Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-225/2022 14.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, 04 avqust 1973-cü ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakt şəhəri, ünvan 2 ünvanda yaşamış və hazırda həbs olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6 və 237.2.3-cü maddələri ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 3 ünvanda daimi qeydiyyatda olan və yaşamış, hazırda həbs olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələri ilə, xx xxxxxx 1982-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, ünvan 4 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə xeyli miqdarda əmlak əldə etmək məqsədilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək iradəsindən kənar və iradəsi ziddinə bir yerdən başqa yerə qanunsuz olaraq aparmaqla oğurlayaraq saxlamış və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumat yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb edib əldə etmişdir; belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3 və 66.3-cü maddələrinə əsasən 06 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli qərarı ilə 10 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş. xx.xx.2016-ci il tarixdə cəza müddəti bitmiş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib qəsdən özbaşına özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal raon Polis İdarəsinin əməkdaşları kimi təqdim edib aldatmaqla 05 yanvar 2021-ci il tarixdə saat 18 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinin qarşısından sonuncunun və digərlərinin evindən dünən əmisi oğlu X4 oğurluq etməsini bildirirək, bu barədə izahatının alınmasının zəruriliyini qeyd etməklə polis əməkdaşı olmalarını bildirib aldatmaqla onu Bakı şəhəri Yasamal RPİ-nin rəisinin görmək istəməsini bildirərək tamah məqsədi ilə iradəsinə zidd olaraq daimi yaşayış yerininin qarşısından heç kəsin görmədiyi, yaxud başqalarının görmədiyi şəraitdə oğurlayıb, gələrəkən özünün idarə etdiyi boz rəngli “Hundai Tuqson” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək avtomobili əvvəlcə Təqsirləndirilən şəxs3, sonra Təqsirləndirilən şəxs2, sonda isə özü idarə etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə arxa oturacaqda qaçıb aradan çıxmasının qarşısını almaq məqsədi ilə Zərərçəkmiş şəxs sağında və solunda oturmaqla onu Bakı şəhəri Buzovna- Mərdəkan yolu və Heydər Əliyev prospekti ilə ünvan 6 ünvanda yerləşən yaşadığı fərdi evə aparıb azadlıq hüququnu pozaraq iradəsindən kənar surətdə qanunsuz olaraq həmin evdə saxlamış, hər üçü Zərərçəkmiş şəxs hədə-qorxu gələrək sonuncunu 05 yanvar 2021ci il tarixdə saat 18 radələrindən axşam saat 22:30 dəqiqəyədək həmin evdə otağa salıb qapısının kilidini bağlayib, narkotik vasitə satışı ilə məşğul olmasını bildirərək əvvəlcə ondan 50000 (əlli min) AZN manat pul tələb etmiş, həmin pulu ala bilməyəcəklərini görüb 10000 (on min) AZN pul verməsə onu həmin evdə saxlayacaqlarını bildirmiş, sonda isə faktiki öz istifadəsində olan ***-***-**-** Sim Kart nömrəli telefonunu Zərərçəkmiş şəxs verərək dayısı oğlu Şahid1 ***-***-**-** Cin Kart nomrəsinə zəng edərək danışmasına şərait yaratmaqla sonuncu vasitəsi ilə həmin gün axşam saat 23 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən Bakı Dövlət Sosial- İqtisad Kollecinin qarşısında 5000 (beş min) AZN manat pulu alaraq gətirib bir qədər kənarda boz rəngli “Hyundai Tucson” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobildə oturub gözləyən Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs yanında sükanda əyləşən ona (Təqsirləndirilən şəxs1) vermiş və bundan sonra Zərərçəkmiş şəxs azad etmişlər. Bundan başqa o, 2020-ci ilin noyabr ayının ortalarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını yaşadığı ünvan 7 ünvanında yerləşən evin qonaq otağında külli miqdarda, yəni ümumilikdə 141 ədəd dibçəklərdə olan 58 ədəd bitkilər, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib, qulluq etməklə kultivasiya edib yetişdirmiş, bu barədə daxil olmuş məlumat əsasında 08 yanvar 2021-ci il tarixdə saat 22:00-da Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları və aqronomun iştirakı ilə videoçəkilişlə sonuncunun yaşadığı evin qonaq otağında aparılan təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti nəticəsində evin qonaq otağından həmin 141 ədəd dibçəklərdə olan 58 ədəd çətənə (kannabis) bitkiləri və 61 ədəd isə çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilib müvafiq qaydada sənədlışdirilərək götürülmüşdür.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6 və 237.2.3-cü maddələri maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə xeyli miqdarda əmlak əldə etmək məqsədilə silah qismində istifadə edilən əşyadan istifadə etməkləzərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək iradəsindən kənar və iradəsi ziddinə bir yerdən başqa yerə qanunsuz olaraq aparmaqla oğurlayaraq saxlamış və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumat yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb edib əldə etmişdir: belə ki, o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib qəsdən özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edərək aldatmaqla 05 yanvar 2021-ci il tarixdə saat 18 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evin qarşısından sonuncunun və digərlərinin evindən dünən əmisi oğlu X4 oğurluq etməsini bildirirək, izahatının alınmasının zəruriliyini qeyd etməklə onu Bakı şəhəri Yasamal RPİ-nin rəisinin görmək istəməsini bildirərək tamah məqsədi ilə iradəsinə zidd olaraq daimi yaşayış yerininin qarşısından heç kəsin görmədiyi,yaxud başqalarının görmədiyi şəraitdə oğurlayıb gəldikləri boz rəngli “Hyundai Tucson” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək avtomobili əvvəlcə Təqsirləndirilən şəxs3, sonra özü, sonda isə Təqsirləndirilən şəxs1 idarə etmiş, o və Təqsirləndirilən şəxs3 isə arxa oturacaqda qaçıb aradan çıxmasının qarşısını almaq məqsədi ilə Zərərçəkmiş şəxs sağında və solunda oturmaqla onu Bakı şəhəri Buzovna-Mərdəkan yolu və Heydər Əliyev prospekti ilə ünvan 8 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı fərdi evə aparıb azadlıq hüququnu pozaraq iradəsindən kənar surətdə qanunsuz olaraq həmin evdə saxlamış, hər üçü Zərərçəkmiş şəxs hədeə-qorxu gələrək sonuncunu 05 yanvar 2021-ci il tarixdə saat 18 radələrindən axşam saat 22:30 dəqiqəyədək həmin evdə otağa salıb qapısının kilidini bağlayib, narkotik vasitə satışı ilə məşğul olmasını bildirərək əvvəlcə ondan 50000 (əlli min) AZN manat pul tələb etmiş, həmin pulu ala bilməyəcəklərini görüb 10000 (on min) AZN pul verməsə onu həmin evdə saxlayacaqlarını bildirmiş, sonda isə Təqsirləndirilən şəxs1 faktiki istifadəsində olan ***-***-**-** Sim Kart nömrəli telefonunu Zərərçəkmiş şəxs verərək dayısı oğlu Şahid1 ***-***-**-** Cin Kart nomrəsinə zəng edərək danışmasına şərait yaratmaqla sonuncu vasitəsi ilə həmin gün saat 23 radələrində qrupun üzvü kimi o, Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən Bakı Dövlət Sosial-İqtisad Kollecinin qarşısında 5000 (beş min) AZN manat pulu alaraq gətirib bir qədər kənarda boz rəngli “Hyundai Tucson” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobildə oturub gözləyən Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs yanında sükanda əyləşən Təqsirləndirilən şəxs1 vermiş və bundan sonra Zərərçəkmiş şəxs azad etmişlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələri maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib qəsdən özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edərək 05 yanvar 2021-ci il tarixdə saat 18 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadıği ünvan 9 ünvanında yerləşən evin qarşısından sonuncunun və digərlərinin evindən dünən əmisi oğlu X4 oğurluq etməsini bildirirək izahatının alınmasının zəruriliyini qeyd edib aldatmaqla onu Bakı şəhəri Yasamal RPİ-nin rəisinin görmək istəməsini bildirərək tamah məqsədi ilə iradəsinə zidd olaraq daimi yaşayış yerininin qarşısından heç kəsin görmədiyi, yaxud başqalarının görmədiyi şəraitdə oğurlayıb gəldikləri boz rəngli “Hyundai Tucson” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə mindirərək avtomobili əvvəlcə özü, sonra Təqsirləndirilən şəxs2, sonda isə Təqsirləndirilən şəxs1 idarə etmiş, o və Təqsirləndirilən şəxs2 isə arxa oturacaqda qaçıb aradan çıxmasının qarşısını almaq məqsədi ilə Zərərçəkmiş şəxs sağında və solunda oturmaqla onu Bakı şəhəri Buzovna-Mərdəkan yolu və Heydər Əliyev prospekti ilə Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı fərdi evə aparıb azadlıq hüququnu pozaraq iradəsindən kənar surətdə qanunsuz olaraq həmin evdə saxlamış, hər üçü Zərərçəkmiş şəxs hədə-qorxu gələrək sonuncunu 05 yanvar 2021-ci il tarixdə saat 18 radələrindən axşam saat 22:30 dəqiqəyədək həmin evdə otağa salıb qapısının kilidini bağlayib, narkotik vasitə satışı ilə məşğul olmasını bildirərək əvvəlcə ondan 50000 (əlli min) AZN manat pul tələb etmiş, həmin pulu ala bilməyəcəklərini görüb 10000 (on min) AZN pul verməsə onu həmin evdə saxlayacaqlarını bildirmiş, sonda isə Təqsirləndirilən şəxs1 faktiki istifadəsində olan ***-***-**-** Sim Kart nömrəli telefonunu Zərərçəkmiş şəxs verərək dayısı oğlu Şahid1 ***-***-**-** Cin Kart nomrəsinə zəng edərək danışmasına şərait yaratmaqla sonuncu vasitəsi ilə həmin gün axşam saat 23 radələrində qrupun üzvü kimi Təqsirləndirilən şəxs2, Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən Bakı Dövlöt Sosial-İqtisad Kollecinin qarşısında 5000 (beş min) AZN manat pulu alaraq gətirib bir qədər kənarda boz rəngli “Hundai Tuqson” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobildə oturub gözləyən onun və Zərərçəkmiş şəxs yanında sükanda əyləşən Təqsirləndirilən şəxs1 vermiş və bundan sonra Zərərçəkmiş şəxs azad etmişlər. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.6 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. 2008-ci ildən narkotik vasitələrin “kakos” adlanan “heroin” növündən və “ot” adlanan “marixuana” növündən mütəmadi olaraq istifadə etmişdir, narkotik vasitə aludəçisidir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 15 may 2008-ci il tarixdə Bakı şəhəri N.Nərimanov rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 16 iyul 2008-ci il tarixdə Bakı Apelliyasiya Məhkəməsi tərəfindən ona təyin edilmiş cəza 01 (bir) il 06 (altı) aya qədər endirilmişdir. Azadlığa çıxdıqdan sonrada narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik vasitələrdən istifadə etməyi davam etdirmişdir. Ona görə də, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14 mart 2011 -ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə barəsində 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 23 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 10 (on) ay 16 (on altı) gün müddətinə cəzadan şərti azad edilmişdir. Bundan sonra da narkotik vasitələrdən istifadə etməyi davam etdirmişdir. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs ərizəsi ilə tanış olmuşdur. Bildirmək istəyir ki, təxminən 03-04 ay əvvəl Zərərçəkmiş şəxs əmisi oğlu olan, cəza çəkdiyi Cəzaçəkmə Müəsisəssindən tanıdığı, anket məlumatlarından “Elsəvər” adlı şəxs ünvan 5 ünvanında yaşayan “Tərlan” adlı əmisi oğlunun yaxşı pulu olduğunu, ona görə də, sıxışdıraraq ondan pul ala biləcəyimi bildirmişdir. Ona görə də, yaşadığı məhlədən tanıdığı, Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı olan tanımadığı kişi cinsli şəxslə özün ə məxsus “Hyundai Tucson” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 5 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs2 və onun tanışı ilə birlikdə Zərərçəkmiş şəxs yuxarıda ünvanını qeyd etdiyi yerə getmişlər. Evə çatdıqdan sonra Tərlanı çağırmış, bir qədər sonra Tərlan evin qarşısına çıxmışdır. Tərlan çölə çıxdıqdan sonra Tərlana əmisi oğlunun tutulduğunu, ona köməklik etməyin lazım olduğunu və buna görə də, onlarla getməli olduğunu bildirmişdir. Bundan sonra Tərlan da onlarla razılaşıb, avtomobilin arxa oturacağına əyləşmişdir. Bundan sonra isə onlar getməyə başlamışlar. Təxminən Ramana qəsəbəsinə çata-çatda Tərlana narkotik vasitələrin satışı ilə məşğul olduğunu və buna görə də, onlara 50.000 (əlli min) manat pul verməli olduğunu bildirmişdir. Tərlan ona qeyd etdiyi məbləğdə pulunun olmadığını, amma 5.000 (beş min) manat məbləğində pul verməli olduğunu bildirmişdir. Tərlanla razılaşmış, həmin vaxt avtomobili Orxan idarə etmiş, lakin sonuncu yorğun olduğundan, buna görə də sükanı dəyişdirməyini Orxana bildirmişdir. Orxan arxa sərnişin oturacağına keçmiş və avtomobili özü idarə etmişdir. Tərlanı yaşadığı ünvan 12 ünvanına aparmış və ona dediyi pulu gətirdikdən sonra onu buraxacağını demişdir. Onlar evə çatarkən saat 18:00 olmuşdur. Daha sonra mobil telefonunu Tərlanın dediyi pulu gətirməsini təşkil etmək üçün ona vermişdir. Tərlan dayısı oğlu ilə danışaraq, 5.000 (beş min) manat məbləğində pulu tapıb gətirməsini ona bildirmişdir. Tərlan təxminən bir-iki dəfə mobil telefonla dayısıoğlu ilə danışmışdır. Həmin gün saat 24 radələrində Tərlanın dayısı oğlu mobil telefona zəng edərək pulun hazır olduğunu bildirmiş və pulu harada verməyini Tərlandan soruşmuşdur. Tərlana dayısı oğlunun pulu Ramana qəsəbəsində yerləşən texnikumun qarşısına gətirməyi deməsini bildirmişdir. Təxminən yarım saat sonra Tərlanın dayısı oğlu dediyi yerdə, yəni tenikumun qarşısında olduğunu bildirmişdir. Orxana Tərlanın dayısı oğlundan pulu götürməsinı tapşırmışdır. Təxminən yarım saat sonra Orxan Tərlanın dayısı oğlundan pulu götürərək geri qayıtmışdır. Bundan sonra Tərlanı avtomobilinə əyləşdirirək qəsəbə ərzasinə çıxmış, qəsəbə ərazisində olarkən Tərlandan onu harada düşürməyini soruşmuşdur. Tərlan onu evə aparmağını bildirmişdir. Tərlana gecə olduğunu buna görə onu taksi ilə yola salacığımı bildirmişdir. Daha sonra isə Tərlan onu avtomobildən düşürməyini, özünün gedəcəyini demişdir. Bundan sonra isə Tərlan avtomobildən düşərək onların görmədiyi istiqamətdə çıxıb getmişdir. Tərlandan aldığı puldan Orxan və onun tanışına verməmişdir. Həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, yəni müxtəlif şəxslərə olan borclarını ödəmişdir. Bundan başqa bildirir ki, narkotik vasitələrin istifadəçisi olduğu üçün yaşadığı ünvan 13 ünvanda yerləşən, hələ tam hazır vəziyyətdə olmayan və tikinti işləri davam etdirilən iki mərtəbədən ibarət olan evinin birinci mərtəbəsində yerləşən qonaq otağında öz şəxsi istifadəsi və əkibbecərilməsi ilə bağlı olan marağı üçün narkotik vasitə olan “ot” adlanan marixuana kollarını əkib-becərmişdir. Belə ki, marixuana kollarının toxumlarını 2020-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi, orta boylu, normal bədən quruluşlu şəxsdən bir sellofan torbada ümumilikdə 150 (yüz əlli) manat məbləğində pula almışdı. Daha sonra həmin toxumları əkmək üçün təxminən 200 yaxın dipçək, 02 ədəd səbət, 01 ədəd projektor, 01 ədəd su çiləyən qab və 02 ədəd termometr almışdır. Yuxarıda qeyd olunanları almaq üçün 200 (iki yüz) manat pul vermişdir. Daha sonra həmin ayda narkotik vasitə toxumlarını 141 ədəd dipçəkdə və 02 ədəd səbətdə əkmiş və həmin bitkilərə qulluq etmişdir. Belə ki, həmin kollara hər gün su vermiş, diblərini gübrələmişdir. Termometrlərlə həmin bitkilərin yetişməsi üçün normal otaq tempuratorunun nəzarətdə saxlanılması, yəni 20 dərəcədə olmasını və projektorla isə həmin bitkilərin işıqlı şəraitdə yetişməsini həyata keçirmişdir. Bundan başqa, yaşadığı evin kənarlarına müşahidə kameraları yerləşdirmişdir ki, hər hansı bir təhlükə olarsa, həmin təhlükəni vaxtında görsün. 08 yanvar 2021-ci il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 13 ünvanında yerləşən evində olan zaman müşahidə kameralarından evin qarşısına bir neçə nəfərin toplaşdığını görmüşdür. Evinin qarşısında toplaşan şəxslərin kimliyini müəyyənləşdirmək üçün dərhal evin həyətyanı sahəsinin giriş qapısına yaxınlaşmış, qapını açarkən qapının qarşısında olan şəxsin polis əməkdaşları olduqlarını görmüş, belə ki, qapının qarşısında olan polis əməkdaşlarından biri ona evində axtarış aparılması haqqında qərar oxumağa başlamış və həmin vaxt dərhal həmin yerdən qaçaraq, evin arxa hissəsində olan hasara dırmaşıb, evi qaçaraq, tərk etmişdir. O qaçdıqdan sonra polis əməkdaşlarının evində axtarış apardıqlarını və evində əkdiyi narkotik vasitə marixuana kollarını aşkar etdiklərini bilmişdir. 13 yanvar 2021-ci il tarixdə, axşam saatlarında polis əməkdaşları onu tutaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə gətirmişlər. Narkotik vasitələri əkib-becərdiyi ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Narkotik tərkibli çətənə kollarını tək halda əkib-becərmiş, həmin bitkiləri əkib-becərməkdə ona heç kim köməklik etməmişdir. Yuxarıda qeyd etdiyi evdə narkotik vasitə əkib-becərməyindən və narkotik vasitə istifadə etməyindən Təqsirləndirilən şəxs2 və onun tanışının hər hansı bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs2 və onun tanışı hadisə vaxtı evinə gələn zaman evdə narkotik vasitə marixauana əkib-becərdiyini bilmişlər. ünvan 13 ünvanında narkotik tərkibli çətənə kollarını əkib-becərməyindən ailə üzlərinin və ya başqa şəxslərin hər hansı bir məlumatları olmamışdır. Ailə üzvləri və ya başqa şəxslər həmin çətənə kollarını görməmiş və bu barədə heç kimə hər hansı bir məlumat verməmişdir. Evində narkotik tərkibli çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərmiş və tutulan günə qədər həmin bitkilərə qulluq etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, ünvanını qeyd etdiyi evində əkibbecərdiyi narkotik tərkibli çətənə kollarını hər hansı bir şəxsə(lərə) satmamış, hədiyyə və ya pay olaraq verməmişdir. Evində əkib-becərdiyi narkotik tərkibli çətənə kollarını hər hansı bir şəxsin aşkar etməməsi üçün evin kənarlarına müşahidə kameraları qoymuş və hər gün də mütəmadi olaraq, həmin kameralarla müşahidə aparmışdır. Evində narkotik tərkibli çətənə kollarını əkib-becərdiyi barədə heç kimə hər hansı bir məlumat verməmişdir. ünvan 13 ünvanında əkib-becərdiyi narkotik tərkibli çətənə kollarının yetişmə dövründə saylarının hansı miqdarda olması barədə dəqiq bir məlumat verə bilmir. Evinin başqa hissələrində narkotik vasitə saxlamamış və əkib-becərməmişdir. Həmin bitkilər tam yetişmədiyi üçün istifadə edə bilməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Qeyd etdiyi cinayət əməllərindən başqa hər hansı bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs2 və onun tanışının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bir məlumatı yoxdur. 08 yanvar 2021-ci il tarixdə tərəfinizdən yaşadığı ünvan 13 ünvanında axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair hər hansı bir şikayət və ya etirazı yoxdur. Polis əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, BülbSuraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "xxxx" MMCnin nəzdindəki dəyirmanda ülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 71, mənzil 12 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər bir qrup şəxs halında xuliqanlıq cinayəti törətdiyinə görə 20 fevral 2008-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Daha sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 16 sentyabr 2010-ci il tarixdə Bakı şəhər, Nizami rayon Məhkəməsi tərəfindən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qutardıqdan sonra yenə də, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş və buna görə də, 20 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2018ci ildə isə azadlığa çıxmışdır. Narkotik vasitələrin “ot” adlanan marixuana növündən siqaretin boş qutusuna doldurub çəkməklə, “kakos” adlanan heroin növünü iyləmə yolu ilə və psixotrop maddələrin isə “şüşə” adlanan metamfetamin növünü isə falaqaya töküb, altını qızıdırıb, çəkmək yolu ilə istifadə etmişdir. Narkotik və psixotrop vasitələrdən istifadə etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır və hal-hazırda həmin müəssisədə metamfetamin terapiyasiyasındadır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qonşularıdır. Məlum hadisə barəsində bildirmək istəyir ki, 05 yanvar 2020-ci ildə, günorta saatlarında müalicəsi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən adını qeyd etdiyi müalicə müəssisəsinə getmişdir. Həmin yerdə olan zaman Təqsirləndirilən şəxs1 görmüş, söhbət əsnasında Mirəfşar ona “Tərlan” adlı şəxsin ona pul borcu olduğunu, həmin pulu ala bilmədiyini, evinə getdikdə isə qaçıb gizləndiyini və birlikdə gedərək “Tərlan” adlı şəxsi çağırmağını bildirmişdir. Mirəfşar qonşusu olduğu üçün etiraz etməyərək onunla razışlaşmışdır. Daha sonra isə Mirəfşar həmin gün axşam saatlarında ona zəng edəcəyini və yaşadıqları yerdə görüşüb birlikdə gedəcəklərini bildirmişdir. Həmin gün saat 18 radələrində yaşadıqlarə Bül-Bülə qəsəbəsində görüşərək, birlikdə Təqsirləndirilən şəxs3 götürmək üçün Mirəfşara məxsus və həmin vaxt idarə etdiyi “Hyundai Tucson” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ruslanın yaşadığı evə tərəf getmişlər. Daha sonra Mirəfşar Ruslana zəng edərək yaşadığı evin qarşısına çıxmağı bildirmişdir. Onlar Ruslanın yaşadığı evə yaxınlaşarkən isə onun yaşadığı evin qarşısındakı küçədə olduğunu görmüşlər. Ruslanı da götürərək birlikdə Mirəfşarın dediyi “Tərlan” adlı şəxsin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə yollanmışlar. Həmin vaxt Mirəfşar avtomobili idarə etmiş, o qabaq sərnişin oturacağında və Ruslan isə arxa sərnişin oturacağında əyləşmişdir. Bir qədər yol getdikdən sonra Mirəfşarın dediyi “Tərlan” adlı şəxsin yaşadığı evin qarşısına çatmışlar. Evin qarşısında avtomobildən düşmüş və həmin vaxt qapının qarşısında azyaşlı oğlan uşağının olduğunu görmüşdür. Həmin uşaq Tərlanın yaşadığı evə girdiyindən elə onun Tərlanın oğlu olduğunu düşündüyü üçün həmin uşağa atasını çağırmağı bildirmişdir. Bir qədər sonra isə Tərlan evin qarşısına çıxmış, Tərlana “Seyid”-in onu avtomobildə gözlədiyini və onunla söhbət etmək istədiyini bildirmişdir. Tərlan da onlarla razılaşaraq, avtomobilə əyləşmişdir. Mirəfşar Tərlanı çağırmamışdan qabaq ona Tərlan avtomobilə mindiyi halda avtomobilə əyləşməməyimi, kənarda gözləməyimi bildirdiyi üçün Tərlan avtomobilə əyləşdikdən sonra avtomobilə əyləşməmiş və avtomobildən bir qədər kənarlaşaraq, siqaret çəkməyə başlamışdır. Mirəfşar, Ruslan və Tərlanın nə barədə söhbət etdiklərini eşitmədiyindən bu barədə hər hansı məlumat verə bilmir. Təxminən on dəqiqə keçdikdən sonra Mirəfşar onu çağıraraq, avtomobilə əyləşməyini və kəndə gedəcəklərini bildirmişdir. Bundan sonra avtomobilə yaxınlaşaraq, avtomobilin arxa sərnişin oturacağında əyləşmiş və onlar yola düşmüşlər. Yolda yuxulu olduğundan Mirəfşar, Ruslan və Tərlanın nə barədə söhbət etdiklərini xatırlamır. Bircə onu bilir ki, onlar “Elsəvər” adlı şəxsdən söhbət etmişlər. Onların “Elsəvər” adlı şəxs barəsində hansı söhbətləri etdiklərini isə yuxulu olduğu üçün xatırlamır. Təxminən on beş dəqiqədən sonra Mirəfşarın yaşadığı Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən evinə getmişlər. Mirəfşar avtomobili evin həyətyanı sahəsinə salmış, o, Mirəfşar, Ruslan və Tərlan avtomobildən düşərək evin həyətyanı sahəsində yerləşən kürsülü, iki mərtəbəli, yarım tikili vəziyyətdə olan evə daxil olmuşlar. Mirəfşar, Ruslan və Tərlan evin birinci mərtəbəsində yerləşən qonaq otağına getmişlər, o isə onlara çay dəmləmək üçün evin mətbəxinə daxil olmuşdur. Evin mətbəxində olan zaman onların hansı söhbət etmələrini eşitmədiyindən bu barədə hər hansı məlumat verə bilmir. Təxminən on dəqiqə sonra çayı dəmləyərək Mirəfşargilə çay vermişdir. Həmin vaxt Tərlan ona 20 (iyirmi) manat məbləğində pul verərək, ona nazik “Magna” markalı siqaret almağını bildirmişdir. Bundan sonra Tərlandan pulu alaraq, siqaret almaq üçün marketə yollanmış, təxminən on beş dəqiqə sonra Tərlana siqaret alaraq geri dönmüşdür. Siqareti Tərlana verdikdən sonra evin həyətyanı sahəsinə düşərək orada olan avtomobili yumağa başlamışdır. Təxminən saat 24 radələrində Tərlan, Mirəfşar və Ruslan evdən düşərək, avtomobilə əyləşməyini və getməklərini bildirmişlər. Bundan sorna avtomobilə əyləşərək birlikdə yaşadıqları qəsəbədə yerləşən texnikumun qarşısına getmişlər. Bu zaman Tərlan bir qədər qarşıda “BMW Troyka” markalı maşının onu gözlədiyini, həmin avtomobilə yaxınlaşaraq avtomobilin sürücüsündə olan 5000 (beş min) manat məbləğində pulu alıb, geri qayıtmağınıı bildirmişdir. Bundan sonra avtomobildən düşüb, Tərlanın dediyi yerə gemiş və həmin yerdə “BMW Troyka” markalı maşının olduğunu görmüşdür. Avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş, bu zaman sürücü mənə pul uzatdı, sürücüyə pulu saymasını və ondan sonra təhvil alacağını bildirmişdir. Bundan sonra sürücü pulu saymış, pul 5000 (beş min) manat olmuş və sürücüdən həmin pulu təhvil alaraq geri qayıtmışdır. Mirəfşarın avtomobilinin arxa sərnişin oturacağında əyləşərək pulu Tərlana vermiş, Tərlan isə öz növbəsində pulu Mirəfşara təhvil vermişdir. Mirəfşar isə pulu sayaraq, təhvil almışdır. Bundan sonra Mirəfşar avtomobili idarə etmişdir. “Komsomolsk” deyilən yerdə Tərlanı avtomobildən düşürərək, yenidən Mirəfşargilə qayıtmışlar. Bir qədər həmin yerdə oturub, çay içdikdən sonra isə hər biri yaşadığı evə getmişdir. 23 yanvar 2021-ci il tarixdə səhhəti ilə əlaqədar yuxarıda adını qeyd etdiyi tibb müəssisəsində olan zaman üç nəfər polis əməkdaşları ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşları olduğunu bildirib, barəsində axtarış elan edildiyini və buna görə də, birlikdə adını qeyd etdiyi Polis İdarəsinə getməklərini bildirmişlər. Bundan sonra isə polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 15 ünvanında yerləşən evin birinci mərtəbəsində olan qonaq otağında narkotik vasitə çətənə, marixuana kolları əkib-becərdiyi haqqında hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evin birinci mərtəbəsində olan qonaq otağında narkotik vasitə çətənə, marixuana kolları əkib-becərdiyi haqqında Təqsirləndirilən şəxs3 hər hansı bir məlumatı olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadəçisidir. Təqsirləndirilən şəxs1 “Tərlan” adlı şəxsdən aldığı 5.000 (beş min) manat puldan ona pul verməmişdir. Belə ki, Mirəfşar Tərlanın ona borcu olduğunu və həmin borcu ala bilməkdə ona köməklik etməyini bildirmişdir. İstifadəsində 055 606-40-447 saylı mobil nömrə olmuşdur. Qeyd etdiyi cinayət əməllərindən başqa hər hansı bir cinayət törətməmişdir. Polis əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 16 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir, əvvəllər qanunsuz olaraq odlu silah əldə edərək gəzdirdiyi üçün 1999-cu ildə Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 10 saylı Cəzaçəkmə müəsissəsində çəkmişdir. Azadlığa çıxdıqdan sonra isə fərdi qaydada usta kimi müxtəlif tikinti yerlərində işləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qonşularıdır. Məlum hadisə barəsində bildirmək istəyir ki, 05 yanvar 2020-ci il tarixdə günorta saatlarında yaşadığı eviin həyətyanı sahəsində əkdiyi bitkilərə qulluq edərkən həmin vaxt ev telefonlarına zəng gəlmişdir. Əlini təmizləyərək evə gedib, telefonu götürəndə zəng edən şəxsin qonşusu Təqsirləndirilən şəxs2 olduğunu görmüşdür. Orxan ona yeyib-içmək olduğunu, təmiz və səliqəli geyinərək ona zəng edərkən evin qarşısına çıxmağını bildirmişdir. Həmin gün saat 16 radələrində Orxan ona zəng edərək evin qarşısına çıxmağını bildirmişdir. Evin qarşısına çıxdqıda evin qarşısına Təqsirləndirilən şəxs1 məxsus “Hyundai Tucson” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini görmüşdür. Nəqliyyat vasitəsinin sükan hissəsində Mirəfşarın özü və yanında isə Orxan əyləşmişdir. Avtomobilin arxa sol qapısını açaraq, arxa sərnişin oturacağında əyləşmmiş, bundan sonra isə Mirəfşar avtomobili idarə edərək özünün yaşadığı Bakı şəhəri, ünvan 15 ünvanında yerləşən evinə getmişlər. Evdə olan zaman Mirəfşar ona evin təmirini davam etdirə bilib-bilməyəcəyini soruşmuşdur. Mirəfşara heç bir problemin olmadığını təmiri davam etdirə biləcəyini bildirmiş və bundan sonra isə evin layihəsini çəkmişdir. Daha sonra isə Mirəfşarın evinin birinci mərtəbəsində yerləşən mətbəxdə Orxan və Mirəfşarla oturub bir qədər yeyib-içmişlər. Mirəfşarın evi kürsülü, iki mərtəbəli yarıtikili bir evdir. Yeyib-içən zaman Mirəfşar Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində “Tərlan” adlı şəxs olduğunu və həmin şəxsin ona məbləğini demədiyi borcu olduğunu bildirmişdir. Tərlanın həmin pulu ona qaytarmaq istəmədiyini bildirərək, həmin pulu qaytarmaqda ona köməklik etməyini bildirmişdir. Bundan sonra Mirəfşar ona “sən səliqəli və təmiz geyinmisən, səni polis işçisi kimi təqdim edərək həmin borcu ondan ala bilərik” dedi. Həmin gün saat 18 radələrində Mirəfşarın idarə etdiyi avtomobillə Tərlanın Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən evinin qarşısına getmişlər. Evin qarşısına çatan zaman Mirəfşar Orxana düşüb, Tərlanı çağırmasını bildirmişdir. Bundan sonra isə Orxan Tərlanı çağırmaq üçün avtomobildən düşmüş, həmin vaxt bir azyaşlı oğlan uşağı Tərlanın evinin qarşısında olmuşdur. Orxan həmin uşağa atasını çağırmağı bildirmiş, uşaq evə daxil olmuş və bundan bir neçə dəqiqə sonra Tərlan evdən çıxmışdır. Mirəfşar Tərlanı avtomobilə əyləşdirməyini və özünün isə Orxanla birlikdə kənarda gözləməyini bildirmişdir. Təxminən Mirəfşar və Tərlan 10 dəqiqə ərzində söhbət etmişlər. Bundan sonra isə Mirəfşar onları çağırmış və həmin vaxt ona avtomobili idarə etməyini bildirmiş, lakin avtomobil idarə edə bilmədiyi üçün Mirəfşara avtomobili Orxanın idarə etməsini bildirmiş və bundan sonra Orxan avtomobilin sükan hissəsinə əyləşərək avtomobili idarə etmiş, o isə avtomobilin qabaq sərnişin oturacağında, Mirəfşar və Tərlan isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Bundan sonra isə Orxan avtomobili idarə etmiş və onlar yola düşmüşlər. Yolda olan zaman Mirəfşar Tərlana atasının narkotik vasitə əkib-becərdiyini və Tərlanı həmin vaxtdan tanıdığını bildirmişdir. Bundan sonra isə əmisi oğlu “Elsəvərin” - də narkotik vasitə istifadə etdiyini və yerini də Elsəvərin dediyini bildirmişdir. Bundan sonra isə Tərlana narkotik vasitələrin satışı, əkib-becərilməsi ilə məşğul olduğunu və buna görə də, onlara pul verməli olduğunu demiş, həmin vaxt Tərlan da hansı məbləğdə pul verməli olduğunu ondan soruşmuşdur. Bu zaman Mirəfşar Tərlana 20.000 (iyirmi min) manat məbləğində pul verməli olduğunu bildirmiş, Tərlan da 20.000 (iyirmi min) manat məbləğində pulunun olmadığını, lakin 5.000 (beş min) manat məbləğində pul verə biləcəyini bildirmişdir. Bundan sonra Mirəfşar Tərlana onu təqdim edərək polis əməkdaşı olduğunu və bu pulu nə olur-olsun verməli olduğunu demişdir. Daha sonra isə Tərlan bir daha Mirəfşara 5.000 (beş min) manat məbləğində pul verə biləcəyini və bundan artığına gücünün çata bilməyəcəyini bildirmişdir. Bundan sonra isə Mirəfşar ona tərəf əyilib, 5.000 (beş min) manat pulla borcunu tam ödəyə bilməyəcəyini və bir az da onun tərəfinədn sığışdırılaraq 20.000 (iyirmi min) manat məbləğində pul almalı olduğunu demişdir. Həmin vaxt Orxan avtomobili idarə etmişdir. Bundan sonra onlar əsas yola çıxan zaman, yəni Mərdəkan-Koroğlu yolunun “Qala dairəsi” adlı hissəsindən keçən yolda Mirəfşar Orxana avtomobili saxlamasını və sükanı ona verməsini bildirmişdir. Orxan avtomobili saxlamış və Mirəfşar sükana, Orxan isə arxa sərnişin oturacağına keçmişdir. Bundan sonra isə Mirəfşar avtomobili idarə etmiş, bir qədər yol getdikdən sonra, təxminən həmin yolun “Ramana” qəsəbəsinə dönən hissəsinə çatmamış, Mirəfşar Orxana anasına dərman aldığını və həmin dərmanı Ramana qəsəbəsində yaşayan anasına verib, daha sonra yolu davam etdirmələrini bildirmişdir. Bundan sonra Mirəfşar Tərlana “vapşe, gəl səni aparım evə evdə söhbət edək” demiş və onlar Mirəfşarın evinə doğru hərəkət etmişlər. Bir neçə dəqiqə sonra Mirəfşarın yaşadığı evin qarşısına çatmışlar, Mirəfşar pultu basaraq qapını açmış, maşınla həyətə daxil olmuşlar. Daha sonra Tərlanı avtomobildən düşürərək evin birinci mərtəbəsində yerləşən qonaq otağına, yəni marixuana əkilmiş otağa salmışlar. Bu vaxt Mirəfşar da həmin otağa daxil olmuşdur. Bundan sonra Orxanla həmin evin mətbəxinə daxil olaraq kofe düzəltmişlər. Daha sonra düzəltdikləri kofeleri götürərərk Tərlangilin olduğu otağa daxil olmuşlar. Söhbət zamanı Mirəfşar Tərlana narkotik vasitə əkib-becərdiyini, buna görə dediyi 5.000 (beş min) manat pul verməli olduğunu, yalnız pulu verdikdən sonra gedə biləcəyini, pul verməsə onu buraxmayacaqlarını bildirmişdir. Bu vaxt Tərlan öz telefonu ilə dayısı oğluna zəng edərək “zibilə düşdüyünü, qumarda 5.000 (beş min) manat pul uduzduğunu, təcili olaraq, həmin məbləğdə pulu taparaq, ona zəng etməsini” bildirmişdir. Daha sonra Mirəfşar Tərlana həmin məbləğdə pulun tapılmalı olduğunu, onun heç kimdən qorxmadığını deyərək evində əkdiyi marixuana kollarını göstərib ona heç kəsin dəymədiyini və heç kimdən qorxmadığını demişdir. Təxminən saat 24 radələrində Tərlanın dayısı oğlu zəng edərək, dediyi məbləğdə pulun hazır olduğunu deyərək həmin pulu ona harada verməlin olduğunu Tərlandan soruşmuşdur. Bu zaman Tərlan Mirəfşardan dayısı oğlunun pulu gətirdiyini demiş və pulu götürəcəkləri yeri soruşmuşdur. Mirəfşar isə Tərlana dayısı oğlunun pulu həmin qəsəbədə yerləşən texnikumun qarşısına gətirməyini və orada götürməyini bildirmişdir. Onlar, yəni o, Mirəfşar və Orxan evdən çıxaraq Mirəfşarın avtomobilinə əyləşmiş,sonuncu avtomobili idarə etmişdir. Daha sonra isə onlar birlikdə qəsəbədə yerləşən texnikumun qarşısına getmişlər. Bu zaman Tərlan Orxana bir qədər qarşıda “BMW Troyka” markalı avtomobilin onu gözlədiyini, həmin avtomobilə yaxınlaşaraq, avtomobilin sürücüsündə olan 5.000 (beş min) manat məbləğində pulu alıb, geri qayıtmağını bildirmişdir. Bundan sonra Orxan avtomobildən düşüb, Tərlanın dediyi yerə getmiş, təxminən on dəqiqədən sonra geri qayıtmış və avtomobilinin arxa sərnişin oturacağında əyləşərək pulu Tərlana vermiş, sonuncu isə öz növbəsində pulu Mirəfşara təhvil vermişdir. Mirəfşar isə pulu sayaraq təhvil almışdır. Bundan sonra Mirəfşar avtomobili idarə etmiş, “Komsomolski” deyilən yerdə Tərlanı avtomobildən düşürmüşdür. Mirəfşar cibindən 50 (əlli) manat pul çıxardaraq ona uzatmış, o isə Mirəfşarın 5.000 (beş min) manat məbləğində pul aldığını, lakin həmin puldan ona 50 (əlli) manat verdiyini və bu pulu götürməyin özünə hörmətsizlik olduğunu fikirləşib, 50 (əlli) manat pulu götürməkdən imtina etmişdir. Daha sonra isə Mirəfşar evinə getməyi üçün taksi çağırmağı ona təklif etmikş, o isə Mirəfşara onu necə evindən götürübsə, elə də evinə düşürtməyini bildirmişdir. Mirəfşar avtomobili idarə edərək onu yaşadığı evə aparmış və evin qarşısında avtomobildən düşürmüş, evimə getmişdir. 28 yanvar 2021-ci il tarixdə onu Bakı şəhəri Xəzər rayon Polis İdarəsi əməkdaşlarının axtardıqları məlum olmuş, o da könüllü olaraq Polis İdarəsinə gədərək polis əməkdaşlarına təhvil olmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən evin birinci mərtəbəsində olan qonaq otağında narkotik vasitə çətənə, marixuana kolları əkib-becərdiyi haqqında hər hansı bir məlumatı olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadəçisidir. Təqsirləndirilən şəxs1 “Tərlan” adlı şəxsdən aldığı 5.000 (beş min) manat puldan ona pul verməmişdir. Belə ki, Mirəfşar Tərlanın ona borcu olduğunu və həmin borcu ala bilməkdə ona köməklik etməyini bildirmişdir. Qeyd etdiyi cinayət əməllərindən başqa hər hansı bir cinayət törətməmişdir. Polis əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılarkən və Polis İdarəsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən və ya hər hansı bir xəstəlikdən əzab çəkmir. Əvvəllər məhkumluğum olmamış, fərdi əməklə məşğul olur. Bildirmək istəyir ki, 05 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 5 ünvanında olarkən iki nəfər şəxsin adını deyərək onu çağırdıqlarını eşitmişdir. Çağırıldığı üçün evin həyətyanı sahəsinin qapısından çölə çıxmışdır. Həmin vaxt iki nəfər şəxsin qapısının ağzında və bir nəfər şəxsin isə boz rəngli “Hundai Tucson” minik markalı nəqliyyat vasitəsinin arxa sağ tərəfində oturaraq onu gözlədiklərini görmüşdür. Həmin şəxslər özlərini Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ayaq üstə olan şəxslərdən biri və avtomobilin arxa sağ oturacağında olan şəxsin kostyumda, digər ayaq üstə olan şəxsin normal geyim formasında olduqlarını görmüşdür. Həmin vaxt ayaq üstə olan iki nəfərdən biri avtomobilin arxa sağ qapısını açaraq, “gəl bura, rəis səni görmək istəyir” demiş və qapı açıldıqdan sonra isə avtomobilin arxa sağ oturacağında əyləşmiş şəxs ona “salam əleykum, dünən sənin evinə oğru giribmi?”- demiş, o da həmin şəxsə barədə hər hansı bir məlumatının olmadığını və hər hansı bir orqana müraciət etmədiyini demişdir. Bu zaman həmin şəxs evinə oğurların daxil olduğunu, həmin oğruları tutduqlarını və həmin oğrunun əmisi oğlu Şahid3 olduğunu demişlər. Daha sonra isə onlarla getməli olduğunu və əmisi oğlu Şahid3 tək onun deyil, başqa şəxslərin də evlərində oğurluq etdiyini bildirmişlər. Həmin şəxsə hər hansı bir izahat yazmayacağını və bu barədə hər hansı bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra avtomobilin arxa oturacağında əyləşmiş şəxs bir daha onlarla getməli və izahat yazmalı olduğunu bildirmişlər. Həmin vaxt ev geyimində olmuşdur. Arxada oturan şəxsin onlarla getməli olduğunu bildirdikləri üçün məcbur qalıb, avtomobilin arxa sol tərəf oturacağına əyləşmiş və birlikdə yola düşmüşlər. Bir qədər sonra qabaq sərnişin oturacağında əyləşmiş kostuyum geyimində olan şəxs avtomobili idarə edən şəxsə halının olmadığını bildirib, avtomobili saxlamasını və yerlərini dəyişmələrini bildirmişdir. Bu zaman avtomobili idarə edən şəxs avtomobili saxlamış və onlar yerlərini dəyişmişlər, lakin avtomobili idarə edən şəxs qabaq sərnişin oturacağında yox, arxa oturacaqda əyləşmiş və o, həmin şəxslərin orta hissələrinə keçmişdir. Bundan sonra kostuyum geyimində olan şəxs avtomobilin sükanına keçərək avtomobili idarə etməyə başlamışdır. Həmin vaxt yanında oturmuş və əvvəl avtomobili idarə etmiş şəxsin üzünə baxarkən onun narkotik vasitələrin istifadəçisinə oxşadığını görmüşdür. Bir qədər getdikdən sonra, yəni Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “Qala döngəsi” deyilən yerdə avtomobili idarə edən kostyumlu şəxs ona narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişlər. Həmin şəxsə əvvəllər arabir narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Bu zaman avtomobili idarə edən kostyum geyimində olan şəxs “bizə dəxli yoxdu, sən əlli min pul verməlisən” demişdir. Bu zaman ona “nə üçün əlli min pul verməliyəm, bəyəm adam öldürmüşəm” - demiş və bundan sonra həmin şəxs ona “nəyə gücün çatır, nə qədər pul verə bilərsən?”- demiş, o isə həmin şəxsə “mənim bir qəpik pulumun olmadığını və onlara heç bir şey verə bilməyəcəyimi” demişdir. Bir qədər getdikdən sonra, yəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Komsomolski” adlı yerə çatan zaman avtomobili idarə edən kostyumlu şəxs yenə də “de görüm nə qədər pul verməyə gücünün çatdığını” soruşmuşdur. Bildirmişdir ki, həmin vaxt qeyd etdiyi şəxsin polis əməkdaşları olmadıqlarını qətiləşdirmiş və həmin vaxt onların əlindən yaxa qurtarmaq üçün hər hansı bir şansı olmamışdır. Qeyd etdiyi yerdən avtomobili idarə edən kostyumlu şəxs avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisinə döndərmiş və həmin vaxt ona “nə üçün Ramana qəsəbəsinə gedirik, Yasamala getməli deyilik, bura Ramana yoludur axı” - demiş və bu zaman o, Ramana qəsəbəsində anasının yaşadığını, anasının xəstə olduğunu, bu səbəbdən anasına dərman apardığını və həmin müddət ərzində fikirləşməyini, onun Seyid olduğunu və heç kimi hərləmədiyini bildirmişdir. Bir qədər sonra onlar bir yerə çatmış və həmin vaxt avtomobili idarə edən kostyumlu şəxs “bura Şuşa şəhərciyidir, tanıyırsanmı buranı?”- demiş və o da həmin şəxsə “xeyr tanımıram” - demişdir. Bu zaman onlar həmin yerdə yerləşən hasarın üzərinə “203” nömrəsi yazılmış həyətyanı sahədən ibarət olan villa tipli yaşayış sahəsinin giriş qapısının qarşısına çatmışlar. Bu zaman avtomobili idarə edən kostyum geyimində olan şəxs pultla evin həyətyanı sahəsinin giriş qapısını açmış və onlar birlikdə həyətyanı sahəyə daxil olmuşlar. Həyətə daxil olan zaman evin həyətyanı sahəsində olan müşahidə kamerası diqqətini cəlb etmidir. Həyətə daxil olduqdan sonra həmin şəxslər onu evin həyətyanı sahəsində olan villa tipli, kürsülü və iki mərtəbədən ibarət olan evə və oradan isə evin giriş qapısından daxil olub, bir qədər getdikdən sonra üzbəüzdə yerləşən mətbəxə salmışlar. Mətbəxə daxil olduqdan sonra yüz faiz əmin olmuşdur ki, bu şəxslər polis əməkdaşları deyil. Mətbəxə daxil olduqdan sonra qeyd etdiyi şəxslər ona içməyə çay gətirmişlər, çayı içib, qurtardıqdan sonra ona “son söhbət on mindir, ya gətirirsən, ya da ki, məni burada saxlayacayıq” və bundan sonra isə “səni yalnız bir şərtlə buraxarıq ki, dediyimiz pul gəlsin”. Bundan sonra isə həmin şəxslər onu evin giriş qapısından daxil olub bir-iki metr getdikdən sonra sağ tərəfdə yerləşən otağa salmışlar. Həmin otağa daxil olan zaman orada təxminən yüzdən çox dipçəkdə əkilmiş çətənə kollarını görmüşdür. Bunu gördükdən sonra tam əmin olmuşdur ki, bu şəxslər polis əməkdaşları deyil və həmin şəxslər onu öldürmək üçün evə gətirdiklərini fikirləşmiş və evdən qaçmaq üçün yol axtarmışdır. Lakin ətrafa baxarkən evin həyətyanı sahəsinin dörd metr hündürlüyündə hasarının olduğunu, daxil olduğu otağın qapısının kilidinin bağlandığını, ümumiyyətlə daxil olduğu otaqdan qaçmaq üçün hər hansı bir şəraitin olmadığını görmüşdür. Bundan sonra isə bərk qorxmuş və həmin şəxslərə onu buraxsalar beş min manat pul verəcəyini bildirmişdir. Həmin şəxslər yolda olan zaman ona məxsus mobil telefonu söndürərək əlindən aldıqları üçün mobil telefonu vermələrini və dayısı oğluna zəng edib, dediyi pulu gətirməyini deməsini bildirmişdir. Bundan sonra isə həmin şəxs otaqda dibçəkdə əkdiyi çətənə kollarını ona göstərərək “mənə Seyid deyirlər, heç kim mənə heç bir şey edə bilməz, pulu çatdır”demişdir. Həmin şəxsdən mobil telefonu alıb, dayısı oğlu Şahid1 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəni yığmış və dayısı oğlu Şahid1 telefonu açdıqdan sonra ona səbəbini bildirmədən “Kərim mənə təcili bir saat ərzində beş min manat pul lazımdı” demiş, Kərimə beş min manat pulun nə üçün lazım olduğunu deməməsinə səbəb həmin şəxsin bir əli ilə telefonu tutması olmuşdur. Bundan sonra Kərim ona “bibi oğlu uduzmusan? tavanın var?” - demiş və həmin vaxt bir əli ilə mobil telefonu tutmuş “Seyid” ləqəbli şəxs, ona işarə etmişdir ki, “deginən həri” deməsini bildirmişdir. Kərimə “bir saata pul çatmalıdır” demiş və telefonu adboy etmişdir. “Seyid” ləqəbli şəxs “telefonu qoy stolun üzərinə” - demişdir. Bir saat yarım keçdikdən sonra Kərimə həmin mobil telefona zəng edərkən “pul düzləlmir, üç min yeddi yüz manat pul düzəltmiş” - demiş və bu zaman “Seyid” ləqəbli şəxs və digərləri “yox, denən beş mini tam düzəltsin, telefonu götür kimə yığırsan yığ” demişlər. Bundan sonra Kərim “pulu düzəldəcəm” - demişdir. Təxminən iki saat yarımdan sonra Kərim həmin mobil telefona zəng edərək pulu düzəldiyini və harada verəcəyini bildirmiş və həmin vaxt “Seyid” ləqəbli şəxs ona “qoy bizim adam gedib Kərimlə Ramana qəsəbəsində olan texnikumun qarşısında görüşüb pulu götürsün və bundan sonra biz səni buraxaq" - demişdir. “Seyid” ləqəbli şəxsə saata baxdığı üçün altı saat iyirmi dəqiqə onu onu saxladıqlarını və bir yerdə gedib pulu götürmələrini, bundan sonra isə onu buraxmalarını bildirmişdir. “Seyid” ləqəbli şəxs və digərləri ilə birlikdə evdən çıxaraq avtomobilə əyləşib evi tərk etmişlər. Ramana qəsəbəsində yerləşən texnikumun qarşısına çatmış və dayısı oğlu Kərimə zəng edərək ona bir nəfər şəxsin onun adından yaxınlaşacağını və pulu həmin şəxsə verməyini bildirmişdir. Bundan sonra isə “Seyid" ləqəbli şəxsin yanında olan narkomana oxşayan şəxs avtomobili tərk edərək Kərimlə görüşməyə getmişdir. Təxminən 7-8 dəqiqədən sonra həmin şəxs Kərimlə görüşüb, pulu alıb gələrək “Seyid” ləqəbli şəxsə pulu götürdüyünü demişdir. Həmin şəxs avtomobilə əyləşərək Kərimdən götürdüyü pulu “Seyid” ləqəbli şəxsə vermişdir. Sonra isə bir qədər avtomobillə getmişlər və Bakıxanov qəsəbəsinə gedən yolda mobil telefonunu verərək onu həmin yerdə düşürmüşlər. Həmin vaxt saat 22:30 olmuşdur. Avtomobildən düşəndən bir az sonra isə dayısı oğlu Kərimə zəng edərək yerini demiş və Kərim də həmin yerə gələrək onu götürüb evinə gətirmişdir. Yolda isə Kərimə baş verənlərin hamısını bir-bir danışmışdır. Həmin şəxslər onu 05 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 17 ünvanında yerləşən evinin qarşısından özlərini Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edərək evindən edilmiş oğurluqla bağlı izahat verməyi adı ilə aparmışlar. Həmin vaxt ətrafda heç kim olmamış və həmin şəxslərin onu götürmələrini heç kim görməmişdir. Sonradan başına gəlmiş hadisə barəsində polisə şikayət edəcəyi üçün qeyd edilən şəxslərin onu apardıqları avtomobilin marka və dövlət qeydiyyat nişanını yadında saxlamışdır. Belə ki, həmin avtomobil boz rəngli “Hundai Tucson” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı, görünüşündən yeni buraxılışlı nəqliyyat vasitəsi olmuşdur. Həmin şəxsləri ilk dəfə görmüş, ikisi kostyumda və səliqəli geyim formasında, biri isə gündəlik geyim formasında olmuşlar. Həmin şəxslərdən birinin ləqəbi “Seyid” olmuş, belə ki, bunu da ona müraciət edərkən bilmişdir. Bundan başqa, qeyd edilən şəxslər onu evlərinə apararkən, evin narkotik vasitə çətənə kolları əkilmiş otagında həmin şəxslərdən birinin şəxsiyyət vəsiqəsinin sürəti olmuş və baxanda görmüşdü ki, onlardan biri Təqsirləndirilən şəxs1dur. Həmin şəxslər ona hər hansı bir fiziki güc tətbiq etməsələr də, etdikləri hərəkətlər və onu psixi təsir altında saxlamaları psixi durumuna çox pis təsir etmişdir. Belə ki, həmin şəxslər onu qapalı evə salaraq, iradəsindən kənar azadlığını məhdudlaşdırmışlar və tələb etdikləri beş min manat pulu verməyəcəyi təqdirdə onu buraxmayacaqlarını demişlər, bundan sonra o da vahimə keçirərək dayısı oğlu Kərimə zəng etmişdir. Onlar avtomobildə olan zaman avtomobilin qapılarını kilidlədiklərinədn ona görə də avtomobildən qaça bilməmişdir. Daha sonra isə evdə oaln zaman evin hasarlarının dörd metr hündürlüyündə olması, daxil olduğu otağın qapısının kilidli olması, həmçinin evdən qaçmaq üçün hər hansı şəraitin olmadığı üçün qaçmaq üçün heç bir imkanı olmamışdır. Hadisə baş verən gün deyil, üç gün sonra polisə müraciət etməsini isə həmin şəxslərin ona və ailəsinə nəsə bir zərər vura bilmələrinədn qorxması olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərəke göstərmişdir ki, ünvan 19 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən və ya hər hansı bir xəstəlikdən əzab çəkmir. Əvvəllər məhkumluğu olmamış, fərdi əməklə məşğul olur. Bildirmək istəyir ki, 05 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində bibisi oğlu Tərlan ona zəng edib 5000 (beş min) manat pul istəmişdir. Həmin gü3n axşam saat 23 radələrində Tərlanıln ona zəng etməsi səbəbi ilə 5000 (beş min) manatı "Komsomol" dairəsi deyilən yerə aparmışdır. Həmin ərazidə olan texnukumun qabağında tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq Tərlanın göndərdiyi adam olmağını ondan soruşmuşdur. Bu zaman o, həmikn şəxsi öz maşınına əyləşdirib Tərlanla danışdırmış, Tərlanın dediyi 5000 (beş min) manat pulu həmin şəxsə vermiş və pulu saydırmışdır. Pulun düz olmasına həmin şəxs əmin olduqdan sonra maşından düşərək olduğu yerdən uzaqlaşmışdır. Təxminən 15 dəqiqə sonra Tərlan ona zəng edərək onların məhləsində olmasını bildirərək gəlb onu götürməsini bildirmişdir. Tərlanı oradan götürüb evlərinə aparmışdır. Tərlana görə 5000 (beş min) manat pul verdiyi şəxsin anket məlumatlari barədə heç bir məlumatı yoxdur. Həmin şəxs qaraşın, arıq bədən quruluşlu, saqqalsız olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərimşdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Mirəfşar əvvəllər narkotik vasitə istifadəsi olduğu üçün məhkumluq həyatı yaşamışdır. Mirəfşar 2017-ci il tarixdə Bakı şəhəri, ünvan 20 ünvanda onun üçün iki mərbəli ev almışdır. Mirəfşar aldığı evi onun adına keçirdərək çıxarış almışdır. O, anası ilə yaşadığı üçün həmin evdə qalmır. Mirəfşar 2018-ci il tarixdə onun üçün aldığı iki mərtəbəli evə köçmüş və həmin evdə qalmağa başlamışdır. 13 yanvar 2021-ci il tarixdə Mirəfşarın Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını eşitmiş. O, Mirəfşarın hansı səbəbə görə saxlanılması ilə maraqlananda ona demişlər ki, Mirəfşar Azərbaycan Respublikası CM-nin 182.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində cinayət işi istintaq edilir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. Narkotik vasitə istifadə etdiyi üçün Sabunçu rayonu «Maştağa» qəsəbəsində yerləşən Narkoloji Dispanserdə müalicə olunan zaman X1 ilə tanış olmuş, sonuncu dəfə 03 yanvar 2021-ci il tarixdə Maştağa qəsəbəsində Mirəfşar ilə görüşən vaxtı Mirəfşar ona demişdir ki, sən nə üçün mənim mobil nömrəmi bloka atmısan. O, Mirəfşar ilə mübahisə etdikdən sonra oradan çıxıb getmişdir. 07 yanvar 2021-ci il tarixdə Mirəfşarın əmisi oğlu Tərlanı oğurlamasını və ondan pul tələb edərək almasını qardaşı Azərdən eşitmişdir (1-ci cild iş vərəqi 292) Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin NMB-nin əməliyyat müvvəkili vəzifəsində işləyən Şahid4 ifadə verərək göstərmişdir08 yanvar 2021ci il tarixdə saat 22:00-da Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Qafar Qafarlı tərəfindən ünvan 21 ünvanda aparılan axtarış və götürmə zamanı aqranom X13, Xəzər RPİ CAŞ-nin əməkdaşı X10 və Xəzər RPİ ekspert kriminalisti X9 ilə birlikdə o da iştirak etmişdir. Onların birlikdə həmin evə yaxınlaşmalarını görən, həmin evdə yaşayan, sonradan anket məlumatlarını bildiyi Təqsirləndirilən şəxs1 qaçdığından, onun yaxalanması və istintaq hərəkətində iştirakının təmin edilməsi mümkün olmamışdır. Bununla belə daxil olmuş məlumatın mötəbərliyi və baş vermiş hadisənin ağır ictimai təhlükəliliyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 iştirakı olmadan videoçəkilişlə onun yaşadığı ünvanda təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlanmışdır. Hava qaranlıq olduğundan istintaq hərəkəti süni işıqlandırma şəraitində keçirilməyə başlanmış və müəyyən olunmuşdur ki, ev natamam tikili olmaqla iki mərtəbədən ibarətdir. Evin həyətində "Hundai Tucson" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Evə daxil olduqda dəhlizdə iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmoş, daha sonra dəhlizdən sol tərəfdə evin zirzəmisi ilə ikinci mərtəbəsinə daxil olmaq üçün pilləkənlərin olması müəyyən edilmişdir. İlk olaraq evin giriş qapısından daxil olan kimi sağ tərəfdə olan otağa daxil olduqda həmin otağın yarımtikili, yəni tamamlanmamış vəziyyətdə olması müəyyən edilmiş və otaqda gündəlik məişət əşyalarının olması aşkar edilmişdir. Həmçinin otağa daxil olanda yerdə dibçək və səbətlərdə narkotik tərkibli marixuana kollarına bənzər kolların olması aşkar edilmişdir. Həmin bitkilərin hündürlüyü müxtəlif ölçülərdə olmuş və həmin vaxt aqronom qismində iştirak edən Əli Əliyev otaqda görünən işıq projektorları həmin bitkilərin işıq tələb etdiyini, yəni işıqlı şəraitdə daha tez böyüdüyünü, məhz bunun üçün qeyd edilən projektorlardan istifadə edildiyini, termometrlə havanın temperaturunun nəzarətdə saxlanılması üçün istifadə edildiyini, həmin bitkilərin normal yetişməsi üçün normal halda 20 dərəcədən yuxarı olmasını, nəzarətdə saxlanmasını, su qabı ilə həmin bitkilərə suyun və gübrənin çiləndiyini bildirmişdir. Bundan sonra otaqdan aşkar edilmiş dibçək və səbətlərdə olan narkotik tərkibli bitkilərə oxşar kollar sayılmış və həmin kolların 141 ədədi dibçəkdə və 09 ədədi səbətdə olan marixuanaya bənzər bitkilərin olması müəyyən edilmişdir. Bundan sonra 141 ədəd dibçəkdə və 02 ədəd səbətdə olan narkotik tərkibli bitkilərə bənzər bitkilər, 01 ədəd projektor, divarda asılmış vəziyyətdə olan 02 ədəd termometr və 01 ədəd suçiləyən gələcəkdə araşdırma üçün sübut əhəmiyyəti kəsb edəcəyi nəzərə alınmaqla qablaşdırılaraq götürülmüşdür. Daha sonra axtarış dəhlizdə olan mətbəxtdə, mətbəxdən sonrakı hamam və tualetdə, ondan sonra otaqda, evin zirzəmisində, daha sonra isə nəqliyyat vasitəsinin saxlanması üçün nəzərdə tutulan zirzəmidə və evin ikinci mərtəbəsində olan on ədəd otaqda aparılmışdır. Həmin yerlərdə iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilmədi. Həyatyanı sahədə iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmiş, axtarış videoçəkilişlə "İphone" markalı mobil telefon vasitəsi ilə keçirilmiş və axtarış saat 22:20 dəqiqədə tamamlanmış. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-ın əməkdaşı Şahid5 şahid X6 ifadəsinə və işin fatiki hallarına uyğun ifadə vermişdir. İşdə olan 08 yanvar 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, ünvan 23 ünvana polis əməkdaşlarının yaxınlaşmalarını görən həmin evdə yaşayan Təqsirləndirilən şəxs1 qaçdığından, onun yaxalanması və istintaq hərəkətində iştirakının təmin edilməsi mümkün olmamışdır. Bununla belə daxil olmuş məlumatın mötəbərliyi və baş vermiş hadisənin ağır ictimai təhlükəliliyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 iştirakı olmadan videoçəkilişlə yaşadığı ünvanda təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlandı. Hava qaranlıq olduğundan istintaq hərəkəti süni işıqlandırma şəraitində keçirilməyə başlandı. Müəyyən olundu ki, ev natamam tikili olmaqla iki mərtəbədən ibarətdir. Evin həyətində "Hyundai Tucson" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Evə daxil olduqda dəhlizdən iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilmədi. Daha sonra dəhlizə sol tərəfdə evin zirzəmisi ilə ikinci mərtəbəsinə daxil olmaq üçün pilləkənlərin olması müəyyən edildi. İlk olaraq evin giriş qapısından daxil olan kimi sağ tərəfdə olan otağa daxil olduqda həmin otağın yarımtikili, yəni tamamlanmamış vəziyyətdə olması müəyyən edildi və otaqda gündəlik məişət əşyalarının olması aşkar edildi. Həmçinin otağa daxil olanda yerdə dibçək və səbətlərdə narkotik tərkibli marixuana kollarına bənzər kolların olması aşkar edildi. Həmin bitkilərin hündürlüyünün müxtəlif ölçülərdə olması müəyyən edildi. Həmin vaxt aqronom qismində iştirak edən Əli Əliyev bildirdi ki, otaqda görünən işıq projektorları həmin bitkilərin işıq tələb etdiyini, yəni işıqlı şəraitdə daha tez böyüdüyünü, məhz bunun üçün qeyd edilən projektorlardan istifadə edildiyini, termometrlə havanın temperaturunun nəzarətdə saxlanılması üçün istifadə edildiyini, həmin bitkilərin normal yetişməsi üçün normal halda 20 dərəcədən yuxarı olmasını, nəzarətdə saxlanmasını, su qabı ilə həmin bitkilərə suyun və gübrənin çiləndiyini bildirdi. Bundan sonra otaqdan aşkar edilmiş dibçək və səbətlərdə olan narkotik tərkibli bitkilərə oxşar kollar sayıldı və həmin kolların 141 ədədi dibçəkdə və 09 ədəd səbətdə olan marixuanaya bənzər bitkilırin olması müəyyən edildi. Bundan sonra 141 ədəd dibçəkdə və 02 ədəd səbətdə olan narkotik tərkibli bitkilərə bənzər bitkilər, 01 ədəd projektor, divarda asılmış vəziyyətdə olan 02 ədəd termometr və 01 ədəd suçiləyən iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Daha sonra axtarış dəhlizdə olan mətbəxtdə, mətbəxdən sonrakı hamam və tualetdə, ondan sonra otaqda, evin zirzəmisində, daha sonra isə nəqliyyat vasitəsinin saxlanması üçün nəzərdə tutulan zirzəmidə və evin ikinci mərtəbəsində olan on ədəd otaqda aprıldı. Həmin yerlərdə iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilmədi. Daha sonra evin həyətyanı sahəsində və orada olan "Hyundai Tucson" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılması üçün həyətə enildi. Həyatyanı sahədə iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilmədi. Axtarış videoçəkilişlə "iphone" markalı mobil telefon vasitəsi ilə keçirildi. Axtarış saat 22:20 dəqiqədə tamamlanmışdır (1-ci cild iş vərəqi 26-29). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 09yanvar 2021-ci il tarixli 7/39 saylı ekspert rəiyndən görünür ki, "Tədqiqata təqdim olunmuş 9 ədəd qəhvəyi rəngli karton qutudakı 141 ədəd dibçəklərdə olan 58 ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 61 ədəd isə çətənə (kannabis) bitkisinin ştilləridir; təqdim olunmuş karton qutulardakı dibçəklərdə olan 21 ədəd və 2 ədəd polietilen bağlamalardakı səbətlərdəki torpaqda 50 ədəd, ümumi sayı 71 ədəd olan bitki nümunələri cücərtmə fazasındadırlar. Cücərtmə fazasında olduqları üçün onların hansı növ bitkilərə aid olduğunu müəyyən etmək mümkün deyil; aqronomun (mütəxəssisin) rəyinə əsasən 141 ədəd dibçəkdə və 02 ədəd səbətdə olan bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir" (1-ci cild iş vərəqi 38-41). İşdə olan ambulator məhkəmə psixiatrik ekspertiza üzrə 04 iyun 2021-ci il tarixli 1187 saylı ekspert rəyindən görünü ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ilə istintaq hərəkətlərinin keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir (2-ci cild iş vərəqi 249-250) İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizası üzrə 04 iyun 2021-ci il tarixli 1186 saylı ekspert rəydən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur Təqsirləndirilən şəxs2 ilə istintaq hərəkətlərinin keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir (2-ci cild iş vərəqi 247-248). İşdə olan ambulator məhkəmə psixiatrik ekspertiza üzrə 04 iyun 2021-ci il tarixli 1185 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs3 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 ilə istintaq hərəkətlərinin keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs3 cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir (2-ci cild iş vərəqi 245-246). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 17 iyun 2021-ci il tarixli 1930 saylı ekspert rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarlndan və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 237- 238). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 17 iyun 2021-ci il tarixli 1947 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarlndan və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 235- 236). İşdə olaq ambulator məhkəmə-narkoloji ekspertiza üzrə 17 iyun 2021-ci il tarixli 1939 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 233- 234). İşdə olan 14 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurduğu 5000 (beş min) manat ziyan bacısı X3 tərəfindən tam həcmdə ödənilmişdir (1-ci cild iş vərəqi 77-82). İşdə olan 04 may 2022-ci il tarixli **********371 saylı notarial qaydada təsdiqlənmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuşziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxslərlə barışdığı üçün sonunculara qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 21 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1, 234.4.3 və 66.3-cü maddələrinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli qərarı ilə 10 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-ci il tarixdə cəza müddəti bitmiş (2-ci cild iş vərəqi 195-197). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs1 sonuncu məhkumluqları üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi - ağır cinayətlər və həmin Məcəllənin 234.1-ci maddəsi həmçinin az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 məhkumluğu 23 dekabr 2021-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət əməlini 05 yanvar 2021-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Odur ki, Mirəfşar CabbarlAzərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin xüsuslilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bununla da Mirəfşar Cabbarovun cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cü maddələrinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - 8 il müddətə azadlıqdan məhrum etmə cəzasından və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 21 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluu olmayan şəxsdir (2-ci cild iş vərəqi 199-200). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 21 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 202). İşdə olan şübhəli şəxsin tutulması haqqında 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2021-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 59). İşdə olan Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu 14 yanvar 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 125-127). İşdə olan şübhəli şəxsin tutulması haqqında 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 yanvar 2021-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 142). İşdə olan Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu 22 yanvar 2021-ci il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 191-196). İşdə olan şübhəli şəxsin tutulması haqqında 30 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 30 yanvar 2021-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 222). İşdə olan Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu 30 yanvar 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 255-258). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.6 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.6 və237.2.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59,1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Rusln Hüseynovun və Təqsirləndirilən şəxs2 törətdikləri əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 12 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən – 9 (doqquz) ildən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in nin 144.2.3, 144.2.6 və 237.2.3cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-cı maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-cı maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı tutulduğu 14 yanvar 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı tutulduğu 22 yanvar 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı tutulduğu 30 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in nin 144.2.3, 144.2.6 və 237.2.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 14 yanvar 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-cı maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 22 yanvar 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.6-cı maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 22 yanvar 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-nin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmiş 9 ədəd qəhvəyi rəngli karton qutuda 141 ədəd dibçəklərdə olan 58 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 61 ədəd çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-bioloji ekspertiza üzrə tədqiqatın dəyəri 66,46 manat (altmış altı manat qırx altı qəpik) Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-bioloji ekspertiza üzrə tədqiqatın dəyəri 66,46 manat (altmış altı manat qırx altı qəpik) Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmiş 9 ədəd qəhvəyi rəngli karton qutuda 141 ədəd dibçəklərdə olan 58 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 61 ədəd çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD disk cinayət işinin mtaeriallarında saxlanılsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-225/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-225/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver