Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-226/2021 02.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı Elburus oğlunun və X5, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəəldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Əli» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikasıərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda, ümumi təmiz çəkisi 105,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini sonuncudan satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizəİdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmişəməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 22:30-da ünvan 1 ünvanında saxlanılaraq üzərinə baxış keçirilərkən onun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşımaqla saxladığı külli miqdarda- 105,200 qram çəkidə narkotik vasitə heroin əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, narkotik istifadəçisi olsa da, narkotik vasitənin gizli qaçaqmalçılığı, satışı ilə məşğul olmamışdır. Giresun Dövlət Universitetinin hüquq fakultəsində oxuyur. Üçüncü kursda Azərbaycan Respublikasına gələrək burada narkotik vasitə istifadə etməyə başlamış, bundan sonra ailəsinin də xəbəri olmadan universitetə getməmişdir. Müalicə məqsədi iləİran İslam Respublikasının Parsabad şəhərinə gedən zaman orada milliyətcə AzərbaycanlıƏli adlışəxslə tanış olmuş, bir müddət sonra sonuncudan narkotik vasitə alaraq istifadə etməyə başlamışdır. Beləliklə gün ərzində 10 qram narkotiki tüstü kimi çəkərək istifadə etmişdir. Narkotik vasitəni təxminən iki-üç dəfəəldə etmişdir. Sonuncu dəfə narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşlarıərazidə oğurluqla bağlı bir evə baxış keçirdikdən sonra, onun evinə gələrək baxış keçirmişlər. Evindən heç bir narkotik vasitə tapılmamışdır. Daha sonra polis bölməsinə getmişlər, bölmədə protokol tərtib edilmiş və o da imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadələri məhkəmədə elan edilmişdir. O, həmin ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, 2019-cu ilin yay aylarından narkotik vasitə olan heroin istifadə etməyə başlamış, heroini iyləmək yolu ilə qəbul etmişdir. Narkotik vasitəni müxtəlif vaxtlarda müxtəlif şəxslərdən alıb istifadə etmiş, narkotik vasitə aldığı şəxslərin adları maraqlı olmadığına görə soruşmamış və telefon nömrələrini də götürməmişdir. 2018-ci il tarixdə müalicə olunmaq məqsədi ilə İran İslam Respublikasına getmiş, orada müalicə olunan zaman təsadüfən «Əli» adlı şəxslə tanış omuş, onunla normal münasibətləri olmuşdur. Arada danışıb kef-əhval tutmuşlar. Əli ilə «WhatsApp» ani mesajlaşma proqramı vasitəsi ilə çox vaxt danışmış, törətdiyi əməlinə görə həbs olunub 2019-cu ilin dekabr ayında həbsdən azad olduqdan sonra onunla yenidən danışmağa başlamışdır. Danışıq zamanı Əli onunla səmimi olaraq danışıb ona məxsus olan narkotik vasitələri satmağı üçün köməklik etməyini istəmiş və bunun müqabilində pul verəcəyini bildirmişdir. Maddi imkansızlıqdan və ona məxsus olan narkotik vasitədən istifadə etmək məqsədi ilə razılaşmışdır. Lakin həmin müddətdən ona zəng edərək hər hansı bir tapşırıq verməmişdir. Onun zəngini gözləməyə başlamış, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında «Əli» adlı şəxs ona özünün istifadəsində olan X7 məxsus nömrə ilə zəng edərək ünvan 2 ünvanında yerləşən «X12» Tədris Mərkəzi ilə üzbəüz yerləşən binanın giriş hissəsindəki borunun arxasına 100 (yüz) qram narkotik vasitə heroin, heroinin yanına əlavə 100 (yüz) manat pul qoydurduğunu, həmin 100 (yüz) manatı onun üçün qoyduğunu, qalan 100 (yüz) qram narkotik vasitə heroinin 20 (iyirmi) qramının onun olduğunu deyərək qalan narkotik vasitəni özünün deyəcəyi adama çatdırmalı olduğunu bildirmişdir. Onunla razılaşmış və narkotik vasitəni dediyi yerdən götürmüşdür. Həmin vaxt ətrafa baxmış və kənarda başqa şəxslərin olmadığından narkotik vasitəni götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuş, 100 (yüz) manat pulu isə şəxsi istifadəsi üçün xərcləmişdir. Həmin günü bir neçə yerə getmiş, «Əli» adlı şəxsə zəng edərək narkotik vasitəni kimə verəcəyini soruşmuşdur. Həmin vaxt Əlinin dediyi adama zəng çatmasına baxmayaraq telefonu açmadığı üçün məlumat verə bilmədiyini deyərək bir müddət gözləməyini istəmişdir. Ona etiraz etməmiş və gözləməyə başlamışdır. Həmin gün Əli adlı şəxsdən zəng gəlmədiyinə görə evə getmək və narkotik vasitəni bir gecəlik evdə saxlamaq qərarına gəlmişdir. Belə də etmiş və saat 22:30 radələrində evə çatan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman orada olan polis əməkdaşları ona xidməti vəsiqələrini göstərərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkaşları olduqlarını, onun külli miqdarda narkotik vasitə ədlə etməyi, üzərində saxlamaqla daşımağı və satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək üzərinə baxış keçirmək istədiklərini demişlər. Vəziyyəti bilmiş və buna etiraz etməmişdir. Daha sonra barəsində qəbul edilmiş qərarla tanış etdirilmiş və iki nəfər şəxs hal şahidi kimi təqdim olunaraq üzərinə baxış keçirilən zaman həmin şəxslərin iştirak edəcəklərini bildirmişlər. Etiraz etmədiyini demiş, daha sonra polis əməkdaşları hal şahidlərini təqdim edərək onları tanıyıb-tanımadığını, şəxsi ədavətinin və düşmənçiliyinin olub-olmadığını soruşmuşlar. Onlara baxmış və heç birini tanımadığını, onlarla şəxsi ədavətinin, düşmənçiliyinin olmadığını bildirmişdir. Bundan sonra həmin suallar hal şahidlərinə də verilmiş və onlarda deyən cavabı verərək onu tanımadıqlarını, onunla şəxsi ədavətlərinin və düşmənçiliklərinin olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə olan əşyaları təqdim etməyini xahiş etmiş, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə içərisində narkotik vasitə heroin olan bükümü, şalvarının sol yan cibindən bir ədəd özünə məxsus olan «Xiaomi» markalı mobil telefonunu, şalvarının sağ arxa cibindən isə bir ədəd «İdrak» markalı elektron nəzarət aparatını çıxararaq təqdim etmişdir. Sellofan bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu demiş, həmin büküm açıldıqda onun içərisində həqiqətən də heroin olduğunun şahidi olmuşlar. Daha sonra həmin büküm qablaşdırılaraq götürülmüş və həmin qablaşdırmanın üzərini imzalamışdır. Daha sonra üzərindən aşkar edilmiş mobil telefon və nəzarət aparatı polis əməkdaşları tərəfindən götürülmüş, hal şahidlərinin yanında polis əməkdaşları narkotik vasitəni haradan əldə etdiyini soruşanda səmimi olaraq etiraf edərək onları İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxsin istifadəsində olan nömrə ilə ona «WhatsApp» ani mesajlaşma proqramı vasitəsi zəng edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində 4-cü mikrorayon adlanan yerdən götürdüyünü, həmin narkotikdən bir hissəsini şəxsi istifadəsi üçün qalan hissəsini isə «Əli» adlı şəxsin dediyi yerə çatdırmaq üçün saxladığını bildirmişdir. Bundan sonra birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş və orada hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim edilmişdir. Siyahıdan istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra vəkil Səyyarə Əliyeva dəvət edilərək ona təqdim edilmiş, vəkilə etirazının olub-olmadığı soruşulmuş, vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra birlikdə üzərinə keçirlən axtarış rəsmiləşdirilmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş və sözləri ilə düz yazıldığına görə həmin prototokolu imzalamışdır (iş vərəqi 44-47 və 61- 64). Təqsirləndirilən şəxs elan olunan ifadələri ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin ifadələrini təzyiq altında verdiyi ilə əsaslandırmış, buna görə də həmin ifadələrini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki,xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərinin Binəqədi rayonu ərazisində narkotik vasitə heroini qanunsuz olaraq əldə etməsi, saxlaması ilə məşğul olması barədə daxil olmuş məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna özü də daxil olmaqla baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis mayoru Şahid1 cəlb edilmişlər. Keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Baş İdarənin inzibati binasından çıxarkən əməliyyat tədbirində iştirak etmələri üçün iki nəfər hal şahidinin iştirakına zərurət yaranmış, bu məqsədlə idarənin yaxınlığında piyada hərəkətdə olan iki nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxslərin adlarını soruşmuşlar. Onların Şahid5 və Şahid4 Zeynalabdin oğlu olduqları məlum olmuşdur. Onlara keçiriləcək əməliyyat-axtarış tədbiri barədə məlumat verərək hal şahidi qismində iştirak etmələri təklif olunmuş və razılaşmışlar. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanında yerləşən evin qarşısına getmişlər. xx xxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində həmin evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq, üzərində qanunsuz nə varsa təqdim etməyi bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, sol yan cibindən bir ədəd mobil telefonu, sağ arxa cibindən elektron nəzarət vasitəsini çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu demiş, həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Həmin büküm qablaşdırılaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş nəzarət vasitəsi və mobil telefonla birlikdə işüçün əhmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin qanunla qadağan edilmiş hər hansıəşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 2018-ci ilin yay ayında İran islam Respublikasının Parsabad şəhərində olarkən təsadüf nəticəsində tanış olduğu Əli adlı şəxsdən aldığını, həmin şəxslə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxladığını, aşkar edilmiş narkotik vasitəni «4-cü mikrorayon» adlanan ərazdə sonuncunun qoydurduğu yerdən götürdüyünü, bir hissəsini özü istifadə etmək, bir hissəsini isə gələcəkdə satmaq məqsədi isə saxladığını bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə Baş İdarəyə gəlmişlər və orada vəkillərin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmişdir. Vəkil gəldikdən sonra baxışda iştirak edən hər bir şəxsin iştirakı ilə protokol tərtib edildikdən sonra imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis mayoru Şahid1ifadələrində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Zeynalabdin oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Baş X1rşısından keçəndə polis əməkdaşları yaxınlaşaraq əməliyyat-axtarış tədbiri həyata keçirəcəklərini deyib, həmin əməliyyatda hal şahidi kimi iştirak etməyi xahiş etmişlər. Razılıq verdikdən sonra hüquq və vəzifələri izah olunmuş, polis əməkdaşları ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarşısına getmişlər. Polis əməkdaşları həmin gün saat 22:30 radələrindəbəhs olunan evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq üzərində olan qanunsuz nə varsa təqdim etməyi bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, sol yan cibindən bir ədəd mobil telefonu, sağ arxa cibindən elektron nəzarət vasitəsini çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu demiş, həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Həmin büküm qablaşdırılmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş nəzarət vasitəsi və mobil telefonla birlikdə götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni 2018-ci ilin yay ayında İran islam Respublikasının Parsabad şəhərində olan zaman təsadüfən tanış olduğu Əli adlı şəxsdən aldığını, həmin şəxslə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxladığını, aşkar edilmiş narkotik vasitəni «4-cü mikrorayon» adlanan ərazidə Əli adlı şəxsin qoydurduğu yerdən götürdüyünü demişdir. Bundan sonra idarəyə gəlmişlər və lazımi sənədləşdirilmə işləri aparıldıqdan sonra protokola imza etmişdir. Keçirilmiş əməliyyat tədbirində özündən başqa daha bir hal şahidi də olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində Şahid4 Zeynalabdin oğlunun ifadəsindəki xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Baş İdarəyə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhərinin Binəqədi rayonu ərazisində narkotik vasitəolan heroini qanunsuz olaraq əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (iş vərəqi 04). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında onun üzərindən aşkar olunmuş bir ədəd şəffaf polietilen büküm qablaşdırılaraq, bir ədəd «İdrak» markalı elektron nəzarət vasitəsi və «Xiaomi» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (iş vərəqi 08-10). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs tutmanın əvvəli xx xxxxxx 2020-ci il, saat 22:30-dan hesablanmaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 19). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4222 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən ... aşkar edilərək götürülmüşdür» və s. qeydlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 105.200 qram olan maddə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; aparılmış tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir (iş vərəqi 32-34). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərhədkeçməsinə dair hesabata keçirilmiş baxış zamanı onun xx.xx.2019-cu il tarixdə Biləsuvar keçid məntəqəsindən İran İslam Respublikasının ərazisinə keçməsi, xx.xx.2019-cu il tarixdə həmin istiqamətdən geri qayıtması, xx.xx.2019-cu il tarixdə Biləsuvar keçid məntəqəsindən İran İslam Respublikasının ərazisinə keçməsi, xx.xx.2019-cu ildə həmin istiqamətdən geri qayıtması, daha sonra xx.xx.2019-cu il tarixdə Biləsuvar keçid məntəqəsindən İran İslam Respublikasının ərazisinə keçməsi, xx.xx.2019-cu ildə həmin istiqamətdən geri qayıtması müəyyən edilmişdir; sərhədkeçməyə dair cədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 48-49). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli qərarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi göstərilmişdir (iş vərəqi 50). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 76- 80). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Xiaomi» markalı mobil telefona keçirilmiş baxış zamanı onun istifadəsində olan mobil telefonun «WhatsApp» ani mesajlaşma proqramında İran İslam Respublikasının vətəndaşı «Ali Qaqashi» adı ilə qeydiyyatdan olan +**********59 nömrəsi ilə müxtəlif vaxtlarda və müxtəlif müddətlərdə danışqların aparılması müəyyən edilmişdir (iş vərəqi 87). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 verilmiş tələbnamədən və hökmün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 14 (on dörd) gün çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (iş vərəqi 90-91; 102-105). Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə görə, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədə xx.xx.2020-ci il tarixdə qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının müddəti bitməmişdir və belə olan halda məhkəmə, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.2-ci maddədə göstərilir ki, hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 67.3-cü maddəyə əsasən, hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. 67.4-cü maddə hökmlərin məcmusu üzrə qəti cəzanın həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamasını nəzərdə tutur. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixə 01(bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün olmaq şərti ilə 07 (yeddi) ay 26 (iyirmi altı) gün olaraq qalmış azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli xx/xx-2545 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur (iş vərəqi 109). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X10 xx.xx.2020-ci il tarixli 2/44 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 110). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli 008-1419-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs haqqında ifadə verdiyi «Əli» adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini və olduğu yeri, əvvəllər narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olubolmadığını, əlaqələrini, narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, cinayətin digər iştirakçılarının şəxsiyyətini, eləcə də, külli miqdarda narkotik vasitələrin mənbəyini müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır (iş vərəqi 115). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının X8 Ərazi Dairəsi üzrə nümayəndəsinin 14-18/12 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır (iş vərəqi 116). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının X8 Ərazi Dairəsi üzrə nümayəndəsinin18/12 nömrəli xx.xx.2020-ci il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir (iş vərəqi 117). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, «Azerfon MMC»-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, AZF/LGL-5211/20 nömrəli diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi telefon nömrəsi ilə İran İslam Respublikasına məxsus mobil operatorlar arasında danışıqların və mesaj mətnlərinin olması müəyyən edilməsə də, onun istifadəsində olan 077 485 83 99 telefon nömrəsi ilə istintaqa məlum olmayan şəxslərin istifadələrində olan mobil nömrələrlə narkotik vasitələrin alışı və satışı ilə bağlı mütəmadi olaraq danışıqların aparılması müəyyən edilmişdir (iş vərəqi 136-152). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli 1642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi dispanserdə qeydiyyata adlınması məsləhət görülür (iş vərəqi 169-170) İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinə tövsif edilmiş; Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,01 qram sərf edildikdən sonra 105,1 qram qalmış narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün təqsirləndirilən şəxsi tanış etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 maddi sübutların saxlanma kamerasına təhvil verilmiş; «xxxx» MMC-dən daxil olmuş bir ədəd «CD» disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 171-178). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (iş vərəqi 185). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə, ittiham olunduğu maddə ilə özünü təqsirli bilməməsinə, yəni narkotik vasitənin istifadəçisi olsa da, narkotik vasitələrin qaçaqmalçılığı, alqı-satqısı ilə məşğul olmadığına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun İ siyahısında narkotik vasitə- heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 10 nömrəli Qərarının 19-cu bəndində göstərilir ki, «məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir». Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2, 58.3-cü maddələrinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13cü bəndinə əsaslanaraq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxsyevin üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,01 qram sərf edildikdən sonra 105,1 qram qalmış narkotik vasitə heroin məhv edilməli; Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tələb olunaraq cinayət işinin materiallarında saxlanılmalı; «xxxx» MMC-dən daxil olmuş bir ədəd «CD» diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 206.3.2-ci maddə ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1 və 234.4.3-cü maddələr ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının qalan cəzası iki günə bir gün olmaq şərti ilə 07(yeddi) ay 26 (iyirmi altı) gün olaraq qalmış azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə görə ona təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 17 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,01 qram sərf edildikdən sonra 105,1 qram qalmış narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs məxsus bir ədəd «Xiaomi» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tələb olunaraq cinayət işinin materiallarında saxlanılsın; «xxxx» MMC-dən daxil olmuş bir ədəd «CD» diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-226/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-226/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver