Məhkəmə qərarları › İş №1(101)-225/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-225/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-225/2023 26.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarına əsasən 1 il 2 ay 10 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 29 may 2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 22 aprel 2022-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 24 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlandırılan ərazidən məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə iki ədəd bükümdə olmaqla 1 ədəd bükümdə təmiz çəkisi 0,583 qram və 1 ədəd bükümdə təmiz çəkisi 2,867 qram, cəmi təmiz çəkisi 3,450 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 aprel 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən söküntüyə məruz qalmış yaşayış olmayan birmərtəbəli binaya gəlmiş, orada satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,583 qram olan bir bükümünü masanın üzərinə qoymuş, həmin gün saat 17:50 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Yasamal RPİ, X1 və Yasamal RPİ, 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat axtarış tədbirləri nəticəsində həmin ünvanın qarşısında saxlanılaraq onun iştirakı ilə söküntüyə məruz qalmış yaşayış olmayan birmərtəbəli binaya baxış keçirilən zaman oradakı masanın üzərindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ona məxsus 1 ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış həmin narkotik vasitə hesab edilən heroin, üzərində heroinin izləri olan 1 ədəd boş vəziyyətdə 1 mllik şpris və 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 22:30 dəqiqədə Yasamal RPİ, 28-ci Polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 2,867 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı müəyyən olundu. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 22 aprel 2022-ci il tarixdə Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən sökülmüş binaya fəhlə dalınca getmişdir. Çünki həmin yerdə sökülmüş evlərin arasında fəhlələr olmuş və onlardan öz işlərini gördürmək üçün həmişə lazım olanda çağırmışdır. O, həmin yerə getdikdən bir müddət sonra polis əməkdaşları oraya gəlmiş və onunla birlikdə həmin yerdə olan digər şəxsləri tutub bölməyə gətirmişlər. Saxlanılarkən onun üzərində narkotik maddə olmamışdır, həmçinin sökülmüş binada stolun üstünə qoyulmuş narkotikin də ona heç bir aidiyyəti yoxdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs həmin əraziyə fəhlə dalınca getdiyini, qapının yanında dayanan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt söküntü vəziyyətində olan yerdə dörd nəfərin olduğunu, onlardan yalnız Azadı tanıdığını, saxlanılan şəxslərdən birinin isə tanıdığı Dinara adlı qadın olduğunu, özünün müalicə üçün metadon suyu qəbul etdiyini və rəsmi qeydiyyatda olduğunu, həmin vaxt polis əməkdaşları onun tutmaq məqsədilə deyil, söküntüyə məruz qalmış həmin tikilini bağlamaq üçün gəldiklərini bildirdiklərini, özünün yaşadığı evin saxlanıldığı yerin arxa küçəsində yerləşdiyini, saxlanılan zaman onun üzərində narkotik vasitə olmadığını, həmin narkotiki tanımadığı polis işçilərinin onun cibinə qoyduqlarını, videoçəkiliş aparılarkən ondan üzərində olan narkotiki çıxarıb stolun üstünə qoymaq təklif edildikdə, o, üzərində həç bir narkotik olmadığını bildirdiyini, lakin çəkilişdə iştirak edən polis işçisinin ona şalvarının sağ cibinə baxmasını deyəndən sonra həmin cibinə baxdıqda əlinə bir büküm dəydiyini, həmin bükümün özünə aid olmadığını bildirərək onu yerə tulladığını, sonra təhqiqatçının təklifi ilə bükümü yerdən götürüb stolun üzərinə qoyduğunu, polis işçilərinin ona həmin narkotikin 2 qramdan az olduğunu və işini CM-nin 234.1-ci maddəsi ilə bağlayacaqlarını dediklərini, həmin narkotiki boynuna götürmək üçün çəkilişdən qabaq onu döydüklərini, bütün bunlara görə əlacsız qalıb həmin narkotiki etiraf etməyə məcbur olduğunu, söküntü vəziyyətində olan tikilidən də götürülmüş narkotikin ona heç bir aidiyyəti olmadığını, sonda istintaq qurtaranda ona CM-nin 234.4.3-cü maddəsinin verildiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Yasamal rayonu, B.Şahtaxtinski küçəsi, ev 8-də anası Leyla, oğulları Qəribağa və Çingizlə birlikdə yaşamışdır. Həyat yoldaşından boşanmışdır. 10-15 ildir ki, narkotik vasitədən istifadə edir. 2013-cü ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunub 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 22 iyul 2022-ci il tarixdə saat 17:50 radələrində yaşadığı evdə tualetin unitazını düzəltmək istəmişdir. O, bunun üçün yaşadığı evin yaxınlığında olan Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı söküntüyə məruz qalmış binaya getmişdir. Onun evinin divarı həmin binaya demək olar ki, bitişikdir. Həmin ünvandakı bina söküntüyə məruz qaldıqdan sonra 2 nəfər spirtli içkiyə aludə olan şəxs oradakı otaqların birinə yerləşərək yaşamağa başlamışdır. Həmin şəxslərin adlarını hazırda xatırlamasa da, onların usta olduqlarını və spirtli içki alıb içmək üçün qonşularda nə işi olursa olsun, onları gördüklərini bilmişdir. Həmin ustalardan birini yaşadığı evdəki unitazı düzəltmək üçün çağırmaq məqsədilə 22 iyul 2022-ci il tarixdə saat 17:50 radələrində söküntüyə məruz qalmış binaya getmişdir. Otaq qaranlıq olmuş və orada 3 nəfər tanımadığı şəxsi görüb onlardan sadəcə məhlə uşağı olan Şahid6 tanımışdır. Otaqdakı şəxslərə ustaları axtardığını dedikdə, ustaların bir qədər öncə çıxdıqlarını öyrənmiş və bayıra çıxmaq istədikdə 3-4 nəfər mülki geyimdə özlərini polis kimi adlandıqdıqları şəxslərin həmin binaya girdiklərini görmüşdür. Polis əməkdaşları ondan kim olduğunu soruşduqda, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu ustaların yaşadıqları həmin söküntü olan otağa salmışlar. Polis əməkdaşları otaqda olan Şahid6 və digər 2 nəfəri, adlarını sonradan öyrəndiyi Şahid7 və Şahid8 bayıra çıxarıb onu orada sifət və bədəninin müxtəlif yerlərindən yumruqla vuraraq döymüş və demişlər ki, “bir azdan videoçəkiliş edəcəyik və orada deyərsən k, bu otaq mənimdir, müəyyən şəxslərə narkotik vasitə və ya psixotrop maddələri qəbul etmək üçün həmin otağı yemək qarşılığında verirəm, onlara burada şərait yaradıram, eləcə də onların narkotik vasitələrindən qəbul edirəm” ifadələırini işlət. Onu döyən polislərin adlarını bilməsə də, görən kimi tanıya bilər. Bir qədər sonra yaşadığı evdə bir aydır ki, xadiməçilik edən Şahid9 da həmin otgağa gəlmiş və polislər də Dinaranı həmin otağa salıb sonuncuya və Şahid6, Şahid7 və Şahid8 başa salmışlar ki, videoçəkiliş zamanı sonuncular həmin otaqda narkotik qəbul etmək üçün onun şərait yaratmağını desinlər. Hətta polis əməkdaşları özləri gətirdikləri narkotik vasitə olan heroini, bir ədəd şprisi və tərəzini onlar olan otaqdakı masanın üzərinə qoymuş və orada olan Azad, Dinara, Fuad və Kamrana demişlər ki, “videoçəkilişdə desinlər ki, həmin narkotik vasitəni qəbul etmək üçün onun tiryəkxana kimi istifadə etdiyi yerə gəliblər”. Bu baxımdan Azad, Dinara, Fuad və Kamran da həmin sözləri deyəcəkləri ilə bağlı razılaşmışlar. O, daha da döyülməmək üçün polisin təklifi ilə razılaşmış və bayıra çıxmışlar. Sonradan polis əməkdaşlarının guya qanuni yolla sənədləşdirmə aparması üçün videoçəkilişlə həmin söküntü olan binanın otağına daxil olmuşlar. Polislər sənədləşmə apardıqları zaman orada olan Azad, Dinara, Fuad və Kamran demişlər ki, guya o, onlara həmin yerdə narkotik vasitə qəbul etmək üçün şərait yaradır və sonuncular da ona yemək verirlər. Polis sonradan masanın üzərindəki əvvəlcədən özləri qoyduqları 1 büküm heroini, 1 ədəd şprisi və 1 ədəd tərəzini qablaşdıraraq götürüb qablaşdlrmış və onlara imza etdirmişlər. Daha sonra üzərlərində əlavə narkotik vasitə ola biləcəyi düşüncəsi ilə onları Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Bölmədə olarkən polis əməkdaşlarından biri onun əynindəki şalvarın sağ yan cibinə bir büküm heroin qoyub demişdir ki, videoçəkiliş zamanı həmin bükümü şalvarının cibindən çıxarıb təqdim etsin və desin ki, həmin bükümü xx.xx.2022-ci il tarixdə «Kubinka»dan almışdır. Əks təqdirdə onu əlavə olaraq döyəcəklər. O da, polisin dediyi şəkildə edəcəyi ilə bağlı razılaşmışdır. Bundan sonra ona vəkil də təqdim edilmiş və üzərinə baxış keçirilmişdir. Ondan üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif olunduqda, o, üzərində heç bir şey olmadığını demişdir. Sonra yadına düşmüşdür ki, polis əməkdaşları onun cibinə narkotik vasitə qoyublar. O da, sonradan şalvarının sağ yan cibinə qoyulan narkotiki çıxarıb təqdim etmiş və demişdir ki, həmin bükümü «Kubinka»dan almışdır. Sonra büküm qablaşdırılmış və sonradan adından yazılmış izahatı döyülmək qorxusu ilə oxumadan imzalamışdır. Bir daha bildirir ki, üzərindən aşkar edilən narkotik vasitə onun deyil, eləcə də o, heç kimə Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvandakı söküntüyə məruz qalmış yerdə narkotik vasitə qəbul etmək üçün şərait yaratmamış, heç kimdən orada qəbul etməsi üçün narkotik vasitə və pul almamışdır. Söküntüyə məruz qalmış həmin otağın ona heç bir aidiyyəti olmamışdır. Həmin otağın giriş qapısının kilidi belə yoxdur, kim istəsə oraya daxil ola bilər, bunun üçün onun və digərlərinin icazəsi tələb olunmur (cild 2, iş vərəqi 16-19). Tədqiq olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etdiyini, söküntüyə məruz qalmış tikilinin ona heç bir aidiyyəti olmadığını, oradan götürülmüş heroinin kimə məxsus olduğunu bilmədiyini, şəxsi axtarışı zamanı üzərindən guya aşkar edilmiş narkotik vasitəni polis işçisinin ona verdiyini, həmin polis işçisinin adını və kim olduğunu xatırlamadığını, polis işçilərinin söküntüyə məruz qalmış binanın otaqların birində onu döydüklərini, onların həmin otağa bir büküm heroin, bir ədəd şpris və bir ədəd elektron tərəzi qoyduqlarını, yenidən döyüləcəyi hədəsi ilə təzyiq edilərək videoçəkilişlə baxışda iştiraka məcbur edildiyini, onun da yenidən döyülməmək üçün baxışda iştirak etdiyini və polis işçilərinin ona öyrətdiyi sözləri dediyini, sonra polis əməkdaşlarının onu 28-ci Polis bölməsinə gətirərək hədə-qorxu gəlib cibinə bir büküm narkotik vasitə heroin qoyduqlarını və həmin heroini boynuna götürməsi ilə bağlı hədələdiklərini, qorxduğu üçün videoçəkilişlə şəxsi axtarış keçirilərkən cibinə qoyulmuş narkotikin özünə məxsus olduğunu etiraf etdiyni bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyatla bağlı tanımışdır. İstintaqda verdiyi ifadəni təsdiq edir. Əməliyyat məlumatı idarəyə daxil olmuşdur, onlar tərəfindən keçirilmş əməliyyat tədbiri zamanı Böyükağanı saxlayıb 28-ci Polis bölməsinə dəvət etmişlər və onun şəxsi axtarış zamanı üzərindən heroin aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, bölməyə daxil olmuş məlumat Təqsirləndirilən şəxs tiryəkxana təşkil etməsi barədə olmuşdur. Əməliyyat zamanı onların saxladıqları şəxslər söküntü vəziyyətində olan tikinti yerinə yığışıb birlikdə narkotik qəbul etmişlər. Baxış zamanı həmin tikilidən narkotik vasitə aşkar olunmuşdur. Həmçinin Böyükağa bölməyə gətirilib üzərinə baxış keçiriləndə də narkotik vasitə aşkar edilmişdir. Böyükağa bölməyə gətiriləndə heç bir etiraz etməmişdir. Saxlanılan vaxt həmin şəxsin narkotik vasitə qəbul edib-etməməsi hiss olunmamış, həmçinin onun yaşadığı evə baxış keçirilməmişdir. O və digər polis işçiləri tərəfindən Böyükağa Başxiyevə hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, sonuncu döyülməmiş, ona işgəncə verilməmiş və idarədə saxlanıldığı müddətdə Böyükağanın qolları qandalda olmamışdır. Saxlanıldıqdan sonra hansı müddət keçmiş Böyükağanın üzərinə idarədə şəxsi axtarış keçirildiyini xatırlamır, amma yadındadır ki, sökülmüş vəziyyətdə olan tikiliyə baxış gündüz işıqlı şəraitdə, saxlanılan şəxsin üzərinə isə şəxsi axtarış gecə keçirilmişdir. Böyükağa ilə həmn yerdə saxlanılan şəxslərin bir qismi barədə olan cinayət işlərinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, X1 əməliyyat müvəkkili Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərərək bildirdi ki, işlədiyi bölməyə təqsirləndirilən şəxsin tiryəkxana təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılıb 28-ci Polis bölməsinə gətirilmiş və şəxsi axtarış zamanı üstündən narkotik vasitə heroin aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid2 bildirdi ki, saxlanılarkən və polis idarəsinə gətirildikdən sonra təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təsir, təzyiq olunmamışdır. Daxil olmuş əməliyyat məlumatı şəxsin narkotik vasitələrin istifadəsi, saxlanması və satışı ilə məşğul olması barədə olmuşdur. Həmin gün Böyükağadan başqa da təxminən 3-4 nəfər də bir yerdə saxlanılaraq bölməyə gətirilmişlər. Onların hamısı yarımsökülü vəziyyətində olan tikilidə yaxalanmışlar və sonradan bölməyə gətirilərək hər birinin üzərinə şəxsi axtarış keçirilmiş, hamıdan narkotik maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən döyülməmiş, ona işgəncə verilməmiş və idarədə saxlanıldığı müddətdə Böyükağanın qolları qandalda olmamışdır. Böyükağanın üzərinə bölmədə şəxsi axtarışın nə vaxt keçirildiyi yadında deyil, sökülmüş vəziyyətdə olan yarımtikiliyə isə baxış gündüz aparılmışdır. Böyükağa ilə həmn yerdə saxlanılan şəxslərin bəzisi barədə olan cinayət işlərinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı idarəyə daxil olmuş, həmin məlumat Təqsirləndirilən şəxs tiryəkxana təşkil etməsi barədə olmuşdur. Rəhbərliyin göstərişi ilə 28-ci Polis bölməsinin əməkdaşları kimi onlar da həmin tədbirə cəlb edilmişlər. Onlar tərəfindən keçirilmş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs və daha dörd nəfəri saxlayıb bölməyə dəvət etmişlər. Sonra bölmədə həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilmiş və saxlanalan şəxslərin hamısının üzərindən heroin aşkar olunmuşdur. Sualları cavablandıran Şahid3 bildirdi ki, söküntü vəziyyətində olan yerdən narkotik vasitə aşkar olunmuşdur. Sonradan Böyükağa bölməyə gətirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Bu zaman Böyükağa heç bir etiraz etməmişdir. Özü tərəfindən saxlanılan şəxsə hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs baxış keçirilən söküntüyə məruz qalmış tikilinin yaxınlığındakı ərazidə yaşamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, o, Böyükağanın evində xadimə kimi iş görmüş və sonuncu hər ay ona 300 manat əmək haqqı vermişdir. Hadisə baş verən gün də Böyükağanın ona 50 manat borcu qalmış, o da, həmin borcu almaq üçün Böyükağaya zəng etmişdir. Sonuncudan harada olduğunu soruşduqda, Böyükağa evində unitazın xarab olduğunu, buna görə Müşviqin evinə gəlib usta gözlədiyini bildirmişdir. O, Böyükağaya pula ehtiyacı olduğunu bildirib onun 50 manatını istəmiş, Böyükağa da özünün olduğu yerə gəlib pulu götürməsini demişdir. O da, Böyükağanın yaşadığı evin yaxınlığında yerləşən həmin yerə gəlmiş, çöl qapısının yanında durub 10 dəqiqəyə yaxın Böyükağa ilə söhbət edərkən, polis əməkdaşları gəlib onları saxlamışlar. Onları uçuq vəziyyətdə olan həmin evə salmışlar, bu zaman o, stolun üstündə heç nə görməmişdir. Lakin sonradan onun barəsində olan cinayət işinin ittiham aktında oxumuşdur ki, guya oradan stolun üstündən tərəzi, narkotik vasitə heroin aşkar olunmuşdur. Onun özü narkotik vasitə istifadəçisidir. Həmin vaxt saxlanıldığına görə onun da barəsində iş açılmış və Yasamal rayon məhkəməsində həmin işə baxılmışdır. Barəsində hökm də çıxarılmış və həmin hökmlə ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Həmin vaxt tutulmamışdan qabaq o, narkotik vasitəni «Kubinka»dan tanımadığı şəxslərdən qramını 20 manata almışdır. O, hadisə yerinə gələndə Böyükağanın yanında başqa şəxslərin də olduğunu görmüş, sonradan bilmişdir ki, onların adı Azad, Fuad və Kamrandır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onun barəsində də bu məhkəmədə cinayət işinə baxılmış və əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilib iki il azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmin hökmdən də apellyasiya şikayəti verilmişdir, lakin hələ apellyasiya məhkəməsində işə baxılmamışdır. O, Böyükağanı köhnə məhlədə yaşayan vaxtdan tanımışdır. Hadisə baş verən gün təsadüfən Böyükağa ilə görüşmüş, ondan haraya getdiyini soruşanda, Böyükağa yaşadığı evdə unitazın xarab olduğunu, onu düzəltmək üçün usta dalınca getdiyini bildirmişdir. O da, Böyükağa ilə birlikdə həmin söküntü vəziyyətində olan tikili tərəfə getmişlər. Çünki Böyükağa ustaların həmin yerdə olduğunu bildirmişdir. 5-10 dəqiqə orada durub ustanı gözləmişlər, birdən oraya polisişçiləri girərək onların hamısını saxlamışlar. Orada ona qarşı heç bir təzyiq göstərilməmiş və döyülməmişdir. Həmin tikilidə stolun üstündə əvvəldən narkotik vasitə olmamış, polislər gələndən sonra özləri stolun üstünə narkotik vasitəni qoymuş və çəkiliş aparmışlar. Orada onlarla birlikdə bir nəfər də tanımadığı şəxs olmuş, onu çıxarıb bir az döyüb içəri gətirmişlər. Böyükağanı isə üç-dörd dəfə bayıra çıxarıb döyüb gətirmişlər. Polis işçiləri Böyükağa nəyinsə müqabilində həmin yerdə tiryəkxana açmasını boynuna almağı təklif etmiş, Böyükağa razılaşmadığına görə onu bir neçə dəfə çıxarıb döyüb qaytarmışlar. Onların saxlanıldıqları həmin tikilinin arxa tərəfində Böyükağanın evi olmuşdur. Onun özü isə narkotik qəbul edən şəxsdir. Həmçinin həmin vaxta qədər Böyükağanın metadon suyu qəbul etməsi barədə məlumatı olmuşdur. Həmin gün də onlar qeyd olunan yerə narkotikdən istifadə etmək üçün gəlmişlər. Lakin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamış, tanımadığı polis işçisi narkotiki ona verib çəkiliş zamanı təqdim etməsini tapşırmış, bu zaman işinin CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyini bildirmişdir. O da, buna razılaşaraq polis işçilərinin dediyi kimi etmişdir. Sualları cavablandıran Şahid6 bildirdi ki, onlar həmin əraziyə yığışaraq hərəyə 5 manat pul qoyub narkotik alırlar və orada narkotikdən istifadə edirlər. O, Böyükağanın narkotikdən istifadə etdiyini bilməmişdir. Hamı bilir ki, həmin yerə narkotik qəbul etmək istəyən şəxslər yığışıb narkotikdən istifadə edirlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi ikinci dəfədir ki, görür. onun özü «Nərimanov» metrostansiyası tərəfdə yaşayır və narkotik vasitə istifadəçisidir. Ona görə də uçuq vəziyyətdə olan həmin yarımtikiliyə narkotik qəbul etmək üçün getmişdir. O, Böyükağanın adını tutulanda eşitmişdir. Hadisə günü həmin yerə ən sonuncu gələn o, olmuşdur. Həmin vaxt içəridə stolun üstündə narkotik vasitə olmamışdır. O, həmin yerə gəlib girəndən təxminən 5 dəqiqə polis işçiləri oraya gəlmiş və onları tutmuşlar. Bütün «Elmlər Akademiyası» metrostansiyası yaxınlığında yaşayan narkotik qəbul edən şəxslərin həmin tikiliyə gəlib orada narkotiklərdən istifadə etdiklərini görmüşdür. Lakin Böyükağanın həmin tikiliyə hər hansı aidiyyəti olduğunu bilməmişdir. O, həmin yerə təxminən 10 dəfə gəlib narkotik qəbul etmişdir, lakin Böyükağanı orada görməmişdir. Sonuncudan heç vaxt narkotik almamış, həmçinin onu birinci dəfə orada görmüş, adını da tutulandan sonra eşitmişdir. Onun özünün barəsində də bu məhkəmədə narkotiklə cinayət işinə baxılmış və 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası vermişlər. Lakin üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamış, tanımadığı polis işçisi ona verib çəkiliş zamanı stolun üstünə qoymağını tapşırmış, bu zaman işinin CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyini bildirmişdir. O da, buna razılaşaraq polis işçilərinin dediyi kimi etmişdir. Sonradan apellyasiya məhkəməsi onun əməlini 234.1-ci maddəyə tövsif etmiş və ona 1 il 9 ay cəza verilmişdir. Sualları cavablandıran Şahid7 bldirdi ki, özü həmin yerə gələndə artıq narkotikdən istifadə edib gəlmiş, həmin yerə gəlməkdə məqsədi narkotikin təsirinin getməyini gözləmək olmuşdur ki, sonra oradan çıxıb gedə bilsin. Əvvəllər də o, həmin tikiliyə gəlib digər narkomanlar kimi hərəyə 5 manat pul qoyub narkotik alaraq birlikdə istifadə etmişlər. Lakin Böyükağa onlara həmin yerdə heç vaxt narkotik təşkil etməmiş və həmin yerin Böyükağaya heç bir aidiyyəti olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, onun barəsində CM-nin 234.4.3-cü maddəsi ilə olan işə bu məhkəmədə baxılır. Saxlanılarkən onda narkotik vasitə olmamışdır. Lakin polis işçiləri ona dövlət tədbiri olduğunu, narkomanların tutulduğunu bildirmiş və az miqdarda narkotikin onun üzərinə qoyulacağını, bir müddət həbs olunub sonra tezliklə buraxılacağını bildirmişlər, o da, polislərin həmin təklifi ilə razılaşmışdır. Polislər ona yarı sökülü vəziyyətdə olan həmin yerə narkomanların yığışdığını, onun da həmin yerdə yaxalandığını deyib tutulmalı olduğunu bildirmişlər. O da, çarəsiz deyilən təklifə razılaşmışdır. Çünki onların gözlərinin qarşısında Böyükağanı döymüşlər, başqa bir nəfərin də vurub dişini sındırmışlar. Onların hamısına demişlər ki, hamıya CM-nin 234.1-ci maddəsi veriləcəkdir və hamı razılaşmalıdır. Onlar da əlacsız qalıb razılaşmışlır. Ona demişlər ki, cibindən çıxarıb təqdim edəcəyi narkotik bir çetdir, çəkilişdə həmin narkotikin özünə məxsus olduğunu deməlidir. Narkotiki tərəziyə qoymuşlar, çəkisi 1,47 qram olmuşdur. Polislərin öyrətdiyi kimi, həmin narkotiki «Kubinka»dan tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Döyülməmək üçün bu təkliflə razılaşmış, əslində isə onun üstündə narkotik olmamışdır. Suallara cavabında Şahid8 göstərdi ki, o, həmin məhəllədə böyümüş, 6 ildir ki, Nərimanova köçmüşlər. Həmin yerə heroin qəbul etmək üçün gəlmişdir. Oraya yığışan şəxslər hərəyə 5 manat pul qoyub narkotik alırlar və narkotikdən istifadə edirlər. Böyükağa ilə Azad isə oraya usta dalınca gəlmişlər. Konstitusion hüququndan istifadə edib öz atası əleyhinə ifadə verməkdən imtina edən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, atası ilə birlikdə Yasamal rayonu, B.Şahtaxtinski küçəsi, ev 8-də yaşamışlar. Onun yaşadığı evin arxa hissəsində təxminən 30-40 metr aralıda ünvan 4 ünvanda söküntüyə məruz qalmış yaşayış binası yerləşir. Həmin yaşayış yeri MTK tərəfindən pilot layihə əsasında alınsa da, sonradan pandemiya səbəbindən orada tikinti işləri aparılmamışdır. Həmin binanın birinci mərtəbəsində tanımadığı tüfeyli həyat tərzi keçirən 2 nəfər şəxs yaşamışdır. 22 aprel 2022-ci il tarixdə saat 17:50 radələrində o, yaşadığı evə piyada qayıdarkən evə bir qədər qalmış polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində atası Böyükağanı saxladıqlarını müşahidə etmiş və atasının iştirakı ilə yaşadıqları evin arxasındakı ünvan 5 ünvanda yerləşən söküntü yerinə videoçəkilişlə baxış keçirilmişdir. O, həmin tədbirdə iştirak etməsə də, sonradan oradakı polis əməkdaşlarından öyrənmişdir ki, polis əməkdaşları onun atası Böyükağanı, eləcə də söküntü yerindən aşkar edilən və evlərində xadimə işləyən Dina kimi tanıdığı Şahid9, habelə tanımadığı və sonradan adlarını öyrəndiyi Şahid7, Şahid8, Şahid6 Yasamal RPİ-nin 28-ci PB-nə aparmışlar. Sonradan polislər onun atası Böyükağanı 28-ci PB-nə aparmışlar. O, bir qədər sonra həmin bölməyə getmiş və bölmədə olarkən öyrənmişdir ki, onun atası Böyükağanın üzərinə şəxsi axtarış aparılarkən sonuncudan narkotik vasitə aşkar edildiyi üçün saxlanılmışdır. O, atası Böyükağanın əvvəllər narkotik vasitə qəbul etsə də, sonradan müalicə tədbirli dərman atmasını bildiyini, şəxsən atası Böyükağanın narkotik vasitədən istifadə etməsini görmədiyini və bunun şahidi olmadığını, sonradan Yasamal RPİ-nin İstintaq Şöbəsində yazdığı ərizə əsasında yaşadığı Yasamal rayonu, B.Şahtaxtinski küçəsi, ev 8-ə baxış keçirildiyini, baxış zamanı atası Böyükağanın yaşadığı evdən qanunla qadağan edilmiş heç bir əşya, narkotik vasitə, psixotrop maddə, bıçaq və digər əşyalar aşkar edilmədiyini, özünün heç bir xəstəliyinin olmadığını və onlardan da əziyyət çəkmədiyini, atası Böyükağanın əvvəllər narkotik vasitələrlə həbs olunaraq azadlıqdan məhrum olunmasını bildiyini, amma atası Böyükağanın narkotik vasitənin satışı ilə məşğul olmasını eşitmədiyini və görmədiyini, Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən söküntü yerində 2 nəfər bomjun qaldığını, oranın onun atası Böyükağaya heç bir aidiyyətinin olmadığını, atası Böyükağanın saxlanmamışdan əvvəl həmin yerdə qalan şəxslərdən birini evə usta kimi çağırmaq üçün getdiyini və orada həmin şəxsi gözləyərkən polis əməkdaşları orada tədbir keçirdiklərini eşitdiyini, hadisədən sonra həmin söküntü yerinin giriş qapısının orada yaşayan sakinlərin səyi nəticəsində qaynaqlandığını, hazırda həmin əraziyə girməyin mümkün olmadığını bildirmişdir (cild 1, iş vərəqi 103-105). İş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı şahidlər istintaqa verdikləri sərbəst ifadələrini təsdiq etmiş, Təqsirləndirilən şəxs isə ona qarşı verilmiş ifadələri qəbul etməyərək narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını, polis işçiləri tərəfindən döyüldüyünü və zorakılığa məruz qaldığını, mülki geyimdə olan polis əməkdaşı tərəfindən narkotikin cibinə qoyulduğu bildirmişdir (cild 1, iş vərəqi 217-234). Cinayət işində olan Bakı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı Şahid10 tərtib etdiyi baxış və götürmə aparılması haqqında protokolun məzmunundan görünür ki, o, xx.xx.2022-ci tarixdə saat 17.50-də Yasamal RPİ-nin X1 əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Yasamal RPİ-nin 28-ci PB-nin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid4, eləcə də Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, eləcə də ünvan 6 ünvanda yerləşən binada narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs iştirakı ilə tiryəkxana kimi təqdim edilən yerə (otağa) videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsi ilə əlaqədar “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” xx.xx.2022-ci tarixli qərarla tanış edilmiş və sonuncu, Yasamal rayonu H.Cavid prospekti, 47 ünvanında yerləşən tikili sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra yuxarıdakı tərkibdə və Təqsirləndirilən şəxs iştirakı ilə Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda olan söküntüyə məruz qalmış binanın (tikilinin) otaqlarından birinə daxil olunmuşdur. Həmin otağın giriş qapısının qarşısında müxtəlif zibil və digər tullantı materiallarının olması müşahidə edilmişdir. Daxil olunan otağın giriş qapısı taxta materialdan olmuş və onun kilidi olmadığı müəyyən edilmişdir. Həmin otağın içərisində xx.xx.1984cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 20, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan Şahid7, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 43, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan Şahid8, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8yan Şahid6 və xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid9 bir masanın ətrafında toplaşmaları müəyyən edilmiş və sonunculara həmin otaqda olma səbəbi soruşulmuşdur. Şahid7 bildirmişdir ki, mütəmadi olaraq narkotik vasitə istifadə etmək üçün həmin yerə toplaşıblar və əvvəllər də gəliblər. Baxış zamanı otaqdakı masanın üzərində 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) ədəd şpris və 1 (bir) ədəd elektron tərəzi, eləcə də öncədən çəkilmiş siqaret kötükləri, stəkan və 2 ədəd çaydan, qənd olması müşahidə edilmişdir. Təhqiqatçı tərəfindən həmin otağı kimin təşkil etməsi sualı verildikdə, Şahid7 bildirmişdir ki, həmin gizli yeri onlara Təqsirləndirilən şəxs yemək qarşılığında verir. Eləcə də, Şahid8 bildirmişdir ki, “o, iki aydır gizli yer və “priton” kimi həmin yerə gəlib-gedir”. Təqsirləndirilən şəxs həmin otağı yemək qarşılığında həmin şəxslərə verdiyini, onlardan pul almadığını, həmin şəxslərə narkotik vasitə satmadığını bildirmişdir. Otağa əlavə olaraq nəzər yetirildikdə, orada 2 ədəd yataq dəsti və geyim əşyalarının olması aşkar edilmişdir. Baxış zamanı masanın üzərində olan 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) ədəd şpris və 1 (bir) ədəd elektron tərəzi zərfin içərisinə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra üzəri həmin otaqda olan şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra, həmin otağa baxış keçirildikdə narkotik vasitə və psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin, şprisin və elektron tərəzinin ünvanda olan şəxslərə məxsus olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirərək, həmin ünvana gələn narkotik vasitə istifadə edən şəxslərin ona yemək və ya narkotik vasitə verdiyini və bunun müqabilində də onları həmin ünvana buraxdığını bildirmişdir. Şahid6, Şahid8, Şahid9 Sultanova və Şahid7 onlara verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs istifadəsində olan tikili sahəsinə gələrək orada narkotik vasitədən istifadə etdiklərini və bunun müqabilində Təqsirləndirilən şəxs yemək verdiklərini bildirmişlər. Baxış və götürmə otaqda mobil telefonun işıqlandırmasından istifadə edilməklə həyata keçirilmişdir. Baxış və götürmə zamanı «İphone» markalı mobil telefondan istifadə etməklə videoçəkiliş aparılmışdır (cild 1, iş vərəqi 14-16). Cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı Şahid10 tərtib etdiyi şəxsi axtarış və götürmə aparılması haqqında protokolun məzmunundan görünür ki, o, xx.xx.2022-ci tarixdə saat 17.50-də Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında xidməti otaqda Yasamal RPİ, 28-ci PB-nin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid4, eləcə də Yasamal RPİ-nin X1 əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda olan bükümü könüllü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin kütlə “kakos” kimi adlandırılan narkotik vasitə olan heroindir. Həmin bükülü açılaraq içərisinə baxış keçirildikdə, orada toz şəkilli, qəhvəyi rəngli maddənin olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi maddəni xx.xx.2022-ci il tarixdə «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi və əvvəllər də narkotik vasitə şəxsdən almış və həmin gün saat 17.50-də polis əməkdaşları tərəfindən ünvan 10 ünvana baxış keçirildikdə orada aşkar edilmiş Şahid7, Şahid8, Şahid6 və Şahid9 ilə birlikdə 28-ci PB-yə gətirilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı sonuncudan cinayət təqibi üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış, sonradan möhürlə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması prosesi videoya çəkilmiş və həmin videogörüntü bir ədəd "CD" diskə köçürülərək materiala əlavə edilmişdir (cild 1, iş vərəqi 38-40). İbtidai istintaq zamanı Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən bir mərtəbələli binaya baxış zamanı və Yasamal RPİ-nin 28-ci PB-də şəxsi axtarış zamanı videoçəkiliş aparılmış 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə 2 ədəd qovluq, onların birinin adı “küçə”, digərinin adı isə “Böyükağa” olması müəyyən edilmişdir. «Küçə» adlı qovluqda 08.39 saniyə videoçəkiliş aparılan 1 ədəd videofayla baxış keçirilən zaman müəyyən edilir ki, Yasamal RPİ 28-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Şahid10 ilk əvvəl özünü təqdim edir, daha sonra Yasamal RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Yasamal RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ, 28-ci Polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Yasamal RPİ, 28-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, eləcə də Təqsirləndirilən şəxs özlərini bir-bir təqdim edirlər. Baş təhqiqatçı Şahid10 Təqsirləndirilən şəxs Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən binada narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlamasında şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə həmin ünvanın qarşısında saxlanıldığını bildirir, sonuncunun iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 18:00-da ünvan 12 ünvanda yerləşən bir mərtəbələli söküntü olan binaya baxış keçiriləcəyini elan edir. Heç kim etiraz etmədikdə yuxarıdakı tərkibdə olan şəxslər binanın dəmir darvazasını açaraq eni təxminən 2 metr olan dalana daxil olurlar. Dalanın sol kənarındakı hasara və sağ tərəfindəki binanın öz divarına istifadə edilmiş kardon qutu, şuşə materialı, pəncərə çərçivəsi, kağız tullantı, selofanlar və digər tullantı əşyalar yığılmışdır. Videoçəkilişdə aydın görünür ki, baxış keçirilən bina söküntüyə məruz qalmışdır. Belə ki, həmin binanın qapı və pəncələri çərçivəsindən çıxarılmış, yerə müxtəlif tullantı və istifadə edilmiş məişət əşyaları yığılmışdır. Polis əməkdaşları 5-6 metr düzünə hərəkət etdikdən sonra sağ tərəfə dönərək yaxınlıqdakı bir otağa daxil olurlar. Həmin otağın qarşısında müxtəlif tullantı və binadan sökülmüş məişət əşyalarının yığılması müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs və polis əməkdaşları taxta konstruksiyalı qapıdan içəri daxil olurlar. Daxil olunan otaqda işıq yanmır və polis əməkdaşlarında olan mobil telefonun fanarlarından istifadə edilməklə otaq işıqlandırılır. Həmin otaqda 3 kişi və 1 qadın olması müşahidə edilir. Təhqiqatçı “siz kimsiniz” dedikdə, həmin şəxslər bir-bir özlərini Şahid7, Şahid8, Şahid6 və Şahid9 kimi təqdim edirlər. Təhqiqatçı “buraya nə üçün toplaşmısınız” sualını verdikdə, Şahid7 bildirir ki, narkotik vasitədən əziyyət çəkdikləri üçün gəlib burada istifadə edirlər. təhqiqatçı həmin şəxslərin toplaşdığı masanın üzərində narkotik vasitə, şpris və 1 ədəd elektron tərəzinin olmasını deyir və həmin əşyalar videoçəkilişlə çəkilir. Baş təhqiqatçı “bu yeri kim təşkil edib” sualını verdikdə, Şahid9 əli ilə oradakı oturacaqda oturmuş Təqsirləndirilən şəxs işarə edir. Şahid8 deyir ki, “iki aydır gəlib-gedir buraya, gizli yer “priton” kimi gəlib-gedirlər”. Təhqiqatçı “kim təşkil edib buranı” sualını verdikdə, Şahid7 əli ilə Təqsirləndirilən şəxs göstərib bildirir ki, “narkotik çəkməyə görə ona yemək verirlər” deyə ifadə işlədir. Baş təhqiqatçı masanın üzərindəki açıq halda olan selofanın içərisindəki narkotik vasitə, 1 ədəd şpris və 1 ədəd elektron tərəzini göstərib, Təqsirləndirilən şəxs həmin əşyaları pulla satıb-satmamasını soruşur. Böyükağa “yox” cavabını verir, ona yemək verdiklərini, narkotik vasitə vermədiklərini qeyd edir. Daha sonra baş təhqiqatçı otağa əlavə baxış keçirir. Baxış zamanı həmin otaqda 2 yataq dəstinin, müxtəlif çirkli formada geyim əşyalarının, oraya toplaşan şəxslərin qarşısında bir ədəd masanın, onun üzərində isə iki ədəd kitab, şüşə qabın içərisində duz, selofan paketin içərisində qəndin, 1 ədəd qaşıq, boş coca-cola butulkasının, eləcə də baş təhqiqatçının əvvəllərdə göstərdiyi açıq halda selofanın içərisində qəhvəyi rəngli toz şəkilli maddənin, 1 ədəd boş şprisin, üzərinə qəhvəyi və toz şəkilli maddə tökülmüş 1 ədəd elektron tərəzinin olması müşahidə edilir. Təhqiqatçı “bu maddə nədir” sualını verdikdə, kimsə deyir ki, “kokosdur”, şpris də narkotiki istifadə etmək üçündür. Bundan sonra təhqiqatçı qəhvəyi rəngli toz şəkilli maddə, 1 ədəd şpris və 1 ədəd elektron tərəzini qablaşdıraraq götürür və oradakı şəxslərə imza etdirir. Eyni zamanda təhqiqatçı Təqsirləndirilən şəxs və binada aşkar edilən digər şəxsləri 28-ci PB-nə aparılaraq üzərlərinə şəxsi axtarış aparılacağını deməklə videoçəkilişi dayandırır. Eyni zamanda, “Böyükağa” adlı qovluğa baxış zamanı müəyyən edilir ki, həmin qovluqda 07.36 saniyə videoçəkiliş aparılan 1 ədəd videofayl vardır. Həmin görüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, Yasamal RPİ, 28-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı Şahid10 özünü təqdim edir, daha sonra Yasamal RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Yasamal RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin 28ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Yasamal RPİ 28-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 özlərini bir-bir təqdim edirlər. Daha sonra baş təhqiqatçı Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun müdafiəçisi X8 da təqdim edir və şübhəli şəxsə özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs bildirir ki, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur, əvvəllər məhkum olunmuşdur, ünvan 13 ünvanda yaşayır. Daha sonra təhqiqatçı sonuncuların iştirakları ilə xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını və bu zaman mobil telefonun kamerasindan istifadə ediləcəyini elan edir. Baş təhqiqatçı tərəfindən şəxsi axtarışın xx.xx.2022-ci il tarixdə saat 22.30 dəqiqədə aparıldığı bildirilir və Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu polisə gətirərkən fiziki zor tətbiq edib-etmədiklərinin soruşur. Təqsirləndirilən şəxs bildirir ki, polis əməkdaşları onu polisə gətirərkən döyməyiblər. Daha sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilir. Şəxsi axtarış zamanı baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda olan bükümü könüllü çıxarıb təqdim edir və bildirir ki, həmin kütlə “heroindir”. Həmin bükülü açılaraq içərisinə baxış keçirildikdə, orada toz şəkilli, qəhvəyi rəngli maddə olması müşahidə edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni necə əldə etməsi barədə sual verildikdə, sonuncu bildirir ki, təqdim etdiyi maddəni bu gün, yəni xx.xx.2022-ci il tarixdə günorta vaxtı «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istuifadəsi üçün almışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldıqda heç bir əşya aşkar edilmir. Aşkar olunmuş büküm baş təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılır və möhürlə möhürlənir və iştirakçılar tərəfindən imzalanaraq götürülür. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir (cild 1, iş vərəqi 41, 117-118). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, B.Şahtaxtinski küçəsi, ev 8-ə sonuncunun oğlu Şahid5 iştirakı ilə axtarış aparılmışdır. Həmin evdən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddə, eləcə də qeyri-qanuni predmet, silah və digər əşyalar aşkar edilməmişdir. Bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 98-102). Cinayət işində olan Bakı şəhəri, Yasamal rayon MKTB-nin 24 saylı Mənzil Kommunal İstismar sahəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu, B.Şahtaxtinski küçəsi, ev 8 ünvanında qeydiyyatdadır, onun Yasamal rayonu, H.Cavid prospekti, 47 ünvanında yerləşən yaşayış binası ilə hər hansı bir bağlılığı yoxdur (cild 1, iş vərəqi 210). İbtidai istintaq orqanının 06 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs, eləcə də sonuncuya məxsus Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən söküntüyə məruz qalmış binanın otağındakı masanın üzərindən götürülmüş iki büküm, ümumilikdə təmiz çəkiləri 3,450 qram olmuş narkotik vasitə olan heroin, üzərlərində heroinin izləri olan 1 ədəd boş vəziyyətdə 1 ml-lik şpris və 1 ədəd markalanma nişanı olmayan gümüşü rəngli elektron tərəzi, habelə ünvan 5 ünvanda yerləşən binaya baxış və Yasamal RPİ, 28-ci Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmış (içərisində 2 ədəd videofayl olan) 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Həmin qərarla ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,350 qram narkotik vasitə heroin, 1 ədəd 1 ml-lik şpris və 1 ədəd gümüşü rəngli markalanma nişanı olmayan elektron tərəzi saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmış, videogörüntü olan 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 146-148). Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə və fiziki zorakılğa məruz qalması ilə bağlı Yasamal rayon prokurorluğunun müstəntiqi X7 tərəfindən araşdırma aparılmış və fakt təsdiqini tapmadığından, xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 202-203). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədi və öz müdafiəsi üçün dəlillər gətirərək, söküntüyə məruz qalmış tikilinin ona heç bir aidiyyəti olmadığını, oradan götürülmüş heroinin kimə məxsus olduğunu bilmədiyini, şəxsi axtarışı zamanı üzərindən guya aşkar edilmiş narkotik vasitəni polis işçisinin ona verdiyini, həmin polis işçisinin adını və kim olduğunu xatırlamadığını, polis işçilərinin söküntüyə məruz qalmış binanın otaqların birində onu döydüklərini, onların həmin otağa bir büküm heroin, bir ədəd şpris və bir ədəd elektron tərəzi qoyduqlarını, yenidən döyüləcəyi hədəsi ilə təzyiq edilərək videoçəkilişlə baxışda iştiraka məcbur edildiyini, onun da yenidən döyülməmək üçün baxışda iştirak etdiyini və polis işçilərinin ona öyrətdiyi sözləri dediyini, sonra polis əməkdaşlarının onu 28-ci Polis bölməsinə gətirərək hədə-qorxu gəlib cibinə bir büküm narkotik vasitə heroin qoyduqlarını və həmin heroini boynuna götürməsi ilə bağlı hədələdiklərini, qorxduğu üçün videoçəkilişlə şəxsi axtarış keçirilərkən cibinə qoyulmuş narkotikin özünə məxsus olduğunu etiraf etdiyni bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətləri, həmçinin məhkəmənin təşəbbüsü ilə Təqsirləndirilən şəxs gətirdiyi dəlillər yoxlanıldı. Belə ki, məhkəmə iclasında 22 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən söküntü vəziyyətində olan binaya baxış və Yasamal RPİ, 28-ci Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd CD diskə baxış keçirildi. Həmin baxışlar zamanı aşağıdakılar müəyyən edildi: - ünvan 3 ünvanda yerləşən söküntü vəziyyətində olan binaya baxış keçirilməsi cinayət işində olan diskə «Kuce» adlı fayl şəklində əlavə olunmuşdur. Həmin fayl açıldıqda orada 8 dəqiqə 39 saniyə müddətində davam edən videoçəkilişin qeydə alındığı, görüntülərdə istintaq hərəkətinin başlanma və qurtarma saatları əks olunmasa da, həmin videoçəkilişin gündüz, küçədə, təbii işıqlanma şəraitində aparılmağa başladığı müəyyən edilir. Görüntülərdə baxış keçirilməsində iştirak edən şəxslər, onların hansı vəzifələrdə çalışması, həmçinin söküntü vəziyyətində olan tikilinin içərisinə daxil olaraq orada müəyyən edilmiş şəxslərin şəxsiyyəti barədə məlumatlar məhkəmədə heç bir mübahisə doğurmadı, həmin hallar cinayət işinə əlavə edilmiş baxış keçirilməsi haqqında protokolla, həmçinin istintaq orqanı tərəfindən diskə baxış keçirilməsi haqqında hazırkı hökmdə qeyd olunan protokoldakı məlumatlarla ziddiyət təşkil etmir. Lakin məhkəmə iclasında diskə baxış zamanı yuxarıda qeyd olunan protokollarda əksini tapmayan bir sıra mühüm hallar müəyyən edildi. Belə ki, çəkilişin 1:28-ci dəqiqəsində əməliyyat tədbirinin iştirakçıları söküntü vəziyyətində olan tikilinin içərisinə daxil olarkən görüntüyə düşməyən naməlum şəxs “Hüseyn, bunu verərsən Böyükağaya» sözlərini deməklə, çəkilişdə özünü Şahid2 kimi təqdim etmiş şəxsə bir bükülü verir və sonuncu, həmin bükülünü şalvarının arxa cibinə qoyur. Daha sonra əməliyyat tədbirinin iştirakçıları tikilinin içərisinə daxil olduqda orada biri qadın, digər üç nəfəri isə kişi olmaqla 4 nəfər naməlum şəxsin olması müəyyən edilir. Həmin şəxslər özlərini Şahid7, Şahid8, Şahid6 və Şahid9 kimi təqdim edirlər. Təhqiqatçı tərəfindən həmin şəxslərə “bu yeri kim təşkil edir?” sualı bir neçə dəfə verilsə də, onlar heç kimin adını çəkmir, yalnız Şahid9 Təqsirləndirilən şəxs işarə edir, Şahid8 “iki aydır gəlib-gedirik buraya, gizli yer “priton” kimi gəlibgedirik” cavabını verir. Təhqiqatçı növbəti dəfə “kim təşkil edir buranı?” sualını verdikdə, Şahid7 tərəddüdlə əlini Təqsirləndirilən şəxs tərəf uzadır, bu zaman təhqiqatçı «aha, bəs siz nə verirsiz ona əvəzində» sualına, görüntülərdə narkotik təsiri altında olması hiss olunan Şahid7 nəsə bildirməklə cavab verməyə çalışır. Bu zaman təhqiqatçı «aha, yeməkdən-zaddan» cavabını verir və daha sonra stolun üstünə baxaraq orada şpris, narkotik vasitə və elektron tərəzi olmasını qeyd edir. Bundan sonra təhqiqatçı «siz nə məqsədlə buranı saxlamısız, Təqsirləndirilən şəxs?» sualını verdikdə, yerdə oturmuş vəziyyətdə olan Böyükağa başını qaldırsa da, cavab vermir. Bu zaman təhqiqatçı «pulla satmırsız bunları?» deyə soruşduqda, Təqsirləndirilən şəxs «yox» cavabını verir, təhqiqatçının növbəti yönləndirici suallarına cavab olaraq şübhəli şəxs «yemək verirlər», «narkotik vermirlər» kimi sözlər işlədir. Daha sonra təhqiqatçı həmin tikilidəki otağın digər yerlərinə baxış keçirildiyini bildirsə də, həmin otaqda qalaqlanmış yataq dəstlərinin, müxtəlif çirkli geyim əşyalarının və digər predmetlərin olmasına baxmayaraq, heç yerə baxış keçirilmir, faktiki olaraq baxış stolun üzərində olan narkotik vasitənin, şprisin və elektron tərəzinin qablaşdırılaraq götürülməsi ilə yekunlaşdırılır. - Bakı şəhəri, Yasamal RPİ, 28-ci Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülər cinayət işində olan diskə «Boyukaqa» adlı fayl şəklində əlavə olunmuşdur. Həmin fayl açıldıqda orada 7 dəqiqə 37 saniyə müddətində davam edən videoçəkilişin qeydə alındığı, həmin çəkilişin xidməti otaqda aparıldığı müəyyən edilir. Görüntülərdə şəxsi axtarış keçirilməsində iştirak edən şəxslər, onların hansı vəzifələrdə çalışması barədə məlumatlar məhkəmədə mübahisə doğurmadı, həmin hallar cinayət işinə əlavə edilmiş şəxsi axtarış keçirilməsi haqqında protokolla, həmçinin istintaq orqanı tərəfindən diskə baxış keçirilməsi haqqında hazırkı hökmdə qeyd olunan protokoldakı məlumatlarla ziddiyət təşkil etmir. Lakin məhkəmə iclasında diskə baxış zamanı yuxarıda qeyd olunan protokollarda əksini tapmayan bir sıra mühüm hallar müəyyən edildi. Belə ki, çəkilişin 04:14-cü dəqiqəsində təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etmək təklif olunduqda, sonuncu, üzərində hər hansı qanunsuz əşya olmadığını bildirir. Təhqiqatçı təkrar olaraq bir neçə dəfə «üzərinizdə, üzərinizdə» sözlərini deməklə şübhəli şəxsə özündə olan qanunsuz əşyanın təqdim olunmasını təklif edir, bu zaman Təqsirləndirilən şəxs yenidən əllərini əynindəki şalvarın ciblərinə vuraraq üzərində hər hansı qanunsuz əşya olmadığını təkrar edir. Bu zaman şübhəli şəxsin yanında dayanmış mülki formada olan və ağzına tibbi maska geyinmiş, şəxsi axtarış başlayarkən özünü polis əməkdaşı Şahid3 kimi təqdim etmiş şəxs Təqsirləndirilən şəxs sağ yan cibinə işarə etməklə «bax, bax da, cibində var» sözlərini deyir, Təqsirləndirilən şəxs əlini həmin cibinə salır və cibini çevirdikdə bir büküm yerə düşür. Şübhəli şəxs daha sonra həmin bükümü yerdən götürüb təhqiqatçının stolunun üstünə atır, sonuncunun təklifi ilə bükümü yenidən götürüb müdafiəçinin əyləşdiyi stolun üzərinə qoyur. Daha sonra təhqiqatçı həmin bükümü açmağa cəhd göstərir, sonra bu işi yerinə yetirməyi əməliyyat müvəkkilindən xahiş edir. Həmin vaxt kamera yalnız bükümün açılması prosesini çəkir, görüntüdən kənarda təhqiqatçının «nədir o?», «nə vaxt əldə eləmisiniz?» sualları eşidilir, bu zaman görüntüdən kənar Təqsirləndirilən şəxs «qeroin», «bu gün günorta» sözlərini dediyi eşidilir. Əməliyyat müvəkkili bükülünü açıb qurtardıqdan sonra çəkiliş yenidən Təqsirləndirilən şəxs tərəfə fokuslanır və həmin zaman təhqiqatçının və digər iki polis əməkdaşının onun yanında dayanmaları görünür. Diskə baxış keçiriləndən sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, o, həmin əraziyə usta dalınca getmiş, həmin uçuq tikilinin ona heç bir aidiyyəti yoxdur. Oraya gedəndən sonra polislər gəlmiş, onları saxlamışlar və təxminən 4 saatdan sonra onu Polis bölməsinə aparmışlar. Polis işçiləri onu 3-4 dəfə həmin tikilidən çıxararaq onların dedikləri narkotikləri boynuna qoydurmaq üçün çöldə döyüb təzədən içəri aparmışlar. Onun bədənində döyülmə əlamətləri videogörüntülərdən də aydın görünür ki, üzü-başı qıpqırmızıdır. Şəxsi axtarış zamanı guya ondan aşkar olunduğu deyilən narkotiki onun cibinə Polis bölməsində polis işçisi qoymuşdur. Həmin şəxs videoçəkiliş zamanı danışan və bükümü zərfə qoyan polis əməkdaşıdır. Narkotiki həmin polis işçisinin özü onun cibinə soxmuşdur. Belə ki, bölməyə gətiriləndən sonra həmin polis əməkdaşı onun ciblərini axtarmış, lakin görmüşdür ki, heç nə yoxdur. Çəkilişdən qabaq ona demişdir ki, çəkiliş vaxtı cibində narkotik olacaq, onu çıxarıb təqdim edərsən. Çəkiliş zamanı o, cibində narkotik olmadığını bildirəndə, yanda dayanan əməliyyat işçisi ona işarə edərək narkotikin sağ cibində olduğunu bildirmiş, o da, əlini cibinə atanda həqiqətən hiss etmişdir ki, cibində büküm var. Özünün olmadığına görə onu cibindən çıxarıb yerə atmışdır ki, həmin narkotik ona məxsus deyildir. Lakin çəkiliş zamanı danışan polis işçisinin sözünə əsasən həmin bükülünü yenidən atdığı yerdən qaldırıb stolun üstünə qoymuş, onu əvvəldən öyrətdikləri kimi həmin bükümdəki narkotikin özünə məxsus olduğunu, həmin gün günorta aldığını demişdir. Çünki əvvəlcədən ona deyildiyi kimi, bu cür etməyəcəyi halda ona üzərinə külli miqdarda narkotik qoyaraq sənədləşdiriləcəyi bildirilmişdir. Uçuq tikiliyə baxış keçirilib Polis bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilməsi arasında təxminən 4 saat vaxt keçmişdir. Bu müddət ərzində onun qollarında qandal olmamış, yanında ona nəzarət edən polis əməkdaşı dayanmamış, ayaqyolundan istifadə etmişdir. Əgər həmin vaxt cibində narkotik vasitə olsaydı, onun həmin bükümü istənilən yerdə tullamaq, o cümlədən tualetə də atmaq imkanı olmuşdur. Məhkəmənin təşəbbüsü ilə qeyd olunan videogörüntülər nümayiş etdirildikdən sonra həmin görüntülərlə bağlı dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 28-ci Rolis bölməsinin baş təhqiqatçısı Şahid10 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onu yalnız keçirdiyi əməliyyat-axtarış tədbiri ilə bağlı tanımışdır. Bölməyə Təqsirləndirilən şəxs həmin söküntü vəziyyətində olan tikintiyə qanunsuz sahiblənməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Yəni daxil olmuş məlumatın mahiyyəti ondan ibarət olmuşdur ki, həmin şəxs qeyd olunan yerdə tiryəkxana təşkil etmişdir. İlkin sənədləşmə həmin formada, yəni şəxsin orada tiryəkxana təşkil etməsi barədə aparılmış və o, ilkin materialları toplayıb işi istintaqa vermişdir. Şahid10 suallara cavabında bildirdi ki, çəkilişdə “Hüseyn, bunu verərsən Böyükağaya» sözlərini deyən şəxsin kim olduğunu və söhbətin nədən getdiyini xatırlamır, belə ki, görüntüyə düşən kağız bükülü ona verilmədiyindən, bu barədə heç nə deyə bilmir. Çəkilişdən də göründüyü kimi, həmin vaxt o, az qala yıxılacağına görə Böyükağaya nə verildiyin və nəyin Hüseynin cibinə qoyulduğunu deyə bilmir. O, qabaqcadan saxlanılan şəxsləri həmin tikilinin içərisində görməmişdir. Çəkilişdən də görünür ki, Böyükağa çəkiliş vaxtı adekvat hərəkətlər etmir və deyilən sualları dərk etmir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, həmin vaxt Böyükağa narkotikin təsiri altında olmuşdur. Həmin tikilinin içərisinə baxış keçirilməsindən hansı müddət sonra şəxsin üzərinə şəxsi axtarış keçirilməsini xatırlamır, bunların hamısı şəxsi axtarış protokolunda qeyd olunmuşdur. Dəqiq nə qədər vaxt keçdiyini xatırlamasa da, ancaq deyə bilər ki, tikiliyə baxış keçirib inzibati binaya gəldkdən sonra şəxs şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət edilmiş və saxlanılan şəxslərin hər birinin üzərində şəxsi axtarış aparılmışdır. Vaxtı dəqiq deyə bilməsə də, bircə onu deyə bilər ki, zaman aralığı kifayət qədər böyük olmuşdur. Məhkəmənin təşəbbüsü ilə qeyd olunan videogörüntülər nümayiş etdirildikdən sonra həmin görüntülərlə bağlı dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, X1 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, çəkiliş zamanı “Hüseyn, bunu verərsən Böyükağaya» deyərək müraciət edilən şəxs onun özüdür, lakin həmin sözləri deyən şəxsin kim olması xatirində qalmamışdır və görüntüdən də göründüyü kimi, həmin şəxs videokameraya dyşməmişdir. Ona verilən əşya yəqin ki, Böyükağaya çatdırılması üçün siqaret olmuşdur. Ola bilər ki, orada dayanan və Böyükağanın qonumqonşularından olan kimsə həmin əşyanı ona vermişdir. O, həmin ərazinin əvvəllər əməliyyat müvəkkili olduğu üçün yəqin vətəndaşlar onu tanımış və «Hüseyn» deyə ona müraciət etmişlər. Görüntüyə əsasən qəbul etdiyi əşyanın siqaretə oxşamaması barədə sualı cavablandıran Şahid2 bildirdi ki, ola bilər ki, həmin əşya siqaret deyil, nəsə başqa əşyadır, lakin narkotik deyildir. Görüntüdən aydın olur ki, həmin əşya siqaret də deyildir, lakin o, üstündən xeyli müddət keçdiyinə görə hazırda həmin əşyanın nə olduğunu dəqiq xatırlamır. Onun Böyükağa ilə əvvəlcədən heç bir kontaktı və əlaqəsi olmamışdır. Şahid2 ifadəsinə görə, Təqsirləndirilən şəxs üzərinə polis bölməsində şəxsi axtarış zamanı çəkilmiş videogörüntüdə olan şəxslərdən biri odur. Çəkilişdən görünür ki, o, sol tərəfdə dayanmışdır. Baxış zamanı ona verilən və öz arxa cibinə qoyduğu bükülünün rəngi başqa, şəxsi axtarış zamanı Böyükağanın cibindən çıxan bükülünün rəngi isə başqadır. Şahidin dindirilməsi zamanı çarpaz verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, uçuq tikilinin yanında saxlanıldıqdan sonra polis işçiləri tərəfindən o, həmin tikilinin içərisinə salınmış, həmin vaxt təxminən 5-6 nəfər polis əməkdaşı olmuş, hərəsi bir tərəfdən onu vuraraq narkotikləri boynuna götürməsini tələb etmişlər. Lakin o, döyülməyinə baxmayaraq həmin yerdə heç nəyi boynuna almamışdır. 3-4 dəfə gah həmin yerdə olan digər şəxsləri, gah da onu bayıra çıxararaq döymüşlər, sonra isə yenidən içəri salmışlar və sonda həmin tikilidə çəkiliş aparıb onların hamısını bölməyə aparmışlar. Təqsirləndirilən şəxs Şahid2 göstərərək, tutulduğu yerdə və ya Polis bölməsində həmin şəxsin ona heç nə vermədiyini və cibinə heç nə qoymadığını, narkotiki onun cibinə qoyan şəxsin videoçəkiliş zamanı danışan və yazan şəxsin olduğunu bildirdi. Beləliklə, məhkəmə iclasında cinayət işinə əlavə olunmuş diskdəki videogörüntülərə baxış zamanı ittiham tərəfinin sübut qismində məhkəməyə təqdim etdikləri 22 aprel 2022-ci il tarixli ünvan 3 ünvanda yerləşən söküntü vəziyyətində olan binaya baxış keçirilməsi və Yasamal RPİ, 28-ci Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokolların, həmçinin istintaq orqanı tərəfindən həmin diskə baxış keçirilməsi haqqında 04 may 2022-ci il tarixli protokolun təhrif olunması, həmin protokollarda təqsirləndirilən şəxsə verilmiş ittihama təsir göstərə biləcək çox mühüm ziddiyətlərin olması müəyyən edildi. Belə ki, şəxsi axtarış keçirilməsi haqqında protokolda və diskə baxış protokolunda baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulduğu, bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda olan bükümü könüllü çıxarıb təqdim etməsi qeyd olunsa da, məhkəmə iclasında videogörüntülərə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs həmin bükülünün cibində olmasından məlumatsız olmuş, təhqiqatçının bir neçə dəfə «üzərinizdə, üzərinizdə» sözlərini deməklə şübhəli şəxsi yönləndirməsindən sonra da könüllü olaraq heç nə təqdim etməmişdir. Daha sonra onun yanında dayanmış polis əməkdaşının sağ yan cibinə işarə etməklə «bax, bax da, cibində var» sözlərini deməsindən sonra Təqsirləndirilən şəxs əlini həmin cibinə salmış və cibini çevirdikdə bir büküm yerə düşmüşdür. Digər tərəfdən, Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən söküntü vəziyyətində olan binaya baxış və bununla bağlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında tərtib olunmuş protokollar da məhkəmə iclasında diskə baxış keçirilməklə müqayisəli tədqiq edildi. Həmin protokollarda Təqsirləndirilən şəxs baxış keçirilməsi ilə əlaqədar “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə” xx.xx.2022-ci tarixli qərarla tanış edilməsi qeyd olunsa da, videogörüntülərdən aydın olur ki, belə bir qərarla şübhəli şəxs tanış edilmir. Bundan başqa, məhkəmədə diskə baxış zamanı müəyyən edilmiş əhəmiyyət kəsb edən digər bir halın, yəni görüntüyə düşməyən naməlum şəxsin “Hüseyn, bunu verərsən Böyükağaya» sözlərini deməklə polis əməkdaşına təqdim etdiyi bir bükülünü həmin polis işçisinin arxa cibinə qoyması faktı qeyd olunan protokollarda əks olunmamışdır. Təhqiqat orqanı tərəfindən keçirilmiş həmin baxışla bağlı məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, iş materiallarına görə polis orqanına daxil olmuş məlumat Təqsirləndirilən şəxs Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən binada narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması barədə olmuşdur. Lakin cinayət işi Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən 2,867 qram çəkidə narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi faktı üzrə 24 aprel 2022-ci il tarixdə başlanılmışdır. Sonradan keçirilmiş istintaq nəticəsində Təqsirləndirilən şəxs tiryəkxana təşkil etməsi və saxlamasına dair sübutlar əldə edilmədiyindən ona müvafiq ittiham verilməmiş və CM-nin 238-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə həmin ünvanda saxlanılıb oraya baxış keçirilməsi zamanı, eləcə də sonradan ibtidai istintaq və hazırkı iş üzrə məhkəmə baxışı zamanı özünün qeyd olunan tikiliyə və oradan aşkar olunmuş narkotik vasitəyə heç bir aidiyyəti olmadığını bildirmiş, həmin hal qeyd olunan ünvanda saxlanılmış Şahid7, Şahid8, Şahid6 və Şahid9 izaşat və ifadələri ilə də təsdiq olunmuşdur. Bütün bunlara baxmayaraq, istintaq orqanı heç bir mötəbər sübut olmadan əməliyyat qrupu tərəfindən tiryəkxana kimi ehtimal edilən ünvan 3 ünvandakı uçuq vəziyyətdə olan tikilidən aşkar edilmiş 0,583 qram çəkidə narkotik vasitə heroin, həmçinin üzərində heroin izləri olan 1 ədəd boş vəziyyətdə şpris və 1 ədəd gümüşü rəngli elektron tərəzi ilə bağlı da Təqsirləndirilən şəxs ittiham vermişdir. Məhkəmə kollegiyası istintaq orqanının sübut kimi istinad etdiyi yuxarıda qeyd olunan protokollarla bağlı belə bir halı da vurğulamağı zəruri hesab edir. Belə ki, cinayət işinin 1-ci cild 38- 41-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokolda həmin istintaq hərəkətinin saat 22:30-da başlanıb 22:50-də başa çatması qeyd olunmuş, həmçinin məhkəmə iclasında diskə baxış zamanı da müəyyən olundu ki, təhqiqatçı tərəfindən istintaq hərəkətinin protokolda qeyd olunduğu tarixdə və vaxtda başlanıldığı bildirilir. Lakin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks edildiyi diskdə mövcud olan «Boyukaqa» adlı faylın xüsusiyyətlərini əks etdirən səhifədəki qeydlərdən görünür ki, həmin fayl 22 aprel 2022-ci il tarixdə saat 21:29:20-də, yəni protokolda qeyd olunan vaxtdan təxminən 1 saat əvvəl yaradılmış və sonradan fayla dəyişiklik edilməmişdir. Bunlar isə, şəxsi axtarış keçirilməsinin vaxtı ilə bağlı mühüm ziddiyətin və şübhələrin olması anlamına gəlir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin saxlanılarkən üzərində narkotik vasitələrin olmaması barədə məhkəmədə gətirdiyi dəlillə bağlı onu da qeyd etməyi lazım bilir ki, işdə olan sənədlərə görə Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə saat 17:50-də polis əməkdaşları tərəfindən saxlanılmış, saat 18:10-dək ünvan 3 ünvandakı uçuq vəziyyətdə olan tikiliyə baxış keçirildikdən sonra Yasamal RPİ, 28-ci Polis bölməsinə gətirilmiş, saat 19:35-də şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, yalnız həmin gün saat 22:30-da onun şəxsi axtarışı keçirilmişdir. Qeyd olunan halla bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs əvvəlcə uçuq tikiliyə baxış keçirilməsində iştirak etdiyüini, sonra Polis bölməsinə gətirildiyini, təxminən 4 saat bölmədə qaldıqdan sonra üzərinə baxış keçirildiyini, bölmədə olduğu müddət ərzində onun qollarında qandal olmadığını, yanında ona nəzarət edən polis əməkdaşı dayanmadığını və ayaqyolundan istifadə etdiyini, əgər həmin vaxt onun cibində narkotik vasitə olacağı təqdirdə, həmin bükümü istənilən yerdə tullamaq, o cümlədən tualetə də atmaq imkanı olduğunu bildirdi. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb azadlığı məhdudlaşdırılandan sonra əvvəlcə qaranlıq vəziyyətdə olan və polis işçilərinə məxsus mobil telefonlarla işıqlandırılan uçuq tikilidəki binaya baxış keçirilməsində iştirak etmiş, həmin istintaq hərəkəti başa çatdıqdan və Polis bölməsinə gətirildikdən sonra dərhal deyil, təxminən 4 saat vaxt keçəndən sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Bu müddət ərzində onun cibində saxladığı narkotik vasitə olan bükümü atmaq və ya özündən kənarlaşdırmaq üçün kifayət qədər vaxtı və imkanları olmuşdur. Qeyd olunan səbəblərə görə məhkəmə kollegiyası hesab edir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs günorta vaxtı əldə edib üzərində saxladığı bir büküm narkotik vasitəni bu qədər müddət ərzində cibində saxlaması və onu Polis bölməsində şəxsi axtarış keçirilərkən könüllü olaraq təqdim etməsi barədə istintaq orqanının gəldiyi nəticə kifayət qədər şübhəlidir və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs polis işçilərinin söküntüyə məruz qalmış binanın otaqların birində onu döymələri və işgəncəyə məruz qoymaları, yenidən döyülməmək üçün baxışda iştirak etməsi və polis işçilərinin ona öyrətdiyi sözləri deməsi, sonra polis əməkdaşlarının onu 28-ci Polis bölməsinə gətirərək hədə-qorxu gəlib cibinə bir büküm narkotik vasitə heroin qoymaları və həmin heroini boynuna götürməsi ilə bağlı hədələmələri ilə bağlı gətirdiyi dəlillər də yoxlanılmışdır. Belə ki, baxış və şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri təhlil edən məhkəmə kollegiyasının qənaətinə görə, şübhəli şəxs qismində saxlanıldığı andan Təqsirləndirilən şəxs polis əməkdaşlarının təzyiqi və basqısı altında olmuş, uçuq tikilidəki otağa baxış prosesində o, oturmuş vəziyyətdə iştirak etmiş, verilən sualları çətinliklə cavablandırmışdır. Şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərdən də görünür ki, cibində olan narkotik vasitəni çıxarıb təqdim etmək üçün ona təhqiqatçı və əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşları tərəfindən təzyiqlər edilmişdir. Məhz həmin təzyiqlər nəticəsində və polis işçisinin yönləndirilməsi ilə Təqsirləndirilən şəxs cibində bir bükümün olduğunu müəyyən etmiş və onu çıxarıb yerə tullamışdır. Qeyd olunan dəlillərin yoxlanılması ilə bağlı Bakı şəhəri, Yasamal rayon prokurorluğuna müvafiq sorğu edilmiş, xx.xx.2023-cü il tarixli məktubla araşdırma materiallarının surətləri məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması barədə Bakı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır. Məlumata əsasən, xx.xx.2022-ci il tarixdə saat 11:25 radələrində müəssisənin tibb-sanitar hissəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sağ gözün ağlı qişasında qansızma əlamətləri aşkar olunmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs izahatı alınmış, o, saxlanılarkən polis əməkdaşları tərəfindən bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurularaq döyüldüyünü bildirmiş, izahatı alınmış polis əməkdaşı Şahid4 isə Təqsirləndirilən şəxs dediklərini inkar edərək ona qarşı hər hansı fiziki və psixi zorakılıq göstərilmədiyini qeyd etmişdir. Onun saxlanılması, baxış və şəxsi axtarış keçirilməsində iştirak etmiş digər polis əməkdaşlarının isə ümumiyyətlə izahatları alınmamışdır. Müvafiq tibbi sənədlər əsasında Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin olunaraq keçirilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 180 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçada qeyd olunan sağ gözün ağlı qişasında qansızmanın sağ göz yuvası nahiyəsində hər hansı bir xəsarətin qeyd olunmamasına əsaslanaraq demək olar ki, törənmə səbəbini müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən 30 iyun 2022-ci tarixli qərarla 120-C-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmiş və materiala əlavə edilmiş məktuba əsasən qərarın surəti Təqsirləndirilən şəxs təqdim olunması üçün Bakı İstintaq təcridxanasına göndərilmişdir. Lakin məhkəmədə qeyd olunan halla bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs döyülmə və işgəncə faktı ilə bağlı qəbul olunmuş qərar barədə məlumatsız olduğunu, ona həmin qərarın surətinin təqdim olunmadığını bildirdi. Bununla əlaqədar Bakı İstintaq təcridxanasına müvafiq sorğu edilmiş, xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-2417/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı araşdırma materialı üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı Bakı İstintaq təcridxanasına daxil olmamışdır. Göründüyü kimi, həmin fakt üzrə araşdırma səthi aparılmış, əməliyyat tədbirlərinin aparılmasında iştirak etmiş polis əməkdaşlarından yalnız birinin izahatının alınması ilə kifayətlənilmiş və ən əsası, Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən, qəbul olunmuş qərarı yuxarı prokuror və məhkəmə nəzarəti qaydasında mübahisələndirmək hüququna malik olan təqsirləndirilən şəxsin həmin hüququ təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 449-cu maddəsinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Yuxarıda şərh olunanları nəzərə alan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş videogörüntüləri və digər sübutları müqayisəli şəkildə təhlil edib qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin polis işçiləri tərəfindən döyülməsi və zorakılığa məruz qalması, bu səbəbdən uçuq vəziyyətdə olan binaya baxışda iştirak etməyə razılıq verməsi, polis əməkdaşlarının onu 28-ci Polis bölməsinə gətirərək hədə-qorxu gəlib cibinə bir büküm narkotik vasitə heroin qoymaları və həmin heroini boynuna götürməsi ilə bağlı hədələmələri ilə bağlı gətirdiyi dəlillər əsaslıdır, Təqsirləndirilən şəxs özünə qarşı alınmış həmin izahatlarının zorakılıq, işgəncə və digər qeyri-insani hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən təqsirləndirilən şəxsin həmin izahatları, baxış keçirilməsi, şəxsi axtarış və götürmə aparılması haqqında 22 aprel 2022-ci il tarixli protokollar, həmçinin diskə baxış keçirilməsi haqqında 04 may 2022-ci il tarixli protokol Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilən sübutların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Adı çəkilən Qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X5 Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) məhkəmə belə bir nəticəyə gəlmişdir ki, “şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür”. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs videoçəkilişlə istintaq hərəkətləri aparılarkən özünə qarşı verdiyi etirafedici izahatlarına bir daha münasibət bildirərək qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və hazırkı məhkəmə baxışı zamanı verdiyi ifadələri işin faktiki hallarına uyğun ifadələr olduğuna görə inandırıcı və mötəbər sübutlar kimi qəbul edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 8-ci bəndində məhkəmələrə izah olunur ki, təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəllsinin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə şəxsə verilmiş ittiham ehtimallar üzərində qurulmuşdur. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, iş üzrə məhkəmə baxışının nəticələrindən və işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayətlər törətməsinə görə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmasına münasibət bildirərək qeyd edir ki, əvvəllər narkotik vasitələri əldə etməsi, saxlaması və ya daşıması ilə bağlı məhkum olunması onun normal insan kimi islah olunub cəmiyyətə qayıtmasını istisna etmir, şəxsin əvvəlki məhkumluqları onun cəmiyyət üçün təhlükəli şəxs olması kimi qiymətləndirilə bilməz. Həm də nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilməsə də, əvvəllər törətdiyi əməllərə görə təyin olunmuş cəzalarını tam çəkmişdir. Məhkəmə kollegiyası 22 aprel 2022-ci il tarixdə ünvan 3 söküntü vəziyyətində olan binada Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış Şahid6, Şahid7, Şahid8 və Şahid9 da qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətlərinə görə məhkum olunmaları ilə bağlı məsələyə də münasibət bildirməyi lazım hesab edərək qeyd edir ki, həmin şəxslər bir yerdə saxlanılsalar da, hər birinin üzərinə polis orqanında ayrı-ayrılıqda şəxsi axtarışlar keçirilmiş, onların birindən aşkar olunmuş narkotik vasitənin digərinə heç bir aidiyyəti olmamış və söküntü vəziyyətində olan binada aşkar olunmuş narkotik vasitəyə görə heç bir mötəbər sübut olmadan yalnız Təqsirləndirilən şəxs ittiham verilmişdir. Həm də qeyd edilməlidir ki, yuxarıda adları çəkilən dörd nəfərin hamısının şəxsi axtarışları nəticəsində Təqsirləndirilən şəxs aşkar olunduğu qeyd edilən çəkiyə yaxın miqdarda eyni növ narkotik vasitələr aşkar olunmuş, adları çəkilən şəxslərə də CM-nin 234.4.3-cü maddəsi ilə ittihamlar verilsə də, həmin işlər üzrə qəbul olunmuş yekun məhkəmə aktlarına əsasən onların əməlləri CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla yuxarıda tədqiq olunan bütün sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlandırılan ərazidən məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə iki ədəd bükümdə olmaqla 1 ədəd bükümdə təmiz çəkisi 0,583 qram və 1 ədəd bükümdə təmiz çəkisi 2,867 qram, cəmi təmiz çəkisi 3,450 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun haqqında cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, məhkumluq, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələlərin məhkəmə hökmündə müzakirəsi istisna təşkil edir. Cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, 24 aprel 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin həmin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir və halhazıra qədər həbsdə saxlanılır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş yuxarıda qeyd olunan qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 22 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən söküntüyə məruz qalmış yaşayış olmayan birmərtəbəli binadan aşkar olunduğu qeyd edilən 1 ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan narkoğtik vasitə heroinin, üzərlərində heroin izləri olan 1 ədəd boş vəziyyətdə 1 ml-lik şprisin və bir ədəd markalanma nişanı olmayan gümüşü rəngli elektron tərəzinin, həmin tarixdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən aşkar olunduğu qeyd edilən 1 ədəd bükümdə təmiz çəkisi 2,867 qram olan narkotik vasitə heroinin kimə məxsus olması ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar Bakı şəhəri, Yasamal RPİ-nin saxlancına təhvil verilmiş maddi sübutlarla və videogörüntüləri əks etdirən 1 ədəd CD disklə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Yasamal rayon prokuroruna göndərilməlidir. Həmçinin təqsirləndirilən şəxsin polis işçiləri tərəfindən döyülməsi və zorakılığa məruz qalması, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında müayinəsi aparılarkən bədəni üzərində xəsarət izlərinin müəyyən edilməsi halları ilə bağlı materiallar da hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq araşdırma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Yasamal rayon prokuroruna göndərilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Lakin hazırkı iş üzrə Təqsirləndirilən şəxs bəraət verildiyindən, qeyd olunan məhkəmə məsrəflərinin taleyi Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə uyğun həll edilməlidir. Belə ki, həmin maddənin tələbinə görə, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Cinayət-prosessual qanunvericiliyinin həmin müddəasına əsasən məhkəmə hesab edir ki, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 344-347, 348.3, 349-350, 352-353, 356-358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad edilsin və məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilsin. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 22 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən söküntüyə məruz qalmış yaşayış olmayan birmərtəbəli binadan aşkar olunduğu qeyd edilən 1 ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan narkotik vasitə heroinin, üzərlərində heroin izləri olan 1 ədəd boş vəziyyətdə 1 ml-lik şprisin və bir ədəd markalanma nişanı olmayan gümüşü rəngli elektron tərəzinin, həmin tarixdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən aşkar olunduğu qeyd edilən 1 ədəd bükümdə təmiz çəkisi 2,867 qram olan narkotik vasitə heroinin kimə məxsus olması ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar Bakı şəhəri, Yasamal RPİ-nin saxlancına təhvil verilmiş maddi sübutlarla və videogörüntüləri əks etdirən 1 ədəd CD disklə birlikdə, həmçinin təqsirləndirilən şəxsin polis işçiləri tərəfindən döyülməsi və zorakılığa məruz qalması, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında müayinəsi aparılarkən bədəni üzərində xəsarət izlərinin müəyyən edilməsi halları ilə bağlı materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Yasamal rayon prokuroruna göndərilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: Eldar İsmayılov Samir Əliyev Cavid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar