Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2210/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-221/2024 saylı, 16 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 0,892 qram, 0,871 qram, 0,414 qram, 0,851 qram, 0,407 qram, 0,877 qram olan 06 ədəd bükümdə ümumi təmiz çəkiləri 4,312 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə kokaini, tərkiblərində ümumi miqdarı 8,394 qram təşkil edən külli miqdarda psixotrop maddə MDMA olan 20 ədəd ağ rəngli həbləri və 25 ədəd göy rəngli həbləri, tərkiblərində ümumi miqdarı 37,8 qram təşkil edən külli miqdarda güclü təsir edən maddə preqabalin olan 84 ədəd “ALYSE 150mg” ağ rəngli dərman kapsullarını və 84 ədəd “Preqabalin Krka 300mq” ağ-qəhvəyi rəngli dərman kapsullarını əlindəki sarı rəngli torbanın içində daşımış, habelə yaşadığı ünvan 4 ünvanında gizlədərək saxlamış, 14 may 2024-cü il tarixdə Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:35-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” adlı gecə klubunun qarşısında saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 16:28-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman həmçinin eyni tarixdə saat 19:58-dən etibarən yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman əlindəki sarı rəngli torbanın içindən və həmin ünvandan ayrıayrılıqda təmiz çəkiləri 0,892 qram, 0,871 qram, 0,414 qram, 0,851 qram, 0,407 qram, 0,877 qram olan 06 ədəd bükümdə ümumi təmiz çəkiləri 4,312 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə kokain, tərkiblərində ümumi miqdarı 8,394 qram təşkil edən külli miqdarda psixotrop maddə MDMA olan 20 ədəd ağ rəngli həblər və 25 ədəd göy rəngli həblər, tərkiblərində ümumi miqdarı 37,8 qram təşkil edən külli miqdarda güclü təsir edən maddə preqabalin olan 84 ədəd “ALYSE 150mg” ağ rəngli dərman kapsulları və 84 ədəd “Preqabalin Krka 300mq” ağ-qəhvəyi rəngli dərman kapsulları aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, şübhəli şəxs qismində tutulmazdan əvvəl bir-iki dəfə onu Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə çağrılmış, burada üzərinə baxış keçirildikdən sonra üzərində heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmədiyindən sərbəst buraxılmışdır. Sonuncu dəfə polis əməkdaşları tərəfindən Xəqani küçəsi ərazisində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Orada ona içərisində narkotik vasitə olan sellefon torbanı göstərərək, həmin torbanın ona məxsus olduğunu qəbul etməzsə, onu “presə verib” şəklini çəkəcəklərini bildirmişlər. Məruz qaldığı psixi təsirlərin nəticəsində videoçəkilişdən əvvəl ona təqdim olunmuş narkotik vasitələrin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Halbuki o, nəinki narkotik vasitələrin satışı ilə məşğul olur, ümumiyyətlə, heç vaxt narkotik vasitələrdən istifadə etməyib. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 240.3.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ KMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, etimad doğuran, qərəsiz mənbədən daxil olmuş məlumat əsasında 14 may 2024-cü il tarixdə Səbail RPİnin 39-cu PB-nin sahə rəisi, polis polkovnik-leytenantı Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saat 15:35-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” adlı gecə klubunun qarşısında saxlanılaraq Səbail RPİ-nin 39cu PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra inzibati binaya vəkil X4 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, digərlərinin iştirakı və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində olan müxtəlif əşyalraı və əlindəki kağız torbanı təqdim etmişdir. Həmin torbaya təhqiqatçı tərəfindən baxılan zaman, içindən kokain, bonzai, extasy, alyse, preqalabin adlı narkotik vasitə və psixotrop maddələr olan kiçik ölçülü sellofan trobacıqlar və listlər aşkar edilmişdir. Həmin maddələr barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri “Whatsapp biznes” vasitəsilə İran İslam Respublikası vətəndaşının dediyi müxtəlif ünvanlardan götürməklə əldə etdiyini, sonuncunun dediyi ünvanlara yerləşdirdiyi halda ödəniş alacağını və şəxsi axtarış zamanı müəyyən olunmuş narkotik vasitələri, Bakı şəhəri “28 May” adlanan ərazidən götürdüyünü bildirmişdir. Daha sonra şübhəli şəxsin istifadəsində olan “Honor” markalı mobil telefonda “Whatsapp biznes” ani mesajlaşma mobil tətbiqinə baxış keçirmiş, orada müxtəlif məzmunlu səs və yazı mesajları olması müəyyən olunmuşdur. Aşkar olunmuş maddələr və əşyalar zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 49 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hər hansı başqa ünvanda narkotik vasitənin olub-olmaması barədə sual verilir və şübhəli şəxs fərqli iki ünvanda da narkotik vasitənin olduğunu, lakin yaşadığı mənzildə hər hansı narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti digər ünvanlarda davam elətdirilməsi üçün dayandırılmışdır. Sonra isə onlar, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 13A ünvanına getmişdirlər. Orada təhqiqatçı tərəfindən aparılan istintaq hərkəti barədə onlara məlumat verildikdən sonra Təqsirləndirilən şəxs gizlətdiyi maddəni təqdim etməsi təklif olunmuşdur, bundan sonra Təqsirləndirilən şəxs dəmir barmaqlıqlı qapıdan içəri daxil olub sol tərəfdə divara bərkildilmiş sarı rəngli qaz borşunun arxa hissəsində gizlətmiş olduğu 01 ədəd bükümü həmin yerdən götürüb təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı həmin kütlənin “bonzai” adlı maddə olduğunu bildirmişdir. Bunun ardınca aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış və bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra onlar və Təqsirləndirilən şəxsla birlikdə ünvan 7 ünvanına getmişdirlər. Orada təhqiqatçı tərəfindən aparılan istintaq hərkəti barədə onlara məlumat verildikdən sonra Təqsirləndirilən şəxs gizlətdiyi maddəni təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs divara bərkidilmiş oturacağın arxa hissəsinə gizlətmiş olduğu 01 ədəd bükümü həmin yedən götürüb təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı həmin kütlənin “bonzai” adlı maddə olduğunu bildirmişdir. Bunun ardınca aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Daha sonra onlar, Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı ünvan 8 ünvanında yerləşən 23 saylı mənzilə getmişlər. Orada təhqiqatçı tərəfindən aparılan istintaq hərkəti barədə onlara məlumat verildikdən sonra Təqsirləndirilən şəxs gizlətdiyi maddəni təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs mənzilə daxil olub girişdən ilkin olaraq sağa daha sonra sola dönüb dəhlizin sonunda yerləşən masanın üzərindəki içərisində həblər konvalyutları təqdim etmiş və həmin konvalyutlar təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra götürülmüş maddələr zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs üzərində hər hansı qarşı fiziki və ya psixi zorakılıq hərəkətləri icra edilməmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi, polis polkovnik-leytenantı Şahid2 istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində bir daha təsdiq etmiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs üzərində hər hansı qarşı fiziki və ya psixi zorakılıq hərəkətləri icra edilməmiş, sonuncu saxlanılarkən tək olmuş və onlara qarşı müvavimət göstərməmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitə saxladığını özü etiraf etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 14 may 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın arxa yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu, eləcə də sol yan cibindən 20 manat pul əsginasım, 1 ədəd sarı rəngli plastik bank kartı təqdim edir. Daha sonra isə əlində olan sarı kağız paketi təqdim edərək içərisində narkotik vasitələrin olduğunu bildirir. Kağız paketin içərisindəki sarı dairəvi qabın içərisindən birinci çıxarılan 01 ədəd şəffaf paketin daxilində dağınıq formada şübhəli şəxsin kokain adlandırdığı ağ rəngli narkotik vasitəyə bənzər maddə, ikinci çıxarılan 01 ədəd şəffaf paketin içərisində 01 ədəd ağ sellofan kəsiyində olan şübhəli şəxsin kokain adlandırdığı narkotik vasitəyə bənzər maddə, üçüncü çıxarılan 01 ədəd şəffaf paketin içərisində 02 ədəd ağ sellofan kəsiyində olan şübhəli şəxsin kokain adlandırdığı narkotik vasitəyə bənzər maddə, dördüncü çıxarılan 01 ədəd şəffaf paketin içərisində 01 ədəd ağ sellofan kəsiyində olan şübhəli şəxsin kokain adlandırdığı narkotik vasitəyə bənzər maddə, beşinci çıxarılan 01 ədəd şəffaf paketin içərisində 01 ədəd ağ sellofan kəsiyində olan şübhəli şəxsin kokain adlandırdığı narkotik vasitəyə bənzər maddə, altıncı çıxarılan 01 ədəd şəffaf paketin içərisində 01 ədəd ağ sellofan kəsiyində olan şübhəli şəxsin kokain adlandırdığı narkotik vasitəyə bənzər maddə, yeddinci çıxarılan 01 ədəd şəffaf paketin içərisində 17 ədəd mavi rəngli şübhəli şəxsin “eki” psixotrop maddə olduğunu bildirdiyi həblər, səkkinci çıxarılan 01 ədəd şəffaf paketin içərisində 02 ədəd mavi rəngli şübhəli şəxsin “eki” psixotrop maddə olduğunu bildirdiyi həblər, doqquzuncu çıxarılan 01 ədəd şəffaf paketin içərisində 03 ədəd mavi rəngli şübhəli şəxsin “eki” psixotrop maddə olduğunu bildirdiyi həblər, onuncu çıxarılan 01 ədəd şəffaf paketin içərisində 03 ədəd mavi və 02 ədəd ağ rəngli şübhəli şəxsin “eki” psixotrop maddə olduğunu bildirdiyi həblər, on birinci çıxarılan 01 ədəd şəffaf paketin içərisində 02 ədəd ağ rəngli şübhəli şəxsin “eki” psixotrop maddə olduğunu bildirdiyi həblər, on ikinci çıxarılan 01 ədəd şəffaf paketin içərisində 02 ədəd ağ rəngli şübhəli şəxsin “eki” psixotrop maddə olduğunu bildirdiyi həblər, on üçüncü çıxarılan 01 ədəd şəffaf paketin içərisində 03 ədəd ağ rəngli şübhəli şəxsin “eki” psixotrop maddə olduğunu bildirdiyi həblər, on dördüncü çıxarılan 01 ədəd şəffaf paketin içərisində 11 ədəd ağ rəngli şübhəli şəxsin “eki” psixotrop maddə olduğunu bildirdiyi həblər aşkar olunur. Daha sonra sarı kağız paketin içərisindən 1) 02 ədəd hərəsinin içərisində 14 ədəd həblər olan arxasında “alyse 150mq” yazılı konvalyut, 2) 03 ədəd hərəsinin içərisində 07 ədəd həblər olan arxasında “prebaqalin 300mq” yazılı konvalyut, 3) 01 ədəd içərisində 14 ədəd həblər olan arxasında “alyse 150mq” yazılı konvalyut və 4) 01 ədəd içərisində 07 ədəd həblər olan “prebaqalin 300mq” yazılı konvalyut, bundan başqa 5) 01 ədəd şəffaf paketin daxilində olan 01 ədəd sarı rəngli sellofan kəsiyinə bükülmüş yaşıl rəngli şübhəli şəxsin “bonzai” adlandırdığı ota bənzər kütlə, 6) 01 ədəd şəffaf paketin daxilində olan 02 ədəd sarı rəngli sellofan kəsiyinə bükülmüş yaşıl rəngli şübhəli şəxsin “bonzai” adlandırdığı ota bənzər kütlə, 7) 01 ədəd şəffaf paketin daxilində olan 01 ədəd sarı rəngli sellofan kəsiyinə bükülmüş yaşıl rəngli şübhəli şəxsin “bonzai” adlandırdığı ota bənzər kütlə, 8) 01 ədəd şəffaf paketin daxilində olan 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş yaşıl rəngli şübhəli şəxsin “bonzai” adlandırdığı ota bənzər kütlə, 9) 01 ədəd şəffaf paketin daxilində dağınıq formada olan şübhəli şəxsin “bonzai” adlandırdığı ota bənzər kütlə, 10) 01 ədəd şəffaf paketin daxilində olan 03 ədəd sarı rəngli sellofan kəsiyinə bükülmüş yaşıl rəngli şübhəli şəxsin “bonzai” adlandırdığı ota bənzər kütlə, 11) 01 ədəd şəffaf paketin daxilində olan 03 ədəd sarı rəngli sellofan kəsiyinə bükülmüş yaşıl rəngli şübhəli şəxsin “bonzai” adlandırdığı ota bənzər kütlə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri “Whatsapp biznes” vasitəsilə İran İslam Respublikası vətəndaşının dediyi müxtəlif ünvanlardan götürməklə əldə etdiyini, sonuncunun dediyi ünvanlara yerləşdirdiyi halda ödəniş alacağını və şəxsi axtarış zamanı müəyyən olunmuş narkotik vasitələri, Bakı şəhəri “28 May” adlanan ərazidən götürdüyünü bildirdi. Daha sonra şübhəli şəxsin istifadəsində olan “Honor” markalı mobil telefonda “Whatsapp biznes” ani mesajlaşma mobil tətbiqinə baxış keçirilir müxtəlif məzmunlu səs və yazı müsajları olması müəyyən olunur. Bunun ardınca şübhəli şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq “49” saylı möhürlə möhürlənir.Şübhəli şəxs tərəfindən təqdim olunan mobil telefon və plastik kart iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür. Bundan sonra şübhəli şəxsə hər hansı başqa ünvanda narkotik vasitənin olub- olmaması barədə sual verilir və şübhəli şəxs fərqli iki ünvanda da narkotik vasitənin olduğunu, lakin yaşadığı mənzildə hər hansı narkotik vasitənin olmadığını bildirir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 14 may 2024-cü il tarixli «Baxış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 13A ünvanında baxış və götürmə həyata keçirilmişdir. Orada təhqiqatçı tərəfindən aparılan istintaq hərkəti barədə onlara məlümat verildikdən sonra Təqsirləndirilən şəxs gizlətdiyi maddəni təqdim etmsəi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs dəmir barmaqlıqlı qapıdan içəri daxil olub sol tərəfdə divara bərkildilmiş sarı rəngli qaz borşunun arxa hissəsində gizlətmiş olduğu 01 ədəd bükümü həmin yerdən götürüb təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı həmin kütlənin “bonzai” adlı maddə olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 14 may 2024-cü il tarixli «Baxış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə ünvan 7 ünvanında baxış və götürmə həyata keçirilmişdir. Orada təhqiqatçı tərəfindən aparılan istintaq hərkəti barədə onlara məlumat verildikdən sonra Təqsirləndirilən şəxs gizlətdiyi maddəni təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs divara bərkidilmiş oturacağın arxa hissəsinə gizlətmiş olduğu 01 ədəd bükümü həmin yedən götürüb təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı həmin kütlənin “bonzai” adlı maddə olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 14 may 2024-cü il tarixli «Mənzilə baxış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs gizlətdiyi maddəni təqdim etməsi təklif olunur, bundan sonra sonuncu mənzilin giriş qapısını göstərib daim açıq olduğunu, açarla açmağa ehtiyac olmadığını bildirərək mənzilə daxil olub girişdən ilkin olaraq sağa daha sonra sola dönüb dəhlizin sonunda yerləşən masanın üzərindəki 03 ədəd hər birinin içərisində 14 ədəd həblər olan arxasında “alyse 150mq” yazılı konvalyutları və 2 ədəd hər birinin içərisində 14 ədəd həblər olan arxasında “prebaqalin 300mq” yazılı konvalyutları təqdim edir və həmin maddələr təhqiqatçı tərəfindən götürülür. Bunun ardınca təhqiqatçı tərəfindən mənzilin digər hissələrinə də baxış keçirilir lakin sübuti əhəmiyyət kəsb edəcək heç nə aşkar edilmir. Bundan sonra götürülmüş maddələr zərfə qoyularaq qablaşdırılır. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-kimyəvi və məkhəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2740 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərlərində AR DİN “Zərflər üçün № 49” möhür əksləri, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan 04 ədəd kağız paketlərdən birindəki (l№-li) üzərlərində “ALYSE 150mg" göstəriciləri olan 03 ədəd blistertə ümumilikdə 42 ədəd ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 6.3qram və üzərlərində TlperaöanuH Kpka 300mL’ göstəriciləri olan 02 ədəd blisterdə ümumilikdə 28 ədəd ağ/qəhvəyi rəngli dərman kapsullarının tərkibində ümumilikdə 8 4qram olan güclü təsir edən maddə - preqabalin müəyyən edildi. Digər paketdəki (2№-li) üzərlərində “ALYSE 150mg” göstəriciləri olan 03 ədəd blistertə ümumilikdə 42 ədəd ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 6,3qram və üzərlərində “riperaöanuH Kpxa 300Mri’ göstəriciləri olan 04 ədəd blisterdə ümumilikdə 56 ədəd ağ/qəhvəyi rəngli dərman kapsullarının tərkibində ümumilikdə 16,8qram güclü təsir edən maddə -preqabalin müəyyən edildi. 1 və 2№-li paketlərdəki “ALYSE 150mg” və “nperaöarınH Kpka 300Mri’ göstəriciləri dərman kapsullarının tərkibində ümumilikdə 37,8qram güclü təsir edən maddə - preqabalin müəyyən edildi. 20 ədəd ağ rəngli həblərin tərkibində ümumilikdə 4.218qram, 25 ədəd göy rəngli həblərin tərkibində ümumilikdə 4,176qram, ağ və göy rəngli həblərin tərkibində ümumilikdə 8,394 qram psixotrop maddə - MDMA (metilendioksimetamfetamin) müəyyən edildi. 06 ədəd p/e paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,892qram; 0,871 qram; 0.414qram: 0,851 qram; 0,407qram; 0,877qram; Ümumi təmiz çəkiləri 4,312qram ağ rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir. Kokain Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ), Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Odur ki, həmin rəy iş üçün əhəmiyyətli olduğuna görə sübut növü kimi tanınmalı və cinayət işinə əlavə edilməlidir. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Honor” markalı mobil telefonun “Watsapp” sosial mesencer proqramında (+994-55-739-64-67 saylı nömrə ilə qeydə alınmış) aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs “Watsapp” sosial hesabına “+994-70-640-22-25” seriyalı “1111” sayı ilə qeydiyyata alınmış mobil nömrədən 14 may 2024-cü il tarixdə saat 14:05 dəqiqədə mesaj göndərilir, mesajın məzmununda “Salam, Necəsən” sözləri istifadə olunur, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə saat 14:45də “sagol sen necesen” məzmunlu cavab mesajı göndərilir, “+994-70-640-22-25” seriyalı “1111” sayı ilə qeydiyyata alınmış mobil nömrədən həmin tarixdə saaat 14:46 və 14:48dəqiqələrdə “Sukur yaxsilig. Emi telesirem, nolar sabahlig bonz bide yari list m40 verde mene sabah hel ederik. dunen hava pis idi qonsu gorunmurdu gorum bu axsam nese tuta billem”,“Emi probka baslamamis, Gelimde” mesajları göndərilir, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə saat 14:49-də “hara gele bilersen” məzmunlu cavab mesajı göndərilir, “+994-70-640-22-25” seriyalı “1111” sayı ilə qeydiyyata alınmış mobil nömrədən həmin tarixdə saat 14:49 dəqiqədə “Papağda deilsen” mesajı göndərilir, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə saat 14:49-də “hele yox” məzmunlu cavab mesajı göndərilir, “+994-70-640-22-25” seriyalı “1111” sayı ilə qeydiyyata alınmış mobil nömrədən həmin tarixdə saaat 14:49 dəqiqədə “Bes hardasan” mesajı göndərilir, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə saat 14:49-də “bidazdan” məzmunlu cavab mesajı göndərilir, “+994-70-640-22-25” seriyalı “1111” sayı ilə qeydiyyata alınmış mobil nömrədən həmin tarixdə saaat 14:50 dəqiqədə “Birazdan ne vaxt”, “Sabah deqiq hel olacag pul teması” mesajı göndərilir, sonrda ümumi məzmunlu mesajlar sosnuncu tərəfindən göndərilir lakin Fərid Bayarmaov tərəfindən cavablanıdırılmır. Həmçinin həmin telefonun şəkillər (qalereya) bölməsinə baxış keçirilə zaman qeyri müəyyən nömrədən göndərilmiş olan “3 list alisa, Qardawimm, Burdasan, Camahat gözleyir” sözləri yazılmış “Watsapp” sosial hesabından gəlmiş mesajın ekran şəkilinin çəkilərək saxlanıldığı fotoşəkilin olduğu əks olunur. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, disk açdıqda içərisində 4 ədəd PDF formatlı fayl akşar olundu. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: 1) birinci fayldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə müxtəlif mobil nömrələrdən ümumi məzmunlu sms mətnləri göndərilmişdir. a) Həmin fayla baxış keçirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “+99470-640- 22-25” saylı mobil nömrədən xx-xx-2023-cü il tarixdə saat 04:07:22-də “Ferid sabah mutleq ldene k qoy get ise.k goturub duzelib gedirem onnan teze ayfon xr goturub satacag uje hazirdi 600 atacag karta”, xx-xx-2024-cü il tarixdə saat 04:03:37-də “Onda 1 k yari 150 li verde” sms mətnləri və göndərilmişdir. 2) İkinci fayldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələr ümumi məzmunlu sms mətnləri göndərilmişdir. b) həmin fayldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055-***-***-**-** saylı mobil nömrədən “+99***-***-**-**” saylı mobil nömrəyə 20- 02-2024-cü il tarixdə saat 03:43:47-də “5 qr k var ”, xx-xx-2024-cü il tarixdə saat 04:03:38-də “Onda 1 k yari 1501” sms mətnləri və göndərilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3931 saylı rəyindən görünür ki, hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması, bu səbəbdən etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 1 qramdan artıq çəkidə narkotik vasitə kokain və təmiz halda 5 qramdan artıq çəkidə psixotrop maddə MDMA külli miqdar təşkil edir. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən olunmuşdur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, sağlamlıq vəziyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan “Avrasiya Hospital” tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli və 09 may 2024-cü il tarixli tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs antral qastrit, postfundoplikasiya görünümü, qida borusunda xora LA grade b ezofagit, postop görünüm diaqnozları qoyulmuşdur. Cinayət işinin materiallarında olan “Kəpəz Hospital” tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli və 03 aprel 2023-cü il tarixli tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs LA grade B ezofagit Hiatal herni (2sm), panqastrit eroziv antral qastrit, intemal hemoroidlər (2 ədəd grade 1), anal skin tağlar, spastik kolit (sol tərəfli), hepatosteatoz grade 11-111, xolesistit əlamətləri, mədəaltı vəzi steatoz dəyişiklik, splenomegaliya əlamətləri, meteorizm diaqnozları qoyulmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 221/2024 saylı, 16 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 may 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 4,192 qram 01 ədəd bükümdə narkotik vasitə kokain, 41 ədəd psixotrop maddə MDMA həbi, tərkiblərində güclü təsir edən maddə preqabalin olan 80 ədəd “ALYSE 150 mg” kapsulu və 80 ədəd “Preqabalin 300 mg” kapsulu məhv edilməlidir. Bundan başqa iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Honor” markalı mobil telefon cəzasına çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 05 ədəd disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,192 qram 01 ədəd bükümdə narkotik vasitə kokain, 41 ədəd psixotrop maddə MDMA həbi, tərkiblərində güclü təsir edən maddə preqabalin olan 80 ədəd “ALYSE 150 mg” kapsulu və 80 ədəd “Preqabalin 300 mg” kapsulu məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Honor” markalı mobil telefon cəzasına çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 05 (beş) ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2210/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2210/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver