Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2219/2024 07.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçsii - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 8 noyabr 1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 7, mənzil 16-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsi, ev 72ada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamaqla daşımış, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda maddələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 0,369 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, 03 may 2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, ünvan 1 ünvanının qarşısında saxlanılaraq, ünvan 2 yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına aparılaraq müdafiəçinin iştirakı və video çəkilişlə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,369 qram olan ağ rəngli kristallik şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhərinin Nəsimi rayonunda “Papanin” adlanan ərazidə naməlum şəxsdən üzərində “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 9 ədəd konvalyutda, ümumilikdə 124 ədəd ağ-qəhvəyi rəngli kapsullardan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 37,2 qram olmaqla külli miqdar təşkil edən preqabalin tərkibli kapsulları, üzərində “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 55 ədəd ağ-sarı rəngli kapsullardan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,25 qram olmaqla külli miqdar təşkil edən preqabalin tərkibli kapsulları, ümumilikdə külli miqdarda olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı 45,45 qram olan 179 ədəd preqabalin tərkibli kapsulları satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanında daşımış, 16 may 2024-cü il tarixdə saat 00:10 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin PŞ-nin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən ünvan 4 ünvanında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 83 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına aparılmış, inzibati binada xidməti otaqda saat 01:40-da üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində olan sellofan paketin içərisində üzərində “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 9 ədəd konvalyutda, ümumilikdə 124 ədəd ağ-qəhvəyi rəngli kapsullardan ibarət təsiredici maddəsinin ümumi miqdarı 37,2 qram külli miqdar təşkil edən preqabalin tərkibli kapsullar, üzərində “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan 4 ədəd konvalyutda, ümumilikdə 55 ədəd ağ-sarı rəngli kapsullardan ibarət təsiredici maddəsinin ümumi miqdarı 8,25 qram külli miqdar təşkil edən preqabalin tərkibli kapsullar və ümumilikdə külli miqdarda olmaqla preqabalin təsiredici maddəsinin ümumi miqdarı 45,45 qram olan 179 ədəd preqabalin tərkibli kapsulları aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 20 avqust 2024-cü il tarixli qərarına əsasən 03 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 0,369 qram psixotrop maddə metamfetamin aşkar edilib götürülməsi faktına görə başlanılıb istintaq olunan ********* saylı cinayət işi eyni şəxsdən 16 may 2024-cü il tarixdə “Preqabalin Kpka 300 mq” və “Preqabalin Kpka 150 mq” kimi markalanma göstəriciləri olan güclü təsir edən dərman preparatlarının aşkar edilib götürülməsi faktına görə başlanılıb istintaq olunan ********* saylı cinayət işinə birləşdirilməklə istintaq edilmişdir(iş vərəqə: cild İ, səh. 210-212). Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda maddələri əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1 və 240.3.2-ci maddələri ilə ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdiyindən Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinin tələbləri baxımından onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs elan olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 234.1 və 240.3.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, o, tutulmazdan təxminən 5 ay əvvəl narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Yasamal rayonu, Sovstski adlanan ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə və ya psixotrop maddə lazım olduğu vaxtlarda razılaşılan yerə gəlib ondan ala biləcəyini bildirmişdir. O da narkotik vasitə və psixotrop maddə lazım olanda Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan əraziyə gedərək həmin şəxsi tapıb ondan almışdır. Narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, X7 adlı şəxs onun tanışı olmuş və sonuncu “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 03 may 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerə gedərək həmin şəxsi taparaq onunla görüşmüş, orada həmin şəxsə 10 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs ona 01 ədəd bükümdə psixotrop maddə metamfetamin gətirib vermişdir. O da metamfetamini əynində olan boz rəngli cins lazım olan zaman istifadə etməsi üçün şalvarın sağ yan cibinə qoymuşdur. 03 may 2024-cü il tarixdə, saat 21 radələrində tanışı Anar Muradi ilə görüşüb bir qədər avtomobillə şəhərdə gəzmişlər. Həmin gün saat 22 radələrində Muradi ilə birlikdə ünvan 1 ünvanının qarşısında Anarın idarə etdiyi Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Nərimanov RPİ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən birlikdə Anarın idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə polis idarəsinə getmiş, Polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını və üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Anar Muradi və onun üzərlərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə Anar Muradiyə üzərində qanunsuz əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi bildirilmiş, Anar da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən üzərində 055-750-23- 27 saylı mobil nömrə olan 01 ədəd “Samsung A14” markalı mobil telefonu və sol yan cibindən idarə etdiyi avtomobilin açarını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. X9 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı Anar Muradi narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, təqdim etdiyi avtomobil açarının idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı olduğunu, avtomobilin qoltuqaltı hissəsində psixotrop maddə metamfetamin və elektron tərəzi saxladığını, həmin maddəni təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarışı keçirilmiş və axtarış zamanı ona üzərində qanunsuz əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi bildirilmişdir. O da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd göy rəngli “Sobrani” markalı siqaret qutusunu, sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Honor S8” markalı mobil telefonu və 1 ədəd 50 manat pul əskinasmı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi “Sobranie” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən 11 ədəd siqaret dənəsi və 01 ədəd qəbz kağızna bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Soğru zamanı o, qeyd olunan psixotrop maddə metamfetamini 03 may 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, Sovetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, 05 ay əvvəl narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa qanunsuz saxladığı hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, Anarın və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzalarla protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, şəxsi axtarışdan X9 iradə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxışdan əvvəl Anar Muradiyə avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Anar Muradi idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirilmiş və həmin təklifdən sonra Anar Muradi avtomobilin ön hissəsində olan qoltuqaltının içərisində saxladığı 01 ədəd elektron tərəzini və 01 ədəd bükümü təqdim edərək həmin bükümü içərisində psixotrop maddə metamfetmin olmasını bildirmişdir. Sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Polis əməkdaşları həmin maddəni haradan aldığını soruşan zaman Anar Muradi aşkar olunmuş maddənin və elektron tərəzilərin özünə məxsus olduğunu, tərəzi ilə avtomobildən aşkar olunmuş maddəni çəkdiyini, həmin maddəni Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra aşkar olunmuş maddə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalarla təsdiqlənmiş, qeyd olunan hərəkətlər protokollaşdırılmış və imzalarla protokolun doğruluğunu təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, tutulmsazdan bir neçə gün əvvəl narkotik vasitəni və təsiredici dərmanları Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə şəxsiyyəti barədə məlumatı olmayan orta yaşlı kişidən almışdır. Həmin şəxsin adını, yaşadığı ünvanı, istifadəsində olan nömrəsini bilməsə də, axşam vaxtlarında «Papanin» adlanan yerə gedib hərləndikdə həmin şəxsi tapıb lazım olan narkotik vasitə və ya dərmanları ondan ala bilmişdir. Elə hallar olmuşdur ki, dərmanı almaq üçün imkanı olmamış, buna görə bir neçə dəfə şəxsi istifadəsi üçün aldığı 150 mq və ya 300 mq preqabalin dərmanını aldığı qiymətdən 2 manata baha qiymətə başqa şəxslərə satmışdır. Sonuncu dəfə 15 may 2024-cü il tarixdə axşam vaxtlarında Nəsimi rayonu «Papanin» adlanan əraziyə gedib qeyd etdiyi tanımadığı şəxsi tapıb ona 10 manat pul verib az miqdarda kağıza bükülmüş vəziyyətdə narkotik vasitə nəşə almış və həmin narkotik vasitəni əynindəki qara rəngli qış gödəkçəsinin sol yan üst cibinə qoyaraq saxlamışdır. Həmçinin həmin vaxt həmin şəxsə 220 manat pul verib 124 ədəd 300 mq. qramlıq və 55 ədəd 250 mq. qramlıq preqabalin dərmanları almış və həmin dərmanları sellofan paketin içərisində özü istifadə etmək üçün saxlamışdır. 16 may 2024cü il tarixdə, gecə vaxtlarında tək Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Nərimanov rayon 16-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və sonra onlarla birlikdə işlədikləri polis şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən birlikdə polis şöbəsinə getmiş, şöbəyə getdikdən sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və bunun üçün videoçəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmiş, sonra polis əməkdaşları dövlət hesabına hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət etmişlər. Üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üstündə narkotik vasitə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş əşya olduğu təqdmirdə təqdim etməsini təklif etmişlər. O bundan sonra əynindəki qara rəngli qış gödəkçəsinin sol yan yuxarı cibində olan kağıza bükülmüş narkotik vasitə nəşəni, gödəkçənin sol yan cibindən istifadəsində olan «Honor» markalı mobil telefonu və əlindəki sellofan paketin içərisində olan 55 ədəd 150 mq. və 124 ədəd 300 mq. preqabalin dermanlarnı polislərə təqdim etmişdir. Polis əməkdaşlarına narkotik vasitəni və dərmanları haradan və hansı məqsədlə aldığını izah etmiş, sonra polislər tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa saxlanılması qadağan edilmiş hər hansı əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin narkotik vasitəni və dərman preparatlarını zərfə qoyub möhürləmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılarla birlikdə protokolu imzalamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, dərman prepapratlarını almaq üçün imkanı olmadığından, gələcəkdə yenidən almaq imkanı əldə etmək məqsədilə aldığı preqabalin dərmanlarından başqa şəxslərə aldığı qiymətdən 2 manat baha qiymətə satmaqla məşğul olmuş, narkotik vasitəni isə şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni kiməsə satmaq və ya pay vermək niyyəti olmamışdır (iş vərəqə: cild İİ, səh.122-125). Cinayət işinə məhkəmsə baxışı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, 2024-cü ilin may ayının əvvəllərində Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid3 Bakı şəhəri ərazisində «Anar» və «Daşqın» adlı şəxslərin mütamadi olaraq Nəsimi rayonu ərazisində qanunsuz narkotik vasitələri əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı əldə etmiş, məlumat barədə idarə rəhbərliyinə məruzhə olunmuş, Bakı şəhər, Nəsimi rayonu ərazisində əməliyyat tədbirləri keçirilməsi üçün Bakı şəhər BPİ-nin rəhbərliynə məruzə olunub icazə alındıqdan sonra 03 may 2024-cü il tarixdə Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid3 rəhbərliyi ilə o, və Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Hər iki şəxsin anket məlumatları barədə daxil olmuş məlumatda dolğun məulmatlar olmuşdur. Elə həmin gün, saat 22:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında «Anar» və «Daşqın» adlı şəxslər saxlanılmış və onların Təqsirləndirilən şəxs və X7 olduqları müəyyən edilmişdir. Anar Muradinin idarəçiliyində “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil də olmuşdur ki, saxlanılan xəxslər avtomaşınla birlikdə Nərimanov RPİ-yə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs və Anar Muradi etiraz etməmiş və onlarla birlikdə Polis İdarəsinə getmişlər. İdarədə xidməti otaqlarının birində video çəkilişlə Anar Muradi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl onların hər ikisinə hüquq və vəzifələri, həmçinin vəkilin hüquqi yardımından istifadə etmək hüququ izah edilmişdir. X10 üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərində qeyri-qanuni heç nə aşkar edilməmişdir. Lakin şəxsi axtarışdan sonra idarə etdiyi “Toyota Prius” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar edilib götürülmüşdür. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, Anar Muradidən sonra Təqsirləndirilən şəxs üstündə olan qeyri-qanuni və ya qanuni əşyaları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs Mehti əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Sobrani” markalı siqaret qutusunu, sol yan cibindən isə bir ədəd “Honor S8” markalı mobil telefonu və 1 ədəd 50 manat pul əsginasım çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Sobrani” markalı siqaret qutusuna baxış keçirilən zaman içərisindən siqaret dənələri və 01 ədəd qəbz kağızma bükülmüş, içərisində ağ kristal şəkilli, spesifik qoxuya malik metamfetamin psixotrop maddəsinə şübhəli maddə aşkar edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs izahat verib təqdim etdiyi maddənin psixotrop maddə metamfetamin olduğunu, 03 may 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, Savetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb əldə etdiyini və bu işdə tanışı X7 ilə əlaqəsinin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 50 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmış, psixotrop maddəyə şübhəli maddə və ona məxsus “Honor S8” markalı mobil telefon götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir.Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, X7 və Təqsirləndirilən şəxs saxlanılarkən, RPİ-yə gətirilib üzərlərində şəxsi axtarış aparılarkən onlara qarşı heç bir təzyiq və təsir olunmamışdır. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Muradi ilə Təqsirləndirilən şəxs arasında cinayət əlaqəsi, o cümlədən onların bir-birinə narkotik vasitə və ya psixotrop maddə satmaları və ya pay vermələri müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Bakı şəhər, Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid3 tədqiq olunan ifadəsi və məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ- nin əməkdaşı X3 ifadələri ilə müəyyən edildi ki, hər iki şahid məhkəmə baxışı zamanı dindirilmiş həmkarları Şahid1 lə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: cild İ, səh.194-197). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 16 may 2023-cü il tarixdə, gecə saat 00:10 radələrində xidməti zərurətlə əlaqədar olaraq Şöbənin əməliyyat müvəkkili Şahid5la birlikdə Nərimanov rayonunda, Ak.Həsən Əliyev küçəsində xidmətdə olarkən bir nəfər şəxsin – hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını müşahidə edərək ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs davranışı və hərəkətlərindən, suallara qeyri-müəyyən cavablarından onun narkotik vasitə və ya psixotrop maddə təsiri altında olması onlarda şübhə yaratdığından onu Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına aparmış və barəsində araşdırm Şahid4 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, RPİ-yə gətirilib üzərlərində şəxsi axtarış aparılarkən onlara qarşı heç bir təzyiq və təsir olunmamışdır. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin, həmçinin güclü təsir edən dərman vasitələrinin satışı ilə məşğul olduğu müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin digər əməliyyat müvəkkili Şahid5 ifadəsində həmkarı, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət tanımış, sonuncu yaxın qonşuluqda yaşamış, onunla yaxşı münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs son bir neçə ay müddətində, yəni 2023-cü ilin noyabr ayının axırlarından preqabalin tərkibli dərmanların satışı ilə məşğul olmuş və müxtəlif şəxslərə həmin dərmanları satmışdır. O özü arabir həmin dərmanlardan istifadə etdiyi üçün bir neçə dəfə Daşqından 50 mq.qramlıq tramadol dərmanının 1 qutusunu 5 manata, 300 mq.qramlıq preqabalin dərmanının 1 listini isə 15 manata almışdır. Ona dərman lazım olduqda özünün istifadəsində olan 077 *** ** ** nar nömrəsindən Daşqının istifadəsində olan 055 *** ** ** Bakcell nömrəsinə zəng vurub istəmiş və ya həmin nömrəyə mesaj yazmışdır. Bundan sonra Daşqınla yaşadığı evin yaxınlığında görüşüb pulu ona verib əvəzində lazım olan dərmanı ondan almışdır. Həmin ərəfədə Daşqın ondan başqa şəxslərə də dərmanlar satmışdır. Daşqının istifadəsində olan mobil cihaza baxış keçirilərkən müəyyən olunmuş mesajlardan biri ona dərman lazım olarkən Daşqının mobil nömrəsinə yazdığı mesajlardan biridir. Şahid6 ifadəsinin davamında göstərmişdir ki, 2024-cü ilin may ayının ortalarında xatırlamadığı qonşulardan Daşqının preqabalin dərmanlarının satışı ilə bağlı polislər tərəfindən yaxalandığını eşitmiş və buna görə həmin vaxtdan Daşqınla bütün əlaqələrini kəsmişdir(iş vərəqə: cild İİ, səh.53). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 may 2024-cü il tarixli protokoldan görünür ki, 03 may 2024-cü il tarixdə saat 22:00 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının qarşısında saxlanılaraq, ünvan 2 yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin və digər protokol iştirakçılarının iştirakı video çəkiliş müşaiyəti altında saat 00:55-dən saat 01:25-dək olan müddət ərzində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Sobrani” markalı siqaret qutusunu, sol yan cibindən isə bir ədəd “Honor S8” markalı mobil telefonu və 1 ədəd 50 manat pul əsginasım çıxarıb təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Sobrani” markalı siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisindən siqaret dənələri və 01 ədəd qəbz kağızma bükülmüş, içərisində ağ kristal şəkilli, spesifik qoxuya malik metamfetamin psixotrop maddəsinə şübhəli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 50 manat pul onun özünə geri qaytarılmış, psixotrop maddəyə şübhəli maddə və ona məxsus “Honor S8” markalı mobil telefon götürülmüş, qablaşdırılıb möhürlənmiş və bu barədə hazırda tədqiq olunan həmin protokol tərtib edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs izahat verib təqdim etdiyi maddənin psixotrop maddə metamfetamin olduğunu, 03 may 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, Savetski adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd DVD formatlı disk həmin protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.54-56). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 04 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntüləri Təqsirləndirilən şəxs üzərində 04 may 2024-cü il tarixdə, saat 00:55-dən saat 01:25-dək olan müddət ərzində Nərimanov RPİ-nin inzibati binasında aparılmış şəxsi axtarış və götürməyə dair tərtib olunan eyni tarixli protokolun məzmununda göstərilənlərə uyğundur, videogörüntiülərlə “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 may 2024-cü il tarixli protokolun məzmunu arasında ziddiyyətlər müəyyən olunmuamışdır(iş vərəqə: cild İİ, səh.62). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, 16 may 2024-cü il tarixdə saat 00:10 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 4 ünvanında saxlanılaraq, Bakı şəhəri, Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin və digər protokol iştirakçılarının iştirakı video çəkiliş müşaiyəti altında saat 01:40-dan etibarən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan üst cibindən 01 ədəd bükümdə marixuanaya şübhəli maddəni və əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd «Honor» markalı mobil telefonu, həmçinin əlində tutduğu paketin içərisində 55 ədəd 150 mq kapsul və 124 ədəd 300 mq kapsul üzərində preqabalin yazılmış dərmanları təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə və güclü təsir edən maddələr qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 218 saylı möhürü ilə möhürlənmiş və bu barədə hazırda tədqiq olunan həmin protokol tərtib edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs izahat verib təqdim etdiyi marixuananı 15 may 2024-cü il tarixdə «Papanin» adlanan ərazidə üzdən tanıdığı şəxsdən 10 manata aldığını, preqabalin adlı dərman preparatlarını isə Nərimanov rayonu Ak.Həsən Əliyev 82 ünvanında yerləşən aptekdən aldığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 16 may 2024-cü il tarixdə şəxsi axtarış keçirilməsi prosesi videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd DVD formatlı disk həmin protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.237-238). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntüləri Təqsirləndirilən şəxs üzərində 16 may 2024-cü il tarixdə, saat 01:40-dan etibarən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasında aparılmış şəxsi axtarış və götürməyə dair tərtib olunan eyni tarixli protokolun məzmununda göstərilənlərə uyğundur, videogörüntiülərlə “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 may 2024-cü il tarixli protokolun məzmunu arasında ziddiyyətlər müəyyən olunmuamışdır(iş vərəqə: cild İİ, səh.60). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 16 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi zamanı götürülmüş bir ədəd «Honor» markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan göbrünür ki, mobil telefon işlək vəziyyətdə olmuş, telefonda olan mobil nömrələrin yaddaş siyahısında «Vüsal» adı ilə qeydiyyatdan keçmiş və 077 *** ** ** mobil nömrəsi qeyd olunmuş abonent olduğu müəyyən edilmişdir. Mobil telefonun “SMS” proqram təminatı hissəsində «Vüsal» adı ilə qeydiyyatdan keçmiş şəxslə Təqsirləndirilən şəxs istifadəsində olmuş GSM mobil nömrəsi arasında xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə “SMS” hissəsinə mətndən ibarət 2 ədəd mesajın olduğu müəyyən edilmişdir. “SMS” proqramının mesajına baxış zamanı xx.xx.2024-cü il tarixdə, saat 20:26-da «Odboy niye verirsen?» və xx.xx.2024-cü il tarixdə, saat 21:27-də «301ük 1 list lazımdı» sözləri öz əksini tapmışdır(iş vərəqə: cild İİ, səh.25). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 04 may 2024-cü il tarixli, 3-16-16/2-6/2466 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 218 dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,369 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in (Siyahı İ) daxildir(iş vərəqə: cild İ, səh.82-86). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/758 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN- nin Zərflər üçün №218» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs...» yazıları və imzalar qeyd edilmiş kağız paketdəki bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır(iş vərəqə: cild İ, səh.246-249). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməfiziki-kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli, 3-16-16/2-6/2766 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №218» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs...» yazıları və imzalar qeyd edilmiş paketdəki: - üzərində «Preqabalin Kpka 300 mq» markalanma göstəricisi olan 9 ədəd konvalyutda ümumilikdə 124 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli kapsullardır və 124 ədəd kapsullardan ibarət preqabalin təsiredici maddəsinin miqdarı 37,2 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla); - üzərində «Preqabalin Kpka 150 mq» markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 55 ədəd ağ-sarı rəngli kapsul preqabalin tərkibli kapsullardır və 55 ədəd kapsullardan ibarət preqabalin təsiredici maddəsinin miqdarı 8,25 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş preqabalinin ümumi miqdarı 45,45 qram təşkil edir. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, preqabalin «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na aiddir(iş vərəqə: cild İ, səh.250-255). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi, məhkəmə-bioloji və məhkəmə-fiziki-kimyəvi ekspertizalarının rəyləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi nəticəsində aşkar edilmiş 0,369 qram metamfetamin psixotrop maddəsinin 0,05 qramı tədqiqata sərf edilmiş, 0,319 qram qalıq qalmış, 0,33 qram marixuana narkotik vasitəsinin 0,05 qramı tədqiqata sərf edilmiş, 0,28 qram qalıq qalmış, ümumi sayı 179 ədəd Preqabalin kapsullarının 2 kapsulu tədqiqata sərf edilmiş, 177 ədəd qalıq qalmışdır(iş vərəqə: cild İ, səh.82-86, 246-249, 250-255). İbtidai istintaq orqanının işdə olan (cild İİ, səh.112) müvafiq qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi nəticəsində aşkar edilmiş 0,369 qram metamfetamin psixotrop maddəsi, 0,33 qram marixuana narkotik vasitəsi və ümumi sayı 179 ədəd Preqabalin kapsulları, həmçinin Təqsirləndirilən şəxs üzərinə 05 və 16 may 2024-cü il tarixlərdə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntülərin yükləndiyi 02 ədəd DVD formatlı disk və bir ədəd «Honor» markalı mobil telefon iş üzrə maddi sübüt kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,319 qram psixotrop maddə metamfetamin, 0,28 qram narkotik vasitə qurudulmuş marixuana və 177 ədəd preqabalin kapsulları, bir ədəd «Honor» markalı mobil telefon saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd DVD formatlı disklər cinayət işnin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh.112). Bundan başqa, tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli, 3007 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İ, səh.190-191). İş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5772 №-li daha bir rəyindən görpünür ki, bu dəfə də eksperlər Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olması barədə eyni nəticəyə gəlmişlər(iş vərəqə: cild İİ, səh.79-80). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ayrı-ayrı cinayət işləri üzrə iki dəfə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 may 2024-cü il tarixli, 1280 №-li və 22 avqust 2024-cü il tarixli, 2448 №-li rəylərindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəylərdən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, o, halhazırda da öz hərəktlərini ölsüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə eyhtiyacı yoxdur(iş vərəqə: cild İ, səh.192-193, cild İİ, səh.81-82). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs haqqında narkotik vasitələrin istifadəsi vıə satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumtı əsasında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən 03 may 2024-cü il tarixdə qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar əsasında saxlanılmışdır(iş vərəqə: cild İ, səh. 6, 7, 8-9). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanının 23 avqust 2024-cü il tarixli qərarına əsasən 16 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,33 qram qurudulmuş marixuana narkotik vasitəsi cinayət tərkibi yaratmadığından sonuncunun barəsində həmin hissədə cinayət təqibinə xitam verilmiş, həmçinin psixotrop maddənin və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, 95-111, 126-127,129). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahının, həmçinin “Güclü təsir edən maddələrin və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrinin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram, həmçinin “Güclü təsir edən maddələrin və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrinin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən külli miqdar olmaqla aşağı həddi 5 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 1000 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,369 qram çəkidə metamfetamin psixotrop maddəsi xeyli miqdarda, həmçinin “Güclü təsir edən maddələrin və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrinin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aşkar edilib götürülmüş “Preqabalin Kpka 150 mq” markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 55 ədəd ağ-sarı rəngli kapsullardan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,25 qram olan preqabalin tərkibli dərman preparatları və “Preqabalin Kpka 300 mq” markalanma göstəricisi olan 9 ədəd konvalyutda ümumilikdə 124 ədəd ağ-qəhvəyi rəngli kapsullardan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 37,2 qram olan preqabalin tərkibli dərman preparatı külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda metamfetamin psixotrop maddəsini, daha sonra isə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən “Preqabalin Kpka 150mq” və “Preqabalin Kpka 300mq” preparatlarını külli miqdarda əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən şəxsi istifadəsi üçün aldığı 150 mq və ya 300 mq preqabalin dərmanını aldığı qiymətdən 2 manat baha qiymətə başqa şəxslərə satması ilə əlaqədar qismən etirafı, onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olması ilə bağlı əməliyyat orqanının məlumatları, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı mobil operatorlar vasitəsi ilə ötürülən sms yazışmalar, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi, məhkəmə-fiziki kimyəvi ekspertizaların rəyləri təqsirləndirilən şəxsin psixotrop maddəni və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda metamfetamin psixotrop maddəsini, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1 və 240.3.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. İstər məhkəməyədək icraat mərhələsində və ya istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı müdafiə üsulu seçməmiş, bununla bağlı heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən məhkəməyə və ya istərsə də məhkəmə baxışı mərhələsində heç bir orqana şikayət etməmiş, təqsirsizliyi və ya qismən təqsirliliyi barədə müraciət etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.189). Məhkəmə baxışı zamanı son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs tutduğu əməli etiraf etməklə səmimi peşiman olduğunu bildirmişdir ki, məhkəmə qeyd olunan bu halı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 240.3.2-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məciusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla onun şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3007 №-li və xx.xx.2024cü il tarixli, 5772 №-li və rəyləri əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs İ cinayət epizodu üzrə 03 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs həmin epizod üzrə iki gün həbsdə saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs İİ cinayət epizodu üzrə 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2024-cü il tarixdə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən sonra Təqsirləndirilən şəxs fasiləsiz olaraq qanuni əsaslarla həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalı, həmçinin İ cinayət epizodu üzrə 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,369 qram psixotrop maddə metamfetaminin, 0,33 qram narkotik vasitə qurudulmuş marixuananın və 179 ədəd preqabalin kapsullarının ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 0,319 qram psixotrop maddə metamfetamin, 0,28 qram narkotik vasitə qurudulmuş marixuana, 177 ədəd preqabalin kapsulları məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs məxsus «Honor” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 157 (bir yüz əlli yeddi) məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzaları qismən toplanılsın və ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum elmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 0,369 qram psixotrop maddə metamfetam götürülməsi faktına görə istintaq olunan cinayət işi üzrə onun 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,369 qram psixotrop maddə metamfetaminin, 0,33 qram narkotik vasitə qurudulmuş marixuananın və 179 ədəd preqabalin kapsullarının ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 0,319 qram psixotrop maddə metamfetamin, 0,28 qram narkotik vasitə qurudulmuş marixuana və 177 ədəd preqabalin kapsulları məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus «Honor” markalı bir ədəd mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 157 (bir yüz əlli yeddi) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2219/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2219/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver