Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-227/2020 09.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1994-cü il avqustun 5-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, qeyri-rəsmi olaraq usta yanında fəhlə işləmiş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana-9, İİ Paralel küçəsi, məhəllə 9 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozu, Mehdi Hüseynzadə küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu il avqustun 06-da saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 7 ünvanının yerləşdiyi küçədə ona qarşı nalayiq ifadələr işlədən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində baş vermiş sözlə mübahisə zamanı sonuncunun çıxardığı bıçağın kəsici hissəsini saxlayıb Zərərçəkmiş şəxs bıçağı geri çəkməsinə görə əlinin kəsilməsi səbəbindən həmin şəxsi yerə yıxaraq əlindən aldığı bıçaqla üç dəfə qəsdən vurmaqla Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna hava və qanın yığılmasına), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sağ yarısının ön divarının sağ döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır; döş və qarın boşluğuna nüfuz etməyən döş qəfəsinin sağ yarısının bayır divarının bir ədəd və sol yarısının arxa divarının bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, təxminən bir ildir qonşusu Zərərçəkmiş şəxs (həmişə onu söydüyünə görə) ilə aralarında narazılıqlar və sözlə mübahisələr yaranmışdır. 2019cu il avqustun 06-da toyda olarkən saat 23 radələrində Ülfət əyləşdiyi masaya yaxınlaşaraq «mənə nə tərs-tərs baxırsan» söyləməklə heç bir səbəb olmadan ətrafındakı şəxslərin yanında söyüşlər söyüb təhqir etməyə başlamış, sakitləşsin deyə sonuncunu çölə dəvət edərək niyə söyüş söydüyünü soruşduqda Ülfət onu itələməklə şalvarının bel hissəsindən çıxardığı bıçaqla vurmaq istəyəndə cəld hərəkət edib bıçağı əli ilə tutmuş, oğlan bıçağı özünə tərəf çəkdikdə sağ əli kəsilmiş, əsəbiləşərək zəruri müdafiə həddini aşmaqla Ülfəti yerə yıxmış, sonuncunun əlindəki bıçağı alıb bədən nahiyəsinin müxtəlif yerlərindən vurmuşdur. Səhərisi gün Ülfəti vurduğu bıçağı könüllü şəkildə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarına təqdim etmişdir. Cinayəti hadisələrin təsadüfi axarı zəminində törətmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Əməlindən çox peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bir neçə ildir tanıdığı Təqsirləndirilən şəxsla az da olsa münasibəti vardır. 2019-cu il avqustun 06-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki toy mərasimində gördüyü Məcidlə söhbət edən vaxt sözlə münaqişələr yaranmışdır, sonuncu ilə birlikdə çölə çıxaraq mübahisəni davam etmişlər, bu zaman üzərindəki bıçaqla Məcidi vurmaq istədikdə sonuncu sağ əli ilə bıçağı geri çəkəndə Məcidin əli kəsilmiş, oğlan üstünə gəlmiş, bıçağı ondan almaqla onu yerə yıxıb sinə və bədən nahiyələrindən vurmuş, daha sonra bıçağı götürərək getmiş, bir qədər sonra ötmüş olduğu yerə gələn tanışı x6 adlı şəxs onu avtomobillə yaşadığı evə gətirmiş, atası ilə bərabər yollandığı Bakı şəhərinin Sabunçu rayonundakı 3 saylı x4 həkimlər tərəfindən tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs qohumluğu çatdığından və davanı əsas olmadan özü başladığından hazırda barışmaqla təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Qonşuluqda söz-irad almaq istəmir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, eyni küçədə yaşadığı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, 2019-cu il avqustun 06-da saat 2350 radələrində dostu Hüseynə zəng edib harada olmasını soruşarkən sonuncu ona Məcidin Ülfəti bıçaqla vurduğunu və Ülfəti xəstəxanaya apardıqlarını bildirmişdir. Sonradan Ülfətin bıçaq çıxararaq Məcidin əlini kəsməsi, göstərilən şəxsin isə Ülfətdən aldığı bıçaqla sonuncunu vurması ona məlum olmuşdur. Hadisə vaxtı orada olmamış və davanı görməmişdir. İş üzrə şahid qismində dindirilən x6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, 2019-cu il avqustun 06-da saat 2350 radələrində taksi fəaliyyəti ilə məşğul olan Eyyuba məxsus ağ rəngli «VAZ-2104» markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsinin yaxınlığında hərəkət edərkən qana bulaşıq paltarlı Ülfətin yolun kənarında dayanmasını görməklə sonuncunu evə, sonra isə Ülfəti ailə üzvləri ilə birgə xəstəxanaya aparmışlar. Mübahisəni birinci Ülfətin başlaması, Məcidin üstünə bıçaqla hücum çəkməsi nəticəsində oğlanın əlinin kəsilməsi, Məcidin də Üfətdən aldığı həmin alətlə məcburən onu yaralamasını sonradan bilmişdir. Hadisə yerində olmamışdır. İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 07 avqust tarixli protokoldan görünür ki, göstərilən tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli, tiyəsinin uzunluğu 7 sm, arxa hissəsinin uzunluğu 8 sm olan bıçaq maddi sübut kimi götürülmüşdür (iş vərəqi 7). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 07 avqust tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 7 saylı ünvanına baxış keçirilərkən hadisə yerində qanabənzər ləkələr aşkar edilməmişdir (iş vərəqi 10-12). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 07 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 23). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 08 avqust tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 37- 38). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 08 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərərək ifadəsini təsdiq etmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 51-53). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 09 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2019cu il avqustun 07-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 72-74). İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq olunmuş 2019-cu il 15 avqust tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur (iş vərəqi 90). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 2019-cu il avqustun 23-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 93). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-x3 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2019-cu il 14 avqust tarixli 1523 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş; ittiham olunduğu əməl dövründə hər hansı bir psixi xəstəliyin əlamətləri və psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmamış, təqsirləndirilən şəxs göstərilən müddətdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan o, törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 101-102). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x11-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 14 sentyabr tarixli 1333 nömrəli ekspert rəyindən görünür ki, 1994-cü il 05 avqust təvəllüdlü Təqsirləndirilən şəxs müəyyən edilən sağ əlin kəsilmiş yarası kəsici kənara malik alətin (əşyanın), ola bilsin bıçağın təsirindən törənməklə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, müddəti 2019-cu il avqustun 06-na uyğun gəlir (iş vərəqi 104-105). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x11-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 28 sentyabr tarixli 1378 nömrəli ekspert rəyindən görünür ki, 1993-cü il 11 avqust təvəllüdlü Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənib dərəcəsinə görə sağ tərəfi hemopnevmotoraksa (sağ döş boşluğuna hava və qanın yığılmasına), diafraqmanın və qaraciyərin yaralanmasına səbəb olmaqla döş qəfəsinin sağ yarısının ön divarının sağ döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya; döş və qarın boşluğuna nüfuz etməyən döş qəfəsinin sağ yarısının bayır divarının bir ədəd və sol yarısının arxa divarının bir ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aiddir, müddəti 2019-cu il avqustun 06-na uyğun gəlir (iş vərəqi 106-109). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 13 sentyabr tarixli 23143 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan məişət təyinatlı turist bıçağı soyuq silah hesab edilmir; ekspertiza tədqiqatının dəyəri 40 manatdır (iş vərəqi 111-112). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-x3 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 2019-cu il 18 sentyabr tarixli 1807 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olan gerilik əlamətləri müəyyən olunmaqla fərdipsixi xüsusiyyətlərində səthilik, məsuliyyətsizlik, davranışında özünü iradi tənzimləməsinin çatışmazlığı, emosional qeyri-sabit olması, affektiv reaksiyalara meyillilik, hövsələsizlik müəyyən edilmişdir, mühakimələri səthidir, proqnozlaşdırma qabiliyyəti zəifdir, maraq dairəsi məhduddur, idrak prosesləri kifayət qədər aktiv olmamaqla intellektual imkanları aşağı səviyyədə olsa da baş verənləri qavrayıb təsvir etmək imkanına malikdir, onda özündən uydurmağa və başqalarının təsiri altın hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmir (iş vərəqi 113-116). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 29 oktyabr tarixli sübutların qiymətləndirilməsi, maddi sübut kimi tanımaq və cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməklə barəsində seçilən həbs qismində qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 36-cı, 126.2.4.-cü, 221.3.-cü və 29,120.1.ci maddələri, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər biri barəsində Azərbaycan Respublikasının CM-nin 228-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 2019-cu il avqustun 07-də Təqsirləndirilən şəxs aşkar edilməklə götürülən bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 118-125, 127-130). Məhkəməyə təqdim olunan Bakı şəhəri Sabunçu Rayon Rayon Məhkəməsinin 2020ci il 14 yanvar tarixli hökmünün surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2019-cu il 12 noyabr tarixli notariat qaydasında, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən təsdiq olunmuş 2020-ci il 28 yanvar tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının Əmək və x10 Nazirliyinin 6 saylı Zona x1 2007-ci il 16 mart tarixli SER TSE seriyalı 251695 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1991-ci il təvəllüdlü qardaşı Ziyad Rizvan oğlu Ömərov uşaqlıqdan müddətsiz 3-cü qrup əlildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs anası Tükəzban Lətif qızı Ömərova 2010-cu ildən 2-ci tip şəkərli diabet xəstəsi olmaqla dispanser qeydiyyatında olub müntəzəm olaraq ambulator müalicə aldığından ona elektron sağlamlıq kartı verilmişdir. Məhkəməyə təqdim olunan AZ-İ seriyalı 722654 nömrəli 2015-ci il 03 mart tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs atası Rizvan Ziyad oğlu Ömərov 2015-ci il fevralın 21-də baş beynin toksiki travması səbəbindən vəfat etmişdir. Məhkəməyə təqdim olunan Şamaxı Rayonu İcra Hakimiyyəti başçısının Kərkənc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 31 yanvar tarixli və Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 14 yanvar tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs anası Ermənistan SSR-in Kalinin rayonunda anadan olan Tükəzban Lətif qızı Ömərova Maştağa qəsəbəsi Südçülük-Tərəvəzçilik küçəsində pasport qeydiyyatsız yaşamaqla 1988-ci ildən 1992-ci ilədək ailəsi ilə birlikdə Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla cinayəti törədərkən istifadə etdiyi bıçağı könüllü təqdim etməsini, ilk məhkumluğunu və gənc olmasını, Ermənistən qaçqınının ailəsindən olmasını, anasının və qardaşının xəstə olmalarını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məq-sədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 126.1.-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olun-maqla onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədıyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınan bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 40 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili x9 tərəfindən 55 iş saatı; məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 56 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından x7 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 330 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 336 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il avqustun 07-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il avqustun 07-dən hesablansın. Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından x7 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 330 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 336 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınan bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-227/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-227/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver