Məhkəmə qərarları › İş №1(101)-2259/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2259/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2259/2024 15.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 30 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs olaraq Azərbaycan Respublikası CM-nin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri xüsusilə külli miqdarda törətmək məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti müəyyənləşdirilməmiş “Səid" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +**********22 mobil nömrəsindən onun (Təqsirləndirilən şəxs) istifadəsində olan ***-***-**-** mobil nömrəyə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi məkan məlumatlarına və fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində naməlum vaxtda və naməlum ünvana qoyulmuş bir ədəd torbada təmiz çəkisi 1350,0 qram təşkil edən xüsusilə külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 3765 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra: RPİ-nin, NMB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 may 2024cü il tarixdə, saat 19:45-də ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4İ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən sağ əlində olan bir ədəd qara rəngli sellofan torbadan satış məqsədi ilə əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 1350,0 qram olan xüsusilə külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3765 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynindəki ağ rəngli gödəkcənin sağ yan cibindən “Samsung A 41” markalı ***-***-**-** nömrəli mobil telefon aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdiyindən Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinin tələbləri baxımından onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs elan olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə əməlini tam etiraf edib özünü təqsirli bilmiş və özünün müdafiəsi üçün heç bir dəlil gətirmədən göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Xatırlamadığı tanışının vasitəsilə İran İslam Respublikası (bundan sonra: İran və ya İİR) vətəndaşı “Səid” adlı şəxsin istifadəsində olan +98 901 *** **** mobil nömrəsilə “WhatsApp”proqramı vasitəsilə əlaqə saxlayıb narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanış olmuşdur. 23 may 2024-cü il tarixdə “Səid” adlı şəxsin kart hesabına 238 manat pul köçürüb narkotik vasitə sayılan heroin almaq istədiyini bildirmişdir. “Səid” ona “WhatsApp”proqramı vasitəsilə məkan və şəkil ataraq verəcəyi narkotik vasitəni həmin yerdən götürə biləcəyini bildirmişdir. 30 may 2024-cü il tarixdə, saat 18:08 də “Səid" ona “WhatsApp” proqramı vasitəsilə zəng edərək məkan və şəkil atıb Xətai rayonu ərazisində «Neapol dairəsi» adlanan yerin yaxınlığından narkotiki götürməsini bildirmişdir. O, şəkildə qara rəngli torbanın böyük olmasını görüb “Səid"dən torbada nə olmasını soruşmuşdur. Sonuncu isə ona torbanın içərisində ona lazım olan narkotik vasitədən artıq miqdarda narkotik vasitələr olduğunu bildirmiş, torbanı oradan götürüb, ona lazım olan hissəsini özü üçün, qalanını isə hissələrə bölərək müxtəlif yerlərə atıb foto şəkillərini və məkanları “WhatsApp”proqramı vasitəsilə ona göndərməsini təklif etmiş, bunun müqabilində hər dəfə ona 200-300 manat pul veriləcəyini bldirmişdir. O, Səidlə razılaşaraq saat 19 radələrində Xətai rayonu ərazisində «Neapol dairəsi» adlanan yerin yaxınlığında ağacın dibinə qoyulmuş qara rəngli sellofan torbanı götürüb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs elan olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Xətai rayonu ərazisində «Neapol dairəsi» adlanan yerdən torbanı götürüb bir az getdikdən sonra, saat 19:45 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi 18 ünvanının yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhələndikləri üçün onu saxalayaraq onlarla birgə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getmək lazım olduğunu izah etmişlər. O, onlarla birgə 34-cü polis şöbəsinə getdikdən sonra şübhəli şəxs qismində tutularaq hüquq, vəzifələri izah edilməklə təqdim olunmuş vəkilərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri-qanuni olan və digər əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ əlində tutduğu qara rəngli sellofan torbanı polisə təqdim etmişdir. Həmin torbanın içərisində nə olması soruşulduqda, sellofandakı 2 ədəd bükümlərdə narkotik vasitə heroin və qurudulmuş marixuananın olduğunu bildirmişdir. Əynindəki ağ rəngli gödəkcəsinin sağ yan cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi və ***-***-**-** nömrəsi olan “Samsung A41” markalı mobil telefon aşkar olunmuşdur. Təqdim etdiyi heroin çəkilmiş, çəkisinin 1 kq. 425 qram, qurudulmuş marixuananın çəkisinin isə 3 kq, 920 qram olması müəyyən edilmişdir. Ondan həmin narkotik vasitələri nə vaxt və haradan almağı soruşulduqda “WhatsApp” proqramı vasitəsilə İran vətəndaşı “Səid” adlı şəxsdən məkan və şəkil atılmaqla Xətai rayonunda «Neapol dairəsi» adlanan yerin yaxınlığında əldə etdiyini bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tətib edilmişdir(iş vərəqə: 137- 138). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2024-cü il tarixli qərarından görünür ki, qətimkan tədbiri seçilməsi ilə bağlı izahat verən Eləşn Əskərov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək iranlının ona narkotikləri götürməsi barədə tapşırıq verdiyini, bunun müqabilində ona pul verəcəyini bildirmiş, tutduğu əməldən peşimanlığını məhkəmənin nəzər diqqətinə çatdırmışdır(iş vərəqə: 68-72). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs haqqında onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə İdarə rəhbərliyinə raportla məlumat verilmiş, onun şəxsiyyəti müəyyənləşdirilməklə əslən ünvan 6 ünvanında yaşadığı müəyyən edilmişdir. İdarə rəisi əməliyyat tədbirinin keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş, onun rəhbərliyi ilə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında X2 rayonu, Lütfi Zadə küçəsində olacağı bildirildiyindən elə həmin gün əməliyyat tədbiri keçirilmiş və X3 rayonu, Lütfi Zadə küçəsi 18 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən onlar tərəfindən saxlanılmışdır. Özlərini təqdim etməklə Elşən Əsgərov sorğu-sual edilmiş və onun əməliyyat məlumatında qeyd olunan şəxs olduğu təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs xidməti ərazi kimi Xətai RPİ-nin 34-cü PŞ-nə aparılmış və orada aravşdırma aparılması Şöbənin təhqiqatçısı Elxan Qəribova həvalə edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, hüquqi məsələlərin həllindən sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdən sonra ona axtarış aparılmazdan əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanı təqdim etdi. Torbanın içərisinə baxış keçirildikdə orada iki ədəd şəffaf yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalar olduğu müəyyən edildi. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamalara dair izahat verməsi tələb edildikdə, sonuncu təqdim etdiyi bağlamaların həcmcə böyük olan bağlamanın içərisində narkotik vasitə marixuana, həcmcə kiçik olanın bağlamanın içərisində isə narkotik vasitə heroin adlandırılan maddlər olduğunu bildirmiş, qeyd olunan həmin bağlamaları “WhatsApp" proqramı vasitəsilə tanış olduğu İİR vətəndaşı olan “Səid” adlı şəxsdən onun göndərdiyi məkandan əldə etdiyini və pul qarşılığında müxtəlif şəxslərə çatdıracağını bildirmişdi. Təqsirləndirilən şəxs, həmçinin özünə məxsus üzərində ***-***-**- ** mobil nömrəsi olan “Samsung A 41” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə şübhəli maddələr tərəzidə çəkilmiş, həcmcə böyük olan bağlamanın içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya şübhəli bitki kütləsi olması və çəkisinin 3 kq 920 qram, həcmcə kiçik olan bağlamanın içərisində olan maddənin narkotik vasitə hesab olunan heroin olması və çəkisinin 1 kq 425 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında aparılmış, axtarışda Elşən Əsgərovun vəkili və əməliyyat qrupunun üzvləri kimi onlar iştirak etmişlər. Şəxsi axtarış və götürmə video çəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs istər saxlanılarkən, istər Xətai RPİ-nin 34-cü PŞ-nə aparılrkən və istərsə də üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qsimində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin NMB-nin digər əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: 102-104). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyatçıları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti altında Azərbaycan Respublikası CPM-nin tələblərinə riayət olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və tədqiq olunan həmin protokol tərtib edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl prosessual hərəkətə rəhbərlik edən təhqiqatçı tərəfindən şəxsi axtarışa məruz qalan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanı təqdim etmiş, torbanın içərisinə baxış keçirildikdə orada iki ədəd şəffaf yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalar olduğu müəyyən edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamalara dair izahat verməsi tələb edildikdə, sonuncu təqdim etdiyi bağlamaların həcmcə böyük olan bağlamanın içərisində narkotik vasitə marixuana, həcmcə kiçik olanın bağlamanın içərisində isə «kakos» kimi tanınan narkotik vasitə heroin adlandırılan maddlər olduğunu bildirmiş, qeyd olunan həmin bağlamaları “WhatsApp" proqramı vasitəsilə tanış olduğu İİR vətəndaşı olan “Səid” adlı şəxsdən onun göndərdiyi məkandan əldə etdiyini və pul qarşılığında müxtəlif şəxslərə çatdıracağını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs özünə məxsus, üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung A 41” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə şübhəli maddələr tərəzidə çəkilmiş, həcmcə böyük olan bağlamanın içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya şübhəli bitki kütləsi olması və çəkisinin 3 kq 920 qram, həcmcə kiçik olan bağlamanın içərisində olan maddənin narkotik vasitə hesab olunan heroin olması və çəkisinin 1 kq 425 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış keçirilməsi və götürmə prosesi «Panasonic» markalı videokamera vasitəsi ilə lentə alınmış, videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 29-32). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında» 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung A 41» markalı mobil telefonda olan məlumatlara baxış keçirilən zaman mobil telefonda Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə, yəni sonuncunun əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığı gün istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə bağlı olan WhatsApp mobil tətbiqində olan hesabına mobil telefonda «Saeed iran» kimi qeyd edilmiş +98 901 *** **** mobil nömrənin abunəçisinin 30 may 2024-cü il tarixdə saat 18:09-da narkotik vasitələrin yerləşmə məkanının və foto şəkillərinin göndərilməsi, bağlamanı götürərkən ehtiyatlı olması, yanında başqa şəxslərin olmaması, bağlamanı götürüb-götürməməsi barədə səsli və yazılı mesajlar olduğu müəyyən olunmuşdur. Tədqiq olunan protokoldan görünür ki, protokolun məzmununda qeyd olunan qanun pozuntuları ilə bağlı mobil telefonun yaddaşında olan və narkotik vasitələrin yerləşmə məkanını əks etdirən foto şəkillər, səsli və yazılı mesajlar fotoşəkillər formasında çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 73-78). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının 31 may 2024-cü il tarixli, 3-16-16/2-7/874 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində tədqiqata təqdim edilmiş ağ kağız üzərində: “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada aşkar olunan bitki mənşəli kütlənin tərkibində narkotik maddələr olan çətə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması və təmiz çəkisinin 3765 qram (3 kq.765 qr.) təşkil etdiyi müəyyən edilmişdir (iş vərəqə: 34, 37-40). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 31 may 2024-cü il tarixli, 3-16-16/2-6/3049 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün № 152” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə aşkar olunan qəhvəyi rəngli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması və təmiz çəkisinin 1350,0 qram (1 kq. 350 qr.) təşkil etdiyi müəyyən edilmişdir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 41-45). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 06 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 1350,0 qram narkotik vasitə heroin və 3765 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 01 (bir) ədəd CD formatlı disk və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 41” markalı mobil telefon ***-***-**-** GSM nömrəsi ilə birlikdə iş üzrə maddi sübut kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1349,9 qram heroin və 3764,8 qram qurudulmuş marixuana narkotik vasitələri Bakı şəhəri Xətai RPİ-də məsul saxlanca verilmiş, 01 (bir) ədəd CD formatlı disk və bir ədəd “Samsung A 41” markalı mobil telefon ***-***-**-** GSM nömrəsi ilə birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 117-124). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2024-cü il tarixli, 4374 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 79, 110-111). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına aidiyyatı orqan tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli cavabdan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamış, lakin qeyd olunan məktubda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin istifadəsi, satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatların əldə olunduğu öz əksini tapmışdır (iş vərəqə: 94, 109). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin maddənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 117-124, 126,128). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən heroin narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2,0 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 800 qram, qurudulmuş marixuana narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 5 qram, külli miqdar olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 5000 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin ümumi çəkisi 1350,0 qram olmaqla xüsusilə külli miqdar hədlərində, qurudulmuş marixuana narkotik vasitəsinin ümumi çəkisi isə 3765 qram olmaqla külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkuotik vasmitəsini xüsusilə külli miqdarda və qurudulmuş marixuana narkotik vasitəsini külli miqdarda əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu naməlum iranlı şəxsin tapşırığı ilə əvvəlcədən qoyulmuş yerdən götürməsi və sonuncudan alacağı pul müqabilində satışını həyata keçirəcəyi ilə əlaqədar etirafı, ifadə verməsə belə, məhkəmə baxışı zamanı ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməsi, barəsində əməliyyat orqanının məlumatları, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə onun narkotik vasitələrdən deyil, psixostimulyatorladan istifadə nəticəsində narkomaniya xəstəliyinə düçar olması, məhkəmədə tədqiq olunan digər mötəbər sübutlarla təqsirləndirilən şəxsin heroin narkotik vasitəsini xüsusilə külli miqdarda və qurudulmuş marixuana narkotik vasitəsini külli miqdarda satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana və xüsusilə külli miqdarda heroin narkotik vasitəsini qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girdiyi qeyrisi ilə birlikdə əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 115-116). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur ki, məhkəmə bu halı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə almalıdır(iş vərəqə: 95). Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə xüsusilə ağır cinayətlərə aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2024-cü il tarixli, 4374 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, şəxsin xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyun 2024-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 30 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1349,9 qram heroin və 3764,8 qram qurudulmuş marixuana narkotik vasitələri məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - cinayət işinin materiallarına əlavə olunmaqla Bakı Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 41” markalı mobil telefon ***-***-**-** GSM nömrəsi ilə birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılsın. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci sərf olunmuşdur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1349,9 qram heroin və 3764,8 qram qurudulmuş marixuana narkotik vasitələri məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - cinayət işinin materiallarına əlavə olunmaqla Bakı Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A 41” markalı mobil telefon ***-***-**-** GSM nömrəsi ilə birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – cəmi 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar