Məhkəmə qərarları › İş №1(101)-226/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-226/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-226/2022 14.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Rahib Vaqif ğlu Salmanov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X4 və X5, müdafiəçi: «Verdiktum» Vəkil Bürosunun vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1985-ci ildə Bərdə rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, ev 2-də qeydiyyatda olub ünvan 1da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə cəzasının 7 il müddətə endirilməsinə, 23 may 2019-cu il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 8 ay 8 gün vaxtından əvvəl şərti azad edilməsinə, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 31 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay 17 gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əli» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 28.482,84 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 1.630 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Əli» adlı şəxsin və qeydlərinin göstərişinə əsasən 6.000 (altı min) manat pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin iki ədəd bükümdə olan 2,84 qramını üzərində, 18.580 qram narkotik vasitə heroini və 1630 qram psixotrop maddə metamfetamini idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində, 9.900 qram narkotik vasitə heroini isə yaşadığı ünvan 1 ünvanına daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X2 16 iyun 2021-ci il tarixdə saat 23:00-da Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 47-ci kilometrliyində idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq avtomobili ilə birlikdə Baş İdarəyə gətirilmiş və orada 17 iyun 2021-ci il tarixdə saat 00:30dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,584 qram və 2,256 qram olmaqla ümumi çəkisi 2,84 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 17 iyun 2021-ci il tarixdə saat 01:10 dəqiqədən etibarən Ramai Hüseynovun idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerindən bir ədəd yaşıl rəngli torbanın içərisində olan 10 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram, 2.000 qram və 580 qram olmaqla ümumi çəkisi 18.580 qram olan öz aralarında xarici görünüşü və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bağlamanın içərisində olan dörd ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.000 qram, 500 qram, 40 qram və 90 qram olmaqla ümumi çəkisi 1.630 qram olan öz aralarında xarici görünüşü və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 17 iyun 2021-ci il tarixdə saat 4:40 dəqiqədən etibarən Ramai Hüseynovun icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan yataq dəstinin yanında yerdə qoyulmuş balışın arxasındakı bir ədəd göy rəngli sellofan torbanın içərisindən 10 ədəd şəffaf rəngli bağlamada külli miqdarda ayrı- ayrılıqda təmiz çəkiləri 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram, 1.000 qram və 900 qram ümumi çəkisi 9.900 qram olan öz aralarında, həmçinin, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş heroinlərlə kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2014-cü il tarixdə həbsdə olarkən İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə tanış olmuşdur. Həmin vaxtdan onunla münasibət saxlamışdır. Azadlığa çıxandan sonra Əli ona narkotik vasitələr göndərəcəyini, həmin narkotik vasitələri dediyi ünvana çatdırarsa, bunun müqabilində ona pul verəcəyini təklif etmişdir. Maddi imkanı zəif olduğundan Əli ilə razılaşmışdır. Sonuncunun 15 iyun 2021-ci il tarixdə axşam saatlarında Cəlilabad rayonunda yolun kənarına qoyduğu narkotik vasitəni götürüb deyilən ünvana çatdıracağı və buna görə 6.000 manat alacağı barədə razılaşmışlar. 15 iyun 2021-ci il tarixdə axşam saatlarında Cəlilabad rayonunun girişində yolun kənarında olan bir ədəd torbanı götürüb yaşadığı ünvan 1-a gətirmişdir. Torbanın içərisində marixuana və heroin olmuşdur. Onlardan 3 kq marixuananı evdə saxlamış, 8-9 kq marixuana və 6 kq heroini isə Əlinin deyəcəyi ünvana çatdırmaq üçün idarə etdiyi «Azsamand» markalı **-LP-*** qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə qoymuşdur. Bundan sonra Bakı şəhərinə yollanmışdır. 16 iyun 2021-ci il tarixdə gecə saat təxminən 23 radələrində Qaradağ rayonu ərazisində DYP postunda avtomobili saxlanılmış və qolu qandallanaraq BNMİ-yə aparılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Səhəri gün idarə etdiyi avtomobildən marixuana və heroin aşkar edilmişdir. Onun yaşadığı evə də baxış keçirilmişdir. Polis əməkdaşları evinə pəncərədən daxil olub, 3 kq marixuana aşkar etmişlər. Narkotik vasitələri ünvana çatdıra bilmədən tutulduğuna görə Əli ona pul göndərməmişdir. Ona verilən ittihamla razı deyildir. Tutularkən üzərində narkotik vasitə olmamış və avtomobilindən psixotrop maddə metamfetamin aşkar edilməmişdir. Polis əməkdaşlarının təzyiqi altında etirafedici narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını bildirmiş və protokollara imza etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 iyun 2021-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Nəticədə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 47-ci kilometrliyində olduğunu öyrənmişlər. 16 iyun 2021-ci il tarixdə saat 23:00 radələrində həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs həmin ünvanın yaxınlığında «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış və avtomobili ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Sonuncu polis əməkdaşlarının təklifi ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd «Nokia» markalı mobil telefonu, iki ədəd şəffaf sellofan bükümü, şalvarın sol yan cibindən bir ədəd avtomobil açarını, bir ədəd Bərdə rayonunda yerləşən yaşadığı evin açarını, bir ədəd şəxsiyyət vəsiqəsini və bir ədəd «Albalı Plus» plastik bank kartını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən içərilərində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin sellofan bükümlər bir ədəd zərfə qoyulmaqla qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən aşkar edilmiş maddələrin narkotik tərkibli maddələr olduğunu, həmin maddələri bir gün öncə Cəlilabad rayonu ərazisindən yolun kənarından götürdüyünü, adını «Əli» kimi bildiyi İran İslam Respublikası vətəndaşının göndərdiyini, onları deyiləcək yerə qoymalı olduğunu, buna görə ona 6.000 manat veriləcəyini, bundan başqa idarə etdiyi avtomobilin arxa yük hissəsində də, həmçinin yaşadığı Bərdə şəhəri Qasım bəy Zakir küçəsi ev 9-da da narkotik tərkibli maddələr saxladığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün Baş İdarənin həyətinə düşmüşlər. Baxış 17 iyun 2021-ci il tarixdə saat 01:10-da başlanmışdır. Polis əməkdaşlarının təklifi ilə Təqsirləndirilən şəxs avtomobilin açarı ilə arxa yük hissəsini açaraq yaşıl rəngli torbanı göstərərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisində ümumilikdə 11 ədəd sellofan bağlama olmuş, 10 ədədinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, birində isə bir-birinə bərkidilmiş dörd ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Sonra həmin bağlamalar aşkar edildikləri yaşıl parça torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının sualına cavab olaraq avtomobildən aşkar edilmiş maddələri «Əli» adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyini, onları deyiləcək yerlərə qoymaqla 6.000 manat pul qazanmaq niyyətinin olduğunu, bundan başqa yaşadığı Bərdə şəhəri Qasım bəy Zakir küçəsi ev 9-da da həmin narkotik tərkibli maddələrin qalan hissələri olduğunu demişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və tədbirin nəticəsi barədə protokol tərtib edilmiş, oxunmduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və vəkili ilə birlikdə ünvan 3 ünvanına yaşadığı evə yollanmışlar. Həmin vaxt evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs onların təklifi ilə mənzilin yataq otağına daxil olub, girişdən sol tərəfdə yataq dəstinin yanında yerdə qoyulmuş balışın arxasındakı göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərsindən on ədəd şəffaf sellofan bağlama aşkar edilmiş və onların da içərisində narkotik vasitə heroinə bənzər kütlələr olmuşdur. Həmin bağlamalar aşkar edildikləri göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri imzalanmış və möhürləndikdən sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri də «Əli» adlı İran İslam Respublikasının vətəndaşının göndərdyini, onları deyiləcək yerlərə qoymalı olduğunu, əvəzində Əlinin ona 6.000 manat verəcəyini demişdir. Bundan sonra baxış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Tədbirin nəticəsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. Məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2021-ci il tarixli, 6/2454 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7 (2)» dairəvi möhür əksi olan üzərində «Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş» yazı və imzalar torbada 9 ədəd üzəri skoçla yapışdırılmış bükümlərin hər birində ayrı-ayrılıqda təmiz çəkisi 2.000,0 qram, 2.000,0 qram, 2.000,0 qram, 2.000,0 qram, 2.000,0 qram, 2.000,0 qram, 2.000,0 qram, 2.000,0 qram, 2.000,0 qram və 1 ədəd bükümdə təmiz çəkisi 580,0 qram olmaqla, ümumi çəkisi 18.580,0 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 4 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkisi 1.000,0 qram, 500,0 qram, 40,0 qram və 90,0 qram olmaqla, ümumi çəkisi 1630,0 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələr 1 ədəd sellofan torbanın içərisindəki 10 ədəd sellofan bağlama....» yazı və imzalar olan paketdə 9 ədəd bükümlərin hər birində ayrı-ayrılıqda təmiz çəkisi 1.000,0 qram, 1.000,0 qram, 1.000,0 qram, 1.000,0 qram, 1.000,0 qram, 1.000,0 qram, 1.000,0 qram, 1.000,0 qram, 1.000,0 qram və 1 ədəd bükümdə 900,0 qram olmaqla, ümumi çəkisi 9.900,0 qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan büküm...» yazı və imzalar olan zərfdə 2 ədəd sellofan kəsiyi bükümündə hər birində ayrı-ayrılıqda təmiz çəkisi 0,584 qram və 2,256 qram olmaqla, ümumi çəkisi 2,84 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş 22 ədəd bükümdə olan heroinlər öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni, 4 ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici görünüşünə kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Qeyd: Heroinin ümumi çəkisi 28.482,84 qram, tədqiqata sərf edilən miqdar 0,44 qram (hər bir obyektdən 0,02 qram olmaqla), qalıq: 28482,4 qram, metamfetaminin ümumi çəkisi 1.630,0 qram, tədqiqata sərf edilən miqdar 0,12 qram (hər bir obyektdən 0,03 qram olmaqla), qalıq: 1.629,88 qram. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 6 sentyabr 2021-ci il tarixli 3283 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 30-33, 36-38, 41-43-cü vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2021-ci il tarixdə saat 23.00-da Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax yolunun 47-ci kilometrliyində idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq avtomobili ilə birlikdə BNMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq 17 iyun 2021-ci il tarixdə saat 01:10-dan etibarən Təqsirləndirilən şəxs idarə etdiyi «Azsamand» markalı, **-LP-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə baxış keçirilən zaman 10 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd sellofan bağlamanın içərisində olan 4 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq 17 iyun 2021-ci il tarixdə sat 04:40-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan yataq dəstinin yanında yerdə qoyulmuş balışın arxasındakı 1 ədəd göy rəngli sellofan torbanın içərisindən 10 ədəd şəffaf rəngli bağlamada narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. İşin 181-182-ci vərəqlərindəki maddi sübut kimi tanınma haqqında 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobildən və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 28.482,4 qram çəkidə narkotik vasitə heroin və ekspertizadan sonra qalıq qalan 1.629,88 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşin 201-213-cü vərəqlərindəki «Sübuların qiymətləndirilməsi haqqında» 14 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk maddi sübu kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 iyun 2011-ci il təvəllüdlü Nilufər Hüseynli olmaqla bir azyaşlı uşağı vardır. İşin 115-117-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən, 146-180-ci vərəqlərindəki hökmlər və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 21 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28 yanvar 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, 10 fevral 2016-cı ildə Ali Məhkəməsinin qərarı ilə 29 aprel 2014-cü il tarixli qərar dəyişdirilərək cəzası 7 (yeddi) ilə endirilmiş, 23 may 2019-cu ildə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 8 (səkkiz) ay 8 (səkkiz) gün vaxtından əvvəl şərti azad olunmuş, 6 fevral 2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 may 2021-ci ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 (bir) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətləri cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 fevral 2014-cü il tarixli hökmü və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə olan məhkumluqları ödənilmədiyindən və götürülmədiyindən, bu hal onun barəsində cinayətlərin təhlükəli residivini yaradır. İşin 21-ci vərəqindəki 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə saxlanılmışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi (iş vərəqi 66-70, 83-87) məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, işə əlavə edilmiş protokollar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 76.6.3-cü maddəsinə əsasən Binəqədi rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı müəyyən edilmiş cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Yasamal rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) ay 17 (on yeddi) gün hissəsi qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobildən və yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 28.482,4 qram çəkidə narkotik vasitə heroin və ekspertizadan sonra qalıq qalan 1.629,88 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1 və 234.4.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 76.6.3-cü maddəsinə əsasən Binəqədi rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı müəyyən edilmiş cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) ay 17 (on yeddi) gün hissəsi qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobildən və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 28.482,4 qram çəkidə narkotik vasitə heroin və ekspertizadan sonra qalıq qalan 1.629,88 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar