Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-225/2020 12.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxx 1970-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Sumqayıtşəhərİcra HakimiyyətiMKTİB-ninYaşıllaşdırma İdarəsində sahə ustası işləmiş,Sumqayıtşəhəri2-cimikrorayon, ev 24/61, mənzil33-də yaşamış, 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs «xroniki sayıqlama pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etməyən və idarə edə bilməyən, anlaqsız vəziyyətdə olan qardaşı Yaşarın əvvəllər Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs onu və arvadını təqib etməsini, arvadı ilə olan şəkillərinin sosial şəbəkə vasitəsilə yayılmasını, tanımadığı şəxslərin ünvanına nalayiq ifadələr işlətməsini, iş yeri hesab olunan dəmir köşkün üzərində nalayiq ifadələrin yazılmasını təşkil etməsini, sonuncu dəfə isə x xxx 2019-cu il tarixdə saat 10 radələrində iş yerinə gəlib ona həmin gün saat 7 radələrində işə gedən zaman yoldan keçən nömrəsini xatırlamadığı «BMW» markalı avtomobilin sürücüsünün onun ünvanına təhqiramiz ifadə işlətməsini və bunun Zərərçəkmiş şəxs tərəfindən təşkil olunmasını deyib polis orqanlarına şikayət etməyin lazım olduğunu bildirdikdə buna etiraz edərək, Yaşarın sözlərinə təmkinli yanaşaraq qardaşının dediklərinin həqiqətən olub-olmadığını yoxlamadan və bu məsələyə aydınlıq gətirmədən Yaşar tərəfindən deyilənləri həqiqət kimi qəbul edib və bunu bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirmək məqsədi ilə yaşadığı Sumqayıt şəhəri 2-ci mkr, ev 24/61, 33 saylı mənzilə gedib mətbəxdən zavod üsulu ilə hazırlanmış, məişətdə istifadə olunan və soyuq silah hesab edilməyən bıçağı götürüb həmin gün saat 11:20 radələrində ünvan 1 ünvanda yerləşən FHN-nin X1rşısına gəlib istifadəsində olan mobil telefondan həmin mərkəzdə işləyən Zərərçəkmiş şəxs zəng edib yanına çağıraraq sonuncuya qardaşı Yaşara qarşı etdiyi hərəkətlərə görə irad bildirib ondan bu hərəkətlərinə son qoymasını tələb etmiş, Zərərçəkmiş şəxs bunu inkar edib, Şahid1 və ya sonuncunun arvadı ilə hər hansı münasibəti, yaxud əlaqəsinin olmadığını, onlara qarşı hansısa nalayiq hərəkətlərə yol vermədiyini bildirdikdə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, gödəkçənin cibindən çıxardığı bıçaqla qəsdən Zərərçəkmiş şəxs 3 dəfə zərbə endirməklə ona döş boşluğuna nüfuz edib ürəyin və sol ağ ciyərin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid kəskin qanitirmədən ölümünə səbəb olan iki ədəd və sağ saidinorta1/3-ninkəsilmişyarasıkimi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasınasəbəbolansağlamlığayüngül zərərvurmaya aid olan bir ədəd xəsarətlər yetirərəkEminKərimovuxuliqanlıqniyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə gününədək balaca qardaşı Şahid1la birlikdə Sumqayıt şəhərYaşıllaşdırma İdarəsində sahə ustası işləmişdir.Mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hadisədən təxminən 6-8 ay əvvəl Yaşar ona məhəllədə Emin adlı şəxsin ona və arvadı Kəminəyə sataşdığını, onları güddüyünü, arvadı Kəminəyə intim münasibətdə olmağı təklif etdiyini və onun özünü də nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Ruhi xəstə olduğuna görə Yaşarın dediklərinə inanmamışdır. Bildiyinə görə Yaşarın qaynı Samir də bununla bağlı Eminlə görüşüb söhbət etmiş və sonuncu deyilənlərin həqiqət olmadığını bildirmişdir. Bundan sonra Yaşarın deməsinə görə məsələ bir qədər də böyümüş, Eminin dostları onu (yəni Yaşarı) yenidən təhqir etməyə başlamış, hər dəfə Yaşarı görəndə onu ələ salmış, barəsində təhqiramiz söz-sözbətlər yaymış, bir neçə dəfə qardaşının iş yeri olan köşkün qabağına qadın alt paltarı atmış, köşkün üzərində nalayiq ifadələr yazmışlar. Həmin adamlar «Whatsapp» sosial şəbəkəsində qardaşının və arvadının şəkillərini yayıb şəxsiyyətlərini alçaltmışlar. Yaşar ona bildirmişdir ki, tanımadığı adamlar yanından keçəndə onu «peysər» adlandırıb, arvadının əxlaqsızlıqla məşğul olduğunu, özünün isə kişi olmadığını demişdir. Bundan sonra Yaşarın dediklərini yoxlamaq qərarına gəlmişdir. Bir müddət sonra həqiqətən də həmin adamların gəlib qardaşına sataşdıqlarını, blokun qabağında, balkonun altında toplaşdıqlarını, onların mərtəbəsinə qədər qalxdıqlarını, hətta bir neçə dəfə Eminin Kəminəyə yaxınlaşdığını görmüşdür. Sonuncudan bu barədə soruşanda Kəminə həmin adamın ondan ünvan soruşduğunu bildirmişdir. Bundan sonra baş verənlərin Emin tərəfindən təşkil olunduğunu güman etmişdir. Hadisədən təxminən 3 ay əvvəl Eminin işlədiyi Sumqayıt şəhər FHN-nin Regional Mərkəzinə getmiş, sonuncu ilə bu barədə söhbət edib ondan tələb etmişdir ki, o və tanışları qardaşından və arvadından əl çəksinlər. Emin isə cavabında onun tanışlarının Yaşarı təhqir etmədiklərini demişdir. Bir müddət sonra Yaşar ona hər yerdə biabır olduğunu, tanışlarının artıq ona salam vermədiyini və artıq belə yaşaya bilmədiyini bildirmişdir. x xxx 2019-cu il tarixdə saat təxminən 11 radələrində qardaşı onun yanına gəlib, yoldan keçən bir avtomobildə əyləşmiş şəxslərin onu təhqir elədiklərini demişdir. Yaşar ona həmin hadisə ilə bağlı polisə məlumat vermək istədiyini demiş, qardaşına səbr etməyi və bir müddət gözləməyi məsləhət görmüşdür. Bu söhbətdən sonra Eminə zəng etmiş, sonuncu iş yerində olduğunu bildirmişdir. Odur ki, Eminlə görüşüb söhbət edəndən sonra işə getmək qərarına gəlmiş və bu məqsədlə evə qalxıb, mətbəxdən işdə ağac kəsmək üçün istifadə etdiyi bıçağı götürmüşdür. Yaşarla birlikdə FHN-nin X5 getmiş, saat təxminən 12-də Eminə zəng vurub onu həyətə çağırmışdır. Bir neçə dəqiqədən Emin gəlib ona yaxınlaşmışdır. Sonuncuya davranışı ilə bağlı bir neçə dəfə ona xəbərdarlıq etdiyini xatırlatdıqda, Emin danışdıqlarının ona heç bir aidiyyətinin olmadığını deyib, onu nalayiq ifadələrlə təhqir edib, ona əl-qol atmışdır. Bu zaman Yaşar onlardan təxminən 30-40 metr aralıda dayanmışdır. Eminə əlbəyaxa olmuş və sonuncu ona yumruqla zərbə endirmişdir. Odur ki, şalvarının sağ arxa cibindən bıçağı çıxardıb Emini qarnından bir dəfə vurmuşdur. Sonuncu yerdə olan dəmir borunu götürüb ona alın nahiyəsindən zərbə endirmişdir. Bu vaxt Yaşar aralamaq məqsədilə onlara yaxınlaşmış, Emin əlində tutduğu həmin dəmir boru ilə Yaşarı da vurmuşdur. Odur ki, Emini bıçaqla bir dəfə də vurmuş və sonuncu yerə yıxılmışdır. Bundan sonra onların yanına FHN-nin əməkdaşları gəlmişdir. Sonunculara polisə məlumat vermələrini demiş və özü də orada gözləmişdir. Mərhum Zərərçəkmiş şəxs iş yerinə onu öldürmək məqsədi ilə deyil, sonuncu ilə görüşüb onu düz yola dəvət etmək məqsədilə getmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyəti olsaydı, başqa yerə dəvət edib, onunla hesabını çəkərdi. Sonuncunu ruhi xəstə qardaşının ailəsinə sataşdığına, onun özünü isə «şərəfsiz» adlandırıb təhqir etdiyinə və qardaşına dəmir boru ilə xəsarət yetirdiyinə görə üstündəki bıçaqla vurmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun balaca qardaşı olmuşdur. Sonuncu Sumqayıt şəhərində valideynləri ilə birlikdə yaşamaqla, FHN-nin X3 xilasedici vəzifəsində işləmişdir. Emin təbiətcə sakit, tərbiyəli və dinə meylli insan olmuşdur. Təqsirləndirilən şəxsla orta məktəbdə paralel oxumuşdur. x xxx 2019-cu il tarixdə qardaşının iş yerində bıçaqlanıb öldürüldüyünü eşidib, dərhal Sumqayıt şəhərinə gəlmişdir. Şəmsəddinin Yaşar adlı qardaşının arvadına sataşdığına görə Emini öldürdüyü barədə ortada gəzən və heç bir əsası olmayan söz-söhbətləri eşitmişdir. Həqiqətdə Emin namuslu, hərəkətləri və davranışına nəzarət edən şəxs olmuşdur. Tam məsuliyyəti ilə bildirir ki, Emin Yaşarın arvadına sataşmamışdır. Hadisədən bir neçə ay əvvəl Emin bir nəfərin ona yaxınlaşıb güya onun arvadına sataşdığını dediyini bildirmişdir. Emin həmin şəxsin başdan xarab olduğunu, heç cür həmin şəxsə onun arvadına sataşmadığını başa sala bilmədiyini demişdir. O və Emin həmin məsələni ciddi qəbul etməmişdir. Emin bu barədə dostu Zakirə də danışmışdır. Emin həm özünə, həm də ətrafdakılara hörmət qoymağı bacaran, qeyrətli bir oğlan olmuş, heç vaxt nə Yaşarın, nə də qeyrisinin arvadına və ailəsinə sataşmamışdır. Belə bir hal olsaydı, Eminin dostları da bundan xəbərdar olardı. Hesab edir ki, Şəmsəddin Emini səbəbsiz yerə öldürmüşdür. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, FHN-nin X3 X6 rəisi vəzifəsində işləyir. Mərhum Zərərçəkmiş şəxs onun işçisi olmuşdur. x xxx 2019-cu il tarixdə saat 9 radələrində işə gəlmişdir. Emini kefsiz görüb səbəbini soruşduqda, sonuncu əsəbi olduğunu bildirmişdir. Saat 11-12 radələrində inzibati binanın qabaq-yan hissəsindən səs-küy eşitmişdir. Binanın yan çıxışından çıxıb qabağına gəldikdə Təqsirləndirilən şəxs Eminin üstünə hücum etdiyini, sonuncunun isə geri çəkildiyini və bir-birlərini nalayiq ifadələrlə təhqir etdiklərini görmüşdür. Onlardan bir qədər aralıda isə sonradan adını bildiyi Yaşarın dayanıb onlara baxdığını görmüşdür. Həmin vaxt Şəmsəddinin əlində bıçaqın üstündə qan görmüşdür. Hadisə yerinə gələnədək Şəmsəddin artıq Emini vurmuşdur. Şəmsəddin bununla kifayətlənməyərək bıçaqla Eminin üstünə hücum etməkdə davam edərək sonuncuya çoxsaylı zərbələr atmış, lakin, bıçağın Eminə dəyib-dəymədiyini bilməmişdir. Şəmsəddinin əlində bıçaq olduğuna görə yaxınlaşıb onları aralamağa cəsarət etməmişdir. Eminə Şəmsəddinin əlində bıçaq olduğunu deyib qaçmasını demiş, lakin sonuncu ona: «niyə qaçmalıyam?»-deyə cavab vermişdir. Şəmsəddin bir anlıq Eminin yaxasında tutumuş və Emin ondan aralanmağa müvəffəq olmuşdur. Bundan sonra Emin yerdən taxta parçası götürüb Şəmsəddinin üzərinə cummuş, sonuncu yola tərəf qaçmağa başlamışdır. Emin onu arxasınca təqib etmiş, lakin Şəmsəddini vurub-vurmadığını görməmişdir. Həmin vaxt binaya tərəf gedib telefonla Eminin bıçaqla vurulduğunu bildirmişdir. Bundan sonra arxaya dönüb baxdıqda Eminin Şəmsəddinlə tutaşdığı yerdə yerə yıxıldığını görmüşdür. Artıq FHN-nin digər əməkdaşları da hadisə yerinə gəlib Eminin ətrafında toplaşmışlar. Bundan sonra Şəmsəddinlə Yaşar isə yola çıxmışlar. Az sonra yanlarında «Kia» markalı mikroavtobus dayanmış və onlar avtomobilə oturmuşlar. Məhərrəm və İbrahimlə birlikdə yolun digər tərəfinə keçib həmin «Kia» markalı avtomobilin sürücüsünə avtomobili sürməməyi tapşırmış və onların hər ikisini avtomobildən düşürtmüşlər. X7 hansı səbədən vurduğunu soruşduqda, Şəmsəddin namus üstündə Emini vurduğunu, bu barədə Eminə 3-4 ay əvvəl xəbərdarlıq etdiyini demişdir. Şahid1 hadisəni kənardan izləmiş, Eminə zor tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, FHN-nin X3 növbətçi hissənin növbətçisi vəzifəsində işləyir. Mərhum Zərərçəkmiş şəxs sakit bir insan kimi tanımışdır. x xxx 2019-cu il tarixdə növbədə olmuşdur. Təxminən saat 11 radələrində inzibati binanın qarşısında dayanmış avtomobilin sürücüsünə avtomobilini oradan götürməyini demək üçün çölə çıxmışdır. Bu vaxt binanın sağ tərəfində Eminlə sonradan adını bildiyi Şəmsəddin adlı şəxsin söhbət etdiklərini görmüşdür. Avtomobilin sürücüsünə avtomobilini oradan götürməyi bildirib, geri qayıdarkən Şəmsəddinin əlində bıçaqla Eminin üzərinə hücum etdiyini, sonuncunun isə arxaya çəkilərək əlləri ilə bıçaqdan müdafiə olduğunu və Eminin sol qolundan qan gəldiyini görmüşdür. Şəmsəddinin üstünə qışqırıb irad bildirsə də, sonuncu ona fikir verməyib, Eminin üzərinə bıçaqla hücum etmiş və sonuncuya bıçaq atmışdır. Həmin vaxt binadan Xilasetmə Hissəsinin rəisi Şahid2 çıxmış və Eminə tərəf qaçmışdır. Rəşad Eminə: «özünü qoru, əlində bıçaq var, qaç»-desə də, sonuncu ona əhəmiyyət verməyərək ağaca bərkidilmiş kürəyi götürmək istəmişdir. Bu zaman o, hadisə barədə məlumat verməkdən ötrü binaya daxil olmuşdur. Daha sonra isə Emini yerdə uzanıqlı və ətrafına adamlar toplaşdığını görmüşdür. FHN-nin əməkdaşları təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmədən Emini xəstəxanaya aparmışlar. Sonuncunun üzərinə hücum edərkən Şəmsəddinin yanında heç kim olmamışdır. Polis əməkdaşları hadisə yerinə gələndə Şəmsəddinin yanında Yaşarı görmüşdür. Yaşarın hadisə vaxtı orada olub-olmadığına fikir verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, FHN-nin X2 baş xilasedicisi vəzifəsində çalışır. Mərhum Zərərçəkmiş şəxsla eyni mərkəzdə işləmişdir. Sonuncunu sakit, tərbiyəli və sözünə düz adam kimi tanımışdır. x xxx 2019-cu il tarixdə işdə Eminlə görüşüb hal-əhval tutduqdan sonra isə hərə öz işi ilə məşğul olmağa başlamışdır. Saat təxminən 11 radələrində iş yoldaşı Şahid2 ona zəng edib, Eminin bıçaqlandığını deyib, çölə çıxmağını xahiş etmişdir. Odur ki, qaça-qaça binadan çıxmışdır. Arxasınca digər işçilər də çölə çıxmışlar. Binadan çıxanda Eminin yerdə arxası üstə uzandığını, yanında Rəşadın dayandığını görmüşdür. Bir az aralıda isə adlarını sonradan bildiyi Şəmsəddin və Yaşarın iti addımlarla yola tərəf getdiklərini görmüşdür. Sonuncular yolun Sumqayıt şəhəri istiqamətinə gedən hissəsinə keçib bir mikroavtobus saxlatmışlar. Rəşad və İbrahimlə birlikdə avtobusa yaxınlaşıb, Şəmsəddinlə Yaşarı avtobusdan düşürtmüşlər. Həmin vaxt Şəmsəddinin əlində qanlı bıçaq olmuşdur. Sonuncudan nə səbəbə Emini vurduğunu soruşduqda, Şəmsəddin namus üstündə vurduğunu demişdir. Emini avtomobillə təcili tibbi yardım xəstəxanasına aparsalar da, sonuncu xəstəxanada dünyasını dəyişmişdir. O, Eminin vurulma anını görməmişdir. Hadisədən sonra idarənin xilasedicisi Əlmas Abbasov demişdir ki, Emin bir neçə müddətdir ki, ona bir nəfərin onu bezdirdiyini, elə hər dəfə ona zəng vurub qardaşının arvadına sataşdığını demiş, Emin də bir neçə dəfə and içib elə bir şeyin baş vermədiyini demişdir. Eyni sözləri Emin digər xilasedici Elbəy Rzalıya da demişdir. Əlmasın sözlərindən bilmişdir ki, Eminin heç kimin arvadı ilə heç bir münasibəti olmamış, onları izləməmiş və sataşmamışdır. Rəşaddan Eminin kimin tərəfindən vurulduğunu soruşduqda, Rəşad həmin iki nəfər şəxsi göstərib, onların vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Şahid4 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, əvvəllər FHNnin X3 xilasedici vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs 2010-cu ildən tanımışdır. Sonuncu ilə dostluq etmiş, işdən çıxandan sonra da Eminlə tez-tez görüşmüşdür. x xxx 2018-ci ildə Eminin bıçaqlanıb öldürüldüyünü bilmişdir. Eşitdiyi söz-söhbətlərdən Şəmsəddin Emini güya qardaşı Yaşarın arvadına sataşdığı üçün bıçaqlayıb öldürdüyü ona məlum olmuşdur. Eminin kiminsə arvadına sataşdığı barədə gəzən söz-söhbətlərə inanmır. Emini namuslu və tərbiyəli bir insan kimi tanımışdır. Hadisədən təxminən 5-6 ay əvvəl Eminlə görüşüb söhbət edərkən, sonuncun kefsiz olduğunu görüb səbəbini soruşmuşdur. Emin bir nəfərin onu yolda saxlayıb, arvadına sataşdığını dediyini, həmin adama heç kimə sataşmadığını bildirməyinə baxmayaraq ondan əl çəkmədiyini demişdir. Emin həmin adamın başının xarab olduğu və davranışının normal olmadığı barədə ona danışmışdır. Eminlə dostluq münasibətində olmuş və sonuncu demək olar ki, bütün şəxsi problemlərini onunla bölüşmüşdür. Bu baxımdan, həm də Emini yaxından tanıdığından tam əminliklə deyə bilər ki, Emin heç vaxt başqasının arvadına sataşmamış və kiməsə söz atmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2014-cü ildə Şahid1la ailə qurmuşdur. Əri Yaşar və qaynanası Səmayə ilə birlikdə Sumqayıt şəhəri 10-cu mikrorayonda 49 saylı evin 83-cü mənzilində yaşamışdır. Birgə nigahdan uşaqları olmamışdır. Yaşar ailədə onunla normal davransa da, xasiyyətcə çətin, qəlbiqara və həddən artıq qısqanc adam olmuşdur. Evli olduğu müddət ərzində əri ona mobil telefon işlətməyə, evdən tək çölə çıxmağa, kimləsə ünsiyyət qurmağa icazə verməmişdir. Əvvəllər əri ona tək ancaq atasıgilə getməyə icazə versə də, hadisədən 6-7 ay əvvəl evdən ancaq Yaşar və digər qohumları ilə birlikdə çıxa bilmiş, tək heç bir yerə getməmişdir. Son bir neçə ay Yaşar ona eyvandan paltar asmağa belə icazə verməmiş, odur ki, paltarları ancaq içəri tərəfdən asmağa məcbur olmuşdur. Yaşar evdə olarkən telefon zənglərinə cavab verməyə və ya qapını açmağa onun icazəsi olmamışdır. Yaşarla ailəli olduğu müddət ərzində o, bir dəfə də olsun sonuncuya onu qısqanmağa əsas verməmiş, həmişə başı aşağı olmuş, ərinin sözündən çıxmamışdır. Son 8-9 ay əri ona kiminsə onun təqib etdiyini, məhəlləyə düşəndə və ya məscidə gedəndə adamların ona tərs baxdıqlarını demişdir. O, əri ilə birlikdə çıxanda da, Yaşar demişdir ki, onları güdürlər. Yaşardan: «biz axı heç kimə heç nə etməmişik, bizi güdmək kimə lazımdır?»-deyə soruşduqda, Yaşar kiminsə onları güddüyünü, hara getsə də, həmin adamın qabağına çıxdığını demişdir. Yaşar son bir neçə ay əvvəl kiminsə onu yaşamağa qoymadığını deyib, başqa yerə köçmək istədiyini bildirmişdir. Yaşara bir neçə dəfə psixiatra müraciət etməyi təklif etsə də, Yaşar dəli olmadığını deyib, həkimə ehtiyacının olmadığını bildirmişdir. Hadisədən bir neçə ay əvvəl Yaşarın qardaşı Şəmsəddin evlərinə gəlmiş və bu zaman sonuncunun bikef olduğunu hiss etmişdir. Şəmsəddin ondan eyvanlarına kiminsə baxıb-baxmadığını soruşmuş, sonuncuya belə bir halın baş vermədiyini bildirmişdir. Son bir neçə ay bibisi, qaynanası və ya anası ilə birlikdə harasa gedibgəldikdən sonra Yaşar onlardan arxalarınca kiminsə düşüb-düşmədiyini soruşmuş, onlar heç kimin onları güdmədiyi və arxalarınca gəlmədiyini demişlər. Əvvəllər Yaşarla birlikdə harasa çıxıb gəzsələr də, son bir neçə ay Yaşar onu heç bir yerə aparmamış, getdiyi yer ancaq mağaza olmuşdur. Onu heç kim təqib etməmiş, paltar asmağını izləməmiş və ya ona: «qara qız» deyib söz atmamışdır. Bir neçə müddət bundan əvvəl Yaşar evə gələrək iş yerində olan köşkün üzərində söyüş yazıldığını demişdir. Yaşardan həmin söyüşün qabağında onun adının yazılıbyazılmamasını soruşmuş, sonuncu söyüşün yanında adının yazılmadığını demişdir. O, köşkdə çoxsaylı işçilərin olduğunu, hansı səbəbdən söyüşü özünə götürdüyünü soruşsa da, Yaşar ona cavab verməmişdir. Hadisədən təxminən bir ay əvvəl Yaşar evə gələrək onunla birlikdə olan şəkillərin internetdə yayıldığını dedikdə Yaşara: «bizim nə şəkilimiz var ki, yayılsın»-deyə cavab vermişdir. Yaşar küçəyə çıxa bilmədiyini, hamının ona tərs baxdığını demişdir. x xxx 2019-cu il tarixdə səhər saat 9 radələrində oyanmışdır. Yaşarın işi səhər saat 8-də başladığından qaynanası Yaşarı işə yola salmışdır. Saat təxminən 12 radələrində Yaşar evə gəlmiş, həmin vaxtı evdə ondan başqa heç kim olmamışdır. Yaşar ona qardaşı Şəmsəddinin adam vurduğunu bildirmişdir. Həmin vaxtı qan azlığından əziyyət çəkdiyindən həyacanlanıb oturmuş və artıq sual verməmişdir. Yaşar evə gələndə qolunda xəsarət olmuşdur. Hansı qolun əzildiyini xatırlamır və hansı şəraitdə qolunun əzildiyini ona deməmişdir. Sonuncu əynindəki gödəkçəni evə qoyub çıxıb getmişdir. Daha sonra bilmişdir ki, Şəmsəddin Emin adlı şəxsi bıçaqlayıb öldürmüş, lakin səbəbini bilməmişdir. O, Zərərçəkmiş şəxs tanımamış və görməmişdir. Hadisədən dərhal sonra qardaşı Samirə zəng vurmamışdır. Onun istifadəsində mobil telefon olmadığından Yaşar çıxıb evdən getdikdən sonra dayısıgilin ev telefonuna zəng etmişdir. Dayısıgillə atasıgilin evləri Yaşıl Dərə massivində qonşuluqda yerləşdiyindən və atasıgilin də ev telefonları olmadığından, dayısına anasını telefona çağırmağı xahiş etmişdir. Anası telefonu götürəndə Şəmsəddinin adam vurduğunu bildirmişdir. Atası ilə anası Samiri iş yerindən götürüb polis idarəsinə gedəcəklərini demişlər. Təxminən 1 saatdan sonra o, qaynanası ilə birlikdə polis idarəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Şahid7 onun bacısıdır. Sonuncu Şahid1la evlidir. Birgə yaşadıqları müddət ərzində Kəminə ilə Yaşarın arasında elə bir ciddi dava-dalaşları olmamışdır. Hadisədən təxminən 9 ay əvvəl Yaşar ona Emin adlı şəxsin onun arxasınca düşdüyünü bildirmişdir. Eminin niyə onun arxasınca düşdüyünü soruşduqda Yaşar heç nə bilmədiyini, bir dəfə yolda gedəndə Eminin ona baxdığını görüb sonuncudan səbəbini soruşduğunu, Emin isə: «dayanıb burda adam gözləyirəm, sənə baxan var, get, işinlə məşğul ol»-deyə cavab verdiyini bildirmişdir. Yaşar ondan Eminin hansı səbəbdən onun arxasınca düşməsini öyrənməyi xahiş etmişdir. Odur ki, Eminlə telefonda danışmış, sonuncu Yaşarın başında problem olduğunu deyib, müalicə almasını təklif etmişdir. O, Eminə Yaşarı görəndə üzünü çevirib tanımamış kimi hərəkət etməsini xahiş etmişdir. Həmin vaxt başa düşmüşdür ki, Yaşarın dedikləri uydurmadır və onun arxasınca heç kim düşmür. Bundan sonra bir daha Yaşarla bu barədə söhbət etməmişdir. xx xxxxxx 2018-ci il tarixdə Yaşargildə olarkən sonuncunun qardaşı Şəmsəddini görmüşdür. Şəmsəddin ona Yaşarı izləyən adamların çoxaldığını demiş, o isə Şəmsəddinə Yaşarı aparıb müalicə etmələrini, sonuncunu heç kimin izləmədiyini, bir böyük qardaşı kimi Yaşara ağıl verməyini demişdir. Bir daha nə Yaşar, nə də Şəmsəddinlə bu barədə danışmışdır. x xxx 2019-cu il tarixdə günorta vaxt bacısı ev telefonundan onun istifadəsində olan mobil telefonuna yığıb Yaşarın evə qolu əzilmiş vəziyyətdə gəlib Şəmsəddinlə dalaşdığını, özünün isə qolunun əzildiyini, həkimə, daha sonra isə polisə gedəcəyini deməsini bildirmişdir. Bacısı ondan Yaşarın arxasınca getməyini xahiş etmişdir. O, Yaşarı polis idarəsinin yanında görüb, nə baş verdiyini soruşmuş, sonuncu ona Şəmsəddinin Emini bıçaqla vurduğunu bildirmişdir. Hadisədən sonra bacısı Kəminə onun atasının evinə köçmüşdür. Təxminən 3-4 gündən sonra Yaşar ona zəng edib xahiş etmişdir ki, Kəminəni polisə və ya başqa bir hüquq mühafizə orqanına çağırsalar, orada desin ki, güya Emin ona söz atıb, onu izləyib və Şəmsəddin də namus üstündə Emini öldürüb. Yaşara elə bir şeyin mümkün olmadığını, bacısı adına söz çıxara bilməyəcəyini deyib telefonu söndürmüşdür. Ondan sonra bir daha Yaşargillə danışmamışdır. Yaşargilin qohumları bir neçə dəfə də bu cür məzmunlu xahişlərlə bacısı Kəminəyə müraciət etmiş, lakin sonuncu onunla məsləhətləşdikdən sonra həmin xahişləri rədd etmiş və hadisəni necə olubsa, elə də danışacağını bildirmişdir. Emin bacısı Kəminəyə söz atmamış, onu izləməmiş, paltar asmağına baxmamışdır. Kəminə demək olar ki, evdən tək çıxmamış, ancaq ərinin və ya digər qohumlarının yanında harasa getmişdir. Bacısının sözlərindən bilmişdir ki, Yaşar son 8-9 ayda həddən artıq qısqanc olmuş, onu tək çölə buraxmamış, hər dəfə kiminsə tərəfindən təqib olunduğunu demişdir. Yaşarın dedikləri hamısı uydurmadır. Hesab edir ki, son zamanlar Yaşarda psixi pozuntular yaranmışdır və müalicəyə ehtiyacı vardır. Məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 39 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində: döş qəfəsinin sol yarısının döş boşluğuna keçərək ürəyi və ağ ciyəri zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ saidin orta 1/3-nin kəsilmiş yarası xəsarətlər aşkar edilmişdir. Göstərilən xəsarətlər iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənmişdir, həyatidirlər, müddəti olümündən az əvvəl yetirilməklə dərəcəsinə görə canlı şəxslərdə döş qəfəsinin döş boşluğuna keçərək sol ağ ciyəri və ürəyi zədələyən yaraları həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Sağ saidin orta 1/3-nin yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində olan xəsarətlərlə paltarların üzərindəki xəsarətlər yerləşmə nahiyəsinə və sayına görə bir-birinə uyğun gəlir. Yaraların istiqaməti soldan-sağa, yuxarıda aşağı olmuşdur. Xəsarət yetirilərkən mərhum zərəryetirənlə müxtəlif qarşılıqlı vəziyyətdə (üzbə-üz, ayaqüstə, diziüstə əyilmiş və s.) ola bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol ağ ciyəri və ürəyi zədələyən yaraları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 1-2 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir (c.2, i.v. 7-13). Məhkəmə tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli 611 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində: alnın sağ yarısının hematoması, 2 ədəd sıyrığı və sağ almacıq nahiyəsinin sıyrığı xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən dəmir boru ilə vurulma nəticəsində əmələ gələ bilər, müddəti 2-3 gün əvvəl olmaqla x xxx 2019-cu il tarixə uyğun gələ bilər və sağmalığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (c.2, i.v.4-6). Məhkəmə tibbi-kirminalitsik və soyuq silah ekspertizasının x xxxx 2019-cu il tarixli 221/2019- MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində ortada yuxarıda 2 ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Zərərçəkmiş şəxs məxsus şalvar, bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, gödəkçə, Şahid1 məxsus şalvar, gödəkçə və köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədir. Zərərçəkmiş şəxs məxsus şalvarın ön hissəsində yuxarıda olan qan ləkələri hopma xarakterli ləkələrdir, qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmiş və sonradan kapilyarlıq faktoru üzrə səthə hopmuşdur. Şalvarın ayaqlarının ön hissəsində aşağıda olan qan ləkələri qan mənbəyindən hündürlükdən düşən qan damcıları nəticəsində əmələ gəlmişlər. Zərərçəkmiş şəxs məxsus köynəyin əsasən ön hissəsində olan qan ləkələri hopma xarakterli ləkələrdir. Bu qan ləkələri qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmiş, sonradan isə kapilyarlıq faktoru üzrə səthə hopmuşdur. Zərərçəkmiş şəxs məxsus ayaqqabının sol tayının üst hissəsində olan qan ləkələri qan mənbəyindən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus gödəkçə, Şahid1 məxsus köynək və şalvar üzərində tibbi-bioloji tədqiqat zamanı aşkar edilmiş qan ləkələri vizual olaraq aydın seçilmədiyindən onların yaranma mexanizmi haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş bıçağın və dəmir parçası üzərində aşkar edilmiş qan ləkələri yaxma xarakterli ləkələrdir, qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (c.2, i. v. 17-22). Məhkəmə tibbi-bioloji ekspertizasının x xxxx 2019-cu il tarixli 328/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0(İ)-dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu B(İİİ)-dir. Şahid1 qan qrupu AB0 sistemi üzrə qan qrupu B(İİİ)-dir. Ekspertiza təqdim olunmuş bıçaq, dəmir parçası, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus gödəkçə, Şahid1 məxsus köynək, şalvar, hadisə yerindən götürülmüş 03 ədəd kosmetik çöpə sarınmış pambıqlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrində AB0 sistemi üzrə qrup tədqiq etdikdə yalnız H antigeni alındı. H antigeni 0(İ) qrupun əsasın təşkil edir. Beləliklə, bu qan ləkələri 0(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, Şahid1 məxsus gödəkçə üzərində vizual müayinə zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Hazırda təcrübədə tətbiq olunan elmi əsaslandırılmış tədqiqat metodları olmadığı üçün maddi sübutlarda olan ləkələrdəki qanın yaranma müddəti və qanın canlı şəxsə və ya meyitə məxsus olması barədə fikir söyləmək mümkün olmadı (c.2, i.v.23-30). Məhkəmə lifli materialların kriminalistik ekspertizasının xx xxx 2019-cu il tarixli 13225 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlardan göy rəngli şalvarı üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu şalvarın tərkib liflərinə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Şahid1 məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Təqdim edilmiş metal boru üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur (c.2, i.v. 31-35). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 1259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edildi. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, özünə qarşı hörmət tələb etmək, şübhəlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, həyacan yaranmışdır. Həmin halın yaranması psixopatik xasiyyət cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (c.2, i.v. 36-38). İşin 1-ci cildinin 8-9-cu vərəqələrindəki meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı meyitin əynində olan paltarlar - tünd göy rəngli şalvar, qara rəngli qısaqol köynək və bir cüt ayaqqabı qablaşdırılmaqla götürülmüşdür. İşin 1-ci cildinin 33-35-ci vərəqələrindəki x xxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və hadisə zamanı əynində olmuş paltarlar göy rəngli gödəkçə, göy rəngli qısaqol köynək və göy rəngli cins şalvar müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və maddi sübut kimi tanınmışdır. İşin 1-ci cildinin 3-7-ci vərəqələrindəki x xxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri-ünvan 1 ünvanda yerləşən FHN-nin X2 inzibati binasının qabağıdır. Baxış zamanı hadisə yerindən bir ədəd qatlanmayan tipli bıçaq və qanabənzər ləkələrdən nümunələr götürülmüş və bıçaq maddi sübut kimi tanınmışdır. İşin 3-cü cildinin 61-63-cü vərəqələrindəki xx xxxxxxx 2019-cu il tarixli protokol və fotocədvəldən görünür ki, cinayətin aləti ehtimal olunan bıçaq eyni növdən olan bıçaqlar arasında tanınması üçün Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı götürülmüş bıçağı tanıyaraq cinayəti həmin bıçaqla törədildiyini bildirmişdir. İşin 1-ci cildinin 118-119-cu vərəqələrindəki baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətindən xx xxx 2019-cu il tarixli məktubla daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinhin STŞ-046 nömrəli kamerasının x xxx 2019-cu il tarixdə saat 11:00-dan saat 12:00-dək olan müddətdəki videogörüntüləri özündə əks etdirən diskə baxış zamanı müəyyən olunmuşdur ki, görüntülər Sumqayıt Baş Gömrük İdarəsi və FHN-nin X4 inzibati binalarının qarşısında qeydə alınıb. «Hadisə yerinə getmələri» adlı fayla baxış zamanı müəyyən olundu ki, saat 11:15:17-də Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binası tərəfdən FHN-nin inzibati binasına tərəf iki nəfər, ilk baxışdan Yaşar və Təqsirləndirilən şəxslara bənzəyən şəxslər irəliləyirlər. Solda gedən, nisbətən hündürboy olan, ilk baxışdan göy rəngli köynək geyinmiş şəxs, ondan bir qədər arxada nisbətən balacaboy olan, əynində ilk baxışdan qara gödəkçəsi olan şəxsin uzadılmış əlinə tərəf əlini uzadır, sonra isə əlini geri çəkir. Saat 11:15:40-da həmin ki nəfər şəxs üzü FHN-nin inzibati binasına doğru addımlıyanda, onlardan sağ tərəfdə arxası onlara tərəf bir nəfər Sumqayıt Baş Gömrük idarəsinin inzibati binasının qarşısında ilk baxışdan qazonu sulamaq təəssüratı yaradan hərəkətlər edir. «Avtobusdan düşmələri» adlı faylda saat 11:14:21-də iki nəfər şəxsin ilk baxışdan Şahid1 və Təqsirləndirilən şəxs bənzəyən şəxsin avtobusdan düşüb üzü Sumqayıt Baş Gömrük İdarəsinin qabağına getmələri görünür. «Gəlmələri və dalaşmaları» adlı faylda saat 11:20:20-də «Mercedes» markalı **-CL-*** dövlət qeydiyat nişanlı avtomobilin FHN-nin X2 inzibati binasının qabağından keçib sağa tərəf döndüyü görünür. Bundan başqa müəyyən olundu ki, saat 11:20:54də FHN-nin X2 inzibati binasının qarşısına təxliyyə avtomobili gəlmiş və «Mitsubishi» markalı **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobili təxliyyə edərək həmin ərazidən uzaqlaşmışdır. «Hadisə yerindən mikroavtobusa qaçması» adlı faylda 11:21:10-da iki nəfər şəxsin, ilk baxışdan Yaşar və Təqsirləndirilən şəxslara bənzəyən şəxsin FHN-nin X2 inzibati binası tərəfdən yolu keçərək üzü Sumqayıt şəhəri istiqamətdə olan yola tərəf getmələri görünür. Saat 11:21:29-da həmin iki nəfər şəxs Sumqayıt şəhəri istiqamətdə gedən yolun qırağında dayanırlar və yanlarında Sumqayıt şəhəri istiqamətdə hərəkətdə olan ağ rəngli mikroavtobus saxlayır. Həmin iki nəfər şəxs saat 11:21:45-də ağ rəngli mikroavtobusa minirlər. Saat 11:22:00-da FHN-nin X2 inzibati binası tərəfdən üzü Sumqayıt şəhəri istiqamətdə gedən yola tərəf 5 nəfər şəxs gedir və ağ rəngli mikroavtobusa yaxınlaşırlar. Həmin vaxt qarmaqarışıq düşdüyündən aydın olaraq orada nə baş verdiyinin sezmək olmur. Saat 11:22:29-da 5 nəfər şəxs üzü FHN-nin X2 inzibati binasına tərəf gedirlər. Saat 11:22:33-də həmin 5 nəfərdən biri hərəkət zolaqlarının ortasında olan bordyura tərəf gedir. Saat 11:22:35-də mikroavtobus yerindən tərpənib gedir. Saat 11:23:00-da bir nəfər şəxs də FHN-nin X2 inzibati binası tərəfdən yolu keçərək hərəkət zolaqlarının arasında olan bordyura tərəf gedir. Orada 4 nəfər şəxsin bir-birləri ilə söhbət etdiyi görünür. Saat 11:24:06-da 4 nəfər şəxsin yolun ortasından üzü FHN-nin X2 inzibati binasına tərəf getdiyi görünür. Baxış zamanı başqa digər hər hansı iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən olunmadı. İşin 2-ci cildinin 48-ci vərəqəsindəki «xxxxxxxx» MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqından xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin diskdə təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin giriş və çıxış zəngləri, bu nömrənin hansı anten dairəsində olmasına dair məlumatlar, eləcə də «sms»lər qeyd olunmuşdur. Həmin nömrələrə dair məlumatlar, nömrələrin giriş və çıxış zəngləri ayrılıqda yığılmışdır. Qeyd olunmuş nömrənin giriş-çıxış zənglərinin çıxarışına baxış zamanı müəyyən olundu ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrənin çıxış və daxil olan zənglərinə baxış zamanı müəyyən olundu ki, həmin nömrədən mütəmadi olaraq x xxxxx 2019-cu il tarixdən x xxx 2019-cu il tarixə kimi qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə 14 zəng xaric olmuş və sonuncu nömrədən 54 zəng daxil olmuşdur. Qeyd olunan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə zəng xaric olmamış və zəng daxil olmamışdır. Hadisənin baş vermiş olduğu gün, yəni x xxx 2019-cu il tarixdə ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə saat 10:04:04-də 12 saniyə, saat 10:10:39-da 7 saniyə ərzində zəng xaric olmuşdur. ***-***-**-** saylı nömrənin SMS mətnlərinə, eləcə də nömrənin hansı anten dairəsində olmasına dair məlumatlara baxış zamanı iş üçün hər hansı əhəmiyyət kəsb edə biləcək məlumat aşkar olunmadı. İşin 3-cü cildinin 16-cı vərəqəsindəki «xxxxxxxx» MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında x xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin giriş və çıxış zəngləri, bu nömrənin hansı anten dairəsində olmasına dair məlumatlar, eləcə də «sms»lər qeyd olunmuşdur. Həmin nömrələrə dair məlumatlar, nömrələrin giriş və çıxış zəngləri ayrılıqda yığılmışdır. Qeyd olunmuş nömrənin giriş-çıxış zənglərinin çıxarışına baxış zamanı aşağıdakılar müəyyən olundu: Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında mütəmadi olaraq danışıqlar olmuşdur. ***-***- **-** saylı nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çıxış zəng kimi xx xxxxxx 2018-ci il tarixdə saat 10:32:12-də 81 saniyə, x xxx 2019-cu il tarixdə saat 11:14:55-də 10 saniyə ərzində danışıqlar qeydiyyata alınmışdır. 0***-***-**-** saylı nömrədən daxil olan zəng kimi x xxx 2019-cu il tarixdə saat 10:54:03-də 46 saniyə ərzində danışıq qeydiyyata alınmışdır. Baxış zamanı başqa iş üçün əhəmiyyət kəsb edən çıxış və daxil olan zənglər qeydiyyata alınmamışdır. ***-***-**-** saylı nömrənin «SMS» mətnlərinə, eləcə də nömrənin hansı anten dairəsində olmasına dair məlumatlara baxış zamanı iş üçün hər hansı əhəmiyyət kəsb edə biləcək məlumat aşkar olunmadı. İşin 1-ci cildinin 14-16-cı vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 183-184-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 215-216-cı vərəqələrindəki xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 32.4, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İşin 1-ci cildinin 245-246-cı vərəqələrindəki Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixi qərarından görünür ki, Şahid1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cildinin 72-78-ci vərəqələrindəki Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Şahid1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və o, saxlanıldığı Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. İşin 2-ci cildinin 161-166-cı vərəqələrindəki stasionar məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 97 saylı rəyindən görünür ki, Şahid1 «xroniki sayıqlama pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkir. Şahid1 cinayət əməlini psixotik halda sayıqlama fikirlərini təsiri altında törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır. Buna görə Şahid1 ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Şahid1 hal-hazırda da öz hərəkətlərni faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Şahid1 hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına, habelə təyin edilə biləcək azadlıqdan məhrumetmə cəzasını çəkməyə imkan vermir. Buna görə də Şahid1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. İşin 3-cü cildinin 31-39-cu vərəqələrindəki kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının x xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Şahid1 hadisəni törədərkən və hadisədən sonra anlaqlı olması barədə xx xxxxxx 2019-cu il tarixli 97 saylı stasionar məhkəmə psixiatrik ekspertizasının rəyi kifayət qədər əsaslıdır və onun qanuniliyi heç bir cəhətdən şübhə doğurmur. Şahid1 psixi-emosional vəziyyəti psixi xəstəliyi ilə əlaqədar olduğundan ittiham olunduğu əmələ görə öz hərəkətlərinə cavab vermək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Şahid1 cinayət hadisəsini törədərkən fiziki affekt halında (qəflətən baş vermiş güclü ruhi həyəcan) olmamışdır. Şahid1 müəyyən edilən psixopya vəataloji simptomatika ilə əlaqədar o, yalan, uydurma və ya kiminsə təsiri altında danışa bilər. İşin 3-cü cildinin 94-130-cu vərəqələrindəki «sübutların qiymətləndirilməsi, cinayət əməlinin tövsif edilməsi və maddi sübut kimi tanınma haqqında» x xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, cinayət işinin Şahid1 Azərbaycan Respublikası CM-nin 32.4, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan hissədə əməlində cinayət tərkibinin əlamətlərinin olmadığına görə xitam verilmişdir. Qeyd olunan qərarla meyitə baxış zamanı meyitin əynində olmuş paltarlar-tünd göy rəngli şalvar, qara rəngli qısaqol köynək və bir cüt ayaqqabı, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrə hopdurulmuş 3 ədəd qulaqtəmizləyən çöp, dəmir boru və qara rəngli dəstəyi olan bıçaq, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar-göy rəngli gödəkçə, göy rəngli qısaqol köynək və göy rəngli cins şalvar, Şahid1 hadisə vaxtı əynində olmuş paltarlarqırmızı rəngli gödəkçə, göy rəngli uzunqol köynək və göy rəngli cinsi şalvar öz xüsusiyyətləri və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər prokurorluğuna təhvil verilmişdir. İşin 1-ci cildinin 187-190-cı vərəqələrindəki şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində x xxxxxx 2007 və x xxxxxxxx 2010-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin mərhum Zərərçəkmiş şəxs öldürmək istəmədiyi barədəki hissəsinə tənqidi yanaşır və əməlinin CM-nin daha yüngül maddəsinə tövsif edilməsinə yönəlmiş cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilənəzərdə tutulmuşcinayət tərkibini yaratdığından və həmin tərkiblə tam əhatə olunduğundan, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkənAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12dekabr 2002-ci il tarixli 3 saylı «Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 6-cı bəndindəkiizahı da nəzərə alır. Həmin izaha görə «qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)». Məhkəmə yuxarıda qeyd olunan Plenum Qərarının 6-cı bəndindəki izaha uyğun olaraq təqsirkarın niyyətinin nəyə yönəlməsi məsələsini həll edərkən, işin bütün hallarını, o cümlədən cinayətin üsulunu, alətini, yetirilən bədən xəsarətlərinin sayını, xarakterini və lokalizasiyasını, konkret olaraq həyat üçün mühüm orqanlara xəsarətlər yetirilməsini, həmçinin təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətlərini - zərərçəkmiş şəxsə xəsarətlər yetirdikdən sonra ona kömək göstərmədiyini nəzərə alaraq nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyətilə, yəni ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öldürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu x xxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sumqayıt şəhər prokurorluğunda saxlanılan meyitə baxış zamanı meyitin əynində olmuş paltarlar - tünd göy rəngli şalvar, qara rəngli qısaqol köynək və bir cüt ayaqqabı, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrə hopdurulmuş 03 ədəd qulaqtəmizləyən çöp, dəmir boru və qara rəngli dəstəyi olan bıçaq, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar – göy rəngli gödəkçə, göy rəngli qısaqol köynək və göy rəngli cins şalvar, Şahid1 hadisə vaxtı əynində olmuş paltarlar-qırmızı rəngli gödəkçə, göy rəngli uzunqol köynək və göy rəngli cinsi şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 292 (iki yüz doxsan iki) manat 03 (üç) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunda saxlanılan meyitə baxış zamanı meyitin əynində olmuş paltarlar - tünd göy rəngli şalvar, qara rəngli qısaqol köynək və bir cüt ayaqqabı, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrə hopdurulmuş 03 ədəd qulaqtəmizləyən çöp, dəmir boru və qara rəngli dəstəyi olan bıçaq, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar-göy rəngli gödəkçə, göy rəngli qısaqol köynək və göy rəngli cins şalvar, Şahid1 hadisə vaxtı əynində olmuş paltarlar-qırmızı rəngli gödəkçə, göy rəngli uzunqol köynək və göy rəngli cinsi şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 292 (iki yüz doxsan iki) manat 03 (üç) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-225/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-225/2020
12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver