Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-225/2025 04.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X3 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər– Qanuni nümayəndə (eyni zamanda yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi) və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxx 1979-cu ildə Ermənistanın Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, oğlu Zərərçəkmiş şəxs1 vuraraq sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuş, Qanuni nümayəndə əzab vermiş və zorlamış, yəni mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və iztirablar verərək sonuncuya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə, təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsində yerləşən nömrəsiz evdə olarkən, öz əməllərinin ictimai təhlükəli olduğunu dərk və arzu edərək, onun nəticələrini qabaqcadan görərək aralarında yaranmış mübahisə zamanı oğlu – xx xxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid sağ tərəfli travmatik perforativ otitküt xəsarətini yetirməklə, Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsi nömrəsiz evdə 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında müxtəlif vaxtlarda boşandığı arvadı – xx xxxxxxx 1991-ci ildə Tərtər şəhərinin Yerevanlık kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2, Vaqif küçəsi, ev 55 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Qanuni nümayəndə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə sonuncuya güclü fiziki ağrı və ya psixi iztirablar verərək, Qanuni nümayəndə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, sol bazunun, sağ budun qançırları; sağ bazunun, hər iki bud nahiyəsinin qançırları və sağ diz nahiyəsinin sıyrığı; sağ bazunun, sol baldırın qançırları; sağ və sol budun qançırları; sağ baldırın qançırı xəsarətlərini yetirməklə əzab vermiş, həmçinin o, 21 noyabr 2023-cü il tarixdə təxminən saat 09 radələrində yaşadığı evdə Qanuni nümayəndə əllərindən, ayaqlarından və bədənindən tutub yapışmaqla, müqavimətini zəiflədərək ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, sol bazu, sol baldır və sol süd vəzisinin qançırları xəsarətləri yetirib, zor tətbiq etməklə sonuncu ilə cinsi əlaqədə olmuş, yəni Qanuni nümayəndə zorlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə ilə 2010-cu ildə ailə qurmuş, Günelin anası onlara ev hədiyyə etmişdir. O, 3 ay ərzində həmin mənzilə 25.000 ABŞ dolları məbləğində pul xərcləmiş, 2011-ci ildə polis orqanlarından xaric olunmuş, xaric olunmağının səbəbi isə biznes fəaliyyəti ilə məşğul olmağı olmuşdur. Pulu olmadığı üçün Günelə anasına onlara 100 manat köməklik etməsini xahiş etməsini dediyinə görə anası gəlib qızını götürüb aparmışdır. Onlar 8 ay bir-birindən ayrı yaşamış, həmin müddət ərzində o, uşaqlarını görməmişdir. O, həmin ilin dekabr ayında dostları ilə şəhərdə olan zaman oğlu ona zəng edərək qapıda olduqlarını, nənələrinin onları evdən qovduğunu demişdir. Belə ki, anası Qanuni nümayəndə pozğunluq etdiyini görmüş və onu evdən qovmuşdur. O, gəlib qapını açmış, uşaqlarının xatiri üçün çox şeyi unutmuşdur. O, dəfələrlə Günelin xəyanətini görmüş, Günel dəfələrlə gecə saat 4-5 radələrində evə gəlmişdir. Onlar 5 il ailə kimi yaşamışlar. O, taksi fəaliyyəti ilə məşğul olmuş, lakin sonradan onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Günel 14 günün içində ona aliment ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. O, Günelin ona xəyanət etməsini dəfələrlə tutmuşdur. O, evdə kamera olduğunu bilməmiş, çəkiliş zamanı Günel özü onu çağırmış, həmin vaxt ac-susuz olduğu üçün əlaqədə ola bilməmişdir. Daha sonra gedib uzanmış, Günel isə yenə onu yanına çağırmış və onu təhqir etmişdir. Yenidən əlaqədə olan zaman, axırda “sən bilmirsən ki, bu cinayətdir? Niyə belə edirsən?” demiş, o da cavabında onu özünün dəvət etdiyini bildirmişdir. Sonradan evdə kamera quraşdırıldığını görmüş, kameranı vurub sındırmaq istəyəndə Günel ondan kameranı sındırmamasını xahiş etmiş, buna görə Zaur adlı şəxsin onu cəzalandıracağını demişdir. Oğlu da həmin vaxt orada olmuş, o da özündən arxayın olduğu üçün kameranı kimə istəyirsə təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, övladını bir ata kimi vurmuş, Günel isə öz istəyi ilə onunla cinsi əlaqədə olmuş, o, istintaq zamanı videogörüntüləri izləmiş, həmin videogörüntülərdə zorlamaya aid heç bir görüntü olmamışdır. Onlar videodan əvvəl cinsi əlaqədə olmuşlar. Uşaqları saat 07:10-da taksi ilə məktəbə getmiş, uşaqlar gedəndən 5 dəqiqə sonra Günel onu cinsi əlaqədə olmaq üçün çağırmış, onlar 07:15-dən etibarən cinsi əlaqədə olmuşlar. O, zərərçəkmiş şəxsi heç bir halda zorlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əri olmuş, belə ki, onlar 2010-cu ildə ailə qurmuş, 2019-cu ildə rəsmi olaraq boşanmışlar. Onların 2 övladı var. Keçmiş əri Elman ona və uşaqlarına işgəncə vermiş, dəfələrlə uşaqları onu qorumaq məqsədilə onlara yaxınlaşanda uşaqlara təzyiq göstərib, təhqir etmişdir. Boşandıqdan sonra o, 1 il müddətində valideynləri ilə birgə yaşamış, sonra isə artıq birlikdə inşa etdirdikləri mənzildə məhkəmə qətnaməsi ilə ona yaşamaq hüququ verildiyi üçün o, həmin evə köçmüşdür. Elman bir müddət onlara dəyməsə də, bir müddətdən sonra onlara problemlər yaratmağa başlamış, insanların içində təhqir etməyə başlamışdır. Zərərçəkmiş şəxs Qanuni nümayəndə ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadıqları mənzili birlikdə tikmişlər, belə ki, o, ailə qurduqdan sonra onun ailəsi onlara ev hədiyyə etmişdir. Onlar həmin evdə birlikdə yaşamışlar. Onların boşanmasının səbəbi təqsirləndirilən şəxsin onunla pis rəftar etməsi, səbəbsiz yerə dəfələrlə döyməsi olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər polis işləmiş, 2011-ci ildə işdən çıxmış, bir müddət taksi fəaliyyəti ilə məşğul olmuşdur. Birgə yaşadıqları dövrdə Elman heç yerdə işləməmiş, o özü isə Hava Limanında işləmişdir. Həmin ərəfədə Elmanın qida təminatını o təmin etmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, birgə yaşadıqları mənzilə məhkəmə qətnaməsi əsasında köçmüşdür. O, Elmandan ayrıldıqdan sonra 1 il müddətində valideynlərinin yanında qalmış, 1 ildən sonra isə Elmanla birlikdə inşa etdirdikləri evə köçmüşdür. O, başqa evdə yaşasa kirayə pulu ödəməli olmuş, buna isə maddi imkanı olmamışdır. Onun cehiz əşyaları da həmin evdə olmuşdur. O, özünü qorumaq məqsədi ilə təqsirləndirilən şəxsin qolunu və digər yerlərini dişləmiş, onun təqsirləndirilən şəxsə başqa heç bir zərəri dəyməmişdir. O, içkili vəziyətdə evə gəlməmişdir. Elman öz övladlarını gəzməyə aparan zaman da onların xərclərini o, ödəmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssisin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atası, zərərçəkmiş şəxs Qanuni nümayəndə isə anasıdır. Atası bəzən anasını otağa salmış, anası da qışqırmışdır. Atası onlara otağın qapısını açmamış, söyüş söymüşdür. Bir dəfə isə atası qapını açmış, o anasını qorumaq istəyən zaman atası onun qulağından 3 dəfə vurmuşdur. Həmin zərbədən onun qulağına nə isə olmuş, bundan sonra zəif eşitməyə başlamışdır. Atası onunla yanaşı, qardaşını da döymüş və təhqir etmişdir. Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, atası ilə anası ayrılanda onlar nənəsinin evində yaşamışlar. Atasının evində yaşamaq üçün icazələri olmuş, onlar atası ilə bir yerdə yaşamaq istəməsələr də buna məcbur olmuşlar. Atası anasına təcavüz etmiş, otağa salıb, qapını bağlamışdır. Atası 2-3 dəfə evə bazarlıq etmiş, anası evdə olmayanda onlar üçün yemək bişirmiş, anası evə içkili vəziyyətdə gəlməmiş, atası isə bəzən evə içkili gəlmişdir. Anası hava limanında gecə növbəsində işləmiş, onun gözünün qarşısında atası anasını döymüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssisin iştirakı ilə şahid qismində dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin övladı, yetkinlik yaşına çatamayan Şahid ifadəsində göstərmişdir ki, atası dəfələrlə anasını otağa aparmış və qapını arxadan bağlamışdır. Atası ilə anasının münasibətləri pis olmuş, atası anasına pis hərəkətlər etmişdir. Bir dəfə o, qardaşı ilə birlikdə baseyndə çimən zaman o, evə girmiş, anasının qışqırığını eşitmiş, otağa girəndə atasının anasına pis hərəkətlər etdiyini görmüşdür. Atası bununla bağlı qardaşını qulağından vurmuşdur. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, anası ilə atası ayrıldıqdan sonra yenidən atasının yaşadığı evə köçmələrinin səbəbini xatırlamır, atasının onları gəzməyə aparması üçün anası onu çağırmış, axşamlar anası ilə atası dalaşmış, atası onların dərsi ilə 1 dəfə maraqlanmış, gözünün qarşısında atası anasını döymüş, amma nə vaxt olduğunu xatırlamır, evlərində əvvəldən kamera olmamış, sübut üçün evlərinə kamera quraşdırılmışdır. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, aşağıdakı ekspert rəylərini, maddi sübutu, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən məhkəmə-tibbi ekspertizası üzrə verilmiş 28 sentyabr 2023-cü il tarixli 1144 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ tərəfli travmatik perforativ otit küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 07-08 (yeddi-səkkiz) gün olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu yüngül dərəcəli zərərvurmaya aid edilmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 14-16) - Məhkəmə-tibbi ekspertizası üzrə 28 sentyabr 2023-cü il tarixli 1145 saylı (canlı şəxsin ekspertizası) rəyinə əsasən, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun, sağ budun qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 03-04 (üç-dörd) gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. ( cild İ, i/v: 17-19) - Məhkəmə-tibbi ekspertizası üzrə 04 noyabr 2023-cü il tarixli 489 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Qanuni nümayəndə sağ bazunun, hər iki bud nahiyəsinin qançırları və sağ diz nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti müayinədən 03-04 (üçdörd) gün əvvələ uyğun gəlmişdir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməmişdir. Qanuni nümayəndə qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 02 (iki) həftədən artıq olmuşdur, həmçinin cinsiyyət üzvlərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Qanuni nümayəndə arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Qanuni nümayəndə arxa keçəcək dəliyi nahiyəsində hər hansı xəsarət (sıyrıq, qançır, çat) aşkar edilməmişdir. (cild İ, i/v: 67-70) - Məhkəmə-tibbi ekspertizası üzrə 06 noyabr 2023-cü il tarixli 1316 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazunun, sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 02-03 (iki-üç) gün əvvələ uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 61-63) - Məhkəmə-tibbi ekspertizası üzrə 06 noyabr 2023-cü il tarixli 1315 saylı (canlı şəxsin ekspertizası) rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ saidin sıyrıqları küt əşya (ola bilsin, dişlənmə nəticəsində); sağ saidin, sağ və sol baldırın sıyrıqları, sol kürəyin, sol bazunun, sol dizin qançırları isə küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 01 (bir) gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 58-60) - Məhkəmə-tibbi ekspertizası üzrə 06 noyabr 2023-cü il tarixli 1323 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ və sol budun qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 01-02 (bir-iki) gün əvvələ uyğun gələ bilən olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 64-66) - Məhkəmə-tibbi ekspertizası üzrə 06 noyabr 2023-cü il tarixli 1328 saylı (canlı şəxsin ekspertizası) rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun sıyrıqları küt əşya (ola bilsin, dişlənmə nəticəsində); sağ saidin səthi əzilmiş yarası və sıyrığı isə məhdud səthli əşya (alət) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 01 (bir) gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 33-35) - Məhkəmə-tibbi ekspertizası üzrə 11 noyabr 2023-cü il tarixli 1347 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ və sol saidin sıyrıqları küt əşya (ola bilsin, dişlənmə nəticəsində); sağ əlin kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alət (ola bilsin, bıçaq)) təsirindən törənmişdir, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 01 (bir) gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olmuşdur. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır (cild İİ, i/v: 11-13) - Məhkəmə-tibbi ekspertizası üzrə 27 noyabr 2023-cü il tarixli 1395 saylı (canlı şəxsin ekspertizası) rəyinə əsasən, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ baldırın qançırları küt əşya təsirindən törənmişdir, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 01-02 (bir-iki) gün əvvələ uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 164-166) - Məhkəmə-tibbi ekspertizası üzrə 07 dekabr 2023-cü il tarixli 517 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Qanuni nümayəndə sol bazu və sol süd vəzisinin qançırları müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti süd vəzisində müayinədən 05-06 (beş-altı) gün əvvələ, digər qançırlar müayinədən 01-02 (bir-iki) gün əvvələ uyğun gəlmişdir, qərarda göstərilən tarixdə və şəraitdə əmələ gəlməsi inkar edilməmişdir, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməmişdir. Qanuni nümayəndə qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 02 (iki) həftədən artıq olmuşdur. Qanuni nümayəndə alkoqol sərxoşluğu vəziyyətinin olub-olmaması haqqında (rəsmi məlumat) tibbi sənəd olmadığından bu sualın məhkəmə-tibbi meyarlarla cavablandırılmağı mümkün olmamışdır. Qanuni nümayəndə bədən səthində, həmçinin sifət nahiyyəsində postravmatik xarakterli dəyişiklik aşkar edilməmişdir. Qanuni nümayəndə arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Qanuni nümayəndə hal-hazırda hamiləliyi təsdiq edən tibbi məlumat olmamışdır. Qanuni nümayəndə uşaqlıq yolu möhtəviyyatından götürülmüş tampon və yaxmada spermatozoidlər aşkar olunmamışdır. (cild İİ, i/v: 33-37) - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə 10 fevral 2024-cü il tarixli 343 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs “xroniki psixi xəstəlik”, “psixi fəaliyyətin müvəqqəti pozulması”, “əqli gerilik” və ya “sair psixi xəstəlik” müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman, ondan əvvəl və sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində “anlaqlı” hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində “Tibbi xarakterli məcburi müalicə tədbirlər”inin tətbiq edilməsinə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində”, “fizioloji affekt” halında olmamışdır. (cild İİ, i/v: 38-42) - Azərbaycan Respublikası DİN-nin “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi”nin arayışında Təqsirləndirilən şəxs məhkumluğu barədə hər hansı məlumat olmamışdır. (cild İ, i/v: 75) Məhkəmə ən əvvəl təqsirləndirilən şəxsin öz ifadəsində qeyd etdiyi xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ifadə verərək zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmədiyini, onunla ərarvad münasibətində olmaqla zərərçəkmiş şəxsin öz istəyi və təhriki ilə onunla cinsi əlaqədə olduğunu bildirməklə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun qeyd olunan məzmunda ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin onu şərlədiyini, iş materiallarına əlavə edilmiş videogörüntünün onun şərlənməsi üçün qurama bir proses olduğunu, zərərçəkmiş şəxsin onunla cinsi əlaqəyə girməsi üçün onu təhrik etdiyini, həmin videogörüntüdən sonra onların dəfələrlə ər-arvad kimi cinsi əlaqədə olmalarını, videogörüntülərin tarixinin düzgün qeyd olunmadığını, həmin vaxtdan sonra bir neçə dəfə cinsi əlaqədə olduqlarını, övladlarının da zərərçəkmiş şəxsin təsiri altında ona qarşı ifadə verdiklərini, zərərçəkmiş şəxsin yeganə məqsədinin yaşadıqları mənzili ələ keçirmək olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə bağlı qeyd edir ki, müdafiə tərəfinin özünün məhkəməyə təqdim etdiyi videogörüntülərdən, habelə tərəflərin və məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri, o cümlədən 21 noyabr 2023-cü il tarixədək təqsirləndirilən və zərəçəkmiş şəxslərin qarşılıqlı şəkildə bir-birilərindən polisə dəfələrlə şikayət etmələri və ekspertiza rəyləri ilə üzərlərində müxtəlif xəsarətlərin aşkar edilməsi ilə təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxsin münasibətlərinin gərgin olması, onların ərarvad münasibətlərində olmaması, daim münaqişəli vəziyyətdə olmaları müəyyən edilmişdir. Belə olan halda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin normal ər-arvad münasibətlərində olması, qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmalarını inandırıcı və ağlabatan hesab etmir. Bundan başqa, müdafiə tərəfi dəfələrlə zərərçəkmiş şəxsin mənzili ələ keçirmək məqsədi ilə təqsirləndirilən şəxsi şərləməsinə istinad etsə də, təqsirləndirilən şəxsin öz ifadəsindən görünür ki, onların ailəli olduqları dövrdə yaşadıqları mənzili zərərçəkmiş şəxsin anası onlara hədiyyə etmiş, həmçinin zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Qanuni nümayəndə qızı iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivindəki 5.75 sot torpaq sahəsində inşa edilmiş yeni tikili olan evə köçürülmüşdür. Belə olan halda təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi zərərçəkmiş şəxsin övladları ilə birlikdə yaşamağa yerləri olmadığı üçün onlara “mərhəmət” göstərib evə buraxması ilə bağlı ifadəsi təkzib olunmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən də görünür ki, zərərçəkmiş şəxs öz azyaşlı övladları ilə birlikdə təqsirləndirilən şəxsin iradəsinin ziddinə olaraq, məhkəmə qətnaməsi əsasında həmin mənzilə köçürülmüşdür. Bununla da belə nəticəyə gəlmək mümkündür ki, zərərçəkmiş şəxsin övladları ilə birlikdə həmin mənzildə yaşaması təqsirləndirilən şəxsin mövqeyinə uyğun olmamışdır. Beləliklə də, yaşadığı mənzili keçmiş arvadı və övladları ilə paylaşmaq istəməyən təqsirləndirilən şəxsin onlara pis davranması və onlara qarşı zorakılıq göstərməsi ilə bağlı zərərçəkmiş şəxslərin və şahidin ifadəsi daha inandırıcı və ağlabatan hesab olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs israrla iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin montaj olunduğunu, tarixinin yanlış olduğunu bildirsə də, müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə məhkəmə kompyuter texniki ekspertizası təyin edilmiş və 26 dekabr 2024-cü il tarixli 4/1834-5/1320 nömrəli ekspert rəyində təqdim edilmiş videogörüntülərdə hər hansı bir montaj əlamətlərinin aşkar edilmədiyi qeyd olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmiş şəxsin onunla cinsi əlaqədə olması üçün onu təhrik etdiyini, onların qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqlarını bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərlə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qışqırması, etiraz etməsi, ona toxunmaması ilə bağlı təqsirləndirilən şəxsə müqavimət göstərməsinə baxmayaraq təqsirləndirilən şəxsin zorla onunla cinsi əlaqədə olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi bir xüsusata da qiymət verilməsini zəruri hesab edir ki, təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmiş şəxslə cinsi əlaqədə olduqdan sonra evə videokameranın quraşdırıldığını gördüyünü, videokameranı sındırmaq istəsə də, zərərçəkmiş şəxsin xahişi ilə sındırmadığını bildirsə də, məhkəmə hər hansı bir şəxsin onun əleyhinə sübut toplamağa çalışan şəxsin xahişi ilə həmin sübutu aradan qaldırmamasını və öz istəyi ilə həmin videogörüntülərin istintaqa təqdim edilməsinə şərait yaratmasını inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə bu qənaətə gələn zaman təqsirləndirilən şəxsin həmin sübutu məhv etməsi üçün heç bir ciddi maneə ilə qarşılaşmamasını, ona mane olacaq hər hansı bir xüsusatın mövcud olmamasını da nəzərə alır. Eyni zamanda təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, zərərçəkmiş şəxslərə qarşı heç bir zorakılığa yol vermədiyini bildirsə də, məhkəmə tibbi ekspertizası üzrə verilmiş rəylərlə zərərçəkmiş şəxslərin üzərində aşkar edilmiş xəsarətlərin yaranma şəraiti və mexanizmi barədə məntiqli bir izah verə bilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs videogörüntüləri mübahisələndirirərək həmin videogörüntülərin müxtəlif hissələrdən ibarət olmasına istinad etsə də, məhkəmə qeyd edir ki, həmin videogörüntü mövcud olmasa belə, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizası üzrə verilmiş rəylərlə zərərçəkmiş şəxsin üzərində aşkar edilmiş xəsarətlər, həmçinin məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə, ələlxsus da təqsirləndirilən şəxsin öz övladları olan digər zərərçəkmiş şəxs və şahid öz atalarının əleyhinə ifadə verərək, atalarının dəfələrlə onları döyməsini, analarına qarşı zorakılıq hərəkətləri etməsini, hətta analarına qarşı cinsi zorakılıq hərəkətləri etməsinin şahidi olduqlarını bildirməklə ittihamı tam sübuta yetirmişlər, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi xüsusatlar isə öz ifadəsindən başqa heç nə ilə təsdiq olunmamışdır. Bundan başqa məhkəmə müdafiə tərəfinin zərərçəkmiş şəxsin üzərində aşkar edilmiş xəsarətlərin təqsirləndirilən şəxsin həbs olunmasından sonrakı tarixə təsadüf etməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, həmin ekspert rəyi 07 dekabr 2023cü il tarixli olsa da, həmin rəyin təsviri hissəsindən görünür ki, Qanuni nümayəndə tibbi müayinədən xx.xx.2023-cü il tarixdə keçmiş, bununla da onun üzərində yaranmış xəsarətlərin müayinədən 1-2 gün əvvələ uyğun gəlməsi ilə xx.xx.2023-cü il tarixə təsadüf etməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə həmin hissədə də təqsirləndirilən şəxsin ifadəsini törətmiş olduğu cinayət üzrə məsuliyyətdən yaxa qurtarmağa çalışmaq məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirir və inandırıcı hesab etmir. Yuxarıda qeyd olunanlardan əlavə, məhkəmə daha bir məsələyə qiymət verilməsini zəruri hesab edir. Belə ki, ilkin mərhələdə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında tədqiq edilən zaman diskin boş olması, içərisində hər hansı bir faylın mövcud olmaması müəyyən edilmiş, bununla bağlı məhkəmə iclasında müzakirə edilməklə istintaq orqanına müraciət ünvanlanması qərara alınmış, istintaq orqanı məhkəmənin müraciətindən sonra videogörüntülərin olduğu CD diski məhkəməyə tədim etmiş, həmin videogörüntü məhkəmə iclasında tədqiq edilməklə iş materiallarına əlavə edilmişdir. Müdafiə tərəfi həmin CD diski mübahisələndirməklə CD diskin sonradan məhkəməyə təqdim olunduğunu, buna görə də sübut əhəmiyyəti kəsb etmədiyini bildirmişdir. Məhkəmə həmin hissədə qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş CD diskin götürülməsi və baxış keçirilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərar və protokollardan görünür ki, Qanuni nümayəndə Xətai rayon prokurorluğuna 1 ədəd CD disk təqdim etmiş, həmin disk hal şahidlərinin iştirakı ilə götürülmüş, diskə baxış keçirilən zaman isə videoda kişi cinsli şəxsin (Qanuni nümayəndə deməsinə görə Təqsirləndirilən şəxsdur) qadın cinsli şəxsə, yəni Qanuni nümayəndə zor tətbiq etməklə cinsi əlaqədə olamsı müəyyən edilmişdir. (cild İ, i/v: 123; 124-125;126) Həmçinin həmin videogörüntü Təqsirləndirilən şəxs təqdim olunmuş, təqsirləndirilən şəxs bununla əlaqədar geniş şəkildə dindirilmiş, təqsirləndirilən şəxs ona təqdim olunmuş videogörüntülərdəki şəxsin özü olduğunu etiraf etməklə bununla bağlı geniş ifadə verərək, öz arqumentlərini bildirmişdir. Qeyd olunanlara əsasən həmin videogörüntülərin həqiqiliyi və maddi sübut kimi tanınmış videogörüntülərlə eynilik təşkil etməsi məhkəmədə heç bir şübhə doğurmur, buna görə də məhkəmə hesab edir ki, maddi sübut kimi ilkin mərhələdə cinayət işinin materiallarına əlavə edilmiş CD diskin içərisində faylın olmaması texniki nasazlıq kimi qiymətləndirilməlidir. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə, təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsində yerləşən nömrəsiz evdə oğlu Zərərçəkmiş şəxs1 qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid sağ tərəfli travmatik perforativ otitküt xəsarətini yetirməklə, Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurması. habelə həmin ünvanda 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında müxtəlif vaxtlarda boşandığı arvadı Qanuni nümayəndə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə sonuncuya güclü fiziki ağrı və ya psixi iztirablar verərək, Qanuni nümayəndə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, sol bazunun, sağ budun qançırları; sağ bazunun, hər iki bud nahiyəsinin qançırları və sağ diz nahiyəsinin sıyrığı; sağ bazunun, sol baldırın qançırları; sağ və sol budun qançırları; sağ baldırın qançırı xəsarətlərini yetirməklə əzab verməsi, həmçinin 21 noyabr 2023-cü il tarixdə təxminən saat 09 radələrində yaşadığı evdə Qanuni nümayəndə əllərindən, ayaqlarından və bədənindən tutub yapışmaqla, müqavimətini zəiflədərək ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, sol bazu, sol baldır və sol süd vəzisinin qançırları xəsarətləri yetirib, zor tətbiq etməklə sonuncu ilə cinsi əlaqədə olması, yəni Qanuni nümayəndə zorlaması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu - zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, hadisə yerinə, videogörüntülərə baxış protokolları, habelə ekspertiza rəyləri və digər sübutlarla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxs tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmiş, onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlüklə törətməyən, az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxsin 2 azyaşlı övladının olması ilə bağlı məsələyə qiymət verərək qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2066/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxsla Qanuni nümayəndə arasında olan nikah pozulmuş və onların birgə nikahdan olan övladları anaları Qanuni nümayəndə himayəsində saxlanılmışdır. Bundan başqa təqsirləndirilən şəxsin öz azyaşlı övladına qarşı cinayət əməli törətməkdə təqsirli bilinməsi ilə əlaqədar məhkəmə, onun himayəsində azyaşlı övladlarının olmasını onun barəsində yüngülləşdirici hal qismində nəzərə almır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışıq əldə olunmamasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsiri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 29 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 99), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild İ, i/v: 203-207). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-225/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-225/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver