Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2255/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X11 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X4 üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu Naradaran qəsəbəsi «Ləhic Bağları» yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, «Ləhic Bağları» yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin həyətində tikdirdiyi, pəncərəsi və dam örtüyü olmayan bir mərtəbəli yarımtikilinin içərisində əkilib becərilməsi qadağan olunmuş 150 (bir yüz əlli) ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini diblərini suvarmaqla və yumşaldmaqla əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq göstərib 12 iyun 2023-cü il tarixədək kultivasiya etmiş, “Xaş-xaş-2023” şərti adlı tədbirlər planının icra edilməsi məqsədi ilə qrupların yaradılması haqqında” xx.xx.2023-cü il tarixdə Sabunçu rayon Polis İdarəsində təsdiq olunmuş 3-13-49/Ə453/2023 nömrəli əmrə əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə əldə olunmuş əməliyyyat məlumatının yoxlanılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 21:30-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsi, «Ləhic Bağları» yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin həyətində Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış baxış və axtarış zamanı həyətdəki pəncərəsi və dam örtüyü olmayan, bir mərtəbəli yarımtikilinin içərisində onun tərəfindən əkilib-becərilməklə kultivasiya edilmiş, yaş halda ümumi təmiz çəkisi 6 kiloqram 150 qram olan 150 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, əlinə toxum düşmüş, balaca bir yerdə əkmişdir.Qulluq etməmiş, balaca bir 3 kvadratlıq yerdə toxumu atmış və çıxmışdır. Özü üçün əkmişdir. Nə satış məqsədi olub, nə də heç bir şey. Narkotiki əkdiyi yer yaşayış yeridir. Su heç verilməmşdi. Onun iştirakı ilə baxış keçirilmişdir. Ona təzyiq edən olmamışdır. İstintaqda bu barədə ətraflı ifadə vermişdir və həmin ifadəsini təsdiq edir. Aşkar olnuna narkotikin sayısında problem yoxdur, təxminən 150-ə qədər olmuşdur. 1 kq onun üçün hardasa 2 və ya 3 ay bəs edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının sonlarında hazırda marşrut nömrəsi yadında qalmayan avtobusla evə gedərkən əyləşdiyi oturacağın qarşısındakı oturacağın alt hissəsindən sellofan torba tapmış, həmin torbanı açdıqda içərisində narkotik vasitə olan marixuananın toxumları olmasını görmüş, həmin sellofan torbanı özü ilə götürüb yaşadığı ünvana gətirmiş, düşünmüşdür ki, pul verməkdənsə özü marixuananı həyətində əkib becərsin və rahat istifadə etsin. Bu niyyətlə xx.xx.2023-cü il tarixdə həmin toxumları yaşadığı evin həyətində yerləşən, haman otağı kimi nəzərdə tutulmuş, üstü açıq yarımtikilinin içərisində torpağa səpərək becərməyə başlamışdır. Bu müddət ərzində həmin toxumlara su verməklə və diblərini nəmləndirməklə xususi qulluq göstərərək becərməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında ailə üzvlərinin rayonda olması ilə əlaqədar evdə tək olarkən qapısına 42-ci Polis Bölməsinin əməkdaşları gəlmiş və narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olduğunu bildirərək həyətinə baxış keçirmək istədiklərini bildirmişlər, o da vəziyyətin nə yerdə olduğunu anlayaraq məlumatlarının doğru olduğunu təsdiqləyərək heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə xüsusi olaraq dəvət olunmuş aqronomun iştirakı ilə videoçəkiliş aparmaqla yaşadığı, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi «Ləhic Bağları» yaşayış massivindəki nömrəsiz fərdi evinin həyətindəki yarımtikilinin və yaşayış binasının içərisinə baxış keçirmişlər. Baxış zamanı özü könüllü surətdə polis əməkdaşlarına narkotik tərkibli bitkini əkib becərdiyi yeri göstərmişdir. Həmin yerdən polislər tərəfindən 150 ədəd çətənə kolu aşkar olunub qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Əkib becərdiyi narkotik vasitədən heç kimə verməmiş, satmamış, həmin narkotik tam yetişmədiyindən və qurumadığından dadına hələ heç özü də doğru düzgün baxmamışdır. Becərdiyi narkotik vasitələrə elə də bir xüsusi qulluq göstərməmiş, yalnız həftədə bir dəfə su verib diblərini nəmlədirirmiş, bunun üçün elə də bir böyük biliklər tələb olunmur, aydın məslədəir ki, hər hansı bir bitkinin toxumlarını torpağa bastırıb suladıqda bitki yetişib bar verə bilər. (iş vərəq 78-80). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, axtarış, baxış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, həmin hadisə 2023-cü ili hardasa yay aylarında baş vermişdi. Ondan sonra avqust ayında o, Suraxanı rayonuna təyinat almışdır. Sonra da müstəntiq kimi neçə dəfə də satışla, kultivasiya ilə bağlı sənədləşdirmə aparmışdır. Şəxslərin hamısı, o hadisələni hamısı da insanın yadında qalmır. Təxminən o yadındadır ki, həyət evinə daxil olmuşlar.Yolun yan tərəfində əlavə tikili olmuş, dördbucaq qapısı da olmuşdur. Açılan kimi çətənə kolları olmasını görünürdü. Hardasa təxmini 150-130 olmuşdur. Heç bir müqavimət göstərməmiş, özü səmimi etiraf etmişdir. İstintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək orada ətraflı şəkildə göstərdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsində «Xaş-xaş 2023» şərti adlı Tədbirlər planının icra edilməsi məqsədi ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic Bağları yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs öz həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitələrin kultvasiyası ilə məşğul olması barədə məlumat ələ etmişlər. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə elə həmin gün axşam saat 21:30 radələrində Polis Bölməsinin təhqiqatçısı İsa Süleymanov, sahə inspektoru Şahid2, mütəxəssis-aqronom Mərdan Tağıyev ilə birlikdə qeyd olunan ünvanının qarşısına yollanaraq məlumatda göstərilən Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirərək həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, yaşadığı evdə və həyətyanı sahəsində axtarış aparılmasına razı olmuşdur. Bundan sonra təhqiqatçı İsa Süleymanov müvafiq sənədləşdirmə işlərinə başlamış, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, evində və həyətində əkib-becərilməsi, saxlanılması qanunla qadağan olunmuş hər hansı bir narkotik tərkibli bitkilər, maddələr, predmetlər varsa təqdim etsin. Təqsirləndirilən şəxs həyətində həqiqətən də narkotik tərkibli çətənə kolu yetişdirməsini etiraf edərək onları öz həyətinə buraxmış, yaşayış evinin arxa hissəsində yerləşən yarımçıq daş tikiliyə tərəf aparmış, qapı və pəncərələri olmayan üstü açıq daş tikilinin içərisinə daxil olduqda müəyyən etmişlər ki, orada 150 ədəd 35-115 santimetr boyunda bitki kolları əkilib. Axtarışda iştirak edən mütəxəssis-aqronom kolları bir-bir nəzərdən keçirməklə bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə bitkisidir, onlara aqrotexniki qaydada qulluq olunmuş, suvarılmışdır. Həmin kollar tərəflərindən kökündən çıxarılaraq 01 ədəd sintetik torbada toplanmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə eyni tərkibdəki iştirakçılar ilə birlikdə evinin yaşayış olan sahəsində də, üzərində də şəxsi axtarış aparmışlar, lakin həmin axtarış zamanı heç nə müəyyən etməmişlər. Qeyd olunanların hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Əldə etdikləri müvafiq əməliyyat məlumatında Təqsirləndirilən şəxs yalnız öz həyətyanı sahəsində narkotik vasitələrin qanunsuz olaraq əkib-becərməsi qeyd olunmuşdur, satışı ilə məşğul olması və ya kimlərləsə bu işdə əlbir olması, konkret müştəriləri barədə hər hansı bir məlumatları olmayıb. O ki, qaldı əldə etdiyi mənbəyə, hazırda qeyd bu istiqamətində əməliyyat-axtarış tədbirlərinı davam etdirirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən yay aylarında vaxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu təşkil olundu. Ləhic bağları, Şok market deyilən ərazidən aşağı düşən yola Elşad yaşayan ünvana getmişlər, həyətində 5-10 metr aralıdakı 4 künc yarı tikiliyə yaxınlaşmışlar. Orada Eldaşının özünün bildirdiyi kimi kultivasiya, əkdiyi yaş marixuana kolları olmuşdur. Belə ki, Elşad əvvəl Qayasu deyilən ərazidə çayxanada ofisiant işləmiş, aşkar olunanda inanmamışdır. Həmin vaxtı yanında təhqiqatçı İsa olmuşdur. Aşkar etdiyi kollardan metr olanı da olmuş, balaca olanı da olmuşdur. 150 kol uzun müddətə bəs edir. 6 kq yaş çəkidir. Nəşənin qutuları olur. Orada da 1 dənə koldan 15 dənə çıxır. Narkotik vasitələrdən istifadə edənlərlə çox ünsiyyətdə olmuşdur. Adam var ki, səhər duran kimi əlini atır, adam da var ki, həftədə bir dəfə çəkir. O qəbul eləyən şəxsdən asılıdır. Tanıdığı adam var ki, siqaret əvəzinə nəyşənin qurumuş yarpaqlarını çəkir. Hadisə ilə bağlı bəzi xüsusatlar yadında qalmamış, istintaqa vermiş olmuş ifadəsini təsdiq edir və ətraflı şəkildə orada göstərmişdir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkib-becərməsi barədə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.(i.v 3-5) İş materiallarında olan 13 iyun 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 00:15-də Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı İsa Süleymaov tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v.30) İş materiallarında olan 14 iyun 2023-cü il tarixli Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs seçilərkən Təqsirləndirilən şəxs ittiham elan edilmiş cinayətdə özünü təqsirli bilərək həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. (İ.v. 87-89) İş materiallarında olan xx.xx.2023-cü il tarixli «axtarış, baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, “Xaş-Xaş-2023” tədbirlər planına əsasən 12 iyun 2023-cü il tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Naradaran qəsəbəsi Ləhic bağ massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının əkilməsi, becərilməsi və kultivasiya edilməsi, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «baxış, axtarış və götürmə aparılması haqqında» 12 iyun 2023-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə aparılmış, həmin tarixdə saat 21:35-də başlayaraq saat 22:05-də bitmiş baxış, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsinə bitişik, dam hissəsi olmayan yarımtikilinin içəri hissəsindəki torpaq sahəsində əkibbecərdiyi və qulluq etdiyi 150 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmiş və həmin çətənə bitkisini 2023-cü ilin mart ayında öz istifadəsi üçün əkdiyini və qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində təqdim etdiyi 150 ədəd narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kisədə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış, axtarış və götürmə davam etdirilərək Təqsirləndirilən şəxs üzərinə və evinin yaşayış hissəsinə keçirilmiş baxış zamanı qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir digər əşya və dəlil aşkar edilməmişdir. Baxış, axtarış və götürmə gecə vaxtı, qaranlıq hava şəraitində, süni işıqlandırma şəraitində aparılmışdır. Baxış, axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v 17-18). Məhkəmə baxışı zamanı xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Naradaran qəsəbəsi Ləhic bağ massivində yerləşən ünvanında keçirilmiş baxış, axtarış və götürmə zamanı videokamera vasitəsi ilə qeydə alınmış 01(bir) ədəd CD-də əks olunmuş videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində 02 ədəd videogörüntü var. 1-ci videogörüntüdə fərdi həyət evinin qarşısındakı küçədə üçü polis, ikisi isə mülki geyimli şəxslərin ayaq üstə dayanması əks olunur, polis kapitanı rütbəli şəxs çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı İsa Süleymanov olmasını bildirərək, digər şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin sahə inspektoru Şahid2 və əməliyyat müvəkkili Şahid1 olmalarını deyirlər, daha sonra aqronommütəxəssis X6 və yaşayış evinin sahibi Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs müraciət edərək “Xaş-Xaş 2023” Tədbirlər planına əsasən onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic Bağları ünvanındakı həyətinə və həyətyanı sahəsinə baxış keçiriləcəyini elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, həyətində narkotik tərkibli bitkilər əkmişdirsə olanları təqdim etsin. Təqsirləndirilən şəxs iştirakçıları həyətinə dəvət edərək görüntünün 01 dəqiqə 44-cü saniyyəsində arxasındakı dəmir darvazaya tərəf dönüb qapısını açaraq həyətə daxil olur və piyada həyətin aşağı hissəsində yerləşən yarımçıq daş tikili istiqamətində irəliləyir, arxasınca isə digər iştirakçılar hərəkət edirlər. Taxta qapısını açdığı daş tikilinin içərisinə daxil olurlar, həmin tikilinin içərisində səliqəli şəkildə cərgə ilə bitki kollarının əkilməsi, divarın kənarında kapron su çəninin quraşdırılması, həmin çəninə su borularının çəkilməsi müəyən edilir. Orada iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, həmin bitkilər marixuana çətənə kollarıdır, onları öz istifadəsi üçün 01 mart 2023-cü il tarixdə özü çəkmək üçün əkmişdir, özü 5-6 ildir ki, narkotik vasitənin istifadəçisidir. Görüntünün 03 dəqiqə 36-cı saniyyəsində aqronom-mütəxəssis Mərdan Tağıyev həmin bitkiləri nəzərdən keçirərək bildirir ki, həmin bitkilər əkib-becərilməsi qanunla qadağan olunan narkotik tərkibli çətənə bitkiləridir, alaq və suvarma işləri aparılmaqla onlara xüsusi aqrotexniki qaydada qulluq olunub. Bundan sonra təhqiqatçı aşkar olunmuş bitkilərin maddi sübut əhəmiyyəti kəsb etmələrini bildirərək onların götürüləcəyini və məhkəmə-bioloji ekspertizasına göndəriləcəyini elan edir, onların yerindən çıxarılaraq toplanmasına dair müvafiq göstəriş verir, həmin bitkilər iştirakçılar tərəfindən bir bir yığılmaqla sayılaraq toplanmağa başlayır, toplanmda kolların sayının 150 ədəd olması elan edilir, aşkar olunmuş bitki kolları qara rəngli iri sintetik torbalara doldurularaq qablaşdırılırmağa başlayır. 2-ci görüntüdə qablaşdırma davam etdirilir, görüntünün 02-ci dəqiqəsində iştirakçılar evin yaşayış hissəsinə daxil olurlar, Təqsirləndirilən şəxs üzərinə və evinin otaqlarına baxış keçirirlər, sübut əhəmiyyəti kəsb edən heç nə aşkar olunmadığından təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir (i.v 100-101). İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7/858 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 150 ədəd yaş vəziyyətdə ümumi çəkisi 6 kq 150 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilib (i.v 49-52). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3709 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan “asılılıq sindromu” - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 61-65). Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında 2399№-li aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidikdə ERC+ aşkar edilmişdir. (i.v 46) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v 16) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, alim-aqronom X6 tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə gecə radələrində Nardaran qəsbəsi Ləhic bağları massivində Təqsirləndirilən şəxs məxsus nömrəsiz fərdi bağ evinə və həyətyanı sahəsinə polis əməkdaşlarının iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həyətdəki təmirsiz üstüaçıq yarıtikili otağın içində qanunla qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisi əkib becərilmiş və kultivasiya edilmişdir, çətənə bitkisinin aşağı zolağı kəsilib istifadə edilmişdir, bitkilər suvarılmışlar, bitkilər kökü ilə birlikdə torpaqdan çıxarıldıqdan sonra sayılaraq 150 ədəd olduqları müəyyən edilmiş, hündürlükləri ortalama 35-65-115 santimetrdir, sıx əkilmişlər, bitkilər qablaşdırılmış və götürülmüşlər. (i.v 19) Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd «Samsunq Qalaxy A8» markalı mobil smartfonun yaddaşındakı fayllara keçirilmiş baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat müəyyən edilmədi.(i.v 102) CD-yə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddətdə daxil olan və çıxan zənglərin, mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlarda sübut əhəmiyyəti kəsb edən hər hansı hal aşkar edilməmişdir. (i.v 131) CD-yə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddətdə daxil olan və çıxan zənglərin, mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlarda sübut əhəmiyyəti kəsb edən hər hansı hal aşkar edilməmişdir. (i.v 132) Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həyətindən aşkar olunaraq götürülmüş külli miqdarda bitki mənşəli narkotik vasitənin toxumlarını haradan əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığı, törətdiyi cinayət əməlində hər hansı bir digər şəxslərlə əlbir olub-olmadığını və yaşadığı ünvanda narkotik vasitələrin isthelakı üçün tiryəkxna təşkil etməsi müəyyən olunmamışdır. (i.v 133) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərarın surətindən görünür ki, ekspertiza tədqiqatından sonra məsrəflərə uğrayaraq ümumi təmiz çəkisi 6kq 149,4 qram çəkidə qalıq qalmış çətənə(kannabis) növünə aid narkotik xassəli bitki kolları cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması ücün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişlər. (93-94) Cinayət işi üzrə Təqsirləndirilən şəxs evindən «axtarış, baxış və götürmə aparılması zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd disk 10 iyul 2023-cü il tarixində maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ.v. 121) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilməsi qeyd olunmuşdur. (i.v 96-97). Elektron məhkəmə informasiya sistemindən görünür ki, Elşad X1 adında xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan övladlı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 3-cü Siyahısının 1.2-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış və axtarış zamanı həyətdəki yarım tikilidən 150 ədəd çətənə kolu aşkar edilmişdir. CM-nin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs narkotik maddələri kultivasiya etməsinin sübut edilib-edilməməsini araşdırmaldır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanuna müvafiq şəkildə videoçəkilişlə mütəxəsissin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə axtarış və baxış keçirilmiş və bu zaman 150 ədəd çətənə bitkisi aşkar edilmişdir. Qeyd olunanlar şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələri ilə təsdiq edilmiş və həmin bitkilərin çətənə olması məhkəmə-bioloji ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək və törətdiyi əməldən səmimi peşmançılıq keçirərək bildirmişdir ki, yaşadığı evin həyətindəki tikilidə çətənə toxumlarını əkmişdir. Həmçinin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək həmin bitkilərə qulluq etməsini göstərmişdir. Həmçinin o, aşkar olunaraq götürülmüş 150 ədəd çətənə bitkisini öz istifadəsi üçün əkib-becərdiyini ətraflı şəkildə bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı, eləcə də, yaşadığı evin həyətindəki tikilidə aşkarlanmış çətənə kollarının növünü, sayını, çəkisini və vəziyyətini (yaş halda olmasını) mübahisələndirməmişdir. Həmçinin mütəxəssis rəyindən də aydın olur ki, narkotik tərkibli çətənə(kannabis) bitkisi əkib becərilmiş, kultivasiya edilmiş, çətənə bitkisinin aşağı zolağı kəsilib istifadə edilmiş, bitkilər suvarılmışlar. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs 150 (yüz əlli) ədəd çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini səmimi etiraf etməsini, yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 12 iyun 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs «evinə axtarış, baxış və götürmə protokolu» ilə götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 6kq 149,4 qram çəkidə qalıq qalmış çətənə(kannabis) növünə aid narkotik xassəli bitki kolları məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-bioloji kspertizalarına sərf edilmiş ümumilikdə 72 (yetmiş iki manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin h quqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 22 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs «evinə axtarış, baxış və götürmə protokolu» ilə götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 6kq 149,4 qram çəkidə qalıq qalmış çətənə(kannabis) növünə aid narkotik xassəli bitki kolları məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizalarına sərf edilmiş ümumilikdə 72 ( yetmiş iki manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-2255/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2255/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver