Məhkəmə qərarları › İş №1(101)-226/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-226/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-226/2023 17.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, lakin üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 42-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, dalan 7, ev 17-də yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır, bundan başqa, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Şəki şəhər sakini Zərərçəkmiş şəxs baldızı Şahid9 Şəki şəhərində yerləşən 18 saylı tam orta məktəbdə kitabxanaçı kimi işə düzəldəcəyinə dair yalan vədlər verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib vahid niyyətlə Zərərçəkmiş şəxs 20 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Şəki şəhəri, X27 prospekti, 149B ünvanında yerləşən “Bank of Bakunun” Şəki filialının inzibati binasının yaxınlığında görüşüb 6.300 manat almış, daha sonra Zərərçəkmiş şəxs 08 noyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Şəki şəhəri, X27 prospektində yerləşən "Görüş" marketdə olan Milliön ödəmə terminalından Təqsirləndirilən şəxs “Kapital Banka” məxsus kart hesabına 1.800 manat, 05 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 3 ünvanında yerləşən "Bazar Store" ticarət mərkəzinin qarşısında olan Milliön ödəmə terminalından isə həmin hesaba 800 manat köçürməklə, ümumilikdə 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,069 qram və 3,605 qram olmaqla, ümumi təmiz çəkisi 8,674 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib üzərində saxlamaqla daşımış və 10 noyabr 2021-ci il tarixdə, saat 11:50 radələrində ünvan 4 ünvanının qarşısında Bakı şəhəri Suraxanı RPİ-nin NMBnin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 6 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,069 qram və 3,605 qram, ümumi çəkisi 8,674 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,952 qram kustar üsulla hazırlanmış naroktik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitədən 0,695 qram narkotik vasitə heroini 28 mart 2022-ci il tarixdə Şahid11 8 manata satmış və 28 mart 2022-ci il tarixdə, saat 00:25 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən axtarışda olduğu üçün barəsində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsində saxlanılaraq ünvan 8 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,257 qram, Şahid11 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilir, lakin digər ittihamlar üzrə özünü təqsirli bilmir. Belə ki, o, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. O, Şəkidə olan zaman Elnur öz baldızını işə düzəltmək üçün ona müraciət etmişdir. Bundan sonra o, Elnurun xahişi ilə icrada işləyən tanışına müraciət etmişdir. Zərərçəkmiş şəxs bu məqsədlə ona 8.900 manat pul vermişdir. Elnurun işi artıq alınmalı imiş, lakin o, həmin ərəfədə Bakıya getməli olmuşdur. Həftənin altıncı günü olduğundan o, həmin pulu tanışına verə bilməmişdir. O, Bakıda dostunun evində qalmış, səhər saatlarında isə Suraxanı RPİ-nin əməkdaşları onun dostunun evinə daxil olaraq onu tutmuşlar. Evdə olan dostu, dostunun yoldaşı, uşağı, anası, atası və o, evdə olmuşlar. Polislər onu və dostunu, hətta qapının önündən də bir nəfəri tutub Suraxanı RPİ-yə aparmışlar. Orada onları 8 saat döymüşlər, sonra onun qabağına narkotik vasitəni qoymuşlar və həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini ondan tələb etmişlər. O, narkotik vasitə istifadə etmədiyini bildirsə də, ona qulaq asmamışlar. Əksinə ona təzyiq göstərmişlər. Anar adlı polis əməkdaşı 2 (iki) ədəd qutunu seyfdən götürüb ona demişdir ki, “sən bu qutularda olan narkotik vasitəni boynuna götürməlisən”. Həmçinin Anar onun 3.160 manat pulunu da götürmüşdür. Sonra Cavid adlı müstəntiq onun yanına gəlmiş və ona demişdir ki, “sənə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı köməklik edəcəm, sən narkomana oxşamırsan”. O, Caviddən onu ekspertizaya göndərməsini xahiş etmişdir. Bundan sonra ondan yenidən 5.000 manat pul istəmişlər. O, həmin şəxslərə bu qədər pulun olmadığını bildirmişdir. Cavid ona demişdir ki, “mən sənə köməklik edəcəm, yoxsa səni narkotik vasitə satışı ilə ittiham edə bilərlər”. O, Cavidə 2.000 manat gətirə biləcəyini bildirmişdir. O, xahiş etmişdir ki, “məni buraxın, gedib həmin pulu tapıb gəlim”. Bundan sonra onu buraxmışlar. Sonra o, Cavid adlı müstəntiqə gətirib 2.000 manat pul vermişdir. Bundan sonra həmin şəxs onu 5 dəfə yanına çağırmış, sonuncu dəfə isə Cavid ona zəng edərək demişdir ki, “sənin gətirdiyin 2.000 manat puldan mənə heç nə çatmayıb”. Ona görə də Cavid ona demişdir ki, “yenə pul gətir”. O, buna etiraz etdikdə, Cavid onu narkotik vasitə satışı ilə ittiham edəcəyini bildirmişdir. O, mart ayında Novruz bayramı ərəfəsində vəkilə müraciət etmişdir. Vəkil bayram ərəfəsi olduğuna görə Novruz bayramı bitdikdən sonra bu barədə danışıq aparmağı bildirmişdir. Bundan sonra onu 27 mart 2022-ci il tarixdə qonşusu Baləligilin həyətində tutmuşlar. O, Baləliyə müraciət etmişdir ki, ona 50-100 manat kömək etsin. Baləli də onu evinə çağırmışdır. O, Baləligilə getdikdə Baləli onun yeri barədə polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları da həmin ünvana gələrək onu saxlamışlar. Polis əməkdaşları onu tutan zaman Baləlidən soruşmuşlar ki, “Noldu, Nurlandadır?”. Baləli də cavab vermişdir ki, “yox, hələ məndədir, cibimdədir”. Həmin polis əməkdaşlarından biri Baləlini söymüşdür ki, niyə üstündə olan şeyi ona (Nurlana) verməmişdir. Bundan sonra polis əməkdaşları 6 saat onu döymüşlər, ona qarşı təzyiq göstərmişlər. O, yenə də narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası onu xəsarətlərinə görə götürməmişdir. Onu ekspertizaya aparmışlar, lakin orada ondan analiz götürməmişlər. O, 03 saylı İstintaq Təcridxanasında olarkən Cavid və Habil adlı müstəntiqlər onun yoldaşını iki uşağı ilə birlikdə Polis İdarəsinə dəvət edərək əvvəlcə 500 manat, sonra isə 1.000 manat pulu qaytarmışlar. O, Cavid adlı müstəntiqdən qalan 500 manatını istəmişdir. Həmin vaxt ona demişlər ki, “elə etmə ki, səni daha ağır maddələr ilə ittiham edək”. O, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. O, özünü dələduzluqla bağlı ittiham üzrə təqsirli bilsə də, digər ittihamlar üzrə təqsirli bilmir. Təqsirləndiirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəllənin 234.1 və 234.4.3-cü maddələri ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini (dələdulzuq cinayət əməlinə nisbətdə), habelə zərərçəkmiş şəxsin və şahid ifadələrini, cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə Şəki şəhərində tanış olmuşdur. O, uzun illərdir ki, Şəki şəhəri ərazisində yerləşən avtoservisdə avtomobil təmiri ilə məşğul olaraq ailəsini dolandırır. Təxminən bir il olar ki, Bakı şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs onun yanına gələrək avtomobilini ona təmir etdirmişdir. Həmin şəxs özünü ona polis əməkdaşı kimi təqdim edərək Şəki rayon Polis şöbəsində işlədiyini bildirmişdir. O, Nurlanın polis əməkdaşı olmasını nəzərə alaraq, avtomobil təmiri üçün Nurlandan pul almamışdır. Onun Təqsirləndirilən şəxs ilə xoş münasibətləri yaranmış, Nurlan hər dəfə onun yanına gəlib-getdiyində nə işi olarsa deməsini və əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. O, bir müddət sonra qaynanasının xahişi ilə öz baldızını işə düzəltmək üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs zəng edib görüşmüş və baldızı Şahid9 18 saylı tam orta məktəbdə kitabxanaçı kimi işə girməsinə köməklik etməsini Nurlandan xahiş etmişdir. Təqsirləndirilən şəxs da bu işdə ona köməklik edə biləcəyini, lakin adamının olduğunu, həmin adam ilə danışıb ona tam dəqiq bir söz deyəcəyini demişdir. Bundan 10-15 gün sonra Təqsirləndirilən şəxs ona zəng edib baldızının işini düzələcəyi ilə bağlı danışdığını, məsələni 6.300 manata həll edəcəyini demişdir. O, 6.000 manat pulu Təqsirləndirilən şəxs, sonuncu da həmin pulu öz tanışına verməli olmuşdur. 300 manat da Təqsirləndirilən şəxs özünə verilməli olmuşdur. O, Təqsirləndirilən şəxs artıq onun baldızı Şahid9 18 saylı tam orta məktəbə işə düzəldəcəyinə arxayın olmuşdur. Təqsirləndirilən şəxs ona pulu tez bir zamanda veməyini tələb etmişdir. O da qaynanası Şahid8, baldızı Şahid9 və həyat yoldaşı Şahid10 götürüb Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "Bank of Bakunun" Şəki filialına getmişdir ki, oradan yoldaşı Şahid10 adına 5.000 manat pulu kreditə götürsünlər. Onlar banka getdikdən sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayıb banka gəlmişdir. O, xx.xx.2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində bankdan yoladaşı Şahid10 adına 5.000 manat pulu kreditə götürmüşdür. Bankda xəzinadar pulu ona verəndə Təqsirləndirilən şəxs pulu ondan götürüb saymış, daha sonra həmin pulu ona qaytarmışdır. Sonra onlar bankdan çölə çıxmışlar və ona məxsus avtomaşına əyləşmişlər. Həmin vaxt 1.000 manat pul çatmamışdır. Təqsirləndirilən şəxs ona 6.000 manat, əlavə olaraq özünə 300 manat da hörmət edilməli olduğunu demişdir. O da işin həll olunacağını düşünüb Nurlanın istədiyi pulu verəcəyinə razı olmuşdur. Onun qaynanası Şahid8 evə gedib əlavə olaraq 1.300 manat pul götürüb onların yanına gələrək gətirdiyi pulu ona vermişdir. O da həmin 1.300 manat pulu bankdan yoldaşının adına götürülmüş 5.000 manat pulun üstünə qoyaraq öz maşınında baldızı Şəlalə və yoldaşı Şahnigarın yanında Nurlan Dadoşova vermişdir. Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra baldızı Şahid9 diplomu və şəxsiyyətini təsdiq edən sənədlərin şəkillərini çəkib göndərməyini demişdir. O da Nurlanın dediyi sənədlərin şəkillərini çəkib Nurlanın özünə atmışdır. Nurlan pulu alıb gedərkən işi uzağı bir aya kimi həll edəcəyini demişdir. O da Nurlanın kişiliyinə, mənliyinə və şəxsiyyətinə inanıb Nurlanın onu aldadacağını düşünməmişdir. Təqsirləndirilən şəxs pulu alıb getdikdən 15-20 gün sonra yenidən ona zəng edərək onun verdiyi məbləğin işin həlli üçün az olduğunu və ona görə də əlavə pul istədiklərini bildirmişdir. O, yenə qaynanası Şahid8 1.800 manat pulu alıb xx.xx.2021-ci il tarixdə, təxminən saat 13:00 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Görüş" marketdə quraşdırılmış Milliön ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi, hazırda isə xatırlamadığı kart hesabına göndərmişdir. Bundan bir müddət sonra o, Təqsirləndirilən şəxs zəng edib işin həll olunub-olunmadığını soruşduqda, sonuncu narahat olmamağını, danışdığını, qısa vaxtda işin hazır olacağını bildirmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs zəng edib işin konkret olaraq nə vaxta hazır olacağını soruşduqda, Nurlan xx.xx.2022-ci il tarixə kimi işin həll olunacağını bildirmişdir. O da Nurlana inanaraq işin həll ediləcəyini düşünmüşdür. 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs yenə ona zəng edərək artıq işin həll olunmaq üzrə olduğunu, buna görə də əlavə pul lazım olduğunu bildirmişdir. O, Nurlana pulu olmadığını bildirsə də, Nurlan istədiyi pulun verilmədiyi halda işin batacağını demişdir. O da məcbur qalıb həyat yoldaşı Şahnigarın qızıllarını bazarda sataraq 800 manat pul hazırlamışdır. O, xx.xx.2022ci il tarixdə, təxminən saat 18:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazar Store” adlı marketə gedərək orada olan Milliön ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi, hazırda isə xatırlmadığı kart hesabına 800 manat pul göndərmişdir. Həmin vaxtdan xeyli müddət keçsə də, o, Təqsirləndirilən şəxs bu işin həlli ilə bağlı heç bir iş görmədiyinin şahidi olmuşdur. O, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etsə də, Nurlana zəng çatmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Sonra o, Şəki rayon Polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs etdiyi dələduzluğu barəsində şikayət etmişdir. O, bugünə kimi Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluğa görə “Bank of Bakunun” Şəki filialına kredit ödəməyə davam edir. Təqsirləndirilən şəxs ona ümumilikdə 8.900 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona baldızı Şahid9 Şəki şəhərində yerləşən 18 saylı tam orta məktəbdə kitaxanaçı kimi işə düzəldəcəyinə dair vədlər vermişdir. O da hissə-hissə olmaqla, Nurlana ümumilikdə 8.900 manat pul vermişdir. O, xx.xx.2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Bank of Bakunun” Şəki filialının yaxınlığında özünə məxsus maşında 6.300 manat, xx.xx.2021-ci il tarixdə, təxminən saat 13:00 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Görüş" marketdə Milliön ödəmə terminalından Təqsirləndirilən şəxs verdiyi, hazırda xatırlamadığı kart hesabına 1.800 manat, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:00 radlərində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazar Store” adlı marketə gedərək orada olan Milliön ödəmə terminalından Təqsirləndirilən şəxs verdiyi, hazırda xatırlmadığı kart hesabına 800 manat pulu göndərmişdir. O, 6.300 manat pulu Təqsirləndirilən şəxs verərkən onların yanında onun baldızı Şahid9 və həyat yoldaşı Şahid10 olmuşdur. O, digər 1.800 manat və 800 manat pulu Təqsirləndirilən şəxs Milliön ödəmə terminalı ilə göndərərkən onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi nəticəsində ona ümumilikdə 8.900 manat maddi ziyan dəymişdir. Lakin hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində narkotik vasitə istifadə etməsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbirində onlar Təqsirləndirilən şəxs saxlayıb araşdırma aparılması üçün Polis İdarəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən narkotik vasitə aşkar edilmişdir. Sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarından aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Hadisənin üstündən uzun müddət keçdiyindən o, keçirilmiş əməliyyat tədbiri və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitənin növü və çəkisi barədə məlumatları xatırlarmır. O, müstəntiqə bu barədə ətraflı ifadə vermiş və ibtidai istintaq orqanına verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, digər polis əməkdaşları Şahid3, Şahid4 və Şahid1 ilə birlikdə xidməti ərazidə xidmət aparmışdır. Həmin vaxt məlumat gəlmişdir ki, axtarışda olan Nurlan adlı şəxs Mərdəkanda “Bağlar” deyilən yerdədir. Bundan sonra onlar məlumatda göstərilən ünvana getmişlər və deyilən ünvanda Nurlanı görmüşlər. Həmin vaxt Nurlanın yanında bir nəfər başqa şəxs də olmuşdur. Onlar Nurlangili görüb yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Səhv etmirsə həmin vaxt Nurlanın yanında olmuş şəxsin adı Balabəy olmuşdur. Bundan sonra onlar Nurlanı və Balabəyi Polis bölməsinə dəvət etmişlər. Onlar Nurlan və Balabəyi Polis bölməsinə dəvət etdikdə, sonuncular bildirmişlər ki, üzərlərində narkotik vasitə var və onlarla Polis bölməsinə getmək istəməmişlər. Onlar yenidən Nurlan və Balabəyi Polis bölməsinə dəvət etdikdə, sonuncular onlardan qaçmağa cəhd etmişlər. Lakin Nurlan və yanında olmuş şəxs qaça bilməmişdir. Onlar Nurlanı və yanındakı şəxsi saxlayıb Polis bölməsinə aparmışlar. Orada Nurlanın və Balabəyin üzərinə baxış keçirilmiş və həmin vaxt sonuncuların üzərlərindən narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə çıxmışdır. O, Nurlanın üzərinə baxış keçirilən zaman iştirak etmişdir. Nurlan bildirmişdir ki, həmin narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə axtarışa verilmişdir. Onun və digər əməkdaşların ərazidə olduğu vaxt onlara məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsindədir. Onlar da dərhal deyilən yerə yaxınlaşmışlar. Onlar həmin yerə gedən zaman orada 2 (iki) nəfər şəxs dayanmışdır. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər də özlərini onlara təqdim etmişlər. Həmin vaxt Nurlanın yanında başqa şəxs olmuş, bu şəxsin adı Balabəy olmuşdur. Həmin şəxslər etiraf etmişlər ki, üzərlərində narkotik vasitə var. Bundan sonra Nurlan və yanında olan şəxs onlardan qaçmaq istəmişlər. Lakin onlar Nurlanı və yanında olan şəxsi saxlayıb Polis bölməsinə aparmışlar. Orada saxlanılan şəxslərin üzərlərinə baxış keçirilmişdir. O, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etməmişdir. Belə ki, o, Balabəyin üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Balabəyin üzərinə şəxsi axtarış keçirilən zaman orada ondan başqa, digər polis əməkdaşı Şahid4 da olmuşdur. Balabəyin üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Balabəy üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı Şahid10 ilə evlidir. O, Şəki şəhərində yerləşən 18 saylı tam orta məktəbdə xadimə işləyir. O, həmin məktəbdə işlədiyi vaxt kitabxanada kitabxanaçı vakansiyasının olduğunu eşitmişdir. O, qızı Şahid9 həmin işə düzəlməsini istəmiş və bu barədə kürəkəni Zərərçəkmiş şəxs dedikdə, Elnur ona bildirmişdir ki, qızı Şahid9 həmin işə düzəldə biləcək tanışı var. O, bu barədə həmin şəxs ilə danışması üçün Elnura razılıq vermişdir. Bundan bir neçə gün sonra Elnur Nurlan adlı polis əməkdaşı ilə bu barədə danışdığını, sonuncunun Şəlaləni həmin işə düzəldəcəyinə dair söz verdiyini, həmin işin həlli üçün 6.000 manat istədiyini ona bildirmişdir. Həmin vaxt onun maddi vəziyyəti yaxşı olmadığından o, bankdan kredit götürmək qərarına gəlmişdir. Onun aylıq əmək haqqısı az olduğuna görə bank ona kredit verməmiş və onlar məcbur olub digər qızı Şahid10 adına 6.800 manat məbləğində kredit götürmüşlər. Həmin məbləğin 1.800 manatı Şahnigarın əvvəlcədən olan kredit borcuna çıxılmış və onlar 5.000 manat məbləğində pul götürə bilmişlər. Onlar pulu bankdan götürüb çıxarkən Zərərçəkmiş şəxs pulu saymış və sonra Təqsirləndirilən şəxs vermişdir. Onlar Nurlana 6.300 manat məbləğində pul verməli olduqlarından, məcbur qalıb 1.300 manat məbləğində pul tapıb Təqsirləndirilən şəxs vermişlər. Elnur Nurlana 6.000 manatı işin həlli üçün, 300 manatı isə Nurlana işi həll etməsinə görə vermişdir. Daha sonra Elnur Nurlana işin həlli üçün əlavə olaraq 2.600 manat vermişdir. Bir müddət sonra Nurlan onlara bildirmişdir ki, onun qızı Şəlalə fortepiano müəllimi ixtisası üzrə təhsil aldığından Şəlalənin kitabxanaçı kimi işə düzəlməsi mümkün deyil. Ona Təqsirləndirilən şəxs tərəfindən 8.900 manat məbləğində ziyan dəymiş, lakin Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, şahid qismində çıxış edən Şahid7 vəfat etmişdir. Bu səbəbdən də məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etməklə tədqiq etmək məcburiyyətində qalmışdır. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru Şahid6 və Suraxanı RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar həmin gün saat 11:50 radələrində ünvan 10 ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurəti yarandığını deyib sonuncunu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Suraxanı RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 1 (bir) ədəd “Redmi Note 9” markalı mobil telefonu və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin 2 (iki) ədəd kibrit qutusu açıldıqda, içərisində ot kütləsi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin 2 (iki) ədəd kibrit qutusunun içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla və hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin kibrit qutularının içərisində marixuana kimi tanıdığı narkotik maddələr olduğunu və həmin narkotik maddələrin özünə məxsus olduğunu, həmin narkotik maddələri Şəki şəhərində tanımadığı şəxsdən hər birini 30 manata öz şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 1 (bir) ədəd mobil telefon və 2 (iki) ədəd kibrit qutusu içərisindəki ot kütləsi ilə birlikdə götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2016-cı ildə X17 birinci kursuna daxil olmuş və 2020-ci ildə fortepiano müəlliməsi ixtisasını bitirmişdir. O, bir neçə ildir ki, kolleci bitirsə də, ixtisası üzrə iş tapa bilməmişdir. Anası Şahid8 Şəki şəhəri 18 saylı tam orta məktəbdə müəllimə işləyir. Həmin məktəbdə kitabxanaçı iş yeri olmuşdur. Anası onun həmin işdə işləməyi üçün məktəb direktoru Məmməd müəllimdən xahiş etmişdir ki, sonuncu onu işə götürsün. Həmin şəxs onun ixtisasını öyrəndikdən sonra onun ixtisasının həmin işdə işləməyə imkan vermədiyini bildirmişdir. Bu məsələ belə də qalmışdır. Lakin bacısı Şahid9 ailəsi ilə birgə onlarda olarkən onun əri Zərərçəkmiş şəxs bir nəfər polis tanışının olduğunu və həmin tanışından onu 18 saylı tam orta məktəbdə işə girməyini xahiş edəcəyini bildirmişdir. Onlar da buna heç bir etiraz etməmişlər. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə söhbət etdiyini, sonuncunun onu məktəbdə kitabxanaçı kimi işə düzəldəcəyinə söz verdiyini bildirmişdir. O, Elnurdan Təqsirləndirilən şəxs bu işi necə həll edəcəyini soruşduqda, həmin şəxsin bu işi 6.000 manata həll edəcəyini bildirmişdir. Həmin vaxt onların pulu olmadığına görə qərara gəlmişlər ki, bankdan anası Şahid8 adına kreditə pul götürüb Təqsirləndirilən şəxs versinlər ki, sonuncu bu işi həll etsin. Onlar belə də etmişlər və “Bank of Bakunun” Şəki filialına gedib oradan anası Şahid8 adına kreditə 6.000 manat pul götürmək istəmişlər. Lakin bank anasının maaşının az olması səbəbindən kredit verməmişdir. Onun bacısı Şahid10 adına kreditə pul götürməli olmuşlar. Bacısı Şahid10 öz adına əvvəlcədən “Bank of Bakunun” Şəki filialından 3.000 manat kredit götürmüşdür. xx.xx.2021-ci il tarixdə o, anası Şahid8, bacısı Şahid10 və kürəkəni Zərərçəkmiş şəxsla birlikdə “Bank of Bakunun” Şəki filialına getmişdir. O, avtomaşında qalıb bacısı Şahnigarın azyaşlı uşağına baxmalı olmuşdur. Bacısıgil bankın yanına gəlib çatanda Təqsirləndirilən şəxs orada dayanıb Zərərçəkmiş şəxs gözlədiyini görmüşlər. Sonra anasıgil həmin şəxslə birlikdə banka daxil olmuşlar və bacısı Şahid10 adına kreditə pul götürüb çıxmışlar. X12 əri Zərərçəkmiş şəxs bankdan çıxıb maşına gələndə əlində 5.000 manat pul olmuşdur. Elnur Nurlana 6.300 verməli olduğundan onun anası evə gedib əlavə 1.300 manat pul götürüb gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iş üçün 6.000 manat, 300 manat isə işin həlli ilə bağlı hörmət etməli olmuşdur. Zərərçəkmiş şəxs 6.300 manat pulu bacısı Şahid10 ilə onun yanında avtomaşının içində Təqsirləndirilən şəxs vermişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs işin həlli üçün Zərərçəkmiş şəxs əlavə olaraq 2.600 manat pul almışdır. Elnur həmin pulları Milliön ödəmə terminalından Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür. Pulun bir hissəsini anası Şahid8 vermiş, lakin Təqsirləndirilən şəxs dələduzluq etdiyini bildikdən sonra Zərərçəkmiş şəxs onun anası Şahid8 aldığı bütün pulları geri qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-364/2022 saylı hökmdən (cild 3, iş vərəqə 133-136) görünür ki, Şahid11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin Şahid11 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 00:25-də Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsində yaşadığı evin yaxınlığında əvvəllər tanıdığı Nurlan adlı şəxsdən 1 (bir) büküm heroini 8 (səkkiz) manata almışdır. 10 noyabr 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 82) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 10 noyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 84-85) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. 10 noyabr 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 87) görünür ki, həmin gün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə aparılmışdır. 10 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması barədə qərardan (cild 1, iş vərəqə 92) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. 10 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan (cild 1, iş vərəqə 107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 10 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə qərardan (cild 1, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. 10 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan (cild 1, iş vərəqə 112-113) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 1 (bir) ədəd “Redmi Note 9” markalı mobil telefon, sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunun içində olan narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sifahi-sorğu sual zamanı o, üzərindən aşkarlanmış kütlənin içində narkotik vasitə marixuana olduğunu və həmin vasitəni Şəki şəhərində olarkən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. 11 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1162 nömrəli məhkəmə ekspertiza rəyindən (cild 1, iş vərəqə 121- 122) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs 1.İmza Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 5,069 qram və 3,605 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 12 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 132-133) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 12 noyabr 2021-ci il tarixli qərardan (cild 1, iş vərəqə 150-152) görünür ki, Suraxanı rayon prokuroru Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatəti müdafiə etməkdən imtina etmişdir. 12 noyabr 2021-ci il tarixli qərardan (cild 1, iş vərəqə 153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 12 noyabr 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 154) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. 28 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4, 177.1 və 178.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin üzərində ödənilməmiş məhkumluğu yoxdur. 28 dekabr 2021-ci il tarixli şəxsin məcburi gətirilməsi barədə qərardan (cild 1, iş vərəqə 162) görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun məcburi qaydada iştirakını təmin etmək məqsədi ilə qərar qəbul edilmişdir. 10 yanvar 2022-ci il tarixli şəxsin məcburi gətirilməsi barədə qərardan (cild 1, iş vərəqə 164) görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun məcburi qaydada iştirakını təmin etmək məqsədi ilə qərar qəbul edilmişdir. 15 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərardan (cild 1, iş vərəqə 166) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 28 fevral 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 186) görünür ki, Zərərçəkmiş şəxs Şəki rayon Polis şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 8.900 manat məbləğində pulun dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişdir. 28 mart 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin gün saat 00:25-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsində saxlanılaraq 31-ci Polis bölməsinə aparılmış, habelə onunla birlikdə orada olan Şahid11 qaçdığı üçün saxlanılaraq 31-ci Polis bölməsinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs və Şahid11 səmimi etiraf edərək üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. 28 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə qərardan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. 28 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 28 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə qərardan (cild 1, iş vərəqə 23) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. 28 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən içində narkotik vasitə heroinə oxşar 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, üzərindən aşkarlanmış bükümün içində “kakos” kimi tanıdığı narkotik vasitə heroinin olduğunu bildirmiş, habelə həmin vasitəni 2 gün əvvəl 20 Yanvar dairəsinin yaxınlığında yerləşən 3-cü Mikrorayona gedən yolun sağ kənarında tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. 28 mart 2022-ci il tarixli izahatdan (cild 1, iş vərəqə 28-29) görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və həmin narkotik vasitənin özünə məxsus olduğunu, habelə Polis bölməsində ona qarşı heç bir təzyiq edilmədiyini bildirmişdir. 28 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1673 nömrəli məhkəmə ekspertiza rəyindən (cild 1, iş vərəqə 34- 36) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195” dairəvi möhür əksləri olan, "... Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,257 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. 28 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1674 nömrəli məhkəmə ekspertiza rəyindən (cild 2, iş vərəqə 103-106) görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Şahid11 üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,695 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. 29 mart 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. 29 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 49-50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 29 mart 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 184/2022 saylı qərarından (cild 1, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. 13 aprel 2022-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə qərardan (cild 1, iş vərəqə 75-76) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi hazırki cinayət işi ilə bir icraatda birləşdirilmişdir. 26 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 250-251) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 26 aprel 2022-ci il tarixli qərardan (cild 2, iş vərəqə 9) görünür ki, Şəki rayon X18 bölməsinin müstəntiqi X23 tərəfindən Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan hazırki cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə onun barəsində qətimkan tədbiri seçilməmişdir. 23 may 2022-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə qərardan (cild 1, iş vərəqə 176-177) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi hazırki cinayət işi ilə bir icraatda birləşdirilmişdir. 199-c-22 nömrəli materialda olan xx/xx-1467 nömrəli məktubdan (cild 3, iş vərəqə 69) görünür ki, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına təhvil verilərkən və orada tibbi müayinədən keçirilərkən onun hər iki əlində, sol dizində qərtmərkli yara, sağ dizində bənövşəyi rəngdə qançır aşkar olunmuş və o, həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. 199-c-22 nömrəli materialda olan 17 may 2022-ci il tarixli izahatdan (cild 3, iş vərəqə 85-86) görünür ki, polis əməkdaşı X1 Dadaşovdan heç bir məbləğdə pul almadığını, əksinə onun tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edildiyini və prokurorun onun vəsatətini müdafiə etməkdən imtina etdiyini, habelə Təqsirləndirilən şəxs arvadına 1.500 manat məbləğində pul qaytarmadığını bildirmişdir. 199-c-22 nömrəli materialda olan 24 may 2022-ci il tarixli izahatdan (cild 3, iş vərəqə 89) görünür ki, polis əməkdaşı Şahid6 Təqsirləndirilən şəxs heç bir məbləğdə pul almadığını, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq olunmadığını bildirmişdir. 199-c-22 nömrəli materialda olan 31 may 2022-ci il tarixli izahatdan (cild 3, iş vərəqə 90) görünür ki, polis əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülmədiyini və sair qaydada işgəncəyə məruz qalmadığını bildirmişdir. 199-c-22 nömrəli materialda olan 16 iyun 2022-ci il tarixli ekspertiza rəyindən (cild 3, iş vərəqə 93-94) görünür ki, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına təhvil verilərkən barəsində tərtib edilmiş tibbi kitabçaya əsasən onun üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardan ibarət olmuşdur: sol saiddə çoxlu sayda çapıq toxuma, hər iki əldə, sol dizdə qartmaqlı yara, sağ dizdə bənövşəyi rəngli qançır. Qeyd edilən xəsarətizlərindən sol saidin çoxlu sayda çapıq toxumasının rəngi, konsistensiyası, kənarlarının xarakterik xüsusiyyətləri və sair təsvir olunmamış, ona görə də həmin xəsarətlərin əmələ gəlmə müddəti, hansı əşya (əşyalar) təsirindən yetirilməsi, sağlamlığa zərər vurma dərəcəsi haqqında konkret olaraq fikir söyləmək mümkün deyil. Hər iki əldə və sol dizdə olan qartmaqlı yaranın təsvirinə əsasən şəxsin istintaq təcridxanasına qəbul olunmasından 4-7 sutka əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Sağ dizdə təsvir olunan bənövşəyi qançır isə İstintaq Təcridxanasına qəbul olunmasından 2-5 sutka əvvəl küt əşya təsirindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 199-c-22 nömrəli materialda olan 17 iyun 2022-ci il tarixli izahatdan (cild 3, iş vərəqə 91) görünür ki, polis əməkdaşı Şahid4 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülmədiyini və sair qaydada işgəncəyə məruz qalmadığını bildirmişdir. 199-c-22 nömrəli materialda olan 17 iyun 2022-ci il tarixli izahatdan (cild 3, iş vərəqə 92) görünür ki, polis əməkdaşı Şahid5 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülmədiyini və sair qaydada işgəncəyə məruz qalmadığını, habelə Təqsirləndirilən şəxs heç bir məbləğdə pul alınmadığını bildirmişdir. 199-c-22 nömrəli materialda olan 17 iyun 2022-ci il tarixli Suraxanı rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından (cild 2, iş vərəqə 122-125) görünür ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması barədə şikayəti üzrə prokurorluq orqanında araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 07 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3698 nömrəli rəyindən (cild 2, iş vərəqə 62-63) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 08 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 1809 saylı rəyindən (cild 2, iş vərəqə 115-117) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçi olmaqla, özünə məxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, hafizə, təfəkkür, qavrayış və s.) intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. 13 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3725 nömrəli məhkəmə ekspertiza rəyindən (cild 2, iş vərəqə 103-106) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şahid11 üzərindən aşkar ...” sözləri, soyad və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,645 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “...Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,207 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 13 iyul 2022-ci il tarixli Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin cavab məktubundan (cild 2, iş vərəqə 64) görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələri əldə etdiyi mənbəni və əlaqələrini müyyən etmək mümkün olmamışdır. 17 iyul 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 76-79) görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ilə Şahid11 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı hər iki şəxsin müdafiəçisi həmin istintaq hərəkətində iştirak etmiş və həmin vaxt Şahid11 xx.xx.2022-ci il tarixdə 8 (səkkiz) manata 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını sonuncunun üzünə demişdir. 18 iyul 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 80-83) görünür ki, Təqsirləndirilən şəxs ilə polis əməkdaşı Şahid3 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı təqsirləndirilən şəxsin müdafiəçisi həmin istintaq hərəkətində iştirak etmiş və həmin vaxt Şahid3 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları inkar edərək sonuncunun əleyhinə ifadə vermiş, bundan başqa, Təqsirləndirilən şəxs heç bir dəlil gətirmədən həmin protokolu imzalamaqdan imtina etmişdir. 19 iyul 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 84-87) görünür ki, Təqsirləndirilən şəxs ilə polis əməkdaşı Şahid2 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı təqsirləndirilən şəxsin müdafiəçisi həmin istintaq hərəkətində iştirak etmiş və həmin vaxt Şahid2 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları inkar edərək sonuncunun əleyhinə ifadə vermiş, bundan başqa, Təqsirləndirilən şəxs heç bir dəlil gətirmədən həmin protokolu imzalamaqdan imtina etmişdir. 19 iyul 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 88-91) görünür ki, Təqsirləndirilən şəxs ilə polis əməkdaşı Şahid1 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı təqsirləndirilən şəxsin müdafiəçisi həmin istintaq hərəkətində iştirak etmiş və həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları inkar edərək sonuncunun əleyhinə ifadə vermiş, bundan başqa, Təqsirləndirilən şəxs heç bir dəlil gətirmədən həmin protokolu imzalamaqdan imtina etmişdir. 19 iyul 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 92-95) görünür ki, Təqsirləndirilən şəxs ilə polis əməkdaşı Şahid4 Natiq oğlu arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı təqsirləndirilən şəxsin müdafiəçisi həmin istintaq hərəkətində iştirak etmiş və həmin vaxt Şahid4 Natiq oğlu Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları inkar edərək sonuncunun əleyhinə ifadə vermiş, bundan başqa, Təqsirləndirilən şəxs heç bir dəlil gətirmədən həmin protokolu imzalamaqdan imtina etmişdir. 20 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 126-141) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, şəxsi axtarış və götürməni özündə əks etdirən 2 (iki) ədəd diskin cinayət işi üzrə maddi sübut kimi tanınması, X4 aşkarlanmış narkotik vasitələrin əldə edilməsi mənbəyi ilə bağlı ayrıca icraatda cinayət işinin başlanması, habelə Şahid11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin aparılmasının nəzərə alınması qərara alınmışdır. 20 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 143-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. 28 iyul 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-450/2022 saylı qərarından (cild 2, iş vərəqə 210-222) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətikan tədbirinin uzadılması barədə müstəntiq tərəfindən verilmiş vəsatət təmin edilməməklə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, habelə həmin gün onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalında azad edilmiş, eləcə də ev dustaqlığında saxlanılma müddəti 17 avqust 2022-ci il tarixədək müəyyən edilmişdir. 11 yanvar 2023-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğunun cavab məktubundan (cild 3, iş vərəqə 64) görünür ki, məhkəmənin tələbinə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı rayon prokurorluğunda toplanmış 199-c-22 nömrəli material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 07 mart 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan (cild 3, iş vərəqə 161-162) görünür ki, X2 rayon Polis şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 7.260 manat məbləğində ona qarşı dələduzluq etdiyini bildirmiş və fakt üzrə ibtidai istintaq orqanı tərəfindən cinayət işi başlanmışdır. 31 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 3, iş vərəqə 163-164) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. 05 aprel 2023-cü il tarixli Şəki Apellyasiya Məhkəməsinin 4(107)-34/2023 saylı qərarından (cild 3, iş vərəqə 165-171) görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində müstəntiq tərəfindən verilmiş vəsatət təmin edilməməklə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, habelə apellyasiya qaydasında Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və həmin gün Təqsirləndirilən şəxs barəsində 07 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilməklə sonuncu məhkəmə iclas zalında həbs edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və seçdiyi müdafiəçi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şəxslərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş, bundan başqa, o, müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə aid hissədə mübahisələndirmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə nisbətdə mübahisələndirsə də, habelə qalan hissədə ittihamla razılaşsa da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən - narkotik vasitələr: BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən - psixotrop maddələr: BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Göstərilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs baldızı Şahid9 Şəki şəhərində fəaliyyət göstərən 18 saylı tam orta məktəbdə kitabxanaçı vəzifəsinə düzəldəcəyinə dair buna səlahiyyəti olmadan yalan vədlər verərək və verdiyi vədlərə Zərərçəkmiş şəxs inandıraraq etibarını qazanmış, bunun nəticəsində ümumilikdə 8.900 (səkkiz min doqquz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Qeyd edilən hissədə ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid8 ifadələri, həmçinin vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs tam şəkildə ödənilməsi ilə təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, əməliyyat orqanına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında keçirilmiş tədbir nəticəsində o, 10 noyabr 2021-ci il tarixdə ünvan 4 ünvanının qarşısında Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-yə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,069 qram və 3,605 qram, ümumi çəkisi 8,674 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bu epizodla bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müdafiə edilmədiyindən onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan və sonra azad olunduqdan sonra bu hissədə ittihamı mübahisələndirməmiş, polis əməkdaşları tərəfindən zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalması barədə heç bir səlahiyyətli orqana və tibb müəssisəsinə müraciət etməmiş, eləcə də tibbi müayinədən keçməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, daha sonra o, ibtidai istintaq orqanından yayındığından onun barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən axtarışda olduğu üçün barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsində saxlanılaraq Suraxanı RPİnin 31-ci PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,257 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Eyni zamanda 28 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında tanışı Şahid11 olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs və Şahid11 eyni vaxtda və eyni yerdə polis əməkdaşları tərəfindən saxlanılmışlar (bu fakt həmçinin Şahid11 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə hökmü ilə də təsdiq olunur). Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qeyd edilən hissədə ittihamı mübahisələndirərək polis əməkdaşlarının ona qərəzli davranmalarını, 10 noyabr 2021-ci il tarixdə tutulduqdan sonra polis əməkdaşlarının ondan qanunsuz şəkildə pul istəmələrini, polislərin tələbi ilə istənilən pulun bir hissəsini verdiyini, bunun nəticəsində polislərin onu həbsdən azad etdiklərini, lakin daha sonra tələb olunan pulun qalan hissəsini verə bilmədiyinə görə polislərin onunla düşmənçilik etdiyini, nəticədə polis əməkdaşları tərəfindən şərləndiyini və bu qəbildən olan sair halları iddia etmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən hissədə iddia etdiyi hallar ciddi məsələlər olduğundan və bilavasitə ittihamın qanuniliyinə təsir etdiyindən məhkəmə bu hissədə araşdırma aparmağı zəruri hesab etmişdir. Araşdırma ilə əlaqədar məhkəmə tərəfindən yeni sübutlar tələb edilmiş və həmin sübutlar məhkəmə istintaqında tədqiq edilmişdir. Həmin sübutlardan, yəni 199-c-22 nömrəli materialda olan xx/xx-1467 nömrəli məktubdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına təhvil verilərkən və orada tibbi müayinədən keçirilərkən onun hər iki əlində, sol dizində qərtmərkli yara, sağ dizində bənövşəyi rəngdə qançır aşkar olunmuşdur. Bundan başqa, 199-c-22 nömrəli materialda olan 17 may 2022-ci il tarixli izahatdan məlum olmuşdur ki, polis əməkdaşı X1 Dadaşovdan heç bir məbləğdə pul almadığını, əksinə onun tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edildiyini və prokurorun onun vəsatətini müdafiə etməkdən imtina etdiyini, habelə Təqsirləndirilən şəxs arvadına 1.500 manat məbləğində pul qaytarmadığını bildirmişdir. Həmçinin 199-c-22 nömrəli materialda olan 24 may 2022-ci il tarixli izahatdan məlum olmuşdur ki, polis əməkdaşı Şahid6 Təqsirləndirilən şəxs heç bir məbləğdə pul almadığını, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq olunmadığını bildirmişdir. 199-c-22 nömrəli materialda olan 31 may 2022-ci il tarixli izahatdan məlum olmuşdur ki, polis əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülmədiyini və sair qaydada işgəncəyə məruz qalmadığını bildirmişdir. Eyni zamanda 199-c-22 nömrəli materialda olan 16 iyun 2022-ci il tarixli ekspertiza rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına təhvil verilərkən barəsində tərtib edilmiş tibbi kitabçaya əsasən onun üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardan ibarət olmuşdur: sol saiddə çoxlu sayda çapıq toxuma, hər iki əldə, sol dizdə qartmaqlı yara, sağ dizdə bənövşəyi rəngli qançır. Qeyd edilən xəsarət izlərindən sol saidin çoxlu sayda çapıq toxumasının rəngi, konsistensiyası, kənarlarının xarakterik xüsusiyyətləri və sair təsvir olunmamış, ona görə də həmin xəsarətlərin əmələ gəlmə müddəti, hansı əşya (əşyalar) təsirindən yetirilməsi, sağlamlığa zərər vurma dərəcəsi haqqında konkret olaraq fikir söyləmək mümkün deyil. Hər iki əldə və sol dizdə olan qartmaqlı yaranın təsvirinə əsasən şəxsin istintaq təcridxanasına qəbul olunmasından 4-7 sutka əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Sağ dizdə təsvir olunan bənövşəyi qançır isə İstintaq Təcridxanasına qəbul olunmasından 2-5 sutka əvvəl küt əşya təsirindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 16 iyun 2022-ci il tarixli ekspertiza rəyindən Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına təhvil verilərkən xəsarətlərinin olması müəyyən edilsə də, həmin rəydə yuxarıda göstərilən xəsarətlərin əmələ gəlməsi vaxtı dəqiq göstərilməmiş, əksinə müəyyən xəsarətlə bağlı xəsarətin yetirilməsi müddətinin müəyyən edilməsinin mümkün olmaması, bəzi xəsarətlərlə bağlı isə onun İstintaq Təcridxanasına qəbul olunmasından 4-7 sutka, sağ dizdə olan xəsarətlə isə 2-5 sutka əvvəl törənə bilməsi göstərilmişdir. Bundan başqa, qeyd edilən fakt üzrə Suraxanı rayon prokurorluğunda araşdırma aparılmış və 17 iyun 2022-ci il tarixli Suraxanı rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin nə zaman, hansı şəraitdə və kimin tərəfindən yetirilməsinin müəyyən edilməsidir ki, bu məsələlər bilavasitə ona qarşı irəli sürülmüş ittihama təsir edən hallardır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsində göstərmiş olduğu məsələlər ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, o, 03 saylı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində bir neçə xəsarət olmuşdur. Döyülmə və işgəncə ilə bağlı prokurorluqda aparılan araşdırma zamanı, yəni ekspertiza rəyi ilə də onun xəsarətlərinin olması müəyyən edilmişdir. X6 təhvil verilərkən onun üzərində müəyyən xəsarətlərin olması mübahisəsiz haldır. Ekspertiza rəyində Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin əmələ gəlməsinin vaxtı dəqiq göstərilməmiş, həmin xəsarətlərin yaranma müddəti kimi 4-7 sutka və 2-5 sutka göstərilmişdir. Göründüyü kimi göstərilən müddət kəsiyi şərti müddət kimi nəzərə alınmışdır. Belə olduqda isə həmin xəsarətlərin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan, yəni dövlətin nəzarətinə keçdikdən sonra əmələ gəlməsi və məhz polis əməkdaşları tərəfindən həmin xəsarətlərin ona yetirilməsi nəticəsinə gəlmək mümkün deyil. Başqa sözlə, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına təhvil verilərkən və orada tibbi müayinədən keçirilərkən onun üzərində bir neçə xəsarət aşkar edilsə də, qeyd edilən xəsarətlərin polis əməkdaşları tərəfindən tutulduqdan və məhz polis əməkdaşları tərəfindən ona yetirilməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində polis əməkdaşlarının ondan pul tələb etməsini, onun tərəfindən hansısa məbləğdə pul vəsaitini polis əməkdaşlarına verməsini, daha sonra polis əməkdaşlarının onun yaxın qohumuna pulu qaytarmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd edilənlərlə bağlı Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, qeyd edilən halların aydınlaşdırılmasına yönəlmiş vəsatət verilməmişdir. Prokurorluq orqanında qeyd edilən hissədə araşdırma aparıldığından və Təqsirləndirilən şəxs iddia etdiyi şəxslərdən bu barədə müvafiq izahatlar alındığından, nəticədə isə Təqsirləndirilən şəxs iddia etdiyi hallar təsdiq edilmədiyidən - fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs ittihamı qeyd edilən hissədə mübahisələndirsə də, məhkəmə müdafiə tərəfinin mövqeyi ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularkən həmin vaxt onun yanında tanışı Şahid11 olmuşdur. Təqsirləndirilən şəxs və Şahid11 həmin vaxt polis əməkdaşlarından yayındıqlarından onlar polis əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə aparılmışlar və orada hər ikisinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsla yanaşı, Şahid11 də narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hər iki şəxsdən aşkar edilmiş narkotik vasitələr eyni tərkibli narkotik vasitə heroin olmuş və ibtidai araşdırma zamanı Şahid11 bir neçə dəfə ifadə verərək, həmçinin Təqsirləndirilən şəxsla üzləşdirmə prosessual hərəkətində iştirak edərək üzərindən aşkar edilmiş narkotik vasitə heroini tutulmamışdan əvvəl 8 (səkkiz) manata Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə belə hesab edir ki, ibtidai araşdırma zamanı bu hissədə toplanılmış sübut Təqsirləndirilən şəxs qanunsuz əməllərinin qiymətləndirilməsinə kifayət edir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri olduğundan məhkəmə onun əməllərini Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Həmin cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o, bilavasitə təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Qeyd edilən tələblər, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında da öz əksini və təsdiqini tapmışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6.2-ci maddəsinin tətbiqi ilə əlaqədar “Barbera, Messegi və Cabardo İspaniyaya” qarşı iş üzrə çıxarılmış qərarda göstərmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi - məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi və öz vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu ilə ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, habelə dələduzluqla bağlı epizod üzrə zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs evli və himayəsində azyaşlı uşaqlarının olmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, habelə cinayət işinin materiallarında onun evli və himayəsində uşaqlarının olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrinin sanksiyalarına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəza təyini ilə bağlı məhkəmə bir neçə məsələni qeyd etməyi zəruri hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilsə və cəza çəksə də, həmin cəzalar onun islah etməyə kifayət etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 10 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da, daha sonra ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunduqdan və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildikdən sonra həbsdən azad edildiyi halda Zərərçəkmiş şəxs vahid niyyətlə dələduzluq cinayətini törətməyə davam edərək xx.xx.2022-ci il tarixdə qanunsuz şəkildə onun pul vəsaitini ələ keçirərək öz cinayət əməlini başa çatdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olduğu vaxt onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyindən, habelə məhkəmədə işə baxılarkən onun tərəfindən qətimkan tədbirinin şərtləri pozulmadığından məhkəmənin hazırlıq iclasında və sonraki dövrdə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdir. Buna baxmayaraq, məhkəməyə şifahi qaydada daxil olmuş məlumatdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs başqa cinayətlə (dələduzluqla) bağlı həbs edilmişdir. Qeyd edilən hissədə məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və daxil olmuş prosessual sənədlərdən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə (hazırki işə) Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən o, yeni cinayət törətmiş və 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. 05 aprel 2023cü il tarixdə isə Şəki Apellyasiya Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yuxarıda göstərilənlər ona dələlət edir ki, Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəlidir və dövlət tərəfindən ona dəfələrlə güzəşt edilməsinə baxmayaraq, o, bu güzəştlərə məhəl qoymamış, əksinə olaraq müntəzəm olaraq yeni cinayətlər törətmişdir. Bu hallar da onun şəxsiyyətini səciyyələndirən hallar kimi qəbul edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və ona cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə sərt qəti cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona məhkəmə tərəfindən təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin 10 noyabr 2021-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzaya əlavə edilməklə həmin cəzadan çıxılmalı, onun üzərində saxlanılacaq qəti cəzanın əvvəli isə 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, 07 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3698 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qüvvəyə mindikdən sonra maddi sübut kimi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,157 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 8,614 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılmış cəzanın əvvəli 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,157 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 8,614 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar