Məhkəmə qərarları › İş №1(101)-227/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-227/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-227/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1995-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Astara rayonu, Şiyəkəran kəndində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində başqa iş üzrə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29,177.3.2-ci maddələri, 16 dekabr 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 1 (bir) uşağı olan, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurlamış və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 yaşayış sahəsi və saxlanc yerinə daxil olaraq özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəza çəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılığa əsasən onun müşahidələri əsasında əvvəlcədən müəyyən etdiyi Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla külli miqdarda əmlakı gizli ələ keçirmək məqsədi ilə 09 dekabr 2021-ci il tarixdə, saat 22:18 radələrində qeyd edilən yaşayış evinin həyətinə daş hasardan aşma yolu ilə qanunsuz daxil olaraq evin saxlanc yeri hesab olunan zirzəmisinin dəmir qapı kilidini sındırmaqla daxil olaraq oradan götürdüyü çəkic və zubil vasitəsilə evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırıb yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otaqlarının birində paltar dolabında saxlanılan kiçik həcmli birqapılı 1 (bir) ədəd dəmir seyfi və digər yataq otağında iri həcmli ikiqapılı daha 1 (bir) ədəd dəmir seyfin olduğunu aşkar etdikdən sonra bu barədə istifadəsində olan «WhatsApp» proqram təminatlı ***-***-**-** nömrəsindən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 istifadəsində olan «WhatsApp» proqram təminatlı ***-***-**-** nömrəsinə oğurluq etdiyi mənzildə olduğu, mənzildən 2 (iki) ədəd seyf aşkar etdiyi, ələ keçirdikləri əmlakı bölüşdürəcəkləri yer və vaxt barədə məlumat ötürdükdən və qrup üzvü Təqsirləndirilən şəxs2 SMS vasitəsi ilə razılıq və dəstək işarəsi aldıqdan sonra cinayətkar planın davamı olaraq o, fiziki gücünün yetdiyi kiçik həcmli birqapılı seyfi evin birinci mərtəbəsinin pəncərəsindən qanunsuz daxil olduğu otağa daşıyaraq çəkiç və zubildən istifadə edib kiçik həcmli birqapılı seyfin qapısını sındırmaqla açaraq qanunsuz daxil olub içərisindən zərərçəkmiş şəxsə məxsus milli manat məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları və milli manat məzənnəsi ilə 3.854 (üç min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik təşkil edən 2.000 (iki min) avro olmaqla, ümumilikdə 71.854 (yetmiş bir min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla oğurluq edib cinayəti başa çatdırmış, qanunsuz hərəkətlərinin davamı olaraq o, mənzilin ikinci mərtəbəsində olan və əvvəlcədən aşkar etdiyi iri həcmli ikiqapılı seyfi çəkiç və zubildən istifadə etməklə içərisindəki milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində nağd pul vəsaitini ələ keçirmək istəyərkən seyfin sərt və möhkəm materialdan, eləcə də mənzil sahibi və kənar şəxslər tərəfindən yaxalanma ehtimalının olması səbəbindən saxlanc yeri hesab olunan seyfi aça bilməmiş və mənzili tərk etmə qərarına gələrək bununla da iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində külli miqdarda nağd pul vəsaitini ələ keçirə bilməməklə cinayəti başa çatdırma bilməmiş və hadisə yerini tərk edərək 10 dekkabr 2021-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Malakan bağının” yaxınlığında ələ keçirdiyi vəsaitin milli manat məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları hissəni cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 verməklə bölüşdürmüşdür. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurlamış və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb oğurlamağa cəhd etmiş, həmçinin qanuni qüvvəyə minmiş məhkmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 yaşayış sahəsi və saxlanc yerinə daxil olaraq özgənin külli miqdarda əmlakını ələ keçirmə barədə əvvəllər eyni cəza çəkmə müəssisəsində cəza çəkdiyi tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 əvvəlcədən müəyyən etdikləri Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla külli miqdarda əmlakı gizli ələ keçirmək məqsədi ilə 09 dekabr 2021-ci il tarixdə, saat 22:18 radələrində qeyd edilən yaşayış evinin həyətinə daş hasardan aşma yolu ilə qanunsuz daxil olaraq evin saxlanc yeri hesab olunan zirzəmisinin dəmir qapı kilidini sındırmaqla daxil olaraq oradan götürdüyü çəkic və zubil vasitəsilə evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırıb yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otaqlarının birində paltar dolabında saxlanılan kiçik həcmli birqapılı 1 (bir) ədəd dəmir seyfi və digər yataq otağında iri həcmli ikiqapılı daha 1 (bir) ədəd dəmir seyfin olduğunu aşkar etdikdən sonra bu barədə istifadəsində olan «WhatsApp» proqram təminatlı ***-***-**-** nömrəsindən onun istifadəsində olan «WhatsApp» proqram təminatlı ***-***-**-** nömrəsinə oqurluq etdiyi mənzildə olduğu, mənzildən 2 (iki) ədəd seyf aşkar etdiyi, ələ keçirdikləri əmlakı bölüşdürəcəkləri yer və vaxt barədə məlumat ötürdükdən və ondan SMS vasitəsi ilə razılıq və dəstək işarəsi aldıqdan sonra cinayətkar planın davamı olaraq Təqsirləndirilən şəxs1 fiziki gücünün yetdiyi kiçik həcmli birqapılı seyfi evin birinci mərtəbəsinin pəncərəsindən qanunsuz daxil olduğu otağa daşıyaraq çəkiç və zubildən istifadə edib kiçik həcmli birqapılı seyfin qapısını sındırmaqla açaraq qanunsuz daxil olub içərisindən zərərçəkmiş şəxsə məxsus milli manat məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları və milli manat məzənnəsi ilə 3.854 (üç min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik təşkil edən 2.000 (iki min) avro olmaqla, ümumilikdə 71.854 (yetmiş bir min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla oğurluq edib cinayəti başa çatdırmış, qanunsuz hərəkətlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 mənzilin ikinci mərtəbəsində olan və əvvəlcədən aşkar etdiyi iri həcmli ikiqapılı seyfi çəkiç və zubildən istifadə etməklə içərisindəki milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində nağd pul vəsaitini ələ keçirmək istəyərkən seyfin sərt və möhkəm materialdan, eləcə də mənzil sahibi və kənar şəxslər tərəfindən yaxalanma ehtimalının olması səbəbindən saxlanc yeri hesab olunan seyfi aça bilməmiş və mənzili tərk etmə qərarına gələrək bununla da iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində külli miqdarda nağd pul vəsaitini ələ keçirə bilməməklə cinayəti başa çatdırma bilməmiş və hadisə yerini tərk edərək 10 dekabr 2021-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Malakan bağının” yaxınlığında ələ keçirdiyi vəsaitin milli manat məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (İyirmi min) ABŞ dolları hissəni ona verməklə bölüşdürmüşdür. Bundan başqa o, cavabdeh kimi ondan 25.800 ABŞ dolları məbləğində (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(004)- 2098/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublkası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə təqdimat verilən 03 noyabr 2021-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, həmin məbləğdə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minimiş qətnaməsini qərəzli olaraq icra etməyib ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 ilə 13 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Oradan onların dostluq münasibətləri yaranmışdır. Onunla Kənan arasında hər hansı cinayət əməlinin törədilməsi barədə razılıq və əməkdaşlıq olmamışdır. xx.xx.2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onu saxlamışlar. Həmin vaxt polislər ona fiziki zor tətbiq etmişlər. Onu oğurluq cinayət əməlini törətməkdə təqsirləndirmişlər. Lakin ona oğurluq hadisəsinin hansı ərazidə və necə baş verməsi barədə məlumat verməmişlər. Polislər özləri onun izahatını yazmışlar və zorla həmin izahatı ona imzalatdırmışlar. O, zərərçəkmiş şəxsi hadisə yerində görən zaman bildirmişdir ki, orada olmamışdır. Onun həmin hadisəyə heç bir aidiyyəti yoxdur. O, Təqsirləndirilən şəxs2lə heç bir oğurluq cinayətini törətməmiş, cinayətlə bağlı onların arasında heç bir danışıq, sövdələşmə və razılaşma olmamışdır. O, əvvəllər oğurluğa görə cinayət məsuliyyətinə cəlb edildiyindən polislər onu qərəzli şəkildə tutaraq şərləmişlər. Onun ittihama heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1la birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşdur. Təqsirləndirilən şəxs1 həbsdən çıxdıqdan sonra onunla münasibətlərini davam etdirmişdir. İsmayıl həbsdən çıxdıqdan sonra oan demişdir ki, “biraz pulum var”. İsmayıl ondan yaşca balaca olduğundan ondan kömək istəmişdir. İsmayıl rep oxumuş və tez-tez studiyaya getmişdir. İsmayıl klip çəkdirmişdir. Ona görə də İsmayıl müxtəlif maşınları icarəyə götürüb klip çəkdirməkdə köməklik etməyini ondan istəmişdir. O, cəzaçəkmə müəssisəsində həmişə İsmayıla arxa-dayaq olmuşdur. İsmayıl ondan kömək istədiyindən o, İsmayıla kömək etməyə razılıq vermişdir. İsmayıl cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra biraz pulu olduğunu ona bildirmişdir. Sonradan isə İsmayılın pulu qurtarmışdır. İsmayıl icarəyə maşın götürmək istədiyindən bu məsələ ilə əlaqədar ondan kömək istəmiş, o da İsmayıla maşın icarəyə götürməkdə köməklik etmişdir. Oğurluq hadisəsi ilə bağlı bildirir ki, bu cinayətə onun heç bir aidiyyəti, daha doğrusu məlumatı yoxdur. O, İsmayıl ilə ümumiyyətlə çox mesajlaşmış, həmçinin telefonla çox danışmışdır. Bəzən o, İsmayıldan pul istəmiş, bəzən də İsmayıl ondan pul istəmişdir. Onlar bir-birinə maddi cəhətdən bəzi hallarda köməklik etmişlər. Bəzən İsmayıl ağlına gələn mesajı ona yazmışdır. Bir gün o, yoldaşı (arvadı) ilə Dənizkənarı Bulvarda gəzən zaman onun telefonuna bir mesaj gəlmişdir. Həmin vaxt o, mesajı oxumamışdır. Çünki fikirləşmişdir ki, İsmayıl ondan borc aldığı 1.000 manat ilə bağlı yazmışdır. Belə ki, həmin gündən bir müddət əvvəl İsmayıl ondna borca 1.000 manat pul almışdır. İsmayıl ona həmin mesajı yazanda o, düşünmüşdür ki, İsmayıl borclu olduğu 1.000 manat pulu ona qaytarmaq istəmişdir. İsmayıl ondan borca 1.000 manat pul alanda demişdir ki, “əşyalarım (veşlərim) uşaqlardadır, uşaqlar da Gürcüstandadırlar, yaxında gələcəklər, gələndə sənin borcunu qaytaracam”. Ona görə də həmin vaxt o, mesaja əhəmiyyət verməmişdir. Lakin o, evə çatdıqdan sonra həmin mesajı oxumuşdur. Həmin mesajda “gəliblər özləri, evin açarını götürüblər, seyfin açarını götürməyiblər, mən gedib açarı özüm götürəcəm” sözləri yazılmışdır. O, bu mesajı oxuyandan sonra heç nə başa düşməmişdir. Ona görə də həmin mesajla bağlı İsmayıla heç bir cavab yazmamışdır. Bir daha bildirmək istəyir ki, o, Təqsirləndirilən şəxs1la heç bir cinayət əlaqəsinə girməmiş, onların arasında hər hansı cinayətin törədilməsi ilə bağlı razılaşma və ya sövdələşmə olmamışdır. O, ümumiyyətlə heç vaxt oğurluq hadisəsi baş verən ərazidə olmamış, heç həmin evin yaxınlığından belə keçməmişdir. Belə olduğu halda o, necə həmin evdə oğurluq edə bilərdi? Onun oğurluq hadisəsinə heç bir aidiyyəti yoxdur. Eyni zamanda Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə bağlı irəli sürülmüş ittihamla bağlı deyə bilər ki, onun məhkəmə qətnaməsi ilə heç bir borcu yoxdur. O, Yasamal rayon İcra şöbəsinin icra məmuruna pul vermiş, icra məmuru da ona demişdir ki, “Kənan, sənin borcun bağlandı”. O, başa düşə bilmir ki, bu ittihamın əsası nədir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, F.Dadaşov küçəsi, ev 44-də yaşayır. Cinayət hadisəsi baş verməmişdən bir qədər əvvəl havaların soyuması ilə bağlı o, ailə üzvləri ilə birlikdə Badamdar qəsəbəsindəki bağ evinə gedərək orada yaşamışdır. X10 əksər günlərdə Bakı şəhəri, Binəqədi rayonu, F.Dadaşov küçəsindəki evlərində qalmışdır. Həmin evin açarları onda olmuşdur. Lakin həmin ərəfədə o, evin açarlarını müvəqqəti olaraq oğluna vermişdir. Çünki o, həmin evə gedərək 40.000 ABŞ dolları məbləğində pulu evdəki seyfə qoymuşdur. Bundan sonra isə açarlar bağ evində qalmışdır. O, 12 dekabr 2021-ci ildə oğurluq hadisəsinin baş verdiyi evə getmişdir. Hadisə baş verən evə gəldikdə o, evin açarlarını götürüb qapını açmağa çalışmış, lakin qapı açılmamışdır. Bundan sonra o, oğlu ilə danışaraq demişdir ki, “sən qapını necə bağlamısan ki, mən qapını aça bilmirəm”. Sonra o, bir qədər həyətdə gəzişmiş, eləcə də evin arxasına keçmişdir. Həmin vaxt o, görmüşdür ki, evin arxasındakı pəncərənin məhəccəri kəsilmiş, pəncərənin qarşısında silah, yəni ov tüfəngi və partonlar var. O, hiss etmişdir ki, kimsə onun evinə girərək evdən oğurluq etmişdir. Bundan sonra o, dərhal həyətdən kənara çıxmışdır ki, polislərlə məlumat versin. Elə bu zaman Post Patrul Xidmətinin əməkdaşları orada olmuşlar. O, əvvəlcə polis əməkdaşlarını dəvət etmişdir. Polislər də onun həyətinə gəlmişlər. Bundan sonra o, hər üç oğluna zəng etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Sonra onun övladları evə gəlmişlər. Bundan sonra X8 əməkdaşları hadisəni öz rəhbərlərinə məruzə etmişlər. Həmçinin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları da onun evinə gəlmişlər. Polis əməkdaşları evə daxil olmuşlar. Onun evində ikinci mərtəbədə ayrı-ayrı otaqlarda 2 (iki) ədəd seyf olmuşdur. Həmin seyflərdən biri açılmış vəziyyətdə olmuş, digər seyfi isə təxminən 2-3 metr yerlə sürüyərək irəli çəkmişlər. Lakin bu seyfi aça bilməmişlər. Evdə olan başqa əşyalara isə dəyməmişlər. Hər iki seyf ikinci mərtəbədə ayrı-ayrı yataq otağlarında olmuşdur. Biri paltar dolabının içərisinə, digəri isə başqa otaqda dolabın yanına qoyulmuşdur. Evdə olan hər iki seyf zədələnmiş halda olmuşdur. Seyflərdən nisbətən kiçik ölçülü olan seyf sındırılmışdır. Sonra məlum olmuşdur ki, həmin seyfdən 40.000 ABŞ dolları və 2.000 avro pul oğurlanmışdır. İçərisində 130.000 ABŞ dolları pul olan seyfi isə nə qədər əzib sındırmağa çalışsalar da, həmin seyfi aça bilməmişlər. O, özü həmin seyfi açarla açmış və 130.000 ABŞ dolları məbləğində pulun orada olduğunu görmüşdür. Həmin pul sonradan qəbzlə ona təhvil verilmişdir. Onun evində olan 1 (bir) ədəd seyf açılmış, həmin seyfin içində də olan 40.000 ABŞ dolları və 2.000 avro oğurlanmışdır. Evdə baş vermiş oğurluq cinayəti nəticəsində ona 40.000 ABŞ dolları və 2.000 avro məbləğində maddi ziyan vurulmuşdur. Eyni zamanda evdə olan tək lüləli tüfəng də otaqdan götürülmüşdür. Lakin nədənsə həmin tüfəngi oğurlamamışlar. Tüfəng dəmir baqmaqlıqları kəsilən pəncərənin aşağı hissəsində yerə qoyulmuşdur. Polis əməkdaşları evə gəldikdən sonra hadisə yeri müayinə olunmuş, əl-barmaq izləri götürülmüş, sonra sənədlər tərtib edilmiş və bundan sonra polislər çıxıb getmişlər. Onun evində kəsilmiş məhəccər çox da böyük ölçüdə kəsilməmişdir. Balaca ölçüdə kəsilmişdir. O, düşünmüşdür ki, belə bir kiçik yerdən heç kim keçə bilməz. Bundan sonra isə polis əməkdaşları Təqsirləndirilən şəxs1 onun evinə gətirmişlər. Polislər İsmayılla birlikdə evə gəldikdən sonra İsmayılın onun evindən oğurluq etdiyini bildirmişlər. O, əvvəlcə buna inanmamışdır. Lakin sonra İsmayıl onun evindəki pəncərənin məhəccərinin kəsilmiş balaca yerindən içəri keçmişdir. Daha doğrusu İsmayıl əvvəlcə demişdir ki, həmin kiçik hissədən keçə bilməz, lakin başqa bir polis əməkdaşı İsmayılın üstünə qışqırıb demişdir ki, “sən Polis İdarəsində hər şeyi etiraf etmisən”. Bundan sonra İsmayıl məhəccərin kəsilmiş hissəsindən içəri doğru keçmişdir. O, bunu gördükdən sonra başa düşmüşdür ki, evə belə bir balaca pəncərədən də kəçmək olar. Çünki İsmayıl çox rahat şəkildə pəncərədən içəri keçmişdir. Həmin vaxt İsmayıl dəfələrlə polislərə evə oğurluq etmək üçün daxil olmadığını bildirmişdir. O da polislərə demişdir ki, “əgər İsmayıl mənim evimdən oğurluq etməyibsə, nəyə görə onu tutub mənim evimə gətiriblər?”. Polislər isə ona demişlər ki, “İsmayıl hər şeyi etiraf edib. Evdən oğurladığı pulun 20.000 ABŞ dollarını başqasına verməsinə dair sübutlar və faktlar var”. Onun üçün maraqlı olan o idi ki, evdən aşkar edilən hər hansı bir əşya İsmayıldan aşkar edilərək ona qaytarılsın. Bu halda o, həqiqətən də İsmayılın onun evindən oğurluq etməsinə şübhə etməzdi. Doğrudur, İsmayıl onun evində hadisə yerinə baxış keçirilərkən bir sıra məsələləri çox düzgün demişdir. Məsələn İsmayıl bildirmişdir ki, əvvəlcə evin altındakı zirzəmiyə daxil olmuş, zirzəminin adi asma açarı olmuş, həmin açarı qırmış, eyni zamanda həmin zirzəmidə ona aid və mövcud olan dəmirkəsən, kuvalt, çəkiç olmuş, həmin alətləri zirzəmidən götürərək evdəki seyfin sındırılmasını, eyni zamanda digər seyfin də sındırılmasına cəhd etmişdir. O, sadəcə bu deyilənlərə əsasən İsmayılın onun evindən oğurluq etməsinə inanmağa başlamışdır. Lakin ən düzgün qərarı məhkəmə verəcək. O, evində oğurluq etmiş şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsini, habelə 40.000 ABŞ dolları və 2.000 avro pulun ona qaytarılmasını istəyir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslər barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən digər Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilsə də, qeyd edilən zərərçəkmiş şəxs xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olduğundan məhkəmə iclaslarında iştirak etməmişdir. Çoxsaylı cəhdlərə baxmayaraq, məhkəmədən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirakını və dindirilməsini təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmə istintaqında elan etməklə tədqiq etmək məcburiyyətində qalmışdır. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2010-cu ildə mülkiyyətində olan “Mersedes C-200” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq məqsədi ilə avtosalona getmiş və orada Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. O, Kənana avtomobilini satmaq istədiyini demiş, sonra onlar 40.000 ABŞ dollarına razılaşmışlar və bundan sonra avtomobili həmin salona təhvil verərək çıxıb getmişdir. O, işi ilə əlaqədar Rusiya Federasiyasına getdiyi üçün qaynı X3 həmin avtomobillə əlaqədar notarial qaydada etibarnamə vermişdir. Bundan sonra qaynı ona zəng vuraraq bildirmişdir ki, Kənan avtomobil satıldığı üçün 4.000 ABŞ dolları, sonra isə 9.000 ABŞ dolları, cəmi 13.000 ABŞ dolları məbləğində pul vəsaitini verərək Vüqardan xahiş etmişdir ki, avtomobilin rəsmiləşdirilməsi üçün DYPİ-yə getsin. Bundan sonra Vüqar DYPİ-yə gedərək orada notarial qaydada alqı-satqı müqaviləsi bağlamış, həmin vaxt Kənan onun qaynından xahiş etmişdir ki, pulun qalan hissəsini avtomobili banka girov qoymaqla pul götürəcəyinə görə möhlət versin. Onun qaynı Vüqar da Kənana inanmışdır. Lakin bir neçə gündən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 onun qaynı Vüqarın etibarından sui-istifadə edərək mobil telefonu söndürərək gizlənmişdir. Bundan sonra onun şikayəti əsasında Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs2 vaxtından əvvəl azadlığa çıxmış, lakin onun pulunu ödəməmişdir. Onun mülki iddiası üzrə çıxarılmış Yasamal Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən Kənandan cavabdeh olaraq 28.500 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsümu alınaraq onun xeyrinə ödənilməlidir. Buna baxmayaraq Kənan onun pulunu ödəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. O, Təqsirləndirilən şəxs2 ortaq tanışı olan Zamiq adlı şəxs vasitəsi ilə tanımışdır. Belə ki, bir gün Təqsirləndirilən şəxs2 ona zəng edib bildirmişdir ki, “sən icarəyə maşın verirsən, mənə isə maşın lazımdır. Mənə icarəyə maşın verə bilərsən?”. O da Kənana icarəyə maşın verə biləcəyini bildirmişdir. Həmin gün axşam saat 20:00-21:00 radələrində Kənan yanında onun tanımadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə onun işlədiyi ofisə gəlmişdir. O, İsmayıl və Kənana icarəyə “Range Rover” və “BMW” markalı 2 (iki) maşın vermişdir. Həmin maşınlar Təqsirləndirilən şəxs2 yoldaşının adına rəsmiləşdirilmişdir. Hər 2 (iki) maşının ödənişini Təqsirləndirilən şəxs1 vermişdir. İki və ya üç günlük “Range Rover” markalı maşın götürülmüş, beş günlük isə “BMW” markalı maşın götürülmüşdür. Maşınların icarə haqqısı bu müddət üçün ödənilmişdir. Daha sonra “BMW” markalı maşın qaytarılmış, “Range Rover” markalı maşının isə icarə müddəti təxminən 10 gün uzadılmışdır. “Range Rover” markalı maşın təxminən 15 gün sürülmüşdür. “Range Rover” markalı maşının icarə ödənişi ilə bağlı İsmayıl ilə Kənan danışmışdır. Belə ki, İsmayıl Kənana demişdir ki, “pul götürüb vuracam sənə, sən də ödənişi edərsən”. Sonradan “Range Rover” markalı maşının iki günlük ödənişi qalmışdır. O, GPS ilə maşının yerini müəyyən etmək istədikdə görmüşdür ki, maşın Polis bölməsinin həyətindədir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 zəng etmiş, lakin onun zənginə cavab verən olmamışdır. O da məcbur olub Polis bölməsinə yaxınlaşmışdır. Orada ona məlumat verilmişdir ki, həmin şəxslər cinayət törətmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 28 May ərazisində yerləşən telefon mağazasında satıcı işləyir. O, Təqsirləndirilən şəxs2 müştəri kimi tanıyır, digər Təqsirləndirilən şəxs1 isə tanımır. Kənan bir neçə dəfə onun işlədiyi telefon mağazasına gələrək mobil telefon almışdır. Kənan 2-3 ədəd telefon almış, həmin telefonların qiyməti fərqli olmuşdur. O, həmin telefonların kimin adına rəsmiləşdirilməsini xatırlamıram. Hadisənin üstündən xeyli müddət keçdiyindən başqa heç nə xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Yasamal rayon İcra və Probasıya şöbəsində icra məmuru işləyir. Təqsirləndirilən şəxs2 25.800 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməli idi. Buna dair Yasamal Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(004)-2098/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsi var. Həmin qətnamə icra edilməsi üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası şöbə üzrə icra məmuru Şahid4 tapşırılmışdır. Həmin qətnamənin icrası məqsədilə Şahid4 tərəfindən həmin qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. O, bir neçə dəfə həmin qətnamənin icrası ilə əlaqədar icra məmuru Şahid4 qətnamə üzrə borclu hesab edilən şəxs, yəni hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs2ı çağıraraq qətnamənin icrası ilə əlaqədar xəbərdarlıq etdiyini, qətnamənin icra edilməməsinin nəticəsi barədə Təqsirləndirilən şəxs2 yenidən məsuliyyətə cəlb edilə biləcəyini izah etdiyini, eyni zamanda bu barədə Təqsirləndirilən şəxs2 iltizam aldığını görmüşdür. Bütün bu işlər barədə deyə bilər ki, Təqsirləndirilən şəxs2 izahatı alınmış, məsuliyyəti izah olunmuş, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, eləcə də Yasamal Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat cərimə olunmuş, sonra yenidən Təqsirləndirilən şəxs2 izahatı alınmış və Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilmişdir. Lakin bütün bunlara baxmayaraq, hazırkı dövrə qədər həmin qətnamə Təqsirləndirilən şəxs2 tərəfindən icra edilməmişdir. Eyni zamanda bildirmək istəyir ki, borcun ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs2 adına olan avtomobillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş, sonra həmin avtomobillər axtarışa verilmiş, lakin avtomobillərin olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Bu sadəcə onda olan məlumatlardır. Çünki həmin qətnamə üzrə icraat digər icra məmuru Şahid4 olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Yasamal rayon İcra və Probasıya şöbəsində icra məmuru işləyir. Təqsirləndirilən şəxs2 25.800 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(004)-2098/2016 saylı qanuni qüvvəsini almış qətnaməsi var. Həmin qətnamə bugünə qədər icra edilməmişdir. Həmin qətnamə icra edilməsi Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası onun işlədiyi şöbədə ona tapşırılmışdır. Həmin qətnamənin icrası məqsədilə onun tərəfindən həmin qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qətnamə üzrə borclu qismində çıxış edən Təqsirləndirilən şəxs2 onun tərəfindən tələbin könüllü icrası ilə bağlı bildirişlər göndərilmişdir. Bütün bu bildirişlərə və xəbərdarlıqlara baxmayaraq, habelə Təqsirləndirilən şəxs2 izahatının alınıb məsuliyyəti izah olunmasına, Təqsirləndirilən şəxs2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat cərimə edilməsinə, bundan sonra yenidən izahatı alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq, hazıradək qanuni qüvvəsini almış qətnamə qərəzli olaraq Təqsirləndirilən şəxs2 tərəfindən icra edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 2014-cü ildən X5 çalışır. O, 2019-cu ildən Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı ünvandan külli miqdarda pulun gizli şəkildə oğurlanması barədə müraciət daxil olmuşdur. Həmin tarixdə Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə bu məzmunda ərizənin daxil olması barədə Binəqədi RPİ-nin CAŞ-nə məlumat verilmiş və dərhal həmin hadisə barədə şöbənin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Abdullayev tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. Bundan sonra Binəqədi RPİ-nin CAŞ-nin rəhbərliyi tərəfindən həmin cinayəti törətmiş şəxslərin tez bir zamanda aşkar edilib istintaq orqanına təqdim edilməsi barədə göstəriş verilmişdir. Bu məqsədlə o, CAŞ-nin əməliyyat müvəkkili Mirrəsul Mansurovla birlikdə hadisə yerini və həmin yerin ətrafını, orada olan müşahidə kameralarını nəzərdən keçirmiş, habelə zərərçəkmiş şəxslə profilaktik söhbət aparmış və zərərçəkmiş şəxsdən hansı tarixlərdə evdə olması, nə vaxt evdən çıxıb sonra qayıtması, evin hansı müddət ərzində boş qalması, kimdən şübhələnməsi barədə məlumatlar toplamışdır. Bunun əsasında da onlar əməliyyat-axtarış tədbirlərinə başlamışlar. Onu da qeyd edir ki, zərərçəkmiş şəxsə məxsus evdə quraşdırılmış videomüşahidə kamerasının əsas qurğusu da oğurluq hadisəsi zamanı götürülmüşdür. Ona görə də onlar məcbur qalıb hadisə baş verən ünvana yaxın yerlərdə, yəni qonşuluqdakı fərdi evlərdə quraşdırılmış kameralara baxış keçirmişlər. Onlar qonşuluqda yerləşən kameranın birində qeydə alınmış videogörüntüyə baxdıqda, gecə vaxtı tanınması mümkün olmayan bir nəfər şəxsin kölgə kimi evin arxa hasarından düşüb oradan qaçdığını müəyyən etmişlər. Daha sonra onlar həmin şəxsin boz rəngli gödəkçəni və əlindəki qurğunu yol kənarına atdığını görmüşlər. Onlar sonrakı təhlükəsiz kameraları ilə həmin şəxsin M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Mikrorayon, Z.Əliyeva parkına qədər getməsini, orada qeydiyyat nömrə nişanını görmək mümkün olmayan taksi avtomobilinə minməsini, sonra ”Malakan” bağı adlanan əraziyədək gedib həmin ərazidə “Rang Rover” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilə minməsini də müəyyən etmişlər. Bundan sonra onlar həmin avtomobilin avtomobillərin icarəsi ilə məşğul olan bir şirkətə məxsus olduğunu, həmin şirkətin də həmin avtomobili X4 icarəyə verdiyini və GPS vasitəsilə həmin avtomobilin həmin vaxt Qusar rayonunda olduğunu müəyyən etmişlər. Bundan sonra onlar xx.xx.2021-ci il tarixdə Qusar rayonuna ezam olunmuşlar və orada Təqsirləndirilən şəxs2 saxlayaraq həmin avtomobillə birlikdə Bakı şəhəri Binəqədi RPİ-nə gətirmişlər. Sonra Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında onlar əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami küçəsindəki səsyazma studiyasında saxlayaraq Binəqədi RPİ-nə gətirmişlər. Polis İdarəsində saxlanılan hər iki şəxsi CAŞ-nin rəisi Namiq Acalov və Binəqədi RPİ-nin əməliyyat işləri üzrə sabiq rəis müavini Vəfalı Həsənalıyev qəbul etmişdir. Təqsirləndirilən şəxs1 heç bir təzyiqə məruz qalmadan həmin cinayəti törətdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 oğurluq cinayətinə aidiyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 hətta törətdiyi oğurluq cinayətini də orada izah etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, zərərçəkmiş şəxsin evinin arxa hasarından həyətə daxil olub zirzəminin dəmir qapısını dəmir alətlə sındırıb içəri tək daxil olduğunu, oradan kuvalt, zubil və başqa alətlər götürdüyün, sonra arxadakı birinci pəncərənin dəmir barmaqlığını sındıraraq və pəncərəni itələyərək açıb otağa daxil olduğunu bildirmişdir. İsmayıl ikimərtəbəli evin birinci və ikinci mərtəbələrini gəzib axtarmış, ikinci mərtəbədəki yataq otağındakı paltar dolabının içərisindən kiçik seyf və başqa bir yataq otağından isə iri həcmli ikinci seyf, 1 ədəd ov tüfəngi və patronlarını aşkar etdiyini bildirmişdir. İsmayıl sonra özünün telefonu ilə dərhal “Votsap” vasitəsilə Kanan Əliyevə mesaj ataraq evdə 2 ədəd seyf, 2 ədəd ov tüfəngi tapdığını demiş və patronları, ov tüfəngini götürüb-götürməməsi, hətta tüfəngi götürüb kəsəcəyi barədə Kənanın fikrini soruşmuşdur. Kənan da İsmayıla hansısa dəstək işarəsini göndərmişdir. İsmayıl oğurluğu etdikdən sonra Kənanla “Malakan” bağında görüşmüş və Kənanın icarəyə götürdüyü “Rang Rover” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş, həmin vaxt üzərində olan 40.000 ABŞ dollarının üstündən 20.000 ABŞ dolları məbləğində pulu götürüb Kənana vermişdir. Bundan sonra həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 törətdikləri əməllərdən peşman olaraq etirafedici ifadələr vermişlər. Bunun əsasında onlarda belə inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq cinayətini birlikdə törətmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. İsmayıl əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə cəza çəkmişdir. İsmayıl 2021-ci ilin noyabr ayında həbsdən azad olunduqdan sonra onunla İsmayılın arasında münasibətlər yaranmışdır. O, təxminən 3-4 dəfə İsmayılgilin evində qalmışdır. O, İsmayılın Bakı şəhəri, Binəqədi rayonu ərazisindən oğurluq etməsini bimir. İsmayıl 09 dekabr 2021-ci il tarixdə gecə saatlarında onun yaşadığı evə gələrək həmin gün onlarda qalmışdır. 10 dekabr 2021-ci il tarixdə o, İsmayıl ilə birlikdə Bakı şəhərində təşkil olunan moda müsabiqəsində tədbirdə iştirak etmişdir. İsmayıl bir nəfər tanışının müvəqqəti idarə etmək üçün avtomobil verdiyini ona bildirmişdir. İsmayılın sürücülük vəsiqəsi olmamışdır. Buna görə də İsmayıl həmin avtomobili götürə bilməmişdir. Onun isə sürücülük vəsiqəsi vardır. Lakin onun maşını olmamışdır. İsmayıl ondan xahiş etmişdir ki, o, öz sürücülük vəsiqəsini İsmayıla versin. O da İsmayılın bu təklifinə etiraz etməmiş və öz sürücülük vəsiqəsini İsmayıla vermişdir. Bir neçə gündən sonra o, İsmayılın qardaşı İbrahimdən İsmayılın oğurluqla bağlı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Onun oğurluq hadisəsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş zərərçəkmiş şəxsin ifadəsini, maddi sübutları, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 3-13) görünür ki, həmin gün Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. 12 dekabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 15) görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən 44.000 ABŞ dolları və 2.000 avro məbləğində pul vəsaiti oğurlanmışdır. 19 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. 19 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 44) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. 19 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 45) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Ümud oğlunun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. 19 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 60) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Ümud oğlu şübhəli şəxs qismində tutulmuşdur. 19 dekabr 2021-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 64-66) görünür ki, Təqsirləndirilən şəxs1 Ümud oğlu Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində törətdiyi cinayət əməlinin üsulu və mexanizmini ətraflı şəkildə göstərmiş, habelə həmin evdən 40.000 ABŞ dolları və 2.000 avro məbləğində pulu evdən tapdığı sellofanın içərisinə qoyub daha sonra həmin sellofanı şalvarının kəmərinin arasında gizlədərək gəldiyi pəncərədən həyətə çıxdığını göstərmiş, bundan sonra 20.000 ABŞ dolları məbləğində pulu dost olduqları üçün pay kimi Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. 19 dekabr 2021-ci il tarixli axtarış və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 68-72) görünür ki, Təqsirləndirilən şəxs2 razılığı əsasında onun yaşadığı ünvan 4 ünvanında axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilməmişdir. 19 dekabr 2021-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 73-74) görünür ki, şübhəli şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında törətmiş olduğu cinayəti əyani şəkildə izah edərək ifadə vermişdir. 20 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 81-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Rafel oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 20 dekabr 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1333/2021 saylı qərarından (cild 1, iş vərəqə 95-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Rafel oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 dekabr 2021-ci il tarixdən hesablanmışdır. 20 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 98-99) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Ümud oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 20 dekabr 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1332/2021 saylı qərarından (cild 1, iş vərəqə 115-117) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Ümud oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 dekabr 2021-ci il tarixdən hesablanmışdır. 21 dekabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 135-136) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilmiş və mobil telefonda quraşdırılmış “Votsap” proqramında Təqsirləndirilən şəxs2 “mən villadayam, iki ədəd seyf tapmışam, açmağa çalışıram, tək lülə tüfəng tapmışam, götürək kəsib qısaldarıq” (rus dilində) mətnli mesaj aşkar eidlmişdir. Qeyd edilən protokoldan Təqsirləndirilən şəxs2 hansı tarixdə göstərilən mesajın yazılması göstərilməmişdir. 10 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 145-146) görünür ki, 16 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. 28 fevral 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 833/2020 saylı qərarından (cild 2, iş vərəqə 85) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. 14 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/246 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 229-231) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A30” markalı mobil smartfon işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A30” markalı mobil smartfonun yaddaşında mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. 04 aprel 2022-ci il tarixli 815 nömrəli məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 2, iş vərəqə 221-222) görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterlərinin və ictimai təhlükəliyini dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. 04 aprel 2022-ci il tarixli 816 nömrəli məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 2, iş vərəqə 218-219) görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onlarıidarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterlərinin və ictimai təhlükəliyini dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. 12 aprel 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 387/2022 saylı qərarından (cild 1, iş vərəqə 248-251) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Ümud oğlunun həbsdə saxlanılması müddəti 12 iyun 2022-ci il tarixədək uzadılmışdır. 12 aprel 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 384/2022 saylı qərarından (cild 1, iş vərəqə 252-254) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti 12 iyun 2022-ci il tarixədək uzadılmışdır. 12 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 260-262) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilsə də üzərində ödənilməmiş məhkumluğu yoxdur. 13 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 263-264) görünür ki, Təqsirləndirilən şəxs1 Ümud oğlu əvvəllər ağır cinayət törətməyə cinayət məsuliyyətinə cəlb edilmiş və yeni cinayət törədildiyi vaxt onun üzərində ödənilməmiş məhkumluğu olmuşdur. 13 aprel 2022-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 3-4) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə açılmış və istintaqı aparılan cinayət işi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bir icraatda birləşdirilmişdir. 31 may 2022-ci il tarixli mobil telefon danışıqlarının olduğu diskə baxış keçirilməsi barədə protokoldan (cild 2, iş vərəqə 226) görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə anten məlumatları əsasında oğurluq cinayəti baş verən vaxt, yəni xx.xx.2021-ci il tarixdə, saat 22:00-23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov və Qarayev küçələrində qeydiyyata alınmışdır. 31 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 2, iş vərəqə 230-237) görünür ki, Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.3.2, 29.177.3.2 və 306.1-ci maddələrinə tövsif edilməsi və ona qeyd edilən maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, habelə Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.3.2 və 29.177.3.2-ci maddələrinə tövsif edilməsi və ona qeyd edilən maddələr ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. 01 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 254-255) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Ümud oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29,177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 01 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 265-266) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 09 iyun 2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktından (cild 2, iş vərəqə 302-315) görünür ki, Təqsirləndirilən şəxs1 Ümud oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29, 177.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 10 iyun 2022-ci il tarixdə təsdiq edilmişdir. 18 iyul 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1320/2022 saylı qərarından (cild 3, iş vərəqə 43-54) görünür ki, cinayət işinin ibtidai araşdırması zamanı çoxlu sayda kobud qanun pozuntularına yol verildiyindən müdafiə tərəfinin vəsatəti ilə cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. 18 iyul 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1320/2022 saylı qərarından (cild 3, iş vərəqə 55-64) görünür ki, hazırki cinayət işinin ibtidai istintaqını aparan Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmışdır. 27 iyul 2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 96-103) görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ona məxsus evdə (oğurluq hadisəsinin baş verdiyi ünvanda) onun ifadəsi yerində yoxlanılmışdır. 27 iyul 2022-ci il tarixli mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 113-120) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A30” markalı mobil telefonun yaddaşındaki məlumatlara baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 “Şahdağ” istirahət mərkəzinin hotelindən, **-FY-*** markalı “Range-Rover” markalı və digər xarici avtomobillərlə, avtomobilin sükan arxasında sinəsi üzərində bir neçə bağlamada pul ilə şəkillərinin olması, üzərində “YALE” sözü yazılmış, xx.xx.2021-ci il tarixdə hadisə yerindən aşkar olunmuş qara rəngli kapşonka papaqlı kofta ilə çəkilmiş fotoşəklin, eləcə də müxtəlif istirahət məkanlarında çəkilmiş fotoşəkillərin olduğu və sair məlumatlar aşkar edilmişdir. 27 iyul 2022-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 121-126) görünür ki, oğurluq hadisəsi baş verən ünvanda aşkar edilmiş 1 (bir) ədəd qara rəngli kapşonka papaqlı kofta, 1 (bir) ədəd boz rəngli idman gödəkçəsi, 1 (bir) ədəd “Bonaqua”, 1 (bir) ədəd “Kəhriz” plastik qabdan olan içki qablarının başlıqları, 1 (bir) ədəd yun əlcək, 1 (bir) ədəd fəhlə əlcəyi, 1 (bir) ədəd zubil, 1 (bir) ədəd çəkicdən ibarət paltar və alətlərə baxış keçirilmişdir. 27 iyul 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş siyahıdan (cild 3, iş vərəqə 127-139) görünür ki, Təqsirləndirilən şəxs1 Ümud oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə olan lokalizasiyası və yerdəyişmə statistik göstəricələrini əks etdirən 1 (bir) ədəd diskə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 Ümud oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin anten dairəsi üzrə xx.xx.2021-ci il tarixdə, saat 21:25-də Bakı şəhəri, Binədəqi rayonu, Rəsulzadə qəsəbəsi, Q.Qarayev və Musabəyov küçələrində qeydiyyata alınmış, 22:18-də artıq cinayətin baş verdiyi yerdə, 23:02-də hadisə yerindən uzaqlaşması, 00:18də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində olması müəyyən edilmişdir. 28 iyul 2022-ci il tarixli 1 (bir) ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş siyahıdan (cild 3, iş vərəqə 169A) görünür ki, həmin diskdə olan videogörüntü 19 saniyədən ibarətdir, saat 22:36:31-də ünvan 5 ünvanının arxasında bir nəfər ağ şalvar və ağ köynək geyimində şəxsiyyəti istintaqa bəlli olmayan kişi cinsindən olan arıq, orta boylu 15-17 yaşlı yeniyetmə gəncin küçə ilə hərəkət edib evin tininə doğru getdiyi və həmin anda 22:36:41-də evin hasarının üzərindən, zərərçəkmiş şəxsə məxsus boz rəngli idman gödəkçəsini geyinmiş, ağzında qara tibb maskası olan, idman gödəkçəsinin zəncirbəndini bağlayıb altına pulları yığmış, qarın nahiyəsi şişkin formada Təqsirləndirilən şəxs1 Ümud oğlunun küçəyə tullanması və əks istiqamətə sağasola baxmış halda tələsik hadisən yerini tərk etmişdir. 1 (bir) ədəd CD diskdə olan videogörüntüyə baxış keçirildikdə (cild 3, cildə tikilmiş vərəq) görünür ki, bir nəfər ağ şalvar və ağ köynək geyimində olan, şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsindən olan arıq, orta boylu 15-17 yaşlı yeniyetmə gəncin küçə ilə hərəkət edib evin tininə doğru gedir, həmin vaxt bir evin hasarının üzərindən bir nəfər hündür, ağzında maska və kişi cinsindən olan bir şəxs küçəyə tullanaraq əks istiqamətə sağa-sola baxaraq tələsik şəkildə oradan uzaqlaşır. Qeyd edilən videogörüntüdə öz əksini tapmış (hasarın üzərindən tullanan və ağzında maska olan şəxs) şəxsin üzü görünmədiyindən onun Təqsirləndirilən şəxs1 olmasını müəyyən etmək mümkün olmamışdır. 28 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 3, iş vərəqə 170-189) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29.177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona qeyd edilən maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29.177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona qeyd edilən maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, iş üzrə maddi sübut kimi tanınmış “Samsunq A30” markalı və “Huawey Nova 5” markalı mobil telefonların Binəqədi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsi tərəfindən təqdim edilmiş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, zərərçəkmiş şəxs Mərəhhəm Gülmalıyevə məxsus 1 (bir) ədəd boz rəngli idman gödəkçəsinin, 1 (bir) ədəd qara rəngli rezin tərkibli əlcəyin, 1 (bir) ədəd üzərində “YELO” yazısı olan qara rəngli kapşon papaqlı, qollu gödəkçənin və 1 (bir) ədəd qara rəngli, toxuma yun materialdan olan əlcəyin, 1 (bir) ədəd “Bonaqua”, 1 (bir) ədəd “Kəhriz” plastik su qablarının başlıq hissələrinin maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokura qaytarılması barədə qərarda göstərilmiş istintaq hərəkəti və qərarlarının qeydə alınmamasının müstəntiqin səhlənkarlığı kimi qiymətləndirilməsi qərara alınmışdır. 28 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 190-192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29,177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 28 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 3, iş vərəqə 204-206) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 30 iyul 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-864/2022 saylı qərarından (cild 3, iş vərəqə 230-233) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməmişdir. 02 avqust 2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktından (cild 3, iş vərəqə 258- 278) görünür ki, Təqsirləndirilən şəxs1 Ümud oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 29,177.3.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 03 avqust 2022-ci il tarixdə təsdiq edilmiş, həmçinin təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasında saxlanılırlar. 04 avqust 2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-505/2022 saylı qərarından (cild 4, iş vərəqə 54-58) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilməsi barədə 30 iyul 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 864/2022 saylı qərarı ləğv edilmiş və onun vəsatəti təmin ediməklə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. 12 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubundan (cild 4, iş vərəqə 21) görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 iyul 2022-ci il tarixdə çıxarılmış xüsusi qərar əsasında müstəntiq Ülvi Abdullayevə ciddi xəbərdar edilmişdir. 17 avqust 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 928/2022 saylı qərarından (cild 4, iş vərəqə 59-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Ümud oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti qismən təmin edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, ev dustaqlığı qətimkan tədbiri 18 avqust 2022-ci il tarixədək müəyyən edilmişdir. 12 sentyabr 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1555/2022 saylı qərarından (cild 4, iş vərəqə 87-89) görünür ki, həmin gün təqsirləndirilən şəxslərin barəsində qüvvədə olan hər hansı qətimkan tədbiri mövcud olmamış və bu səbəbdən də məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 12 sentyabr 2022-ci il tarixli iltizamdan (cild 4, iş vərəqə 90) görünür ki, Təqsirləndirilən şəxs1 Ümud oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi ilə əlaqədar ondan bu barədə iltizam alınmışdır. 12 sentyabr 2022-ci il tarixli iltizamdan (cild 4, iş vərəqə 91) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi ilə əlaqədar ondan bu barədə iltizam alınmışdır. 12 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-534/2022 saylı qərarından (cild 4, iş vərəqə 129-131) görünür ki, Təqsirləndirilən şəxs1 Ümud oğlu barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi üzrə, hazırki cinayət işinə aid olmayan başqa epizodlar üzrə) və həbs etmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. 10 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 3882/2022 saylı qərarından (cild 4, iş vərəqə 132-133) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 300 manat məbləğində inzibati cərimə təyin edilmişdir. 18 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin cavab məktubundan (cild 4, iş vərəqə 128) görünür ki, Təqsirləndirilən şəxs1 Ümud oğlu 10 oktyabr 2022-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 36-cı Polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli şəxs kimi saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, habelə həmin gün 300 manat məbləğində inzibati cərimə təyin edilmiş, bundan başqa, digər epizodlar üzrə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 27 fevral 2018-ci il tarixli Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)- 463/2018 saylı qərarından (cild 5, iş vərəqə 10-13) görünür ki, Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli hökmünə əsasən məhkum olunmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs2 əməli CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3500 manat məbləğində cərimə cəzası 700 (yeddi yüz) manata endirilməsi, CM-nin 69.4-cü maddəsinə əsasən təyin edilmiş 700 (yeddi yüz) manat cərimə cəzası 600 (altı yüz) manata endirilməsi, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli hökmündən CM-nin 178.3.2-ci maddəsi və “külli miqdar” ifadəsi xaric edilməsi, məhkum Təqsirləndirilən şəxs2 əməli CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi və təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) il 06 (altı) aya endirilməsi, məhkum Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli hökmünə əsasən CM-nin 67.1-ci maddəsi ilə təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3400 manat cərimə cəzası dəyişdirilərək üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 600 (altı yüz) manat miqdarında cərimə cəzası saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində seçdikləri müdafiəçiləri ilə birlikdə şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də hər birinə ayrı-ayrılıqda irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmək imkanına tam şəkildə malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər onların əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişlər, habelə müxtəlif vəsatətlər vermişlər. Həmçinin məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxslər öz etirazlarını bildirməklə irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 19cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cinayət işi ilə bağlı məhkəmə ilk növbədə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin ibtidai araşdırması zamanı ibtidai istintaq orqanı tərəfindən kifayət qədər ciddi qanun pozuntularına yol verilmiş, bu pozuntular həm prosessual hüquq normalarının pozulmasından, həm də bilavasitə maddi hüquq normalarının səhv tətbiqindən ibarət olmuş, eləcə də qeyd edilən ciddi qanun pozuntuları nəticəsində təqsirləndirilən şəxslərin hər birinin müdafiə hüququ pozulmuşdur. Məhz bu səbəbdən də cinayət işi ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olduqdan sonra məhkəmə hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı əsasında cinayət işinə baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Qeyd edilən qərarın çıxarılmasına səbəb isə ibtidai araşdırma zamanı həddən çox yol verilmiş kobud qanun pozuntuları olmuşdur. Bu pozuntular ümumilikdə sübutların əldə edilməsi, həmin sübutların rəsmiləşdirilməsi, sübutların qiymətləndirilməsi, rəsmiləşdirilmiş prosessual sənədlərin işin hallarına uyğun olmaması, əməlin tövsifi və bu qəbildən olan digər çoxsaylı pozuntulardan ibarət olmuşdur. Məhz buna görə ibtidai istintaqı həyata keçirən müstəntiqin barəsində məhkəmə hazırlıq iclasının nəticəsinə əsasən xüsusi qərar çıxarılaraq səlahiyyətli dövlət orqanına göndərilmişdir. Cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılarkən əsas məqsəd cinayət işinin ibtidai araşdırması zamanı yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması, nəticə etibarı ilə təqsirləndirilən şəxslərin pozulmuş hüquqlarının bərpası və bununla da onların müdafiə hüququnun təmin edilməsi olmuşdur. Məhkəmə təəssüf hissi ilə qeyd edir ki, məhkəmə hazırlıq iclasında ibtidai araşdırma zamanı yol verilmiş çoxlu sayda kobud qanun pozuntuları məhkəmə tərəfindən aşkar edilib xx.xx.2022-ci il tarixli qərarda ətraflı şəkildə göstərilsə və həmin pozuntuların aradan qaldırılması yolları izah olunsa da, cinayət işinin təkrar ibtidai araşdırması zamanı nəinki bu pozuntular aradan qaldırılmış, əksinə bir neçə formal prosessual hərəkətlər keçirilməklə və xx.xx.2022-ci il tarixli qərarda göstərilmiş kobud qanun pozuntularına sübutların qiymətləndirilməsi barədə qərarda hüquqi qiymət verilməsinə cəhd etmək yolu ilə qısa müddətdən sonra cinayət işi üzrə ittiham aktı təsdiq olunmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinə təkrarən göndərilmişdir. Ən maraqlısı isə ondan ibarətdir ki, cinayət işi təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra məlum olmuşdur ki, cinayət işi üzrə ibtidai araşdırma davam etdirilən (18 iyul 2022-ci il tarixdən sonra) zaman daha ciddi qanun pozuntularına yol verilmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, cinayət işinə baxılmasına xitam verildikdən və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra ibtidai istintaq orqanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında göstərilmiş kobud qanun pozuntularını aradan qaldırmaqda həvəsli olmamış, bunun əksinə olaraq tələmtələsik bir neçə prosessual hərəkət keçirməklə cinayət işini məhkəməyə göndərmək məqsədi güdmüşdür. Məhkəmə bu hallara tənqidi yanaşır və hesab edir ki, cinayət işinin ibtidai araşdırması ümumilikdə kifayət qədər uzun müddət ərzində aparılsa da, aparılmış araşdırma nəticə etibarı ilə bütövlükdə qüsurlu, keyfiyyətsiz və natamam olmuşdur. Cinayət işinin ilkin ibtidai istintaqının bütövlükdə qüsurlu, keyfiyyətsiz və natamam olmasının göstəricilərindən biri də ondan ibarətdir ki, cinayət işinin materialları çox pis vəziyyətdə olmaqla kargüzarlıq qaydalarına əməl edilməmiş, yəni müəyyən səhifələr nömrələnməməmiş, bəziləri səhv nömrələnmiş, eləcə də səhifələr ard-arda düzülməmiş, imzasız sənədlər işə əlavə edilmiş, iş üzrə ən mühüm hallar araşdırılmamış, çoxlu sayda ziddiyyətlər olduğu halda bu ziddiyyətlərə aydınlıq gətirilməmiş və bununla bağlı sair məsələlərdən ibarətdir. Bu səbəbdən də cinayət işi ikinci dəfə məhkəməyə daxil olduqdan sonra məhkəmə təkrarən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını ağlabatan hesab etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə bu barədə qərar çıxarılsa da, məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı məhkəmə qərarında göstərilmiş çoxsaylı qanun pozuntularını aradan qaldırmamışdır. Məhkəmə işin faktiki hallarına toxunmazdan əvvəl cinayət işinin materiallarında olan bir neçə sübutla bağlı mövqeyini bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə hadisə yeri olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Hadisə yerinə baxış keçirilməsinə dair protokol diyircəkli qələmlə yazılmaqla tərtib edilmiş və baxış zamanı 2 (iki) nəfər hal şahidinin iştirak etməsi qeyd olunmuşdur. Lakin qeyd edilən protokolda göstərilmiş hal şahidlərinin imzaları yoxdur. Bu isə o deməkdir ki, xx.xx.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi barədə protokol qanunsuzdur, göstərilən protokol isə qanunsuz olduğuna görə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Hadisə yerinə baxış keçirilməsi barədə protokol cinayət işinin obyektiv araşdırılmasına xidmət edən mühüm prosessual hərəkətin nəticəsinə dair tərtib edilmiş sənəddir. Göründüyü kimi ibtidai istintaq orqanı belə bir mühüm prosessual hərəkətin nəticəsinə dair sənədin tərtibində ciddi pozuntuya yol vermişdir. Buna görə də göstərilən protokol sübut qismində qəbul edilə bilməz. Əlavə ibtidai istintaqı həyata keçirən müstəntiq isə qəbul etdiyi sübutların qiymətləndirilməsi barədə qərarda xx.xx.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi barədə protokolda adları qeyd edilmiş hal şahidlərinin yerinin müəyyən edilməməsi ilə əlaqədar həmin protokolun qanuniliyini sübuta yetirməyə cəhd etmişdir. Belə yanaşma isə yolverilməzdir. Odur ki, məhkəmə xx.xx.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi barədə protokolu qanunsuz sübut kimi qiymətləndirir. Bundan başqa, cinayət işinə əlavə edilmiş və cinayət işinin ilkin ibtidai istintaqı zamanı qəbul edilmiş prosessual qərarlar və həyata keçirilmiş istintaq hərəkətlərinə dair protokollar, o cümlədən təqsirləndirilən şəxs qismində cəlb edilərək ittihamın irəli sürülməsi, bununla əlaqədar tərtib edilmiş prosessual sənədlər, habelə təqsirləndirilən şəxsin dindirilməsi, şahidlərin dindirilməsi, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanması, üzləşdirmə keçirilməsi və sair bu kimi mühüm sübut əhəmiyyətinə malik olan istintaq hərəkəti protokolları və qərarları (Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaqı aparılmış və xx.xx.2022-ci il tarixdə hazırki cinayət işinə birləşdirilmiş ********* saylı cinayət işinin materialları istisna olmaqla) ümumiyyətlə qeydiyyatdan keçirilməmişdir. Göstərilənlərdən başqa, əlavə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı iddia etdiyi hallar ümumiyətlə araşdırılmamış, əksinə olaraq heç bir araşdırma aparılmadığı halda (bununla bağlı cinayət işinə heç bir sübut əlavə edilməmiş) sübutların qiymətləndirilməsi barədə qərarda göstərilən halların təsdiq olunmaması göstərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamla bağlı yeni sübutlar əldə edilməmişdir. Belə ki, ibtidai istintaqın əvvəlindən təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətmədiklərini iddia etsələr və ibtidai istintaq orqanı tərəfindən onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətinin törədilməsi ilə bağlı ittiham irəli sürsə də, Təqsirləndirilən şəxs2 törədilmiş oğurluq cinayətinə aidiyyətinin olması, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında aktiv hərəkətlər etmələrinin nədən ibarət olması və nədə ifadə olunması, aralarında razılığın əldə olunub-olunmaması, razılıq əldə olunduğu halda bu razılığın nədən ibarət olması, başqa sözlə, Təqsirləndirilən şəxs2 törədilmiş oğurluq cinayətində iştirakının xarakteri və cinayətin törədilməsindəki rolu ümumiyyətlə araşdırılmamışdır. Bu hissədə sübutetmə yükü - ittiham tərəfi olaraq ibtidai istintaq orqanının üzərinə düşdüyündən qeyd edilən hallar əlavə olaraq ibtidai istintaq zamanı araşdırılmalı idi. Lakin hasil olunan nəticə ondan ibarətdir ki, ibtidai istintaq orqanı qısa müddət ərzində işə səthi yanaşaraq buna heç bir əsas olmadan eyni nəticəyə gəlmişdir. Habelə Təqsirləndirilən şəxs2 və digər Təqsirləndirilən şəxs1 əməllərinin tövsifi ilə bağlı məsələlər də əlavə ibtidai istintaq zamanı düzgün şəkildə araşdırılmamışdır. Belə ki, təqsirləndirilən şəxslərə eyni tarixdə və eyni məkanda oğurluq cinayətlərinin törədilməsi ilə bağlı ittiham irəli sürülsə də, onların əməllərinin bəziləri başa çatmış, bəziləri isə başa çatmamış cinayət əməli kimi qiymətləndirilmişdir. Halbuki ittiham aktından görünür ki, oğurluq cinayəti eyni tarixdə və eyni məkanda törədilmiş, bəzi predmetlər gizli şəkildə talanmış, bəzi predmetlərin talanması isə mümkün olmamışdır. İbtidai istintaq orqanı törədilmiş cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini müəyyən etməklə yanaşı, təqsirkar şəxslərin əməllərini də dəqiq şəkildə təsvir etməli, daha sonra isə bu əməlləri tövsif etməli idi. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublilası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 27-ci bəndində göstərilmişdir ki, oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Eyni yanaşma şəxs külli miqdarda və yaxud xüsusilə külli miqdarda özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq, quldurluq cinayətlərini törətdiyi hallarda da tətbiq edilməlidir. Təəssüf ki, yuxarıda göstərilən və ibtidai araşdırma zamanı yol verilmiş kobud maddi və prosessual hüquq normalarının pozuntusu aradan qaldırılmamışdır. Cinayət işi üzrə ələva ibtidai istintaq aparıldıqdan və mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərildikdən sonra cinayət işinin materiallarından məlum olmuşdur ki, hər iki təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçildiyindən həmin ərəfədə göstərilən qətimkan tədbirləri qüvvədə olmuş, habelə onların İstintaq Təcridxanasında saxlanılmaları göstərilmişdir. Bu səbəbdən də məhkəmə hazırlıq iclasının təşkil edilməsi məqsədi ilə məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin iştirakını təmin etmək məqsədi ilə onların saxlanıldıqları İstintaq Təcridxanasına müraciət olunmuşdur. Lakin məhkəmə hazırlıq iclasına təqsirləndirilən şəxslər konvoy müşayiəti altında deyil, öz təşəbbüsləri ilə gəlmişlər. Bu səbəbdən də yaranmış ziddiyyətə aydınlıq gətirmək və təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin taleyi barədə araşdırma aparmaq zərurəti yaranmışdır. Bu hissədə məhkəmə tərəfindən aparılmış araşdırma və əldə edilmiş məhkəmə qərarları əsasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə müstəntiq tərəfindən ittiham aktı tərtib edilmiş və 03 avqust 2022-ci il tarixdə həmin ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Qeyd edilən tarixədək, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-864/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə müdafiə tərəfinin vəsatəti təmin edilməmişdir. Bundan sonra müdafiə tərəfi apellyasiya şikayəti vermiş və 04 avqust 2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 4(103)-505/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilməsi barədə 30 iyul 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-864/2022 saylı qərarı ləğv edilmiş və onun vəsatəti təmin ediməklə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, habelə o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Eyni zamanda 17 avqust 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-928/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 Ümud oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət qismən təmin edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, ev dustaqlığı qətimkan tədbirinin qüvvədə olma müddəti isə 18 avqust 2022-ci il tarixədək müəyyən edilmişdir. Bu isə o deməkdir ki, cinayət işi üzrə ittiham aktı təsdiq olunduqdan sonra təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsə də, ibtidai istintaq orqanı bu məsələləri nəzərə almadan işi tələm-tələsik məhkəməyə göndərmiş və iş üzrə məhkəmə hazırlıq iclası keçirilərkən təqsirləndirilən şəxslərin barəsində heç bir qətimkan tədbiri qüvvədə olmamışdır. Təqsirləndirilən şəxslər vaxtında məhkəmə iclaslarına gəldiklərindən 12 sentyabr 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1555/2022 saylı qərarı ilə onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və onlardan qətimkan təbiri ilə bağlı iltizam alınmışdır. Göstərilənlər ona dəlalət edir ki, ibtidai istintaq orqanı xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarında göstərilmiş kobud qanun pozuntularını aradan qaldırmaq əvəzinə faktiki olaraq qərarda qeyd edilən məsələlərlə əlaqədar səmərəli və ətraflı araşdırma aparmadan, əksinə məhkəmə qərarında göstərilmiş pozuntulara sübutların qiymətləndirilməsi barədə qərarda hüquqi “don” geyindirməklə cinayət işi üzrə araşdırmanı qısa müddət ərzində yekunlaşdırıb məhkəməyə göndərmək məqsədi güdmüşdür. Bu kimi hallar isə yolverilməz hallardır. Buna baxmayaraq, məhkəmə istintaqında obyektiv araşdırma aparılmış və məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında araşdırılmış sübutlara və daxili inama əsaslanmalıdır. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər də çox epizodlu oğurluq cinayət əməllərini törətdiyindən oğurluqla bağlı cinayətlərin törədilməsində kifayət qədər ixtisaslaşmışdır. Bu səbəbdən də o, cəzaçəkmə müəssisəsindən çıxdıqdan qısa müddət sonra yeni oğurluq cinayətini törətmək qərarına gəlmiş və cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə təkbaşına 09 dekabr 2021-ci il tarixdə, saat 22:18 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla, yəni evin saxlanc yeri hesab olunan zirzəminin dəmir qapı kilidini sındırmaqla daxil olaraq oradan götürdüyü çəkic və zubil vasitəsilə evin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırıb yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otaqlarının birində paltar dolabında saxlanılan 1 (bir) ədəd kiçik həcmli dəmir seyfi sındırmaqla açaraq həmin seyfin içərisindən milli manat məzənnəsi ilə 68.000 (altmış səkkiz min) manat təşkil edən 40.000 (qırx min) ABŞ dolları və milli manat məzənnəsi ilə 3.854 (üç min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik təşkil edən 2.000 (iki min) avro olmaqla, ümumilikdə 71.854 (yetmiş bir min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 evin 2-ci mərtəbəsindəki digər otaqda olan 1 (bir) ədəd iri həcmli dəmir seyfi aşkar etmiş və həmin seyfi də sındırıb açmaq istəsə də, buna nail ola bilməmişdir. Həmin vaxt iri həcmli dəmir seyfin içərisində 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaitinin olması cinayət işinin mübahisəsiz hallarıdır. Başqa sözlə, Təqsirləndirilən şəxs1 öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində külli miqdarda nağd pul vəsaitini ələ keçirə bilməmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdə olan 1 (bir) ədəd kiçik həcmli seyfdən ümumilikdə ümumilikdə 71.854 (yetmiş bir min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətməsi, həm də həmin evdə olan digər 1 (bir) ədəd iri həcmli seyfi sındırıb açılmasına yönəlmiş hərəkətlər etməsi, həmin seyfin içərisində milli manat məzənnəsi ilə 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitinin olması, lakin onun öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməməsi məhkəmə istintaqında tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 yuxarıda göstərilənlərlə razılaşmayaraq və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək qeyd edilən evə daxil olmadığını, həmin evdən oğurluq etmədiyini, polis əməkdaşlarının ona verdiyi işgəncə və göstərdiyi təzyiq nəticəsində etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs1 iddia etdiyi hallarla razılaşmır və belə hesab edir ki, o, bu hissədə məhkəməyə yalan ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus evə daxil olaraq oradan 71.854 (yetmiş bir min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik nağd pul vəsaitini gizli olaraq talaması və 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dolları məbləğində külli miqdarda nağd pul vəsaitini öz iradəsindən asılı olmayan səbəblərdən talaya bilməməsi nəticəsinə gələrkən əsasən 3 (üç) sübuta istinad etmişdir. Bunlardan biri - Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsidir. Belə ki, zərərçəkmiş şəxs ona məxsus evdə oğurluq hadisəsi baş verdikdən sonra baş verən bütün halları təfərrüatlı şəkildə göstərərək bildirmişdir ki, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən həmin ünvana gətirilmiş, Təqsirləndirilən şəxs1 həmin vaxt evdən oğurluq etmədiyini iddia etsə də, daha sonra evin pəncərəsində quraşdırılmış dəmir barmaqlığın sındırılmış hissəsindən içəri doğru keçmiş (bədəninin yarısı), bundan sonra isə oğurluq cinayətini törətdiyini bildirmişdir. İkinci məsələ isə ondan ibarətdir ki, cinayət işinə əlavə edilmiş “Votsap” yazışmasından görünür ki, zərərçəkmiş şəxsə məxsus evdə oğurluq hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 mesaj (ismarıc) göndərərək özünün cinayət əməlləri barədə məlumat vermiş, yəni evdə olduğunu, seyfin birini qırdığını, digər seyfi qıra bilmədiyini, habelə evdən odlu silah aşkar etdiyini və bununla bağlı sair halları bildirmişdir. Qeyd edilən mesajda (ismarıcda) göstərilən predmetlər ittiham üzrə cinayətin predmetləri ilə üst-üstə düşdüyündən Təqsirləndirilən şəxs1 həqiqətən də Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətməsini tam şəkildə təsdiq edir. Üçüncü məsələ isə ondan ibarətdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrənin anten dairəsinin müyyən edilməsi barədə sübutlar əldə edilmiş və 31 may 2022-ci il tarixli mobil telefon danışıqlarının olduğu diskə baxış keçirilməsi barədə protokol əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə anten məlumatları əsasında oğurluq cinayəti baş verən vaxt, yəni xx.xx.2021-ci il tarixdə, saat 22:00-23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov və Qarayev küçələrində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, göstərilən 3 (üç) məsələ ilə əlaqədar olan sübutlar Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətməsini tam şəkildə təsdiq edir. Başqa sözlə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında araşdırılmış qeyd edilən bu 3 (üç) sübut Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin qiymətləndirilməsinə kifayət edir. Eyni zamanda ibtidai araşdırma zamanı 19 saniyəlik videogörüntü əldə edilib cinayət işinə əlavə edilsə də, həmin videogörüntünün hansı ərazini (yeri) qeydə alması, videogörüntüdə qeydə alınmış ərazinin cinayət hadisəsi yeri ilə eyni olub-olmaması, habelə videogörüntüdə hasardan aşıb iti addımlarla hərəkət edən şəxsin üz cizgiləri və sair xüsusiyyətləri aydın şəkildə görünmədiyindən həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs1 olması qənaətinə gəlməyə imkan vermir. Bu səbəbdən də məhkəmə istintaqında qeyd edilən videogörüntüdə əksini tapmış şəxsin (siluet) Təqsirləndirilən şəxs1 olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin yuxarıda göstərilən 3 (üç) sübut və həmin sübutlar əsasında hasil olunmuş nəticə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 məhz təkbaşına Zərərçəkmiş şəxs1 məxsus evə daxil olaraq oradan 71.854 (yetmiş bir min səkkiz yüz əlli dörd) manat 20 (iyirmi) qəpik nağd pul vəsaitini gizli olaraq talamış və 221.000 (iki yüz iyirmi bir min) manat təşkil edən 130.000 (yüz otuz min) ABŞ dollar məbləğində külli miqdarda nağd pul vəsaitini öz iradəsindən asılı olmayan səbəblərdən talaya bilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus evə təkbaşına daxil olaraq oradan oğurluq etməsi nəticəsinə gələrkən ona istinad etmişdir ki, hər iki ibtidai araşdırmanın nəticəsinə əsasən ibtidai istintaq orqanı özü belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus evə tək daxil olaraq oğurluq cinayətini törətmişdir. Eyni zamanda cinayət işinin materiallarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edilməsi ilə bağlı razılağa gəlməsi, habelə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus evə daxil olaraq oğurluq cinayətini törətməsi və ya Təqsirləndirilən şəxs1 evə daxil olub oğurluq edərkən Təqsirləndirilən şəxs2 onun yanında və ya evin yaxınlığında olması barədə heç bir sübut yoxdur. Qeyd edilənləri də nəzərə alaraq məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus evə tək daxil olaraq oradan oğurluq cinayətini törətmişdir. İş üzrə əhəmiyyət kəsb edən digər hal da ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən cinayət əməllərini törətdikdən və hadisə yerini tərk etdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Malakan bağının” yaxınlığında Təqsirləndirilən şəxs2lə görüşərək milli manat məzənnəsi ilə 34.000 (otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vermişdir. Bununla bağlı məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında digər Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etməsi ilə bağlı ibtidai araşdırma nəticəsində heç bir sübut əldə edilməmiş, habelə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulduqdan sonraki dövrdən başlayaraq ibtidai araşdırmanın sonunadək, habelə məhkəmə istintaqında vermiş olduğu bütün ifadələrində Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət əməlini törətmədiyini, zərərçəkmiş şəxsə məxsus evə daxil olmadığını, həmin evdən oğurluq etmədiyini və ümumiyyətlə oğurluq baş verən ərazidən keçmədiyini bildirmişdir. Buna baxmayaraq, o, əvvəlki ifadələrində Təqsirləndirilən şəxs1 ona seyflərlə və odlu silahla bağlı mesaj yazdığını, daha sonra Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə sonuncu ilə görüşdüyünü və İsmayılın ona pul verdiyini bildirmişdir. Məhz buna görə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 əleyhinə oğurluq cinayətinin törədilməsi ilə bağlı heç bir sübut olmadığından əvvəlcə ona Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə ittiham verilmiş, daha sonra isə onun əməlləri Cinayət Məcəlləsinin 177.3.2, 29,177.3.2 və 306.1-ci maddələri ilə tövsif edilmişdir. İbtidai istintaq orqanı belə nəticəyə məhz formal mülahizələrə əsasən gəlmişdir. Belə ki, ibtidai istintaq orqanı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 oğurluq etdiyi vaxt müntəzəm olaraq Təqsirləndirilən şəxs2lə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məsləhətlərini vermiş, hadisədən sonra isə onlar görüşərək talanmış pul vəsaitini öz aralarında bölmüşlər. Məhkəmə ibtidai istintaq orqanının bu hissədə gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır və hesab edir ki, həm cinayət işinin materialları əsasında, həm də məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 oğurluq etmək məqsədi ilə zərərçəkmiş şəxsin evinə təkbaşına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 həmin evdə olarkən və oğurluq edərkən bir neçə dəfə mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2lə danışsa və onlar bir-birinə mesajlar yazsalar da, həmin danışığın məzmunu məlum olmadığından, mesajların məzmununda isə Təqsirləndirilən şəxs2 hər hansı məsləhət verməsi, oğurluqla bağlı göstərişlər verməsi kimi hallar mövcud olmamış, bunun əksinə olaraq Təqsirləndirilən şəxs2 həmin vaxt 28 May kimi tanınan ərazidə olmasını bildirmişdir. Yəni göstərilənlər açıq şəkildə onu göstərir ki, Təqsirləndirilən şəxs2 oğurluq cinayəti törədilən zaman həmin ərazidə olmamış, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməmiş, habelə sonuncuya məsləhət verməmiş, cinayətin törədilməsində sair formada iştirak etməmiş, habelə cinayətin törədilməsində təqsirkar şəxsə köməklik etməmişdir. Eyni zamanda iki nəfər şəxsin eyni yerdə cinayətin törədilməsində iştirak etdiyi halda onların bir-biriləri ilə mobil telefon vasitəsi ilə əlaqə saxlaması və sair formada danışıq aparması inandırıcı olmamaqla yanaşı, həmçinin ağlabatan deyil. Lakin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 göndərdiyi mesajdan açıq şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs2 İsmayılın oğurluqla bağlı ağır cinayət əməllərindən xəbərdan olmuşdur. Bu cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə bir məsələyə də aydınlıq gətirərək qeyd edir ki, oğurluq cinayətinin bir icraçısı olduğu halda həmin icraçının təkbaşına oğurluq cinayətini törətdikdən sonra başqa şəxsə, hazırki iş üzrə isə Təqsirləndirilən şəxs1 oğurluq cinayətini törətdikdən sonra Təqsirləndirilən şəxs2lə şəhərin tamamilə başqa hissəsində görüşməsi və sonuncuya hər hansı bir məbləğdə pul verməsi qətiyyən Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin icraçısı və ya köməkçisi olmasına dəlalət edə bilməz. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 cinayət hadisəsindən sonra pul alması onun İsmayılın qanunsuz əməllərindən xəbərdar olmasına dəlalət edir. Yuxarıda göstərilənləri həm ayrı-ayrılıqda, həm də bütövlükdə nəzərə alaraq, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 təkbaşına Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətmiş, bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 nə icraçı, nədə ki, köməkçi qismində iştirakı olmamışdır. İbtidai istintaq orqanı əks nəticəyə gəlsə də, gəldiyi nəticəni yalnız formal mülahizələrlə əsaslandırmış (Təqsirləndirilən şəxs2 məsləhət verməsi, hadisədən sonra İsmayıldan pul alması, bahalı həyat yaşaması, qadınlarla müxtəlif məkanlara getməsi və sair). Məhkəmə hesab edir ki, ağır cinayətin törədilməsində ittiham olunan Təqsirləndirilən şəxs2 formal mülahizələr əsasında ittiham irəli sürülməsi kobud pozuntu ilə yanaşı, həmçinin müdafiə hüququna ən ağır şəkildə qəsddir. Ona görə də məhkəmə bu hissədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır. Hüquqi əsas isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında ibtidai istintaq orqanı qarşısında yol verilmiş kobud qanun pozuntuları ilə bağlı məsələlər göstərilsə, başqa sözlə, ibtidai araşdırma zamanı yol verilmiş qanun pozuntuları və həmin pozuntuların aradan qaldırılmasına dair hüquqi mexanizmlər ibtidai istintaq orqanının nəzərinə çatdırılsa da, ibtidai istintaq orqanı həm Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının tələblərini icra etməmişdir. Bu səbəbdən də ibtidai istintaq orqanının yol verdiyi pozuntu məhkəmə tərəfindən aradan qaldırılmalıdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş oğurluq cinayətində köməkçi və sair iştirakçı qismində iştirak edib-etməməsi ilə bağlı məhkəmə bir daha qeyd edir ki, ibtidai istintaq orqanı özü oğurluq cinayətinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi nəticəsinə gəldiyindən, habelə Təqsirləndirilən şəxs2 köməkçi və sair iştirakçı qismində hər hansı hərəkət etməsini sübuta yetirə biləcək sübut əldə edilib cinayət işinə əlavə edilmədiyindən, həmçinin Təqsirləndirilən şəxs2 bütün ifadələrində oğurluq cinayətinin törədilməsində iştirak etmədiyini bildirdiyindən, Təqsirləndirilən şəxs1 da öz növbəsində oğurluq cinayətinin törədilməsində Təqsirləndirilən şəxs2 heç bir iştirakının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət hadisəsindən sonra öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs2lə görüşüb sonuncuya pul verməsi qətiyyən Təqsirləndirilən şəxs2 oğurluq cinayətində icraçı, köməkçi və sair formada iştirakına dair sübut qismində çıxış edə bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittihamda göstərilmiş cinayət əməllərini təkbaşına törətmiş, Təqsirləndirilən şəxs2 qeyd edilən oğurluq cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etməmişdir. Lakin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 oğurluqla bağlı ağır cinayət törətdiyini bildiyindən və bu barədə səlahiyyətli orqanlara məlumat vermədiyindən onun əməlində Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətləri var. Göstərilənlərdən başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 cavabdeh kimi ondan 25.800 ABŞ dolları məbləğində (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(004)- 2098/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə, yəni tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəmədiyinə görə sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minimiş qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərə gəldikdə isə məhkəmə qeyd edir ki, onun özgəsinin yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq oğurlaması, habelə özgənin yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq oğurlamağa cəhd etməsi məhkəmə istintaqında sübuta yetirilsə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı onun əməllərinin tövsifində yenidən kobud səhvə yol vermişdir. Belə ki, Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 27-ci bəndində göstərilmişdir ki, oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Eyni yanaşma şəxs külli miqdarda və yaxud xüsusilə külli miqdarda özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq, quldurluq cinayətlərini törətdiyi hallarda da tətbiq edilməlidir. Ali Məhkəmənin Plenumunun qərarında göstərilmiş hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin evindən gizli şəkildə talayaraq ələ keçirdiyi pul vəsaiti külli miqdar təşkil etdiyindən və onun ələ keçirməyə cəhd etdiyi pul vəsaiti də külli miqdar təşkil etdiyindən onun qeyd edilən əməlləri cinayətlərin məcmusu üzrə deyil, əksinə başa çatmış cinayət əməlinə nisbətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Əks yanaşma Təqsirləndirilən şəxs1 qanunsuz şəkildə cinayətlərin məcmusu üzrə cəzalanmasına səbəb olacaq. Bu hissədə məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə eyni məzmunlu ittiham irəli sürülməsinə baxmayaraq, qeyd edilən hissədə dövlət ittihamçısı bəraətverici əsasla ittihamdan imtina etdiyindən təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair hissədə bəraətverici əsaslarla cinayət işinə xitam verilməlidir. Belə ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxslərə ayrı-ayrılıqda irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamdan birinin Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinasının qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edildiyindən və həmin cinayət əməli ağır cinayət kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməlidir. Habelə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 306.1 və 307.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olmalarını, habelə Təqsirləndirilən şəxs2 1 (bir) uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər ayrı-ayrılıqda cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə növündə cəza çəksələr də, Təqsirləndirilən şəxs1 əvvəlki cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətdiyindən, habelə Təqsirləndirilən şəxs2 əvvəlki törətdiyi ağır cinayət əməli sonradan məhkəmə qaydasında az ağır cinayət əməlinə tövsif edildiyindən və həmin cəzanı çəkib qurtardıqdan sonra qanunla müəyyən edilmiş müddət keçdiyindən onların əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Həmçinin Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri cinayətlərin məcmusunu yaratdığından ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.1 və 307.1-ci maddələri üzrə qeyd edilən hal nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə müxtəlif cinayətlər törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilsə və həmin cinayətlər üzrə məhkəmələr tərəfindən ona ədalətli cəzalar təyin edilsə də, həmin cəzalar onu islah etməyə kifayət etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə aktını qərəzli şəkildə icra etməyərək qanuni qüvvəsini almış məhkəmə aktının əhəmiyyətinə məhəl qoymamışdır. Təqsirləndirilən şəxs2 qərəzli olaraq qanuni qüvvəsini almış məhkəmə aktını icra etməməsinə dəlalət edən başlıca amil ondan ibarətdir ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəsinin qətnaməsi əsasında heç bir məbləğdə pul vəsaitini tələbkara ödəməmişdir. Qeyd edilən dövr ərzində cüzi məbləğdə belə tələbkara pul vəsaitinin ödənilməməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs2 məhz qərəzli şəkildə qanuni qüvvəsini almış məhkəmə aktını icra etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ağır cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən - cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır, Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır, Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onun 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Onun cəzasının əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni 01 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 hazırki cinayət işinə məhkəmədə baxıldığı zaman, yəni xx.xx.2022-ci il tarixdə başqa cinayətlərlə bağlı həbs edilsə və hazırki cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, başqa sözlə, onun barəsində hazırki cinayət işi üzrə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən məhkəmə hesab edir ki, onun başqa epizodlarla bağlı xx.xx.2022-ci il tarixdə həbs edilməsinin hazırki iş üzrə ona təyin ediləcək cəzaya heç bir aidiyyəti yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində hazırda həbs qətimkan tədbiri seçilməklə onun hazırda başqa cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onun 19 dekabr 2021ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Onun cəzasının əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni 01 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən Binəqədi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmiş “Samsunq A30” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, “Huawey Nova 5” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsi tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk, Kompüter-texniki ekspertizası rəyinə əlavə edilmiş 2 (iki) ədəd disk, DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd disk cinayət işində saxlanılmalı, 1 (bir) ədəd çəkic, 1 (bir) ədəd zubil, 1 (bir) ədəd boz rəngli idman gödəkçəsi, 1 (bir) ədəd qara rəngli rezin tərkibli əlcək, 1 (bir) ədəd üzərində “YELO” yazısı olan qara rəngli kapşon papaqlı, qollu gödəkçə, 1 (bir) ədəd qara rəngli, toxuma yun materialdan əlcək, 1 (bir) ədəd “Bonaqua” və 1 (bir) ədəd “Kəhriz” plastik su qablarının başlıq hissələri məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 7 (yeddi) il 4 (dörd) ay 1 (bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış cəzanın əvvəli 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. Barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılması nəzərə alınsın. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi üzrə ittihamdan imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bağlı hissədə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və 307.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 4 (dörd) ay 1 (bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış cəzanın əvvəli 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində çıxış edən “Samsunq A30” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, “Huawey Nova 5” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsi tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk, Kompüter-texniki ekspertizası rəyinə əlavə edilmiş 2 (iki) ədəd disk, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd disk cinayət işində saxlanılsın, 1 (bir) ədəd çəkic, 1 (bir) ədəd zubil, 1 (bir) ədəd boz rəngli idman gödəkçəsi, 1 (bir) ədəd qara rəngli rezin tərkibli əlcək, 1 (bir) ədəd üzərində “YELO” yazısı olan qara rəngli kapşon papaqlı, qollu gödəkçə, 1 (bir) ədəd qara rəngli, toxuma yun materialdan əlcək, 1 (bir) ədəd “Bonaqua” və 1 (bir) ədəd “Kəhriz” plastik su qablarının başlıq hissələri məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Telman Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar