Məhkəmə qərarları › İş №1(101)-222/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-222/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-222/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, tərcüməçi-mütəxəssislər X17 və X1, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman əməliyyatları şöbəsinin rəhbəri vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 21 fevral 2024-cü il tarixli qərar ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, 12.1 193-1.3.2-ci, 308.2ci və 313-cü maddələri ilə təqsirləndirilməsnə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin və hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid tamah niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə- bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirib vahid niyyətlə xeyli miqdarda pul vəsaitlərini leqallaşdırmışdır. Belə ki, o, Formula 1 X39 yarışlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar həmin beynəlxalq səviyyəli idman tədbirinin təşkil edilməsi, keçirilməsi və idarə olunması məqsədi ilə yaradılmış, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X22 Qeydiyyat) İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş “X40” MMC-nin sabiq direktoru X28 tərəfindən verilmiş 17 mart 2015-ci il tarixli, 001 nömrəli əmrlə həmin MMC-nin idarə heyətində əməliyyat meneceri vəzifəsinə qəbul edilməklə, “X40” MMC-nin hüquqi varisi olan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru A.A.Rəhimov tərəfindən qəbul edilmiş 13 oktyabr 2016-cı il tarixli “əmək müqaviləsinə dəyişiklər edilməsi barədə” 4 nömrəli sazişə əsasən 17 mart 2015-ci il tarixli, 001 nömrəli əmrə edilmiş dəyişikliyə əsəsən Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməklə 05 noyabr 2020-ci il tarixədək həmin vəzifələrdə işləyərkən “X40” MMC ilə arasında bağlanılmış xx.xx.2015-ci il tarixli MM02 nömrəli “X14” müqaviləyə əsasən - maddi məsul şəxs olaraq əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərdən əlavə olaraq işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsulliyyəti ilə öz üzərinə götürməklə etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin qayğısına qalmaq, eyni zamanda işəgötürən idarə, müəssisə və təşkilatına heç bir səbəb üzündən zərər vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, verilən maddi sərvətlərin uçotunu aparmaq, onların hərəkəti və qalığı haqqında işə götürənə hər ay hesabat vermək, müəyyən edilmiş qaydada hesabat tərtib edərək tələb olunan yerlərə təqdim etmək, etibar edilmiş maddi sərvətlərin invertarizasiyasında iştirak etmək, zərəri aşkar edərkən bu barədə müvafiq qeydlər aparmaq, baş vermiş hadisə haqqında işəgötürənə dərhal məlumat vermək və vəziyyətin səbəblərini araşdırmaq, hadisə barədə işəgötürənə məlumatı vermədikdə o, zərərin vurulmasına görə tam maddi məsuliyyət daşımaq, maddi sərvətlərə qəsdən və ya diqqətsizlik nəticəsində zərər vurduqda Azərbaycan Respublublikası qanunvericiliyinə əsasən müəyyən məbləğində ziyanı ödəmək, eləcə də Bakı Şəhər Halqası Əməliyyat şirkəti tərəfindən üzərinə qoyulmuş öhdəliklərə əsasən Bakı Şəhər Halqası Əməliyyat şirkətinin əməliyyatının genişlənməsi və inkişafı üçün iş səmərəliliyinin və effektivliyinin formalaşmasında əsas rol oynamaq, idman əməliyyatları şöbəsi üçün əməliyyat büdcəsinin, məqsəd və vəzifələrinin hazırlanması və şöbə fəaliyyətinin monitorinqini aparmaq, layihə səviyyəsində planlaşdırma və resurs tələblərini nəzərə alaraq icraçı direktor ilə əməliyyat planını müəyyən etmək, inkişaf etdirmək və həyata keçirmək, marşal proqramının koordinasiyası və idarə etmək, idman əməliyyatları üzrə dövrənin bütün aspektlərinin operativ çatdırılmasına nəzarət etmək və lazım olan əməliyyat planlarını hazırlamaq, Beynəlxalq Avtomobil Federasiyası və Formula 1 rəhbərliyi ilə dövrə əməliyyatları ilə bağlı bütün məsələlərlə bağlı koordinasiya etmək, effektiv və mütənasib olan inteqrasiya olunmuş təhlükəsizlik mühitinin planlaşdırılması və çatdırılmasını dəstəkləmək, yarışın dinc şəkildə qeyd olunmasını təmin etmək və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Formula 1 X39 yarışlarının təşkili ilə bağlı tikinti işlərinin qısa müddətə yüksək keyfiyyətlə icra olunmasının vacibliyini, bu sahədə ixtisaslaşmış təcrübəli təşkilatların sayının məhdud olduğunu, yarışların başlamasına 8 aydan az vaxt qalması səbəbindən satınalma predmetinə aid olan bütün işlərin satınalınması məqsədi ilə bu sahədə təcrübəsi olan, danışıqlar əsasında seçilən təşkilatlarla müqavilə bağlanmasına icazə verilməsi ilə bağlı qəbul olunmuş Azərbaycan Respublikası Baş Nazirinin müavininin xx.xx.2015-ci il tarixli 308 S nömrəli sərəncamı ilə bağlı yaranmış şəraitdən istifadə edərək Formula 1 X39 yarışlarının keçirilməsi üçün müxtəlif növ malların və xidmətlərin faktiki qiymətlərini şişirtməklə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilən Bakı Şəhər Halqası Əməliyyat şirkətinə dövlət büdcəsindən Azərbaycan Respublikası İdman Nazirliyi vasitəsi ilə ayrılmaqla özünə etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə ofşor zonada-Seyşel adalarında cinayətdən xəbərsiz anası X12 adına qeydiyyatdan keçmiş məsul şəxs özü olan “Dayton investment LTD” şirkəti və sürücüsü Azərbaycan Respublikasının vergi orqanlarında fiziki şəxs kimi qeydiyyatdan keçmiş (VÖEN **********) cinayətdən xəbərsiz Şahid2 Formula 1 X39 yarışlarının təşkili ilə bağlı ixtisaslaşmış təcrübəli təşkilat və şəxs olmasını Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təhcizat və satınalma şöbəsinin rəhbəri cinayətdən xəbərsiz Şahid6 bildirməklə həmin fiziki və hüquqi şəxslərin X39 yarışlarının təşkili ilə bağlı ixtisaslaşmış təcrübəli təşkilatların olmasına dair fikir yaratmaqla mənimsəmə cinayətini törətməyə şərait yaratmaq üçün ilkin olaraq alınmalı olan mallar və göstəriləcək xidmətlərin dəyərini Bakı Şəhər Halqası Əməliyyat şirkətinə təqdim olunan təkliflərdə qəsdən şişirtməklə daxil edib həmin qiymətlərin rəhbəri olduğu idman şöbəsi üçün nəzərdə tutulmuş spesifik mallara uyğun olması barədə cinayətdən xəbərsiz rəhbər şəxsləri inandırıb, “Dayton investment LTD” şirkəti və Şahid2 ilə müqavilə bağlanmasını razılaşdırmaqla, cinayətkar niyyətinə uyğun qeyd olunan fiziki və hüquqi şəxsdən istifadə etmək məqsədilə sürücüsü Şahid2 ilə Bakı Şəhər Halqası Əməliyyat şirkəti arasında xx.xx.2016-cı il tarixli BCC-169/16 nömrəli mal materialların təhcizinə dair və xx.xx.2017-ci il tarixli BCC-SER-325/17 nömrəli xidmətlərin göstərilməsinə dair, eləcə də “Dayton investment LTD” ilə Bakı Şəhər Halqası Əməliyyat şirkəti arasında xx.xx.2016-cı il tarixli BCC-245/16 nömrəli mal materialların təhcizinə dair müqavilələrin bağlanmasına nail olaraq, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 93-də yerləşən Bakı Şəhər Halqası Əməliyyat şirkətinə məxsus ofisdə xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016- cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017- ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, 09.01,2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli sifariş orderlərində marşallar üçün geyim, ləvazimat və postların, xüsusi geyim formalarının, yağçəkən parçalar, digər əşyaların qiymət vahidini şişirtməklə yerinə yetirilmiş işlərin dəyərlərini artıraraq göstərilən sənədlərə vahid tamah niyyəti ilə saxta məlumatların daxil edilməsini təmin etməklə özünə məxsus elektron imza ilə şəxsən imzaladıqdan sonra həmin sənədlərin cinayətdən xəbərsiz təhcizat işləri üzrə rəhbər Şahid6 və icraçı direktor Arif Rəhimov tərəfindən özlərinə məxsus elektron imza ilə imzalanmasına nail olub vəzifə saxtakarlığı etməklə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində marşallar üçün ləvazimatlar, əşyalar, xüsusi texnikanın icarəsi ilə əlaqədar Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Kapital Bank ASC- dəki AZ35AİİB******************** nömrəli və Paşa Bank ASC-dəki AZ13PAHA ******************** nömrəli hesablarından ümumilikdə Şahid2 "xxxx" ASC-dəki AZ49UBAZ**********1040AZN001 nömrəli hesabına 376.386.08 (üç yüz altmış altı min üç yüz səksən altı manat səkkiz qəpik) manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində “Dayton İnvestment LTD” şirkətinin Estoniya Respublikasının X31ındakı EE**********0038070 nömrəli hesabına həmin dövrlərə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 1.517.405,49 (bir milyon beş yüz on yeddi min dörd yüz beş manat qırx doqquz qəpik) manat təşkil edən 980.457,50 (doqquz yüz səksən min dörd yüz əlli yeddi ABŞ dolları 50 sent) ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsini təmin edərək, qeyd edilən müddətdə həmin pul vəsaitlərini xarici ölkələrdəki şəxsi və digər hesablara, eləcə də Şahid2 "xxxx" ASC-dəki hesabına və mal- materialın alınması üçün müxtəlif hesablara köçürməklə, Şahid2 hesabına köçürülmüş pul vəsaitlərini onlayn qaydada köçürmələr etməklə və cinayətdən xəbərsiz Şahid2 tərəfindən "xxxx" ASC-dən nağd qaydada olmaqla, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Şahid2 "xxxx" ASC-dəki AZ12UBAZ**********1010AZN002 nömrəli hesabından ünvan 2 ünvanındakı "xxxx" ASC-nin yerləşdiyi “Uniplaza”dan nağd qaydada çıxarılaraq özünə təqdim olunmasına nail olmaqla, “Dayton İnvestment LTD”-yə xarici hesaba köçürülmüş pul vəsaitinə görə xarici ölkələrdən ölkə ərazisində gətirilmiş əşyaların qiymətlərini Azərbaycan Respublikası Gömrük sərhədində şişirtməklə 621.117,90 ABŞ dolları məbləğində göstərib bəyan edərək, eləcə də müqavilə üzrə nəzərdə tutulmuş 359,339,60 ABŞ dolları məbləğində malları xarici ölkədən gətirməli olduğu halda gətirməyərək həmin malları öz şəxsi vəsaiti hesabına ölkə ərazisində alaraq Bakı şəhər Halqası Əməliyyat şirkətinə təhvil verməklə cəmi 338.014,31 manat, Şahid2 ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş mallara görə mal və xidmətlərin qiymətini şişirdərək 59.838,51 manat pul vəsaitini ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə öz qulluq mövqeyindən istifadə etməklə dövlət büdcəsindən Azərbaycan Respublikası İdman Nazirliyi vasitəsi ilə Bakı Şəhər Halqası Əməliyyat şirkətinə ayrılmaqla özünə etibar edilmiş 397.852,82 (üç yüz doxsan yeddi min səkkiz yüz əlli iki manat səksən iki qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə mal materialların alınmasının və xidmətlərin göstərilməsinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən ayrılmış pul vəsaitlərin Bakı şəhər Halqası Əməliyyat Şirkətinin fəaliyyət məqsədlərinə uyğun sərfi və vəsaitdən səmərəli istifadə edilməsi üzrə dövlətin və hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid tamah niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, qeyd edilən mənimsəmə cinayəti və digər qanunsuz fəaliyyət nəticəsində köçürülmüş pul vəsaitinin konvertasiyası ilə əldə etdiyi Estoniya Respublikasının X31ından məsul şəxsi özü olan “Dayton investment LTD” şirkətinin hesabındakı pul vəsaitinin mənbəyini göstərməsi tələb edildiyindən cinayət yolu və digər qanunsuz fəaliyyət nəticəsində əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə həmin dövrə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 1.436.735,18 manat təşkil edən 706.846 (yeddi yüz altı min səkkiz yüz qırx altı) Avro məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixdə “Dayton investment LTD” şirkətinin Estoniya Respublikasının X31ındakı EE**********0038070 nömrəli hesabından Kipr Respublikasındakı CY********************011716 nömrəli hesabına, daha sonra borc müqaviləsi görüntüsü yaratmaqla həmin dövrlərə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 1.410.685 manat təşkil edən 694.030 (altı yüz doxsan dörd min otuz ) Avro məbləğində pul vəsaitini “Dayton investment LTD” şirkətinin onun adından şəxsən imzalanmış 20 fevral 2018-ci il tarixli borc müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə hissə-hissə olmaqla “borc müqaviləsi əsasında benefesiar mülkiyyətçiyə köçürülən vəsait” təyinatı ilə X12 Gürcüstan Respublikasının “TBC Bank”ındakı GE63TB**********100034 nömrəli hesabına, həmin hesabdan həmin dövrlərə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 161.891 manat təşkil edən 95.230 ABŞ dolları “oğluma maddi yardım” təyinatı ilə özünün ABŞ-ın “Bank of America” bankındakı **********21 nömrəli və qalan vəsaitlər Gürcüstan Respublikasının “TBC Bank”ındakı GE46TB**********100010 və GE19TB**********100011 hesabına, Gürcüstan Respublikasındakı qeyd olunan özünə aid hesablardan da vahid niyyətlə hissə-hissə olmaqla 22 fevral 2020-ci il tarixdən 24 noyabr 2020-ci il tarixədək olan müddət ərzində qardaşı Zaur Mehdiyevin ABŞ-ın “Bank of America” bankındakı **********00 nömrəli hesabına köçürməklə öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 1.436.735,18 manat təşkil edən 706.846 (yeddi yüz altı min səkkiz yüz qırx altı) Avro məbləğində olmaqla vahid niyyətlə xeyli miqdarda pul vəsaitini leqallaşdırmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Formula 1 Avropa Qran-Pri” Bakı ofisində işə başlamış, “Formula 1 Avropa Qran-Pri”-in Londondakı Baş Ofisi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) (Cenevrə, İsveçrə) ilə yaxın əlaqədə fəaliyyət olmuşdur. “Formula 1 Avropa Qran-Pri” kommersiya şirkətidir. Beynəlxalq Avtomobil Federasiyası isə beynəlxalq təşkilat olmaqla yarışların keçirilməsi qaydalarını və təhlükəsizliyini tənzimləyir. Qeyd edilən qurumlarla birlikdə Bakıda yarış keçirilməsinin planını hazırlamağa başlamışlar. Yarışların keçirilməsi üçün qayda və şərtləri həmin təşkilatlar tərfindən təqdim edilmişdir. Qayda və tələblər həm yolların, həm də pilotların təhlükəsizliyi ilə əlaqədar olmuşdur. Avtomobil idmanı səhəsində zəruri təlimlərdən keçdiyinə görə ona Beynəlxalq Avtomobil Federasiyası tərəfindən X11 verilmişdir. O, Super Lisenziya alan ilk və yeganə Azərbaycanlı olmuşdur. Bu lisenziya “Formula 1 Avropa Qran-Pri” yarışının İdarə Heyəti vəzifəsində (Clerk of Course) yarışın keçirilməsi üçün hüquq vermişdir. Həmçinin, bu lisenziya beynəlxalq səviyyəli olmuş və ona dünyada bu yarışın keçirildiyi hər hansı bir ölkədə, o cümlədən Azərbaycanda “Formula 1 Avropa Qran-Pri” yarışlarına rəhbərlik etmək hüququnu vermişdir. Yarış təşkilatının hazırlanması mərhələsində müxtəlif məhsulların və avadanlıqların vaxtında təmin edilməsi və çatdırılması ilə bağlı bir çox çətinliklər yaşanmışdır. Bu ilk dəfə olduğundan Azərbaycanda bu sahədə təcrübəsi olan heç bir təchizatçı olmamışdır. Bütün xüsusi məhsulların sifarişi düzgün sertifikatla təchiz olunmalı və Londondakı “Formula 1 Avropa Qran-Pri” yarışının baş ofisinin və İsveçrədəki ofisinin razılığından keçməli olmuşdur. Sifarişlərin verilməsi və çatdırılması zaman almışdır. Dünyada isə FİA-nın tələb və standartlarına cavab verən xüsusi sertifikatlı məhsulları istehsal edən məhdud sayda istehsalçı şirkət olduğundan bütün sifarişlər əvvəlcədən verilməli olmuşdur. Məhsullar spesifik olduğundan sifarişlər öncədən verilməli və məhsulun dəyərinin 50% həcmində ilkin avans məbləği ödənilməli olmuşdur. Məhsul təchizatı ilə bağlı belə mürəkkəb tədbiri keçirmək üçün lazım olan məlumat və təcrübəyə malik olmaq üçün direktor Arif Rəhimov və satınalmalar direktoru Şahid6la birlikdə bu cür tədbirlərin keçirilməsi təcrübəsinə sahib olan ölkələrə bir neçə səfər etmişlər. 2015-ci ildə onların yarışından bir neçə ay əvvəl, Monako, Sinqapur, Bahreyn, Macarıstanı ziyarət edib orada həmkarları ilə görüşmüşlər. Qayıtdıqdan sonra Arif Rəhimov məhsulların satın alınmasını Şahid6 tapşırmışdır. Bütün lazım olan məhsulların alınması üçün 90 milyon manat vəsait ayrılmışdır. Satınalma ilə bağlı növbəti iclasda ona xüsusi məhsulların satın alınmasında ciddi çətinliklərin mövcud olduğunu bildirmişlər.Məhsul çeşidlərini çoxluğu, fərqliliyi, istehsalçıların müxtəlif ölkələrdə yerləşməsi, çoxlu sayda müqavilələr bağlanması təlabatının yaranması, onlara ilkin ödənişlərin edilməsi, bu məhsulların ölkəyə gətirilməsinin logistikasının vaxtında və düzgün təşkili, o, cümlədən də nümunələrin əldə edilməsi və Londondakı Baş Ofislə razılaşdırılması və yekun olaraq malların alınması çox böyük insan əməyi, vaxt və maliyyə dəstəyi tələb etmişdir. Məhsul çeşidlərinin çoxluğu, fərqliliyi, istehsalçıların müxtəlifliyi, istehsalçıların tapılması, qiymətlərin razılaşdırılmasından sonra çoxlu sayda müqavilələrin hazırlanması, müqavilələrin tərəflərə göndərilməsi, müqavilələrə tərəflərin şərtlərini nəzərdən keçirmək, bir daha müzakirə etmək və yenidən onlarla razılaşmaq, yalnız bundan sonra bütün rəhbərlərin imzalarını toplamaq lazım olmuşdur. Hər bir müqavilənin 30 səhifədən ibarət olması, imzalanmasının aylarla zaman ala bilməsi səbəbləri həmin kiçik sifarişləri bir müqavilə ilə əldə edə biləcək şirkətə həvalə edilməsi zərurətini yaratmışdır. Yəni, onlara bir müqavilə imzalayaraq, onlarla digər tədarükçülərlə işlərin koordinasiyasını öz üzərinə götürəcək, öncədən investisiya qoyacaq və malların Azərbaycana vaxtında çatdırılmasını təmin edəcək şirkət lazım olmuşdur. Azərbaycan Respublikasında həmin vaxt ixtisaslaşmış təchizatçı şirkətlər olmamış, xaricdən ekspertlərin cəlb edilməsi isə çox bahalı olmuş, ekspertlər saat hesabı vəsait tələb etmişdir. Bu problemin həll edilməsi ona tapşırılmışdır. O, Cenevrədəki FİA baş ofisi ilə danışıqlar aparmış, ona müəyyən istehsalçıların bəzi əlaqələri verilmişdir.O, lazım olan qiymətlər haqqında lazımi məlumatları toplamış və onları rəhbərliyə təqdim etmişdir. Qiymətlər əlaqə saxladığı konsultanların qiymətlərindən bir qədər ucuz çıxmışlar. Çünki orada yalnız məsləhətçilərin qiymətlərindən saat başı 1000 dollar almışlar ki, bu da iki ay ərzində təxminən 350 000 dollar etmişdir.Malların tədarükü ilə bağlı idarə ilə görüşlər keçirilmiş, satınalma şöbəsinin direktoru Zaur, müəyyən xüsusi mallar haqqında həqiqi mənada anlayışa malik olmadığını bildirmişdir. Bütün bunlar bir neçə dəfə müzakirə olunmuş, risklər, sifariş və tədarük müddətləri qiymətləndirilmişdir. Onun təcrübə və biliklərini nəzərə alaraq, ona lazım olan malları tapmaq tapşırılmışdır. O da malları tapmış və satınalma bölməsinə təqdim etmişdir. Lakin sonra ikinci bir problem yaranmış, bütün bu mallar dünyanın müxtəlif ölkələrində olmuş və öncədən ödəniş tələb edilmişdir. Ondan təcili olaraq minimal qiymətlərdə lazım olan tədarükçülərlə əlaqələrin təşkil edilməsi tələb edilmişdir. Bu məqsədlər üçün sifarişlərin əvvəlcədən təşkil edilməsi, sifariş edilməsi və avansın ödənilməsi üçün investisiya etmək lazım olmuşdur. Həmin an "xxxx" şirkətini təklif etmiş və müqaviləsiz olaraq bu təklifi qəbul etmişdir. Bu tədbiri heç bir başqa şirkət qəbul etməmişdir. "xxxx" şirkətinin 4 illik satınalmalarının məbləği Bakı şəhər Halqasının satınalmalarının 1 illik satınalma büdcəsinin yalnız 1%-ini, 4 il ərzində isə bu ümumi büdcənin 0,25%-ni təşkil etmişdir. Bütün mallar vaxtında sifariş edilmiş və "xxxx"nin hesablarından ödənilmişdir. Yəni Bakı şəhər Halqası şirkəti tərəfindən "xxxx" şirkətinə ödənişlər edilməsindən 2,5 ay əvvəl bu ödənişlər təchizatçılara ödənilmişdir (mövcud fakturalardan görünür ki, bi ay fərqlə ödəmələr həyata keçirilmişdir). Bakı şəhər Halqası tərəfindən "xxxx" şirkətinə ödənişlər edilməsindən 5 ay əvvəl öz şəxsi vəsaiti ilə Şahid5 ödənişlər etmişdir. Bundan başqa "xxxx" şirkəti Bakı şəhər Halqası şirkəti ilə iş görmək üçün deyil, hələ 2012-ci ildə yaradılmış, Bakı şəhər Halqası ilə müqavilə bağlanmasından əvvəl uğurla işləmiş və ciddi dövriyyəyə malik olmuşdur. Şirkətdə dövriyyələr yalnızca 2,5 milyon dollar olmuş və Bakı şəhər Halqası ilə dövriyyələr sadəcə 950 min dollardan ibarət olmuşdur. "xxxx" öz vəsaitləri üzərində sərəncam vermək hüququna malik olmuşdur. "xxxx" Azərbaycan şirkəti olmamış, bu şirkət fəaliyyət göstərdiyi ölkədə heç bir hüquq pozuntusu etməmiş, tərəfindən həyata keçirilən köçürmələr tam qanuni olmuşdur. Malların alınması “Dayton LTD ” şirkəti tərəfindən həyata keçirilmiş ödənişlər hesabına əldə edildikdən sonra Bakı şəhər Halqası tərəfindən ona müvafiq məbləğlər köçürülmüşdür. Marşallar qurğuları ilə bağlı onu qeyd edir ki, şahid Qəlbinur tərəfindən düzgün məlumat verilsə də zəruri informasiyanı bütövlükdə əhatə etmir. Belə ki, marşal qurğuları təkcə Qəlbinurun düzəltdiklərindən ibarət olmamışdır. Bu qurğuları hərəkətə gətirmək üçün yuxarı qalxıb yenməsini təmin edəcək qaldırıcı ayaqlar və kilidlər əlavə olaraq quraşdırılmışdır. Bundan başqa yarış zamanı marşal postları başqa komanda tərəfindən sahələrə quraşdırılmışdır Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, Bakı Şəhər Halqası şirkətinin əməliyyat şöbəsinin direktoru vəzifəsini daşımış, həmçinin idman departamentinə rəhbərlik etmişdir. “Formula 1 Avropa Qran-Pri” tədbirlərinin bütün hazırlıqlarına, təlimlərin keçirilməsi və yarışların təşkil olunmasında, eləcə də marşalların təhlükəsizlik məsuliyyətini daşımışdır. Marşalların heyətinə bütün yanğınsöndürmə, xilasedici , tibb heyət daxil olmuşdur. Yarış zamanı yanğın və digər təhlükə olan zaman onlar təcili yola çıxmışlar və sürücünü ordan xilas etməli imişlər. Bütün təlim proqramları onun üstündə olmuş, bütün qaydaları o, həyata keçirməli imiş. Şahid6 satınalma (təchizat) departamentinin rəhbəri olmuş,alınan mallara cavabdehlik daşımışdır. 99,9 %, 100 % satınalmanı Şahid6 etmiş, bütün təchizata Zaur cavabdehlik daşımışdır. O isə nə maliyyə işinə, nə də ki satınalma işinə baxmışdır. "xxxx" şirkəti anasına məxsus olmuşdur. Bu şirkətin təsisi prosesində o, iştirak etməmişdir. Bu şirkət 2012-ci ildən fəaliyyət göstərmişdir. Onun bu şirkətlə əlaqəsi odur ki, bu şirkətdən anası ona etibarnamə vermişdi. Şirkətə faktiki rəhbərliyi anası etmiş və şirkətin müdiri xarici vətəndaş olmuşdur. Həmin şəxsi o, tanımır, anası tanıyır. Anasının ona nə üçün etibarnamə verdiyini bilmir. Onun müqavilələri imzalamaq kimi bir haqqı olmamış, müqavilələri direktor imzalamışdır. O, anasına zərurət yarandıqda yazışmaların, tərcümələrin edilməsində kömək etmişdir. Şirkət nizamnaməsinə əsasən alış-satış, maliyyə konsultasiyaları xidmətləri həyata keçirmişdir. Spesifik malların alınması ilə bağlı əvvəlcədən hansısa müqavilələrin bağlanması ilə bağlı məlumatı yoxdur. Yarışın keçirilməsi barədə 1 il əvvəl məlumat verilməsinə baxmayaraq, yarışın başlanmasına yaxın müddət qalmış malların alınması barədə göstəriş verilməsinin səbəbini bilmir. Spesifik malların alınması ilə bağlı ona müraciət edən Bakı Şəhər Halqasının rəhbəri Arif adlı şəxs olmuşdur. Hansı növdən və ya hansı məbləğdə malların alınması ilə bağlı ona heç bir göstəriş verilməmişdir. Spesifik malların siyahısı ona təqdim edilməmiş, Azərbaycanda isə Beynəlxalq Federasiya tərəfindən lisenziya alan tək adam özü olduğundna həmin işin təşkili qaydalarını bilmişdir. 7-8 yarışda iştirak etdiyi üçün Beynəlxalq Federasiya ona dünyada keçirilən bütün avtoyarışlarda vəzifəli şəxs kimi yarışları idarə edə bilmək üçün lisenziya vermişdir. Təhlükəsizlik, malların seçilməsi, təlimlərin keçirilməsi üçün şirkətin rəhbəri və ya başqa biri ona məlumat verməmişdir. Federasiya ona məlumat verdikdən sonra o, şirkətə nəyin lazım olacağını bildirmiş, onlar da həmin malları tapıb sifariş verməli olmuşdur. Müvafiq malları tapa bilməyəndə və ya gecikəndə ona “problem yarana bilər, necə köməklik göstərə bilərsən” deyə müraciət etmişlər. "xxxx" malları 1 dəfəyə deyil hissə-hissə almışdır. Bu malları almaq üçün dünya miqyasında onlarla şirkətlə müqavilə bağlanmalı olmuş, müqavilənin razılaşdırılması 2-3 ay müddətində davam etmişdir. İşləri əsasən anası özü etmiş, direktor da ona kömək etmişdir. O da bir neçə dəfə ingilis dilindən rus dilinə tərcümə etmişdir. Ondan başqa Azərbaycanda heç kimin “Formula 1 Avropa Qran-Pri” yarışları sahəsində təcrübəsi olmamışdır. O, “Formula 1 Avropa Qran-Pri”yarışları üçün malların alınmasında təcrübəli şəxs kimi iştirak etmişdir. Çox qısa vaxtda mallar təslim alınmalı idi deyə, onlar çatdırmamışlar. Ümumiyyətlə müqavilələrin bağlanması 2-3 ay müddətində olmuş, bəzi məhsullar spesifik olduğuna və əlavə olaraq müddət qısa olduğuna görə, hətta onların şöbəsi belə o malların tapılmasında çətinlik çəkmişdir. Spesifik mallar çox və çeşidli olmuş, onları fərqli ölkələrdən sifariş etmək və hər mal üçün ayrı-ayrı müqavilə bağlanmalı olmuşdur. Ona görə də olar risk analizi keçirtmişlər və belə getsə, malların alışını çatdıra bilməyəcəklərini başa düşmüşlər. Ona görə onlara “Formula 1 Avropa Qran- Pri” ilə müqavilə bağlayan və bütün spesifik kiçik malları təmin edən şirkətin yaradılması zərurəti yaranmışdır. Əvvəlcə belə bir şirkət yaratmaq üçün məqsəd yaranmış, o, öz qohumlarıma müraciət etmiş, daha sonra o, "xxxx"-ni təqdim etmişdir. Şirkətin yaranması haqqında Bakı Şəhər Halqasının rəhbəri Arif adlı şəxsə məlumat vermişdir. O, bu şirkəti 2012-ci ildən tanıdığı üçün xarakteristikasını özü bildirmişdir. Şirkət bütün tələblərə cavab vermişdir, loyallığı olmuşdur. Bu şirkət “Formula 1 Avropa Qran-Pri”dən bir gün qabaq açılmamışdır. Spesifik mallar və risk zonasında olan malların 0,02 % satınalması ona həvalə olunmuşdur. Beynəlxalq Avtosport Federasiyasının müəyyən standartları var. “Formula 1 Avropa Qran-Pri”də istifadə olunan hər bir məhsulun həm xüsusiliyi, həm də sertifikatı olmalıdır. Onlar malları alarkən mütləq sertifikasiyadan keçib-keçmədiyini, Beynəlxalq Avtosport Federasiyasının standartlarına uyğun olub-olmadığını yoxlamalı imişlər. Bu onların ilk “Formula 1 Avropa Qran-Pri” yarışı olmuşdur. Beynəlxalq Federasiya tərəfindən həmin vaxt yarışdan əvvəl bir neçə komissiya bura gəlmişdir, onlar ilk zamanlar işləyərkən çətinlik çəkmişlər, çünki qüsur tapmağa çalışmışlar. Spesifik malların alınmasında, seçilməsində o, iştirak etmişdir. Dünyada bu spesifik malların sadəcə bir neçə istehsalçısı var. Beynəlxalq Federasiya tərəfindən onlara istiqamət verilmiş, əlaqə saxlamaq üçün şəxslər məsləhət görülmüş, həmin şəxslərlə o özü əlaqə saxlamışdır. Malların alınmasında, təsdiqlənməsində o, iştirak etmiş, ancaq malların qiymətləndirilməsi, qəbul olunmasını Federasiya həyata keçirmişdir. Onun qərarı orada 1% olmuş, bütün məsələlər barədə Federasiyadan məsləhət almışdır. Ödənişlərin həyata keçirilməsi məsələlərinə nəzarət etməmişdir. Bu tədbir onun üçün çox böyük və vacib məsələ olmuş, "xxxx" şirkəti isə həmin zaman onun üçün əhəmiyyət daşımamışdır. Onun əsas məqsədi cənab Prezident tərəfindən təsdiq olunmuş bu beynəlxalq yarışın ən layiqli səviyyədə həyata keçirilməsi olmuşdur. Neçə şirkətin “Formula 1 Avropa Qran-Pri” yarışının keçirilməsi ilə bağlı müqavilə bağladığını dəqiq bilmir. O, ehtiyac olduğu zaman anasının adından bank əməliyyatlarını həyata keçirmişdir. "xxxx" şirkəti müqavilələr bağlamamışdır. Dünya bazarında müqaviləyə ehtiyac yoxdur, sadəcə internetdə yazışma gedir, iki tərəf razılaşır. Malları sifariş etdikdən 1-2 ay sonra mallar hazır olur, ödənişi də həmin dəqiqə köçürdə bilirsən. Qərb şirkətləri bu əməliyyatları yüksək məbləğə həyata keçirmişlər və onlarla iş iki dəfə baha başa gəlmişdir. Ona görə də “Formula 1 Avropa Qran-Pri” ilə müqavilə bağlamadan malları tapmaq, ödənişi həyata keçirtmək, həmin müddətdə malları Azərbaycana çatdırmaq onun qarşısına vəzifə olaraq qoyulmuşdur. "xxxx" şirkəti “Formula 1 Avropa Qran-Pri” ilə kontrakt bağlamadan, ödənişi almadan, “Formula”dan qabaq qazandığı öz şəxsi pulu ilə avans ödəyib öz pulu ilə malları sifariş etmişdir ki, yarış həyata keçirilə bilsin. "xxxx" yanvar, fevral, mart ayında ödənişləri həyata keçirmiş, ancaq aprel, may ayında “Formula 1 Avropa Qran-Pri” ilə müqavilə bağlamışdır. Mayın axırında və ya ortasında “Formula 1 Avropa Qran-Pri” "xxxx"a birinci və ikinci ödənişi etmişdir. Onlara “Formula 1 Avropa Qran-Pri” yarışının ölkədə keçiriləcəyi barədə məlumat 2015-ci ilin mart ayında verilmişdir. Ona spesifik malların tapılması ilə bağlı göstəriş 2015-ci ilin dekabr, 2016-cı ilin yanvar ayının əvvəllərində verilmişdir. "xxxx" 2016-cı ilin yanvar-fevral aylarında tədbirdən 2-3 ay əvvəl ödəniş edib malları sifariş etmişdi. Bakı Şəhər Halqasının satınalma qaydalarının tələbi kiçik bir məhsul aldıqda belə uzun bir müqavilə bağlamaq olmuşdur. Ancaq Fransa da belə bir tələb olmamış, onlar üçün vacib olan ilkin ödənişin olması, elektron təsdiq alıb malı sifariş etmək olmuşdur. "xxxx" şirkətinin müdiri olan xarici vətəndaşı tanımır, onunla görüşməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə X5 Nyu-York şəhərində ailə həyatı qurmuşlar. Həyat yoldaşı Təqsirləndirilən şəxs həmçinin ABŞ vətəndaşı olmaqla, oradan pasport alarkən təxminən 2006-cı ildə öz ad soyadını dəyişdirmiş və ad-soyadını Gino Metie kimi qeyd etmişdir. Ailə qurarkən Gino Metie adı ilə onunla nigaha daxil olmuş, birgə nigahdan X13 dünyaya gəlmişdir. Nigaha daxil olduğu ilk zamanlarda münasibətləri normal olduğundan Təqsirləndirilən şəxs işləri ilə çox maraqlanmamış, lakin zaman keçdikdə onun külli miqdarda pul vəsaitlərini haradan qazanması barədə soruşduqda, sonuncu cavab verməkdən yayınmış, bu səbəbdən də münasibətləri korlanmağa başlamış və 2019-cu ilin sentyabr ayından ayrı yaşamışlar. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında bir çox idarə və təşkilatlarda rəhbər vəzifələrdə çalışmış, təxminən 2020-ci ilədək “Formula-1” yarışlarının keçirilməsinin təşkilatçılığı ilə məşğul olan “Bakı şəhər Halqası Əməliyyat şirkəti”ndə əməliyyat şöbəsinin rəhbəri vəzifəsində işləmiş, çalışdığı dövrdə bir sıra mənimsəmə cinayətləri törətdiyindən, təxminən 2020-ci ilin noyabr ayında işdən azad edilmişdir. Təqsirləndirilən şəxs çalışdığı dövrdə Seyşel adalarında fəaliyyət göstərən, qanuni təmsilçisi sonuncunun anası Leyla Əliyeva olan "xxxx" şirkəti ilə “Bakı şəhər Halqası Əməliyyat şirkəti”nin arasında müqavilə bağlanmasına nail olmuş, bu yolla külli miqdarda pul vəsaiti ələ keçirmişdir. Müqavilənin şərtlərinə əsasən "xxxx" şirkəti “Bakı şəhər Halqası Əməliyyat şirkəti”nə hansısa təchizat xidmətləri göstərməklə müxtəlif malların satışını həyata keçirməli, qarşılığında isə “Bakı şəhər Halqası Əməliyyat şirkəti” faktiki olaraq Təqsirləndirilən şəxs məxsus olan "xxxx"yə pul vəsaiti ödəməli olmuşdur. Belə ki, istinad edilən müqavilə üzrə onda olan sənədlər əsasında Təqsirləndirilən şəxs tərəfindən 2016-2020-ci illər ərzində ümumilikdə 1.000.000 ABŞ dollarına yaxın məbləğdə pul "xxxx"yə ödənilmiş və qeyd edilən pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Bundan əlavə, xx.xx.2016-cı il tarixdə bağlanmış BCC-169/2016 saylı müqavilənin bir tərəfi Bakı şəhər Halqası Əməliyyat şirkəti, digər tərəf isə onlarda sürücü işləmiş Şahid2 olmuşdur. Həmin müqavilə üzrə Çingiz 2016- 2018-ci illər ərzində külli miqdarda pul vəsaitini qanunsuz yolla əldə etmişdir. Həmçinin ofşor zonada Seyşel adalarında fəaliyyət göstərən "xxxx" ilə Təqsirləndirilən şəxs anası X24 arasında xx.xx.2018-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin borc müqaviləsinə görə "xxxx" Leyla Əliyevaya 555.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Təqsirləndirilən şəxs saxta müqavilələrlə külli miqdarda pul vəsaitinin Azərbaycan Respublikasından çıxarılmasına nail olmuş, sonradan yaratdığı ofşor zonadakı şirkətin adından anası Leyla Əliyevaya borc pul verməsi barədə müqavilə ilə həmin pul vəsaitlərini Gürcüstan Respublikasındakı Leyla Əliyevanın adına olan hesablara göndərməklə nağdlaşdırmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi pul vəsaitləri hesabına qardaşı X9 adına ABŞ-da xeyli sayda daşınmaz əmlak almış, həmçinin Təqsirləndirilən şəxs bağışlama müqavilələri əsasında qohumlarının adına aldıqları əmlakları öz adına keçirmişdir. Zaur Mehdiyev özü də ABŞ vətəndaşı olmaqla orada adi bir şirkətdə operator vəzifəsində işləmiş və sonuncunun bu əmlakları almaq imkanı olmamışdır. "xxxx" ilkin olaraq Təqsirləndirilən şəxs adına təsis edilmiş, daha sonra isə anası Leyla Əliyevanın adına dəyişdirilmiş, lakin faktiki rəhbəri Təqsirləndirilən şəxs olmaqla bütün əməliyyatlar sonuncu tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs "xxxx" ilə onun poçt ünvanı vasitəsi ilə yazışmaları həyata keçirmiş, buna səbəb isə Gürcüstan Respublikasında Tiflis şəhərindəki “TBC bank”da anası Leyla Əliyevanın adına olan hesabların onun iştirakı ilə açılması olmuşdur. Həmin zaman onun öz elektron poçt ünvanı bankda qeyd edildiyindən yazışmaları onun elektron poçt ünvanı vasitəsi ilə edilmişdir. 2018-ci ilin iyul ayında bank ona mail yazaraq "xxxx"dən pul gəldiyindən bank sonuncu şirkəti ilə bağlı onun elektron poçt ünvanına sorğu edilmiş, sorğuya cavab olaraq Təqsirləndirilən şəxs ona "xxxx" ilə bağlı sənədləri göndərmiş, o da həmin sənədləri “TBC bank”ın elektron poçt ünvanına göndərmişdir. Bundan başqa Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə pul vəsaitini mənimsəmək üçün Şahid2lə Bakı şəhər Halqası Əməliyyat Şirkəti arasında müqaviləninin bağlanmasını təmin etmişdir. Qeyd olunan müqaviləyə görə hər hansı qazanc onun tərəfindən götürülməmişdir. Şahid2 sonuncunun adına hesabın açılması, bankla müqavilə bağlanılmasına dair sənədlərə “Unibank ASC”dəki xidməti otağında imzalasa da, Şahid2 tərəfindən pulun bankdan hansı qaydada məxaric olunmasından onun məlumatı olmamışdır. Həmçinin Şahid3 tərəfindən Şahid2 hesabından pulun çıxarılmasından məlumatı olmamışdır. Şahid3 Təqsirləndirilən şəxslə çox yaxın münasibəti olmuşdur. Hətta o, Təqsirləndirilən şəxslə ayrılandan sonra da Şahid3 Təqsirləndirilən şəxs evə onun xəbəri olmadan buraxmışdır. Bu səbəbdən də o, Şahid3 dayə işindən çıxartmışdır (cild 2, iş vərəqə 61-65). Şahid1 məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı ona ünvalanan sualları cavablandırarkən bildirdi ki, özü Amerikada doğulmuş, amma orada yaşamamış, təhsil almamışdır, təhsilini Azərbaycanda almışdır. İxtisasca mühasibdir, "xxxx"da işləmişdir.Şahid2 onların sürücüsü olmuşdur.O, Şahid2 VÖEN-i olduğunu bilmişdir, Təqsirləndirilən şəxs ona öz adına şirkət açmağı təklif etmişdir. Təqsirləndirilən şəxs özü də bu halı ibtidai istintaq dövründə təsdiq etmişdir. Onlara sürücü lazım olduğu üçün, o, işlədiyi yerdə bu barədə işçilərə müraciət etdikdə işçilər ona Şahid2 məsləhət bilmişlər. O da Şahid2 Təqsirləndirilən şəxslə tanış etmiş, Çingiz Şahid2 işə götürmüşdür. Maisin fiziki şəxs kimi hesabı onun işlədiyi bankda açılmışdır. Amma VÖEN ilə olan hesabı vacib hesab sayılır. Fiziki şəxsə aid hesabını şöbə açmış, o, özü hesablar açmamışdır. Fiziki şəxs kimi hesabın açılması, kartın sifarişi ilə bağlı Maisə imza çəkdirmişdir. "xxxx" şirkəti Çingizin şirkətidir. Müqavilə "xxxx" şirkəti tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxslə münasibətləri yoxdur. Boşanmaq üçün 2023-cü ilin may ayında məhkəməyə müraciət etmişdir. Çingizlə bağlı qeyd etdiyi məlumatları o, 2018-ci ildə toplamış, qərara gəlmişdir ki, qorxu içində yaşamasın, ona görə həmin sənədləri 2023-cü ildə hüquq mühafizə orqanlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhər Halqası Əməliyyat şirkətində maliyyə şöbəsində 8 il çalışmış, həmin maliyyə şöbəsini idarə etmişdir. Maliyyə şöbəsinin vəzifəsi sırf maliyyə əməliyyatları ilə bağlı olmuşdur. Maliyyə və marketing ayri-ayrı şöbələrdirlər. Təqsirləndirilən şəxs idman şöbəsinin rəhbəri olmuş və əsas işi yarışlar zamanı öz vəzifələrini yerinə yetirmək, yəni yarışa hazırlıq, tədbirə cəlb etmə və sair olmuşdur. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, 01 aprel 2015-cı il tarixdən 16 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhər Halqası Əməliyyat şirkətində maliyyə şöbəsinin maliyyə işləri üzrə məsləhətçisi, maliyyə şöbəsinin rəhbəri, koorperativ direktor vəzifələrində işləmiş, maliyyə şöbəsinin rəhbəri olaraq vəzifəsi Bakı şəhər Halqası Əməliyyat şirkətinin mühasibat uçotunun aparılmasını təmin edilməsinə, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərin saxlanılmasına nəzarət etməkdən ibarət olmuşdur. Bakı şəhər Halqası Əməliyyat şirkəti tərəfindən hər hansı müəssisəyə pul köçürülərkən ilkin olaraq şöbələr tərəfindən lazım olan əşya və xidmətlər əks olunmuş sifariş orderləri təhcizat şöbəsinə təqdim edilmiş, daha sonra təhcizat şöbəsi tərəfindən həmin əşyaların alınması üçün təkliflər qəbul edilərək şöbələr ilə birlikdə dəyərləndirilmiş və ən uyğunu seçilərək həmin şirkətlə müqavilənin bağlanması üçün rəhbərlik qarşısında məsələ qaldırılmışdır. Müqavilə hər iki tərəfdən imzalandıqdan sonra müqavilənin şərtinə uyğun olaraq avans və ya invoys və təhvil-təslim aktlarına əsasən həmin şirkətlərə pul vəsaitləri köçürülmüşdür. Bakı şəhər Halqası Əməliyyat şirkətinin rəhbərliyi tərəfindən həmin şirkət ilə bağlanacaq bütün müqavilərin hüquqi aspektdən düzgünlüyünün yoxlanılması ona tapşırıldığından "xxxx" ilə Bakı şəhər Halqası Əməliyyat şirkəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli, eləcə də fiziki şəxs Şahid2 ilə bağlanmış xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələrin tərtibatının hüquqi aspektdən düzgünlüyü tərəfindən yoxlanılaraq onun, təhcizat şöbəsinin rəhbəri Şahid6, idman şöbəsinin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra Bakı şəhər Halqası Əməliyyat şirkətinin rəhbəri və digər tərəfin məsul şəxsləri tərəfindən imzalanılmışdır. Müqavilələr əsasında Bakı şəhər Halqası Əməliyyat şirkəti tərəfindən "xxxx"yə 980.457,50 ABŞ dolları, Şahid2 376.386.08 manat pul vəsaiti köçürülmüşdür. "xxxx"nin direktorunun Təqsirləndirilən şəxs anası olmasından, eləcə də Şahid2 Təqsirləndirilən şəxs sürücüsü olmaqla hər iki şəxsin hesablarının Təqsirləndirilən şəxs tərəfindən idarə olunmasından məlumatı olmamışdır. Bakı şəhər Halqası əməliyyat şirkəti tərəfindən "xxxx"yə köçürülmüş 980.457,50 ABŞ dolları məbləğində malların gəlməsinə dair imzalanmış təhvil- təslim aktları və invoyslar mövcud olmuş, həmin təhvil-təslim aktları və invoyslar ona təqdim olunduqdan sonra pulların köçürülməsini təmin etmişdir. O, həmin malların ölkəyə xarici ölkədən gətirildiyini zənn etmişdir. 2016-cı ilin noyabr ayına qədər xarici köçürmələr üçün invoys və təhvil- təslim aktları kifayət etdiyindən malların ölkəyə gətirilməsinə dair bəyannamələr məcbur tələb edilməmiş, lakin sonradan “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə 28 noyabr 2016-cı il tarixli qərarından sonra xarici köçürmələr üzrə banklar tərəfindən bəyannamələr məcbur tələb olunduğundan tərəflərindən təhcizatçı şirkət tərəfindən bəyannamələr tələb edilərək xarici köçürmənin aparılması üçün banklara təqdim edilmişdir. Həmçinin avans ödənişlər edildikdə həmin malların gəlməsi üçün 6 ay möhlət verilmiş, gətirilmədiyi halda bu barədə Mərkəzi Bank tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Şahid2 köçürülmüş 376.386.08 manat pul vəsaiti müqabilində invoys və təhvil təslim aktları da mövcud olmuşdur (cild 3, iş vərəqə 68-71). Şahid7 məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı ona ünvalanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bir şirkətin Bakı şəhər Halqası ilə əlaqəsinin olması, “Formula 1 Avropa Qran-Pri” yarışı ilə bağlı hər hansı materialların gətirilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Maliyyə şöbəsinin işi sənədlərin əsasında ödənişlərin edilməsi, vergi hesabatlarının verilməsi kimi işlərdən ibarət olmuşdur. Bakı şəhər Halqasının hər hansı bir şirkətlə müqavilə bağlaması, ora pul köçürmələrinin edilməsi kimi məsələləri maliyyə şöbəsi mübahisələndirə bilmir. Onlar Viza sistemi ilə işləmişlər. Müqavilə bağlanmamışdan əvvəl tərəflər barəsində məlumatı olmuşdur. Müqavilələri viza qaydasında imzalamışdır. Şahid7 ifadələri arasındakı ziddiyyətləri həmçinin onunla izah etmişdir ki, müqavilələrin və şirkətlərin sayı çoxdur, ola bilsin ki, "xxxx" şirkətinin adı yadından çıxıb. Ümumiyyətlə, o, həmin şirkətlərin hamısınının adını yadında saxlaya bilməz, çünki çox böyük bir siyahı var və onların şöbəsinin əsas vəzifəsi müqavilədə olan şirkət barədə hüquqi məlumat, şirkətin adı, şirkətin bank rekvizitləri, şirkətin məbləğinin düzgün yazılması ilə bağlı olmuşdur. Müqavilə təchizat şöbəsi tərəfindən hazırlandıqdan sonra maliyyə şöbəsinə təqdim edilir. Maliyyə şöbəsi ödəmə ilə bağlı məlumatları, yəni adını, VÖEN və sair yoxlayır, sonra o da müqavilə razılaşdırma vərəqəsinə öz vizasını qoyur. Sifarişləri sifarişi olan şöbə verir, məsələn hər hansı şöbəyə kalkulator lazımdırsa, sifarişi o şöbə təqdim edir. Həmin sifariş təhcizat şöbəsinə gedir, ondan sonra proses başlayır. Şahid6 tanıyır, birlikdə işləmişlər. "xxxx" qeyri-rezident şirkətidir. Şirkətin kimin adına yaradıldığını bilmir, şirkət xaricdədir. Şahid2 tanımır. Müvafiq şirkətlərə ödənişlərin həyata keçirilməsi ilə əlaqədar gecikmələr olmuşdur. Büdcəni ilin sonuna qədər Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinə göndərmişlər. Onlar sentyabrda büdcə layihəsini hazırlamağa başlamış, növbəti ilin əvvəli layihə təsdiqlənmişdir. İlin ortasında artıq meydana gələn yeni tələb üçün vəsaitin ayrılması imkansız olmuşdur. Bu baxımdan satınalma prosedurları çərçivəsində həmin şirkəətlərlə tək-tək müqavilə bağlanması yarışın keçirilməsinə maneə rolunu oynamışdır. Hesablama Palatası tərəfindən də audit yoxlaması keçirilmiş, bu məsələlərlə bağlı nöqsan müəyyən edilməmişdir. Müqavilələrdə “Dayton Resident”dən başqa qeyri-rezident şirkətlərin sayı çox olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, ibtidai istintaq dövründə “Formula 1 Avropa Qran-Pri” yarışlarında qaynaq işləri və söküntü işləri ilə məşğul olmuş, yəni usta kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs həmin müəssisədə ofisdə işləmişdir. Tapşırıqları ona tikinti şöbəsindən Tom Butcer adlı xarici vətəndaş vermişdir. O, Tom Butcerlə “Paşa inşaat”da tanış olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2007-ci ildən hazıradək icarə əsasında işlətdiyi sexdə dəmir metalların yığılması ilə məşğul olur. Əvvəllər özü qaynaqçı kimi fəaliyyət göstərsə də, daha sonra iş və təcrübəsi artdıqca sexə işçi götürməklə faktiki rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Halqası Əməliyyat şirkətində İdman Əməliyyatları şöbəsinin rəhbəri kimi tanımışdır. O, Bakı şəhər Halqasında işləyən və tikinti sahəsinə nəzarət edən ingilis əsilli Tom Butcer ilə işləmişdir. 2016-cı ilin səhv etmirsə yanvar ayında Təqsirləndirilən şəxs dəmir metalların yığımı ilə məşğul olduğunu bildiyindən ona yaxınlaşaraq “Formula-1” Avropa Qran-Pri yarışlarının keçirilməsi üçün Marşal Postlar yığmaq lazım olduğunu demiş, o da həmin postları yığmaq imkanının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə aralarında olan razılığa əsasən 46 ədəd postun yığılmasını və daşınmasını hər biri 2500 manata razılaşmışdır. 46 ədəd postun yığılması təxminən 4 ay çəkmişdir. Təqsirləndirilən şəxs 4 ay ərzində ümumilikdə ona hər posta görə 2500 manat olmaqla nağd qaydada 115000 manat pul vəsaiti vermiş və postlar Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən sexində hazırlanaraq Bakı şəhər Halqası əməliyyat şirkətinin anbarına aparılmaqla Təqsirləndirilən şəxs təhvil verilmişdir. 46 ədəd postun yığılması ilə bağlı hər hansı sənədləşmə olmamış, Təqsirləndirilən şəxs sifarişi əsasında həmin postları sexdə yığdırmış və ümumilikdə 115000 manat pul vəsaiti də Təqsirləndirilən şəxs tərəfindən ona əlbəəl nağd qaydada verilmişdir. Təqsirləndirilən şəxs həmin postları hansı qiymətə Bakı şəhər Halqası Əməliyyat şirkətinə satmasından məlumatı olmamışdır (cild 3, iş vərəqə 250-252). Şahid5 məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı ona ünvalanan sualları cavablandırarkən bildirdi ki, 30-40 ədəd marşal postlarını Təqsirləndirilən şəxs sifarişi ilə etmişdir. Marşal işinin qiymətini Təqsirləndirilən şəxs özü ilə danışmışdır. Həmin qiymət 3000 manat civarında olmuşdur. Onun işi dəmirdən marşal postunu düzəltmək olmuşdur. Marşal postunun sökülməsi və harasa daşınmasında iştirak etməmişdir. O, işləri 2015-ci ilin sonları 2016-cı ilin əvvəllərində görmüşdür. Pulları Təqsirləndirilən şəxs nağd şəkildə almışdır. Təqsirləndirilən şəxs bu işi özü ona təklif etmişdir. Təqsirləndirilən şəxslə danışdığı qiymətə tərəfindən görülən bütün işlər daxil olmuşdur. “Formula 1 Avropa Qran- Pri” yarışlarında işlədiyi dövrdə pulları köçürmə və nağd şəkildə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, əvvəllər "xxxx"da sürücü vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs Şahid1 vasitəsilə tanımışdır. Şahid1 ona ailəsi üçün sürücü lazım olduğunu bildirdikdə o, bu işi görə biləcəyini bildirmişdir. Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o, xatırlamadığı tarixdə "xxxx" ASC-də sürücü vəzifəsinə qəbul olunmuş, 2014-ci ildə ştat ixtisarı ilə əlaqədar işdən azad olunmuşdur. Təxminən 2015-ci ildə "xxxx" ASC-də işləyərkən orada çalışan Şahid1 ona sürücüyə ehtiyacları olduğunu, onu işə götürə biləcəyini demiş, o, da razılaşıb ailə sürücüsü kimi işə başlamış və həmin vaxtdan Şahid1 həyat yoldaşı Təqsirləndirilən şəxs tanımışdır. Təxminən 2016-cı ildə Təqsirləndirilən şəxs onun adına VÖEN-in olub-olmadığını soruşmuş, o da cavabında əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğundan VÖEN açdırdığını, lakin sonradan bağlandığını demişdir. Təqsirləndirilən şəxs də ona həmin VÖEN-i yenidən açdıracağını, həmin VÖEN üzrə adına pul gələcəyini, həmin pulu özünün götürəcəyini demiş, o, bu işlərdən məlumatsız olduğundan razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona çoxsaylı sənədlər imzalatmış, həmin sənədlərin pulun götürülməsi ilə bağlı olduğunu demişdir. 2019-cu ildə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında ailədaxili problemlər yarandığından onlar ayrılmış, bundan sonra işdən çıxmışdır. Təqsirləndirilən şəxs “Formula-1” yarışlarının təşkilatçılığı ilə məşğul olmuşdur. Ona təqdim olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli BBC-169/16 saylı və xx.xx.2017-ci il tarixli BBC-SER 325/17 saylı təchizat müqavilələri barədə heç bir məlumatı olmamışdır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin adını ilk dəfə eşitdiyini, həmin şirkətlə hər hansı işgüzar münasibəti olmadığını, ümumiyyətlə heç bir təchizat mallarının alınması və ya bu sahədə xidmət göstərilməsi ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs onun adına olan VÖEN-ə pul göndəriləcəyini deyərək ona həmin pulu götürmək üçün çoxsaylı sənədlərə imza etdirdiyini bildirmişdir. xx.xx.2016-cı il tarixli BBC-169/16 saylı və xx.xx.2017-ci il tarixli BBC-SER 325/17 saylı Bakı şəhər Halqası Əməliyyat şirkəti ilə fiziki şəxs qismində aralarında bağlanmış təchizat müqavilələri əsasında Bakı şəhər Halqası Əməliyyat şirkəti tərəfindən onun hesabına 376.386,08 manat pul vəsaitinin köçürülməsi, eləcə də həmin pul vəsaitlərinin kim tərəfindən bankdan çıxarılaraq nağdlaşdırılması barədə məlumatı olmamışdır. Lakin dəqiqi tarixi yadında olmayan vaxt Şahid1 "xxxx"da öz xidməti otağında müvafiq sənədlərə imza etdirərək pul vəsaitlərini özlərinin çıxaracağını bildirmişdir. Ola bilər ki, həmin pul vəsaitləri Təqsirləndirilən şəxs və ya Şahid1 tərəfindən onun əvəzinə bankdan çıxarılmış, həmin pul vəsaitlərindən ona heç bir məbləğdə pul verilməmişdir. xx.xx.2016-cı il tarixli BBC-169/16 saylı və xx.xx.2017-ci il tarixli BBC-SER 325/17 saylı müqavilələrdən əlavə Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı digər müqavilə imzalatması barədə dəqiq məlumatı olmamış, sonuncu ona çoxsaylı sənədlər imzalatdırmış, həmin sənədlərin müqavilə olduğunu bilməmiş, Təqsirləndirilən şəxs həmin sənədlərin pul gəlməsi ilə bağlı olduğunu demişdir. Təqdim edilmiş xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli kassa məxaric orderlərindəki məbləği aldım qrafasındakı, eləcə də 244128 nömrəli və 244130 nömrəli çeklərdəki imzalar qrafasının qarşısındakı imzalar ona məxsusdur. Ola bilsin ki, həmin order və çeklərə ya Təqsirləndirilən şəxs, ya da ki Şahid1 digər sənədlərin arasında ona imza etdirmişdirlər. Həmçinin qeyd etmişdir ki, müqavilələr əsasında qeyd olunan çeklərə vurulmuş üzərində fiziki şəxs Şahid2 yazılan möhür və asan imzası Təqsirləndirilən şəxs olmuşdur. Lakin əvvəldə qeyd etdiyi kimi, qeyd olunan pul vəsaitindən onun məlumatı olmamışdır. Şahid3 Təqsirləndirilən şəxs və Şahid1 övladı Sara Mehdiyevanın dayəsi kimi tanımışdır. Sonuncu ilə yalnız işgüzar münasibətləri olmuşdur. Şahid3 onun hesabından pul çıxarmasına dair etibarnamə verməyi yadına gəlmir, olmuş olsa belə digər sənədlərin arasında ona Təqsirləndirilən şəxs yada ki Şahid1 tərəfindən imza etdirilmişdir ( cild 2, iş vərəqə 94-97, cild 4, iş vərəqə 177-179). Şahid2 məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onun adına işlədiyi dövrdə kimsə böyük məbləğdə pul köçürməmişdir. “Formula 1 Avropa Qran-Pri” yarışları zamanı onun adına Təqsirləndirilən şəxs tərəfindən şirkət açılmışdır. Təqsirləndirilən şəxs şirkətin “Formula 1 Avropa Qran-Pri” yarışı ilə əlaqəli olduğunu ona bildirmişdir. Şahid1 onu banka çağırıb müəyyən sənədləri imzalatmışdır. Həmin sənədlər adına açılan şirkətin fəaliyyəti ilə bağlı olan sənədlər olmuşdur.Ona imzalatdırılan sənədlər pul ilə bağlı olan sənədlər olmuşdur. Şahid1 ona pulları bankdan özü çıxaracağını bildirmişdir. Onun adına açılan şirkət əvvəl taksi fəaliyyətilə məşğul olmağı ilə əlaqədar açılan VÖEN-in üzərindən yaradılmışdı. O, bankdan pul çıxartmamışdır. İstifadəsində möhürü və asan imzası olmuşdur. Həmin imza və möhürü Təqsirləndirilən şəxs güvəndiyi üçün “Formula 1 Avropa Qran-Pri” idarəsində sonuncuya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qızının dayəsi işləmiş və "xxxx"ın kassasından təxminən 14000 manat pul almışdır. O, pulu götürməyə gedərkən ondan vəsiqəsi istənilmişdir. O, kassaya etibarnamə təqdim etmişdir. Bankdan götürdüyü pul ona məxsus olmamış, aldığı pulların kimin pulu olduğunu bilməsə də həmin pulları götürüb işlədiyi evə aparmışdır. Pulları aldığı zaman Təqsirləndirilən şəxs və Şahid1 bir yerdə yaşamışlar. Hadisə zamanı Şahid1 "xxxx"da işləmişdir. Təqsirləndirilən şəxs onu başqa banklara göndərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, 2016-cı ildən 2019-cu ilə qədər Bakı Şəhər Halqasının təchizat şöbəsinin direktoru olmuş, Təqsirləndirilən şəxs həmin müddətdə tanımışdır. Təqsirləndirilən şəxs həmin vaxt idman departamentinin rəhbəri olmuşdur. Yarışa 08 ay vaxt qaldığından Nazirlər Kabinetinin qərarı çıxmış, həmin qərara əsasən onlara təcrübəsi olan şirkətlərlə müqavilə bağlamaq səlahiyyəti verilmişdir. Vaxt məhdudiyyəti olduğundan və təcrübəli şirkətlər az olduğundan o, Təqsirləndirilən şəxs onlara hansısa şirkətlə müqavilə bağlamağa kömək etməsini istəmişdir. Təqsirləndirilən şəxs də onlara "xxxx" şirkətini məsləhət görmüşdür. Onlar "xxxx" şirkətinin nümayəndəsi Endrü adlı şəxslə əlaqə saxlamışlar. Onlar sənədləri maliyyə departamentinə göndərdikdən sonra "xxxx" şirkəti ilə müqavilə imzlanmışdır. Endrü ilə əlaqə saxlamağı onlara Təqsirləndirilən şəxs məsləhət görmüşdür. Şahid6 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, "xxxx" İnvest şirkətinin fəaliyyəti barədə məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs inandığı üçün "xxxx" İnvest şirkəti ilə əlaqə saxlamışdır. "xxxx" şirkəti ilə sənədlərin imzalanmasında kimin iştirak etməsini bilmir. "xxxx" şirkətində sənədlərin imzalanmasında Endrü adlı şəxs iştirak etmişdir. Məhsulların sayını Təqsirləndirilən şəxs müəyyən etsə də sifarişlər onlar tərəfindən verilmişdir. Nə qədər məhsul sifariş verildiyini xatırlamır. Yarışlarda xüsusi texnikaların alınması təklifini Təqsirləndirilən şəxs özü vermişdir. Texnikanı verən şirkətin adını Təqsirləndirilən şəxs onlara Şahid2 kimi təqdim etmişdir. Şahid2 bu işlə əvvəllər məşğul olduğunu bilmir.Şahid2 müqavilə bağlayan zaman görməmişdir. İldən ilə məhsulların daha aşağı qiymətə alınmasına nail olmuşlar. Qiymətlər qarşılıqlı razılaşma əsasında müəyyən edilmişdir.Alınan məhsullar spesifik məhsullar olmuş, məhsullar təhvil alınarkən məhsulların qiymətlərini müqayisə etməmişlər. Təqsirləndirilən şəxs məhsullar alınarkən əmr imzalamasa da məhsulların alınması təklifini o vermişdir. Sifariş verilən məhsulları Federasiya müəyyən etmişdir. Məhsulların alışı ilə əlaqədar pulların ayrılması üçün onun, maliyyə direktorunun və direktorun imzası lazım olmuşdur. Məhsulları anbardar təhvil almışdır. Hesablama Palatasının aktında və yaxud rəyində "xxxx" şirkətinin aldığı məhsulların keyfiyyətində və qiymətində fərqlilik olması barədə məlumata rast gəlməmişdir. Bağladıqları müqavilələrə əsasən deyə bilər ki, xüsusi texnikalar ayrı-ayrı şəxslərə məxsus olmuşdur. Təqsirləndirilən şəxs özü onlara hansı texnikaların və məhsulların məsləhətli olub-olmaması barədə məlumat vermişdir. 2018-2019-cu illərdə də xüsusi texnikalar almışlar. Onlar hər il qənaət üçün xüsusi texnikaların qiymətlərini aşağı salmışlar. Təqsirləndirilən şəxs verdiyi sifarişlə gətirilən məhsulların sayında artıq-əskiklik müşahidə etməmişdir. "xxxx" şirkəti ilə müqaviləni təxminən 2016-cı ilin mart ayında bağlamışlar. Məhsul alışı və qiymətlərini ona Endrü təqdim etmişdir. Təchizat işi ilə bağlı hansısa şirkətlərlə müqavilə bağlamazdan əvvəl ətrafdan məlumat toplamışlar. Şirkətlər haqqında sənədləri Təqsirləndirilən şəxs almışlar. Təqsirləndirilən şəxs onlara həmin şirkəti təcrübəli şirkət kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs təcrübəli olması ondan məsləhət almaqlarına səbəb olmuşdur. Təchizatla bağlı bazar qiymətinin araşdırılması maliyyə şöbəsinə həvalə edilmişdir. Sifariş edəcəkləri məhsullar kurtkalar, ayaqqabılar, təhlükəsizlik avadanlıqları və s. olmuşdur. Təhvil-təslim aktı alındıqdan sonra ödəniş edilmiş, müqavilədə də razılaşma da belə olmuşdur. İlk ildə məhsulların qiyməti və keyfiyyəti barədə bütün səlahiyyətlər təcrübəli olduğu üçün Təqsirləndirilən şəxs verilmişdir. Xaricdən gələn məhsulların ölkə ərazisində olub-olmaması barədə onun işçiləri əvvəlcədən məlumat toplamışlar. Öz vəzifəsinin Təqsirləndirilən şəxs icra etməsinə icazə verməyində səbəb ona inanmağı olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə videogörüntü ilə şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, Yusif Məmmədli Bakı Şəhər Halqası Əməliyyat Şirkətində xx.xx.2015-ci il tarixdən işlədiyini, işə daxil olduqdan 2 ay sonra həmin Şirkətin İdman şöbəsində işləməyə başladığını, Təqsirləndirilən şəxs Bakı Şəhər Halqası Əməliyyat Şirkəti İdman əməliyyatları şöbəsinin rəisi kimi tanıdığını, "xxxx"nin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə müqavilə əsasında verdiyi malları Təqsirləndirilən şəxs tapşırığı ilə onun tərəfindən təhvil-təslim aktına imza edildiyini, Formula 1 üçün malların idman şöbəsinə verilməsinə baxmayaraq həmin malların sayına diqqət etmədiyini, həmin mallara ümumi baxış etdiyini, təqdim olunmuş malların dəyərindən məlumatı olmadığını, həmin malların gəlməsini Təqsirləndirilən şəxs deməsinə görə təhvil-təslim aktına imza etdiyini, "xxxx"nin malların hansı hissəsinin xarici ölkədən gəldiyi hansı hissəsinin ölkə ərazisindən alındığından məlumatı olmadığını, "xxxx"nin ya Təqsirləndirilən şəxs özünün şirkəti olduğunu ya da ki sonuncu ilə bir yerdə işlədiyi şirkət olduğunu hiss etdiyini bildirmişdir (cild 3, iş vərəqə 153-154) Məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə videogörüntü ilə şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində xx.xx.2015-ci il tarixdən işlədiyini, işə daxil olduqdan 2 ay sonra həmin Şirkətin İdman şöbəsində işləməyə başladığını, Təqsirləndirilən şəxs Bakı Şəhər Halqası Əməliyyat Şirkəti İdman əməliyyatları şöbəsinin rəisi kimi tanıdığını, "xxxx"nin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə müqavilə əsasında verdiyi malları Təqsirləndirilən şəxs tapşırığı ilə onun tərəfindən təhvil-təslim aktına imza edildiyini, Formula 1 üçün malların idman şöbəsinə verilməsinə baxmayaraq həmin malların sayına diqqət etmədiyini, həmin mallara ümumi baxış etdiyini, təqdim olunmuş malların dəyərindən məlumatı olmadığını, həmin malların gəlməsini Təqsirləndirilən şəxs deməsinə görə təhvil-təslim aktına imza etdiyini, "xxxx"-nin malların hansı hissəsinin xarici ölkədən gəldiyi hansı hissəsinin ölkə ərazisindən alındığından məlumatı olmadığını, "xxxx"nin ya Təqsirləndirilən şəxs özünün şirkəti olduğunu yada ki sonuncu ilə bir yerdə işlədiyi şirkət olduğunu hiss etdiyini bildirmişdir (cild 3, iş vərəqə 153-154) Şahid2 ilə Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Bakı Şəhər Halqası Əməliyyat şirkəti ilə onun arasında bağlanmış müqavilələrdən məlumatının olmamasını, həmin müqavilərin bağlanmasını Təqsirləndirilən şəxs tərəfindən təmin edildiyini, müqavilələr əsasında hər hansı bir iş görmədiyini, Təqsirləndirilən şəxs tərəfindən müqavilələr əsasında köçürülmüş pul vəsaitinin mənimsənildiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək sonuncunu ifşa etmişdir (cild 3, iş vərəqə 279-280) Şahid1 Əkbər qızı ilə Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs Bakı Şəhər Halqası Əməliyyat şirkəti ilə "xxxx" və Şahid2 arasında müqavilələrin bağlanılmasını təmin edərək Bakı Şəhər Halqası Əməliyyat şirkətinin hesabından "xxxx" və Şahid2 hesablarına köçürməklə külli miqdarda pul vəsaitini mənimsədiyini, eləcə də həmin pul vəsaitlərini ABŞ-dakı hesablarına köçürməklə orada qardaşı Zaur Mehdiyevin adına çoxlu sayda əmlak aldığını Təqsirləndirilən şəxs üzünə demişdir(cild 4, iş vərəqə 103-105). Bakı Şəhər Halqası Əməliyyat şirkətindən daxil olmuş 14 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.2016-cı il tarixli BCC-245/16 nömrəli müqavilədən görünür ki, həmin tarixdə Bakı Şəhər Halqası Əməliyyat şirkəti ilə "xxxx" arasında mal-materialların təhcizinə dair müqavilə bağlanmışdır (cild 1, iş vərəqə 197-212). Bakı Şəhər Halqası Əməliyyat şirkətindən daxil olmuş 14 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.2016-cı il tarixli BCC-169/16 nömrəli müqavilədən görünür ki, həmin tarixdə Bakı Şəhər Halqası Əməliyyat şirkəti ilə Şahid2 arasında mal-materialların təhcizinə dair müqavilə bağlanmışdır (cild 1, iş vərəqə 255-269). Bakı Şəhər Halqası Əməliyyat şirkətindən daxil olmuş 14 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.2017-ci il tarixli BCC-SER-325/17 nömrəli müqavilədən görünür ki, həmin tarixdə Bakı Şəhər Halqası Əməliyyat şirkəti ilə Şahid2 arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır(cild 1, iş vərəqə 270-273). Bakı Şəhər Halqası Əməliyyat şirkətindən daxil olmuş 14 avqust 2023-cü il tarixli məktuba əlavə edilmiş cədvəllərdən görünür ki, Bakı Şəhər Halqası Əməliyyat şirkəti xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə "xxxx"nin hesabına 980.457,50 ABŞ dolları, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə Şahid2 hesabına 376.386,08 manat pul vəsaiti köçürmüşdür(cild 1, iş vərəqə 196, 254). "xxxx" ASC-dən daxil olmuş 20 dekabr 2023-cü il tarixli PB-out-08140- 2023/1 nömrəli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, Bakı şəhər Halqası Əməliyyat Şirkətinin AZ13PAHA******************** nömrəli hesabından 2016-cı il ərzində “Dayton investment LTD” şirkətinin Estoniya Respublikasının “Tallinn Business” bankındakı EE**********0038070 nömrəli hesabına ümumilikdə 540.450 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür (cild 3, iş vərəqə 282-286). "xxxx" ASC-dən daxil olmuş 30 dekabr 2023-cü il tarixli 2023/111/16200 nömrəli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Bakı şəhər Halqası Əməliyyat Şirkətinin AZ35AİİB******************** nömrəli hesabından 2016-2018-ci il ərzində “Dayton İnvestment LTD” şirkətinin Estoniya Respublikasının X31ındakı EE**********0038070 hesabına ümumilikdə 440.007 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür(cild 4, iş vərəqə 128-130). "xxxx" ASC-dən daxil olmuş 08 fevral 2024-cü il tarixli HTİD-out-00918-2024 nömrəli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Bakı şəhər Halqası Əməliyyat Şirkətinin AZ13PAHA******************** və AZ35AİİB******************** nömrəli hesablarından 2016- 2018-ci il ərzində Şahid2 "xxxx" ASC-dəki AZ49UBAZ**********1040AZN001 hesabına 376.386.08 (manat, məbləğində pul vəsaiti köçürülmüşdür(cild 4, iş vərəqə 146-148). "xxxx" ASC-dən daxil olmuş 08 fevral 2024-cü il tarixli HTİD-out-00918-2024 nömrəli məktuba əlavə edilmiş kassa məxaric orderlərindən görünür ki, Şahid2 "xxxx" ASC-dəki AZ49UBAZ**********1040AZN001 hesabından xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli kassa məxaric orderləri ilə Şahid2 tərəfindən 28.985 manat, xx.xx.2018-ci il tarixli kassa məxaric orderləri ilə Şahid3 15.000 manat pul vəsaiti nağd qaydada çıxartmışdır. Mərkəzi bankın “bank sistemində arxiv işinin aparılması haqqında” təlimata əsasən bank sənədləri 5 il müddətində saxlanıldığından bank tərəfindən 2018-ci ilədək olan müddət ərzində tərtib edilmiş sənədlər Milli Arxiv İdarəsi tərəfindən məhv edilmişdir(cild 4, iş vərəqə 138-140,144). "xxxx" ASC-dən daxil olmuş 08 fevral 2024-cü il tarixli HTİD-out-00918-2024 nömrəli məktubuna əlavə edilmiş çeklərdən görünür ki, Şahid2 "xxxx" ASC-dəki AZ49UBAZ**********1040AZN001 hesabından xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli çeklər vasitəsi ilə Şahid2 tərəfindən 29.500 manat pul vəsaiti nağd qaydada çıxarılmışdır(cild 4, iş vərəqə 141-142). "xxxx" ASC-dən daxil olmuş 06 dekabr 2023-cü il tarixli HTİD-out-04048-2023 nömrəli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Şahid2 "xxxx" bankındakı AZ49UBAZ**********1040AZN001 nömrəli hesabından AZ12UBAZ**********1010AZN002 hesabına 2018-ci il ərzində 92.691,67 manat pul vəsaiti köçürülmüşdür ki, həmin vəsait sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanındakı "xxxx" ASC-nin yerləşdiyi “Uniplaza”dan nağd qaydada çıxarılmışdır (cild 3, iş vərəqə 237-238). “X31”ının 16 iyul 2018-ci il tarixli 1-8-1/12033 nömrəli məktubundan görünür ki, "xxxx"nin xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bankda EE**********20038070 nömrəli hesabı olmuşdur. "xxxx" ilə bağlı bankda məsul şəxs Təqsirləndirilən şəxs, benefisiar mülkiyyətçi X24 olmuşdur(cild 1, iş vərəqə 95-96). Cinayət işi materiallarına əlavə edilmiş 20 fevral 2018-ci il tarixli borc müqaviləsindən görünür ki, "xxxx" tərəfindən etibarnamə əsasında çıxış edən Təqsirləndirilən şəxs və benefesiar mülkiyyətçi X24 tərəfindən imzalanmaqla dövriyyə kapitalı bazasının artırılması məqsədi ilə 555.000 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx"nin hesabından X12 Gürcüstan Respublikasının TBC bankındakı GE90TB**********100033 nömrəli hesabına köçürülməsi barədə razılığa gəlinmişdir(cild 2, iş vərəqə 100-104). Maliyyə Monitorinqi Xidmətinin 22 sentyabr 2023-cü il tarixli 3-21-28/2-639/2023 nömrəli məktubundan görünür ki, "xxxx" Əməliyyat Şirkəti tərəfindən Seyşel adalarında qeydiyyatdan keçmiş "xxxx" şirkətinin Estoniya Respublikasının “X33”ındakı hesabına edilən köçürmələr ilə bağlı müvafiq məlumatın əldə olunması məqsədilə Estoniya maliyyə kəşfiyyatı orqanına (Estoniya MKO) aidiyyəti üzrə sorğu göndərilmişdir. Estoniya MKO-su tərəfindən təqdim edilən məlumata əsasən "xxxx" şirkətinin benefisiar mülkiyyətçisi X24 (təvəllüd: xx.xx.1946; pasport nömrəsi: P3402628), İdarə Heyətinin üzvü Təqsirləndirilən şəxs (təvəllüd: xx.xx.1975; pasport nömrəsi: C01277410; ünvan: Bakı ş., Y. Məmmədəliyev küç., ev 4, mənzil 20), qanuni təmsilçisi Gino Messierdir. (Təqsirləndirilən şəxs adı xx.xx.2006-cı il tarixində ABŞ-də məhkəmə qərarı ilə Gino Metieyə dəyişdirilib). Bundan əlavə, Estoniya MKO-sunun məlumat bazasında şirkətin şübhəli fəaliyyətinə dair məlumat müəyyən edilmişdir. Belə ki, Estoniya bankı tərəfindən MKO-ya təqdim edilən məlumata əsasən, şirkət yüksək iqtisadi gəlirlərini əsaslı izah edə bilmədiyindən şirkətin hesabları bağlanmışdır. "xxxx" şirkətinin bank hesabının təhlili nəticəsində məlum olmuşdur ki, 2016-2018-ci illərdə şirkət hesabına "xxxx" Əməliyyat Şirkətinin "xxxx" ASCdəki AZ35AİİB******************** nömrəli hesabından 440.007 ABŞ dolları, "xxxx" ASCdəki AZ13PAHA******************** nömrəli hesabından 540.450 ABŞ dolları daxil olmuşdur. Şirkətin Estoniya bankında olan hesabı bağlandıqdan sonra hesabdakı 706.846 Avro məbləğində qalıq xx.xx.2018-ci il tarixində şirkətin Kipr Respublikasındakı CY********************011716 nömrəli hesabına köçürülmüşdür (cild 2, iş vərəqə 223-225). 25 oktyabr 2023-cü il tarixli Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş "xxxx"nin Estoniya Respublikasının “TALLİNN BUSİNES BANK”ında olan EE**********20038070 nömrəli hesabından çıxarışın köçürüldüyü 01 diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd CD “ZYKLEN” markalı olmaqla həmin diskə daxil olduqda içərisində “Dayton EE**********20038070 sta” adlı fayl vardır. Həmin fayla daxil olduqda xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində "xxxx"nin Estoniya Respublikasının “TALLİNN BUSİNES BANK”ında olan EE**********20038070 nömrəli hesabından mədaxil və məxaric əməliyyatlarının olduğu, "xxxx" şirkəti tərəfindən “Formula-1 Qran Pri” yarışları üçün nəzərdə tutumuş malların alınmasına görə həmin hesabdan müxtəlif xarici şirkətlərə 135.115 ABŞ dollar və 13.590 Evro məbləğində pul vəsaiti köçürüldüyü, Bakı şəhər Halqası Əməliyyat şirkəti tərəfindən "xxxx" şirkətinin “TALLİNN BUSİNES BANK”ındakı hesabına xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək köçürülmüş 980.457 ABŞ dollar məbləği pul vəsaitindən ümumilikdə 84.054 Avro və 135.343 ABŞ dolları məbləğində pul vəsaiti müxtəlif hesablara köçürülərək xərcləndikdən sonra qalıq 706.846 Avro məbləğində pul vəsaiti Kipr Respublikasındakı CY********************011716 nömrəli bank hesabına köçürülmüşdür (cild 3, iş vərəqə 7). Maliyyə Monitorinqi Xidmətinin 26 oktyabr 2023-cü il tarixli 3-21-28/2-753/2023 nömrəli məktubundan görünür ki, Gürcüstan maliyyə kəşfiyyatı orqanına (Gürcüstan MKO) göndərilmiş sorğu ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə daxil olan məlumata əsasən, X12 Gürcüstanın “TBC Bank”ındakı GE63TB**********100034 nömrəli hesabına 2018-ci il 7 iyul tarixindən 2018-ci il 9 sentyabr tarixinədək olan müddət ərzində “Dayton İnvestment LTD” şirkətinin Kipr Respublikasındakı CY********************011716 nömrəli hesabından “borc müqaviləsi əsasında benefisiar mülkiyyətçiyə köçürülən vəsait” təyinatı ilə ümumilikdə 694.030 Avro məbləğində pul vəsaiti daxil olmuşdur. Qeyd olunan vəsaitlərdən 95.230 ABŞ dolları “oğluma maddi yardım” təyinatı ilə Gino Metie-nin X2 hesabına (Bank: “Bank of America”; SWİFT: BOFAUS3NXXX; hesab nömrəsi: **********21), qalan vəsaitlər Təqsirləndirilən şəxs “TBC Bank”dakı GE46TB**********100010 və GE19TB**********100011 nömrəli hesablarına köçürülmüşdür. Daxil olan vəsaitlərin 2020-ci il 22 fevral tarixindən 2020-ci il 24 noyabr tarixinədək olan müddət ərzində Zaur Mekhtiyev adlı şəxsin ABŞ-dəki hesabına (Bank: “Bank of America”; SWİFT: BOFAUS3NXXX; hesab nömrəsi: **********00) köçürüldüyü müəyyən edilmişdir(cild 3, iş vərəqə 73-75). 11 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş "xxxx" və fiziki şəxs Şahid2 idxal və ixrac əməliyyatlarına dair məlumatların köçürüldüyü 01 diskə baxış keçirilməsinə protokoldan görünür ki, 01 ədəd CD “ZYKLEN” markalı olmaqla həmin diskə daxil olduqda içərisində “qoşma- Şahid2” və “qosma- BShHES” adlı 2 ədəd fayl vardır, “qoşma- Şahid2” faylına daxil olaraq bəyannamələrə baxış zamanı Şahid2 ölkə ərazisinə gətirdiyi müxtəlif növ avtomobillərin gömrük orqanına bəyan edildiyi və “Formula 1 Avropa Qran-Pri” Qran Pri yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuş və ya digər hər hansı əşyaya dair gömrük rəsmiləşdirməsinin aparılmadığı müəyyən edilmişdir. “qosma-BShHES” faylına daxil olaraq bəyannamələrə baxış zamanı "xxxx" tərəfindən 2016-2018-ci illər ərzində “Formula 1 Avropa Qran-Pri” Qran Pri yarışlarının keçirilməsi üçün Bakı şəhər Halqası Əməliyyat Şirkətinə göndərmiş olduğu 621.117,90 ABŞ dolları məbləğində malların rəsmiləşdirildiyi, 359.339,60 ABŞ dolları məbləğində malların isə "xxxx" tərəfindən ölkə ərazisinə göndərilmədiyi müəyyən edilmişdir (cild 2, iş vərəqə 74-78). 24 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş Şahid2 vergi məlumatlarının köçürüldüyü 01 diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd CD “ZYKLEN” markalı olmaqla həmin diskə daxil olduqda içərisində “Prakratura Mais” adlı 1 ədəd fayl vardır. Faylın içərisindəki qaimə satış bölməsindən Şahid2 Bakı şəhər Halqası Əməliyyat Şirkətinə malların satışını və xidmətlərin göstərdiyi görünsə də, qaimə alış bölməsindən Şahid2 göstərdiyi xidmətlərin və aldığı malların alışının olmaması müəyyən edilmişdir(cild 3, iş vərəqə 6). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il,xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017- ci il, xx.xx.2017-ci il,xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli sifariş orderlərindən görünür ki, Şahid2 sifariş verilmiş 376.386.08 manat dəyərində mal-material və xidmətlərin, eləcə də “Dayton investment LTD”-yə sifariş verilmiş 980.457,50 ABŞ dolları məbləğindəki malların adı və dəyəri qeyd olunmaqla təhcizat şöbəsinin rəhbəri Şahid6, direktor Arif Rəhimov və İdman şöbəsinin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən elektron qaydada imzalanmışdır (cild 4, iş vərəqə 27-45, 83-99). "xxxx" ASC-dən daxil olmuş 19 sentyabr 2023-cü il tarixli 02/1737 nömrəli məktubdan görünür ki, "xxxx"-nin X31ındakı EE**********20038070 nömrəli hesabından “X41 Agency” Məhdud Məsuliyyətli Cəmiyyətinin Avro hesabına xx.xx.2018-ci tarixdə 44.691,75 Avro məbləğində pul vəsaiti daxil olmuşdur (cild 2, iş vərəqə 171). “X41 Agency” Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş 28 noyabr 2023-cü il tarixli RT/22-23 nömrəli məktubdan görünür ki, “X41 Agency” Məhdud Məsuliyyətli Cəmiyyətinin xarici valyuta hesabına xx.xx.2018-ci il tarixdə "xxxx" şirkəti tərəfindən 44.691,75 Avro məbləğində pul vəsaiti daxil olmuşdur. Həmin vəsait hesabına Təqsirləndirilən şəxs özünün və sonuncunun ailə üzvlərinin adına aviabilet satışı xidməti göstərilmişdir (cild 3, iş vərəqə 212-215). Baş İdarənin Mütəxəssis təhlilləri şöbəsindən daxil olmuş Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sifarişi əsasında "xxxx" və fiziki şəxs Şahid2 verdiyi malların və göstərdikləri xidmətin həmin tarixlərə olan orta bazar dəyərinin müəyyən edilməsi, həmin malların təhvil verilib-verilməməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, daxili və xarici bazarda, internet resurslarında olan qiymətlərlə bağlı məlumatlar, qeyd edilən dövrdə müxtəlif şirkətlərin qiymət təklifləri, ifadələr əsasında aparılmış araşdırma ilə 2016-2018-ci illər ərzində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən "xxxx"-yə köçürülmüş 980.457,50 ABŞ dolları pul vəsaiti üzrə alınması rəsmiləşdirilmiş malların dəyərinin şişirdilərək 338.014,31 manat pul vəsaitinin artıq xərc edildiyi müəyyən olunmuşdur. Daxili və xarici bazarda, internet resurslarında olan qiymətlərlə bağlı məlumatlar, qeyd edilən dövrdə müxtəlif şirkətlərin qiymət təklifləri, ifadələr əsasında aparılmış araşdırma ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən fiziki şəxs Şahid2 köçürülmüş 376.386,08 manat pul vəsaiti üzrə alınması rəsmiləşdirilmiş mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlərin faktiki orta bazar dəyərinin şişirdilərək 59.838,51 manat pul vəsaitinin artıq xərc edildiyi müəyyən olunmuşdur(cild 3, iş vərəqə 107-123). 13 fevral 2024-cü il tarixli kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, ekspert baxışına təqdim edilmiş 68 adda malların 2016-2018-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 420.884,50 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. X15 qeyd edilmiş eləcə də ekspert baxışına təqdim olunmuş (xüsusi sifariş əsasında) malların həmin illər üzrə respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında və eləcə də Mərkəzdə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının vergi orqanlarında fiziki şəxs kimi qeydiyyatdan keçmiş Şahid2 Bakı şəhər Halqası Əməliyyat Şirkətini təmin etdiyi xidmətlərin göstərilməsi ilə bağlı məsələ məhkəmə-əmtəəşünaslıq ekspertizalarının predmetinə aid olmadığından tədqiqatın aparılması mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ekspert əmtəəşünasın gəldiyi nəticəyə əsasən "xxxx"-nin Bakı şəhər Halqası Əməliyyat Şirkətini təmin etdiyi malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı fərqin ümumi məbləği 101.316,25 (522.200,75-420.884,50) manat müəyyən edilir. Bundan başqa xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində mütəxəssis aşağıdakı nəticəyə gəlmişdir: 27 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində qiymətlərin düzgün olub-olmaması eləcə də şişirdilməsi məsələsi məhkəmə-mühasibatlıq ekspertinin səlahiyyətlərinə aid deyildir. Lakin həmin qiymətlərin düzgünlüyünə eləcə də şişirdilib-şişirdilməməsinə istintaq tərəfindən qiymət verilə bilər. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq təqdim olunmuş iş materiallarında olan auditor hesabatında göstərilən malların dəyərinin düzgünlüyü istintaq tərəfindən nəzərə alındığı təqdirdə "xxxx" və Azərbaycan Respublikasının vergi orqanlarında fiziki şəxs kimi qeydiyyatdan keçmiş Şahid2 Bakı şəhər Halqası Əməliyyat Şirkətini təmin etdiyi malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı fərqin ümumi məbləği 397.852,82 manat müəyyən edilir (cild 4, iş vərəqə 162-172). Cinayət işi materiallarına əlavə edilmiş X40 Məhdud Məsuliyyətli Cəmiyyətin sabiq direktoru X28 tərəfindən qəbul edilmiş 17 mart 2015-ci il tarixli, 001 nömrəli əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin idarə heyətində əməliyyat meneceri vəzifəsinə qəbul edilmişdir (cild 3, iş vərəqə 45). Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru X28 tərəfindən qəbul edilmiş 13 oktyabr 2016-cı il tarixli “əmək müqaviləsinə dəyişiklər edilməsi barədə” 4 nömrəli sazişdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində verilmiş 17 mart 2015-ci il tarixli, 001 nömrəli əmrə edilmiş dəyişikliyə əsasən sonuncu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir (cild 3, iş vərəqə 232). Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq baş direktoru X10 tərəfindən qəbul edilmiş 05 noyabr 2020-ci il tarixli, 194 nömrəli əmrlə Təqsirləndirilən şəxs işdən azad olunmuşdur (cild 3, iş vərəqə 47-48). “X40” Məhdud Məsuliyyətli Cəmiyyət ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 17 mart 2015-ci il tarixli MM02 nömrəli “X14” müqaviləyə əsasən - Təqsirləndirilən şəxs maddi məsul şəxs olaraq əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərdən əlavə olaraq işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsulliyyəti ilə öz üzərinə götürməklə etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin qayğısına qalmaq, eyni zamanda işəgötürən idarə, müəssisə və təşkilatına heç bir səbəb üzündən zərər vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, verilən maddi sərvətlərin uçotunu aparmaq, onların hərəkəti və qalığı haqqında işə götürənə hər ay hesabat vermək, müəyyən edilmiş qaydada hesabat tərtib edərək tələb olunan yerlərə təqdim etmək, etibar edilmiş maddi sərvətlərin invertarizasiyasında iştirak etmək, zərəri aşkar edərkən bu barədə müvafiq qeydlər aparmaq, baş vermiş hadisə haqqında işəgötürənə dərhal məlumat vermək və vəziyyətin səbəblərini araşdırmaq, hadisə barədə işəgötürənə məlumatı vermədikdə o, zərərin vurulmasına görə tam maddi məsuliyyət daşımaq, maddi sərvətlərə qəsdən və ya diqqətsizlik nəticəsində zərər vurduqda Azərbaycan Respublublikası qanunvericiliyinə əsasən müəyyən məbləğində ziyanı ödəmək vəzifələri olmuşdur (cild 3, iş vərəqə 233- 235). Bakı Şəhər Halqası Əməliyyat şirkəti tərəfindən Təqsirləndirilən şəxs üzərinə qoyulmuş öhdəliklərə əsasən sonuncu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin əməliyyatının genişlənməsi və inkişafı üçün iş səmərəliliyinin və effektivliyinin formalaşmasında əsas rol oynamaq, idman əməliyyatları şöbəsi üçün əməliyyat büdcəsinin, məqsəd və vəzifələrinin hazırlanması və şöbə fəaliyyətinin monitorinqini aparmaq, layihə səviyyəsində planlaşdırma və resurs tələblərini nəzərə alaraq icraçı direktor ilə əməliyyat planını müəyyən etmək, inkişaf etdirmək və həyata keçirmək, marşal proqramının koordinasiyası və idarə etmək, idman əməliyyatları üzrə dövrənin bütün aspektlərinin operativ çatdırılmasına nəzarət etmək və lazım olan əməliyyat planlarını hazırlamaq, Beynəlxalq Avtomobil Federasiyası və “Formula 1 Avropa Qran-Pri” rəhbərliyi ilə dövrə əməliyyatları ilə bağlı bütün məsələlərlə bağlı koordinasiya etmək, effektiv və mütənasib olan inteqrasiya olunmuş təhlükəsizlik mühitinin planlaşdırılması və çatdırılmasını dəstəkləmək, yarışın dinc şəkildə qeyd olunmasını təmin etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxsdir (cild 2, iş vərəqə 238-240). "xxxx" ASC-nin Sahil filialından verilmiş 15 sentyabr 2023-cü il tarixli 01 nömrəli ödəniş tapşırığından 50.000 (əlli min) manat, 09 yanvar 2024-cü il tarixli TT**********99650000 nömrəli ödəniş qəbzindən 50.000 (əlli min) manat olmaqla ümumilikdə 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən iş üzrə vurulmuş ziyan qismində qismən ödənildiyi görünür (cild 2, iş vərəqə 110, cild 4 iş vərəqə 132). 15 sentyabr 2023-cü il tarixli qərarla 50.000 (əlli min) manat, 09 yanvar 2024-ci tarixli qərarla 50.000 (əlli min) manat olmaqla ümumilikdə 100.000 (yüz min) manat məbləğində Təqsirləndirilən şəxs tərəfindən ödənmiş pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-dəki depozit hesabına qoyulmuşdur (cild 2, iş vərəqə 111- 112, cild 4, iş vərəqə 133-134). 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsindən alınmış 21 may 2019-ci il tarixli, 012338 nömrəli şəhadətnamədən görünür ki, X29 xx.xx.2019-cu il tarixdə ölmüşdür (cild 1, iş vərəqə 257). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Baş Nazirinin müavininin 21 oktyabr 2015-ci il tarixli 308 S nömrəli sərəncamından görünür ki, “Formula 1 Avropa Qran-Pri” X39 yarışlarının təşkili ilə bağlı tikinti işlərinin qısa müddətə yüksək keyfiyyətlə icra olunmasının vacibliyini, bu sahədə ixtisaslaşmış təcrübəli təşkilatların sayının məhdud olduğunu, yarışların başlamasına 8 aydan az vaxt qalması səbəbindən işlərin icrasına təxirəsalınmadan başlanılması və qısa müddət ərzində başa çatdırılması üçün “Formula 1 Avropa Qran-Pri” X39 yarışlarının satınalma predmetinə aid olan bütün işlərin satınalınması məqsədi ilə bu sahədə təcrübəsi olan, danışıqlar əsasında seçilən təşkilatlarla birbaşa müqavilə bağlanmasına icazə verilmişdir(cild 2, iş vərəqə 195). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış sorğuya cavablardan görünür ki, Təqsirləndirilən şəxs adına ünvan 7 ünvanında yerləşən 79.9 m2 ölçüdə, ünvan 8 ünvanında yerləşən 22 m2 ölçüdə yaşayış sahəsi, ünvan 9 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi (1/2 hissə), Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 56 a (qaraj 11) ünvanında yerləşən 32.9 m2 ölçüdə qeyri-yaşayış sahəsi və qızı X6 adına ünvan 11 ünvanında yerləşən 170.5 m2 ölçüdə yaşayış sahəsi qeydiyyata alınmışdır (cild 2, iş vərəqə 259-261, cild 3, iş vərəqə 162-180). Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 17C ünvanında yerləşən 189 nömrəli mənzil xx.xx.2013-cü il tarixdə X12 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, 4Ə-492 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini 1\2 hissəsi xx.xx.2014-cü il tarixdə paylı mülkiyyət hüququ ilə X12 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, 4Ə-493 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə paylı mülkiyyət hüquq ilə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 56a ünvanında yerləşən qeyri-yaşayış sahəsi (qaraj 11) xx.xx.2017-ci il tarixdə X12 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli, 4Ə-490 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 4 ünvanında yerləşən 21 nömrəli mənzil xx.xx.1997-ci il tarixdə X8 adına qeydiyyata alınmış, xx.xx.1997-ci il tarixli, 3M/A-614 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. ünvan 14 ünvanında yerləşən 36 nömrəli mənzil xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alımış, xx.xx.2019-cu il tarixli, 4Ə-40 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.Qeyd edilən daşınmaz əmlakların özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuşdur. 07 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Baş Prokrurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyindən görünür ki, həmin tarixə ünvan 9 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin (1/2 hissə) orta bazar dəyəri 84.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 56 a (qaraj 11) ünvanında yerləşən 32.9 m2 ölçüdə qeyri-yaşayış sahəsinin orta bazar dəyəri 32.900 manat, ünvan 11 ünvanında yerləşən 170.5 m2 ölçüdə yaşayış sahəsinin orta bazar dəyəri 511.500 manat, ünvan 8 ünvanında yerləşən 22 m2 ölçüdə yaşayış sahəsinin orta bazar dəyəri 55.000 manat, ünvan 7 ünvanında yerləşən 79.9 m2 ölçüdə yaşayış sahəsinin orta bazar dəyəri 195.755 manat müəyyən edilmişdir (cild 3, iş vərəqə 185-202) . Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 22 evral 2024-cü il tarixli 5(001)-355/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ünvan 7 ünvanında yerləşən 79.9 m2 ölçüdə, ünvan 8 ünvanında yerləşən 22 m2 ölçüdə yaşayış sahəsinin, ünvan 9 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin (2/1 hissə), Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 56 a (qaraj 11) ünvanında yerləşən 32.9 m2 ölçüdə qeyri-yaşayış sahəsinin və X6 adına qeydiyyata alınmış ünvan 11 ünvanında yerləşən 170.5 m2 ölçüdə yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur (cild 3, iş vərəqə 302-307). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 160). Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 7 saylı mənzil kommunaı-istismar sahəsi tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə edilmişdir (cild 3, iş vərəqə 204 ). 25 oktyabr 2023-cü il tarixli 13945 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X16 şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya xəstəxanasında müalicədə olmamışdır (cild 3, iş vərəqə 183). 20 fevral 2018-ci il tarixli borc müqaviləsi, xx.xx.2016-cı il tarixli BCC-169/16 nömrəli mal materialların təhcizinə dair, xx.xx.2017-ci il tarixli BCC-SER-325/17 nömrəli xidmətlərin göstərilməsinə dair, xx.xx.2016-cı il tarixli BCC-245/16 nömrəli mal materialların təhcizinə dair müqavilələr, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, 11,06.2016-cı il, xx.xx.2016- cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli sifariş orderləri, Estoniya Respublikasının X33ından daxil olmuş bank çıxarışlarının köçürüldüyü 01 ədəd disk, Gürcüstan Respublikasının TBC bankından daxil olmuş bank çıxarışlarının köçürüldüyü 01 ədəd disk, Bakı şəhər Halqası Əməliyyat Şirkətindən daxil olmuş pul köçürmələrinə dair 02 ədəd cədvəl, Kapital Bank ASC-dən, Paşa Bank ASCdən və Unibank ASC-dən götürülümüş 4 ədəd çıxarışlar, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli kassa məxaric orderləri, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli çeklər cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından 19 fevral 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqə 184-214). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predmeti qismində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir. “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən leqallaşdırma cinayətinin obyektiv cəhətini cinayət yolu ilə əldə olunmuş əmlakın həqiqi mənbəyini gizlətmək və ya predikativ cinayəti törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədi ilə, yəni cinayət yolu ilə əldə olunmuş gəlirlərə qanuni görkəm vermək üçün CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrində təsbit edilmiş aşağıdakı hərəkətlərin törədilməsi təşkil edir: -konversiya; -köçürülmə; -predikativ cinayətin predmetindən istifadə etməklə maliyyə əməliyyatları və ya digər əqdlərin həyata keçirilməsi (CM-in 193-1.1.1-ci maddəsi); -predikativ cinayətin predmetinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi (CM-in 193-1.1.2-ci maddəsi). Konversiya dedikdə, cinayət yolu ilə əldə olunmuş əmlakın başqa aktivlərə (məsələn bir valyutada pulun başqa valyutada pula, qiymətli kağızlara) çevrilməsi ehtiva olunur. Köçürülmə dedikdə, əmlakın başqasının adına keçirilməsi (o cümlədən, başqasının adına keçirilməsi görüntüsünün yaradılması) və yaxud rəsmi və ya qeyri-rəsmi yollarla, nağd və ya nağdsız xaricə çıxarılması başa düşülür. Maliyyə əməliyyatları dedikdə, pul vəsaitləri ilə istənilən əməliyyatın, yəni nağd və nağdsız qaydada hesablaşmaların, kassa əməliyyatlarının, o cümlədən hesaba mədaxil etmənin, müxtəlif hesablarda yerləşdirilmənin, başqa valyutaya çevrilmənin, qiymətli kağızların əldə edilməsinin, xaricə köçürülməsinin və daha sonra bankdakı hesaba qaytarılmasının və s. həyata keçirilməsi ehtiva olunur. Həmin Qərarın beşinci bəndinə əsasən cinayətdən başqa digər hüquq pozuntusu, o cümlədən inzibati xəta kimi təsnif edilən əməl predikativ hüquq pozuntusu hesab edilmir. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda talama əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində, cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti həmin Məcəllənin 308.2-ci maddəsində, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Halqası Əməliyyat Şirkətinin mühasibatlıq sənədlərindən görünür ki, aralarında bağlanmış müqavilələrə əsasən sifariş olunan malların alınması üçün "xxxx"yə ümumilikdə 980.457,50 ABŞ dolları pul köçürülsə də Dövlət Gömrük Komitəsindən əldə olunmuş məlumatlara əsasən faktiki olaraq ölkə ərazisinə 621.117,90 ABŞ dolları dəyərində mallar idxal edilmiş, 359.339,60 ABŞ dolları dəyərində mallar idxal edilməmişdir. İdxal olunmamış mallarla əlaqədar Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ifadə verərkən həmin malların "xxxx" tərəfindən göndərilməməsini, həmin malları daxili bazardan aldığını bildirmişdir. Həmin malların faktiki olaraq haradan və ya kimdən alınması barədə məlumat təqdim edilməməsinə, habelə mühasibatlıq sənədlərinə əsasən Respublikada daxili bazardan alınması bildirilmiş mallar faktiki olaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin anbarına mədaxil edilməməsinə, anbarda aşkar edilməmiş mallar üzrə daxili bazarda satışının həyata keçirilməməsinin, habelə internet resurslarında həmin malların bəzilərinin satış qiymətləri ilə əlaqədar məlumatlar əldə etmək mümkün olmadığı üçün analoqların müəyyən edilməməsinə baxmayaraq oxşar mallar barədə qiymət təklifi verən müxtəlif hüquqi şəxslərin məlumatları əsas götürülməklə müqayisəli tədqiqat aparılmış və həmin mallar “alınmış” mal kimi qiymətləndirilərək orta bazar dəyəri ilə hesab-fakturasına əsasən müəyyən edilmiş dəyəri əsasında fərq qiymətləri çıxarılmış, 338.014, 31 manat pul vəsaitinin artıq xərc edildiyi aşkar olunmuşdur. Digər tərəfdən Şahid2 Bakı şəhər Halqası ilə aralarında bağlanmış müqaviləyə əsasən faktiki görülmüş işlərdən xəbərsiz olması, müqavilələr üzrə rəsmiləşdirilmiş malları verməməsi, heç bir xidmət göstərməməsini qeyd etsə də, Təqsirləndirilən şəxs həmin malların alınmasının və xidmətlərin göstərilməsinin Respublika daxilində həyata keçirildiyini bildirmiş, lakin malların haradan alınması və xidmətlərin kim tərəfindən göstərilməsi haqqında məlumat araşdırmaya təqdim edilməmişdir. Həmin xidmətlərin və malların faktiki mövcud olub-olmaması məqsədilə keçirilmiş baxış zamanı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mühasibatlıq sənədlərinə əsasən müxtəlif vaxtlarda mədaxil edilmiş oxşar məhsulların alış dəyəri nəzərə alınaraq orta bazar dəyəri müəyyən edilməklə 376.386,08 manat pul vəsaiti üzrə alınması rəsmiləşdirilmiş mallar, göstərilmiş xidmətlərin bazar dəyərinin şişirdilərək 59838,51 manat pul vəsaitinin artıq xərc edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, malların qiymətləri arasında fərq qiymətinin əsassız olaraq artıq müəyyən edilmiş hissəsində müdafiə tərəfindən mötəbərliliyi mübahisələndirilən auditor hesabatı əslində Təqsirləndirilən şəxs xeyrinə verilmiş, 359.339,60 ABŞ dolları dəyərində mallar idxal edilməməsinə, Şahid2 tərəfindən 76.386,08 manat pul vəsaiti üzrə alınması rəsmiləşdirilmiş mallar, göstərilmiş xidmətlər barədə hər hansı məlumat təqdim edilməməsinə baxmayaraq həmin mallar “mövcud olan” mallar və “göstərilmiş” xidmətlər kimi qəbul edilmiş və yuxarıda göstərilən meyarlar əsas götürülməklə orta bazar qiyməti müəyyən edilmişdir. Belə ki, auditorun qarşısında ancaq ona təqdim edilmiş müqavilələr üzrə sifariş edilən müvafiq malların və xidmətlərinin orta bazar dəyərinin müəyyən edilməsi vəzifəsi qoyulmuş, həmin malların mövcud olub-olmaması, xidmətlərin göstərilib-göstərilməməsi ibtidai istintaq orqanının vəzifəsi olmuşdur. Məhkəmə onu da qeyd edir ki, "xxxx"yə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 980.457,50 ABŞ dolları pul vəsaiti köçürülsə də Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş "xxxx"nin Estoniya Respublikasının “TALLİNN BUSİNES BANK”ında olan EE**********20038070 nömrəli hesabından çıxarışa əsasən "xxxx" şirkəti tərəfindən Formula-1 Qran Pri yarışları üçün nəzərdə tutumuş malların alınmasına görə həmin hesabdan müxtəlif xarici şirkətlərə yalnız 135.115 ABŞ dollar və 13.590 Evro məbləğində pul vəsaiti köçürülməsi öz əksini tapmışdır. Bundan başqa "xxxx" şirkətinin “TALLİNN BUSİNES BANK”ındakı hesabına xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək köçürülmüş 980.457 ABŞ dollar məbləği pul vəsaitindən ümumilikdə 84.054 Avro və 135.343 ABŞ dolları məbləğində pul vəsaiti müxtəlif hesablara köçürülərək xərcləndikdən sonra qalıq 706.846 Avro məbləğində pul vəsaiti Kipr Respublikasındakı CY********************011716 nömrəli bank hesabına köçürülməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin “Formula-1 Qran Pri” yarışlarının keçirilməsi üçün büdcədən pul vəsaiti gec ayrıldığına görə hələ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə müqavilə bağlanmazdan əvvəl xüsusi növ malların alınmasına başlanılması barədə dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, -cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə aralarında bağlanmış müqaviləyə əsasən "xxxx"nin bank hesabı kimi göstərilmiş EE**********20038070 nömrəli hesabdan aparılan əməliyyatlar haqqında məlumatları özündə əks etdirən CD disk məlumatlarına baxış keçirilərkən əvvəla müəyyən edilmişdir ki, "xxxx"nin bank hesabından 19 mart 2016-cı il tarixdən 26 aprel 2017-ci il tarixədək Formula oyunları üçün zəruri materialların alınması məqsədilə ümumilikdə 188991 USD və 65871 avro pul vəsaiti xərclənmişdir; - Eləcə də həmin məlumatlardan görünür ki, "xxxx" tərəfindən hələ sonuncu ilə Bakı şəhər Halqası Əməliyyat Şirkəti arasında müqavilə bağlanmazdan əvvəl “Formula 1 Avropa Qran-Pri” yarışlarının keçirilməsi üçün müvafiq malların satın alınması halı müşahidə edilmişdir; -Təqsirləndirilən şəxs özü də məhkəmə iclasında “X38” yarışları üzrə sahədə beynəlxalq sertifikata malik olan şəxs olduğunu, həmin yarışlar üçün hansı xüsusi mallara ehtiyac olduğunu bildiyini etiraf etmişdir. Göründüyü kimi “Formula 1 Avropa Qran-Pri” yarışlarının həyata keçirilməsi üçün hansı növdə və hansı sayda malların zəruri olmasından mütəxəssis kimi anlayışı olan Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsi razı salmazdan əvvəl zəruri mal-materialın satın alınmasını həyata keçirmiş, sonradan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə “X38” yarışlarını zəruri mallarla təchiz etmək üçün faktiki rəhbərlik etdiyi şirkətlə müqavilə bağlanmasına nail olmuşdur. Lakin məhkəmə qeyd edir ki, büdcədən hansı miqdarda pul ayrılması halının əvvəldən məlum olmaması “Formula-1 Qran Pri” yarışlarının keçirildiyi ilk il, yəni 2016-cı il üçün müvəqqəti xarakter ala bilmək xüsusiyyətlərinə malik olsa da növbəti illər üçün əvvəldən hansı malların, hansı sayda satın alınmasının planlaşdırılması mürəkkəblik yaratmadığından, zəruri olan məbləğdə büdcədən pul ayrılması məsələsinin çətinliyi aradan qalxmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli “308 s” saylı Sərəncamına əsasən, 2016-cı ilin iyul ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Formula-1 Avropa Qran-Pri” yarışlarının təşkili ilə bağlı tikinti işlərinin qısa müddətdə yüksək keyfiyyətlə icra olunmasının vacibliyini, bu sahədə ixtisaslaşmış təcrübəli təşkilatların sayının məhdud olduğunu, yarışların başlamasına 8 aydan az vaxt qaldığını nəzərə alaraq, işlərin icrasında təxirəsalınmadan başlanılması və qısa müddət ərzində başa çatdırılması üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, müstəsna hal kimi, “Formula-1 Avropa Qran-Pri” yarışlarının təşkili ilə bağlı satınalma predmetinə aid olan bütün işlərin satın alınması məqsədi ilə bu sahədə təcrübəsi olan, danışıqlar əsasında seçilən təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilmişdir. Bununla bərabər yuxarıda göstərilən CD disk məlumatlarından görünür ki,hətta Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 12 iyun 2017-ci il və 22 iyun 2017-ci il tarixdə "xxxx"yə ödənişlər həyata keçirilsə də həmin pul vəsaiti müqabilində ümumiyyətlə hər hansı vəsait əldə edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş həm həmin disk məlumatlarına, həm də "xxxx" ASC tərəfindən göndərilmiş məktuba baxış zamanı "xxxx" şirkətinin bank hesabından pul vəsaitlərinin şəxsi ehtiyaclar üçün istifadə edilməsi, Bakı, İstanbul, Dubay və digər şəhərlərdə müxtəlif restoran, kafe, mağazalarda ödənişlərin həmin bank hesabından həyata keçirilməsi, hətta müvafiq kart hesabından “X41 Agency” MMC-nin hesabına 19 aprel 2018-ci il tarixdə 44 691,75 avro pul vəsaiti daxil olması faktları aşkar edilmişdir. Məhkəmə, məhkəmə baxışının yalnız təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləşdirilməsi imkanları çərçivəsində həyata keçirilməsinə dair hədlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərini, çəkişmə prinsipinə əsasən cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut etmək vəzifəsinin ittiham tərəfinin üzərinə qoyulması barədə 32.2.3-cü maddəsinin müddəalarını nəzərə alaraq 359.339,60 ABŞ dolları dəyərində ölkə ərazisinə idxal edilməyən malların, habelə Şahid2 tərəfindən 76.386,08 manat dəyərində alınmayan malların mövcud olması, göstərilməyən xidmətlərin yerinə yetirilməsi barədə istintaq orqanının gəldiyi nəticəni mübahisələndirmir. Məhkəmə bu qənaətə gələrkən həmçinin o halı əsas götürür ki, Cinayət-Prosessual Məcəllənin 141.2-ci maddəsinə əsasən cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Göründüyü kimi hazırki iş üzrə həm ittiham, həm müdafiə tərəfi həmin malların respublika daxilində alınması, xidmətlərin göstərilməsi halını inkar etməmiş, audit hesabatında göstərilən qiymətlər ilə razılaşmış, məhkəmə baxışının gedişində ittiham tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin əməllərində daha ağır cinayət tərkibinin əlamətləri olması əsası ilə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət təqdim edilməmişdir. İş üzrə verilmiş ekspertiza rəyindən də göründüyü kimi, iş materiallarında olan auditor hesabatında göstərilən malların dəyərinin düzgünlüyü istintaq tərəfindən nəzərə alındığı təqdirdə "xxxx" və Azərbaycan Respublikasının vergi orqanlarında fiziki şəxs kimi qeydiyyatdan keçmiş Şahid2 Bakı şəhər Halqası Əməliyyat Şirkətini təmin etdiyi malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı fərqin ümumi məbləği 397.852,82 manat müəyyən edilmişdir. Təqsirsizlik prezumpsiyasına əsasən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edildiyindən Təqsirləndirilən şəxs mənimsəmə cinayətinin törədilməsi ilə əlaqədar elan edilmiş ittihamın həcmi müəyyən edilərkən yuxarıda göstərilən məbləğlər əsas götürülərək 397.852,82 manat miqdarında Bakı şəhər Halqasına ziyan vurulması barədə nəticəyə gəlinmişdir. Lakin müdafiə tərəfi iddia edir ki, auditor hesabatı ilə Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhər Halqası Əməliyyat şirkəti üçün sifariş edilmiş malların əsl qiymətlərinin müəyyən edilməsi ilə əlaqədar nəzərə alınmış orta bazar qiymətlərinin əsası yoxdur. Belə ki, hətta müvafiq malların idxal edilməsinə dair gömrük bəyannamələrində həmin malların statistik dəyərinə nəzər saldıqda açıq aşkar müşahidə olunur ki, malların statistik dəyəri invoys dəyərindən daha yüksək məbləğ təşkil edir. Müdafiə tərəfi öz dəlillərini onunla əsaslandırır ki, malın statistik dəyəri dedikdə oxşar mallar üçün nəzərdə tutulmuş bazar qiymətləri başa düşülür. Məhz bu səbəbdən də hazırkı cinayət işi üzrə sifariş edilən malların qiymətinin Təqsirləndirilən şəxs tərəfindən şişirdilib- şişirdilməməsi barədə nəticəyə gələrkən auditor hesabatında məhz cinayət işi materiallarına əlavə edilən gömrük bəyannamələrində göstərilən malların statistik qiyməti nəzərə alınmalı idi. Məhkəmə müdafiə tərəfinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi başa düşülür. Dövlət Gömrük Komitəsinin rəsmi səhifəsinə yerləşdirilmiş “E.CUSTOMS.GOV.AZ” portalının istifadə təlimatı adlı sənədlə gömrük dəyərinin hesablanmasının vahid metodikası müəyyən edilmişdir. Həmin sənəddən görünür ki, gömrük bəyannaməsinin 42ci qrafasında malın invoys dəyəri, 45-ci qrafasında malın gömrük dəyəri, 46-cı qrafasında malın statistik dəyəri göstərilir. Malın statistik dəyəri əslində malın gömrük dəyərinin ABŞ dolları məzənnəsi ilə ifadə olunan məbləğidir. Məhkəmə tərəfindən yuxarıda göstərilən müvafiq qanunvericilik aktlarının gömrük bəyannamələrində malların statistik dəyərinə nəzər saldıqda həmçinin müəyyən edilmişdir ki, 26 aprel 2018-ci il tarixli gömrük bəyannaməsinin 42-ci qrafasında malın invoys dəyəri 17700 AZN, 45-ci qrafasında malın gömrük dəyəri 31030, 21 AZN, 46-cı qrafasında malın statistik dəyəri 18253,06 USD(31030,21x1,70 (həmin günə dollar valyutasının manatla olan qiyməti 1,70 manat təşkil etmişdir) kimi göstərilmişdir (cinayət işi cild 1, iş vərəqə 239). Malların gömrük dəyərinin müəyyən edilməsi zamanı isə digər xərclərlə yanaşı çatdırılma şərtinə uyğun bəyan edilmiş malın dəyəri(invoys qiyməti) də nəzərə alınır. Müvafiq gömrük bəyannamələrində olan malların statistik dəyərinin əslində gömrük dəyərinin ABŞ dolları məzənnəsi ilə ifadə olunan məbləği olmasını, həmin dəyərin başqa məlumatlar da daxil olmaqla, həmçinin həmin malların invoys sənədlərində göstərilən qiymətlər də əsas götürülməklə müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti üçün satın alınmış malların qiymətinin şişirdilməsi məsələsi həll edilərkən gömrük bəyannəmələrində göstərilən malın statistik dəyəri məlumatları qiymətləndirmə meyarı qismində çıxış edə bilməzdi. Bundan başqa iş materiallarına əlavə edilmiş müqavilələrdən, hesab faktura, habelə bank hesablarından çıxarış sənədlərindən görünür ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən "xxxx"dən alınmış məhsulların müqavilə üzrə qiymətləri ilə audit hesabatı ilə müəyyənləşdirilmiş orta bazar qiymətləri arasındakı fərq kəmiyyəti müdafiə tərəfinin qeyd etdiyi kimi təqsirləndirilən şəxsin mənafelərinə zidd olaraq şişirdilməmişdir. Məsələn, həmin sənədlərin yalnız bir qisminin təhlili nəticəsində müəyyən edilmişdir ki, 2016-cı il tarixdə “Coveralls thin layer, Rain Coats, Helmets, Broom, fire Blanket” kimi malların satın alınması üçün "xxxx" şirkəti tərəfindən “X23 LTD” şirkətinin bank hesabına 19 mart 2016-cı il tarixdə ümumilikdə 49.890 ABŞ dolları pul keçirilsə də, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə bağlanmış müqaviləyə əsasən “Coveralls thin layer” adlı məhsulu 71400 ABŞ dolları, “Rain Coats” adda məhsulu 5000 ABŞ dolları, “helmet” məhsulu 41.400 ABŞ dolları, “broom” məhsulu 10.000 ABŞ dolları, “fire Blanket ” 5000 ABŞ dolları dəyərində qiymətləndirilməklə həmin məhsulların satın alınması üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən "xxxx" şirkətinə ümumilikdə 135 400 ABŞ dolları(85.510 ABŞ dolları məbləğində pul vəsaiti artıq xərc edilməklə) məbləğində pul vəsaiti köçürülmüşdür. Auditə isə "xxxx"nin bank hesablarından çıxarış sənədləri təqdim edilmədiyindən hesabatda sadalanan sənədlər əsas götürülməklə müvafiq məhsulların orta bazar qiyməti hesablanaraq həmin məhsullar üzrə 89.198, 38 manat pul vəsaitinin artıq xərc edilməsi müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsin mənafelərinə xidmət etmişdir. Məhkəmə araşdırmasının çəkişmə prinsipi əsasında həyata keçirilməsini, bütün boşluqların təqsirləndirilən şəxsin xeyrinə həll edilməsini vurğulayaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmənin rolu təqdim edilmiş sübutların yoxlanmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkəmənin öz təşəbbüsü ilə təqsirləndirilən şəxsin vəziyyətini pisləşdirən istiqamətdə sübut toplaması səlahiyyəti olmadığından və müvafiq halların araşdırılması (yəni "xxxx"nin bak hesabı çıxarış sənədlərinin də təqdim edilməklə ekspertiza təyin edilməsi və s. barədə) istiqamətində vəsatət verilmədiyindən auiditor hesabatını həmin hissədə mübahisələndirmir. Bundan başqa iş materiallarından görünür ki, müdafiə tərəfinin əsas dəlili Təqsirləndirilən şəxs irəli sürülmüş 706.846 (yeddi yüz altı min səkkiz yüz qırx altı) Avro məbləğində pul vəsaitinin leqallaşdırması ilə bağlı verilən ittihamla razı olmamaqla həmin pul vəsaitinin anası Leyla Əliyeva öldükdən sonra vərəsəlik qaydasında qardaşı Zaur Mehdiyevin ABŞ-dakı hesablarına göndərməsinə dair dəlilləri olmuşdur. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 193-1-ci maddəsi ilə elan edilmiş ittiham əsaslandırılarkən onun qeyd edilən mənimsəmə cinayəti və digər qanunsuz fəaliyyət nəticəsində əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə həmin dövrə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 1.436.735,18 manat təşkil edən 706.846 (yeddi yüz altı min səkkiz yüz qırx altı) Avro məbləğində pul vəsaitinin bir bank hesabından başqa bank hesabına köçürülməsi əsas götürülmüşdür. Məhkəmə, cinayət qanununun mənasını və Ali Məhkəməin Plenum qərarının mövqeyini nəzərə alaraq yalnız cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayət məsuliyyətinə səbəb olmasını, “digər qanunsuz fəaliyyət” anlayışının ittiham tərəfindən verilməməsini, yəni digər qanunsuz fəaliyyətin ümumiyyətlə cinayət olub-olmaması, olduğu təqdirdə Cinayət Məcəlləsinin hansı maddəsi ilə nəzərdə tutulmasının ittihamda öz əksini tapmamasını, məhkəmə istintaqı dövründə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs tərəfindən yalnız Bakı Şəhər Halqası Əməliyyat şirkətinə 397.852,82 manat məbləğində əmlakın mənimsənilməsi faktının öz təsdiqini tapmasını əsas götürərək hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın həcmi sübuta yetirilmiş predikativ cinayətin həcmi həddində müəyyən edilməli, yəni 397.852,82 manat məbləğində azaldılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs irəli sürülmüş pul vəsaitinin leqallaşdırması ilə bağlı verilən ittihamla razı olmamasını qeyd edərək həmin pul vəsaitinin anası Leyla Əliyeva öldükdən sonra vərəsəlik qaydasında qardaşı Zaur Mehdiyevin ABŞ-dakı hesablarına göndərməsinə dair dəlilləri ilə əlaqədar əvvəla qeyd edir ki, Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-28/2-639/2023 nömrəli məktubundan görünür ki, Estoniya MKO-sunun məlumat bazasında şirkətin şübhəli fəaliyyətinə dair məlumat müəyyən edilmiş, Estoniya bankı tərəfindən MKO-ya təqdim edilən məlumata əsasən, şirkət yüksək iqtisadi gəlirlərini əsaslı izah edə bilmədiyindən şirkətin hesabları bağlanmışdır. Şirkətin Estoniya bankında olan hesabı bağlandıqdan sonra hesabdakı 706.846 Avro məbləğində qalıq xx.xx.2018-ci il tarixində şirkətin Kipr Respublikasındakı hesabına, həmin hesabdan “borc müqaviləsi əsasında benefisiar mülkiyyətçiyə köçürülən vəsait” təyinatı əsasında 694.030 Avro məbləğində pul vəsaiti 7 iyul 2018-ci il tarixdən 9 sentyabr 2018-ci il tarixədək Gürcüstanın “TBC Bank”ındakı hesabına köçürülmüşdür. Bundan sonra qeyd olunan vəsaitlərdən 95.230 ABŞ dolları “oğluma maddi yardım” təyinatı ilə Gino Metie-nin X2 hesabına qalan vəsaitlər Təqsirləndirilən şəxs “TBC Bank”dakı hesablarına köçürülmüşdür. Daxil olan vəsaitlərin 2020-ci il 22 fevral tarixindən 2020-ci il 24 noyabr tarixinədək olan müddət ərzində Zaur Mekhtiyev adlı şəxsin ABŞ-dəki hesabına köçürüldüyü müəyyən edilmişdir. Məhkəmə pul vəsaitlərinin əvvəl Təqsirləndirilən şəxs anası Leyla Əliyevaya məxsus müxtəlif bank hesabları arasında yerinin dəyişdirilməsi, sonradan ayrı-ayrı təyinat adı altında bir qisminin Təqsirləndirilən şəxs həm Azərbaycan Respublikası vətəndaşı kimi Gürcüstan Respublikasındakı hesablara, bir qisminin isə ABŞ vətəndaşı kimi bank hesablarına, daha sonra isə qardaşı Zaur Mehdiyevin ABŞ-dakı bank hesablarına köçürülməsi kimi halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlcədən həmin vəsaitlərin mənbəyini gizlətmək məqsədilə bir hesabdan başqa hesaba köçürməkdə məqsədi məhz cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması olmuşdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən qardaşı Zaur Mehdiyevin adına pul vəsaitlərinin bir dəfəyə deyil, bir neçə dəfəyə köçürülməsi kimi halları nəzərə alaraq həmin pulların məhz anasının əmlakının bölünməsi ilə əlaqədar vərəsəlik qaydasında qardaşına verilməsi barədə dəlillərini ağlabatan hesab etmir. Məhkəmə belə qənaətə gələrkən həmçinin o halı əsas götürür ki, müvafiq pullar qardaşı Zaur Mehdiyevin hesabına köçürülərkən artıq Təqsirləndirilən şəxs anası Leyla Əliyeva rəhmətə getdiyindən və həmin pul vəsaitləri Təqsirləndirilən şəxs mülkiyyətində(vərəsəlik şahadətnaməsi əsasında) olduğundan qeyd edilən pul vəsaitlərinin vərəsəlik hüququ ilə hər hansı vərəsəlik şəhadətnaməsi əsasında Zaur Mehdiyevin hesablarına köçürülməsi mümkün deyildir. Belə ki, müdafiə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1279-cu maddəsinə əsasən nə miras şərikləri arasında bütün mirasın bir miras şərikinə keçməsi barədə razılaşmanın olması, nə də həmin razılaşmaya əsasən pul vəsaitlərinin məhz kompensasiya şəklində Zaur Mehdiyevə verilməsinə dair məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 13 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Asan Xidmət tərəfindən verilmiş arayışdan isə görünmüşdür ki, X20 təmannasız 06 may 2019-cu il tarixdə bütün miras əmlaklardan ona düşən vərəsəlik payından qardaşı Təqsirləndirilən şəxs xeyrinə imtina etmişdir. Bundan başqa iş materialları ilə təsdiq edilmişdir ki, 359.339,60 ABŞ dolları dəyərində malların idxal edilməməsi aşkar olunduqdan sonra Təqsirləndirilən şəxs həmin malları Respublika daxilində əldə etdiyini bildirməsi də ona dəlalət edir ki, Respublika ərazisində satın alınması mümkün olan malların əldə edilməsinə görə pul vəsaitlərinin "xxxx"nin hesablarına göndərməkdə məqsədi məhz əvvəldən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin mənbəyini gizlətməklə leqallaşdırmaq olmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 03 mart 2025-ci il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 179.3.2-ci maddəsində cinayətin törədilmə üsulunun, yəni qulluq mövqeyindən istifadə etmənin mənimsəmə və ya israf etmə cinayətinin zəruri tərkib əlaməti olmaqla obyektiv cəhətin ünsürü kimi birbaşa nəzərdə tutulması əsası ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etmiş, məhkəmənin 17 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs həm istintaqda, həm məhkəmədə verdiyi qismən etirafedici ifadələrini, şahid ifadələri, çoxsaylı qəbzlər, mütəxəssis rəyi, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, 12.1,193-1.3.2-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Təsnifatına görə Cinayət Məcəlləsinin 179.3.2-ci və 193-1.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət ağır, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci və 12.1 193-1.3.2-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 12.1, 193-1.3.2-ci maddələrinin sanksiyası həddində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə şəxs barəsində cinayət işi başlanılmır və ya başlanılmış cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdirsə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edilən səbəblərdən hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin normaları rəhbər tutulmaqla cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017- ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, 09.01,2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli sifariş orderlərinə əşyaların qiymət vahidini şişirtməklə yerinə yetirilmiş işlərin dəyərlərini artıraraq göstərilən sənədlərə vahid tamah niyyəti ilə saxta məlumatların daxil edilməsi ilə bağlı əməllərin törədilməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş TT********************2 nömrəli qəzbdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına 297852.82 manat pul vəsaiti ödənilmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkəmədə qismən etirafedici ifadələr verməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, məhkəmədə qismən etirafedici ifadələr verməsini, ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın məhz həmin Məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi nəticəsində əldə edilmiş pul vəsaitini leqallaşdırmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 179.3.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12-ci maddəsi nəzərə alınmaqla 193-1.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin predmeti olan pul vəsaitinin “Dayton investment LTD” şirkətinin Estoniya Respublikasının X31ındakı EE**********0038070 nömrəli hesabından Kipr Respublikasındakı CY********************011716 nömrəli hesabına köçürüldüyü andan bitmiş hesab olunduğundan ona cəza təyin edərkən həm də Estoniya Respublikasının Cinayət Məcəlləsinin müvafiq əməllərə görə cinayət məsuliyyəti müəyyən edən maddənin sanksiyası nəzərə alınmalıdır. Estoniya Respublikasının Cinayət Məcəlləsinin 394.2.3-ci maddəsində nəzərdə tutulan cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma əməlinin törədilməsinə görə 02 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti tutduğu vəzifə ilə əlaqədar törətdiyindən ona həmin Məcəllənin 46.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində, yəni dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, habelə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın həddində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə elan edilmiş ittiham isə məhz həmin Məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi nəticəsində əldə edilmiş pul vəsaitini leqallaşdırılması ilə əlaqədar olmuşdur. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci və 193-1.3.2-ci maddələri ilə cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət nəticəsində dövlət büdcəsindən Azərbaycan Respublikası İdman Nazirliyi vasitəsi ilə Bakı Şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış və tərəfindən mənimsənilmiş 397.852,82 (üç yüz doxsan yeddi min səkkiz yüz əlli iki manat səksən iki qəpik) manat pul vəsaitinin 100000 manat hissəsi ibtidai istintaq, 297.852,82 (iki yüz doxsan yeddi min səkkiz yüz əlli iki manat səksən iki qəpik) manat isə məhkəmə istintaqı dövründə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Beynəlxalq Bank”ında olan depozit hesabına ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Beynəlxalq Bank”ında olan depozit hesabına köçürülmüş 397.852,82 (üç yüz doxsan yeddi min səkkiz yüz əlli iki manat səksən iki qəpik) manat (iş üzrə zərərçəkmiş şəxs qismində Bakı Şəhər Halqası Əməliyyat şirkəti tanınsa da həmin pul vəsaitləri məhz dövlət büdcəsindən ayrılmışdır) dövət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bu səbəbdən məhkəmə hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Cinayət Məcəllənin 99-1.1.3-cü maddəsində isə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın həcmi(həmin cinayətin törədilməsi əsası qismində olan predikativ cinayət kimi yalnız həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş 397.852,82 manat miqdarda ziyan vurmaqla nəticələnən mənimsəmə əməlinin törədilməsi sübuta yetirildiyindən) 397.852,82 manat məbləğində müəyyən edildiyindən və həmin məbləğdə vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ünvan 9 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 56 a (qaraj 11) ünvanında yerləşən 32.9 m2 ölçüdə qeyri-yaşayış sahəsi, ünvan 11 ünvanında yerləşən 170.5 m2 ölçüdə yaşayış sahəsi, ünvan 8 ünvanında yerləşən 22 m2 ölçüdə yaşayış sahəsi, ünvan 7 ünvanında yerləşən 79.9 m2 ölçüdə yaşayış sahəsi həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 fevral 2018-ci il tarixli borc müqaviləsi, xx.xx.2016-cı il tarixli BCC-169/16 nömrəli mal materialların təhcizinə dair, xx.xx.2017-ci il tarixli BCC-SER-325/17 nömrəli xidmətlərin göstərilməsinə dair, xx.xx.2016-cı il tarixli BCC-245/16 nömrəli mal materialların təhcizinə dair müqavilələr, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, 11,06.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli sifariş orderləri, Estoniya Respublikasının “Tallin Business” Bankından daxil olmuş bank çıxarışlarının köçürüldüyü 01 ədəd disk, Gürcüstan Respublikasının “TBC” bankından daxil olmuş bank çıxarışlarının köçürüldüyü 01 ədəd disk, Bakı şəhər Halqası Əməliyyat Şirkətindən daxil olmuş pul köçürmələrinə dair 02 ədəd cədvəl, "xxxx" ASC-dən, "xxxx" ASC-dən və "xxxx" ASC-dən götürülmüş 4 ədəd çıxarışlar, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli kassa məxaric orderləri, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli çeklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının həyata keçirilməsinə çəkilmiş 150 manat məbləğində xərc Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 4, iş vərəqə 163). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il, “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” xx.xx.2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, 12.1,193-1.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir ) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin ediməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 12.1,193-1.3.2-ci maddələrinə əsasən təyin edilmiş və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanması yolu ilə üzərində saxlanılmış 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti təyin edilməsi ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə icraatı dövründə Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Beynəlxalq Bank”ında olan depozit hesabına köçürülmüş 397.852,82 (üç yüz doxsan yeddi min səkkiz yüz əlli iki manat səksən iki qəpik) manat dövlət büdcəsinə ödənilsin. ünvan 9 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 1/2 hissəsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 56 a (qaraj 11) ünvanında yerləşən 32.9 m2 ölçüdə qeyri-yaşayış sahəsi, ünvan 11 ünvanında yerləşən 170.5 m2 ölçüdə yaşayış sahəsi, ünvan 8 ünvanında yerləşən 22 m2 ölçüdə yaşayış sahəsi, ünvan 7 ünvanında yerləşən 79.9 m2 ölçüdə yaşayış sahəsi həbsdən azad edilsin. İş üzrə maddi sübutlar: “20 fevral 2018-ci il tarixli borc müqaviləsi, xx.xx.2016-cı il tarixli BCC-169/16 nömrəli mal materialların təhcizinə dair, xx.xx.2017-ci il tarixli BCC-SER-325/17 nömrəli xidmətlərin göstərilməsinə dair, xx.xx.2016-cı il tarixli BCC-245/16 nömrəli mal materialların təhcizinə dair müqavilələr, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, 11,06.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli sifariş orderləri, Estoniya Respublikasının “Tallin Business” Bankından daxil olmuş bank çıxarışlarının köçürüldüyü 01 ədəd disk, Gürcüstan Respublikasının “TBC” bankından daxil olmuş bank çıxarışlarının köçürüldüyü 01 ədəd disk, Bakı şəhər Halqası Əməliyyat Şirkətindən daxil olmuş pul köçürmələrinə dair 02 ədəd cədvəl, "xxxx" ASC-dən, "xxxx" ASC-dən və "xxxx" ASC-dən götürülmüş 4 ədəd çıxarışlar, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli kassa məxaric orderləri, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli çeklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar