Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2260/2024 22.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – "PRESEDENT" Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, cinayətlərin təhlükəli residivi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 4 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının 06 ay azaldılmasına, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının 09 il 03 aya endirilməsinə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 35 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 4 ünvanının birinci mərtəbəsindəki hamam otağında 35 ədəd dibçəkdə əkib 31 may 2024-cü il tarixədək olan müddət ərzində külli miqdarda 35 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə onları yetişdirərək kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 20:49-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən 4 saylı evin qarşısında saxlanılaraq həmin gün saat 20:55-dən etibarən onun yaşadığı evə, evin həyətində və həyətdə olan tikililərə öz könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman evin birinci mərtəbəsindəki hamam otağında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirmə dərəcəsinə çatdırdığı yaş vəziyyətdə 35 ədəd dibçəkdə ümumi çəkisi 1780 qram olan külli miqdarda 35 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları evə gəlmişlər və sorğusual zamanı o, evdə narkotik vasitə becərdiyini demişdir. Polislər videoçəkilişlə evə daxil olaraq narkotik vasitə əkdiyi dibçəkləri aşkar etmişlər. O, təxminən 7-8 dibçək narkotik vasitə əkmiş, qalan dibçəklər isə ona məxsus deyildir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Gün ərzində təxminən 1- 2 qram narkotik vasitə istifadə edir. O istifadə etdiyi marixuananın tumlarını əkmişdir. O, ilk dəfə idi narkotik vasitə becərirmiş. O, təxminən 3 ay idi ki, narkotik vasitəni əkirmiş. Lakin əkdiyi narkotik vasitələrdən istifadə etməmişdir. Narkotik vasitəni öz şəxsi istifadəsi üçün əkmişdir. O, ustadır, aya təxminən 500-600 manat arası qazancı olur. Narkotik vasitənin qramını 10-15 manata alırmış. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Onu MSY-də iki gün saxlamışlar. O istintaq zamanı verdiyi ifadələrə oxumadan qol çəkmişdir. Video çəkiliş zamanı evində olan dibçəklərin sayı 35 ədəd olmamışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Buna görə nəşədən alıb onun içərisində olan toxumları çıxarıb özündə saxlamışdır. 35 ədəd olduqdan sonra həmin toxumları əkib özü narkotik vasitə becərmək qərarına gəlmişdir. Bu məqsədlə 2024-cü ilin mart ayında 35 ədəd dibçəkdə toxumları yaşadığı ünvanda əkmiş, onların diblərinə su verib, qulluq etmişdir. Buna görə də 35 ədəd dibçəkdə 35 ədəd narkotik tərkibli çətənə bitkisi yetişmişdir. Həmin bitkiləri yetişdirməkdə məqsədi onlardan özü istifadə etmək olmuşdur. 31 may 2024-cü il tarixdə təxminən 20:49 radələrində yaşadığı ünvanın giriş qapısının qarşısında olduğu zaman bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını söyləyib özünü təqdim etməyini bildirmişdir. Onlara özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişdir. Daha sonra yaşadığı ünvanda narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olub-olmamağını soruşmuşdur. Səmimi şəkildə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 4 ünvanda narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri göstərə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmiş və yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Sonra bu barədə ərizə verdikdən sonra polislər yaşadığı evin həyətinə daxil olub video çəkilişdən istifadə etməklə baxış aparmağa başlamışdır. Polis əməkdaşları onun dəvətilə evin birinci mərtəbəsində sağ tərəfdə yerləşən hamam otağına keçmiş və baxış aparılan zaman oradakı 35 ədəd əkib-becərdiyi nəşə kollarını aşkar etmişdir. Baxışda iştirak üçün dəvət olunmuş mütəxəssis həmin bitkilərin baxış zamanı yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, diblərinin boşaldıldığını, torpağında suvarılma əlamətləri aşkar edildiyini bildirərək gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun inkişaf fazasında olduğunu həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmişdir. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq aşkar edilmiş kolların nəşə kolları olduğunu, 2024-cü ilin mart ayında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini bildirmişdir.Bundan sonra həmin 35 ədəd dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkisi torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 35 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş çətənə tərkibli bitkilər polis əməkdaşı tərəfindən 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılmış və üzəri möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 4 ünvandan qanunsuz əşyalar aşkar edilməmişdir. Bundan sonra Baş İdarəyə dəvət edilmişdir. Təklifə etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 25 saylı Vəkil Bürosunun siyahısı təqdim edilmişdir. Siyahıda adları qeyd edilən hər hansı vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Bakı şəhəri 25 saylı vəkili Bürosunun vəkili Pərviz Musayev Baş İdarəyə dəvət olunaraq ona təqdim olunmuşdur. Hüquqlarının vəkil Pərviz Musayev tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmiş və konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Vəkil ilə konfidensial ünsiyyət saxladıqdan sonra şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 4 ünvanına baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (Cild 1; iş vərəqə; 109-112, 228-230) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, 31 may 2024-cü il tarixində Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitələrin - çətənə bitkilərinin əkib becərilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən qeyd olunan ünvana yollanmışlar və Təqsirləndirilən şəxs Sabunçu rayonu, Ramana qəsəbəsində evinin qarşısında saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və Təqsirləndirilən şəxs evində çətənə bitkilərinin olması barədə səmimi etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs özündən evində baxış keçirilməsinə razılıq verməsi ilə bağlı ərizə alınmışdır. Evdən 35 ədəd çətənə kolu aşkar olunmuşdur. Aşkar edilən çətənə bitkiləri qablaşdırılaraq götürülmüşdür. Evə baxış keçirilən zaman videoçəkiliş aparılmış və bu zaman mütəxəssisin iştirakı da təmin edilmişdir. Aşkar edilmiş çətənə kolları ekspertizaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs çətənə bitkilərinin satış yox, şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid bildirdi ki, əməliyyat qrupu 4 nəfərdən ibarət olmuş, qrup rəhbəri isə o olmuşdur. Evdən 35 ədəd çətənə kolu aşkar edilmişdir. Bitkilərin sayının onlar tərəfindən artırılması doğru deyil. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Sənədləşdirmə işləri İdarədə aparılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etməsi faktına görə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən “Surac” adlı şəxsin qanunsuz olaraq yaşadığı ünvanda satış məqsədi ilə külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etməsi bildirilmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 übvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxsdur. (cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan və xx.xx.2024-cü il tarixli, 3-13-6/Ə204/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6, 7-8) Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. (cild 1, iş vərəqə 13) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə, saat 20:49-da yaşadığı ünvanın qarşısında saxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana, eləcə də üstünə keçirilən baxış zamanı onun yaşadığı ünvandan narkotik tərkibli çətənə bitkisinə oxşar 35 ədəd bitki aşkar olunaraq götürülmüş, üstündən isə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya, predmet və ya maddələr aşkar olunmamış, o Baş İdarəyə gətirilmişdir. (cild 1, iş vərəqə 14) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 20:49-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən 4 saylı evin qarşısında saxlanılaraq həmin günü saat 20:55-dən etibarən onun yaşadığı evə, evin həyətində və həyətdə olan tikililərdə öz könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman həmin evin birinci mərtəbəsindəki hamam otağında əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirmə dərəcəsinə çatdırdığı yaş vəziyyətdə 35 ədəd dibçəkdə narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Baxış və götürmə zamanı videoçəkiliş aparılmış və 01 ədəd diskə köçürülmüşdür. Baxış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 21-24) xx.xx.20224-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 4 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs evin birinci mərtəbəsində hamam olan otaqda xüsusi şərait hazırlamaqla plastik dibçəklərdə narkotik tərkibli çətənə bitkilərinin əkilməsini aşkarlamışdır. 35 ədəd plastik dibçəkdə 35 ədəd çətənə bitkiləri kökü ilə birlikdə torpaqdan çıxarıldı və qablaşdırıldı. Çətənə bitkilərinin boyu 35-85 sm hündürlükdə olub, onlara xüsusi aqrotexniki qulluq və kultivasiya tədbirləri göstərilmişdir. Bitkilər xüsusi işıqlama ilə təmin edilmiş, torpaqda əkilmiş suvarılmışdır. (cild 1, iş vərəqə 25) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından xx.xx.2024-cü il tarixdə, saat 22:45-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 34, 37) xx.xx.2024-cü il tarixli baxış və götürmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 32) Məhkəmə-bioloji ekspertizasının 01 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/879 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 35 ədəd dibçəkdə narkotik tərkibli çətənə kollarına oxşar bitkilər...” yazı və imzalar olan 1 ədəd qara rəngli polietilen bağlamada ümumi sayı 35 (otuz beş) yaş vəziyyətdə ümumi çəkisi 1780,0 qram bitki nümunələri eyni növə aid olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi -1780,0 qram cəmi tədqiqata sərf edildi - 1,75 qram, qalıq - 1778,25 qramdır. (cild 1, iş vərəqə 65-67) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 92-93) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-743/2024 saylı qərarından (hakim: G.A.Əsədova) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 124-128) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 1778,25 qram çəkidə 35 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün BMCMİ-yə təhvil verilmişdir. (cild 1, iş vərəqə 134-135) Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 5(008)- 594/2024 saylı qərardan (hakim: E.H.Rəcəbova) görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 142-143) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”-in verdiyi xx.xx.2024-cü il tarixli, xx/xx-8134 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmamış, xx.xx.2024-cü il tarixdə ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmişdir. (cild 1, iş vərəqə 161) Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi 11 iyul 2024-cü il tarixli, 294 saylı arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayonu, Yeni Ramana qəsəbəsi, M.S.ünvan 3 ünvanında yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 163-164) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 8782 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.1991 – xx.xx.1992-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. (cild 1, iş vərəqə 165) DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-1 maddəsinin 1ci hissəsi ilə təqsirli bilinərək 01 il 08 ay 21 gün 20 faizlə islah işləri cəzasına məhkum edilmişdir. -Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və narkomaniyadan məcburi müalicə tətbiq olunmuşdur. xx.xx.2005-ci ildə Salyan Rayon Məhkəməsinin xx.xx.2005-c il tarixli qərarı ilə xx.xx.2005-ci il tarixli qərarına əsasən azad olunmuşdur. -Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci ildə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 06 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. -Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 09 il 06 aya endirilib. xx.xx.2019-cu ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 09 il 03 aya endirilib. xx.xx.2023-cü ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 11 (on bir) ay 06 (altı) gün vaxtından əvvəl şərti azad olunub. (cild 1, iş vərəqə 169-193) Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik tərkibli bitkilərin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş külli miqdarda narkotik tərkibli bitkilərin satış məqsədi ilə kultivasiyası ilə məşğul olması barədə əlavə məlumatlar əldə edilmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyasında kimlərləsə əlbir olub-olmadığının, onun külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyasında toxumları kimlərdən almasının, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadığının, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, narkotik vasitələrin və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyətinin, onların bu cinayətdə iştirakının və rolunun müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş lakin müsbət nəticə əldə olunmamışdır. (cild 1, iş vərəqə 194) Məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2024-cü il tarixli, 3897 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 195-196) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 293/MEŞ saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir. -sağ əlin İİ barmağının sıyrığı bərk küt əşyanın təsirindən müayinədən (xx.xx.2024-cü il) 3-4 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə əmələ gələ bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşdırıla bilər; Sol saidin və sağ əlin çapıqları müayinədən təxminənm 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izləri olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər. (cild 1, iş vərəqə 198-200) Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 1778,25 qram çəkidə 35 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri iş üzrə maddi sübut hesab edilməsi və BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməklə onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin təhlükəli residivi kimi nəzərə alınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. (cild 1, iş vərəqə 201-208) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 210-211) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən şəxsi istifadəsi üçün 7-8 dibçək narkotik vasitə əkdiyini, qalan narkotik vasitə kollarının ona məxsus olmadığını, digər dibçəklərdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərin polis əməkdaşları tərəfindən onun boynuna qoyulduğunu, həmçinin evindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə Şahid ifadəsində 2024-cü ilin 31 may tarixində Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitələrin- çətənə bitkilərinin əkib becərilməsi ilə bağlı əməliyyat məlumat daxil olduğunu, Təqsirləndirilən şəxs saxlanılan zaman evində çətənə bitkilərinin olmasını etiraf etdiyini, sonuncudan evində baxış keçirilməsinə razılıq verməsi ilə bağlı ərizə alındığını, evə baxış keçirilən zaman mütəxəssisin iştirakı ilə videoçəkiliş aparıldığını, evdən 35 ədəd çətənə kolu aşkar olunduğunu, Təqsirləndirilən şəxs çətənə bitkilərinin satış yox, şəxsi istifadəsi üçün əkibbecərdiyini etiraf etdiyini bildirmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı baxış keçirilməsi və götürülmə aparılmasının qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 20:49-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən 4 saylı evin qarşısında saxlanılaraq həmin günü saat 20:55-dən etibarən onun yaşadığı evə, evin həyətində və həyətdə olan tikililərdə öz könüllü razılığı və iştirakı ilə, həmçinin aqronomun iştirakı ilə baxış keçirilən zaman həmin evin birinci mərtəbəsindəki hamam otağında əkib-becərdiyi, xüsusi - aqrotexniki qaydada qulluq göstərərək yetişdirmə dərəcəsinə çatdırdığı yaş vəziyyətdə 35 ədəd dibçəkdə narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Baxış keçirmə və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Həmçinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 4 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs evin birinci mərtəbəsində hamam olan otaqda xüsusi şərait hazırlamaqla plastik dibçəklərdə narkotik tərkibli çətənə bitkilərinin əkilməsini aşkarlamışdır. 35 ədəd plastik dibçəkdə 35 ədəd çətənə bitkiləri kökü ilə birlikdə torpaqdan çıxarıldı və qablaşdırıldı. Çətənə bitkilərinin boyu 35-85 sm hündürlükdə olub, onlara xüsusi aqrotexniki qulluq və kultivasiya tədbirləri göstərilmişdir. Bitkilər xüsusi işıqlama ilə təmin edilmiş, torpaqda əkilmiş suvarılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə, yəni qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kültivasiya etməsinə görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 6 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.” Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən 7-8 dibçək narkotik vasitə əkdiyini, qalan narkotik vasitə kollarının ona məxsus olmadığını, digər dibçəklərdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərin polis əməkdaşları tərəfindən onun boynuna qoyulduğunu, həmçinin evindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs dindirilərkən şəxsi istifadəsi üçün 7-8 dibçək narkotik vasitə əkdiyi, qalan narkotik vasitə kollarının ona məxsus olmadığını, digər dibçəklərdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, özünün qismən etiraf edici ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, mütəxəssis rəyi, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlinin törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintantaqın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahatından, şübhəli şəxs qismində dindirilməsi protokolundan, sonradan isə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, yaşadığı evdən aşkar edilmiş 35 ədəd dibçəkdə narkotik tərkibli çətənə kolunu 03 ay əvvəl qulluq edərək əkməklə becərdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm evinə baxış keçirilməsi və götürülməsi, həm də istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs evindən 35 ədəd dibçəkdə narkotik tərkibli çətənə kolunun aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik tərkibli bitkilərin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş külli miqdarda narkotik tərkibli bitkilərin satış məqsədi ilə kultivasiyası ilə məşğul olması barədə əlavə məlumatlar əldə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs baxış keçirilmə və götürmə aparılması istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik tərkibli çətənə kollarının külli miqdar (35 ədəd) olmasına, onun yaşadığı ünvandan aşkar edilərək götürülmüş külli miqdarda narkotik tərkibli bitkilərin satış məqsədi ilə kultivasiyası ilə məşğul olmasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin (CM-in 237.2.3-cü maddəsi) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-1 maddəsinin 1ci hissəsi ilə təqsirli bilinərək 01 il 08 ay 21 gün 20 faizlə islah işləri cəzasına məhkum edilmişdir. -Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və narkomaniyadan məcburi müalicə tətbiq olunmuşdur. xx.xx.2005-ci ildə Salyan Rayon Məhkəməsinin xx.xx.2005-c il tarixli qərarı ilə xx.xx.2005-ci il tarixli qərarına əsasən azad olunmuşdur. -Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci ildə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 06 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. -Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 09 il 06 aya endirilib. xx.xx.2019-cu ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 09 il 03 aya endirilib. xx.xx.2023-cü ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 11 (on bir) ay 06 (altı) gün vaxtından əvvəl şərti azad olunub. (cild 1, iş vərəqə 169-193) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 31 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 1778,25 qram çəkidə 35 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri məhv edilməli, baxış və götürmə aparılmasının əks edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri “PRESEDENT” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 06 (altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırkı hökmlə qismən birləşdirilərək ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 1778,25 qram çəkidə 35 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə aparılmasının əks edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “PRESEDENT” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-2260/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2260/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver