hudentur Travel şirkətini Mohammedə verməsi barədə onun hər hansı bir məlumatı olmamışdır (1-ci cild iş vərəqi 295-297). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 2015-dən Təqsirləndirilən şəxs müdiri olduğu “Hodin Tour” turizm şirkətində işləmiş, işi turistləri qarşılamaqdan ibarət olmuş. 2019-cu ilin yanvar ayında şirkətə 43.000 ABŞ dollar pul qoyub Musa ilə şərik olmuş, 2019-cu ilin may ayında Musa şirkəti satdığını, pulunu Məhəmmədən istəməsin demiş, Məhəmməd ona 15.000 ABŞ dolları pul vermiş, qalanını isə verməmişdir, şirkətdə ona məxsus 28.000 ABŞ dolları pulu qalmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmdə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən hazıradək turizm sahəsində müxtəlif işlərdə işləmişdir. Təqsirləndirilən şəxs 2017-ci ilin onun rəhbəri olduğu “Hudentour” şirkətində sürücü kimi işləməyə başlamış və bir müddət sonra həmin şirkətdə menecer lmuşdur. Musa ilə arasında münasibət yaranmış və orada bir müddət işlədikdən sonr 2018-ci ilin sonlarında Musa ona maddi vəziyyətinin qənaətbəxş olmadığını, biraz maddi sıxıntılarının olduğunu bildirib həmin şirkətin icarəyə götürdüyü evlərin icarə pullarının Ödənilməsində köməklik etməyini demiş və bunun qarşılığında əldə olunacaq xeyrinin yarı-yarıya aralarında bərabər şəkildə bölünməsini təklif etmişdir. O, da biraz fikirləşdikdən sonra Musanın bu təklifinə razılıq vermişdir. Bundan sonra tanışı Cihad adlışəxsdən borca 15.000 ABŞ dolları pul almış vəəlavəözündə olan 28.000 ABŞ dolları pulu da üzərinə qoyaraq 2019-cu ilin yanvar ayının əvvəllərindən 2019-cu ilin aprel ayının sonlarına kimi olan müddət ərzində Musanın rəhbəri olduğu “Hudentour” şirkətində hissə-hissə olmaqla ümumilikdə 43.000 ABŞ dolları məbləğində pul yatırmışdır. Daha doğrusu, həmin pulun hamısınışirkətin Bakışəhəri ərazisində icarəyə götürdüyü mənzillərin aylıq ödənişlərini, kommunal ödənişləri və işçilərin pullarmıödəməyə xərcləmişdir. Onlar 2019-cu ilin may ayının 16-na kimi həmin şirkətdə Təqsirləndirilən şəxsla şərikli olmaqla birlikdə işləmişlər və həmin vaxta kimi o, şirkətin bütün borclarını bağlamışdır. Lakin 2019-cu ilin may aymın 16-da Musa ona şirkəti satmaq istədiyini bildirmişdir. O isə Musaya qarşıçıxmamış və sadəcə olaraq şirkətəödədiyi ümumilikdə 43000 ABŞ dolları pulunu ona qaytarmasını tələb etmişdir. Musa da şirkəti ərəbə satmaq istədiyini vəşirkəti satdığı Mohammed Qasımi adlışəxsin şirkətin bütün borclarını və onun pulunu qaytaracağını bildirmişdir. O, tam əmin olmaq üçün bu barədə yazılı sənəd tələb etmiş və bundan sonra həmin “Hudentour” şirkətini alan Zərərçəkmiş şəxs tərəfindən öz ərəb dilində və Azərbaycan dilində tərtib olunmaqla xx.xx.2019-cu il tarixdə tanışı Cihada 15.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə mənə 15.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə isə ona yerdə qalan 13.000 ABŞ dolları pulu tam olaraq ödəyəcəyi barədə sənəd yazıb vermiş və həm o, həm də Zərərçəkmiş şəxs həmin sənədi öz imzalan ilə təsdiq etmişlər. Bundan sonra 20 may 2019-cu il tarixdə tanışı Cihadın 15.000 ABŞ dolları məbləğində pulunu Mohammed İraqda kiminsə vasitəsiləödəmişdir. Lakin onun pulunda bir neçə ay gecikmə yaranmış və 2019-cu ilin iyul ayında Musa ona 10.000 ABŞ dolları məbləğində pul qaytarmışdır. Buna baxmayaraq, həmin vaxtdan hal-hazıradək nə Musa, nə də Mohammed ona qalan 18.000 ABŞ dolları borcu qaytarmamışlar. Həmin vaxt Musa ona şirkətin maddi sıxıntıları olduğunu və maddi ehtiyaclar olduğunu, borclarıödəyə bilmədiyini demiş və ondan şirkətin borclarım bağlamağını və onun pulunu qaytarana kimi şirkətin gəlirinəşərik olmağını təklif etmişdir. O, da razılaşmış və bundan sonra şirkətə hissə- hissə olmaqla 43.000 ABŞ dolları pul yatırım etmişdir (2-ci cild iş vərəqi 39-41). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 Əhməd oğlu ifadə verərək göstərmişdir ki, 2019-cu ildə tanışı Musa İmsayılovla bir yerdə oturub çay içərkən yaxın tanışlıq münasibətində olduğu həkim işləyən Qabil Məmmədov ona zəng edərək təcili bağ evini satdığını demiş, həmin vaxt Musa nə ev olması ilə maraqlandıqda sonuncuya tanışı olan həmin həkimin barəsində prokurorluqda cinayət işi başladıldığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi üçün təcili evini satdığını bildirmiş, Musa tanışının ona atdığı evin şəklinə baxmış, gedib evə baxmaq istədiyini, özünün də bağ evi almaq istədiyni bildirmiş, Musa liə birlikdə evə baxmağa getmişlər, orada Musa evin qiymətinin baha olduğunu demiş və oradan çıxıb getmişlər. Bir neç gündən sonra Musa ona zəng edərək bağ evini satan həkim tanışının mobil telefon nömrəsini istəmiş və ailəsi ilə birlikdə gedib evə baxmaq istədiklərini, əgər bir qədər ucuz qiymətə versələr və qiyməti razılaşsalar həmin evi almaq istədiyini bildirmişdir. Sonra Musanın özündən eşitmişdir ki, Musa evi şəriki üçün almışdır. İlkin olaraq evi satan həkim ona evin qiymətinin 350.000 manat olduğunu bildirmişdir, sonra Musa ailəsi ilə gedərkən qiyməti 200.000 ABŞ dollarına razılaşmışlar, Musa onun vasitəsilə evin sahibinə ev üçün 200.000 manat pul ödəmişdir. Sonradan evi satan Qabil Məmmədov bildirmişdir ki, evin yeləşdiyi torpaq sahəsi girovdadır, girovdan çıxartmaq üçün əlavə 18.000 ABŞ dolları lazımdır. Musa sonradan onun iştirakı olmadan gedib həmin 18.000 ABŞ dollarını da ödədiyini demiş, lakin özü bunun şahidi olmamışdır. Şahid3 Əhməd oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmdə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2018-ci ilin son aylarında Musa ona bağ evi almaq istədiyini bildirmişdir. Onun tanışı Qalib Mərdəkanda olan bağ evini 210.000 ABŞ dolları pula satmaq istəmiş və o, bu barədə Musaya demişdir. O, Musa ilə bir yerdə olan zaman Qalib ona zəng edərək evi təcili satmaq istədiyini demiş və evi son qiymət kimi 200.000 ABŞ dollarına satdığını bildirmişdir. Bundan sonra Musa həmin evə baxmaq istədiyini demiş və o, bu barədə Qalibə dedikdən sonra sonuncu razılaşmışdır. O, Musa ilə birlikdə Qalibin dediyi evə gedib baxmışlar və həmin ev Musanın çox xoşuna gəlmişdir. Qalib həmin vaxt təcili pula ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra Musa 200.000 ABŞ dolları pulu onun vasitəsilə Qalibə vermiş və həmin evi almışdır. Sonradan isə ona məlum olmuşdur ki, Musa həmin evi tanışıİraq vətəndaşıüçün almışdır. Həmin evi bəyəndikdən bir neçə gün sonra Musa 200.000 ABŞ dolları pulu gətirib ona vermiş və o, da həmin pulu ev sahibi Qalibə vermişdir (2-ci cild iş vərəqi 36-38). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, «X19» markalı avtomobilini satmaq istəmiş, bu sabəbədən avtomobilini Babək prospektində avtosalonların birində qiyməti 45.000 ABŞ dolları olmaqla satışa qoymuş, Musa İismayılov və Zərərçəkmiş şəxs ona müştəri qismində yaxınlaşmışlar, avtomobilə görə 15.000 ABŞ dolları ödəniş edəcəklərini, qalan məbləği 6 ay ərzində hissə-hissə ödəyib bağlayacaqlarını demişlər, o da avtomobili satılmadığına görə razılaşmış, avtomobilə görə ilkin olaraq notarial qaydada ona 13.500 ABŞ dolları pul verilmiş, o da Zərərçəkmiş şəxsyə idarə etmək üçün etibarnamə vermiş, aralarında olan razılığa görə 6 ayın tamamında avtomobilin tam dəyəri ödənildikdən sonra aralarında alğı-satqı müqaviləsi bağlayacaqlarına razılaşmışlar. Üstündən 3-4 ay keçməsinə baxayaraq onun pulunu ödəməmişlər, bundan sonra onun yaxın tanışı təsadüfən Zərərçəkmiş şəxsni küçədə avtomobilini idarə edərkən görmüş, ona xəbər vermiş, o, həmin yerə gələrək sonuncuya avtobilin dəyərinin qalan məbləğinin ödənilmədiyini bildirmiş, Zərərçəkmiş şəxsyə də pulun ödənilmədiyi həmin vaxt məlum olmuşdur. Həmin gün Zərərçəkmiş şəxsyə 10.000 ABŞ dolları ödədəyərək avtomobilini geri götürmüşdür. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmdə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vəİraq Respublikasının vətəndaşı Mohamedi əvvəllər tanımamışdır. Onlarla arasında hər hansı bir narazılıq vəədavət olmamışdır. Onun 2013-cü il buraxılışlı “X19” markalı avtomobili olmuş və həmin avtomobili satmaq üçün Babək prospektində yerləşən 555 avtosalonuna qoymuşdur. Həmin vaxtlar ona avtomobillərin yuyulması ilə məşğul olan Müqabil adlışəxs zəng edərək avtomobilə müştəri olmasını bildirmişdir. O, qeyd edilən ünvana tək getmişdir. Orada Təqsirləndirilən şəxs vəİraq Respublikasının vətəndaşı Mohameddi ilə rastlaşıb tanış olmuşdur. O, avtomobili Musaya 45000 abş dollarına satmağa razılaşmış və razılaşmaya əsasən Mohammed və Musa ona ilkin olaraq 15000 abş dolları verməyə qalan 30000 abş dollarım isə hissə-hisə 3 ay ərzində verməyi öhdəsinə götürmüşdür. O, da hələlik onlara avtomobili sürmək üçün etibarnamə verəcəyini, qalan pulu verəndən sonra isə avtomobili adlarına keçirəcəyini demişdir. Onlar səhərisi gün 6 saylı notariat kontorunda görüşməyi razılaşmışlar. Səhərisi gün 2019-cu ilin aprel ayında onlarla qeyd edilən yerdə görüşmüşdür. Musa həmin yerdə ona 15000 abş dolları vermişdir. O, isə avtomobili idarə etmək üçün Mohammedə etibarnamə vermişdir. Bundan sonra bir neçə ay keçsə də Mohammed və Musa ona pul verməmişdir. 2019-cu ilin sentyabr ayında avtomobilini Tarqovuda görüb avtomobilinə yaxınlaşmış və Mohammedə nə səbəbə avtomobilin pulunu ödəmədiklərini soruşmuşdur. Mohammed də ona avtomobilin pulunu Musaya verdiyini demişdir. O, da həmin vaxt 10000 abş dolları Mohammedə qaytarıb avtomobilini almışdır. 15000 ABŞ dolları pulu yalnız Musa sayıb Mohammedin yanında ona vermişdir (1-ci ild iş vərəqi 221-223). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. 10 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 232-233). 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 291-294). 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqi 152-155). 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 204- 208). Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilan şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. 16 iyun 2021-ci il tarixli tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş, Təqsirləndirilən şəxs üzləşdirmə zamanı Zərərçəkmiş şəxsni aldatmaq və onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmək niyyəti olsaydı Mohammedin ona göndərdiyi və verdiyi pulları etiraf etməyəcəyini, çünki həmin pulların heç birini Mohammedin sənədlə ona vermədiyini, həm də istəsəydi Mohammedə aldığı və hətta böyük hissəsini öz cibindən ödədiyi evi Mohammedin adına salmayacağını və öz adında qalacağını bildirmiş; həmçinin də o, Mohammedi aldadaraq dələduzluq etmək istədiyi halda ona verdiyi pulu etiraf etmədiyini, lakin Mohammedin ondan borc müqaviləsi imzalamağım istədikdə onunla münasibətləri pozulmasın və dostluq münasibətləri davam etsin, həm də onun haqqında pis fikir yaranmasın deyə Mohammedlə aralarında sonuncuya 200.000 ABŞ dolları borcu olması barədə borc müqaviləsi yazdığını bildirmiş, Mohammedi aldatmaq istəsəydi bu dediklərini etməyəcəyini qeyd etmiş, üzləşmə zamanı iştirak edən Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs dediklərini təkzib edərək sonuncunun onu aldadıb ona qarşı dələduzluq etdiyini bildirmişdir (2-ci cild iş vərəqi 42-45). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən və iş materiallarına əlavə olunmuş Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 2, iş vərəqi 92-93). Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 05 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edildiyi 02 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 6 (altı) ay 3 (üç) gününü çəkmiş, 1 (bir) il 2 (iki) ay 17 (on yeddi) gününü çəkməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evini 200.000 manata özü üçün aldığını, sonradan həmin evi Zərərçəkmiş şəxsyə 200.000 ABŞ dollarına satdığını, Dubay şəhərində avtomobil ehtiyyat hissələrinin alınaraq Bakı şəhərinə gətirilib satılması üçün Zərərçəkmiş şəxsnin ona pul vermədiyini, həmin pulların hamısını Dubay şəhərində olan Tələt adlı şəxsin götürdüyünü, Çindən müxtəlif ləvazimatların gətirilməsi üçün Zərərçəkmiş şəxs pul almadığını, «Trafiko» markalı avtobus üçün Zərərçəkmiş şəxsnin ödədiyi 70.000 manat puldan 8 ay ərzində 3.100 manat ödəməsini, qalan borcu bağlamaq üçün müdiri olduğu «Hodin Tour» turizm şirkətini Zərərçəkmiş şəxsyə satdığını, «X19» markalı avtobilə görə Mohammad Aladileenin ona cəmi 15.000 ABŞ dolları verdiyini, həmin pulu da avtombili satan şəxsə Mohammedın yanında verdiyini, avtomobilin qalan dəyərini Zərərçəkmiş şəxsnin ona vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələri işdə olan materiallara və ümumiyyətlə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəbəsində yerləşən 2 mərtəbəli yaşayış evini zərərçəkmiş şəxs Mohamed Aladileenin ev üçün ona verdiyi 200.000 ABŞ dolları hesabına cəmi 200.000 manat pul verməklə, yəni alğı-satqı nəticəsində o dövrün məzənnəsinə uyğun olaraq 136.000 manat pulu ələ keçirməklə almışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Rəşad Məmmədov da ifadə verərkən Təqsirləndirilən şəxsla birlikdə evi almağa gedərkən sonuncu ona evi şəriki olan İraq vətəndaşı Mohamed Aladilee üçün alacağını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Mohamed Aladileedən müxtəlif adlarla, yəni Dubay şəhərində avtomobil ehtiyyat hissələrinin alınaraq Bakı şəhərinə gətirilib satılması, Çindən müxtəlif ləvazimatların gətirilməsi, «X19» markalı avtomobilin alnması və sair iəmələlərlə bağlı sonuncunun etibarından istifadə edilməklə pul vəsaitlərinin alınıb mənimsənilməsi də cinayət işinin materialları və işin digər halları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən aldadılmış, ona məxsus əmlakın Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildikdən sonra müəyyən müddət sonra özünə (Mohamedə) geri qaytarılmasını ehtimal edərək gözləmiş lakin Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaitlərini qaytarmaq niyyətində olmadığından, öz ehtiyaclarına sərf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət epizodları üzrə təqsirsiz olması barədə göstərdiyi xüusatları işin faktiki hallarına uyğun olmayan müdafiə məqsədilə gətirdiyi dəlillər kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ibtidai və məhkəmə zamanı verdikləri ifadələr ilə, həmçinin cinayət işinin materiallarında olan üzləşdirmə protokolu və digər istintaq materialları ilə təkzib olunmuş və təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini nəzərə alır; belə ki, qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Mohamed Aladileeyə bir neçə müxtəlif malliyyə əməliyyatları ilə bağlı (alğı-satqı və sair) öhdəlikləri yerinə yetirəcəyi barədə silsilə-silsilə başa çatmamış və yerinə yetirilməmiş vədlər verməsi Təqsirləndirilən şəxs həmin öhdəlikləri başa çatdırılması niyyəti olmamasını, öhdəliklərin yarandğı (vədləri verdiyi) andan məqsədinin zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək vahid niyyətlə sonuncunun əmlakını ələ keçirmək olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını xüsusilə külli miqarda ələ keçirərək dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sanksiyasında on ildən on dörd ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 178.4-cü maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almaqla, belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 20 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərə k məhkum edildiyi 02 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 6 (altı) ay 3 (üç) gününü çəkmiş, 1 (bir) il 2 (iki) ay 17 (on yeddi) gününü çəkməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, 12 yanvar 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş, 26 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 23 fevral 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək hazırki müddətə qədər həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 08 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 17 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqan məhrum etmə cəzasının bir gününə bərabər tutmaqla 7 ay 8 gün azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla cəza təyin edilməsini, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını,həmin Məcəllənin 56.1.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 23 fevral 2024-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilən pulların məbləği qeyd olunan vərəqə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki mühakimə qaydasında mülki iddia vermək hüququ və qaydası izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə görə, mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə tərəfindən qəbul edilir. Cinayət Məcəlləsinin 183.1-ci maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə çıxışlarıbaşlananadək istənilən an verilə bilər. Cinayət Məcəlləsinin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs istintaq orqanı tərəfindən müvafiq qərarlarla zərərçəkmiş şəxs qismində tanınmış və ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutumuş hüquqları izah edilsə də, o, vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia verməmişdir. Qeyd edilənlərə əasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlakın müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 2 (iki) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqan məhrum etmə cəzasının bir gününə bərabər tutmaqla 7 ay 8 gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 (on) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilən pulların məbləği qeyd olunan vərəqə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. İş üzrə məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar