Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-223/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X6 və X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan-rus dillərində tərcüməçilər - X2 və X7 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2016-cı il il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı rayon məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş), məhkumluğu ödənilməmiş Astara şəhəri, Azərbaycan küçəsi, ev 6, mənzil 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metafetamin əldə etmək məqsədi ilə ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “instagram” proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Əmir” adlı şəxsin istintaqa məlum olmayan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 50 manat pul vəsaitini köçürdükdən sonra 22 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına istirahət parkının yaxınlığındakı yaşayış binasının qarşısında “Əmir” adlı şəxsin istintaqa məlum olmayan tanışı tərəfindən qoyulmuş 1 ədəd qara rəngli sellofan bükümün içərisində 6 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,401 qram, 0,272 qram, 0,362 qram, 0,365 qram, 0,436 qram olmaqla ümumi təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sarı rəngli plastik flakonda təmiz çəkisi 6,515 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda metafetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 noyabr 2022-ci il tarixdə saat 21:50-də ünvan 2 ünvanında saxlanılaraq ünvan 3aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət olunub orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində 6 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,401 qram, 0,272 qram, 0,362 qram, 0,365 qram, 0,436 qram olmaqla ümumi təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sarı rəngli plastik flakonda təmiz çəkisi 6,515 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda metafetamin olan 1 ədəd qara rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir və irəli sürülən ittihamla razı deyildir. 22 noyabr 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxs vasitəsilə marixuana almaq istəmişdir. Həmin şəxs ona marixuananın müqabilində bank kartına 50 manat göndərməyini bildirmişdir. Həmin günü həmin şəxsin bank hesabına 50 manat pul köçürmüşdür. Bundan sonra həmin şəxs Abşeron rayonu, Xırdalan şəhərində marixuananı gizlədəcəyini və həmin ünvanı ona deyəndən sonra gedib narkotiki oradan götürməli olduğunu demişdir. Həmin şəxs “WhatsApp" vasitəsilə narkotik vasitəni yerləşdirdiyi yerin xəritədə olan ünvanını göndərmişdir. Həmin yer Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına istirahət parkının yanındakı yaşayış binasının bloku olmuşdur. Xırdalanda olarkən avtomobili olduğu üçün dostu Talehə zəng edib Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkın yanına gəlməsini bildirmişdir. Valehlə birlikdə ona göndərilən ünvanın qarşısına gəlmişlər. Xəritədə göstərilən binaya daxil olub marixuananı axtarmağa başlamış, lakin marixuananı tapa bilməmişdir. Geri qayıdıb bloku tərk etmək istədikdə 7-8 nəfər şəxs anidən üzərinə hücum çəkmişlər. O, həmin şəxslərlə əlbəyaxa olmuş və onların polis əməkdaşı olduğunu bilməmişdir. Onlar birdən “dayan banditizm” qışqırdıqdan sonra o, müqavimət göstərməyi dayandırmışdır. Həmin şəxslər onu saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına daxil olarkən dostu Valehin digər avtomobildə olduğunu görmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərində şəxsi axtarış aparılmışdır. Üzərindən mobil telefon, bank kartı və 90 manata yaxın pul vəsaiti aşkar olunmuşdur. Lakin üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona bir büküm narkotik vasitə verib şəxsi axtarış zamanı özünə məxsus olduğunu bildirməli olduğunu demişlər. Polis əməkdaşları ona cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu demişlər.O, polis əməkdaşları ilə razılaşmamışdır. Daha sonra dostu Valehlə birlikdə ittiham olunacağını bildirdikdə, Valehin heç bir günahını olmadığını demişdir. Polis əməkdaşları demişlər ki, əgər şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirsə, Valeh də cinayət məsuliyyətinə cəlb olunmayacaqdır. Valehin məhkum olunmaması üçün ittiham aktında qeyd edilən narkotik vasitələrin özünün olduğunu bildirmişdir. Şəxsi axtarışdan əvvəl polis əməkdaşları cibinə 1 ədəd büküm qoymuşlar. Şəxsi axtarış zamanı üzərində olan 1 ədəd sellofan bükümü masanın üzərinə qoyub bükümün içində metafetamin və heroin olduğunu bildirmişdir. Həmin sellofan büküm açılarkən bükümün içərisində 6 büküm olmuş və həmin bükümlərdə heroin olmuş, digər 1 bükümdə isə metafetamin olmuşdur. Bundan sonra ona demişlər ki, əgər sənədlərə imza etsə, Valehin barəsində cinayət işi başlanmayacaq, buna görə də sənədlərə imza etmişdir. Daha sonra onu MSY-nə aparmışlar. MSY-da olarkən ona çay vermişlər, həmin çayı içdikdən sonra özünü narahat hiss etmiş və ürəyi bulanmağa başlamışdır. Çayı içdikdən sonra 1 həftə özünə gələ bilməmişdir. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi barəsində aparılan cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunacağını bildirmiş və ona bir neçə sənəd imzalatdırmışdır. Bir müddət keçdikdən sonra müstəntiq xəstə olduğunu bildirərək onun yanına gəlmirdi. O, müstəntiqə də bildirmiş ki, onun mobil telefonunda marixuana almağıyla bağlı yazışmalar olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2016-cı il tarixli hökmü ilə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2021-ci il dekabrın 31-dən cəzasını Masallı rayonunda yerləşən məntəqə tipli cəza çəkmə müəssisəsində çəkmişdir. 6 oktyabr 2022-ci il tarixdə isə Masallı rayon məhkəməsinin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsindən buraxılmışdır. Masallı rayonunda yerləşən məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkərkən onlardan hər ay narkotik vasitələri istifadə edibetməmələrini müəyyənləşdirmək məqsədilə test nümunəsi götürülürdü. O, bu müddət ərzində narkotik vasitələrdən istifadə edə bilməzdi, lakin ittiham aktında bunların tam əksi yazılmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İran vətəndaşı olan “Əmir” adlı şəxsi tanımır, onun “İnstagram” sosial şəbəkəsində tanış olub narkotik vasitə əldə etmək üçün pul göndərdiyi şəxs Azərbaycanlı olmuşdur. O, marixuana almaq üçün saxlanıldığı əraziyə getmişdir. Marixuana almaq üçün “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsə 50 manat göndərmişdir. O, həmin əraziyə tək getmişdir. Valeh onu həmin ərazidən götürüb evə aparmaq üçün ora gəlmişdir. Valehin onun narkotik vasitə almaq üçün ora getdiyindən xəbəri olmamışdır. Binanın blokuna daxil olub narkotik vasitəni axtarsa da, heç nə tapa bilməmişdir. Blokda olarkən 7-8 nəfər polis əməkdaşı üzərinə hücum çəkmiş, o onlara qarşılıq vermiş, lakin onlar polis əməkdaşı olduqlarını bildirdikdən sonra dayanmışdır. Onun üzərində “Redmi NOTE 9” markalı mobil telefonu, Valehin üzərində isə “Samsung” markalı mobil telefon olmuşdur. Saxlanılan zaman üzərində heç bir qanunsuz əşya olmamışdır. O, saxlanılmazdan 2-3 gün əvvəl narkotik vasitə əldə etmək üçün “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsin bank hesabına 50 manat göndərmişdir. Onu saat 21:00-22:00 radələrində binanın blokunda olarkən saxlamışlar. Onu əvvəlcə 1 kiloqram narkotik vasitə ilə ittiham edəcəklərini bildirmişlər, lakin onlarla razılaşmamışdır. Polis əməkdaşları üzərində qanunsuz əşya olmamasına baxmayaraq onun narkotik vasitələri öz üzərinə götürməli olduğunu bildirmişlər, əgər götürüməsəydi, dostu Valehi də cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişdirlər. Ona fiziki təzyiq yox, psixoloji təzyiq etmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadələrdə olan imzalar onun imzasına bənzəsə də, ona məxsus deyildir. İbtidai istintaq zamanı yazılan həmin ifadələr onun sözləriylə yazılmamışdır. Şəxsi axtarışdan əvvəl şəxsi axtarış zamanı üzərindən metafetamin və heroin aşkar olunduğunu bildirməyini demişlər, lakin o, heç vaxt metafetamin və heroindən istifadə etməmişdir. Saxlanılarkən də, şəxsi axtarış zamanı da Şahid1 iştirak etmişdir. “Kazım” adlı polis əməkdaşı onu hədələmişdir. İbtidai istintaq zamanı bir neçə sənədə imza etsə də, cinayət işinin materiallarında olan imzalar ona məxsus deyildir. Şəxsi axtarış və götürmə protokolunda olan imza onun imzasına bənzəsə də, ona məxsus deyildir. Qanunsuz saxlanılmağıyla bağlı məhkəmədə ifadə verəcəyini düşündüyündən heç bir dövlət orqanına şikayət etməmişdir. Cinayət işinin materiallarında olan vəsatətin rədd edilməsi barədə qərarın təqdim edilməsi ilə əlaqədar məktubda olan imza ona məxsusdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, tutulana kimi ünvan 6 ünvanında qeydiyyatda olsa da anası ilə birlikdə ünvan 7 ünvanında yaşamışdır. Subaydır və tutulana kimi heç bir yerdə işləməmişdir. Əqli və psixi cəhətdən sağlamdır və hər hansı bir psixiatrik xəstəxanada qeydiyyatda deyil. Astara şəhəri 2 saylı tam orta məktəbdə orta təhsili rus dili bölməsində almış və həmin məktəbdə 2008-ci ilədək təhsil almaqla 9-cu sinifi bitirib həmin ildə X11 daxil olmuşdur. Kollecdə isə Azərbaycan bölməsində təhsil almış və 2011-ci ildə isə X12 bitirmişdir. Rus və Azərbaycan dilində yazmağı və oxumağı bacarır. Güləş idman növü üzrə məşğul olmaqla zona birincisi olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2022-ci ilin fevral ayında həbsdən azadlığa buraxılmış və cəzasını Masallı rayonunda yerləşən məntəqə tipli cəza çəkmə müəssisəsində çəkmişdir. 6 oktyabr 2022-ci il tarixdə isə Masallı rayon Məhkəməsinin qərarı ilə isə məntəqə tipli cəza çəkmə müəssisəsindən buraxılmışdır. Həbsdən çıxdıqdan sonra onun səhhətində yaranmış problemlərlə bağlı olan ağrıları sakitləşdirmək üçün narkotik vasitə hesab edilən heroindən və psixotrop maddə metafetamindən istifadə etməyə başlamışdır.Narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən və həmçinin 2022-ci ilin fevral ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu Əmir adlı İran İslam Respublikasının vətəndaşından almışdır. Daha sonra Əmir adlı İran İslam Respublikasının vətəndaşı ilə onun istifadəsində olan mobil telefon nömrəsinin "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi əlaqə saxlamışdır. Əmir adlı şəxsin "Whatsapp" proqramın telefon nömrəsi xarici operatora aid mobil nömrə olmuş və həmin mobil nömrə onun yadında qalmamış, unutmuşdur. Əmirlə tanış olduqdan sonra Əmir ona istifadə etmək üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin göndərə biləcəyini demişdir. 22 noyabr 2022-ci il tarixdə növbəti dəfə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əmirlə "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ondan istifadə etmək üçün heroin və metafetamin istəmiş və Əmir ona həmin maddələri göndərəcəyini bildirərək ona məxsus mobil telefonun "Whatsapp" proqramına bank hesab nömrəsini göndərmişdir. Həmin bank hesab nömrəsi hazırda onun yadında qalmamış, lakin onun yadındadır ki, o, həmin hesab nömrəsinə pay point vasitəsilə pul köçürən zaman həmin hesab nömrəsinin “Kapital” banka məxsus olduğunu bilmiş, ancaq həmin hesab nömrəsini unutmuşdur. Həmin günü Əmirin bank hesabına 50 manat pul köçürdükdən sonra Əmir “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə onun mobil telefonunda olan “WhatsApp” ani mesajlaşma proqramına zəng edib bildirmişdir ki, onun adamı heroini və metafetamini aparıb Abşeron rayonu, Xırdalan şəhərində gizlədəcək və həmin ünvanı da ona deyəndən sonra onun özü gedib narkotiki oradan götürməli idi. Əmir "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə onun mobil telefonunda olan "Whatsapp" ani mesajlaşma proqramına narkotikin və metafetaminin gizlədildiyi ünvanı, yəni dəqiq məkanı atdıqdan sonra o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adma istirahət parkının yanındakı yaşayış binasının yanına gedib 1 ədəd qara rəngli sellofana bükülmüş içərisində heroin olan 6 ədəd şəffaf sellofan büküm və içərisində metafetamin olan sarı rəngli plastik qabı görütüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. X14 avtomobili olduğu üçün Talehə zəng edib ona Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkın yanına gəlməsini xahiş etmişdir. Lakin Valehin həmin yerə taksi ilə gəldiyini görüb ondan nə üçün avtomobilsiz olduğunu soruşduqda Valeh özünə məxsus avtomobilin təmirdə olduğunu bildirmişdir. Bu səbəbdən də o, Valeh ilə birlikdə Bakı şəhərinə qayıtmaq üçün taksi saxlatmaqdan ötrü yolun kənarına doğru getməyə başlamışdır. Valeh Məmmədlinin onda narkotik vasitə heroin və psixotrop maddə olan metafetamin olmasından xəbəri olmayıb və Valehə bu barədə heç nə deməmişdir. 22 noyabr 2022-ci il tarixdə saat 21:50də ünvan 2 ünvanın yaxınlığında tanışı Valeh Məmmədli ilə birlikdə yol kənarına doğru gedərkən 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və Valehdən özlərini təqdim etmələrini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu və Valeh Məmmədli də öz şəxsiyyəti barədə dedikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onun barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. Yalan danışmağın heç bir əhəmiyyət kəsb etmədiyini başa düşüb və həmçinin üzərində saxladığı heroin və metafetamin olan bükümü ata bilmədiyi üçün səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin və metafetamin vardır. Bundan sonra polis əməkdaşları ona və onun tanışı X16 İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə onlarla birlikdə getməli olduqlarını bildirdikdə onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Ondan üzərində daşınması və gəzdirilməsi qanunla qadağan edilən əşya və maddənin olub olmadığı soruşulmuş, olduğu halda isə təqdim etməyi ona təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üzəri yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükümü, sol yan cibindən "Redmi" markalı mobil telefonu və 20 manat pulu çıxardıb masanın üzərinə qoymuş, 1 ədəd qara rəngli sellofan bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmişdir. 1 ədəd qara rəngli sellofan büküm açılarkən bükümün içərisində 6 ədəd sellofan büküm və 1 ədəd sarı rəngli plastik qutu aşkar edilmişdir. Heroini bükümlərə İran vətəndaşı Əmir özü böldürüb öz adamı vasitəsi ilə onun onları götürdüyü yerə qoymuşdur. 6 ədəd sellofan bükümə baxış keçirərkən içərisində narkotik vasitə heroin, 1 ədəd san rəngli plastik qabın içərisində psixotrop maddə metafetamin aşkar edilərək 1 ədəd kağız zərfdə qablaşdırılmış, həmin zərf möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər qanunsuz əşya və maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş 20 manat pul onun özünə geri qaytarılmışdır. Aşkar edilmiş "Redmi" markalı mobil telefonu da polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Valeh Məmmədlinin üzərinə baxış keçirilmişdir. Valeh Məmmədlinin üzərindən baxış zamanı 10 manat pul və "Samsung" markalı mobil telefon aşkar edilmişdir. Baxış zamanı Valeh Məmmədlidən hər hansı qanunsuz əşya və ya digər predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 10 manat pul və "Samsung" markah mobil telefon Valeh Məmmədliyə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini İran İslam Respublikasının vətəndaşından həmin günü 50 manata aldığını və həmin narkotik vasitə heroini və metafetamini şəxsi istifadə etmək məqsədi ilə həmin günü Abşeron rayonu, Xırdalan şəhərində İran vətəndaşı Əmirin "Whatsapp" ani mesajlaşma proqramına göndərmiş olduğu məkandan, yəni ünvanın göstərildiyi yerdən götürdüyünü və şəxsi istfadə məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən narkotik vasitələrdən X14 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Valeh Məmmədli onun üzərindən aşkar edilmiş narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən məlumatının olmadığını bildirmişdir. O, üzərindən narkotik vasitə heroin və psixotrop maddə metafetamin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşmandır.Üzərindən aşkar edilmiş küli miqdarda narkotik vasitə heroini və psixotrop maddəni istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımış, narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqə 259-264). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və o, qrup rəhbəri təyin edilmişdir. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində ünvan 2 ünvanının yaxınlığında yanında olan tanışı X9 ilə birlikdə olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkillə və rus dilində təhsil aldığı üçün tərcüməçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış və götürmə, Valeh Məmmədlinin üzərinə baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Ardınca şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üzəri yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükümü, sol yan cibindən "Redmi" markalı mobil telefonu və 20 manat pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs 1 ədəd qara rəngli sellofan bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmişdir. 1 ədəd qara rəngli sellofan büküm açılarkən bükümün içərisində 6 ədəd sellofan büküm və 1 ədəd sarı rəngli plastik qutu aşkar edilmişdir. 6 ədəd sellofan bükümə baxış keçirərkən 6 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd plastik qabın içərisində psixotrop maddə metafetaminə oxşar maddə aşkar edilərək cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 manat pul onun özünə geri qaytarılmış, "Redmi" markalı mobil telefon isə götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini İran İslam Respublikasının vətəndaşında “online” formada aldığını və həmin narkotik vasitələri şəxsi istifadə etmək məqsədi ilə həmin günü Abşeron rayonu, Xırdalan şəhərində konum vasitəsi ilə yerdən götürdüyünü və şəxsi istfadə məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilən narkotik vasitələrdən X14 məlumatının olmadığı bildirmişdir. Daha sonra Valeh Məmmədlinin üzərinə baxış keçirilmiş, ancaq baxış zamanı Valehin üzərindən hər hansı qanunsuz əşya və ya digər predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Xırdalan şəhərində 4 nəfər birlikdə saxlamışlar, Yaqubun yanında Valeh adlı şəxs də olmuşdur. Yaqub və Valeh adlı şəxs küçədə olarkən onları saxlamışlar. Narkotik vasitəni iran vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı vəkil və tərcüməçi iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşayış binasının yaxınlığında saxlamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs Valeh Məmmədlinin narkotik vasitələrdən xəbəri olmadığını bildirmişdir. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 128-130). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir qəsəbədə yaşadığı üçün Yaqubla aralarında dostluq münasibətim olmuşdur. Astara rayonundan Bakı şəhərinə işləmək üçün gəlmişdir. Taksi fəaliyyəti ilə məşğul olduğunu həmyerlilərinə demişdir ki, nə vaxt taksi lazım olsa ona zəng etsinlər. Hadisə baş verən günü o, Təqsirləndirilən şəxsla birlikdə Xırdalan şəhərində tanımadığı binanın qarşısına getmişdir. Avtomobildə olan zaman Yaqub binaya daxil olmuşdur. Yaqub daxil olduqdan bir neçə dəqiqə sonra polis əməkdaşları ilə birlikdə həmin binadan çıxdığını görmüş, polis əməkdaşları onu və Yaqubu avtomobilə əyləşdirib DİN BMCMİ-nin inzibati binasına gətirib ayrı-ayrı otaqlarda saxlamışlar. Həmin inzibati binada polis əməkdaşları onu şifahi sorğu-sual etmişlər. Onun narkotik vasitədən xəbəri olmadığını və taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin əraziyə getdiyini bildirmişdir. Daha sonra onu 2-ci mərtəbədə olan otaqların birinə aparmışlar. Həmin otaqda Yaqub, tərcüməçi, vəkil və polis əməkdaşları olmuşdur. Polis əməkdaşları videoçəkilişin aparılacağını bildirərərək onları təlimatlandırmışdır. Polis əməkdaşları Yaquba 1 neçə büküm verərək video çəkiliş vasitəsilə aparılacaq şəxsi axtarış zamanı təqdim etməli olduğunu bildirmişlər. Yaqub video çəkiliş zamanı həmin əşyaların ona məxsus olmadığını bildirmişdir. Bu zaman video çəkiliş dayandırılmış, polis əməkdaşları hər şeyin başqa cür olacağını və onu göstərərək onları birlikdə bir qrup şəxs kimi məsuliyyətə cəlb edəcəklərini bildirmişdir. Bu zaman Yaqub onlarla razılaşaraq narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Şəxsi axtarış başlamış və Yaqub narkotik vasitəni təqdim etmişdir. Şəxsi axtarışdan bir neçə saat sonra onu buraxmışlar. Narkotik vasitəni Yaquba polis əməkdaşları təqdim etmişlər. Yaqubun üzərində saxlanılmazdan əvvəl narkotik vasitə olubolmadığını bilməmişdir. Onun yanında Yaquba xəsarət yetirməmişlər. İbtidai istintaq zamanı ifadə verməmişdir. Yaqubun qanunsuz saxlanılması ilə bağlı heç bir dövlət orqanına şikayət verməmiş, lakin valideynlərinə məlumat vermişdir. Müstəntiq tərəfindən dindirilməmişdir. DİN BMCMİ-nin inzibati binasından çıxarkən bir neçə sənədə imza etdirmişlər. Onu cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirib Yaquba psixoloji təzyiq göstərmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə şahid X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, tanışı olan Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə bir qəsəbədə yaşadığı üçün Yaqubla dostluq münasibətləri vardır. 22 noyabr 2022ci il tarixdə saat 21:50-də ünvan 2 ünvanın yaxınlığında tanışı Yaqub ilə birlikdə olduğu zaman onlara 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etdikdə Yaqub və o, özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Yaqub bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin və metafetamin vardır. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etdikdə onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Polis idarəsində Yaqubun hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və Yaqub şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Yaqubun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üzəri yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükümü, sol yan cibindən "Redmi" markalı mobil telefonu və 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs 1 ədəd qara rəngli sellofan bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu bildirmişdir. 1 ədəd qara rəngli sellofan büküm açılarkən bükümün içərisində 6 ədəd sellofan büküm və 1 ədəd sarı rəngli plastik qutu aşkar edilmişdir. 6 ədəd sellofan bükümə baxış keçirərkən 6 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin, 1 ədəd plastik qabın içərisində psixotrop maddə metafetamin aşkar edilərək 1 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 manat pul onun özünə geri qaytarılmış, "Redmi" markalı mobil telefon götürülmüşdür. Daha sonra onun üzərinə baxış keçirilmişdir. O, üzərindən baxış zamanı 10 manat pul və "Samsung" markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Baxış zamanı hər hansı qanunsuz əşya və ya digər predmetlər onun üzərindən aşkar edilməmişdir. Aşkar edilmiş 10 manat pul və "Samsung" markalı mobil telefon ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metafetamini İran İslam Respublikasının vətəndaşından onlayn formada aldığını və həmin narkotik vasitələri şəxsi istifadə etmək məqsədi ilə həmin günü Abşeron rayonu, Xırdalan şəhərində konum vasitəsi ilə yerdən götürdüyünü və şəxsi istfadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metafetamindən məlumatının olmadığını bildirmişdir. Onun özü narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr olduğunu polis idarəsində keçirilən şəxsi axtarış zamanı görmüşdür (cild 1, iş vərəqə 81-83). Şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Cinayət işinin materiallarında olan 23 noyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Valeh Məmmədli ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 84-86). Cinayət işinin materiallarında olan 23 noyabr 2022-ci il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində 6 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,401 qram, 0,272 qram, 0,362 qram, 0,365 qram, 0,436 qram olmaqla ümumi təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sarı rəngli plastik flakonda təmiz çəkisi 6,515 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda metafetamin olan qara rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 42-44). Cinayət işinin materiallarında olan 22 dekabr 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, “DVD” diskə aparılan baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 6 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,401 qram, 0,272 qram, 0,362 qram, 0,365 qram, 0,436 qram olmaqla ümumi təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd sarı rəngli plastik flakonda təmiz çəkisi 6,515 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda metafetamin olan qara rəngli sellofan bükümün aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 160-165). Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 24 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon aparatına baxış keçirilmişdir. 1 ədəd sensor ekran və “Android” əməliyyat sistemi olan “Redmi” markalı mobil smartfon texniki cəhətdən saz vəziyyətdədir. Həmin telefonun yaddaşında və həmçinin telefonda mövcud olan sms bölməsində, eləcə də digər təminat proqramlarında iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilməmişdir (cild 1, iş vərəqə 170). Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 9 yanvar 2023-cü il tarixli, "xxxx" MMC-dən 9 yanvar 2023-cü il tarixdə daxil olmuş texniki məlumatların qeyd edildiyi “CD” diskdə ***-***-**-** mobil telefon nömrəsinə aid texniki məlumatlar, yəni smslər, mobil nömrələrin istifadəçiləri, məxsusluq tarixçəsi, daxil və xaric olan zənglərin siyahısı və əhatə dairəsi haqqında məlumatlar qeyd edilmişdir. “CD” diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə olunmamışdır (cild 1, iş vərəqə 208). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli 6/6704 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən....” və s. yazılar, imzalar olan kağız paketdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,401 qram, 0,272 qram, 0,362 qram, 0,365 qram, 0,436 qram ümumi təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 6 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 1 ədəd sarı rəngli plastik flakondakı təmiz çəkisi 6,515 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: Heroinin təmiz çəkisi 2,165 qram, tədqiqata sərf edildi- 0,12 qram, qalıq- 2,045 qram, metafetaminin ümumi təmiz çəkisi 6,515 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,415 qram (cild 1, iş vərəqə 54-56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X18 X1 6 fevral 2023-cü il tarixli 644 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 212-213). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 X18 Məhkəmə Psixiatrik Ekspertizasının 20 fevral 2023-cü il tarixli 461 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 215-216). Cinayət işinin materiallarında olan 25 noyabr 2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərardan görünür ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə” Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis general mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 22 noyabr 2022-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir (cild 1, iş vərəqə 116). Cinayət işinin materiallarında olan 21 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş, ekspertiza təqdiqatından sonra qalıq çəkiləri 2,045 qram olan narkotik vasitə heroin və 6,415 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 221-240). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2016-cı il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Masallı rayon məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 179-180 və 190-204). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “ağır” cinayət hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Masallı rayon məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, ona təyin edilmiş və çəkilməmiş 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 32). İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 noyabr 2022ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 101-105). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş, ekspertiza təqdiqatından sonra qalıq çəkiləri 2,045 qram olan narkotik vasitə heroin və 6,415 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməli, -Şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Masallı rayon məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli qərarı ilə çəkilməmiş 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilərək ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş, ekspertiza təqdiqatından sonra qalıq çəkiləri 2,045 qram olan narkotik vasitə heroin və 6,415 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin, -Şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-223/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-223/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver