Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-224/2021 05.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5“A”, mənzil 73-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 26, mənzil 31-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd bükümdə təmiz çəkisi 19,848 qram qəhvəyi rəngli tozşəkilli külli miqdarda olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,968 qram, 0,615 qram, 5,187 qram ümumi təmiz çəkisi 6,770 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini əldə edib, bir ədəd selofan bükümdə əynindəki qara rəngli gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, axşam saat 22 radələrində, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı ünvan 1 ünvanın qarşısında, “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibində həmin bir ədəd bükümdə təmiz çəkisi 19,848 qram qəhvəyi rəngli tozşəkilli külli miqdarda olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,968 qram, 0,615 qram, 5,187 qram ümumi təmiz çəkisi 6,770 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu Elçin Əzizov küçəsində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edən zaman, ona iki nəfər mülki geyimdə özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdikləri şəxslər yaxınlaşıb vəsiqələrini təqdim edərək, onu keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Sonra Baş İdarədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilməklə hüquqlarını müdafiə etmək üçün vəkil iəqdim edilmiş, o, narkotik vasitələrin saxlamasında və daşımasında şübhəli bilindiyindən, şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla vəkilinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet olub-olmamasını soruşulmuş, bu zaman o, üzərində qara rəngli gödəkçənin sağ yan cibində gəzdirdiyi bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmin büküm içərisində olan bir ədəd bükümdə narkotik vasitə heroin, üç bükümdə isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərinlə oian özünə məxsus 050-747-'İ 3-i3 saylı nömrə ilə istifadə etdiyi "Samsung A10" markalı mobil telefon, pul qabı, pul qabının içində 70 manat pul aşkar olunmuşdur. Sonra onun üzərində aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələr elektron tərəzidə çəkildikdə, bir ədəd bükümdəki heroinə oxşar maddənin çəkisi 20,24 qram, üç ədəd bükümdəki metamfetamİnə oxşar kütlənin ümumi çəkisi 0,95 qram olması müəyyən edilmiş, həmin maddələr olan bükümlər zərfə qoyulub möhürlənmişdir. Sonra təhqiqatçı tərəfindən bir ədəd “Samsung” markalı mobil telefon ısə iş üzrə əhəmiyyət kəsb etdiyindən protokolla götürülmüş, üzərindən aşkar edilmiş 70 manat pul və bir ədəd pul qabı və bir ədəd alışqan geri ona qaytarılmışdır. Sonra sorğular zamanı o, “Socar” YDMnin yaxınlığında üzdən tanıdığı "Caqa" ləqəbli şəxsdən şəxsi istifadəsi üçün pulu olmadığından nisyə almasını, əvvəllər də "Caqa"-dan heroin və metamfetamin adlığı üçün borclu qaldığını və həmin maddələr müqabilində sonralar təxminən 500 manat pul verəcəyini bildirmişdir. Etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Bəhrəm oğlu ifadəsində göstərmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 26,mənzil 31 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroini mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu ərazısində üzərində gəzdirərək saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün xx xxxx 2020-ci il tarixdə, DİN-nin BNMİnin rəisi polis polkovniki İslam Hümbətov tərəfindən onun rəhbəliyi ilə və Baş İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupunun yaradılması barədə əmr imzalamış, həmin əmr əsasında onun tərəfindən eyni tərkibdə əməliyyatqrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar Baş İdarənin rəisi tərəfindən təsdiq edilmişdir. Sonra onun rəhbərlik etdiyi əməliyyat qrupu xx xxxx 2020-ci il tarixdə, axşam saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında, Elçin Əzizov küçəsi 54 saylı ünvanın qarşısında, zahiri görünüşü əvvəlcədən əməliyyat qrupuna məlum olan Təqsirləndirilən şəxs müəyyən edib yaxalanılmış, həmin şəxs özünü Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5 “A” mənzil 73-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 26, mənzil 31-də kirayədə yaşayan, xx xxxxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını təsdiq etmiş, bu zaman o, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə məşğul olmaqda şübhə edilməsi və bununla bağlı əməliyyat tədbiri keçirilməsini bildirib, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, sonuncu etiraz etmədən BNMİ-nin inzibati binasına gəlmişdir. Baş İdarədə o, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə etmiş, fakla bağlı müvafiq araşdırma və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkillə təmin edilmiş,Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla, hüquq və vəzifələri izah etmiş, sonra isə əməliyyat-axtarış tədbirinin iştirakçılarının əməliyyat müvəkkili Şahid2 və X2 növbətçi köməkçisi polis serjantı Təcəddin Ağayevin, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İlqar Musayevin iştirakları ilə videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılmasına dair qərarla sonuncunu və müdafiəçi İ.Musayevi tanış edilmiş, Təqsirləndirilən şəxs təkrar hüquq və vəzifələrini izah etməklə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofanı təqdim etmiş, həmin bir ədəd selofan büküm açıldıqda içərisində heroinə bənzər kütlə və üç ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən bir ədəd işlənmiş “Samsung A10" markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd pul qabı və pul qabının içərisində 70 manat pul aşkar edilmişdir. Təhqiqatçı Şahid4 bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə oxşar maddəni elektron tərəzidə çəkdikdə 20,24 qram olması, üç ədəd şəffaf selofan paketdə olan metamfetaminə bənzər kütlələri çəkdikdə ümumi çəkisi 6,95 qram olması müəyyən edilmiş,həmin narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələr olan dörd ədəd büküm çəkildikdən sonra zərfə qoyulub möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 70 manat pul və bir ədəd pul qabı təhqiqatçı tərəfindən özünə geri qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd işlənmiş “Samsung A10" markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğular zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdəki heroinə oxşar maddəni və üç büküm metamfetaminə oxşar maddələrin özünə məxsus olmasını, aşkar edilmiş kütlələri həmin günü yəni xx xxxx 2020-ci il tarixdə, Bakı şəhərində “Caqa” ləqəbi ilə tanıdığı şəxsdən təxminən cəmi 450-500 manata verəcəyi vədi ilə almasını bildirmişdir. Sonra narkotik maddələrə oxşar kütlələrin və mobil telefonun götürülməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunmuş, protokolun düzgünlüyü Təqsirləndirilən şəxs, müdafiəçisi, onun və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 Bəhrəm oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsi tədqiq edilmişdir. O, şahidlər Şahid1 Bəhrəm oğlu və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların göstərdikləri xüsusatları özünə aid olan hissədə təsdiq etmişdir. Məhkəmədə Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildrmişdir ki, xx xxxx 2020-ci il tarixdə, o, Baş İdarədə xidmətdə olarkən, Baş İdarənin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 26, mənzil 31-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik tərkibli maddələrin qanunsuz əldə edib üzərində gəzdirməsi və istifadə etməsi barədə əldə etdikləri əməliyyat məlumatı əsasında, Baş İdarə rəisinin təsdiq etdiyi qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Sal-manov şübhəli şəxs kimi saxlanılıb İdarəyə gətirilərək rəhbərliyə raportla məruzə edilmişdir. Baş İdarənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, faktla bağlı müvafiq material toplanması qərar qəbul edilməsi İdarənin rəisi tərəfindən ona həvalə edilmiş, xidməti otaqların birində orada şəxsiyyəti Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5“A”, mənzil 73-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 26, mənzil 31-də kirayədə yaşayan, xx xxxxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş şəxsə hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edib təqdim etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Sonra Təqsirləndirilən şəxs, vəkili və digər əməkdaşların iştirakları ilə “Samsung galaxy" markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etmiş, üzərinə şəxsi axtarış aparılmasına dair tərəfindən qəbul edilmiş qərarla sonuncunu və vəkilini tanış etmiş, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofanı bükümü çıxarıb təqdim etmiş, həmin bir ədəd selofan büküm onun tərəfindən açıldıqda içərisində heroinə bənzər kütlə və üç ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Sonra o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı davam etdirərkən, üzərindən bir ədəd işlənmiş “Samsung A10" markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd pul qabı və pul qabının içərisində 70 manat pul aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə oxşar maddəni elektron tərəzidə çəkdikdə 20,24 qram olması, üç ədəd şəffaf selofan paketdə olan metamfetaminə bənzər kütləni çəkdikdə ümumi çəkisi 6,95 qram olması müəyyən edilmiş, həmin narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələr olan dörd ədəd büküm çəkildikdən sonra onun tərəfindən zərfə qoyulub möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Sonra o, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 70 manat pulu və bir ədəd pul qabını özünə geri qaytarmış, bir ədəd işlənmiş “Samsung A101' markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra onun tərəfindən Təqsirləndirilən şəxs sorğular aparılarkən, sonuncu üzərindən aşkar edilmiş bir ədəd bükümdəki heroinə oxşar maddənin və üç büküm metamfetaminə oxşar maddələrin özünə məxsus olmasını, aşkar edilmiş kütlələri həmin günü yəni xx xxxx 2020-ci il tarixdə, Bakı şəhərində “Caqa” ləqəbli şəxsdən təxminən 450-500 manat pul verəcəyi vədi ilə almasını bildirərək bu barədə izahat vermişdir. Cinayət işinin 47-ci vərəqində olan xx xxxx 2020-cİ il tarixli “CD" diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxarıb bir ədəd şəffaf selofan torba təqdim etmiş, həmin torba açıldıqda içərisində olan dörd ədəd büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümlərdən, bir ədəd şəffaf selofan bükümün içərisində narkotik vasitə heroin olmasını, digər üç ədəd bükümdə isə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Məhkəmə iclasında istintaq materiallarına əlavə edilmiş həmin diskə baxış keçirilmiş və videogörüntülərin işin hallarına uyğun olduğu müəyyən olunmuşdur. Cinayət işinin 40-45-ci vərəqlərində olan iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/220 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...’’sözləri olan kağız paketdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,968 qr., 0,615 qr., 5,187 qr., ümumi təmiz çəkisi 6,770 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 19,848 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 141-143-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 713 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 144-145-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1688 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 151-157-ci vərəqlərində olan protokoldan görünür ki, iş üzrə ilkin təhqiqat zamanı xx xxxx 2020-ci İl tarixdə Təqsirləndirilən şəxs üzərınə şəxsi axtarış və götürmə aparılan zamanı çəkilmiş video görüntülər köçürülmüş bir ədəd “DVD” formatlı “CD” diski iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 136-137-ci vərəqlərində olan protokoldan görünür ki, ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, bir ədəd bükümdə təmiz çəkisi 19,848 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,968 qram, 0,615 qram, 5,187 qram ümumi təmiz çəkisi 6,770 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 19,798 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq qalmış ümumi təmiz şəkisi 6,680 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd möhürlənmiş zərf saxlanması üçün Bakı şəhəri,Səbail RPİ-yə təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və yuxari həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram ve yuxarı həddə pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20-21 və 158-160-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Hərbi məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 333.1, 333.4, 335.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bu hökm üzrə olan məhkumluğu ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx xxxx 2020-ci il tarixli, 1688 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- saxlanması üçün Bakı şəhəri, Səbail RPİ-yə təhvil verilmiş vət.Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş-bir ədəd bükümdə təmiz çəkisi 19,848 qram olan və ekspertizalar keçirildikdən sonra qalıq qalmış ümumilikdə 19,798 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,968 qram, 0,615 qram, 5,187 qram ümumi təmiz çəkisi 6,770 qram olan və ekspertizalar keçirildikdən sonra qalıq qalmış ümumilikdə 6,680 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, vət.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməli, məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 240 AZN (iki yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - saxlanması üçün Bakı şəhəri, Səbail RPİ-yə təhvil verilmiş vət.Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş-bir ədəd bükümdə təmiz çəkisi 19,848 qram olan və ekspertizalar keçirildikdən sonra qalıq qalmış ümumilikdə 19,798 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,968 qram, 0,615 qram, 5,187 qram ümumi təmiz çəkisi 6,770 qram olan və ekspertizalar keçirildikdən sonra qalıq qalmış ümumilikdə 6,680 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, vət.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin, məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 240 AZN (iki yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov