Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2255/2024 26.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vəsitə olan heroini əldə edib saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz oluraq əldə etdiyi külli miqdarda bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,097 qram olan narkotik vasitə olan heroini saxlamaqla daşımış, 18 mart 2024-cü il tarixdə saat 15:20 radələrində Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb həmin bölməyə gətirilmiş, orada 18 mart 2024-cü il tarixdə saat 16:45-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellon bükümü içərisində külli miqdarda təmiz çəkisi 3,097 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, mart ayının 18-də evdə olarkən əməliyyatın rəisi Şahid1 onu çağırmış, qapıya çıxdıqda ona səbəbini bildirmədən birlikdə polis idarəsinə getməli olduğunu demişdir. Həmin vaxt onun anası da yanında olmuşdur. Bir-iki dəfə onun Rasimin tanışları ilə söz-söhbəti olmuş, ona görə də Rasim onunla prinsipə düşmüşdür. 8-ci Polis Bölməsinə getdikdən sonra ittiham aktında adları çəkilən şəxslər- Nizami və Nihat tərəfindən ona qarşı hədə-qorxu olunmuş , döyülərək edilmiş zorakılıq nəticəsində narkotik vasitənin ona aid olduğunu bildirmişdir.Səhər saat 10-dan, gecə saat 12-yə kimi onu döyülmüş, lakin elə etmişlər ki, xəsarətlər qalmamışdır. Polis bölməsinə səhər saat 10-da aparılmış, gecə saat on ikidə vəkil gəlmişdir. Çəkiliş zamanı vəkil iştirak etmiş və ona hədə-qorxu olunduğu üçün çəkilişdə etiraf etmişdir.
4. Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Narkotik vasitəni ineksiya yolu ilə qəbul edir. Əvvəllər ailəli olmuş, bir azyaşlı övladı var, ailə münasibətləri düz gəlmədiyinə görə ayrılmışlar, həyat yoldaşı gedib öz ailəsi ilə yaşayır, o isə öz valdeynləri ilə eyni ünvanda yaşayır, fəhləliklə məşqul olaraq qazandığı pulla öz şəxsi ehtiyaclarını ödəyir. Narkotik vasitə qəbul etməyə alışdığı üçün xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Yasamal rayonu ərazisidə tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata 01 ədəd şəffaf sellofan bükülüdə təxminən 4 qram çəkidə “kokos” adlanan narkotik vasitə heroini alıb və əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlayıb ki, özü şəxsən istifadə edər. Həmin gün Yasamaldan qayıdaraq Səbail rayonuna gəlmiş, aldığı narkotik vasitədən bir dəfə istifadə etmişdir, xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu narkotik vasitələri əldə etməkdə, daşımaqda, saxlamaqda şübhəli olduğunu bildirərək onu 8-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman vəkil dəvət edilmiş, vəkilin işitrakı ilə narkotik vasitə ilə bağlı şübhəli bilinərək bölməyə gətirilməyi ilə bağh üzərinə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır, bu zaman təhqiqatçı, üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif edib, o əynində olan və Yasamaldan özü qəbul etməsi üçün 50 manata aldığı, boz rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf salafana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin sellofanda olan vasitənin narkotik vasitə olan “kokos” adlanan heroin olduğunu və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm polislər tərəfindən açılıb içərisinə baxılmış və sorğu zamanı o həmin bükümdəki narkotik vasitəni həmin gün səhər vaxtlarında Yasamaldan tanımadığı və anket məlumatlarını bilmədiyi bir şəxsdən özü qəbul etməsi üçün 50 manat pulun müqabilində almasını bildirmişdir. Bundan sonra həmin bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq zərfin üzərindən DİN-nin 52 saylı möhürü ilə möhürlənib. Bu barədə protokol tərtib olunmuş və ucadan oxunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün orada olan iştirakçılar tərəfindən protokola heç bir əlavə və düzəliş edilməmişdir. Narkotik vasitəni aldığı şəxsin hansı yaşda olmasını, onun anket məlumatlarını və harada, nə işlə məşqul olmasından məlumatı yoxdur. O həmin şəxsi birinci dəfə imiş ki, görürmüş. Bundan əvvəl onu heç bir yerdə görməmişdir, onunla da təsadüfən olaraq pulunu verib özü istifadə etməsi üçün narkotik vasitə olan heroin almışdır. O bundan əvvəl narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən və müxtəlif yerlərdə almışdır, bununla bağlı olaraq onların da onda heç bir anket məlumatları olmamışdır. O narkotik vasitəni aldıqdan sonra tək olaraq qəbul edir, heç vaxt aldığı narkotik vasitənin satışı ilə məşqul olmamışdır və heç kimə də nəyinsə müqabilində əvəzli və ya əvəzzsiz olaraq aldığı narkotik vasitədən verməmişdir və ya satmamışdır. xx.xx.2024-cü il tarixdə Yasamaldan tanımadığı şəxsdən aldığı narkotik vasitə olan heroini ona görə külli miqdarda almışdır ki, özü üçün bir müddət istifadə edə bilsin. O, həmin narkotik vasitəni satmaq və ya kiməsə nəyinsə müqabilində əvəzii və ya əvəzzis olaraq vermək fikri olmamışdır (İ cild, səh. 60-62). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 18 mart tarixində Rəşad adlı şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olması barədə məlumat daxil olmuş, məlumat əsasında bölmənin rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat qrupu yaradılmış, qrupun tərkibində o, Şahid1 və Şahid3 olmuşdur. Daha sonra Rəşad adlı şəxsin yerini müəyyən etmək üçün məlumat əldə etmişlər və saat 3-4 arasında A.İsmayılov küçəsində, səhv etmirsə yaşadığı mənzilin qarşısında yaxınlaşıb özlərini təqdim edərək polis bölməsinə dəvət etmişlər. Bölməyə dəvət etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsində və satışında şübhəli olması barədə məlumatlandırmışlar. Daha sonra aidiyyəti üzrə təhqiqatçının yanına aparmışlar, təhqiqatçnın yanında üzərinə baxış keçirilməsi üçün vəkil dəvət edilmiş, videoçəkilişlə üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ yan cibindən narkotik vasitəni təqdim edərək masanın üzərinə qoymuş, narkotikin özünə məxsus olduğunu və həmin gün Yasamaldan aldığını bildirmişdir. Aşkar edilən narkotik maddə qablaşdırılaraq möhürlənmiş və daha sonra maddənin nə olmasının müəyyən edilməsi üçün aidiyyəti üzrə ekspertizaya göndərilmişdir. Əməliyyat məlumatı həmin gün səhər tezdən daxil olmuş, sənədləşdirmə təxminən 30-40 dəqiqə çəkmiş, sənədləşdirmədən dərhal sonra da şəxsin saxlanılması üçün getmişlər. O, Təqsirləndirilən şəxs qarşı hansısa zor və təzyiq olmasının şahidi olmamışdır. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:10 radələrində, «Rəşad» adlı şəxsin narkotik vasitələrin qəbulu, gəzdirilməsi və satışı ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olub. Rəşad adlı şəxsin cinayət tərkibli əməllərini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsimə və bu məqsədlə əməliyyat qrupunun yaradılmasına icazə verilməsi üçün bölmə rəisinə raportla müraciət etmiş və bölmə rəisinin razılığı ilə özü və kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılıb. Rəşad adlı şəxsin olduğu yer müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə, saat 15:20 dəqiqədə Rəşad adlı şəxs ünvan 5 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis bölməsinə gətirilmişdir. Polis bölməsində yoxlama zamanı məlum olmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxladıqları və bölməyə gətirdikləri şəxs xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan, ünvan 8ında yaşayan Təqsirləndirilən şəxsdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi gətirdikləri Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması bölmənin təhqiqatçısı, polis mayoru Pərviz Cəfərova həvalə edilmiş və təhqiqatçı tərəfindən bölməyə 4 saylı Vəkil bürosundan vəkil X3 dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 16:45 dəqiqədə təhqiqatçının xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmədə o, 8-ci Polis bölməsinin ə əməliyyat müvəkkili, polis mayoru Şahid1, vəkil X3 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak etmişlər. Təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin iştirakçıları elan edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib, şəxsi axtarış və götürmə aparılması barədə qərar ona elan edilmiş və sonra ona, şəxsi axtarış və götürmənin videoçəkilişdn istifadə edilməklə keçiriləcəyi bildirilib, lakin şübhəli şəxs Təqsirləndirilən şəxs videoçə ki üşdən istifadə edilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən təklif olunub ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kiçik ölçülü şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və orada tünd qəhvəyi rəngli, kristal hissəciklərdən ibarət kütlənin narkotik vasitə «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin heroinin onu məxsus olmasını, özü qəbul etmək üçün üzərində saxlamasını, onu həmin gün 50 manat müqabilində Yasamal rayonu ərazisində özü qəbul etmək məqsədilə almasını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmaqla «Zərflər üçün» 52 saylı möhürlə möhürlənib götürülmüş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola bilcək hər-hansı başqa əşya aşkar edilməyib. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən, saxlanılarkən və bölməyə gətirilərkən onlar tərəfindən ona qarşı hər hansı formada zor tətbiq edilməmişdir (İ cild, səh. 74-75). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 18 mart 2024-cü il tarixdə bölmənin əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə əməliyyat qrupu olaraq əvvəlcədən daxil olmuş məlumat əsasında ünvan 9 ünvanın qarşısında saat 15:20 radələrində şübhəli şəxs qismində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq bölməyə gətirilmişdir.Şəxs saxlanılan zaman tək olmuşdur. Bölmədə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki şalvarının sağ cibindən bir bükümdə narkotik maddə aşkar edilərək götürülmüş və götürülmüş narkotik maddə zərfə yerləşdirilib “52” saylı möhürlə möhürlənərək aidiyyəti üzrə məhkəmə tibbi ekspertizasına göndərilməsi üçün hazırlanmışdır. Məlumat ona narkotik vasitələrin satışı və qəbulu ilə bağlı daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxışda əməliyyat qrupunun üzvləri, vəkil və təqsirləndirilən şəxs iştirak etmişdir. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zorakılıq və təzyiq olmamışdır. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 49- 50). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, mart ayının 18-də məlumat əsasında A.İsmayılov küçəsində evinin yaxınlığında günorta saat 2-3 radələrində şəxsi saxlayıb bölməyə gətirərək üzərinə baxış keçirmişlər. Baxış zamanı sağ cibindən bir büküm narkotik maddə aşkar edilmiş, şəxs qırx-əlli manat verib Yasamaldan aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərindən hansısa başqa qanunsuz əşya aşkar edilməmişdir. Əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra təqsirləndirilən şəxsə qarşı hansısa zorakılıq və təzyiq olmamış, müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış videoçəkilişlə keçirilmişdir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-6/1603 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №52» möhür əksi «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s. Sözlər, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,097 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir (İ cild, səh. 33-37). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X2 barədə 04 aprel 2024-cü il tarixli, 2157 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindpomu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 76-77). 12.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 mart 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təhvil verilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, həmin bükümdə nə olması soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, 18 mart 2024-cü il tarixdə Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən özü qəbul etməsi üçün 50 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 26-27). 13.«Maddi sübut hesab etmək haqqında» 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 3,097 qram külli miqdarda narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra qalan 2,997 qram hissəsi məhkəmə hökmünə qədər saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 80). 14.«Sübutların qiymətləndirilməsi haqqında» 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxs axtarış və götürmənin videogörüntüləri olan bir ədəd disk cinayət işi üzrə sübut növü hesab edilmişdir (İ cild, səh. 103-111). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, hər iki qasıq bükümündə postineksion döyənəklər aşkar olunmuşdur. 16.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 18). 17.«Qətimkan tədbiri seçilməsi haqqında» 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 70-71). 18.Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(101)-2255/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablamaqla “həbs" növündə qətimkan tədbiri seçilmişdir. 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2021-c il tarixli, 1(004)-434/2021 nömrəli hökmündən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(009)-201/2024 nömrəli hökmündən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(009)-123/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2021-c il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 avqust 2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 3.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-201/2024 saylı hökmü ilə təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 gün müddət və 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (İ cild, səh. 82-83, 84-92). 20.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 27.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 31.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinəldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 32.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 33.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 34.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, xəsarət izi aşkar olunmamışdır. 35.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 36.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 mart 2024-cü protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 37.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 38.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 39.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 40.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 43.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 45.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 46.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 47.Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2021-c il tarixli, 1(004)-434/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 49.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 51.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 54.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 55.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 58.Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(009)-123/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-201/2024 saylı hökmü ilə təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 gün müddət və 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
59. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(009)- 123/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək və 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 06 (altı) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 62.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 63.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 64.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 66.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(009)- 123/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmışdır. 67.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığ - 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır. 68.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 69.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 71.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,997 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 72.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 73.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 74.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 75.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 76.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 77.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 78.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(009)-123/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 06 (altı) gün müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 04 (dörd) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,997 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev