Məhkəmə qərarları › İş №1(101)-228/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-228/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-228/2021 13.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1989-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, avtoyuma məntəqəsində yuyucu işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücülük fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələri İran İslam Respublikasında külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yol ilə keçirib realizəsini təşkil etmə barədə 2020-ci ilin yanvar ayında Bakı şəhərində Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü, istintaqa məlum olmayan vaxtda və mənbədən sellofan torbanın içərisində bir ədəd bağlamada külli miqdarda, 500 qram metamfetamin psixotrop maddəsi, bir ədəd bağlamada isə ayrı-ayrı qablaşdırılmaqla külli miqdarda, 500 qram heroin narkotik vasitəsi və 42,816 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, ona çatdırması üçün 12 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 təhvil verərək sonuncu tərəfindən cinayətlərdən xəbərsiz olan Azərbaycan Respublikasının vətəndaşı Şahid1 idarə etdiyi “DAEWOO” markalı, **-JF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan plastmas vedrənin içərisində olan ehtiyat hissələrin altında yerləşdirilərək saxlanmasına, daşınmasına və 12 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, keçirilmiş gömrük baxışı zamanı qeyd edilən psixotrop maddə və narkotik vasitələr aşkar edilmiş, onların çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd edilən tarixdə saat 23 radələrində o, həmin psixotrop maddə və narkotik vasitələri təhvil aldıqdan sonra saxlanılmışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən 01 həb metadon narkotik vasitəsi əldə etmiş, saxlamış, əynində olan gödəkcənin ön sağ iç tərəfinin astarının altında daşımış, 13 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələri İran İslam Respublikasından külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yol ilə keçirib realizəsini təşkil etmə barədə 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 12 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasında cinayətkar qrupun həmin ölkədəki şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən satış məqsədi ilə qanunsuz olaraq sellofan torbanın içərisində bir ədəd bağlamada külli miqdarda 500 qram metamfetamin psixotrop maddəsi, bir ədəd bağlamada isə ayrı-ayrı qablaşdırılmaqla külli miqdarda, 500 qram heroin narkotik vasitəsi və 42,816 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, Bakı şəhərində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 çatdırmaq məqsədi ilə cinayətlərdən xəbərsiz olan Azərbaycan Respublikasının vətəndaşı Şahid1 idarə etdiyi “DAEWOO” markalı, **-JF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindəki plastmas vedrənin içərisində olan ehtiyat hissələrin altında yerləşdirilərək saxlanmasına, daşınmasına və 12 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, keçirilmiş gömrük baxışı zamanı qeyd edilən psixotrop maddə və narkotik vasitələr aşkar edilmiş, onların çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd edilən tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 həmin psixotrop maddə və narkotik vasitələri təhvil aldıqdan sonra saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, təqribən üç il əvvəl Bakı şəhəri, Biləcəri qəsəbəsində adını xatırlamadığı tanışı ilə narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. O, marixuanadan əlavə “şüşə” adlanan psixotrop maddədən istifadə etmiş, 04 yanvar 2020-ci il tarixdə təxminən 15 ildir tanıdığı Orxan adlı dostu ona Bakı şəhərinə gəlməyi təklif etmişdir. O da öz növbəsində Orxanın təklifini qəbul edərək Bakı şəhərinə gələrək onunla birlikdə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Ege Hospital”a yaxın ərazidə onun kirayə qaldığı mənzilə getmişdir. Orxanla həmin mənzildə “Sədiş” kimi tanıdığı qadında yaşamış, orada Sədişlə də tanış olmuş, “Sədiş” aralarında olan söhbət zamanı ona əvvəllər narkotik vasitədən istifadə etdiyini, lakin son vaxtlar tərgitdiyini bildirmişdir. O, Bakıda olduğu müddətdə Orxanla mütəmadi olaraq hər gün narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 09 yanvar 2020-ci il tarixdə o, Orxana Bərdəyə qayıtmaq istədiyini demiş, lakin Orxan ona getməməyini, qalmağını, özünün də, onunla birlikdə Bərdəyə gedəcəyini söyləmişdir. Orxanın hər gün ona təkidlə getməməyini söyləyərək israr etməsi səbəbindən Orxandan şübhələnməyə başlamışdır. 12 yanvar 2020-ci il tarixdə təxminən saat 22 radələrində o, Orxan və Sədiş birlikdə Orxanın idarə etdiyi 02 **-RT-*** nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsilə Bakı Beynəlxalq Avtovağzalına getmişlər. Həmin yerə çatdıqda Orxan ona İrandan adına “portağal” yükünün gəldiyini söyləyib ondan həmin yükü təhvil almağını xahiş etmiş, o da, Orxanla razılaşmışdır. Bundan sonra Orxan mobil telefonu vasitəsilə onun əvvəllər tanımadığı, lakin telefon danışığı zamanı adı ona məlum olan iranlı “Nemət” adlı şəxslə əlaqə saxlayaraq adına gələn yükün çatıb-çatmamasını soruşmuşdur. Həmin iranlı yükü gətirən sürücünün mobil telefon nömrəsini demiş və Orxan həmin nömrəni təkrarlayarkən o, həmin nömrəni istifadəsində olan “Samsung J6” markalı mobil telefonuna qeyd etmişdir. Orxan telefonla danışdığı üçün ondan həmin mobil nömrəyə zəng etməsini xahiş etmiş, ardınca o, istifadəsində olan “+**********89” mobil telefon nömrəsi vasitəsilə Orxanın ona dediyi “+**********44” saylı mobil telefon nömrəsinə zəng etmişdir. Həmin şəxsə Orxanın adına gələn “portağal” yükü ilə əlaqədar zəng etdiyini demiş, həmin şəxs isə ona təqribən 40 dəqiqəyə “Bakı Beynəlxalq Avtovağzalı”na çatacağını demişdir. Bundan sonra Orxan onun mobil telefonunu götürərək yaxşı danışmadığını deyərək özü həmin şəxslə söhbət etməyə başlamış, həmin vaxt Orxanın “Mikayıl” deməsini eşitsə də, başı qarışıq olduğundan sürücü ilə konkret nə danışdığını eşitməmişdir. Bundan sonra o, maşından enərək avtobusların dayanacağına tərəf getmiş, o həmin yerə çatdıqda yenidən “+**********44” saylı mobil telefon nömrəyə zəng etmiş və həmin şəxs ona təqribən 10 dəqiqəyə çatacağını demişdir. Təxminən 10 dəqiqə sonra o, həmin şəxsə yenidən zəng etmiş, həmin şəxs isə ona “Bakı Beynəlxalq Avtovağzalı”na çatdıqda zəng edəcəyini bildirmişdir. Bundan sonra o, Orxanın idarə etdiyi nəqliyyat vasitəsinə qayıtmış, Orxandan şübhələndiyi üçün ondan adına gələn yükün dəqiq olaraq nə olduğunu soruşmuş, o da etiraf etmişdir ki, həmin yükün içərisində narkotik vasitə vardır. Lakin Orxan ona həmin narkotik vasitənin növünü, miqdarını, həmçinin nə məqsədlə gətirdiyini deməmiş, ardınca Orxan ona qorxmamağını və problem çıxacağı təqdirdə məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsində olarkən Orxanla birlikdə narkotik vasitə olan marixuana istifadə etmiş, daha sonra Orxana bundan sonra narkotik vasitə istifadə etməyəcəyini demişdir. Bundan sonra Orxan ona üzərində “F/M 40” yazısı olan 1 ədəd həb vermiş və onu 4 hissəyə bölərək 4 gün, hər gün 1 hissəsini qəbul etməyini məsləhət görmüş və həmin həbin narkotik vasitənin istifadəsini dayandırmağına köməklik edəcəyini demişdir. Bundan sonra o, nəqliyyat vasitəsindən enərək yenidən dayanacağa doğru getmiş, həmin yerə doğru gedərkən istifadəsində olan “+**********89” mobil telefon nömrə ilə “Whatsapp” mobil proqramı vasitəsilə Orxanın istifadəsində olan “+**********71” saylı mobil telefon nömrəyə səsli mesaj göndərərək gözlədikləri avtobusun gəldiyini məlumat vermişdir. Dayanacağa çatdıqda yenidən “+**********44” saylı mobil telefon nömrəyə zəng etmiş, ardınca zəngə cavab verən şəxsi uzaqdan görüb, həmin şəxsə tərəf yaxınlaşmışdır. Həmin şəxsə iranlı Nemət tərəfindən göndərilən əslində içərisində narkotik vasitə olan, “portağal” yükünü təhvil almaq istədiyini demiş, həmin şəxs isə ona sərnişinlərin getməyini gözləməyini bildirmişdir. Sərnişinlər getdikdən sonra o, yükü təhvil almış, bu zaman əməliyyat müvəkkilləri xidməti vəsiqələrini təqdim edərək onu saxlamışlar. Həmin vaxtı o, yükün ona deyil Orxana məxsus olduğunu demiş, onları Orxanın idarə etdiyi **-RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobilinə yönəltmişdir. Həmin vaxtı Orxan nəqliyyat vasitəsini sürətlə idarə edərək ərazidən uzaqlaşmış, bundan sonra əməliyyat müvəkkilləri onu araşdırma aparılması məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında 1 ədəd sellofan torbada olan 2 ədəd bağlamaya yerləşdirilmiş qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddəyə, qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli heroinə oxşar maddəyə və qablaşdırılması ilə birgə təqribi çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddəyə baxış keçirilmiş və aşkar olunmuş predmetlər protokol əsasında qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli gödəkcənin ön sağ içəri tərəfində astarının altından üzərində “M40” yazısı olan 1 ədəd həb, əynində olan şalvarın ön sağ cibindən üzərində “SHARP” yazısı olan, tiyəsi ilə birlikdə uzunluğu 160 mm təşkil edən 1 ədəd bıçaq və üzərinə ərinmiş halda selofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş metamfetamin psixotrop maddəsi, heroin və marixuana narkotik Orxana aid olmuş, həmin sərnişin avtobusuna Orxan ondan qeyd edilənləri götürməyini xahiş etdiyinə görə onları götürmək məqsədi ilə yaxınlaşmışdır. Həmin psixotrop maddə və narkotik vasitələri təhvil almaq qarşılığında Orxan və ya digər şəxslər ona heç nə vəd etməmiş, Orxan uşaqlıq dostu olduğu üçün sonuncunun xahişini qəbul etmişdir. Aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri kimdən və harada əldə edilməsi barədə tam olaraq məlumatı olmamış, lakin həmin yük barəsində Orxan “Nemət” adlı iranlı ilə əlaqə saxlayarkən onların danışıqlarından ona məlum olmuşdur ki, psixotrop maddə və narkotik vasitələr İrandan göndərilmişdir. Qeyd edilən maddələrin kim tərəfindən sərnişin avtobusuna yerləşdirməsindən məlumatı yoxdur. O, psixotrop maddə və narkotik vasitələri təhvil almaq üçün yaxınlaşdığı “DAEWOO” markalı, ** JF *** nömrə nişanlı avtobusunun ehtiyat sürücüsü Təqsirləndirilən şəxs2, sürücüsü Şahid1 və sürücü köməkçisi Şahid2 tanımır, həmin şəxslərin, habelə “Sədiş” adlı şəxsin bu cinayət əməlinin törədilməsində hər hansı formada iştirak edib-etməmsi barədə məlumatı yoxdur. O, “Mikayıl” adlı şəxsidə tanımır, onun törədilmiş cinayət əməllərində hər hansı formada iştirak edib-etməməsini də bilmir. O, “Vəli” adlı şəxsidə tanımır, fikrincə “Nemət” kimi tanıdığı şəxs tutulmaqdan qorxduğu üçün hər kəsə öz adını fərqli şəkildə təqdim etmiş, İsanın da malın hansı səbəbdən “qum” olmasını deməsi ona aydın deyildir. Bundan əlavə 1 ədəd rulon halında 5 manatlıq pul əskinasını “kakos” qəbul etməsi üçün Orxana vermiş, həmin əskinasın hesabına “kakos” qəbul etmişdir. Sonradan Təqsirləndirilən şəxs1 iş üzrə şahid qismində dindirilən dostu Orxan Məmmədovun və onun müdafiəçisinin məhkəmədə verdiyi suallarına cavab verərkən, Nemət adlı tanışının ona portağal sovqatı göndərdiyi səbəbindən avtovağzala getdiyini, tanışı Orxan Məmmədovdan avtovağzala getməyi onun xahiş etdiyini, özünün və Orxanın narkotik vasitələrdən xəbərlərinin olmadığını bildirmişdir. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 30 ildir İrandan keçməklə Bakı-Naxçıvan və əks istiqamətlərdə hərəkət etməklə sürücü işləyir. Son vaxtlar istifadəsində olan “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusu ilə sürücülük fəaliyyəti ilə məşğul olur, həmin nəqliyyat vasitəsini əsas sürücü kimi Şahid1, ehtiyat sürücü kimi o, idarə edirlər. Şahid2 isə sürücü köməkçisi kimi onlara kömək edir. Onlar sonuncu dəfə 11.01.2020-ci il tarixdə “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusu ilə Bakı şəhərindən çıxaraq Naxçıvana getmək üçün İran İslam Respublikasının ərazisinə keçmişlər. Onlar İran ərazisində olarkən o, avtobusun yanacaq çəninə 200 litr dizel yanacağı doldurduğu üçün İranın Culfa sərhəd məntəqəsində limitdən artıq yanacağa görə ona cərimə təyin edilmişdir. Həmin cəriməni ödəməli olduğu üçün Naxçıvan MR-nın ərazisinə gedə bilməmiş, lakin Tahir və Tural nəqliyyat vasitəsini idarə etməklə Naxçıvana getmişlər. O, göstərilən səbəbdən bir gün İranda qaldıqdan sonra Tahirlə Tural həmin nəqliyyat vasitəsini idarə etməklə Bakı şəhərinə getmək üçün yenidən İrana daxil olmuşlar. O, “DAEWOO” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minərək onlarla birgə Azərbaycan istiqamətində yola düşmüşlər. Onlar nəqliyyat vasitəsini idarə edərək 12 yanvar 2020-ci il tarixdə təxminən saat 13-14 radələrində İran İslam Respublikasında yerləşən, sərnişin daşımı ilə məşğul olan nəqliyyat vasitələri istirahət və digər ehtiyacların ödənilməsi üçün dayandıqları “Yeddi Bulaq” adlanan əraziyə çatmışlar. Onlar həmin yerdə olarkən avtomobil ustası kimi bir neçə ildir tanıdığı “Vəli” adlı iranlı ona yaxınlaşaraq əl yükünün olduğunu, həmin yükün “Bakı Beynəlxalq Avtovağzalı”nda bir nəfərə çatacağını və bunun müqabilində 500 manat pul verəcəyini bildirmişdir. O, “Vəli”dən əl yükünün kimə çatacağını soruşduqda, “Vəli” Bakı “Beynəlxalq Avtovağzalı”na çatdıqda bir şəxsin zəng vuraraq onunla danışmaqla gəlib həmin əl yükünü təhvil alacağını bildirmiş, lakin həmin şəxsin adı və ya digər anket məlumatlarını ona söyləməmişdir. O, “Vəli”dən əl yükünün nədən ibarət olduğunu soruşduqda “Vəli” ona əl yükündə qum olduğunu və bu qumu İranda karxana kimi fəaliyyət göstərəcək şirkət qurmaq məqsədilə Bakıya analiz üçün göndərdiyini demişdir. O, “Vəli” ilə razılaşaraq həmin əl yükünü ondan götürüb “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusunun yük yerinə qoymuşdur. Həmin vaxt Tahir mağazaya, Tural isə yanacaq almaq üçün əlində plastmas qabla yanacaq doldurma məntəqəsinə getmiş, onlar onun “Vəli”dən götürdüyü yükü görməmişlər. Ardınca Tahir nəqliyyat vasitəsini idarə etməklə, onunla Tural isə Tahirin yanında olmaqla 12 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postuna çatmışlar. Həmin gömrük postuna çatdıqdan sonra “DAEWOO” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna onun, Şahid1, Şahid2, 2 nəfər hal şahidinin və gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və baxış zamanı avtobusun gömrük təminatı vurulmamış (plomb) yük yerindən yerə qoyulmuş plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altından, həmin yerə onun tərəfindən yerləşdirilmiş, gömrük orqanına təqdim edilməmiş, bir ədəd sellofan torba aşkar edilmişdir. Bunun ardınca həmin torbaya baxış keçirildikdə onun içərisində olan, gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış cəmi iki ədəd bağlama olmuşdur. Həmin bağlamaların bir ədəd qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, digər bir ədəd bağlamada isə ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli heroinə oxşar maddə və ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı sözügedən bağlamaların aşkar edildiyi ehtiyat hissələri olan vedrəyə onun tərəfindən qoyulduğunu, həmin bağlamaları İranda olarkən “Vəli” adlı iranlı şəxsdən “qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakı şəhərinə nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməyi müqabilində 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Bundan sonra həmin bağlamaların çatmalı olduğu şəxslərin müəyyən edilməsi üçün gömrük əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və həmin bağlama nəqliyyat vasitəsində olmaqla onlar gömrük əməkdaşlarının nəzarəti altında Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. O, gömrük əməkdaşlarının nəzarəti altında yolda Bakı şəhərinə çatmağa az qalmış “Votsap”da “Vəli” ilə danışaraq Bakı şəhərinə az məsafə qaldığını, həmin bağlamanı götürməli olan şəxslə danışaraq yükü götürməsi üçün həmin şəxsə onun nömrəsini verməsini demişdir. Bundan bir neçə dəqiqə sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, zəng edən şəxs “Mikayıl”ın adamı olduğunu və ona İrandan “portağal” yükünün göndərildiyini söyləmişdir. “Vəli” ona göndərdiyi yükün qum olduğunu, zəng edən şəxs isə ona göndərilən malın “portağal” olduğunu, “Mikayıl”ın adamı olduğunu dediyi üçün o, dəqiqləşdirmə aparmaq məqsədi ilə yenidən Vəliyə “Votsap”la zəng edib həmin şəxsin dediklərini “Vəli”yə söyləmiş, “Vəli” isə göndərdiyi yükü həmin şəxsə verməyini demişdir. Bundan bir qədər sonra o, həmin şəxslə danışaraq “Bakı Beynəlxalq Avtovağzalı”nda görüş təyin etmiş və 12.01.2020-ci il tarixdə təqribən saat 23 radələrində avtovağzala çataraq bu barədə həmin şəxsə məlumat vermişdir. Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Beynəlxalq Avtovağzalı”na **-RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobili ilə görüşə gələn, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 bir ədəd sellofan torba içərisində olan, gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış cəmi 2 ədəd bağlama olmaqla, 1 ədəd bağlamadan qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, digər 1 ədəd bağlamada isə ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli, narkotik vasitə hesab edilən heroinə oxşar maddə və ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddəni ondan təhvil aldıqdan sonra gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Gömrük əməkdaşları saxlamaq üçün ona yaxınlaşarkən **-RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobilin sürətlə ərazidən uzaqlaşmışdır. O, həmin nəqliyyat vasitəsini idarə edən şəxsi və onun içərisində kimlərin olmasını görməmiş, bundan sonra onlar araşdırma aparılması məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişlər. O, Təqsirləndirilən şəxs1 tanımamış, aralarında heç bir münasibətləri olmamış, o “Vəli” adlı şəxsi avtomobil ustası kimi tanımış, aralarında normal münasibətləri olmuşdur. O, əvvəllər çox az-az hallarda İran İslam Respublikasının ərazisində hər hansı şəxsdən yük qəbul edərək Azərbaycan Respublikasının ərazisinə gətirmişdir. Onlar İranda verilən yüklərdə narkotik vasitə ola biləcəyindən ehtiyat edərək çox az hallarda yaxın etibar etdikləri tanışları xahiş etdikdə İrandan yük qəbul edərək Azərbaycana gətirmişlər. Vəli ilə tanışlıq münasibətləri olduğu halda, “Vəliyə” inandığından onun xahişini yerinə yetirmişdir. O, əvvəllər “Vəli”nin sifarişi ilə Azərbaycan Respublikasının ərazisinə hər hansı bir yük gətirməmiş, o Naxçıvan və ya İrandan Bakıya yükləri adətən yükün çəkisi və qabaritindən asılı olaraq 10-15 manata gətirdiyi halda, “Vəli”nin ona təxminən 1 kq çəkisi olan yükü Bakı şəhərinə aparmağına görə 500 manat pul təklif etməsi ondan heç bir şübhə yaratmamış və bununla bağlı Vəliyə heç bir sual verməmişdir. O, daşımaq üçün qəbul etdiyi yüklərin nədən ibarət olmasını yükləri qəbul edərkən həmişə yoxlasa da, Vəlinin ona təqdim etdiyi yükü yoxlamamış və hansı səbəbdən belə hərəkətə yol verməsini də bilmir. O, “Vəli”nin təqdim etdiyi yükü yer tutmaması üçün vedrəyə qoymuş, həmin vaxt vedrənin yanında ehtiyat hissələri olduğundan həmin ehtiyat hissələri də, yer tutmaması üçün vedrənin içərisinə qoymuşdur. Vəli ona yükü təqdim edərkən onun içərisində qum olduğunu dediyini, lakin yükü götürən Natiq isə yükün portağaldan ibarət olduğunu söylədiyi halda, gömrük əməkdaşları tərəfindən keçirilən əməliyyatın uğursuz olacağını, Vəli və Natiqin əməliyyat qurulmasından xəbər tutacaqlarını düşündüyündən bu ziddiyyət barədə Natiq və ya Vəlidən heç nə soruşmamışdır. O, “Mikayıl”ı tanımır, “Mikayıl”ın bu əməlin törədilməsində hansı şəkildə iştirak etməsindən məlumatsızdır. Şahid1 və Şahid2 nəinki qeyd edilən bağlamalarda narkotik vasitə və psixotrop maddələr olmasından, ümumiyyətlə onun “Vəli”dən belə bağlama qəbul etməyindən məlumatları olmamışdır. Təqsirləndirilən şəxs1 qeyd edilən bağlamanı İrandan “Nemət” adlı şəxsin göndərdiyini söyləsə də, həmin bağlamanı ona “Vəli” vermiş, onun fikrincə “Vəli” yaxalanmamaq üçün hər kəsə özünü fərqli adlarla təqdim etmiş o, “Orxan” və “Sədiş” adlı şəxsləri də tanımır. O, 11-12 yanvar 2020-ci il tarixlərdə cərimələnməsi ilə əlaqədar İranda qalmış, lakin bu barədə sənədləri İranın dövlət orqanlarına təqdim etdiyi üçün həmin sənədləri təqdim edə bilmir. “Yeddi Bulaq” adlanan ərazidə olarkən Turalı Bakıda olan tanışına benzin vermək üçün yanacaq doldurma məntəqəsinə benzin almağa o, göndərmiş, bunu etməkdə hər hansı bir məqsədi olmamışdır. Tanışı “Vəli”dən içərisində psixotrop maddə və narkotik vasitələr aşkar edilmiş bağlamaları Tural və Tahir həmin yerdə olmadığı zaman təhvil alması tam təsadüf olmuşdur. Biləsuvar gömrük postunda psixotrop maddə və narkotik vasitələr aşkar edildikdən sonra o, həyəcanlı olduğundan həmin predmetlərin nəqliyyat vasitəsinə kim tərəfindən yerləşdirilməsindən məlumatsız olduğunu nümayiş etdirərək, avtomobilə lazımı şəkildə nəzarət etmədikləri üçün Tural və Tahirə öz iradını bildirmiş, lakin daha sonra şifahi sorğu-sual zamanı həmin predmetlərin özü tərəfindən nəqliyyat vasitəsinə yerləşdirildiyini söyləmişdir. Həmişə yoxlama keçirilərkən nəqliyyat vasitəsindən boşaldılmış yüklər bilavasitə nəqliyyat vasitəsinin yanına qoysalar da, Biləsuvar gömrük postundan yoxlama keçirilərkən içərisində psixotrop maddə və narkotik vasitələr olan vedrəni həmişə olduğundan fərqli olaraq, nəqliyyat vasitəsindən boşaldılmış yüklərdən bir qədər kənara qoymasını da xatırlamır. İrandan hər hansı yükü ünvanına çatdırmaq üçün qəbul etdikdə həmişə problem yaranmaması üçün yükü gömrük əməkdaşlarına təqdim etmək üçün nəqliyyat vasitəsinin salonunda gözlə görünən yerə qoysalar da, Vəlinin verdiyi yükün həqiqətən də, “qum” olduğuna inandığı üçün onu həmişə olduğundan fərqli şəkildə nəqliyyat vasitəsinin yük yerinə qoymuşdur. Sonradan Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq, özünü ümumiyyətlə təqsirli bilmədiyini, ilk olaraq məhkəmə iclasında fərqinə varmadan özünü qismən təqsirli bildiyini deməsini qeyd etmişdir. Məhkəmədən onun yaşlı və xəstə olmasının nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 30 il olar ki, sürücülük fəaliyyəti ilə məşğul olur. Təqribən 12 ildir ki, Naxçıvan-Bakı və əks istiqamətində sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Hazırda “Caspian Eksperss” şirkətinə məxsus “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusu ilə Naxçıvan-Bakı və əks istiqamətlərdə sərnişin daşıyır. Müxtəlif regionlara sərnişin daşıma fəaliyyətini həyata keçirdikdə adətən köməkçilərindən biri yanında olmaqla, sərnişin avtobusunu özü tək idarə edir. Naxçıvan-Bakı və əks istiqamətlərdə hərəkət etdikdə isə həmin şirkətin digər sürücüsü Təqsirləndirilən şəxs2 da, onunla birgə getmiş və nəqliyyat vasitəsini növbə ilə idarə etmişlər. 11 yanvar 2020-ci il tarixində sürücü Təqsirləndirilən şəxs2 və sürücü köməkçisi Şahid2 ilə birlikdə Bakı-Naxçıvan istiqamətində “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusu ilə Bakı şəhərindən Naxçıvan şəhərinə yola düşmüşlər. Həmin tarixdə saat 21 radələrində İranı İslam Respublikasının Culfa şəhərində olarkən avtobusun yancaq çənində gömrükdən keçirilməsinə icazə verilən həddən artıq miqdarda yanacaq olduğu üçün avtobus saxlanılaraq cərimə yazılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin cəriməni ödəmək məqsədi ilə İranın Culfa şəhərində qalmış, özü isə sürücü köməkçisi Turalla birgə Naxçıvan şəhərinə getmişlər. 12 yanvar 2020-ci il tarixində saat 09 radələrində sürücü köməkçisi Turalla birlikdə o, Naxçıvan-Bakı istiqamətində 18 nəfər biletli sərnişin və 3 nəfər əlavə sərnişin götürərək “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusu ilə Naxçıvan şəhərindən Bakı şəhərinə yola düşmüşlər. İdarə etdiyi avtobusun yan sağ və sol hissələrində ümumilikdə 6 ədəd baqaj hissəsi vardır. Onlardan 5 ədədinə sərnişinlərə məxsus əl yükləri yığılır və həmin baqajlar Naxçıvanda yerləşən avtovağzalda gömrük əməkdaşları tərəfindən gömrük möhürü ilə plomblanır. Avtobusun sağ yan tərəfinin arxa hissəsində yerləşən 1 ədəd baqaja isə avtobusa aid zəruri ehtiyat hissələrini yığıldığından həmin hissə plomblanmır. Adətən gömrük sərhədindən keçərkən gömrük əməkdaşları tərəfindən plomblanmış baqajlara baxış keçirilmir, əsasən plomblanmamış baqaj yoxlanılır. Bu qaydada onlar Naxçıvanda yerləşən avtovağzaldan yola düşərkən göstərilən 5 baqaj gömrük əməkdaşları tərəfindən yoxlanılaraq plomblanmış, ehtiyat hissələr yığılan baqaj isə plomblanmamışdır. Onlar Naxçıvanda yerləşən avtovağzaldan yola düşdükdən sonra təxminən saat 10 radələrində “Culfa” sərhəd keçid məntəqəsinə çatmış, orada sərnişinləri düşürdüb nəqliyyat vasitəsini gömrük yoxlamasına təqdim etmişlər. Bundan sonra gömrük əməkdaşları onun və köməkçisi Turalın iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirmişlər. Gömrük əməkdaşları yoxlamanın gedişatında avtobusun plomblanmamış baqajına baxış keçirən zamanı orada olan 20 litrlik yağ vedrəsinin içərisinə yığılan ehtiyat hissələrini yerə boşaldaraq baxış keçirdikdən sonra həmin ehtiyat hissələri yenidən vedrənin içərisinə yığıb həmin baqajda əvvəlki yerinə yerləşdirmişlər. Həmin yerə baxış keçirilərkən göstərilənlərdən başqa hər hansı digər əşya müəyyən edilməmiş, yoxlama tam başa çatdıqdan sonra onlar avtobusu idarə edərək İran İslam Respublikasının ərazisinə daxil olmuşlar. X17 şəhərində Təqsirləndirilən şəxs2 götürərək yola davam etmiş, həmin vaxt avtobusu Təqsirləndirilən şəxs2 idarə etməyə başlamış, təqribən saat 13-14 radələrində İranda fasilə üçün dayandıqları yerə “Yeddi Bulaq” adlanan əraziyə çataraq avtobusu orada saxlamışlar. Orada sərnişinlər ehtiyaclarını ödəmək üçün avtobusdan düşmüş, özü isə əvvəlcə ayaqyoluna getmiş, ardınca evə ərzaq məhsulları almaq üçün həmin ərazidə yerləşən ərzaq mağazasına girmiş və təxminən 15-20 dəqiqədən sonra avtobusun yanına qayıtmışdır. O, geri qayıdarkən köməkçi Turalın yanacaq doldurma məntəqəsindən 1 ədəd 20 litrlik plastmas qabda benzin alaraq geri qayıtdığını, İsanın isə avtobusun yanında tək olduğunu görmüş, Turalı yanacaq dalınca İsa göndərmişdir. Turalın aldığı benzin olan plastik qabı avtobusun plomb vurulmamış və avtobusun ehtiyat hissələri yığılan baqajına qoymuş, sonra sərnişinləri də, götürərək yola davam edib 12 yanvar 2020-ci il tarixdə saat təqribən 19 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postuna çatmışlar. Biləsuvar gömrük postunda idarə etdikləri “DAEWOO” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna gömrük əməkdaşları tərəfindən baxış keçirilmiş, baxışda o, İsa və Tural iştirak etmişlər. Baxış zamanı avtobusun plomb yəni, gömrük təminatı vurulmamış yük yerində olan ehtiyat hissələrinin yerləşdirildiyi plastmas vedrənin içərisində, ehtiyat hissələrini altında gizlədilmiş 1 ədəd sellofan torbada olan gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış cəmi 2 ədəd bağlamada olmaqla, 1 ədəd bağlamadan qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram təşkil edən ağ rəngli, kristal formada maddə, digər 1 ədəd bağlamada isə ayrılıqda sellofan bükülüdə qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram təşkil edən açıq qəhvəyi rəngli maddə və ayrılıqda sellofan bükülüdə qablaşdırılması ilə birgə çəkisi 44 qram təşkil edən yaşıl rəngli maddə aşkar edilmişdir. Buna baxmayaraq Azərbaycanın “Culfa” sərhəd keçid məntəqəsində həmin vedrəyə baxış keçirilərkən orada yalnız ehtiyat hissələr olmuş, onun fikrincə həmin maddələr vedrənin içərisindəki ehtiyat hissələrinin altında sonradan gizlədilmişdir. Qeyd edilən maddələr aşkar olunduqdan sonra İsa ilk olaraq onlardan məlumatsız olduğunu nümayiş etdirərək Turala avtobusu nəzarətsiz qoymamalı olduğunu bildirmiş, sanki həmin sellofan bükülülərin digər bir şəxs tərəfindən qərəzli şəkildə yerləşdirildiyini göstərməyə çalışmışdır. Daha sonra gömrük əməkdaşları o, Tural və İsa ilə sorğu-sual apararkən İsa şifahi olaraq içərisindən qeyd edilən maddələr aşkar edilmiş, sözügedən bağlamaları vedrənin içərisinə, ehtiyat hissələrin altına onun tərəfindən qoyulduğunu demişdir. Həmin bağlamaları İranda olarkən “Vəli” adlı iranlı şəxsdən “qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakı şəhərinə nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməyi müqabilində 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Bundan sonra sözügedən maddələri təhvil almalı olan şəxslə “Bakı Beynəlxalq Avtovağzalı”nda görüş təyin edilmiş, 12 yanvar 2020-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Bakı Beynəlxalq Avtovağzalı”na **- RT-*** nömrə nişanlı, “Hyundai” markalı minik avtomobili ilə görüşə gələn, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 2 ədəd bağlamaya yerləşdirilmiş həmin maddəni Təqsirləndirilən şəxs2 təhvil aldıqdan sonra əməliyyat müvəkkilləri həmin şəxsə yaxınlaşmışlar. Həmin vaxtı **-RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobili sürətlə həmin ərazidən uzaqlaşmışdır. Bundan sonra onlar araşdırma aparılması məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişlər. O, vedrənin içərisindən, ehtiyat hissələrin altından aşkar edilmiş maddələri yalnız gömrük baxışı zamanı aşkar edildikdən sonra görmüş və narkotik vasitələr olduğunu bilmişdir. Həmin maddələrin vedrənin içərisinə kim tərəfindən yerləşdirilməsini əvvəlcə bilməmiş, həmin maddələr aşkar olunduqdan sonra onları həmin yerə Təqsirləndirilən şəxs2 yerləşdirdiyi məlum olmuşdur. Onların əvvəlcədən İsanın belə bağlama qəbul etməsindən məlumatları olmamış, İsa onlara bu barədə heç nə deməmiş, İsanın bağlamanı qəbul etdiyi şəxsidə o tanımır. Onlar sürücü kimi işlədikləri müddətdə çox təsadüf hallarda İranda tanıdıqları şəxslərdən yük qəbul etmiş, yükü qəbul edərkən mütləq şəkildə onu açaraq baxmışlar. Həmişə yük qəbul etdikdə onları avtobusun içində açıq yerə qoyulmuş, həmişə belə etmələrinə baxmayaraq, bu dəfə İsa tamamilə fərqli davranaraq yükü qəbul edib onları həmin ehtiyat hissələrinin altında gizlətmişdir. Həmin vaxtadək nə İsa, nə də ki, o bu qaydada yük qəbul etməmiş, İsanın hansı səbəbdən belə etməsi ona məlum deyil. Bundan əlavə adətən gömrük postlarında avtobusda olan yükləri köməkçi avtobusdan yerə endirmiş və avtobusu boş halda rentgendən keçirmək üçün aparmış, lakin bu dəfə Biləsuvar gömrük postunda içərisində ehtiyat hissələrinin yerləşdirildiyi vedrəni avtobusdan İsanın özü endirmişdir. Bundan başqa gömrük postunun yoxlama xəttində avtobusdan sərnişinləri düşürməmişdən qabaq İsa avtobusdan yerə enmiş, bundan sonra o, sərnişinləri düşürüb yoxlama xəttinə daxil olmuş və adəti üzrə avtobusun sərhəddən keçməsi üçün zəruri olan prosedurlardan biri kimi ştrix-kod almağa getmişdir. O, bu zaman İsanın həmişə olduğundan fərqli olaraq artıq həmin ştrix-kodunu aldığı ona məlum olmuşdur. Ona görə də İsanın qeyd edilən bağlamaları qəbul edərək avtobusun baqajına yerləşdirməsindən Turalın xəbəri olmamış, o Təqsirləndirilən şəxs1 da tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək göstərdi ki, “Yeddi Bulaq” adlanan ərazidə olarkən Şahid1 ərzaq məhsulları almaq məqsədilə mağazaya getmişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə avtobusun yanında dayanıb sərnişinləri gözləmiş, bu zaman Təqsirləndirilən şəxs2 ondan avtobusun plomblanmamış yük yerində olan kanistri götürüb yaxınlıqda olan yanacaq doldurma məntəqəsinə gedib 20 litr benzin almağını xahiş etmişdir. Bundan sonra o, yük yerindən kanistri götürüb yanacaq doldurma məntəqəsinə gedib təxminən 5-6 dəqiqə sonra benzin alaraq geri qayıtmışdır. O, benzin alıb geri qayıdan zaman İsanın yanında kənar şəxs görməmiş, onun fikrincə İsa “Vəli” adlı şəxsdən narkotik vasitələri alması üçün onu yanacaqdoldurma məntəqəsinə göndərmişdir. Bundan sonra o, İsadan hansı səbəbdən ona benzin aldırdığını soruşmuş, İsa da benzini Bakıda tanışına verəcəyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 12 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun nəqliyyat vasitələrin idxal nəzarət xəttində xidmətdə olmuşdur. O, xidmətdə olarkən İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Şahid1 idarə etdiyi “DAEWOO” markalı, 99JF-830 nömrə nişanlı sərnişin avtobusu gömrük postuna daxil olmuşdur. Həmin nəqliyyat vasitəsi posta daxil olduqdan sonra o, gömrük postunda xidmət aparan Şahid3 ilə birgə avtobusa baxış keçirmişlər. Baxış keçirməzdən əvvəl o, nəqliyyat vasitəsinin sürücüsü Şahid1 idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Şahid1 ona cavab olaraq üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində qeyd olunan predmetlərin olmadığını söyləmişdir. Həmin vaxt Tahirin yanında digər sürücü Təqsirləndirilən şəxs2 və sürücü köməkçisi Şahid2 da, olmuşdur. Tahir qeyd edilən suala cavab verdikdən sonra nəqliyyat vasitəsində ola bütün yüklər həmin şəxslər tərəfindən yerə boşaldılmışdır. Bundan sonra nəqliyyat vasitəsi yoxlanılmış, lakin qanunla qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra avtobusdan yerə boşaldılmış yüklər yoxlanmağa başlanılmış, bu zaman avtobusda yerə boşaldılmış yüklərdən-avtobusun gömrük təminatı vurulmamış (plomb) yük yerindən yerə qoyulmuş, içərisində işlənmiş ehtiyat hissələri yığılmış plastmas materialından olan vedrə ehtiyat sürücü Təqsirləndirilən şəxs2 tərəfindən digər yüklərdən kənara qoyulduğuna görə bu hal diqqət çəkmiş və həmin vedrə ətraflı şəkildə yoxlanılmışdır. Yoxlama zamanı plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altında, gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan torbada olan, gümüşü folqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış 2 ədəd bağlama olduğu müəyyən olunmuşdur. Qeyd olunan predmetlərə şübhə yaratdığından 2 nəfər hal şahidinin, Fəridin, Tahirin, Turalın və İsanın iştirakı ilə həmin bağlamalara ətraflı baxış keçirilməsi üçün olduqları yerdən götürülmüşdür. Ətraflı baxış zamanı həmin bağlamalar açılmış və bu zaman birində ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddənin, digər bağlamada isə açıq qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə oxşar maddənin və həmin bağlamada əlavə olaraq bir ədəd sellofan bükümdə yaşıl rəngli, narkotik vasitə hesab olunan marixuanaya oxşar maddənin olduğu məlum olmuşdur. Aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilmiş, ağ rəngli, kristal formada psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 505 qram, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 502 qram və yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 44 qram olduğu müəyyən edilmişdir. Fakt aşkar edilən zaman İsa təəccüblü şəkildə Tahir və Turala həmin predmetin nə olmasını, kim tərəfindən nəqliyyat vasitəsinə yerləşdirilməsinə dair sual vermiş və nəqliyyat vasitəsinə lazımı şəkildə nəzarət etməmələrinə görə onlara irad tutmuşdur. Bu zaman Tahir və Tural təkidlə həmin bağlamalarda olan maddələrin nə olduğundan məlumatsız olduqlarını, həmin bağlamalardan xəbərlərinin olmadıqlarını, onların kim tərəfindən nəqliyyat vasitəsinə yüklənməsini bilmədiklərini söyləmişlər. Yalnız bundan sonra İsa sözügedən bağlamaların vedrəyə onun tərəfindən qoyulduğunu, həmin bağlamaları İranda olarkən Vəli adlı iranlı şəxsdən “qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakıya nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməsi müqabilində 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Bundan sonra həmin bağlamalar müvafiq qaydada götürülərək bu barədə sənədləşmə aparılmış, ardınca həmin predmetlər və toplanmış sənədlər aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş CƏBGİ-nin Biləsuvar gömrük postuna təkim olunmuş DGK-nin X6 Klubunun təlimatçısı Şahid3 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, DGK Əməliyyat-istintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməliyyat-axtarış şöbəsinin rəisi vəzifəsində işləyir. 12 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Şahid1 idarə etdiyi “DAEWOO” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna baxış keçirilmişdir. Baxış zamanı avtobusun gömrük təminatı vurulmamış (plomb) yük yerindən yerə qoyulmuş plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altından, gömrük nəzarətindən gizlədilmiş, bir ədəd sellofan torba aşkar edilmişdir. Həmin torbada olan, gümüşü falqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış iki ədəd bağlama olmaqla, bir ədəd bağlamada qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, digər bir ədəd bağlamada isə ayrılıqda sellofana bükülü halında qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə oxşar maddə və ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddə aşkar edilmişdir. Həmin fakt üzrə toplanmış material həmin maddələri Bakı şəhərində qəbul etməli olan şəxsi, onun kimə məxsus olmasını, habelə cinayət əməlinin törədilməsində iştirakı olan digər şəxsləri müəyyənləşdirmək məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi üçün Əməliyyat-İstintaq Baş idarəsinə göndərilmişdir. Sözügedən material Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olduqdan sonra qeyd edilən məqsədlə birgə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri davam etmişdir. Əməliyyat tədbirində istifadə edilməsi məqsədilə əvvəlcə aşkar edilmiş maddələr aşkar olunduqları bağlamaların daxilinə yenidən yerləşdirilmiş və bundan sonra nəzarət altında Təqsirləndirilən şəxs2 vasitəsi ilə sözügedən maddələri təhvil almalı olan şəxslə Bakı Beynəlxalq Avtovağzalında görüş təyin edilmişdir. 12 yanvar 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzalına **- RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobili gəlmişdir. Həmin avtomobillə gəlmiş Təqsirləndirilən şəxs1 həmin maddələri Təqsirləndirilən şəxs2 təhvil aldıqdan sonra o və əməliyyat qrupunun digər üzvləri həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşan zaman **-RT-*** nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsində olan digər şəxslər nəqliyyat vasitəsini sürətlə idarə edilərək həmin ərazidən uzaqlaşmışlar. Bundan sonra onlar özlərini xidməti vəsiqə əsasında Təqsirləndirilən şəxs1 təqdim edərək araşdırma aparılması məqsədilə onu Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan gödəkcənin ön sağ içəri tərəfindən, astarının altından üzərində “M40” yazısı olan 1 ədəd həb, əynində olan şalvarın ön sağ cibindən üzərində “SHARP” yazısı olan, tiyəsi ilə birlikdə uzunluğu 160 mm olan 1 ədəd bıçaq və üzərinə ərimiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul əskinası aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli, narkotik vasitə hesab edilən heroinə oxşar maddə, qablaşdırılması ilə birgə təqribi çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddə, üzərində “M40” yazısı olan 1 ədəd həb, üzərində “SHARP” yazısı olan 1 ədəd bıçaq və üzərinə ərimiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul əskinası araşdırma aparılması məqsədilə götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-Axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid7 və DGK Hava Nəqliyyatda Baş Gömrük İdarəsinin Əməliyyat-təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid8 da ifadələrində Şahid9 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 12 yanvar 2020-ci il tarixdə həmyerlisi Şahid5la birgə Biləsuvar gömrük postunun qarşısında olarkən şəxsiyyəti sonradan onlara məlum olan Pərviz adlı gömrük əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək İran islam Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitələrindən birində gömrük yoxlaması aparacağını söyləyib onlardan həmin yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da, öz növbələrində həmin yoxlamada hal şahidi qismində iştirak etməyə razılıq verdikdən sonra birlikdə nəqliyyat vasitələrinin idxal nəzarət xəttinə getmişlər. Həmin yerdə onlara məlum olmuşdur ki, yoxlama əvvəllər tanımadıqları Azərbaycan Respublikasının vətəndaşı Şahid1 idarə etdiyi, İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusuna tətbiq ediləcəkdir. Həmin vaxt Tahirin yanında şəxsiyyətləri sonradan onlara məlum olan digər sürücü Təqsirləndirilən şəxs2, sürücü köməkçisi Şahid2 və Fərid adlı digər bir gömrük əməkdaşı da, olmuşdur. Baxış keçirməzdən əvvəl Pərviz nəqliyyat vasitəsinin sürücüsü Şahid1 idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmamasını soruşmuş, sonuncu isə cavab olaraq üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində belə predmetlərin olmadığını söyləmişdir. Tahir qeyd edilən suala cavab verdikdən sonra nəqliyyat vasitəsində olan bütün yüklər həmin şəxslər tərəfindən yerə boşaldılmışdır. Bundan sonra nəqliyyat vasitəsi yoxlanılmış, lakin qanunla qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra avtobusdan yerə boşaldılmış yüklər yoxlanılmağa başlanmışdır. Bu zaman avtobusdan yerə boşaldılmış yüklərdən-avtobusun plomb vurulmamış yük yerindən yerə qoyulmuş, içərisində işlənmiş ehtiyat hissələri yığılmış plastmas materialından olan vedrə ehtiyat sürücü Təqsirləndirilən şəxs2 tərəfindən digər yüklərdən kənara qoyulduğuna görə, bu hal gömrük əməkdaşlarının diqqətini çəkdiyi üçün Pərviz həmin vedrəni ətraflı şəkildə yoxlamışdır. Yoxlama zamanı plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altında, gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan torbada olan, gümüşü falqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış 2 ədəd bağlama olduğu məlum olmuşdur. Bundan sonra Pərviz onun, Şamxalın, Fəridin, Tahirin, Turalın və İsanın iştirakı ilə həmin bağlamalara ətraflı, baxış keçirməsi üçün onları olduqları yerdən götürmüşdür. Ətraflı baxış zamanı həmin bağlamalar açılmış və bu zaman bağlamaların birində psixotrop maddə hesab edilən metamfetaminə oxşar ağ rəngli kristal formada maddənin, digər bağlamada isə narkotik vasitə hesab olunan heroinə oxşar açıq qəhvəyi rəngli maddənin və həmin bağlamada əlavə olaraq bir ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan marixuanaya oxşar yaşıl rəngli maddənin olduğu məlum olmuşdur. Aşkar olunan həmin maddələr elektron tərəzi ilə çəkilmiş, psixotrop maddə sayılan metamfetaminə oxşar ağ rəngli kristal formada maddənin qablaşdırılması ilə birgə çəkisinin 505 qram, narkotik vasitə hesab edilən heroinə oxşar açıq qəhvəyi rəngli maddənin qablaşdırılması ilə birgə çəkisinin 502 qram və yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 44 qram olduğu müəyyən edilmişdir. Onlar aşkar edilən zaman İsa təəccüblü şəkildə Tahir və Turala həmin predmetin nə olmasını, kim tərəfindən nəqliyyat vasitəsinə yerləşdirilməsinə dair sual vermiş və nəqliyyat vasitəsinə lazımı şəkildə nəzarət etməmələrinə görə onlara irad tutmuşdur. Bu zaman Tahir və Tural təkidlə həmin bağlamalarda olan maddələrin nə olduğundan məlumatsız olduqlarını, həmin bağlamalardan xəbərlərinin olmadıqlarını, onların kim tərəfindən nəqliyyat vasitəsinə yüklənməsini bilmədiklərini söyləmişlər. Yalnız bundan sonra İsa sözügedən bağlamaların vedrəyə onun tərəfindən qoyulduğunu, həmin bağlamaları İranda olarkən Vəli adlı iranlı şəxsdən “qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakıya nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməsi müqabilində o 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Bundan sonra həmin bağlamalar müvafiq qaydada götürülərək bu barədə sənədləşmə aparılmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, o, 12 yanvar 2020-ci il tarixdə həmyerlisi Şahid6lə birgə Biləsuvar gömrük postunun qarşısında olarkən şəxsiyyəti sonradan onlara məlum olan Pərviz adlı gömrük əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək İran islam Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitələrindən birində gömrük yoxlaması aparacağını söyləyib onlardan həmin yoxlamada hal şahidi kimi iştirak etməklərini xahiş etdi, onlar da, öz növbələrində həmin yoxlamada hal şahidi qismində iştirak etməyə razılıq verdikdən sonra birlikdə nəqliyyat vasitələrinin idxal nəzarət xəttinə getmişlər. Həmin yerdə onlara məlum oldu ki, yoxlama əvvəllər tanımadıqları Azərbaycan Respublikasının vətəndaşı Şahid1 idarə etdiyi, İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn “DAEWOO” markalı, **-JF-*** nömrə nişanlı sərnişin avtobusuna tətbiq ediləcəkdir. Həmin vaxt Tahirin yanında şəxsiyyətləri sonradan onlara məlum olan digər sürücü Təqsirləndirilən şəxs2, sürücü köməkçisi Şahid2 və Fərid adlı digər bir gömrük əməkdaşı da, var idi. Baxış keçirməzdən əvvəl Pərviz nəqliyyat vasitəsinin sürücüsü Şahid1 idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmamasını soruşdu, sonuncu isə cavab olaraq üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində belə predmetlərin olmadığını söylədi. Tahir qeyd etdiyim suala cavab verdikdən sonra nəqliyyat vasitəsində olan bütün yüklər həmin şəxslər tərəfindən yerə boşaldıldı. Bundan sonra nəqliyyat vasitəsi yoxlanıldı, lakin qanunla qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilmədi. Bundan sonra avtobusdan yerə boşaldılmış yüklər yoxlanmağa başlandı. Bu zaman avtobusundan yerə boşaldılmış yüklərdən-avtobusun plomb vurulmamış yük yerindən yerə qoyulmuş, içərisində işlənmiş ehtiyat hissələri yığılmış plastmas materialından olan vedrə ehtiyat sürücü Təqsirləndirilən şəxs2 tərəfindən digər yüklərdən kənara qoyulduğuna görə bu hal gömrük əməkdaşlarının diqqət çəkdi və Pərviz həmin vedrəni ətraflı şəkildə yoxladı. Yoxlama zamanı plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altında, gömrük nəzarətindən gizlədilmiş 1 ədəd sellofan torbada olan, gümüşü falqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış 2 ədəd bağlama olduğu məlum oldu. Bundan sonra Pərviz mənim, Şamxalın, Fəridin, Tahirin, Turalın və İsanın iştirakı ilə həmin bağlamalara ətraflı, baxış keçiriməsi üçün onları olduqları yerdən götürmüşdür. Ətraflı baxış zamanı həmin bağlamalar açıldı və bu zaman birində psixotrop maddə hesab edilən metamfetaminə oxşar ağ rəngli, kristal formada maddənin, digər bağlamada isə narkotik vasitə hesab olunan heroinə oxşar açıq qəhvəyi rəngli, maddənin və həmin bağlamada əlavə olaraq bir ədəd sellofan bükümdə narkotik vasitə hesab olunan marixuanaya oxşar yaşıl rəngli maddənin olduğu məlum oldu. Aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkildi, psixotrop maddə sayılan metamfetaminə oxşar ağ rəngli, kristal formada maddənin qablaşdırılması ilə birgə çəkisinin 505 qram, narkotik vasitə hesab edilən heroinə oxşar açıq qəhvəyi rəngli, maddənin qablaşdırılması ilə birgə çəkisinin 502 qram və yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin 44 qram olduğu müəyyən edildi. Fakt aşkar edilən zaman İsa təəccüblü şəkildə Tahir və Turala həmin predmetin nə olmasını, kim tərəfindən nəqliyyat vasitəsinə yerləşdirilməsinə dair sual verdi və nəqliyyat vasitəsinə lazımı şəkildə nəzarət etməmələrinə görə onlara irad tutdu. Bu zaman Tahir və Tural təkidlə həmin bağlamalarda olan maddələrin nə olduğundan məlumatsız olduqlarını, həmin bağlamalardan xəbərlərinin olmadıqlarını, onların kim tərəfindən nəqliyyat vasitəsinə yüklənməsini bilmədiklərini söylədilər. Yalnız bundan sonra İsa sözügedən bağlamaların vedrəyə onun tərəfindən qoyulduğunu, həmin bağlamaları İranda olarkən Vəli adlı iranlı şəxsdən “qızıl qarışıq torpaq” adı ilə qəbul etdiyini, Bakıya nümunə kimi göndərildiyini, gömrük sərhədindən keçirməsi müqabilində 500 manat miqdarında pul alacağını və həmin bağlamaları Bakı şəhərində bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirdi. Bundan sonra həmin bağlamalar müvafiq qaydada götürülərək bu barədə sənədləşmə aparıldı. Məhkəmədə şahid qismində dindirilmiş Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərdi ki, 12 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük idarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan -Respublikası vətəndaşı Şahid1 idarə etdiyi “DAEWOO” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna baxış zamanı avtobusun gömrük təminatı vurulmamış (plomb) yük yerindən yerə qoyulmuş plastmas vedrənin içərisində olan işlənmiş ehtiyat hissələrinin altından, gömrük nəzarətindən gizlədilmiş, 1 ədəd sellofan torbada olan, gümüşü falqaya bükülərək üzəri şəffaf yapışqanlı lentlə sarınmış cəmi 2 ədəd bağlama olmaqla, 1 ədəd bağlamadan qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, digər 1 ədəd bağlamada isə ayrılıqda sellofana bükülü halında qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə oxşar maddə və ayrılıqda sellofana bükülü halda qablaşdırılması ilə birgə çəkisi 44 qram yaşıl rəngli, narkotik vasitə hesab edilən marixuanaya oxşar maddə aşkar edilməsi faktı üzrə toplanmış material həmin maddələri Bakı şəhərində qəbul etməli olan şəxsi, onun kimə məxsus olmasını, habelə cinayət əməlinin törədilməsində iştirakı olan digər şəxsləri müəyyənləşdirmək məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi üçün Əməliyyat-İstintaq Baş idarəsinə göndərilmişdir. Sözügedən material Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olduqdan sonra qeyd edilən məqsədlə birgə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri davam etdirilmişdir. Əməliyyat tədbirində istifadə edilməsi məqsədilə əvvəlcə aşkar edilmiş maddələr aşkar olunduqları bağlamaların daxilinə yenidən yerləşdirilmiş və bundan sonra nəzarət altında Təqsirləndirilən şəxs2 vasitəsi ilə sözügedən maddələri təhvil almalı olan şəxslə Bakı Beynəlxalq Avtovağzalında görüş təyin edilmişdir. 12.01,2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzalına **- RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobili ilə gəlmiş Təqsirləndirilən şəxs1 həmin maddələri Təqsirləndirilən şəxs2 təhvil aldıqdan sonra o və əməliyyat qrupunun digər üzvləri həmin şəxsə yaxınlaşan zaman **-RT-*** nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsində olan digər şəxslər nəqliyyat vasitəsini sürətlə idarə edilərək ərazidən uzaqlaşmışlar. Bundan sonra onlar xidməti vəsiqə əsasında özlərini Təqsirləndirilən şəxs1 təqdim edərək onu araşdırma aparılması məqsədilə Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət etmişlər. Baş İdarədə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan gödəkcənin ön sağ içəri tərəfindən, astarının altından üzərində “M40” yazısı olan 1 ədəd həb, əynində olan şalvarın ön sağ cibindən üzərində “SHARP” yazısı olan, tiyəsi ilə birlikdə uzunluğu 160 mm olan 1 ədəd bıçaq və üzərinə ərimiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul əskinası aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə oxşar maddə, qablaşdırılması ilə birgə təqribi çəkisi 44 qram yaşıl rəngli narkotik vasitə hesab edilən marixuanaya oxşar maddə, üzərində “M40” yazısı olan 1 ədəd həb, üzərində “SHARP” yazısı olan 1 ədəd bıçaq və üzərinə ərimiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul əskinası araşdırma aparılması məqsədilə götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 12.01,2020-ci il tarixdə təqribən saat 23 radələrində həmyerlisi Şahid12la Bakı şəhərində yerləşən Bakı Beynəlxalq Avtovağzalının ərazisində olarkən bir nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özünü təqdim edib Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı olduğunu və keçirilmiş əməliyyat tədbiri zamanı vətəndaş Təqsirləndirilən şəxs1 saxlanıldığını bildirərək onlardan Təqsirləndirilən şəxs1 üzəri yoxlanılarkən və götürülmüş 2 ədəd bağlamaya baxış keçirilən zaman hal şahidi kimi iştirak etməklərini xahiş etmiş, onlar da razılaşmışlar. Bundan sonra onlar həmin əməkdaşla birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə getmişlər. İdarəyə aid otaqda hal şahidi qismində onların iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. Bundan sonra keçirilən axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin ön sağ içəri tərəfindən, astarının altından üzərində “M40" yazısı olan 1 ədəd həb, əynində olan şalvarın ön sağ cibindən tiyəsi ilə birlikdə uzunluğu 160 mm olan 1 ədəd bıçaq və üzərinə ərinmiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul aşkar edilmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Bundan sonra iki ədəd bağlamaya baxış keçirilən zaman bir ədəd bağlamada sellofan torbanın içərisində ağ rəngli, kristal formada psixotrop maddəyə oxşar maddə, digər bağlamanın daxilində sellofana bükülü halda açıq qəhvəyi rəngli heroinə oxşar maddə, və digər sellofana bükülü halda isə yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmişdir. Bundan sonra həmin maddələr onların və Təqsirləndirilən şəxs1 iştirakı ilə elektron tərəzidə çəkilərkən ağ rəngli, kristal formada psixotrop maddəyə oxşar maddənin çəkisinin təqribən 505 qram, açıq qəhvəyi rəngli heroinə oxşar maddənin çəkisinin təqribən 502 qram, yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddənin təqribən çəkisinin 44 qram olduğu məlum olmuşdur. Yekunda aşkar edilmiş maddələr götürülərək protokol tərtib edildikdən sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunmuş Şahid12 ifadəsində göstərmişdir ki, 12.01,2020-ci il tarixdə təqribən saat 23 radələrində həmyerlisi Şahid11la Bakı şəhərində yerləşən Bakı Beynəlxalq Avtovağzalının ərazisində olarkən bir nəfər mülki geyimli şəxs bizə yaxınlaşaraq özünü təqdim edib Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı olduğunu və keçirilmiş əməliyyat tədbiri zamanı vətəndaş Təqsirləndirilən şəxs1 saxlanıldığını bildirərək onlardan Təqsirləndirilən şəxs1 üzəri yoxlanılarkən və götürülmüş 2 ədəd bağlamaya baxış keçirilərkən zaman hal şahidi kimi iştirak etməklərini xahiş etdi, onlar da razılaşmışlar. Bundan sonra onlar həmin əməkdaşla birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə getmişlər. İdarəyə aid otaqda hal şahidi qismində onların iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildi. Bundan sonra keçirilən axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin ön sağ içəri tərəfindən, astarının altından üzərində “M40" yazısı olan 1 ədəd həb, əynində olan şalvarın ön sağ cibindən tiyəsi ilə birlikdə uzunluğu 160 mm olan 1 ədəd bıçaq və üzərinə ərinmiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul aşkar edildi, ardınca bu barədə protokol tərtib edildi və onlar protokolu imzalamışlar. Bundan sonra iki ədəd bağlamaya baxış keçirilən zaman bir ədəd bağlamada sellofan torbanın içərisində ağ rəngli, kristal formada psixotrop maddəyə oxşar maddə, digər bağlamanın daxilində sellofana bükülü halda açıq qəhvəyi rəngli heroinə oxşar maddə, və digər sellofana bükülü halda isə yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddə aşkar edildi. Bundan sonra həmin maddələr onların və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakı ilə elektron tərəzidə çəkilərkən ağ rəngli, kristal formada psixotrop maddəyə oxşar maddənin çəkisinin təqribən 505 qram, açıq qəhvəyi rəngli heroinə oxşar maddənin çəkisinin təqribən 502 qram, yaşıl rəngli, narkotik vasitə marixuanaya oxşar maddənin təqribən çəkisinin 44 qram olduğu məlum oldu. Yekunda aşkar edilmiş maddələr götürülərək protokol tərtib edildikdən sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, hazırda AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs1 kəndçisi kimi uzun illərdir ki tanıyır. Natiqlə Bakı şəhərində bir müddət eyni mənzildə yaşamışlar. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımır. 12 yanvar 2020-ci il tarixdə təxminən saat 22 radələrində Natiq ona rayondan sovqat göndəriləcəyini bildirərək, onu “Bakı Beynəlxalq Avtovağzalı”na aparmasını xahiş etmişdir. O, Natiqin xahişini yerə salmayaraq, idarə etdiyi **-RT-*** nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsilə Natiqlə birgə “Bakı Beynəlxalq Avtovağzalı”na getmişdir. Natiq avtovağzala çatdıqdan sonra maşından düşmüş və onu maşında gözləməsini xahiş etmişdir. O, Natiqi gözləyərkən, Natiqin də içərisində olduğunu gördüyü “Niva” markalı maşın onun yanında dayanmışdır, sonradan DGK əməkdaşları olduğunu öyrəndiyi şəxslər ona təslim olmasını bildirmişlər. O, bu zaman nə baş verdiyini anlamayaraq, özünü itirmiş və maşını sürərək oradan uzaqlaşmışdır. Yalnız tutulduqdan sonra ona axtarışda olması məlum olmuşdur. Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımamış, İsanın nömrəsini Natiqə o verməmiş, Natiqi avtovağzalda hansı şəraitdə saxlanılmasını ümumiyyətlə görməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitələrdən istifadə etməsinə şahidlik etməmişdir. İran İslam Respublikasında qohumları olduğundan bəzən telefon vasitəsilə əlaqə saxlamışdır, lakin heç vaxt narkotik vasitələrlə bağlı kiminləsə əlaqəsi olmamış, Vəli adlı şəxsi tanımamış, adını eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş cinayət işi üzrə ibtidai istintaqı aparmış Şahid13 ifadəsində göstərdi ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularkən müdafiəçinin iştirakı təmin olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 telefonuna baxış zamanı onun latın qrafikalı əlifba ilə yazıb oxuması, eləcə də uzun illər sürücü kimi sərhəd məntəqələrində latın qrafikalı əlifba ilə yazılmış yazılarla tanış olması nəzərə alınaraq, onun ifadəsi latın qrafikalı əlifba ilə yazılmışdır. Təqsirləndirilən şəxs2lə keçirilmiş bütün dindirmə istintaq hərəkətləri cinayət işinin materiallarında öz əksini tapmışdır. İbtidai istintaq zamanı nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1 hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. “Nemət” adlı şəxs barədə məlumat olmadığından, ümumiyyətlə Natiq istintaq zamanı “Nemət” adlı şəxsin adını çəkmədiyindən, həmin şəxsin şəxsiyyəti və digər məlumatlar yoxlanılmamışdır. Təqsirləndirilən şəxs2 telefonuna baxış keçirilərkən də məlum olmuşdur ki, onun İİR vətəndaşı “Vəli” adlı şəxslə telefon danışıqları olmuşdur. İİR-dan narkotik vasitələr bir çox hallarda sərhəddən keçirildiyindən, sürücülər adətən tanımadıqları əşyaları başqa şəxslərdən götürüb özləri ilə keçirmirlər, keçirdikləri halda belə, həmin əşyaları açıq aşkar görünən yerlərə qoymaqla bəyan edərək gətirilər. Lakin, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtobusda narkotik vasitələr yük yerində gizlədilmiş vəziyyətdə olmuşdur. İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli əməliyyat tədbirinin davam etdirilməsi və şəxslərin saxlanılması haqqında protokoldan görünür ki, aşkar edilmiş qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddəni, qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli heroinə oxşar maddəni və qablaşdırılması ilə birgə təqribi çəkisi 44 qram yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddəni qəbul edəcək şəxsi, kimə məxsus olmasını, habelə cinayət əlaqəsində olan digər şəxsləri müəyyənləşdirmək məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə toplanmış materiallar Cənub Ərazi Baş Gömrük İdarəsindən Əməliyyat-İstintaq Baş idarəsinə göndərilmişdir. Bundan sonra sözügedən material üzrə birgə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri davam etdirilmişdir. Əməliyyat tədbirində istifadə edilməsi məqsədilə əvvəlcə aşkar edilmiş maddələr aşkar olunduqları bağlamaların daxilinə yerləşdirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ilə sözügedən maddələri təhvil almalı olan şəxs arasında “Bakı Beynəlxalq Avtovağzalı”nda görüş təyin edilmiş və 12.01.2020-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq Avtovağzalına **- RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobili ilə gəlmiş Təqsirləndirilən şəxs1 sellofan torbada olan və içərisinə qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə, qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli heroinə oxşar maddə və qablaşdırılması ilə birgə təqribi çəkisi 44 qram yaşıl rəngli marixuanaya oxşar maddə yerləşdirilmiş 2 ədəd bağlamanı Təqsirləndirilən şəxs2 təhvil aldıqdan sonra əməliyyat müvəkkilləri həmin şəxsə yaxınlaşan zaman **-RT-*** nömrə nişanlı “Hyundai” markalı minik avtomobili sürətlə idarə edilərək ərazidən uzaqlaşmışdır. Bundan sonra Əliyev X7- İstintaq Baş İdarəsinə dəvət edilmişdir. (cild 1, iş vərəqə 17-18) İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması haqqında protokoldan görünür ki, şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində olan hüquqpozma predmetlərini könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 isə onun üzərində qanunvericiliklə qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli gödəkcənin ön sağ içəri tərəfində astarının altından üzərində “M40” yazısı olan 1 ədəd həb, əynində olan şalvarın ön sağ cibindən üzərində “SHARP” yazısı olan, tiyəsi ilə birlikdə uzunluğu 160 mm olan 1 ədəd bıçaq və üzərinə ərinmiş halda sellofan folqa sarınmış 1 ədəd rulon halında 5 manatlıq pul əskinası aşkar edilmişdir. (cild 1, iş vərəqə 19) İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 yanvar 2020-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda hərəkətlərini əks etdirən videogörüntülərdən ibarət diskə baxış zamanı Şahid1 idarə etdiyi “DAEWOO” markalı, **- JF-*** dövlət nömrə nişanlı sərnişin avtobusu gömrük postunun yoxlama xəttində olarkən Təqsirləndirilən şəxs2 gömrük əməkdaşının yanında əvvəlcə avtobusun yük yerində olan vedrəni, ardınca digər yükləri götürərək təxminən 5-6 metr hərəkət edib, digər nəqliyyat vasitələrinin yoxlanılması üçün nəzərdə tutulmuş sahəni də keçərək onları yerə qoyduğu, bundan sonra gömrük əməkdaşı qeyd edilən vedrəni və yükləri yoxlamağa başladığı müəyyən edilmişdir. (cild 1, iş vərəqə 114) İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Əliyev X7-İstintaq Baş İdarəsinə dəvət olunduqdan sonra Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında aşkar olunmuş 2 ədəd bağlamaya yerləşdirilmiş qablaşdırılması ilə birgə təqribi çəkisi 505 qram ağ rəngli, kristal formada metamfetaminə oxşar maddəyə, qablaşdırılması ilə birgə təqribi çəkisi 502 qram açıq qəhvəyi rəngli heroinə oxşar maddəyə və qablaşdırılması ilə birgə təqribi çəkisi 44 qram yaşıl rəngli marixuanaya oxşar maddəyə yenidən baxış keçirilmiş, bu zaman onların tamlığının və miqdarının pozulmadığı müəyyən edilmişdir. (cild 1, iş vərəqə 20-22) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2020-ci il tarixli, 687 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd sellofan torbada təmiz çəkisi 42,816 qram təşkil edən bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsidir. Tədqiqat zamanı qurudulmuş marixuana narkotik vasitəsinin 0,02 qramı sərf olunmuş, qalıq çəki 42,796 qram təşkil etmişdir. (cild 1, iş vərəqə 89) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2020-ci il tarixli, 689 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1 ədəd bükümdə təmiz çəkisi 500 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 1 ədəd bükümdə təmiz çəkisi 500 qram təşkil edən, ağ rəngli, kristal formalı maddə metamfetamin psixotrop maddəsi, 1 ədəd həb isə təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən metadon narkotik vasitəsidir. Bir ədəd rulon formalı 5 manatlıq əskinasın üzərində hər hansı narkotik vasitə izi aşkar edilməmişdir. Tədqiqat zamanı heroin narkotik vasitəsinin 0,1 qramı, metamfetamin psixotrop maddəsinin 01 qramı, metadon həbinin isə ikidə bir hissəsi tədqiqata sərf edilmiş, müvafiq olaraq qalıq qismində 499,9 qram heroin narkotik vasitəsi, 499,9 qram metamfetamin psixotrop maddəsi və ikidə bir hissə metadon həbi qalmışdır. (İ cild, iş vərəqə 84-86) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli, 795 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu isə deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. (İİ cild, iş vərəqə 3) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 22 yanvar 2020-ci il tarixli, 154 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, iş vərəqə 7-8) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 03 aprel 2020-ci il tarixli, 864 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİİ cild, iş vərəqə 92-93) İş materiallarında olan 28 yanvar 2020-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung J6” markalı mobil telefonun “Adlar” bölməsində iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq “Orxan”, “Sədiş”, “Nemət”, “Vəli” və “İsa” adları üzrə axtarış aparılmış, və axtarış nəticəsində adı “Orxan”, mobil nömrəsi isə ***-***-**-** və ***-***-**-** kimi, adı “Sediş Paxan”, mobil nömrəsi isə ***-***-**-** və ***-***-**-** kimi qeyd edilmiş şəxslər müəyyən edilmişdir. Bundan başqa adı “Nemət”, “Vəli” və “İsa” kimi qeyd edilmiş hər hansı şəxs müəyyən edilməmişdir. Həmin telefonun “Zənglər” bölməsində qeyd alınmış zənglərin 01.01.2020-ci il tarixdən 22.01.2020-ci il tarixədək olan dövrü əhatə etdiyi və bu dövr ərzində intensiv olaraq ayrı-ayrı şəxslərlə danışıqlar aparıldığı müəyyən edilmişdir. “Orxan”, “Sediş Paxan” adlı şəxslərlə, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və “Vəli” adlı şəxsin istifadəsində olan +**********51 saylı mobil telefon nömrəsi ilə hər hansı telefon danışığının aparılıb-aparılmamasını müəyyən etmək üçün həmin bölməyə ətraflı baxış keçirilmiş, bu zaman “Orxan” adlı şəxslə onun arasında 01 yanvar 2020-ci il tarixdən 12 yanvar 2020-ci il tarixədək çoxsaylı çıxan, qəbul edilən və cavabsız zənglərin, ***-***-**-** saylı mobil nömrə üzrə Təqsirləndirilən şəxs2 ilə onun arasında 12 yanvar 2020-ci il tarixdə çoxsaylı çıxan, qəbul edilən zənglərin qeydə alındığı, “Sediş Paxan”, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr üzrə Təqsirləndirilən şəxs2 və +**********51 mobil nömrə üzrə “Vəli” adlı şəxslə onun arasında hər hansı zəngin qeydə alınmadığı müəyyən edilmişdir. Bundan sonra “WhatsApp” mobil əlavəsinin “Söhbətlər” bölməsinə baxış keçirilmişdir. Baxış zamanı yuxarıda adları və mobil nömrələr qeyd edilmiş şəxslərdən yalnız adı “Orxan” kimi qeyd edilmiş şəxslə çoxsaylı danışıqların (səsli və yazılı mesajlar) və zənglərin qeydə alındığı müəyyən edilmişdir. Həmin danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, “Orxan” Votsap proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 yükü götürərkən həyəcanlanmamağını, narahat olmamağını, sanki “apelsin” yükü götürdüyünü, hər hansı hadisə baş verdiyi təqdirdə onun adını çəkməyini bildirən məzmunlu, Təqsirləndirilən şəxs1 isə ona nəqliyyat vasitəsinin qapısını hazır saxlamasını, malı götürən kimi sürətlə onun olduğu nəqliyyat vasitəsinə gedəcəyini bildirən məzmunlu mesajlar göndərmişdir. Bundan əlavə mobil telefonun “Qalareya” bölməsinə baxış zamanı həmin bölmədə olan “Kamera” alt bölməsində 12 yanvar 2020-ci il tarixli (saat 19:50), “20200112_195032” adlı, “.jpg” formatlı, “/Daxiliyaddaş/DCİM/Camera” qovluğunda yerləşən bir ədəd fotoşəkil müəyyən edildi. Həmin fotoşəkildə ekranında “1,6” rəqəmləri qeyd olunmuş elektron tərəzi üzərində yerləşdirilmiş, içərisində bitki kütləsinə bənzər predmet olan 01 ədəd sellofan bağlama əks olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus “LG Magna” markalı mobil telefonun “Adlar” bölməsində iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq “Orxan”, “Sədiş”, “Nemət”, “Vəli” və “Natiq” adları üzrə axtarış aparılmışdır. Axtarış nəticəsində adı “X19”, mobil nömrəsi isə +**********51 (ifadəsində “Vəli” kimi qeyd etdiyi şəxsin mobil nömrəsi ilə eynilik təşkil edən) kimi qeyd edilmiş şəxs müəyyən edilmişdir. Bundan başqa adı “Orxan”, “Sədiş”, “Nemət” və “Natiq” kimi qeyd edilmiş hər hansı şəxs müəyyən edilməmişdir. Telefonun “Zənglər” bölməsində qeyd alınmış zənglərin 05.01.2020-ci il tarixdən 13.01.2020-ci il tarixədək olan dövrü əhatə etdiyi və bu dövr ərzində intensiv olaraq ayrı-ayrı şəxslərlə danışıqlar aparıldığı müəyyən edilmişdir. Baxış zamanı “Orxan” adlı şəxsin istifadəsində olan ***-***-**-**, ***-***-**-**, “Sədiş” adlı şəxsin istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə hər hansı telefon danışığının aparılmadığı, bununla yanaşı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı və “X19” adlı şəxsin istifadəsində olan +**********51 saylı mobil nömrə ilə 12 yanvar 2020-ci il tarixdə bir sıra telefon danışıqlarının həyata keçirildiyi məlum olmuşdur. Bundan sonra “WhatsApp” mobil əlavəsinin söhbətlər bölməsinə baxış keçirilərkən yuxarıda adları və mobil nömrələr qeyd edilmiş şəxslərdən yalnız adı və “X19” kimi qeyd edilmiş şəxslə çoxsaylı danışıqların (səsli mesajlar) və zənglərin qeydə alındığı müəyyən edilmişdir. Həmin danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, “X19” kimi qeyd edilmiş şəxs Təqsirləndirilən şəxs2 harada olmasını, malı götürməli olan şəxsin hara gəlib götürməsini bildirən məzmunlu, Təqsirləndirilən şəxs2 isə ona bir qədər sonra “Avtovağzala” çatacağını, həmin şəxsin təcili olaraq gəlib yükü götürməsini, sonda isə şəxsin malı təhvil aldığını bildirən məzmunlu mesajlar göndərmişdir. (İİ cild, iş vərəqə 9-25) İş materiallarında olan 10 mart 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan 04.03.2020-ci il tarixli, 5462 saylı məktuba əlavə edilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı, X9 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı və X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr üzrə aparılmış telefon danışıqlarına dair məlumatların köçürüldüyü 1 ədəd CD-yə baxış keçirilmişdir. Baxış zamanı ilk növbədə iş üzrə əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq “Vəli“ adlı şəxsin istifadəsində olan +**********51 saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı, X9 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı və X2 istifadəsində olan ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında hadisənin baş verdiyi 12.01.2020-ci il tarix, daxil olmaqla təqdim edilən dövr ərzində (12.2019-01.2020) hər hansı telefon əlaqəsinin olub-olmaması aydınlaşdırılmışdır. Bu zaman qeyd edilən mobil nömrələr arasında iş üzrə əhəmiyyət kəsb edən hər hansı SMS yazışmalar müəyyən edilməsə də, qeyd edilən nömrələr arasında həmin tarixlər üzrə çoxsaylı telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Ətraflı baxış zamanı məlum olmuşdur ki, Vəli“ adlı şəxsin istifadəsində olan +**********51 saylı mobil nömrə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə CD diskdə məlumatları təqdim edilən mobil nömrələr arasında hər hansı telefon əlaqəsi (SMS və ya zəng) həyata keçirilməmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə yalnız Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında telefon danışıqları aparılmış (yalnız 12.01.2020-ci il tarixdə olmaqla, 8 dəfə), Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında heç bir telefon əlaqəsi icra edilməmiş, Natiq Quliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X9 istifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələr, habelə sonuncu ilə X2 istifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələr arasında isə hadisənin baş verdiyi tarix daxil olmaqla, müxtəlif tarixlərdə çox saylı telefon danışıqları aparılmışdır. Təqdim edilən SMSlərə baxış zamanı X9 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ayrı-ayrı şəxslər aparılmış, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini əks etdirən məzmunlu çoxsaylı mesajlar müəyyən edilmişdir. (İİ cild, iş vərəqə 208-244) İş materiallarında olan 25 iyun 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azerfon” MMC-dən daxil olan 30.03.2020-ci il tarixli, AZF/LGL- 1629/20 saylı məktuba əlavə edilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr üzrə aparılmış telefon danışıqlarına dair məlumatların köçürüldüyü 1 ədəd CD-yə, "xxxx" MMC-dən daxil olan 20.04.2020-ci il tarixli, BKC/LGL- 5333/20 saylı məktuba əlavə edilmiş, X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə aparılmış telefon danışıqlarına dair məlumatların köçürüldüyü 1 ədəd CD-yə və AR NRYTN-nin X4 daxil olan 04.06.2020-ci il tarixli, 108-1-14/61-20 saylı məktuba əlavə edilmiş, “Vəli” adlı şəxsin istifadəsində olan +**********51 saylı mobil nömrə üzrə aparılmış telefon danışıqlarına dair məlumatların əks olunduğu cədvələ baxış keçirilmişdir. Baxış zamanı ilk növbədə iş üzrə əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq “Vəli“ adlı şəxsin istifadəsində olan +**********51 saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı, X9 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı və X2 istifadəsində olan ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında hadisənin baş verdiyi 12.01.2020-ci il tarix, daxil olmaqla təqdim edilən dövr ərzində (12.2019-01.2020) hər hansı telefon əlaqəsinin olub-olmaması aydınlaşdırılmışdır. Bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə sorğu edilən dövr ərzində “Azerfon” şəbəkəsində istifadədə olmamış, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeyd edilən mobil nömrələr arasında isə hər hansı telefon əlaqəsi yaradılmamışdır. X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə həyata keçirilmiş telefon əlaqələrinə baxış zamanı məlum olmuşdur ki, sorğu edilən dövr ərzində həmin mobil nömrə ilə “Vəli“ adlı şəxsin istifadəsində olan +**********51 saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında hər hansı telefon əlaqəsi yaradılmamış, X9 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə iş üzrə əhəmiyyət kəsb etməyən bir sıra SMS yazışmalar həyata keçirilmiş, habelə müxtəlif tarixlərdə çoxsaylı telefon danışıqları aparılmışdır. Bundan əlavə “Vəli” adlı şəxsin istifadəsində olan +**********51 saylı mobil nömrə üzrə aparılmış telefon danışıqlarına dair məlumatların əks olunduğu cədvələ baxış zamanı sorğu edilən dövr ərzində qeyd edilən mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı, X9 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı və X2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında hər hansı telefon əlaqəsinin qeydə alınmadığı müəyyən edilmişdir. (İİİ cild, iş vərəqə 121-138) İş materiallarında olan sərhəd keçmə hesabatına baxış keçirilməsi haqqında 30 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs2 birlikdə 11.01.2020-ci il tarixdə müvafiq olaraq saat 12:00, 12:10 və 12:00-da “DAEWOO” markalı, **-JF-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Biləsuvar” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmişlər, bundan sonra Şahid1 və Şahid2 həmin tarixdə qeyd edilən nəqliyyat vasitəsi ilə müvafiq olaraq saat 21:02 və 20:29-da “Culfa” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətindən Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olmuşlar, ardınca ikisi birlikdə həmin nəqliyyat vasitəsi ilə 12.01.2020-ci il tarixdə müvafiq olaraq saat 09:50 və 09:40-da göstərilən sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətində Naxçıvan Muxtar Respublikasının ərazisini tərk etmişlər, daha sonra hər üçü 12.01.2020-ci il tarixdə göstərilən nəqliyyat vasitəsi ilə müvafiq olaraq saat 18:20, 18:23 və 18:26-da “Biləsuvar” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar. Beləliklə Təqsirləndirilən şəxs2 11.01.2020-ci il tarix saat 12:00-dan 12.01.2020-ci il tarix saat 18:26-dək Azərbaycan Respublikası ərazisinin xaricində olmuş, bu müddət ərazində Şahid1 və Şahid2 1 dəfə Naxçıvan Muxtar Respublikasının ərazisinə İran İslam Respublikası istiqamətindən girişçıxış etmişlər. Bundan əlavə qeyd edilən şəxslərin sərhəd keçmə hesabatların baxış zamanı məlum oldu ki, onlar əvvəllər dəfələrlə əsasən “Biləsuvar” və “Culfa” sərhəd nəzarət məntəqəsindən istifadə etməklə İran İslam Respublikasının ərazisinə giriş-çıxış etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs1 sərhəd keçmə hesabatına baxış zamanı müəyyən edildi ki, o, 2012 və 2013-cü illərdə olmaqla, cəmi 2 dəfə “Bakı Aeroportu” sərhəd nəzarət məntəqəsindən istifadə etməklə Ukrayna Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Orxan Məmmədovun sərhəd keçmə hesabatına baxış zamanı məlum olmuşdur ki, o, 2014-cü ildə 2 dəfə, 2017-ci ildə 2 dəfə və 2018-ci ildə 1 dəfə Azərbaycan Respublikasının ərazisini tərk edib geri qayıtmışdır. O, bunlardan birində “Biləsuvar”, birində “Bakı Aerportu”, qalanlarında isə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçmişdir. Orxan Məmmədov yalnız bir dəfə 2017-ci ildə Ukrayna Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olmuş, digər bütün hallarda ölkə ərazisini tərk edib geri qayıtması Gürcüstan Respublikasından olmuşdur. Sədaqət Səmədovanın sərhəd keçmə hesabatına baxış zamanı müəyyən olunmuşdur ki, o, 2012-ci ildən 2017-ci ilədək ümumilikdə 11 dəfə Azərbaycan Respublikasının ərazisini tərk edib geri qayıtmış və bu səfərləri zamanı “Gəncə”, “Şıxlı” və “Bakı Aeroportu” səhər nəzarət məntəqələrindən keçmişdir. Onun qeyd edilən səfərləri Gürcüstan, Çin, Qazaxıstan və Türkiyə istiqamətlərində olmuşdur. (İİİ cild, iş vərəqə 179-188) İş materiallarında olan Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş 28 yanvar 2020-ci il tarixli, 34/151/005030 nömrəli raportdan görünür ki, “Orxan” adlı şəxs 05.02.1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuş X11, “Sədiş” adlı şəxs isə 06.02.1984-cü il tarixdə Şəki rayonunda anadan olmuş X3r. (İİ cild, iş vərəqə 26-28) İş materiallarında olan 29 yanvar 2020-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, “Orxan” olması ehtimal edilən şəxsin fotoşəkili oxşar 4 şəxsin fotoşəkillərinin arasında 1-ci yerə qoyularaq tanıması üçün Təqsirləndirilən şəxs1 təqdim edilmiş, sonuncu “Orxan” adlı şəxsin ona təqdim edilmiş fotoşəkillər arasında 1-ci yerdə olan fotoşəkildəki şəxs olduğunu bildirmişdir. (İİ cild, iş vərəqə 34-35) İş materiallarında olan 29 yanvar 2020-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, “Sədiş” olması ehtimal edilən şəxsin fotoşəkili oxşar 4 şəxsin fotoşəkillərinin arasında 1-ci yerə qoyularaq tanıması üçün Təqsirləndirilən şəxs1 təqdim edilmiş, sonuncu “Sədiş” adlı şəxsin ona təqdim edilmiş fotoşəkillər arasında 1-ci yerdə olan fotoşəkildəki şəxs olduğunu bildirmişdir. (İİ cild, iş vərəqə 36-37) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair hazırkı cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan X11 və qeyrilərinin barəsində 15 iyul 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild İİİ, iş vərəqə 231-233) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 AR CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmiş, Təqsirləndirilən şəxs1 isə AR CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilsə də, onun AR CM-in 206.3.2-ci maddəsinə nəzərdə tutulan əməli törətməsi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, o, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi və satılması cinayətini törətmişdir. Lakin məhkəmə istintaqı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 əslində bütövlükdə satışın təşkili ilə bağlı da hər hansı razılaşma əldə etməmiş, sonra narkotik vasitəni və psixotrop maddəni bəlli bir yerdə qəbul etməkdən – satışda yalnız bu funksiyanı həyata keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunan şəkildə qəbul etmə ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs1 yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi əməlin bu tövsifedici əlamətinin təsiri altına düşməsi üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Ona görə də Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətini törətməkdə ittiham edilməsi yalnız fərziyyələrə söykənir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi xaric edilməli, o məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətində GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X12 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X12 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X12 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X12 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X12 6-cı bəndinin 4-cü abzasına əsasən, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə sərnişin avtobusuna qeyrisinin ondan narkotik vasitəni götürməyini xahiş etdiyinə görə onları götürmək məqsədi ilə yaxınlaşması, həmin psixotrop maddə və narkotik vasitələri təhvil almaq qarşılığında qeyrisinin və ya digər şəxslərin ona heç nə vəd etməməsi, aşkar olunmuş psixotrop maddə və narkotik vasitələri kimdən və harada əldə edilməsi barədə tam olaraq məlumatı olmaması, həmçinin sonradan ümumiyyətlə qeyrisinin və onun özünün narkotik vasitələrdən xəbərinin olmaması, avtovağzala Nemət adlı tanışının ona göndərdiyi portağal sovqatını götürməyə getməsi barədə verdiyi ziddiyyətli ifadələrinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, və digər sənədlərlə tam təkzib olunmuşdur. Həmçinin Məhkəmə, məhkəmədə şahid qismində dindirilmiş X9 məhkəmədə verdiyi narkotik vasitələrdən ümumiyyətlə xəbərinin olmaması, Təqsirləndirilən şəxs1 rayondan ona göndərilmiş meyvə sovqatını qəbul etməsi üçün avtovağzala getməsi barədə ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirməyərək, iş üzrə mötəbər sübutlarla təkzib olunur. Məhkəmə belə hesab edir ki, uzun müddətdir bir-birilərini tanıdıqlarından, yaxın dost olduqlarından Təqsirləndirilən şəxs1 və hazırki iş üzrə şahid qismində dindirilən Orxan Məmmədovun məhkəmədə verdikləri ifadələri bir-birilərinin müdafiə edərək məsuliyyətdən boyun qaçırmalarına yönəlmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə Vəlinin verdiyi yükün narkotik vasitə deyil, həqiqətən də, “qum” olduğuna inanması barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, və digər sənədlərlə tam təkzib olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı başlanarkən özünün müqavilə əsasında hüquqi yardımından istifadə etdiyi müdafiəçinin iştirakı ilə ona ünvanlanmış suala özünü qismən təqsirli bilməsi barədə cavab verməsi də, onun təqsirini inkar etməsi barədə ifadələrinin həqiqətə uyğun olmadığına dəlalət edir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 10.02.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 116). İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 03, iş vərəqə 204) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 10.02.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 112). İş materiallarında olan Şərur rayon Mahmudkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi və 7 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 137, 178) İş materiallarında olan Sumqayıt şəhər X16 Xəstəxanasının 16.02.2021-ci il tarixli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 “nevroloji defisit” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 13.03.2021-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 “Baş-beyin qan dövranının pozulmasından sonrakı nitq pozğunluğu” və “arterial hipertenziya” diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını, xəstə və yaşlı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxslərə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 03 aprel 2020-ci il tarixli, 864 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspert tədqiqatlardan sonra qalıq çəkiləri 499,9 qram təşkil edən heroin narkotik vasitəsi, 499,9 qram təşkil edən metamfetamin psixotrop maddəsi, 42,796 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi, bir həbin ikidə bir hissə qədər qalıq təşkil edən metadon narkotik vasitəsi dövriyyəsi qadağan olunduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Samsung J6” və Təqsirləndirilən şəxs2 məxsus “LG Magna” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 298 manat, 86 qəpik məbləğində pul vəsaitindən 149 manat, 43 qəpik Təqsirləndirilən şəxs1, 149 manat, 43 qəpik isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 4(004)- 25/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin əvvəli 12 yanvar 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 38-39, 172-178). Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs2 13 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu göstərilsə də, cinayət işinin materiallarında olan 12 yanvar 2020-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan və eyni zamanda 12 yanvar 2020-ci il tarixli 001 nömrəli əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 12 yanvar 2020-ci il tarixdən məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 15 yanvar 2020ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəqə 125, 210-211). Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 12 yanvar 2020-ci il tarixdən 15 yanvar 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı müddət, yəni 03 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 228/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qərarı ilə axtarış elan edilərək, “həbs” qətimkan tədbiri seçilmiş və həmin qərar 22.04.2020-ci il tarixdə icra edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsaəsn, Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın icra edildiyi vaxtdan yəni, 22.04.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbirləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 06 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 tutularaq həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 06 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspert tədqiqatlardan sonra qalıq çəkiləri 499,9 qram təşkil edən heroin narkotik vasitəsi, 499,9 qram təşkil edən metamfetamin psixotrop maddəsi, 42,796 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi, bir həbin ikidə bir hissə qədər qalıq təşkil edən metadon narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Samsung J6” və Təqsirləndirilən şəxs2 məxsus “LG Magna” markalı mobil telefonlar isə hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 298 manat, 86 qəpik məbləğində pul vəsaitindən 149 manat, 43 qəpik Təqsirləndirilən şəxs1, 149 manat, 43 qəpik isə Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 təqsirləndirilən şəxsə göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 270 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar