Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-222/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü «Fides» vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs - xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, T.Mustafayev küçəsi, ev 18-də qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 182.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 onunla intim əlaqədə olduqdan sonra ondan hamilə qaldığını Zərərçəkmiş şəxs1 deyib, bunu Zərərçəkmiş şəxs1 ailə üzvlərinə və iş yerində deyib rüsvay edəcəyini və onu xidmət etdiyi Daxili işlər orqanlarından xaric etdirəcəyini bildirib ona hədə-qorxu gələrək bu hədə-qorxu nəticəsində Zərərçəkmiş şəxs1 25 fevral 2020-ci il tarixdə saat 22:59-da Bakı Metropoliteninin «Əhmədli» metrostansiyasının girişində «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə onun «xxxx» ASC-də olan 4169 7332 1341 9570 nömrəli hesabına köçürtdüyü 200 (iki yüz) manat pulunu ələ keçirmiş, bir müddət sonra o, Zərərçəkmiş şəxs1 təkrarən həmin qaydada hədə-qorxu gələrək ondan 2.300 (iki min üç yüz) manat pul tələb etmiş, sonuncunun onun tələb etdiyi pulu verməyə maddi imkanının olmadığını bilib tələb etdiyi pulun müqabilində 03 mart 2020-ci il tarixdə günorta saatlarında o, Zərərçəkmiş şəxs1 Bakı Metropoliteninin «Neftçilər» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Kontakt Home” mağazasından kreditlə öz adına 1300 manat dəyərində olan bir ədəd «İphone 8» markalı mobil telefonu aldırıb, tələb etdiyi məbləğin 1300(min üç yüz) manat hissəsi kimi ondan almış, həmin tarixdə saat 15:14 dəqiqə radələrində Zərərçəkmiş şəxs1 Bakı Metropolitenin «Əhmədli» metrostansiyasının girişində «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə özünün «xxxx» ASC-də olan 4169 7332 1341 9570 nömrəli hesabına 600 manat pulu, 07 mart 2020-ci il tarixdə saat 10:55-də təkrarən ünvan 1 ünvanında yerləşən «xxxx» ASC-nin «Əhmədli» filialında elektron ödəmə sistemi vasitəsilə «xxxx» ASC-də olan 4169 7332 1341 9570 nömrəli hesabına 1000 manat pul köçürtdürüb həmin məbləği ələ keçirmiş, həmin tarixdə günorta saatlarında o, təkrarən ünvan 2 ünvanın yaxınlığında qiyməti 600 manat olan bir ədəd “Samsung” markalı “GalaxyA51” modelli mobil telefonu aldıraraq ələ keçirib Zərərçəkmiş şəxs1 bundan sonra hədə qorxu gəlməyəcəyini vəd etmiş, lakin o, 15 mart 2020-ci il tarixdə mobil telefonla Zərərçəkmiş şəxs1 zəng edib, onun barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə təkrarən 1500 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, təxminən bir il əvvəl o, “Əhmədli” metrostransiyasının qarşısında Xətai RPİ-nin polis nəfəri vəzifəsində işləyən Elçin adlı şəxslə tanış olmuşdur. Belə ki, həmin vaxt o, idarə etdiyi avtomobili “Əhmədli” metrostansiyasının qarşısında saxlamaq istəyərkən Elçin ona yaxınlaşıb narahat olmamağı və onun avtomobilinə nəzarət edəcəyini dedi. O da Elçinin nömrəsini götürüb ona təşəkkürünü bildirmişdir. Elçin onun xoşuna gəldiyi üçün ilk görüşdən iki gün sonra o, Elçinə zəng edib onunla görüşmüşdür. Elçin onu Xırdalan şəhərində yerləşən “Vulkan” otelinə aparmışdır. Orada onlar cinsi əlaqədə olmuşlar. Həmin vaxtdan aralarında münasibətləri yaranmışdır. Elçin ona subay olduğunu, ona heç kimlə görüşməməyi və imkanı daxilində onu saxlayacağını demişdir. Bundan sonra onlar hər həftə görüşüb cinsi əlaqədə olmuşlar. Elçin polis əməkdaşdır. O, gecələr növbədə işlədiyi üçün onlar da əksər vaxtlarda gecələr görüşüb onun avtomobilində cinsi əlaqədə olmuşlar. Elçin şikayət etməmişdən təxminən iki-üç ay əvvəl Elçin ondan qoruyucusuz onunla cinsi əlaqədə olmağı təklif etmişdi. O da razılaşmış və bundan sonra o, Elçinlə qoruyucusuz cinsi əlaqədə olmuşdur. O, Elçinlə qoruyucusuz cinsi əlaqədə olduqdan iki ay sonra Elçindən hamilə qalmışdır və bunu Elçinə demişdir. Bundan sonra Elçinin onunla münasibəti pisləşmiş, ona imkanının olmadığını, evli olduğunu deyərək ondan hamiləliyi pozmağı xahiş etdi və könlünü almaq üçün müstəntiq onu çağırmamışdan təxminən bir həftə öncə ona “İphone-8” markalı telefon aldı. O da məcburiyyət qarşısında qalıb hamiləliyini pozmuşdur. Hamiləliyini Q.Qarayev metrosunun yaxınlığında yerləşən doğum evində pozmuşdur. Onun hamiləliyini pozan həkim haqqında heç bir məlumatı yoxdur. Həmin həkimin əlamətlərini xatırlamır. Onun xəstəxanada qeydiyyatı aparılmayıb. Bundan başqa Elçin onunla münasibətləri olduğu dövrdə ona məxsus “Hyundai” markalı “Accent” modelli Az ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobili tez-tez ondan götürüb sürürdü və nəticədə avtomobil çox pis vəziyyətə düşdü. Elçin avtomobili öz hesabına düzəltdirəcəyinə söz verərək bu məqsədlə ona 1000-2000 manat pul verəcəyini dedi və ondan onun üçün qəbz yazmağı xahiş etdi. O, Elçinin onunla münasibətlərini kəsmək istədiyini və ondan arxayın olmaq üçün qəbz yazmağı xahiş etdiyini başa düşüb 07 mart 2020-ci il tarixdə qəbz yazaraq qəbzdə Elçinin ona 800 manat, 1300 manat, 1000 manat və 600 manat pul ödədiyini, ondan heç bir şikayətinin və tələbinin olmadığını və heç zaman olmayacağı barədə, Elçini narahat etməyəcəyi, heç bir yaxının Elçinə psixoloji və maddi cəhətdən təsir etməyəcəyini göstərmişdir. Qəbzdə yazılanlar düzdür, lakin o, qəbzi Elçinin diktəsi ilə yazmışdır. Elçin ondan anasının da belə qəbz yazmasını, qəbz yazılandan sonra ya qəbzin özünü, ya da qəbzin surətini ona göndərməyi xahiş etdi. Bundan sonra onun X1 da qəbz yazdı. O da həmin qəbzin foto şəklini çəkib “ “WhatsApp»-la Elçinə göndərmişdir. Anası həmin qəbzi onun xahişi ilə yazmışdır. Elçin sonuncu dəfə ona bir ədəd “Samsunq” markalı mobil telefon da vermişdi. O, Elçindən ona mobil telefon almağı xahiş etməmişdir. Elçinin həmin dövrdə maddi imkanının olmadığı halda ona “Samsunq” markalı mobil telefon almağının səbəbini bilmir. Dedi ki, anana hədiyyə almışam, lakin Elçin onun avtomobilin təmiri ilə əlaqədar verdiyi sözü yerinə yetirmədi və onun telefon nömrələrini bloka saldı. Avtomobilin harasının nasaz olmasını xatırlamır. 15 mart 2020-ci il tarixdə o, başqa nömrədən Elçinə zəng edib ona avtomobilini təmir etdirməyi və ya avtomobilin təmiri üçün ona pul verməyi demişdir. O, Elçinlə hansı nömrədən danışdığını xatırlamır. Elçin ona imkan edib avtomobilini təmiri üçün ona 1300 manat pul verəcəyini dedi. Ümumilikdə, Elçin ona vermək üçün 200 manat pul “xxxx”da olan hesabına, ikinci dəfə həmin hesaba 600 manat, üçüncü dəfə 1000 manat pul köçürmüşdür və qiyməti 1300 olan “İphone-8” markalı mobil telefonu hamiləliyini pozduğuna görə ona vermişdir. "Samsunq” markalı telefonu Elçin elə-belə verib. O, Zərərçəkmiş şəxs1 heç vaxt hədəqorxu gədməyib, ona şər atmayıb və onu şantaj etməmişdir. Elçinin onun barsində yazdıqları yalandır. O, özu Elçinin avtomobilini nasaz vəziyyətə saldığı üçün həmin avtomobili təmir etməyə ondan tələb edir. O, Zərərçəkmiş şəxs4 Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin təhqiqatçısı kimi tanıyıb. Onu bölməyə çağırıb ondan Sevda adlı tanışının ondan şikayət etdiyini deyib, bölmədə onun üzərinə, sonrada Sevda ilə yaşadığı mənzildə axtarış apardı. Rəşad bölmədə axtarış zamanı onun üzərində aşkar edilmiş 2000 (iki min) manat pulu cinayət işi başlamamaq adı ilə ondan almışdır. O da bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra onu bölməyə çağırmışlar. Orada Rəşad onu qəbul edib ona həmin pulun 1000 ( min) manatını qaytarıb, şikayətini geri götürməyi xahiş etdi. O da Rəşadla razılaşıb, onun dediyi kimi hərəkət etmişdir. Bu hadisə 10 fevral 2016cı il tarixdə olub. Rəşad pulu Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin inzibati binasındakı iş otağında qaytardı. O,Rəşada hədə-qorxu glməyib. Ondan Rəşadın işlədiyi nazirliyin qaynar xəttinə şikayət edib. Rəşad da onu öz kabinetinə çağırıb ondan aldığı pulun 1000 (min) manatını qaytarıb, şikayətəiəni geri götürməyi xahiş edib. O da Rəşadla razılaşıb,onun dediyini edib. O, 04 yanvar 2016-cı il tarixdə qəza törətmişdir. Buna görə onun barəsində cinayət işi başlanılmışdır. İstintaqı Xətai RPİ-nin müstəntiqi Zərərçəkmiş şəxs2 aparırdı. Tofiq ona kömək edəcəyini, işi məhkəməyə göndərməyəcəyinə söz verib, ondan 4000(dörd min) manat almışdı, lakin sonra o, işi məhkəməyə göndərmişdi. O da Tofiqdən barəsindəki cinayət işinin istintaqı ilə əlaqədar ona kömək göstərmək adı ilə onu aldadıb ondan 4000 (dörd min) manat pul almasına dair 2016-cı ilin axırlarında Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 da 17 yanvar 2017-ci il tarixdə onu yanına çağırıb öz kabinetində həmin pulun 2000 (iki min) manatını ona qaytarıb ondan şikayətini geri götürməyi xahiş etmişdir. O da Tofiqlə razılaşıb onun dediyi ünvanlara Tofiqin ona dediyi məzmunlarda teleqramlar göndərib ondan şikayət və tələbinin olmadığını göstərmişdir. O, Tofiqə hədə-qorxu gəlməmişdir, ona verdiyi pulun yarısını Tofiq özü ona qaytarmışdır. Tofiq pulu qaytarana qədər onunla Tofiq arasında heç bir söhbət olmayıb. O, Tofiqdən şikayət etdikdən sonra Tofiq onu yanına çağırıb, ondan aldığı pulun yarısını qaytarıb. O, Zərərçəkmiş şəxs3 da tanıyır. Onunla avtomobilini idarə edəndə yolda tanış olub. Şamil polis əmkdaşıdır. Yol Patrul Xidmətinin inspektorudur. O, Şamilə hədə-qorxu gəlməyib. Ondan pul tələb etməyib. O, Şamilin təklifi ilə 01 noyabr 2019-cu il tarixə keçən gecə Nizami rayonunda yerləşən “Joyy” otelində onunla görüşüb cinsi əlaqədə olub. Həmin gecə təxminən saat 03:00 radələrinə qədər onlar birlikdə oteldə olublar. O, oteldə hamama girdikdən sonra Şamil onun pul qabından 1000 manat pulunu oğurlayıb. O da Şamildən ayrılandan sonra bunu bilib Şamilə zəng edib onun pulunu oğurladığını ona deyib. Şamil də onun pulunu götürdüyünü etiraf edib qaytarmayacağını dedi. O da həmin gecə saat 4:00 radələrində Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gəlib polis əmkdaşına Şamilin onun pulun oğurlaması barəsində şikayət etmişdir. Onu qəbul edən polis əməkdaşı ona Şamilin onun 1000(min) deyil, 1500(min beş yüz) manat pulunun oğurladığını yazdırdı. Sonra da gecə ilə Şamili çağırıb bölməyə gətirdi. Bölmədə Şamil onu kənara çəkib maddi vəziyyətinin ağır olduğunu, ona görə belə hərəkət etdiyini, onun pulunu tezliklə qaytaracağını deyib ondan şikayət etməməyi xahiş etdi. O da Şamillə razılaşmayıb oğurladığı pulu qaytarmağı ondan tələb etmişdir. Bundan sonra Şamil ondan oğlurladığı pulun 850 manatını Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin inzibati binasının qarşısında qaytardı, qalan 150 manatı da tezliklə qaytaracağını dedi. O, Şamilin ona qaytardığı pulu başqa şəxsdən almasını görməyib. Şamil onunla görüşüb söhbət edəndə Şamil heç kimə zəng etməyib və heç kim də onun yanında Şamiillə görüşməyib. Bundan sonra o, Şamilllə birlikdə bölmədə şikayət etdiyi təhqiqatçıya yaxınlaşıb Şamildən şikayətinin olmadığını demişdir. Şamil də oradan getdi. Bundan sonra Şamilin ona verdiyi pulun 500 manatını təhqiqatçı özünə götürdü. 07 noyabr 2019-cu il tarixdə isə Şamil Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin qarşısında 150 manat pulu qaytardı. Bundan sonra o, təhqiqatçının ondan götürdlüyü 500 (beş yüz) manatı Şamildən istəmişdir. O, Şamildən 24-cü polis bölməsinə şikayət etdikdə bölmənin əməkdaşı ona demişdir ki, sən ərizəndə Şamilin səndən 1500 (min beş yüz) manat oğurladığını yaz. O da həmin əməkdaşın sözünə görə Şamilin onun 1500 manat pulunu oğurladığını yazmışdır. Sonradan o, başa düşmüşdür ki, həmin əməkdaş Şamildən özü üçün də pul almaq məqsədi ilə ona ərizəsində Şamilin oğurladığı pulu belə yazdırıb, sonra da Şamilin ona verdiyi 850 (səkkiz yüz əlli) manatdan beş yüz manatını o, özünə götürüb. O, Şamildən onun oğurladığı pulunu istəyib. Şamil də onun pulunu oğurladığını etiraf edib, verməyəcəyini deyib. O da məcbur olub Şamilin hərəkətləri barəsində onun rəhəbərliyinə şikayət edib. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərmişdir: “Xətai RPİ-nin 35-ci PB-nin sabiq təhqiqatçısı Zərərçəkmiş şəxs4 hədə-qorxu gələrək sonuncunun pulunu ələ keçirmişdir. Belə ki, 2016-cı ilin fevral ayında Köhnə Günəşli qəsəbəsində birlikdə kirayə yaşadığı Sevda adlı rəfiqəsinin paltarlarını icazəsiz götürüb geyindiyi üçün sonuncu 35-ci PB-ə gedib ondan şikayət etmişdir. 35-ci PB-nin əməkdaşları, o cümlədən təhqiqatçı Zərərçəkmiş şəxs4 kirayə yaşadığı evə gəlmişlər. Sevda geyim əşyalarını qaytarmayacağı təqdirdə polisə şikayət edəcəyini demiş, geyim əşyalarının əvəzində Sevdaya 190 manat pul vermişdir. Sevda pulu götürüb şikayətçi olmadığını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs4 kobud danışaraq ona polis bölməsinə getməli olduğunu demiş, lakin polis bölməsinə getməkdən imtina etmişdir. Bundan təxminən 3-4 gün sonra Zərərçəkmiş şəxs4 hədə-qorxu gəlib sonuncudan pul ələ keçirmək qərarına gəlmiş və DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək birlikdə kirayə yaşadığı rəfiqəsi Sevdaya məxsus geyim əşyaları və pulun oğurlanması ilə əlaqədar 35-ci PB-nin təhqiqatçısı Zərərçəkmiş şəxs4 tərəfindən bölməyə dəvət olunaraq üzərinə baxış keçirilməsini və barəsində cinayət işinin başlanmaması adı ilə üzərində olan 2000 manat pulu götürdüyünü yalandan bildirmişdir. Bundan təxminən iki gün sonra 35-ci PB-nin rəisinin qəbulunda olmuş və sonuncuya da Zərərçəkmiş şəxs4 üzərinə baxış keçirərək 2000 manat pulunu götürdüyünü yalandan bildirmişdir. Bölmə rəisi də Rəşadı çağırıb məsələni həll etməyi məsləhət görmüşdür. Sonra Rəşad onu iş otağına dəvət etmiş və nə üçün şər atdığını soruşmuş, Zərərçəkmiş şəxs4 1000 manat pulu verməyəcəyi təqdirdə şikayətinin üstündə duracağını və onu DİO-dan xaric etdirəcəyini bildirmişdir. Rəşad növbəti gün iş yerinə gəlməyi və 1000 manat pulu verəcəyini demişdir. Növbəti gün saat 17 radələrində 35-ci PB-ə gəlmişdir. Rəşad xidməti otağında ona 1000 manat pul vermişdir. Həmin pulu götürəndən sonra ondan şikayətçi olmayacağını deyib getmişdir. Sonra xidməti yoxlamanı aparan şəxsə zəng edərək Zərərçəkmiş şəxs4 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Xətai RPİ-nin müstəntiqi Zərərçəkmiş şəxs2 da qarşı hədə-qorxu gələrək sonuncunun 2000 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs2 2016-cı ilin yanvar ayında Xətai rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinin istintaqını aparıb cinayət işini məhkəməyə göndərmişdir. Pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs2 hədə-qorxu gəlib pulunu ələ keçirmək istəmişdir. Bu məqsədlə 2016-cı ilin sonlarında Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək Zərərçəkmiş şəxs2 törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı 4000 manat pul aldığını yalandan bildirmişdir. Məqsədi Zərərçəkmiş şəxs2 4000 manat pul almaq olmuşdur. Ərizəsi əsasında araşdırma başlanılmışdır. 2017-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 iş yerinə dəvət edərək şikayətini geri götürmək müqabilində 2000 manat pul təklif etmişdir. Zərərçəkmiş şəxs2 təklifini qəbul edib 2000 manat pulu götürmüşdür. Sonra isə Bakı şəhər BPİ-ə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs2 pul almadığını, əsəbiləşib sonuncudan şikayət etdiyini, Zərərçəkmiş şəxs2 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.YPX əməkdaşı olan Zərərçəkmiş şəxs3 tanıyır. Arabir birbirinə zəng edib əlaqə saxlamışlar. 31.10.2019-cu il tarixdə Şamil zəng edərək görüşmək istədiyini demişdir. Etiraz etməmişdir. Həmin gün axşam saatlarında onlar Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Joyy» otelinin qarşısında görüşmüşlər. Şamil həmin oteldə bir otaq kirayəyə götürəndən sonra həmin otağa qalxmışlar. Orada Şamilnən cinsi əlaqədə olmuşdur. 01 noyabr 2019-cu il tarixə keçən gecə saat 03 radələrində oteli tərk etmişlər. Şamildən ayrıldıqdan sonra sonuncunu şantaj edib ondan pul almaq istəmiş və bu məqsədlə həmin gecə ərazi üzrə 24-cü PŞ-ə gedib orada Şamildən şifahi şəkildə şikayət edərək sonuncunun onunla «Joyy» adlı oteldə görüşdüyünü və 1500 manat pulunu oğurladığını yalandan bildirmişdir. Şamil polis əməkdaşı olduğundan fikirləşmişdir ki, özünə problem yaratmaq istəməyəcək və istədiyi pulu verəcək, baxmayaraq ki, Şamil ondan ümumiyyətlə həmin gecə pul götürməmişdir. Onu 24-cü PŞ-də Ramil adlı təhqiqatçı qəbul etmişdir. Həmin təhqiqatçıya əlaqə saxlamaq üçün Şamilin mobil nömrəsini vermişdir. Ramil də Şamilə zəng edib sonuncunu şöbəyə dəvət etmişdir. Bir qədər sonra Şamil şöbəyə gəlmişdir. Kənara çəkilib söhbət etmişlər. Şamilə 1000 manat verməyəcəyi təqdirdə ondan 24-cü PŞ-ə şikayət edib 1000 manat pulu oğurladığını bildirəcəyini və onu daxili işlər orqanlarından xaric etdirəcəyini demişdir. Şamil onun bu sözlərindən çox qorxmuşdur. Şamil 1000 manat pulu növbəti gün verəcəyini desə də, onunla razılaşmamışdır. Sonra Şamil kiməsə zəng edib pul istəmişdir. Təxminən 15-20 dəqiqədən sonra Şamilə pul gətirmişlər. Şamil 24-cü PŞ-nin qarşısında ona 850 manat pul vermiş, qalan 150 manat pulu bir neçə günə verəcəyini demişdir. Buna etiraz etməmiş və 850 manat pulu Şamildən götürmüşdür. Sonra 24-cü PŞ-nin Ramil adlı təhqiqatçısına Şamildən şikayətçi olmadığını deyib oranı tərk etmişdir. 5-6 gün gözləsə də, Şamil ona 150 manat pulu verməmişdir. Bu səbəbdən 07 noyabr 2020-ci il tarixdə «WhatsApp» mesenceri vasitəsilə Şamilə mesaj yazaraq 150 manat pulu həmin gün saat 19:00-a qədər çatdırmayacağı təqdirdə ondan Bakı şəhər Baş Polis İdarəsinə şikayət edəcəyini bildirmişdir. Həmin gün saat 20 radələrində Şamil onunla 34-cü PŞ-nin qarşısında görüşərək 150 manat pul vermiş və sübut kimi ona səsli mesaj ataraq 1000 manat pulu verməsini deməyi xahiş etmişdir. 150 manat pulu Şamildən götürəndən sonra sonuncunun ona 1000 manat pulu verməsini təsdiq edərək «WhatsApp» mesenceri vasitəsilə Şamilə həmin məzmunda səsli mesaj göndərmişdir. Lakin bir neçə gündən sonra pula ehtiyacı yaranmış, Şamil və 24-cü PŞ-nin təhqiqatçısı Ramildən Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmək qərarına gəlmiş və 2019-cu ilin dekabr ayında ərizə ilə Bakı şəhər BPİ-ə müraciət etmişdir. Orada izahat yazmışdır. Ərizə və izahatında isə yalandan təhqiqatçı Şahid3 Zərərçəkmiş şəxs3 500 manat pul aldığını, Zərərçəkmiş şəxs3 isə ondan borca götürdüyü 1000 manat pulu qaytarmadığını göstərmişdir. Fikirləşmişdir ki, bu ərizəni yazmaqla Şamildən əlavə pul ala bilər. Bir neçə gündən sonra – 15 dekabr 2019-cu il tarixdə Şamil zəng edərək görüşmək istədiyini demişdir. Həmin gün günorta saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən X20rşısında görüşmüşlər. Orada Şamil 500 manat pul təklif edərək şikayəti geri götürməyi xahiş etmişdir. Şamilin bu təklifi ilə razılaşıb 500 manat pulu götürmüşdür. Növbəti gün isə Bakı şəhər Baş Polis İdarəsinə gedib orada ərizə yazaraq Zərərçəkmiş şəxs3 və Şahid3 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 hədə-qorxu gələrək sonuncunun pullarını ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs1lə 2020-ci ilin fevral ayında «28 mall» ticarət mərkəzinin qarşısında tanış olmuşdur. Həmin vaxtdan aralarında münasibətlər yaranmışdır. Bir müddət sonra «WhatsApp» mesenceri vasitəsilə Elçinə mesajlar yazmağa başlamışdır. Elçin arabir cavab mesajları göndərmiş, sonra isə yazaraq evli olduğunu bildirmiş və narahat etməməyi demişdir. Elçinə hədə-qorxu gələrək sonuncudan pul almaq istəmişdir. Elçinə pul verməyəcəyi təqdirdə onu şərləyəcəyini, guya intim münasibətdə olduqları və ondan hamilə qaldığı haqda arvadına deyəcəyini və onu daxili işlər orqanlarından xaric etdirəcəyini bildirib birinci dəfə ondan 200 manat pul istəmişdir. Həmin pulu Elçin 2020-ci ilin fevral ayının sonlarında “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “xxxx”da olan **********419570 nömrəli hesabına köçürtmüşdür. Bir müddət sonra “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə Elçinə mesaj yazaraq xəstə olduğunu, müalicəsi üçün 2300 manat pulun lazım olduğunu, həmin pulu verməyəcəyi təqdirdə onu ailəsində və işində rüsvay edəcəyini, ona problem yaradacağını bildirmişdir. Elçin1000 manat verməyi, qalan 1300 manat pulun müqabilində isə kreditə mobil telefon götürüb verməyi, həmin mobil telefonu satıb pul əldə edə biləcəyini demişdir. Özünə mobil telefon lazım olduğundan Elçinə “İphone” markalı “11” modelli mobil telefon almağı demiş, lakin Elçin həmin mobil telefonu hətta kreditə almağa imkanının olmadığını bildirmiş, Elçinə “İphone” markalı “8” modelli mobil telefon almağı demişdir. 03 mart 2020-ci il tarixdə günorta saatlarında Elçinlə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Kontakt Home” mağazasına getmişdir. Elçin orada öz adına qiyməti 1300 manat olan bir ədəd işlənməmiş vəziyyətdə olan “İphone 8” modelli mobil telefonu kreditə almışdır. Onu da qeyd etmişdir ki, həmin gün səhər saatlarında mağazaya gedib qeyd edilən mobil telefonu seçmiş və Elçinə də məhz həmin mobil telefonu almağı demişdir. Elçini mağazanın yanında avtomobilində gözləmişdir. Elçin “İphone” markalı “8” modelli mobil telefonu alandan sonra gətirib ona vermişdir. Elçin mobil telefonu ona verəndən sonra qəbz yazmağı tələb etmişdir. Buna etiraz etməmiş və avtomobilində qəbz yazaraq Elçinin ona 200 manat, qiyməti 1300 manat olan mobil telefon verdiyini və 600 manat pulu göndərəcəyini göstərmişdir. Elçin 600 manat pulu 03.03.2020-ci il tarixdə günorta saatlarında “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “xxxx”da olan **********419570 nömrəli hesabına köçürtmüşdür. Pula ehtiyacı olduğundan Elçindən əlavə 1000 manat pul istəmişdir. 07 mart 2020-ci il tarixdə saat 11 radələrində Elçin “xxxx”da olan **********419570 nömrəli hesabına 1000 manat pul köçürtmüşdür. Həmin gün Elçinə zəng edərək anasının mobil telefonunun nasaz vəziyyətə düşdüyünü yalandan bildirib anasına “Samsung” markalı mobil telefon almalı olduğunu demişdir. 07 mart 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 Xətai rayonu, “Bakı” kinoteatrının yaxınlığında fəaliyyət göstərən “KontaktHome” mağazasından qiyməti 600 manat olan bir ədəd “Samsung” markalı “Galaxy A51” modelli mobil telefonu kreditə alıb həmin mağazanın qarşısında ona vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlıqda fəaliyyət göstərən 18 saylı notariat ofisinə gedib orada qəbz yazmağı demiş, lakin notariat ofisinə getməkdən imtina etmişdir. Avtomobilində Zərərçəkmiş şəxs1 ona 800 manat (600+200), 1300 manat (“İphone 8” markalı mobil telefonun qiyməti), 1000 manat və 600 manat (“Samsung” markalı “Galaxy A51” modelli mobil telefonun qiyməti) pul verdiyini, Zərərçəkmiş şəxs1 heç bir şikayət və tələbinin olmayacağını, mobil telefonla sonuncunu narahat etməyəcəyini, heç bir yaxınının ona psixoloji və maddi cəhətdən təsir göstərməyəcəyi haqda bir qəbz yazıb Elçinə vermişdir. Həmçinin, Elçin ona anasının da bir qəbz yazmalı olduğunu demişdir. Anası Tellinin adından özü kiril qrafikalı əlifba ilə qəbz yazaraq həmin qəbzin fotoşəkilini çəkib «WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə Elçinə göndərmişdir. Belə ki, Elçinə anasının da ondan şikayət edəcəyini demişdir. Bir müddət sonra pul lazım olmuşdur. Təxminən 2020-ci ilin mart ayının ortasında Elçinə zəng edib hədə-qorxu gələrək sonuncudan 1500 manat pul istəmişdir. Lakin Elçin həmin pulu verməkdən imtina etmişdir. Tanışı Xəyaləyə bir nəfər polis əməkdaşının ona pul borclu olduğunu, guya anasının xəstə olduğunu və müalicəsi üçün təcili pul lazım olduğunu, lakin polis əməkdaşının pul vermək istəmədiyini yalandan deyərək həmin polis əməkdaşına anasının adından «WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə səsli mesajlar göndərməyi xahiş etmişdir. Xəyalə birincidən buna razılıq verməmiş, lakin Xəyaləyə anasının müalicəsi üçün təcəli pul lazım olduğunu deyib təkidlə ondan xahiş etmiş, Xəyalə razılıq verəndən sonra sonuncuya Elçinin mobil nömrəsini göndərərək Elçinlə hansı tərzdə danışmağı izah etmişdir. Xəyalənin bu işə heç bir adiyyəti yoxdur. Zərərçəkmiş şəxs1 nömrəsini bloka salandan sonra, Xəyalənin istifadəsində olan 070 965 65 63 saylı mobil nömrədən Elçinə zəng edib danışaraq həmin nömrənin yalandan anasına məxsus olduğunu bildirmişdir. Lakin Xəyalə anasının adından Elçinlə danışsa da Elçin 1500 manat pulu verməmişdir. Zərərçəkmiş şəxs1lə hər hansı bir şəkildə intim əlaqədə olmamış, onunla hər hansı bir oteldə görüşməmiş və Zərərçəkmiş şəxs1 onun avtomobilini idarə etməmişdir. Zərərçəkmiş şəxs1 hədə-qorxu gəlməklə sonuncudan 1800 manat pulu, qiyməti 1300 manat olan bir ədəd “İphone 8” markalı mobil telefonu və qiyməti 600 manat olan bir ədəd “Samsung” markalı “Galaxy A51” modelli mobil telefonu ələ keçirmişdir.” Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, şikayət etməmişdən təxminən bir ay əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında olarkən orada əvvəllər onunla birlikdə işləmiş, hazırda dostluq etdiyi Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri ilə görüşmüşdür. Həmin vaxt adını sonradan bildiyi və məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı “Accent” modelli avtomobili “28 Mall” ticarət mərkəzinin qarşısında saxlamaq istəyərkən ərazidə xidmət aparan Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları Mayaya avtomobili ticarət mərkəzinin qarşısında saxlamağa icazə vermədilər. O da bunu görüb dostluq münasibətlərində olduğu Nəsimi RPİ-nin PPXB-nin poils nəfərlərindən Maya adlı qadına idarə etdiyi avtomobili ticarət mərkəzinin qarşısında saxlamağa icazə verməyi xahiş etmişdir. Polis əməkdaşları bundan sonra Mayaya avtomobili ticarət mərkəzinin qarşısında saxlamağa icazə verdilər. Bundan az sonra özü də ticarət mərkəzinə daxil olmuş və Maya onu ticarət mərkəzində görüb yaxınlaşıb təşəkkürünü bildirib ona çay içməyi təklif etdi. O da etiraz etməmiş və ticarət mərkəzində yerləşən kafelərin birində Maya ilə birlikdə çay içib söhbət etmişlər, bir-birinə mobil nömrələrini verib və sağollaşıb ayrılmışlar. Bir müddət sonra Maya “WhatsApp” proqramı vasitəsilə ona mesajlar yazmağa başlamış, o da imkanı daxilində ona cavab yazmış, sonra isə Mayaya evli olduğunu deyib ondan ona mesaj yazmamağı xahiş etmişdir. Bundan sonra Maya ona pul verməyəcəyi təqdirdə onu şərləyəcəyini, guya onunla intim münasibətdə olması və ondan hamilə qalması haqda arvadına deyəcəyini və onu daxili işlər orqanlarından xaric etdirəcəyini dedi. O da ailəsində və işində problemlərin yarana biləcəyindən qorxaraq məcburiyyət qarşısında qalıb Mayanın dediklərini etməyə başlamışdır. Birinci dəfə Maya ondan 200 manat pul istədi. O da həmin məbləği 2020-ci ilin mart ayının əvvəlində “Əhmədli” metrostansiyasının girişində “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs “xxxx”da olan **********419570 nömrəli hesabına köçürmüşdür. Bir müddət sonra Maya ona “WhatsApp” proqramı vasitəsilə mesajla ondan hamilə qadılığını, müalicəsi üçün 2300 manat pulun lazım olduğunu, həmin pulu verməyəcəyi təqdirdə onu ailəsində və işində rüsvay edəcəyini, anası ilə birlikdə ona problem yaradacağını bildirdi. O da Mayaya ondan əl çəkməyi yazsa da, Maya onu şərləyəcəyini, guya ondan hamilə qaldığını arvadına deyəcəyini dedi. O da Mayanın sözlərindən qorxmuşdur. Maddi imkanı olmadığı üçün Mayaya 1000 manat ödəməyi, qalan 1300 manat pulun müqabilində isə kreditə mobil telefon götürüb ona verməyi, Mayanın isə həmin mobil telefonu satıb pul əldə edə biləcəyini ona demişdir. Maya isə özünə mobil telefon lazım olduğunu bildirib “İphone 11” markalı mobil telefon al dedi. Həmin markalı mobil telefon çox baha olduğu üçün Mayaya bu telefonu kreditlə də almağa imkanının olmadığını demişdir. Maya isə “İphone 8” markalı mobil telefonu alarsan dedi. 03 mart 2020-ci il tarixdə günorta saatlarında o, Maya ilə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Kontakt Home” mağazasına gedib orada öz adına qiyməti 1300 manat olan bir ədəd “İphone 8” markalı mobil telefonu kreditə almışdır. Həmin telefonu Maya ondan öncə mağazaya gedib seçmişdi və ona da məhz həmin telefonu almağı demişdir. Mobil telefonu alandan sonra o, onu çöldə öz avtomobilində gözləyən Mayanın yanına qayıtmış və “İphone 8” markalı mobil telefonu Mayaya vermişdir və sonuncudan qəbz yazmağı tələb etmişdir ki, ondan əl çəksin. Maya buna etiraz etməmiş və avtomobilində qəbz yazaraq ona 200 manat verdiyini, qiyməti 1300 manat olan mobil telefon aldığını və 600 manat pulu ona göndərəcəyini göstərmişdir. 600 manat pulu da o, 03 mart 2020-ci il tarixdə saat 15:14-də “Əhmədli” metrostansiyasının girişində “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs “xxxx”da olan **********419570 nömrəli hesabına köçürmüşdür. 07 mart 2020-ci il tarixdə səhər saat 11:00 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən “xxxx”ın “Əhmədli” filialında quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs “xxxx”da olan **********419570 nömrəli hesabına 1000 manat pul köçürtmüş, həmin gün Maya zəng edərək anasının mobil telefonun nasaz vəziyyətə düşdüyünü və anası üçün də “Samsung” markalı mobil telefon almağı tələb etdi. O da məcbur olub 07 mart 2020-ci il tarixdə günorta saatlarında Xətai rayonu, “Bakı” kinoteatrının yaxınlığında fəaliyyət göstərən “KontaktHome” mağazasından qiyməti 600 manat olan bir ədəd “Samsung” markalı “A51” modelli mobil telefonu kreditə alıb həmin mağazanın qarşısında Mayaya vermişdir. Mobil telefonu Mayaya verəndən sonra sonuncu ilə yaxınlıqda fəaliyyət göstərən 18 saylı notariat ofisinin qarşısına gəlmişdir ki, notariat ofisində Mayaya qəbz yazdırsın, lakin Maya notariat ofisinə getməkdən imtina etdi. Maya avtomobilində qəbz yazaraq ona 800 manat, 1300 manat, 1000 manat və 600 manat pul ödədiyini, heç bir şikayət və tələbinin olmayacağını, mobil telefonla narahat etməyəcəyini, heç bir yaxınının ona psixoloji və maddi cəhətdən təsir göstərməyəcəyini yazdı. Mayanın anası da ondan pul tələb etmişdir. Maya qəbzi yazıb verən günün axşamı Mayanın X1 da qəbz yazmış və Maya “WhatsApp” proqramı vasitəsilə həmin qəbzin fotoşəkilini ona göndərmişdir. O,həmin qəbzi görüb arxayın olmuşdur ki, Maya ondan əl çəkdi, lakin 15 mart 2020-ci il tarixdən başlayaraq Maya 070 965 65 63 saylı mobil nömrədən zəng edib nə üçün onun 055 860 57 57 saylı mobil nömrəsini bloka saldığını soruşmuş və yenə də hədə-qorxu gəlməyə başlamışdır. Bu dəfə Maya ondan 1500 manat pul istədi. O, Mayaya imkanının olmadığını və ondan əl çəkməyi desə də Maya əl çəkmədi. Sonra 070 965 65 63 saylı mobil nömrədən ona bir qadın səsli mesaj göndərərək Mayanın anası olduğunu, pulu Mayaya verməyəcəyi təqdirdə şikayət edəcəyini dedi. O da məcbur olub Mayanın ona qarşı etdiyi qanunazidd hərəkətləri haqda raportla Xətai RPİ-nin rəhbərliyinə müraciət etmişdir. Maya hədə-qorxu gəlməklə ümumilikdə onun 3700 manat pulunu ələ keçirmişdir. O, Maya ilə intim əlaqədə olmamış, onunla oteldə görüşməmiş və onun avtomobilini idarə etməmişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, 15 yanvar 2016-cı il tarixdə Xətai RPİ-nin Təhqiqat Şöbəsindən 04 yanvar 2016-cı il tarixdə saat 17:00 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində «Hobbi» marketin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday Accent“ markalı, Az **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu Əhmədli qəsəbəsi istiqamətindən Məhəmməd Hadi küçəsi ilə əks istiqamətli hərəkət yolu ilə hərəkət edərək, öz yoluna, yəni üzü «Ukrayna» dairəsinə tərəf çıxmaq istədikdə əks hərəkət istiqamətinin kənarında qoşa düz ağ xəttin yanında yolu piyada keçən X5 və onun anası X15 avtomobilin qabaq hissəsi ilə vuraraq, X6 “AZ AĞİR” dərəcəli bədən xəsarəti yetirməsi barədə material daxil olmuşdu. Həmin materialla bağlı sürücü Təqsirləndirilən şəxs istintaqa dəvət edilsə də, sonuncu istintaqdan qəsdən yayındığından, 28 yanvar 2016-cı il tarixdə qeyd edilən faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlamışdır. Təqsirləndirilən şəxs isə istintaqdan yayınmaqda davam etmişdir. Təqsirləndirilən şəxs məcburi gətirilməsi barədə qərar qəbul etmiş və icra edilməsi üçün Xətai RPİ-nin 34-cü PŞ-nə göndərib, həmin yol nəqliyyat hadisəsinin təhlükəsiz kameraları ilə qeydə alınmış video görüntülərini götürmüşdür. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra avtomobildən düşdüyü, avtomobillə vurduğu şəxslərdən birinin onun üzərinə gələndə avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşması müəyyən edildi. Təqsirləndirilən şəxs istintaqdan yayaındığına görə 15 fevral 2016-cı il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırıldı. 04 mart 2016-cı il tarixdə həmin vaxtlarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Xətai rayon şöbəsində tibbi ekspert işləyən Şahid4 onun yanına gələrək axtarışda olan Təqsirləndirilən şəxs onun tanışı olduğunu bildirib Mayanın onun yanına gəlməsi üçün qorxduğunu deyib bunu nəzərə almağı xahiş etdi. O da Orxana Mayanın yanına gəlməsini və qorxmamasını bildirmişdir. Bundan sonra Maya onun yanına gəlmişdir. Həmin gün o, cinayət işi üzrə icraatı təzələmiş və müəyyən istintaq hərəkətlərini icra etmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmışdır və cinayət işi 28 mart 2016-cı il tarixdə ittiham aktı ilə prokurorluq vasitəsi ilə baxılması üçün Xətai rayon məhkəməsinə verilmişdir. Məhkəmə tərəfindən Mayanın barəsində hökm çıxarıldı. B 2016-cı ilin axırlarında o, həmin cinayət işinin ibtidai istintaqı ilə bağlı Mayadan 4000 manat pul alması barədə Mayanın onun barəsində Bakı şəhər BPİ-nə müraciət etdiyini bilmişdir. Həmin müraciətlə bağlı o, əvvəlcə Bakı BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Ceyhun adlı əməkdaşa izahat verib Mayanın ona böhtan atdığını, Mayadan pul almadığını, Mayanın bu üsulla hədə-qorxu gəlməklə ondan pul almaq istədiyini demişdir, lakin buna baxmayaraq Mayanın müraciəti BPİ-nin X14 verilmişdir. Yəni vəziyyət bir az da ciddiləşmişdir. BPİ-nin X8 Seymur adlı əməkdaşı tərəfindən o, həmin şöbəyə çağırılmışdır. Həmin əməkdaşa Mayanın onu şərləməsi barədə izahat vermişdir. Seymur adlı əməkdaş isə Maya ilə razılaşmağı, əks təqdirdə toplanmış materialın onun DİO-dan xaric edilməsi məsələsinə baxılması üçün DİN-nə göndərəcəyini bildirdi. O da Mayanın şikayətində onun barəsində yazdıqlarını özü üçün rüsvayedici məlumat kimi qəbul edib Maya ilə razılaşmaq məcburiyyətində qalmışdır. Artıq başqa bir yolu olmamışdır. Əks halda həm həmkarları arasında biabir olacaqdı, həm də işgüzar nüfuzuna xələl gələcəkdi. Ən pis halda isə DİO-dan xaric oluna bilərdi. Təqsirləndirilən şəxs pul verməyəcəyi təqdirdə sonuncunun ondan əl çəkməyəcəyini, daha da yuxarı orqanlara müraciət edəcəyini, onu ləkələmək istədiyini görmüş və Maya ilə razılaşmaq məcburiyyətində qalmışdır. Bu barədə Orxana müraciət edib ona tanışı kimi yanına gətirdiyi şəxsin onu şərlədiyini, hədə-qorxu ilə 4000 manat pul tələb etdiyini bildirmişdir. Orxan öz deməsinə görə bir neçə dəfə Mayanı razı salmağa cəhd etsə də nəticəsi olmamışdır. Bundan sonra o,Təqsirləndirilən şəxs axtarıb bir təhər tapmışdır. Təqsirləndirilən şəxs ilə 17 yanvar 2017-ci il tarixdə saat 15:00 radələrində iş yerində, yəni ünvan 3 ünvanında yerləşən Xətai RPİ-də xidməti otağında görüşşmüşdür. Xidməti otağında Mayaya barəsində Bakı şəhər BPİ-nə etdiyi şikayəti geri götürməsi müqabilində ona 2000 manat pul təklif etmişdir. Maya isə 4000 manat istəyirdi,lakin o, Mayanı bir təhər həmin məbləğə razı etmişdir. Maya 2000 manat pulu alıb getdi. Maya getmə\mişdən qabaq ona həmin gün Bakı şəhər BPİ-nə şikayətini təkzib edən teleqram yazmağı xahiş etmişdir. Maya da ona pul vermədiyini, əsəbi olaraq belə bir ərizə yazdığını, şikayətçi olmaması barədə teleqramla Bakı şəhər BPİ-nə müraciət etdi. Eyni zamanda ərizə ilə qeyd edilən məzmunda Bakı şəhər BPİ-nə müraciət ünvanladı. Özü isə həmin dövrdə Mayanın onu şərləməsini deməsinə baxmayaraq bu hal araşıdırlmadı. 19 mart 2020-ci ildə axşam saatlarında o, xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs eyni üsulla bir neçə polis əməkdaşına qarşı hədə-qorxu gələrək pul tələb etdiyini və onlardan pul aldığını və Mayanın barəsində cinayət işinin başlandığını bilib o da Təqsirləndirilən şəxs eyni üsulla hədə-qorxu ilə ondan 2000 (iki min) manat pul tələb edərək alması barədə raportla RPİ-nin rəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun barəsində rüsvayedici məlumatlar yayması hədəsi ilə 4000 manat pul tələb etmiş, nəticədə isə onun 2000 manat pulu alıb ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, 2014-cü il tarixdən DİO-da xidmət etmişdir. Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin sonundan tanıyır. Maya ilə təsadüfən tanış olmuş və həmin vaxtdan aralarında münasibət yaranmışdır. 31 oktyabr 2019-cu il tarixdə o, Mayaya zəng edib onun görüşmək istədiyini demişdir. Maya etiraz etmədi. Həmin gün axşam saatlarında o, Maya ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Joyy» otelinin qarşısında görüşmüş və oteldə bir otaq kirayə götürüb Maya ilə həmin otağda görüşüb onunla cinsi əlaqədə olmuşdur. 01 noyabr 2019-cu il tarixdə gecə saat 03:00 radələrində Maya ilə birlikdə oteli tərk etmiş və Mayanı evinə yola salmışdır. Həmin gecə saat 04:00 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 ona zəng edərək Maya adlı qadının 24-cü PŞ-ə gəldiyini və ondan şikayət etmək istədiyini bildirib onu 24-cü PŞ-ə dəvət etmişdir. O da gecə ilə dərhal 24-cü polis şöbəsinə gəlmişdir. Orada Maya ona 1000 manat pul verməyəcəyi təqdirdə 24-cü PŞ-ə şikayət edəcəyini, ərizəsində guya oteldə onun pul kisəsindən 1000 manat pulu oğurladığını yazacağını və onu DİO-dan xaric etdirəcəyini dedi. Reallıqda belə bir şey olmasa da o, biabır olacağından və işini itirməkdən qorxmuşdur. O, Mayanın ondan yazmaq istədiklərini rüsvayedici və işgüzar nüfuzuna xələl gətirə biləcək məlumatlar kimi qəbul etmişdir. Buna görə də o, Mayaya bir gün gözləməyi və 1000 manat pulu verəcəyini desə də, Maya razılaşmamış və pulu dərhal çatdırmağı demişdir. Məcbur olub bir dostundan borca 800 manat pul götürmüş və cibində olan 50 manat pulu 800 manatın üstünə qoyub 24-cü PŞnin qarşısında Mayaya verib qalan 150 manat pulu tez bir zamanda çatdıracağını Mayaya demişdir. Maya razılaşdı və 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 şikayətinin olmadığını bildirdi. 07 noyabr 2019-cu il tarixdə günorta saatlarında Maya «WhatsApp» vasitəsilə ona mesaj yazaraq 150 manat pulu həmin gün saat 19:00-a qədər çatdırmayacağı təqdirdə Bakı şəhər Baş Polis İdarəsinə şikayət edəcəyini dedi. O, məcburiyyət qarşısında qalıb həmin gün saat 20 radələrində 34-cü PŞ-nin qarşısında Maya ilə görüşüb ona 150 manat pul vermiş və Mayadan sübut kimi ona səsli mesaj ataraq 1000 manat pulu ona verməyini deməsini xahiş etmişdir. Maya da onun dediyi məzmunda «WhatsApp» vasitəsilə ona səsli mesaj atmışdır. Bundan təxminən bir həftə sonra məlum olmuşdur ki, Maya ondan və 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib. Mayanın şikayəti əsasında xidməti yoxlama başlandı. O, Mayanın onu şərləməsinə baxmayaraq məsələnin dərinləşməsindən, özünün də tutduğu vəzifədən və DİO-dan xaric oluna biləcəyindən qorxmuşdur. Bakı şəhər Baş Polis İdarəsində ona Mayanı razı salmağı məsləhət görmüşlər və Mayanın şikayətçi olmamasının zəruri olduğunu, əks halda ona vəzifəsini itirə biləcəyini demişlər. Bundan sonra təxminən 2019-cu ilin dekabr ayının ortalarında o, Maya ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən X20rşısında görüşərək sonuncuya 500 manat pul vermiş və şikayətinin olmaması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində ərizə yazmağı xahiş etmişdir. Maya şikayətinin olmaması ilə bağlı ərizə yazacağını demişdir. Maya hədə-qorxu gəlməklə ümumilikdə onun 1500 manat pulunu alıb ələ keçirmişdir. Xidməti yoxlamanın nəticəsində isə ona intizam tənbehi kimi ona töhmət verilmişdir Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, 2012-ci ildən zabit kimi DİO-da xidmət edir. 2016-cı ilin yanvar ayından 2018-ci ilin avqust ayına qədər Xətai RPİ-nin 35-ci PB-də təhqiqatçı vəzifəsində işləmişdir. 10 fevral 2016-cı il tarixdə əməliyyat qrupunda növbətçi təhqiqatçı olmuşdur. Həmin gün səhər saatlarında Sevda adlı qadın bölməyə gələrək Köhnə Günəşli qəsəbəsində kirayədə yaşadığı mənzildə rəfiqəsi Maya adlı qadınla birlikdə yaşadığını, Mayanın ona məxsus ümumi qiyməti 200 manat olan geyim əşyalarını oğurladığını bildirdi. Əməliyyat qrupunun tərkibində o, Sevda ilə birlikdə sonuncunun Maya ilə birlikdə kirayə yaşadığı ünvana getmişlər. Maya həmin vaxt mənzildə idi. Sevda Mayaya geyim əşyalarını qaytarmayacağı təqdirdə ondan polisə şikayət edəcəyini dedi. Maya isə geyim əşyalarının əvəzində Sevdaya 190 manat pul verdi. Sevda pulu götürüb Mayadan şikayətçi olmadığını bildirdi. O, Sevdaya bölməyə gedib ərizə yazmağı təklif etmiş, lakin Sevda Mayadan şikayətinin olmadığını bildirərək bölməyə getməkdən imtina etdi. O da əməliyyat qrupunun digər üzvləri ilə birlikdə bölməyə qayıtmışdır. Təxminən bir həftə sonra o, xidmətdə olarkən Bakı şəhər BPİ-nin X8 əməkdaşı bölməyə gəlib Mayanın ondan DİN 102 xidmətinə şikayət edərək guya rəfiqəsi Sevdanın şikayəti ilə bağlı onu 35ci PB-yə dəvət etdiyini, bölmədə onun üzərinə baxış keçirtdiyini və barəsində cinayət işi başlanılmaması adı ilə onun üzərində olan 2000 manat pulu götürdüyünü bildirmişdir. O, həmin əməkdaşa Mayanın yalan danışdığını və Maya tərəfindən şərləndiyini bildirsə də, X8 əməkdaşı Mayanın müraciəti əsasında araşdırmanın aparılacağını və onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı DİN-in rəhbərliyi qarşısında məsələnin qaldırılacağını bildirdi. Bundan təxminən iki gün sonra o, işdə olan zaman bölmə rəisi Cavid Usubov onu otağına çağırmışdır. Maya da həmin vaxt bölmə rəisinin otağında idi. Cavid Usubov ona məsələnin ciddi olduğunu, Mayanın pulunu qaytarmayacağı təqdirdə isə onun DİO-da qalmaq məsələsinə baxılacağını deyib Maya ilə bağlı məsələni yoluna qoymaq lazım olduğunu bildirdi. Bundan sonra o, Mayanı iş otağına dəvət etmiş və sonuncudan nə üçün ona şərt atdığını soruşmuş, Maya isə ona 1000 manat verməyəcəyi təqdirdə şikayətinin üstündə duracağını və onu DİO-dan xaric etdirəcəyini bildirmişdir. O, 35-ci PB-yə təhqiqatçı təyin olunmamışdan öncə Suraxanı RPİ-nin İstintaq şöbəsində müstəntiq vəzifəsində işləmişdir. İşində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdir. Aldığı intizam tənbehindən az müddət keçdiyi üçün Mayanın əsassız şikayəti əsasında özünün DİO-dan xaric oluna biləcəyindən qorxmuşdur və Maya ilə razılaşmışdır. O, Mayaya növbəti gün onun iş yerinə gəlib 1000 manat pulu aparmağı demişdir. 19 fevral 2016-cı il tarixdə saat 17:00 radələrində Maya onun dəvəti ilə ünvan 6 ünvanda yerləşən 35-ci PB –də yerləşən onun xidməti otağına gəlmiş və orada da o, Mayaya 1000 manat pul vermişdir. Maya 1000 manat pulu götürəndən sonra şikayətçi olmayacağını bildirdi, lakin Maya Bakı şəhər Baş Polis İdarəsinə gedib şikayətçi olmaması ilə bağlı ərizə yazmamış və X8 əməkdaşına telefonla şifahi olaraq şikayətçi olmadığını bildirmişdir. Bundan sonra Mayanın göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığı üçün onun barsində intizam tənbehi görülməmişdir. Şahid X16 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun qızıdır. Zərərçəkmiş şəxslərdən heç birini tanımır, onladan heç biri ilə əlaqəsi olmayıb. Zərərçəkmiş şəxs1 da tanımır, onunla telefonla danışmayıb, ona telefonla və ya başqa şəxs, habelə qızı Maya vasitəsi ilə mesaj göndərməmişdir. Onun özü Hövsan qəsəbəsində yerləşən «Körpü» kafesində qabyuyan işləmişdir. İndi xəstəliklə əlaqədar kafe işləmədiyindən o, da işləmir. Maya 2019-cu ilin oktyabr ayında Məcid adlı şəxslə nigahsız ailə qurub dörd ay onunla yaşamış, sonra isə Maya həmin şəxsdən ayrılmışdır. Mayanın övladı yoxdur. Maya özü fərdi şəkildə dırnaq ustası işləyir, laikin iş yeri yoxdur. Deməsinə görə evlərə gedir. O, Elçin adlı polis əməkdaşını da tanımır, Mayanın həmin şəxslə münasibətinin olub-olmamasını, Mayanın həmin şəxsdən və başqalarından pul və mobil telefon götürüb-götürmədiyini bilmir. Elçin adlı şəxsə heç bir qəbz yazmamış, həmin şəxsə «WhatsApp” proqramı vasitəsilə istər yazılı, istərsə də səsli mesaj göndərməmişdir. Zərərçəkmiş şəxs1lə ümumiyyətlə heç bir ünsiyyəti olmamış və sonuncunun haqqında Mayadan heç nə eşitməmişdir. Mayanın ondan hamilə olub-olmaması barsində də məlumatı olmamışdır. Özünün xəstə olması ilə əlaqədar Mayanın Elçindən pul istəməsindən, Elçinin ona “Samsunq” markalı telefon almasından məlumatı orlmayıb. Şahid X10 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs təxminən on iki ildir tanıyır, lakin onunla yaxın münasibəti olmamışdır. Zərərçəkmiş şəxslərdən isə heç birini tanımır. Tarixi xatırlamır, o, istintaqa çağırlmamışdan iki həfətə qəbaq Maya «WhatsApp” proqramı vasitəsilə ona səs yazısı ataraq bir nəfər şəxsin ona 1500 manat borcu olduğunu, həmin şəxsin ona pulu qaytarmadığını, onun və anası Tellinin mobil nömrələrini bloka saldığını deyərək anası Tellinin adından həmin şəxsə səsli mesaj göndərərək həmin pulu qaytarmağı, qaytarmadığı halda isə ondan polisə şikayət olunacağını deməyi xahiş etmişdi. Maya anası Tellinin xəstə olduğunu və anasının müalicəsi üçün təcili pul lazım olduğunu da dedi. O, bunu etmək istəməmiş, lakin Maya təkidlə bunu etməyi ondan xahiş etmişdir. O, buna razılıq verəndən sonra Maya həmin şəxsin 050 232 06 64 saylı mobil nömrəsini ona göndərmiş və həmin şəxsə hansı sözləri demək lazım olduğunu bildirmişdir. Adını bilmədiyi həmin şəxsə istifadəsində olan 070 965 65 63 saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə səsli mesaj ataraq özünü Mayanın anası kimi təqdim etmiş və həmin şəxsdən Mayaya borclu olduğu pulu qaytarmağı, pulu qaytarmayacağı halda isə ondan şikayət edəcəyini demişdir. Maya tutulmamışdan təxminən 3-4 gün əvvəl həmin şəxsin arvadı ona zəng edərək özünü Elçinin həyat yoldaşı kimi təqdim edib nə baş verdiyini soruşdu. O da həmin qadına Mayanın anası olmadığını deyib öz işlərini Maya ilə həll etməyi məsləhət görmüşdür. Sonra isə Mayaya səsli mesaj göndərərək dediyi şəxsin arvadının ona zəng edib narahat etdiyini demişdir. Maya isə həmin qadının nömrəsini bloka salmağı məsləhət gördü. O, isə bunu etməmişdir. O, Elçin adlı şəxsi tanımır, həmin şəxsin Maya ilə münasibətinin olub-olmamasını, Mayanın ondan hamilə olmasını bilmir. O, sadəcə Mayanın xahişi ilə və sonuncunun dediyi tərzdə Zərərçəkmiş şəxs1 səsli mesajlar göndərmişdir. Şahid4 ifadələrində göstərdi ki, təxminən 2016-cı ilin əvvəlində adını hazırda xatırlamadığı tanışı onun yanına gələrək Maya adlı bir qadın qohumunun Xətai rayonu ərazisində idarə etdiyi avtomobillə bir piyadanı vuraraq yol-nəqliyyat hadisəsi törətdiyini və bu işdə Mayaya köməklik göstərməyi xahiş etdi. Həmin vaxt o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Xətai rayon şöbəsində məhkəmə-tibb eksperti vəzifəsində işləmiş və işi ilə əlaqədar olaraq Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqləri ilə münasibətləri olmuşdur. Mayanın törətdiyi yol-nəqliyyat hadisəsi faktına görə Xətai RPİnin İŞ-nin müstəntiqi Zərərçəkmiş şəxs2 tərəfindən cinayət işi başlanmışdı. O, Zərərçəkmiş şəxs2 yanına getmiş və Mayanın yaxın qohumunun tanışı olduğunu deyərək Mayaya qanun çərçivəsində əlindən gələn köməkliyi göstərməyi xahiş etmişdir. Zərərçəkmiş şəxs2 da əlindən gələn köməkliyi Mayaya edəcəyini bildirdi. Maya həmin vaxt Xətai RPİ-nin inzibati binasının yaxınlığında olmuşdur. O müstəntiqlə görüşəndən sonra Mayanın dayandığı yerə gedib onunla görüşüb müstəntiqlə görüşdüyünü və müstəntiqin ona kömək edəcyini bildirib ondan ayrılmışdır. Həmin görüşdən sonra o, Mayanı bir daha görməmişdir. Təxminən 2016-cı ilin axırlarında Zərərçəkmiş şəxs2 ona zəng edərək Mayanın ondan Bakı şəhər Baş Polis İdarəsinə şikayət etdiyini, şikayətində Mayanın təqsirləndirildiyi cinayət işi ilə bağlı onun Mayadan 4000 manat pul aldığını göstərdiyini bildirib ondan Maya və ya sonuncunun qohumu ilə söhbət edib Mayanın şikaytini geri götürməyi xahiş etdi. Onun isə Maya və Mayanı onunla tanış edən qohumu ilə heç bir əlaqəsi olmadığından Zərərçəkmiş şəxs2 bu işdə köməklik edə bilməyəcyini ona demişdir. Həmin vaxt artıq o, Şamaxı rayonunda məhkəmə-tibb eksperti işlədiyi üçün Mayanın Tofiqdən etdiyi şikayətin nə ilə nəticələndiyini bilməmişdir. O, Mayanın işi ilə bağlı Zərərçəkmiş şəxs2 yanına tək getmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qanun çərçivəsində köməklik göstərməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs ona pul verməmişdir. Mayanın təqsirləndirildiyi cinayət işinin xitam olunması ilə bağlı Zərərçəkmiş şəxs2la heç bir söhbəti olmamışdır. Şahid3 ifadələrində göstərdi ki, Nizami RPİ-nin 24-cü PŞ-də baş təhqiqatçı vəzifəsində işləyir. 01 noyabr 2019-cu il tarixə keçən gecə növbədə olmuşdur. 01 noyabr 2019-cu il tarixdə saat 04:00 radələrində məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs şöbəyə gələrək həmin gecə Nizami rayonu ərazisində yerləşən «Joyy» otelində Şamil adlı şəxslə görüşdüyünü və həmin şəxsin ondan 1500 manat pulu oğurladığını bildirdi. Maya Şamil adlı şəxsin telefon nömrəsini verəndən sonra həmin şəxslə əlaqə saxlayıb onu şöbəyə dəvət etmişdir. Təxminən beş dəqiqədən sonra Şamil PŞ-ə gəldi və Maya ilə söhbət etmək istədiyini dedi. O da etiraz etməmiş və Maya ilə Şamil şöbənin dəhlizinə çıxıb söhbət etmişlər. Sonra Maya onun yanına qayıdıb Şamildən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Mayaya ərizə yazmağı təklif etsə də Maya ərizə yazmaqdan imtina etmiş və Şamillə birlikdə çıxıb getdi. Bir müddət keçəndən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Baş Polis İdarəsinə şikayət edərək Şamil adlı polis əməkdaşınının ondan guya 1000 manat pulu götürüb qaytarmadığını, guya onun Şamildən 850 manat pul aldığını, həmin puldan 500 manatı özünə götürdüyünü, qalan 350 manat pulu isə ona verdiyini göstərmişdir. Mayanın şikayəti ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində xidməti yoxlama aparılmışdır. Yoxlamanın nəticəsində də intizam tənbehi kimi ona töhmət verilmişdir. Təqsirləndirilən şəxs ondan hər hansı bir şəkildə pul tələb etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə zamanı Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2020-ci il tarixli qərarı əsasında “xxxx” ASC tərəfindən istintaqa Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7332 1341 9570 nömrəli plastik kartla aparılan əməliyyatlara dair çıxarışa əsasən 25 fevral 2020-ci il tarixdə saat 22:59-da Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7332 1341 9570 nömrəli hesaba 200 manat, 03 mart 2020-ci il tarixdə saat 15:14-də həmin hesaba 600 manat və 07 mart 2020-ci il tarixdə saat 10:55-də həmin hesaba 1000 manat pul mədaxil edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə ona göndərdiyi səsli mesajı bir ədəd kompakt diskdə(CD) və “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi yazılı mesajları bir vərəqdə çap etdirib istintaqa təqdim etmişdir. Qeyd edilən mesajlara baxış keçirilərək müvafiq protokol tərtib edilmişdir. İstintaq orqanı yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin vaxt kirayə yaşadıqları evdən Sevda adlı rəfiqəsinə məxsus geyim əşyaları və pulun oğurlanması ilə bağlı barəsində edilmiş şikayəti araşdıran Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sabiq təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs4 tərəfindən 10.02.2016-cı il tarixdə polis bölməsinə dəvət olunub üzərinə baxış keçirilərkən aşkar edilmiş 2000 manat pulunun cinayət işinin başlanılmaması adı ilə Zərərçəkmiş şəxs4 tərəfindən götürülməsi barədə Azərbaycan Respublikası DİN-in “102” xidməti - zəng mərkəzinə əsassız müraciət edib 1000 manat pul verməyəcəyi təqdirdə şikayətini davam etdirib onu daxili işlər orqanlarından xaric etdirəcəyini bildirmiş, qeyd olunan məzmunda şikayəti rüsvayedici məlumat hesab edən və şikayətlərin davam etməsindən qorxan Zərərçəkmiş şəxs4 19 fevral 2016-cı il tarixdə saat 17 radələrində ünvan 7 ünvanda yerləşən Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin inzibati binasındakı iş otağında 1000 manat pulu alıb rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgə əmlakını, təkrarən, zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 04 yanvar 2016cı il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işinin istintaqını aparmış Xətai RPİnin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs2 guya ondan həmin cinayət işinin istintaqı ilə bağlı kömək göstərmək adı ilə 4000 manat pul almasına dair 2016-cı ilin sonunda Bakı şəhər Baş Polis İdarəsinə şikayətlə müraciət etmiş və Zərərçəkmiş şəxs2 4000 manat pulu verməyəcəyi təqdirdə Azərbaycan Respublikası DİNin rəhbərliyinə şikayət edəcəyi və onu daxili işlər orqanlarından xaric etdirəcəyi ilə hədələmiş, qeyd olunan məzmunda şikayəti rüsvayedici məlumat hesab edən və şikayətlərin davam etməsindən qorxan Zərərçəkmiş şəxs2 17 yanvar 2017-ci il tarixdə saat 15 radələrində ünvan 9 ünvanda yerləşən Xətai Rayon Polis İdarəsinin inzibati binasındakı iş otağında 2000 manat pul alıb rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını, təkrarən, zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı – Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan X33 İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs3 ilə 01 noyabr 2019-cu il tarixə keçən gecə ünvan 11 ünvanında yerləşən “Joyy” otelində intim münasibətdə olduqdan sonra guya sonuncunun oteldə olarkən pul kisəsindən 1000 manat pulunun oğurlanması ilə bağlı Nizami RPİ-nin 24-cü Polis şöbəsinə müraciət edəcəyini və onu daxili işlər orqanlarından xaric etdirəcəyini bildirib 1000 manat pul tələb etmiş, qeyd olunan məzmunda şikayəti rüsvayedici məlumat hesab edən Zərərçəkmiş şəxs3 o, vahid niyyətlə 01 noyabr 2019-cu il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin inzibati binasının qarşısında 850 manat pulu, 07 noyabr 2019-cu il tarixdə isə ünvan 14 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin qarşısında 150 manat pulu alıb ələ keçirmiş və cinayət əməlini davam etdirərək, Təqsirləndirilən şəxs eyni məzmunlu şikayətlə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib təkrarən Zərərçəkmiş şəxs3 500 manat pulu tələb etmiş, 15 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, X20rşısında həmin pulu rüsvayedici məlumatlar yaymaq hədəsi ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 500 manat məbləğində maddi ziyan vurmaqla, özgə əmlakını, təkrarən, zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Xətai Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 guya onunla intim əlaqədə olduğunu və ondan hamilə qaldığını, qeyd olunanları Zərərçəkmiş şəxs1 ailə üzvlərinə və iş yerində deyib rüsvay edəcəyini və onu daxili işlər orqanlarından xaric etdirəcəyini bildirib hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 25 fevral 2020-ci il tarixdə saat 22:59-da Bakı Metropoliteninin «Əhmədli» metrostansiyasının girişində «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə «xxxx» ASC-də olan 4169 7332 1341 9570 nömrəli hesabına köçürtdüyü 200 manat pulunu ələ keçirmiş, bir müddət sonra o, Zərərçəkmiş şəxs1 təkrarən hədə-qorxu ilə 2.300 manat pulu tələb etmiş, 03 mart 2020-ci il tarixdə günorta saatlarında o, vahid niyyətlə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu, Bakı Metropoliteninin «Neftçilər» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Kontakt Home” mağazasından öz adına kreditlə götürdüyü və qiyməti 1300 manat olan bir ədəd «İphone» markalı «8» modelli mobil telefonu, 03 mart 2020-ci il tarixdə saat 15:14-də isə Bakı Metropoliteninin «Əhmədli» metrostansiyasının girişində «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə «xxxx» ASC-də olan 4169 7332 1341 9570 nömrəli hesabına köçürtdüyü 600 manat pulu, 07 mart 2020-ci il tarixdə saat 10:55də təkrarən ünvan 1 ünvanında yerləşən «xxxx» ASC-nin «Əhmədli» filialında elektron ödəmə sistemi vasitəsilə «xxxx» ASC-də olan 4169 7332 1341 9570 nömrəli hesabına köçürtdüyü 1000 manat pulu ələ keçirmiş, 07 mart 2020-ci il tarixdə günorta saatlarında təkrarən ünvan 2 ünvanın yaxınlığında qiyməti 600 manat olan bir ədəd “Samsung” markalı “GalaxyA51” modelli mobil telefonu rüsvayedici məlumatlar yaymaq hədəsi ilə ələ keçirmə və onun cinayət əməlini davam etdirərək, 15 mart 2020-ci il tarixdə mobil telefonla Zərərçəkmiş şəxs1 zəng edib, rüsvayedici məlumatlar yaymaq hədəsi ilə təkrarən 1500 manat pul tələb etməsi kimi qiymətələndirərək onun əməllərini Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə tövsüf etmişdir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarına əlavə olunmuş Xətai RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs1 həmin idarənin rəisinin adına yazdığı 19 mart 2020-ci il tarixli raportdan görünür ki, raport yazılmamışdan təxminən bir ay əvvəl o, Nəsimi rayonunda yerləşən «28 Mall» ticarət mərkəzinin qarşısında olarkən orada vaxtilə onunla birlikdə işləmiş və hazırda dostluq etdiyi Nəsimi rayon polis idarəsisnin PPXB-nin polis nəfəri ilə görüşmüşdür. Həmin vaxt adını sonradan bildiyi X11 idarə etdiyi avtomobili həmin ticarət mərəkəzinin qarşısında saxlamaq istərkən ərazidə xidmət aparan Nəsimi RPİ-nin PPXB əməkdaşları Maya adlı qadına avtomobili ticarət mərkəzinin qarşısında saxlamağa imkan verməmişlər, o da bunu görüb polis əməkdaşlarından Mayanın maşının ticarət mərəkəzinin qarşısında saxlamağa icazə verməyi xahiş etmişdir. Polis əməkdaşları da onun xahişi ilə Mayaya maşınını orada saxlamağa icazə vermişlər. Bundan sonra o, ticarət mərkəzinə girmiş və orada Maya onu görüb ona yaxınlaşmış və təşəkkürünü bildirmişdir. Həmin vaxtdan aralarında münasibət yaranmışdır. Maya ona çay içməyi təklif etmiş, o da etiraz etməyib onunla ticarət mərkəzində kafelərin birində çay içib söhbət edib mobil telefonlarını bir-birilərinə verib sağollaşıb ayrılmışlar. Bir müddət sonra Maya “WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə ona mesajlar yazmağa başlamış, o da imkanı daxilində ona cavab yazmış, sonra isə Mayaya evli olduğunu deyib ona mesaj yazmamağı xahiş etmişdir. Bundan sonra Maya ona pul verməyəcəyi təqdirdə onu şərləyəcəyini, guya onunla intim münasibətdə olmağı haqqında arvadına deyəcəyini və onu daxili işlər orqanlarından xaric etdirəcəyini bildirmişdir. O da ailəsində, işində onun problemi yarana bilməsindən qorxub məcburiyyət qarşısında qalıb Mayayanın dediklərini etməyə başlamışdır. Maya ona hədə qorxu gəlməklə ümumilikdə onunun 3700 (üç min yeddi yüz) manat pulunu ələ keçiridiyini, hazırda Mayaya guya aralarında olmuş intim münasibətlər haqqında arvadına və valideynlərinə deyəcəyi ilə onu hədələyərək ondan 1500 (min beş yüz) manat pul tələb etdiyini göstərib Maya barəsində tədbir görülməsindən ötrü aidiyyəti əməkdaşa göstəriş verməyi xahiş etmişdir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarına əlavə olunmuş Xətai RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs1 həmin idarənin müstəntiqi Ruslan Sadıqova yazdığı izahatında yuxarıda istinad edilən raportunda göstərilən halların məzmunu ilə eyni məzmunlu izahat verib göstərmişdir: ”Mayaya evli olduğunu bildiririb ona mesaj yazmamağı bildirdikdən sonra Mayanın ona pul verməyəcəyi təqdirdə onu şərləyəcəyini, guya onunla intim münasibətdə olduğunu, ondan hamilə qaldığı haqqında arvadına deyəcəyini və onu daxili işlər orqanlarından xaric etdirəcəyini bildirdiyi və özündə ailəsində və işində problem olmasından qorxub Mayanın dediklərini etməyə başlamışdır. Maya ondan birinci dəfə 200 manat pul istəmişdir. O da həmin məbləği 2020-ci ilin mart aynın əvvəlində “Əhmədli” metrostansiyasının girişində “MilliÖn” elektron ödəmə vasitəsi ilə Təqsirləndirilən şəxs “xxxx” da olan hesabına köçürmüşdür. Bir müddət sonra Maya "WhatsApp» ani meıajlaşma proqramı vasitəsi ilə ona mesaj yazıb xəstə olduğunu müalicəsi üçün ona 2300 manat pul lazım olduğunu, həmin pul verməyəcəyi təqdirdə onu ailəsində və işində rüsvay edəcəyini və anası ilə birlikdə ona problem yaradacağını dediyini bildirmişdir. O, Mayaya ondan əl çəkməsini yazsa da Maya onu şərləyəcəyini və ondan həmilə qaldığını, onun arvadına deyəcəyini bildirdi. O da Mayanın sözlərindən qorxmuş və maddi imkanı olmadığı üçün Mayaya 1000 manat ödəməyi, qalan 1300 manat pulun müqabilində isə kreditə mobil telefon götürüb ona verməyi, həmin telefonu satıb pul əldə edə biləcəyini ona demişdir. Maya da özünə mobil telefon lazım olduğunu deyərək ona “İphone-11” markalı mobil telefon almağı dedi, lakin həmin telefon çox baha olduğu üçün həmin telefonu hətta kreditlə ala bilmədiyini Mayaya demişdir. Maya da ona“İphone- 8” telefonu istəmişdir. 03 mart 2020-ci il tarixdə günorta saatlarında o, Maya ilə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Kontakt home” mağazasına gedib orada öz adına qiyməti 1300 manat olan bir ədəd “İphone-8” mobil telefonunu seçib, çöldə avtomobilində gözləyən Mayanın yanına qayıdıb telefonu ona vermişdir. Telefonu ona verəndən sonra o, Mayadan qəbz yazmağı tələb etmişdir ki, ondan əl çəksin. Maya buna etiraz etmədi və avtomobilində qəbz yazaraq onun Mayaya 200 manat verdiyini, qiyməti 1300 manat olan mobil telefon aldığını və 600 manat pulu ona göndərəcəyini göstərdi. O da 600 manat pulu 03 mart 2020-ci il tarixdə saat 15:14-də “Əhmədli”metrostansiyasının girişində olan “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs “xxxx” dakı hesabına köçürmüşdür. 07 mart 2020-ci il tarixdə isə səhər saat 11:00 radələrində “ Əhmədli” metrostansiyasının girişində “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs “xxxx” dakı hesabına 1000 manat pul köçürmüşdür. Həmin günü də Maya ona zəng edərək anasının mobil telefonunun nasaz hala düşdüyünü və onun üçün də “Samsunq” markalı mobil telefon almalı olduğunu bildirdi. O da məcbur olub 07 mart 2020-ci il tarixdə günorta saatlarında “Bakı” kinoteatrının yaxınlığında fəaliyyət göstərən “Kontakt home” mağazasından “Samsunq” markalı “ A70” modelli telefon alıb həmin mağazanın qarşısında Mayaya vermişdir. Bundan sonra Maya ilə birlikdə yaxınlıqda fəaliyyət göstərən 18 saylı notariat ofisin qarşısına getmişdir ki, Mayaya qəbz yazdırsın, lakin Maya notariat ofisinə girməkdən imtina etdi. Maya avtomobilində qəbz yazaraq ona 800 manat,1300 manat,1000 manat və 600 manat pul ödədiyiyni, ondan heç bir şikayət və tələbinin olmayacağını, onu mobil telefonla narahat etməyəcəyini, heç bir yaxının ona psixoloji və maddi cəhətdən təsir göstərməyəcəyini göstərdi. Mayanın anası da ondan pul tələb etmişdir. Maya qəbzi yazıb verən günün axşamı Mayanın anası X4 da qəbz yazdı, Maya da “ WhatsApp» ani meıajlaşma proqramı vasitəsi ilə ona həmin qəbzin fotoşəklini göndərdi. O da həmin qəbzi götürüb arxayın olmuşdur ki, Maya ondan əl çəkmişdir, lakin Maya 15 mart 2020-ci il tarixdən başlayaraq ona ********** saylı mobil nömrədən zəng edib nə üçün onun 0555 *** **** saylı mobil nömrəsini bloka saldığını soruşub yenə də ona hədə qorxu gəlib ondan 1500 manat pul istəmişdir. O da Mayaya imkanın olmadığnı və ondan əl çəkməyi desə də Maya ondan əl çəkməmişdir. O da məcbur olub Mayanın qanuna zidd əməlləri barsində Xətai rayon polis idarəsinə müraciət edlib Mayanın ona hədə qorxu gəlib onun ümumilikdə 3700 mant pul aldğını bildirmişdir. O, Maya ilə heç vaxt intim münasibətələrdə olmayıb. Maya ona şər atararaq onunla intim münasibətlərdə olduğunu və onunla intim münasibətlərdə olub ondan hamilə qaldığını və bu haqda onun arvadına və iş yerində deyəcəyi ilə hədələmişdir. O, Mayanın ona göndərdiyi mesajları hamısını silmişdir ki, arvadı onları oxuya bilməsin. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs İsmaıl qızın tərəfindən Xətai RPİ-ə yazılmış tarixi göstərilməmiş izahatında bildirmişdir ki, təxminən bir il əvvəl o, “Əhmədli” metrostransiyasının qarşısında Xətai RPİ-nin polis nəfəri vəzifəsində işləyən Elçin adlı şəxslə tanış olmuşdur. Belə ki, həmin vaxt o, idarə etdiyi avtomobili “Əhmədli” metrostansiyasının qarşısında saxlamaq istərkən Elçin ona yaxınlaşıb narahat olmamağı və onun avtomobilinə nəzarət edəcəyini dedi. O da onun nömrəsini götürüb ona təşəkkürnü bildirmişdir. Elçin xoşuna gəldiyi üçün ilk görüşdən iki gün sonra o, Elçinə zəng edib onunla görüşmüşdür. Elçin onu “Xırdalan” şəhərində yerləşən “Vulkan” otelinə aparmışdır. Orada onlar cinsi əlaqədə olmuşlar. Həmin vaxtdan aralarında münasibətləri yaranmışdır. Elçin ona subay olduğunu, ona heç kiminlə görüşməməyi və onu imkanı daxilində saxlayacağını demişdir. Bundan sonra demək olar ki, onlar hər həftə görüşüb cinsi əlaqədə olmuşlar. Elçin gecələr işlədiyi üçün onlar əksər vaxtlarda gecələr görüşmüşlər və onun avtomobilində intim əlaqədə olmuşlar. Təxminən iki-üç ay bundan əvvəl Elçin ondan qoruyucusuz onunla cinsi əlaqədə olmağı təklif etmiş, o da razılaşmış və qoruyucusuz cinsi əlaqədə olmağa başlamışlır. Təxminən bir ay bundan əvvəl o, Elçindən hamilə qalmış və bu haqqda Elçinə demişdir. Bundan sonra Elçinin ona olan münasibəti pisləşmiş, sonra is ona imkanının olmadığını, evli olduğnu deyərək ondan hamiləliyi pozmağı xahiş edib könlünü almaq üçün təxminən bir həftə öncə Elçin “İphone-8” markalı telefon alıb vermişdir. O da məcburiyyət qarşısında qalıb hamiləliyini pozmuşdur. Elçin ona məxsus “Hyundai” markalı “Accent” modelli Az ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobili tez-tez götürüb sürürdü və nəticədə avtomobil çox pis vəziyyətə düşdü. Elçin avtomobili öz hesabına düzəltdirəcəyinə söz verərək bu məqsədlə ona 1000-2000 manat pul verəcəyini dedi və ondan onun üçün qəbz yazmağı xahiş etdi. Elçin onunla münasibətlərini kəsmək istədiyini və arxayın olmaq üçün qəbz yazmağı xahiş etdi. O da 07 mart 2020-ci il tarixdə qəbz yazaraq həmin qəbzdə Elçinin ona 800 manat, 1300 manat, 1000 manat və 600 manat pul ödədiyini, ondan heç bir şikayətinin və tələbinin olmadığını və heç zaman olmayacağı barədə, Elçini narahat etməyəcəyi, heç bir yaxının Elçinə psixoloji və maddi cəhətdən təsir etməyəcəyini göstərmişdir. Həmin qəbzi o, Elçinin diktəsi ilə yazmışdır. X1 da qəbz yazdı və həmin qəbzin foto şəkliyni çəkib “WhatsApp” ani mesaj proqramı ilə Elçinə göndərmişdir. Anası həmin qəbzi onun xahişi ilə yazmışdır. Elçin sonuncu dəfə ona bir ədəd “Samsung” markalı mobil telefon də gətirib verdi. Halbuki o, Elçindən ona mobil telefon almağı xahiş etməmişdir. Elçin avtomobilin təmiri ilə əlaqədar verdiyi sözü yerinə yetirmədi və mobil telefon nömrələrini bloka saldı. 15 mart 2020-ci il tarixdə o, başqa nömrədən Elçinə zəng edib ona avtomobilini təmir etdirməyi və ya avtomobilin təmiri üçün ona pul verməyi demişdir. Elçin isə ona imkan edib avtomobilin təmiri üçün ona 1300 manat pul verəcəyini dedi. Ümumilikdə Elçin ona 200 manat pul “xxxx”da olan hesabına, ikinci dəfə həmin hesaba 600 manat, üçüncü dəfə 1000 manat pul köçürdü, qiyməti 1300 olan “İphone-8” markalı mobil telefonu hamiləliiyni pozduğuna görə ona vermişdir.”Samsunq” markalı telefonu Elçin elə-belə verib Zərərçəkmiş şəxs1 heç vaxt hədə qorxu gədməyib, ona şər atmamış və onu şantaj etməmişdir. Elçinin onun barsində yazdıqları yalandır. O, özu Elçinin avtomobilini nasaz vəziyyətə saldığı üçün həmin avtomobili təmir etməyə ondan tələb edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs İsmaıl qızı 19 mart 20200-ci il tarixdə şübhəli şəxs qismində tutularkən yuxarıda istinad edilən izahatında göstərdiyi hallarla eyni məzmunlu ifadə vermiş və həmin ifadəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs1 heç bir şəkilə hədə qorxu gəlməmiş, ona şər atmamış və onu şantaj etməmişdir, Elçinin onun barəsində yazdıqları yalandır. Məhkəmədə elan edilib araşdırılmış 20 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yuxarıda istinad edilən ibtidai istintaq zamanı verdiyi izahatında göstərdiyi hallara uyğun ifadələr verib ifadəsində istinad etdiyi halları təsdiq edən materialları istintaqa təqdim etmişdir. Bu materiallardan o, cümlədən də, Kapital Baknın 07 mart tarixli qəbzindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsmayıl qızının hesabına 1000 manat, 03 mart 2020-ci torixdə 600 manat pul ödənilmişdir. 07 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayıl qızının adından yazılıb imzalanmış vərəqdə qeyd edilmişdir ki, “mən İsmailova X27 Musayev tərəfindən mənə 800 m, 1300 m, 1000 manat birdəki 600 manat məbəlği ödənmişdir. Mənim heç bir şikaəytim və tələbim yoxdu və heç bir zaman olmayacaqdır. Bundan sonra Elçin adlı şəxsi telefonla narhat etməyəcyəm. Anam da narahat etməyəcək. Heç bir yaxınlarım psixoloji təsir, nə də maddi cəhətdən heç bir təsir göstərməyəcək. Bu kağızı özüm yazdım. Heç bir təsir olmadan, öz imzamla təsdiq edirəm”. Məhkəmədə elan olunub araşdırılmış 3 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayıl qızı adlı şəxs tərəfindən imzalanmış bir ədəd kserosurətlə çıxarlımış yazılarda göstərilmişdir: “Mən İsmailova X27 Musayevdən 200 m pul və 1300 manat dəyərində ayfon-8 markalı telefon almışam. Bu gündə saat 4-də 600 manat pul göndərcək kartıma, 600 manatıın göndərdikdən sonra mən bir daha Elçin adlı şəxsi narahat etməyəcəym. İsmailova X23 adlı şəxsdən heç bir tələbimiz yoxdur” Məhkəmədə elan olunub araşdırılmış 3 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs İsmayıl qızı adlı şəxs tərəfindən imzalanmış bir ədəd vərəqədə kserosurətdə göstərilmişdir: “Mən İsmailova X27 Musayevdən heç bir şikayətim və tələbim yoxdur və olmayacaqdır heç vaxt. 600 manat pulumu da kartıma göndərdi. nə telefon, nə dəki heç bir vaxt narahat etməyəcyəyəm.” Məhkəmədə elan olunub araşdırılmış 07 mart 2020-ci il tarixli Təqsirləndirilən şəxs İsmayıl qızının adından yazılıb imzalanmış kserosurətdən göstərilmişdir: “Mən Təqsirləndirilən şəxs İsmaıl qızı bunnan əvvəl bu qədər məbləğlərdə 200 manat, 1300 manatlıq ayfon 8, 600 manat manat Zərərçəkmiş şəxs1 tərəfindən ödənilib. Mən də bilmədən hamilə qaldığım üçün Elçindən mənə kömək etməyi tələb etdim. Elçin də mənim tələbimi səmimi qəbul edib indi mənə 1000 manat ödəyəcəyini söz verdi, Elçin adlı şəxs 1000 manatı ödədikdən sonra mənim ondan heç bir şikayətim, tələbim olmayacaqdır və heç vaxt o adamı narahat etməyəcək. Telefon vasitəsi ilə nə də ki belə telefonumdan Zərərçəkmiş şəxs1 narahat etməyəcəyəm, nömrəsinin votsapı telefonumdan silirəm və anamın da heç vaxt bir tələb olmayacaq və Elçin adlı şəxsə psixoloji təsir göstərməyəcəyəm”. Məhkəmədə elan olunub araşdırılmış 07 mart 2020-ci il tarixli X3 adından yazılmış qeydin kserosurətində göstərilmişdir; “X2 mənim qızıma 200 manat, 1300 manat, 8000 manat ödənilib. Elçin adlı şəxs tərəfindən və sonradan bilmişəm ki, Maya Elçindən hamilə qalıb. Biz həmin vətəndaşa müraciət etdik. Elçin də səmimi qəbul etdi və bizə dəymiş ziyanı 1000 manat məbləğini ödəyəcək. Biz də 1000 manatı göndərəndən sonra heç bir tələbimiz və şikayətimiz olmayacaq. Bundan sonra da narahat etməyəciyik. Bir də Elçini narahat etsək özümüz məsuliyyət daşıyırıq.” Məhkəmədə elan olunub araşdırılmış tarixi göstərilməmiş kserosurətdə X3 adından yazılmış qeydlərdə göstərilmişdir: “X2 mənim qızıma Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 200 manat pul və ayfon 8, 1300 manat dəyərində telefon alıbdır və indi 600 manat pulu göndərəndən sonra narahat etməyəcəyik. Bizim Zərərçəkmiş şəxs1 heç bir tələbimiz yoxdur və gələcəydə də olmayacaqdır. Bir daha Elçin adlı şəxs narahat etməyəcəyik, nə qızım, nə də ki mən”. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X12 ifadələrində Elçin adlı polis əməkdaşını tanımadığını, Mayanın həmin şəxslə münasibətinin olubolmamasını, Mayanın həmin şəxsdən pul və mobil telefon götürüb götürmədiyini bilmədiyini, Elçin adlı şəxsə qəbz yazmadığını həmin şəxsə nə yazılı, nə də səsli mesaj göndərmədiyini, ümumiyyətlə həmin şəxslə heç bir əlaqəsinin olmadığını və onun haqqında Mayadan heç nə eşitmədiyini göstərdi. Məhkəmə, yuxarıda sadalanan sübutların bütün məcmusunu Təqsirləndirilən şəxs istər ibtidai, istərsə də məhkəmədəki ifadələri və Zərərçəkmiş şəxs1 ifadələri ilə müqayisəli təhlil etdikdə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ona hədə qorxu gəlib ondan pul tələb etməsi hissəsində öz təsdiqini tapdığı qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 ifadələrində istinad etdiyi məbləğlərin həmin dövrdə Təqsirləndirilən şəxs ödənilməsi, sonuncu dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat pul tələb etməsi, lakin bunu ala bilməməsi mübahisə yaratmır. Tərəflər bunu qəbul edirlər, lakin Təqsirləndirilən şəxs bununla bərabər, Zərərçəkmiş şəxs1 aldığı və sonuncu dəfə almaq istədiyi məbləği hədə qorxu gəlməklə deyil, Zərərçəkmiş şəxs1 onunla intim münasibətləri nəticəsində özünün hamilə qaldığından sonuncunun ona verdiyi məbləğin müəyyən hissəsini hamiləliyini pozmaq üçün, özünə 1300 manat dəyərində “İphone -8”, anasına 600 manat dəyərində “Samsung” markalı telefonları hədiyyə kimi verdiyini, sonuncu dəfə Zərərçəkmiş şəxs1 istədiyi məbləği isə s Elçinin onun maşınını sürüb nasaz vəziyyətə salıb maşını təmir etməyib, lakin edəcəyini vəd etdiyindən ondan maşını təmir etmək üçün pul istədiyini göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu iddialarını onun Zərərçəkmiş şəxs1 ilə münasibətlərini xarakterizə edən araşdırılmış sübutlar əsasında tədqiq olunduqda öz təsdiqini tapmadı. Çünki o, Zərərçəkmiş şəxs1 ilə intim münasibətlərindən hamilə olduğunu göstərsə də bunu təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. O, bu hamiləliyini xəstəxanada pozulmasını iddia etdi, lakin bunu təsdiq edən sübutu təqdim etmədi. O, özünə məxsus minik maşınını Zərərçəkmiş şəxs1 sürməyə verdiyini göstərsə də bunu təsdiq edən etibarnaməni təqdim etmədi. O, Zərərçəkmiş şəxs1 onun maşınını sürüb nasaz hala saldığını iddia etsə də maşında nasazlığın nədən ibarət olmasını, hansı təmirə ehtiyacı olmasını, bu təmirə nə qədər pul lazım olması, bunu kim tərəfindən müəyyən edilməsini göstərmədi və bunu təsdiq edən sübutları da təqdim etmədi. Məhkəmə, təqsirləndirilən şəxsin öz təqsirsizliyini sübuta yetirməyə borcu olmadığını nəzərə alır, lakin onun özünün maraqlarına uyğun irəli sürdüyü dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını da nəzərə alır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrinin işin faktiki hallarına uyğun gəlməyən hissələrin onun özünün müdafiəsinə uyğunlaşdırılmış, obyektiv əsası olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmə, buna görə də hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə öz təşəbbüsü ilə nikahdan kənar intim münasibətlərdə olmuşdur. O, belə münasibətlərin cəmiyyətdə və cəmiyyətin tərkib hissəsi olan ailədə, kollektivlərdə müsbət qəbul edilmədiyindən, şəxs barəsində mənfi rəy yaratdığından istifadə edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bu rüsvayedici məlumatları yayacağı ilə hədələyib ondan pul tələb etmişdir. Məhkəmə, gəldiyi bu qənaətlə bərabər Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs ilə intim əlaqədə olmaması, onunla Nəsimi rayon ”28 MALL” ticarət mərkəzinin qarşısında görüb görüşdüyünü göstərdiyi halları həqiqətə uyğun olmayan, Zərərçəkmiş şəxs1 güman etdiyi məzəmətlərdən özünü qorumaq cəhdi kimi qiymətləndirir. Çünki məhkəmədə onun Təqsirləndirilən şəxs qarşısında hər hansı öhdəliyi olması müəyyən olmadı. Məhkəmə, göstərilənlərlə bərabər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasındakı mövcud olmuş münasibətləri nəzərə alıb Təqsirləndirilən şəxs İsmil qızının sonuncudan pul almağa haqlı olmadığı qənaətinə gəlir. Çünki onların münasibətləri qarşılıqlı olmuş və münasibətlərin güman edilən nəticələrini onlar bilmişlər və bir-birinin üzərinə hər hansı şərt və ya öhdəlik qoymadan belə nəticələrin baş verməsinə könüllü yol vermişlər. Qabaqcadan güman edilən və tərəflərin susmaqla razılıq verdikləri şəxsi münasibətlərinin nəticələrinə görə tərəfin könüllü iştirakı istisna olmaqla məhkəmədən kənar könülsüz tərəfi bu və ya digər işi gördürmək və ya məbləği ödəməyə yönəltmək digər tərəfin məcburi davranışının nəticəsi kimi çıxış edir. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ödəmələri ona edilən hədə təhdidi altında məcburi olmuşdur. Çünki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onula intim münasibətlərinin olması barəsində sonuncunun ailəsində və iş yerində yayacağını bildirmiş. Adət qaydalarına görə nigah münasibətlərində olmayan şəxslərin bir-biriləri ilə intim görüşləri ailədə, cəmiyyətdə və onun tərkib hissəsi olan kollektivlərdə rüsvayçılıq kimi qəbul edilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onun barəsində rüsvayedici məlumatları yayacağını bildirərək onu hədələyib onun ittihamda göstərilən məbləğdə əmlakını ələ keçirmiş və digər hisəsini isə həmin qaydada tələb etmişdir. Məhkəmənin gəldiyi qənaət Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hər dəfə pul alıb gələcəkdə ondan tələb və şikayətlərinin olmayacağı barəsində verdiyi qəbzlər baxmından, o cümlədən də, işin faktiki halları baxımından əsaslıdır. Çünki məhkəmə baxışında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsın tələb etdiyi pulu verməyə imkanı olmaması səbəbindən ona telefon alması, bundan sonra ona anası üçün də telefon aldırması, anasının adından onu hədələməsi, başqa şəxsin vasitəsi ilə onu xəbərdar etməsi, zərərçəkmiş şəxsin onun mobil nömrəsini bağlatması, dəfələrlə sonuncuya müraciət edib onu narahat etməyəcəyi barəsində ondan qəbzlər almışdır. Ümumi anlamda hədiyyə verən şəxsin hədiyyə qəbul edəndən gələcəkdə onu narahat etməyəcəyi barəsində qəbzlər, mesaj alması ağlabatın deyildir. Buna görə də məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə öz təşəbbüsü ilə nikahdan kənar intim münasibətlərdə olub belə münasibətlərin cəmiyyətdə və cəmiyyətin tərkib hissəsi onunla ailədə şəxs barsində mənfi rəy yaratdığından istifadə edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bu rüsvayedici məlumatları yayacağı ilə hədələyib ondan pul tələb etmişdir. Beləliklə,məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnün Zərərçəkmiş şəxs1 qarşı ona elan edilmiş ittiham həcmində, ittihamda göstərilən dövrdə hədə qorxu gəlməklə ittihamda göstərilən məbləği ələ keçirdiyinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, hədə qorxu ilə tələb etmə cinayətlərində cinayətin təqsirkarın etdiyi hədənin zərərçəkmiş şəxsə çatdığı anda başa çatdığını nəzərə alır və istintaq orqanının Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə düzgün tövsif etdiyi qənaətinə gəlir. Məhkəmədə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hədə qorxu gəlməklə ondan 4000 (dörd min) manat tələb edib onun 2000 (iki min) manat pulunu ələ keçirməsi barəsində ittihamının əsasını zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadələri olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hədə qorxu gəlib ondan pul tələb etməsini inkar etdi. Məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın bu hissəsinin əsasını təşkil edən Zərərçəkmiş şəxs2 ifadələrini müzakirə edildikdə onun da ifadələrində də Təqsirləndirilən şəxs ona hədə qorxu gəlməsini təsdiq edən halın olması müəyyən olunmadı. Zərərçəkmiş şəxs2 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədəki ifadələrində 2016-cı ilin axırlarında Mayanın barəsində apardığı cinayət işinin ibtidai istintaqı ilə bağlı Mayadan 4000 manat pul alması barədə Təqsirləndirilən şəxs onun haqqında Bakı şəhər BPİ-nə müraciət etdiyini bildiyini, həmin müraciətlə bağlı onun əvvəlcə Bakı BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Ceyhun adlı əməkdaşa izahat verdiyini, izahatında Mayanın ona böhtan atdığını, Mayadan pul almadığını, Mayanın bu üsulla hədə-qorxu gəlməklə pul almaq istədiyini göstərdiyini, lakin buna baxmayaraq Mayanın müraciəti BPİ-nin X14 verildiyini, vəziyyətin bir az ciddiləşdiyini, BPİ-nin X8 Seymur adlı əməkdaşı tərəfindən onun həmin şöbəyə çağırıldığını, həmin əməkdaşa Mayanın onu şərləməsi barədə izahat verdiyini, lakin Seymur adlı əməkdaşın ona Maya ilə razılaşmağı, əks təqdirdə toplanmış materialın onun DİO-dan xaric edilməsi məsələsinə baxılması üçün DİN-nə göndərəcəyini bildirdiyini, bundan sonra Maya ilə razılaşmaq məcburiyyətində qaldığını, Təqsirləndirilən şəxs pul verməyəcəyi təqdirdə sonuncunun əl çəkməyəcəyini, daha da yuxarı orqanlara müraciət edəcəyini bilib Maya ilə razılaşmaq məcburiyyətində qalıb bundan sonra Təqsirləndirilən şəxs axtarpıb bir təhər tapıb onunla 17 yanvar 2017-ci il tarixdə saat 15:00 radələrində iş yerində, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-də xidməti otağında görüşüb, xidməti otağında Mayaya barəsində Bakı şəhər BPİ-nə etdiyi şikayəti geri götürməsi müqabilində 2000 manat pul təklif edib Mayanı bir təhər razılığa gətirib, Mayanın 2000 manat pulu alıb getdiyini, Mayadan həmin gün Bakı şəhər BPİ-nə şikayətini təkzib edən teleqram yazmağı xahiş etdiyini, Təqsirləndirilən şəxs ona pul vermədiyini, əsəbi olaraq belə bir ərizə yazdığını, şikayətçi olmaması barədə teleqramla Bakı şəhər BPİ-nə müraciət etdyini göstərmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadələrində Təqsirləndirilən şəxs ona hədə qorxu gəlib pul tələb etməsini deyil, Təqsirləndirilən şəxs ondan Bakı şəhər Baş Polis İdarəsinə şikayət etdiyi üçün Təqsirləndirilən şəxs axtarıb bir təhər tapıb şikayətini geri götürmək üçün ona 2000 (iki min) manat pul verdiyini göstərmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hədə-qorxu gəlməklə ondan pul tələb etməsi göstərilməmiş, əksinə, Təqsirləndirilən şəxs verdiyini iddia etdiyi 2000 (iki min) manat pulu sonuncunun tələbi ilə deyil, Azərbaycan Respublikası DİN-nin əməkdaşının təklifi ilə verdİyini göstərmişdir. Məhkəmə, ərizə və şikayətlərə baxılması haqqında qanunvericiliklə müəyyən edilmiş qaydaların təfərrüatına toxunmadan qeyd edir ki, vətəndaşın vəzifəli şəxsin güman etdiyi qanunsuz hərəkətlərindən şikayət etmək hüquqi vardır. Həmin şikayət qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılıb nəticələri barəsində ərizəçiyə məlumat verilməlidir. Ərizəçi onun şikayətinə vəzifəli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada baxıldığını ehtiva edir və nəticəni gözləyir. Ərizəyə baxılması zamanı şikayətin predmeti ilə əlaqəli ərizəçinin hərəkətlərində qanun pozuntusunun olub-olmamasının müəyyən edilməsi qanunla şikayətinin dəlillərindən asılı olmayaraq şikayətdə göstərilən halların araşdırılmasını həyata keçirən vəzifəli şəxsin üzərinə qoyulmuşdur. Məhkəmənin qənaətinə görə həmin hallarla əlaqədar olaraq Təqsirləndirilən şəxs İsmayıl qızının Xətai rayon polis idarəsinin müstəntiqi Zərərçəkmiş şəxs2 hərəkətlərindən sonuncunun tabeçiliyində olduğu Bakı şəhər Baş polis İdarəsinə şikayət etməsi hədə qorxu kimi qiymətləndirilə bilməzdi. Çünki Azərbaycan Respublikasının Əsas qanunu və həmin qanun əsasında qəbul edilmiş digər qanunlarda vətəndaşlara vəzifəli şəxslərin hərəkətlərindən yuxarı vəzifəli şəxslərə şikayət etmək hüququ verilmişdir. Vəzifəli şəxslərin də ərizə və şikayətlərə qanunla müəyyən edilmiş qaydada və vaxtda baxıb qiymət vermək səlahiyyəti verilmişdir. Bunun hədə qorxu kimi qəbul edilməsi və ya əksinin mümkün olmasının ehtiva edilməsi demokratik cəmiyyətdə hüquqların xəyali olmasına və hüquqi nihilizmə səbəb olardı. Hazırki halda Təqsirləndirilən şəxs şikayəti əsasında qanunun tələblərinə uyğun bilə-bilə xəbərçilik etməyə görə xəbərdar edilib şikayəti yoxlanılmalı olmuşdur. Hərəkətlərindən şikayət edilən Zərərçəkmiş şəxs2 isə öz təşəbbüsü ilə ərizəçi Təqsirləndirilən şəxs tapıb, ona 2000 (iki min) manat pul verib ondan şikayətini geri götürməyi xahiş edib onu razı salaraq buna nail olmuşdur. Məhkəmənin bu qənaəti məhkəmədə elan edilib araşdırmış cinayət işinin materiallarına əlavə olunmuş 17 yanvar 2017-ci il tarixli Bakı şəhər Baş polis İdarəsisnin rəsinin adına Təqsirləndirilən şəxs İsmayıl qızının adından göndərilmiş və 19 yanvar 2017ci ildə Bakı Baş Polis İdarəsinin katibliyinə daxil olmuş Xətai rayon polis idarəisnin müstəntiqi Zərərçəkmiş şəxs2 əsəbləşərək şikayət etdiyini, ondan heç bir pul almaması, ondan şikayətçi olmaması, bunu nəzərə almağı xahiş etməsi, həmin tarixdə Bakı şəhər Baş polis İdarəsinin rəisinin adına Təqsirləndirilən şəxs İsmayıl qızının adından göndərilmiş 20 yanvar 2017-ci il tarixdə Bakı Baş Polis İdarəsinin katibliyinə daxil olmuş ərizəsi ilə onun Xətai rayon polis idarəsinin müstəntiqi Zərərçəkmiş şəxs2 ondan pul alması ilə əlaqədar şikayət etdiyini, həmin şikayətin inspeksiya idarəsində Seymur müəllim tərəfindən araşdırıldığını, müstəntiqin ondan heç bir pul almadığını, onun cinayət işini məhkəməyə göndərdiyinə görə ondan şikayət etdiyini, hal-hazırda Zərərçəkmiş şəxs2 qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını və gələcəkdə də olmayacağını bildirib ərizəsini nəzərə almasını xahiş etməsi, həmin tarixdə Bakı şəhər Baş polis İdarəsinin rəisinin adına Təqsirləndirilən şəxs İsmayıl qızının adından göndərilmiş 23 yavnvar 2017-ci il ildə Bakı Baş Polis İdarəsinin katibliyinə daxil olmuş ərizəsi ilə rayon polis idarəsinin müstəntiqi Zərərçəkmiş şəxs2 ondan pul alması ilə əlaqədar şikayət etdiyini, həmin şikayətin inspeksiya idarəsində Seymur müəllim tərəfindən araşdırıldığını, müstəntiqin ondan heç bir pul almadığı, onun cinayət işin məhkəməyə göndərdiyinə görə ondan şikayət etdiyini, halhazırda Zərərçəkmiş şəxs2 qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını və gələcəkdə də olmayacağını bildirib ərizəsini nəzərə almasını xahiş etməsi baxımından da əsəaslı sayır. Məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında Zərərçəkmiş şəxs2 barəsində 2016-cı ilin axırlarında Təqsirləndirilən şəxs onun haqqında Bakı şəhər BPİ-nə müraciət etdiyi dövrdə sonuncu tərəfindən onun hələ qorxuya məruz qalmasının sübutu yetirilmədyi qənəaətinə gəlir. Məhkəmə, cinayət işi üzrə sübutetmə predmetinə aid olan hallar istisna olunmaqla proesessul qanunvericilikdə vətəndaşların qanunu bilməsinin sübutsuz qəbul edildiyini nəzərə alır və bu səbəbdən də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan edilmiş şikayətini özünə qarşı hədə-qorxu, şər-böhtan və ya rüsvayedici məlumatlar kimi qəbul etməsinin işin mahiyyətini dəyişdirmədiyi qənaətinə gəlir. Çünki vəzifəli şəxsin ondan edilən şikayətin hədə qorxu kimi qəbul edilməsinə qanunla yol verilmir. Məhkəmə, bu səbəbdən də, Təqsirləndirilən şəxs İsmayıl qızına elan edilmiş ittihamdan Zərərçəkmiş şəxs2 hədə qorxu gələrək ondan 4000 (dörd min) manat pul tələb edib 2000 (iki min) manat alması barəsindəki hissəsinin sübuta yetirilmədiyi qənaətinə gəlib həmin hissənin ittihamdan xaric edilməsini və Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində göstərilən əsalarla xitam edilməsini əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda onun Zərərçəkmiş şəxs3 hədə qorxu gəlməklə onun 1500 (min beş) yüz manat pulunun ələ keçirməsinə dair hissəsi müzakirə olunarkən bu ittihamın əsasını Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadələr təşkil etdiyi müəyyən olundu. O, ifadələrində göstərdi ki, 2014-cü il tarixdən DİOda xidmət etmişdir. Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin sonundan tanıyır… 31 oktyabr 2019-cu il tarixdə o, Mayaya zəng edib onunla görüşmək istədiyini deyib həmin gün axşam saatlarında Maya ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Joyy» otelinin qarşısında görüşmüş və oteldə bir otaq kirayəyə götürüb Maya ilə həmin otağda cinsi əlaqədə olmuşdur. 01 noyabr 2019-cu il tarixə keçən gecə saat 03:00 radələrində Maya ilə birlikdə oteli tərk etmiş və sonuncunu evinə yola salmışdır. Həmin gecə saat 04:00 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 ona zəng edərək Maya adlı qadının 24-cü PŞ-ə gəldiyini və ondan şikayət etmək istədiyini bildirib onu 24-cü PŞ-ə dəvət etmişdir. O da dərhal 24-cü polis şöbəsinə gəlmişdir. Orada Maya ona 1000 manat pul verməyəcəyi təqdirdə 24-cü PŞ-ə şikayət edəcəyini, ərizəsində guya oteldə onun pul kisəsindən 1000 manat pulu oğurladığını yazacağını və onu DİO-dan xaric etdirəcəyini demişdir. Reallıqda belə bir şey olmasa da biabır olacağından və işini itirməkdən qorxmuşdur. O, Mayanın ondan yazmaq istədiklərini rüsvayedici və işgüzar nüfuzuna xələl gətirə biləcək məlumatlar kimi qəbul etmişdir. Mayaya bir gün gözləməyi və 1000 manat pulu verəcəyini desə də, Maya razılaşmamış və pulu dərhal çatdırmağı demişdir. Məcbur olub bir dostundan borca 800 manat pul götürmüş və cibində olan 50 manat pulu 800 manatın üstünə qoyub həmin pulları 24-cü PŞ-nin qarşısında Mayaya vermiş və qalan 150 manat pulu tez bir zamanda çatdıracağını demişdir. Maya razılaşmış və 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 şikayətinin olmadığını bildirmişdir. 07 noyabr 2019-cu il tarixdə günorta saatlarında Maya «WhatsApp» mesenceri vasitəsilə ona mesaj yazaraq 150 manat pulu həmin gün saat 19:00-a qədər çatdırmayacağı təqdirdə Bakı şəhər Baş Polis İdarəsinə şikayət edəcəyini demişdir. Məcburiyyət qarşısında qalıb həmin gün saat 20 radələrində 34-cü PŞ-nin qarşısında Maya ilə görüşüb ona 150 manat pul vermiş və Mayadan sübut kimi ona səsli mesaj ataraq 1000 manat pulu ona verməyini deməsini xahiş etmişdir. Maya etiraz etməmiş və dediyi məzmunda «WhatsApp» mesenceri vasitəsilə səsli mesaj atmışdır. Lakin təxminən bir həftə sonra məlum olmuşdur ki, Maya ondan və 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib. Mayanın şikayəti əsasında xidməti yoxlama başlanmışdır. Qorxmuşdur ki, məsələ dərinləşəcək və tutduğu vəzifədən azad oluna və ya DİO-dan xaric oluna bilər. Baxmayaraq ki, Maya onu şərləmişdir. Bakı şəhər Baş Polis İdarəsində ona Mayanı razı salmağı məsləhət görmüşlər və Mayanın şikayətçi olmamasının zəruri olduğunu, əks halda vəzifəsini itirə biləcəyini demişlər. Bundan sonra təxminən 2019-cu ilin dekabr ayının ortalarında Maya ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən X20rşısında görüşərək sonuncuya 500 manat pul vermiş və şikayətinin olmaması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində ərizə yazmağı xahiş etmişdir. Maya şikayətinin olmaması ilə bağlı ərizə yazacağını demişdir. Maya hədə-qorxu gəlməklə ümumilikdə 1500 manat pulunu alıb ələ keçirmişdir. Xidməti yoxlamanın nəticəsində isə ona intizam tənbehi kimi töhmət verilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 bu ifadəsi müzakirə olunduqda onun ifadələrində Təqsirləndirilən şəxs ona hədə qorxu gəlməsi yox, Zərərçəkmiş şəxs3 ondan oğurluq etməsi barsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hədə qorxu gəlməsi deyil, Zərərçəkmiş şəxs3 pulunu oğurlaması barəsində 01 noyabr 2019-cu il tarixdə gecə saat 04:00 radələrində Xətai RPİ-nin 24-cü bölməsinin baş təhqiqatçısı polis mayoru Şahid3 şifahi qaydada şikayət etməsi göstərilmişdir. Şahid3 bu şikayət əsasında şikayəti qanunla müəyyən olunmuş qaydada qeydiyyata almadan, şikayət edilən anda gecə vaxtında Zərərçəkmiş şəxs3 bölməyə çağırıb onu ərizəçi Təqsirləndirilən şəxs ilə görüşdürmüşdür. Sonuncu da Təqsirləndirilən şəxs ondan oğurlandığı iddia etdiyi 1000 (min) manatın 850 (səkkiz yüz əllli) manatını həmin vaxtda 24-cü PŞ-nin qarşısında Mayaya vermiş və iddia olunan pulun qalan 150 manat pulu tez bir zamanda çatdıracağını vəd edib Mayaya ondan şikayət etməməyə razı salmışdır. Maya onunla razılaşmış və 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 şikayətinin olmadığını bildirmişdir. 07 noyabr 2019-cu il tarixdə günorta saatlarında Maya «WhatsApp» mesenceri vasitəsilə Zərərçəkmiş şəxs3 mesaj yazaraq onun 150 manat pulunu həmin gün saat 19:00-a qədər çatdırmayacağı təqdirdə Bakı şəhər Baş Polis İdarəsinə şikayət edəcəyini demişdir. Zərərçəkmiş şəxs3 da həmin gün saat 20 radələrində 34-cü PŞ-nin qarşısında Maya ilə görüşüb ona 150 manat pul vermiş və Mayadan sübut kimi ona səsli mesaj ataraq 1000 manat pulu ona verməyini deməsini xahiş etmişdir. Maya etiraz etməmiş və Zərərçəkmiş şəxs3 dediyi məzmunda «WhatsApp» proqramı ilə Şamilə mesaj göndərmişdir. Bundan bir həftə sonra Zərərçəkmiş şəxs3 Maya ondan və 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 Bakı şəhər Baş Polis İdarəsinə şikayət etdiyini və Mayanın şikayəti əsasında xidməti yoxlama başlandığını görüb məsələ dərinləşəcəyindən, tutduğu vəzifədən azad və ya DİO-dan xaric oluna biləcəyindən qorxmuş, Bakı şəhər Baş Polis İdarəsində ona Mayanı razı salmağı məsləhət görüb Mayanın şikayətçi olmamasının zəruri olduğunu, əks halda vəzifəsini itirə biləcəyini demişlər. O da 2019-cu ilin dekabr ayının təxminən ortalarında Maya ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən X20rşısında görüşərək sonuncuya 500 manat pul vermiş və şikayətinin olmaması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində ərizə yazmağı xahiş etmişdir. Maya şikayətinin olmaması ilə bağlı ərizə yazacağı demişdir. Maya hədə-qorxu gəlməklə ümumilikdə 1500 manat pulunu alıb ələ keçirmişdir. Məhkəmədə araşdırılan bu ifadədən də görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 iddia etdiyi oğurluq hərəkətlərindən əvvəlcə Xətai RPİ-nin 24-cü bölməsinə, sonra isə Bakı şəhərə Baş Polis İdarsinə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs3 hədələməmiş, əksinə onun hərəkətləri barəsində polisə müraciət edəcəyi barəsində onu xəbərdar etmişdir. Onun bu hərəkəti hədə qorxu deyil vətəndaşın vəzifəli və ya başqa şəxsin hərəkətlərindən şikayət etmək hüququndan istifadə etməsi olmuşdur. Qanun vətəndaşa vəzifəli şəxsin hərəkətlərindən şikayət etmək hüququnu nəzərdə tutmuşdur. Vətəndaşın şikayətinin əsaslı və ya əsasız olması şikayətin icraata daxil olmuş vəzifəli şəxs tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunur. Şikayətdə ərizəçi əsassız və başqa şəxs barəsində bilə-bilə yalan məlumat verirsə o, bu barədə şikayət-məlumat verməmişdən qabaq xəbərdar edilir və bundan sonra ərizədə göstərilən hallar araşdırılır. Məhkəmədə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 iddia etdiyi oğurluq hərəkətələrindən Xətai RPİ-nin 24-cü bölməsinə şikayət etdikdə qanunun bu tələblərinə əməl olunmaması müəyyən olundu. Çünki bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Zərərçəkmiş şəxs3 ifadələrini həmin hallarla bağlı hissəsi cinayət işinin materiallarına əlavə olunmuş digər materiallarla müqayisəli tədqiq olunduqda onun istintaqda və məhkəmədə verdiyi ifadələrinin Təqsirləndirilən şəxs onun barəsində Bakı şəhər BPİ-nə etdiyi şikayətlə əlaqədar verdiyi izahatında göstərdiyi hallarla kəskin ziddiyyətli olduğu müəyyən olundu. Çünki o, həmin araşdırmalar zamanı izahatında Təqsirləndirilən şəxs bir ilə yaxındır ki tanıdığını, onunla arasında heç bir münasibətinin olmadığını, bir müddət əvvəl həmin şəxsdən pula ehtiyacı olduğu üçün 1000 (min) manat borc almasını, 01 noyabr 2019-cu il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək borcu qaytarmağı tələb etdiyini, əks təqdirdə ondan şikayətçi olacağını bildirməsini, Təqsirləndirilən şəxs borcu bir neçə gündə qaytaracağını bildirməsini, təxminən bir neçə saat sonra 24-cü PŞ-dən Ramil adlı təhqiqatçının ona zəng edərək Maya adlı qadının ondan şikayət etmək istədiyini bildirməsini, dərhal polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs 500 (beş yüz) manat verməsini, bir həftə sonra borcun qalan hissəsini qaytarmasını, hazırda həmin şəxsə borcunun qalmamasını, Təqsirləndirilən şəxs onun barəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını, həmin şəxslə oteldə görüşmədiyini və onun pul kisəsindən pul oğlurlamadığını göstərmişdir. Məhkəmədə isə o, həmin hallarlarla bağlı fərqi ifadələr verib göstərmişdir: « … 31 oktyabr 2019-cu il tarixdə o, Mayaya zəng edib görüşmək istədiyini deyib həmin gün axşam saatlarında Maya ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Joyy» otelinin qarşısında görüşmüş və oteldə bir otaq kirayəyə götürüb Maya ilə həmin otağda cinsi əlaqədə olmuşdur. 01 noyabr 2019-cu il tarixə keçən gecə saat 03:00 radələrində Maya ilə birlikdə oteli tərk etmiş və sonuncunu evinə yola salmışdır. Həmin gecə saat 04:00 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 zəng edərək Maya adlı qadının 24-cü PŞ-ə gəldiyini və ondan şikayət etmək istədiyini bildirib onu 24-cü PŞ-ə dəvət etmişdir. O da dərhal 24-cü polis şöbəsinə gəlmişdir. Orada Maya ona 1000 manat pul verməyəcəyi təqdirdə 24-cü PŞ-ə şikayət edəcəyini, ərizəsində guya oteldə onun pul kisəsindən 1000 manat pulu oğurladığını yazacağını və onu DİO-dan xaric etdirəcəyini demişdir… Mayaya bir gün gözləməyi və 1000 manat pulu verəcəyini desə də, Maya razılaşmamış və pulu dərhal çatdırmağı demişdir. Məcbur olub bir dostundan borca 800 manat pul götürmüş və cibində olan 50 manat pulu 800 manatın üstünə qoyub həmin pulları 24-cü PŞ-nin qarşısında Mayaya vermiş və qalan 150 manat pulu tez bir zamanda çatdıracağını demişdir. Maya razılaşmış və 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 şikayətinin olmadığını bildirmişdir. 07 noyabr 2019-cu il tarixdə günorta saatlarında Maya «WhatsApp» mesenceri vasitəsilə ona mesaj yazaraq 150 manat pulu həmin gün saat 19:00-a qədər çatdırmayacağı təqdirdə Bakı şəhər Baş Polis İdarəsinə şikayət edəcəyini demişdir. Məcburiyyət qarşısında qalıb həmin gün saat 20 radələrində 34-cü PŞ-nin qarşısında Maya ilə görüşüb ona 150 manat pul vermiş və Mayadan sübut kimi ona səsli mesaj ataraq 1000 manat pulu ona verməyini deməsini xahiş etmişdir. Maya etiraz etməmiş və dediyi məzmunda «WhatsApp» mesenceri vasitəsilə səsli mesaj atmışdır…» Məhkəmədə elan olunub araşdırılmış 8 yanvar 2020 ci il tarixdə tərtib edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 etdiyi şikayət əsasında Bakı şəhər BPİ-nin araşdırmanın nəticələrini əks etdirən rəydə Nizami RPİ-nin PŞ-nin baş təhqiqatçısı polis mayoru Şahid3 izahatında 31 oktyabr 2019-cu il tarixdə əməliyyat qrupunda xidmətdə olmasını, 01 noyabr 2019-cu il tarixdə saat 04:00 radələrində Təqsirləndirilən şəxs 24-cü PŞ-nə yaxınlaşaraq tanışı Şamil adlı polis əməkdaşının 1000 manat borcunun qaytarmamasını bildirməsini, xidməti otağında həmin şəxsi dinlədikdən sonra barəsində şikayət olunan Şamil adlı şəxsin PŞ-nə dəvət etməsini, bir müdət sonra Şamil adlı şəxsin PŞ-nə gələrək polis əməkdaşı olduğunu bildirməsini, hər iki şəxsin PŞ-nin dəhlizində bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq şikayətinin olmamasını, Şamilin ona borcunun qaytarmasını bildirərək ərizə yazmaqdan imtina etməsini, hər iki şəxsin PŞ-nin tərk etdiklərini, Təqsirləndirilən şəxs pul almadığını, həmçinin Şamilin onun yanında Mayaya pul vermədiyini, Təqsirləndirilən şəxs bu barədə göstərdiklərinin böhtan xarakterli olmasını, Təqsirləndirilən şəxs şikayətinin olmamasını, eyni zamanda 01 noyabr 2019-cu il tarixdə tarixdən məzuniyyətə buraxıldığı üçün rəhbərliyə məruzə etmədiyini göstərmişdir. Məhkəmədə, yoxlama zamanı Zərərçəkmiş şəxs3 izahatının doğruluğu qənaətinə gəlinib yoxlamanın nəticələri barəsində 08 yanvar 2020-ci il tarixli rəy tərtib olunub Bakı şəhər BRİ-nin rəisi tərəfiəndən təsdiq edilməsi, rəyə əsasən Zərərçəkmiş şəxs3 DİN-nin 2005-130 nömrəli əmrinin tələblərini pozaraq Təqsirləndirilən şəxs olan borcunu vaxtında qaytarmadığı üçün barəsində haqlı şikayətə zəmin yaratdığına görə ona töhmət elan edilməsi göstərilmişdir. Məhkəmədə, həmin araşdırmalardan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə görüşməsi və Təqsirləndirilən şəxsn Zərərçəkmiş şəxs3 özündən və ya başqa şəxs vasitəsi ilə ondan pul alması müəyyən olunmadı. Bu araşdırmadan qabaq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 pul alması, lakin sonuncunun bunu izahatında bəyan etməməsi ağlabatan deyildir. Bu səbəbdən də məhkəmə, Zərərçəkmiş şəxs3 ifadələrində Təqsirləndirilən şəxs ondan 1000 (min) manat deyil, 1500 (min beş yüz) manat götürməsi barəsindəki hissəsinin onun vicdanlı yanılmasının nəticəsi olan həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Əks halda o, onun barəsində aparılan araşdırmalar zamanı Təqsirləndirilən şəxs 1000 (min) manat deyil, 1500 (min beş yüz) manat verdiyini göstərərdi. O, isə bunu etməyib, Təqsirləndirilən şəxs 1000 (min) manat borcunun olduğunu və həmin məbləği də qaytardığını göstərmişdir. Təqsirləndirilən şəxs şikayətini yoxlayan orqan da bununla razılaşmışdır. Məhkəmə də həmin halı nəzərə alır və belə halda Təqsirləndirilən şəxs elan edilmiş ittihamın zərərçəkmiş şəxsin ifadələri əsasında verildiyini, yuxarıda göstərilən hallar əsasında həmin Zərərçəkmiş şəxs3 özünün ifadələri ilə təkzib olunduğu qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Zərərçəkmiş şəxs3 hədə qorxu ilə onun 1500 (min beş yüz) manat pulu ələ keçirməsi hissəsinin Təqsirləndirilən şəxs münasibətdə cinayət hadisəsi olmadığı əsasları ilə, yəni Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci hissəsində göstərilən əsaslarla xitam verilməsini və ittihamdan xaric edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda onun Zərərçəkmiş şəxs4 hədə qorxu gəlməklə onun 1000 (min) manat pulunun ələ keçirməsi müzakirə olunarkən bu ittihamın əsasının Zərərçəkmiş şəxs4 ifadələri təşkil etdiyi müəyyən olundu. O, həmin ifadələrində göstərmişdir: “... O da əməliyyat qrupunun digər üzvləri ilə birlikdə bölməyə qayıtmışlar. Təxminən bir həftə sonra o, bölmədə olan zaman Bakı şəhər BPİ-nin X8 əməkdaşı bölməyə gəlib Mayanın ondan DİN 102 zəng mərkəzi xidmətinə şikayət edərək guya rəfiqəsi Sevdanın şikayəti ilə bağlı onu 35-ci PB-yə dəvət etdiyini, bölmədə üzərinə baxış keçirtdiyini və barəsində cinayət işi başlanılmaması adı ilə üzərində olan 2000 manat pulu götürdüyünü bildirmişdir. Həmin əməkdaşa o, Mayanın yalan danışdığını və Maya tərəfindən şərləndiyini bildirsə də, X8 əməkdaşı Mayanın müraciəti əsasında araşdırmanın aparılacağını və intizam məsuliyyətinə cəlb olunması ilə bağlı DİN-in rəhbərliyi qarşısında məsələnin qaldırılacağını bildirdi. Təxminən iki gün sonra işdə olan zaman bölmə rəisi Cavid Usubov onu otağına çağırmışdır. Maya da həmin vaxt bölmə rəisinin yanında olmuşdur. Cavid Usubov məsələnin ciddi olduğunu, Mayanın pulunu qaytarmayacağı təqdirdə isə DİO-da qalmaq məsələsinə baxılacağını və Maya ilə bağlı məsələni yoluna qoymaq lazım olduğunu bildirmişdir. Bundan sonra o, Mayanı iş otağına dəvət etmiş və sonuncudan nə üçün ona şərt atdığını soruşmuş, Maya isə ona 1000 manat verməyəcəyi təqdirdə şikayətinin üstündə duracağını və onu DİO-dan xaric etdirəcəyini bildirmişdir. 35-ci PB-yə təhqiqatçı təyin olunmamışdan öncə Suraxanı RPİ-nin İstintaq şöbəsində müstəntiq vəzifəsində işləmiş, işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdir. Aldığı intizam tənbehindən az müddət keçdiyi üçün Mayanın əsassız şikayəti əsasında özünün DİO-dan xaric oluna biləcəyindən qorxmuşdur. Mayanın barəsində göstərdiklərini özü üçün rüsvayedici məlumat kimi qəbul etmişdir. Maya ilə razılaşmaq məcburiyyətində qalmış, əks halda həmkarları və dost-tanışlarının arasında biabır olacaqdı, həm də ki, işgüzar nüfuzuna xələl gələcəyini fikirləşmişdir. O, Mayaya növbəti gün onun iş yerinə gəlib 1000 manat pulu aparmağı demişdir. 19 fevral 2016-cı il tarixdə saat 17:00 radələrində Maya ünvan 6 ünvanda yerləşən 35-ci PB-yə xidməti otağına gəlmiş və orada o, Mayaya 1000 manat pul vermişdir. Maya 1000 manat pulu götürəndən sonra şikayətçi olmayacağını bildirdi, lakin Maya Bakı şəhər Baş Polis İdarəsinə gedib şikayətçi olmaması ilə bağlı ərizə yazmamış və X8 əməkdaşına telefonla şifahi olaraq şikayətçi olmadığını bildirmişdir. Bundan sonra Mayanın göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığı üçün onun barəsində intizam tənbehi görülməmişdir.” Məhkəmə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadələrində Bakı şəhər BPİ-nin X8 əməkdaşının onun işlədiyi bölməyə gəlib Mayanın ondan DİN 102 zəng mərkəzi xidmətinə şikayət edərək guya rəfiqəsi Sevdanın şikayəti ilə bağlı onu 35-ci PB-yə dəvət etdiyini, bölmədə üzərinə baxış keçirtdiyini və barəsində cinayət işi başlanılmaması adı ilə üzərində olan 2000 manat pulu götürdüyünü bildirdiyini, X8 əməkdaşı Mayanın müraciəti əsasında araşdırmanın aparılacağını və intizam məsuliyyətinə cəlb olunması ilə bağlı DİN-in rəhbərliyi qarşısında məsələnin qaldırılacağını bildirdiyini, təxminən iki gün sonra işdə olan zaman bölmə rəisi Cavid Usubov onu otağına çağırdığını, Mayanın da da həmin vaxt bölmə rəisinin yanında olduğunu, Cavid Usubovun ona məsələnin ciddi olduğunu, Mayanın pulunu qaytarmayacağı təqdirdə isə DİO-da qalmaq məsələsinə baxılacağını və Maya ilə bağlı məsələni yoluna qoymaq lazım olduğunu bildirdiyini, bundan sonra o, Mayanı iş otağına dəvət edib Mayanın israrlı olduğunu görüb, özünün 35-ci PB-yə təhqiqatçı təyin olunmamışdan öncə Suraxanı RPİ-nin İstintaq şöbəsində müstəntiq vəzifəsində işlədiyini, işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edildiyini, aldığı intizam tənbehindən az müddət keçdiyi üçün Mayanın əsassız şikayəti əsasında özünün DİO-dan xaric oluna biləcəyindən qorxub, Mayanın onun barəsində göstərdiklərini özü üçün rüsvayedici məlumat kimi qəbul edib Mayaya növbəti gün onun iş yerinə gəlib 1000 manat pulu aparmağı dediyini, 19 fevral 2016-cı il tarixdə saat 17:00 radələrində Maya ünvan 6 ünvanda yerləşən 35-ci PB-nin xidməti otağına gəldiyini, orada Mayaya 1000 manat pul verdiyini təsdiq edən halları onun bu ödəməni Təqsirləndirilən şəxs hədəsi ilə deyil qanuni təhdid əsasında ödəmə kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası DİN adına yazılmış rapotrdan görünür ki, 14 fevral tarixdə saat 15:12-də Sabunçi rayonu Bakıxanov qəsəbsi T.Musğtafayev küçəsi ev 18-də qeydiyyatlda olan Xətai rayonu Köhnə Günəşli qəsəbəsində evlərdən birində yaşayan X13 055 806-48-74 nömrəli telefonla “102” xidmətinə zəng edib birlikdə yaşadığı Sevda adlı rəfiqəsinə məxsus geyim əşyalarının və pulun oğlurlanması ilə əlaqədar olaraq 10 fevral 2016-cı ildə Xətai RPİ-nin 35-ci PB-nin Zərərçəkmiş şəxs4 adlı təhqiqatçısı tərəfindən PB-nə dəvət olunarıq üzərinə baxış keçirilməsi və barəsində cinayət işinin başlanılmaması adı ilə üzərində olan 2000 manat pulunun götürülməsi barəsində məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs İsmayıl qızının müraciətinə baxılmasının nəticələri haqqında tərtib edilmiş arayışdan görünür ki, 2016-cı ilin fevral ayında Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci polis bölməsinə gələrək şəxsiyyəti xidməti təhqiqatla müəyyən edilməyən Sevda adlı rəfiqəsinin ona pul borcu olduğu haqqında bölmənin təhqiqatçısı Zərərçəkmiş şəxs4 şifahi müraciət etmişdir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pulunun qaytarılması haqqında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Xidməti yoxlama zamanı dəfələrlə o, telefon əlaqəsi yaradılaraq Bakı şəhər BPİ-nə dəvət olunsa da vətəndaş Təqsirləndirilən şəxs DİN 102-xidmətinə düzgün məlumat vermədiyini, polis əməkdaşları barəsində şikayət və tələbinin olmadığını bildirərək gəlməkdən yayınmış, DİN-nin Baş pasport, qeydiyyat və yaşayış yeri barədə hər hansı məlumat aşkar edilmədiyndən şəxsiyyətini dəqiqdəşdirsək və izahatını almaq mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış polis kapitanı Zərərçəkmiş şəxs4 izahatında vətəndaş Təqsirləndirilən şəxs 10 fevral 2016-ci il tarixldə Pİ-nə onun yanına gələrkən Sevda adlı rəfiqəsinin ona pul borclu olmasını barədə şifahi müraciət etdiyini, Təqsirləndirilən şəxsvnın müraciətinin mülki xarakterli olmasını izah edərək aidiyyəti məhkəməyə ərizə yazması izah edildikdən sonra sonuncunun əsəbləşərək bölməni tərk etdiyini göstərmiş, icraatında Sevda adlı şəxsin müraciətinin olmadığını bildirmişdir. Araşdırma zamanı Xətai RPİ-nin 35-ci PB-nin müvafiq qeydiyyat kitabında Təqsirləndirilən şəxs, həmçinin Sevda adlı şəxsin həmin ilin fevral ayında PB-nə müraciətlərinin olmaması müəyyən edilib arayışlar alınmışdır. Aparılmış xidməti araşdırma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 pul tələb etməsi haqqında məlumat yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 15 mart 2016-cı il tarixli qeydiyyata alınmış Xətai rayon RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Zərərçəkmiş şəxs4 adından Xətai rayon RPİ-nin 35-ci bölməsinin adına yazılmış raportun məzmunundan görünür ki, 14 fevral 2016-cı il tarixdə DİN-nin 102 xidmətindən Bakıxanov qəsəbəsi T.Mustafayev küçəsi,18-də yaşayan Təqsirləndirilən şəxs İsmayıl qızının yaşadığı Narkoloji Dispanserin yanında bir müddət birgə yaşadığı Sevda adlı şəxsin 35-ci PB-nə yalan məlumat verərək vətəndaşı oğurluqda günahlandırılması, buna görə də 35-ci PB-nin təhqiqatçı Zərərçəkmiş şəxs4 tərəfindən 19 fevral 2016-cı il tarixdə PB-nə dəvət olunması barəsində məlumat verməsi, bu faktla əlaqədar vətəndaş Təqsirləndirilən şəxs İsmayıl qızı dəfələrlə polis bölməsinə dəvət olunmasına baxmayaraq o, polis bölməsinə gəlməkdən imtina etdiyi, göstərilənləri nəzərə alıb 14 fevral 2016-cı il tarixli MK-2 152 saylı məlumatların cinayət xarakterli olmadığını nəzərə alaraq materialın işə alınmasını üçün müvafiq əməkdaşa göstəriş verməyi xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 14 fevral 2016-cı il tarixli Xətai rayon RPİ-nin 35-ci PB-nin məsul növbətçisi polis mayoru Qasım Seyidovun adından Xətai rayon RPİ-nin 35-ci bölməsinin rəisinin adına yazılmış raportda 14 fevral 2016-cı il tarixdə saat 15:19 dəqiqədə DİN-nin 102 xidmətindən Bakıxanov qəsəbsi T.Mustafayev küçəsi, 18-də yaşayan Təqsirləndirilən şəxs İsmayıl qızının yaşadığı Narkoloji Dispanserin yanında bir müddət birgə yaşadığı Sevda adlı şəxsin 35-ci PB-nə yalan məlumat verərək vətəndaşı oğurluqda günahlandırılması, buna görə də 35-ci PB-nin təhqiqatçısı Zərərçəkmiş şəxs4 tərəfindən 10 fevral 2016-cı il tarixdə PB-nə dəvət olunması barəsində məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış 15 fevral 2016-cı il tarixli Xətai rayon RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Zərərçəkmiş şəxs4 tərəfindən vətəndaş Təqsirləndirilən şəxs İsmayıl qızının DİN-nin 102 xidmətinə məlumatı əsasında tərtib edilmiş arayışda o, DİN-nin xidmətinə düşmüş ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək bölməyə dəvət etdiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirərək və bölməyə gəlməyəcəyini dediyini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış 18, 21 və 24 fevral 2016-cı il tarixli Xətai rayon RPİ-nin 35-ci PB-nin təhqiqatçı polis baş leytenantı Zərərçəkmiş şəxs4 tərəfindən vətəndaş Təqsirləndirilən şəxs İsmayıl qızının DİN-nin 102 xidmətinə məlumatı əsasında tərtib edilmiş arayışlarında o, DİN-nin xidmətinə düşmüş ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək bölməyə dəvət etdiyini, Təqsirləndirilən şəxs şikayət və tələbənin olmadığını və bölməyə gəlməcəyini deməsini göstərmişdir. Məhkəmə, təkrarən, ərizə və şikayətlə baxılması haqqında qanunvericiliklə müəyyən edilmiş qaydalarının təfərrüatına toxunmadan qeyd edir ki, vətəndaşın vəzifəli şəxsin güman etdiyi qanunsuz hərəkətlərindən şikayət etmək hüququ vardır. Həmin şikayət qanunla müəyyən edilmiş müddətələrdə və qaydada baxılıb nəticələri barəsində ərizəçi vətəndaşa məlumat verilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 şikayət etdikdə onun şikayətində göstərilən hallarla bərabər şikayətin əsaslılığı da yoxlanılmalı olmuşdur. Həmin vəzifə qanunla ərizəçinin yox, şikayəti araşdıran şəxsin üzərinə qoyulur. Bu araşdırma zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 hədə qorxu gəlməsi, ona böhtan atması və ya onun barəsində bilə-bilə xəbərçilik etməsi müəyyən olunmamışdır. Məhkəmə, prosessual qanunvericildikdə vətəndaşların qanunu bilməsinin sübutsuz qəbul edildiyini nəzərə alır və bu səbəbdən də Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ondan edilmiş şikayətini özünə qarşı hədə-qorxu, şər-böhtan və ya rüsvayedici məlumatlar kimi qəbul etməsinin işin hüquqi mahiyyətini dəyişdirmədiyi qənaətinə gəlir. Çünki vəzifəli şəxsin ondan edilən şikayətin hədə qorxu kimi qəbul edilməsinə qanunla yol verilmir. Məhkəmə, bu səbəbdən də, Təqsirləndirilən şəxs İsmayıl qızına elan edilmiş ittihamdan Zərərçəkmiş şəxs4 hədə qorxu gələrək ondan 1000 (min) manat alması barəsindəki hissəsinin sübuta yetirilmədiyi qənaətinə gəlib ona elan olunmuş ittihamdan ittihamın həmin hissəsinin xaric edilməsini, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində göstərilən əsaslarla xitam edilməsini əsaslı sayır. Məhkəmə göstərilənlər əsasında hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərindən hədə ilə Zərərçəkmiş şəxs1 pul tələb etməsi ittihamın tam həcmində, ittihamda göstərilən dövrdə onun pulunu ələ keçirməsi və təkrarən həmin üsulla ondan pul tələb etdiyi sübuta yetirildi. Məhkəmə, hədə-qorxu ilə tələb etmə cinayətlərində bu cinayətin hədənin zərərçəkmiş şəxsə edildiyi anda başa çatdığını nəzərə alır və istintaq orqanın Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə düzgün tövsif etdiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini törətməmişdən qabaqkı, törətdyi və sonrakı dövrlərdəki davranışlarını nəzərə alıb onun qanuna və ictimai qaydalara münasibətdə riskli olması qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə, ona azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin etmək üçün əsas olmadığı qənaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alıb onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən istintaq orqanı tərəfindən onlar barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirin polisin nəzarəti altına vermə qətimkan tədbirini dəyişdirib onlar barəsində qətimkan tədbiri qismində həbsə alma seçib bu qətimkan tədbirini hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. İş üzrə mükü iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Vəkillər Kollegiyasının üzvü «FİDES» vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 55 (əlli beş) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Buna görə də ona ödənilməsi üçün 330 (üç yüz otuz) manat «FİDES» vəkil bürosunun hesabına ödənməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin vəsatəti ödəmək imkanının olmaması müəyyən olundu. Bu səbəbdən də məhkəmə, həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini əsəaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir ədəd “İphone” markalı “8” modelli mobil telefon və bir ədəd CD disk maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən cinayət işi üzrə maddi sübut olan bir ədəd “İphone” markalı “8” modelli mobil telefon və bir ədəd CD diski maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 qaytarılması müəyyən olundu. Məhkəmə həmin halları nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsində təqsirli bilib ona azadlıqdan məhrumetmə cəzasına məhkum etmə qərəarına gəldiyindən ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli olmalarını nəzərə alır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxs həbsdə saxlanıldıqları müddətin onun cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 19 mart 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmin halları Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya təsir edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları və sübutları nəzərə alıb onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasının aşağa həddindən də aşağı həddə cəza təyin etmək və ya təyin edilmiş cəzanı şərti tətbiq etmək üçün əsas olmadığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasının yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 19 mart 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan onun hədə qoxu ilə Zərərçəkmiş şəxs2 2000 (iki min) manat, Zərərçəkmiş şəxs4 1000 (min) manat tələb etməsinə dair hissəsi sübuta yetirilmədiyi üçün xaric edilsin və Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsində göstərilən əsaslarla, Zərərçəkmiş şəxs3dan 1500 (min beş yüz) manat tələb etməsi hissəsi isə Təqsirləndirilən şəxs münasibətdə cinayət hadisəsi olmadığından xaric edilsin və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsində göstərilən əsaslarla xitam edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyi üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü «FİDES» vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 330 (üç yüz otuz) manat «FİDES» vəkil bürosunun hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad edilsin və bu məbləğ dövlət büdcəsi hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “İphone 8” markalı mobil telefon və bir ədəd CD disk Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-222/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-222/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver