Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2219/2023 19.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, 1-ci Daş karyeri, nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 09 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 iyun 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum tarixdə, namənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 290 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Daş karyeri, bağ massivində yerləşən nömrəsiz fərdi evdə saxlamış, həmçinin naməlum tarixdə və naməlum mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarından istifadə etməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Daş karyeri, bağ massivi, nömrəsiz fərdi evin həyətyanı sahəsində həmin toxumları əkib 09 iyun 2023-cü il tarixədək aqrotexniki qaydada onlara qulluq göstərərək, qanunsuz olaraq 79 (yetmiş doqquz) ədəd ümumi çəkisi 635 qram olan külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirməklə kultivasiya etmiş, «Xaş-xaş 2023» şərti tədbirlər planının icra edilməsi məqsədi ilə Sabunçu RPİ-in 42-ci PB-nin əməkdaşları tərəfindən onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı əldə olunmuş məlumatın yoxlanılması məqsədi ilə 09 iyun 2023-cü il tarixdə, saat 13:20-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Daş karyeri, bağ massivi, nömrəsiz fərdi evin yaxınlığında saxlanılıb, evinin həyətyanı sahəsinə baxış keçirilərkən qanunsuz yolla əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində torpaq səthdə, meyvə ağaclarının altında əkib aqrotexniki qaydada qulluq edərək kultivasiya etdiyi 79 (yetmiş doqquz) ədəd külli miqdarda, yaş vəziyyətdə ümumi çəkisi 635 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və yaşadığı evə keçirilmiş baxış zamanı qonaq otağında yerləşən dolabda 01 ədəd sellofan paketdə satış məqsədi olmadan qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, tərkiblərinə görə həyətdən aşkar edilmiş çətənə (kannabis) bitkiləri ilə eyni olan həmin növ narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 290 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadə verməkdən imtina etdi və cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq olunmasına etiraz etmədi. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində də ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 17 ildir ki, narkotik tərtkibli çətənədən, yəni marixuanadan istifadə edir. Təxminən 10 il bundan qabaq Rusiya Federasiyasında olarkən çətənə (kannabis) bitkisinin toxumlarını ölkəyə gətirmiş, sonradan özü istifadə etmək məqsədi ilə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Naradaran qəsəbəsi, 1-ci Daş karyeri, nömrəsiz evin həyətinin arxa hissəsində, torpaq üzərində əkib onları mütəmadi olaraq su verib, qulluq etməklə becərmişdir. Məqsədi onları becərib böyüdükdən sonra qurudub özünüun istifadəsi üçün saxlamaq olmuşdur. Həmin bitkilərdən bir qismini təxminən 2023-cü ilin may ayının birinci ongünlüyündə dərib qurudaraq evində qonaq otağında dolabın içərisində sellofan paketdə saxlamış, məqsədi isə istədikdə ondan götürüb istifadə etmək olmuşdur. Ailə üzvlərinə həmin bitkinin guya gül olduğunu demiş, ailə üzvləri də ona inanıb onun həqiqətən narkotik tərkibli bitki olmasından xəbərləri olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, 09 iyun 2023-ci il tarixdə, saat 13:20 radələrində Sabunçu RPİ-in 42-ci PB-nin əməkdaşları yaşadığı evin yaxınlığında olarkən ona yaxınlaşıb, özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra ona evində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat əldə etdiklərini, bu səbəbdən də evində axtarış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına evində axtarış keçirilməsinə etiraz etməyib onları həyətə dəvət etmişdir. Polis əməkdaşlarının yanında bir nəfər mütəxəssis də olmuşdur. Polis əməkdaşı tərəfindən ona hüquq vəzifələri izah olunduqdan sonra həyətində axtarış keçirilməyə başlanmışdır. Bundan əvvəl o özü vəkilinin iştirakı olmadan evində axtarış keçirilməsinə razılıq vermişdir. İlk öncə özü daha sonra isə polis əməkdaşları və aqronom həyətinə daxil olmuşlar. Axtarış keçirilən zaman evinin həyətində torpaq səthdə, meyvə ağaclarının altında olan bitkilər tərəf gedərək əli ilə əkdiyi çətənə kollarını göstərmişdir. Polis əməkdaşları həmin bitkilərlə bağlı sual verildikdə o, səmimi olaraq etiraf edib bildirmişdir ki, narkotik tərkibli çətənə (kannabis) bitkisidir, özü toxumlarını əldə edib əkib-becərmiş, onlara qulluq edib böyüdüb ki, sonradan qurudub özü istifadə etsin. Buna səbəb isə maddi vəziyyətinin aşağı olması, narkotikə olan tələbatını ödəmək üçün onu ala bilməməsi, əkərək özü istifadə etməsi olmuşdur. Daha sonra polis əməkdaşı yerdə torpağa əkilmiş 03 ədədi şitil formasında, 76-sı isə orta inkişaf fazasında olan, ümumilikdə 79 ədəd narkotik tərkibli çətənə bitkisini dərib çıxartdaraq, uca səslə sayaraq sarı rəngli polietilen selofana yığmış və müvafiq qaydada qablaşdırıb götürmüşdür. Daha sonra polis əməkdaşları ona əlavə olaraq norkatik vasitə olub-olmaması barədə sual verdikdə, o cavabında evdə olduğunu könüllü şəkildə etiraf etmiş, eləcə də öz razılığı ilə, eləcə də vəkilinin iştirakı olmadan evində axtarış aparılmasına icazə vermişdir. İlkin olaraq özü yaşadığı evə, daha sonra isə digər iştirakçılar evinə daxil olmuşdur. Özü könüllü olaraq qonaq otağında olan dolabdan qara rəngli polietilen bağlamadıkı torbanın içərisində qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Qara rəngli polietilen torba açılmış, polis əməkdaşı ondan selofandakının nə oldğunu soruşduqda, o özü səmimi olaraq etiraf edib, selofandakının çətənə bitkisi olduğunu, marixuananı özünün əkib-becərdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisindən qurudub özü istifadə etməsi üçün dolabda saxladığını bildirmişdir. Həmin polietilen bağlama da polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Qeyd olunan maddələrdən başqa evindən qanunla dövriyyəsi qadağan olunan digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarışın keçirilməsi ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu o və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, baxış və götürmədən sonra o, polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə getmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, o vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və alətin olub-olmaması soruşulmuş, o üzərində qanunla dövriyyəsi qadağan olunan əşya və predmet olmadığını bildirib, üzərində olan özünə məxsus 01 ədəd “Piramida” adlı siqaret qutusunu təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə axtarış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində narkotik vasitələrin aludəçisi olduğu üçün daim narkotik vasitələrə ehtiyacı olduğundan narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə görüşüb onlarda narkotik vasitələr aldığını, bunun isə çox təhlükəli olduğunu, eləcə də maddi imkanının olmadığını, buna görə də narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib özü əkib-becərmək qərarına gəldiyini, sonra qurudub evində saxlamaqla lazım olanda özü istifadə etdiyini, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını təxminən 10 il bundan qabaq Rusiya Federasiyasından əldə etdiyini, yaşadığını ünvanda başqa növ narkotik tərkibli bitki əkib-becərmədiyini, ondan kiməsə vermədiyini, istifadəsində mobil telefon və nömrə olmadığını bildirmişdir (iş vərəqə: 76-78). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, «Xaş-xaş 2023» şərti tədbirlər planının icra edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxxx 1970-ci ildə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, 1-ci Daş karyeri, nömrəsiz fərdi evdə yaşayan, baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı əməliyyat məlumatı əldə olunmuşdur. Məlumat əsasənda Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə, saat 13 radələrində onun özü və bölmənin kiçik inspektoru Şahid3 tərəfindən yaşadığı evin yaxınlığında saxlanılmışdır. Araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis leytenantı Orxan Seydumova tapşırıldığından o, alim-aqronom, əlavə çəkiliş aparılması və kömək məqsədilə bölmənin polis sahə inspektoru Ramin Qurbanov da cəlb olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, evində təxirəsalınmaz qaydada axtarış keçirilməsi zərurətinin olduğu izah edilmiş və bununla əlaqədar ondan razılıq alınmışdır. Təqsirləndirilən şəxs evində vəkilinin iştirakı olmadan axtarış keçirilməsinə etirazı olmadığını bildirib bu barədə razılıq vermişdir. İlk öncə Təqsirləndirilən şəxs həyətə daxil olmuş, daha sonra o, kiçik inspektor Şahid3, polis sahə inspektoru Ramin Qurbanov, alim-aqronom Mərdan Tağıyev və təhqiqatçı Orxan Seydumov onun ardınca həyətə girmişlər. İlk öncə özü daha sonra isə polis əməkdaşları və aqronom həyətinə daxil olmuş, o özü axtarış keçirilən zaman evin həyətində torpaq səthdə, meyvə ağaclarının altında olan bitkilər tərəfə getmiş, əli ilə daş hasara yaxın əkdiyi çətənə kollarını göstərmişdir. Bitkilərlə bağlı sual verildikdə Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib göstərdiyi bitkilərin narkotik tərkibli çətənə (kannabis) bitkiləri olduğunu, özünün toxumlarını əldə edib əkib-becərdiyini, onlara qulluq edib böyütdüyünü, sonradan qurudub özünün istifadəsi üçün saxlamaq istədiyini bildirmişdir. O, yerdə torpağa əkilmiş 03 ədədi şitil formasında, 76-sı isə orta inkişaf fazasında olan, ümumilikdə 79 ədəd narkotik tərkibli çətənə bitkisini dərib çıxarmış, müvafiq qaydada qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs razılığı ilə evində axtarış keçirilmiş və o, özü qonaq otağında olan qab-qacaq dolabının alt gözündən qara rəngli polietilen bağlamadakı torbanın içərisində olan qurudulmuş yaşılımtıl rəngli ot qırıntıları olan kütləni təqdim etmişdir. Özü səmimi olaraq etiraf edib bildirmişdir ki, özünün əkib-becərdiyi narkotik tərkibli çətənə-marixuana (kannabis) bitkisindən qurudub özü istifadə etməsi üçün dolabda saxlamışdır. Həmin polietilen bağlama da onlar tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüdür. Sonra evdə axtarış keçirilmiş, qeyd olunanlardan başqa evdən qanunla dövriyyəsi qadağan olunan digər əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, onlar daha sonra Təqsirləndirilən şəxsla birlikdə onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Sabunçu RPİ-in 42-ci PB-yə getmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində əlavə olaraq dövriyyəsi qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə ilə bağlı təhqiqatçı Orxan Seydumov tərəfindən protokollar tərtib olunaraq, ucadan oxunmuş, protokolların doğruluğu onun, Orxan Seydumov və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin digər əməkdaşları - kiçik inspektorlar Şahid3 və Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadələr verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Axtarış, baxış və götürmə aparılması haqqında» və «Şəxsi axtarış və götürmə aparılması haqqında» müvafiq olaraq 09 iyun 2023-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, bölmənin kiçik inspektoru Şahid3, Maştağa kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsindən aqronom-mütəxəssis qismində dəvət olunmuş X2 və polis sahə inspektoru Şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1-ci Daş karyeri, nömrəsiz fərdi evdə axtarış keçirilməsi zərurətinin olduğu bildirilmiş, buna etirazı olubolmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs evində vəkilin iştirakı olmadan axtarış keçirilməsinə etirazı olmadığını və buna razılıq verdiyi bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs axtarışda iştirak edən şəxslərlə birlikdə yaşadığı evin həyətinə daxil olmuşdur. Həyətdə olarkən Təqsirləndirilən şəxs özü əkdiyi çətənə kollarına tərəf gedərək əli ilə daş hasara yaxın, meyvə ağaclarının altında olan bitkiləri göstərmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər yerdən, yəni torpaq səthdən çıxarılaraq bir-bir sayılaraq 79 (yetmiş doqquz) ədəd bitkinin olduğu müəyyən olunmuşdur. Tədqiq olunan həmin protokoldan görünür ki, həyət yanı sahədə 79 (yetmiş doqquz) ədəd bitki kolları aşkar edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1-ci Daş karyeri, nömrəsiz fərdi evdə axtarış aparılmış, axtarış zamanı qonaq otağında olan qab-qacaq dolabının alt gözündən 01 ədəd qara rəngli polietilen bağlamadıkı torbanın içərisində qurudulmuş bitki mənşəli kütlə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə barədə soruşulduqda, Təqsirləndirilən şəxs polietilen bağlamadıkı torbada olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həyətdə əkib qulluq edərək sonradan qurudub özünun istifadəsi üçün saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən həyətdən aşkar edilmiş 79 ədəd bitki kolları və evdən aşkar edilmiş 01 ədəd polietilen bağlama bitki mənşəli kütlə ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin 01 ədəd siqaret qutusu istisna olmaqla, Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, protokol üzrə aparılmış istintaq hərəkətləri videolentə alınmaqla videogörüntülər iki ədəd DVD formatlı diskə yüklənmiş və protokola əlavə edilmişdir (iş vərəqə: 17, 41). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Axtarış və götürmə aparılması» və “Şəxsi axtarış və götürmə aparılması» istintaq hərəkətlərinin videogörüntülərinin yükləndiyi 02 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disk üzrə nümayiş olunan videogörüntülər «Axtarış və götürmə aparılması» və “Şəxsi axtarış və götürmə aparılması» haqqında protokolun məzmunu ilə eynilik təşkil edir və ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: 43). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri, Sabunçu rayonu Maştağa kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin aqronomu X3 tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 09 iyun 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivi, Daş karyeri, nömrəsiz fərdi evdə keçirilmiş baxış zamanı həyətdə, bağ sahəsinin daş hasarına yaxın hissədə, meyvə ağaclarının arasında narkotik tərkibli çətənə bitkilərinin əkildiyi aşkar olunmuş, çətənə bitkilərinə baxış keçirilərkən onlara aqrotexniki qulluq və kultivasiya tədbirləri göstərilməklə, çətənə bitkiləri suvarılmış, dibləri boşaldılmış və.s tədbirlər görülmüşdür. Aşkar olunmuş çətənə bitkiləri kökü ilə birlikdə torpaqdan çıxarılmış və sayılaraq cəmi 79 (yetmiş doqquz) ədəd olduğu müəyyən edilmişdir (iş vərəqə: 19). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməbioloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 7/833 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs evindən...” yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01(bir) ədəd sellofan paketdə təmiz çəkisi-290 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş,..” yazıları və imzalar olan sarı rəngli polietilen bağlamadakı sayı 79 (yetmiş doqquz) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 635 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidirlər (iş vərəqə: 49-52). 09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş ümumi çəkisi 635 qram olan 79 (yetmiş doqquz) ədəd yaş vəziyyətdə olmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin qonaq otağından dolabdan aşkar edilmiş təmiz çəkisi 290 qram qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə və mənzilə keçirilmiş axtarış və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 02 ədəd DVD formatlı disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (iş vərəqə: 124-133). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X5 04 avqust 2023-cü il tarixli, 10107 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə psixi cəhətdən sağlamdır, onun məcburi müalicəyə ehtiyacı olmamışdır (iş vərəqə: 107). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 10 iyun 2023-cü il tarixli, 3637 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 115-116). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 09 iyun 2023-cü il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və Sabunçu rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarına əsasən qanuni hesab edilmişdir (iş vərəqə: 11). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Bundan başqa, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin miqdarı 79 (yetmiş doqquz) ədəd, eyni ünvanda sonuncunun yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 290 qram olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda (burada 290 qram) qurudulmuş marixuana narkotik vasitəsini hazırlayıb əldə etməklə, saxlamaqla, daşımaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda (burada 79 (yetmiş doqquz) ədəd) kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci və 237.2.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunmuş demoqrafik məlumatlarla müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş vərəqə: 96-97). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər uşağı vardır ki, bunlardan biri 2011-ci il təvəllüdlü olmaqla azyaşlıdır və bu hal sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə baxışı zamanı işdə olan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsinin iştirakçısıdır. Məhkəmə, həm də Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsinin iştirakçısı olmasını, məhkumluğunun olmamasını və əməlindən səmimi peşimanlığını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 iyun 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə işdə olan məhkəmə-narkoloji ekspertizanın 10 iyun 2023-cü il tarixli, 3637 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs oğlunun yaşadığı ünvandakı həyətyanı sahədən aşkar edilərək götürülmüş, iş üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq kimi Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılan 633,42 qram çəkidə çətənə bitkiləri, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 289,8 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli, həyətyanı sahəyə, mənzilə baxış keçirilməsi və şəxsin üzərində axtarış aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 78 (yetmiş səkkiz) manatdır məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - ekspertiza tədqiqatlarından sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandakı həyətyanı sahədən aşkar edilərək götürülmüş, iş üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq kimi Bakı şəhər Sabunçu rayon Polis İdarəsində saxlanılan 633,42 qram çəkidə çətənə bitkiləri, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 289,8 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə, yaşadığı mənzilə baxış keçirilməsi və onun üzərində axtarış aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2219/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2219/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver