Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2253/2023 22.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Nuriyev Elnur Aləm oğlu və Tağıyev Azər Heydər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Lənkəran rayonu, Xolmili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Xolmili kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində daşıyıb yaşadığı evdə saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Bəhmən” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Qaradağ rayonu ərazsində yerləşən “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında yerləşən yol kənarındakı yol nişanının altında yerləşdirdiyi 01 ədəd sellofan bükümdə içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1501,169 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və 01 ədəd bükümdə təmiz çəkisi 1005 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdar psixotrop maddə hesab edilən metamfetamini, 07 avqust 2023-cü il tarixdə saat 04 radələrində həmin yerdən götürüb əldə edərək “Bəhmən” adlı şəxsin təlimatı ilə istintaqa məlum olmayan şəxsə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, ev 164 nömrəli ünvana daşıyaraq həmin mənzilin girişində olan otağında yerləşən stulun alt hissəsində gizlətməklə saxlamış, 07 avqust 2023-cü il tarixdə qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə heroinin 11,169 qram külli miqdarda hissəsini ayrıca bükümdə ayırıb “Bəhmən” adlı şəxsin deyəcəyi yerə qoymaq üçün əynindəki şalvarın sağ yan cibinə qoyaraq yaşadığı mənzildən çıxıb piyada hərəkətdə olarkən həmin günü, yəni 07 avqust 2023-cü il tarixdə saat 16:10 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 11,169 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin günü, yəni 07 avqust 2023-cü il tarixdə saat 18:20 dəqiqədə yaşadığı mənzilə baxış keçirilən zaman həmin mənzilin girişində olan otağın sol tərəfində stulun altından 01 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1490 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1005 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd qara rəngli üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, Bəhmən adlı şəxs ilə sosial şəbəkə vasitəsilə tanış olmuş və həmin şəxs ona zəng edərək mal olmasını, götürmək lazım olmasını bildirmişdir. Götürəcəyi halda 500 manat dəyərində mal verəcəyinə söz vermişdir. O, da səhv etmirsə 08 avqust 2023-cü il tarixdə gecə gedib həmin malı götürüb evə gətirmişdir. İfadəsi elan edildikdən sonra istintaq zamanı göstərilən tarixin, yəni 07 avqust 2023-cü il tarixin doğru olmasını bildirmişdir. Evə apardığı narkotik 2 bükümdə olmuş və evdə həmin bükümləri açıb baxdıqda birində kakos, digərində isə şüşə olmasını görmüşdür. Sabahsı gün günorta saatlarında polis əməkdaşları tərəfindən tutulmuşdur. Lakin tutulan zaman üzərində mal olmamışdır. Polis əməkdaşları ondan mal olmasını soruşduqda evdə olmasını bildirmişdir. Daha sonra həmin polis əmədakdaşları ilə birlikdə evə gedib narkotiki onlara təhvil vermişdir. O ifadəsində daha sonra qeyd etmişdir ki, Bəhmən adlı şəxslə İnstagramda təxminən 1-2 ay olardı ki tanış olmuşdur. Özü narkotik istifadəçisi olmuşdur. Bəhmən ona narkotiki 1 gün ərzində özündə saxlamağı, sabahısı gün 1 nəfərin gəlib götürəcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində Bəhmənin görülən işə görə, yəni narkotiki saxlamağa görə ona 500 manat pul verəcəyinə dair göstərdiklərinin yanlış qeyd olunmasını, Bəhmənin ona istədiyi halda pul və ya narkotik verə biləcəyini təklif etmiş, o, isə pulu istəməyərək 500 manat dəyərində narkotik istəməsini qeyd etmişdir. Narkotik vasitənin hər iki növündən də istifadə edir. Narkotik ona məxsus olduğuna görə təqdim olunan sənədləri imzalamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və ya zorakılıq hərəkətləri olmamışdır. İlk dəfə idi bü cür əməl törətmişdir. Əvvəllər narkotik istifadəçisi olduğuna görə yaşadığı məhəllədən tanıdığı şəxs ilə hərəsi 5 manat qoyub gedib narkotik alıb istifadə etmişlər. O, ifadəsində daha sonra qeyd etmişdir ki, 051 752 91 20 mobil nömrəni istifadə etmiş və İİR-nin vətəndaşının adını mobil telefonunda «Bəh-bəh» adı ilə qeyd etmişdir. Üzərində 10 qram narkotik vasitənin aşkar edilməsi ilə bağlı qeyd etmişdir ki, həmin vaxt üzərində heç nə olmamışdır. Belə ki, polis əməkdaşları yaxınlaşaraq üzərində narkotik vasitə olub-olmamasını soruşduqda üzərində yox, evdə olmasını bildirmişdir. Daha sonra evə gedib, həmin narkotiki təhvil vermişdir. Üzərinə baxış zamanı 2 bank kartı və 1 ev açarı aşkar olunmuşdur. O, ifadəsində onu da qeyd etmişdir ki, narkotik istifadəçiləri arasında narkotik vasitələrin adları ilə bağlı müxtəlif jarqon sözlərdən istifadə edirlər. Məsələn metamfetaminə patı, şüşə, daş, heroinə ilə torpaq, kakos deyilir. Qum, duz hansı narkotik vasitəyə deyilməyini bilmir. Nə ağartı, nə də ki, duz, çınqıl, təkər və ya torpağın alış-verişi ilə məşğul olmamışdır. Narkotik istifadəçiləri arasında “tema var” kimi ifadə dedikdə narkotik və ya nəşə başa düşülür. Əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi qismən özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, evə baxış və axtarış protokolu, məhkəmə ekspertizasının rəyləri, Votsap yazışmaları, SMS məlumatları, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən 07 avqust 2023-cü il tarixdə saat 4-5 radələrində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş idarədə Mirşahinin üzərinə şəxsi baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Baş İdarədə təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə baxış keçirilən zaman o, digər əməliyyat müvəkkili Şahid2, təhqiqadçı və müdafiəçi iştirak etmişlər. Mirşahinin əynindəki şalvarının cibindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Mirşahinin üzərindən götürülən narkotik vasitənin çəkisi təxminən 10 qrama yaxın olmuşdur. Həmçinin üzərindən 10 manat pul, bank kartları, telefon və mənzilin açarı çıxmışdır. Videoçəkiliş zamanı Mirşahin bildirmişdir ki, yaşadığı ünvanda da narkotik vasitələr saxlayır. Daha sonra Mirşahinin yaşadığı ünvana yollanılmış və mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə heroin və metanfetamin aşkar olunaraq götürülmüşdür. Evindən aşkar olunmuş heroinin çəkisi 1 kiloqram yarım, metanfetaminin çəkisi isə 1 kiloqramdan bir az artıq olmuşdur. Mirşahin tutularkən əməlini etiraf etmiş və İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxsdən almasını, Qaradağ rayonundan götürməsini, “zakladka” yolu ilə qoymasını bildirmişdir. O, həmçinin ibtidai istintaqdakı ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki avqust aylarında Mirşahini Yasamal rayonu ərazisində saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, orada təhqiqat çəkilişi olmuş və çəkilişdə şəxs üzərində olan narkotik vasitəni könüllü təqdim etmiş və öz yaşadığı ünvanda da narkotik vasitə olmasını bildirmişdir. Üzərindən heroin aşkar olunmuşdur. Yaşadığı ünvanda təhqiqat çəkilişi həyata keçirilmiş və yaşadığı ünvanda da narkotik vasitə heroin və metamfetamin aşkar edilmişdir. 1 büküm heroin, 1 büküm metamfetamin olmaqla 2 büküm olmuş, ikisi də hardasa 1 kq-dan çox olmuşdur. Narkotik vasitəni Bəhmən adlı iranlıdan əldə etməsini bildirmişdir. O, həmçinin ibtidai istintaqdakı ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin günü saat 17:00-dv Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən Azərbaycan Resbulikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ.v. 20) 09 avqust 2023-cü il tarixli Yasamal Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 07 avqust 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs qətimkan tədbiri seçilərkən özünü təqsirli bilmiş, iranlı şəxsin ona belə bir təklif etməsini, narkotiki götürüb özündə saxlamasını, iranlının dediyi şəxsin gəlib ondan narkotik götürəcəyini bildirmişdir. (i.v 97- 98) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4222 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Zərflər üçün № 7 dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd polietilen torbada- üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar“ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 11,169 qram olan qəhəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbada 1 (bir) ədəd selofa bağlamada təmiz çəkisi 1490 qram olan qəhvəyi rəngli maddə kustar üsülla hazırlanmış narkotik vasitəheroindir, 01 (bir) ədəd selofan bağlamada təmiz çəkisi 1005 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim olunmuş 01 (bir) ədəd selofan bükümdə və 01 (bir) ədəd selefon bağlamada olan heroin xarici görünüşü əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eynidirlər. Təqdim olunmuş 01 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadır. (i.v 42-46) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 02 sentyabr 2023-cü il tarixli, 5650 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. (i.v: 178-179) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazriliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli 3-16-16-5/1167/2023 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təhsiz olunmuş «Samsung Galaxy A01 Core» markalı, «SM-A013F/DS» modelli «**********44247» və «**********44247» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «Samsung Galaxy A01 Core» markalı, «SM-A013F/DS» modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövsud olan və qismən pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən «Report-Hesabat» hesabat «Ekspertiza 5-1167» adlı iş çantasında bir ədəd «DVD-R» tipli diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Rəyin «Tədqiqi hissəsi»-nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «Samsung Galaxy A01 Core» markalı «SM-A013F/DS» modelli mobil smartfonun tam yaddaşının bütün sahələri üzrə hər hansı bir (telefon kitambçası, SMS mesajlar, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, aidio və video fayllar, «Whatsapp» «Whatsapp Business» proqramı üzrə tədqiqatın aparılması mümkün olmamışdır. (İ.v. 180-184) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 sentyabr 2023-cü il tarixli 2591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadar. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (188-189) İş materiallarında olan 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən tərtib olunmuş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmçinin şalvarın sol arxa cibindən 01 ədəd üzərində «Samsung» markalı mobil telefonu, 02 ədəd üzərində 4169 7388 6294 4987 və 4169 7388 3890 8345 seriya nömrəsi olan plastik bank kartını, 10 manat pulu və 01 ədəd açar aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər maddənin qablaşdırma ilə birlikdə 13 (on üç) qram olması müəyyən edildi. (i.v 29-31). İş materiallarında olan cinayət işinin istintaq materiallarına əlavə olunmuş 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən tərtib olunmuş «evə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 164 nömrəli ünvanda olan mənzilin girişində olan otağın sol tərəfində olan stulun altından 01 (bir) ədəd narıncı rəngli torbanının içərisindən 01 (bir) ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə və 01 (bir) ədəd bükümdə psixotrop maddəyə oxşar aşkar olunaraq götürülmüşdür. Heroinə bənzər kütlə eletron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə 01 kq 512 qram (bir kq beş yüz on iki) qram, psixotrop maddə metamfeteminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 01 kq 25 qram (bir kq iyirmi beş) qram olması müəyyən edilmişdir. (i.v 34-35) Şəxsi axtarış protokoluna əlavə olunmuş elektron məlumatların əks olunduğu 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, DİN-nin BNMİ-nin Təhqiqat Qurupunun baş təhqiqatçısı, polis kapitanı X12 DİN-nin BNMİ-nin xidməti otaqların birində özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 246.4-cü maddələrini rəhbər tutaraq DİN-nin BNMİ-nin x.m.i.ü. baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasını, şəxsi axtarış və götürmə zamanı video görüntünün DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən həyata keçirilməsi qeyd edilir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlanılaraq DİN-nin BNMİ-nin inzibati binasına dəvət edilməsini və şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüququ vəzifələrinin izah olunması elan edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, həmin şalvarın sol arxa cibindən 01 ədəd üzərində «Samsung» markalı mobil telefonu, 02 ədəd üzərində 4169 7388 6294 4987 və 4169 7388 3890 8345 seriya nömrəsi olan plastik bank kartını, 10 manat pulu və 01 ədəd açar təqdim edərək masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər maddənin qablaşdırma ilə birlikdə 13 (on üç) qram olması müəyyən edildi. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilmədi. Həmin büküm 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi və götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddənin heroin olduğunu, həmin maddəni tanıdığı İran İslam Respublikası vətəndaşı «Bəhmən» adlı şəxsin vasitəsi ilə 01 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürüb deyiləcək şəxsə çatdırıb 500 (beş yüz) manat pul qazanmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, narkotik vasitə heroindən istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ***-***-**-** nömrəsindən istifadə etdiyini, Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı evdə narkotik vasittə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirdi. (İ.v 152- 153) Evə baxış keçirilməsi protokoluna əlavə olunmuş elektron məlumatların əks olunduğu 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, DİN-nin BNMİ-nin Təhqiqat Qurupunun baş təhqiqatçısı, polis kapitanı X12 DİN-nin BNMİnin xidməti otaqların birində özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 246.4-cü maddələrini rəhbər tutaraq DİN-nin BNMİ-nin x.m.i.ü. baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə baxış keçirilməsi və götürmə aparılmasını, baxış keçirilməsi və götürmə zamanı video görüntünün DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən həyata keçirilməsi qeyd edilir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixdə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlanılaraq DİN-nin BNMİ-nin inzibati binasına dəvət edilməsini və şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüququ vəzifələrinin izah olunması elan edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin girişindəki tək otağın sol tərəfində olan stulun altında gizlətdiyi 01 (bir) ədəd narıncı rəngli torbanı təqdim edərək masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisindən 01 (bir) bükümdə içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər maddə, 01 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 (bir) ədəd elektron tərəzi aşkar olundu. Heroinə bənzər kütlə eletron tərəzidə çəkildi, qablaşdırma ilə birlikdə 01 kq 512 qram (bir kq beş yüz on iki) qram, psixotrop maddə metamfeteminə bənzər kütlə elektron tərəzidə çəkildi,qablaşdırma ilə birlikdə 01 kq 25 qram (bir kq iyirmi beş) qram olması müəyyən edildi. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildi və qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilmədi. Həmin büküm 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi və götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan maddələrin tanıdığı İran İslam Respublikası vətəndaşı «Bəhmən» adlı şəxsin vasitəsi ilə 01 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əvəlcədən təyin edilmiş yerdən götürüb deyiləcək şəxsə çatdırıb 500 (beş yüz) manat pul qazanmaq və istifadə etmək məqsədi ilə əldə etdiyini, narkotik vasitə və psixotrop maddə saxlaması barədə heç kimin məlumatı olmadığını bildirdi. Video çəklişlə aparılmış baxış keçirilməsi və götürmə bitdikdən sonra protokol tərtib edilməklə iştirakçılara ucadan oxundu, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah oldudu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edildi. (i.v 155-156) İş materiallarında olan təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A01 Core” markalı mobil telefon aparatına baxış keçirilməsinə dair protokoldan görünür ki, mobil telefonu “Samsung Galaxy A 01” markalı olmaqla ön və arxa tərəfi parlaq göy rənglidir. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Beləliklə, mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Mobil telefonu açıb “menyu” bölməsinə daxil olduqdan sonra ilkin olaraq “ismarıc” qutusuna, “fotoşəkil” bölməsində fotoşəkillər qutusuna, “daxil olan və çıxan zənglər” siyahısında istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı nömrələr aşkar edilmədi.“Whatsapp” sürətli yazışma sosial şəbəkə tətbiqetməsinə baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir: 07 avqust 2023-cü il tarixdə saat 16:07-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********20 mobil nömrəsinə “Behbeh” adı ilə qeydiyyata salınmış +**********10 mobil nömrəsindən «Qardaş,» saat 17:13-də «Qardaşım. yeq. Men» saat 17:52-də «Berat qvqaiş.Yeq.Mən» saat 18:01-də «Qardaşım salamatçılıqdı. Yeq.Mən» 08 avqust 2023-cü il tarixdə saat 16:53-də «Salam» məzmunlu ismarıc, 07 avqust 2023-cü il tarixdə saat 16:07-də Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********20 mobil nömrəsinə “Cavid” adı ilə qeydiyyata salınmış +**********67 mobil nömrəsindən «Miri,» «Allaha and olsun» saat 16:16-da «Ay qardaş» saat 16:16-da qarşı tərəfdən buraxılmış səsli zəng, 08 avqust 2023cü il tarixdə saat 15:49-da «Miri salam alekum», «Neynirsən?, Necəsən?» «Yasamaldayan şey istəyən olseydi vererdiy» məzmunlu ismarıc, 07 avqust 2023-cü il tarixdə saat 15:08də Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********20 mobil nömrəsinə “Ramal Terlan” adı ilə qeydiyyata salınmış +**********17 mobil nömrəsindən «qaqaş yekə oğlansan, mən səninlə dünən söhbət elədim, arxayın oldum sənə, yığıram götürmürsən, adboy verirsən, nə bilim özün sonra yığmırsan, bes belə eliyərlər qağa, vaxtın yoxdur, başın qarşıqdır, de, yani ki, alınmırdısa qaqaş bir kəlmə, yığ, ya yığıram görüt telefonu cvab bir kəlmə di qaqaş məndə bilim, mən axır səninlə söhbət eləmişdim axı, ay Şahin olmadı ki, seyid sən belə oğlan deyilsən axı» məzmunlu səsli ismarıc, saat 15:45-də qarşı tərəfdən «qaqa diyirsənə qərdəşim, ondan vacib işlərim var onları həll edirəm, başa düşürsən, belə pis çıxmasın insanın hamısından əvvəl insanın evinin içidir, səndə mənim qərdəşim, mən sənə deyirəm prablem var, məsləhət deyəndəki qaqaş, mənimlə nə məsləhət etmişik, neynəmişik ki, dedin mənimlə əlaqə saxlayarsan, dedim qret eliyərikdə, sənə yazdım ki, qərdəşim problem var, söhbət eliyərik sonra» məzmunlu səsli ismarıc, saat 15:46-da «belə nə söz qulluğun var ay ağa, sənin başına dönüm, deyioləsi sözün qulluğun varsa, qaqaş deginən, əlimizdən gələn qərdəşdiyi edək brat» məzmunlu ismarıc, saat 16:27-də «qardaş əlbəddəki, necə birinci ailədir, birinci evin içidir brat, mən bilmirdim axı, mən elə bildim ki, nesə belənçinə hardasan, başqa yerdəsən yani, əlbəddə ki, vacib olan birinci ailədir,allah köməyin olsun, yani o barede demirəme yetim, məni arxayın etdin, yəni söhbət eədik, binə səninlə danışmışamda yəni, ona görə deyirəm ki, bidənə yani, səninlə arxayın oldum, səndən də xəbər çıxmadı, yəni məni düz başa düşəsən, qaqaş söz qulluq deyəndəki, allah köməyin olsun, allah canını saq etsin, var ol, yetim mən götürmüşəm mal, hardasa 5 dənə daş varda,başa düşdün, sən mənə köməklik elə yetim, mənimdə sənə köməkliyim dəyərdə, sən mənə köməklik edəndən sonra, deyir əl əli yuyar, əldə qayıdıb üzü, köməklik elə mənə, bunları verəkdə kiməsə, verək getsin qaqaş, belə yani qardaşın sənə torpaq düz qoş edər, pul parada paylaşaramda səninlə, bölüşərəmdə sənlə, prosta bunu verəkdə getsin» məzmunlu səsli ismarıc müəyyən olundu. (i.v 75-80) İş materiallarında olan məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə daxil olmuş xx.xx.2023-cü il tarixli 18333 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının, SMS-lərin əks olundağa diskə keçirilmiş baxış protokolundan və ona əlavə edilmiş SMS-lərin siyahısından görünür ki, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. Hazırda ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan şəxslərin istifadəsində olan mobil nömrəsindən 01 yanvar 2022-ci il tarixdən 08 avqust 2023-cü il tarixə qədər müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə aşağıdakı fərqli danışıqlar və sms yazışmaları aparılmışdır. Belə ki, xx/xx/2022, 22:29:18, **********20, **********55, Brat yatib qalmiwam pulu duzelde bilmemiw eme uzurlu say qardawimsan gorum duzub qowa bilsem getirib vererem, xx/xx/2022, 11:28:49, **********20, **********00, Brat menem miridi sivyaz ele meynen tema var, xx/xx/2022, 11:37:07, **********20, **********00, Brat caliw tez gel yig bu nomreni tema axtarma var mende, xx/xx/2022,13:47:59, **********20, **********37, Brat mene he yox dede qerdewim, xx/xx/2022,16:51:42, **********20, **********00, Brat getir verde bu s…i evde mamawaynan uz goz olmuwam deyir aparib mala vermisen qirgindayam senol, xx/xx/2022,00:03:05, **********20, **********00, Bro hazirliyir goturub pramoy gellem eliwka terefe, xx/xx/2022, 20:33:29, **********30, **********, Brat 2 3 tusdu nese olsa qurban olum xeber elede olurem evde ananasdi sikaretimde var, xx/xx/2022, 20:00:17, **********83, **********20, Qaqash 2 denede teker isdiyireme, xx/xx/2022, 20:00:38, **********83, **********20, Pul tapdım, xx/xx/2022,20:33, **********, **********, Qaqash he yox dede mene, xx/xx/2022, 16:40:31, **********20, **********56, Hardasan mal atdiririg 50 manat catmir saat 10 a kimi qaytararig, xx/xx/2022, 18:41:29, **********20, **********74, Brat menem wahindi. Acda 10 lug qum lazimdi oldum brat lomkadan, xx/xx/2022, 18:55:38, **********74, **********20, Hardasan qaqas vallah dunen tutmusdullar meni sukur gucnen cixdim, xx/xx/2022, 18:57:11, **********20, **********74, 158 mektebin qabagindayam olurem brat lomkadan 10 manatim var, xx/xx/2023,17:16:29, **********87, **********20,Alindira bilirsen balamcani 10 manat saba mende, xx/xx/2023, 23:25:33, **********70, **********20, 6 man at karta sennende bunnan sora iw gormerem men kutardi haqq hesabmiz, xx/xx/2023, 17:33:30, **********20, **********56, Ay zoma tez gelde 10m pul var, xx/xx/2023, 19:36:44, **********36, Ate 27 manatdiya yari, xx/xx/2023, 12:36:54, **********, Brat pulu vurma karta, xx/xx/2023, 14:02:21, **********53, **********20, 10m varimdi daş tapmaq olar, xx/xx/2023, 15:01:33, **********53, **********20, Miri bayaq dediyim qalsın başva dönüm uje gec oldu deye hemde telef, xx/xx/2023,16:28:12, **********53, **********, Miri hardasan, xx/xx/2023, 16:58:42, **********53, **********20, 10luq daş götürmey olar, xx/xx/2023, 20:31:04, **********70, **********20, Qaqaaw 15 man pul var ozumdedi bu deq nese elemey olar?, xx/xx/2023, 19:08:14, xx/xx/2023,19:46:47, **********87, **********20, Ay qardawim men niye borujdi cixardirsane usdum qurujoni diyanmiwam burda seherden diyirdun pul mendedi yer tapmiram vurmaxa indide diyirsen karti atmiwa, xx/xx/2023, 15:29:33, **********87, **********20, Brat nadirden en uzaxi 1saatdix 1qiram kola alda 1saata en uzaxi 40 manat vurarixda elim bow qalmasin, xx/xx/2023, 23:07:39, **********53, **********20, Senle tekbetek iwim var senol sevindirecem daw duz qow ele, xx/xx/2023, 09:04:33, **********20, **********99, Ayqaqaw sivyaza cix pulu catdir seynen soz daniwdig axi acda bu s…i qalmiwam pis veziyetde, xx/xx/2023, 16:41:29, **********73, **********20, 30 manat düzəlir.Harda gorusey?, xx/xx/2023, 02:03:21, **********53, **********20, Brat 10 luq saxla evde seher gotrecem heminki temadan verme qardawimsan, xx/xx/2023, 13:18:46, **********53, **********20, Eli 10luq daw isdiyir, xx/xx/2023, 14:56:11, **********53, **********20, Dunen weyko deyiwen gelir bura demiwem ona 1 baw kk deyiwmeyi gelir bura caliw royala dey gel, xx/xx/2023,09:39:36, **********64, **********20, WAHİN SALAM NECESEN HARDASAN AY KERA OKİ SENENDİ? məzmunlu ismarıclar müəyyən olunmuşdur. (İ.v.133-149). Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 1501,169 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin və 1005 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 1501,069 qram narkotik vasitə heroin və 1004,950 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v 244) Cinayət işi üzrə “Şəxsi axtarış və götürmə” və “evə baxış keçirmə və götürmə aparılması” istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və video görüntüləri özündə əks etdirən 02 (bir) ədəd CD disk və kompüter-texniki ekspertizasından daxil olmuş 01 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v 154,157,186) Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD iş üzrə maddi sübut kimi tanınmış və ayrılmış cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v 136). Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung Galaxy A01 Core” markalı mobil telefon aparatı və 02 (bir) ədəd “Kapital Banka” aid 4169-7388- 6294-4987 və 4169-7388-3890-8345 seriya nömrəli bank kartı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ayrılmış cinayət işinə əlavə olunmuşdur. (i.v197- 217) Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. (i.v 124). İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023cü il tarixli qərarından görunur ki, DİN-nin BNMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cu il tarixli qərar qanuni hesab edilmişdir. (i.v 49) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 adında övladları vardır. (i.v 193) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin külli miqdar, 2-ci siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişdə üzərindən çıxan heroini təqdim etmiş və evində də naroktik vasitə olmasını bildirmişdir. Bundan sonra özünün könüllü razılığı ilə evinə də videoçəkilişlə baxış keçirilmiş, evindən heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Hər iki videoçəkiliş zamanı hər hansı pozuntuya yol verilməmişdir. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarı ilə də İN-nin BNMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cu il tarixli qərar qanuni hesab edilmişdir. Həmçinin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı evindən çıxan narkotik vasitəni və psixotrop maddəni mübahisələndirməsə də, üzərindən hər hansı narkotik vasitə aşkar edilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən heroinin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik və psixotrop maddələrin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü əvvəlcə könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmiş, daha sonra evində də narkotik vasitəni saxlamasını bildirmiş, özünün də qeyd etdiyi kimi həmin vaxtı ona polis əməkdaşları tərəfindən hər hansı təzyiq edilməmişdir. Beləliklə də, istər təqsirləndirilən şəxsin özünün ifadəsi, istərsə də digər sübutlarla Təqsirləndirilən şəxs heroini və metamfetamini əldə etməsi, saxlaması və daşıması təsdiq olunur. Verilmiş ittihamda Təqsirləndirilən şəxs qabaqcadan bir qrup şəxs tərəfindən qeyd olunan cinayəti törətməsi göstərilmiş və məhkəmə həmin ittihamın doğru olması qənaətinə gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarında da göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsindən də aydın olur ki, o, İran İslan Respublikasının Bəhmən adlı vətəndaşı ilə İnstagram sosial şəbəkəsi vasitəsi ilə təxminən 1-2 ay əvvəl tanış olmuş, 07 avqust 2023-cü il tarixdə həmin şəxs ona zəng edərək mal olmasını, götürmək lazım olmasını bildirmiş, götürəcəyi halda 500 manat dəyərində mal verəcəyinə söz vermiş, narkotiki 1 gün ərzində özündə saxlamağı, sabahısı gün 1 nəfərin gəlib götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilən zamanı da sonuncunun +**********20 mobil nömrəsi ilə Votsap tətbiqində “Behbeh” adı ilə qeydiyyata salınmış +**********10 mobil nömrəsi (İran İslam Respublikasına məxsus mobil nömədir) arasında yazışma olması müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bəhmən (telefonda Bəh-bəh adı ilə qeyd edib) adlı şəxs narkotik vasitəni əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədinin olmasının sübuta yetirilməsini araşdırmalıdır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində narkotik vasitələrin saxlanılması və başqa bir şəxsə verilməsi müqabilində İran vətəndaşı Bəhmən adlı şəxsdən 500 manat alacağı barədə razılaşmalarını bildirmiş, məhkəmə baxışı zamanı ifadəsində isə 500 manat dəyərində narkotik vasitə qarşılığında razılaşmasını göstərmişdir. Hər iki halda da Təqsirləndirilən şəxs edəcəyi hərəkətin müqabilində mənfəət, qazanc güdmüş və bu da onun satış məqsədi olmasına dəlalət edir. Təqsirləndirilən şəxs satış məqsədi olmasını təsdiq edən başqa bir sübut sonuncuya məxsus mobil telefonun Votsap yazışmaları və mobil nömrəsi ilə apardığı SMS yazışmalarıdır. Belə ki, Votsapda «Miri salam alekum», «Neynirsən?, Necəsən?» «Yasamaldayan şey istəyən olseydi vererdiy» məzmunlu ismarıc, 07 avqust 2023-cü il tarixdə saat 15:08-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrəsindən “Ramal Terlan” adı ilə qeydiyyata salınmış ********** mobil nömrəsinə «…dedin mənimlə əlaqə saxlayarsan, dedim qret eliyərikdə, sənə yazdım ki, qərdəşim problem var, söhbət eliyərik sonra» məzmunlu səsli ismarıc, qarşı tərəfdən «…yetim mən götürmüşəm mal, hardasa 5 dənə daş varda, başa düşdün, sən mənə köməklik elə yetim, mənimdə sənə köməkliyim dəyərdə, sən mənə köməklik edəndən sonra, deyir əl əli yuyar, əldə qayıdıb üzü, köməklik elə mənə, bunları verəkdə kiməsə, verək getsin qaqaş, belə yani qardaşın sənə torpaq düz qoş edər, pul parada paylaşaramda səninlə, bölüşərəmdə sənlə, prosta bunu verəkdə getsin» məzmunlu səsli mesaj göndərilmiş, həmçinin “"xxxx" MMC-dən əldə edilmiş SMS məlumatlarında isə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən istintaqa məlum olmayan şəxslərin istifadəsində olan mobil nömələrə “Brat menem miridi sivyaz ele meynen tema var», «Brat caliw tez gel yig bu nomreni tema axtarma var mende», «Brat mene he yox dede qerdewim», «Hardasan mal atdiririg 50 manat catmir saat 10 a kimi qaytararig», «Brat menem wahindi. Acda 10 lug qum lazimdi oldum brat lomkadan», «158 mektebin qabagindayam olurem brat lomkadan 10 manatim var», «Ate 27 manatdiya yari», “Ayqaqaw sivyaza cix pulu catdir seynen soz daniwdig axi acda bu s..i qalmiwam pis veziyetde» məzmunlu mesajlar, Təqsirləndirilən şəxs qeyd olunan nömrəsinə ayrı-ayrı şəxslərə məxsus nömrələrdən «Brat 2 3 tusdu nese olsa qurban olum xeber elede olurem evde ananasdi sikaretimde var», “Alindira bilirsen balamcani 10 manat saba mende», «6 man at karta sennende bunnan sora iw gormerem men kutardi haqqhesabmiz», “10m varimdi daş tapmaq olar», «10luq daş götürmey olar», «Qaqaaw 15 man pul var ozumdedi bu deq nese elemey olar?», “Ay qardawim men niye borujdi cixardirsane usdum qurujoni diyanmiwam burda seherden diyirdun pul mendedi yer tapmiram vurmaxa indide diyirsen karti atmiwa», “Brat nadirden en uzaxi 1saatdix 1qiram kola alda 1saata en uzaxi 40 manat vurarixda elim bow qalmasin», «Senle tekbetek iwim var senol sevindirecem daw duz qow ele», «30 manat düzəlir.Harda gorusey?», “Brat 10 luq saxla evde seher gotrecem heminki temadan verme qardawimsan”, “Eli 10luq daw isdiyir” mesajlar daxil olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində kolanın heroinə, daşın metamfetaminə deyilməsini, tema dedikdə narkotik nəzərdə tutulmasını bildirmişdir. Göründüyü kimi həmin yazımaşalarda ayrı-ayrı şəxslər pul müqabilində Təqsirləndirilən şəxs heroin və metamfetamin alınması üçün muraciətlər edir, ona psixotrop maddənin satmaqla köməklik etməyi xahiş edir, Təqsirləndirilən şəxs isə qarşılıqlı cavablar vermiş, ayrı-ayrı şəxslərə onda narkotik mənasını verən tema olmasını, başqa yerdə axtarmamasını, pulu çatdırmağı bildirmişdir. Təqsirləndirilən şəxs satış məqsədini təsdiq edən digər bir sübut onda aşkar olunmuş narkotik vasitənin çəkisi ilə bağlıdır. Belə ki, onda 1501,169 qram heroin və 1005 qram metamfetamin aşkar edilmiş, hər ikisi üçün şəxsi istehlak miqdarından artıq olan miqdarın 0,15 qram olmasını nəzərə alsaq və hətta gün ərzində üç dəfə bu miqdarın qəbul edildiyini qəbul etsək belə onda aşkar edilmiş heroin 3335 gün (təxminən 9 il), metamfetamin isə 2233 gün (təxminən 6 il) istifadəyə bəs edər. Ona görə də, Təqsirləndirilən şəxs bu qədər narkotik və psixotrop maddəni bu qədər müddətə şəxsi istifadə üçün əldə edib saxlaması inandırıcı ola bilməz. Bundan əlavə 01 (bir) ədəd qara rəngli üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzinin aşkar edilməsi də Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədilə özündə saxlamasına dəlalət edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini törətməsini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 07 avqust 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından qalıq qalmış 1501,069 qram narkotik vasitə heroin və 1004,950 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron məhv edilməli, sinayət işi üzrə “Şəxsi axtarış və götürmə” və “evə baxış keçirmə və götürmə aparılması” istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 (bir) ədəd CD disk və kompüter-texniki ekspertizasından daxil olmuş 01 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD iş cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına və məhkəmə kompüter ekspertizasına sərf edilmiş ümumilikdə 165 (yüz altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından qalıq qalmış 1501,069 qram narkotik vasitə heroin və 1004,950 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin, “Şəxsi axtarış və götürmə” və “evə baxış keçirmə və götürmə aparılması” istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 (bir) ədəd CD disk və kompüter-texniki ekspertizasından daxil olmuş 01 (bir) ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD iş cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına və məhkəmə-kompüter ekspertizasına sərf edilmiş ümumilikdə 165 (yüz altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 252(iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədirlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-2253/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2253/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver