Məhkəmə qərarları › İş №1(101)-2271/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2271/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2271/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:40 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Yardımlı rayonunun Zevin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada ev təmiri üzrə usta işləmiş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Zevin kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməklə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, aralarında olan cinayətkar razılaşmaya əsasən qeyrilərinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından keçirilməklə qaçaqmalçılıq yolu ilə bilavasitə keçirəcəkləri külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd vermiş, 03 fevral 2023-cü il tarixdə, saat 05:00 radələrində Yardımlı rayonunun Mirim kəndi ilə Ləzran kəndinin arasında yerləşən “Abuzərağa” ziyarətgahının yaxınlığında bilavasitə qeyriləri tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda - 30173,309 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda - 10002,9 qram çəkidə psixotrop maddə metamfetamin olan iki ədəd kisəni sonunculardan qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən yaşadığı evə daşımış, evin həyətindəki yardımçı tikilidə gizlətməklə əldə etdiyi heroinin 31,209 qram hissəsini satışa hazırlamaq məqsədi ilə elektron tərəzidə çəkərək bir ədəd polietilen bükümdə qablaşdırıb öz üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 04 fevral 2023-cü il tarixdə, saat 00:30 radələrində Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, ev 2C ünvanının yaxınlığında saxlanılıb Baş İdarəyə aparılaraq həmin gün saat 02:00-dan etibarən üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda, təmiz çəkisi 31,209 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Tədbirin davamı olaraq həmin gün, yəni 04 fevral 2023-cü il tarixdə saat 03:40-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən yaşadığı evə özünün razılığı və iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən evin həyətindəki yardımçı tikilidə döşəyin arxasında gizlətdiyi satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı bir ədəd qara rəngli kisədə 30 ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1004,7 qram, 1003,9 qram, 1004,4 qram, 1005,4 qram, 1008,2 qram, 1003,4 qram, 1001,3 qram, 1006,7 qram, 1001,9 qram, 1004,3 qram, 1002,9 qram, 1005,4 qram, 1005,8 qram, 1003,5 qram, 1006,7 qram, 1004,3 qram, 1003,2 qram. 1005,4 qram, 1006,6 qram, 1008,2 qram, 1002,8 qram, 1003,9 qram, 1004,5 qram, 1003,8 qram, 1004,7 qram, 1007,4 qram, 1004,1 qram, 1004,6 qram, 1002,7 qram, 1007,4 qram olmaqla həm öz aralarında, həm də üzərindən aşkar edilmiş heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 30142,1 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd qara rəngli kisədə 10 ədəd şəffaf polietilen bükümlərdə külli miqdarda - ayrıayrılıqda təmiz çəkiləri 1000,8 qram, 999,4 qram, 1001,3 qram, 994,8 qram, 998,1 qram, 1001,3 qram, 998,0 qram, 1002,2 qram, 1004,5 qram, 1002,5 qram olmaqla öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 10002,9 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin, üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Kənan adlı İran vətəndaşı ilə bir ildən çoxdur ki tanış olmuşdur. Kənanla çox da münasibətdə olmamış, onunla xeyli müddət telefonla danışmış, sonra isə birlikdə iş görməyə başlamışlar. Kənan “sənə 10 min pul verəcəm, gəl bu malı Yardımlıdan götür apar. Sən də qazanacaqsan, mən də qazanacam” deyərək ona iş təklif etmiş, o da maddi imkanı zəif olduğu üçün razılaşmışdır. O, narkotiki götürmək üçün Yardımlı rayonunun Arus kəndinə getmiş və həmin kənddə olan balaca körpünün yanında malı götürmüşdür. Onda 42 kiloqram mal olmuşdur. Qaçaqmalçılıq cinayətinə onun heç bir aidiyyatı yoxdur, o, sərhəddə olmamışdır, mal onda Mərdəkanda tutulmuşdur. Yardımlıda onun görüşdüyü iki nəfər şəxsin hər biri silahlı olmuş, onların çiynində ağır çanta olmuş və onlar artıq sərhədi keçib gəlmişlər. O, gece dumanlı havada avtomobildən düşərək baqajı açmış, həmin şəxslər malı baqaja atmışlar və bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. Bakıya qayıdarkən Salyan postunda yol polisi onu saxlamışdır. Həmin vaxt avtomobilində mal olduğuna görə stress keçirmiş, avtomobildən düşərək “buyur rəis, nə lazımdır?” deyə soruşmuş, polis isə “heç nə, sənə kim dedi ki saxla? Sür çıx get” deyə cavab vermişdir. Bir xətadan qurtulduğunu düşünərək yoluna davam etmişdir. Daha sonra Qaradağ rayonundakı postda da polis onu saxlamış və avtomobili müşahidə məntəqəsinə sürməsini istəmişdir. O, avtomobili həmin yerdə saxlayaraq polisdən onu nəyə görə saxladığını soruşmuş, sonuncu da “apteçka ilə qaz balonu yoxdur” deyə cavab vermişdir. Həmin vaxt o, bir xətadan da qurtulduğunu düşünərək sevinmiş və polisə “rəis, rayondan gəlirəm, maşını təzə almışam, Bakıya çatım alıb qoyacam yerinə” deyə bildirmişdir. O, polisdən “bunu yoluna qoymaq olarmı?” deyə soruşmuş, sonuncu da “niyə olmur?!” deyə cavab verdiyi üçün razılaşıb çıxıb getmişdir. Bakıya gəldikdən sonra həmin gün malın 22 kiloqramını “zakladka” etmiş, yəni iranlının dediyi yerlərə qoymuşdur. Onda cəmi 20 kiloqram mal qalmışdır. Axşam uşaqların əli qazda yandığı üçün gecə saat 01:00 və ya 02:00 radələrində onları götürüb Mərdəkandakı “Zəfəran” aptekə gedərək yanıq üçün köpüklü dərman almışdır. Avtomobildə uşaqların əlinə dərman vuran zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları gələrək onu tutmuşlar. Ondan adını, ünvanını belə soruşmadan birbaşa “mal hardadı?” deyə soruşmuşlar. O isə özünü müdafiə etmək məqsədilə “nə mal? yanıq dərmanıdı” deyə cavab vermişdir. Rəis onun əlinə qandal vuraraq “Səndə bu qədər mal olub, bu qədərini zakladka eləmisən. Səni bu gecə yox sabah tutacaqdıq, ama gecə çölə çıxmağın, Mərdəkana gəlməyin gözdən qaçan hal deyil” demiş, həmçinin qapıya iki dənə buldoq bağladığını bildirmişdir. O, özünü müdafiə etmək üçün onda heç bir mal olmadığını israr etdikdə ona “gəl, mən sənə göstərim mal haradadır” demişlər. O, polis əməkdaşlarına yol göstərməmişdir, sonuncular özləri birbaşa düz malın olduğu yerə gəlmişlər. Polislər ondan qapını açmağını istəmişlər, o isə qapını aça bilməyəcəyini, qapının yuxarıdan açıldığını bildirmişdir. Polis əməkdaşı “indi buldoka deyərəm açar” demiş və həmin vaxt iki nəfər çox böyük cüssəli polislər yolkanın üstündən hoppanaraq yerə düşmüşdür. Həmin şəxsləri gördükdən sonra malın yerini göstərmişdir. Malın olduğu yerə bir neçə nəfər girmiş və hər birinin üzərində telefon olmuşdur. Həmin yerə videoçəkilişlə baxış keçirmişlər və necə olmuşsa 20 kiloqram malı tərəzidə 66 kiloqram etmişlər. O, həmin çəki ilə razılaşmamış, “bunu mən gətirmişəm, çəkisini də mən bilirəm ki burda 20 kiloqram mal var” deyərək etiraz etmişdir. Belə ki, o, ümumilikdə bazar qiyməti iki milyon manatdan çox olan 42 kiloqram mal gətirmiş, onun 22 kiloqramını Kənanın dediyi yerlərə qoyduqdan sonra onda cəmi 20 kiloqram mal qalmışdır. Özü narkotik vasitə istifadəçisi deyil, heç onun dadını da bilmir. Əvvəllər heç vaxt narkotik vasitələrin dalınca getməmiş, cəmi bir dəfə getmiş, onda da tutulmuşdur. Gördüyü bu işin müqabilində Kənan ona 10000 manat pul verməli olmuşdur. Bu işdə öz cibindən 400 manat pul xərcləmişdir. O, narkotik vasitənin 22 kiloqramını Kənanın dediyi yerlərə qoymuş, səhəri gün qalan 20 kiloqramı da yerbəyer etdikdən sonra onun deyəcəyi yerə gedib pulu götürəcəkdi. Kənan telefonda ona nə qədər mal göndərəcəyini deməsə də, malı avtomobilə qoyanda 42 kiloqram olduğunu bildirmişdir. İranlı Kənan bundan əvvəl ona 30 kiloqram narkotik vasitə verməmişdir. Kartına köçürülmüş 800 manat, 5000 manat pulu bacanağı Rusiyadan göndərmiş, pulu bankdan götürərək kartına vurmuşdur. İranlı Kənan heç vaxt onun kartına pul vurmamışdır. 42 kiloqram narkotiki götürməmişdən əvvəl Kənandan yol xərci kimi 300 ABŞ dolları məbləğində pul istəmiş, amma sonuncu verməmişdir. Onun üzərindən ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. O, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına birbaşa köməklik göstərmiş, iki dəfə həmin idarənin generalının qəbulunda olmuşdur. General ona “mən sənə belə kömək edə bilərəm ki, sənə məhkəmədə 2 il iş verilsin” deyə bildirmiş, o isə “mənə 10 il iş versələr qurban kəsib paylayaram” demişdir. Narkotik vasitəni və psixotrop maddəni Azərbaycana gətirdiyi üçün özünü təqsirli bilir və cəzasını çəkməyə hazırdır. Bununla belə onun qaçaqmalçılıq cinayəti törətməməsinin, onda ümumilikdə cəmi 42 kiloqramdan qalan 20 kiloqram narkotik vasitə və psixotrop maddə olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən iki aydır ki, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddələri sərhəddən qanunsuz olaraq Azərbaycana keçirən İran İslam Respublikasının vətəndaşı Kənan adlı şəxslə tanış olmuşdur. Belə ki, Kənanla ilk əvvəl “Facebook” sosial şəbəkəsində tanış olmuş, sonradan isə onunla “WhatsApp”la əlaqə saxlayaraq danışmış, onunla münasibət yaratmışdır. O, Kənanla sonuncunun İran İslam Respublikasına məxsus +98 993 *** **** və +98 990 *** **** nömrələrinin “WhatsApp”ı ilə əlaqə saxlamışdır. O, həmin nömrəni mobil telefonunda “Sallam” və “Seymur 2” kimi qeyd etmişdir. Kənanla bir müddət danışdıqdan sonra sonuncu 2023-cü ilin yanvar ayının əvvəllərində ona sərhəddən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə keçirə biləcəyini, onun keçirdiyi narkotik vasitə və psixotrop maddələri götürüb Bakı şəhərinə gətirərək özündə saxlamasını, sonra ayrı-ayrı yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkməsini və kordinatları ona gödərməsini, narkotik vasitə və ya psixotrop maddə sifariş verən şəxslərin, yəni müştərilərin özlərinin gəlib həmin maddələri qoyulduğu yerdən götürəcəklərini, bu işi görəcəyi təqdirdə ona pul verəcəyini bildirmişdir. O, maddi imkanı zəif olduğundan Kənanla razılaşaraq onun təklifini qəbul etmişdir. Növbəti dəfə Kənan onunla əlaqə saxlayanda ümumilikdə 30 kiloqram narkotik vasitə və psixotrop maddəni sərhəddən özünün qanunsuz keçirəcəyini deyərək ondan Yardımlı rayonunun sərhədə yaxın Arus kəndinin ərazisinə gəlib onunla görüşməsini, ondan 30 kiloqram narkotik vasitə və psixotrop maddəni götürüb Bakı şəhərinə gətirməsini istəmiş və bunun müqabilində ona 9000 manat pul verəcəyini bildirmişdir. O, Kənanla razılaşaraq idarə etdiyi “VAZ 2107” markalı **-CP-*** qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonunun sərhədə yaxın yerləşən Mirim kəndinə getmiş və həmin kəndlə Ləzran kəndinin arasında, Abuzərağa ziyarətgahından bir qədər aşağı hissədə Kənanla görüşmüşdür. Həmin vaxt Kənanın yanında bir nəfər tanımadığı şəxs də olmuş və onların hər ikisinin üzərində “Kaloşnikov” avtomatı olmuşdur. Kənan ona bir ədəd kisədə 30 kiloqram narkotik vasitə və psixotrop maddə vermiş, o da həmin maddələri götürüb avtomobilinin baqajına qoyaraq geri qayıtmışdır. Narkotik vasitə və psixotrop maddələri yaşadığı ünvan 4 ünvanında yerləşən evinin həyətindəki yardımçı tikilidə gizlətmişdir. Bundan sonra Kənanın tapşırıqlarına əsasən narkotiki vasitə olan heroini və psixotrop maddə olan metamfetamini elektron tərəzidə çəkib sonuncunun dediyi miqdarda hissələrə bölmüş, həmin hissələri qablaşdıraraq Bakı şəhərinin müxtəlif yerlərinə qoymuş və bu barədə Kənana məlumat vermişdir. 30 kiloqram narkotik vasitə və psixotrop maddənin hamısını payladıqdan sonra Kənan onun 4098 5844 6776 3577 nömrəli “LeoBank” kartına 5000 manat pul göndərmişdir. Növbəti dəfə Kənan 2023-cü il yanvar ayının sonlarında onunla əlaqə saxlayıb yenə özünün 40 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamini sərhəddən qanunsuz keçirəcəyini deyərək ondan əvvəlki kimi Yardımlı rayonu, Mirim kəndinin ərazisinə gəlməsini, heroin və metamfetamini ondan götürüb Bakı şəhərinə gətirməsini istəmiş və bunun müqabilində ona 8000 manat pul verəcəyini bildirmişdir. O, Kənanla razılaşaraq 02 fevral 2023-cü il tarixdə gecə saatlarında idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Yardımlı rayonunun Mirim kəndinə getmişdir. Saat 05:00 radələrində yenə həmin yerdə, yəni Mirim kəndi ilə Ləzran kəndinin arasında, Abuzərağa ziyarətgahından bir qədər aşağı hissədə dumanlı havada Kənanla görüşmüşdür. Kənan yenə də tanımadığı bir nəfər şəxslə birlikdə gəlmiş və onların hər ikisində qundağı qatlanan “Kaloşnikov” avtomatı olmuşdur. Həmin vaxt Kənan ona iki ədəd qara rəngli kisədə heroin və metamfetamin vermiş, o da heroin və metamfetamini götürüb avtomobilinin baqajına qoyaraq Bakıya qayıtmışdır. İki ədəd kisədəki heroini və metamfetamini yaşadığı ünvan 4 ünvanında yerləşən evinin həyətindəki yardımçı tikilidə gizlətmişdir. Bundan sonra Kənanın tapşırığına əsasən heroinin 35 qram hissəsini elekton tərəzidə çəkib sellofan bükümdə qablaşdırmışdır ki, həmin heroini qəsəbə ərazisində bir yerə qoyub bu barədə Kənana bildirsin. Bu məqsədlə 04 fevral 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin iki nəfər mülki geyimli əməkdaşı ona yaxınlaşaraq onu saxlamışlar və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirmişlər. O, törətdiyi cinayətin üstünün artıq açıldığını görüb etiraz etməmiş və üzərində heroin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada ona müdafiəçi təqdim etmişlər, hüquq və vəzifələrini izah etmişlər və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər, o da etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən ona edilmiş təklifdən sonra əynindəki qara rəngli şalvarın sol yan cibindən Kənanın tapşırığı ilə başqa yerə yerləşdirmək üçün götürdüyü bir bükümdə heroini təqdim etmişdir. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 35 qram olduğu müəyyən olmuşdur. Şəxsi axtarış zamanı o, həmçinin üzərində olan bir ədəd “Samsung” markalı mobil telefon aparatını və bir ədəd “Leobank” kartını da təqdim etmişdir. Daha sonra ona edilmiş təklifdən sonra özü könüllü olaraq Kənandan götürdüyü külli miqdarda narkotik vasitə və psixotrop maddəni yaşadığı evdə saxladığını etiraf etmişdir. Bundan sonra həmin gün gecə polis əməkdaşları onu yaşadığı evə aparmışlar. Orada o, özü evin həyətindəki saxlanc yerində döşəyin arxasında gizlətdiyi iki ədəd qara rəngli kisəni təqdim etmişdir. Kisələrdən birinin içərisində bir ədəd elektron tərəzi və 30 ədəd sellofan bükümdə heroin, digər kisənin içərisində isə 10 ədəd bağlamada psixotrop maddə metamfetamin olmuşdur. Kisələrdən aşkar edilmiş heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, heroinin çəkisinin 30 kiloqram, metamfetamin çəkisinin isə 10 kiloqram olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş heroin, metamfetamin və elektron tərəzi qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 40-41, 56- 59, 67-69, 146-149, 258-261). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası ərazisindən qaçaqmalçılıqla Azərbaycan Respublikası ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib Azərbaycan Respublikası ərazisində qanunsuz dövriyyəsi, yəni satışını həyata keçirməsi barədə daxil olmuş məlumat əsasında 03 fevral 2023-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Baş İdarə rəisinin əmri ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və həmkarı Şahid2 qrupa daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılmış və sonuncu xx.xx.2023-cü il tarixdə saat 00:30-da ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanmasının əsaslarını izah edərək onu tərəfindən qəbul edilmiş qərarla tanış etmişlər və onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Baş İdarədə araşdırmanın aparılması təhqiqatçı Anar Aslanova həvalə edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkliş aparılmaqla onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, sonuncu da bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü, bir ədəd açarı, bir ədəd “Samsung” markalı mobil telefon aparatını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, amma onun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Bəhruz Behbudov təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Yardımlı rayonu, Arus kəndinin ərazisində sosial şəbəkədən tanış olduğu Kənan adlı İran İslam Respublikası vətəndaşından götürdüyünü, narkotik vasitəni Kənan adlı şəxsin tapşırığına əsasən deyilən yerlərə qoymaqla pul əldə etməli olduğunu, bundan başqa yaşadığı mənzildə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxladığını deyərək yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə onun ünvan 4 ünvanında yerləşən mənzilinə baxış keçirilmişdir. Mənzilə baxış zamanı təhqiqatçı tərəfindən edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs evin həyətindəki saxlanc yerində döşəyin altında gizlətdiyi iki ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbalara baxış keçirilərkən oradan bir ədəd elektron tərəzi, 30 ədəd sellofan bağlamada heroin və 10 ədəd sellofan bağlamada metamfetamin aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və bir ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 02:00-dən etibarən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçinin iştirakı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, onu sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı Kənan adlı şəxslə Yardımlı rayonunda görüşüb əldə etdiyini, bunun müqabilində 8000 manat pulun özünə məxsus plastik karta köçürüldüyünü, bundan başqa yaşadığı evdə də narkotik maddə olduğunu, polis əməkdaşları tərəfindən həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə olunmuş və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-31, 88-89). Evə baxış keçirilməsi və götürmə haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 03:40-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən evin həyətindəki yardımçı tikilidə saxlanılan iki ədəd qara rəngli sellofan torbadan bir ədəd elektron tərəzi, otuz ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər maddə və on ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən təxminən bir aydı tanıdığı İran İslam Respublikasının vətəndaşı Kənan adlı şəxslə Yardımlı rayonunda görüşüb sonuncunun qeyd etdiyi ünvanlara və şəxslərə çatdırmaq məqsədilə bir gün əvvəl əldə etdiyini, bunun müqabilində 8000 manat pulun ona məxsus bank kartına köçürüldüyünü, daha əvvəl də Kənan adlı şəxslə eyni işi görüb 5000 manat pul əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə olunmuş və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34-35, 88-89). Məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2023-cü tarixli 6/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 31,209 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş..” yazısı və imzalar olan kisələrdə 30(otuz) ədəd bükümdə ümumi təmiz çəkisi 30142,1 qram (30 kq 142,1 qr.) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 10 (on) ədəd bükümdə ümumi təmiz çəkisi 10002,9 qram (10 kq 2,9 qr.) ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindi. Bir ədəd kağız paketdəki üzərində “QZ-161 5000q x1q177oz” yazısı olan mavi rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 30173,309 qram (30kq 173,309 qr.) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkiləri 31,109 qram və 30141,5 qram, metamfetaminin qalıq çəkisi 10002,7 qram təşkil edir (cild 1, iş vərəqə 43-45) Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 iyul 2023-cü il tarixli 4668 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 124-125) Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsi “Addam” kimi, +98 ********** nömrəsi “Qaaaaaaaa” kimi, +98 ********** nömrəsi “Ddd” kimi, +98 ********** nömrəsi “Sallam” kimi, +98 ********** nömrəsi “Seymur 2” kimi qeydə alınmışdır. Mobil telefon aparatının “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sistem vasitəsilə adları “Sallam” və “Seymur 2” kimi qeyd edilən istifadəçilərlə əlaqələr yaratsa da aparılan yazışmalar silinmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş “Samsung Galaxy A12” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 90, 136, 247) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 5(003)-60/2023 saylı qərarı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 03 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 35-37). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD disklərdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022 09:54:03 tarixdən xx.xx.2022 15:54:19 tarixədək, xx.xx.2022 07:11:19 tarixdən xx.xx.2022 11:17:39 tarixədək, xx.xx.2022 17:30:04 tarixdən xx.xx.2022 06:47:25 tarixədək, xx.xx.2022 08:07:00 tarixdən xx.xx.2022 11:43:32 tarixədək, xx.xx.2022 22:20:14 tarixdən xx.xx.2022 08:34:42 tarixədək, xx.xx.2022 17:50:34 tarixdən xx.xx.2022 07:21:18 tarixədək, xx.xx.2023 00:43:47 tarixdən xx.xx.2023 03:11:07 tarixədək, xx.xx.2023 18:21:15 tarixdən xx.xx.2023 11:00:20 tarixədək, xx.xx.2023 02:04:27 tarixdən xx.xx.2023 04:32:47 tarixədək mobil nömrənin anten dairələrinin Yardımlı rayonunu göstərdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhərindən çıxaraq Yardımlı rayonuna getməsi, xx.xx.2023- cü il tarixdə saat 05 radələrində Yardımlı rayonunda Kənan adlı şəxsdən narkotik vasitə və psixotrop maddəni əldə etməsini bildirməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlarla tam təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsə məxsus mobil nömrənin anten dairəsinin xx.xx.2023-cü il saat 02:04-dən xx.xx.2023-cü il saat 04:32-dək Yardımlı rayonunun inzibati ərazisi olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 226-229). Əməliyyat tapşırığına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən verilmiş cavabdan görünür ki, şəxsiyyəti dəqiqləşdirilməmiş İran İslam Respublikası vətəndaşı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə və psixotrop maddə keçirilməsini təşkil edərək həmin narkotik vasitə və psixotrop maddə keçirilməsini təşkil edərək həmin narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz yayılması ilə bağlı Təqsirləndirilən şəxsla qabaqcadan razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni naməlum vaxta Yardımlı rayon ərazisindən əldə edib idarə etdiyi avtomobillə Bakı şəhərinə daşımışdır (cild 1, iş vərəqə 123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 98). Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Zevin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə qonşuları, həmyaşıdları və həmkəndliləri ilə xoş münasibətdə olmuş, kəndin xeyir-şər işlərində yaxından iştirak etmiş, ictimai işlərdə fəal olmuşdur (cild 1, iş vərəqə 121). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına, evindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisinin az olmasına, qaçaqmalçılıq cinayətinə aidiyyatı olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, axtarış və götürmə aparılması haqqında protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti törətməməsi ilə bağlı mövqeyi ilə əlaqədar qeyd edir ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq Cinayət Məcəlləsinin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq Cinayət Məcəlləsinin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq Cinayət Məcəlləsinin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni – özünün məhkəmədə qeyd etdiyi kimi dəyəri iki milyon manatdan çox olan «malları» Azərbaycan Respublikasının ərazisinə keçirilməsi üçün qeyriləri ilə qabaqcadan sövdələşib razılaşmış, məhz onun təminatlı razılaşmasından sonra avtomat silahlarla silahlanmış qeyriləri qabaqcadan razılaşdıqları sxemə uyğun hərəkət etməklə sərhədyanı ərazidə gecə saatlarında görüşərək, 30 kq 173,309 qram çəkidə heroini və 10 kq 2,9 qram metamfetamini təhvil alıb yenə qabaqcadan razılaşdıqları cinayətkar plana uyğun şəkildə Bakı şəhərinə daşıyıb gətirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünün etiraf etdiyi dəyərdə - iki milyon manatdan çox dəyərdə olan 30 kq 173,309 qram çəkidə heroini və 10 kq 2,9 qram çəkidə metamfetamini qaçaqmalçılığın bilavasitə icraçılarından məhz sərhəd ərazisində ifşa olunma baxımından kifayət qədər riskli şəraitdə və vaxtda qəbul etməsi, habelə cinayətkar razılaşmanın sonrakı mərhələsi kimi onları Bakı şəhərinə daşıyıb şərtləndirilmiş qaydada satışını təşkil edəcəyi ilə bağlı qabaqcadan təminatlı vədləri, ərazini tanıyan məlumatlı şəxs kimi hərəkət edərək cinayətin təhlükəsiz şəraitdə törədilməsinə əminlik mühitinin yaradılmasına xidmət edən davranışı yekunda onun qeyrilərinin qaçaqmalçılıq cinayətini bilavasitə icra etmələrinə kömək edən, istiqamətləndirən xüsusatlardır. Cinayət işi üzrə çoxsaylı sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni onlar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat almamış, əksinə, həmin külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsi tarixi, saatı, istiqaməti məhz onunla razılaşdırılmış plan əsasında həyata keçirilmişdir. Bu hal həm də mobil telefon operatoru tərəfindən təqdim edilmiş, təqsirləndirilən şəxsin 03 fevral 2023cü il tarixdə hərəkət marşurutu, habelə telefon danışıqlarının statistik məlumatlarına dair açıqlamaları - təkzib edilməsi mümkünsüz olan texniki məlumatlarla da birbaşa öz təsdiqini tapır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 12, 79-83). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 30172,609 qram təşkil heroin, qalıq çəkisi 10002,7 qram təşkil edən metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və mənzilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 43). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30172,609 qram təşkil edən heroin, qalıq çəkisi 10002,7 qram təşkil edən metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və mənzilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar