Məhkəmə qərarları › İş №1(101)-2238/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2238/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2238/2024 17.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Xurşudbanu Natavan küçəsi, ev 13-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən Mədəni Marif texnekomunun yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 6,926 qram olan ağ rəngli külli miqdarda psixotrop maddə metamfetamini 08 ədəd bükümdə əldə edərək əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə 13:10-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi,19 saylı evin yaxınlığında saxlanılaraq X11 küçəsi 4 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və saat 14:25-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 08 ədəd bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,957 qram, 0,934 qram, 0,904 qram, 0,388 qram, 0,948 qram, 1,029 qram, 0,819 qram və 0,947 qram, ümumi çəkisi 6,926 qram kimyəvi kompenent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində psixotrop maddə olan metamfetamin olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində əvvəldən tanıdığı şəxsləri görərək onlara salam vermək üçün yaxınlaşmış, onlar isə onu polis bölməsinə dəvət etmişlər və o da onlarla bərabər maşına minərək Binəqədi RPİ-nin 5-ci PB-nə getmişdir. Orada üzərinə videoçəkilişlə şəxsi axtarış həyata keçirilməsi təklif olunsa da, o, bundan imtina etmişdir, lakin müdafiəçinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə imzalamışdır. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman üzərində heç bir psixotrop maddə olan metamfetamin aşkar edilməmiş, lakin polis əməkdaşları onlarda olan psixotrop maddə olan metamfetami onun üzərindən aşkar olunmuş kimi rəsmiləşdirmişdirlər. Şəxsi axtarış zamanı xidməti otaqda ondan və polis əməkdaşlarından başqa mülki geyimdə tanımadığı 1 nəfər şəxs də olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü təqsirli bilmədiyindən məhkəməyədək istintaq dövründə tərtib olunmuş sənədləri imzalamamış, lakin şəxsi axtarış və baxış istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsinə etiraz etməmiş və ərizəni imzalamışdır. Daha sonra məhkəmədən barəsində ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamefetamini əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə Bakı şəhəri, Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Həmin şəxsin müəyyən olunması və onun polis bölməsinə gətirilməsi zərurəti yarandığından, tərəflərindən Binəqədi RPİ-nin 5-ci PB-nin rəisinə raportla müraciət edilmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərara əsasən əməliyyat qrupunun üzvləri o və bölmənin sahə rəisi Şahid4 ibarət tərkibdə olmuşdur. Qərar rəis tərəfindən təsdiq edildikdən sonra xx.xx.2024-cü il tarixdə, saat 13:10-da ünvan 2 ünvanında yerləşən mədəni Marif Texnikomunun yataqxanasının yaxınlığında orda məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılmışdır. Sonuncunun üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazılıb polis bölməsinin rəisinə məruzə edilmişdir. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi təhqiqatçı Arif Qarayevə həvalə edilərək bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə şübhəli şəxsin hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, təhqiqatçı tərəfindən hal şahidlərinə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq Təqsirləndirilən şəxs üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı sonuncuya üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 08 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək, masanın üzərinə qoymuş və o, bükümlərin içərisində ağ rəngli kristaldan ibarət psixotrop maddə olduğunu bildirmişdir. Həmin maddəni xx.xx.2024-cü il tarixdə, axşam saat 18:00 radələrində yaşadığı yataqxananın yaxınlığında ağacın dibindən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılmış, başqa qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 08 ədəd ayrı-ayrı bükümlərdə olan həmin maddələr kağız zərfə qablaşdırılıb Binəqədi RPİ-nin 5-ci PB-də DİN-nin 174 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan onlar tərəfindən sonuncuya qarşı hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 08 ədəd bükümü çıxarıb təqdim edərək, masanın üzərinə qoymuş və o, bükümlərin içərisində ağ rəngli kristaldan ibarət psixotrop maddə olduğunu bildirmişdir. Həmin maddəni xx.xx.2024-cü il tarixdə, axşam saat 18:00 radələrində yaşadığı yataqxananın yaxınlığında ağacın dibindən tapdığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılmış, başqa qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 08 ədəd ayrıayrı bükümlərdə olan həmin maddələr kağız zərfə qablaşdırılıb Binəqədi RPİ-nin 5-ci PBdə DİN-nin 174 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan onlar tərəfindən sonuncuya qarşı hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 14:15 radələrində o, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin qarşısından keçib işə gedən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları onu saxlayıb baxış keçirilməsi istintaq hərəkətində hal şahidi qismində iştirak etməsini təklif etmişlər. Sonuncu da razılıq verərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ –yə gəlmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuşdur. Otaqda həmin zaman şübhəli şəxs, polis əməkdaşları və 1 nəfər də mülki geyimdə olan şəxs olmuşdur. Xidməti otaqda bir nəfər şübhəli şəxs özünün xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl həmin şəxsə hüquq və vəzifələri izah olunmuş və üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 8 büküm təqdim etmiş və həmin bükümlər açıldıqda içərisində ağ rəngli maddə aşkar olunmuşdur. Bundan sonra bu barədə sənədləşmə aparılmış, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi 8 ədəd bükümlərdə olan ağ maddənin nə olduğu, haradan, neçə manata və nə məqsədlə əldə etməsi barədə suallar vermişdir. Sonuncu da həmin bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni 8 may 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədov küçəsində 19 saylı evin qarşısındakı ağacın dibindən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar edilmiş maddi sübutu ekspertiza edilməsi üçün 1 ədəd ağ zərfə qoyaraq üzərinə AR DİN-nin möhürü ilə möhürləmiş və bu barədə protokol tərtib olunmuş, protokol tərtib edilərkən ərizə şikayət daxil olmamış, protokol ucadan və aydın oxunmuş, o da imza ilə imzalamışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 14:15 radələrində o, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin qarşısından keçib işə gedən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları onu saxlayıb baxış keçirilməsi istintaq hərəkətində hal şahidi qismində iştirak etməsini təklif etmişlər. Sonuncu da razılıq verərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ –yə gəlmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqların birində ona və digər hal şahidinə hüquq və vəzifələri izah olunmuşdur. Xidməti otaqda bir nəfər şübhəli şəxs özünün xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl həmin şəxsə hüquq və vəzifələri izah olunmuş və üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 8 büküm təqdim etmiş və həmin bükümlər açıldıqda içərisində ağ rəngli maddə aşkar olunmuşdur. Bundan sonra bu barədə sənədləşmə aparılmış, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi 8 ədəd bükümlərdə olan ağ maddənin nə olduğu, haradan, neçə manata və nə məqsədlə əldə etməsi barədə suallar vermişdir. Sonuncu da həmin bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədov küçəsində 19 saylı evin qarşısındakı ağacın dibindən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar edilmiş maddi sübutu ekspertiza edilməsi üçün 1 ədəd ağ zərfə qoyaraq üzərinə AR DİN-nin möhürü ilə möhürləmiş və bu barədə protokol tərtib olunmuş, protokol tərtib edilərkən ərizə şikayət daxil olmamış, protokol ucadan və aydın oxunmuş, o da imza ilə imzalamışdır. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış keçirilən zaman xidməti otaqda şübhəli şəxs, polis əməkdaşları və 1 nəfər də polis əməkdaşı və ya başqa şəxs olmasını xatırlamadığı mülki geyimdə olan şəxs olmuşdur və axtarış keçirilən bütün müddət ərzində xidməti otaqda olmuş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsirin olmasını müşahidə etməmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin qarşısından keçən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları bir nəfər şəxsi saxlayıb üzərində baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini bildirmişlər. O, etiraz etmədən razılıq vermiş, polis əməkdaşları Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqların birində ona və digər hal şahidinə hüquq və vəzifələrini başa salmışlar. Xidməti otaqda bir nəfər şübhəli şəxs özünü xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları həmin şəxsin üzərinə şəxsi axtarış keçirərkən onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bükümlər aşkar edilmişdir. Həmin bükülülər açıldıqda içərisində ağ rəngli maddə aşkar olunmuşdur. Bundan sonra bu barədə sənədləşmə aparılmış, polis əməkdaşları Təqsirləndirilən şəxs sual verdikdə ki, üzərindən aşkar edilmiş təxminən 9 ədəd sellofana bükülmüş bükülülərdə olan ağ maddə nədir və haradan neçə manata nə məqsədlə əldə etmişdir, o, etiraf edərək bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bükülülərdə olan psixotrop maddə metamfetamindir. xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ş.məmmədov küçəsində 19 saylı evin qarşısındakı ağacın dibindən tapmışdır. Bundan sonra polis əməkdaşları aşkar edilmiş maddi sübutu ekspertiza edilməsi üçün 1 ədəd ağ zərfə qoyaraq üzərinə AR DİN-nin möhürü ilə möhürlədilər və bu barədə protokol tərtib olundu, protokol tərtib edilərkən şəxsin, eləcə də onun ərizə və ya şikayəti olmamışdır, protokol ucadan və aydın oxunmuş, o da protokolu imzalamışdır. Məhkəmə iclasında şahid R.Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:15 radələrində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin qarşısından keçən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları bir nəfər şəxsi saxlayıb üzərində baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini ona bildirmişlər. O, etiraz etmədən razılıq vermiş və polis əməkdaşları Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqların birində ona və digər hal şahidinə hüquq və vəzifələrini başa salmışlar. Xidməti otaqda bir nəfər şübhəli şəxs özünü 29 avqust 1992-ci ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildirmiş. Polis əməkdaşları həmin şəxsin üzərinə şəxsi axtarış keçirərkən onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən ayrı-ayrılıqda çəkiləri 1.02 qram, 1.04 qram, 1.02 qram, 1 qram, 1.08 qram. 0.42 qram, 0.89 qram, ümumi çəkisi 7.36 qram olan 8 ədəd bükümlər aşkar etdi. Həmin bükülülər açıldıqda içərisində ağ rəngli maddə aşkar olunmuşdur. Bundan sonra bu barədə sənədləşmə aparılmış, polis əməkdaşları Təqsirləndirilən şəxs sual verdikdə ki, onun üzərindən aşkar edilmiş 8 ədəd sellofana bükülmüş bükülülərdə olan ağ maddə nədir və haradan neçə manata, nə məqsədlə əldə etmişdir, o, etiraf edərək bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bükülülərdə olan psixotrop maddə metamfetamindir. 8 may 2024cü il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ş.məmmədov küçəsində 19 saylı evin qarşısındakı ağacın dibindən tapmışdır. Bundan sonra polis əməkdaşları aşkar edilmiş maddi sübutu ekspertiza edilməsi üçün 1 ədəd ağ zərfə qoyaraq üzərinə AR DİN-nin möhürü ilə möhürləmişlər və bu barədə protokol tərtib olunmuş, protokol tərtib edilərkən Təqsirləndirilən şəxs, eləcə də digər hal şahidi ilə onun ərizə və ya şikayəti olmamış, protokol ucadan və aydın oxunmuş, o da protokolu imzalamışdır. Məhkəmə iclasında R.Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış keçirilən bütün müddət ərzində xidməti otaqda olmuş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsirin olmasını müşahidə etməmişdir. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 106-112-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 171-174-cü vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün yəni, xx.xx.2024-cü il müddətinədək uzadılmışdır. Cinayət işinin 187-188-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 44-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2629 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174» dairəvi möhür əksi, «...Təqsirləndirilən şəxs...» yazısı və imzalar olan zərfdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,957 qram, 0,934 qram, 0,904 qram, 0,388 qram, 0,948 qram, 1,029 qram, 0,819 qram, 0,947 qram, ümumi təmiz çəkiləri 6.926 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 6.926 qram, tədqiqata sərf edildi -0.16 qr, qalıq– 6.766 qram. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 4128 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs halhazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 131-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1825 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də sonuncu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sonuncunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 136-140-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 6.766 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 177.2.1, 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək ona 2500 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin olunmuş cərimə cəzası 01 il 06 ay islah işləri cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzanın alan hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən təyin olunmuş islah işləri cəzasından azad edilmişdir. Bununla da, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetaminin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş metamfetaminin külli miqdarda olması və 8 ədəd bükümdə olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə olan metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək ibtidai istintaqın ilkin mərhələsində onun üzərində tapılmış psixotrop maddə olan metamfetamini - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, özünün təqsirsiz olmasına dair ifadə verməmiş, yalnız təqdim olunmuş prosessual sənədləri imza etməkdən imtina etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 6,766 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının və hal şahidlərinin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan maddənin satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sonuncunun metamfetaminin aidiyyəti barədə məlumatı əldə etmiş və həmin maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetaminin satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız 8 bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən ona məxsus kimi rəsmiləşdirilməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Bununla da məhkəmə qeyd olunan xüsusatları nəzərə almaqla belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrini və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, sonuncunun əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin çəkisini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4128 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onu bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 6,766 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclaslarında sədrlik edənin göstərişlərinə və ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kobud və nalayiq ifadələrlə, həmçinin digər vulqar sözlərlə məhkəmə tərkibini, digər proses iştirakçılarını, dövlət hakimiyyət nümayəndələrini və vəzifəli şəxslərini təhqir etmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 46.4-cü maddəsinə əsasən cinayət təqibini istisna edən halların mövcudluğu istisna edilməklə, məhkəmə iclasında sədrlik edən ədalət mühakiməsi əleyhinə olan hər hansı cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna prokurorun diqqətini cəlb etdikdə, prokuror bununla bağlı dərhal cinayət işi başlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 46.4 və 207-ci maddələrinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə hörmətsizlik edilmə cinayətinin törədilməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməli və müvafiq qanuni tədbirlərin görülməsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2024-cü il tarixdən hesablansın. Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 6,766 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 46.4 və 207-ci maddələrinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə hörmətsizlik edilmə cinayətinin törədilməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilsin və müvafiq qanuni tədbirlərin görülməsi təmin edilsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar