Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-224/2023 18.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanliq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 19 aprel 2022-ci il tarixdə saat 21:15 radələrində ictimai yer olan ünvan 3 ünvanında yolun kənarındakı səki ilə telefonuna baxa-baxa piyada hərəkətdə olarkən həmin səki ilə onunla əks istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs yanından keçərkən çiyin nahiyəsi ilə sonuncuya toxunması ilə əlaqədar Zərərçəkmiş şəxs ona haqlı olaraq hərəkətləri nəticəsində avtomobil yoluna yıxılacağını və yola baxmalı olduğunu bildirməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini, etinasızlığını göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs yaxasından tutub yerə yıxmaqla əlbəyaxa olmuş, sonra isə qərəzli hərəkətlərini davam etdirib üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağını silah qismində istifadə etməklə həmin bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyyəsindən iki dəfə vuraraq sonuncuya insan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarnın ön divarının daxilə (periton boşluğuna) nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə nəticələnən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, gövdənin sol yarısının hematoması, qarnın ön, sağ diz oynağının və sağ baldırın ön səthlərinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş və xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə “Bravo market”in yaxınlığında yerləşən mənzildə kirayədə yaşamışdır, çünki həbs olunacağını bilmiş, bu səbəbdən qeydiyyatda olduğu ünvana getməmişdir. O, 21 gün idi ki, Almaniyadan Bakıya gəlmiş, həbs olunacağını bildiyi üçün bacardığı qədər özünü qorumağa çalışmışdır. 19 aprel 2022-ci il tarixdə axşam evə getmiş, mobil telefonu ilə həyat yoldaşı ilə danışmışdır. Həyat yoldaşı ona məsaj göndərərək “ehtiyatlı ol, gələndə sok al” yazmışdır. Həmin vaxt onunla üzbəüz gələn tanımadığı şəxs qışqıraraq anidən onun yaxasından yapışmış və ona güc tətbiq edərək səkidən yolun kənarına atmışdır. Başa düşmüşdür ki, bu iş quramadır. O, yerə yıxılmış və sol əlini özünə dayaq etmişdir ki, yerə dəyməsin, həmin şəxs də onun üzərinə yıxılmışdır. Onların arasında heç bir dialoq da olmamışdır. Həmin vaxt o, qaçmağa və "Polis" deyə qışqırmağa başlamışdır. Arxaya döndükdə həmin şəxsin onun arxasınca qaçdığını görmüşdür. Həmin anda "Bravo market" tərəfdən gələn və orada olan ağacların yanından 5-6 nəfər çıxaraq onu tutmuşdur. Onlardan biri gödəkçəsinin sol qolundan, digəri sağ qolundan, biri isə gödəkçənin boyun hissəsindən yapışmışdır. Bu vaxt həmin şəxslərdən birinin onun gödəkçəsinin sağ cibinə nəsə qoyduğunu görmüş, qolunu həmin şəxsin əlindən çıxarıb cibinə saldıqda cibində ona aid olmayan bıçaq olduğunu görmüş və bıçağı çıxarıb ağacların dibinə tullamışdır. Daha sonra digər bir şəxs bıçağı götürüb onun şalvarının sol cibinə qoyub “bu sənə aiddir” deyə bildirmişdir. O, Polis Şöbəsinə aparılmış, orada ona fiziki təzyiqlər göstərilmişdir. Onu sillə, təpik və yumruqla vurmuşlar və cibində olan əşyaları, o cümlədən sol cibinə polis tərəfindən qoyulmuş bıçağı növbətçiyə təhvil vermişdir. Həmin vaxt pul kisəsindən 150 manat pul da götürülmüşdür. Daha sonra onu yuxarı mərtəbəyə qaldırmışlar. Bir qədər sonra aşağı düşdükdə onlardan "rəis" deyə səslədikləri şəxs bildirmişdir ki, “həmin əşyaları yenidən cibinə yığ və təhvil ver”. O, bıçağın ona aid olmadığını bildirmiş, amma yenə də bıçağı cibindən çıxarıb təhvil verməyini tələb etmişlər. Buna görə də o, məcbur olub həmin əşyaları cibinə, bıçağı isə şalvarının sol cibinə qoyub yenidən çıxarıb təhvil vermişdir. Daha sonra bu barədə akt tərtib edilmişdir. Bu cinayət işi onun siyasi fəaliyyəti ilə bağlıdır, qurama işdir, onun heç bir günahı yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, həmin vaxt tək olmuş, kütlənin içində olduğu üçün özünü etibarlı hiss etmişdir. Onun əlində mobil telefon, həmin şəxslə isə aralarında məsafə olmuşdur. Həmin insan ona yaxınlaşan kimi qışqırıb yaxasından yapışmış, həmin an o, tutulacağını bilmişdir. Həmin şəxs ona güc tətbiq edərək səkinin üzərinə atmış, o da yerdən durub “Bravo market” tərəfə qaçmağa başlamışdır. O, həmin şəxsi birinci dəfə idi ki, görmüşdür. “Bravo market” ilə tutulduğu yer arasında 10 metr məsafə olmuşdur. Hadisə yerindən 5 metr aralanandan sonra onu tutmuşlar. Onu 6-7 nəfər polis əməkdaşı tutmuşdur. Həmin vaxt o, əlinin içindən xəsarət almışdır, çünki yıxılanda əlini yerə vermişdir. O, 2018-ci ildə iki dəfə sutkalıq həbs olunmuşdur. Ona dəfələrlə xəbərdarlıq olunmuş, həbs olunacağını bilmişdir. Həmçinin ətrafında olan bir çox insanlar da siyasi baxışlarına görə həbs olunmuşlar. Onu növbətçi hissəyə təhvil vermişlər, ikinci mərtəbəyə qaldırmışlar. Daha sonra onu aşağı düşürüb, cibini doldurmuşlar, yenidən cibindəkiləri təhvil verməyini istəmişlər. Növbətçi hissədə ona fiziki təzyiqlər edilmiş, rəis deyilən şəxs başını yelləyəndə təzyiqlər dayanmışdır. Ona həm 24-cü Polis Bölməsində, həm də müvəqqəti saxlanıldığı yerdə fiziki təzyiqlər olmuşdur. Onun üzərində heç vaxt bıçaq olmamış, çünki bunu ehtiyac da görməmişdir, onun qolları elə bıçaq kimidir. Həmin şəxsə xəsarət yetirməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, hadisədən təxminən bir ay əvvəldən başlayaraq kafe işlətməklə pul qazanmaqla məşğul olmuşdur. Hadisə olan ərəfədə restoran və ya kafe kimi işlətmək üçün hər cəhətdən münasib olan «Neftçilər» metrosu ərazisində kafe axtarmışdır. Bununla əlaqədar bazarın arxası ilə piyada gedərkən tanımadığı bir şəxs əlindəki telefona baxa-baxa başı aşağı gəlmiş, həmin səki dar olduğundan onlar çiyin-çiyinə dəymişlər. O, həmin şəxsə iradını bildirib “yavaş ol, qabağına bax” demiş, adını sonradan bildiyi Təqsirləndirilən şəxs isə ona “ağıllı ol, sən qabağına bax” deyə bildirmişdir. Sonra onun ünvanına təhqiredici ifadələr işlətmiş və onların arasında mübahisə olmuşdur. Həmin vaxt ətrafda da adamlar olmuşdur. Təqsirləndirilən şəxs gözlənilmədən onu itələmiş, o, yerə yıxılmış, böyrü səkiyə dəymişdir. Ayağa qalxıb Samirin yaxasından tutanda sonuncu boş əli ilə cibindən bıçaq çıxarıb onu vurmuşdur. Həmin an bıçaqla vurulduğunu bilməmişdir. Ayağa qalxıb Samirin arxasınca qaçmağa başlayanda ondan qan axdığını görmüşdür. Yolun digər tərəfində ağaclıq olmuş, o, əyilib həmin ağacın yanında dayanıb təcili yardıma və polisə zəng vurmuşdur. Sonra huşunu itirmiş, ayılanda Sabunçu xəstəxanasında olduğunu görmüşdür. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs təhqiredici ifadələr işlətmiş, o da iradını bildirib “söyüş söymə, ana söyüşü söymə” demişdir. Ətrafda adamlar olmuş, bir qadın da it gəzdirmişdir. Onları heç kim aralaşdırmamışdır. İstintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs tərəfindən iki bıçaq xəsarəti almışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. O, huşunu təcili yardım maşınında itirmişdir. Onun birinci izahatını müstəntiq xəstəxanada palatada almışdı. Palataya gələndə müstəntiqin əlində sumkası olmuş, kompyuter də gətirmişdir. Təqsirləndirilən şəxs bıçağı sol cibindən sol əli ilə çıxarmış, bıçaq həmin vaxt qatlanmış vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı əsasən oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən “Bravo market”in yaxınlığındakı avtomobil yolunun kənarında olan səki ilə piyada hərəkətdə olarkən qarşıda ona tərəf piyada hərəkət edən tanımadığı bir şəxs başının telefona qarışması səbəbindən onu görməyərək ona dəymişdir. Həmin şəxs ona tərəf gələrkən ona dəyməsin deyə bir kənara çəkilsə də həmin şəxs, qarşısına baxmadığı üçün ona dəymişdir. Həmin səki dar olduğu üçün burada iki nəfərin eyni zamanda yan-yana keçməsi çətindir. Həmin şəxsin ona dəyməsi nəticəsində az qalsın avtomobil yoluna düşüb xəsarət belə ala bilərmiş. Həmin şəxs ona dəydikdən sonra üzr istəmək əvəzinə ona baxaraq kobud bir intonasiya ilə uca səslə “nə lom-lom baxırsan, görürsən qabaqdan adam gəlir tullan bir kənara” demişdir. O, həmin şəxsə sakit formada “ay qardaş, başın qarışıb telefona yola baxmırsan, mən qırağa çəkildim, telefondan gözünü çəkib baxsa idin görərdin, az qala avtomobillərin altına düşəcəkdim” demiş, bunun cavabında həmin şəxs ona qışqıraraq “get tullan dedim” demişdir. O, həmin şəxsə kobud danışması ilə bağlı irad tutub nəzakətli olmasını təklif etmiş, həmin şəxs isə əli ilə onun baş nahiyəsindən yüngülvari ələ salırmışcasına şillə vuraraq “bu dəqiqə vurub cırıq-cırıq edəcəm səni, cırığın balası” demiş, həmin şəxsin bu sözü ona təsir etmiş, ona söyüşsüz danışmasını bildirmiş, bundan sonra həmin şəxs, onun yaxasından yapışaraq “ana qədri bilənsən sən?” deyib anasının ünvanına söyüş söymüşdür. Həmin şəxs onun yaxasından yapşdıqda o da həmin şəxsin yaxasından yapışmış, aralarında çəkişmə başlamış, çəkişmə zamanı həmin şəxs onun bel nahiyəsindən tutaraq qaldırmağa çalışmışdır. Bu zaman o, büdrəyərək yerə yıxılmış, onunla birlikdə həmin şəxs də yerə yıxılmış, onlar bir qədər yerdə əlbəyaxa olmuşlar. Həmin şəxs onu üstələmək üçün ayağa qalxmaq istədikdə o, həmin şəxsin yaxasından yapışıb qalxmasına imkan verməmiş, bu zaman həmin şəxs sol əli ilə şalvarının cibindən bıçaq çıxarıb ardıcıl olaraq iki dəfə onun qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt o, ağrıdan qışqırmış və gücünü itririb onu buraxmışdır. Həmin şəxs qaçmağa başladıqda iki şəxsin həmin şəxsi tutduğunu görmüşdür. Həmin şəxs müqavimət göstərib onu tutan şəxslərin əlində qaçmağa çalışırmış, onu bıçaqlayan şəxsi tutan şəxslərdən biri ona 102yə zəng etməyini bildirmişdir. O, telefonunu çıxarıb 102 və 103 Xidmətlərinə zəng edərək məlumat vermişdir. Onun qan itiksindən gözləri qaralmağa başlamış və parkın yanında avtomobil yolunun digər tərəfindəki ağaclar olan torpaq əraziyə gedib dizləri üstə çöküb gözləmişdir. Bir qədər sonra oraya gələn təcili tibbi yardım avtomobili vasitəsi ilə onu X5 aparmışlar (cild 1, iş vərəqə 43-46). Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, həyat yoldaşı Təqsirləndirilən şəxs siyasi fəal olduğuna görə onlar 29 mart 2022-ci il tarixində Almaniyadan deportasiya olub Azərbaycana qayıtmışlar. Həmin gündən Təqsirləndirilən şəxs müxtəlif insanlar tərəfindən izlənilmişdir. Hətta onlar Samirin atasının evinə gedəndə **-SC-*** nömrəli avtomobil Samiri izləmişdir. Çünki, eyni nömrəli avtomobili 07 aprel tarixində “Vital” Klinikasının qarşısında da görmüşlər. Samiri siyasi fəaliyyətinə görə şərləyəcəklərini və onu həbs edəcəklərini əvvəlcədən təxmin etmişlər. Samir hətta zibil atmağa gedəndə də həbs olunacağını deyib onunla sağollaşıb çıxırdı. Martın 31-də Samir Baş Prokurorluğa çağırılmış, həmin vaxt Samir ordan çıxandan sonra mediaya məlumat vermişdi ki, onun həbsi an məsələsidir, çünki bundan əvvəl dörd nəfər eyni siyasi fəalı narkotiklə şərləyib həbs etmişdilər. 19 apreldə isə zərərçəkmiş şəxsin şahidliyi ilə bu proses icra olunmuş, yəni Samiri şərləmişlər. Belə ki, 19 apreldə Samir atasıgilə getmiş, çıxanda isə ona yazmışdır ki “evə gəlirəm”. O da Samirə 21:00-da “yaxşı, ehtiyatlı ol”, 21:03-də “uşaqlar üçün sok al” yazmış, Samir də ona “yaxşı” deyə cavab yazmışdır. Artıq 21:38-də o Samirə yazanda sonuncu ona cavab verməmişdir. O, yenə də “hardasan” yazmış, amma cavab gəlməmişdir. O, artıq Samirin başına iş gəldiyini təxmin etmişdir. Çünki, Samir heç vaxt nə onun mesajını, nə də zəngini cavabsız qoymamışdır. Sonra dəfələrlə Samirə mesaj yazsa da cavab gəlməmişdir. Sonra Nizami rayon Polis İdarəsində müstəntiq X3 telefonunu alanda telefon sınmış vəziyyətdə olmuşdur. Samirin həbs olunduğu günün səhəri, yəni, aprelin 20-də o, Polis İdarəsində Rüfət İbayevlə görüşmüş, sonuncudan xahiş etmişdir ki, əgər Samir adam bıçaqlayıbsa həmin adam barəsində məlumat versin, o da həmin adamın yanına getsin. Rüfət İbayev ona Samirin guya bıçaqla vurduğu adamın hazırda 3 saylı Sabunçu xəstəxanasında olduğunu bildirmiş, o da xəstəxanaya getmişir. Xəstəxanada həkim Zərərçəkmiş şəxs bıçaq xəsarəti aldığını təsdiqləmiş, o da Elşənin palataya keçməsini gözləmişdir. Həmin vaxt polislər artıq xəstəxanada dayanmışlar. Ziyarət zamanı o, özünü Zərərçəkmiş şəxs qohumu kimi təqdim edib yatdığı otağa keçmək istəsə də, polis ona görüşməyə icazə verməmişdir. O, həyat yoldaşını təqsirsiz hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində sahə rəisi vəzifəsində xidmət edir. Yaşadığı mənzil 24-cü Polis Şöbəsinin yaxınlığında yerləşir. Axşamlar iftar açdıqdan sonra həyətə düşüb yaşadığı binaya və 24-cü Polis Şöbəsinə yaxın olan 220 nömrəli tam orta məktəbin ətrafında gəzinti edir. 19 aprel 2022-ci il tarixdə saat 21 radələrində iftar açıb yemək yedikdən sonra həyətə düşüb 220 saylı orta məktəbin yaxınlığında gəzməyə başlamış, həmin vaxt 24-cü Polis Şöbəsində növbətçi vəzifəsində işləyən Şahid2lə rastlaşıb birlikdə gəzmişlər. Həmin ərazidə gəzərkən bir qədər aralıda, yolun kənarında səs-küy eşitmişlər. O istiqamətə baxanda iki nəfərin mübahisə etdiyini görüb onlara tərəf gedərkən bu şəxslərin əlbəyaxa olduğunu, bir-biri ilə çəkişərkən hər ikisinin yerə yıxıldığını görüb onlara tərəf qaçmağa başlamışlar. O, “Dayanın, polis!” deyərək sürətini artırmış, bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş, amma Tariyel ilə birlikdə Samiri tutmuşlar. Təqsirləndirilən şəxs çırpınaraq onların əlindən qaçmağa çalışsa da onun qaçmasına imkan verməmişlər. O, yerdə qan izləri olduğunu, digər şəxsin isə əlini qarnına tutub çətinliklə yeriyərək uzaqlaşdığını görüb ona 102 Xidmətinə zəng etməsini bildirmişdir. Bir qədər sonra ora 24-cü Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyən Şahid3 gəlmiş və Samiri saxlamaqda onlara kömək etmişdir. Bir qədər sonra onların yanına hadisə yerindən təqribən 200 metr məsafədə yerləşən 24-cü Polis Şöbəsinin əməliyyat qrupunun üzvləri Şahid4 və Şahid5 gəlib Təqsirləndirilən şəxs 24-cü Polis Şöbəsinə aparmağa kömək etmişlər. Onlar Təqsirləndirilən şəxs 24-cü X4 hissəsinə təhvil vermişlər, burada Təqsirləndirilən şəxs üzərində daşıdığı əşyaları, həmçinin bir ədəd üzərində qana bənzər ləkələr olan qatlanan bıçağı növbətçiyə təhvil vermiş, bu barədə akt tərtib edilmiş, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Müstəntiq tərəfindən onun və digər əməkdaşların, o cümlədən inspektor-kriminalistin iştirakı ilə çəkiliş aparılmaqla hadisə yerinə baxış keçirilmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, hadisə zamanı zərərçəkmiş şəxsin əlində qan izi olmuş, Samirin köynəyi cırılmışdır. Samir özü bıçağı təqdim etmiş, akt tərtib olunmuş, 7-8 nəfər aktı imzalamışlar. Onlar çatanda hadisə yerində adamlar az olmuş, sonradan camaat da yığılmışdır. Təqsirləndirilən şəxs üzərini yoxlamamışdır, bıçağı özü təqdim etmişdir. Onların olduqları yer ilə hadisənin baş verdiyi yer arasında 20 metr məsafə olmuşdur. Onlar mülki formada olduqları üçün onların polis olduqlarını bilməmişlər. Bıçağı bölmədə görmüş, hadisə yerində bıçaq görməmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərindən çıxan pul qabını və içərisindəki kartları görmüş, bıçaq da bükülü vəziyyətdə olmuşdur. Bıçağın tiyəsinin bir hissəsi çöldə qalmış, həmin hissədə qan ləkəsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində məsul növbətçi vəzifəsində xidmət edir. Hadisə yerində Şahid1lə bir yerdə olmuşdur. 19 aprel 2022-ci il tarixdə iftarını açıb yemək yedikdən sonra həyətə düşüb 220 saylı tam orta məktəbin yanında gəzməyə başlamış, orada 24-cü Polis Şöbəsində polis sahə rəisi vəzifəsində çalışan iş yoldaşı Şahid1lə rastlaşıb birlikdə gəzintiyə davam etmişlər. Həmin ərazidə 220 nömrəli məktəbin yanında olan “Bravo market” tərəfdən səs-küy eşitmişlər, səs gələn tərəfə yaxınlaşmışlar, həmin vaxt mübahisə daha da qızışmışdır. Yaxınlaşanda iki nəfərin mübahisə etdiyini görmüşlər. Nəzər “polis, polis” deyib qışqırmışdır. Onları ayırmaq istəyəndə biri əli ilə qarnını tutub kənarda dayanmış, digəri isə qaçıb aralanmaq istəyəndə onu tutmuşlar. Həmin vaxt Nəzər zərərçəkmiş şəxsə “102-ni yığ” deyə qışqırmışdır. Həmin vaxt baş təhqiqatçı Şahid3 da yaxınlıqda olmuş, səs-küyü eşidib yaxınlaşıb kömək etmişdir. Sonra növbədə olan əməkdaşlar da gəlmiş, birlikdə Təqsirləndirilən şəxs növbətçiyə təhvil vermişlər. Bundan sonra o, işi olduğu üçün çıxıb getmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən bıçaq çıxıb, amma o, nə hadisə yerində, nə də bölmədə bıçaq görməmişdr. Uşağı xəstə olduğu üçün tələsmiş, Təqsirləndirilən şəxs təhvil verib çıxmışdır. Zərərçəkmiş şəxs əli ilə qarnını tutmuş, yerdə 3-4 damcı qan izi olmuşdur. Təqsirləndirilən şəxs Polis Bölməsinə aparanda müqavimət göstərməmiş, onu qaçmaq istəyərkən saxlamışlar. O, qətiyyən təqsirləndirilən şəxsin cibinə bıçaq qoymamışdır, əgər onun cibinə bıçaq qoyubsa qanun qarşısında cavab verməyə hazırdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru Şahid4 göstərdi ki, 19 aprel 2022-ci il tarixdə saat 21 radələrində 24-cü X4 hissəsinə Zərərçəkmiş şəxs Qurban oğlunun tanımadığı şəxs tərəfindən bıçaq xəsarəti alması ilə bağlı məlumat daxil olmuşdur. Məlumatla bağlı əməliyyat qrupunun üzvü olan Şahid5lə birlikdə hadisə yerinə yaxınlaşmışlar. Onlar hadisə yerinə yaxınlaşanda artıq digər əməkdaşlar tərəfindən orada bir nəfər şəxsin saxlanıldığını görmüşlər. Onlar həmin əməkdaşlara köməklik göstərmiş və adını sonradan bildiyi Təqsirləndirilən şəxs 24-cü Polis Şöbəsinə aparmışlar. Növbətçi hissədə Təqsirləndirilən şəxsla söhbət aparılmış, onun üzərindən bıçaq çıxmışdır. Təqsirləndirilən şəxs cibində başqa nələrin olduğu yadında qalmamışdır, səhv etmirsə bıçağı sol cibindən çıxartmışdır. Sonra onlar baş vermiş başqa bir hadisə ilə bağlı bölmədən getmişlər. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, hadisə yerinə gedəndə zərərçəkmiş şəxsi təcili yardım avtomobili aparmışdı. Polis əməkdaşlarından Şahid1, Şahid2 və Nəriman orada olmuşdur. Təqsirləndirilən şəxs özü bıçağı çıxarıb təqdim etmişdir. Bıçağın üstündə qan ləkəsi olmuşdur. Heç kim Təqsirləndirilən şəxs güc tətbiq etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin digər əməkdaşı Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatşısı Şahid3 göstərdi ki, yaşadığı ev 24-cü Polis Şöbəsinin yaxınlığında yerləşir. Şöbənin arxasında da “Bravo market” vardır. 19 aprel 2022-ci il tarixdə işdən çıxdıqdan sonra marketə tərəf getmişdir. “Bravo market”in yanından keçən yolun bir qədər kənarında səs-küy gəldiyini eşitmiş, ora yaxınlaşan zaman 24-cü Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 tanımadığı bir şəxsin qollarından tutaraq saxladıqlarını görmüşdür. O, yaxınlaşıb nə baş verdiyini soruşmuş, onlar da saxladıqları şəxsin kiməsə xəsarət yetirdiyini demişlər. Hadisə yerində qan da olduğunu görmüşdür. Bir qədər sonra şöbənin əməkdaşları gəlib Təqsirləndirilən şəxs şöbəyə aparmaqda onlara kömək etmişlər. Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verdikdən sonra yaralı şəxsin vəziyyətinə baxmaq üçün geri qayıtmış, amma yaralı şəxs artıq orda olmamış, onun təcili tibbi yardımla xəstəxanaya aparıldığını demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid6 göstərdi ki, hadisə olan vaxt Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində məsul növbətçi vəzifəsində işləmişdir. 19 aprel 2022-ci il tarixdə saat 21 radələrində xidmətdə olarkən Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzindən bir nəfər şəxsin ona qarın nahiyəsindən bıçaq xəsarəti yetirilməsi ilə bağlı müraciət etməsi barədə məlumat verilmişdir. O, dərhal bununla bağlı əməliyyat qrupunun üzvlərini məlumatlandırmışdır. Təxminən 15-20 dəqiqədən sonra əməkdaşlar bir nəfər şəxsi, adını sonradan bildiyi Təqsirləndirilən şəxs gətirib növbətçi hissəyə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs paltarının cibindən telefonunu, pasportunu, içərisində siqaret dənələri olan siqaret qutusunu, alışqanı, pul kisəsini, 01 ədəd üzərində qan izləri olan qatlanan bıçağı təqdim etmişdir. Sonra bu barədə akt tərtib etmiş, akt Təqsirləndirilən şəxs da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, daxil olan məlumat barədə rəhbərliyə məruzə etmişdir. Bıçaq açılıb qatlanan, üzərində də qan ləkəsi olmuşdur. Təqsirləndirilən şəxs köynəyi bir az cırılmış, sinəsində isə sıyrıq olmuşdur. Bıçağı kağıza bükmüş, sonra sellofanın içinə qoymuşdur. Qan ləkəsi bıçağın tiyəsində, bıçağın ucundan 2-3 sm yuxarıda olmuşdur. Təqsirləndirilən şəxs gətirildiyi zaman danışmamış, müstəntiq gələnə qədər onun yanında növbətçi hissədə olmuşdur. Pul qabında olan əşyanı özü təqdim etmiş, sonra da özünə qaytarılmışdır. 150 manatın itməsi halı olmamışdır. Təqsirləndirilən şəxs qarşı fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs qolunda qandal olub-olmaması yadında deyil, amma iki nəfərin onun qoluna girdiyini xatırlayır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, ünvan 5 ünvanında yaşayır. Onun yaşadığı ev 24-cü Polis Şöbəsinin yaxınlığında yerləşir. 19 aprel 2022-ci il tarixdə saat 21 radələrində uşağına süd almaq üçün “Oba market”ə getmişdir. “Oba market”ə çatmağa az qalmış səs-küy eşitmiş, təqribən 100 metr aralıdan qışqırıq səsləri gəlmişdir. Qaranlıq olan həmin yerdə nə baş verdiyini aydın görə bilmədiyi üçün ora yaxınlaşmışdır. Yaxınlaşanda dörd nəfərin başqa bir şəxsin qollarından tutduğunu görmüşdür. Həmin şəxs isə çırpınaraq onların əllərindən çıxmaq istəmişdir. Onlara yaxınlaşıb nə olduğunu soruşanda onların polis olduğunu bilmiş, həmin polislərdən biri də ona yaxınlaşmamasını demişdir. O da sonra nə baş verəcəyini gözləmədən oradan çıxıb getmişdir. Şahid7 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki orada hər hansı bir silah görməmişdir, telefonla işiq tutmuş və yerdə qan izi görmüşdür. Orada bir nəfərin yerə yıxıldığını görmüşdür. Söyüş, kiminsə kimisə vurduğunu eşitməmişdir. Sadəcə orda bir nəfərin yerə yıxıldığını görmüşdür, o həmin yerə sonradan - dörd nəfər bir nəfəri tutandan sonra gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 2, iş vərəqə 33- 35). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 66-68,69-71). Cinayət işinin materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixli 1224 nömrəli raportdan görünür ki, Zərərçəkmiş şəxs 19 aprel 2022-ci il tarixdə saat 21:19-da 102 Xidmətinə zəng edərək tanımadığı şəxs tərəfindən qarın nahiyəsinə bıçaqla xəsarət yetirilməsi barədə məlumat vermişdir (cild 1, iş vərəqə 78). Hadisə yerinə baxış və götürmə keçirilməsi haqqında 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 6 ünvanında yerləşən “Bravo market”in yaxınlığında yolun kənarındakı səkidə baş vermişdir. Hadisə yerinə baxış zamanı avtomobil yolunun kənarında həmin səkinin üzərində qana bənzər ləkələr müəyyən edilmiş və həmin ləkələrdən 02 ədəd nümunə götürülmüş, hadisə yerində avtomobil yolunun digər tərəfindən 01 ədəd damcı formasında qana bənzər ləkə aşkar edilmiş və həmin ləkədən də nümunə götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 04-06). Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyi yeri göstərərək ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs münaqişə etdiyi səki üzərində damcı-damcı formada qurumuş qana bənzər izlər aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur(cild 1, iş vərəqə 153-156). Tədqiqat üçün nümunələrin götürülməsi haqqında 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 02 ədəd ağız suyu nümunəsi (yanaq epiteli qaşıntısı) götürülmüşdür (cild 1, iş vərəqə 49). Geyim əşyasının tibb müəssisəsindən götürülməsi barədə 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd köynək “X9” Publik Hüquqi şəxsindən götürülmüşdür (cild 1, iş vərəqə 51). Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin məsul növbətçisi Şahid6 tərəfindən tərtib edilmiş 19 aprel 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd “want” markalı siqaret (içərisində 4 ədəd), 01 ədəd alışqan, 01 ədəd pasport, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd üzərində “Chiemsee" yazısı olan içərisində anket məlumatlarını əks etdirən sənəd, 01 ədəd “Sparkasse” plastik kartı, 01 ədəd “Gold" plastik kartı, 01 ədəd “Bakı kart” , 01 ədəd Almaniya Federativ Respublikasına aid sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd “Leobank" kartı, 01 ədəd açılıb bağlanan tiyəsinin bir tərəfi kəsici, tiyəsinin üzərində “Stainless” sözü yazılmış cib bıçağı aşkar olunmuşdur (cild 1, iş vərəqə 80). Məhkəmə-tibb ekspertizasının 20 aprel 2022-ci il tarixli 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin ovuc səthinin İ daraq sümüyü proyeksiyası, sağ əlin arxa səthində İll daraq sümyü proyeksiyası, sağ dizin ön səthinin sıyrıqları, sağ gözün bayır bucağına yaxın sahənin qançırları, döş qəfəsinin sol yarısının ön səthinin qançır və sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 19 aprel 2022-ci il tarixdə yaranması istisna edilmir, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 85-86). Əşyaya baxış keçirilməsi və tədqiqat üçün nümunələrin götürülməsi barədə 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi, aktlaşdırılaraq götürülmüş 01 ədəd boz rəngli sellofan paketə baxış zamanı həmin paketin içərisindən 01 ədəd kağıza bükülmüş qəhvəyi rəngli sapı olan cib bıçağı aşkar edilmiş və bıçağa toxunulmadan üzərindən əl-barmaq izi nümunələri götürməsi üçün inspektor-kriminalistə təqdim edilmişdir. İnspektor-kriminalistə tərəfindən yapışqan lent vasitəsi ilə bıçağın tutacağından (sapından) 04 ədəd əl-barmaq izi nümunəsi götürülmüş və həmin nümunələr zərfə qoyularaq möhürlənmişdir (cild 1, iş vərəqə 89-90). Məhkəmə-tibb ekspertizasının 19 may 2022-ci il tarixli 314 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının daxilə (periton boşluğuna) nüfuz edərkən nazik bağırsağın zədələnməsi ilə nəticələnən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, gövdənin sol yarısının hematoması, qarnın ön, sağ diz oynağının və sağ baldırın ön səthlərinin sıyrıqları-deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) ola bilsin ki, bıçağın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın təsirindən törənə bilərdilər, 19 aprel 2022ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə “deşilmiş-kəsilmiş” yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, “hematoma” sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sıyrıqlar isə dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vuramayan xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş 02 ədəd deşilmiş-kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona bənzər digər tipli bıçaqlarla yetirilməsi istisna olunmur (cild 1, iş vərəqə 184-186). Məhkəmə-daktiloskopik ekspertizasının 04 may 2022-ci il tarixli 22/349R nömrəli rəyindən görünür ki, 19 aprel 2022-ci il tarixdə ünvan 7 ünvanında Zərərçəkmiş şəxs bıçaqlanması faktı ilə əlaqədar tədqiqata təqdim edilmiş 04 ədəd kağız parçasının üzərinə yapışdırılmış 04 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izində xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və sol əlinin şəhadət barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir (cild 1, iş vərəqə 196-201). Məhkəmə-genetik ekspertizasının 07 may 2022-ci il tarixli 22/359R nömrəli rəyindən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qatlanan bıçağın tiyəsi, haidsə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçənin sol cibi, 01 ədəd şalvarın sol cibinin astarı üzərində aşkar edilmiş ləkələrdə və hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd tampon üzərində olan qanabənzər maddələrin insan qanı olduğu müəyyən edildi. Hadisə vaxtı Təqsirləndirilən şəxs məxsus 01 ədəd qatlanan bıçağın tiyəsi, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvarın sol cibinin astarı və hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd tampon üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur (cild 1, iş vərəqə 187-194). Telefonun daxili yaddaşına baxış keçirilməsi barədə 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid8 özünə məxsus “Xiaomi Norte 10” markalı mobil telefonunda əri Təqsirləndirilən şəxs ilə 19 aprel 2022-ci il tarixdə saat 21 radələrində olan yazışmalarını təqdim etmişdir. Həmin yazışmalarda aşağıdakılar müşahidə edilmişdir: 1.Təqsirləndirilən şəxs: “gəlirəm evə" (saat 20:59) 2.Şahid8: “Hə yaxwı gel, ehtiyyatlı ol” (saat 21:00) 3.Təqsirləndirilən şəxs: “Yaxşı” (saat 21:03) 4.Şahid8: “Gelende sok alarsan bitte” (saat:21:13) 5.Təqsirləndirilən şəxs: “Yaxşı”(21:15) 6.Şahid8: “Danke. (21:17)..Samir (21:38)...Hardasan (21:38) ...Niye adboy verdin (21:43)...Çıxmamısan hele(21:43) Samir niye adboy verirsen hardasan....” (21:49) (cild 1, iş vərəqə 240-241). Ambulator məhkəmə psixiatrik ekspertizasının 27 may 2022-ci il tarixli 1358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 2, iş vərəqə 14-16). Məhkəmə tibbi-bioloji ekspertizasının 30 iyun 2022-ci il tarixli 352/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi ilə qan qrupu: AB-/İV/. Ekspertizaya təqdim edilən 01 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qan qrupunun ABO sistemi üzrə təyin edildikdə A, B antigenləri alındı. Bu qan ləkələri ABO sistemi üzrə AB-(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxus ola bilər (cild 2, iş vərəqə 17-19). Məhkəmə tibbi-kriminalistik ekspertizasının 30 iyun 2022-ci il tarixli 291/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində iki ədəd dəlib-keçən zədə var. Bu zədələr deşilmiş kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun bədən səthində olan deşilmiş-kəsilmiş xəsarətlər yerləşməsinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir və ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxaud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir (cild 2, iş vərəqə 21-25). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü bir azyaşlı və xx.xx.2009-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır (cild 2, iş vərəqə 93- 94). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 157-159). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. X6 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi bıçaqla vurmaması, siyasi fəal olduğuna görə tutulduğu barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və çoxsaylı şahidlərin ifadələri, habelə əşyaya baxış keçirilməsi və tədqiqat üçün nümunələrin götürülməsi barədə 20 aprel 2022-ci il tarixli protokol, məhkəmə-tibb ekspertizasının 20 aprel 2022-ci il tarixli 292 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının 19 may 2022-ci il tarixli 314 nömrəli rəyi, məhkəmə-daktiloskopik ekspertizasının 04 may 2022-ci il tarixli 22/349R nömrəli rəyi, məhkəmə-genetik ekspertizasının 07 may 2022-ci il tarixli 22/359R nömrəli rəyi, məhkəmə tibbi-bioloji ekspertizasının 30 iyun 2022-ci il tarixli 352/2022-MTBŞ nömrəli rəyi, məhkəmə tibbi-kriminalistik ekspertizasının 30 iyun 2022-ci il tarixli 291/MTKŞ-2022 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, himayəsində həm də yetkinlik yaşına çatmayan ikinci uşağının da olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23, 139-143). Bununla belə, cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi 19 aprel 2022-ci il tarixdə faktiki olaraq cinayət əməlini törətdikdən dərhal sonra saxlanılmışdır. Hadisə barədə zərərçəkmiş şəxsin 102 xidmətinə müraciəti 19 aprel 2022-ci il tarixdə saat 21:19 dəqiqədə qeydə alınmışdır və bu məlumat verilərkən artıq hadisə yerinə yaxınlaşmış şəxslər tərəfindən Təqsirləndirilən şəxs saxlanması, yəni azadlığının faktiki məhdudlaşdırıldığı işin mübahisəsiz halıdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 19 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 01 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan cib bıçağı, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd tünd göy rəngli gödəkçə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd qısa qollu köynək, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı ) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 01 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan cib bıçağı, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd tünd göy rəngli gödəkçə, 01 ədəd tünd boz rəngli şalvar, 01 ədəd qısa qollu köynək, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-224/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-224/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver