Məhkəmə qərarları › İş №1(101)-2253/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2253/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2253/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozunda yerləşən evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 may 2024-cü il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 46 saylı tam orta məktəbin yaxınlığında ona xx.xx.2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan bacısı Şahid2 ilə telefon əlaqəsi saxlayıb görüşməklə danışmasını irad tutub belə hərəkətlərinə son qoymasını haqlı tələb edən Zərərçəkmiş şəxs ona dediyi “şərəfsiz” sözlərini cüzi səbəb kimi bəhanə edərək etiraz əlaməti olaraq mübahisə yaradıb yaxasından yapışmaqla qəsdən qisas almaq üçün Təqsirləndirilən şəxs əvvəlcədən özü ilə gətirib şalvarının arxasından belinə taxıb üzərində gizlədərək gəzdirdiyi istintaqla dəqiq müəyyənləşdirilməsi mümkün olmayan, lakin istintaqa təqdim olunmuş zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə eyni tipli digər mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qrın nahiyəsindən ani olaraq qəsdən bir dəfə vurub ona “S-vari” bağırsağın yaralanması ilə müşayət olunan qarının ön divarının sol yarısının daxilinə (qarın boşluğuna( nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnib həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun 22 yaşı var, subaydır, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, Füzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif edilmişdir. Əslən Lerik rayonu, Məhləabad kəndindən olsa da faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozunda yaşamaqla fəhləliklə məşğul omuşdur. Bu iş üzrə şahid keçən Şahid2 Binə qəsəbəsində yerləşən gözəllik salonunda işlədiyini görmüş, həmin qızdan xoşu gəlmiş, onun telefonunu özündən alaraq zəngləşmiş, bir neçə dəfə evlərinin yanında görüşmüşdür. Ona qarşı fikri ciddi olmuş, Fatimə ilə ailə qurmaq istəmişdir. Axırıncı dəfə Fatimə ilə sonuncunun yaşadığı evin yanında görüşən zaman Fatimənin anası bunu görmüş, Fatiməyə onunla əlaqə saxlamağa və görüşməyi qadağan etmişdir. Hadisədən bir neçə gün əvvəl isə Fatimənin qardaşı Telman ona zəng etmiş, kim olması ilə maraqlanmış, onunla görüşmək istədiyini bildirmişdir. O da buna etiraz etməmiş, xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Binə qəsəbəsində yerləşən 46 saylı orta məktəbin yaxınlığında Telmanı gözləmiş, Telman şəxsi maşını ilə onun yanına gəlmiş, ona maşina əyləşib harasa getməyi təklif etmiş, o, razı olmadıqda Telman maşından enib ona yaxınlaşmış, sinəsindən dartmış, ona şərəfsiz demiş, o da bu təhqirə görə əvvəlcədən görüşə gələn zaman götürdüyü mətbəx bıçağı ilə bir dəfə Telmanın qarnının sol tərəfinə xəsarət yetirərək hadisə yerindən qaçmışdır. Qaçan zaman bıçağı su kanalına atmış və könüllü gedərək polisə təslim olmuşdur. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Belə ki, bu iş üzrə şahid keçən Şahid2 onun doğma bacısıdır, Fatimənin 17 yaşı vardır. Hadisədən bir neçə gün əvvəl evdə Fatimənin mobil telefonuna baxarkən onun Xəyal adlı şəxslə yazışmasını görmüş, Fatiməyə və digər ailə üzvülərinə bir söz demədən Xəyala zəng etmiş və ona Binə qəsəbəsindəki 46 saylı orta məktəbin yanında gecə vaxtı görüş təyin etmişdir. Məqsədi Xəyalın kim olmasını, yetkinlik yaşına çatmayan bacısından nə istəməsini öyrənmək olmuşdur. 12 may 2024-cü il tarixdə gecə saat bir radələrində idarə etdiyi Mersedes markalı maşınla həmin məktəbin yanına gedərək Xəyalı həmin yerdə görmüş, maşını onun yanına sürərək ona maşına əyləşməyi demişdir. Sonuncu maşına əyləşməkdən imtina etdiyi üçün maşından enərək Xəyala yaxınlaşıb sinəsindən dartaraq ona şərəfsiz deyə müraciət etmişdir. Həmin sözdən sonra Xəyal qəflətən üzərindən çıxardığı bıçaqla onun qarnının sol hissəsindən vuraraq oradan qaçıb getmişdir. O, maşına minib bir az hərəkət etmiş, lakin halının pisləşdiyini hiss edərək dostu Şahid1 zəng edib yanına gəlməyini xahiş etmişdir. Cabir gəlib onun maşınını idarə edərək onu xəstəxanaya aparmışdır. Orada o, əməliyyat olunmuş, hal-hazırda vəziyyəti yaxşıdır, Təqsirləndirilən şəxsla barışmış və barışıq ərizəsini müstəntiq Elmir Ələsgərova təqdim etmişdir. Hal-hazırda da heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, xəsarət alan şəxs X7 onun qardaşıdır. xx.xx.2024-cü il tarixdən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və bir-birilərini bəyəndikləri üçün “Whatsapp” sosial platforması vasitəsilə onunla əlaqə saxlamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə “Whatsapp” vasitəsilə Təqsirləndirilən şəxsla əlaqə saxlayarkən anası X4 bunu aşkarlamış və bu barədə qardaşı X5 bildirmişdir. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi , Hövsan südçülük sovxozu, “Laçın” məktəbinin yaxınlığında bıçaq zərbəsi ilə qarın boşluğuna bir dəfə xəsarət yetirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o Zərərçəkmiş şəxs dostudur, 12 may 2024-cü il tarixdə saat 01:28-də Telman ona zəng edərək onu Binə qəsəbəsi, Mehriban qonşular küçəsinə gəlməsini, ona xəsarət yetirildiyini bildirmişdir. O dərhal həmin ünvana gedərək Zərərçəkmiş şəxs sonuncunun avtomaşını ilə xəstəxanaya aparmış, Telman bacısına telefonla zəng edib narahat edən şəxs tərəfindən bıçaqlandığını demişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 02:55 radələrində 3 №-li BSX t/b Novruzovadan daxil olmuş məlumatda Zərərçəkmiş şəxs qarnın sol yanının kəsilmiş deşilmiş yarası xəsarəti alması ilə bağlı məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 13 may 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 X13 X9 daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-17/2- saylı arayışdan müəyyən olunur ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 01:50-də “Qarnın ön divarının sol yarısının daxilə nüfuz edən (01 ədəd) kəsilmiş-deşilmiş yarası. S vari bağırsağın yaralanması” diaqnozu ilə stasionar müalicə almışdır. X/T 1692. Küçə hadisəsi. Məhkəmədə elan edilib araşdırılmış «həbs qətimkan tədbirinin seçilməsi barədə» Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 613 nömrəli rəyindən müəyyən olunur ki,

1. 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - “S-vari” bağırsağın yaralanması ilə müşayiət olunan qarnın ön divarının sol yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun “X13” X16 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aiddir.

2. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət kənar şəxs tərəfindən yetirilmişdir.

3. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarət ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də o tipli bıçaqlarla yetirilə bilərdi. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə tibbi-bioloji-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 278-MTKŞ/2024 nömrəli rəyindən müəyyən olunur ki, İ. 1. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol aşağı nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişdir. Köynək üzərində olan deşilmiş-kəsilmiş zədə ekspertizaya tqdim edilmiş bıçağın tiyəsinin təsirindən və törənməsi inkar olunur.

2. Ekspertiza təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnın ön divarının sol yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. İİ. 1. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji maddi sübutların ekspertizasının xx.xx.2024-cü il tarixli, 405/2024-MTBŞ nömrəli rəyindən müəyyən olunur ki,

1. Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə - B alva (İİİ).

2. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş Zərərçəkmiş şəxs köynəyi üzərində insan qanı ləkəsi aşkar olundu. Köynək üzərində olan qan ləkəsində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda B alfa (İİİ) qrupunu xarakterizə edən B antigeni və alfa aqqlyutinini alındı. Beləliklə, bu qan B alfa (İİİ) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bıçaq üzərində məhkəmə-tibbi tədqiqat zamanı qan aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2402 nömrəli rəyindən müəyyən olunur ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmçinin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işinin materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosionallıq, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Lerik rayon İcra Hakimiyyəti başçısının Kələxan kənd Ərazi İcra Nümayəndəliyidən daxil olmuş xx.xx.2024-cü il tarixli 5-65-20/2/52/2024 №-li xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2ci Qarabağ döyüşlərində iştirak etmiş, döyüşlərdə şücaət göstərdiyinə görə medallarla təltif edilmişdir. Lerik rayonu Kələxan kənd ərazisində yaşadığı müddətdə nümunəvi əxlaqı ilə ictimaiyyət arasında hörmət qazanmışdır. Kələxan ərazi nümayəndəliyi tərəfindən verilən bütün tapşırıqları layiqincə yerinə yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Medalınının İ-8247 və İ- 4502 №-li vəsiqələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, Fizuli və Xocavəndin azad olunması medalları ilə təltif olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli 9114 №-li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adı yuxarıda qeyd olunan xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmək haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 cinayət işinin materialları ilə tam tanış olmuş, cinayət işinin materialları ilə razıdırlar, iş üzrə heç bir şikayət, etiraz, əlavə və vəsatətləri yoxdur, təqsirləndirilən şəxs cinayət işinin məhkəməyə göndərilməsinə etiraz etmir, razıdır, qeyd edilənləri öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən və Bakı Ağır Cinayətlər məhkəməsində xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışlamış, ona qarşı iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq maddi sübut hesab edilməmiş, sübutların siyahısından çıxarılmış, Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli, qısaqol köynək üzərində cinayət hadisəsinin əlamətlərini daşıdığından maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ilk məhkumluğunu, müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla yanaşı Fizuli və Xocavəndin azad olunması medalları ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən isə 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı zərərçəkmiş şəxs tərəfindən hər hansı bir təhlükə olmasına baxmayaraq sonuncu ilə görüşə bıçaqla getməsini və həmin bıçağı zərərçəkmiş şəxsin bacısına görə irad tutmaqla tənbeh etməsinə görə həmin bıçaqla xəsarət yetirməsini zərərçəkmiş şəxsi köməksiz vəziyyətdə qoyaraq hadisə yerini tərk etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etdikdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 may 2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş sübutların siyahısından çıxarılmış və Bakı şəhəri Xəzər RPİnin maddi sübutları saxlama otağına təhvil verilmiş 01 ədəd məişət təyinatlı mətbəx bıçaq və üzərində cinayət hadisəsinin əlamətlərini Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli, qısaqol köynək məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsəibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Mətanət Böyükağa qızı üçün isə 300 (üç yüz) manat Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmiş sübutların siyahısından çıxarılmış və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 01 ədəd məişət təyinatlı mətbəx bıçaq və üzərində cinayət hadisəsinin əlamətlərini Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli, qısaqol köynək məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi Mətanət Böyükağa qızı üçün 300 (üç yüz) manat Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar