Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-226/2024 25.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:30 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Rusiya Federasiyasının Amur vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin təsisçisi və direktoru işləmiş, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Mincivan qəsəbəsi, C.Cabbarlı küçəsi ev 29-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S Qocayev küçəsi ev 25-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, 2014-cü ildə “Nikoil Bank”dan hazırki “Yelo Bank”dan götürdüyü 25.000 ABŞ dolları kreditini məhkəmə yolu ilə köhnə məzənnə ilə ödəyəcəyinə və əlavə olaraq gecikməyə görə ona yazılmış cərimələri sildirəcəyinə dair yalan vəd verib aldadaraq, 2015-ci ildə sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda 1.200 manat, bankla arasında müqavilə alacağı adı ilə Xətai rayonu “Amay” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində 2 dəfəyə hissəhissə olmaqla 1.000 manat, 2016-cı ilin əvvəllərindən 2018-ci ilədək olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində bankda girovda olan evinin satılmaması adı ilə 500 manat, əlavə faizləri sildirmək adı ilə 1.000 manat, Apellyasiya Məhkəməsində qalib gəlmək adı ilə 1.500 manat, evinin əlindən alınmaması adı ilə Bakı şəhəri, Suraxanı rayon İcra şöbəsinin qarşısında hissə-hissə olmaqla 1000 manat, 2018-ci ilin yanvar ayının əvvəllərində məhkəməyə vermək adı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sabunçu rayon Məhkəməsinin qarşısında 3.000 manat, daha sonrakı tarixlərdə vəkillik fəaliyyəti göstərməsi adı ilə hissə-hissə olmaqla 2.410 manat, banka olan borcu ödəmək adı ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində 5.300 manat, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 6.700 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qeyd olunan vədi ilə bağlı müxtəlif bəhanələrlə hissə-hissə olmaqla bank hesabına köçürmə vasitəsilə ümumilikdə 6.874 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs3 xeyli miqdarda yəni, ümumilikdə 30.484 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun valideynlərindən miras qalmış ünvan 3 ünvanda yerləşən mənzil ilə bağlı bacısı Ziyarət Balaəhməd qızı ilə aralarında olan mülki mübahisəni məhkəmə qaydasında həll etmək, rəhmətlik anasının verdiyi “vəsiyyətnamənin etibarsız hesab edilməsi və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsinin yazılmasında, eyni zamanda məhkəmədə onu təmsil etmək və ona hüquqi müstəvidə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X16" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində 500 manat və 200 manat pulunu ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 700 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun güzəştli şərtlərlə təqaüdə çıxmasını məhkəmə yolu ilə həll edəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin oktyabr ayının əvvəllərində saat təxminən 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X16" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində 1.150 manat, Əmək və Əhalinin Sosial Müdafiəsi fondunun Nəsimi rayon Məhkəməsi tərəfindən onun xeyrinə çıxarılan məhkəmə qərarından Apellyasiya məhkəməsinə şikayət verdiyi üçün həmin qərarın qüvvədə saxlanılması adı ilə 2018-ci ilin dekabr ayının ortalarında saat təxminən 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkının yanında 1.500 manat, Əmək və Əhalinin Sosial Müdafiəsi fondunun Apellyasiya Məhkəməsi tərəfindən onun xeyrinə çıxarılan məhkəmə qərarından narazı olduğu üçün Ali Məhkəməyə verilmiş şikayətlə bağlı həmin qərarın qüvvədə saxlanılması adı ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X16" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində 4.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 6.650 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun atası Gülməmməd Vəliyevin təqaüdünün artırılması ilə bağlı məhkəmə prosesi nəticəsində müvafiq qərar alınması üçün vəkil kimi hüquqi yardım göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində 20 yanvar metrostansiyasının yaxınlığında 1100 manat pulunu ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun dənizdə neft daşlarında işlədiyi üçün zərərli işə görə güzəştli şərtlərlə təqaüdə çıxdığından, 85 faizlə təqaüdə çıxmasını məhkəmə yolu ilə həll edəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2019-cu il tarixdə axşam saat təxminən 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X16" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində 6.000 manat, 2020-ci ilin əvvəllərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsinin xx.xx.2020-ci il tarixli məktubunu Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X16" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisində kompyuter və axınlı printer vasitəsilə hazırlayıb sonuncuya təqdim etməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna vermək adı ilə 2020-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu Zərdabi prospekti 43 ünvanda yerləşən Sosial Müdafiə Fondunun qarşısında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobildə 5.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs7 xeyli miqdarda yəni, ümumilikdə 11.000 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun yüksək faizlə təqaüdə çıxmasını məhkəmə yolu ilə həll edəcəyinə dair yalan vəd verib aldadaraq, 2020-ci ilin may ayında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Beynəlxalq bank”ın baş ofisinin inzibati binasının qarşısında 6.000 manat, 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 43 ünvanda yerləşən Dövlət Sosial Müdafiə fondunun qarşısında 3.000 manat, 2021-ci ilin iyun ayında yaşadığı ünvan 6 ünvandan hissə-hissə kart hesabına köçürməklə 2.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs5 xeyli miqdarda yəni, ümumilikdə 11.000 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, guya Amerikada təşkil olunan “Black Friday” adlı endirim kompaniyasından “www.sephora.com” internet saytı vasitəsilə böyük sayda endirimdə olan kosmetik məhsullarını gətizdirib qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə bank hesabına mobil telefon tətbiqi vasitəsilə köçürmə yolu ilə 40.000 manat, xx.xx.2021-ci il tarixdə isə 25.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs8 külli miqdarda yəni, ümumilikdə 65.000 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etməklə, onun təqaüdünü məhkəmə yolu ilə bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun yaxınlığında terminal vasitəsilə **********358375 saylı bank kartına köçürmə yolu ilə 2.000 manat, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşən ödəmə terminalından **********358375 saylı bank kartına köçürmə yolu ilə 800 və 2200 manat, xx.xx.2022-ci il tarixdə Nərimanov metrostansiyasının yaxınlığında mobil tətbiq vasitəsilə **********358375 saylı bank kartına köçürmə yolu ilə 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs4 xeyli miqdarda yəni, ümumilikdə 10.000 manat maddi ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərlə onların arasında xidmət müqaviləsi bağlanmışdır. Sadəcə olaraq covid-19 pandemiyasının baş verdiyi dövrdə onların ofisi köçmüş və həmin zaman qeyd etdiyi xidmət müqavilələrinin digər sənədlərlə qarışması səbəbindən o, həmin xidmət müqavilələrini məhkəməyə təqdim edə bilməmişdir. Xidmət müqavilələrinin heç birində vətəndaşlara vəkillik xidmətinin göstərilməsi kimi bir ifadə qeyd olunmamışdır. Sadəcə olaraq müqavilənin bəndlərində vətəndaşlara hüquqi xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Həmin vətəndaşların hər biri anlaqlı və oxuma-yazma bilən insanlardır. Həmin müqavilələr də həcm baxımından kiçik müqavilələr olmuşdur. Vətəndaşların hər biri həmin müqaviləni oxumuş, sonra imza etmişdir. Yəni, müqavilədə vəkillik fəaliyyəti xidmətinin göstərilməsindən söhbət getməmişdir. Ona qarşı olan ittihamda ən çox qeyd olunan xüsusatlardan biri də onun vəkil kimi özünü təqdim etməyidir. Lakin belə bir hal baş verməmişdir. Həmin müqavilələr bu gün də onun evində qalmaqdadır. Məhkəmə lazım bilərsə, həmin müqavilələri təqdim edə bilər. O, sadəcə olaraq hüquqi xidmətlər göstərəcəkmiş, vətəndaş ilə vəkil arasında bir vasitəçi olacaqmış. Onun özünün vəkillik etməyindən isə söhbət getməmişdir. Zərərçəkmiş şəxs6la bağlı epizodda, eyni müqavilə onunla da bağlanmışdır. O, ümumiyyətlə Elmanı görməmiş və tanımamışdır. Elman ona hər hansı ödəniş də etməmişdir. Onunla əlaqədə olan Elmanın qohumu olmuşdur. Sadəcə olaraq həmin məsələyə bir qədər səthi yanaşılmışdır. Ona həmin epizodda qeyd olunduğu kimi 700 manat yox, 150 manat ödəniş edilmişdir. Sadəcə olaraq həmin məsələdə bir çox qarışıq məqamlar olmuşdur. O, bu məsələlərə gələcəkdə məhkəmə tərkibinin araşdırması üçün toxunur. Zərərçəkmiş şəxs7la müqavilə imzalamış, 6000 manat ödəniş olunmuş və həmin ödənişin qəbzi də hazırda qalmaqdadır. İttiham aktında qeyd olunduğu kimi, o, Zərərçəkmiş şəxs7 11000 manat almamışdır. Sadəcə olaraq istintaq dövründə həmin məsələdə müəyyən problemlər yaşanmışdır. O, Zərərçəkmiş şəxs7la 1 saat ərzində 5000 Azərbaycan manatını qaytarmışdır. Hansı ki, həmin şəxs 1 manatını belə qəbzsiz verəcək bir şəxs deyildir. Zərərçəkmiş şəxs7 ona olan borcunu yüksək göstərməsini belə izah etmişdir ki, “mən siz daha çox dövlət rüsumu ödəyəsi deyə, 11000 Azərbaycan manatı mənə borcunuz olduğunu dedim”. Həmin şəxs ilkin ifadəsində də ona 6000 manat borcu olduğunu demişdir, lakin sonradan ifadəsini dəyişmişdir. Zərərçəkmiş şəxs1lə də xidməti müqavilə bağlamışdır. Özünün də qeyd etdiyi kimi onun Zərərçəkmiş şəxs1 6650 manat borcu olmuşdur. Bütün ödənişlər qanuni formada olmuş, qəbzləri də onda qalmaqdadır. Digər tərəfdən, xidmət müqaviləsi 3 illik bağlanır. Bəzi xidmət müqavilələrinin müddəti bitsə də, bəziləri hələ bitməmişdir. Lakin, təəssüf olsun ki, ibtidai istintaqı həyata keçirən orqanın ona qarşı qərəzli yanaşması olmuşdur. O, Zərərçəkmiş şəxs4 məhkəmədə şahid kimi ifadə verən qardaşını tanımır, aralarında heç bir münasibət olmamışdır. O, bütün hərəkətləri Eynulla vasitəsilə həyata keçirmiş və yalnız onun özünü tanımışdır. Digər şəxs, yəni onun qardaşı isə sonradan ortaya çıxmışdır. O, Zərərçəkmiş şəxs3lə yox, onun anası ilə ünsiyyətdə olmuş və onun anası ilə xidməti müqavilə bağlamışdır. “Yellowbank” ilə kredit müqaviləsini Emilin özü bağlamışdır. Emilin anası isə həmin mənzili Emilə ipoteka etmişdir, Emil də bunun sayəsində bankdan kredit götürə bilmişdir. Sadəcə olaraq sonradan ABŞ dollarının məzənnəsi bahalaşmış və Zərərçəkmiş şəxs3 ödənişləri etməməyə başlamışdır. Onun Zərərçəkmiş şəxs3 anası ilə bağladığı xidmət müqaviləsinin mahiyyəti isə, onun ərizələr yazaraq, müxtəlif hüquqi xidmətlər göstərərək bu prosesi süni şəkildə uzatmaq və beləcə onların bank tərəfindən evlərinin alınması prosesini yubatmaqdan ibarət olmuşdur. Çünki bank artıq evi hərraca qoymağa hazırlaşmışdır. O isə bu prosesi ləngitməyə çalışmışdır. Hansı ki, düz 8 il o, buna nail olmuş və onlar öz evlərində qalmışlar. Amma təbii ki, əgər banka ödəniş olunmurdusa, ev də gec ya tez bank tərəfindən hərraca qoyulmalı olmuşdur. Digər tərəfdən, onunla Hümmətovlar arasında qətiyyən 30000 Azərbaycan manatı söhbəti olmamışdır. Həmin vaxt Emilin anası ondan borc istəmiş və o da Emilin anasını rədd etməmişdir. Sonradan onlar Emilin banka heç bir ödəniş etməyəcəyi barədə xəbərdarlıq etmişlər. Bunu Şahid2 da təsdiqləyə bilər. Emil həqiqətən banka ödəniş etməmişdir. Həmçinin Emilin anası ilə onun arasında ödəniş tapşırığı imzalanmışdır. Onun Emildən 30000 manat almağı ilə ödəniş tapşırığı fərqli anlayışlardır. 30000 manatın heç bir əsası və mötəbərliyi yoxdur. Hümmətovların ona bank hesabları vasitəsilə etdikləri ödənişlərin qəbzləri isə qalmaqdadır. Müstəntiq heç bir əsas olmadan 30000 manatı zərər olduğunu qeyd etsə də, bunun heç bir sübutu yoxdur. O, Hümmətovlara 4700 manatı geri ödəmiş, bunun da qəbzləri onda qalmaqdadır. Digər tərəfdən, Zərərçəkmiş şəxs3 öz ifadəsində də dediyi kimi, Emil yalnız bankdan pul götürərək ona vermişdir. Zərərçəkmiş şəxs3 bankdan götürdüyü kreditin ilkin məbləği isə əsas deyil, çünki onun digər kreditləri də olduğu üçün alınan pulun bir hissəsi avtomatik olaraq həmin kreditlərə xərclənir. Burada əsas məxaric olunan puldur ki, gələcəkdə bu haqda “Kapitalbank”-a sorğu verərək dəqiq məlumatı əldə etmək mümkündür. Zərərçəkmiş şəxs5 isə heç bir borcu qalmamışdır. Müstəntiqin yanında, Nərimanov RPİ və Yasamal RPİ-də o, Zərərçəkmiş şəxs5 olan borclarını hissə-hissə ödəmişdir. Sonuncu qalan 1900 manatı da ödəmiş və qəbzini almış, hətta ona heç kimin güzəştinin də lazım olmadığını bildirmişdir. Ümumiyyətlə, zərərçəkmiş şəxslərdən bu vaxta qədər heç bir məsələdə güzəşt və ya köməklik istəməmişdir. Aslanovun Ariflə aralarında olan xidmət müqaviləsindən başqa, borc məsələsi olmuşdur. Onunla Zərərçəkmiş şəxs8 arasında borc məsələsi olmuşdur. Ona müdafiəçisi lazımi sənədləri təqdim etmiş və istər orada, istərsə də Zərərçəkmiş şəxs8 ifadəsində qeyd etdiyi kimi, aralarında heç bir biznes məsələsi, biznes vədi olmamışdır. Yasamal rayon Polis İdarəsində olarkən Zərərçəkmiş şəxs8 biznes vədi ilə ona pul verdiyini bildirmiş, Nərimanov RPİ-də isə tamamilə fərqli məzmunda ifadə vermiş və əvvəl dediklərini təkzib etmişdir. Buna müdafiəçisi Nüşabə Ağayeva da şahiddir. O, Zərərçəkmiş şəxs8 borc almışdır. Bunu təkzib etmir, aralarında borc müqaviləsi də olmuşdur. Lakin onun Zərərçəkmiş şəxs8 bir adla borc alıb, sonra həmin pulu başqa məqsədlə istifadə etməyi, yəni borc alınan pulun təyinatı məsələsi, artıq AR Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinə səbəb olmur. Bunlar tamamilə fərqli məsələlərdir. Əməli də həmin Cinayət Məcəlləsi maddəsinin təsiri altına düşmür. Zərərçəkmiş şəxs8 ona borc müqaviləsi üzrə bank köçürməsi etmiş, eyni qaydada o da Sevincə borc müqaviləsi ilə 7000 manatı geri ödəniş etmişdir. Həmçinin, həmin məsələ hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırılır və onunla Zərərçəkmiş şəxs8 da şahid kimi orada ifadə vermişlər. Müstəntiqin bu epizodu hazırki cinayət işinə əlavə etməsinin səbəbini də hələ də anlaya bilmir. Zərərçəkmiş şəxs8 ilə onların arasında sırf borc münasibəti olmuş, heç bir birgə biznes planı və şəriklik olmamışdır. Bunu Sevinc xanım özü də qeyd etmişdir ki, “mən heç vaxt, heç kimlə şərik olmaq istəmirəm”. Onların ortaq biznes planları və maraqları da olmamışdır. Zərərçəkmiş şəxs8 aldığı borc pulu hansı istiqamətdə xərcləməsi onun şəxsi məsələsidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, elektrik mühəndisi işləyir. Təqsirləndirilən şəxs ilə iş yoldaşı Əhmədov Vəli vasitəsi ilə tanış olmuşdur. Onlar ikisi “Port Baku”-ya gedərək, orada Təqsirləndirilən şəxs ofisində olmuşlar və Lamiyə ilə həm o, həm də Vəli ayrı-ayrılıqda müqavilə bağlamışlar. Onların Təqsirləndirilən şəxs ilə müqavilə bağlamaqlarına səbəb Lamiyənin onlara güzəştli şərtlərlə əmək pensiyası almaları üçün kömək göstərməyə söz verməsi olmuşdur. Onlar sənədləri Təqsirləndirilən şəxs təqdim etmiş və Lamiyə onların güzəştli şərtlərlə əmək pensiyası ala bilmək imkanlarının olduğunu bildirmişdir. O və Vəli elə həmin gün Təqsirləndirilən şəxs hər biri 150 manat pul vermişdir. Bu müqavilə ilə onlar bu məsələnin həllini Təqsirləndirilən şəxs həvalə etmişlər. Daha sonra o, Təqsirləndirilən şəxs 1000 manat vermiş, Təqsirləndirilən şəxs daha sonra yenə 2 dəfə ondan pul almışdır. İlk epizodda Lamiyə ona Apellyasiya məhkəməsində onun işinə baxılması üçün ondan pul tələb etmiş və o, Lamiyəyə 1500 manat vermişdir. İkinci epizodda Lamiyə yenidən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün onun işinə Ali Məhkəmədə baxıldığını bildirmiş və ondan 4000 manat pul almışdır. Təqsirləndirilən şəxs ondan ümumilikdə 6650 manat pul almışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, təxminən 10 il bundan əvvəl “Yellowbank”-dan 25000 ABŞ dolları həcmində kredit götürmüşdür. Daha sonra Azərbaycan manatının devalvasiyası nəticəsində kredit şərtlərində müəyyən dəyişikliklər baş vermişdir. O, bir neçə dəfə banka gedib-gəlsə də, bank ilə razılığa gələ bilməmişdir. Daha sonra onun anası bu məsələni həll etmək və ona hüquqi yardım göstərmək üçün vəkil ilə razılığa gəldiyini bildirmişdir. Həmin təqdim olunan vəkil Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onlara əvvəlcə bu məsələni həll etmək üçün məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilk dəfə gələrək onlarla üzbəüz görüşmüş və onlardan bu işə aid olan bütün sənədləri götürərək bu məsələni həll edəcəyinə söz vermişdir. Onlar məhkəməyə müraciət etmişlər. Anası Təqsirləndirilən şəxs İçərişəhərdə yerləşən ofisinə gedərək onunla bu məsələ barədə söhbətləşirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ona göstərdiyi köməklik üçün pul ödənişi ödəməyə başlamışlar. İlk dəfə anası Təqsirləndirilən şəxs “Amay” ticarət mərkəzinin 4cü mərtəbəsində yerləşən ofisinə gedərək müqavilə bağlamağa görə əvvəlcə 400 manat, ardınca 600 manat Təqsirləndirilən şəxs vermişdir. Ardınca anası notariusa gedərək Təqsirləndirilən şəxs etibarnamə də vermişdir. Məhkəmə prosesinin gedişində Təqsirləndirilən şəxs işin həlli üçün anasından 3000 Azərbaycan manat almışdır. Bir müddət sonra evin çıxarışı satılmasın deyə Təqsirləndirilən şəxs anasından yenidən 500 manatı almışdır. Başqa bir epizodda kredit faizləri silinməsi üçün Lamiyə anasından 1000 manat pulu yenidən almışdır. Verilən pulların hər biri çeklərlə öz sübutunu tapmışdır. Təqsirləndirilən şəxs təkcə onun tərəfindən ümumilikdə 7000 manata yaxın pul verilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs qardaşından bir dəfə depozit qoymaq adı ilə 5300 manat, başqa bir dəfə 6700 manat olmaqla ümumilikdə 12000 manat pul almışdır. Daha sonra o, Səbail rayon məhkəməsində baxılan işi həll etmək üçün 1500 manat yenidən pul almışdır. Elə həmin zaman 1200 manat da özünün göstərdiyi xidmətlər üçün almışdır. Bütün bunlardan başqa, 2410 manat da fərqlifərqli zamanlarda onun tərəfindən Təqsirləndirilən şəxs pul verilmişdir. Bütün bu hesablaşmaları Təqsirləndirilən şəxs ilə hələ bu cinayət işi başlamamışdan əvvəl, Təqsirləndirilən şəxs “Port Baku”-da yerləşən ofisində oturaraq danışmış və Təqsirləndirilən şəxs bütün bu pulları ona geri verəcəyinə söz vermişdir. Ümumi zərər, səhv etmirsə ya 31000, ya da 30610 manat olmuşdur. Həmin məbləğdən bu zamana qədər yalnız 4400 manat ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs ona 26000 manat borcu qalmaqdadır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs və onun anası ilə görüşərək borcun geri qaytarılmasını xahiş etmişdir. Evinin satışa çıxarıldığını, anasının isə vəfat etdiyini onlara bildirmiş, lakin faydası olmamışdır. O, 2019-cu ildə banka gedərək bankdan hər ay onun tərəfindən ödənilən ödənişlərin çıxarışlarını əldə etmiş və bu zaman kredit ödənişlərinin ödənilmədiyi ona məlum olmuşdur. O, bu barədə anasına bildirmiş, anası isə Təqsirləndirilən şəxs zəng etmişdir. Təqsirləndirilən şəxs daha sonra anası vasitəsilə ona tez-tez banka getməməyini, bunun onların işinə maneçilik törədə biləcəyi barədə xəbər göndərmişdir. Təqsirləndirilən şəxs bildirirmiş ki, o, işi icra vasitəsilə həll edəcəkdir. O, buna inanmasa da, ortada anası olduğu üçün məcbur qalıb Lamiyənin dediklərinə əməl etməyə başlamışdır. 2021-ci ilin dekabr ayında onun banka olan bütün borcu ödənilməli və borc bağlanmalı olmuşdur. 2022-ci ilin yanvar ayında Lamiyə anasına bayramdan sonra borcun bağlanacağını və evin kupçası ilə sənədləri geri alacaqlarını bildirmişdir. Bayramdan sonra bankın işçisi evlərinə gəlmiş və borc ödənmədiyi üçün evin hərraca çıxarılaraq satılacağını onlara bildirmişdir. O, məsələni aydınlaşdırmaq üçün onu evə dəvət etmiş, daha sonra həmin bank işçisi bu dövr ərzində onun tərəfindən banka heç bir kredit ödənişi ödənilmədiyini bildirmişdir. O, eyni zamanda onu da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs onun nümayəndəsi kimi iştirak etdiyi bütün məhkəmə proseslərinin sənədlərini o, Təqsirləndirilən şəxs nə qədər xahiş etsə də, həmin sənədləri Təqsirləndirilən şəxs ona təqdim etməmişdir. O, daha sonra özü şəxsən məhkəməyə gedərək həmin sənədləri əldə etmişdir. O, bank işçisi onun evinə gələndən sonra Lamiyəyə zəng edərək vəziyyəti ona izah etmişdir. Təqsirləndirilən şəxs həmin işçinin bank işçisi olmadığını, dələduz olduğunu və onu evdən qovmasını ona bildirmişdir. Həmin zaman Rəşad adlı həmin bank işçisi öz sənədlərini ona təqdim etmiş və onunla heç bir tanışlığı və qərəzi olmadığını, sadəcə bankın tapşırığı ilə gəldiyini demişdir. Daha sonra Lamiyə çıxılmaz vəziyyətdə olduğunu başa düşərək ona özünün banka gedərək məsələni həll edəcəyini bildirmişdir. Bir müddət sonra o və Lamiyə xanım birlikdə banka getmişlər. Bankda da onun tərəfindən, yəni Təqsirləndirilən şəxs əli ilə banka heç bir ödəniş ödənilmədiyi məlum olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, 2015-ci ildə yaş həddi ilə əlaqədar olaraq əmək pensiyasına çıxmış və ona 272 manat pensiya təyin olunmuşdur. Bir qədər sonra hazırda vəfat etmiş olan bir nəfər tanışı ona Təqsirləndirilən şəxs haqqında bəhs edərək, onun köməkliyi ilə ona yüksək məbləğdə pensiya təyin oluna biləcəyini bildirmişdir. Onlar daha sonra “Amay” ticarət mərkəzinin 4-cü mərtəbəsində Təqsirləndirilən şəxs ilə görüşmüş, bu məsələ ilə bağlı onunla söhbət etmiş, bütün sənədləri Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs ona yüksək məbləğdə pensiya təyin olunması üçün köməklik göstərəcəyini bildirmişdir. Onlar daha sonra Təqsirləndirilən şəxs İçərişəhərdə yerləşən ofisinə gedərək onunla yenidən görüşmüş, o, həmin zaman ofisi yeni icarəyə götürdüyünü və hazırda ona pul lazım olduğunu bildirərək, ondan 200 manat pul almışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə müntəzəm olaraq görüşməyə davam etmişlər. Görüşlərin birində Təqsirləndirilən şəxs ona işi həll etmək mərhələsində olduğunu bildirmiş, lakin işin həllini tezləşdirmək üçün 25000 manat pul lazım olduğunu, bununla ona pensiya təyin olunma prosedurunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sürətləndirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin onun işi ilə bağlı keçirilən bütün məhkəmə proseslərində iştirak edəcəyini və işi sürətli bir şəkildə həll edəcəyini ona bildirmişdir. O, Təqsirləndirilən şəxs ayrı-ayrılıqda 6000 manat, 3000 manat, 345 manat və 137 manat məbləğində pul vermişdir. Lamiyə tərəfindən daha sonra həmin pullar ona Yasamal rayon polis idarəsində qaytarılmışdır. O, borcun 1800 manat olan hissəni Təqsirləndirilən şəxs bağışlamış, qalan hissəni isə qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, o, ixtisasca hüquqşünasdır və hüquqi xidmətlər göstərir. 2019-cu ildə “Port Baku”nun 1-ci mərtəbəsində işləyərkən o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Lamiyə də onunla eyni mərtəbədə, ümumi iş zonasında işləmişdir. Lamiyə onunla tanış olarkən özünü vəkil və AR Vəkillər Kollegiyasının üzvü kimi təqdim etmişdir. O, daha sonra Vəkillərin Reyestr xidmətindən Təqsirləndirilən şəxs məlumatlarını araşdırmış və bu zaman Lamiyənin əslində ümumiyyətlə vəkil olmadığı ona məlum olmuşdur. O, bunu daha sonra Lamiyəyə bildirdikdə o, müxtəlif bəhanələr danışmağa başlamışdır. Onlar daha sonra Lamiyə ilə daha da yaxınlaşmağa başlamış və onunla rəfiqə olmuşlar. 2021-ci ilin 11 avqustunda onun ad günündə Lamiyə ona şad xəbəri olduğunu bildirmişdir. O, xəbərin nə olduğunu ondan soruşduqda, o “Paşabank”-dan 60000 Azərbaycan manatı kredit götürdüyün bildirmişdir. O, bu xəbərə əhəmiyyət verməmiş və reaksiya bildirməmişdir. İki gün sonra Lamiyə yenidən onun evinə gəlmiş və əslində 60000 Azərbaycan manatı yox, 220000 Azərbaycan manatı kredit götürdüyünü, bu xəbəri artıq ondan gizlədə bilmədiyi üçün ona bildirmişdir. O, bu məbləğin çox böyük olduğunu və bunu necə bacardığını Lamiyədən soruşduqda, Lamiyə ona “Paşabank”-da tanışı olduğunu və zaminsiz və girovsuz, online qaydada bu krediti əldə etdiyini ona bildirmişdir. Həmçinin “Paşabank”-da hazırda kampaniya olduğunu və 250000 Azərbaycan manatınadək kredit götürə biləcəklərini, lakin bunun üçün 15000 Azərbaycan manatı Lamiyənin tanışına pul verməli olduğuqlarını bildirmişdir. O, 250000 manatın qarşılığında 15000 manatın elə də böyük məbləğ olmadığını düşünərək, həmçinin biznes ideyaları olduğu üçün və pula həris bir insan olduğu üçün bu təkliflə razılaşmışdır. Lakin bu iş alınmamışdır. Lamiyə daha sonra qiymətin qalxdığını bildirərək, 15000 manat yox, 20000 manat lazım olduğunu bildirmişdir. O isə iş alınacağı təqdirdə 25000 manatı belə verə biləcəyini ona bildirərək, Lamiyə ilə razılaşmışdır. Lakin onun işi yenə də alınmamış, Lamiyə daha sonra ona “Yellowbank”-dan hesab açmağını və çıxarışlar etməyini istəmiş, lakin bu da onların işinin perspektivinə təsir etməmişdir. O, daha sonra atası ilə birlikdə gedərək 250000 Azərbaycan manatı məbləğində kredit götürmüş, həmin pulun 15000 manatını bankomatdan bir dəfəyə nağdlaşdırmış, qalan hissədən 5000 Azərbaycan manatını da öz hesabına əmək haqqı qismində köçürmüş, çünki bir dəfəyə 15000 Azərbaycan manatından artıq nağdlaşdırmaq mümkün olmamış, beləliklə ümumilikdə 20000 Azərbaycan manatını Lamiyəyə vermək üçün ayırmışdır. Lakin o, hələ də əslində “Paşabank”-ın belə bir kredit vermədiyini, Lamiyənin ona bəhs etdiyi və onun kredit götürməyində köməklik göstərəcək olan “Cəlal” adlı şəxsin uydurma biri olduğunu və bütün bunların sadəcə Lamiyənin onu aldatmaq üçün uydurduğu bir ssenari olduğundan xəbərsiz olmuşdur. Bir neçə gün sonra həmin 20000 Azərbaycan manatı pulu atası “Port Baku”-nun qarajında Lamiyəyə vermişdir. Onların həmin zaman Lamiyə ilə birlikdə biznes ideyaları olmuşdur. Onlar birlikdə xaricə gedərək parça almağı və qadın alt paltarları istehsal edəcək yerli brend yaratmağı planlaşdırmışlar. Bir müddət sonra Lamiyə ona “Seffora” internet-ticarət saytında kosmetika məhsullarının endirimdə olduğunu və yaxşı qazanc əldə etmək üçün stok etdiyi məhsulları qiymətlər qalxmamış almalı olduğunu, lakin əlində pul olmadığını bildirmiş və ondan 40000 manat borc istəmişder. O, rəfiqə olduqlarını və aralarında pul məsələlərinin problem təşkil etməyəcəyini ona bildirərək, istədiyi məbləği, yəni 40000Azərbaycan manatını ona vermişdir. Heç vaxt da Lamiyənin bəhs etdiyi kosmetik məhsulları görməmiş, heç maraqlanmaq da istəməmişdir. Lamiyə bir qədər də sonra ona Ramin adlı tanışının olduğunu, onun vasitəsilə Azərbaycana qəzalı vəziyyətdə olan “kran” maşınlarını gətirdiyini və təmir edərək satdığını bildirərək, onu da bu işə qoşulmağa dəvət etmişdir. Həmin vaxt da yenə 25000 manat Lamiyəyə vermişdir. Daha sonra Ülvi adlı tanışı ondan necə 250000 Azərbaycan manatı kredit götürdüyünü soruşmuş, o, vəziyyəti ona izah etmiş və daha sonra Ülviyə kredit məsələsində köməklik üçün ondan 40000 Azərbaycan manatı almışdır. Ülvidən aldığı 40000 Azərbaycan manatının da yarısını, 20000 Azərbaycan manatını Lamiyəyə vermişdir. Başqa bir epizodda Lamiyənin dayısı qızı Lalə də onlardan 10000 Azərbaycan manatı borc almışdır. Lamiyənin ona olan borcu ümumilikdə 115000 Azərbaycan manatı təşkil etmişdir. İlk zamanlar o, Lamiyəyə borcu qaytarmaq üçün nə isə deməmiş, lakin Lamiyə də borcları qaytarmaq üçün heç nə etməmişdir. Daha sonra bank əməkdaşları ona zəng etmişlər və ondan nə üçün ödənişləri həyata keçirmədiyini soruşmuşlar, o isə Lamiyənin ona borcu olduğunu və borcları alan kimi gecikmiş ödənişləri ödəyəcəyini onlara bildirmişdir. O, daha sonra Lamiyəyə israrla borclarını qaytarmağını, özünün də çətin vəziyyətdə olduğunu, nə borcları ödəyə bildiyini, nə də xəyalında olan biznes planlarını həyata keçirə bildiyini bildirmişdir. Vaxt keçmiş, aylar bir-birini əvəzləmiş, Lamiyə isə borcları qaytarmamış və hər dəfə ona uzun-uzadı bəhanələr sadalamışdır. Daha sonra Sadiq adlı bir tanışı Lamiyənin əslində dələduz olduğunu və bir çox şəxsləri yalan vədlərlə aldatdığını ona bildirmiş, həqiqətən o da Lamiyənin onu yola verdiyini və aldatdığını başa düşmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin sentyabr ayında, bu işdə də zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs1 atasının vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt o, güzəştli şərtlər ilə pensiyaya çıxmış və aldığı pul məbləğinin artırılması üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs vəkil olduğunu və ona bu məsələdə köməklik edə biləcəyini bildirmişdir. Daha sonra onlar Lamiyə ilə “Port Baku”-da yerləşən ofisində görüşmüşlər. Lamiyə ondan bu işi həll etmək üçün 6000 manat pul istəmişdir. O, pulu verməyə razılaşmış, lakin ondan bütün bu işlərin qanun çərçivəsində olub-olmayacağını soruşmuşdur. Lamiyə ona bildirmişdir ki, bütün bu işlər qanun çərçivəsində, məhkəmə qərarları ilə baş verəcəkdir. Həmçinin, Lamiyə ona bu işi 04 ay ərzində həll edəcəyini bildirmişdir. 1-2 ay sonra o, Lamiyəyə zəng etmiş və işin nə yerdə olduğunu ondan maraqlanmışdır. Lamiyə ona demişdir ki, iş Səbail rayon məhkəməsindədir. 2019-cu ilin dekabr ayında o, yenidən Təqsirləndirilən şəxs zəng etmişdir. Lamiyə bu dəfə ona hər şeyin müsbət irəlilədiyini, məhkəmədə onun xeyrinə qərar qəbul olunacağını bildirmişdir. O, növbəti dəfə, 2020-ci ilin fevral ayında Lamiyə xanım ilə əlaqə saxlamışdır. Lamiyə ona məhkəmənin onun xeyrinə qərar qəbul etdiyini, icra olunması üçün sənədlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərildiyini bildirmişdir. Daha sonra “covid-19” pandemiyası ilə əlaqədar olaraq Lamiyə ilə onun əlaqələri bir qədər itmiş, həmçinin o özü də, bir neçə dəfə koronavirusa yoluxduğu üçün əlaqə saxlaya bilməmişlər. 2020-ci ilin iyun ayında o, nəhayət Lamiyə ilə əlaqə saxlamış və Lamiyə ona hal-hazırda işinə Dövlət Sosial Müdafiə Fondunda baxıldığını, ona 813 manat aylıq müavinət və 113000 manat birdəfəlik ödəniş təyin olunduğunu bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək işin 2020-ci ildə həll olunub başa çatdırılması və 2021-ci ilə yubanmaması üçün ondan 5000 manat pul istəmişdir. O, həmin zaman Lamiyədən əgər hər şey qanuni çərçivədə baş verirsə, nəyə görə onun yenidən kiməsə 5000 manat pul ödəməli olduğunu soruşmuşdur. Bir neçə gün sonra Lamiyə onunla görüşmüşdür. O, bankdan 15000 manat kredit götürdüyünü, yerdə qalan 5000 manatın təcili tapılmalı olduğunu, əks halda bütün işlərin korlanacağını bildirmişdir. Uzun sözün qısası onu aldatmışdır. O, məcbur qalıb ona 5000 manat da vermişdir. Lamiyə ona artıq işimin həll olduğunu və 1 həftə sonra ona yüksək məbləğdə güzəştli şərtlərlə müavinət köçürüləcəyini bildirmişdir. Lakin 1 həftədən sonra da dəyişən nə isə olmamışdır. O, artıq Lamiyədən verdiyi pulları geri tələb etməyə başlamışdır. Lamiyə əvvəlcə ondan aldığı 5000 manatı geri qaytarmış, yerdə qalan 6000 manatını da hissə-hissə geri qaytarmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, bir neçə il bundan əvvəl ona verilən pensiya ödənişi dayandırıldığı üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Lamiyə ona bu məsələdə köməklik göstərəcəyini və onun ödənilən pensiyasını bərpa edəcəyini bildirmişdir. Bu işdə göstərəcəyi köməklik üçün o, Lamiyəyə 10000 Azərbaycan manatı pul vermişdir. Daha sonra Lamiyə ona söz verməsinə baxmayaraq, bu işi həll edə bilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs mülki işlə bağlı məhkəmə prosesində ona köməklik etməsi üçün müraciət etmişdir. Lamiyə ondan birinci epizodda 500 manat, ikinci epizodda 200 manat məbləğində pul almışdır. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Belə ki, 2018-ci ilin sentyabr ayında Xanlardan eşitmişdir ki, Lamiyə adlı vəkil onun təqaüdə çıxmasına köməklik edir. Sonradan Xanlar ilə birlikdə 2019-cu ilin sentyabr ayının əvvəllərində Lamiyənin işlədiyi X14 yerləşən ofisinə getmiş, həmin zaman orada Lamiyəyə atası Gülməmmədin yaşa görə pensiyaya çıxdığını, 270 manat təqaüd aldığını bildirmiş və atasının təqaüdünü artırıla biləcəyini soruşduqda Lamiyə bildirmişdir ki, “mən vəkiləm və pensiya işlərini necə və hansı qaydada verilməsini yaxşı bilirəm”. Eləcə də, Lamiyə atası Gülməmmədin şəxsiyyət vəsiqəsi və əmək kitabçasına baxdıqdan sonra bildirmişdir ki, onun göstərəcəyi hüquqi yardım nəticəsində atasının təqaüdünü 600 manata yaxın qaldırtdıra bilər, həmin artım məhkəmə yolu ilə 6 ay müddətində düzəldilməlidir, buna görə də, ondan müəyyən məbləğdə pul alacaqdır. Lamiyə ilə razılaşdıqdan sonra sonuncu onun atasının əmək kitabçasını özündə saxlamış, xx.xx.2019-cu il tarixdə Lamiyə ona zəng vurub bildirmişdir ki, onun atasınının təqaüdünün artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir, səhəri günü məhkəmə olmalıdır. Lamiyə ona göstərəcəyi hüquqi yardıma görə 1100 manat pul istəmişdir. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində 20 yanvar metrostansiyasının yaxınlığında Lamiyəyə ikilikdə 1100 manat pul vermişdir. Bir müddət sonra Lamiyəyə zəng vurub işin nə yerdə olduğunu soruşduqda sonuncu bildirmişdir ki, məhkəmə prosesi olubdur və atasının təqaüdünün artırılması ilə bağlı məhkəmə qərar qəbul etmişdir. Lamiyədən məhkəmənin qərarını istədikdə sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək ona göndərməkdən imtina etmişdir. Sonradan Lamiyəyə ona inanmadığını, ona verdiyi 1100 manat pulu və atasının əmək kitabçasını verməsini bildirmiş, bundan sonra Lamiyə ona mobil telefonda Vhatsapp vasitəsilə Sumqayıt İnzibai-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hakim Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə qəbul edilmiş məhkəmə qərarının foto görüntüsünü təqdim etmişdir. Sonradan atasının təqaüdünün düzəlmədiyini görüb Lamiyəyə zəng vurduqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Lamiyədən dəfələrlə pulunu geri istədikdə sonuncu xx.xx.2022-ci il tarixdə onun kart hesabına 1100 manat pul göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onu depozit qoymaq adı ilə aldatmış və o, ayrı-ayrılıqda, bir dəfə 5300 manat, başqa bir dəfə 6700 manat olmaqla ümumilikdə 12000 manat məbləğində bankdan kredit götürərək Təqsirləndirilən şəxs vermişdir. O, həmin pulları Təqsirləndirilən şəxs ilə bir dəfə bankın qabağında, ikinci dəfə Suraxanı rayonunda yaşadığı kənddə üzbəüz görüşərək ona təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, bu işdə zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs4 qardaşıdır. Eynulla ona bir dəfə zəng edərək, Təqsirləndirilən şəxs kartına pul göndərməyini xahiş etmişdir. O, ilk epizodda 5000 manat, ikincidə 3000 manat, üçüncüdə 1200 manat, dördüncüdə 800 manat olmaqla ümumilikdə 10000 Azərbaycan manatı pulu Təqsirləndirilən şəxs hesabına köçürmüşdür. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 17 noyabr 2022-ci il tarixli 4/1596-5/1378 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 65-67-ci vərəqələrində olan Yasamal rayon məhkəməsinin adından 2(004)-1283/2018 nömrəli cinayət işi üzrə çıxarılmış xx.xx.2018-ci il tarixli qətnamənin kserosurətində “Sədrlik edən” qrafasında “Ayaz Məmmədov” yazılarından əvvəl əks olunmuş imza – X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 68-71-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin adından 2(103)-7403/2019 nömrəli iş üzrə çıxarılmış xx.xx.2019-cu il tarixli qətnamənin 1-3-cü vərəqələrinin aşağı hissələrində yerləşən imzalar, 4-cü vərəqində “Hakim” qrafasında “Tofiq Səmədov” yazılarından əvvəl yerləşən imza – X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 65-67-ci vərəqələrində olan Yasamal rayon məhkəməsinin adından 2(004)-1283/2018 nömrəli iş üzrə çıxarılmış xx.xx.2018-ci il tarixli qətnamənin kserosurətində “Sədrlik edən” qrafasında “Ayaz Məmmədov” yazılarından əvvəl əks olunmuş imzanın; 68-71-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin adından 2(103)-7403/2019 nömrəli iş üzrə çıxarılmış xx.xx.2019-cu il tarixli qətnamənin 1-3-cü vərəqələrinin aşağı hissələrində yerləşən imzaların, 4-cü vərəqində “Hakim” qrafasında “Tofiq Səmədov” yazılarından əvvəl yerləşən imzanın – Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 3cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7403/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnamənin vərəqələrində olan möhür əksləri texniki qurğu (skaner və s.) vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7403/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnamənin vərəqələrində olan möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. (cild 03, i.v 143-147) İş materiallarında olan məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 07 fevral 2023-cü il tarixli, 4/132-5/135 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adından olan xx.xx.2020-ci il tarixli, 125-İV/2020 nömrəli məktubun kserosurətinin yuxarı sol küncündə “Nömrə” və “Tarix” qrafalarında əks olunmuş “22 oktyabr 20” və “125-İV/2020” rəqəmli yazıları Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adından olan xx.xx.2020-ci il tarixli, 125- İV/2020 nömrəli məktubun kserosurətinin aşağı hissəsində “F.Nəbiyev” qrafasında əks olunmuş imzanın Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. (cild 03. i.v 237-241) Azərbaycan Respublikası Vəkillər X1 10 iyun 2021-ci il tarixli, 725 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyildir. (cild 01, i.v 171) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən alınmış 08 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021xx.xx.2022-ci il tarixləri ərzində xarici ölkələrdən gətizdirdiyi mallar barədə Dövlət Gömrük Komitəsinin məlumat bazasında qeyd alınmış məlumatlar göndərilmiş və həmin məlumatlara əsasən, Təqsirləndirilən şəxs tərəfindən yalnız gömrük dəyəri 188.07 AZN olan 06 ədəd kosmetik vasitələr gətizdirilmişdir. (cild 03, i.v 175-176) İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında Whatsapp mobil tətbiq vasitəsilə ona göndərdiyi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1068/2019 nömrəli qərarını, Zərərçəkmiş şəxs7 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ona təqdim etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsinin xx.xx.2020-ci il tarixli məktubunu və Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs 2018-ci ilin sonlarında ona təqdim etdiyi Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1283/2018 nömrəli və 2019-cu ilin yay aylarında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-7403/2019 nömrəli qətnamələrini təqdim etmişlər. (cild 01, i.v 62-63, 125-131, 176) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilməsinə dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi məsuliyyətini müəyyən qədər yüngülləşdirmək məqsədi daşıyır və onun özünü müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 07 fevral 2023-cü il tarixli, 4/132-5/135 saylı, məhkəmə-xətşünaslıq ekspertizasının 17 noyabr 2022-ci il tarixli 4/1596-5/1378 saylı rəyləri, Azərbaycan Respublikası Vəkillər X1 10 iyun 2021-ci il tarixli, 725 saylı məktubu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən alınmış 08 dekabr 2022-ci il tarixli məktub, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə göndərdiyi və təqdim etdiyi həqiqəti əks etdirməyən məhkəmə aktı görüntüsü verilmiş sənədlər, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, eləcə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməsinə dair ifadəsi, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Emil Hümbətov və anasından gah evin satılmaması adı ilə, gah əlavə faizləri sildirmək adı ilə, gah məhkəmə adı ilə müxtəlif məbləğlərdə pullar almışdır. Hazırda həmin məbləğləri dəqiq xatırlamasa da, təxminən 2018-ci ilin yanvar ayının əvvəllərində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Sabunçu rayon məhkəməsinin qarşısında məhkəməyə vermək adı ilə Emildən 3.000 manat pul almışdır. Pulu məhkəməyə yox öz şəxsi işlərimə xərcləmişdir. Daha sonra banka ödəniş etmək adı ilə Emilin qardaşı Telmandan xx.xx.2019-cu il tarixdə yeni Suraxanı qəsəbəsində 5300 manat, xx.xx.2020-ci il tarixdə isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə 6700 manat olmaqla ümumilikdə 12.000 manat pul almışdır. Həmin pulları da öz şəxsi işlərinə sərf etmişdir. Bunlardan başqa isə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif bəhanələrlə Emili aldadıb pul istəmiş və Emil “Kapital Bank”dan öz adına aldığı 4169 7579 1235 8375 nömrəli bank kartına hissəhissə ümumilikdə 6874 manat pul köçürmüşdür. Aldığı pulların 2410 manatını məhkəmələrdə onları təmsil etməyi müqabilində almışdır. Belə ki, Suraxanı və Apellyasiya məhkəmələrində nümayəndə kimi proseslərə çıxmışdır. Qalan pulları isə müxtəlif bəhanələrlə alıb öz şəxsi işlərinə sərf etmişdir. 2015-ci ildən 2021-ci ilədək olan müddət ərzində hissə-hissə olmaqla Emildən və ailə üzvlərindən ümumilikdə 30.484 manat pul almışdır. Bundan başqa 2018-ci ilin fevral ayında Zərərçəkmiş şəxs6 onun ofisinə yaxınlaşmış və vərəsəliklə bağlı ona hüquqi yardım göstərilməsini istəmişdir. Belə ki, rəhmətlik anasının vəsiyyətnamə yazaraq yaşadıqları evi bacısı Ziyarətə verdiyini, özünün və digər bacısının isə bundan məlumatı olmadığını və həmin evdən ona düşən payı istədiyini bildirmişdir. Ona özünü vəkil kimi təqdim etmiş və həmin vərəsəlik məsələsinin məhkəmə qaydasında onun xeyrinə həll edə biləcəyini bildirmişdir. Ona hüquqi yardım göstərmək və onun xeyrinə məhkəmə qərarı çıxarılması məsələsini həll etməyim üçün ilkin olaraq 500 manat pul istəmişdir. Təxminən 3-4 gün sonra Elman ona X13 ofisisində ikilikdə 500 manat pul vermişdir. Bir neçə gün sonra Elmana zəng vurub sənədlərlə bağlı əlavə olaraq 200 manat pul lazım olduğunu bildirmiş, təxminən 2018-ci ilin fevral ayında sonuncu ona işlədiyi ofisdə ikilikdə 200 manat pul vermişdir. Sonradan Elman ondan məhkəmə qərarlarını istədiyi üçün dəqiq tarix yadında deyil, 2018-ci ilin noyabr ayında işlədiyi ofisdə kompyuter və axınlı printer vasitəsilə Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov tərəfindən qəbul edilmiş 2(004)-1283/2018 saylı xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsini hazırlayıb Elmana vermiş və biraz vaxt qazanmaq üçün ona bildirmişdir ki, bacısı Ziyarət həmin qərardan Apellyasiya şikayəti vermişdir. 2019-cu ilin yay aylarına qədər Elman ona mütəmadi olaraq zəng vurub maraqlandığından və onun verdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyi üçün dəqiq tarix yadında deyil, 2019-cu ilin yay aylarında işlədiyi ofisdə kompyuter və axınlı printer vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2(103)7403/2019 saylı qərarı hazırlayıb ofisində Elmana təqdim etmişdir. Sonradan Elman ona dəfələrlə zəng vursa da, onun telefonlarına cavab verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 2018-ci ilin sentyabr ayında tanımışdır. Həmin zamanlar Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X16" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisdə hüquq məsləhətçisi kimi işləmişdir. Zərərçəkmiş şəxs1 ofisdə ona yaxınlaşıb güzəştli şərtlərlə təqaüdə çıxmaq istədiyini bildirmişdir. Xanlara vəkillik fəaliyyəti ilə məşğul olduğunu və təqaüd işlərinin hansı qaydada verilməsini yaxşı bildiyini demişdir. Ona güzəştli şərtlərlə təqaüd verilməsinin tam qanuni olacağını, məhkəmə qərarı ilə həll olunacağını, bunun üçün 1150 manat pul lazım olduğunu bildirmişdir. 2018-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 işlədiyi Port-Baku Residensdəki ofisinə yaxınlaşmış və 1150 manat pulu ona təqdim etmişdir. Həmin zaman yanlarında ikisindən başqa kənar heç kəs olmamışdır. Xanlara bu prosesin biraz vaxt aparacağını və bir neçə ay gözləməli olacağını demişdir. Xanlardan aldığı pulları səhətilə bağlı problemləri olduğu üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 ilə 2019-cu ilin sentyabr ayında tanış olmuşdur. Belə ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində Azər Zərərçəkmiş şəxs1lə birlikdə onun həmin zamanlar hüquq məsləhətçisi kimi işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanda yerləşən "X16" binasının K.Səfərəliyeva küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən 1-ci mərtəbəsindəki ofisinə yaxınlaşmış, söhbət zamanı Azər ona bildirmişdir ki, atası Gülməmməd təqaüdə çıxıbdır və 270 manat təqaüd alır. Atasının təqaüd pulunu artırmaq olarmı deyə soruşduqda özünü Azərə yalandan vəkil kimi təqdim etmişdir. Çünki Xanlara da yalandan özünü vəkil kimi təqdim etmişdir. Həmçinin Azərə bildirmişdir ki, təqaüdlərin hansı qaydada verilməsi və artırılması ilə bağlı məsələləri yaxşı bilir, həmin məsələləri tam qanuni şəkildə məhkəmə qaydasında həll edə bilir. xx.xx.2019-cu il tarixdə səhər radələrində Azərlə Yasmal rayonu, H.B.Zərdabi küçəsində 20 yanvar metrostansiyasının yaxınlığında görüşmüş, həmin zaman Azər ona atasının təqaüdünün artıtılması ilə bağlı hüququ yardım göstərmək adı ilə ona 1100 manat pul vermişdir. Həmin zaman yanlarında ikisindən başqa heç kəs olmamışdır. Azər ondan dəfələrlə həmin məhkəmə qərarını istədiyindən və pulunu geri qaytarmağı tələb etdiyi üçün, özü də həmin pulu şəxsi ehtiyaclarına xərclədiyinə görə özünə vaxt qazanmaq üçün 2019-cu ilin təxminən oktyabr ayında X14 yerləşən ofisində kompyuter və axınlı printer vasitəsilə guya Azərin atası Gülməmməd Vəliyevin təqaüdünün artırılması ilə bağlı Sumqayıt İnzibai-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli hakim Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə qəbul edilmiş məhkəmə qərarını hazırlamış və həmin qərarın fotoşəklini Vhatsapp sosial şəbəkəsi vasitəsilə Azərə göndərmişdir. Bir müddət keçdikdən sonra Azər ona zəng vurub işin düzəlmədiyini deyib pulunu tələb etməyə başlamış, bundan sonra onun kart hesabına ondan aldığı 1100 manat pulu göndərmişdir. Bundan başqa 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs7 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs7 Port-Baku Residensdə yerləşən ofisinə yaxınlaşıb yüksək fazilə təqaüdə çıxmaq istədiyini demişdir. Özü də onun gətirdiyi sənədlərinə baxıb bildirmişdir ki, vəkillik fəaliyyəti ilə məşğul olur, məhkəmə qaydası ilə yüksək faizlə təqaüdə çıxması ilə bağlı köməklik göstərə bilər, hətta əvvəlki illərə görə almadığı təqaüd pullarını da ala bilər. Bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. Elşad xx.xx.2019-cu il tarixdə Port-Baku Residensdə yerləşən ofisində ona 6.000 manat pul vermişdir. Həmin zaman orada ikisindən başqa heç kəs olmamışdır. Pulu aldıqdan sonra Elşada bir neçə ay ərzində məsələni həll edəcəyini demişdir. Bir neçə müddət sonra Elşad ona dəfələrlə zəng vurduğu üçün ona bildirmişdir ki, Səbail rayon məhkəməsi tərəfindən onun xeyrinə müvafiq qərar çıxarılmışdır, ona 113.432 manat 14 qəpik pul ödəniləcəkdir. Bundan başqa Zərərçəkmiş şəxs5 ilə 2015-ci il tarixdə Xətai rayonu, Nobel prospekti 2 ünvanda yerləşən Amay ticarət mərkəzində işlədiyi ofisdə tanış olmuşdur. Arifə vəkillik fəaliyyəti ilə məşğul olduğunu demişdir. Arif ona yüksək faizlə təqaüdə çıxmaq istədiyini bildirdikdə ona qanuni şəkildə məhkəmə yolu ilə həll edə biləcəyini demişdir. 2016-cı ildə Bakı şəhəri Xətai rayonu, “Amay ticarət” mərkəzində ofisində Ariflə yenidən görüşmüş, ona qeyd olunan məsələni 11.000 manat müqabilində həll edə biləcəyini bildirmişdir. Dəqiq tarix yadında deyil, 2020-ci ilin may ayında Arif ona Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Beynəlxalq bank”ın baş ofisinin inzibati binasının qapısının qarşısında 6.000 manat pul vermişdir. Həmin zaman yanlarında heç kəs olmamışdır. Bundan sonra 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 43 ünvanda yerləşən Dövlət Sosial Müdafiə fondunun qarşısında 3000 manat pul vermişdir. Arifə guya həmin pulları başqa bir şəxslə görüşüb ona verəcəyini demişdir. 2021-ci ilin iyun ayında geri qalan 2000 manat Arif ona hissə-hissə olmaqla hazırda yadında qalmayan bank kartına göndərmişdir. Bir müddət keçdikdən sonra Arif ondan məhkəmə qərarını təkidlə istədiyi üçün dəqiq tarix yadında deyil X11 ofisində kompyuter vasitəsilə inzibati iqtisad məhkəməsinin qərarını hazırlayıb Arifə vermişdir. Sonradan Arif ondan pulunu tələb etdiyi üçün 5000 manat bir və 6000 manat bir olmaqla ümumilikdə 11.000 manat pulunu ona tam olaraq qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs8 ilə 2019-cu ilin əvvəllərində tanış olmuşdur. Onunla aralarında yaxın dostluq münasibətləri yaranmışdır. Həmin vaxtlar Sevinc və özü X15 binasında yerləşən “Colab” adlı ümumi iş mərkəzində hüquq məsləhətçisi kimi işləmişlər. Aralarında olan söhbət zamanı Sevincə özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim etmişdir. Qeyd etdiyi kimi Sevinclə aralarında get-gedə yaxın münasibətləri yaranmağa başlamış, həmin ərəfələrdə Sevinc boşandığı üçün bir yaxın dost kimi ona mənəvi dəstək olmuşdur. 2021-ci ilin yay aylarında Sevinclə birlikdə qərara gəlmişlər ki, birlikdə Neftçilər prospekti 153 ünvanında yerləşən X19də ofis icarəyə götürsünlər. Həmçinin aralarında olan razılaşmaya əsasən ofisin icarə haqqını ortaqlı verməli idilər, xx.xx.2021-ci il tarixdə Paşabankdan 225.000 manat məbləğində kredit götürdüyü üçün həmin zamanlar Sevincin pulu olmadığından sonuncunun icarə haqqına görə payına düşən 13.000 manat pulu ona borc vermişdir. Daha sonra Sevinc ondan əlavə olaraq 27.000 manat borc pul almışdır. Sevinc ona olan 40.000 manat borcunu ödəmək üçün kredit götürməkdə ona köməklik etməyini xahiş etmişdir. Özü də ona Paşabankda olan tanışının Cəlal adlı şəxsin vasitəsilə köməklik edəcəyinə söz vermişdir. Lakin, bunun müqabilində bankın kredit ayrılmasında köməklik edən şəxsə 20.000 manat pul verməli olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə Paşabank tərəfindən Sevincə 245.000 manat məbləğində kredit ayrılmış və Sevinc ona həmin günü krediti ayıran şəxsə verməyi üçün 20.000 manat pul vermişdir. Həmçinin Sevinc ondan aldığı 40.000 manat borcunu da köçürmə yolu ilə qaytarmışdır. Sevincə kredit aldığı üçün pulu olduğunu bildiyindən, həmçinin onunla yaxın münasibəti olduğu üçün Sevincin ona etibarı yarandığını bilirdi. Özünə pul lazım olduğu üçün Sevincdən pul almaq məqsədilə ona bildirmişdir ki, guya Amerikada təşkil olunan “Black Friday” adlı endirim kompaniyasından “www.sephora.com” saytından satıb qazanc əldə etmək məqsədilə böyük sayda endirimdə olan kosmetik məhsullar seçmişdir və məhsulların pulunu təcili ödəməsə, seçdiyi məhsullar səbətdən çıxacaq, halbuki bu məhsulları seçmək üçün xeyli əziyyət çəkmişdir. Həmçinin Sevincin ona inanması üçün mobil telefonda ona həmin məhsulları seçdiyini göstərmişdir. Sevincdən həmin məhsulları gətirib satıb qazanc əldə etmək üçün 40.000 manat pul istəmiş və bir iki gün ərzində qaytaracağını bildirmişdir. Sevinc də xx.xx.2021-ci il tarixdə onun bank hesabına 40.000 manat pul köçürmüşdür. Bir neçə gün sonra seçdiyi məhsulları gətirmək üçün əlavə pula ehtiyac olduğunu bildirib Sevincdən bir iki gün ərzində qaytarmaq adı ilə əlavə 25.000 manat xx.xx.2021-ci il tarixdə pul almışdır. Həmin pulu tanışı Ramin Cabbarovun hesabına göndərməsi üçün Sevincə hesab nömrəsini vermişdir. Sevinc də 25.000 manat pulu həmin hesaba köçürmüşdür. Çünki öz hesabından aylıq pul çıxarma limitini keçmişdir. Tanışı Raminə isə Sevinc adlı tanışının ona borc pul verəcəyini demişdir. Raminin mobil nömrəsini, ata adını və ünvanını bilmir. Sevincdən aldığı 40.000 manat və 25.000 manat pulları əslində məhsul gətirmək üçün almamışdır. Şəxsi ehtiyacları olduğundan almışdır və bilirdi ki, həmin pulları qaytarmağa maddi imkanı yoxdur. Həmçinin Sevinclə aralarında yaxın münasibət olduğundan və yuxarıda qeyd etdiyi üsullarla Sevincin etibarını qazandığı üçün, eyni zamanda onda pul olduğunu bildiyindən bilirdi ki, Sevinc ona həmin pulları verəcəkdir. Sevincdən 40.000 manat və 25.000 manat pulları aldıqdan sonra heç bir məhsul gətizdirməmiş və həmin pulları müəyyən hazırda yadında qalmayan borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Paşabankdan həm öz adına, həm də Sevincin adına saxta sənədlərlə kredit alınması ilə bağlı hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanaraq istintaq aparılır. Bundan başqa Zərərçəkmiş şəxs4 ilə təxminən 2021-ci ilin oktyabr ayında tanış olmuşdur. Eynulla onun işlədiyi Port-Baku Residensdə yerləşən ofisində ona müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin audit yoxlaması nəticəsində təqaüdünün kəsildiyini bildirmişdir. Özü də bu barədə qeyri rəsmi tanışları vasitəsilə maraqlanmışdır və ona bildirilmişdir ki, Eynullanın pensiyasını bərpa etmək olar. Buna görə də ona bu barədə məlumat vermiş və ondan ilkin olaraq işə başlamaq üçün 2.000 manat pul istəmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Eynulla ilə danışıb təqaüd məsələsini danışıb həll etdiyini, qısa müddət ərzində veriləcəyini və 2000 manat pul lazım olduğunu bildirmişdir. Eynulla dənizdə olduğu üçün 2022-ci ilin yanvar ayının əvvəllərində qardaşı Şahid1 onun kart hesabına 2000 manat pul göndərmişdir. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra yenidən Eynullaya zəng edib işin yekunlaşması ilə bağlı pul lazım olduğunu demiş, xx.xx.2022-ci il tarixdə Eynullanın qardaşı Mehdi onun kart hesabına 2200 manat və 800 manat olmaqla iki dəfəyə 3.000 manat pul köçürmüşdür. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin fevral ayının sonu, mart ayının əvvəllərində pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Eynulladan biraz da pul alıb işlərini yoluna qoysun. Buna görə də ona zəng edib 5.000 manat pul lazım olduğunu demiş və pulu ala bilmək üçün artıq işlərin yekunlaşmaq üzrə olduğunu bildirmişdir. Bu dəfə də Eynulla dənizdə olmuş və onun qardaşı Mehdi xx.xx.2022-ci il tarixdə yenidən onun 4169-7579-1235-8375 nömrəli bank kartına 5.000 manat pul köçürmüşdür. Beləliklə, Zərərçəkmiş şəxs4 ümumilikdə 10.000 manat pul almış, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Eynullanın işi ilə bağlı heç bir dövlət orqanına rəsmi müraciət etməmiş, qeyri rəsmi maraqlanmış. Hazırda Eynulladan aldığı pulları qaytara bilməmişdir. Göründüyü kimi, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs iş üzrə bütün zərərçəkmiş şəxslərdən müxtəlif məqsədlərlə pul almasını və həmin pulları öz şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 dair epizodu dələduzluq əməli deyil, borc münasibəti kimi dəyərləndirsə də, Sevin Rəhimovadan aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini, bunun şəxsi işi olmasını demişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs iddia etdiyi kimi, hətta borc məqsədi ilə pulu alsa belə, zərər çəkmiş şəxsdən borc alarkən həmin borcu qaytarmaq niyyəti güdməmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin borcu qaytarmaq üçün real maliyyə imkanlarının olmayacağını özü də başa düşmüşdür. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş materiallarında olan AR DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 03, i.v 78) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 vurulmuş ziyan ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. (cild 03, i.v 66) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 vurulmuş ziyan ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. (cild 03, i.v 71) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 vurulmuş ziyan ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. (cild 03, i.v 77) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 vurulmuş ziyan ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs6 vurulmuş ziyan ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 vurulmuş ziyan ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 vurulmuş ziyan ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş Doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatından və Elektron Məhkəmə Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X9 olmaqla bir azyaşlı uşağı vardır. İş materiallarında olan “X7”nın 26 mart 2024-cü il tarixli arayışından görünür ki, X6 “J20.9-Dəqiqləşdirilmiş kəskin bronxit” diaqnozu təsdiqlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16-17 həftəlik hamilədir. Məhkəmə tərkibi AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, AR CM-in 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən, yəni, 135.884 manat təşkil edən ümumi ziyandan 70.884 manatının (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 dair hissədə) ödənilməsini, AR CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı uşağının olmasını, həmin uşağında “J20.9-Dəqiqləşdirilmiş kəskin bronxit” xəstəliyinin müəyyən edilməsini, həmçinin, hazırda da hamilə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Sərəncamın 10-cu bəndində qeyd olunmuşdur ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 39-cu bəndinə əsasən, Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 79.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşını, himayəsində azyaşlı uşağının olmasını, hazırda da hamilə olmasını, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın əhəmiyyətli hissəsinin ödənilməsini (ümumilikdə 135.884 manat ziyandan 70.884 manat ödənilmişdir), habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində təyin edilən azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, himayəsində olan azyaşlı uşağı və hazırda hamilə olduğu uşaq doğularaq on dörd yaşına çatanadək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs üzərinə uşaqlarının qayğısına qalmaq və tərbiyə etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün faktiki icra olunacağı tarixdən hesablanmalıdır. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 01, i.v 111-112) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmənin çağırışlarından yayınması səbəbindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş məktubdan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, cəzanın təxirə salınması ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1068/2019 saylı qərarı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1283/2018 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-7403/2019 nömrəli qətnamələri cinayət işinin materiallarında saxlanılmalıdır. AR Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, ekspertiza tədqiqatının dəyərini təşkil edən ümumilikdə 332 (üç yüz otuz iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə, himayəsində olan xx.xx.2023-cü il təvəllüdlü oğlu X9 və hamilə olduğu uşağı doğularaq on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunan 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində cəzanın çəkilməsinin təxirə salınmasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün faktiki icra olunacağı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə uşaqlarının qayğısına qalmaq və tərbiyə etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-1068/2019 saylı qərarı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1283/2018 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-7403/2019 nömrəli qətnamələri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən ümumilikdə 332 (üç yüz otuz iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-226/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-226/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver