Məhkəmə qərarları › İş №1(101)-2229/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2229/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2229/2024 11.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X11 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Mərkəz” Vəkil Bürosunun vəkili X6, Tərcüməçi - mütəxəssis X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, yetkinlik yaşına çatmayan 1 uşağı olan, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü (CM-66.3) maddələri ilə təqsirli bilinərək barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Quba rayonu məhkəməsinin 04 iyul 2022-ci il tarixdə qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2016cı il tarixli hökmünə əsasən ona təyin olunmuş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtınfdan əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 158,614 qram külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 71,609 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2024-cü il tarixdə saat 23:30-da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Koroğlu küçəsi 6-cı dalanda saxlanılıb Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin inzibati binasına aparılıb, orada 02 may 2024-cü il tarixdə saat 01:50-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd qara rəngli sellofan torbanın içərisində saxladığı 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,705 qram, 13,321 qram, 21,554 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr və 01 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 116,034 qram, xarici əlamətlərinə və kimyəvi tərkibinə görə 03 (üç) ədəd bükümdə olan 01 (bir) ədəd şəffaf polietilen torbacıqda olan heroinlə fərqli olan, ümumi təmiz çəkisi 158,614 qram qəhvəyimtil rəngli bərk, dənəvəri və tozşəkilli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 71,609 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, özü narkotik vasitə istifadəçisidir. Tik-tok sosial şəbəkədə yazışan zaman bir nəfərlə tanış olmuş və həmin adam ona heroin almağı təklif etmişdir. O, həmin adama 6 qram narkotik vasitə heroin sifariş etmiş və onun kartına 300 manat pul atmişıdr. Pulu atdıqdan sonra isə satan şəxs telefonu söndürmüş və telefona cavab verməmişdir. Təxminən bir neçə gün sonra Pirşağıya gedən zaman həmin adam ona zəng vurmuş və xəstə olduğu üçün telefonunun söndüyünü bildirmişdir. Sonra isə ona demişdir ki, ona kakos qoymuşdur gedib götürər. Sonra isə ona narkotik vasitəni qoyduğu yerin konumunu atmışdır. Bundan sonra isə o, həmin yerə taksi ilə getmiş, həmin dalana çatanda orada qara maşın görmüş və şübhələndiyindən geri qayıtmışdır. Geri qayıdanda isə həmin maşında olan şəxslər və post patrul maşını onu tutmuşlar, onu idəarəyə gətirərək orada isə ona təzyiq edib üzərinə narkotik vasitəni qoyub çəkiliş etmişlər. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, narkotik aldığı həmin şəxsin adını bilmir, məqsədi isə ondan 6 qram narkotik vasitə almaq olmuşdur. İbtidai araşdırma zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 04 iyul 2022-cı ıl tarixdə Quba rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CMnin 76-cı maddəsinə əsasən 05 ay 22 gün hissəsi vaxtından əvvəl şərti azad edilmiş, 26 dekabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. ünvan 2 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə^Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Bağlar massivi nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Təxminən 20 il müddətdir ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitəni anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən öz istifadəsi üçün almışdır. 27 aprel 2024-ci il tarixdə “Tik- Tok” sosial şəbəkəsində narkotik vasitələrin satışı profilini görüb, həmin profil istifadəçisi ilə danışdıqdan sonra onun mobil nömrəsini istəmişdir ki, «VhatsApp» ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlaya bilsin. Həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı, Əli kimi təqdim etmişdir. Əli ilə +**********29 saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Əlidən şəxsi istifadəsi üçün heroin istədikdə, o 10 qramdan aşağı narkotik vasitə satmadığını və 10 qram narkotik vasitənin qiyməti 300 manat təşkil etdiyini demişdir. Hər dəfə narkotik almağın təhlükəli olduğunu, yəni hüquq mühafizə orqanı tərəfindən müəyyən edilərək həbs edilməsindən ehtiyyat edib Əli ilə razılaşmış və Əlinin təqdim etdiyi nömrəsini unutduğu bank kart hesabına Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Körpü Plaza»nın yerləşdiyi binada quraşdırılmış «Milliön» öədəmə terminalı vasitəsi ilə 300 manat pul göndərib 10 qram narkotik vasitə göndərməsini xahiş etmişdir. Pulu kart hesabına göndərdikdən sonra Əli onun «SMS» mesajlarına cavab yazmadığı üçün əlaqə saxlaya bilməmişdir. Bundan sonra Əli ilə onun arasında aparılmış «SMS» mesajları telefonundan silmişdir. 01 may 2024-cü il tarixdə Əli ona «VhatsApp» proqramı vasitəsi ilə zəng edərək, telefonunda nasazlıq olduğunu, buna görə onunla əlaqə saxlaya bilmədiyini, hazırda ona məkan atacağını və onun istədiyi narkotik vasitəni qoyacağını, onu bir neçə gün gözlətdiyinə görə əlavə olaraq narkotik göndərəcəyini bildirmişdir. 01 may 2024-cü il tarixdə Əlinin göndərdiyi məkan üzrə saat 23 radələrində Sabunçu rayonu, «Sea breeze» adlanan yerin yaxınlığına gedib oradan qara rəngli sellofan torbanı götürüb içərisinə baxdıqda içərisində 4 büküm heroin və 1 büküm metamfetamin olduğunu görmüşdür. Düşünmüşdür ki, Əli ona verəcəyi narkotiki gec göndərdiyi üçün hədiyyə olaraq əlavə narkotik qoymuşdur. Bununla bağlı Əliyə zəng edib soruşduqda, Əli heroini ona hədiyyə kimi artıq göndərdiyini, metamfetamini əlavə qoyaraq pulunu daha sonra verə biləcəyini demişdir. Bundan sonra mobil telefonunda Əli ilə aralarında aparılmış danışıqları silmişdir. Narkotik olan qara sellofan torbanı əynində olmuş qara rəngli şalvarın arxa sağ yan cibinə qoyub Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi istiqamətdə gəlmişdir. Nardaran qəsəbəsi Koroğlu küçəsi 6-cı dalanda 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib, şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Üzərində olmuş şəxsiyyət vəsiqəni təqdim etdikdən şonra həmin şəxslər onun qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumatları olduğu üçün onlarla birlikdə 42-ci PB-yə getməyi təklif etmişdirlər. Etiraz etməyib, birlikdə polis bölməsinə getmiş, bömənin inzibati binasında yerləşən otaqların birində təhqiqatçı tərəfindən ona polis bölməsinə gətirilməsinin səbəbləri izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkil ona təqdim olunmuş, vəkilin iştirakı ilə bir daha hüquq və vəzifələri izah edilmişdir. Vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını xahiş etdiyi üçün, üzərinə videogörüntü ilə axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olub-olmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bundan sonra o, əynində olmuş qara rəngli şalvarın arxa sağ cibindən özünə məxsus içərisində 4 bükümdə heroin və 1 bükümdə metamfetamin olan qara rəngli sellofan torbanı, şalvarın sağ yan cibindən 01 ədəd özünə məxsus ’’Samsung” markalı mobil telefonu, sol yan cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, 03 ədəd bank kartları, 03 ədəd mobil nömrə, 02 ədəd qəbz, 01 ədəd 200 manatlıq əskinas olan qara rəngli pul kisəsini çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi bükümlərə və pul kisəsinə baxış keçirilmiş, təhqiqatçının sualına ətraflı olaraq heroin və metamfetamini hansı məqsədlə, hansı tarixdə və kimdən əldə etdiyi barədə ətraflı izahat vermişdir. Təhqiqatçı tərəfindən heroin, metamfetamin, 01 ədəd «Samsung» markalı mobil telefonu və puol kisəsi içərisində olmuş sənələrlə birlikdə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bununla bağlı tərtib olunmuş protokolun doğruluğu onun və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Əli adlı şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamışdır. Digər ünvanda herojn və metamfetamin saxlamır. Pul kisəsində olan 200 manatı Bakı şəhəri Sabunçu rayonu Abbasqulu ' Ağa Bakıxanov küçəsində yerdən tapmış, pulu götürdükdən sonra saxta olduğunu görüb, pul kisəsində pul olsun deyə və narkotik çəkməkdə istifadə etməkdən ötrü özündə saxlamışdır. Pul kisəsinin içərisində olmuş mobil nömrələri 2015-cj ildə tutulmamışdan əvvəl almış, hazırda həmin nömrələr aktiv deyil. Pul kisəsində olan «Leo bank», «Uni bank» və «Kapital bank» plastik bank kartları ona məxsusdur, həmin kartlardan alış-veriş məqsədi ilə istifadə edir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etsə də, satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən tutularkən və üzərinə şəxsi axtarış aparılarkən hər hansı bir şəxs tərəfindən ona fiziki, psixi təzyiq və təsirlər göstərilməmişdir. ***-***-**-** saylı mobil nömrə arvadı X9 tərəfindən istifadə edilir. Qeyd olunan mobil nömrəyə 14 aprel 2024-cü il tarixdə saat 17:03:10-da arvadı üçün 110 manat və həmin tarixdə saat 17:10:46-da 40 manat pul göndərmişdir.Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxs tərəfindən göndərilmiş, göndərilmiş heroinin və metamfetaminin tərkibi barədə məlumatı olmamışdır. Süleyman Süleymanlı tanışıdır, Süleyman adına qeydə alınmış ***-***-**-** saylı mobil nömrən) ona istifadə etmək üçün vermişdir. ***-***-**-**, ***-***-**-**, ***-***-**- ** saylı rhobl nömrələrin sahibləri və istifadəçiləri barədə məlumatı yoxdur. Həmin nömrələrlə aparılmış «SMS» mesajların məzmununu isə xeyli müddət keçdiyi üçün xatırlamır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid X12 ifadəsində bildirmişdir ki, 2024-cü ilin may ayının 1-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında təqsirləndirilən şəxs saxlanılıb, idarəyə gətirilmiş və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilib və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, təqsirləndirilən şəxs aşkar olunmuş maddəni İran vətəndaşından aldığını bildirmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Bağlar massivi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, üzərində saxlaması, gəzdirməsi, daşıması və satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Bununla bağlı Sabunçu RPİ-nin 42-ci PB-nin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vaşitə,nin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan və 42-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində saxlayıb daşıması, alqı-satqısı ilə məşğul olması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb bu barədə 42-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Seydumova məlumat verilmiş, o da bunu bilərək Bakı şəhəri 7 saylı Vəkil Bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Beləliklə də, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 01 may 2024-cü il tarixdə saat 23:30- da Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Koroğlu küçəsi 6-cı dalanda saxlanılıb 42- ci PB-yə gətirilib təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması təhqiqatçı Orxan Seydumova həvalə edildikdən sonra təhqiqatçı 42-ci PB-nin inzibati binasında yerləşən xidməti otaqların birində Təqsirləndirilən şəxs dəvət edib onun və Şahid2 iştirakı ilə dəvət olunmuş müdafiəçi təqdim olunmaqla hüqqq və vəzifələri, saxlanılmasının səbəbi izah edilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etirazı olmadığı bildirib xahiş etmişdir ki, vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilsin. Müdafiəçi xidməti otaqdan çıxdıqdan sonra təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd qara rəngli sellofan torbanı, şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu və şalvarın sol yan cibindən 01 ədəd qara rəngli pul kisəsini çıxarıb masa üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən qara rəngli sellofan torbanın içərisinə baxış keçirilmiş, torbanın içərisindən 03 ədəd ayrı-ayrılıqda şəffaf sellofan bükümlər, 02 ədəd şəffaf polietilen torbacıqlar aşkar edilmişdir. Təhqiqatçının həmin bükümlərdə və torbacıqlarda olan maddələrin tərkibi, haradan və nə məqsədlə əldə edib üzərində saxlaması barədə sualına Təqsirləndirilən şəxs 03 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd şəffaf polietilen torbacıqda narkotik vasitə heroin, digər 01 ədəd şəffaf polietilen torbacıqda psixotrop maddə metamfetamin oldğunu, 01 may 2024-cü il tarixdə «Tik-Tok» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Əli adlı şəxsin atdığı məkan üzrə Sabunçu rayonu «Sea Breeze» adlanan ərazinin yaxınılığından gedib götürdüyünü, buna görə həmin şəxsin bank kart hesabına 300 manat göndərdiyini, heroini və metamfetamini özü istifadə etmək üçün alıb üzərində saxlayıb daşıdığını, 20 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirildikdən sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilmədi və götürülməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul kisəsinin içərisinə, baxış keçirilmiş, baxış zamanı pul kisəsindən 01 ədəd 200 manatlıq əskinaz, mobil nömrələr, 02 ədəd ödəniş qəbzləri, bank kartları, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi aşkar edilmişdir. Pul kisəsi içərisində olan əşyalarla birlikdə, 01 ədəd «Samsung» markalı mobil telefon, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildimişdir ki, əməliyyat məlumatı daxil olmuş, 1 may 2024-cü ildə əməliyyat tədbirləri keçirilərək təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilib. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, İran vətəndaşı Əli adlı şəxsdən aldığını bildirmişdir. Şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və əlavələr edilərək o Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qisminə cəlb edərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın cibindən qara rəngli sellofan torbanı, şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu və şalvarın sol yan cibindən 01 ədəd qara rəngli pul kisəsini çıxarıb masa üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən qara rəngli sellofan torbanın içərisinə baxış keçirildikdə torbanın içərisindən 03 ədəd ayrı-ayrılıqda şəffaf sellofan bükümlər, 02 ədəd şəffaf polietilen torbacıqlar aşkar edilmişdir. Təhqiqatçının həmin bükümlərdə və torbacıqlarda olan maddələrin tərkibi, haradan və nə məqsədlə əldə edib üzərində saxlaması barədə sualına Təqsirləndirilən şəxs 03 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd şəffaf polietilen torbacıqda narkotik vasitə heroin, digər 01 ədəd şəffaf polietilen torbacıqda psixotrop maddə metamfetamin oldğunu, 01 may 2024-cü il tarixdə «Tik- Tok» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Əli adlı şəxsin atdığı məkan üzrə Sabunçu rayonu «Sea Breeze» adlanan ərazinin yaxınılığından gedib götürdüyünü, buna görə həmin şəxsin bank kart hesabına 300 manat göndərdiyini, heroini və metamfetamini özü istifadə etmək üçün alıb üzərində saxlayıb daşıdığını, 20 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirildikdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilmədi və götürülməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul kisəsinin içərisinə baxış keçirilmiş, baxış zamanı pul kisəsindən 01 ədəd 200 manatlıq əskinaz, mobil nömrələr, ödəniş qəbzləri, bank kartları, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi aşkar edilmişdir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “diskə baxış eçirilməsi haqqında” protokoldan (protokolun rus dilində olan hissələri məhkəmə iclası zamanı tərcüməçi tərəfindən azərbaycan dilinə tərcümə edilərək səsləndirilmişdir) görünür ki, «Azercell MMC»-nin 07 iyun 2024-cü il tarixli məktubuna əlavə olunmuş özündə ***-***-**-**,***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə 01 may 2023-cü il tarixdən 02 may 2024-cü il tarixədək olan müddət ərzində aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə ünvan 2 ünvanında qeydiyyatda olan 07 dekabr 1979-cu il təvəllüdlü X4, ***-***-**-** saylı mobil nömrə ünvan 2 ünvanında qeydiyyatda olan xx xxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrə ünvan 4 ünvanında qeydiyyatda olan 08 noyabr 1978-ci il təvəllüdlü X3 adına qeydə alınmışdır. Bununla yanaşı, baxış zamanı ***-***-**-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan nömrələr və məzmunda «SMS» yazışmaların aparıldığı müəyyən edilmişdir: 05 yanvar 2024-cü il saat 23:40.29-da ***-***-**-** saylı mobil nömrəyə «Gmiş tak netda potom kanal poterəem»; 09 yanvar 2024-cü il saat 20:09:19-da ***-***-**-** saylı mobil nömrədən «Mne tema nujna kola. Hardasan sen?»; 09 yanvar 2024-cü il saat 20:48:34də ***-***-**-** saylı mobil nömrəyə «Na moyu kartu 5 +30ko!a poşli naxodu vozmu»; 17 yanvar 2024-cü il saat 21:24:47-də ***-***-**-** saylı mobil nömrəyə «Kamen xoçiş esli 1 çet ostalsya pizdesnıy qovorit 15m»; 20 fevral 2024-cü il saat 23:03:25-də ***- ***-**-** saylı mobil nömrədən «İlqar daw da birez qoyarsan da qardawinsan»; Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 3279 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/2408 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №241» dairəvi möhür əksi, «şübhəli şəxs:Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan paketdəki, 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,705 qram, 13,321 qram, 21,554 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr və 01 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 116,034 qram qəhvəyimtil rəngli bərk, dənəvəri və tozşəkilli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 158,614 qram təşkil edir. 01 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 71,609 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/2570 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 (üç) ədəd bükümdə olan heroinlər 01 (bir) ədəd şəffaf polietilen torbacıqda olan heroindən xarici əlamətlərinə və kimyəvi tərkibinə görə fərqlidirlər. Ekspert tədqiqatlarından sonra qalıq çəkiləri 157,614 qram olan heroin və 71,409 qram olan metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A6” markalı arxa markalanma göstəricisinə görə “Sm-A600FN/DS modelli “3575xx/xx/770335/9, 3575xx/xx/770335/7” “ımeı” kodlu mobil smartfonu hal hazırda tədqiqat aparılması üçün işlək vəziyyətə gətirmək mümkün olmamışdır. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Smsung Galaxy A6” markalı arxa markalanm göstəricisinə görə “SM-A600FN/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt,zəng,”SMS” mesaj,audio,foto,video fayllar,proqram təminatı,sosial şəbəklər vasitəsilə aparılmış məlumat mübadiləsi və.s) məlumatın olub-olmaması,eləcə də həmin mobil smartfonun yddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni - psixotrop maddəni satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli “diskə baxış eçirilməsi haqqında” protokoldan (protokolun rus dilində olan hissələri məhkəmə iclası zamanı tərcüməçi tərəfindən azərbaycan dilinə tərcümə edilərək səsləndirilmişdir) görünür ki, «Azercell MMC»-nin 07 iyun 2024-cü il tarixli məktubuna əlavə olunmuş özündə ***-***-**-**,***-***-**-** və ***-***- **-** saylı mobil nömrələrlə 01 may 2023-cü il tarixdən 02 may 2024-cü il tarixədək olan müddət ərzində aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə ünvan 2 ünvanında qeydiyyatda olan 07 dekabr 1979-cu il təvəllüdlü X4, ***-***-**-** saylı mobil nömrə ünvan 2 ünvanında qeydiyyatda olan xx xxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, ***-***-**- ** saylı mobil nömrə ünvan 4 ünvanında qeydiyyatda olan 08 noyabr 1978-ci il təvəllüdlü X3 adına qeydə alınmışdır. Bununla yanaşı, baxış zamanı ***-***-**-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan nömrələr və məzmunda «SMS» yazışmaların aparıldığı müəyyən edilmişdir: 05 yanvar 2024-cü il saat 23:40.29-da ***-***-**-** saylı mobil nömrəyə «Gmiş tak netda potom kanal poterəem»; 09 yanvar 2024-cü il saat 20:09:19-da ***-***-**-** saylı mobil nömrədən «Mne tema nujna kola. Hardasan sen?»; 09 yanvar 2024-cü il saat 20:48:34-də ***-***-**-** saylı mobil nömrəyə «Na moyu kartu 5 +30ko!a poşli naxodu vozmu»; 17 yanvar 2024-cü il saat 21:24:47-də ***-***-**-** saylı mobil nömrəyə «Kamen xoçiş esli 1 çet ostalsya pizdesnıy qovorit 15m»; 20 fevral 2024-cü il saat 23:03:25-də ***-***-**-** saylı mobil nömrədən «İlqar daw da birez qoyarsan da qardawinsan»; Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 3279 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni - psixotrop maddəni satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin - psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, bükümlər (bağlamalar) halında olmasını, həmçinin aşkar olunmuş sms mətnlərin məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən (qərardan) görünür ki, təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubliksı CM-nin 206.2 və 234.4.3-cü (CM-66.3) maddələri ilə təqsirli bilinərək barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Quba rayonu məhkəməsinin 04 iyul 2022-ci il tarixdə qərarı ilə təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2016-cı il tarixli hökmünə əsasən ona təyin olunmuş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtınfdan əvvəl azad edilmişdir. 26 dekbr 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs cəzaçəkmə müdddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivi sayılır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır və ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Bundan əlavə, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 1611 saylı xx.xx.2024cü il tarixli məktubunda qeyd olunmuşduir ki, Təqsirləndirilən şəxs xroniki qarışıq mənşəli hepatit qaraciyər sirrozuna keçid, xroniki xolesistit və hər iki sağrı nahiyəsinin absesi diaqnozu müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, səhhətini, yetkinlik yaşına çatmayan 1 (bir) uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin - psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-ci il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 157,614 qram olan narkotik vasitə heroin və 71,409 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş (sms mətnləri və digər məlumatları özündə əks etdirən) 01 ədəd optik disk (CD), "xxxx" KB ASC-dən təqdim edilmiş (pul köçürmələri və digər məlumatları özündə əks etdirən) 02 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi1) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 157,614 qram olan narkotik vasitə heroin və 71,409 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş (sms mətnləri və digər məlumatları özündə əks etdirən) 01 ədəd optik disk (CD), "xxxx" KB ASC-dən təqdim edilmiş (pul köçürmələri və digər məlumatları özündə əks etdirən) 02 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 308 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar