Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-227/2019 10.04.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, məhkəmə iclası katibləri X4 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Abşeron rayonunun Digah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ll qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, 08 avqust 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 17 avqust 2018-ci il tarixli qərarına əsasən, həbs qətimkan tədbiri 08 dekabr 2018-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən qanunsuz olaraq əldə etdiyi 38 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkisi toxumunu 2018-ci il may ayının əvvəllərində yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 24 ünvanında yerləşən özünə məxsus evin həyətyanı torpaq sahəsində yerləşən tövləyə bitişik üstü açıq yarımtikilidə özü istifadə etmək məqsədi ilə əkmiş və həmin bitki toxumlarından əmələ gəlmiş 38 ədəd çətənə kolunu vaxtaşırı sulayıb, dibinə peyin verib və dibini belləyib yetişdirməklə qanunsuz kultivasiya etmiş, 08 avqust 2018-ci il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirərkən oradakı tövləyə bitişik üstü açıq yarımtikilidə olan torpaq sahəsindən sonuncuya məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilib1 becərilmiş ümumi xalis çəkisi 16 kiloqram olan 38 (otuz səkkiz) ədəd yaş halda külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 24-də yaşayır və heç yerdə işləmir. Ağır xəstəliklərdən əziyyət çəkdiyi üçün təxminən 3-4 il əvvəldən başlayaraq narkotik vasitə hesab olunan qurudulmuş marixuananı siqaretin içərisinə doldurmaq vasitəsi ilə qəbul edir. Belə ki, onda ağır formalı şəkər xəstəliyi və ürəyin işemik xəstəliyi var, sağ ayağının üç barmağı amputasiya olunmuşdur və ayağında olan həmin yara yayılmaqda davam edir. Özü İİ qrup əlildir. Bu xəstəlikləri ilə əlaqədar ağrıları başlayanda dözə bilmədiyindən narkotik vasitə qəbul etmək məcburiyyətindədir. Təxminən 2018-ci ilin may aylarında yaşadığı həyətyanı sahədə yerləşən yarımtikilidə özü istifadə etmək məqsədi ilə 38 ədəd çətənə toxumlarını əkib becərməyə başlamışdır. O, həmin vaxt əkdiyi kollara su verib becərmiş, onlara qulluq edərək dibinə peyin də vermişdir. Bitkilər təxminən 1 metrədək böyümüşlər. Kolları böyüdüb məhsulunu yığaraq qurutmaq, sonra isə özü hərdənbir istifadə etmək üçün əkmişdir. 08 avqust 2018-ci ildə saat təxminən 17 radələrində polis əməkdaşları iki nəfər tanımadığı hal şahidi və tanımadığı bir neçə nəfər mülki geyimli şəxslərlə birlikdə yaşadığı evin həyətinə gəlmiş, həyətdəki yarımtikilidə narkotik tərkibli çətənə kolların olması barədə məlumatları olduğunu və evin həyətinə baxış keçirəcəklərini bildirmişlər. O, polis əməkdaşlarının əkib becərdiyi həmin çətənə kollarını tapacaqlarını bilib, baxış keçirilməsinə razılıq vermiş və onları həmin kolları əkdiyi yerə aparmışdır. Bundan sonra polis əməkdaşları hal şahidlərinin iştirakı ilə həmin kolları əkdiyi yerdən çıxarıb tərəzidə çəkmiş, selofan torbaya qoyub götürmüşlər. Bu barədə protokol yazılmış, o da, doğru olduğuna görə həmin protokolu imzalamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, narkotik vasitənin toxumunu Corat qəsəbəsində tanımadığı şəxsdən 5 manata aldığını, əkib becərdiyi narkotik vasitəni satmaq fikri olmadığını, narkotik vasitəni özü qurudub çəkmək istədiyini, həyətdə narkotik vasitə əkməyi barədə ailə üzvlərinin xəbəri olmadığını, əvvəllər Rusiyada gül satdığını, ayağının üzərindən maşın keçdiyi üçün üç barmağının kəsildiyini, sonradan baş barmağının da kəsildiyini, hazırda ayağında qanqrena olduğunu və yaranın daha da böyüdüyünü, bununla bağlı güclü ağrıları olduğunu, həmin ağrılardan qurtulmaq üçün marixuanadan istifadə etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən şahid Abşeron rayon Polis idarəsi Mehdiabad polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirdi ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik vasitə olan çətənə bitkisinin əkini ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. 08 avqust 2018-ci il tarixdə həmin məlumatı yoxlamaq məqsədi ilə qeyd olunan ünvana getmiş, yaşadığı həyətyanı sahəyə baxış keçirmək zərurəti yaranması Təqsirləndirilən şəxs izah edilmişdir. Sonuncu, heç bir etiraz etməmiş və bu barədə ərizə yazıb vermişdir. Bundan sonra həmin ünvanda əməliyyat-axtarış tədbirləri həyəta keçirilmiş, bu zaman mütəxəssis və iki nəfər hal şahidi də iştirak etmişdir. Baxış zamanı həyətdə yerləşən tövləyə bitişik üstü açıq yarım tiklilinin içərisində 38 ədəd çətənəyə bənzər bitki aşkar edilmişdir. Baxışda mütəxəssis kimi iştirak edən Nofəl Mustafayev həmin kolların çətənə bitkisi olduğunu bildirmiş, Təqsirləndirilən şəxs da bunu etiraf edərək həyətyanı sahənin özünə məxsus olduğunu və aşkar olunmuş çətənə bitkilərini özü əkib becərdiyini, gələcəkdə onlardan şəxsi istifadə etmək məqsədi olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxarılaraq selofan torbaya qoyulub qablaşdırılmış, o, həmin ünvanda keçirilmiş baxışla əlaqədar protokol tərtib etmiş və bütün tədbir iştirakçıları həmin protokolu oxuyub imzalamışlar. Məhkəmə iclasında dindirilən şahid Məmmədov Şahid1 ifadəsində bildirdi ki, 08 avqust 2018-ci il tarixdə saat 17 radələrində öz işi ilə əlaqədar Abşeron rayonu, Digah qəsəbəsinə gedərkən tanımadığı polis əməkdaşı yaxınlaşıb sonradan adını bildiyi Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmişdir. O, polis əməkdaşlarının təklifi ilə razılılaşmış və onlarla bir həyətə getmişlər. Baxış keçirilməsində ondan başqa tanımadığı digər hal şahidi və aqronom iştirak etmişdir. Həmin ünvanın həyətyanı sahəsinə daxil olduqda evin sahibi 50-55 yaşlarında olan Təqsirləndirilən şəxs onları qarşılamışdır. Polis əməkdaşları ev sahibinə həyətyanı sahəsinə baxış keçirilməsini bildirdikdə, sonuncu, etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, ona və digər hal şahidinə, həmçinin mütəxəssisə hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra adları çəkilən şəxslərin iştirakı ilə polis əməkdaşları həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı həmin həyətyanı torpaq sahəsində tövləyə bitişik üstü açıq yarım tikilidə torpağa əkilmiş 38 ədəd çətənə bitkisinə bənzər kollar aşkar edilmişdir. Baxışda mütəxəssis kimi iştirak edən şəxs həmin 38 ədəd kolların çətənə bitkisi olduğunu və onlara xüsusi qaydada qulluq olaraq yetişdirildiyini bildirmişdir. Polis əməkdaşları baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin kolları nə məqsədlə əkib becərməsini soruşduqda, İqbal həmin kolların marixuana olduğunu, özünün 3-4 il olar ki, narkorik vasitə qurudulmuş marixuanadan siqaretin içərisinə doldurmaq vasitəsi ilə qəbul etdiyini, təxminən 2018-ci ilin may aylarında özünə məxsus evin həyətində olan tövləyə bitik üstü açıq yarımtikilidə olan torpaq sahəsində özü istifadə etmək məqsədi ilə 38 ədəd toxumları əkərək becərdiyini bildirmişdir. İqbal həmçinin çətənə bitkisinin toxumlarını Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən 5 manata aldığını demişdir. Bundan sonra həmin çətənə kollarını polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq kisənin içərisinə yığılmışdır. Daha sonra polis işçisi keçirilmiş baxış barədə protokol tərtib etmiş, o da, həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 Ramiz oğlu Şahid1 Məmmədovun məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilməsində hal şahidi qismində iştirak etdiyini və həmin həyətdən 38 ədəd çətənə bitkisinə bənzər kolların aşkar edildiyini təsdiq etdi. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 24-də ailə üzvləri ilə birlikdə yaşayaır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Lakin ərinin haradan narkotik vasitə olan marixunananı alıb istifadə etməsi barədə onun məlumatı olmamışdır. Çünki əri bu barədə ona heç vaxt bildirməmişdir. Həmçinin yaşadıqları ünvanın həyətyani torpaq sahəsində yerləşən tövləyə bitişik üstü açıq yarımtikilidə çətənə kollarının əkilməsi barədə onun xəbəri olmamışdır. Belə ki, həmin yarımtikilinin giriş qapısı dəmirdən olmuş və həmişə açarla bağlı olmaqla, həmin qapının açarı həyat yoldaşı İqbalda olmuşdur. 08.08.2018-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən, həmçinin hal şahidlərinin iştirakı ilə onların yaşadıqları ünvanın həyətyani torpaq sahəsinə baxış keçirilərkən çətənə kolları aşkar edilərək götürülmüşdür. Əri İqbalın sözlərinə görə o, həmin çətənə kollarını özü istifadə etməkdən ötrü əkib becərmişdir. Həyətyani sahəyə baxış keçirilərkən hər hansı qanunsuz hərəkət müşahidə etməmişdir (iş vərəqi 113-115). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə olunmuş 08 avqust 2018-ci il tarixli raportdan görünür ki, xx.xx.1964-cü ildə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan tövlənin içərisində narkotik vasitə olan çətənə bitkisinin kollarının əkini ilə məşğul olmaqda şübhəli bilinməsi barədə Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə məlumat daxil olmuşdur. Həmin raport bölmənin cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 08 avqust 2018-ci il tarixlə, 2NK/632 nömrə altında qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 5). İş materiallarına əlavə olunmuş 08 avqust 2018-cı il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 24 ünvanında yerləşən yaşayış evinin həyətyanı sahəsidir. Həmin həyətdə olan yarımtikilinin içərisində kökü torpaqda olan 38 ədəd çətənə bitkisinə bənzər 1.5-3 metr hündürlüyündə kollar vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin çətənə kollarını öz şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Çətənə kolları qablaşdırılmış, həmçinin istintaq hərəkəti zaman müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi, 11-18). İş materiallarına əlavə edilmiş 18 avqust 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, özünə məxsus həyətyanı torpaq sahəsində çətənə kollarının əkdiyi yeri əyani olaraq göstərərək, sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İstintaq hərəkəti zaman müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 91-93). İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 08 avqust 2018-ci il tarixli 20688 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Təqsirləndirilən şəxs həyətyani sahəsindən” yazıları və imzalar olan iki ədəd ağ rəngli sintetik torbalardakı ümumi sayı 38 (otuz səkkiz) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 16000 qram (16,0 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur (cild 1, iş vərəqi 28). İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertitzasının 29 avqust 2018ci il tarixli 1492 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin olmasını nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs İİ-ci qrup əlil olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 104-105). İş materiallarına əlavə edilmiş 09 avqust 2018-ci il tarixli maddi sübut qismində tanıma və təhvil vermə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətyani sahəsinə baxış keçirilən zaman götürülmüş, ekspertizadan sonra qalıq çəkisi 15999,24 qram olan çətənə kolları maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 78). Abşeron rayon mərkəzi xəstəxanasından daxil olmuş 21 avqust 2018-ci il tarixli 1247 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyata yoxdur (cild 1, iş vərəqi 94). İş materiallarına əlavə edilmiş 09 avqust 2018-cı il tarixli 642 və 643 nömrəli arayışlardan, həmçinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Digah qəsəbəsi, Neftçi küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin qəsəbədə yaşadığı müddətdə onun barəsində ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 108-110). Cinayət işində olan 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının 24 noyabr 2015-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs «şəkərli diabet, 2 ağır forma, insulin tələbli» diaqnozu verilmiş, o, ll qrup əlildir. İş materiallarında olan Stasionar xəstənin tibbi kartasından Çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 2014 və 2015-ci illərdə müxtəlif vaxtlarda «ağır formalı şəkərli diabet, aşağı ətrafların diabetik angiopatiyası və ayaqaltı nahiyələrdə qanqrena» diaqnozları ilə müalicədə olmuşdur. Cinayət işinə əlavə edilmiş Stasionar xəstənin tibbi kartasından Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2019-cu il tarixdə «Şəkərli diabet, 2-ci tip, ağır forma, diabetik angiopatiyası, sağ ayağın diabetik yarası, diabetik nefropatiyası, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, hipertoniya mərhələsi, 3-cü mərhələ» diaqnozları ilə xəstəxanaya daxil olmuş və 13 mart 2019-cu il tarixədək orada müalicədə olmuşdur. Həmin Çıxarışa görə, İqbal Mirzəeyv beş il əvvəl sağ ayağın 5-ci, 4-cü, 2-ci və 3-cü barmaqları ekvartikulyasiya edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsinin 15 avqust 20148-ci il tarixli tələbnaməsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 85). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olması, yaşlı insan olmaqla ağır xəstəliklərdən əziyyət çəkməsi və İİ qrup əlil olması, həmçinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını, yaşlı insan olmaqla ağır xəstəliklərdən əziyyət çəkməsini və İİ qrup əlil olmasını, həmçinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq olunmasını və ona həmin maddə ilə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs 08 avqust 2018-ci il tarixdən 17 avqust 2018-ci il tarixədək həbsdə saxlanıldığı və 17 avqust 2018-ci il tarixdən hökmün çıxarıldığı 10 aprel 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 avqust 2018-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən adı çəkilən şəxs 08 avqust 2018-ci il tarixdə Abşeron rayon Polis idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 17 avqust 2018-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri 08 dekabr 2018-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut - Abşeron rayon Polis idarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs həyətyanı sahəsində aparılan baxış zamanı götürülmüş, ekspertizadan sonra qalıq qalan 15999,24 qram çətənə kolları məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz) manat 82 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab olunan 69,82 (altmış doqquz) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertitzasının 29 avqust 2018-ci il tarixli 1492 nömrəli rəyinə görə, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, öz vəziyyətinə tənqidi münasibətin olması nəzərə alınaraq, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hazırda Təqsirləndirilən şəxs İİ-ci qrup əlil olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan rəyi nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 08 avqust 2018-ci il tarixdən 17 avqust 2018-ci il tarixədək onun həbsdə saxlanıldığı və 17 avqust 2018-ci il tarixdən hökmün çıxarıldığı 10 aprel 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilsin və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 avqust 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Abşeron rayon Polis idarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs həyətyanı sahəsində aparılan baxış zamanı götürülmüş, ekspertizadan sonra qalıq qalan 15999,24 qram çətənə kolları məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 69,82 (altmış doqquz) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasın. O, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddianın verilməməsi, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Eldar İsmayılov Hakimlər: (imza) Cavid Hüseynov (imza) Samir Əliyev Əsli ilə düzdür, Hakim: Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-227/2019
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-227/2019
10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver