Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-227/2022 16.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X4 və hakim köməkçisi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 17 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə «Rza» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 11,489 qram narkotik vasitə heroini və 1,466 qram psixotrop maddə metamfetamini əldə edib müvəqqəti yaşadığı ünvan 3 ünvana daşıyaraq orada saxlamış, Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2021-ci il tarixdə, saat 03:00 radələrində ünvan 5 ünvanda saxlanılmış və qeyd olunan mənzilə videoçəkilişlə baxış keçirilərkən mənzilin qonaq otağındakı divanın üzərində olan örtüyün altından 01 bükümdə təmiz çəkisi 11,489 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 1,466 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qonaq otağındakı paltar dolabının yanındakı selofan torbanın içərisindən isə narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə saxladığı 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə gün əvvəl Bakı şəhərində qeyri-rəsmi arvadı Sevinclə kirayə qaldıqları evdən təcili çıxmalı olduqları üçün tanışı Şahid4 yaşadığı ünvan 6 ünvanına gəlmişlər və Azərin razılığı ilə həmin mənzildə bir neçə günlük məskunlaşmışlar. Sevinci bir ildir tanıyır, Sevinc narkotik vasitədən istifadə etməmişdir. Onun narkotik vasitədən istifadə etməsindən Sevincin xəbəri olmuş, lakin o, heç vaxt Sevincin yanında narkotik vasitədən istifadə etməmişdir. Kimsə tozsoran oğurlayaraq gətirib həmin evə qoymuşdur. Tozsoranı oğurlayan şəxs saxlanılmış və tozsoranı həmin evə qoyduğunu demişdir. Həmin şəxsin ev sahibi ilə əlaqəsi olmuş, lakin bilavasitə onunla əlaqəsi olmamışdır. 14 mart 2021-ci il tarixdə saat 18:00 radələrində polis əməkdaşları qapını qıraraq içəri daxil olmuş və axtarış edərək tozsoran tapmışlar. Həmin vaxt onun üzərinə də baxış keçirilmiş, lakin heç nə tapılmamışdır. Sonra Nəsimi rayon polis bölməsinin əməkdaşı Şahid1 heç bir sənəd təqdim etmədən yenidən axtarış apararaq divanın altından narkotik vasitə və tərəzi tapmışdır. Polis əməkdaşları ona əgər narkotik vasitələrin ona məxsus olduğunu boynuna almasa, həmin narkotik vasitə və tərəzini qeyri-rəsmi arvadının üzərinə yıxacaqlarını bildirmişlər. Bu zaman o, arvadını sərbəst buraxmaları təqdirdə bunları öz üzərinə götürəcəyini bildirmişdir. Sonra isə izahat alınmış və o, hər şeyi öz üzərinə götürmüşdür. Polis əməkdaşları onları idarəyə aparmış və onlar Nəsimi rayon polis idarəsinə saat 19:00 radələrində çatmışlar. 15 mart 2021-ci il tarixdə gecə saat 03:00 radələrində həmin evdə çəkiliş aparılmış və onlar orada 10 saat qalmışlar. Evdə axtarış keçirilən zaman o, Sevinc, Azər və Azərin xalası oğlunun qohumları orada olmuş, Azərin qardaşı orada olmamışdır. O, narkotik vasitə olan heroindən istifadə etmiş, ancaq həmin narkotik vasitələr ona məxsus olmamışdır. O, daha sonra bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsi tanımır, hadisə vaxtı divanda oturduğu üçün onlar narkotik vasitələri ona aid etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 mart 2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 7 ünvanının qarşısında Elvin adlı şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlaması, gəzdirməsi və satması ilə məşğul olur. Bununla bağlı tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və həmin qərarın icra olunması ilə bağlı o, bölmənin əməliyyat müvəkkili Şahid2 və Təhqiqat şöbəsinin təhqiqatçısı Mirdamət Qədirlidən ibarət əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra Elvin adlı şəxsin Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 203, mənzil 24 ünvanında yaşaması müəyyən edilərək saat 03 radələrində həmin ünvana gedilmişdir. Həmin ünvana çatdıqdan sonra ünvanın qapısını döymüşlər və qapını ünvan sahibi Şahid4 açmışdır. X6 adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında hazırki ünvana baxış aparılacağını bildirmişlər. Şahid4 həqiqətən də, Təqsirləndirilən şəxs onun yaşadığı evdə qaldığını, baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və rəsmi qaydada ərizə yazaraq təqdim etmişdir. Həmin vaxt orada Şahid4 başqa Təqsirləndirilən şəxs, Şahid3, Şahid5, Şahid6, Şahid7 olmuşdur. Şahid4 və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə Şahid4 yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı evin qonaq otağındakı paltar dolabının yanındakı göy rəngli sellofan torbadan iki ədəd işlək vəziyyətdə olan elektron tərəzi, kitabça və mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin otaqda olan divanın üzərindəki örtüyü qaldırıb altına baxdıqda içərisində ağ rəngli və qəhvəyi rəngli maddələr olan iki ədəd şəffaf selofan büküm aşkar olunmuşdur. Baxışda iştirak edən Şahid4 həmin divanda Təqsirləndirilən şəxs yatdığını bildirmişdir. Təqsirləndirilən şəxs isə həqiqətən də divanda 2 gündür ki, yatdığını, lakin bükümlərin özünə məxsus olmadığını bildirmişdir. Həmçinin baxış zamanı aşkar olunmuş kitabçaya baxış keçirildikdə kitabçada şərti işarələrlə əlyazmalar olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş iki ədəd büküm, iki ədəd elektron tərəzi, mobil telefon və kitabça götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. Daha sonra evdə olan bütün şəxslər Nəsimi RPİ-yə dəvət olunmuşlar və onlar etiraz etmədikləri üçün birlikdə Nəsimi RPİ-yə gəlmişlər. Nəsimi RPİ-də olarkən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya prepdmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra bununla bağlı da protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, bir yerdə böyümüşlər. Əvvəl nənəsi ilə, sonra qardaşı Anarla yaşamışdır. Qardaşı Anar hadisə baş verən gün evdə olmamış, hadisədən bir gün əvvəl evdə olmuşdur. Qardaşı Anarın dostu Anara tozsoran vermiş, Anar da onu qapının ağzına qoymuşdur. Polis əməkdaşları tozsoranın arxasınca gəlmiş, tozsoranı götürdükdən sonra evə baxış keçirmiş, bununla bağlı sənəd tərtib etməmişlər. Hadisə baş verməmişdən iki gün əvvəl Elvin yaşadığı xanımla onlara qonaq gəlmişdir. Hadisə olan gün o, evdə yatarkən polis əməkdaşları qapını qırıb içəri daxil olmuş, rəsmi məhkəmə sənədini təqdim etmədən evə baxış keçirmişlər. Onlar evi axtardıqdan sonra onu oyatmış, evdə heç nə tapmamışlar. Sonra Nəsimi rayon Polis İdarəsindən əməkdaş çağırmış, həmin əməkdaş da əlində heç bir məhkəmə qərarı olmadan evdə axtarış həyata keçirmişdir. Evi axtardıqdan sonra evdən tapdığını iddia etdiyi büküm çıxarmışdır. Həmin bükümü onların gözü önündə götürməmişlər. Elvin evdə olduğu iki gün müddətində o, tərəzilər olan sellofan torbanı görməmişdir. Elvin və onunla gələn xanım eyni otaqda qalmışdır. Onlar həmin vaxt şok vəziyyətində olmuşlar. Əgər evdə nəsə olsa idi, Nərimanov Polis İdarəsindən gələn əməkdaşlar onu tapardılar. Heç kəsə göstərilmədən bildirildi ki, bu sizin evdən çıxıb. Həmin bükümün Elvinlə əlaqəsi yoxdur, Elvin iki gündür onun evinə gəlmiş, Elvinlə yaxın dostdurlar və Elvin hər şeyi ona demişdir. Qardaşı Anar müəyyən vaxtlarda narkotik vasitələrdən istifadə etmiş, digər qonaqları barədə məlumatı olmamışdır. Elektron tərəzilər sonradan gələn əməkdaş tərəfindən tapılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Əlmövsüm oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, rayondan gələn zaman 28 May metrostansiyasının yaxınlığında təqribən axşam saat 17:00 radələrində görmüş və tanış olmuşdur. O, Elvini cəmi bir dəfə görmüş, Fuada görə həmin evə qardaşı ilə gəlmiş, evə gələn zaman Azərin yatdığını görmüşdür. Həmin gün Azərin qardaşı Anar evdə olmamışdır. Fuad onun həmyerlisidir, Göyçayda qonşu olmuşlar. Fuadın qardaşı oğlu Teymur xəstə olduğu üçün vəfat etmişdir. Fuad ona zəng edərək Teymurun vəfat etdiyini və onu rayona aparmaq lazım olduğunu demiş, onlar da 28 May metrostansiyası yaxınlığında rayona getmək üçün maşın gözləmişlər. Bu zaman o, sonradan tanıdığı Qazaxlı Malış adlı şəxsin Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ilə qapını qıraraq içəri girdiyini görmüşdür. Polis əməkdaşları ona tozsoran axtardıqlarını demiş, onların üzərinə baxış keçirmiş, evi dağıdaraq tozsoranı götürmüş və evdən çıxmışlar. Onlar evdən çıxan zaman Nəsimi rayon polis idarəsinin əməkdaşı evə baxış keçirmiş, büküm tapmış və onları Nəsimi rayon polis idarəsinə aparmışlar. Daha sonra o, bildirmişdir ki, polis əməkdaşları Elvinin qeyri-rəsmi yaşadığı qıza narkotik vasitələri yükləmək istəyən zaman Elvin narkotik vasitələri öz üzərinə götürmüşdür. Narkotik vasitənin və tərəzilərin hardan çıxdığını bilmir, həmin zaman o, mətbəxdə olmuşdur. O, Hövsanda yerləşən polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə əlaqədar saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, cəmi bir dəfə görmüşdür. Hadisənin tarixini xatırlamır. Hadisə baş verən gün qapı döyülmüş və bu zaman üç nəfər polis əməkdaşı tozsoran götürəcəyini demişdir. “Malış” adlı şəxs və polis əməkdaşları içəri girmiş və tozsoranı tapmışlar. Polis əməkdaşları evə baxış keçirmiş və yorğanı qaldıraraq narkotik vasitə tapdığını bildirmişlər. Elvin narkotik vasitənin ona aid olmadığını demişdir. O, Təqsirləndirilən şəxs kim olduğunu Azərdən soruşan zaman, Azər ona tanışı olduğunu demişdir. O, Elvində şübhəli nəsə görmədiyini bildirmişdir. Evə gələn polislər mülki formada vəsiqəni təqdim edib tozsoranı axtarmış, sonra əşyalara baxaraq kimin olduğunu soruşan zaman Azər həmin əşyaların tanışına məxsus olduğunu bildirmişdir. Bu hadisədən sonra onların üzərilərinə baxış keçirilmiş, sonra Elvin yatan otaqda divanın üstündəki yorğanın altından 1 ədəd büküm tapılmışdır. Elvin və Azər tapılan narkotik vasitədən xəbəri olmadığını bildirmişlər. O, həmin gün Azərgilə saat təxminən 17:00 radələrində maşın ilə gəlmiş və İmrangilə zəng edərək onu götürmələrini demişdir. O gəldikdən sonra saat 20:00 radələrində üç nəfər polis əməkdaşı evə daxil olaraq axtarış aparmış, polis əməkdaşları şübhələndikləri üçün kiməsə zəng etmiş, bundan sonra 2-3 nəfər polis əməkdaşı da hadisə yerinə gəlmişlər. Narkotik vasitəni kimin tapdığını xatırlamır. Narkotik vasitə tapıldıqdan sonra onlar bölməyə aparılmış, videoçəkiliş hadisədən 1-2 saat sonra olmuşdur. Bundan sonra o, Ruslan və İmran evə qayıtmışlar. Azər həmin mənzildə qardaşı ilə yaşamış, ancaq həmin vaxt onun qardaşı evdə olmamışdır. Narkotik vasitənin tapıldığı otaq Elvin gilin qaldığı otaq olmuşdur. Elvin onların yanında narkotik vasitənin ona məxsus olduğunu deməmiş, yuxarı qalxdıqdan sonra narkotik vasitəni üzərinə götürdüyünü və onları buraxacaqlarını, yaddaş kitabçasının və elektron tərəzinin özünə məxsus olduğunu demişdir. Daha sonra o, polis idarəsinə dəvət edilmiş və ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır. Elvinlə bu müddət ərzində qeyri-rəsmi münasibəti olmuşdur. Elvinlə mütəmadi bir yerdə qalmışlar. Elvinlə bir neçə müxtəlif ünvanlarda gecələmişdir. Elvin daha sonra Xətai rayonunda yerləşən, kirayə qaldığı ünvanda onunla qalmasını istəmişdir. O da buna etiraz etməmişdir. Elvinin narkotik vasitə və psixotrop maddə qəbul etməsini bilmişdir. Lakin, Elvini sevdiyi üçün bu barədə heç kimə deməmişdir. O, Elvinə bunun pis vərdiş olmasını desə də, sonuncu bunu tərgidə bilməmişdir. Elvin hər hansı bir yerdə işləməmiş, lakin onunla bir yerdə qaldığı müddətdə sonuncu hardansa pul əldə etmiş və onlar gündəlik xərclərini ödəmişlər. Lakin, mart ayının təxminən 10-11-də qeyd olunan evin sahibi Elvinə evi təmir etmək istədiyini bildirmişdir. Bundan sonra Elvin ona evi tərk etməli olduqlarını demiş, o da onunla razılaşmışdır. Bundan sonra Elvin nə qədər münasib qiymətə kirayə ev axtarsa da ev tapa bilməmişlər. Daha sonra Elvin tanışı olan “Azik” adlı şəxsə məxsus ev olmasını, orda müvəqqəti qala biləcəklərini demişdir. Daha sonra onlar birlikdə Azik adlı şəxsə məxsus, 28 May metrosu yaxınlığında yerləşən evə gəlmişlər. Burada Azikin əsl adının Azər olmasını öyrənmişdir. Evdə Azərdən başqa sonuncunun qardaşı Anar da yaşamışdır. Evə tez tez Azərin qonaqları, dostları gəlmişdir. O və Elvin isə evdə ayrıca otaqda qalmışlar. Hər ikisi divanda yatmışlar. Mart ayının 14-15 tarixində Azərin əlavə rayondan qonaqları da gəlmişdir. 15.03.2021-ci il tarixdə, gecə saat 03:00- 04:00 radələrində olduqları evin qapıları döyülmüşdür. Azər yuxudan ayılıb gəlib qapını açmışdır. Qapını döyən polis əməkdaşları olmuşdur. Bundan sonra polis əməkdaşları evə daxil olmaq və evdə axtarış aparmaq üçün icazə istəmişlər. Azər isə buna etiraz etməmişdir. Polis əməkdaşları videoçəkiliş ilə evə baxış keçirməyə başlamışlar. Azər isə bu barədə heç bir etirazının olmamasına dair ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları bir bir otaqlara baxmağa başlamışlar. O və Elvin öz qaldıqları otaqda olmuşlar. Bundan sonra polis əməkdaşları onların da otağına baxış keçirməyə başlamışlar. Onlar Elvinin yatdığı çarpayının yanından sellofanda 2 ədəd elektron tərəzi tapmışlar. Elvin sellofanın və içindəki 2 ədəd elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. O, bu tərəziləri əvvəllər Elvində görməmişdir. Bundan sonra polis əməkdaşları Elvinə məxsus qara rəngli kitabçaya baxmağa başlamışlar. Elvin kitabçanın da özünə məxsus olmasını bildirmişdir. Elvin hərdən bazarda meyvə satmaqla məşğul olmuş və həmin dəftərdə qeydiyyatlar aparmışdır. Bundan sonra Elvinin və onun yatdığı divana polis əməkdaşları baxış keçirmişlər. Divanın yataq örtüyünün altından polis əməkdaşları 2 ədəd büküm aşkar etmişlər. Bu bükümlər narkotik vasitəyə bənzəmişdir. Polis əməkdaşları divanda kimin yatdığını soruşmuşlar. Elvin irəli çıxaraq divanda özünün yatmasını bildirmişdir. Lakin, narkotik vasitədən xəbərinin olmadığım bildirmişdir. Narkotik vasitələri o da ilk dəfə görmüşdür. Bundan sonra polis əməkdaşları aşkar etdikləri maddələri və elektron tərəziləri qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları evdə olan hər kəsdən izahat almışlar. Daha sonra isə hər kəs öz evinə çıxıb getmişdir. O, bundan sonra ünvan 9 ünvanına anasının yanına qayıtmışdır. Daha sonra olan proseslər barədə heç bir məlumatı yoxdur. Elvinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Fuadı tanıyır. Fuad onun Göyçay şəhərindəki qonşusudur. Fuadın qardaşı oğlu olan Teymur ağır vərəm xəstəsidir. Teymur Bakı şəhərində müalicə alır. Teymurun vəziyyəti çox ağır olmuşdur. Fuad bu səbəbdən yaşadığı Göyçay şəhərindən Bakı şəhərinə, Teymurun yanına gəlməyi qərarlaşdırmışdır. Fuad 13.03.2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş, o da qardaşı Ruslanla birlikdə Fuaddan bir gün sonra yəni, 14.03.2021-ci il tarixdə Fuada dəstək olmaq üçün Bakı şəhərinə gəlmişlər. Fuad onları 28 May metrosu yaxınlığında yerləşən evə dəvət etmişdir. Bu ev Fuadın hansısa tanışına məxsus olmuşdur. O, qardaşı Ruslanla birlikdə axşam saat 21:00 radələrində evə çatmışlar. Evə daxil olanda evdə o və qardaşından əlavə Fuad, Azər, bir nəfər qız və bir nəfər oğlan olmuşdur. Azər qeyd olunan evin sahibi olmuşdur. Lakin burada olan qız və oğlanı tanımamışdır. Onlar gecə yata bilməmişlər, Fuadla söhbətləşmişlər. Azər isə yatmışdır. Qeyd etdiyi qız və oğlan isə yan otaqların birində olmuşlar. Artıq gecə saat 03-04 radələrində olduqları evin qapıları döyülmüşdür. Azər yuxudan ayılıb gəlib qapını açmışdır. Qapını döyən polis əməkdaşları olmuşdur. Bundan sonra polis əməkdaşları evə daxil olmaq və evdə axtarış aparmaq üçün icazə istəmişlər. Azər isə buna etiraz etməmişdir. Polis əməkdaşları videoçəkiliş ilə evə baxış keçirməyə başlamışlar. Azər isə bu barədə heç bir etirazının olmamasına dair ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları otaqlara baxmağa başlamışlar. Daha sonra adını sonradan bildiyi Sevinc və Elvin adlı şəxslərin olduğu otağa polis əməkdaşları baxış keçirməyə başlamışdır. Onlar Elvinin yatdığı çarpayının yanından sellofanda 2 ədəd elektron tərəzi tapmışlar. Elvin sellofanın və içindəki 2 ədəd elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları Elvinə məxsus qara rəngli kitabçaya baxmağa başlamışlar. Elvin kitabçanın da özünə məxsus olmasını bildirmişdir. Bundan sonra Elvinin yatdığı divana polis əməkdaşları baxış keçirmişlər. Divanın yataq örtüyünün altından polis əməkdaşları 2 ədəd büküm aşkar etmişlər. Bu bükümlər də narkotik vasitəyə bənzəmişdir. Polis əməkdaşları divanda kimin yatdığını soruşmuşlar. Elvin irəli çıxaraq divanda özünün yatmasını bildirmişdir. Lakin, Elvin narkotik vasitədən xəbərinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar etdiyi maddələri, elektron tərəziləri qablaşdırmışlar. Daha sonra polis əməkdaşları evdə olan hər kəsdən izahat almışlar. Ertəsi gün isə hər kəs öz evinə çıxıb getmişdir. Onlar isə Fuadın qardaşı oğlu Teymurun müalicə aldığı Əhmədli qəsəbəsində yerləşən adını və ünvanını unutduğu xəstəxanaya getmişlər. Teymurun vəziyyəti ağırlaşmışdır. Ertəsi gün Fuad və qardaşı Ruslanla birlikdə Göyçay şəhərinə qayıtmışlar. Bu hadisədən 4-5 gün sonra isə Fuadın qardaşı oğlu Teymur vəfat etmişdir. Teymur Göyçayda dəfn olunmuşdur. Bu ərəfələrdə başları dəfn işlərinə qarışdığı üçün istintaq orqanının çağırışlarına gələ bilməmişlər. O, narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs yatdığı divandan aşkar edilmiş narkotik vasitələri, elektron tərəziləri ilk dəfə polis əməkdaşları aşkar etdikdən sonra görmüş, bundan əvvəl Elvinin şəxsi əşyalarına baxmamış və ümumiyyətlə Elvini tanımır. Qeyd olunan divandan yalnız Elvin və Sevinc adlı şəxslər istifadə etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2021-ci il tarixli, 6/1047 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı yerdən götürülmüş 2 büküm...» yazısı olan zərfdəki 2 ədəd bükümdə təmiz çəkisi 11,489 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 1,466 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs məxsus 2 ədəd elektron tərəzi» yazısı olan zərfdəki 2 ədəd tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli, 2171 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 aprel 2021-ci il tarixli 845 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altma düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 15 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Şahid4 məxsus ünvan 6 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilərkən mənzilin qonaq otağındakı paltar dolabının yanındakı göy rəngli sellofan torbadan iki ədəd işlək vəziyyətdə elektron tərəzi, qonaq otağındakı divanın üzərində olan örtüyün altından bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm və bir ədəd içərisində psixotrop maddə metamfetamin olan bir ədəd büküm aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzildən aşkar olunaraq götürülən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşlarının təzyiqi altında narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və iki ədəd elektron tərəzilərin ona məxsus olmasını üzərinə götürməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə müdafiəçisi X3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər heç vaxt məhkum olunmamış, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və ya bununla bağlı müalicə almamışdır. Şahid3 ilə bir ildir ki, qeyri-rəsmi ər-arvad kimi yaşayırlar. Şahid3 ilə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. O, təxminən 6-7 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Bundan Sevincin də xəbəri olmuş, lakin Sevincin yanında heç vaxt narkotik vasitə istifadə etməmişdir. Sevinc həmişə onu bu əməlindən çəkindirməyə çalışmışdır. Narkotik vasitəni isə çox vaxtı Rza adlı sosial şəbəkədə tanış olduğu şəxsdən əldə etmişdir. Sonuncu dəfə bir neçə gün əvvəl öz şəxsi istifadəsi üçün Rza adlı şəxsdən bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin əldə etmiş və həmin bükümləri üzərində gəzdirmişdir. Bir neçə gün əvvəl Bakı şəhərində Sevinclə kirayə qaldıqları evdən təcili çıxmalı olduqları üçün tanışı Şahid4 yaşadığı ünvan 6 ünvanına gəlmişlər və Azərin razılığı ilə həmin mənzildə bir neçə günlük məskunlaşmışlar. Mənzildə olarkən o, yatdığı divanın üzərindəki örtüyün altına üzərində olan bükümləri gizlətmişdir ki, lazım olduqda onlardan yavaş-yavaş istifadə etsin. Mənzildə o və Sevinc ayrı otaqda divanda yatmışlar. 14 mart 2021-ci il tarixdə Azərin yaşadığı mənzilə sonuncunun Ruslan, İmran və Fuad adlı qonaqları gəlmiş, onlar da gecəni mənzildə qalmışlar. 15 mart 2021-ci il tarixdə saat 03 radələrində evin qapısı döyüldükdə Azər qapını açmış və görmüşlər ki, gələn polis əməkdaşlarıdır. Polis əməkdaşları Azərə demişlər ki, onun barəsində məlumat daxil olduğu üçün mənzilə baxış keçirəcəklər. Azər də etiraz etməmiş və bununla bağlı ərizə də yazıb təqdim etmişdir. Daha sonra mənzilə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı qonaq otağındakı paltar dolabının yanındakı göy rəngli sellofan torbadan iki ədəd elektron tərəzi aşkar olunduqda o, həmin tərəzilərin ona məxsus olduğunu demişdir. Daha sonra polis əməkdaşları bir ədəd telefon və bir ədəd kitabça aşkar etmişlər və o, həmin əşyaların da ona məxsus olmasını demişdir. Daha sonra baxış zamanı yatdığı divanın üzərindəki örtüyün altından iki ədəd büküm aşkar olunmuş və polis əməkdaşları divanda kimin yatdığım soruşduqda, Azər demişdir ki, divanda o, yatır. O, özü də bunu təsdiq etmiş, lakin həmin vaxt məsuliyyətdən boyun qaçırmaq üçün bükümlərin ona məxsus olmadığını demişdir. Daha sonra polis əməkdaşları aşkar etdikləri bükümləri və əşyaları götürmüşlər və hamını polis idarəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis idarəsinə gəlmişlər. Orada ona hüquqlarının müdafiə olunması üçün vəkil təqdim edilmişdir. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Rza adlı şəxslə sosial şəbəkədə tanış olmuş, tam ad, soyad və atasının adını bilmir, bildiyinə görə İranlıdır, Rza adlı şəxsin harada yaşaması və istifadəsində hansı nömrənin olması barədə məlumatı yoxdur. Rza hər dəfə ona narkotik vasitəni qoyduğu yeri demiş və o, həmin yerə pul qoyub narkotik vasitəni götürmüşdür. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Mənzildən aşkar olunan heroin və metamfetamini isə şəxsi istifadəsi üçün əldə etmişdir. Sevinc onun heroin istifadə etdiyini bilmişdir. Azərin isə bundan xəbəri olmamışdır. Şahid5, Şahid6 və Şahid7 isə tanımır, onlar Azərin tanışlarıdır. Baxış zamanı məsuliyyətdən boyun qaçırmaq üçün aşkar olunmuş heroin və metamfetamin bükümlərinin ona məxsus olmadığını bildirmiş, lakin həmin heroin və metamfetamin bükümləri ona məxsusdur. Elektron tərəzilər ona məxsusdur, elektron tərəzilərdə narkotik vasitə və ya psixotrop maddə əldə edərkən onları çəkmək üçün istifadə etmişdir. Nəsimi RPİ-yə gətirilərkən və ya RPİ-də olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa məhkəmə şahidlər Şahid4, Şahid6 Əlmövsüm oğlu və Şahid7 məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, şahidlər Şahid4, Şahid6 Əlmövsüm oğlu və Şahid7 məhkəmədə verdiyi ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Elvini sonuncunun bibisi oğlu Vüqarın vasitəsilə tanımışdır. Elvinlə dostluq münasibəti olmuşdur. Elvin öz ailəsi ilə yaşamamışdır. Elvin Bakı şəhərində müxtəlif ünvanlarda qeyri-rəsmi yaşadığı Sevinc adlı qızla qalmışdır. Sevinclə onun münasibəti olmamışdır, sonuncunu tanımır. ünvan 11 ünvanında yerləşən mənzilində qardaşı Anarla birlikdə yaşamışdır. Lakin 10 mart 2021ci il tarixdən Elvin də onunla müvəqqəti qalmışdır. Belə ki, Elvin kirayə qalmağa müvəqqəti özünə ev axtarmış, lakin uyğun qiymətə tapa bilməmişdir. Bundan sonra onun icazəsi ilə Elvin qeyri-rəsmi yaşadığı Sevinclə birlikdə onun mənzilində qalmağa başlamışdır. Təxminən mart ayının 13-də xalası oğlu Seymur ona zəng edərək rayondan Fuad adlı tanışının Bakı şəhərinə gəlməsini bildirmiş, ondan xahiş etmişdir ki, Fuad bir iki günlük onunla qalsın. O da razılaşmışdır. Fuad bundan sonra 13.03.2021-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Fuadın Bakıda hansısa xəstəxanada yaxını müalicə almışdır. 14.03.2021-ci il tarixdə isə Fuadm arxasınca daha 2 nəfər tanışı da gəlmişdir. Onların adları Ruslan və İmran olmuşdur. 14.03.2021-ci il tarixdə artıq evdə 5 nəfər olmuşlar. Evdə o, Elvin, Sevinc, Fuad, İmran və Ruslan olmuşdur. Anar isə harasa getmişdir. O, yatmışdır. Artıq 15.03.2021-ci il tarix, gecə saat 03:15 radələri olmuşdur. Qəfil qapı döyülmüşdür. O, qapını açdıqda polis əməkdaşlarını qarşısında görmüşdür. Onlar yaşadıqları ünvana baxış keçirilmək istədiklərini bildirmişlər. O, onlara etiraz etməmiş, bununla bağlı ondan ərizə almışlar və o, öz razılığı ilə bu ərizəni yazmışdır. Daha sonra polis əməkdaşları bir-bir evin hissələrinə baxış keçirmişlər. Onlar Elvinin yatdığı çarpayının yanından sellofanda 2 ədəd elektron tərəzi tapmışlar. Elvin sellofanın və içindəki 2 ədəd elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları Elvinə məxsus qara rəngli kitabçaya baxmağa başlamışlar. Elvin kitabçanın da özünə məxsus olmasını bildirmişdir. Bundan sonra Elvinin yatdığı divana polis əməkdaşları baxış keçirmişlər. Divanın yataq örtüyünün altından polis əməkdaşları 2 ədəd büküm aşkar etmişlər. Bu bükümlər narkotik vasitəyə bənzəmişdir. Polis əməkdaşları divanda kimin yatdığını soruşmuşlar. Elvin irəli çıxaraq divanda özünün yatmasını, lakin, narkotik vasitədən xəbərinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar etdiyi maddələri, elektron tərəziləri qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları evdə olan hər kəsdən izahat almışlar. Elvin barəsində isə istintaq hərəkətləri davam etdirilmişdir. Bundan sonra olan proseslər barədə məlumatı yoxdur. Ertəsi gün isə hər kəs öz evinə çıxıb getmişdir. Sevinci isə bundan sonra görməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddədən istifadə edib-etməməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olubolmaması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs yatdığı divandan aşkar edilmiş narkotik vasitələri, elektron tərəziləri ilk dəfə polis əməkdaşları aşkar etdikdən sonra görmüşdür. Bundan əvvəl Elvinin şəxsi əşyalarına baxmamış, həmin əşyalar və maddələr Elvinin yatdığı divandan və yanından aşkar olunubsa yəgin ki, elə Elvinin özünə məxsusdur. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid6 Əlmövsüm oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Fuadı tanıyır. Fuad onun Göyçay şəhərindəki qonşusudur. Fuadın qardaşı oğlu olan Teymur ağır vərəm xəstəsidir. Teymur Bakı şəhərində müalicə alır. Teymurun vəziyyəti çox ağır olmuşdur. Fuad bu səbəbdən yaşadığı Göyçay şəhərindən Bakı şəhərinə, Teymurun yanına gəlməyi qərarlaşdırmışdır. Fuad 13.03.2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş, o da qardaşı Ruslanla birlikdə Fuaddan bir gün sonra yəni, 14.03.2021-ci il tarixdə Fuada dəstək olmaq üçün Bakı şəhərinə gəlmişlər. Fuad onları 28 May metrosu yaxınlığında yerləşən evə dəvət etmişdir. Bu ev Fuadın hansısa tanışına məxsus olmuşdur. O, qardaşı Ruslanla birlikdə axşam saat 21:00 radələrində evə çatmışlar. Evə daxil olanda evdə o və qardaşından əlavə Fuad, Azər, bir nəfər qız və bir nəfər oğlan olmuşdur. Azər qeyd olunan evin sahibi olmuşdur. Lakin burada olan qız və oğlanı tanımamışdır. Onlar gecə yata bilməmişlər, Fuadla söhbətləşmişlər. Azər isə yatmışdır. Qeyd etdiyi qız və oğlan isə yan otaqların birində olmuşlar. Artıq gecə saat 03-04 radələrində olduqları evin qapıları döyülmüşdür. Azər yuxudan ayılıb gəlib qapını açmışdır. Qapını döyən polis əməkdaşları olmuşdur. Bundan sonra polis əməkdaşları evə daxil olmaq və evdə axtarış aparmaq üçün icazə istəmişlər. Azər isə buna etiraz etməmişdir. Polis əməkdaşları videoçəkiliş ilə evə baxış keçirməyə başlamışlar. Azər isə bu barədə heç bir etirazının olmamasına dair ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları otaqlara baxmağa başlamışlar. Daha sonra adını sonradan bildiyi Sevinc və Elvin adlı şəxslərin olduğu otağa polis əməkdaşları baxış keçirməyə başlamışdır. Onlar Elvinin yatdığı çarpayının yanından sellofanda 2 ədəd elektron tərəzi tapmışlar. Elvin sellofanın və içindəki 2 ədəd elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları Elvinə məxsus qara rəngli kitabçaya baxmağa başlamışlar. Elvin kitabçanın da özünə məxsus olmasını bildirmişdir. Bundan sonra Elvinin yatdığı divana polis əməkdaşları baxış keçirmişlər. Divanın yataq örtüyünün altından polis əməkdaşları 2 ədəd büküm aşkar etmişlər. Bu bükümlər də narkotik vasitəyə bənzəmişdir. Polis əməkdaşları divanda kimin yatdığını soruşmuşlar. Elvin irəli çıxaraq divanda özünün yatmasını bildirmişdir. Lakin, Elvin narkotik vasitədən xəbərinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar etdiyi maddələri, elektron tərəziləri qablaşdırmışlar. Daha sonra polis əməkdaşları evdə olan hər kəsdən izahat almışlar. Ertəsi gün isə hər kəs öz evinə çıxıb getmişdir. Onlar isə Fuadın qardaşı oğlu Teymurun müalicə aldığı Əhmədli qəsəbəsində yerləşən adını və ünvanını unutduğu xəstəxanaya getmişlər. Teymurun vəziyyəti ağırlaşmışdır. Ertəsi gün Fuad və qardaşı Ruslanla birlikdə Göyçay şəhərinə qayıtmışlar. Bu hadisədən 4-5 gün sonra isə Fuadın qardaşı oğlu Teymur vəfat etmişdir. Teymur Göyçayda dəfn olunmuşdur. Bu ərəfələrdə başlan dəfn işlərinə qarışdığı üçün istintaq orqanının çağırışlarına gələ bilməmişlər. O, narkotik vasitə istifadə etmir. Qara ciyərində xəstəlik olduğu üçün bu cür pis vərdişlərdən kənardır. Təqsirləndirilən şəxs yatdığı divandan aşkar edilmiş narkotik vasitələri, elektron tərəziləri ilk dəfə polis əməkdaşları aşkar etdikdən sonra görmüş, bundan əvvəl Elvinin şəxsi əşyalarına baxmamış və ümumiyyətcə Elvini tanımır. Qeyd olunan divandan yalnız Elvin və Sevinc adlı şəxslər istifadə etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, gənc olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 15 mart 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nəsimi RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,389 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 1,416 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Nəsimi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,389 qram təşkil edən narkotik vasitə olan heroin və qalıq çəkisi 1,416 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-227/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-227/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver