Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2249/2024 24.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Fides”Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan metadon və qurudulmuş marixuana əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Məryəm” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +98-901-153-9440 və +98-992-093-5134 mobil nömrələrindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerə qoyulmuş, tərkiblərinə görə eyni olan, külli miqdarda ümumi təmiz çəkisi 905,22 qram olan narkotik vasitə qurudulmuş marixuananı və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, tərkiblərinə görə eyni olan, ümumilikdə təsiredici maddəsinin ümumi miqdarı 14,76 qram olan külli miqdarda 369 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon tərkibli həbi əldə edib bir hissəsini yaşadığı mənzildə saxlamış, digər hissəsini isə üzərində saxlamaqla daşımışdır. Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla ünvan 4 ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 15,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 30 (otuz) ədəd üzərlərində "F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən narkotik vasitə metadon tərkibli həblər və şalvarın sol yan cibindən bir ədəd “Huawei” markalı mobil telefon, saat 16:30 dəqiqədən saat 16:39 dəqiqəyədək Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı evin girişindən sol tərəfdə yerləşən çarpayının alt hissəsindən bir ədəd torbada saxlanılan bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 890,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 339 (üç yüz otuz doqquz) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, metadon təsiredici maddəsinin ümumi miqdarı 13,56 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon tərkibli həblər, üzərində psixotrop maddə metamfetaminin izləri olan, üzərində "Lycra” yazısı olan qara rəngli elektron tərəzi və üzərində narkotik vasitələrə, psixotrop və güclü təsir edən maddələrə məxsus izlər olmayan, üzərində “Sencor" yazısı olan ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o tutulmamışdan təxminən iki-üç ay əvvəl «İnstagram» sosial şəbəkəsində özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Məryəm adlı qadınla tanış olmuşdur. Həmin qadın ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuş, o da bəzən metamfetamindən istifadə etdiyini bildirmişdir. Məryəm ona sonuncunun dediyi yerdən narkotik vasitəni götürüb özündə saxlayıb, daha sonra dediyi çəkilərdə narkotik vasitəni bölüşdürüb, dediyi yerlərə aparıb gizlədib, narkotik vasitənin gizlədildiyi yerlərin fotoşəkilini və konumunu “WhatsApp” vasitəsilə ona göndərdiyi təqdirdə kartdan-karta ödəniş edəcəyini bildirmişdir. Maddi sıxıntıları olduğundan o, Məryəmin bu təklifini qəbul etmişdir. Tutulmamışdan təxminən 15-20 gün əvvəl sonuncu ona Suraxanı rayonunun ərazisində Zığ şossesinin yaxınlığında olan bir yerin konumunu və fotoşəkilini “WhatsApp” vasitəsilə göndərib həmin yerdə gizlədilmiş narkotik vasitəni götürüb özündə saxlamağı, daha sonra həmin narkotik vasitəni bölüşdürüb onun dediyi çəkilərdə müxtəlif yerlərdə gizlədib həmin yerlərin fotoşəkillərini və konumlarını “WhatsApp” vasitəsilə ona göndərməyi bildirmişdir. O da Məryəmin istədiyi kimi edərək sonuncunun dediyi çəkidə və növdə narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərində gizlədib həmin yerlərin fotoşəkillərini və konumlarını “WhatsApp” vasitəsilə Məryəmə göndərmişdir. Sonuncu da bu işə görə onun Birbank kartına 1000 manat pul köçürmüşdür. İkinci dəfə Məryəm onunla xx.xx.2024-cü il tarixdə əlaqə saxlayaraq Suraxanı rayonunun ərazisində Zığ şossesinin yaxınlığında olan bir yerin konumunu və fotoşəkilini göndərib həmin yerdə gizlədilmiş narkotik vasitə hesab edilən, çəkisi təxminən 900 qram olan qurudulmuş marixuananı və 370 ədəd metadon həbini götürüb özündə saxlamağı, həmin narkotik vasitələrdən 15 qram marixuananı və 30 ədəd metadon həbləri götürüb uyğun bir yerdə gizlətməyi və gizlətdiyi yerin fotoşəkilini çəkib konumu ilə birlikdə ona göndərməyi bildirmişdir. O da götürdüyü narkotik vasitələri tam olaraq gizlətdiyi zaman Məryəm onun bank kartına 1000 manat pul köçürəcəkdi. Sonuncunun dediyi yerdən narkotik vasitələri götürdükdən sonra yaşadığı evə gəlib orada özündə olan elektron tərəzidən istifadə edərək Məryəmin dediyi çəkidə marixuananı və dediyi sayda metadon həblərini götürüb əynində olan cins şalvarın sağ yan cibinə qoyaraq xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmin narkotik vasitələri bir yerdə gizlədəcək və həmin yerin fotoşəkilini və konumunu sonuncuya göndərəcəkmiş, lakin bunu edə bilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 13:30-da Xətai rayonunda yaşadığı evə polis əməkdaşları pəncərədən daxil olaraq onu tutumuş və həmin evdə yatdığı kravatın altında gizlətdiyi narkotik vasitələri götürmüş və daha sonra onu Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana və 30 ədəd metadon həbini çıxardaraq təqdim etmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd açar və özünə məxsus olan "Huawei” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16 qram olmuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmçinin, təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuananın çəkisi 948 qram müəyyən olmuşdur. Aşkar olunmuş narkotik vasitələr və tərəzilər bir ədəd torbada qablaşdırılaraq götürülmüş, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd "Huawei” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona ittiham olunan əməlləri pul qazanmaq məqsədilə həyata keçirmiş, polis əməmkdaşları onu yaşadığı evin yanında deyil yaşadığı evdə saxlamışlar, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və evə baxışı özündə əks etdirən DVD disklərdə olan videogörüntülər, "Huawei” markalı mobil telefonda olan sms mətnlər və səs yazıları, eləcə də foto-şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, idarəyə daxil olmuş əməliyyat məlumatına əsasən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməlinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 daxil edilmiş, qrupa rəhbərlik isə ona həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və sonuncu xx.xx.2024-cü ildə saat 13:30-da yaşadığı ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onu İdarəyə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Sonuncunun üzərində, paltarında, əşyalarında, bədənində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport hazırlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı X5 həvalə edilmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və barəsində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Bundan sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında sonuncunun vəkili, özü və baş əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu təqdirdə onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra sonuncu əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir sellofan bükülüdə olan yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni və 3 ədəd konvalyutda olan 30 ədəd «Metadon» həbini çıxardaraq masanın üzərinə qoymuş və sellofan bükülüdə olan kütlənin qurudulmuş marixuana, həblərin isə metadon həbləri olduğunu bildirmişdir. Baş təhqiqatçı aşkar olunmuş kütləyə və həblərə baxış keçirdikdən sonra sonuncunun üstünü axtarmış, sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd açar və «Huawei» markalı mobil telefon aşkar edilmişdir. Daha sonra baş təhqiqatçı sellofan bükülüdə olan qurudulmuş marixuanaya oxşar kütləni elektron tərəzidə çəkmiş və marixuananın çəkisi qablaşdırma ilə birlikdə 16 qram olmuşdur. O, qurudulmuş marixuananı və 30 ədəd metadon həbini bir ədəd zərfdə qablaşdırmış, Təqsirləndirilən şəxs və müdafiəçisi zərfi imza etmişlər. Sonuncunun üzərindən aşkar edilmiş mobil telefon baş təhqiqatçı tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı evin açarı isə onun özünə qaytarılmışdır. Sorğu zamanı sonuncu üzərindən aşkar olunmuş narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı olan “Məryəm” adlı şəxsin vasitəsi ilə Suraxanı rayonu, Zığ şossesi ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb 1000 AZN qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq təxminən 15-20 gün əvvəl bir dəfə Məryəmin vasitəsilə yuxarıda qeyd edilən ərazidən götürdüyü narkotik vasitələri müəyyən ünvanlara çatdırıb 1000 AZN pul qazandığını bildirmişdir. Həmçinin şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, ona hər hansı psixi və fiziki zor tətbiq edilmədiyini, metamfetamindən istifadə etdiyini, əlavə olaraq Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını və həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş,üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İİR-nın vətəndaşı ola Məryəm adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Zığ şossesi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məryam” adlı şəxsin ona 1000 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Binəqədi şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına getmişlər, narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə təhqiqatçı Şahid2 ərizə təqdim etmişdir.Yaşadığı evdə baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin girişindən sol tərəfdə yerləşən çarpayının alt hissəsində gizlətdiyi bir ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən bir ədəd sellofan bağlamada olan qurudulmuş marixuanaya oxşar kütlə, 34 ədəd konvalyutda olan metadon həbləri və iki ədəd elektron tərəzi təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş qablaşdırma ilə birlikdə çəkisi 948 qram olmuş və metadon həblərinin ümumi sayı isə 339 ədəd olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs oğlu aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olmadığını, həmin kütlələri tanıdığı İİR-nın vətəndaşı olan “Məryam” adlı şəxsin vasitəsilə xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Zığ şossesi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məryam” adlı şəxsin ona 1000 manat pul verəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı tünd göy rəngli şalvarın sağ yan cibindən bir sellofan bükülüdə olan yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni və 3 ədəd konvalyutda olan 30 ədəd «Metadon» həbini çıxardıb masanın üzərinə qoymuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, özünə məxsus olan "Huawei” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zaman sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanın fərdi evdə narkotik vasitə saxladığını və həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra evə baxış keçirilərkən evin girişindən sol tərəfdə yerləşən çarpayının alt hissəsində gizlətdiyi içərisində narkotik vasitəyə oxşar kütlələr olan bir ədəd torbanı təqdim etmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 905,22 qram müəyyən olunmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-88-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 234-235-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 47-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/965 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözləri yazılmış 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 15,22 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən...” sözləri yazılmış bağlamada bir ədəd sellofan bağlamada təmiz çəkisi 890,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: 1. Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” Bakı 2005-ci il metodik vəsaitində göstərilmiş metodlarla aparıldı.
2. Marixuananın ümumi çəkisi – 905,22 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram (hər obyektdən 0,05 qram). Qalıq – 905,12 qramdır. Cinayət işinin 52-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3216 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan... Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki, üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 30 (otuz) üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 30 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan... Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadaki, -üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 339 (üç yüz otuz doqquz) ədəd üzərlərində "F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 339 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 13,56 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), - üzərində “Lycra” yazısı olan qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan - metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün, metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir, -üzərində “Sencor” yazısı olan ağ rəngli elektron tərəzinin üzərində narkotik vasitələrə, psixotrop və güclü təsir edən maddələrə məxsus izlər yoxdur. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumilikdə 369 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 14,76 qramdır və həmin həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” in siyahısına daxildir. Qeyd: 1. Üzərindən aşkar edilmiş: metadon tərkibli həblər, 30 həb, tədqiqata sərf edildi 2 həb, qalıq 28 həb. 2. Evindən aşkar edilmiş: metadon tərkibli həblər, 339 həb, təqiqata sərf edildi 5 həb, qalıq 334 həb. Cinayət işinin 48 və 53-cü vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat və 114 (bir yüz on dörd) manat olmaqla ümumi cəmi 186 (bir yüz səksən altı) manat müəyyən edilmişdir. Cinayət işinin 176-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolojı X10 Şəxsin Ambulator X1 komissiyasının xx.xx.2024-cü il tarixli 4656 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 185-192-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və mənzilə baxışın gedişatını özündə əks etdirən 02 ədəd DVD disklər maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübutlar, ekspertiza tədqiqatından sonra qalıq qalmış 362 ədəd üzərlərində “F/40M” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon həbləri, 905,12 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 131-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, 1) Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 600 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya haqqında qərarının 1.8 bəndinə əsasən cərimə cəzasından azad edilmişdir, 2) Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 66.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 150-164-cü vərəqələrində olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 66.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan şəxsi axtarış və götürmənin gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 21:30-dan 21:39-dək AR DİN-nin BNMİ-nin inzibati binasında qeydə alınmışdır. Həmin idarənin təhqiqatçısı F.Şahid1 özünü və digər iştirakçını təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncu əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuana və 30 ədəd metadon həbini çıxarıb təqdim edir. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Huawei” markalı mobil telefon, 1 ədəd açar aşkar edilərək götürülür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkildikdə qurudulmuş marixuananın çəkisinin 16 qram olduğu müəyyən edilir və həmin maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Sonuncu üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olmadığını, həmin kütləni tanıdığı İİR-nın vətəndaşı olan Məryəm adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Zığ şossesi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Məryamin ona 1000 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini və ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 5 ünvanında yaşadığı nömrəli fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin 40-cı vərəqəsində olan evə baxış keçirilməsi və götürmə aparılmasının gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 23:05-dan 23:19-dək ünvan 5 ünvanında yaşadığı fərdi evdə qeydə alınmışdır. Təhqiqatçı F.Şahid2 özünü və digər iştirakçını təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi evə baxış keçirilir. Baxış zamanı sonuncuya evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin girişindən sol tərəfdə yerləşən çarpayının alt hissəsindən bir ədəd torbada saxlanılan bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 890,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 339 ədəd metadon həbi və 2 (iki) ədəd elektron tərəzini təqdim edir. Qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 948 qram olmuş, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olmadığını, həmin kütlələri tanıdığı İİR-nın vətəndaşı olan “Məryam” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Suraxanı rayonunun ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məryam” adlı şəxsin ona 1000 manat pul verəcəyini bildirmişdir. Cinayət işinin 89-118-ci vərəqələrində olan “Huawei” mobil telefona baxış keçirilməsi haqqında protokoldan və foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Məryam” adlı abunəçinin istifadəsində olan +**********34 mobil nömrə arasında narkotik vasitələrin müəyyən yerlərdən götürülməsi, onların gizlədilməsi, müxtəlif ünvanlara çatdırılması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ödənişlərin edilməsi ilə bağlı sms mətnlər, səs yazıları və fotoşəkillər göndərilmişdir. Səs yazıları dinlənilərkən Təqsirləndirilən şəxs narkotik vasitələrin ünvanlarını dediyi, Məryəmin göndərdiyi ünvanlara qoyması barədə tapşır almasə və bunun müqailində ona 1000 manat ödəniş göndəriləcəyi müəyyən edilmişdir. Mesajlaşmada məkan nöqtələrinə baxış keçirilərkən məkanların Suraxanı rayonunun ərazisində Zığ şossesində yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən narkotik vasitə olan qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdar, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və metadon həblərini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi özünün etiraf edici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və evə baxışı özündə əks etdirən DVD disklərdə olan videogörüntülər, “Huawei” markalı mobil telefonda olan sms mətnlər və səs yazıları, eləcə də foto-şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan metadonun xeyli miqdarından təxminən 738 dəfə, külli miqdarından təxminən 9.2 dəfə artıq olması, narkotik vasitə olan qurudulmuş marixuanın xeyli miqdarından təxminən 181 dəfə, külli miqdarından təxminən 1.8 dəfə artıq olması, iki ədəd elektron tərəzilərin olması narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuananın miqdarını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4656 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın və evə baxışın gedişatını əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus və Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 ədəd “Huawei” markalı mobil telefon sonuncuya və ya ailə üzvlərinə qaytarılmalı, Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 905,12 qram narkotik vasitə olan qurudulmuş marixuana, üzərində “Methadon 40” markalanma göstəricisi olan, F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 362 ədəd metadon həblər və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 186 (bir yüz səksən altı) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 905,12 qram narkotik vasitə olan qurudulmuş marixuana, üzərində “Methadon 40” markalanma göstəricisi olan, F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı 362 ədəd metadon həblər və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Huawei” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 186 (bir yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov