Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2267/2024 10.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxsin nümayəndəsi – “Medleks” Vəkil Bürosunun vəkili Nümayəndə Müdafiəçi – Bakı şəhərı 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, eyni zamanda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, avtomobil şinlərinin tədarükü və satışının təşkil edilməsi ilə bağlı birgə kommersiya fəaliyyəti ilə məşğul olacaqları və yüksək gəlir əldə edəcəkləri ilə bağlı sonuncuya yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının birinci ongünlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X10 küçəsi 26 ünvanında yerləşən «Azərbaycan Beynəlxalq Bank»ın yanında 4.500 manat, 13 fevral 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 8.000 manat, 17 fevral 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 7.000 manat, 23 fevral 2020-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bakıxanov qəsəbəsi X10 küçəsində yerləşən istirahət parkının yanında 6.000 manat, 04 mart 2020-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsi Telman Ələkbərov küçəsində yerləşən bazarın girəcəyindəki çayxanada 5.000 manat, 09 mart 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 5.000 manat, 14 mart 2020-ci ildə Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin içərisindəki kafedə 4.000 manat, 16 mart 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 5.000 manat, 05 aprel 2020-ci ildə Sabunçu rayonu Heydər Əliyev prospektində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin içərisindəki kafedə 3.000 manat, 17 aprel 2020-ci ildə Sabunçu rayonu Heydər Əliyev prospektində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin içərisindəki kafedə 3.500 manat, 25 aprel 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 26 ünvanında yerləşən «Azərbaycan Beyləxalq Bank»-ın qarşısında 2.000 manat, 08 may 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Telman Ələkbərov küçəsində yerləşən bazarın girəcəyindəki çayxanada 2.500 manat, 15 may 2020-ci ildə Sabunçu rayonu Heydər Əliyev prospektində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin içərisindəki kafedə 1.500 manat, 04 iyun 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 4.500 manat, 07 iyun 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 1.100 manat, 17 iyun 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 5.000 manat, 03 iyul 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 26 ünvanında yerləşən «Azərbaycan Beyləxalq Bank»n qarşısında 2.500 manat, 14 iyul 2020-ci ildə Sabunçu rayonu Heydər Əliyev prospektində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin içərisindəki kafedə 1.700 manat, 06 avqust 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 1.300 manat, 18 avqust 2020-ci ildə ünvan 4 ünvanında yerləşən 12 saylı X12 stansiyasının yanında 2.500 manat nağd qaydada, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, vədinə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 75.600 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, avtomobil şinlərinin tədarükü və satışının təşkil edilməsi ilə bağlı birgə kommersiya fəaliyyəti ilə məşğul olacaqları və yüksək gəlir əldə edəcəkləri ilə bağlı sonuncuya yalan vəd verib aldadaraq 25 iyul 2021-ci ildə Bakı şəhəri, Xətai rayonu Sabit Orucov küçəsində yerləşən «Alyans» adlanan binanın qarşısında 20.000 manatı, 15 sentyabr 2021-ci ildə ünvan 6 ünvanının həyətində 11.000 manat, 26 sentyabr 2021-ci ildə Bakı şəhəri Xətai rayonu Xətai prospekti 51 ünvanında yerləşən «Günaydın» restoranın yaxınlığında 6.000 ABŞ dollar, 1 ABŞ dolların 1 AZN-ə qarşı məzənnəsi ilə 1,70 manat olduğu dövrdə, yəni 10,200 manat, 05 oktyabr 2021-ci ildə ünvan 8 ünvanında yerləşən “Topqapı” restoranında 15.000 manat, 17 oktyabr 2021-ci ilin ünvan 9 ünvanında yerləşən “Texas” restoranının arxasında yerləşən avtomobillərin təmiri servisinin yaxınlığında 18.000 manat nağd qaydada, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, vədinə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 74.200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, avtomobil şinlərinin tədarükü və satışının təşkil edilməsi ilə bağlı birgə kommersiya fəaliyyəti ilə məşğul olacaqları və yüksək gəlir əldə edəcəkləri ilə bağlı sonuncuya yalan vəd verib aldadaraq 05 mart 2021-ci ildə Bakı şəhəri, Nizami rayonu İmaməddin Nəsimi 66 ünvanında yerləşən «Energy» avtoservisdə 2.000 manat, 09 iyul 2021-ci ildə ünvan 11 ünvanında yerləşən «Energy» avtoservisin qarşısında 5.000 manat, 06 oktyabr 2021-ci il tarixdə ünvan 12 ünvanında 1 ABŞ dolların 1 AZN-ə qarşı məzənnəsi ilə 1.70 manat təşkil etdiyi dövrdə 14.000 ABŞ dollar, yəni 23.800 manat, 23 oktyabr 2021-ci ildə ünvan 13 ünvanında fəaliyyət göstərən «Dark Hall» restoranında göndərdiyi 1 ABŞ dolların 1 AZN-ə qarşı məzənnəsi ilə 1.70 manat təşkil etdiyi dövrdə 20.000 ABŞ dollar, yəni 34.000 manat, 10 noyabr 2021-ci ildə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 90/1 ünvanında yerləşən «Tosoil» yanacaq doldurma məntəqəsində 1 ABŞ dolların 1 AZN-ə qarşı məzənnəsi ilə 1.70 manat təşkil etdiyi dövrdə 7.300 ABŞ dollar, yəni 12.410 manat nağd qaydada, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, vədinə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs3 külli miqdarda, yəni 77.210 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 əri Şahid vasitəsi ilə etibarından sui-istifadə edib, Şahid sürücü kimi işə qəbul etdircəyi ilə bağlı yalan vəd verib aldadaraq, 02 avqust 2022ci ildə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 90/1 ünvanında yerləşən «Tosoil» yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs4 məxsus 250 manat pulu Şahid nağd qaydada, 04 avqust 2022-ci il tarixdə 250 manat, 06 avqust 2022-ci il tarixdə 300 manat, 10 avqust 2022-ci il tarixdə 800 manat pulu Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi ünvanında fəaliyyət göstərən «Çinar» marketin daxilində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə bank kart hesabına göndərilməsinə nail olmaqla hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, vədinə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs4 1.600 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, avtomobil şinlərinin tədarükü və satışının təşkil edilməsi ilə bağlı birgə kommersiya fəaliyyəti ilə məşğul olacaqları və yüksək gəlir əldə edəcəkləri ilə bağlı sonuncuya yalan vəd verib aldadaraq 07 iyul 2021-ci ildə Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən «Socar» yanacaq doldurma mənitəqəsində 5.000 manat, 24 iyul 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 26 ünvanında yerləşən «Azərbaycan Beynəlxanq Bank»ın həyətində 4.000 manat, 06 sentyabr 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospektində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin həyətində 5.000 manat, 28 sentyabr 2021-ci ildə Bakı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan yolu, Aviator şəhərciyində Əlinin yaşadığı evin yaxınlığında 4.000 manat, 29 oktyabr 2021-ci ildə Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində Atatürk liseyinin yanında 8.000 manat, 16 noyabr 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 17 ünvanında yerləşən «Armud» restoranında 5.000 manat, 28 noyabr 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 17 ünvanında yerləşən «Armud» restoranında 4.000 manat, 20 dekabr 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev prospektində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin həyətində 4.000 manat, 16 mart 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 90/1 ünvanında yerləşən «Tosoil» yanacaq doldurma məntəqəsinin həyətində 5.000 manat, 23 mart 2022-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 26 ünvanında yerləşən «Azərbaycan Beynəlxanq Bank»ın həyətində 3.000 manat, 29 mart 2022-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 26 ünvanında yerləşən «Azərbaycan Beynəlxanq Bank»ın həyətində 4.000 manat, 24 aprel 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 90/1 ünvanında yerləşən «Tosoil» yanacaq doldurma məntəqəsinin həyətində 5.000 manat, 24 iyul 2022-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 26 ünvanında yerləşən «Azərbaycan Beynəlxanq Bank»ın həyətində 1.500 manat, 25 avqust 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 90/1 ünvanında yerləşən «Tosoil» yanacaq doldurma məntəqəsinin həyətində 3.000 manat, 06 sentyabr 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 90/1 ünvanında yerləşən «Tosoil» yanacaq doldurma məntəqəsinin həyətində 3.000 manat, 16 sentyabr 2022-ci ildə Bakı şəhəri Nizami rayonu ərazisində Bakımetropolitenin «Neftçilər» stansiyası yaxınlığında 7.500 manat nağd olaraq, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, vədinə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs5 külli miqdarda, yəni 71.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, avtomobil şinlərinin tədarükü və satışının təşkil edilməsi ilə bağlı birgə kommersiya fəaliyyəti ilə məşğul olacaqları və yüksək gəlir əldə edəcəkləri ilə bağlı sonuncuya yalan vəd verib aldadaraq 18 noyabr 2021-ci il tarixdə faktiki olaraq Zərərçəkmiş şəxs6 məxsus olmuş, rəsmiyyətdə X4 adına qeydə alınmış 11.000 manat dəyərində «Cevrolet Cruze» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyətçisi Samir Hüseynovdan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Bakı şəhəri 35 saylı notariat ofisin notariusu X5 tərəfindən təsdiq edilmiş etibarnamə əsasında etibarnamə alıb, nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququnu əldə etmiş, 12 dekabr 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 26 ünvanında yerləşən «Azərbaycan Beynəlxalq Bank»n qarşısında 3.500 manat, 05 fevral 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli 33C ünvanında yerləşən «Arion» otelin yanında 3.500 manat nağd qaydada alıb, 12 may 2022-ci ildə lizinqdə müqavilə ilə Zərərçəkmiş şəxs6 məxsus «Lada XRay» markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili 6.500 manata dəyərləndirməklə avtomobilə dair adına müqavilə bağlatdırmaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X10 küçəsi 17 ünvanında yerləşən «Armud» restoranın yanında ələ keçirmiş, 02 iyun 2022-ci ildə Bakı şəhəri Sabunçu rayonu Zabrat 2, İstixana qəsəbəsində yerləşən «Al» marketin içərisində quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs6 tərəfindən bank kart hesabına göndərilmiş 2.350 manat pulu, 25 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəsində, Zabrat dairəsi adlanan ərazidə 1.000 manat pulu nağd qaydada, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə, vədinə əməl etməyərək ümumilikdə Zərərçəkmiş şəxs6 xeyli miqdarda, yəni 27.850 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 04 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində ünvan 18 ünvanında qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs7 ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs7 taxta materialdan hazırlanmış stul, əl və ayaqları ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurub, ona sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvası üstü-alın nahiyəsinin dərialtı hematoması, sol bazu, hər iki said, sağ bud, sağ baldır və sağ diz oynağı nahiyələrinin qançırları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclasında Müdafiəçi bildirmişdir ki, ibtidai istintaq dövründə 2024-cü ilin avqust ayında cinayət işi üzrə icraat dayandırılmışdır. Daha sonra müstəntiq onları çağırmış və cinayət işinin təzələnməsi ilə bağlı sənədlərə imza çəkdirmişdir və cinayət işinin icraatı təzələnmişdir. Daha sonra isə müstəntiq onlara cinayət işi ilə bağlı tanış etmə ilə əlaqədar olaraq bəzi sənədlərə imza çəkdirəcəyini demişdir. Bundan sonra isə cinayət işi məhkəməyə daxil olduqdan sonra cinayət işi ilə tanış olmadan cinayət işi məhkəməyə daxil olduğunu bilmişlər. Cinayət işi materiallarında olan tanış olma protokolu tərtib olunmuş tarixdə ölkə xaricində olmuşdur. Müstəntiq sonuncu dəfə ona zəng edərək cinayət işi ilə bağlı müəyyən texniki sənədlərə imza çəkməli olduğunu demişdir. Hesab edir ki, tanış olma protokolu da həmin sənədlərin içərisində olub, o da bilmədən həmin sənədə də imza etmişdir. Qeyd etdiyi xüsusatları nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatəti müdafiə edərək cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslər hər biri ayrı-ayrılıqda məhkəmə baxışına təyin olunub, açıq məhkəmə iclasında baxılmasını məhkəmədən xahiş edirlər. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı bildirmişdir ki, müdafiəçi tərəfindən təqdim olunmuş sənədlərdə müəyyən olunur ki, müdafiəçinin cinayət işi materialları ilə tanış olma hüququ pozulmuşdur. Bu pozuntu da Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan pozuntu cinayət işi məhkəmə baxışına verildiyi təqdirdə məhkəmə istintaqı zamanı aradan qaldırılması mümkün olmayan haldır. Ona görə də, təqsirləndirilən şəxs Ə.Abbasov barəsində olan cinayət işinə CPM-nin 303.3.8-ci maddəsinə əsasən baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və ibtidai istintaqı həyata keçirən müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə yazılı vəsatətlərlə müraciət edərək təqsirləndirilən şəxsin şahidlərə və zərərçəkmiş şəxslərə müəyyən təzyiqlər göstərməsini, sübutları saxtalaşdırmağa çalışmasını, şəxsin CM-in 128-ci maddəsi ilə də ittiham olunduğunu, iş üzrə faktiki hallara görə Zərərçəkmiş şəxs7 qarşı törətdiyi fiziki zorakılıqları nəzərə alsaq təqsirləndirilən şəxsin qanunsuz hərəkətlərə meyilli olduğu və cəmiyyətdən təcrid edilməsi üçün əsaslar olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxslər hər biri ayrı-ayrılıqda Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş yazılı vəsatətlərin təmin olunmasını, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Təqsirləndirilən şəxs və müdafiəçisi Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş yazılı vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş edirlər. Dövlət ittihamçısı Zərərçəkmiş şəxs3 və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş yazılı vəsatətlərə münasibət bildirərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, müdafiəçi tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin olunmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verildiyi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci maddələrinin tələblərinin pozulması müəyyən olunmuşdur. Qeyd olunan pozuntular Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş pozuntudur və onun cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birbaşa əsaslardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: 284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; 284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. 284.2. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Hazırki cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı yol verilən nöqsanları qeyd edərək bildirir ki, həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin üzərində israrla dayandığı, heç bir halda məhdudiyyətin müəyyən edilmədiyi ən təməl hüquqlardan biri cinayət təqibi zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, yəni onun müdafiə hüququnun pozulmamasıdır. Həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından müdafiə hüququ mütləq hüquq kimi bir bütöv mexanizmi xatırlatsa da, adətən bu hüquq özünü iki formada ehtiva edir. Birinci halda, şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında, daha dəqiq desək ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti haqqında ətraflı məlumatlandırılmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və şəraitə malik olmaq imkanı kimi, ikinci halda isə şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi halda belə müdafiədən pulsuz istifadə etmək hüququ kimi. Hər iki halda qeyd edilən tələblərə əməl edilməsi cinayət təqibi zamanı vacib hüquqi əhəmiyyət kəsb etdiyindən, bunlardan hər hansı birinin pozulması dolayısı ilə şəxsin təməl hüququ olan müdafiə hüququnun pozulmasını ehtiva edir ki, bu da hazırkı halda Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində öz əksini tapan təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qəbul edilir. Məhkəmə qeyd edilənlərə aydınlıq gətirərək bildirir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən cinayət təqibi zamanı məhz təqsirləndirilən şəxsin qeyd edilən təməl hüququ, yəni müdafiə hüququ pozulmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2024cü il tarixli təqsirlədirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi həmin tarixdə cinayət işinin materialları ilə tanış edilmişdir. Lakin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan, pasportun surətindən, E-ticket sistemindən çıxarışdan görünür ki, müdafiəçisi Müdafiəçi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının sərhədləri xaricində olmuşdur. Qeyd olunanlardan göründüyü kimi xx.xx.2024-cü il tarixli təqsirlədirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda təqsirləndirilən şəxslə yanaşı Müdafiəçi imzasının olmasına baxmayaraq, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olarkən müdafiəçisi yanında olmamış, Müdafiəçi isə ümumiyyətlə cinayət işinin materialları ilə tanış edilməmişdir. Məhkəmənin iclasında dövlət ittihamçısının vəsatəti əsasında dindirilmiş müstəntiq M.Cümşüdov bildirmişdir ki, təqsirləndirilən şəxs və müdafiəçisinə vaxt məhdudiyyəti qoyulmadan cinayət işi materialları ilə tanış olmuşlar. Tanış olma protokolunda qeyd olunan 21 avqust 2024-cü il tarixlə bağlı tarixin neçə olması yadında deyil, amma texniki səhv də ola bilər. Təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işi materialları ilə 2 dəfə tanış olmuşlar. İlk dəfə 2024-cü ilin may ayında, daha sonra isə 2024-cü ilin avqust ayında tanış olmuşlar. 2024-cü ilin may ayında zərərçəkmiş şəxs vəsatət vermişdi. Bu səbəbdən istintaqı davam etdirmək üçün icraatı təzələmişdir. 2024-cü ilin avqust ayında təqsirləndirilən şəxs və müdafiəçisi istintaqın qurtarması barədə protokola imza çəkməyə gələndə cinayət işi materialında olan tanış olma protokoluna da imza edib çıxıb getmişdir. Onun zənnincə, baş verənlərin hamısı müdafiəçi tərəfindən qabaqcadan planlaşdırılmışdır. İstintaqın yekunlaşması xx.xx.2024-cü il tarixdə elan olunmuşdur. Cinayət işinin materialları ilə tanış olma ilə əlaqədar müdafiəçi ilə əlaqə saxlamışdır. Müdafiəçi cinayət işi materialında olan tanış olma protokoluna imza etdiyini və cinayət işi materialları ilə tanış olmaq istəmədiyini bildirmişdir. Müdafiəçini dəvət etmiş, amma sonuncu gəlməmişdir. İstintaqın yekunlaşmasının elan olunması protokoluna müdafiəçi imza etdiyi vaxt cinayət işi materialları ilə tanış olma protokolu da iş materiallarının içərisində olduğundan müdafiəçi həmin protokola da imza etmişdir. Müdafiəçiyə xx.xx.2024-cü il tarixdə cinayət işi materialları ilə tanış olmağa verməmiş, sadəcə istintaqın yekunlaşmasının elan olunması protokoluna imza etməyə vermişdir. Qeyd olunan protokolda 21 avqust 2024-cü il tarixinin qoyulması texniki səhv ola bilər. Qeyd olunan protokolda 21 avqust 2024-cü il tarixində müdafiəçi yanında olmalı idi. 21 avqust 2024-cü il tarixini özü yazmışdır. Cinayət işi materialları ilə tanış olma protokolundakı imzalar təqsirləndirilən şəxsə və müdafiəçiyə məxsusdur. Müdafiəçi tarix qeyd olunmamış protokola imza edib, tarixi sonradan özü yazmışdır. Protokoldakı tarixi texniki səhv olaraq yazmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işi materialları ilə tanış olmuşlar, amma xx.xx.2024-cü il tarixdə tanış olub-olmamaları yadında deyil. İcraatında olan cinayət işlərinin və vətəndaş çoxluğundan yazılan tarix texniki səhv ola bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.9.11-ci maddəsinə əsasən müdafiəçinin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, müdafiə etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. Qeyd olunan işin hallarını və qanunvericiliyin sadalanan normalarını nəzərdən keçirməklə, məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 284-286, 288-ci maddələrinin tələblərinin pozulması faktlarını hazırkı vəziyyətdə mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin xarakterini və ictimai təhlükəllilik dərəcəsini, təqsirləndirilən şəxsin törədilmiş cinayətə aidiyyatını ehtimal etmək üçün kifayət edən məlumatlar əsasında əsaslı şübhənin mövcudluğunu, həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qətimkan tədbirlərinin tətbiqi əsaslarından bəhs edən 155-ci maddəsinin tələblərini (təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimallarına kifayət qədər əsas verən halları) nəzərə almaqla zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilməli, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, həbsdə saxlama müddəti 04 ay həddində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 300.2, 300.4.1, 303.1, 303.3.1, 303.3.8, 303.4 və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Müdafiəçinin vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Zərərçəkmiş şəxs və nümayəndəsinin vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin, həbsdə saxlama müddəti 04 ay həddində müəyyən edilsin, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin). Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-2267/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2267/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver