Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-223/2021 09.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi X4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Nümayəndə2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1984-cü il aprelin 23-də DQMV-nin Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 186.1.-ci və 186.2.1.-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən qəti olaraq 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə sınaq müddəti müəyyən olunaraq təyin edilən cəzaya şərti məhkum edilmiş, məcburi köçkün, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, «Günəş» pansionatında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci və 186.2.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs 2015ci il iyunun 21-dən 2015-ci il iyunun 23-dək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, ümumi ölçüsü 0,24 ha təşkil edən 1674- A nömrəli bağ sahəsini qanunsuz qazdırıb 5.400 m2 həcmində 91.800 manat dəyərində qumunu daşıtdırmış, bundan başqa ümumi dəyəri 13.500 manat olan müxtəlif növ ağacları (500 manat dəyərində beş ədəd nar ağacını, 1.000 manat dəyərində 10 ədəd əncir ağacını və 12.000 manat dəyərində 200 ədəd üzüm tənəyini) məhv edərək sonuncuya ümumilikdə 105.300 manat məbləğində, yəni külli miqdarda ziyan vurmuş, adı çəkilən zərər çəkmiş şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bundan savayı istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ilin sentyabr ayından 2017-ci il martın 10-dək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, ümumi ölçüsü 0,10 ha təşkil edən B-250 nömrəli bağ sahəsinin 1.200 m2 hissəsini qanunsuz qazdırıb 2.970 manat dəyərində qumunu daşıtdırmış, bundan başqa ümumi dəyəri 46.080 manat olan müxtəlif növ ağacları (7.200 manat dəyərində 10 ədəd nar ağacını, 7.200 manat dəyərində səkkiz ədəd heyva ağacını, 3.150 manat dəyərində üç ədəd tut ağacını, 3.150 manat dəyərində yeddi ədəd alma ağacını, 3.240 manat dəyərində altı ədəd ərik ağacını, 1.620 manat dəyərində üç ədəd şaftalı ağacını, 3.750 manat dəyərində beş ədəd albalı ağacını, 1.800 manat dəyərində iki ədəd badam ağacını, 1.620 manat dəyərində üç ədəd gavalı ağacını, 3.750 manat dəyərində beş ədəd əncir ağacını, 900 manat dəyərində bir ədəd söyüd ağacını, 8.400 manat dəyərində 35 ədəd üzüm tənəyini), 4.350 manat dəyərində 20 metr uzunluğunda, 5 metr enində və 10 sm dərinliyində sahədə toxunmuş armatur setkanın üzərindəki sement örtüyü, 3.356 manat dəyərində çardaq tikilisini qəsdən məhv edərək dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan 7.570 manat pulu nəzərə almaqla sonuncuya ümumilikdə 61.356 manat məbləğində, yəni külli miqdarda ziyan vurmuş, adı çəkilən zərər çəkmiş şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 2019-cu il fevralın 03-də saat 04 radələrində Nümayəndə1 direktoru olduğu Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanındakı satış mərkəzindən 115.000 manat dəyərində "xxxx" markalı HMK 102BJKB063399 şassi nömrəli traktoru gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə həmin məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla özgənin əmlakını oğurlamışdır. Bundan əlavə istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 2019-cu il dekabr ayının sonlarından 2020-ci il yanvarın 12-dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, «Qurd Dərəsi» bağlar ərazisində yerləşən 4456 saylı bağ evinin darvazasının qıfılını qıraraq qanunsuz daxil olub 1.500 manat dəyərində bir ədəd 0,8 sm-lik beş tonluq dəmir su çənini, göstərilən çənin alt hissəsinə quraşdırılan 200 manat dəyərində dörd ədəd 2,5 metr hündürlüyündə 109 diametrlik 0,6 sm-lik dəmir borunu, 120 manat dəyərində bir ədəd 5 metr uzunluğunda 22 sm-lik dəmir şvelleri, 180 manat dəyərində 450 ədəd mişar daşını, evin əl damından 150 manat dəyərində bir ədəd 1 metr enində, 2 metr hündürlüyündə 4 mm-lik dəmir qapını, qarajın qapısının qıfılını qıraraq qanunsuz daxil olub 500 manat dəyərində bir ədəd 50 metr uzunluğunda 0,5 sm diametrli, 0,4 sm qalınlığında dəmir borunu, 2.250 manat dəyərində bir ədəd 150 metr uzunluğunda 1,08 sm diametrli, 0,6 sm qalınlığında dəmir borunu, 50 manat dəyərində bir ədəd dəmir manqalı, 40 manat dəyərində iki ədəd 1,5 metrlik dəmir lom, 30 manat dəyərində bir ədəd dəmir saplı kuvalt, evin qapısının qıfılını qıraraq qanunsuz daxil olub 150 manat dəyərində bir ədəd 1x2 metrlik 0,4 sm-lik dəmir qapını, ikinci mərtəbədəki otaqdan 1.000 manat dəyərində beş ədəd İran istehsalı olan 2x3 metrlik xalçanı, 50 manat dəyərində bir dəst Azərbaycan istehsalı olan çay servizini, 30 manat dəyərində 12 ədəd kiçik ölçülü, 40 manat dəyərində 12 ədəd orta ölçülü və 50 manat dəyərində 12 ədəd böyük ölçülü dayaz saxsı boşqabları, 40 manat dəyərində 12 ədəd kiçik ölçülü, 50 manat dəyərində 12 ədəd orta ölçülü və 60 manat dəyərində 12 ədəd böyük ölçülü dərin saxsı boşqabları, 20 manat dəyərində bir ədəd 1,5 metrlik və 40 manat dəyərində bir ədəd 4 metrlik dəmir nərdivanları, 60 manat dəyərində dörd ədəd orta ölçülü aliminium qazanı, 100 manat dəyərində beş ədəd 2x1,5 metrlik 4 kq-lıq pambıq parçadan yun yorğanı və 200 manat dəyərində beş ədəd 1x2 metrlik 8 kq-lıq pambıq parçadan yun döşəyi, 40 manat dəyərində dörd ədəd 2 kq-lıq pambıq parçadan yun yastığı gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə 6.930 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını oğurlamışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci və 186.2.1.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X6 Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674-A nömrəli bağ sahəsinin sonuncuya məxsus olması barədə ona bələdiyyə sənədi göstərdiyindən Rövşənə inanmış və həmin bağ sahəsinin sonuncunun mərhum qardaşı olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus olmasını sonradan bilmişdir. O, Rəfailə vurduğu zərəri ödəmiş, bu məsələdə sonuncunun hüquqi varisi X10 ilə barışıq əldə etmişdir. Onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsindən qum daşıtdırılmasına aidiyyəti yoxdur. Zərərçəkmiş şəxs1nə məxsus "xxxx" markalı traktoru gizli olaraq talaması ilə bağlı MMC-nin direktoru olan zərər çəkmiş şəxs Nümayəndə1la, habelə Sumqayıt şəhəri, «Qurd Dərəsi» bağlar ərazisində yerləşən 4456 saylı bağ evindən oğurluq etməsi ilə əlaqədar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2la barışmışdır. Əməllərindən peşmandır. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X10 ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs3 2019-cu il iyulun 24-də vəfat etmişdir. Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən ümumi ölçüsü 0,2 ha olan 1674-A nömrəli bağ sahəsinin 0,12 ha sahəsi sonuncunun, qalan 0,08 ha sahəsi isə mərhumun qardaşı X3 adlarınadır. 2018-ci il iyunun 21-də saat 08 radələrində bağa gəlməklə orada müəyyən işlər görmüş, saat 16 radələrində Bakı şəhərindəki mənzilinə qayıtmışdır. 2018-ci il iyunun 23-də saat 08 radələrində yenidən bağa baş çəkdikdə 60 metr uzunluğunda, 30 metr enində, üç metr dərinliyində torpaq sahəsinin qumunun naməlum şəxslər tərəfindən daşındığını, eləcə də diametri 80 mm olan 200 ədəd üzüm tənəyinin, diametri 120 mm olan 10 ədəd əncir ağacının və diametri 50 mm olan beş ədəd nar ağacının məhv edildiyini müşahidə etmiş, qonşulardan maraqlananda Elşad adlı hasar qonşusunun bunları qum alqı-satqısı ilə məşğul olan və Tural kimi tanınan şəxsin, adını sonradan bildiyi Təqsirləndirilən şəxs tanışları ilə birlikdə etdiyini, qumu qazıb ağır texnika ilə daşıyan zaman bilavasitə göstərilən şəxsləri gördüyünü demişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ona məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən B-250 nömrəli bağ sahəsinin ümumi ölçüsü 0,19 hektar təşkil etməklə həmin bağın 0,10 hektarı onun adına, 0,09 ha sahəsi isə formal olaraq anası Şahid8 adına olsa da ümumi bağ sahəsinə özü qulluq edərək bütün xərcləri çəkmişdir. Bağ sahəsində 10 ədəd nar ağacı, səkkiz ədəd heyva ağacı, üç ədəd tut ağacı, yeddi ədəd alma ağacı, altı ədəd ərik ağacı, üç ədəd şaftalı ağacı, beş ədəd albalı ağacı, iki ədəd badam ağacı, üç ədəd gavalı ağacı, beş ədəd əncir ağacı, bir ədəd söyüd ağacı və 35 ədəd üzüm tənəyi olmuşdur. 2015-ci il iyulun 15-də atası dünyasını dəyişdikdən sonra başı qarışdığından bağa gedə bilməmiş, axırıncı dəfə bağ sahəsinə 2015-ci ilin avqust ayında geldikdə bağ qaydasında olmuşdur. 2017-ci il martın 10-da qayınatası X19 ona bağın qonşuluğunda yaşayan Şahid5 naməlum şəxslərin bağ sahəsini qazmaqla qumunu daşıdıqlarını və ağaclarını məhv etdiklərini eşitdiyini bildirdiyindən növbəti gün anası və qayınatası ilə bərabər bağa getməklə onlar darvazanın qıfılının sındırılıb hasarın bir hissəsinin uçurulduğunu, qumun qazılaraq daşındığını, ağacların, sement örtüyününün və çardağın məhv edildiyini görmüşlər. Onun çəkdiyi maddi ziyanın ödənilməsini tələb edir. İş üzrə dindirilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, icraçı direktoru olduğu məhdud məsuliyyətli cəmiyyəti Türkiyə Respublikasındakı «Hidromek» zavodunun Azərbaycandakı rəsmi dileri olmaqla ağır teknikanın satışı ilə məşğuldur. 2019-cu il fevralın 04-də mexanik işləyən Şahid9 120.000 manata satışa təqdim edilən "xxxx" markalı HMK 102BJKB063399 şassi nömrəli traktorun yerində olmadığını dedikdə o, həyətə düşüb texnikanın yerində olmadığını görmüşdür. Ətrafdakı kamera görüntülərinə baxarkən traktorun satış mərkəzindən 2019-cu fevralın 03də saat 05:30-da oğurlanması, ehtiyat açarı üstündə olduğundan traktorun oradan sürülərək çıxarılması ona məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, «Qurd Dərəsi» bağlar massivində ona məxsus 4456 saylı bağ sahəsində köhnə ikimərtəbəli evinə axırıncı dəfə 2019-cu ilin iyul ayında baş çəkəndə hər şey qaydasında olsa da 2020-ci il yanvarın 12-də bağın darvazasının bayır qapısının sındırıldığını görmüş, həyətyanı sahəyə daxil olduqda 1.500 manat dəyərində bir ədəd dəmir su çəninin, həmin çənin alt hissəsinə quraşdırılan 200 manat dəyərində dörd ədəd dəmir borunun, 120 manat dəyərində bir ədəd dəmir şvellerin, 180 manat dəyərində 450 ədəd mişar daşının, evin əl damından 200 manat dəyərində bir ədəd dəmir qapının, 2.750 manat dəyərində iki ədəd dəmir borunun, 50 manat dəyərində bir ədəd dəmir manqalın, 40 manat dəyərində iki ədəd dəmir lomun, 30 manat dəyərində bir ədəd dəmir saplı kuvaltın, evdən 200 manat dəyərində bir ədəd dəmir qapının, evin ikinci mərtəbəsindəki otaqdan 1.000 manat dəyərində beş ədəd xalçanın, 50 manat dəyərində bir dəst çay servizinin, 30 manat dəyərində 12 ədəd kiçik ölçülü, 40 manat dəyərində 12 ədəd orta ölçülü və 50 manat dəyərində 12 ədəd böyük ölçülü dayaz saxsı boşqabların, 40 manat dəyərində 12 ədəd kiçik ölçülü, 50 manat dəyərində 12 ədəd orta ölçülü və 60 manat dəyərində 12 ədəd böyük ölçülü dərin saxsı boşqabların, 60 manat dəyərində iki ədəd bir dəmir nərdivanın, 60 manat dəyərində dörd ədəd orta ölçülü aliminium qazanın, 100 manat dəyərində beş ədəd yun yorğanın, 200 manat dəyərində beş ədəd yun döşəyin, 40 manat dəyərində dörd ədəd yun balıncın oğurlandığını aşkar etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Tural kimi tanıdığı Təqsirləndirilən şəxs ilə 2015-ci ildə Sumqayıt şəhərində yerləşən «Daş bazarı» adlanan yerdə tanış olmaqla sonuncuya məxsus «Kamaz» markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib verilən sifarişlər əsasında yükləri daşımışdır. Rafiqlə 2017-ci ilə qədər işləmiş və ən çox Sumqayıt şəhərindəki Novxanı bağlarından sahiblərinin iştirakı ilə qumu götürərək göstərilən «daş bazarı»na gətirmişdir. 2015-ci il payız fəslinin axırlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən B-250 saylı bağ sahəsindən üç gün qum daşımış, oraya Ənvər adlı eskalatorçu ilə gedəndə qum ancaq qapının ağzında qalmışdır. Rafiq onları həmin yerə aparanda bağın X8 məxsus olduğunu demiş, sonuncunun balkonda oturduğunu və yanında tanımadığı şəxslərin toplaşdıqlarını görmüş, hətta ertəsi gün Rafiqin tapşırığı ilə Ələsgərə 800 manat çatdırmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1ndə mühafizəçi vəzifəsində işləyir. 2019-cu il fevralın 03-də saat 08:30 radələrində işə gəldikdə növbəni təhvil alarkən anbarın qarşısına yığılan təkərləri saymaqla ərazini gəzmiş, satış üçün düzülən texnikanı nəzərdən keçirib "xxxx" markalı HMK 102BJKB063399 şassi nömrəli traktorun yerində olmadığını aşkar edəndə təmirlə bağlı harasa aparıldığını fikirləşmişdir. 2019-cu il fevralın 04-də növbəni təhvil verərək evə getmişdir. Rəhbərlik tərəfindən işə çağırdıqdan sonra göstərilən texnikanın satış sahəsindən naməlum şəxs tərəfindən oğurlandığını öyrənmişdir. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, hadisə ərəfəsində onunla yeznəsi Şahid2 Abşeron rayonunun Novxanı qəsəbəsində Yəmən adlı kişinin evində usta kimi çalışmışlar. 2019-cu il fevral ayının əvvəllərində qardaşı Təqsirləndirilən şəxs və kiminləsə onların işlədikləri yerin yaxınlıqdakı sahibsiz bağa təzə traktor gətirməklə aldıqlarını söyləyib sənədlərini düzəldərək aparacaqlarını bildirmişlər. 2019-cu il oktyabrın 21-də polis əməkdaşlarından həmin traktorun oğurluq olmasını eşitmişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 Şahid4 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma vaxtı ilkin itzahatında, şübhəli və təqsirləqdirilən şəxslər qismində dindirilərkən ittiham edildiyi əməlləri qismən etiraf edərək Zərərçəkmiş şəxs4 əvvəllər tanımadığını, 2015-ci il oktyabr ayının axırlarında Sumqayıt şəhəri ərazisində yerləşən «Daş bazarı» adlanan yerdə X11 Ramin adlı tanışının rəhmətə gedən qohumunun bağındakı qum örtüyünü satmaq istədiyini dedikdə Ələsgərlə qumun hər maşınını 30 manata razılaşdıqlarını, bundan sonra bağın Ələsgərə heç bir aidiyyyətinin olmamasını öyrəndiyini; 2018-ci il iyunun 22-də günorta saatlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki dəmiryol xətlərinin kənarında içərisində ağaclar olan hasarsız torpaq sahəsi olduğunu görməklə heç kimə məxsus olmadığını zənn etdiyindən oradakı qum örtüyünü daşıyıb satdığını, sonradan bağın Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildiyini; 2019-cu il fevralın 03-də Sumqayıt şəhərindəki xatırlamadığı kafelərin birində spirtli içki qəbul etdikdən sonra bir müddət əvvəl Sumqayıt şəhəri, Bakı-Sumqayıt şosesinin sağ tərəfində gördüyü traktoru saat 03-04 radələrində götürdüyünü, Abşeron rayonunun Novxanı qəsəbəsindəki bağ sahələrinin birində işlədərək sonradan yerini dəyişməklə sahibi Rusiya Federasiyasında olan bir nəfərin bağına gətirdiyini, oğurluq etsə də elə niyyətinin olmadığını; 2020-ci il yanvarın 07-də Sumqayıt şəhəri, «Qurd Dərəsi» bağlar massivində olarkən hansısa bağda xoşuna gələn iki-üç tonluq su çənini görüb oradakı bir nəfər yaşlı kişindən 20 manata altındakı dəmirlərlə birlikdə alaraq evinə apardığını göstərmiş, 2020-ci il iyulun 06-da təqsirləqdirilən şəxs qismində dindirilərkən ifadə verməkdən imtina etmişdir (1-ci cild, iş vərəqi 13-14, 41-42, 156-157 və 198-200; 2-ci cild, iş vərəqi 221-225, 236-240 və 297-301; 3-cü cild, iş vərəqi 12-18, 165-170, 324-327 və 348-351; 4-cü cild, iş vərəqi 54-55, 72-73 və 212-213). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş ibtidai araşdırma zamanı şahid qismində dindirilən Şahid7 2015-ci ilin payız ayında Zərərçəkmiş şəxs4 bağının yaxınlığından keçərkən orada dövlət nömrə nişanları yadında qalmadığı iki «Zil» markalı avtomobilin və bir eskalatorun işləyib qumun qazılaraq avtomaşınlara yükləndiyini gördüyünü, bundan sonra bağ sahəsinin qumunun naməlum şəxslər tərəfindən daşınması barədə Rauf tərəfindən şikayət edildiyini eşitdiyini göstərmişdir (2-ci cild, iş vərəqi 140- 141). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş ibtidai araşdırma vaxtı şahid qismində dindirilən Sənan Süleyman oğlu Qarayev bir ildən çox müddətdir Tural kimi tanıdığı Təqsirləndirilən şəxs sifarişi əsasında göstərilən ərəfədə 300 manat müqabilində onun Sadiq adlı tanışının traktorla qum daşısa da Rafiqin sonuncunun pulunu ödəməyib sonradan telefonlarına cavab vermədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 171-173). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma zamanı şahid qismində dindirilən Şahid5 2015-ci il dekabr ayının ortalarından səhhətində yaranan problemlərlə bağlı onun baxdığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisindəki bağda bir müddət olmadığından işə qayıdarkən yaxınlığında yerləşməklə B-250 saylı bağ sahəsinin təxminən iki metr dərinliyində qumunun daşındığını, ağacların məhv edildiyini, üzüm tənəklərinin dəmirlərinin aparıldığını, həmin bağın tamamilə yararsız hala salındığını gördüyünü, Eldar və Novruz adlı qonşularından soruşanda sonuncuların qumu aparan şəxslərin bağı aldıqlarını, oraya torpaq gətizdirib istixana salacaqlarını söylədiklərini, bağın əsl sahibinin Zərərçəkmiş şəxs4 olduğunu bilmədiyini, Tural kimi çağırılan Təqsirləndirilən şəxs adını əvvəllər eşitsə də özünü tanımadığını göstərmişdir (2-ci cild, iş vərəqi 248-251). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma vaxtı şahid qismində dindirilən Şahid9 Zərərçəkmiş şəxs1ndə mexanik vəzifəsində çalışmaqla 2019cu il fevralın 03-də saat 09 radələrində növbəni ondan mühafizəçi Şahid1 təhvil aldığını, səhərisi gün satış mərkəzinin ərazisini müşahidə edərkən satılması üçün şirkətə təqdim edilən "xxxx" markalı HMK 102BJKB063399 şassi nömrəli traktorun yerində olmadığını aşkar edib rəhbərliyə məlumat verdiyini, oğurluq hadisəsinin 2019-cu il fevralın 03-də gün saat 05:20-dən saat 05:45-dək olan müddət ərzində baş verdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 67-69). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırma zamanı şahid qismində dindirilən X9 övladı olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə analoji ifadə vermişdir (2-ci cild, iş vərəqi 124-125). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2018-ci il 01 avqust tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1.-ci və 186.2.1.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 176-177). İş materiallarındakı Sumqayıt Şəhər Prokurorluğunun tərtib etdiyi 2018-ci il 13 avqust tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının 186.1.-ci və 186.2.1.-ci maddələri ilə təqsirləndirilməklə barəsində axtarış elan edilən Təqsirləndirilən şəxs könüllü olaraq gəlmişdir (2-ci cild, iş vərəqi 207). İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun 2018-ci il 13 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 226-227). İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun 2018-ci il 13 avqust, 2018-ci il 03 oktyabr və 2019-cu il 24 iyul tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1.-ci, 186.2.1.-ci və 310-cu maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 229-230, 3-cü cild, iş vərəqi 4-5 və 303-304). İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun 2018-ci il 03 oktyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 290-291). İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci il 27 oktyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 186.1.-ci, 186.2.1.-ci və 310-cu maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsindən imtina edilmişdir (3-cü cild, iş vərəqi 193-195). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 30 oktyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 121). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 12 dekabr tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 19:00-da Bakı şəhərinin Binəqədi rayonu ərazisində saxlanmışdır (1-ci cild, iş vərəqi 137). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 14 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilməklə barəsində polisin nəzarətin altına vermə qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 158-159). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 03 yanvar tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.3.2.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 190-191). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 yanvar tarixli və 2020-ci il 18 yanvar tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 186.2.1.-ci və 185.3.2.-ci maddələrindən həmin Məcəllənin 177.3.2.-ci və 186.2.1.-ci maddələrinə tövsif edilməklə ona yenidən ittiham elan olunmuşdur (4-cü cild, iş vərəqi 4-6 və 12-13 «a»). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 2020-ci il 05 fevral tarixli 123- 4689-1220 nömrəli məktubundan və eyni tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs bu tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində saxlanaraq idarənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (4-cü cild, iş vərəqi 39-40). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 2020-ci il 07 fevral tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 177.2.4.-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 34-35). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 07 fevral tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3.-cü və 177.2.4.-cü maddələrindən həmin Məcəllənin 177.3.2.-ci və 186.2.1.-ci maddələrinə tövsif edilməklə ona yenidən ittiham elan olunmuşdur (4-cü cild, iş vərəqi 56-60 və 64-66). İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2020-ci il 07 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci və 186.2.1.-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il fevralın 05-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (4-cü cild, iş vərəqi 89-91). İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2020-ci il 28 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci və 186.2.1.-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri ev dustaqlığı qismində qətimkan tədbiri ilə əvəz edilməklə sonuncu dərhal həbsdən azad olunmuşdur (4-cü cild, iş vərəqi 97-98). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2020-ci il 28 fevral tarixli ləğv edilərək Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci və 186.2.1.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, sonuncunun 2020-ci il fevralın 05-dən 2020-ci il martın 10-dək həbsdə və ev dustaqlığında saxlandığı müddət ilkin həbs müddətinə hesablanmaqla həbs müddətinin davamının Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hesablanması qərara alınmışdır (4-cü cild, iş vərəqi 100-102). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 2020-ci il 13 iyun tarixli 124- 9858-1220 nömrəli məktubundan və eyni tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində saxlanaraq idarənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (4-cü cild, iş vərəqi 130-131). İş materiallarında olan hesabatdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674-A nömrəli bağ sahəsindən 5.400 m3 qumun qanunsuz daşınmasına görə dəymiş zərər 35.640 manat, 200 ədəd üzüm tənəyinin, beş ədəd nar kolunun və 10 ədəd əncir ağacının məhv edilməsinə görə dəymiş zərər müvafiq qaydada 48.000 manat, 1.200 manat və 3.600 manat olmaqla ümumi 52.800 manat təşkil edir (2-ci cild, iş vərəqi 22). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin tərtib etdiyi 2018-ci il 23 iyun tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674-A nömrəli bağ sahəsinə baxış zamanı Zərərçəkmiş şəxs3 naməlum şəxslərin bağ evindən oğurluq etdiklərini bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 12-15). İş materiallarında olan MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın kserosurətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsi Zərərçəkmiş şəxs4 məxsusdur (2-ci cild, iş vərəqi 98). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin tərtib etdiyi 2017-ci il 17 mart tarixli aktın kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilən videogörüntülərə baxış vaxtı Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 və 250 nömrəli bağ sahələrindən 70 ədəd üzüm tənəyinin, 12 ədəd nar kolunun, beş ədəd iydə ağacının, üç ədəd tut ağacının, səkkiz ədəd əncir ağacının və 100 ədəd müxtəlif meyvə ağaclarının kökündən çıxarılıb aparılması müəyyən edilmişdir (2-ci cild, iş vərəqi 106). İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Departamentinin 2017-ci il 17 aprel tarixli 17/777-01 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 və 250 nömrəli bağ sahələrindən qanunsuz qum daşınması nəticəsində dəymiş ziyanın məbləği 2.970 manat təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 saylı «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası»nın 1.1.-ci bəndinə əsasən göstərilən qanunvericilik müddəalarınn tətbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir (2-ci cild, iş vərəqi 109). İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ərazi Ekologiya və X16 2017-ci il 18 may tarixli 338 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 və 250 nömrəli bağ sahələrində naməlum şəxslər tərəfindən müxtəlif cinsli və müxtəlif diametrli meyvə ağaclarının məhv edilməsi nəticəsində dəymiş ziyan 10 ədəd 25 sm diametrliyində nar ağacına görə 7.500 manat, səkkiz ədəd 30 sm diametrliyində heyva ağacına görə 7.200 manat, üç ədəd 35 sm diametrliyində tut ağacına görə 3.150 manat, yeddi ədəd 15 sm diametrliyində alma ağacına görə 3.150 manat, altı ədəd 20 sm diametrliyində ərik ağacına görə 3.600 manat, üç ədəd 18 sm diametrliyində şaftalı ağacına görə 1.620 manat, beş ədəd 25 sm diametrliyində albalı ağacına görə 3.750 manat, iki ədəd 30 sm diametrliyində badam ağacına görə 1.800 manat, üç ədəd 20 sm diametrliyində gavalı ağacına görə 1.350 manat, beş ədəd 25 sm diametrliyində əncir ağacına görə 3.750 manat, bir ədəd 30 sm diametrliyində söyüd ağacına görə 900 manat, 35 ədəd üzüm koluna görə 8.400 manat olmaqla cəmi 46.170 manat təşkil edir (2-ci cild, iş vərəqi 112-113). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 04 fevral tarixli protokoldan görünür ki, Nümayəndə1 Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs1 ərazisində yolun kənarında torpaq zolağın arxasında yerləşdirilən müxtəlif markalı texnikadan "xxxx" markalı traktorun məhdud məsuliyyətli cəmiyyətə məxsus olduğunu bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 55-58). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 02 mart tarixli protokoldan görünür ki, Nümayəndə1 təqdim etdiyi Zərərçəkmiş şəxs1nə məxsus "xxxx" markalı traktorun oğurlanması görüntülərini əks etdirən bir ədəd CD-R diski götürülmüşdür (1-ci cild, iş vərəqi 83-84). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin 2019-cu il 21 oktyabr tarixli 123/2799-103 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs1nə məxsus "xxxx" markalı traktor Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən bağ evinin həyətində müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 96). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 21 oktyabr tarixli baxış protokolundan görünür ki, "xxxx" markalı HMK102BJK2B063399 şassi nömrəli traktorun üzərində hər hansı zədə izi və ya nasazlıq müəyyən edilməmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 114-116). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 oktyabr tarixli protokoldan görünür ki, Nümayəndə1 təqdim etdiyi bir ədəd CD-R diskinə baxış vaxtı Zərərçəkmiş şəxs1nə məxsus "xxxx" markalı traktorun cəmiyyətin yaxınlığındakı yer körpüsünün yanında olan obyektin, daha sonra Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən «Şah» sarayının, eləcə də Sumqayıt-Bakı magistral yolunun Xırdalan şəhəri ərazisində «Lukoyl» yanacaqdoldurma məntəqəsinin, Xırdalan şəhərində «Qafqaz» universitetinin yanından körpünün üstü ilə Saray qəsəbəsi istiqamətində yerləşən obyektin qarşısındakı asfalt yolu ilə hərəkətdə olması müəyyən edilmiş, bir ədəd disk protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 117-118). İş materiallarında olan 2019-cu il 16 dekabr tarixli qəbzdən görünür ki, Nümayəndə1 Zərərçəkmiş şəxs1nə məxsus "xxxx" markalı traktoru təhvil almışdır (1-ci cild, iş vərəqi 166). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin tərtib etdiyi 2020-ci il 12 yanvar tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, «Qurd Dərəsi» bağlar ərazisində yerləşən 4456 saylı bağ evinə baxış zamanı darvazanın kilidinin sındırılmış vəziyyətdə olması müəyyənləşdirilmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 7-9). İş materiallarındakı Sumqayıt Şəhər Prokurorluğunun tərtib etdiyi 2018-ci il 12 oktyabr tarixli və 2018-ci il 13 oktyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs və şahid X13 ayrı-ayrılıqda şahid X11 ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu onların dediklərini təsdiq etməməklə Ramini Nemət adlı tanışı vasitəsilə tanıdığını, sonuncunun Raminlə Rafiqi tanış etdiyini, Nemətin xahişi ilə bağda işləyən Raminə bir neçə dəfə yemək və kontur apardığını, Rafiqlə bağın qumuna görə pul danışmadığını, Şahid6 hər hansı məbləğdə pul almadığını bildirmişdir (3-cü cild, iş vərəqi 76-84). İş materiallarındakı Sumqayıt Şəhər Prokurorluğunun tərtib etdiyi 2018-ci il 14 oktyabr tarixli protokoldan görünür ki, şahidlər Şahid6 və X11 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi onun dediklərini təkzib edərək Vüsalı öz bağından qum daşıyan sürücü kimi tanıdığını, qum daşınmasında iştirak etmədiyini, Nemətin xahişi ilə bağda işləyən şəxslərə yemək apardığını, Vüsaldan 800 manat pul almadığını bildirmişdir (3-cü cild, iş vərəqi 85-88). İş materiallarındakı Sumqayıt Şəhər Prokurorluğunun tərtib etdiyi 2018-ci il 15 oktyabr tarixli protokoldan görünür ki, şahidlər X14 və X11 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi onun dediklərini təkzib edib öz bağındakı qumun daşınması üçün Tural kimi tanınan Təqsirləndirilən şəxsla razılığa gəldiklərini, sonuncunun əvvəlcədən ona 3.000 manat pul verdiyini, lakin sahə müvəkkili Mehman qumun çıxarılmasına icazə vermədiyindən işin dayandığını, «Ərəbin bağı» adlanan yerdən qum aparıldığına görə pul almadığını bildirmişdir (3-cü cild, iş vərəqi 89-92). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 27 noyabr tarixli 27247/48 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, 10 ədəd 25 sm diametrli nar ağacı, səkkiz ədəd 30 sm diametrli heyva ağacı, üç ədəd 35 sm diametrli tut ağacı, yeddi ədəd 15 sm diametrli alma ağacı, altı ədəd 20 sm diametrli ərik ağacı, üç ədəd 18 sm diametrli şaftalı ağacı, beş ədəd 25 sm diametrli albalı ağacı, iki ədəd 30 sm diametrli badam ağacı, üç ədəd 20 sm diametrli gavalı ağacı, beş ədəd 25 sm diametrli əncir ağacı, bir ədəd 30 sm diametrli söyüd ağacı və 35 ədəd üzüm kolu olmaqla 88 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 46.080 manat müəyyən olunmuşdur (2-ci cild, iş vərəqi 161-164). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 27 dekabr tarixli 27246 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs4 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsinə dəymiş ziyanın aradan qaldırılması üçün sərf olunan vəsaitin 15.276 manat olması müəyyən olunmuşdur, (2-ci cild, iş vərəqi 166-170). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 25 noyabr tarixli 27311 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən ağ-qara rəngli, 2018-ci il buraxılışlı, "xxxx" markalı, HMK102BJK2B063399 ban nömrəli, 13,5 m/s (iş saatı) ekskavator yükləyicinin xüsusiyyətləri nəzərə alınmaqla 2019-cu ilin fevral ayına olan orta bazar qiyməti təxminən 115.000 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (1-ci cild, iş vərəqi 131- 133). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 01 oktyabr tarixli 19938/19939 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674-A nömrəli bağ sahəsindən qanunsuz olaraq qumun daşınması nəticəsində dəymiş ziyanın məbləği 35.640 manat, 200 ədəd üzüm tənəyinin, beş ədəd nar kolunun və 10 ədəd əncir ağacının qanunsuz kəsilməsinə görə təbiətə dəymiş ziyanın məbləği 52.800 manat, X17 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 115 nömrəli bağ sahəsindən qumun qanunsuz daşınmasına görə dəymiş ziyanın məbləği 8.038,8 manat və tədqiq olunan bağ sahəsində hasarın və darvazanın sökülməsi nəticəsində zəymiş ziyanın ümumi məbləği 1.547 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (3-cü cild, iş vərəqi 162-164). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 10 mart tarixli 2804 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 14 adda malın orta bazar qiyməti 2.680 manat müəyyən edilmişdir, digər 11 adda malın tədqiqata təqdim edilməsə qiymətləndirilməsi mümkün deyildir, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (4-cü cild, iş vərəqi 116-118). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 23 aprel tarixli 2834/2837 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674 A nömrəli bağ sahəsindən 5.400 m3 qumun daşınması nəticəsində dəymiş ziyanın məbləği 91.800 manat, 200 ədəd üzüm tənəyinin və 15 ədəd ağacın orta bazar qiyməti 13.500 manat müəyyən edilmişdir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (4-cü cild, iş vərəqi 125-129). İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il dekabrın 18-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 186.1.-ci və 186.2.1.-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən qəti olaraq 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə sınaq müddəti müəyyən olunaraq təyin edilən cəzaya şərti məhkum edilmişdir (1-ci cild, iş vərəqi 179-181; 3-cü cild, iş vərəqi 40- 50). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 06 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci və 186.2.1.-ci maddələri ilə yeni məzmunlu ittiham elan edilmiş, sonuncunun əməllərində Azərbaycan Respublikasının CM-nin 157-ci, 185-ci, 186-cı, 255ci və 259-cu maddələrinin, Şahid3 əməlində Azərbaycan Respublikasının CM-nin 194-cü və 177-ci, Şahid4 və X12 əməllərində Azərbaycan Respublikasının CM-nin 194-cü və 307ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd olunmuş, Zərərçəkmiş şəxs1nə məxsus "xxxx" markalı traktorun maddi sübut kimi tanınması nəzərə alınmışdır (4-cü cild, iş vərəqi 179-199 və 203-206). İş materiallarında olan 2015-ci il 02 oktyabr tarixli AC seriyalı 498013 nömrəli, 2016cı il 09 iyun tarixli AC seriyalı 679205 nömrəli və 2016-cı il 30 dekabr tarixli AC seriyalı 858212 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin kserosurətlərindən görünür ki, «X20» markalı, ** MM *** qeydiyyat nişanlı, «Zil MMZ 4502 Yük» markalı, ** NN *** qeydiyyat nişanlı və «Zil MMZ 4502 Yük» markalı, ** RU *** qeydiyyat nişanlı avtomobillər Təqsirləndirilən şəxs məxsusdur (3-cü cild, iş vərəqi 98, 100 və 102). İş materiallarında olan AZE seriyalı 18899797 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı il 27 fevral təvəllüdlü X5 adlı övladı vardır (4-cü cild, iş vərəqi 155). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 25 iyun tarixli protokoldan görünür ki, Şahid4 iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonunda olan «Günəş» pansionatındakı evə baxış zamanı həyətdə dağıntılardan ibarət yük olması, ağacların, su çəninin və darvazanın olmaması müəyyənləşdirilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (4-cü cild, iş vərəqi 148-153). Məhkəməyə təqdim olunan 2020-ci il 17 avqust tarixli iddia ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 100.806 manat pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim olunan 2020-ci il 31 avqust, 2020-ci il 04 sentyabr və 2020-ci il 26 oktyabr tarixli ərizələrdən, habelə notariat qaydasında təsdiq edilmiş 2020-ci il 12 avqust və 2020-ci il 15 avqust tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X10, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunan 2013-cü il 11 sentyabr tarixli AA seriyalı 299438 №-li vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Şuşa rayonundan məcburi köçkündür. Məhkəməyə təqdim olunan Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il 22 oktyabr tarixli hökmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikasının CM-nin 186.1.-ci maddəsi ilə təqsirli bilinməklə Azərbaycan Respublikasının CM-nin 75.1.1.-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə sonuncuya cəza təyin edilməmiş, zərər çəkmiş şəxs Rauf Zaur oğlu X1 tərəfindən ona vurulan 61.356 manat məbləğində deyil, 25.296 manat məbləğində maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilmişdir. Məhkəməyə təqdim olunan Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 26 may tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il 22 oktyabr tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim olunan AZ-İ seriyalı 312379 №-li atalığın müəyyən edilməsi haqqında və AZ-İİİ seriyalı 878887 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı il 27 fevral təvəllüdlü X2 atası hesab edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci və 186.2.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci və 186.2.1.-ci maddələri ilə düzgün tövsif etmişdir. Dövlət ittihamçısı ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən B-250 №-li bağ sahəsi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qarşı qəsdən əmlakın məhv edilməsi nəticəsində dəymiş ümumi maddi ziyanın 61.356 manat məbləğində olması hissəsindən qismən imtina etmiş, həmin epizod üzrə ümumi maddi ziyanın 25.296 manat məbləğində olması müəyyən edilməklə cinayət əməlinin Azərbaycan Respublikasının CMnin 186.1.-ci maddəsinə tövsif edilməsini, Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxslərlə törətməsi sözləri göstərilməklə və Zərərçəkmiş şəxs1nə külli miqdarda maddi ziyan vurulmaqla oğurluq cinayətinin törədilməsi epizodundan təkrarən sözü çıxarılmaqla barəsində cinayət təqibinin Azərbaycan Respublikasının CM-nin 186.2.1.-ci və 177.3.2-ci maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının rəyi ilə razılaşmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674-A nömrəli bağ sahəsinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus olmasını sonradan bilməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsindən qum daşıtdırılmasına aidiyyəti olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, sonuncunun qismən etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxsin nümayəndəsinin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, qismən etirafedici və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə zərər çəkmiş şəxslərin ifadələrindəki, sübutlardakı və sairdakı dəymiş zərərin miqdarında, oğurlanmış əmlakın dəyərində olan bəzi və digər uyğunsuzluqların mövcud olmasını texniki və arifmetik səhvlər kimi qiymətləndirməklə istintaqın gəldiyi nəticələri əsas tutur. Məhkəmə həmçinin iş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 27 noyabr tarixli 27247/48 nömrəli və 2017-ci il 27 dekabr tarixli 27246 nömrəli ekspert rəylərinin kserosurətlərində qeyd olunan tədqiqatların dəyərinin, müvafiq qaydada 146,8 manatın və 50 manatın ödənilməsinin X11 barəsindəki Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il 22 oktyabr tarixli hökmündə öz əksini tapmasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla məcburi köçkun olmasını, özünü könüllü olaraq istintaqa təqdim etməsini, peşmanlığını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü çıxarıldıqdan sonra həmin hökmlə təyin edilmiş sınaq müddəti ərzində məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1.-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi hesab edilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə bununla yanaşı hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə, yəni Azərbaycan Respublikasının CM-nin 186.1.-ci maddəsi ilə cəza təyin edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinin əsasları ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2019-cu il dekabrın 12-dən 2019-cu il dekabrın 14-dək tutulduğu 02 (iki) gün və 2020-ci il fevralın 05-dən 2020-ci il martın 10-dək həbsdə və ev dustaqlığında saxlandığı 01 (bir) ay 05 (beş) gün, cəmi 01 (bir) ay 07 (yeddi) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının CM-nin 71.5.-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilməklə təyin olunan cəza hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 mülki iddiası baxılmamış saxlanılmaqla ona vurulan maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 100 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 600 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il iyunun 13-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.3.2.-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə, 186.2.1.-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona Azərbaycan Respublikasının CM-nin 186.1.-ci maddəsi ilə cəza təyin edilməsin, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2019-cu il dekabrın 12-dən 2019-cu il dekabrın 14-dək tutulduğu 02 (iki) gün və 2020-ci il fevralın 05-dən 2020ci il martın 10-dək həbsdə və ev dustaqlığında saxlandığı 01 (bir) ay 05 (beş) gün, cəmi 01 (bir) ay 07 (yeddi) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 71.5.-ci maddəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1.-ci və 186.2.1.-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetməyə şərti məhkum olunmağı ləğv edilməklə ona bu Məcəllənin 67.1.-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il iyunun 13-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 600 manat köçürülsün. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 mülki iddiası baxılmamış saxlanılmaqla ona vurulan maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-223/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-223/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver