Məhkəmə qərarları › İş №1(101)-224/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-224/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-224/2022 20.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X5 və X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X11 və Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi ünvanında qeydiyyatda olmaqla Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 66,132 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’in İ siyahısına daxil olan narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə saat 13:00-da yuxarıda qeyd edilən ünvanda etibarnamə ilə idarə etdiyi “Chevrolet Aveo” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 15:16-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sol ön cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümündə ümumilikdə külli miqdarda təmiz çəkisi 66,132 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayır, “X13”nın üzvüdür. 2019-cu ildə yaşadığı ərazi üzrə bələdiyyə seçkilərində öz namizədliyini irəli sürmüşdür. 20 yanvar 2020-ci il tarixində onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıb orada üzv olduğu birlikdən ayrılmağının zəruri olduğu bildirilmişdir. 2020-ci ildən narkomaniyaya qarşı maarifləndirmə işi aparmışdır. 2021-ci ilin aprel ayında bu maarifləndirmə tədbirlərinə görə onun evində 3 dəfə xəbərdarlıq kimi oğurluq hadisəsi olmuşdur. Bu hadisə ilə əlaqədar 102 xidmətinə və sahə müvəkkilinə məlumat vermişdir. Sahə müvəkkilinin dediyinə görə, oğurluq cinayəti mümkündür ki, narkomanlar tərəfindən törədilmişdir. Onun fikrincə, tutulmağının ilk səbəbi onun narkomaniyaya qarşı maarifləndirmə tədbirləri həyata keçirməyi, məktəblərə, bağçalara və müxtəlif yerlərə narkomaniyaya qarşı posterlər yapışdırmağı olmuşdur. Saxlanıldığı gün dostunu sənədlə bağlı olaraq Nərimanov rayonu ərazisində olan “X20”nə aparmış, dostunu maşında gözləyən zaman maşınının pəncərəsi açıq və onun əli çöldə olmuşdur. Birdən kimsə onun əlindən tutub “çıx çölə” demişdir. O, ilk öncə bunun narkoman birisi olduğunu düşünmüş və müqavimət göstərmək istəmişdir. Həmin şəxs ona polis olduğunu bildirdikdə o, müqavimət göstərməmişdir. Polis işçiləri onu öz maşınına arxa oturacağa mindirərək və onu döyərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə ona qarşı təzyiq və təhqirlər etməklə cinayəti boynuna götürməyini, əks halda ona qarşı təhqiredici hərəkətləri davam etdirəcəklərini demişlər. O da məcbur olaraq polis əməkdaşlarının dediyi kimi etmişdir. İdarədə, səhv etmirsə, Elnur adlı rəis müavini olan şəxs çəkməcədən narkotik vasitəni çıxardıb stolun üstünə qoymuş və “əgər bunu götürməsən, yanına silah da qoyacam” demişdir. O da təzyiqlərə məruz qalmamaq və ailəsini qorumaq üçün Elnurun dediyi kimi etmişdir. İdarədə 2 dəfə videoçəkiliş olmuşdur. Birincisində ona çəkiliş zamanı narkotik vasitə tiryəki Ceyranbatan ərazisində tapdığını bildirməsi deyilmişdir. O, tiryək sözünü unutduğu üçün çəkiliş dayandırılmış və onu rəisin yanına aparmışlar. Rəis gedib yenidən çəkiliş etməyi, bu dəfə çəkiliş zamanı tiryəki Əli adlı şəxsdən aldığını bildirməyi tapşırmışdır. Əli adı müqəddəs ad olduğuna görə o, tiryəki Ruslan adlı şəxsdən aldığını bildirmişdir. Onu saxladıqdan sonra Ceyranbatan ərazisində yaşayanlar imza aksiyası keçirərək və müvafiq orqanlara müraciət edərək onun bu işlərlə məşğul olmadığını və azad olunmasını xahiş etmişlər. Onun narkotikdən anlayışı yoxdur. Hətta narkotik vasitənin necə qəbul edildiyini də bilmir. O, həyata keçirdiyi maarifləndirmə tədbirlərindən peşman deyil, lakin azadlığa çıxandan sonra bu işlə məşğul olmayacaq və Azərbaycan Respublikası vətəndaşlığından imtina edəcək. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, saxlanılan zaman saxlanıldığı yerdə üzərinə baxış keçirilməmiş, əməliyyatçı onu maşının arxa oturacağına keçirib başını aşağı əymiş və boynuna və belinə zərbə endirmişdir. Maşının qabaq oturacağında oturan şəxs isə onu təhqir etmişdir. Onu idarədə də dubinka ilə vurmuşlar, ona psixi təzyiqlər edilmiş, qardaşını da oraya gətirməklə hədələmişlər. Ona qarşı olan təzyiqlərə görə vəkili prokurorluğa müraciət etmişdir. Hələ saxlanılmamışdan əvvəl, 20 yanvar 2020-ci ildə Cəfər adlı şəxs onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmış və səbəb olaraq onun “X13”nın üzv olmağını bildirmişdir. Orada ondan bələdiyyə seçkilərində nə üçün üzv olduğu və nə qədər səs topladığı soruşulmuş, daha sonra onun “X13”nın üzvlüyündən çıxmağı, əks halda ikinci dəfə İdarəyə gələcəyi və nəticənin pis olacağını bildirilmişdir. Videoçəkiliş keçirilməmişdən əvvəl onun cibinə narkotik vasitə qoyulmuş, deyəcəyi ifadə bildirilmiş, daha sonra vəkil dəvət edilmişdir. Videoçəkilişdə onu idarəyə gətirən əməliyyatçılar, təhqiqatçı və vəkil iştirak etmişlər. Onun üzərində qanunsuz bir şey aşkar olunmamışdır. Həmçinin telefonunda narkotiklə bağlı bir şey aşkar olunmamışdır. Hətta o, narkotik vasitə istifadə etmədiyi halda ekspertlə danışdıqdan sonra ona nə vaxtsa tiryək qəbul etdiyi bildirilmişdir. Lakin o, narkotik vasitədən istifadə etməmişdir. Videoçəkiliş zamanı Ruslan adlı şəxsdən tiryəkə görə 150 manat pul ödədiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 daxil edilmislər. 07 iyul 2021-ci il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 13:00-da Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 225 ünvanının yaxınlığında “Chevrolet Aveo” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, sonuncu, barəsində qəbul edilmiş qərarla tanış edilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Baş İdarəyə gəlmiş, Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Rüstəm Diniyev tərəfindən videoşəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli cins şalvarın ciblərindən 01 ədəd mobil telefonu, avtomobil açarını, pul vəsaitini və 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqdim edilmiş 01 ədəd sellofan bükümə baxış keçirildikdə Təqsirləndirilən şəxs həmin bükümün içində narkotik vasitə tiryək olduğunu və bir neçə gün əvvəl Sumqayıt şəhəri ərazisində tanımadığı “Ruslan” adlı şəxsdən 150 manata aldığını, narkotik vasitədən istifadə etdiyini demişdir. Bükümə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində narkotik vasitə olan tiryəkə bənzər maddənin olduğu məlum olmuşdur. Bundan sonra təqdim edilmiş 01 ədəd mobil telefona baxış zamanı onun qara rəngli koburada qara rəngli “Samsung A11” markalı mobil telefon olduğu müəyyən edilmiş və həmin telefon gələcəkdə sübut əhəmiyyəti kəsb edə bilməsi nəzərə alınaraq götürülmüşdür. Təqdim edilmiş pul vəsaiti Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobil açarının idarə etdiyi “Chevrolet Aveo” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğunu bildirmiş və şifahi sorğu zamanı avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını, həmçinin avtomobilə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış və ona məxsus olan **-OH-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Aveo” markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə və psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələrin olub-olmadığı soruşulmuş və Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir qanunsuz əşya olmadığını qeyd etmişdir. Avtomobilə baxış zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı avtomobildən yalnız Təqsirləndirilən şəxs məxsus etibarnamə aşkar edilərək götürülmüşdür. Bundan sonra həm Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, həm də avtomobilinə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş və həmin protokollar bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması öz əksini tapmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqda yerində şərait əlverişli olmadığına, yəni adamların çox olmasına görə üzərinə saxladıldığı yerdə baxış keçirilməmiş, saxlanıldıqdan 15 dəqiqə sonra idarəyə gətirilmiş, sonuncu saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Şahid2 məhkəmədə verilən əlavə suallara cavab olaraq, maşında Təqsirləndirilən şəxs əllərinin qandallamadığını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və psixi təsir olunmadığını, həmçinin ailəsi ilə təhdid edilmədiyini bildirdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoyulmamış, işlədiyi idarədə Elnur adlı rəis müavini yoxdur, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan 07.07.2021-ci il tarixli, ***-**** saylı raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Razi" adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eləcə də satışı ilə məşğul olması bildirilir. Həmin məlumat əsasında "Razi" adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması bilinmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 07.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07.07.2021-ci il tarixli, 007- 9008-1221 saylı raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edilməsi, saxlanması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, 07.07.2021-ci il tarixdə saat 13:00-da Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 225 ünvanının yaxınlığında idarə etdiyi “Chevrolet Aveo” markalı **-OH- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, həmin vaxt üzərində şəxsi axtarış aparılmasına, eləcə də avtomobilinə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, polis əməkdaşlarının müşayiəti altında saxlandığı yerdən idarə etdiyi avtomobili ilə birlikdə Baş idarəyə gətirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 07.07.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:40 dəqiqədə cinayət törətməkdə şübhəli şəxs kimi tutulduqdan sonra təhqiqatçının şəxsi axtarış və götürmə aparılması haqqında 07.07.2021-ci il tarixli qərarı əsasında həmin gün saat 15:16-dan etibarən müdafiəçinin iştirakı ilə vidoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd mobil telefon, sağ ön cibindan avtomobil açarı və pul vəsaiti, habelə həmin şalvarın sol ön cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirildikdə o, həmin bükümün içində narkotik vasitə tiryək olduğunu, tiryəki bir neçə gün əvvəl Sumqayıt şəhəri ərazisində tanımadığı “Ruslan” adlı şəxsdən 150 manata aldığını, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bükümə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində narkotik vasitə olan tiryəkə bənzər maddənin olduğu məlum olmuşdur. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı onun qara rəngli koburada qara rəngli "Samsung A11" markalı mobil telefon olduğu müəyyən edilmiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmişdir. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirilmiş və pullar 2 ədəd 10 manatlıq və 3 ədəd 1 manatlıq əskinas olmaqla, ümumi məbləğinin 23 manat olduğu müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarılmışdır. Bundan sonra şübhəli şəxs təqdim etdiyi avtomobil açarının onun idarə etdiyi "Chevrolet Aveo" markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğunu, şifahi sorğu zamanı avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olub-olmaması soruşulduqda avtomobildə qanunsuz əşya və ya predmet olmadığını, həmçinin avtomobilə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddə olan büküm və 01 ədəd mobil telefon müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 33-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təhqiqatçının avtomobilə baxış keçirilməsi haqqında 07.07.2021-ci il tarixli qərarı əsasında şəxsi avtomobilə baxış keçirilməsi haqqında 07.07.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, həmin gün saat 15:39-dan etibarən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan “Chevrolet Aveo” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə vidoçəkiliş aparılmaqla baxış keçirilmiş, müəyyən edilmişdir ki, avtomobil ümumilikdə qara rənglidir. İlk olaraq avtomobilin ön tərəfində baxış keçirilməsi başlanılmış, şübhəli şəxsdən baxış keçirilməsi üçün təkrarən icazə istənilmiş və etiraz daxil olmadıqdan sonra Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə və psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələrin olub-olmadığı soruşulmuş, bundan sonra şübhəli şəxs avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Avtomobilə baxış zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmiş, avtomobildən yalnız şübhəli şəxsə verilmiş etibarnamə götürülmüşdür (cild 1, iş vərəqi 40-43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 2077 №-li aktından görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə saat 10:01-də narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş, Təqsirləndirilən şəxs sidiyində Opi aşkar edilmiş, MET, Amp, MTD, TUC, B70, TCA, TML aşkar edilməmişdir (cild 1, iş vərəqi 112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08.07.2021-ci il tarixli, 6/2717 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 66,132 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 55- 58). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09.08.2021-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01.02.2021-ci il tarixdən 07.07.2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair "xxxx" MMC-dən əldə edilmiş məlumatlara baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 159-161). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi barədə 12.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A11” markalı mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenli, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində səs tənzimi düymələrinin və ekranı kilidləmə düyməsinin, həmçinin üzərində qara rəngli koburanın olması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 162). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ibtidai istintaq orqanının 03.08.2021-ci il tarixli, 007-10064-1221 saylı əməliyyat tapşırığına cavab olaraq verilmiş 15.09.2021-ci il tarixli, 007-111820-1221 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə tiryəki onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Sumqayıt şəhərində aldığı “Ruslan” adlı şəxsin müəyyən edilməsi, həmçinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 196). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X14 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 26.07.2021-ci il tarixli, 2031/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu “heroin” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 1, iş vərəqi 167-169). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 23.08.2021-ci il tarixli, 3023 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 170-171). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X4” X14 daxil olmuş ambulator məhkəmə-psixatrik ekspertizasının 24.08.2021-ci il tarixli, 1900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin, hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 173-174). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X4” X14 daxil olmuş təkrar ambulator məhkəmə-psixatrik ekspertizasının 27.12.2021-ci il tarixli, 3902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl anlaqlı olub-olmamasını müəyyən etmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (cild 2, iş vərəqi 95-98). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X4” X14 daxil olmuş ambulator məhkəmə-psixatrik ekspertizasının 12.03.2022-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini tərədərkən hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlaməti aşkar olunmur. Hal-hazırda o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 106-111). İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqinin 15.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təyziq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə aparılan araşdırma zamanı həmin idarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 198-201). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut hesab edilməsi haqqında 09.07.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 66,032 qram olan narkotik vasitə tiryək maddi sübut hesab edlmiş və saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 119-121). İşdə olan olan sübutların qiymətləndirilməsi haqqında 16.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı aparılmiş videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 202-216). İşdə olan 30.12.2020-ci il tarixdə verilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X2 Razi Karrar oğluna, 26.08.2017-ci ildə verilmiş AC965865 nömrəli şəhadətnaməyə malik olan, 2014-ci il buraxılış ilinə mənsub olan, A14XER ********** mühərrikli, KL1TF69FJEB683587 banlı, **-OH-*** nömrə nişanlı “Chevrolet Aveo” minik avtomobilini idarə etmək səlahiyyətini vermişdir (cild 1, iş vərəqi 47). İş materiallarına əlavə edilmiş ərizə və qəbzdən görünür ki, “Chevrolet Aveo” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs yazılı razılığı ilə 15.07.2021-ci il tarixdə onun qardaşı X8 təhvil verilmişdir (cild 1, iş vərəqi 141-142). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 125). İşdə olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin 16.07.2021-ci il tarixdə verdiyi xasiyyətnamədən və arayışdan görünür ki, Hümbətov X6 qəsəbəsi, Yeni Məhəllə ünvanında yaşayır, haqqında qonşulardan və ya qəsəbə sakinlərindən İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyə hər hansı bir şikayət və ya müraciət daxil olmamışdır (cild 1, iş vərəqi 150-153). İşdə olan cinayət işinin materiallarından başqa material ayrılması haqqında 16.09.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarindan narkotik vasitə tiryəkin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır (cild 1, iş vərəqi 219-220). İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Chevrolet Aveo” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair bir ədəd etibarnamə və "Samsung A11" markalı mobil telefon kobura ilə birlikdə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması üçün onun müdafiəçisi Müdafiəçi1 təhvil verilmişdir (cild 1, iş vərəqi 224). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən tiryəkin 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və təhdid edildiyi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, Baş İdarədə üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynindəki tünd göy rəngli cins şalvarının sol ön cibindən 01 ədəd sellofan bükümündə narkotik vasitə tiryəki çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Lakin sonradan ifadələrini dəyişərək həmin narkotik vasitənin ona aid olmadığını bildirmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və təhdid edildiyi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadə verdiyini bildirmiş, bununla bağlı prokurorluq orqanlarına şikayət etmişdir. Qeyd edilən şikayətlə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təyziq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı öz təsdiqini tapmadığına görə həmin idarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tirəkin çəkisi şəxsi istehlak miqdarından dəfələrlə artıqdır (66,132 qram/0,5 qrama=132,264 dəfə). Həmin hal və iş üzrə toplanmış bütün sübutların məcmusu müqayisəli şəkildə və hərtərəfli təhlil olunaraq, məhkəməyə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəki əldə etməsi, daşıması və saxlaması, kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə, ev dustaqlığında saxlandığı və məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 08 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 106-110, 135-139). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 07 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 66,032 qram olan narkotik vasitə tiryək məhv edilməlidir. İş üzrə digər maddi sübutlar, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 66,032 qram olan narkotik vasitə tiryək məhv edilsin. İş üzrə digər maddi sübutlar - Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və şəxsi axtarış və götürmə videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar