Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-222/2022 21.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X19 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Savidabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Qaradağ rayon məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına və 1.000 (min) manat cərimə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 118-ci korpus, 3-cü mədən, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcidxanasinda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrarən quldurluq etmiş, bundan başqa qanunsuz olaraq soyuq silah hesab olunan bıçağı əldə edərək üzərində gəzdirmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışları Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 5 noyabr 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs3 çatdırması üçün pul verəcəkləri vədi ilə Zərərçəkmiş şəxs2 aldadıb telefonla zəng edib onu ünvan 1 ünvanının qarşısına çağıraraq, özünün idarə etdiyi “VAZ-21214 Niva” markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobilinə mindirdikdən sonra onun müqavimətini qırmaq üçün Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə birlikdə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən dəfələrlə yumruq zərbələri vurmuş, Şahid2 əlində olan bıçağı silah qismində istifadə edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə, eləcə də həmin bıçaqla Zərərçəkmiş şəxs2 sol əlindən vuraraq ona sol əlin 4-5-ci barmaqarası sahənin kəsilmiş yarası, ənsə-təpə nahiyəsinin hematomaları, alın nahiyənin, hər iki qulaqdibi nahiyənin, sol bazunun, sol qoltuqaltı nahiyənin, hər iki əlin arxa səthinin geniş sahəli qançırları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 üzərində olan Zərərçəkmiş şəxs3 məxsus 7.330 manat və Zərərçəkmiş şəxs2 özünə məxsus 80 manat nağd pulu, üzərində 20 manat dəyərində ***- ***-**-** GSM nömrəsi və 30 manatlıq internet limiti olan dəyəri 300 manat təşkil edən 1 ədəd “İphone 6” markalı, üzərində 30 manat dəyərində 055- ***-**-** GSM nömrəsi və 10 manat danışıq limiti olan dəyəri 100 manat təşkil edən 1 ədəd “Philips” markalı mobil telefonları, dəyəri 300 manat olan 1 cüt “Apple” markalı “Airpods” adlı qulaqcıqları və dəyəri 50 manat olan 1 ədəd qol saatını talayıb ələ keçirməklə vahid əməllə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 7.330 manat, Zərərçəkmiş şəxs2 isə cəmi 920 manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə xeyli miqdarda, yəni 8.250 manat dəyərində maddi ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 noyabr 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Firdovsi Vəliyev küçəsində yerləşən “yerazlar qəbirstanlığının qarşısında Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Cerato” markalı **- SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Xırdalan dairəsi adlanan yerdə yerləşən yanacaqdoldurma məntəqəsindən yanacaq alıb qayıdarkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü keçiddə Zərərçəkmiş şəxs1 avtomobilin sürücü oturacağından arxa sərnişin oturacağına keçməsi üçün hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla əli ilə boğaz nahiyəsindən tutub sıxmaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, Zərərçəkmiş şəxs1 müqavimət göstərdikdə Şahid1 qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçaqlarına uyğun gələn və kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən bıçağı çıxararaq onun hər iki ayaq nahiyələrindən bir neçə dəfə vurmuş, eyni zamanda Zərərçəkmiş şəxs1 avtomobilin arxa oturacağına keçirdikdən sonra avtomobilin içərisində bədəninin müxtəlif nahiyələrinə əl ilə vuraraq ona sağ baldırın deşilmiş yaraları, ənsə nahiyəsinin hematomaları və sol baldırın deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra sonuncunun cibində olan 100 manat, avtomobilin sürət qutusunun qarşısında olan açıq hissədəki pul kisəsindən 45 manat nağd pul və həmin yerdən üzərində 450 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 2.100 manat dəyərində “Samsung Galaxy S 20+” markalı və üzərində 100 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 180 manat dəyərində “İphone 6” markalı mobil telefonları ələ keçirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı yolu ilə Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, “A” yaşayış sahəsində yerləşən 13 saylı ünvanın qarşısına gəlib orada yolun qurtarması və ətrafda heç kimin olmamasından istifadə edərək avtomobildən düşüb qaçaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2.975 manat miqdarında maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatı ov bıçağını əldə edib üzərində gəzdirmiş, 14 aprel 2021ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 118-ci korpus, 3-cü mədən, nömrəsiz fərdi yaşayış evində polis əməkdaşları tərəfindən saxlanılarkən həmin bıçaq üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Muradxan adlı şəxsi təxminən 1 il yarım əvvəl tanımışdır. Muradxanla dostluq münasibəti olmuşdur. Muradxanla tanış olduqdan sonra onun vasitəsilə Razi adlı şəxslə tanış olmuşdur. Muradxanın “Renault Tondar” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir neçə dəfə Muradxanın həmin avtomobilinə sərnişin qismində əyləşib müxtəlif ünvanlara getmişdir. Eyni zamanda Qafur adlı şəxsi də tanımışdır. 23 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Muradxan və Razi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “vayonkomat”ın yanında görüşüb birlikdə Muradxanın avtomobilinə əyləşmişlər. Həmin vaxt qərara gəlmişlər ki, Razinin Bakı şəhəri, Binə qəsəbəsində yaşayan adını xatırlamadığı tanışının evinə gedib onunla qalsınlar. Beləliklə, birlikdə Bakı şəhəri, Binə qəsəbəsinə, Razinin tanışının evinə getmiş və səhərə kimi orada qalmışlar. 24 noyabr 2020-ci il tarixdə səhər saatlarında Muradxan və Razi ilə birlikdə həmin evdən çıxıb Muradxana məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən fermaya getmişlər. Həmin fermanın yaxınlığında özünə məxsus torpaq sahəsi yerləşmişdir. Həmin torpaq sahəsinə baxdıqdan sonra yenidən Muradxanın avtomobilinə əyləşib fermanın yaxınlığında yerləşən dikə çatdıqda avtomobilin yanacağı qurtarmış və Muradxan Qafura zəng edib avtomobilinin benzininin qurtardığını deyib ondan gəlib birlikdə yanacaq doldurma məntəqəsinə gedib avtomobilə benzin almalarını xahiş etmişdir. Bir qədər sonra Qafur onların dayandığı yerə gəlmiş və Muradxan həmin vaxt Qafurun idarə etdiyi “Kia Cerato” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında, o isə Razi ilə birlikdə arxa sərnişin oturacağında əyləşmişdir. Qafur onları Xırdalan dairəsində yerləşən yanacaq doldurma məntəqəsinə gətirmiş və orada məbləğini bilmədiyi pulu Muradxanın cibinə qoyub Muradxanın avtomobilinə benzin almışlar. Bundan sonra Qafurun avtomobili ilə Muradxanın avtomobilini saxladığı dik deyilən yerə gəlmişlər. Həmin dikə çatmağa bir qədər qalmış Qafura avtomobili saxlamasını deyib avtomobildən düşmüşdür. Bundan sonra Muradxanın deməsi ilə Qafur avtomobilin arxa oturacağına keçmiş və Muradxan avtomobili onun idarə etməyini demişdir. Buna görə də, avtomobilin sükanı arxasında əyləşib mühərriki işə salmış və Bakı şəhəri, Balaxanı yolunda hərəkətdə olan zaman '‘Opel’’ markalı, nömrəsini bilmədiyi avtomobilin arxa bufer hissəsi ilə toqquşmuşdur. Həmin avtomobilin sürücüsü onların avtomobilinə yaxınlaşıb yol polis əməkdaşlarını çağıracağını bildirdiyi üçün avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışdır. Lakin həmin “Opel” markalı avtomobilin sürücüsü onlardan əl çəkməyib idarə etdiyi avtomobili izləməyə başlamışdır. Bundan sonra yolu tanımadığına görə avtomobili dəqiq bilmədiyi yollarla idarə etmişdir ki, “Opel” markalı avtomobilin sürücüsü onlardan əl çəksin. Bir qədər hərəkət etdikdən sonra yaşayış evləri arasında yol qurtarmış və məcburiyyət qarşısında avtomobili saxlamışdır. Bu zaman Qafur onlara getmələrini bildirib özünün bu məsələni qaydasına qoyacağını demişdir. Buna görə də, üçü avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmışdır. Sonradan Ramana qəsəbəsi olduğunu bildiyi yerdə yoldan keçən ağ rəngli “VAZ- 2106” markalı avtomobilə sərnişin qismində əyləşərək Binə qəsəbəsinə Razinin 1 gün əvvəl qaldıqları evinə getmişlər. Səhərsi hərə öz evinə getmişdir. Muradxanın və Razinin arasında əvvəlcədən Zərərçəkmiş şəxs1 qarşı quldurluq etmək barədə hər hansı bir razılaşma olmamışdır. Qafurun avtomobili ilə hərəkətdə olan zaman Qafur özünə məxsus “İphone” markalı mobil telefonu Muradxana verib onunla əlaqə saxlamasını, onlara psixotrop maddə olan “şüşə” gətirəcəyini demişdir. Həmçinin Qafur ona istifadə etməsi üçün bir neçə dəfə psixotrop maddə olan “şüşə” kimi tanıdığı metafetamin vermişdir. 24 noyabr 2020-ci il tarixdə baş vermiş qeyd etdiyi hadisə zamanı nə o, nə də ki Muradxan və Razi Qafurun mobil telefonlarını və pulunu almamışlar. Hadisə zamanı Muradxanın və onun üzərində bıçaq olsa da, heç biri həmin bıçaqla Qafuru vurmamış, hədələməmiş və ona heç bir xəsarət yetirməmişlər. 14 aprel 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək onu Suraxanı rayon Polis İdarəsinə dəvət etdikdə özündə olan bıçaqla sağ və sol qollarına vuraraq xəsarət yetirmiş, lakin polis əməkdaşları ona hər hansı bir fiziki zor tətbiq etməmişdir. Həmçinin özü də onlara hər hansı bir müqavimət göstərməyib sadəcə olaraq onu polis idarəsinə dəvət etdiklərində qaçmağa başlamış, lakin artıq polis əməkdaşlarından qaça bilməyəcəyini və onu polis idarəsində saxlayacaqlarını bildiyi üçün polis idarəsinə getməmək məqsədilə bıçaqla özünə qolundan xəsarət yetirmişdir. Həmin bıçağı hazırda yadında qalmayan mağazadan almışdır ki, lazım olsa özünü müdafiə etsin. Polis əməkdaşları onu Suraxanı RPİ-nə gətirən zaman özünə qolumdan xəsarət yetirdikdən sonra həmin bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa 2020-ci ilin noyabr ayının 1-i və ya 2-də “Rent A Car”dan Gəncə şəhərinə şəxsi işlərilə bağlı getmək üçün özünə “Niva” markalı avtomobil icarəyə götürmüşdür. Gəncə şəhərinə gedib gəldikdən sonra 5 noyabr 2020-ci il tarixdə günorta saatlarında Xırdalan şəhərində olan zaman tanışı Sakit ilə görüşmüş və həmin vaxt Sakit ona bir nəfər oğlanın narkotik satışı ilə məşğul olduğunu, gedib onunla söhbət etmək lazım olduğunu, ancaq avtomobilinin olmadığını bildirmişdir. Həmin vaxt Sakitə avtomobili ilə gedə biləcəklərini demişdir. Həmin vaxt Sakitin yanında bir nəfər tanımadığı oğlan da olmuşdur. Bundan sonra idarə etdiyi “Niva” markalı avtomobil ilə Nərimanov rayonuna getmişlər. Yolda olarkən Sakit görüşməli olduğu şəxsə yolu düzgün başa sala bilmədiyi üçün telefonu götürüb həmin şəxslə danışıb harada olduğunu, onları harada gözlədiyini soruşduqda həmin şəxs də Nərimanov metrostansiyası yaxınlığında yerləşən “Mado” adlı kafenin arxasında olduğunu demişdir. Bundan sonra avtomobili həmin ünvana sürmüşdür. Elçin avtomobilə yaxınlaşdıqda həmin vaxt avtomobilin yanında dayanmışdır. Sakit və onun tanışı ilə görüşüb birlikdə avtomobilə əyləşmişlər. Sakit və Elçin arxa oturacaqda, Sakitin tanışı isə qabaq oturacaqda onun yanında əyləşmişdir. Sakit Elçinə “nə üçün narkotik satırsan, niyə bu işlə məşğul olursan” dedikdə Elçin narkotik satmadığını bildirmişdir. Daha sonra avtomobili işə salmış və oradan uzaqlaşmışlar. Yol boyu Sakit Elçindən nə üçün narkotik vasitə satdığını soruşduqda Elçin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Hətta Sakit bir neçə dəfə Elçini əli ilə vurmuşdur ki, düzünü desin. O isə ümumiyyətlə Elçinin heç bir əşyasını götürməyib onu vurmamış, ondan heç bir məbləğdə pul tələb etməmiş və pul götürməmişdir. ***-***-**- ** saylı mobil nömrə ona məxsus olmuşdur. Ola bilər ki, sənəddə başqa şəxsin adınadır, lakin həmin nömrəni özü istifadə etmişdir. Ola bilsin ki, Sakitin mobil telefonu ilə danışdıqdan sonra o öz mobil nömrəsi ilə də Elçinin mobil telefonuna zəng edib olduğu yeri dəqiqləşdirmək istəmişdir. Həmin vaxt əlində bıçaq olmamış, eyni zamanda Sakitdə və digər şəxsdə bıçaq olmasını görməmişdir. Həmçinin Elçini heç kəs yapışqanlı lentlə bağlamamışdır. Elçini Abşeron rayonu, Masazır qəsəbəsi yaxınlığında düşürtmüşlər, lakin pulunun, açarının və şəxsiyyət vəsiqəsinin Elçinə geri qaytarılmasını görməmişdir. Elçini əvvəlcədən ondan narkotik vasitə alacaqları adı ilə həmin yerə çağırıb bunun müqabilində ona 14.500 manat pul verəcəklərini bildirmişlər. Bu barədə bütün söhbətləri Elçinlə Sakit etmişdir. Həmin gündən bir gün əvvəl Gəncə şəhərindən gələn zaman yolda idarə etdiyi avtomobilin qeydiyyat nişanı düşdüyü üçün qara və şəffaf rəngli yapışqanlı lent alıb qeydiyyat nömrəsinə yapışdırmış, qalanını isə avtomobilə qoymuşdur. Lakin Elçinin istintaqa təqdim etdiyi yapışqanlı lentlər barədə məlumatı olmamışdır. Benzin almağa gedən zaman avtomobili o idarə etmişdir. Elçinə vurmamış və ondan hər hansi miqdarda pul tələb etməmişdir. Hadisə zamanı o yalnız avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Kia Cerato” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, lakin öz adına sənələşdirməyib etibarnamə ilə idarə etmişdir. Fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olaraq dolanır. Təxminən 20 gün əvvəl Abşeron rayonu ərazisində yerləşən Xırdalan dairəsi adlanan yerdə yerləşən yanacaqdoldurma məntəqəsində olan zaman bir nəfər şəxs yaxınlaşıb avtomobilindən xoşu gəldiyini deyib neçəyə aldığını, avtomobilin şüşəsinin plyonkasını harda vurdurduğunu maraqlanmışdır. Beləliklə adının Murad olduğunu bildirən həmin şəxslə arasında münasibət yaranmışdır. Həmin vaxt Murad onun mobil telefon nömrəsini götürmüşdür. Bundan sonra bir neçə dəfə Murad onunla telefonla əlaqə saxlasa da, Muradla görüşmək istəmədiyi üçün hər dəfə bir bəhanə gətirərək görüşməkdən imtina etmişdir. 24 noyabr 2020-ci il tarixdə saat 12 radələrində qeyd etdiyi avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi istiqamətdə hərəkətdə olan zaman Murad özünə məxsus 070-993-94- 93 nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib avtomobili ilə yolda qaldığını, benzini qurtardığını deyərək onun olduğu yerə gəlib-gələ bilməyəcəyini soruşmuşdur. O da razılaşıb təxminən 10-15 dəqiqə sonra Muradın olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “dik” adlanan yerə getmişdir. Bu zaman qara rəngli “Renault” markalı avtomobilin yanında Muradı, avtomobildən düşən zaman isə avtomobilin arxa oturacağında 2 nəfər tanımadığı şəxsin əyləşdiklərini görmüşdür. Murad əlində 2 ədəd plastik butulka ilə gəlib avtomobilinin qabaq sərnişin oturacağında əyləşmiş və bu zaman tanımadığı 2 nəfər oğlan da “Renault” markalı avtomobildən düşərək gəlib avtomobilinin arxa oturacağında əyləşmişlər. Murad həmin 2 nəfər oğlanın "sarı durbalar” deyilən yerdə düşəcəklərini bildirmişdir. Həmin şəxsləri avtomobili ilə "sarı durbalar” deyilən yerə kimi gətirsə də, tanımadığı arxada əyləşən şəxslərdən biri avtomobildən düşməyərək bir nəfərin guya onu həmin yerdən götürməli olduğunu, lakin gəlmədiyini, ona görə də birlikdə yanacaqdoldurma məntəqəsinə gedəcəklərini bildirmişdr. Avtomobili hərəkətə gətirərək Abşeron rayonu ərazisində yerləşən Xırdalan dairəsi adlanan yerdəki yanacaqdoldurma məntəqəsinə gəlmişlər. Muradın pulu olmadığını düşünərək 4 manat pul verib 4 litr benzin almış və Murada vermişdir. Sonra isə cibindən 10 manat pul çıxarıb gizlincə Muradın cibinə qoymuşdur ki, ehtiyacını ödəsin. Daha sonra onları təkrar Binəqədi şossesində “dik” deyilən yerə kimi gətirmişdir. Həmin vaxt Muradın avtomobilinin yanında bir nəfər tanımadığı oğlan olmuşdur. Sonradan adının Cahangir oduğunu bildiyi oğlan həmin şəxsin polis əməkdaşı olduğunu və onları tutdurmaq üçün plan qurduğunu demişdir. Murada etiraz edərək həmin şəxsi tanımadığını, onu tutdurmaq niyyətinin olmadığını bildirsə də, Cahangir ona inanmayıb sözlə mübahisə edərək kobud şəkildə danışmağa başlamışdır. Bu zaman Murad sarı rəngli tutacağı olan bıçaq çıxarmış, lakin arxada əyləşən Cahangir onları təkrar geriyə, “sarı durbalar” deyilən yerə aparmağını istəmişdir. Razılaşaraq onları həmin yerə gətirmişdir. Oraya çatdıqda avtomobilin arxa oturacağında əyləşən Cahangir ona avtomobili yolun kənarında deyil, ara məhəllədə, sakit bir yerə sürüb saxlamağını demişdir. Həmin yerdən sağa dönüb təxminən 10 metr getdikdən sonra bir də sağa dönmüş və avtomobili saxlamışdır ki, düşüb getsinlər. Bu zaman arxa oturacaqda əyləşən oğlan “məni problemə salacaqsınız” deyib avtomobildən düşərək qaçıb oradan uzaqlaşmışdır. Arxasında, arxa sərnişin oturacağında əyləşən Cahangir isə qəflətən avtomobildən düşüb onun qapısını açmış və boğazından tutub sıxmışdır. Murad isə saçından tutaraq onu avtomobilin arxa oturacağına tərəf itələməyə başlamışdır. Lakin avtomobilin sükanından bərk tutub dayandığı üçün onu arxaya çəkə bilməmişlər. Murad və Cahangir onu bir qədər arxaya çəkdikdən sonra müqavimət göstərdiyini görən Murad sarı rəngli tutacağı olan bıçaq çıxarıb onun sağ ayağından bir neçə dəfə vurmuşdur. Qışqıraraq onlara müqavimət göstərdiyi üçün Murad bu dəfə sol ayağından bir dəfə vurmuş, lakin bıçağı çıxartmayıb qəsdən bıçağı ayağına batmış vəziyyətdə hərəkət etdirərək ayağını eninə doğru kəsmişdir. Həmin vaxt qışqırmağa başlayanda Murad bıçağı ayağından çıxarıb əlini bıçaqla kəsdiyi yerə soxmuş və bu zaman bərk ağrı hiss etmişdir. Həmin şəxslərə ürəyində qüsur olduğunu, xəstə olduğunu desə də, ona qulaq asmamışlar. Bundan sonra Cahangir qolları ilə boğazından sıxaraq onu boğmuş və ürəyində zəiflik olduğu üçün özündən getməyə başlamışdır. Hərəkət etməməsi və qışqırmaması üçün Cahangir əlində olan hansısa bərk alətlə onun ürək nahiyəsindən bir neçə dəfə vurmuşdur. Bundan sonra tam halsızlaşdığı üçün hərəkət edə bilməmişdir. Avtomobilin sürücü oturacağında əyləşən Cahangir onun bıçaq xəsarəti alan ayağından dirsəyi ilə vurmağa başlamışdır. Murad da ön sərnişin oturacağından əlində olan hansısa küt alətlə sağ ayağından vurmuşdur. Yolla gedərkən onu Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən neft buruqlarına apardıqlarını bildirmişlər. Balaxanı yolunda olan zaman avtomobilini idarə edən Cahangir üzərində olan bütün pullarını ona verməyini tələb etmişdir. Qorxduğu üçün cibində olan 100 manat pulu çıxarıb Cahangirə vermişdir. Bundan sonra Cahangir avtomobilin sürətlər qutusunun qarşısında olan oyuq hissədən pul kisəsini açıb içərisində olan 45 manat pulu götürüb pul kisəsini yerinə atmışdır. Daha sonra həmin yerdə olan ona məxsus üzərində 2.000 manat dəyərində ***-***-**-** nömrəsi olan 2.100 manat dəyərindəki “Samsung” Galaxy S20+” markalı və üzərində 100 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 200 manat dəyərində “İphone 6” markalı mobil telefonlarını götürmüşdür. Onlar ikisi də avtomobili saxlayan zaman hansısa bir polis avtomobili və ya DYP-nə məxsus avtomobil gördüyü zaman qışqırdığı üçün bütün yol boyu onu döyə-döyə Balaxanı yoluna kimi gətirmişlər. Balaxanı yolunda Akkordun beton zavoduna çatmamış avtomobili idarə edən Cahangir qarşı hərəkət zolağına çıxdığı üçün və qarşıdan yüksək sürətlə avtomobil gəldiyindən, təkrar öz yoluna qayıdarkən o, fürsətdən istifadə edib ayağı ilə sükanı burmuşdur ki, hansısa avtomobilə dəysin və onlar ikisi də avtomobildən düşüb qaçsınlar. Bu vaxt avtomobili öndə hərəkətdə olan “Opel” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Cahangir avtomobili yolun kənarında saxladıqda toqquşduğu avtomobilin orta yaşlı sürücüsü onların avtomobilinə yaxınlaşmışdır. Murad və Cahangir avtomobildən yerə düşməmişdir. Cahangir guya onun xəstə olduğunu və təcili xəstəxanaya çatmalı olduğunu deyərək həmin kişiyə əslində ona məxsus olan, lakin guya özünün olduğunu dediyi sənədləri vermişdir. Lakin həmin sürücü ona sənəd lazım olmadığını və qayıya zəng edəcəyini bildirmişdir. Bu vaxt Cahangir qayı adını eşitdikdən sonra avtomobili sürətlə idarə edərək oradan uzaqlaşmışdır. Bu anda digər avtomobilin sürücüsü də avtomobili ilə onları təqib etməyə başlamışdır. Avtomobilini idarə edən Cahangir həmin yolu yaxşı tanımadığı üçün ara küçə yolları ilə avtomobili Ramana qəsəbəsinə kimi idarə etmiş, Ramana qəsəbəsində ara yollardan birinə girib biraz irəli getdikdən sonra yol bitmiş və qarşıda, eləcə də sağ və solda yalnız yaşayış evləri olmuşdur. Buna görə də Murad və Cahangir avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmışlar. Həmin vaxt özündən getmişdir. Bir az sonra ayıldıqda orada olan tanımadığı bir qadının ona su içirdiyini görmüşdür. Bundan sonra ətrafda olan şəxslərdən DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermələrini xahiş etmişdir. Ətrafda olan tanımadığı kimsə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Kimsə TTY xidmətinə zəng etmiş və TTY avtomobili gec gəldiyi üçün hadisə yerində olan tanımadığı şəxslərdən biri onu avtomobilinə əyləşdirib 3 saylı ŞKX-yə aparmışdır. Orada ayağı əməliyyat olunmuşdur. Xəstəxanada qalmaq istəmədiyi üçün evə getmək istədiyini bildirmişdir. Bu vaxt polis əməkdaşları onunla əlaqə saxlamış və gəlib 3 saylı ŞKX-dən götürərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gətirmişlər. Hadisə zamanı onu Murad əlindəki bıçaqla, eləcə də Muradın yanında olan sonradan tanıdığı Cahangir adlı şəxs əli ilə əvvəlcə boğazından tutub sıxmış, bədəninə vuraraq zorla arxaya itələmiş və sol ayağına da bıçaq xəsarəti olan yerdən dirsəyi ilə dəfələrlə vurmuş, sonra isə əlində olan dəqiq görmədiyi hansısa əşya ilə ürək nahiyəsindən vurub boğaraq və bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Hadisədən əvvəl avtomobilin arxa oturacağında əyləşən və "San durbalar” deyilən yerə çatdıqda “məni problemə salacaqsınız" deyib avtomobildən düşərək qaçıb oradan uzaqlaşan oğlan ona hədə-qorxu gəlməmiş, əli ilə və ya başqa hər hansı bir alətlə vurmamış, xəsarət yetirməmişdir. Həmin oğlan ona qarşı ümumiyyətlə hər hansı bir qanunsuz hərəkət etməmişdir. Sadəcə avtomobilini Cahangirin dediyi yerdə saxladıqda həmin oğlan avtomobilin qapısını açıb yerə düşərək onu problemə, zibilə salacaqlarını deyib qaçaraq oradan uzaqlaşmışdır. Hadisə nəticəsində ona ümumilikdə 5.845 manat maddi ziyan dəymişdir. Bundan başqa avtomobili idarə edən oğlan avtomobilini çox bərk və ehtiyyatsız idarə etdiyi üçün və avtomobili ilə yol-nəqliyyat hadisəsi törətdiyi üçün avtomobilinə təxminən 5.000 manat maddi ziyan dəymişdir. 24 noyabr 2020-ci il tarixdə baş vermiş hadisə zamanı ona məxsus mobil telefonların üzərində olan ***-***-**-** nömrəsini 2020-ci ilin avqust ayının ortalarında 18 ay müddətinə kredit yolu ilə 2.000 manata alması barədə Azerfon şirkəti ilə müqavilə bağlamış, həmin nömrəyə görə ilkin olaraq 150 manat ödəniş etmiş, sonradan isə hər ay 100 manat olmaqla 3 ay, yəni 300 manat pul ödəmişdir. Yəni, ***-***-**-** mobil nömrəsinə görə 450 manat ödəniş etmişdir. Sonradan məlum hadisədən sonra ödəniş edə bilmədiyinə görə müqavilə pozulmuşdur. Ona məxsus ***-***-**-** mobil nömrəsini isə 100 manata almışdır. Hadisə baş verən zaman ***-***-**-** və ***-***-**-** mobil nömrələrində heç bir məbləğdə pul vəsaiti olmamışdır. Ona məxsus 1 ədəd Çin istehsalı olan “İphone 6” markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 180 manatdır. Həmin mobil telefonu 200 manata alsa da, bir müddətdir ki, həmin mobil telefondan istifadə etmişdir. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 mart 2021-ci il tarixli 9/1222 saylı rəyində göstərilən 180 manat məbləği ilə razılaşmışdır. Cahangir və Murad bıçaqla və əllə ona çoxsaylı bədən xəsarətləri yetirmişlər. Cahangir ondan üzərində olan pulları verməsini tələb etmişdir. Murad və Cahangir onun üzərindən və maşınından pul və telefonlarını götürmüşlər. Cahangir avtomobili idarə etmişdir. Hadisə nəticəsində ona 5.000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan adlanan dairənin yaxınlığında yerləşən sənaye tipli qaz və su sayğazları satışını həyata keçirən "Karvan” TMdə satış təmsilçisi işləyir. Müştərilərə malları nağd pula satmış, lakin tanıdığı müştərilərə malı nisyə də vermişdir. 4 noyabr 2020-ci il tarixdə saat 15 radələrində müştəri kimi tanıdığı və onlardan sənaye tipli qaz sayğacı almış Knyaz Mədətov onun bank hesabına ticarət mərkəzinə ödənilməsi üçün pul köçürdüyündən Nərimanov rayonu, Təbriz küçəsində fəaliyyət göstərən “Access Bank” Nərimanov filialına gedib bank vasitəsilə göndərilən 4.930 manat pulu çıxartmışdır. Bankdan pulu çıxartdıqdan sonra müdiri Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobilləri vasitəsilə zəng edərək Knyaz Mədətovun onun bank hesabına göndərdiyi pulları çıxartdığını bildirmişdir. Zərərçəkmiş şəxs3 də ona gec olduğundan pulları özündə saxlayıb sabahısı gün gətirib verməyini demişdir. Səhərsi, yəni 5 noyabr 2020-ci il tarixdə saat 12 radələrində işlədiyi ticarət mərkəzinin müştərisi kimi tanıdığı və onlardan sənaye tipli qaz sayğacı alan Elnur adlı şəxs istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəsinə zəng edərək onlara olan 2.400 manat olan borcunu görüşüb vermək istədiyini bildirmişdir. O da Elnurla Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən “Ruslan 93” adlanan marketin qarşısında görüşərək, ondan 2.400 manat pulu qəbul etmiş və müdiri İsrafilə Mehdiyevə zəng edərək Elnurdan 2.400 manat qəbul etdiyini bildirmişdir. İsrafil ona Yasamal rayonu, Tbilisi prospektində yaşadığını deyərək pulu ondan qəbul etmək üçün ora gəlməyini xahiş etmişdir. Taksi ilə müdirinin yaşadığı binanın yaxınlığına çatdıqda Zərərçəkmiş şəxs3 ona cavabsız zəng etdiyini görüb geri zəng etmiş, İsrafil telefonda ona işinin olduğunu deyib “Nərimanov” metrostansiyanın yaxınlığına gəlməyini xahiş etmişdir. Yenidən taksiyə minib İsrafil deyən yerə gələrkən İsrafil zəng edib onun telefon nömrəsini başqa bir adama verdiyini və həmin şəxsin 8.500 ABŞ dolları verəcəyini demişdir. “Nərimanov” metrostansiyasına çatana yaxın ona tanımadığı telefon nömrəsindən zəng gəlmişdir. Həmin telefonda danışan şəxs ona 14.500 manat pul verəcəyini və pulu verməsi üçün harda görüşə biləcəklərini demişdir. Həmin şəxsə “Nərimanov” metrostansiyasının yaxınlığına getdiyini, onunla "Mado” adlı kafenin yaxınlığında görüşə biləcəyini demişdir. Həmin şəxs də ona “20 yanvar” metrostansiyası yaxınlığında tıxacda olduğunu deyərək 15-20 dəqiqə müddətində gələ biləcəyini bildirmişdir. Həmin şəxs gələnə qədər daha bir neçə dəfə zəngləşmiş və görüşəcəkləri ünvanı dəqiqləşdirmişlər. Həmin şəxs idarə etdiyi avtomobilin ağ rəngli “Niva" markalı, 072 dövlət qeydiyyat nişanlı olduğunu bildirmişdir. “Narimanov” metrostansiyasının yaxınlığına çatdıqda müdiri İsrafilə zəng edib dediyi adamın ona zəng etdiyini və onunla 10 dəqiqəyə görüşəcəyini demişdir. İsrafil də ona təxminən 10 dəqiqə müddətində “Narimanov” metrostansiyası yaxınlığına çatacağını bildirmişdir. Bundan sonra 14.500 manat verəcəyini bildirən şəxs ona zəng edərək “Mado” adlı kafenin ətrafı sıxlıq olduğundan avtomobilini kafenin arxasında 5 mərtəbəli binanın yanında saxladığını bildirmişdir. O da "Mado” adlı kafenin qarşısı tərəfdən piyada həmin yerə getmişdir. Avtomobili görüb yaxınlaşıb qabaq sərnişin oturacağında əyləşmişdir. Sürücü oturacağında əyninə qara qısa köynək geyinmiş, 27-30 yaşlı, orta boylu, qaraşın, arıq bədən quruluşlu, qısa saçlı, üzü seyrək tüklü olan kişini görmüşdür. Həmin şəxslə salamlaşdıqdan bir neçə saniyə sonra 2 nəfər oturduğu tərəfdən avtomobilə yaxınlaşaraq avtomobilin qapısını açmışlar. Onlardan biri açıq qəhvəyi rəngdə qısa qol köynək geyinmiş, 20-23 yaşlı, qısa boylu, sarışın, orta bədən quruluşlu, qısa saçlı, üzü tüksüz kişi, digəri isə açıq mavi rəngdə uzun qol köynək geyinmiş, 40-45 yaşlı, orta boylu, orta bədən quruluşlu, qısa saçlı, üzü seyrək ag tüklü kişi olmuşdur. Cavan yaşda olan kişi əlində olan bıçağı sağ yan bədəninə diriyərək ondan arxa oturacağa keçməsini tələb etmişdir. Avtomobildə sürücü oturacağında əyləşən şəxs və orta yaşlı olan kişi də ona “tez ol keç arxaya” demişlər. Avtomobilin arxa oturacağına keçib sürücünün arxasındakı oturacaqda əyləşmişdir. Cavan yaşda olan kişi də onuna birlikdə avtomobilin arxa oturacağına əyləşib bıçağı bədəninə dirəməkdə davam etmişdir. Onların hər üçü onda pul olduğunu bildiklərini və pulu onlara verməsini tələb etmişlər. Cibində olan və müdirinə verməli olduğu 7.330 manat və özünə məxsus 80 manat pulu götürdükdən sonra ondan pulun sayını soruşmuşlar. Həmin şəxslər əlinə hər gün 20.000-30.000 manat pulun gəldiyini, həmin pulları hara qoyduğunu, kassanın və seyfin harda olduğunu soruşmuşlar. Üstündə olan 300 manat dəyərində üzərində 30 manatlıq internet limiti olan ***-***-**-** saylı mobil nömrə olan “İphone 6” markalı və 100 manat dəyərində üzərində 10 manat dəyərində danışıq limiti olan 055- ***-**-** saylı mobil nömrə olan “Philips” markalı mobil telefonlarını, şəxsiyyət vəsiqəsini, yaşadığı evin açarını və qolunda olan 50 manat dəyərində markasını bilmədiyi qara rəngli qol saatını götürmüşlər. Yanında oturan şəxs əlində bıçaqla onun sağ ayağına vurmaq istəyəndə sol əli ilə müdafiə olunarkən bıçaq barmaqlarının arasını kəsmişdir. Bundan sonra həmin şəxs barmaqlarını tutaraq bıçaqla kəsəcəyi ilə hədələyib qalan pulların yerini deməyini tələb etmişdir. O da ancaq üzərində 7.410 manat pulun olduğunu və kassanın, seyfin olmadığını bildirmişdir. Avtomobildə əyləşən hər üç şəxsin əlində məşiət bıçağı olmuşdur. Həmin şəxslər onu əllərində olan bıçaqla hədələmiş, həm də hər üçü yumruqla başından, qolundan və bədəninin müxtəlif hissələrindən vurmuşlar. Bu vaxt müdiri İsrafil ona zəng etmişdir. Həmin şəxslər bıçaqlarını ona dirəyib İsrafilə onlardan 14.500 manat pulu aldığını və 10 dəqiqəyə görüşüb ona verəcəyini dedirtmişlər. Daha sonra sürücünün telefonuna zəng gəlmişdir. Sürücü onun müdiri ilə danışdığını və pulu guya onların ona verdiklərini bildirdiyini demişdir. İsrafil yenidən zəng edərək tələsdiyini və pulu ona çatdırmağını bildirmişdir. Həmin şəxslər də İsrafilə onun guya dönər yediyini dedirtmişlər. Bundan sonra sürücü əlindən telefonu almışdır. Bir neçə dəqiqə sonra sürücüyə yenidən zəng gəlmişdir. Sürücü bu dəfə telefonda danışdığı adama işi uzada bilmədiklərini, artıq müdirə bir neçə yalan dediklərini bildirmişdir. Bundan sonra həmin şəxslər onda başqa pulun olmadığını görüb əynində olan gödəkcənin papaqlığını başına keçirib qara yapışqanlı lent ilə bağlamışlar ki, yolu görməsin. Həmin lent ilə həmçinin iki əlini də bir-birinə bağlamışlar. Əlləri və gözləri bağlı olmağına baxmayaraq yumruqla onu vuraraq yenə pul tələb etmişlər. Təxminən yarım saat sonra avtomobili Abşeron rayonu, Masazır qəsəbəsində ətrafında avtomobil yolundan 100 metr aralı məsafədə saxlamışlar. Ona götürdükləri puldan 20 manat, şəxsiyyət vəsiqəsini və yaşadığı evin açarını verib avtomobildən düşürdürək yaxşılıq etdiklərini bildirmişlər. Bundan sonra bir orta yaşlı kişiyə yaxınlaşıb ondan mobil telefonunu istəmiş və həmin telefonla DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra onu Nərimanov RPİə dəvət etmişlər. Həmin 3 nəfər şəxsi birinci dəfə görmüş, əvvəllər tanımamışdır. Hadisə zamanı istifadəsində olan ***-***-**-** saylı mobil nömrə əvvəl işlədiyi "xxxx" MMC-in və ***- ***-**-** saylı mobil nömrə isə atası X9 adınadır. Hadisə zamanı “Niva” markalı avtomobildə olan şəxslər adlarını göstərdiyi əşyalar və pulla birlikdə ondan 300 manat dəyərində olan “Apple” markalı “Airpods” adlı qulaqcıqları da götürmüşlər. “İphone 6” markalı mobil telefonunda istifadə etdiyi ***-***-**-** GSM nömrəsinin qiyməti 20 manat olmuş və həmin telefonda 30 manatlıq internet limiti, “Philips" markalı mobil telefonunda istifadə etdiyi ***- ***-**-** GSM nömrəsini qiyməti 30 manat və həmin telefonda 10 manatlıq danışıq limiti olmuşdur. Üzərində olan 7.410 manat pulu müştəri vermişdir. Avtomobildə olarkən Təqsirləndirilən şəxs ondan pul almamışdır. Cahangir yalnız avtomobili idarə etmişdir. Onu görüşə Cahangir çağırmışdır. Həmin şəxslər pulların yerini onlara deməyini tələb etmişlər. Təqsirləndirilən şəxsdən 920 manat maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs3 ibtidai araşdırma orqanına verdiyi ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Karvansaray” TM-də anbar icarəyə götürməklə sənaye tipli qaz və su sayğacları satışı ilə məşğul olur. Müştərilərə malları nağd pula satır. Lakin tanıdığı müştərilərə nisyədə mal verir. Zərərçəkmiş şəxs2 əvvəllər, yəni koronavirus xəstəliyi yayılmamışdan əvvəl onun yanında satış təmsilçisi işləmişdir. Lakin ailə vəziyyəti ilə aləqadar Naxçıvan şəhərinə getmiş və Bakı şəhəri ilə əlaqə kəsildiyindən, qayıda bilməmiş və işdən ayrılmışdır. Ancaq 2020-ci il oktyabr ayının əvvəllərində qayıtdıqda rəsmi olaraq onun yanında işləməsə də bəzən müştərilərdən olan satılmış malların pulların alınmasında ona köməklik edir. Bunun üçün onun Zərərçəkmiş şəxs2 özünün bank hesabı vardır və müştərilər bəzən onun bank hesabına aldıqları malların pulunu keçirirlər və Elçində həmin pulları bank hesabından çıxararaq, ona ödəyir. 4.11.2020-ci il tarixdə əvvəlcədən ondan sənaye tipli qaz sayğacı almış Knyaz Mədətov adlı müştəri Elçinin bank hesabına 4.930 manat pul köçürmüşdür. Elçin bu barədə ona bildirdikdən sonra onun razılığı ilə 4.11.2020-ci il tarixdə saat 15 radələrində Nərimanov rayonu, Təbriz küçəsində fəaliyyət göstərən “Access Bank” Nərimanov filialına gedib, bank vasitəsilə göndərilən həmin 4.930 manat pulu çıxartmışdır. Bankdan çıxdıqdan sonra Elçin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə özünün istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobilləri vasitəsilə zəng edərək, Knyaz Mədətovun bank hesabına göndərdiyi pulları çıxartdığını bildirmişdir. O da Elçinə pulları sabah gətirib verməsini demişdir. Səhəri günü, yəni 5.11.2020-ci il tarixdə saat 12 radələrində müştərisi olan, yəni ondan sənaye tipli qaz sayğacı almış Elnur adlı şəxs Elçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, onlara olan 2.400 manat olan borcunu görüşüb, vermək istədiyini bildirmişdir. Elçin bu barədə ona bildirdikdə o, Elçinə həmin pulu qəbul etməsini tapşırmışdır. Elçin də Elnurla Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən “Ruslan 93” adlanan marketin qarşısında görüşərək həmin 2.400 manat pulu qəbul etdikdən sonra pulu alması barədə ona bildirmişdir. O, Elçinə Yasamal rayonu, Tbilisi prospektində yaşadığını deyərək, ora gəlməyini xahiş etmişdir. Elçin də razılaşmış və taksi ilə onun yaşadığı binanın yaxınlığına gəlmişdir. Ancaq bu vaxt onun işi çıxdığından Elçinə zəng edib, bu barədə bildirmək istəmişdir. Lakin Elçin telefonu açmamışdır. Bir az sonra Elçin özü ona zəng etdikdə o, Elçinə işi olduğunu, evdən çıxdığını və buna görə də "Nərimanov” metrostansiyanın yaxınlığına gəlməyini xahiş etmişdir. Həmin vaxt ona 8.500 ABŞ dolları borcu olan İran İslam Respublikası vətəndaşı Əli Kaviyani adlı şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsinin “Whatsapp”-ına özündə olan 0098-***-***-**-** saylı mobil nömrəsi ilə zəng edərək ona olan borcunun ödəməsini “Ramil” adlı şəxsdən xahiş etdiyini və həmin “Ramil” adlı şəxsdən pulu götürməyini istəmişdir. O da vaxtı olmadığından həmin pulu özünün götürə bilməyəcəyini deyərək, Elçin adlı şəxsin pulu onun adından qəbul edəcəyini bildirmişdir. Bundan sonra Elçinlə əlaqə yaratmaları üçün Elçinin istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsini Əli Kaviyaniyə vermişdir. Bir müddət sonra Elçinə zəng etdikdə, Elçin ona Əli Kaviyaninin adamının onunla telefon əlaqəsi saxladığını və təxminən 20 dəqiqə sonra “Mado” kafesinin yanında görüşəcəyini və ona həmin 8.500 ABŞ dollarının əvəzinə 14.500 manat veriləcəyini bildirməklə, təxminən 5-10 dəqiqədən sonra onunla görüşə biləcəyini demişdir. O da Elçinə həmin yerin yaxınlığında onu gözləyəcəyini bildirmişdir. Bundan sonra özünə məxsus “Audi” markalı **-TZ-*** dövlət qeydiyyatlı minik avtomobili ilə gəlib, “Mado” kafesinin yaxınlığında, parkın qabağında avtomobili saxlayıb, Elçini gözləməyə başlamışdır. Ancaq Elçinin dediyi vaxtdan çox vaxt keçdiyi görüb, Elçinə zəng etmişdir. Elçin ona pulu götürdüyünü demişdir. Ancaq bir müddət keçdikdə Elçin yenədə gəlmədikdə, o, yenidən Elçinə zəng etmişdir. Elçin ona Nərimanov rayonu ərazisində olduğunu və gəldiyini demişdir. Vaxt keçsə də Elçin yenə də gəlmədikdə o, Elçinə yenidən zəng etmişdir. Elçindən harada olduğunu soruşaraq, dalınca gəlmək istədiyini dedikdə, Elçin özünün gələcəyini və telefonunun enerjisinin qurtarmaq üzrə olduğunu demişdir. Bundan sonra Elçinin telefonu söndürüldüyündən onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra Elçin təxminən saat 17:30-da ona tanımadığı telefon nömrəsindən zəng edərək, 14.500 manat pul verməli olan şəxslərin onu zorla avtomobilə mindirib, şəhərdən çıxardıqlarını və üstündə olan pulları, eləcədə onun mobil telefonlarını və əşyalarını aldıqdan sonra yolda düşürdüklərini demiş və polisə şikayət etmək istədiyini bildirmişdir. O da Elçinə polisə hadisə barədə məlumat verməsini deyərək, özü də Elçinin getdiyi Abşeron RPİ-nə getmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs2 götürülmüş 7.410 manatın 7.330 manatı ona məxsusdur və cinayət nəticəsində ona 7.330 manat maddi ziyan dəymişdir. Qalan pul isə Elçinin özünə məxsusdur. Şahid2 və Təqsirləndirilən şəxs tanımır (cild 2, iş vərəqə 197-198). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin İŞ-də barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 118-ci korpus, 3-cü mədən ərazisində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 14 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində o, Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili Şahid6, əməliyyat müvəkkili Şahid8 və sahə inspektoru Şahid7 tərəfindən keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi qəsəbəsi 118-ci korpus, 3-cü Mədən ərazisində yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt sonuncu üzərində olan bıçağı çıxarıb ona yaxınlaşmamalarını və özünə xəsarət yetirəcəyini bildirmişdir. Bundan sonra ona Suraxanı RPİ-nin İŞ-də barəsində olan cinayət işi üzrə axtarışda olduğunu və bununla əlaqədar olaraq Surxanı RPİ-nə gedilməli olduğunu bildirdikdə Təqsirləndirilən şəxs qaçıb yaşadığı evin zirzəmisinə girmək istəmiş, dərhal ona yaxınlaşan zaman sonuncu əlindəki bıçaqla hər 2 qoluna xəsarət yetirmişdir. Bundan sonra ona yaxınlaşıb əlindəki bıçağı alıb zərərsizləşdirdikdən sonra onu Suraxanı RPİ-nə gətirib aidiyyəti üzrə MSY-na təhvil vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir şəkildə müqavimət göstərməmiş, onlara və ya başqa hər hansı bir şəxsə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Təqsirləndirilən şəxsi 14 aprel 2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi 118-ci korpus, 3-cü mədən ərazisində tutmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 və Şahid8 Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 4, iş vərəqə 156-158). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, X18 küçəsi 1B ünvanında qeydiyyatda olan "xxxx" MMC, "xxxx"-ın direktoru vəzifəsində işləyir. "xxxx" şirkəti təxminən 1 ilə yaxındır ki, fəaliyyət göstərir. "xxxx" MMC. "xxxx" müqavilə əsasında icarəyə götürdüyü, eləcə də MMC-nin özünə məxsus müxtəlif markalı minik avtomobillərini müştərilərə müqavilə və yol vərəqəsi əsasında kirayəyə verməklə məşğul olur. “VAZ 21214 (Niva)” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilininin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi üzrə sahibi X1r və həmin avtomobil "xxxx" MMC, "Gold Rent a Car” tərəfindən etibarnamə əsasında icarəyə götürülmüşdür. Həmin "VAZ 21214 (Niva)” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil 2 noyabr 2020-ci il tarixdə saat 9:00-da müqavilə bağlamaqla və 111 nömrəli yol vərəqəsi verilməklə Təqsirləndirilən şəxs tərəfindən 6 günlüyünə kirayəyə götürülmüşdür. Lakin Cahangir ona Gəncə şəhərinə gedəcəyini bildirdiyinə görə kirayə müddətini əlavə olaraq 2 gün artıq yazmışdır. Buna səbəb isə hər hansı səbəbdən geçikəndə avtomobili sürərək gətirib təhvil verə bilməsi olmuşdur. Müqavilə Təqsirləndirilən şəxs və "xxxx" MMC, "xxxx"-ın direktoru olaraq onun arasında bağlanmışdır. Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs ondan əvvəllər də bir dəfə “Hyundai Akcent” markalı avtomobil kirayə götürmüşdür. Zərərçəkmiş şəxs2 və Şahid2 tanımamışdır. “VAZ 21214 (Niva)” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobildən nəqliyyat vasitəsi kimi istifadə edilməklə 5 noyabr 2020-ci il tarixdə vətəndaşa qarşı quldurluq cinayəti törədilməsi barədə məlumatı olmamışdır. Ancaq polis idarəsinə çağırıldıqda icarəyə verdiyi “VAZ 21214 (Niva)’’ markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə quldurluq cinayəti törədildiyini öyrənmişdir. “VAZ 21214 (Niva)” markalı **-ZM- *** dövlət qeydiyyat nişanlı avtomobil ona polis tərəfindən saz və işlək vəziyyətdə qaytarılmış, heç bir avadanlığı və mexanizmi çıxarılmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildə Şərqiyə Rüstəmova ilə ailə qurmuş, onların bu nikahdan 2015-ci il və 2017-ci il təvəllüdlü iki övladı dünyaya gəlmişdir. Fərdi şəkildə özünə məxsus “Renault Tondar” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Cahangir adlı şəxsi təxminən 2 aydır ki, tanıyır və sonuncu bir neçə dəfə onun avtomobilinə sərnişin qismində əyləşdiyi üçün aralarında münasibət yaranmışdır. Razi adlı şəxsi isə Cahangirin vasitəsilə tanımış və onunla da münasibəti yaranmışdır. Hərdən onlarla görüşərək vaxt keçirmişdir. Qafur adlı şəxsi isə təxminən bir aydır ki, tanıyır, yəni onunla qiyabi tanış olmuş və adını bilsə də, aralarında heç bir münasibət olmamışdır. 23 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Cahangir və Razi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “vayonkomat” adlanan yerin yaxınlığında görüşmüş, Cahangir və Razi onun idarə etdiyi avtomobilə əyləşdikdən sonra birlikdə Razinin Bakı şəhəri, Binə qəsəbəsində yaşayan adını xatırlamadığı tanışının evinə gedib onunla qalmaq qərarına gəlmişlər. Onlar birlikdə ona məxsus avtomobillə Bakı şəhəri, Binə qəsəbəsində yaşayan Razinin tanışın evinə getmiş, səhərə qədər həmin evdə qalmışlar. 24 noyabr 2020-ci il tarixdə səhər saatlarında Cahangir və Razi ilə birlikdə həmin evdən çıxıb ailəsinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən fermaya getmişlər. Çünki, fermanın yaxınlığında Cahangirin torpağı olmuş və o, həmin torpağa baxmaq istəmişdir. Onlar həmin torpağa baxdıqdan sonra Cahangirlə Razini aparıb evlərinə düşürmək istəmiş və birlikdə həmin fermanın yaxınlığında yerləşən dikə çatdıqda avtomobilin yanacağı qurtarmışdır. Bu vaxt o, Qafurla əlaqə saxlamış və avtomobilin yanacağının quratdığını deyib ondan gəlib onunla yanacaq doldurma məntəqəsinə gedərək avtomobilinə benzin almasını xahiş etmişdir. Biraz sonra Qafur onların olduğu yerə gəlmiş və o, Qafurun idarə etdiyi “Kia Cerato" markalı **- SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Cahangir onun arxasında və Razi isə onun yanında arxa sərnişin oturacağında əyləşmişlər. Qafur onları Xırdalan dairəsində yerləşən yanacaq doldurma məntəqəsinə gətirmiş və orada Qafur ona özü benzin almış, həm də 10 manat pul cibinə qoyaraq ehtiyacını ödəməyini bildirmişdir. Bundan sonra onlar Qafurun avtomobili ilə onun avtomobilini saxladığı dik deyilən yerə gəlmişlər. Onlar həmin dikə çatmağa biraz qalmış Cahangir ilə Qafurun arasında sözlə mübahisə yaranmışdır. Lakin onlar bir-birinə əl-qol atmamışlar. Dikə çatdıqdan sonra anidən Cahangir avtomobildən düşüb sürücü tərərfdən avtomobilin qapısını açmış və arxaya keçməsini, özünün avtomobili idarə edəcəyini bildirmişdir. Qafur buna etiraz etmiş və bu vaxt Cahangir zorla iki əli ilə Qafuru tutub arxa sərnişin oturacağına atmışdır. Qafurun arxa sərnişin oturacağında əyləşmiş Razinin üstünə düşmüş və Razi əlləri ilə Qafuru sıxıb saxlayaraq hərəkət etməsinə mane olmuşdur. Cahangir avtomobilin sürücü oturacağına əyləşmiş və avtomobili idarə etməyə başlamışdır. Həmin vaxt Cahangir avtomobili idarə etdiyi zaman Balaxanı yolunda “Opel” markalı, sürücüsü yaşlı olan bir avtomobili arxa bufer hissəsindən vurmuşdur. Həmin avtomobilin sürücüsü onların avtomobilə yaxınlaşmış və Cahangir yalandan avtomobilin özünə məxsus olmasını deyərək Qafura məxsus olan sənədləri həmin vurduğu avtomobilin sürücüsünə vermişdir. Lakin sürücü sənədləri götürməmiş və DYP-nin əməkdaşlarını çağıracağını bildirmişdir. Cahangir polis çağırılacağını bildikdə avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Həmin “Opel” markalı avtomobilin sürücüsü onlardan əl çəkməmiş və onların əyləşdiyi avtomobili təqib etməyə başlamışdır. Cahangir isə həmin yolu tanımadığı üçün avtomobili dəqiq bilmədiyi yollarla idarə etmişdir ki, “Opel” markalı avtomobilin sürücüsündən qaçsın. Onlar biraz getdikdən sonra hərəkət etdikləri yol yaşayış evlərini arasında qurtarmış və hər tərəf yaşayış evləri olduğu üçün Cahangir məcbur qalıb avtomobili saxlamışdır. Bu vaxt Qafur onlara getmələrini və özünün bu məsələni qaydasına qoyacağını bildirmişdir. Onlar üçü də avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmış və sonradan Ramana qəsəbəsi olduğunu bildiyi yerdə yoldan keçən ağ rəngli “Vaz 2106” markalı avtomobilə sərnişin qismində əyləşərək Bakı şəhəri, Binə qəsəbəsinə Razinin bir gün əvvəl qaldıqları tanışının evinə gəlmişlər. Həmin gün də orada qalmış və səhərisi gün tezdən taksi ilə avtomobilini saxladığı Bakı şəhəri, Binəqədi rayonunda dik deyilən yerə gəlib avtomobilinə yanacaq dolduraraq Öz evinə getmişdir. Hadisə vaxtı yanında olan tanışları Razi və Cahangir adlı şəxslərlə aralarında Zərərçəkmiş şəxs1 qarşı quldurluq edərək onun mobil telefonlarını və pulunu ələ keçirmək barədə heç bir danışıq olmamış və onlar qabaqcadan bunu planlaşdırmamışlar. X10 arasında sözlə mübahisə baş vermiş, sonra isə Cahangir Qafuru arxa sərnişin oturacağına itələyərək özü avtomobili sürüb idarə etmiş və yol qəzası törətdiyi üçün həmin sürücü onu təqib etdiyinə görə qaçaraq Ramana qəsəbəsinə gəlmişlər, lakin orada yol qurtardığı üçün avtomobildən düşüb qaçmışlar. Hadisə zamanı o, Qafurunu ümumiyyətlə vurmamışdır. Həmin vaxt Cahangir və Razinin də Qafuru vurmasının və xəsarət yetirməsinin şahidi olmamışdır. Yalnız həmin vaxt Razi arxada Qafuru tutub sıxaraq hərəkətinə mane olmuş, Cahangir isə Qafurun avtomobilini idarə etmək istədiyi üçün sonuncunu sürücü oturacağından arxa sərnişin oturacağına itələmişdir. Bundan başqa, Qafuru kiminsə və nə ilə vurmasını görməmiş və bilməmişdir. Həmin vaxt ətrafda bir çox insan olmuş və insanlar bu hadisəni görmüş, lakin onların şəxsiyyətini bilməmişdir. Zərərçəkmiş şəxs1 bəedəni üzərində bir neçə xəsarətlər və sol ayağında bıçaq yarası xəsarətini necə almasından xəbəri olmamışdır. Qafurun Cahangir və ya Razi tərəfindən döyülməsi və xəsarət almasını, bıçaqla vurulmasını görməmiş, eləcə də, özü də onu vurmamışdır (cild 1, iş vərəqə 224-227). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsində göstərmişdir ki, barəsində Binəqədi RPl-nin İŞ-də Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. 5 noyabr 2020-ci il tarixdə saat 15 radələrindən yaşadığı evdən çıxıb Xırdalan şəhəri “AAAF" parkında avtomobil yolunun kənarında olarkən, tanışı Cahangir adlı şəxsin bir neçə gün əvvəl “Rent A Car”dan götürdüyü ağ rəngli “Niva” markalı avtomobilin dayandığını görüb, avtomobilə yanaşdıqda Cahangirin avtomobilin sükanı arxasında olduğunu görmüşdür. Avtomobilin sağ sərnişin qapısını açıb Cahangirin yanında oturmuşdur. Arxa oturacaqda birinci dəfə gördüyü, əvvəllər tanımadığı orta yaşlı kişinin də oturduğunu görmüşdür. Cahangir onunla salamlaşdıqdan sonra ona, bir nəfər narkotik maddə satan şəxsin olduğunu, gedib, onunla görüşüb, narkotik satmamasını deyəcəklərini bildirmiş, ancaq ona həmin şəxsin kim olduğunu deməmişdir. Bundan sonra Cahangirin idarə etdiyi həmin avtomobildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yolda gedərkən, Cahangir özündə olan mobil telefonla zəng edərək, telefonda danışdığı şəxsə, “sən dediyin yerdə gözləyirəm” demişdir. Telefonda danışdığı şəxsin Cahangirə nə cavab verdiyini eşitməmişdir. Bir az sonra Cahangir avtomobili sürüb, Nərimanov rayonu “Nərimanov” metrostansiyasının yanındakı “Mado” kafesinin yanında saxlamışdır. Həmin vaxt o və avtomobildə olan adını bilmədiyi orta yaşlı kişi avtomobildən düşüb, yaxınlıqda olan "Topaz”ın tualetinə gedib, təqribən, 10 dəqiqədən sonra avtomobilə tərəf qayıtmışlar. Avtomobilə qayıtdıqda qabaq oturacaqda əvvəllər tanımadığı, bir cavan oğlanın oturduğunu görmüşdür. Həmin cavan oğlanın Cahangirin dediyi narkotik satan şəxs olduğunu düşünüb, qapını açıb həmin cavan oğlana avtomobilin arxa oturacağa keçməsini demişdir. Həmin cavan oğlan da avtomobilin arxa oturacağa keçmişdir. O da onun arxasınca arxa oturacağa keçmişdir. Sonra onunla birlikdə avtomobildən düşüb, tualetə gedib, qayıdan oğlan qabaq oturacağa oturmuşdur. Bundan sonra Cahangir avtomobili işə salıb, hərəkətə başlamışdır. Avtomobildə gedərkən o, arxa oturacağa keçməsini istədiyi və onunla arxa oturacaqda sol tərəfdə yanaşı oturmuş oğlana “sən narkotik satırsan’-demişdir. Həmin oğlan da ona narkotik satmadığını demişdir. Yolda o, dəfələrlə həmin oğlandan narkotik satıbsatmamasını soruşmuşdur. Həmin oğlan da ona narkotik satmadığını bildirmişdir. O, həmin oğlandan narkotik satıb-satmadığını soruşan zaman onu yumruqla dəfələrlə çiynindən vuraraq, düzgün danışmasını tələb etmişdir. Təxminən 15-20 dəqiqə yol getdikdən sonra Mehdiabad qəsəbəsinin kənarına, yol kənarına gəlib, avtomobili saxlamışlar. O, yenə də həmin oğlanı yumruqla dəfələrlə qolundan vuraraq, narkotik satıb-satmadığını soruşmuşdur. Həmin oğlan isə yenə də narkotik satmadığını bildirmişdir. Mehdiabad qəsəbəsində olarkən o, avtomobildən düşüb, yol kənarında tualetə gedib, siqaret çəkmiş, təxminən 7-8 dəqiqə sonra qayıdıb, avtomobilə minmişdir. Bundan sonra, geri qayıdıb, Bakı-Sumqayıt yolunda “VAZ” dairəsində oğlanı avtomobildən düşürmüşlər. Daha sonra Cahangir onu yaşadığı ünvana gətirmiş və o, avtomobildən düşərkən Cahangir ona 500 manat, daha doğrusu 4 ədəd 100 manatlıq və 2 ədəd 50 manatlıq pul əskinazı verərək “qoy cibinə xərclərsən” demişdir. Ancaq həmin pulun nə pul olduğunu, hardan aldığını Cahangir ona deməmişdir. Avtomobilə minmiş oğlanı birinci dəfə görürmüş, adını, soyadını, atasının adını, yaşadığı ünvanı bilmirmiş. Həmin oğlanın narkotik satmasını ona Cahangir demişdir. Bundan sonra o, özündə mobil telefon olmadığından, saat 00 radələrində qonşuluqda yaşayan dostu Ceyhundan mobil telefonunu alıb, telefonla danışmaq üçün Ceyhunun yaşadığı evə getmişdir. Ceyhungilin qapısının yanında Cahangirin icarəyə götürdüyü ağ rəngli “Niva” markalı avtomobilin dayandığını görmüşdür. Ceyhun avtomobil lazım olduğu üçün avtomobili Cahangirdən sürmək üçün götürmüşdür. O da qapını döyüb, Ceyhundan mobil telefonu və avtomobilin qapısını açmasını istəmişdir. Avtomobilin arxa sərnişin oturacağında oturub telefonla danışarkən polis əməkdaşları avtomobilə yaxınlaşaraq, onu həmin **-ZM- *** qeydiyyat nişanlı “Niva” markalı avtomobillə birlikdə polis idarəsinə aparmışlar. Avtomobilə baxış keçirərkən, avtomobildən qara rəngli yapışqanlı lent (izolent-skoç) götürülmüşdür. Avtomobildə olan, İstintaq zamanı adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi şəxsin narkotik satdığına görə üzərində narkotik axtarmaq üçün ciblərinə baxmış, amma narkotik tapa bilməmişdir. Eləcədə Zərərçəkmiş şəxs2 ciblərindən pul çıxardıb, götürməmişdir. Cahangirin və adını bilmədiyi tanışının Elçindən pulu götürdüyünü görməmişdir. Onun üzərində bıçaq olmamışdır və Zərərçəkmiş şəxs2 bıçaqla hədələməmiş, vurmamışdır. Zərərçəkmiş şəxs2 əllərini, ağzını yapışqanlı lentlə kimsə bağlamamışdır. Onun yanında Zərərçəkmiş şəxs2 kimsə pul götürməmişdir, o, özü də ondan pul almamışdır. Cahangirin ona verdiyi 500 manatın. 100 manatını, yəni 2 ədəd 50 manatlıqları xərcləmişdir, qalan 400 manatı isə təqdim edə bilərmiş. Cahangir əvvəldən avtomobilə oturacaq şəxsi üzərində olan pulu almaq istədiyini barədə ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs2 avtomobildə olarkən o, Zərərçəkmiş şəxs2 mobil telefonlarını çıxarmasını istəmiş, o da çıxararaq qabaq oturacaqlar arasında olan qoltuqaltının üstünə qoymuşdur. Sonra ona zəng gəldikdə, götürüb, danışmışdır. Etdiyi əməlin cinayət olduğunu başa düşürmüş və əməlindən peşmandır (cild 4, iş vərəqə 28-31). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, 2018-cİ ildən hazırda tutduğu vəzifədə xidmət edir. 25 noyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 noyabr 2020-ci il tarixdə quldurluq cinayəti törətmiş Şahid1 saxlanılmış, sorğu zamanı Şahid1 bildirmişdir ki, 24 noyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində Qafur adlı şəxsə qarşı quldurluq cinayəti törətmişdir. Həmçinin Şahid1 özündə olan 1 ədəd bıçağı, 1 ədəd mobil telefonu təqdim edərək bildirmişdir ki, həmin bıçaq ona məxsusdur, 24 noyabr 2020-ci il tarixdə həmin bıçaqla Qafur adlı şəxsə xəsarət yetirmişdir. Bundan başqa Şahid1 1 ədəd mobil telefonu təqdim edərək bildirmişdir ki, həmin mobil telefon Qafur adlı şəxsə məxsusdur, 24 noyabr 2020-ci il tarixdə Qafur adlı şəxsin avtomobilindən götürmüşdür. İş üçün sübut əhəmiyyəti kəsb etdiyindən Şahid1 təqdim etdiyi 1 ədəd bıçaq və 1 ədəd mobil telefon tərəfindən götürülmüş, bu barədə rəhbərliyə raportla məruzə edilmişdir (cild 1, iş vərəqə 152-154). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan Naxçıvan MR-da yaşadığı müddətdə tanımış və aralarında yaxın münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs1 və Şahid1 isə əvvəllər tanımamışdır. Cahangir özünə məxsus yaşadığı ünvanın yaxınlığında olan torpağını ona yaxın münasibətdə olduğu üçün etibarnamə ilə verəcəkdi. Ona görə də, 23 noyabr 2020-ci il tarixdə axşam saatlarında Cahagirlə telefon əlaqəsi saxlamışdır ki, sabah görüşüb həmin məsələni həll etsinlər. 24 noyabr 2020-ci il tarixdə saat 9 radələrində Cahangirlə telefonda danışıb Koroğlu metrostansiyasının yanında görüşmək üçün taksi ilə həmin yerə getmiş, Cahangir də əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Muradxan adlı şəxslə gəlmişdir. Avtomobilə oturduqdan sonra Muradxan avtomobili idarə etmiş, Muradxan Cahangirə 2 saat vaxtları olduğu üçün Binəqədi rayonuna gedib bir məsələni həll etməyi demişdir. Lakin həmin məsələdən özünün hər hansı bir məlumatı olmamışdır. Cahangir də razılaşdığı üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “dik” adlanan yerə getmişlər, orada Muradxan avtomobilinin benzinin qurtardığını demiş və telefonu çıxarıb kiməsə zəng vurub onları gəlib yanacaqdoldurma məntəqəsinə aparmasını xahiş etmişdir. Bir az keçmişdir ki, “Kia Cerato” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara yaxınlaşmış, həmin avtomobilin sürücüsünü əvvəllər tanımamışdır. Həmin sürücü, yəni sonradan adını bildiyi Qafur adlı şəxs avtomobildən düşdükdən sonra Muradxana xitabən gedib benzin almağı demişdir. Bundan sonra Qafur adlı şəxsin avtomobilinə əyləşmişlər, belə ki, Cahangirlə özü arxada əyləşmiş, Muradxan da onun yanında qabaqda əyləşmişdir. Muradxanın əlində iki ədəd plastik butulka var idi. Xırdalan dairəsi adlanan yerdə yerləşən yanacaqdoldurma məntəqəsinə getdikdə orada Muradxanın pulu olmadığı üçün Qafur adlı şəxs ona pul verib 4 litr benzin almış, sonra isə cibindən 10 manat da çıxararaq gizlincə Muradxanın cibinə qoymuşdur. Ordan təkrarən Binəqədi şossesində dik deyilən yerə kimi getmişlər, orada necə oldusa Cahangirlə sürücü Qafurun aralarında sözlə mübahisə yaranmış, bundan sonra Cahangir Qafura onları təkrar yerə “sarı durbalar” deyilən yerə aparmağı bildirmişdir. Həmin yerdə ara bir məhəllədə Cahangir Qafura avtomobili saxlamasını bildirmiş, bundan sonra onların nəisə bir planlarının olmasını hiss etmiş və vəziyyətin pisə doğru gedəcəyini düşünüb “niyə mənə problem yaradırsınız” deyib avtomobildən düşüb oradan uzaqlaşmışdır. Cahangiri uşaqlıqdan tanıdığını və davaya meyilli olduğunu bildiyi üçün orada bir hadisə edəcəklərini başa düşmüş, ona görə də yaşadığı evə getmişdir. Həmin günü axşam Cahangirə istifadəsində olan ***-***-**-** nömrə ilə yığıb nə baş verməsini soruşduqda o, vəziyyətin yaxşı olmadığını və Qafuru döymələri səbəbindən sürücünün DİNin 102 xidmətinə zəng vurub şikayət etdiyini, polislərin onları axtardığını demişdir. Özü heç bir hadisə törətməsə də orada avtomobildə oturduğuna görə polisdən qorxub 26 noyabr 2020-ci il tarixdə saat 5 raddələrində evdən çıxmış, həmin gündən bu günə kimi heç kimin hətta qohumlarının da bilmədiyi bir ev tutub yaşamağa başlamışdır. Sadəcə 3-4 gün olar ki, xalası oğlu ilə telefonda danışıb hal-əhval tutduqda sonuncu ona vəziyyəti izah etmiş və polis əməkdaşları tərəfindən axtarıldığını, heç bir günahı olmadığına görə qorxmamağını və gedib polisə könüllü ifadə verməyini demişdir. Buna görə gəlib hadisəni olduğu kimi qeyd etmişdir. X5 Qafur adlı şəxsə qarşı zor tətbiq etməklə quldurluq cinayəti etdiklərini bilmiş, lakin əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Cahangirlə və Muradxanla Qafura qarşı əvvəlcədən quldurluq etmək barədə hər hansı bir sövləşməsi və razılaşması olmamışdır. Eləcə də, Cahangirlə Muradxanın ikisinin arasında belə bir razılığın olmasından da əvvəlcədən hər hansı bir məlumatı olmayıbdır. Əgər belə bir məlumatı olsaydı onlarla razılaşmazdı və onlarla birlikdə getməzdi. Hansı ki, yuxarıda da qeyd etdiyi kimi onların nə isə bir hadisə törəcəklərini hiss edib avtomobildən düşüb oradan uzaqlaşıb getmişdir (cild 4, iş vərəqə 141-144). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək təqsirləndirilən şəxsin üzünə qarşı demişdir (cild 2, iş vərəqə 21-24). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək şahidin üzünə qarşı demişdir (cild 1, iş vərəqə 62-65). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək təqsirləndirilən şəxsin üzünə qarşı demişdir (cild 4, iş vərəqə 108-111). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək şahidin üzünə qarşı demişdir (cild 2, iş vərəqə 134-135). Cinayət işinin materiallarında olan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək təqsirləndirilən şəxsin üzünə qarşı demişdir (cild 4, iş vərəqə 225-228). Cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan görünür ki, Şahid1 könüllü olaraq istintaqa 1 ədəd “İphone 6” markalı mobil telefonu təqdim edərək Zərərçəkmiş şəxs1 məxsus olduğunu etiraf etmiş və həmin telefon zərərçəkmiş şəxsə tanınmaya təqdim edilmiş, zərərçəkmiş şəxsə ona təqdim edilmiş mobil telefonların içərisindən özünə məxsus olan həmin mobil telefonu tanıyaraq quldurluq cinayət hadisəsi zamanı götürülən mobil telefon olduğunu təsdiq etmişdir (cild 1, iş vərəqə 68-69). Cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bıçaq sonuncuya tanınmaya təqdim edilmiş, Şahid1 həmin bıçağı tanıyaraq üzərindən aşkar edilmiş bıçaq olduğunu bildirmiş, həmçinin həmin bıçağa Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilən zaman sonuncu həmin bıçağı tanıyıb 24 noyabr 2020-ci il tarixdə ona qarşı quldurluq cinayəti törədilərkən Muradxan Məmmədovun həmin bıçaqla onun ayaq nahiyələrinə vurduğunu bildirmişdir(cild 1, iş vərəqə 66-67 və 177-178). Cinayət işinin materiallarında olan “tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və o, təqsirləndirilən şəxsi tam yəqinliklə tanıyaraq 24 noyabr 2020-ci il tarixdə ona qarşı Şahid1 ilə birlikdə quldurluq cinayəti törədən şəxs olduğunu bildirmişdir (cild 2, iş vərəqə 15-18). Cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 14 aprel 2021-ci il tarixdə aşkar edilərək götürülmüş 1 ədəd bıçaq ona tanınmaya təqdim edilmiş, təqsirləndirilən şəxs həmin bıçağı tam yəqinliklə tanıyaraq 14 aprel 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən özünə xəsarət yetirdiyi və polis əməkdaşlarına təqdim etdiyi bıçaq olduğunu bildirmişdir (cild 2, iş vərəqə 19-20). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 27 noyabr 2020-ci il tarixli 1070 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin hematomaları bərk-küt əşyanın (əşyalar) təsirindən, sağ baldırın deşilmiş yaraları iti uclu əşyanın (alət) təsirindən, sol baldırın deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin, ola bilsin bıçaq) təsirindən törənmiş, 24.11.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə hematomalar və deşilmiş-kəsilmiş yara həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ baldırın deşilmiş yaracıqları isə zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 76-77). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 24 dekabr 2020-ci il tarixli 604- MTKŞ/2020 saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi-kriminalistik tədqiqatına dair aşağıdakı nəticəyə gəlinmişdir:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus idman şalvarının sol ön səthində 1 ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə demişlmiş-kəsilmiş zədə olub küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus idman şalvarının sol ön səthində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmamışdır.
3. Zərərçəkmiş şəxs1 hadisə zamanı xəsarət yetirilən zaman lokalizasiyasına görə demək olar ki, şəxs xəsarəti alan zaman müxtəlif vəziyyətlərdə olmaqla xəsarəti yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, idman şalvarında olan zədə nahiyəsi isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur.
4. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçaqlarına uyğun gəlir və kəsici-deşici xasəyə malik soyuq silahdır (cild 1, iş vərəqə 163- 166). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 24 dekabr 2020-ci il tarixli 944/2020-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:
1. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu B-/İİİ/ (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin ksero sürətinə əsasən);
2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus şalvar və 2 ədəd pambıq topası üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdəki qanın qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız V antigeni alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə B-(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər.
3. Müvafiz metodik tövsiyələrə görə maddi sübutlar üzərindəki quru qan ləkələrində rezus faktorunun təyini zamanı qeyri-spesifik nəticələr alındığı üçün təqdim edilən maddi sübutların üzərindəki qan ləkələrinin rezus faktoruna görə fərqləndirilməsi məqsədəuyğun hesab olunmamışdır (cild 1, iş vərəqə 168-171). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 mart 2021-ci il tarixli 9/1222 saylı rəyindən görünür ki, 1 ədəd Çin istehsalı olan “İphone 6” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 180 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 196-198). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 21 may 2021-ci il tarixli 1080 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 4, iş vərəqə 197-198). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2021-ci il tarixli 3/957 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir (cild 4, iş vərəqə 200-202). Cinayət işinin materiallarında olan “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 1 ədəd 20 manatlıq pul əskinazını, 1 ədəd özünə məxsus Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini və topa açarları, eləcə də qara rəngli yapışqanlı lenti (skoç) təqdim edərək bildirmişdir ki, 1 ədəd 20 manatlıq pul əskinazını, 1 ədəd özünə məxsus Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini və topa açarları 5 noyabr 2020-ci il tarixdə saat 15 radələrində “Niva” markalı avtomobildə olarkən üzərindən götürülən və avtomobildən düşürülərkən avtomobildə onun yanında arxa sərnişin oturacağında əyləşən şəxs tərəfindən ona qaytarılan əşyalardır, qara rəngli yapışqanlı lent (skoç) isə həmin şəxslər tərəfindən qollarını bağladıqları lentdir. Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd 20 manatlıq pul əskinazına, 1 ədəd onun adına olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə və 2 ədəd açara baxış keçirildikdən sonra məsul saxlanması üçün zərərçəkmiş şəxsə qaytarılmış, qara rəngli yapışqanlı lent (skoç) iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 2, iş vərəqə110). Cinayət işinin materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Şahid2 1 ədəd “Samsung Duos” markalı mobil telefonu və 400 manat pulu təqdim edərək mobil telefonun dostu Ceyhun adlı şəxsə məxsus olduğunu, 400 manat pulu isə 5 noyabr 2020-ci il tarixdə yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobildən düşərkən sonuncunun ona verdiyi 500 manat puldan olduğunu, 100 manatını isə xərclədiyini bildirmişdir. Həmçinin 6 noyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Nərimanov RPİ-nin inzibati binasının həyətində “VAZ 21214 Niva” markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin salonunda qabaq oturacaqlarla arxa oturacaq arasındakı ayaqaltından qara rəngli yapışqanlı lent (skoç), arxa oturacağın sağ küncündən isə 1 ədəd şəffaf rəngli yapışqanlı lent halqası (skoç) aşkar edilərək götürülmüşdür (cild 2, iş vərəqə136-140). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 9 noyabr 2020-ci il tarixli 829 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərdən - sol əlin 4-5-ci barmaqarası sahənin kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən, ənsə-təpə nahiyəsinin hematomaları, alın nahiyənin, hər iki qulaqdibi nahiyənin, sol bazunun, sol qoltuqaltı nahiyənin, hər iki əlin arxa sətinin geniş sahəli qançırları küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 5.11.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 xəsarəti alarkən xəsarət yetirən şəxslərə qarşı müxtəlif vəziyyətlərdə (üzbəüz, oturmuş və s.) ola bilərdi (cild 3, iş vərəqə 232-233). Cinayət işinin materiallarında olan “şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Şahid2 və X2 fotoşəkillərlə tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həmin şəxsləri tanıyaraq 5 noyabr 2020-ci il tarixdə Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən “Mado” adlı kafenin arxasında dayanmış “Niva” markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobildə ona zor tətbiq edib döyərək üzərində olan pulu və əşyalarını götürən şəxslərdən ikisi olduğunu göstərmişdir (cild 2, iş vərəqə 118-125). Cinayət işinin materiallarında olan “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 X3 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 5 noyabr 2020-ci il tarixdə Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən “Mado” adlı kafenin arxasında dayanmış “Niva” markalı **-ZM-*** qeydiyyat nişanlı avtomobildə ona qarşı zor tətbiq etməklə quldurluq edən şəxslərdən olmadığını qeyd etmişdir (cild 4, iş vərəqə 117-118). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 dekabr 2020-ci il tarixli 6/2546 nömrəli rəyindən görünür ki, ekspertizaya tədqiqata təqdim edilmiş üzərində “... “Niva” markalı **- ZM-***... avtomobilin salonundan götürülmüş...” yazıları olan paketdəki (№1) və üzərində “... Zərərçəkmiş şəxs2 təqdim etdiyi... yazıları olan paketdəki (№ 2) müqayisə olunan obyektlərə aiddir, materiallar xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə ümumi mənşə və qrupa aiddir, materiallar (müqayisə olunan qara rəngli izoletlər və rəngsiz, şəffaf yapışqanlı lentlər) xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə zavod üsulu ilə eyni texnologiya əsasında hazırlanmışdır (istehsalçılarına aid etalon nümunələr olmadığından hazırlandıqları mənbəni müəyyən etmək mümkün deyildir). Müqayisə olunan predmetlər saxlama və istismar şəraitinə görə ümumi qrupa mənsubdurlarmı? sualı materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir (cild 3, iş vərəqə 245-248). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına və 1.000 (min) manat cərimə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 66-69). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzaları azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar olduğundan residiv müəyyən edilən zamanı nəzərə alınmamalıdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktublardan görünür ki, Qaradağ rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası icra olunmamış və 1.000 (min) manat cərimə cəzası ödənilməmişdir (cild 4, iş vərəqə 203, cild 6). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Qaradağ rayon məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə qismən birləşdirilməli, həmçinin Qaradağ rayon məhkəməsi tərəfindən təyin olunmuş 1.000 (min) manat cərimə cəzası hazırkı hökmlə tam birləşdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda onlar müstəqil icra olunur. Məhkəmə həmin normanın tələbini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1.000 (min) manat cərimə cəzası müstəqil icra olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 maddi ziyanı tam ödədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığından zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 6). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 920 manat maddi ziyanı Təqsirləndirilən şəxs tələb etmişdir (cild 6). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (cild 6). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 920 manat maddi ziyanı ödəmədiyindən məhkəmə təqsirləndirilən şəxsin digər Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.4-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 236). İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 aprel 2021-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 54-56). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 920 manat maddi ziyanı Təqsirləndirilən şəxs tələb etmiş, lakin ona qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş soyuq silah hesab olunan 1 ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.4 və 181.2.5 maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qaradağ rayon məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası və 1.000 (min) manat cərimə cəzasının azadlığın məhdudlaşdırılması cəzası hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, 1.000 (min) manat cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1.000 (min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1.000 (min) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş soyuq silah hesab olunan 1 ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.