Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2256/2023 07.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, bağ evi 340 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Zahid» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şaxs halında, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Zahid» adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq təmiz çəkisi 0,982 qram psixotrop maddə metafetamini əldə edib saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesi «Məşəl» avtoyuma məntəqəsinin yaxinlığına daşımış, 30 iyun 2023-cü il tarixdə, saat 20:00 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Baki şəhəri, Sabunçu rayonu, Zabrat-Maştaga şossesi «Мəşəl» avtoyuma məntəqəsinin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan qara rangli şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,982 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi təqsirli bilir. Belə ki, o, bir neçə ildir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olur, buna görə də əvvəllər məhkum olmuşdur. Uzun müddətdir ki, o özünə məxsus olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrini istifadə edir. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini o inyeksiya yolu ilə damarına vurur və siqaret vasitəsi ilə çəkib tüstünü nəfəsinə alır. Növbəti dəfə narkotik vasitəni və psixotrop maddəni əldə etmək məqsədi ilə təxminən xx.xx.2023-cü il tarixdə o axşam saatlarında Balaxanı qəsəbəsinə gedərək oradan tanımadığı şəxsdən 25 manata bir bükümdə psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün almışdır. Həmin maddəni o, əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuş və Maştağa qəsəbəsinə yaşadığı evinə qayıtmışdır. El arasında «şüşə və patı» deyilən aldığı psixotrop maddə metamfetamin bir bükümdə və selofana bükülmüş formada olmuşdur. Psixotrop maddə metamfetamini o öz üzərində gəzdirmişdir. Evdə həmin psixotrop maddə metamfetamini qəbul etməyə şəraiti olmamış, buna görə də xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində o aldığı psixotrop maddə metamfetamini qəbul etmək üçün əlverişli şərait axtarmışdır. O həmin vaxt Sabunçu rayonu, Zabrat-Maştağa şossesinə gəlib orada «Məşəl» adlı avtoyuma məntəqəsini görmüş, üzərində olan psixotrop maddə metamfetamini qəbul etmək üçün o, avtoyuma məntəqəsinin arxasına keçmək istəyəndə ona iki nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, sonuncular ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, lakin onun üzərində heç bir sənəd olmamışdır. Buna görə polis əməkdaşları onu 14-cü PB-nə gətirmiş, orada sonuncular tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxtı onun əlində ***-***-**-** və ***-***-**-** nömrələrlə işlənilən özünə məxsus olan “Samsung A10” markalı mobil telefon aparatı olmuşdur. Həmin mobil telefon aparatını o, könüllü olaraq təhqiqatçıya təqdim etmiş və bu barədə protokol tərtib olunmuş və protokol tərəfindən imzalanmışdır. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, ona üzərinə şəxsi axtarış keçirilməsi bildirilmiş, sonuncu vəkilin axtarışda iştirak etməsindən imtina etmişdir. Çünki üzərində psixotrop maddə metamfetamin saxlanılırdı. Vəkil bölmənin xidməti otağından çıxanda üzərinə videoçəkilişlə axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir bükümdə maddə götürülmüşdür. Sonradan o, üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olmasını, həmin maddəni o, öz istifadəsi üçün 25 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş və üzəri imzalanaraq ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib olunaraq protokolu və zərf o, və digər iştirakçılar imzalamışlar. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş mobil telefonu hadisədən 10 gün qabaq almış, həmin telefonu görüşdüyü və tanış olduğu adamlara bəzi hallarda istifadə üçün vermişdir. Həmçinin polis əməkdaşları tərəfindən ona qarşı təzyiq , zorakı və ya hər hansı qanunsuz hərəkətlər edilməmiş və bununla bağlı heç bir orqana vəsatət və ya müraciət etməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində o, iş yoldaşı Sabunçu RPİ-nin 14-cü PB-nin əmaliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət etdikləri zaman Sabunçu rayonu, Zabrat-Maştağa şossesində yerlaşən ərazida xidmət aparan zaman həmin yerdə yerləşən «Мəşəl» avtoyumanın qarşısında bir nəfər özünü şübhəli apardığı şəxsi görmüşlər. Həmin şəxss zahiri görünüşə görə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxsə oxşayırdı və onlar həmin şəxsə tərəf yaxınlaşdıqda sonuncunun onlardan uzaqlaşmağa cəhd etdilər. Həmin şəxsin hərəkətləri şübhəli olduğuna görə hərəkətləri şübhəli olduğuna görə və həmin şəxsin onlardan nə isə gizlətmək istədiyini hiss edib onu saxlayıb sənədlərini onlara təqdim etməsini xahiş etdilər, həmin şəxsin üzərində heç bir sənəd olmadığına göra onlar onu 14-PB-nə gətirdilər. PB-nin inzibati binasında müəyyən olundu ki, gətirilən şəxsin əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, ev 340-da yaşayan Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs tərəflərindən tutulub PB-nə gətirilən zaman ciddi nəzarətdə olmuşdur. Onlar Rüfatə nəzarət edirdilər ki, Rüfat üzərində əgər varsa, qeyri-qanuni əşyanı tullaya bilməsin. 14-cü PB-nin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu və dövlət tərəfindən vəkillə təmin olundu. Təqsirləndirilən şəxs təhqiqatçının otağında vəkili gözləyən zaman əlində mobil telefon aparatı olmuşdur və həmin mobil telefon aparatını Rüfət könüllü olaraq araşdırma zərurəti ilə bağlı təhqiqatçıya təqdim etdi və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olundu. Bölməyə vəkil gələndən sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirildi. Şəxsi axtarış keçirilməmişdən qabaq Rüfət ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş bir bükümdə ağ kristallik şəkildə olan maddə aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs suallara cavab verərkən bildirdi ki, ondan aşkar olunaraq götürülmüş maddə el arasında «şüşə»», «patı» deyilən maddədir, psixotrop maddə metamfetamindir, həmin maddəni öz şəxsi istifadəsi üçün ümumi 25 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən alıb üzərində gəzdirmişdir. Psixotrop maddələrin istifadəsi ilə təxminən bir neçə ildir ki, məşğul olur. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə oxşar olan maddə qablaşdırılaraq götürüldü və ekspertizaya göndərildi. Bu barədə protokol tərtib edildi, təhqiqatçı tərəfindən ucadan oxundu və imzalandı. Ekspertizanın təhqiqatından sonra isə məlum oldu ki, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşları ilə birlikdə vasitalarin satışı ilə məşğuı olur, Rüfət «İranlı» şəxslərdən müxtəlif növlü narkotik vasitələrini və psixotrop maddələrini alıb həmin narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində müxtəlif şəxslərə satmaqla məşğul olur. Təqsirləndirilən şəxs aldığı narkotik vasitələrin və psixotrop maddələrin bir hissəsini özü qəbul edir, qalan hissəni isə tanışlarına satır. Məhkəmə iclasında verilmiş suallara Şahid2 ocavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı bir fiziki təyziq və zorakı hərəkətlər tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş bir bükümdə ağ kristallik şəkildə olan maddə aşkar olunmuşdur. Sonuncu verilən suallara cavab olaraq bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş maddə el arasında «şüşə»», «patı» deyilən maddədir, psixotrop maddə metamfetamindir, həmin maddəni öz şəxsi istifadəsi üçün ümumi 25 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən alıb üzərində gəzdirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 ocavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı bir fiziki təyziq və zorakı hərəkətlər tətbiq edilməmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 63-65-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi O.Səmədovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 142-146-cı vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 162-166-cı vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının qərarı elan olunanadək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 31-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3586 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...» sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,982 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,982 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,932 qram. Cinayət işinin 32-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan təmiz çəkisi 0,982 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və eskpertizanın tədqiqatından sonra psixotrop maddə metamfetamin 0,932 qram çəkidə olan qalıq hissəsi təqsirləndirilən şəxsin maddi sübutlarla tanış edildikdən sonra saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı M.Müsəllimov tərəfindən psixotrop maddə metamfetamin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokola əlavə etdiyi 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4179 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseri idə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 69-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sabunçu Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi və 93.1.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 3.3cü bəndinə əsasən azad edilmiş; 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Nizami Rayon Məhkəməsinin qərarına əsasən 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış; 3) Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-40/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 01 il 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(007)-806/2021 saylı qərarından görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə, cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs MM xx.xx.2021-ci ilin Amnistiya Qərarının 4 bəndi tətbiq edilərək cəzası 06 ay azaldılıb və o, xx.xx.2021-ci il tarixdə 15 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilmişdir. Cinayət işinin 76-79-cu vərəqələrində olan DVD diskdən və mobil telefon aparatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı Müsəllim Müsəllimov tərəfindən psixotrop maddə metamfetaminin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli protokol əsasında götürülmüş bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefon aparatına baxış keçirilən zamanı müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** və ***-***-**-** saylı sim nömrələr var. Mobil telefon aparatına «votsap» proqramı yüklənmişdir, həmin «votsap» proqramı ***-***-**-** saylı nömrə ilə istifadə olunur. Mobil telefon aparatının «kontaktlar» bölməsində İran İslam Respublikasına aid olan «+98***-***-**-** Zahid Dost», «+98***-***-**-**», «+98***-***-**-** Yusif Dost», «+98903 ***-**-** Zahid ortaq», «+98922 *** ** ** Zehra», «+98933 953-74- 01» cəmi 6 ədəd nömrələrin olması müəyyən olunur. Mobil telefon aparatın votsap bölməsinə daxil olanda müəyən olunur ki, Təqsirləndirilən şəxs «Zahid Dost» kimi qeydə alınmış +98992 *** ** ** nömrənin sahibi ilə aralarında yazışmalar və səsli mesajlar var. Onların birlikdə narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunur. Yazışmalardan və səsli mesajlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri adını öz telefonunda «Zahid Dost» kimi qeydə aldığı şəxsdən onlayn vasitəsi ilə əldə edir. «Zahid dost» adlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin olduğu yerin lokasiyasını yollayır, R.Babazadə pulu ona ödəmə terminallarından göndərib, aldığı narkotik vasitələri və psixotrop maddələri digər şəxslərə satır. Həmçinin «Zahid dost» adlı abonent tərəfindən qoyulan statuslardan görünür ki, o külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur və satdığı narkotik vasitələri və psixotrop maddələri reklam edir. Təqsirləndirilən şəxs votsap yazışmasından görünür ki, R.Babazadə «Orxan» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibə narkotik vasitələri satır, «Kamil Kamran» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə narkotik vasitələri və psixotrop maddələri satır, «Nermin Dosi» kimi qeydə alınmış ***-***- **-** saylı abonentin sahibinə narkotik vasitələri və psixotrop maddələri satır, «Nurlan 4göz» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə, «Sevinc» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə, «Adaş» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə, «Namiq Xutor» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə narkotik vasitələri və psixotrop maddələri satır. Təqsirləndirilən şəxs «Zahid Dost» kimi qeydə alınmış +98***-***-**-** nömrənin sahibi ilə aralarında səsli mesajlar «Zahid Dost» - «başqa mal var istəyirsən? 10 dənə atım qaqa bu dəqiqə onsuzda Bakıda mal poxdu a, Quran haqqı» R.Babazadə - «ə başqasından bildim e, yaxşı malı, bu tuxta maldı camaat gileylənir» «Zahid dost» - bildim dana patı kolanıda demirsən, deyirəm başqasından var. R.Babazadə «sağol ay Zahid sən necesən? Ə bu axırıncı kola patı götürdüm e Bakıdan getdim qırağa çıxdım a, ə inan Allaha ikisidə tuxta şey imiş» «Zahid dost» - Gül bir kuryerdə qalır gecə çıxacaq istəyirsən 100 dənə bağlatdırım? Patı kola nə qədər istəyirsən, ə başqasından var patı kola, narahat olma. R.Babazadə «bildim e başqasından var, başqası yaxşı olsun e mənə tuxta yox» «Zahid dost»- dünən Vəsaildən almışam heç yolun pulunuda hələ verməmişəm, Vəsaili görürsən? Patıda lazımdır? mənə yaz tez R.Babazadə – ə yox e mənə beş beş lazımdır «Zahid dost» «yaxşı 5 kola 5 patı, bir dənədə gül bağladım? mənə bir söz denən» R.Babazadə - «yox yox, gül hələ yox, gülü özü deyəcək mənə» «Zahid dost» - hazır 10 kola var istəmirsən ? indi atım hazır 10 kola var indi deyim bir dəqiqəyə atar R.Babazadə – ə yox e evdəyəm mən, indi istidi çölə çıxa bilmirəm bayıra. «Zahid dost» - qardaş eşidirsən, mal çöldə qalıb bəs sən telefonuda açmırsan, adama acıq gəlir e telefonu aç dana o mal məndə» R.Babazadənin «Orxan» kimi qeydə alınmış 055 943 96 96 nömrənin sahibi ilə aralarında səsli mesajlar Orxan-sağlığın şükür Allaha əmi, əmi səndən birşey xahiş etmək istəyirəm, bu tərəflərə keçə bilərsən? əgər varsa? R.Babazadə – var olmağına ancaq keçə bilmərəm qaqaş 2-3 gündür yatmıram, bu dəqiqə key kimiyəm, maşın sürə bilmirəm. Orxan- gör gecə dura bilsən, bu tərəflərə fırlana bilsən xəbər elədə mən saat 2 qədər burdayam, burda oluram. R.Babazadənin «Namiq Xutor» kimi qeydə alınmış ***-***-**-** saylı nömrənin sahibi ilə aralarında səsli mesajlar R.Babazadə - ay Namiq, başıva dönərəm, sən hələ kartıma atginən o pulu, burda əməkdaşlar həll edəcək, özləri gedib çıxardacaqlar. Ə bu yüz O deyəsən göydəndir e, getdim Nərimanovdan götürdüm, e yadıva gəlir? yaxşısındandı, siz istəyəndən, 100 deyir bağlayım? Namiq Xutor - hə qaqa hə, götür gecə həll edərəm, yaxşıdır, prosto işlərim var, denən problem yoxdur götürərik, əgər ondandırsa, ondan deyilsə başını burax. R.Babazadə - hə Namiq neynirsən? Qaqaş bu dəqiqə danışdım onunla, biraz yubanırda o yaxşı maldan şey eləmək üçün, deyir ki, yubanır, ola bilər sabaha qalsın amma dünənki malı istəyirsə bu dəqiqə atdırım, bir dənə bax fikrini mənə deyərsən indi. Namiq Xutor – ə yox e dünənki it gününə qoyur e uje, hamının ürəyi bulanır, e dərmanlıdı, camaat deyinir Allah haqqı, alınmır problem yoxdur, gözləyər sabah olsun. R.Babazadə - hə indi deyərəm ona, indi deyil e yüzdə yüz deyil e olacaq səhər, biraz yubanır bu günləri, ola bilər səhərə qalar, deyir işinizi bilərsiz, indi şey olar, deyərəm qalmalı olsa qalar səhər həyə yaxşısından verərsən. Namiq Xutor – heçnə qadan alım, yatıb eləməzsən yəqin mən indi yatsam telefonum böyrümdə olacaq, telefonun səsini almıram, zəng edərsən, o göydən götürərik o birisilər öldürür, adam var istəyən var idi demişdim ona pul götürdüm, ona demişdim istəsə var. R.Babazadə – yarım saata atacaq götürəcəm. R.Babazadənin «Nermin Dosi» kimi qeydə alınmış ***-***-**-** saylı nömrənin sahibi ilə aralarında səsli mesajlar. R.Babazadə – «ə mən sənə bellə necə deyim e hazır nəsə yoxdu axı , gərək hazır düzəldim verim də» Cinayət işinin 24-25 və 43-cü vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması protokolundan və DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 22:30-dan başlayaraq Sabunçu RPİ-nin 14cü PB-da qeydə alınmışdır. Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı M.Müsəllimov 14cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otağda şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf kiçik polietilenə bükülmüş maddəni təqdim edir. Sonuncu həmin maddənin el arasında “patı” deyilən psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 2 gün bundan qabaq Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata aldığını bildirir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülər, audio səs yazıları, votçap yazışmaları, foto görüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, istifadəsində olan mobil nömrə ilə aparılan votçap yazışmalarını kiminlə aparılmasını xatırlamaması, psixotrop maddəni özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə (i/v 24-25), Sabunçu RPİ-nin 14-cü PB-də olan izahatı, şübhəli və təqsirləndirilən şəxsin dindirmə və təqsirləndirilən şəxsin əlavə dindirmə (i/v 26-27, 44-46, 55-57, 114-117) protokollarından görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi əməli könüllü olaraq tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sabunçu RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf kiçik polietilenə bükülmüş maddəni təqdim edir. Sonuncu həmin maddənin el arasında “patı” deyilən narkotik vasitə metamfetamin olduğunu, həmin maddəni 2 gün bundan qabaq Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 25 manata aldığını, özü istifadə etmək məqsədi ilə götürüb üzərində saxlayaraq daşıdığını bildirir. (i/v 24-25). Bundan əlavə iş materiallarında olan mobil telefon aparatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və whatsapp foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus mobil telefon aparatının «kontaktlar» bölməsində İran İslam Respublikasına aid olan «+98992 *** ** ** Zahid Dost», «+98919 725-71-43», «+98936 *** ** ** Yusif Dost», «+98903 ***-**-** Zahid ortaq», «+98922 *** ** ** Zehra», «+98933 953-74-01» cəmi 6 ədəd nömrələrin olması müəyyən olunur. Mobil telefon aparatın votsap bölməsinə daxil olanda müəyən olunur ki, Təqsirləndirilən şəxs «Zahid Dost» kimi qeydə alınmış +98992 *** ** ** nömrənin sahibi ilə aralarında yazışmalar və səsli mesajlar var. Onların birlikdə narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunur. Yazışmalardan və səsli mesajlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri adını öz telefonunda «Zahid Dost» kimi qeydə aldığı şəxsdən onlayn vasitəsi ilə əldə edir. «Zahid dost» adlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin olduğu yerin lokasiyasını yollayır, R.Babazadə pulu ona ödəmə terminallarından göndərib, aldığı narkotik vasitələri və psixotrop maddələri digər şəxslərə satır. Həmçinin «Zahid dost» adlı abonent tərəfindən qoyulan statuslardan görünür ki, o külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur və satdığı narkotik vasitələri və psixotrop maddələri reklam edir. Təqsirləndirilən şəxs votsap yazışmasından görünür ki, R.Babazadə «Orxan» kimi qeydə alınmış 055 *** ** ** saylı abonentin sahibə narkotik vasitələri satır, «Kamil Kamran» kimi qeydə alınmış 055 *** ** ** saylı abonentin sahibinə narkotik vasitələri və psixotrop maddələri satır, «Nermin Dosi» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə narkotik vasitələri və psixotrop maddələri satır, «Nurlan 4göz» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə, «Sevinc» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə, «Adaş» kimi qeydə alınmış ***-***-**-** saylı abonentin sahibinə, «Namiq Xutor» kimi qeydə alınmış ***-***-**- ** saylı abonentin sahibinə narkotik vasitələri və psixotrop maddələri satır.(i/v 76-79, 80- 105). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı hərhansı qanunsuz hərəkətlərin edilməməsini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Nizami Rayon Məhkəməsinin qərarına əsasən 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-40/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq o, 01 il 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(007)-806/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə, cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2021-ci il tarixdə azad edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cü il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra məhkumluğun ödənilməsi üçün tələb olunan 6 illik müddət keçmədən, yenidən qəsdən cinayət törətdiyinə görə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq 2 illik müddət keçmədən yenidən xx.xx.2023-cü il tarixdə qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, əməlində cinayətlərin təhlükəli residivinin olmasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 30 iyun 2023-ci il tarixdən 02 iyul 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4179 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır(i/v 72-73). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanımış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Sabunçu RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,932 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 30 iyun 2023-cü il tarixdən 02 iyul 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Sabunçu RPİ-də saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,932 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2256/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2256/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver