Məhkəmə qərarları › İş №1(101)-225/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-225/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-225/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X24, zərəçəkmiş şəxslər- Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, onların qanuni nümayəndəsi X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X4, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxx 1992-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, “Ucuzluq” mağazasının Ramana filialında mühasib işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yolu küçəsi, ev 34/75-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz evdə yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 16:52-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Az **-ME-*** dövlət qeydiyyat nişanlı, özünə məxsus “Mercedes Benz S320” markalı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan- Türkan yolunda Hövsan qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkət edən zaman “Ticarət Mərkəzi”-nin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin qaydalara əməl etməmiş və hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından 3,9 metrlik məsafədə, eyni istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 nişanlama xəttinin üzərində Türkan qəsəbəsi istiqamətində hərəkət edən, Təqsirləndirilən şəxs2 idarə etdiyi Az **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşdurmuş, nəticədə “Mercedes Benz S320” markalı minik avtomobilində olan sərnişinlərdən 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 sağ diz oynağının hemartrozu ilə nəticələnən az ağır bədən xəsarəti, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 sol diz oynağının hemartrozu və şişkinliyi ilə nəticələnən az ağır bədən xəsarəti, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 boyun əzələlərinin gərilməsi, sağ diz oynağının əzilmiş yarası, sol baldırın sıyrıqları ilə nəticələnən yüngül bədən xəsarəti, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 sağ qamış sümüyünün orta 1/3-nin yerdəyişmə ilə qapalı sınığı ilə nəticələnən az ağır bədən xəsarəti, “Nissan Sunny” markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs2 sol incik sümüyünün aşağı 1/3-nin, iç topuğun və qamış sümüyünün arxa kənarının yerdəyişən sınıqları ilə nəticələnən az ağır bədən xəsarəti, həmin avtomobildə olan sərnişinlərdən 2014-cü il təvəllüdlü X2 bud sümüyünün qapalı yerdəyişmə ilə sınığı, sağ saidin hər iki sümüyünün qapalı, yerdəyişmə ilə sınığı, sol almacıq nahiyəsinin sıyrığı ilə nəticələnən az ağır bədən xəsarəti, 2016-cı il təvəllüdlü X5 mil sümüyünün sınığı və çənəaltı nahiyənin əzilmiş yarası ilə nəticələnən az ağır bədən xəsarəti, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs7 sağ mil sümüyünün yerdəyişən sınığı və alının əzilmiş-cırılmış yarası ilə nəticələnən az ağır bədən xəsarəti almışlar, “Nissan Sunny” markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişinlərdən xx xxxx 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 hər iki mil-bilək və sol baldır sümüklərinin sınıqları, alın nahiyəsinin sıyrıqları və sol baldırın əzilmiş-cırılmış yarası nəticəsində baş vermiş travmatik şokla xx xxxxxx 2019-cu il tarixdə hadisənin baş verdiyi yerdə, xx xxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 isə kəllə qapağı və əsası sümüklərinin (alın sümüyünün sınığı) sınıqları, baş beyin toxumasına, qişalarına, qişaları altına və mədəciklərinə qansızmalar, burun sümüyünün sınığı, alın, sol üst göz qapağının, burunun əzilmiş-cırılmış yaraları, diafraqmanın cırılması və qaraciyərin hematoması xəsatərlərindən xx xxxxxx 2019-cu il tarixdə 3 saylı ŞKX-da ölmüşlər və X25 məxsus “Nissan Sunny” markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 8300 (səkkiz min üç yüz) manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə saat 16:52-də X25 məxsus etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətə olan Az **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Türkan yolunda Türkan qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkət edən zaman “Ticarət Mərkəzi”-nin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə hərəkətini təmin etməli, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə avtomobili qarşı sol hərəkət zolağına çıxarmamalı, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda həmin qaydalara əməl etməmiş və qarşıdan əks istiqamətdə sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi Az **-ME-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S320” markalı minik avtomobili yaxınlaşdığı vəziyyətdə idarə etdiyi avtomobili qarşı sol hərəkət zolağına çıxarmış, hərəkət üçün təhlükə yaratmış və avtomobili sağa istiqamətləndirərkən hərəkət hissəsinin sol kənarından 3,9 metrlik məsafədə qarşıdan əsk istiqamətdə hərəkətdə olan Az **-ME-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S320” markalı minik avtomobili ilə toqquşdurmuş, nəticədə “Mercedes Benz S320” markalı minik avtomobilinin sürücüsü 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 sağ baldırın, sağ biləyin, sağ saidin sıyrıqları ilə nəticələnən dərəcələri təyin edilməyən bədən xəsarəti, həmin avtomobildə olan sərnişinlərdən 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 sağ diz oynağının hemayrozu ilə nəticələnən az ağır bədən xəsarəti, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 sol diz oynağının hemayrozu və şişkinliyi ilə nəticələnən az ağır bədən xəsarəti, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 boyun əzələlərinin gərilməsi, sağ diz oynağının əzilmiş yarası, sol baldırın sıyrıqları ilə nəticələnən yüngül bədən xəsarəti, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 sağ qamış sümüyünün orta 1/3-nin yerdəyişmə ilə qapalı sınığı ilə nəticələnən az ağır bədən xəsarəti, “Nissan Sunny” markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişinlərdən 2004-cü il təvəllüdlü X2 bud sümüyünün qapalı yerdəyişmə ilə sınığı, sağ saidin hər iki sümüyünün qapalı, yerdəyişmə ilə sınığı, sol almacıq nahiyəsinin sıyrığı ilə nəticələnən az ağır bədən xəsarəti, 2014-cü il təvəllüdlü X5 mil sümüyünün sınığı və çənəaltı nahiyənin əzilmiş yarası ilə nəticələnən az ağır bədən xəsarəti, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs7 sağ mil sümüyünün yerdəyişən sınığı və alının əzilmiş-cırılmış yarası ilə nəticələnən az ağır bədən xəsarəti almışlar, “Nissan Sunny” markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişinlərdən xx xxxx 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 hər iki mil-bilək və sol baldır sümüklərinin sınıqları, alın nahiyəsinin sıyrıqları və sol baldırın əzilmiş-cırılmış yarası nəticəsində baş vermiş travmatik şokla xx xxxxxx 2019-cu il tarixdə hadisənin baş verdiyi yerdə, xx xxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 isə kəllə qapağı və əsası sümüklərinin (alın sümüyünün sınığı) sınıqları, baş beyin toxumasına, qişalarına, qişaları altına və mədəciklərinə qansızmalar, burun sümüyünün sınığı, alın, sol üst göz qapağının, burunun əzilmiş-cırılmış yaraları, diafraqmanın cırılması və qaraciyərin hematoması xəsatərlərindən xx xxxxxx 2019-cu il tarixdə 3 saylı ŞKX-da ölmüşlər və Təqsirləndirilən şəxs1 məxsus Az **-ME-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S320” markalı minik avtomobilinə 5833 (beş min səkkiz yüz otuz üç) manat maddi ziyan dəyməklə yol nəqliyyat hadisəsi torətmişdir. Təqsirləndirilən şəxs1 ifadələrində ona elan edilmiş ittihamda özünü təqsiri bilməyərək göstərdi ki, “Mercedes Benz S320 minik” markalı, Az **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində heç bir nasazlıq olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə anasının ad gününü qeyd etmək üçün qardaşının həyat yoldaşı, uşaqları və bacısı, onun uşaqları onlara, yəni Əmircan qəsəbəsinə gəlməli idilər. O, idarə etdiyi “Mercedes Benz S320” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 16:00 radələrində Binə qəsəbəsinə gedib qardaşının həyat yoldaşı Nübar Əsgərzadəni, onun azyaşlı uşaqları Nuray və Salehi, eləcə də, dayısının oğlu Xəyalı, sonra isə Türkan qəsəbəsinə gedib bacısı Rahidə Fərzizadəni və onun Rüqəyya, Hüseyn və Xeyrulla adında üç uşağını götürmüşdür. Onun idarə etdiyi avtomobildə iki böyük və altı uşaq olmaqla səkkiz nəfər sərnişin var idi. Qabaqda bacısı Rahidə, arxada isə Əsgərzadə Nübar oturmuşdu. Uşaqlar isə Nübarın yanında və qucağda idilər. Saat 16:50-də avtomobili Türkan-Hövsan yolu ilə Türkan qəsəbəsi tərəfdən Hövsan qəsəbəsi istiqamətində təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olduğu yolun Hövsan qəsəbəsində yerləşən “Ticarət mərəkəzi ”adlanan yerin qarşısına çatmamış döngədən sonra ensiz yoldan geniş sahəyə çıxaraq həmin yolda olan ağ düz xəttin sağı ilə hərəkətini davam etdirmişdir. Döngədən geniş yola çıxarkən tanışlarından birini görmək üçün məcburən yolu geniş götürmüş və ticarət mərkəzinə çatmamış həmin yolda olan ağ xəttin sağı ilə hərəkət etmişdir. Təxminən 80- 100 metr hərəkət edib həmin yerdə onu gözləməli olan şəxsin olmadığını görüb, düz ağ xətti sola kəsərək sol hərəkət zolağına çıxaraq hərəkətini eyni sürətlə davam etdirmişdir. Təxminən 200-300 metr hərəkət etmiş və ticarət mərkəzinin sonuna 50-60 metr qalanda həmin vaxtı Hövsan qəsəbəsi tərəfdən əks istiqamətdən qarşı tərəfdən “Nissan Sunny” markalı minik avtomobilinin gəldiyini görmüşdür. O, “Nissan Sunny” markalı markalı maşını görəndə avtomobillər arasında qısa məsafə var idi. O, “Nissan Sunny” markalı markalı maşını görəndə onların avtomobillərinin toqquşmaması üçün idarə etdiyi avtomobilin sükanını qarşı hərəkət zolağına çıxmamaq şərtilə bir az sola çəkmişdir. “Nissan Sunny” markalı avtomobilin sürücüsü isə sükanı sağa çəkib yenidən yoluna düzələndə idarə etdikləri avtomobillər üzbəüz toqquşdu. Hadisədən sonra o, özü avtomobildən düşərək idarə etdiyi avtomobildə olan sərnişinləri salondan çıxarmışdır. Bu vaxt bacısının uşaqları Xeyrulla və Hüseynin hadisə zamanı xəsarət aldıqlarını görmüşdür. İdarə etdiyi avtomobildə olan digər sərnişinlər də yüngül xəsarətlər almışdılar. Buna görə də idarə etdiyi avtomobildə olan bütün sərnişinləri yoldan keçən tanımadığı avtomobillə xəstəxanaya göndərmişdir. Eyni zamanda “Nissan Sunny” markalı Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü və sərnişinlər də xəsarət aldığı üçün onların avtomobildən çıxmasına və xəstəxanaya yola salınmasına kömək etmişdir. “Nissan Sunny” markalı avtomobilin sürücüsü xəsarət almışdı və onu da xəstəxanaya yola salmışdır. Özü isə hadisə yerində qalmışdır. Hadisə onun təqsirindən deyil, “Nissan Sunny” avtomobilin sürücüsünün təqsirindən baş verdi. Hadisənin baş verdiyi yerdə əvvəlcədən, yəni genişləndirilməmişdən əvvəl 1.1 nişanlama xətti var idi. Türkan qəsəbəsi tərəfdən həmin xəttin bir hissəsi asfalt üzərində qalıb. Ona görə də, o, həmin hərəkət zolağını qarşı-qarşıya hərəkət zolaqları kimi qəbul etmişdir. Toqquşma da həmin hərəkət zolağında, yəni onun hərəkət zolağında baş vermişdir. Türkan qəsəbəsi istiqamətində 1.1 nişanlama xəttindən sonra qırıq-qırıq xətt varr. Əks istiqamətdə isə belə qırıq-qırıq xətt və yolun kənarını göstərən xətt yoxdur. Ona görə də, toqquşma vaxtı onun hərəkət etdiyi zolaq bir tərəfli deyil, iki tərəfli yol olmuşdur. O, hərəkətdə olarkən «Nissan Sunny» minik maşınının onun qarşısınqa çıxdığnı görəndə aralarında az məsafə olduğundan o, hadisənin qarşısını almağa çalışmış, lakin bunun qarşısını ala bilməmişdir. Bu hadisə onun təqsirindən törənməməsinə baxmayaraq o, hadisədən çox peşmandır. İmkanları daxillində hadisə nəticəsində zərərçəkmiş şəxslərə kömək etmiş və onlarla barışmışdır. Xahiş edir ki,bunları nəzərə alıb ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 ifadələrində ona elan edilmiş ittihamda özünü təqsiri bilməyərək göstərdi ki, “Nissan Sunny” markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili atası X30 2013-cü il tarixdə almış və idarə etmək üçün ona etibarnamə vermişdir. Həmin vaxtdan etibarən avtomobili etibarnamə ilə idarə edir. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 16:30 radələrində Hövsan qəsəbəsində poçtun yanında bir kişi, bir qadın və iki uşaq avtomobilinə əyləşib onları Türkan qəsəbəsinə aparmağı xahiş etdilər. O, avtomobili Hövsan qəsəbəsində yerləşən “Ləvəngi” adlı restorana tərəf təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Həmin restoranı keçib dar yoldan “Ticarət Mərkəzi” deyilən yerin qarşısına çatmışdır. O, dar yoldan “Ticarət Mərkəzi”nin qarşısında olan geniş yola çıxarkən “Mercedes Benz S320” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görmüşdür. Həmin vaxtı avtomobildə oturmuş sərnişin dedi ki, bu zarafat edir. O isə demişdir ki, onu tanımır və həmin anda toqquşma baş vermişdi. O, həmin avtomobilin onunla üzbəüz gəldiyini görüb toqquşmamaq üçün idarə etdiyi avtomobilin sükanını sağa doğru çevirmiş və tormoz vermişdir. Buna baxmayaraq həmin hadisənin qarşısını ala bilməmiş və “Mercedes Benz” markalı avtomobil ön tərəfi ilə onun idarə etdiyi avtomobilin ön tərəfindən vurdu. Hadisə nəticəsində o, huşunu itirmiş və bir az sonra ayılmışdır. Bu zaman ətrafda olan şəxslərin onun idarə etdiyi avtomobildə olan sərnişinləri avtomobildən çıxardıqlarını görmüşdür. O, hadisə nəticəsində sol ayağından xəsarət aldığı üçün yoldan keçən şəxslər onu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Orada müayinə olunmuş və sol ayağının sındığı müəyyən olunmuşdur. Sonradan hadisə nəticəsində «Mercedes Benz S320” markalı minik avtomobilinin sürücüsünün həmin avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 müxtəlif xəsarətlər aldıqlarının özünün minik avtomobilində olan sərnişinlərdən X6, X8, Zərərçəkmiş şəxs7 bədən xəsarətələri aldıqlarını, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə xəsarətələr alıb vəfat etdiklərini, özünün və toqquşduğu maşınların zədələndiyini və maddi ziyan dəydiyini bilmişdir. Hadisə onun yolunda baş vermişdir. Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxslərin hüquq varisləri X11 və X9 ilə barışmağa cəhd etmiş, Zərərçəkmiş şəxs7 7000 (yeddi min) manat məbləğində maddi yardım etmişdir, lakin onlarla barışıq əldə edə bilməmişdir. Zərərçəkmiş şəxs1 hüquqi varisi X11 ifadələrində göstərdi ki, 2003-cü ildə Aytən Musayeva ilə ailə qurmuş və bu nikahdan iki övladları olmuşdur. Oğlu Əli də xx xxxxx 2006-cı il tarixdə anadan olmuşdu. 8-ci sinifdə oxuyurdu. xx xxxxxx 2019-cu il tarixdə səhər təxminən saat 10:30 radələrində oğlu Əli, qaynı Əjdər, onun həyat yoldaşı Kifayət və uşaqları Leyla və Kənan Quba rayonundan Bakı şəhərinə Türkan qəsəbəsində yerləşən evlərinə getmişlər. Həmin tarixdə təxminən saat 17:30 radələrində qızı onunla əlaqə saxlayaraq oğlu Əlinin də içində olduğu avtomobilin Hövsan yolunda qəzaya düşdüyünü dedi. O da Bakı şəhərinə gəlmişdir. Yolda olduğu vaxt ona xəbər verdilər ki, qaynı Əjdər yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. O, uşağın necə olduğunu soruşmuş və Əlinin yaxşı olduğunu dedilər. O, Sabunçu rayonu 3 saylı xəstəxanaya çatdıqda oğlu Əli sağ olmuşdur. Təxminən iki saat sonra oğlu xəstəxanada vəfat etmişdir. Onlar da oğlu Əli ilə qaynı Əjdərin nəşini morqdan götürüb Quba şəhərinə aparıb orada dəfn etmişlər. Hadisədən sonra «Mercedes « markalı avtomobilin sürücüsü oğlu və qaynının dəfn mərasimində bir cümə axşamı və 40 mərasimlərini verdi, eləcə də, oğlu ilə qaynının məzar daşlarını düzəltdirdi. «Nissan» markalı avtomobil isə yas mərasimi üçün ona 500 manat nağd pul verdi və qaynının yoldaşı ilə övladının müalicəsinə xərc çəkdi. Onun nə qədər xərc çəkdiyini bilmir. Zərərçəkmiş şəxs2 hüquqi varisi X9 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun oğludur. Əjdər ailəli idi və iki övladı var. xx xxxxxx 2019-cu il tarixdə nəvəsi Zeynəbin Quba şəhərində toyu idi. Üç gün sonra,yəni xx xxxxxx 2019-cu il tarixdə səhər təxminən saat 10:30 radələrində oğlu Əjdər, onun həyat yoldaşı Kifayət və uşaqları Leyla və Kənan, digər nəvəsi Əli Quba rayondan Bakı şəhərinə Türkan qəsəbəsinə getmişlər. Həmin gün təxminən saat 17:30 radələrində o, evə gələndə evdən ona oğlu Əjdərin, onun ailəsinin və digər nəvəsi Əlinin içində olduğu avtomobil Hövsan yolunda qəzaya düşməsi və hadisə nəticəsindlə onların xəsarətlər alması ona məlum olmuşdur. Onun özünün imkanı olmadığı üçün qızı ilə kürəkənini Bakı şəhərinə yola salmışdır. Bir neçə saat sonra kürəkəni Laçın onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Əjdərin hadisə yerində vəfat etdiyini dedi. Bir qədər sonra isə Laçın təkrar onunla əlaqə saxlayaraq nəvəsi Əlinin də 3 saylı xəstəxanada rəhmətə getdiyini bildirdi. Həmin gün gecə saatlarında Laçın Əjdərlə nəvəsi Əlinin nəşini Quba şəhərinə gətirdilər. Onlar dəfn olundulur. Hadisədən sonra «Mercedes» markalı avtomobilin sürücüsü oğlu və nəvəsinin dəfn mərasimində bir cümə axşamı və 40 mərasimlərini verdi və hər cümə axşamında özləri iştirak etdilər. Oğlu ilə nəvəsinin məzar daşlarını da düzəltdirdi. «Nissan» markalı avtomobil isə yalnız yas mərasimi üçün onlara 500 manat nağd pul verdi və bəzi xəstəxana xərclərini çəkdi. O,onu bağışlamır və ona ən ağır cəza verilməsini istəyir hadisəni də o törədib. O, hadisə vaxtı «Mersedes» in yoluna çıxıb onunla toqquşub. «Mersedes» sürücüsünün günahı yoxdur. Onlar «Mersedes» markalı avtomobilin sürücüsünə bəraət verilməsini xahiş edirlər. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qaynıdır. O, onun yoldaşı X28 qardaşıdır. xx xxxxxx 2019-cu il tarixdə qaynanası Zahirənin ad günü idi. X38 savxozunda yaşayırlar. Qaynanasının ad günündə iştirak etmək üçün Əmircan qəsəbəsinə getməli idilər. Mail dedi ki, İqbal gəlib onları Əmircan qəsəbəsinə aparacaq. xx xxxxxx 2019-cu il tarixdə saat 16:00 radələrində İqbal onu, 4 yaşında qızı Nurayı, 3 yaşında oğlu Salehi, qardaşı Xəyalı götürdü. Bundan sonra İqbal Rahidə və uşaqlarını götürmək üçün Türkan qəsəbəsinə getdi və onları da götürdü. Avtomobildə qabaq oturacaqda baldızı Rahidə, arxa sağ oturacaqda o, qucağında oğlu Saleh, ondan sonra qızı Nuray, sonra baldızı qızı Ruqayyə, Xeyrulla, arxa sol oturacaqda isə Xəyal oturmuşdu. Təxminən saat 17:00 radələrində Bakı şəhəri, Türkan-Hövsan yolu ilə Türkan qəsəbəsi tərəfdən Hövsan qəsəbəsi istiqamətində getmişlər. Türkan-Hövsan yolunda olan Ticarət mərkəzinin qarşısında qarşıdan hərəkət edən “Nissan Sunny” markalı avtomobil onun əyləşdiyi avtomobillə qarşı-qarşıya toqquşdu. Hadisədən sonra onları avtomobildən çıxardılar. İqbal onu və hadisə zamanı digər xəsarət alanları yoldan keçən tanımadığı avtomobillə xəstəxanaya göndərmişlər. Ona xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs1, eləcə də digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 heç bir şikayəti və onlara qarşı hər hansı bir iddiası yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmədə verdiyi ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. xx xxxxxx 2019-cu il tarixdə anası Zahirənin ad günü idi. O, Türkan qəsəbəsində yaşayır və ad günündə iştirak etmək üçün Əmircan qəsəbəsinə getməli olmuşdur. X43 ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşayır. İqbal əvvəlcə Binə qəsəbəsinə gedib orada yaşayan Mailin həyat yoldaşı Nübar Əsgərzadəni və onun iki uşağını, eləcə də dayısının oğlu Xəyalı götürüb saat 16:30 radələrində onlara gəldi. O və uşaqları Rüqəyya, Hüseyn və Xeyrulla avtomobilə əyləşmişlər. Avtomobildə qabaq oturacaqda o, arxada isə Nübar və uşaqlar əyləşmişdirlər. Arxa sol oturacaqda isə Xəyal oturmuşdu. Təxminən saat 17:00 radələrində İqbal Türkan-Hövsan yolu ilə Türkan qəsəbəsi tərəfdən Hövsan qəsəbəsi istiqamətində maşını sürürdü. Türkan-Hövsan yolunda olan Ticarət mərkəzinin qarşısında Hövsan qəsəbəsi tərəfdən ensiz yoldan genişləndirilmiş yola çıxan yerdən qəflətən “Nissan Sunny” markalı avtomobil yüksək sürətlə onların yoluna çıxıb onun əyləşdiyi avtomobillə qarşı-qarşıya toqquşmuşdu. Hadisədən sonra o, avtomobildən düşmüşdür. Qardaşı isə uşaqları avtomobildən çıxartdı. Qardaşı onu və hadisə zamanı digər xəsarət alanları xəstəxanaya göndərdilər. Ona xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılmışdır. Qardaşı Təqsirləndirilən şəxs1, eləcə də “Nissan Sunny” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 heç bir şikayəti və onlara qarşı iddiası yoxdur. Zərərçəkmiş şəxs5 ifadələrində göstərdi ki, validyenləri ilə birlikdə yaşayır. 3-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs1 onun dayısıdır. xx xxxxxx 2019-cu il tarixdə nənəsi Zahirənin ad günündə iştirak etmək üçün Əmircan qəsəbəsinə getməli olmuşlar. xx xxxxxx 2019-cu il tarixdə dayısı gəlib onları götürdü. Qabaqda anası Rahidə, arxada Nübar xalası, onun uşaqları, bacısı və qardaşı, Xəyal əmisi oturmuşdur. Dayısının maşını yolda başqa bir avtomobil ilə toqquşmuşdu. O, hadisənin necə baş verməsini bilməmişdir. Zərərçəkmiş şəxs6 ifadələrində göstərdi ki, 256 №-li orta məktəbin 7-ci sinfində oxuyur. Təqsirləndirilən şəxs1 onun dayısıdır. Dayısı İqbalın «Mercedes Benz S320» markalı minik avtomobili var. xx xxxxxx 2019-cu il tarixdə nənəsi Zahirənin ad günü idi. X36 savxozunda yaşayırlar. Ad günündə iştirak etmək üçün Əmircan qəsəbəsinə gəlməli olmuşlar. xx xxxxxx 2019-cu il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs1 Türkan qəsəbəsinə gəlmişdir. Avtomobildə qabaq oturacaqda anası Rahidə, arxa sağ oturacaqda xalası Nübar, qucağında Saleh, ortada Nuray, Ruqayyə, Hüseyn o, arxa sol oturacaqda isə Xəyal oturmuşdu. İqbal Əmircan qəsəbəsinə getmək üçün “Mercedes Benz S320 minik” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Türkan-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində idarə edirdi. O, arxa oturacaqda oturmuş və qardaşı Hüseynlə söhbət etmişdir. Türkan-Hövsan yolunda olan Ticarət mərkəzinin qarşısında qarşıda hərəkət edən “Nissan Sunny” markalı avtomobil onların yoluna çıxmış və əyləşdikləri avtomobil ilə toqquşmuşlar. Hadisədən sonra onları avtomobildən çıxarmışlar və xəstəxanaya aparmışlar. Ona xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxdılar. Hadisənin necə baş verməsini bilmir. Zərərçəkmiş şəxs7 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı olmuşdur. Onunla 2013-cü ildə ailə qurmuş və onların bu nikahdan iki övladları var. xx xxxxxx 2019-cu il tarixdə baldızının qızının Quba şəhərində qız toyu olmuşdur. Buna görə də o, yoldaşı və iki övladı ilə birlikdə Quba rayonuna getmişdir. Üç gün orada qaldıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə o, yoldaşı Əjdər, övladları Leyla və Kənan, eləcə də, baldızının oğlu Əli Quba rayonundan Bakı şəhəri, Hövsan qəsəbəsinə gəlmişlər. Hövsan qəsəbəsində “Şüşəli bazar” deyilən yerdə avtobusdan düşüb orada Təqsirləndirilən şəxs2 taksi kimi idarə etdiyi “Nissan Sunny” markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin vaxt yoldaşı Əjdər avtomobilin ön sərnişin oturacağında, o, övladları və baldızının oğlu Əli isə arxa sərnişin oturacağında əyləşmişlər. Maşın hərəkətdə olarkən taksi sürücüsü Natiq telefonla oynayırdı. Buna görə də yoldaşı Əjdər Natiqə ehtiyatlı olması, əvvəllər də bu yolda avtomobil qəzası olduğunu dedi, lakin Natiq bundan sonra da telefonla oynamaqda davam etdi və Hövsan-Türkan yolunda yerləşən “Ticarət mərkəzi” deyilən yerin qarşısında o, yanında əyləşmiş uşaqları ilə söhbət edən zaman içərisində olduqları avtomobilə nəyinsə dəydiyini eşidib huşunu itirmişdir. Özünə gələndə isə ətrafında çoxlu insanların olduğunu, yolun kənarında əyləşdiyini görmüş və tez ətrafına baxıb uşaqlarını axtarmışdır. Bu zaman uşaqlarının ağladığını görüb onları yanına çağırmışdır. Sonra ətrafa baxdıqda yoldaşı Əjdərlə baldızının oğlu Əlinin yerdə uzanmış vəziyyətdə görmüşdür. Onu və uşaqlarını xəsarət aldıqları üçün hadisə yerinə çağırılmış TTY avtomobili ilə 3 saylı ŞKX-ə aparmışlar. Hadisə zamanı başı yanında əyləşmiş uşaqlarına qarışdığı üçün yol-nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsini görməmişdir. O, X19 idarə etdiyi «Mersedes» maşının onların maşının qarşısına çıxıb, oynamasını görməmiş və o, həmin maşının sürücüsünün Natiqlə zarafat edib etməməsini soruşmamışdır. Natiq bunu yalan deyir. Belə hal olmayıb. O, avtomobillərin toqquşması halını görməyib. Hər şey ani olub. Hazırda Kənan və Leylanın sağlamlığında heç bir problem yoxdur, lakin onların psixiloji vəziyyətini nəzərə alıb məhkəməyə çağrılmamalarını xahiş edir. Onun və qanuni nümayəndəsi olduğu X8 və X6 «Mersedes» maşının sürücüsü Təqsirləndirilən şəxs1 şikayətləri yoxdur. O, Təqsirləndirilən şəxs1la barışıb. “Nissan Sunny” markalı, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 da onların müalicə xərclərini ödəyib. Onlara təxminən 7000 (yeddi min) manatadək yardım edib, lakin onunla barışmayıblar. Bu hadisə onun günahından baş verib. O, telefonla oynamasaydı bu hadisə olmazdı. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır. O, istintaq zamanı təyin olunan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə rəy vermiş, ilkin ekspertizanı aparmışdır. Hər iki avtomobilin hadisənin qarşısını almağa texniki imkanları olub. Qəza «Nissan» markalı avtomobilinin yolunda olmuşdur. «Nissan» nın hərəkət zolağında qırıq-qırıq xətt eyni istiqamətli yolları ayırır. Hər iki zolaq Nissan markalı avtomobilin yoludur. “Nissan” markalı avtomobil vaxtında tormoz versə idi hadisənin qarşısını ala bilərdi. “Mercedes” markalı avtomobil qarşı yola çıxaraq 280 metr yol dəf edib. Təhlükə törədən “Mercedes” markalı avtomobilin sürücüsü olub. “Mercedes” markalı avtomobil qanunun tələblərini pozaraq “Nissan” markalı avtomobilin yoluna çıxıb. Belə nəticəyə gəlməyinə səbəb ekspertiza təyin edilməsi haqqında qərarda “Mercedes” markalı avtomobilin qarşı hərəkət zolağına çıxmasının, yəni “Nissan” markalı avtomobilin yolunda olmasının göstərilməsidir. O, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən rəy vermişdir. Tədqiqat aparmaq üçün məlumatlar qərarda göstərilir. Video yazı ekspertizası onların onların şöbəsinin işi deyil. Şahid1 sonrakı ifadələrində göstərdi ki, o, iş üzrə ilk dəfə veridiyi rəyini istintaq məlumatlarına əsasən vermişdir. 1.1 nişanlanma xətti yolun sağ kənarını göstərir. “Nissan” markalı avtomobil dar yoldan geniş yola keçərkən sağdan 1.1 xəttini keçir və 80 metr yol qət edir. “Mercedes” markalı avtomobil öz yolu ilə gedib. Onun sağı yol olmayıb. “Nissan” markalı avtomobil onun yoluna çıxıb. Lakin, “Mercedes” markalı avtomobil Yol hərəkəti haqqında qanunun 50.1-ci maddəsinə əsasən hadisənin qarşısını almaq üçün tədbir görməli halda belə tədbirləri görməyib. O, ilkin ekspertizanı istintaq tərəfindən təqdim olunmuş məlumatlar əsasında aparmış, onlara əsasən rəy vermişdir. Ekspertiza təyin edilməsi haqqında ilkin qərarda “Mercedes” markalı avtomobilin qarşı hərəkət zolağına çıxması, yəni “Nissan” markalı avtomobilin yolunda olması göstərilmişdi. Ona görə də o, ilkin rəyində “Mercedes” markalı avtomobilin qanunun tələblərini pozaraq “Nissan” markalı avtomobilin yoluna çıxması qərarına gəlmişdir. İkinci rəyində isə X33 Agentliyinin məktubunu da nəzərə alaraq rəy vermişdir. Həmin məktubda göstərilir ki, “Ticarət Mərkəzi”nin qarşısındakı boş sahə yol deyil. Tədqiqat aparmaq üçün məlumatlar qərarda göstərilir. Video yazı ekspertizası onların şöbəsinin işi deyil. O, buna görə də onun bu ifadəsinə və bu ifadəyə uyğun olan ekspertiza rəyinə istinad edilməsini əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması zamanı o, hadisə yerini göstərərək istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 20174 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Nissan Sunny» markalı, Az ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz S320 markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1857 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Nissan Sunny» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz S320 markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Hövsan-Türkan yolunda yerləşən “Ticarət Mərkəzi”-nin qarşısında hadisənin baş verdiyi yolun hərəkət hissəsi iki zolaqlıdır və ağ düz xəttə-1.1 nişanlanma xəttinə qədərdir. 1.1 nişanlanma xəttindən sonra gələn “Ticarət Mərkəzi”-nin qarşısında asfalt-beton örtüyü yolun hərəkət hissəsinə daxil deyil. Hadisə baş verdiyi yer «Mersedes Benz» markalı avtomobilin yoludur. Məhkəmədə elan edilib araşdırılmış meyitin-məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 85 nömrəli rəyindən görünür ki, 2006-cı il təvvəllüdlü Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasına və tibbi sənədə əsasən, qərarda qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: Mərhum Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-kəllə qapağı və əsası sümüklərinin (alın sümüyünün sınığı) sınıqları, baş beyin toxumasına, qişalarına, qişaları altına və mədəciklərinə qansızmalar, burun sümüyünün sınığı, alın, sol üst göz qapağının, burunun əzilmiş-cırılmış yaraları, diafraqmanın cırılması və qaraciyərin hematoması həyati olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş vermiş baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızmalar olmuşdur. Ölüm xx xxxxxx 2019-cu il tarixdə xəstəxanada baş vermişdir. Məhkəmədə elan edilib araşdırılmış meyitin-məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 84 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə, laborator müayinənin cavabına əsasən, ölüm haqqında olan ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1. Mərhum Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-hər iki mil-bilək və sol baldır sümüklərinin sınıqları, alın nahiyəsinin sıyrıqları və sol baldırın əzilmiş-cırılmış yarası həyatı olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2.Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb aldığı çoxsaylı sınıq xəsarətləri nəticəsində inkişaf etmiş travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. 3. Mərhum Zərərçəkmiş şəxs2 meyidindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 806 nömrəli rəyindən görünür ki, 2011-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: Azyaşlı Zərərçəkmiş şəxs5 aşkar edilmiş xəsarətlər - sağ qamış sümüyünün orta 1/3-nin yerdəyişmə ilə qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 803 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü azyaşlı X15 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1.Azyaşlı X.M.İsrafılovun bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. 2.Azyaşlı X.M.İsrafılova xəstəxanada qoyulmuş «Boyun nazhiyəsinin yumşaq toxumasının əziyi» diaqnozunda xəsarətin obyektiv əlaməti təsvir olunmadığından, eləcə də müayinə zamanı xəsarət aşkar edilmədiyindən həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 804 nömrəli rəyindən görünür ki, 2017-ci il təvəllüdlü X10 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1.Azyaşlı Zərərçəkmiş şəxs6 bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. 2.Azyaşlı Zərərçəkmiş şəxs6 xəstəxanada qoyulmuş “Sol ayağın yumşaq toxumasının əziyi” diaqnozunda xəsarətin obyektiv əlaməti təsvir olunmadığından, eləcə də müayinə zamanı xəsarət aşkar edilmədiyindən həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 800 nömrəli rəyindən görünür ki, 2016-cı il təvəllüdlü azyaşlı X20 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1.Azyaşlı S.M.Əsgərzadənin bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. 2.Azyaşlı S.M.Əsgərzadəyə xəstəxanada qoyulmuş «Üzün yumşaq toxumasının əziyi» diaqnozunda xəsarətin obyektiv əlaməti təsvir olunmadığından, eləcə də müayinə zamanı xəsarət aşkar edilmədiyindən həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 802 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1.Vətəndaş Zərərçəkmiş şəxs4 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol diz oynağının hemartrozu və şişkinliyi. 2.Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019 -cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 801 nömrəli rəyindən görünür ki, 2016-cı il təvəllüdlü azyaşlı X21 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1.Azyaşlı N.M.Əsgərzadənin bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. 2.Azyaşlı N.M.Əsgərzadəyə xəstəxanada qoyulmuş “Döş qəfəsinin yumşaq toxumasının əziyi, sağ budun əziyi” diaqnozunda xəsarətin obyektiv əlaməti təsvir olunmadığından eləcə də müayinə zamanı xəsarət aşkar edilmədiyindən həmin diaqnozu xəsarət kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 799 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü vətəndaş X16 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1.Vətəndaş N.M.Əsgərzadənin bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boyun əzələlərinin gərilməsi, sağ diz oynağının əzilmiş yarası, sol baldırın sıyrıqları. 2.Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019 -cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 807 nömrəli rəyində rəyindən görünür ki, 2007-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: Azyaşlı Zərərçəkmiş şəxs6 aşkar edilmiş xəsarətlər- sağ diz oynağının hemartrozu bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 825 nömrəli rəyindən görünür ki, 2014-cü il təvəllüdlü azyaşlı X6 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: Azyaşlı L.Zərərçəkmiş şəxs2ada aşkar edilmiş xəsarətlər - sağ bud sümüyünün qapalı yerdəyişmə ilə sınığı, sağ saidin hər iki sümüyünün qapalı, yerdəyişmə ilə sınığı, sol almacıq nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 824 nömrəli rəyindən görünür ki, 2016-cı il təvəllüdlü azyaşlı X8 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: Azyaşlı K.Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər – sağ mil sümüyünün sınığı və çənəaltı nahiyənin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 826 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs7 məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: Vətəndaş Zərərçəkmiş şəxs7 aşkar edilmiş xəsarətlər – sağ mil sümüyünün yerdəyişən sınığı və alının əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019cu il tarixli 655 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizasına əsasən və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: Vətəndaş Təqsirləndirilən şəxs1 aşkar edilmiş xəsarətlər-sağ baldırın, sağ biləyin, sağ saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020ci il tarixli 182 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsinə, tibbi sənəddə yazılanlara, ilk məlumata əsaslanaraq vəqərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1. Təqsirləndirilən şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: sol incik sümüyünün aşağı 1/3-nin iş topuğun və qamış sümüyünün arxa kənarının yerdəyişən siniqları. 2. qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25187 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Qrand Avtoservis” tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli zərər aktına əsasən, 2002-ci il buraxılışlı “Mercedes Benz S320" minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5833,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4213,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1620,00 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş “Qrand Avtoservis” tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən, 2011-ci il buraxılışlı “Nissan Sunny” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8300,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 6330,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1970,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6581,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti -4611,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1970,00 manat. Məhkəmədə elan edilib araşdırılmış Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 016-76449-1219 saylı məktubdan görünür ki, xx xxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx xxxxxx 2013-cü il tarixdə AD 002162 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. xx xxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx xxxxx 2017-ci il tarixdə AD 074956 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Avtomobil Yolları X13 Yollarının istismarı və təmiri idarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il 3/02-6909 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Türkan yolunda yerləşən “Ticarət Mərkəzi”nin qarşısındakı yolun hərəkət hissəsinin eni 6,5 m (2 zolaqlı), bir hərəkət zolaqlarının eni 3,0 m, ticarət mərkəzinin qarşısında yola birləşən ərazinin uzunluğu 460 metr, eni 25,5 m, yolun uzununa və eninə mailliyi 2 %-dir. Məhkəmədə elan edilib araşdırılmış iş materiallarından görünür ki, hadisə yerinə baxış keçirilərkən yol-nəqiyyat hadisəsini törətmiş “Mercedes Benz S320” markalı, Az **- ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış videoregistratordan götürülmüş bir ədəd yaddaş kartının içində olan videogörüntüyə baxış keçirilmişdir. Həmin videogörüntü diskə yazılmış və iş üçün əhəmiyyətli olan məlumatlar əks edildiyindən yaddaş kartı və CD disk xx xxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmədə Şahid1 ifadələrində iş üzrə ilk dəfə rəyini istintaq məlumatlarına əsasən verdiyini, 1.1 nişanlanma xətti yolun sağ kənarını göstərdiyini, “Nissan” markalı avtomobil dar yoldan geniş yola keçərkən sağdan 1.1 xəttini keçib 80 metr yol qət etdiyini, “Mercedes” markalı avtomobil öz yolu ilə getdyiyni, onun sağı yol olmadığını, “Nissan” markalı avtomobil onun yoluna çıxdığını, “Mercedes” markalı avtomobil Yol hərəkəti haqqında qanunun 50.1-ci maddəsinə əsasən hadisənin qarşısını almaq üçün tədbir görməli halda belə tədbirləri görmədiyini, ilkin ekspertizanı istintaq tərəfindən təqdim olunmuş məlumatlar əsasında apardığını, onlara əsasən rəy verdiyini, ilkin ekspertiza təyin edilməsi haqqında qərarda “Mercedes” markalı avtomobilin qarşı hərəkət zolağına çıxması, yəni “Nissan” markalı avtomobilin yolunda olması göstərildiyini, ona görə də o, ilkin rəyində “Mercedes” markalı avtomobilin qanunun tələblərini pozaraq “Nissan” markalı avtomobilin yoluna çıxması qərarına gəldiyini, ikinci rəyində isə X33 Agentliyinin məktubunu da nəzərə alaraq rəy verildiyini, həmin məktubda “Ticarət Mərkəzi”nin qarşısındakı boş sahənun yol olmamasının göstərildiyini, ona görə də ikinci rəy verildiyini, buna görə də onun bu ifadəsinə və bu ifadəyə uyğun olan ikinci ekspertiza rəyinə istinad edilməsini xahiş edir. Məhkəmə Şahid1 ifadələrindən məhkəmədə verdiyi sonrakı ifadələrini xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış protokolu, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1857 nömrəli rəyi və digər sübutlarla təsdiq edildiyini, özünün də həmin halları təsdiq etdiyini nəzərə alıb onun həmin ifadələrini ittihamı təsdiq edən sübut kimi qəbul edilməsini əaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında protokol və məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Hövsan-Türkan yolunda yerləşən “Ticarət Mərkəzi”-nin qarşısında hadisənin baş verdiyi yolun hərəkət hissəsi iki zolaqlıdır və ağ düz xəttə-1.1 nişanlanma xəttinə qədərdir. 1.1 nişanlanma xəttindən sonra gələn “Ticarət Mərkəzi”-nin qarşısında asfalt-beton örtüyü yolun hərəkət hissəsinə daxil deyil. Hadisə baş verdiyi yer «Mersedes Benz» markalı avtomobilin yoludur. Məhkəmə,yuxarıda göstərilən sübutları nəzərə alıb «Nissan Sunny» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, «Mercedes Benz S320» markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması barsindəki məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1857 nömrəli rəyinə istinad edilməsini əsas sayır. Məhkəmə, yuxarıda sadalanan sübutları keyfiyyət xarakterləri və sübutların qiymətləndirilməsinə qanunvericilik tərəfindən verilən tələblər baxımından ittihamda nəzərdə tutulan cinayət hadisəsinin baş verməsini və bu əməlin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən anlaqlı və ehtiyyatsızlıqdan törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib baş vermiş yol nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs1 yol hərəkəti qaydalarını pozub hərkət istiqamətinin əksinə çıxması barəsindəki iddialarını yuxarıda sadalanmış və məhkəmədə araşdırılmış sübutların əsasında qiymətləndirərək onun bu iddialarının əssasız olduğu qənaətinə gəlir. Çünki istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı hadisə yerinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hərəkət etdiyi yola qarşı çıxması müəyyən olundu. Məhkəmə, bu səbəbdən də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 həmin ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qəbul edir. Məhkəmə, qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs2 oğlu öz təqsirsizliyini sübuta yetirməyə borcu deyildir, lakin o, öz maraqlarına uyğun iddia etdiyi halları təsdiq edən sübutları təqdim etməlidir. O, bunu etmədi.Məhkəmədə də onun bu iddiası zərərçəkmiş şəxslərin, Təqsirləndirilən şəxs1, şahidlərin ifadələri, hadisə yerinə keçirrilmiş baxış protokolları, ekspertiza rəyi və sair sənədlərlə təkzib edildi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlinin törədilməsində iştirakının sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib baş vermiş yol nəqliyyat hadisəsinin, Təqsirləndirilən şəxs2 yol hərəkəti qaydalarını pozub hərəkət istiqamətinin əksinə çıxması barəsindəki iddialarını məhkəmədə araşdırılmış sübutların əsasında qiymətləndirərək onun bu iddialarının qismən təsdiqini tapdığı qənaətinə gəlir. Çünki məhkəmədə hadisənin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı hadisə yerinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hərəkət zolağına çıxması sübuta yetirildi. Məhkəmə, Təqsirləndirilən şəxs2 Əsəgərov İqbal Eldar oğlunun hərəkəti istiqamətində idarə etdiyi nəqliyyat vasitəsi ilə ona qarşı çıxması halını ictimai təhlükəli əməli törədilməsi riskini artıran və cinayət əməlinin baş verməsinə səbəb olan əsas faktor kimi qiymətləndirir, lakin həmin halın Təqsirləndirilən şəxs1 məsuliyyətdən azad edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsinin sürücüsü olub yol hərəkəti iştirakçısı kimi nəqliyyat vasitələrinin yüksək təhlükə mənbəyi olmasını, yol hərəkəti qaydalarını bilməsi səbəbindən onun hərəkət istiqamətinə qarşı bu və ya digər səbəblərdən, o cümlədən də, nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını ani vəziyyətdə müxtəlif səbəblərdən, nəqliyyat vasitəsinin texniki cəhətdən nasaz olması və ya belə vəziyyətə düşməsi səbəbindən yolun imkanlarını nəzərə alıb hərəkət edib hərəkət istiqamətində təhlükəli vəziyyət yarandıqda idarə etdiyi nəqliyyat vasitəsini tam dayandırmalı olması imkanını nəzərə almamışdır. Bu səbəbdən də onun hərəkət istiqamətində qarşısına çıxan nəqliyyat vasitəsini vaxtında görməli olduğu halda yaranan təhlükəni ehtiyyatsızlıqdan vaxtında görməmiş, gördüyü anda isə yol hərəkəti qaydalarına uyğun hərəkət etməyib nəqliyyat vasitəsini dayandırmamışdır. O da öz hərəkətləri ilə digər hallarla birlikdə yol hərəkəti qəzası baş verməsinə səbəb olmuşdur. Məhkəmə, bu səbəbdən də təqsirləndirilən şəxs X26 iddialarını özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxs X26 ittiham olunduğu cinayət əməlinin törədilməsində iştirakının sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərinin ehtiyatsızlıqdan törətməlri qənəaətinə gəlib onların təqsirli bilinmələrini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlməsi qənaətinə gəlib onların əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri cinayət əməllərini ehtiyyatsızlıqdan törətmələri qənaətinə gəlir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməllərini təqsirli törətmələri qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlakı müəyyən edilmədi. Məhkəmədə araşdırılmış 10 fevral 2020-ci il tarixli ərizələrdən görünür ki, X9 və X11 mülki iddia vermiş və ayrı-ayırlıqda hər biri Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində onlara dəymiş 10000 (on min) manatın onlara ödənilməsini tələb etmişlər. Məhkəmə, X4 mülki iddiasını müzakirə edib ona dəymiş ziyanın 999 (doqquz yüz doxsan doqquz) manatını təsdiq edən sənədləri məhkəməyə təqdim etdiyini, lakin mülki iddianı qalan hissədə təsdiq edən sənədlərin məhkəməyə təqdim edilmədiyini nəzərə alıb onun iddiasının həmin hissədə təmin edilməsini, ziyanın təqsirləndirilən şəxslərin hər ikisinin iştirakı ilə törədilən hadisə nəticəsində vurulduğunu nəzərə alıb həmin məbləğin bərabər hissələrlə təqsirləndirilən şəxslərdən tutulub mülki iddiaçıya ödənilməsini, iddianın qalan hissədə baxılmamış saxlanılmasını və mülki iddiaçıya həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsini əsaslı sayır. Məhkəmə, X1 mülki iddiasını müzakirə edib mülki iddiaçıya dəymiş ziyanı təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alıb iddianın baxılmamış saxlanılmasını və mülki iddiaçıya həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsini əsaslı sayır. Məhkəmədə araşdırılmış materiallardan görünür ki, ibtidai istintaq zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə 150 (yüz əlli) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 50 (əlli) manat xərclənmişdir. Təqsirləndirilən şəxs2 istintaq zamanı 9 saylı vəkil bürosunun vəkili X37 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 120 (yüz iyirmi) manat təşkil edir. Məhkəmə həmin məbləğin Təqsirləndirilən şəxs2 ayrılıqda, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə sərf olunmuş 150 (yüz əlli) manatın və məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 50 (əlli) manatın ümumilikdə 200 (iki yüz) manatın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş “Mercedes Benz S320” markalı, Az **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış videoregistratordan götürülmüş bir ədəd yaddaş kartı və CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış DİN-in BƏSİİ-nin tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə bərabər əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə də nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməl onların sürücülük fəaliyyəti ilə əlaqədar olduğundan məhkəmə, onlara əlavə cəza qismində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı fərdiləşdirərkən onun bu əməli Təqsirləndirilən şəxs2 hüquqa zidd əməlləri nəticəsində törətməsi, iştirakçısı olduğu hadisənin nəticələrinə görə peşman olması, zərərçəkmiş şəxslərin yas mərasimlərində və müalicə olunmalarında fəal iştirak edib onlara maddi və mənəvi kömək göstərib onlarla barışması, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmaması, himayəsində azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət qanununun nəzərdə tutduğu cəzanın minimum həddində ona cəza təyin edilməsini mümkün sayır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini, onun barəsində həbs qətimkan tədbirinin seçilməsini və onun məhkəmə iclas zalından həbs edilməsini, həmin qətimkan tədbirinin və Təqsirləndirilən şəxs1 barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin məhkəmənin hökmü qanuni qüvvəyə minədək dəyişdirmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əsas cəza qismində azadlıqdan məhrumetmə cəzası təyin edilməli olması qənaətinə gəldiyindən və onun təqsirli bilindiyi əməllərin ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alıb ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını, Təqsirləndirilən şəxs1 əsas cəza qismində azadlıqdan məhrumetmə cəzası təyin edilməli olması qənaətinə gəldiyindən, onun təqsirli bilindiyi əməllərin ağır cinayətlər kateqoriyasına aid olmasını, həmin əməllərin ehtiyyatsızlıqdan törədilməsini, ona minimum cəza təyin edilməsinin mümkün olmasını nəzərə alıb ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddətin onların cəzaçəkmə müddətinə daxil edilməsini və Təqsirləndirilən şəxs1 tutulduğu və ev dustaqlığında saxlanıldığı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarxidək olan 06 (altı) ay 21 (iyirmi bir) günün ona təyin ediləcək cəzanın müddətindən çıxılmasını və təyin ediləcək cəzanın əvvəlinin hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalı olmasını, Təqsirləndirilən şəxs2 tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) günün təyin ediləcək cəzanın müddətindən çıxılmasını və təyin ediləcək cəzanın əvvəlinin xx xxxxx 2021-ci il tarixdən hesablanmalı olmasını əsalı sayır. Məhkəmədə elan edilib araşdırılmış, xx xxxxxx 2019-cu il tarixli Zərərçəkmiş şəxs7 və X9 tərəfindən verilmiş, xx xxxxxx 2019-cu il tarixli X11 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs1 ilə barışıblar, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, Zərərçəkmiş şəxs5 qanuni nümayəndəsi X17 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 və X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə həmin halı təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağı və işləməyən həyat yoldaşı vardır. Məhkəmə həmin halı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının və işləməyən həyat yoldaşının olması, habelə təqsirli bilindiyi cinayət əməlini digər təqsirləndirilən şəxsin yaratdığı daha yüksək riskli vəziyyət nəticəsində törətməsini, zərərçəkmiş şəxslər və onların hüquqi varisləri ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4cü və 59.1.12-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri əmələ görə təyin ediləcək cəzaları fərdiləşdirərkən bu cinayət əməlinin baş verməsinin səbəbinin Təqsirləndirilən şəxs2 tərəfindən yol hərəkəti qaydalarının pozulub Təqsirləndirilən şəxs1 avtomobillə hərəkət etdiyi yola əks istiqamətə çıxması və bu zaman yol hərəkəti qaydalarına riayət etməkdən yayındıran hərəkətlərlə məşğul olması, Təqsirləndirilən şəxs1 baş vermiş hadisənin qarşısını almağa cəhd edib idarə etdiyi maşınla manevr edib hadisədən qaçmağa cəhd edərkən avtomobillərin toquşması və yuxarıda təsvir olunan hadisələrin baş verməsi müəyyən olundu. Məhkəmə, hadisədən qabaq Təqsirləndirilən şəxs2 sürücü kimi diqqətini yayındıran hərəkətlər etməsini ona təyin ediləcək cəzaya təsir edən amil kimi nəzərə alır. Məhkəmə hadisədən sonra onun zərərçəkmişlərlə barışmağa cəhd edib onlara maddi yardım etməsini həmin cəzanı yüngülləşdirən amil kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzalarını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailə həyatının şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 06 (altı) ay 21 (iyirmi bir) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 04 (dörd) il 05 (beş) ay 09 (doqquz) gün müəyyən edilsin. Ona təyin edilmiş cəzanın çəkilməsinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesab edilsin. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Ona təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 tərəfindən verilmiş 10000 (on min) manat iddia tələbinin 999 (doqquz yüz doxsan doqquz) manat hissəsi təmin edilsin və həmin məbləğ bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub ona ödənilsin, iddianın qalan hissəsi baxılmamış saxlanılsın və ona həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 tərəfindən Təqsirləndirilən şəxs2 qarşı verilmiş 10000 (on min) manat iddia tələbi baxılmamış saxlanılsın və ona həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs2 istintaq zamanı hüquqi yardım göstərilməsi ilə bağlı 120 (yüz iyirmi) manat X35 ödənilməsi üçün 9 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğ ayrılıqda Təqsirləndirilən şəxs2, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş ümumilikdə 200 (iki yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş “Mercedes Benz S320” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış videoregistratordan götürülmüş bir ədəd yaddaş kartı və CD diskin cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surəti ona təqdim edilən andan, 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar