Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2260/2023 24.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Tağıyev Eldar Qara oğlunun iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, Bakı şəhər Sabunçu rayonu Q.Salahov küçəsi ev 13-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4.808 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1(bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 10.048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayıb daşımış və 17 iyun 2023-cü il tarixdə saat 11.15 radələrində Nərimanov rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibində olan bir ədəd şəffaf rəgli sellofan kəsiyinə bükülmüş külli miqdarda təmiz çəkisi 4.808 qram psixotrop maddə metamfetamin və 1(bir) ədəd sellofan kəsiyinə bükülmüş külli miqdarda təmiz çəkisi 10.048 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, narkotiki şəxsi istifadəsi üçün almışdır. İlk öncə əməli CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, lakin sonradan CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Halbuki narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutulmamışdan 1 gün əvvəl gecə saatlarında İran İslam Respublikasının vətəndaşı ilə mobil telefon vasitəsilə danışmış, sonuncu isə bildirmişdi ki, səhər narkotiklə bağlı məkan yollayacaqdır. Sabahı gün İran İslam Respublikasının vətəndaşı ilə yenidən əlaqə saxlamış və narkotik vasitənin Nərimanov rayonunda deyilən ərazidə olmasını bildirmişdir. Məkan zibil yeşiklərinin yanını göstərmişdir. Həmin əraziyə getmiş və narkotik vasitəni götürmüşdür. Götürdükdən sonra polis əməkdaşları onu tutmuşdur. O ifadsində daha sonra qeyd etmişdir ki, narkotik vasitəni 400 manat müqabilində əldə etmiş, lakin həmin məbləği İran İslan Respublikasının vətəndaşına 7 və ya 10 gün ərzində ödəyəcəkdi. Əvvəllər həmin İran vətəndaşından bir neçə dəfə narkotik vasitə alıb istifadə etmişdir. Lakin sonuncu aldığı miqdarda əvvəllər almamışdır. O, ifadəsində onu da qeyd etmişdir ki, polis əməkdaşları onu saxlayandan sonra Polis Bölməsinə gətirmişlər. Orada olan zaman könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları onu səhər 11:15 radələrində saxlamış, ona qarşı hər hansı təsir və təzyiq olmamış, Polis Bölməsində olduğu zaman vəkil ilə təmin olunmuş, telefondan yalnız özü istifadə etmiş, telefonuna son vaxtlarda hər hansı əsassız mesajlar gəlməmişdir. Təxmini 16 və ya 17 iyun 2023-cü il tarixində tutulmuş, narkotiki aldığı İran İslan Respublikasının vətəndaşının adı Zəhra adlı xanım olmuşdur.O, ifadəsində onu da qeyd etmişdir ki, səhər kənddə olan zaman Elvin adlı şəxsi görmüş, sonuncuya onunla Nərimanov rayonuna deyilən əraziyə getməyi demiş, Elvin də razılaşmışdır. X10 nə üçün getdiyini bilməmişdir. Polis əməkdaşları tərəfindən tutulduqdan sonra Elvinin məlumatı oldu ki, o, narkotikə görə oraya gəlmişdir. Polis əməkdaşları onu Elvin ilə birlikdə Polis Bölməsinə gətirmişlər. Üzərindən aşkar olunan narkotikin miqdarı ittihamda qeyd olunan miqdarda, yəni 10 və 4 qram olmuşdur. 9 ildir mütəmadi olaraq ağrıları olması səbəbindən narkotik vasitədən istifadə etmiş, heç vaxt narkotikin satışı ilə məşğul olmamış, narkotik vasitə əldə etmək üçün qazancından pul ayırmışdır. Hər dəfə iki cür narkotik vasitə almışdır. 10 qram narkotiki 20 gün istifadə etmiş, alanda o miqdarda almışdır ki, qiyməti ucuz olsun və təkrar gedib almasın. Əvvəllər CMnin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. İstintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, etdiyi əmələ görə, yəni üzərində nakotik vasitə və psixotrop maddə saxlayaraq daşıdığına görə peşmançılıq hissi keçirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Məmmədtağı oğlu göstərmişdir ki 17 iyun 2023-cü il tarixdə səhər işə gedən zamanı Qurban ilə qarşılaşmış və ondan hara getməsini soruşduqda Nərimanov deyilən əraziyə getməsini bildrmişdir. Qurban da həmin tərəfə getməsini demişdir. Daha sonra taksiyə əyləşib birlikdə həmin ünvana getmişlər. Taksidən düşdükdən sonra Qurban öz işinin, o, isə öz işinin dalınca gedəcək idi. Daha sonra ayrılmaq istədikdə Qurban zibil yeşiyinin yanına yaxınlaşıb nəsə götürüb, ona “isdəyirsən?” dedikdə isdəmədiyini bildirmişdir. Daha sonra küçədə hərəkətdə olduqları an polislər onlara yaxınlaşmış, Polis Bölməsinə aparmışlar. Orada olan zamanı həm onun, həm də Qurbanın üzərinə baxış keçirilmişdir. Onun üzərindən heç nə, lakin Qurbandan nəsə aşkar olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 Məmmədtağı oğlunu sonradan, yəni hadisə günü tanımaqla, onlarla hər hansı münasibəti olmamışdır. Hadisə günü 17 iyun 2023-cü il tarixdə saat 11.15 radələrində Şahid2la xidmətdə olmuşlar. Vətəndaş özünü şübhəli apardığına görə ona yaxınlaşıb “burada nə işin var” deyə soruşmuşlar. İlk görünüşdən şəxsin sərxoş olmasını güman etmişlər. Şəxsdən şübhələndiklərinə görə ərazi üzrə 17-ci Polis Bölməsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən alışqan, telefon və 2 qara bağlamada olan maddə aşkarlanmışdır. Onların biri kristala oxşayan maddə olmuşdur. Saxladığı şəxslər 2 nəfərdən ibarət olmuşdur. X8 qədər əlləri açıq formada nəzarətləri altında gətirmişlər. İbtidai istintaq zamanı verilmiş ifadəsini təsdiq edərək hadisəni dəqiqiliyi ilə orada göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 Məmmədtağı oğlunu sonradan, yəni hadisə günü tanımaqla, onlarla hər hansı münasibəti olmamışdır. xidməti ərazidə, yəni Əliyar Əliyev küçəsi 60 ünvanından Keşlə bazarı istiqamətində 17 iyun 2023-cü il tarixdə saat 11.15 radələrində Şahid1 ilə hərəkətdə olduqları zamanı iki nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin küçə insaların çox gedib-gəldiyi küçə olmamış, həmin küçədə tikinti işləri də aparılmışlar. Şübhəli şəxslərə yaxınlaşıb onlara suallar verdikdə özlərini qeyri adekvat aparmışlar. Daha sonra hər ikisini Polis Bölməsinə dəvət etmişlər. Onlar tərəfindən hər hansı narazlıq və mübahisə olmamışdır. Onların dəvətini qəbul edib polis bölməsinə gəlmişlər. Bölmədə olduğu zamanı şəxsləri təhqiqatçıya təhvil vermişlər. Daha sonra təhqiqatçı onları videoçəkiliş aparmaq üçün çağırmış və qarşısında olan şəxsin üzərində olan qara gödəkçədən qara rəngdə olan 2 bükümdən ibarət maddə aşkar olundu. Aşkar olunan bağlamalarda olan maddələrin biri kristal, digəri isə qəhvəyi rəngdə olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 11:50-də Kərimov X4 Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Ramin Qurbanov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 13-14) İş materiallarında olan 19 iyun 2023-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs seçilərkən Təqsirləndirilən şəxs aşkar edilmiş 14 qram narkotik vasitəni İran İslan Respublikasının vətəndaşından 400 manat qarşılığında almasını göstərmişdir. (İ.v. 108-110) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2023-cü il tarixli 6\3400 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...”sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4.808 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 10.048 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(İ.v 50-53) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 3901 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET (+) MOP (+) aşkar edimlişdir.(i.v 148-149) İş materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının 20 iyun 2023cü il tarixli 1713 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı bir psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tətbiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qərara almışdır ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (i.v. 150-151) İş materiallarında olan 17 iyun 2023-cü il tarixli Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Ramin Qurbanov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 17 iyun 2023-cü il tarixdə saat 11.15 radələrində ünvan 3 ünvanında Nərimanov RPİ-nin PPXB-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİnin 17-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərlərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra əynində olan qara rəngli qısa qol gödəkçənin sağ cibindən qara rəngli sellofana bükülmüş həmin bükülünün içərisində isə şəffaf rəngli sellofanlarda bir ədəd qəhvəyi rəngli və bir ədəd ağ rəngli kristal formalı narkotik vasitə və psixotrop maddəyə bənzər bükümləri təqdim etməklə bundan başqa isə Redmi markalı mobil telefonu, bir ədəd alışqan və Kent markalı siqareti masa üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən hec bir qanunsuz əşya aşkar edilməmişdir. Həmçinin həmin bükülü içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb üzəri “DİN-nin Zərflər üçün” möhürü ilə möhürlənmiş, üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. (İ.v. 22-23) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümünü və həmin bükülünün içərisində iki ədəd sellofan kəsiyinə bükülmüş maddələri təqdim edir. Bundan başqa “Redmi” markalı mobil telefonu və siqaretlə birlikdə alışqanı da təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilib təhqiqatçı tərəfindən götürülür. Şahid1 və Şahid2 tərəfindən yazılmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində inzibati ərazidə xidmət apararkən Əliyar Əliyev küçəsi 65 saylı ünvanın qarşısında məişət tullanıları qutusunun yaxınlığında iki nəfər şəxsin dayandıqlarını görmüş və onları görən kimi özlərini şübhəli aparmağa başlamış, onların hərəkətləri spirtli içki və narkotik vasitələrin təsiri altında olması təsürratı yaratdığından həmin şəxslərə yaxınlaşıb avtopatrula əyləşdirib müşayiətləri altında ərazi üzrə 17-ci PŞnin növbətçi hissəsinə təhvil vermişlər. Sonradan onlara həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 Məmmədtağı oğlu olmasını məlum olmuşdur. (i.v 4) İş materiallarında olan 20 iyun 2023-cü il tarixli maddi sübut kimi tanınma qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 4.708 qram çəkidə olan metamfetamin və 9.948 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün məhkəmə baxışınadək Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. (İ.v: 122) Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd DVD-R disk 20 iyun 2023-cü il tarixində maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ.v. 121) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sabunçu rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v.129-139) 17-ci Polis şöbəsindən verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli 2/2- 8064 nömrəli cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələri əldə etdiyi mənbəni və narkotik vasitələrin alveri ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v. 147) 19 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolan görünür ki, mobil telefona ********** mobil nömrəsi qoyulmuşdur. Baxış zamanı mobil telefona daxil olan, çıxan, qəbul edilməyən zənglər, mesajlar və qalereya menyusunda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Telefonun Votsap tətbiq menyusuna daxil olduqda adlar qeyd edilmiş şəxslərlə aparılmış danışıq və mesajlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı.(i.v 118) Baksell MMC-dən əldə edilmiş telefon zənglərinin əks olunduğu diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 25 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək olan müddət ərzində ********** mobil nömrəsindən əks olunan məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. (i.v 159) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin külli miqdar, 2-ci siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Nərimanov RPİ-nin polis nəfərləri Şahid1 və Əhməd Mənisimov tərtib etdiyi raportdan göründüyü kimi Orxan Kərimovun hərəkəti narkotik vasitənin təsiri altında olması təsüratı yaratdığından və özünü şübhəli apardığından polis bölməsinə dəvət edilmiş və daha sonra isə üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan həm heroini, həm də metamfetamini könüllü təqdim etməsini məhkəmə baxışı zamanı təsdiq edirək üzərində 10 qram heroin və 4 qram metamfetamin olmasını göstərmişdir. Həmçinin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş heroin və metamfetaminin satış məqsədilə deyil, şəxsi istifadə üçün əldə edib, saxlayıb, daşıdığını bildirməklə ittihamın bu hissəsi ilə razı olmadığını göstərmişdir. Beləliklə də, istər təqsirləndirilən şəxsin özünün ifadəsi, istərsə də digər sübutlarla Təqsirləndirilən şəxs heroini və metamfetamini əldə etməsi, saxlaması və daşıması təsdiq olunur. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və təqsirləndirilən məhz satış məqsədi olmadığını mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədinin olmasının sübuta yetirilməsini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı satış məqsədini onunla əsaslandırmışdı ki, Təqsirləndirilən şəxs aşkar edilmiş heroin və metamfetamin külli miqdarda olmuş və Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni əldə etdikdən sonra dərhal polis nəfərləri tərəfindən saxlanıldığı üçün xırda bükümlərə ayıra bilməmişdir. Məhkəmə hesab edir ki, narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 4.808 qram metamfetamin, 10.048 qram heroin külli miqdar təşkil etsə də, təxminən 15-20 gün istifadə edilə bilməsini, təqsirləndirilən Təqsirləndirilən şəxs da həmin narkotik və psixotrop maddəni həmin müddətdə istifadə edəcəyini və bir qədər artıq götürməkdə də məqsədinin tez-tez yenidən gedib narkotik vasitə əldə etməməsi olduğunu göstərməsi, həmçinin birdən götürdükdə nisbətən ucuz olmasını bildirməsi onun məqsədinin satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. İttihamın əsaslandığı digər bir hal polis əməkdaşları tərəfindən saxlanıldığı üçün xırda bükümlərə ayrı bilməməsi xüsusatı ilə bağlı qeyd edilməlidir ki, həmin hal şəxsi mülahizəyə və ehtimala əsaslanır, hər hansı bir sübutla təsdiq olunmur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə tutulanadək onun narkotik vasitə və psixotrop maddələri satması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi ilə bağlı polis əməkdaşlarının məlumatı olmamış, bununla bağlı hər hansı bir polis orqanına əməliyyat məlumatı daxil olmamış, onun cinayət əməlinin aşkara çıxarılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qanunla müəyyən edilmiş qərar qəbul edilməmişdir. Başqa sözlə, 17 iyun 2023-cü il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə onun tərəfindən dövriyyəsi qadağan olunmuş predmetlərin əldə edib, saxlaması və daşıması ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, 17 iyun 2023cü il tarixdə Nərimanov RPİ-nin polis nəfərləri Şahid1 və Əhməd Mənisimovun xidməti vəzifələrinin icrası zamanı X5 hərəkəti narkotik vasitənin təsiri altında olması təsüratı yaratdığından və özünü şübhəli apardığından polis bölməsinə dəvət edilmiş və daha sonra isə üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Həmçinin 17-ci Polis şöbəsindən verilmiş əməliyyat tapşırığına cavabda Təqsirləndirilən şəxs narkotik vasitələrin alveri ilə məşğul olub-olmaması barədə hər hansı məlumatın olmadığı müəyyən edilmişdir. Bundan Başqa, Təqsirləndirilən şəxs mobil telefonunun yaddaşında, Votsap tətbiqindəki yazışmalarda, eləcə də, mobil telefonuna daxil olan zəng və mesajlara baxışdan da narkotik vasitlərin satışı ilə bağlı hər hansı məlumat müəyyən edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs barəsində olan narkoloji ekspertizanın rəyi ilə də müəyyən olunur ki, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET (+) MOP (+) aşkar edimlişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs həm heroin (opioid maddə sinifinə daxil olan), həm də metamfetamin (psixostimulyatorlar sinifinə daxil olan) istifadəçisi olmuşdur. Eyni zamanda Kərimov X7 Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilən məhkəmə hökmü qanuni qüvvəsini almış və hətta həmin məhkəmə hökmü icra da edilmişdir. Həmin məhkəmə hökmündə də Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulması və həmin xəstəlikdən uzun müddət əziyyət çəkməsi müəyyən edilmişdir. Qeyd edilən hallar ona dələlat edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi külli miqdar təşkil etsə də, qeyd edilən çəkidə psixotrop maddə olan metamfetamin uzun müddət narkomaniya xəstələyindən əziyyət çəkən Təqsirləndirilən şəxs bir neçə dəfəlik dozasını təşkil etmişdir. Həmçinin o, da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlayaraq Bölməyə gətirən şəxslər barəsində əvvəlcədən hər hansı əməliyyat məlumatına malik olan cinayət axtarış şöbəsinin əməkdaşları deyil, həmin ərazi üzrə xidmət aparan Təqsirləndirilən şəxs ümumiyyətlə nə narkotik istifadəçisi, nə də satışı ilə məşğul olması barədə heç bir məlumata malik olmayan PPX-nin polis nəfərləri olmuşlar. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə heroin və metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin residividir. Belə ki, Sabunçu rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 17 iyun 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış heroinin 9,948 qramı və metanfetaminin 4,708 qramı məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi kspertizalarına sərf edilmiş ümumilikdə 110 (yüz on manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin h quqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış heroinin 9,948 qramı və metanfetaminin 4,708 qramı məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 110 (yüz on manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 35 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-2260/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2260/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver