Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2262/2024 16.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X15 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X10 iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Şamaxı rayonu, Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: 1.X7 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. 2.Belə ki, X18 11 dekabr 2023-cü il tarixdə səhər saatlarında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş 1 (bir) ədəd bükümdə satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 2,650 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu “Kubinka” adlanan yerdə qanunsuz olaraq əldə edib özündə saxlayaraq ünvan 2 ünvanına daşımış, 11 dekabr 2023-cü il tarixdə saat 10:00-da Yasamal RPİ-nin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı ünvan 2 ünvanınının qarşısında saxlanılaraq, ünvan 4a yerləşən Yasamal RPİ-nin inzibati binasına gətirilərək saat 11:25-də onun üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,650 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, polislər dekabr ayının 11-də səhər saat 9-da girib onu evindən götürmüşlər, bölməyə apardıqdan sonra əməliyyatçılar Hüseyn və Etibar ona narkotik verərək üzərinə götürməsini, ya da evindən kilo ilə narkotik çıxacağını və ailəsini də bu işə qatacaqlarını demişlər, o da məcbur olub üzərinə götürmüşdür. Üzərinə baxış müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş, videoçəkilişdə 20 manata “Kubinka”dan aldığını bildirmişdir. Ona qarşı hansısa fiziki təzyiq olmamış, ancaq hədə-qorxu olmuşdur. O, ara-sıra narkotikdən istifadə etmiş, saxlanılan zaman üzərində narkotik olmamışdır. Onu evdən apararkən yoldaşı və böyük uşağı görmüşdür. Evi də axtarmışlar, lakin evdən qanunsuz əşya aşkar olunmamışdır. Müstəntiq ona CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihama qol çəkdirmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsində qeyd edilən imza ona məxsus olmuş, ona təzyiq olduğundan o şəkildə ifadə vermişdir. 4.Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, narkotik vasitə olan heroin aludəçisi olduğunu və bu səbəbdən də əvvəllər narkotik vasitənin qanunsuz əldə etmə və daşımaya görə məsuliyyətə cəlb olunduğunu, 2023-cü ilin iyun ayında cəzadan azad edilmişdir. O, narkotik vasitəni müxtəlif şəxslərdən aldığını bildirmişdir. 11 dekabr 2023-cü il tarixdə səhər saatlarında o, narkotik vasitə heroin qəbul etmək niyyəti ilə yaşadığı evdən çıxaraq “Kubinka” adlanan əraziyə gəldiyini və orada üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə olan heroin aldığını bildirmişdir. Həmin narkotik vasitəni əynindəki qara rəngli idman şalvarının sağ cibinə qoyaraq yaşadığı evə qayıdan zaman, yəni saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi dalan 1, ev 2-nin qarşısına çatan zaman mülki geyimli şəxslərin ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirdiklərini demişdir. Bundan sonra polis əməkdaşları onun kimliyini soruşduqda o, onlara özü barədə məlumat verdiyini, polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, eyni zamanda hüquq və vəzifələrini bildirərək onu Yasamal RPİ-nə dəvət etdiklərini, o, da onların təklifini qəbul etdiyini və birlikdə RPİ-nə gəldiklərini demişdir. Orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduğunu və təhqiqatçı tərəfindən hüquqlarının müdafiə edilməsi üçün onun istəyi ilə dövlət hesabına Vəkil Bürosundan vəkil təyin olunduğunu və bundan sonra ona və vəkilinə video çəkiliş aparılmaqla üzərinə şəxsiaxtarış keçiriləcəyi barədə qərarın elan edildiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilinin iştirakı ilə üzərinə şəxsi-axtarış aparılmağa başlanıldığını, şəxsi-axtarış zamanı ona üzərində qanunsuz əşyalar varsa onları təqdim etməsinin təklif olunduğunu bildirmişdir. O, təkliflə razılaşaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyduğunu, polis əməkdaşları tərəfindən həmin bükümdə nə olması soruşulduqda o, onlara bükümdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün «Kubinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirdiyini demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən bükümə baxış keçirildiyini, həmin bükümün boş zərfə qoyularaq, üzəri iştirakçılar tərəfindən imzalandığını və ekspertizaya göndəriləcəyinin bildirildiyini və bu barədə protokol tərtib edildiyini demişdir. O və müdafiəçisi protokolun doğruluğunu imzaları ilə təsdiq etdiklərini, şəxsi-axtarış zamanı heroin bükümündən savayı üzərindən başqa heç nə aşkar edilmədiyini bildirmişdir. O, heç vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən o, küçədə saxlanılarkən, polis idarəsinə gətirilərkən, polis idarəsində olarkən, üzərinə şəxsi-axtarış keçirilərkən ona qarşı hər hansı bir təziq və yaxud təsir edilmədiyini bildirmişdir. Narkotik vasitəni aldığı şəxsi sadəcə olaraq üzdən tanıdığını, adını bilmədiyini, həmin şəxsin təxminən 30 yaşlarında, qarayanız, arıq bədən qurluşlü, üzü saqqallı bir şəxs olduğunu bildirmişdir. Onun telefon nömrəsini və harada yaşamasını bilmədiyini və onunla heç vaxtı telefon əlaqəsi saxlamadığını bildirmişdir. Ona narkotik vasitə qəbul etmək lazım olanda o, “Kubinkaya” gedib orada onunla görüşüb və nağd şəkildə pulunu ona verib narkotik vasitə aldığını bildirmişdir (İ cild, səh. 240-242). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin 11 dekabr tarixində saat 10 radələrində Mirzağa Əliyev, dalan 1, ev 2 ünvanında Tural Xanalizadə və o, şəxsə yaxınlaşaraq özlərini təqdim edib rayon polis idarəsinə dəvət etmişlər. İdarədə şəxsin üzərinə baxış keçirilmiş, özü könüllü olaraq üzərində gəzdirdiyi naroktik vasitəni təqdim edərək “Kubinka” deyilən ərazidən aldığını bildirmişdir. Sonra materiallar toplanılaraq istintaqa təhvil verilmişdir. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etmişdir. Əməliyyat məlumatı ona daxil olmuş, ondan başqa əməliyyatda Tural Xanalizadə iştirak etmişdir. Onlarda məlumat satış yox, istifadəçi olması barədə olmuş, yəqin ki, satış olması sonradan məlum olmuşdur. O, satış faktını aşkar etməmişdir. Ona əməliyyat məlumatı narkotiklə bağlı gəlmiş, miqdarını isə ekspertiza təyin etmişdir. Təqsirləndirilən şəxs küçədən aparılmış, evində axtarış aparmamışlar. O, Xaliq Bağırova hədə-qorxu psixi təzyiq olunması barədə dedikləri ilə razılaşmır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə baxışında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 göstərmişdir ki, o, Yasamal RPİ-nin X5 əməliyyat müvəkili vəzifəsində xidmət etmişdir. 11 dekabr 2023-cü il tarixdə xx xxxx 1977-ci il təvəllüdlü, Bakı şəhəri Yasamal rayon Mirzağa Əliyev küçəsi dalan 1, ev 2-də qeydiyyatda olan və yaşayan X10 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin NMB-ə mötəbər və qərəsiz mənbədən əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı RPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyini bildirmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin, onun və NMB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldığını bildirmişdir. Bundan sonra X10 narkotik vasitələrin maddələrin istifadəsi və satışı ilə məşğul olmasında şübhəli olması ilə bağlı 11 dekabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri ilə saat 10-00-da ünvan 6 ünvanın qarşısında saxlanıldığını, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, ona hüquq və vəzifələri izah etdikdən sonra Xaliq Bağırova onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması haqqında əməliyyat işinin olmasını demişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nə dəvət etdiklərini, həmin şəxs təklifi qəbul etdikdən sonra onunla birlikdə Yasamal RPİ-nin NMB-nə gəldiklərini, onun şəxsiyyəti tam müəyyən edildikdən sonra bu barədə rəhbərliyə məruzə olunduğunu, daha sonra həmin şəxslə bağlı da müvafiq araşdırma aparılmasından ötrü araşdırmanın RPİ-nin TŞ-nin baş təhqiqatçısına həvalə edildiyini, təhqiqatçı tərəfindən X10 şübhəli şəxs qismində saxlanıldığını və sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edildiyini, onun hüquq və vəzifələrinin izah olunduğunu bildirmişdir. Bundan sonra, X12 üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyinin bildirildiyi, o və vəkili bu barədə qərarla tanış olunduğunu, o, buna etiraz etmədikdən sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarışa başlanıldığını bildirmişdir. Şəxsi-axtarış zamanı X12 üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsinin təklif olunduğunu, X18 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddə kütləsini çıxarıb təqdim etdiyini, onun içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirdiyini demişdir. Qeyd olunanlardan savayı ondan başqa heç nə aşkarlanmadığını, Xaliq Bağırovdan aşkar edilmiş narkotik maddə təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərf möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onlar tərəfindən imzalanaraq ona tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosseslərin video çəkilişlə qeydə alındığını, X1 və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilmədiyini bildirmişdir (İ cild, səh. 120-123). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 11 dekabr 2023-cü il tarixində Xaliq Bağırov adlı vətəndaşın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunun iştirakçısı olaraq saat 10:00-da Mirzəağa Əliyev küçəsi, dalan 2, ev 1 ünvanında zahiri əlamətlərinə görə Xaliq Bağırova oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinə gəlməsi üçün dəvət etmişlər. Daha sonra inzibati otaqların birində təhqiqatçının iştirakı ilə üzərində hansısa qeyri qanuni əşya varsa təqdim etməsini təklif etmişlər, həmin vaxt Xaliq Bağırov sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edərək narkotik vasitə heroin olduğunu və “Kubinka” adlanan ərazidən iyirmi manata aldığını bildirmişdir. Xaliq Bağırovun üzərinə şəxsi axtarışda müdafiəçi iştirak etmiş və videoçəkiliş aparılmışdır. Onlar təqsirləndirilən şəxsə küçədə yaxınlaşmışlar, evdən aparmamışlar, hansı maşınla aparılmağı yadında qalmamışdır. O, təqsirləndirilən şəxsin yaşadığı ünvanı tanıyır, lakin şəxsin evinə daxil olmamışlar. Saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı heç bir zor və təzyiq olmamışdır. 8.Məhkəmə baxışında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. (İ cild, səh. 124-127). 9.Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, səhv etmirsə dekabr ayı səhər saat səkkiz, doqquza işləmiş iki nəfər polis gəlib Xaliqin evdə olub-olmamasını soruşmuş, evdə olduğunu dedikdə onu itələyərək evə daxil olub, axtarış aparmış, Xaliqi özləri ilə aparmışlar. Ondan başqa evdə həmin gün uşaqlar olmuş və yatmışlar. Təkcə böyük qızı nə olmasını soruşmuş, o da polislərin atasını apardığını demişdir. Uşaqları otaqdan çölə çıxmamış, ondən başqa polisləri kimsə görməmişdir. O, ərinin narkotik istifadəçisi olmasını bilmişdir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 11 dekabr 2023cü il tarixli 3-16-16/2-6/6348 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 42 dairəvi möhür əksləri olan, “Şübhəli şəxs “imza” Xaliq Bağırov” və digər ad, soyad, imza yazılar qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 2,650 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 40-44). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsi Ambulator X3 18 mart 2024-cü il tarixli 1826 nömrəli rəyindən görünür ki, müayinə zamanı X11 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 131-132). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X20-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 18 mart 2024-cü il tarixli, 773 nömrəli rəyindən görünür ki, X18 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. X11 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X18 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X10 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. X10 məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 128-130). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 dekabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X13 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X18 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütləni çıxarıb təqdim etmiş, həmin kütlənin narkotik vasitə olduğunu və “Kubinka” adlanan ərazidən üzdən tanıdığı şəxsdən 20 manat pul ödəyərək əldə etdiyini bildirmişdir. X10 üzərindən aşkar edilmiş maddə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir (İ cild, səh. 33-34). 14.«Sübutların qiymətləndirilməsi haqqında» 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X10 üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən ondan aşkar edilib götürülmüş təmiz çəkisi 2,650 qram olan narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi, cinayətin predmeti olduğu nəzərə alınmaqla maddi sübut kimi tanınmış və məhkəmə-kimyəvi ekspertizasının tədqiqatından sonra narkotik vasitə heroinin qalmış 2,600 qram qalığı saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Təhqiqat araşdırması zamanı X10 üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçirilməsi ilə bağlı görüntüləri özündə əks etdirən 01 ədəd video disk iş üzrə mühüm əhəmiyyət kəsb edildiyi nəzərə alınmaqla yanaşı sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 220-229). 15.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, X18 11 dekabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 29). 16.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 4(004)- 967/2023 nömrəli qərarından görünür ki, X10 barəsində 11 dekabr 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. (İ cild, səh. 72-76). 17.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(004)-403/2022 nömrəli hökmündən görünür ki, X18 əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, səh. 167- 169, 180-183). 18.İş materiallarında olan elektron çıxarışdan görünür ki, təqsirləndirilən şəxs X10 xx.xx.2008-ci il, xx.xx.2011-ci il və xx.xx.2013-cü il təvəllüdlü uşaqları vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 23.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir. 24.Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin məhz “satış məqsədi ilə” əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 25.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaətini yaratmışdır. 26.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 27.Bundan başqa, hazırki cinayət işi üzrə aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan sübut növlərinin heç birində X10 narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlinin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən ifadə müəyyən edilməmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrində Xaliq Bağırovun narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən bir söz işlətməmişlər. İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6348 nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin narkotik vasitə heroin olmasını təsdiq etsə də həmin narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsin Ambulator X8 barədə 18 mart 2024-cü il tarixli 1826 nömrəli rəyi isə X10 narkomaniya xəstəliyinin olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunu müəyyən edir ki, bu fakt da X10 narkotik vasitə istifadəçisi olduğunu təsdiq edir. 28.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növləri kimi «şəxsi axtarış və götürmə aparılması haqqında» və «diskə baxışın keçirilməsi haqqında» protokolları qeyd etmişdir. İş materiallarında olan həmin sübut növlərinin heç birində X10 narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən hər hansı bir ifadə işlədilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növləri təqsirləndirilən şəxs X10 narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq etmir. 29.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi maddi sübutları göstərmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 02 sentyabr 2024-cü il tarixli qərardan göründüyü kimi təqsirləndirilən şəxs X10 üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən ondan aşkar edilib götürülmüş təmiz çəkisi 2,650 qram olan narkotik vasitə heroin və X10 üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçirilməsi ilə bağlı görüntüləri özündə əks etdirən 01 ədəd video disk maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitənin mövcudluğunu, eləcə də həmin narkotik vasitənin təqsirləndirilən şəxs X10 üzərindən aşkar edilməsini, Xaliq Bağırovun dövriyyəsi qanunla qadağan edilən narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən sübut növü müəyyən edilməmişdir. 30.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında olan istintaq sənədlərinin hər hansı birində təqsirləndirilən şəxs X10 narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 31.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X12 narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə narkotik vasitənin və psixotrop maddəninin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 32.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilir ki, “təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. 33.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 34.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş narkotik vasitəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 35.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 36.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 37.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə külli miqdarda - narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş narkotik vasitə heroinin miqdarının külli miqdar təşkil etməsi həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 38.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsin Ambulator X8 barədə 18 mart 2024-cü il tarixli 1826 nömrəli rəyinə istinadən həmçinin X11 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 39.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 40.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X10 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 42.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 43.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 44.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 45.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 46.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,650 qram çəkidə narkotik vasitə heroin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 47.Məhkəmə təqsirləndirilən şəxsin polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 dekabr 2023-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 48.Məhkəmə həmçinin dinidirilmiş şahid X14 ifadəsinə münasibətdə qeyd edir ki, onun təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla xeyrinə müdafiə xarakterli ifadə verməsi istisna olunmur. Həmin ifadə iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 49.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X16rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 50.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 51.Məhkəmə, təqsirləndirilən şəxs X10 məhkəmə iclasında polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 52.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X10 törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 53.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, X18 həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 56.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 58.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını təqsirləndirilən şəxs X10 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 59.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini təqsirləndirilən şəxs X10 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 60.Belə ki, təqsirləndirilən şəxs X18 əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(004)-403/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 11 dekabr 2023-cü il tarixdə hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 62.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 64.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 66.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, X12 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 67.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 68.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.Təqsirləndirilən şəxs X12 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 70.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 71.Məhkəmə təqsirləndirilən şəxs X18 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 72.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 73.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxs X10 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 11 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. 74.X10 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 75.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. 76.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 77.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,600 qram çəkidə narkotik vasitə heroinin məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən X10 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 78.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 79.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 80.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci X9 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 81.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 82.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 83.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 84.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X18 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X10 cəza çəkmə müddətinin başlanğıcı 11 dekabr 2023-cü il tarixdən hesablansın. X10 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X10 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci X9 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,600 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti X12 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev