Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-222/2020 21.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fərəcov Salman Böyükağa oğlunun iştirakı ilə xx xxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, məhəllə 26, ev 68\38, mənzil 38-də qeydiyyatda olmaqla ünvan 1, mənzil 70-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 410,340 qram olan narkotik vasitə heroin əldə edib həmin heroini iki ədəd bükümə bölərək bir bükümdə 401,016 qram çəkidə narkotik vasitə heroini yaşadığı ünvan 1, mənzil 70 ünvanına qanunsuz daşıyaraq gizlətməklə saxlamış, digər bükümdə olan 9,324 qram çəkidə narkotik vasitə heroini isə əynindəki şalvarın sağ yan cibində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, onun mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat - axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 01 radələrində həmin ünvanda saxlanılaraq üstünə keçirilən baxış zamanı əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində gəzdirməklə saxladığı bir ədəd şəffaf polietilen bükümün içərisində 9,324 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs razılığı ilə faktiki yaşadığı ünvan 1, mənzil 70 ünvanına baxış keçirilərkən satış məqsədilə qanunsuz olaraq əldə edib evin qonaq otağındakı divanın saxlanc yerində gizlətməklə saxladığı bir ədəd qara polietilen torbada ümumi təmiz çəkisi 401,016 qram olan narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə marixuana və heroin istifadəçisidir. Əsasən həmin narkotik vasitələri tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Lakin son zamanlar bir çox tanışları ona bir nəfər şəxsin narkotik vasitə heroinin satışı ilə məşğul olduğunu, həmin şəxslə sadəcə telefon vasitəsi ilə əlaqə saxlamağın mümkün olduğunu və onunla razılıq əldə etdikdən sonra dediyi məbləği dediyi ünvana çatdırdıqdan sonra onun dediyi yerdən narkotik vasitəni götürməyin mümkün olduğunu bildirmişlər. Bundan sonra tanışlarından həmin şəxsə məxsus hazırda xatırlamadığı mobil nömrəni götürərək “Whatsapp” proqramı vasitəsi ilə ona yazaraq narkotik vasitə istədiyini bildirmiş, həmin şəxsdə ondan bu işi əvvəllər görüb görmədiyini soruşmuşdur. Zəng edən şəxsə yalandan əvvəllərdə bu işlə məşğul olduğunu bildirmiş, onlar bir qədər danışdıqdan sonra həmin şəxs nə qədər narkotik vasitə heroin istədiyini ondan soruşmuşdur. O da həmin şəxsə 3000 manat pulunun olduğunu və həmin pula nə qədər narkotik vasitə düşürsə verməsini xahiş etmiş, həmin şəxs də onunla razılaşmış pulları Bakı-Sumqayıt magistral yolunda yerləşən “Bolmart” marketin yaxınlığında olan ağacın dibinə qoymasını istəmişdir. O, həmin şəxsin dediyi kimi etmiş və pulları qara sellofan torbaya büküb həmin ünvana qoymuş, növbəti gün həmin nömrədən ona mesaj gəlmiş və narkotik vasitə heroini pulları qoyduğu yerdə olmasını və gedib götürməsi bildirilmişdir. O, narkotik vasitə heroini deyilən yerdən götürərək yaşadığı ünvan 1, mənzil 70 ünvanına gətirmiş, həmin narkotik vasitə heroini yaşadığı evin zalında olan divanın saxlanc yerinə qoymuşdur. Onun əsas məqsədi həmin aldığı narkotik vasitədən istifadə etmək olmuş, xx xxx 2019-cu il tarixdə saat 00:30-da siqaret almaq üçün evdən çıxmış və bir qədər gəzdikdən sonra yaxınlıqda yerləşən dükandan özünə siqaret almışdır. Siqaret alıb geri qayıdan zaman bir neçə mülki geyimli şəxslər yaşadığı evin yaxınlığında ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirməkdə, satışı ilə məşğul olmaq və yaşadığı evdə həmin maddələrin saxlamasında şübhəli olduğunu bildirmişlər. Onlar yanlarında olan digər iki nəfər şəxsin hal şahidi olduğunu bildirmiş, polis əməkdaşları ondan üzərində nə əşya varsa təqdim etməsini xahiş etmişlər. Polis əməkdaşlarına üzərində bir ədəd bükümdə 10 qrama yaxın narkotik vasitə olan heroin, iyirmi iki manat pul, mobil telefon və şəxsiyyət vəsiqəsi olmasını bildirmişdir. Əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofan bükümü, sol yan cibindən iyirmi iki manat pulu, bir ədəd «Vertu» markalı mobil telefonu, əynindəki tünd boz rəngli gödəkcənin sol iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümü açaraq içərisinə baxmış, bundan sonra həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin üzərinə imza etmiş, polis əməkdaşları onun təqdim etdiyi iyirmi iki manat pulu onun özünə qaytarmış, lakin şəxsiyyət vəsiqəsi və mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyini bildirərək götürmüşlər. Bundan sonra üzərinə baxış keçirsələr də, baxış zamanı əlavə heç bir əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları yaşadığı ünvan 1, mənzil 70 ünvanına baxış keçirmək üçün icazə istəmiş, o və qeyri rəsmi nikah münasibətində olduğu birgə yaşadığı Şahid5 da etiraz etməmiş və evə baxış keçirilməsinə razılıqları barədə ərizə yazmışlar. Polis əməkdaşlarının və onlarla birlikdə gələn hal şahidlərin iştirakı ilə onun yaşadığı mənzilə baxış keçirmiş, baxış zamanı mənzildən bir ədəd qara rəngli polietilen torba və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Polis əməkdaşları həmin torbanı açaraq içərisinə baxdıqdan sonra həmin torba maddə ilə birlikdə və bir ədəd elektron tərəzi zərfə qoyularaq imza edilmiş və möhürlənmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmış, orada müdafiəçinin iştirakı ilə keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, BNMİ-də XMİÜ baş əməliyyat müvəkkili işləyir. xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, ünvan 1, mənzil 70 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirir, satışı ilə məşğul olur və yaşadığı evdə həmin maddələri saxlayır. Alınmış məlumat barədə raportla Baş X3 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Sumqayıt şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış, qrupun rəhbəri Şahid1, o və Şahid3 isə qrupun üzvləri təyin edilmişlər. Bundan sonra o və Şahid3 keçiriləcək əməliyyat axtarış tədbirində hal şahidi qismində iştirak etmək üçün iki nəfər şəxsi Baş İdarəyə dəvət etmişlər. Həmin şəxslərə hüquq və vəzifələri izah edilmiş və tədbirin keçirilməsinə başlanılmışdır. Baş idarəyə dəvət edilmiş hal şahidləri ilə birlikdə xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Sumqayıt şəhəri ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş, xx xxx 2019-cu il tarixdə saat 01:00-da ünvan 3 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşü Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Həmin şəxs özünü onlara təqdim etmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona izah edilmişdir ki, mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroinin əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında və yaşadığı evdə həmin maddələrin saxlamasında şübhəlidir. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində bir ədəd bükümdə on qrama yaxın narkotik vasitə olan heroin, iyirmi iki manat pul, mobil telefon və şəxsiyyət vəsiqəsi vardır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən iyirmi iki manat pulu, bir ədəd «Vertu» markalı mobil telefonu, əynində olan tünd boz rəngli gödəkcəsinin sol iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi büküm açılmış və içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi iyirmi iki manat pul özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla qeyri rəsmi nikah münasibətində olan Şahid5 ilə birgə yaşadığı ünvan 1, mənzil 70 ünvanında özünə məxsus bir ədəd torbada 400 qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzidə vardır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə vermiş, Təqsirləndirilən şəxs tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı mənzilə dəvət etmişdir. Mənzilin qapısını bir nəfər xanım açmış, həmin şəxs özünü təqdim etmiş, onlar Şahid5 izah edilmişdir ki, onunla qeyri rəsmi nikah münasibətində olan Təqsirləndirilən şəxs ilə birgə yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yaranmışdır. Şahid5 buna etiraz etməmiş və bu barədə razılıq ərizəsi vermiş, bundan sonra Təqsirləndirilən şəxs qonaq otağında olan divanın saxlanc yerindən özünə məxsus paltarların arasından bir ədəd qara rəngli polietilen torbanı və bir ədəd elektron tərəzini çıxarıb hal şahidlərinin iştirakı ilə tədbir iştirakçılarına təqdim etmişdir. Həmin torba açılaraq içərisinə baxılmış və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid5 və hal şahidlərinin iştirakı ilə mənzilin otağına, mətbəxə, dəhlizə, eyvana, sanitar qovşağına baxış keçirilmiş, baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir ay öncə təsadüfən bir nəfər tanımadığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs ona 500 qram çəkidə narkotik vasitənin on min manata satmasını təklif etmiş, razılıq əldə edildikdən sonra həmin şəxs Bakı-Sumqayıt avtomagistral yolunun üzərində yerləşən «Bolmart»ın yaxınlığında olan lövhənin altında narkotik maddəni qoymuş, əvəzində isə Təqsirləndirilən şəxs həmin yerə üç min manat pul qoyaraq oradan kənarlaşmışdır. Beş yüz qram heroinin bir hissəsini özü istifadə etmiş, müəyyən hissəsini maddi durumu çətin olduğuna görə təsadüfi müştərilərə satmış, üzərindən və yaşadığı mənzildən təqdim etdiyi maddələri özü istifadə etmək üçün və satmaq üçün saxlamışdır. Sorğu zamanı Şahid5 Təqsirləndirilən şəxs narkotik alüdəçisi olması, mənzildə hər hansı bir qanunsuz əşyaların, eləcə də narkotik vasitələrin olduğundan xəbərdar olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində Şahid5 dediklərini təsdiq etmişdir. Bundan sonra tədbir iştirakçıları, saxlanılan şəxs Təqsirləndirilən şəxs, Şahid5 və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X4 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdən tanıyır, onunla bir məhəllədə qalmış və qonşu olmuşlar. Asiflə aralarında 2011-ci il tarixdən sevgi münasibətləri yaranmış və həmin tarixdən Asiflə birlikdə yaşamağa başlamışlar. Asiflə birlikdə o, onun yaşadığı ünvan 1, mənzil 70-də qalmış, lakin Asifin narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. O, xx xxx 2019-cu il tarixdə saat 01 radələrində evdə olarkən Asif ona çölə çıxacağını bildirmiş və evdən çıxmışdır. Asif çölə çıxdıqdan bir neçə dəqiqə sonra qapı döyülmüş, qapını açdıqda Asifin bir neçə mülki geyimli şəxslərlə birlikdə gəldiyini görmüş, həmin şəxslər ona xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını və yanlarında olan digər iki nəfər şəxsin isə hal şahidi olduğunu bildirmişlər. Polis əməkdaşları ona Asifin üzərindən narkotik vasitə heroin aşkar edilərək götürüldüyün izah edib, Asiflə birgə yaşadıqları mənzilə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O da mənzilə baxış keçirilməsinə etiraz etməmiş və mənzilə baxış keçirilməsinə razı olması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları Asiflə birlikdəmənzilə daxil olmuş, Asif qonaq otağında olan divanın saxlanc yerindən özünə məxsus paltarların arasından bir ədəd qara rəngli polietilen torbanı və bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin torba açılaraq içərisinə baxılmış və bir ədəd elektron tərəzi ilə birlikdə zərfə qoyularaq möhürlənmiş, hal şahidləri kimi Asif də həmin zərfin üzərinə imza etmişdir. Sorğu zamanı Asif bildirmişdir ki, təxminən bir ay öncə təsadüfən bir nəfər tanımadığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs ona 500 qram çəkidə narkotik vasitənin on min manata satmasını təklif etmiş, aralarında razılıq əldə edildikdən sonra həmin şəxs Bakı-Sumqayıt avtomagistral yolunun üzərində yerləşən «Bolmart»ın yaxınlığında olan lövhənin altında narkotik maddəni qoymuş, əvəzində isə Təqsirləndirilən şəxs həmin yerə üç min manat pul qoyaraq oradan kənarlaşmışdır. Bundan əlavə Asif polis əməkdaşlarına həmin beş yüz qram çəkidə olan heroini özü istifadə etməsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları ondan bu barədə maraqlandıqda o, polis əməkdaşlarına Asifin narkotik alüdəçisi olmasını, mənzildə hər hansı bir qanunsuz əşyaların, eləcə də narkotik vasitələrin olduğundan xəbərdar olmadığını bildirmişdir. Ondan sonra Asif də onun dediklərini təsdiq etmiş və bundan sonra onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Orada keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, ünvan 1, mənzil 70 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroini əldə edib üzərində gəzdirir, satışı ilə məşğul olur və yaşadığı evdə həmin maddələri saxlayır. Alınmış məlumat barədə raportla Baş X3 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Sumqayıt şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış və o, qrupun rəhbəri, Şahid2 və Şahid3 isə üzvləri təyin edilmişlər. Bundan sonra qrupun üzvləri Şahid2 və Şahid3 keçiriləcək əməliyyat axtarış tədbirində hal şahidi qismində iştirak etmək üçün iki nəfər şəxsi Baş İdarəyə dəvət etmişlər. Həmin şəxslərə hüquq və vəzifələri izah edilmiş və tədbirin keçirilməsinə başlanılmışdır. Baş idarəyə dəvət edilmiş hal şahidləri ilə birlikdə xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Sumqayıt şəhəri ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. xx xxx 2019-cu il tarixdə saat 01:00-da ünvan 3 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Həmin şəxs özünü onlara təqdim etmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona izah edilmişdir ki, mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroinin əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında və yaşadığı evdə həmin maddələrin saxlamasında şübhəlidir. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində bir ədəd bükümdə on qrama yaxın narkotik vasitə olan heroin, iyirmi iki manat pul, mobil telefon və şəxsiyyət vəsiqəsi vardır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən iyirmi iki manat pulu, bir ədəd «Vertu» markalı mobil telefonu, əynində olan tünd boz rəngli gödəkcəsinin sol iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi büküm açılmış və içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmiş, onun təqdim etdiyi iyirmi iki manat pul özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla qeyri rəsmi nikah münasibətində olan Şahid5 ilə birgə yaşadığı ünvan 1, mənzil 70 ünvanında özünə məxsus bir ədəd torbada 400 qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzi də vardır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizədə vermişdir. Təqsirləndirilən şəxs tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə yaşadığı mənzilə dəvət etmiş, həmin vaxtı mənzilin qapısını bir nəfər xanım açmışdır. Həmin şəxs özünü təqdim etmiş, Aybəniz Abaslıya izah edilmişdir ki, onunla qeyri rəsmi nikah münasibətində olan Təqsirləndirilən şəxs ilə birgə yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yaranmışdır. Şahid5 buna etiraz etməmiş, bu barədə ərizədə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağında olan divanın saxlanc yerindən özünə məxsus paltarların arasından bir ədəd qara rəngli polietilen torbanı və bir ədəd elektron tərəzini çıxarıb hal şahidlərinin iştirakı ilə tədbir iştirakçılarına təqdim etmişdir. Həmin torba açılaraq içərisinə baxılmış və sonra bir ədəd elektron tərəzidə zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid5 və hal şahidlərinin iştirakı ilə mənzilin otağına, mətbəxə, dəhlizə, eyvana, sanitar qovşağına baxış keçirilmiş, baxış zamanı əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir ay öncə təsadüfən bir nəfər tanımadığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs ona 500 qram çəkidə narkotik vasitənin on min manata satmasını təklif etmiş, razılıq əldə edildikdən sonra həmin şəxs Bakı-Sumqayıt avtomagistral yolunun üzərində yerləşən «Bolmart»ın yaxınlığında olan lövhənin altında narkotik maddəni qoymuş, əvəzində isə Təqsirləndirilən şəxs həmin yerə üç min manat pul qoyaraq oradan kənarlaşmışdır. Beş yüz qram heroinin bir hissəsini özü istifadə etmiş, müəyyən hissəsini maddi durumu çətin olduğuna görə təsadüfi müştərilərə satmış, üzərindən və yaşadığı mənzildən təqdim etdiyi maddələri özü istifadə etmək üçün və satmaq üçün saxlamışdır. Sorğu zamanı Şahid5 Təqsirləndirilən şəxs narkotik aludəçisi olması, mənzildə hər hansı bir qanunsuz əşyaların, eləcə də narkotik vasitələrin olduğundan xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində Şahid5 dediklərini təsdiq etmişdir. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxs Təqsirləndirilən şəxs, Şahid5 və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmişdir. Bu səbəbdən qərar əsasında Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X4 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxx 2019cu il tarixdə şəxsi işləri ilə əlaqədar Səbail rayonu, A.Abbaszadə küçəsinin yaxınlığında olarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərib Baş X3 əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxs ona keçiriləcək əməliyyat axtarış tədbirində hal şahidi qismində iştirak etməsini təklif etmişdir. O, cinayət hadisəsinin açılmasında iştirak edə biləcəyini bildirmiş və həmin polis əməkdaşı ilə razılaşmışdır. Bundan sonra onlar Baş İdarəyə getmiş və orada ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. xx xxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Sumqayıt şəhəri ərazisinə yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və xx xxx 2019cu il tarixdə saat 01:00-da ünvan 3 ünvanının yaxınlığında bir nəfər şəxs müəyyən edilmişdir. Həmin şəxs özünü təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona izah edilmişdir ki, mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan heroinin əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında və yaşadığı evdə həmin maddələrin saxlamasında şübhəlidir. Bundan sonra ona təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində bir ədəd bükümdə 10 qrama yaxın narkotik vasitə olan heroin, iyirmi iki manat pul, mobil telefon və şəxsiyyət vəsiqəsi vardır. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən iyirmi iki manat pulu, bir ədəd «Vertu» markalı mobil telefonu, əynində olan tünd boz rəngli gödəkcəsinin sol iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb polis əməkdaşlarına təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi büküm açıldı və içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən həmin zərfin üzərinə imza edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iyirmi iki manat pul özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla qeyri rəsmi nikah münasibətində olan Şahid5 ilə birgə yaşadığı ünvan 1, mənzil 70 ünvanında özünə məxsus bir ədəd torbada 400 qrama yaxın narkotik vasitə olan heroin və həmin maddəni çəkmək üçün bir ədəd elektron tərəzidə vardır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə vermiş və onları yaşadığı mənzilə dəvət etmişdir. Həmin mənzilin qapısını bir nəfər xanım açmış və özünü təqdim etmişdir. Bundan sonra Şahid5 izah edilmişdir ki, onunla qeyri rəsmi nikah münasibətində olan Təqsirləndirilən şəxs ilə birgə yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yaranmışdır. Həmin vaxt Şahid5 buna etiraz etməmiş və bu barədə ərizədə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağında olan divanın saxlanc yerindən özünə məxsus paltarların arasından bir ədəd qara rəngli polietilen torbanı və bir ədəd elektron tərəzini çıxarıb hal şahidlərinin iştirakı ilə tədbir iştirakçılarına təqdim etmişdir. Həmin torba açılaraq içərisinə baxılmış və sonra bir ədəd elektron tərəzidə zərfə qoyularaq möhürlənmişdir. Həmin vaxt hal şahidləri kimi Təqsirləndirilən şəxs da həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid5 və hal şahidlərinin iştirakı ilə mənzilin otağına, mətbəxə, dəhlizə, eyvana, sanitar qovşağına baxış keçirilmiş və baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir ay öncə təsadüfən bir nəfər tanımadığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, həmin şəxs ona 500 qram çəkidə narkotik vasitənin on min manata satmasını təklif etmiş, razılıq əldə edildikdən sonra həmin şəxs Bakı-Sumqayıt avtomagistral yolunun üzərində yerləşən «Bolmart»ın yaxınlığında olan lövhənin altına narkotik maddəni qoymuş, əvəzində isə Təqsirləndirilən şəxs həmin yerə üç min manat pul qoyaraq oradan kənarlaşmışdır. Beş yüz qram heroinin bir hissəsini özü istifadə etmiş, müəyyən hissəsini maddi durumu çətin olduğuna görə təsadüfi müştərilərə satmış, üzərindən və yaşadığı mənzildən təqdim etdiyi maddələri özü istifadə etmək üçün və satmaq üçün saxlamışdır. Sorğu zamanı Şahid5 Təqsirləndirilən şəxs narkotik aludəçisi olması, mənzildə hər hansı bir qanunsuz əşyaların, eləcə də narkotik vasitələrin olduğundan xəbərdar olmamasını bildirmiş, Təqsirləndirilən şəxs da Aybəniz Abbasimin dediklərini təsdiq etmişdir. Bundan sonra tədbir iştirakçıları, saxlanılan şəxs Təqsirləndirilən şəxs, Şahid5 və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona müdafiəçi təqdim edilmiş və keçirilən baxışla əlaqədar protokol tərtib edilərək tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 11581 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ( bir) ədəd şəffaf polietilen bükümdə...” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 9,324qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından aşkar edilərək götürülmüş 01 (bir) ədəd “qara” rəngli polietilen torbada" yazısı olan paketdəki bir ədəd qara rəngli polietilen torbada, təmiz çəkisi 401,016 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən götürülmüş heroinin ümumi təmiz çəkisi 410,340 qr-dır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs evindən götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Lakin tərəzinin üzərində heroin iz şəklində olduğu üçün evindən və üzərindən götürülmüş heroinlərlə eyni olub-olmamasını müəyyən etmək olmadı. Qeyd: heroinin ümumi təmiz çəkisi: 410,340 qr, sərf edildi: ümumi 0,2 qr, qalıq: 410,140 qr.” (iş vərəqə 36- 38) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 1770 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 142-143) İş materiallarında olan xx xxx 2019-cu il tarixli “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol”-dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılmış və üzərindən bir ədəd şəffaf polietilen bükümün içərisində 9,324 qram çəkidə narkotik vasitə heroin və faktiki yaşadığı ünvan 1, mənzil 70 ünvandan bir ədəd qara polietilen torbada ümumi təmiz çəkisi 401,016 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. (iş vərəqə 10-13) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitəni alıb saxlaması barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi bu ifadəsi işin faktiki hallarına uyğun deyil, çünki onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin istər ibtidai istintaq dövrü, istərsə də məhkəmədə verdikləri ifadələri, ekspert rəyləri eləcə də digər sübutlarla tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs götürülmüş kütləsi 410,340 qram çəkidə olan heroin, narkotik vasitəsi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 95-96) İş materiallarında olan Sumqayıt şəhər İH MKTİB 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 106) Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2 maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 1770 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasında saxlanılan Azərbaycan Respublikasının 2005-ci il, 28 iyun tarixli Qanunu ilə dövriyyəsi qadağan edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş tədqiqatda sərf edildikdən sonra qalan 410,140 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilməlidir. xx xxx 2019-cu il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokol”-dan və xx xxx 2019-cu il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin saxlama kamerasında saxlanılan Azərbaycan Respublikasının 2005-ci il, 28 iyun tarixli Qanunu ilə dövriyyəsi qadağan edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş tədqiqatda sərf edildikdən sonra qalan 410,140 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-222/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-222/2020
21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver