Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2228/2024 07.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 05 avqust 1997-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 29 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 may 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olmaqla Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə 25 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may Yeni Yaşayış massivi, Həmdəm Ağayev küçəsi, “Greenville” yaşayış massivi bina Dİ ünvanında Zərərçəkmiş şəxs məxsus 7a nömrəli mənzilin giriş qapısının özü ilə gətirdiyi dəmir alətdən istifadə etməklə qırıb qapını açmaqla mənzilə - yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında yerləşən paltar dolabına yerləşdirilmiş saxlanc yeri hesab olunan seyfi çıxararaq mənzilin qapısının açılmasında istifadə etdiyi həmin alətlə seyfin kilidini söküb açmaqla seyfə qanunsuz daxil olaraq oradan 69.800 manat və həmin dövrün məzənnəsi ilə 2.210 AZN manata ekvivalent olan 1.300 ABŞ dolları nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 72.010 (yetmiş iki min on) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs oğurluqda ehtiva olunan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq külli miqdarda talamaqla oğurluq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdiyindən Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinin tələbləri baxımından onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs elan olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə hər ikisi Sabirabad rayonundan olmaqla həmyerlidirlər, o, Həşimxanlı kəndindən, Kənan isə rayonun özündəndir. Onun Zərərçəkmiş şəxs ilə uzun illər dostluq münasibətləri olmuşdur, aralarında heç vaxt düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Kənanla öz aralarında danışıb, Sabirabad rayonuna balıq tutmağa getmək barədə razılaşmışlar. Bu məqəsdələ Kənanın “Rentecar”dan (avtomaşın icarəsi məntəqəsi) “Hyundai Sonata” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomaşını icarəyə götürmüş və 24 aprel 2024-cü il tarixdə, axşam saat 21 radələrində Sabirabad rayonuna yola düşmüşlər. Yolda avtomaşını o, idarə etmiş və həmin gün saat təxminən 24 radələrində Sabirabad rayonuna çatmışlar. İlk olaraq o, maşından düşmüş, Kənan isə avtomaşınla getmişdir. O, gecə yaşadığı evdə olan zaman Bakı şəhərinə qayıtmağa və Kənanın evindən oğurluq edib borclarını qaytarmaq qərarına gəlmiş və bu məqsədlədə evdən balıq tutmaq adı ilə çıxıb gecə yol maşını ilə Bakı şəhərinə qayıtmışdır. Səhər saat 09 radələrində 8-ci km. bazarına gedərək oradan 12 manata lom deyilən dəmir alət alıb un kisəsinə qoyaraq saat təxminən 12 radələrində Kənanın yaşadığı Binəqədi-Sumqayıt şosessindəki “Greenvill” yaşayış kompleksində yerləşən mənzilinə getmişdir. O, özü ilə gətirdiyi dəmir alətlə mənzilin qapısını açıb mənzilə daxil olmuş və mənzilə daxil olduqdan sonra Kənanın yataq otağına keçmişdir. Yataq otağında olan şkafın qapısını açıqda orada olan kiçik ölçülü seyfi dartıb şkafdan çıxartmış və elə mənzildə seyfin qapısını yenə də özü ilə gətirdiyi dəmir alətlə sındırıb açmışdır. O, seyfdən pulları götürdükdən sonra seyfi özü ilə gətirdiyi torbanın içərisinə qoyub özü ilə götürərək evi tərk etmişdir. O, binadan çıxdıqdan sonra seyfi binanın arxa hissəsində yerləşən zibilliyə atmışdır. O, binanın həyətindən çıxarkən mühafizəçi ona yaxınlaşaraq kim olduğunu, orada nə etdiyini soruşduqda o, ona D binasında 11-ci mərtəbədə yaşadığını bildirmişdir. Bundan sonra o, orada qalmayaraq getmiş və yaxınlıqda yerləşən “Rahat” marketin yanında “Toyota Prius” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomaşına əyləşib onu Lökbatan dairəsinə aparmağı xahiş etmişdir. Taksi sürücüsü ilə 15 manata razılaşıb onun kartına 15 manat pul göndərmişdir. Yolda sürücüdən ilk olaraq onu Şirvana, daha sonra isə Sabirabad rayonuna apara bilib-bilməycəyini soruşduqda, sürücü 50 manata apara biləcəyini bildirmiş və razılaşmışlar. O, Bakı şəhərindən Sabirabad rayonuna gedən zaman yolda özünün **********298392 nömrəli “Kapital bank”a aid kartına 1000 manat pul qoymuşdur. Saat təxminən 15 radələrində yaşdığı evə çatmış və taksi sürücüsünə 100 manat pul verərək onu yola salmışdır. O, evə çatdıqdan sonra oğurladığı pulu özünün yataq otağında çantada gizlətmiş və təxminən yarım saat sonra atası Şahinə 21400 manat pul verərək borclu olduğu Şahid3 verməsini xahiş etmişdir. Atası pulu haradan aldığını soruşduqda o, atasına iş yoldaşlarının öz adlarına onun üçün kredit götürüb verdiklərini bildirmişdir. Atası ona inanmış və həmin pulu Turala göndərmişdir. Bundan başqa o, Kənanın evindən oğurladığı puldan 15.000 manat 25 aprel 2024-cü il tarixdə Sabiradab rayonunun Bıldığ kəndində yerləşən ərzaq mağazasından xalası qızı Şahid1 **********468162 nömrəli bank kartına göndərmişdir. Təqsirləndirilən şəxs, bundan başqa, tədqiq olunan ifadəsində göstərmişdir ki, elə həmin gün, saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs ilə Sabirabad şəhərində yerləşən sonuncuya məxsus mağazanın yanında görüşmüş və birlikdə Sabirabad rayonu Qasımbəyli kəndinə balıq tutmağa getmiş və 26 aprel 2024-cü il tarixdə, saat 10 radələrində rayona qayıtmışlar. O, Kənanı yaşadığı evə düşürtdükdən sonra “Rentacar”dan götürdükləri avtomaşınla yaşadığı evə getmişdir. 26 aprel 2024-cü il tarixdə, saat 21 radələrində o, Kənanın Sabirabad rayonunda yaşadığı evə getmiş və Kənanla birlikdə Hacıqabul rayonuna onun qohumunun yas mərasiminə getmişlər. Yas mərasimində iştirak etdikdən sonra Sabirabad rayonunun Ətçələr kəndinə Kənanın dayısı Mirfəttah Sadıqovun evinə getmiş, Kənanı ora düşürtdükdən sonra öz evinə getmişdir. Gecə saat təxminən 01 radələrində maşınla gedib Kənanı dayısı evindən götürərək Sabirabad şəhərinə evinə aparmışdır. Yolda Kənan səhər avtomaşını aparıb Bakı şəhərində “rentecara” qaytarmağını bildirmişdir. Bundan sonra o, 27 aprel 2024-cü il tarixdə, saat 05 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhərinə yola düşmüş, gedərkən Kənanın evindən oğurladığı pulun bir qismini rayonda yaşadığı evdə öz otağında saxlamış, 1800 manat pul isə özü ilə götürmüşdür. O, Bakı şəhərinə çatıb avtomaşını “Rentecar”a qaytardıqdan sonra, saat təxminən 13 radələrində Nizami rayonunu ərazisində yerləşən “Laçın” ticarət mərkəzinə gedib özünə 800 manata bir ədəd qızıl sep almış, yedə qalan pulu isə özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, o, Şahid3 borcunu ödəmək üçün atası Şahid2 pul verən zaman, xalası qızı Şahid1 15000 manat borcunu ödəyən zaman onların pulun oğurluq olmasını bildirməmişdir (iş vərəqə: 91-94). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı sərbəst ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərməklə bir daha təsdiq etmişdir (iş vərəqə: 177-181). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, onlar ticarətlə məşğul olmuş, Bakıda qadın paltarları mağazaları, Rusiyada isə başqa biznesləri olmuş, onun gəlirləri əsasən Rusiyadan olmuşdur. O, Təqsirləndirilən şəxs bir həmyerli kimi uzun müddət tanımış, onunla yaxın dostluğu olmuşdur. O, Bakıda ittihamda göstərilən oğurluq baş vermiş ünvanda yaşamış, Orxan tez-tez onun yaşadığı Biləcəri qəsəbəsində yerləşən evinə gəlib-getmişdir. Orxanla razılaşmalarına əskasən 24 aprel 2024-cü il tarixdə Sabirabad rayonuna balıq tutmağa getmiş, bu məqsədlə «Rentacar»dan «Hyundai Sonata» markalı, dövlət nömrə nişanını bilmədiyi avtomaşını icarəyə götürmüş və həmin gün Sabirabad rayonuna getmişlər. Saat təxminən 24 radələrində Orxanın yaşadığı Həşimxanlı kəndinə evlərinə, o, isə Sabirabad rayonunda ata evinə getmişdir. 25 aprel 2024-cü il tarixdə o, saat 18 radələrində Sabirabad rayonunda dostu Məhəmməd Haqverdiyevin oğlunun kiçik toy məclisində iştirak etmiş və saat təxminən 22 radələrində Təqsirləndirilən şəxsla Sabirabad şəhərində yerləşən mağazanın yanında görüşüb, Sabirabad rayonu Qasımbəyli kəndinə balıq tutmağa getmişlər. 26 aprel 2024-cü il tarixdə saat 10 radələrində rayona qayıtdıqdan sonra Orxan onu düşürtmüş, özü isə «Rentacar»dan götürdükləri avtomaşınla yaşadığı evə getmişdir. 26 aprel 2024-cü il tarixdə, saat 21 radələrində isə Orxan Sabirabad rayonunda yaşadığı evə gəlmiş və birlikdə Hacıqabul rayonuna yas mərasiminə getmişlər. Yas mərasimində iştirak etdikdən sonra Sabirabad rayonunun Ətçələr kəndinə dayısı Mirfəttah Sadıqovun evinə gəlmişlər. Orxan onu düşürtdükdən sonra öz evlərinə getmiş və gecə təxminən saat 01 radələrində gəlib dayısı evindən götürərək Sabirabad şəhərinə evinə aparmışdır. Yolda o, Orxana səhər Bakı şəhərinə gedib «Rentacar»dan götürdükləri avtomaşını qaytarmağı tapşırmış, özü isə rayonda qalmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, 27 aprel 2024-cü il tarixdə, saat 09 radələrində o, Sabirabadda olarkən Bakıdan Biləcəridə yaşadığı binanın komendantı zəng edərək evin giriş qapısının 3 gündür açıq olduğunu ona demişdir. Belə olduqda o, komendanta görüntülü olaraq telefon vasitəsilə zəng edərək evə daxil olmasını xahiş etmişdir. Komendant evə daxil olduqda şkafın qapısının açıq olduğunu və şkafın içində olan, ona hədiyyə olunmuş, içrisində ümumi pullarını saxladığı seyfin yerində olmadığını gördükdən sonra o, evdə oğurluq olduğunu başa düşüb Sabirabaddan Bakıya qayıtmışdır. Bakı şəhərinə gəldikdən sonra seyfin mühafizəçi tərəfindən binanın yaxınlığında tapıldığını öyrənib bilmiş və bundan sonra o, evindən oğurluqla bağlı polisə müraciət etmişdir. Həmin seyf X11 təhvil verildikdən sonra seyfin boş olduğu müəyyən edilmişdir. Bundan sonra binanın yaxınlığında yerləşən “BM Produkt” mağazasından videogörüntülər çıxarılmış və hadisəni törədən şəxsin onun dostu Təqsirləndirilən şəxs olması təsdiq olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, oğurluq nticəsində ona ümumilikdə dollarla birlikdə təqribən 75000 manata yaxın maddi ziyan vurulmuşdur. Belə ki, saxladığı pulun məbləğini o özü də dəqiq bilməmişdir. Pulun bir hissəsi Orxanın yaşadığı evdə özünün yataq otağında olan divanının altından tapılıb götürülmüş, Polis Şöbəsində rəsmi olaraq ona qaytarılmışdır. İbtidai istintaq zamanı oğurlanmış puldan 23 min nə qədərsə manat ona qaytarılmış, təqribən 49.000 manatı ödənilməmiş qalmışdır. Ona vurulan maddi zərər tam ödənilmədiyindən, təqsirləndirilən şəxsdən oğurlanmış əmlakının qalan hissəsinin ödənilməsini tələb etməkdədir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. O, özünə maşın almaq istəmiş, lakin münasib qiymətə maşın tapa bilmədiyindən Orxan ona maşın tapıb almaqda köməklik edəcəyi bildirmiş, hətta Orxan onlarda olan zaman maşınla bağlı avtosalonla da danışmışdır. Orxanın vasitəsi ilə maşının markasını bildikdən sonra 2024-cü ilin yanvar ayının 9-da Bakı şəhərində Orxana 15.000 manat pul vermişdir. Lakin sonra maşın almaq alınmadığından, pulu isə xərclədiyindən Orxan bir-iki ay ərzində pulu qaytaracağını bildirmişdir. O, xalası oğlu olduğu üçün Orxana bir söz deməmişdir. Lakin keçən günlər ərzində Orxan ona olan borcunu qaytara bilmədikdə o, Orxandan pulunu tələb etməyə başlamışdır. Aprel ayının 25-i axşamüstü Orxan pulu qaytarmaq istədiyini bildirdiyindən o, özünün «Kapitalbanka» aid bank kartının məlumatlarını Orxana ötürmüş, Orxan axşam saat 20:00 radələrində pulu onun kartına atmış, o da elə həmin gün gecə saat saat 22:30da 15.000 manat məbləğində həmin pulu kartdan çıxartmışdır. O, pulu kartından çıxartdıqdan sonra həmin puldan borclarını qaytarmış, yerdə qalan pula isə öz şəxsi ehtiyaclarını qarşılamışdır. Orxanın qaytardığı 15.000 manat pulun mənbəyi ona məlum olmamış və bu barədə də Orxandan heç nə soruşmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X6, X4, X2, X7 və X5 ifadələri ilə onların cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ayrı-ayrı vaxtlarda sonuncunun maşın alması məqsədilə müxtəlif məğləğlərdə pullar vermələri təsdiq oqlunur (iş vərəqə: 112-114, 141-143, 145-147, 153-155, 149-151). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Orxanın atası Şahid2 müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə cəmi 47.000 manat borc pul vermişdir. Həmin vaxt anası rəhmətə getmiş, artıq rayondakı vəziyyətə uyğunlaşa bilmədiyi üçün Bakıya köçmək qərarına gəlmişdir. Şahid2la münasibətləri yaxşı olmuş, aralarında çox böyük etibar olmuşdur. Şahinin ev məsələsində tanışları olduğu üçün sonuncu onun ev məsələsini tanışlıqla həll edə biləcəyini düşünmüş, Şahinə ev axtarmaq vəziyyətində olmadığını bildirmışdir. Dekabr ayında ev təmir olunub təhvil verilməli olsa da, sonra ev məsələsi alınmamış və Şahin hissə-hissə onun pulunu qaytarmışlar. Lap əvvəl ona 9.000 qaytarmışdır. Daha sonra Şahin onun müxtəlif kartlarına - bir karta 14000 manat, onun öz kartına isə 7400 manat, cəmi 21.400 manat pul atmışdılar. Şahinin ona təqribən 10.000 manat borcu qalmışdır. O, Şahinin göndərdiyi pulların oğurluq olmasını müstəntiq ona zəng etdikdən sonra bilmişdir. Təqsirləndirilən şəxs ona pul verməmiş, kartına atmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı üzrə şahid qismində dindirilən Şahid3 ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqında verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Şahid2 təxminən 3 il əvvəl tanımış, o, Şahinlə iş yoldaşı olmuş, münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs isə Şahinin oğlu kimi tanımışdır. 2023-cü ilin noyabrdekabr ayında Şahin oğlu Orxanın ev almaq məqsədi olduğunu bildirib ondan borc pul istəmiş o, Şahinə 47000 manat borc pul vermişdir. Sonradan onların ev işi alınmadığı üçün o, pulunu istəməyə başlamışdır. Həmin vaxt Şahin oğlunun işinin alınmadığını bildirib, pulun qayıtması üçün vaxt istədikdə o, Şahinlə münasibəti yaxşı olduğu üçün etiraz etməmişdir. 2024-cü ilin fevral ayında dəqiq xatırlamadığı gündə Şahin olan borclarından 9000 manatını qaytarmışdır. Sonradan 25 aprel 2024-cü il tarixdə Şahin onunla əlaqə saxlayaraq Orxanın ona pul verdiyini və borcdan 21400 manat qaytarmaq istədiyini bildirdikdə o, öz kartını və qaynı Elşad Babayevə məxsus kartı Şahinə göndərmişdir. Bundan sonra Şahin onun “Kapitalbank”a məxsus kartına 7400 manat, qaynı Elşadın kartına isə hissə-hissə olmaqla 14000 manat pul göndərmişdir. O, sonradan eşitmişdir ki, göndərilən pulu Orxan Bakı şəhərində dostunun evindən oğurlamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin və Azərbaycan Respublikası CPM 20-ci maddəsinin tələbləri baxımından oğlu – Təqsirləndirilən şəxs əleyinə ifadə verməkdən imtina etdiyindən, Şahid2 cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Şahid3 onun iş yoldaşı olmuşdur. Oğlu Orxan 2023-cü ilin dekabr ayında ev almaq məqsədi ilə Turaldan 47000 manat borc pul almışdır. Sonradan ev işi alınmadığı üçün Turala pulu qaytara bilmədiyindən sonuncu pulunu istəməyə başlamışdır. 25 aprel 2024-cü il tarixdə evdə olan zaman Orxan Turala olan borcundan qaytarması üçün ona 21400 manat pul vermişdir. O, Orxandan pulu haradan əldə etdiyini soruşduqda, sonuncu keçmiş iş yoldaşlarının öz adlarına onun üçün kredit pul götürdüklərini bildirmişdir. Bundan sonra o, bir söz deməyərək Sabirabad rayonu, Həşimxanlı kəndindən ödəmə terminalından Turalın göndərdiyi kartlara ümumilikdə 21400 manat pul göndərmişdir. O, oğlu Orxanın verdiyi pulu dostu Zərərçəkmiş şəxs evində oğurladığı pul olmasından xəbəri olmamışdır. Adları məhkəməyə dəvət olunmalı şahidlər siyahısına əlavə olunması, lakin cinayət işinin məhkəməyədək icraatı zamanı şahid qismində dindirilmiş X8 və X3 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid - Binəqədi rayonu, Binəqədi şossesi, “Greenville” yaşayış kompleksində mühafizəçi işləyən X12 ifadəsində 25 aprel 2024-cü il tarixdə saat 13 radələrində işdə mühafizə ofisinin içərisində olan zaman əvvəllər həmin kompleksin ərazisində görmədiyi və tanımadığı bir nəfər şəxsin əlində ağ rəngli un torbasına bənzər torba ilə D binası istiqamətindən çıxaraq ona doğru gəldiyini görməsini, həmin şəxs mühafizə postuna yaxınlaşmamışdan əvvəl orada olan taxta hasarın arxasından keçərək gəldiyini və həmin şəxsin əlində artıq torbanın olmadığını gördüyünü, həmin şəxsin özü və əlində olmuş torba ilə maraqlandıqda, naməlum şəxsin adını demədən bina Dİ, mərtəbə 11-də yaşadığını, əlində olan torbanın isə zibil olduğunu, orada olan zibil yerinə atdığını deməsini və yaxınlıqda yerləşən “Rahat” supermarket istiqamətində uzaqlaşdığını, şübhələndiyi üçün həmin şəxsin əlində olan torbanı atdığını qeyd etdiyi yerə yaxınlaşdığını və ağ rəngli un torbasına bənzər torbanın taxta hasarın çölündə orada olan kolluqların arasında olduğunu görüb içərisinə baxdıqda torbanın içərisində ağ rəngli dəmir seyf olduğunu, sefin qapısının isə müdaxilə olunmuş vəziyyətdə olduğunu görüb növbə rəisinə məruzə etdiyini, şahid X9 isə ifadəsində 25 aprel 2024-cü il tarixdə, saat 13 radələrində idarə etdiyi «Tayota Prius» markalı ** CX *** dövlət nömrə nişanlı avtomaşınla taksi kimi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Greenville” yaşayış massivinin yaxınlığında yerləşən “Rahat” marketin qarşısından sonradan adının Orxan olmasını bildiyi şəxsin sifarişi ilə sonuncunu 15 manata əvvəlcə Lökbatan dairəsinə, oradan da yenə də onun sifarişi ilə 50 manata razılaşmaqla Sabirabad rayonuna apardığını, yol haqqı olaraq 50 manata razılaşmalarına baxmayaraq Orxanın ona 100 manat pul verdiyini, Lökbatan dairəsinədək yol haqqı olan 15 manatı isə əvvəlcədən onun kartına köçürdüyünü təsdiq etmişlər (iş vərəqə: 133-135, 1346-138). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi haqqında» 27 aprel 2024-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Binəqədi rayonu, Binəqədi şosesi, “Greenville” yaşayış massivi, bina D, mənzil 07A-da yerləşir, Təqsirləndirilən şəxs baxış zamanı mənzilin yataq otağında dolabın içərisində olan ağ rəngli dəmir seyfdən pul oğurlandığını bildirmiş və həmin yeri göstərmişdir. Baxışın nəticəsi olaraq müvafiq fotoşəkillər çəkilərk tərtib olunan protokola əlavə edilmişdir (iş vərəqə:5-10). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «könüllü təqdim etmə haqqında» 28 aprel 2024-cü il tarixlı protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə əhəmiyyət kəsb edə biləcək sübutların olduğunu bildirib Zərərçəkmiş şəxs evindən oğurladığı puldan aldığı 01 ədəd 585 problu Türkiyyə istehsalı olan qızıl sepi təqdim etmişdir (iş vərəqə:23-24). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Baxış keçirməsi və götürmə aparılması haqqında» 28 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən mənzildən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 24400 manat ( 244 ədəd 100 AZN manat pul əskinazları) və 1300 ABŞ ( 12 ədəd 100 və 2 ədəd 50 ABŞ dolları pul əskinazları) dollar nağd pullar götürülmüşdür(iş vərəqə 27-30). Məhkəmə baxışı zamanı tədqiq olunan «Sübutların qiymətləndirilməsi haqqında» 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, X10 oğurluq yolu ilə əldə etdiyi pula alaraq əldə etdiyi 01 ədəd qızıl sep və bir ədəd seyf iş üzrə maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs oğurladığı puldan evində saxladığı və istintaqa könüllü təqdim etdiyi 244 ədəd 100 AZN manat pul əskinasları və 12 ədəd 100, 2 ədəd isə 50 ABŞ dolları pul əskinasları iş üzrə maddi sübut qismində tanınaraq qiymətləndirildikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (iş vərəqə: 182-191). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 08 iyul 2024-cü il tarixli, 1975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və onun məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalıdır (iş vərəqə:171-173). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin külli miqdarda əmlakını gizli olaraq talamada ehtiva olunan Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan oğurluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə tövsif edilməli, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İstər məhkəməyədək icraat mərhələsində və ya istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmiş, məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli əməliyyat-sorğu arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə:156-157). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində zərər çəkmiş şəxsə yetirilmiş maddi ziyanın müəyyən hissəsinin (24400 manat ( 244 ədəd 100 AZN manat pul əskinazları) və 1300 ABŞ ( 12 ədəd 100 və 2 ədəd 50 ABŞ dolları pul əskinazları) keçirilmiş əməliyyat-istintaq yolu ilə aşkar edilib pulun qanuni sahibinə qaytarılmış, lakin oğurluq cinayəti nəticəsində vurulmuş maddi zərər tam ödənilməmiş, vurulan ziyan başqa cür aradan qaldırılmamış, təqsirləndirilən şəxs tərəfindən maddi zərərin ödənilməsi üçün cəhd göstərilməmişdir (cinayət işinin materialları). Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılmış, iddia ərizəsi ilə Təqsirləndirilən şəxs onların xeyrinə vurulmuş maddi zərərə görə 49.000 manat, mənəvi zərərə görə 5.000 manat və ödənilmiş dövlət rüsumuna görə 237 manat pul tələbi irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı Elektron Məhkəmə Sistemi (EMS) vasitəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmuşdur və buna görə ona 80 (səksən manat) pensiya təyin olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin özgəyə məxsus külli miqdarda əmlakı gizli talamasını qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda özgəyə məxsus külli miqdarda əmlakı gizli talamada ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası daxilində, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 29 aprel 2024-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 29 aprel 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 01 may 2024-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, məhkəmə baxışı nəticəsində külli miqdarda özgəyə məxsus əmlakın gizli olaraq baxılan iş üzrə Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi, talanmış əmlakın 72.010 (yetmiş iki min on) manat məbləğində təşkil etməsi, məhkəməyədək icraat mərhələsində talanmış əmlakın 26610 (iyirmi altı min altı yüz on) manatın (25810 manat + 800 manat) keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində aşkar edilməklə zərər çəkmiş şəxsə qaytarılması, talanmış əmlakın 45.400 (qırx beş min dörd yüz) manat məbləğində hissəsinin ödənilməmiş qaldığı və ən nəhayət, iş üzrə mənəvi zərər yetirilməsinin təsdiq olunmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddiaya dair hissədə belə nəticəyə gəlmişdir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı 49.000 manat maddi, 5.000 manat mənəvi zərərə görə və ödənilmiş dövlət rüsumuna görə 237 manat pul tələbinə dair qaldırılan mülki iddia qismən təmin edilməli, maddi zərərə görə ödənilməmiş qalan 45.400 (qırx beş min dörd yüz) manat və dövlət rüsumunun ödənilməsinə görə 237 (iki yüz otuz yeddi) manat – cəmi 45.637 (qırx beş min altı yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, mülki idida qalan hissədə təmin edilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı kimi həll edilməlidir: -Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən evindən götürülmüş və maddi sübut kimi qiymətləndirilmiş 244 ədəd 100 AZN manatı nominallı pul əskinaslarının və 12 ədəd 100, 2 ədəd isə 50 ABŞ dolları nominallı pul əskinaslarının məhkəməyədək icraat mərhələsində qanuni sahibi – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə nəzərə alınmalı; - Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan bir ədəd qızıl sep və bir ədəd seyf zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Qeyd olunanlardan başqa, iş üzrə məhkəmə xərclərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 29 aprel 2024-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı 49.000 manat maddi zərərə, 5.000 manat mənəvi zərərə və 237 manat dövlət rüsumu ödənilməsinə görə pul tələbinə dair qaldırılan mülki iddia qismən təmin edilsin; - maddi zərərə görə ödənilməmiş qalan 45.400 (qırx beş min dörd yüz) manat və dövlət rüsumunun ödənilməsinə görə 237 (iki yüz otuz yeddi) manat – cəmi 45.637 (qırx beş min altı yüz otuz yeddi) manat məhkum Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə ödənilsin; - mülki idida qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübutlar: -məhkum Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonunun Həşimxanlı kəndində yerləşən evindən götürülmüş 244 ədəd 100 AZN manatı nominallı və 12 ədəd 100, 2 ədəd isə 50 ABŞ dolları nominallı pul əskinaslarının məhkəməyədək icraat mərhələsində qanuni sahibi – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə nəzərə alınsın; - Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan bir ədəd qızıl sep və bir ədəd seyf zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə əmlak üzərinə həbs qoyulmaması və səhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2228/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2228/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver