Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-228/2022 23.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X33, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, zərər çəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin xüsusilə külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmə barədə tanışı X24 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs özlərini cinayətkar aləmin nüfuzlu şəxsləri kimi təqdim edərək onun “Lotu Qulu” kimi tanınmış X16 20.000.000 ABŞ dolları pul verməli olduğunu bildirərək həmin pul vəsaitinin ödənilməsini Zərərçəkmiş şəxs özü və ailə üzvlərinin sağlamlıqlarına zərər vurmaqla şəxsiyyətləri üzərində zor göstərmə hədəsi ilə 2020-ci ilin yanvar ayının əvvəllərindən 2020-ci ilin mart ayının ortalarınadək olan müddət ərzində ondan həmin məbləğdə pulu hədə-qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etdiyi əmlakdan qeyd olunan müddət ərzində ilk dəfə 2020-ci ilin yanvar ayının əvvəlində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın qarşısında sonuncudan şəxsən 700.000 ABŞ dolları nağd pul vəsaitini almaqla qalan pulları qeyd olunan müddət ərzində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs yaxın tanışları Şahid4 və Şahid3 vasitəsilə ona göndərdiyi 2.300.000 ABŞ dolları nağd pul vəsaitini, yəni ümumilikdə Bakı şəhərinin müxtəlif ünvanlarında həmin dövrün məzənnəsinə görə 5.100.000 manat təşkil edən 3.000.000 ABŞ dolları nağd pul vəsaitini almış və bundan başqa, 15 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 3.200.000 manat dəyərində 2 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamə əsasında sonuncu tərəfindən Hikmət Vəliyevin arvadı X3 adına, həmin tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində Zərərçəkmiş şəxs məxsus 1.380.800 manat dəyərində 0,863 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs atası X27 tərəfindən Şahid2 verilmiş etibarnamə əsasında sonuncu tərəfindən X3 əmisi qızı Şahid6 adına, bundan əlavə, 23 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Çex Respublikasının Karlovi Vari şəhərində yerləşən 1.500.000 manat dəyərində 0,15 hektar torpaq sahəsini Çex Respublikasının Azərbaycan Respublikasındaki səfirliyində Zərərçəkmiş şəxs atası Rövşən Axundov tərəfindən Hikmət Vəliyevin tanışı Ukrayna vətəndaşı Nataliya Balitskaya adlı şəxsin adına və həmçinin 08 fevral 2020-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində Zərərçəkmiş şəxs məxsus 450.000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 0,1183 hektar torpaq sahəsinin üzərindəki 394,8 kv.metr sahəsi olan villa tipli bağ evini Zərərçəkmiş şəxs yaxın tanışı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs verilmiş etibarnamə əsasında sonuncu tərəfindən digər tanışı X2 adlarına formal olaraq alqısatqı müqavilələri əsasında özgəninkiləşdirməklə ümumilikdə 11.630.800 manat dəyərində, yəni xüsusilə külli miqdarda özgənin əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsində icra məmuru işləmiş, sonra şəxsi istəyi ilə işdən azad olunmuş, qeyri rəsmi olaraq əmisi oğlu Zərərçəkmiş şəxs işlərinin aparılmasında köməklik etmişdir. Əmisi oğlu Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Ufa şəhərində yaşamaqla həmin şəhərdə yerləşən “Peton” şirkətində rəhbər vəzifədə işləyir. 2020-ci ilin yanvar ayının təxminən 7-də Emin X11 Bakı şəhərinə gələrkən X57 Limanında həmişə olduğu kimi o, Emini qarşılamışdır. Birlikdə onun idarə etdiyi avtomobillə yolda gedərkən Emin bildirmişdir ki, 2020-ci ilin yanvar ayında Bakı şəhərinə gəldikdə dayısı oğlu Şahid1 ona müraciət edib özünü “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamı kimi təqdim edən şəxsin zəng edib Eminlə danışmaq istədiyini və onunla dostluq etmək istədiyini, əks halda Eminə şəxsi və ailəsində problemlər yarada biləcəyini demişlər. Emin həmin məsələdən narahat qaldığını və cinayət aləmindən uzaq olduğu üçün onun cinayət aləminin nümayəndəsi kimi tanınan Hikmət adlı şəxslə danışıb bu məsələdə Eminə köməklik etməyini xahiş etmişdir. O isə Eminə yüksək vəzifədə işləyən tanışlarının olduğunu bildirib həmin şəxslərə müraciət etməsini tövsiyyə etmiş, lakin Emin vəzifəli şəxslərə bu barədə danışmaq istəmədiyini, yalnız Hikmətin ona köməklik edə biləcəyini demişdir. Həmin vaxt o, öz telefonu ilə Hikmətə zəng etmiş və telefonu selektoruna qoşaraq Eminin ondan köməklik istəməsini bildirmişdir. Hikmət də Eminlə salamlaşıb bu işdə çalışıb öz tanışlarının vasitəsi ilə köməklik edəcəyini demişdir. Hikmət uşaqlıqdan tanıyır, Hikmət Şirvan şəhərində onunla qonşu olmuşdur. Emin Hikməti şəxsən tanımasa da, onun belə bir dostunun olduğunu bilmişdir. Bundan sonra Emini evində düşürdüb uzaqlaşdıqdan sonra Emin ona zəng edib qayıtmağını xahiş etmişdir. O qayıtdıqda Emin ona Səbuhiyə göndərilən həmin səs yazılarını ona dinləməyə vermişdir. O, həmin yazıları dinləmiş, səs yazılarında bir nəfər şəxsin hansı səbəbdən Eminin onlarla əlaqəsi saxlamasının uzadıldığını soruşub təkidlə tez bir zamanda Eminin onlarla əlaqə saxlamalarını tələb etməsi, Eminin bu işdə problem yaratmaması, əks halda Eminin problemlərlə qarşılaşacağı səsləndirilmişdir. Emin təcili Həkmətlə gedib görüşmək lazım olduğunu demiş, o, Hikmətə zəng edib bu barədə bildirmişdir. Hikmət növbəti gün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Cavanşir” körpüsünün yaxınlığındakı “Qədim Qəbələ” restoranında görüş təyin etmişdir. Növbəti gün o, Emin və Hikmət həmin yerdə görüşmüşlər. Bu zaman o kənara keçmiş, Hikmət isə Eminlə qalıb söhbət etmişdir. Onların nə söhbət etdiklərindən onun xəbəri olmasa da, vidalaşan zaman Hikmətin Eminə heç bir şeydən narahat olmasın, hamısını özü həll edəcəyini dediyini eşitmişdir. Bundan sonra o, Hikmət və Emin şəhərin müxtəlif ünvanlarında görüşmüşlər. X54 söhbət edən zaman o, söhbətlərində iştirak etməmişdir. Sadəcə onu başa düşmüşdür ki, Emin Hikmətə məsələnin həllindən ötrü külli miqdarda pul və əmlak verməyə söz vermişdir. Sağollaşdıqdan sonra Emin ona Hikməti evinə aparmağını demiş və o da, X40 kirayə qaldığı evə aparmışdır. Eminlə yenə görüşən zaman o, məsələnin necə olduğunu soruşmuş, ancaq Emin ona hansı məbləğə və ya əmlaka razılaşdıqlarını deməmişdir. Emin ona razılaşdıqlarını və ona etibarnamə verərək Hikmətin ona nə desə o formada edəcəyini demiş və o da razılıq vermişdir. Emin Hikmətlə razılıq əldə etdiyi gündən sonra Hikmət Eminlə əlaqə saxlayacağını demiş, Emin ona zəng edərək nə olduğunu soruşmuş, o isə Hikmətə zəng vurmuşdur. Hikmət Səbuhiyə zəng vuran şəxslə danışdığını və gecə onunla da danışdıracağını bildirmişdir. Emin də ona Hikmətlə bir yerdə olmağını demişdir. O, Eminin dediyi kimi Hikmətin yanında olmuş və Emin ona mütəmadi zəng vuraraq danışıb-danışmamalarını soruşmuşdur. Artıq gec olduğundan o, gözləyə bilməyəcəyini demiş və evə getmişdir. Səhər telefonu açan zaman Hikmət tərəfindən ona səsli mesaj gəldiyini görmüş və heç mesajları dinləməmiş Emin ona zəng vuraraq nə olduğunu soruşmuş və o, Eminə mesaj gəldiyini və onun yanına gələrək bir yerdə səsə qulaq asacaqlarını demişdir. Həmin səs yazıları polis onu saxlayan zaman telefonunda qalmış, ancaq polislər onun telefonunu götürərək səhərdən axşama kimi saxlamışlar. Yəqin edir ki, onlar özləri həmin səs yazılarını silib axşam telefonunu özünə qaytarmışlar. Həmin səs yazısında Hikmət səhərə kimi telefonla danışdığını, X58 möhkəm hədələdiyini, ancaq narahat olmamağı və yuxudan oyanan kimi onunla əlaqə saxlayıb təfərrüfatı deyəcəyini demişdi. Bu səslərə Emin özü qulaq asmışdır. Günorta Hikmət ona zəng etmiş, Emin, o və Hikmət yenə Planet restoranının yaxınlığında görüşmüşlər. Bu zaman yenə onlar ikisi danışmış, o, həmin danışıqda iştirak etməmişdir. Hikmət onun yanında Səbuhiyə zəng edən adama zəng etmiş və telefonu səsucaldana qoymuşdur. Bu zaman o, yenə çölə çıxmış və onlar danışmışlar. Sonra isə o, Emini evlərinə aparmışdır. Emin səhəri gün onu evlərinə çağıraraq ona bağlamada pul vermiş, o, pulu saymamış, ancaq həmin pulun dollar şəklində olduğunu bilmişdir. O, hər dəfə Eminin tələbi ilə Hikmətə nə isə aparan zaman ona zəng vuraraq məlumat verməyini istəmişdir. İlk dəfə görüşəndə ona maşını Badamdar qəsəbəsinə sürməyini və pulu sözügedən adamın adamlarına verəcəyini demiş, məlum yerə çatan zaman Hikmət pulu götürərək maşından düşəndən 15-20 dəqiqə sonra əliboş geri qayıtmış və məsələni həll etdiyini demişdir. Tarixlərini dəqiq xatırlamır, amma belə hadisələr mütəmadi olaraq baş vermişdir. Emin ona əmlaklarla bağlı etibarnamə verəcəyini və həmin etibarnaməylə əmlakları Hikmətin dediyi adamın adına keçirəcəyini demiş və o da razılaşmışdır. Etibarnamə vasitəsilə əmlakları Hikmətin dediyi adamın adına keçirməyə İdrak ilə getməsinə baxmayaraq, İdrak ifadəsində bildirmişdir ki, Hikmət orada olub, ancaq Hikmət həmin an yanında olmamışdır. O, alqı-satqı müaqaviləsini bağlamağa gedən zaman orada Hikmətin yoldaşının və yanında yaşlı qadının gəldiyini görmüş, onları tanımış, əmlakı kimin adına keçirəcəyini, Hikmətin harada olduğunu soruşan zaman Hikmətin yoldaşı öz adına keçirəcəyini demişdir. O, bu zaman Hikmətə zəng etmiş və məsələnin nə olduğunu, nə üçün əmlakı ailə üzvlərinin adına keçirdiyini soruşan zaman, Hikmət ona bu məsələyə qarışmamağı və Eminlə hər şeyi danışdığını demişdir. Buzovnada notariusda alqı-satqı müqaviləsi bağlanmış və o, sonra İdrakı evlərinə aparmışdır. Bu məsələdə marağı olmadığı üçün çeklərin şəklini çəkərək Eminin telefonuna göndərmişdir. Sonra Emin ona sürücüsü Rasim tərəfindən pullar göndərəcəyini və həmin qaydada həmin pulları Hikmətə çatdırmağını demişdir. O, Rasimlə görüşüb pulları bağlı şəkildə alıb olduğu kimi Hikmətə vermişdir. Həmin ərəfədə Emin onun vasitəsilə külli miqdarda pullar göndərmişdir. Onun bütün tapşırıqlarını dəqiqliklə yerinə yetirmişdir. Emin ona bağ evi ilə bağlı etibarnamə vermiş və o, Nərimanovda notariusa gedən zaman yenə Hikmətin yoldaşının yaxın dostunun gəldiyini görmüşdür. Yanvar ayında Hikmət ona zəng vuraraq “Sea Breez”də tikilən evlərin qiymətləri ilə maraqlanmağını ondan istəmiş, o razı olmuş və ora gedərək binalarada hazır evlərin olmadığını öyrənmişdir. Sözügedən binadakı evin qiyməti, kvadratı haqqında məlumat toplamış, bu barədə Hikmətə demiş, Hikmət isə ona bir söz deyəcəyini bildirmişdir. O, X59 ilə danışmalı olduğunu anlamışdır. Səhəri gün Hikmət ona zəng edərək “Sea Breez”ə getməyini bildirmiş, yolda ondan sənədlərinin üstündə olub-olmadığını soruşmuş, o da üstündə olduğunu demişdir. Ora çatan zaman Hikmət ona zəng edərək danışdığını, iki ev götürəcəyini və evləri öz adına sənədləşdirəcəyini demiş, o bununla razılaşmasa da, ona bu işdə olduğunu və o, necə qorxursa özünün də qorxduğunu demişdir. Evin birinin onun, digərinin isə Hikmətin adına sənədləşdirəcəkləri qərarlaşdırılmış, həmin gün onun adına müqavilə olsa da, Hikmətin sənədləri olmadığı üçün sonrakı günlərdə ora yenidən gəldikləri zaman ev Hikmətin adına sənədləşdirilmişdir. Hikmət ona əlavə olaraq Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerləşən evlərlə maraqlanmağını və ev alınmalı olduğunu demişdir. O, binalarla maraqlanmış, maraqlandığı bina onun ev götürmək istədiyi bina olmuş və hələ də binada tikinti işləri getmişdir. Bu işdən əvvəl o, avtomobilini ev almaq üçün satmış və bundan Eminin də xəbəri olmuşdur. O, həmin binanı Hikmətə təklif etmiş, o da maraqlanıb ona bir xəbər edəcəyini demişdir. Sonra ona binaya gedib kvadratların siyahısını çıxarmağını və ona bildirməyini demişdir. O da bunu etmişdir. Hikmət ona oğlunu göndərəcəyini və müqaviləni onun adına bağlamağını demiş və pulu da hissə-hissə göndərəcəyini bildirmişdir. Ona maraqlı olmadığı üçün bu işlərlə bağlı ona artıq suallar verməmişdir. Sonrasında onlar binaya getmiş və iki ev Hikmətin oğlunun adına rəsmiləşdirilmişdir. Həmin ərəfədə Emin gəlmiş, iki-üç gün qalmış və sonra Dubaya gedərək üç-dörd günə qayıdacağını demişdir. Beləliklə, sonrasında onlar ümumi dörd evi Hikmətin oğlunun adına keçirmişlər. O, müqavilənin şəkillərini çəkmiş və Hikmətə göndərirmişdir. Bir müddət sonra Hikmət yenidən pul göndərərək əlavə mənzillər barəsində müqavilə bağlamağını ona demiş və o da razılaşmışdır. Ancaq o, Hikmətin oğluna zəng vuran zaman ona zəng çatmamış, bu zaman Hikmət evləri onun özünün adına keçirməyini demişdir. O etiraz etsə də, Hikmət təkid etmiş və o, evləri Simranın adına keçirəcəyini demiş, ancaq o, bunu qəbul etməmişdir. Evləri Elnurun və digər şəxsin adına keçirməyini demiş, onların adına müqavilə bağlanmış, bu proseslər gizli olmamışdır. Yanvar ayının sonlarında Hikmət zəng edərək ona Lotu Quli tərəfindən torpağı satmağı və pulunu ona verməsini dediyini bildirmişdir. O, bu barədə belə bir yerin münasib qiymətə olduğunu Simrangilə demiş və Simranı həmin yerə baxmağa aparmışdır. Sonra isə Simran ilə Hikmət telefonda danışmış, 1.800.000 manata razılaşmışlar. Bu zaman Hikmət Simrana 150.000 dollar beh verməsini istəmiş və Simran həmin pulu ona vermişdir. Hikmət ona Gənclik Mall tərəfdə dayanacaqda olmağını və bir adamın gəlib həmin pulu ondan götürəcəyini demişdir. O, orada olan zaman tanımadığı bir şəxs ona yaxınlaşmış və Hikmətlə onun yanında danışdıqdan sonra o, 150.000 dollar pulu həmin adama vermişdir. Pandemiya düşən zaman o, dəfələrlə Hikmətlə əlaqə saxlasa da, Hikmət gələ bilməmiş və o, bu barədə Hikmətə öz narahatçılığını bildirmişdir. Bir müddət sonra Hikmət ona zəng edərək Lotu Qulinin onunla danışmaq istədiyini demiş, ancaq o danışmayacağını və onu tanımasını istəmədiyini bildirmişdir. Fevral ayında Hikmət ona maşın hədiyyə etmişdir. Belə ki, Hikmət ona salona getməyini, maşınların qiyməti ilə maraqlanmağını demişdir. O, maşınlara baxaraq qiymətini Hikmətə demiş, Hikmət isə ona pul göndərəcəyini və həmin pul ilə özünə həmin maşını götürməyini bildirmişdir. O, bunu qəbul etməsə də, bunun Lotu Quli tərəfindən ona hədiyə olunduğu və əgər qəbul etməsə, onun bunu yaxşı qarşılamayacağını bildirmişdir. Hikmət hədiyyəni qəbul etməli olduğunu, sonra isə maşınla nə istəsə etməyini demiş və maşın onun adına rəsmiləşdirilmişdir. Simranın narahatlığı başlayan zaman o, maşının ona hədiyə olunduğunu və onu Simranın adına keçirəcəyini demiş, Simran istəməsə də, o, maşından istifadə etmədiyini deyərək onu razı salmış və maşını Simranın adına keçirmiş və maşın onda qalmışdır. Karlovi Vari restoranı ilə bağlı o, öz dayısı oğlu Səbuhiyə etibarnamə vermiş və bütün əməliyyatlarda Səbuhi iştirak etmişdir. Həmin restoran Hikmətin dediyi qadının adına sənədləşdirilmişdir. Sənədi kimin imzaladığını bilmir, oraya getməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində qeydiyyatda olsa da, faktiki olaraq 2010-cu ildən etibarən Rusiya Federasiyasının Ufa şəhərində yaşayır. Ailəsi isə Bakı şəhərində yaşayır. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin ekologiya fakültəsini bitirmiş, bundan sonra hərbi xidmət keçib bir il sonra Xüsusi Dövlət Mühafizə Xidmətində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş, 2005-ci ildə öz xahişi ilə işdən azad olunub biznes fəaliyəti ilə məşğul olmağa başlamışdır. 2006-cı ildən neft-qaz sahəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PETON Holding” şirkətinin baş direktorunun müavini vəzifəsində işləməyə başlamışdır. Həmin şirkətdə yüksək maaş və dividentlər aldığına görə maddi vəziyyəti çox yaxşıdır, yaxınları tərəfindən zəngin adam kimi tanınır. Bir çox hallarda çalışdığı qədər xeyriyyəçiliklə də məşğul olur, əsasən doğma Lənkəran rayonunda və Azərbaycanın sair yerlərində maddi çətinlik çəkən insanlara və dini yerlərə maddi köməklik göstərir. Bunu da onun yaxınları və qohumları bilirdi. Rusiya Federasiyasında yaşasa da, hər ay ailəsinə baş çəkmək üçün Azərbaycan Respublikasına gəlir. 2020-ci ilin yanvar ayında Bakı şəhərinə gəldikdə dayısı oğlu Şahid1 ona müraciət edib özünü "Lotu Quli” ləqəbli Nadir Səlifovun adamı kimi təqdim edən şəxsin Səbuhiyə zəng edib onunla danışmaq və dostluq etmək istədiyini bildirdiyini demişdir. O, cinayət aləmindən uzaq olduğunu və bu səbəbdən hər hansı bir cinayət aləminin nümayəndəsi ilə söhbət etmək istəmədiyini bildirmişdir. Buna baxmayaraq narahatçılıq keçirməyə başlamışdır. 2020ci ilin yanvar ayının təxminən 7- də X11 Bakı şəhərinə gələrkən X8 əmisi oğlu Təqsirləndirilən şəxs qarşılamışdır. Vüsal Bakı şəhərindəki onun bəzi texniki tapşırıqlarını yerinə yetirdiyindən Vüsala qeyri-rəsmi olaraq 1.500 manat maaş vermişdir. Vüsalın idarə etdiyi “Toyota Camry” markalı avtomobilini də o, hədiyyə etmişdir. Vüsalla bir qohum kimi münasibəti yaxşı olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Vüsala özü kimi inanmış, ona bütün sirlərini açıb danışmışdır. Beləliklə də, Vüsal onu qarşılayıb birlikdə idarə etdiyi avtomobillə yolda gedərkən Vüsala “Lotu Quli’nin adından ona xəbər göndərilməsi və bundan narahat qalmağı barədə danışmışdır. Vüsal da onun cinayət aləmində böyük nüfuza malik, əslən Şirvan şəhərindən olan Hikmət adlı tanışının olduğunu bildirib Hikmətə baş verənləri danışacağını və Hikmətin köməkliyi ilə məsələni həll edəcəyini demişdir. O isə hələ tələsməməsini məsləhət bilmişdir. Lakin Bakıda olan 3 gün ərzində Səbuhi ona hər gün hədə-qorxu dolu zənglərin gəldiyini, hədənin ona və Bakıda yaşayan ailə üzvlərinə ünvanlandığı barədə məlumat verdiyindən, o, daha da narahat olub Vüsalın təklifi ilə razılaşmışdır. Bir neçə gündən sonra Vüsal Hikmət adlı tanışı ilə onunla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Cavanşir” körpüsünün yaxınlığındakı “Qədim Qəbələ” restoranında görüşmüşdür. Bu zaman Vüsal və Hikmət “Lotu Quli” ilə telefonla danışdıqlarını, sonuncu dostluq etmək üçün 20.000.000 ABŞ dolları pul istədiyini, əks halda onu öldürəcəyini demişlər. O, əvvəl onlara inanmayıb pul vermək niyyətinin olmadığını bildirmişdir. Bu zaman Vüsal və Hikmət “əgər bunu etməsən sənin ailə üzvlərin öldürüləcək” demişlər. Bu sözləri Vüsalgil təkidlə və aqressiya ilə və o, həmin sözlərdən qorxmağa başlamışdır. Belə ki, özü çox vaxtı Rusiyada olduğundan ailə üzvləri Bakıda tək qaldıqları üçün onların təhlükəsizliyinə əmin olmalı idi. Ona görə də Vüsal və Hikmətin təkidlərindən sonra Vüsal və Hikmətə pul vermək qərarına gəlmişdir. Həmin vaxt bu şəxslər tərəfindən hədələndiyini hiss etmişdir. Ona görə də ailə üzvlərinin öldürüləcəyindən qorxub heç bir hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Beləliklə də dəqiq tarix yadında deyil, 2020-ci ilin yanvar ayının əvvəlində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 57 saylı binanın qarşısında şəxsən özü Vüsala 700.000 ABŞ dolları pul vermişdir. Pulu götürən Vüsal qalan pulu tez bir müddətdə vermək lazım olduğunu demişdir. O da Vüsala demişdir ki, onun şəxsən özünün pulu yoxdur, pulu ondan-bundan toplamaq üçün Rusiyaya getməlidir. Vüsal isə ona ailəsinin Bakıda olduğunu bir daha yadına salıb onu xəbərdar etmişdir ki, başqa addım atmasın. Bundan sonra o, Rusiya Federasyasına getmiş, paralel olaraq həm Bakıda həm də Rusiyada pul toplamağa başlamışdır. 2020-ci ilin yanvar ayının təxminən əvvəllərindən fevral ayının axırınadək olan müddət ərzində onun tapşırığına əsasən sürücüsü Şahid4 və bacısı oğlu Şahid3 vasitəsi ilə ümumilikdə 2.300.000 ABŞ dolları nağd pul hissə-hissə olmaqla Vüsalın özünə verilmişdir. Pulların konkret olaraq nə vaxt və harada verilməsini dəqiq bilmir, bu barədə Rasim və İdrak daha düzgün məlumat verə bilər. Vüsal pulu qəbul edəndən sonra Vatsap tətbiqetmə proqramı vasitəsi ilə onunla danışarkən pulu qəbul edib lazım olan yerə çatdırıldığı barədə məlumat verib qalan pulu tez bir müddətdə çatdırmaq lazım olduğunu, əks halda onun və ailə üzvlərinin öldürüləcəyi barədə sözlər işlətmişdir. Yəni misal olaraq hansısa jurnalistin ailəsinin öldürülməsi və sair məlumatların mətbuatdan oxuya biləcəyini də söyləmişdir. Bundan sonra o, Vüsala demişdir ki, nağd qaydada pul tapıb verə bilmir. Vüsalın ona məxsus bir neçə bahalı əmlakların olmasından məlumatlı olduğundan Vüsal və Hikmət ona tövsiyə etmişlər ki, pulun əvəzində əmlak da verə bilər. Ona görə də pul verilən ərəfədə o, 13 yanvar 2020-ci il tarixdə etibarnamə vermişdir ki,onun adından özünə məxsus Buzovna qəsəbəsində yerləşən 3.450.000 manat dəyərində 2 hektar torpaq sahəsini pul əvəzinə lazım olan yerə versin. Faktiki olaraq özünə məxsus 1.550.000 manat dəyərində 0,86 hektar torpaq sahəsi isə bacısı oğlu İdrak tərəfindən Vüsalın dediyi adamın adına özgəninkiləşdirilmişdir. Bundan başqa sürücüsü Rasimin adından da Vüsala etibarnamə verilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700.000 manat dəyərində 12 sot torpaq sahəsinin üzərindəki villa tipli bağ evini pul əvəzinə özgəninkiləşdirsin. Həmçinin Çexiya Respublikasının Karlovi Vari şəhərində yerləşən 1.500.000 manat dəyərində 0,15 hektar torpaq sahəsini Vüsalın dediyi bir Ukrayna vətəndaşı olan Natalya adlı qadının adına özgəninkiləşdirmişdir. Beləliklə də 2020-ci ilin yanvar ayının əvvəllərindən 2020-ci ilin fevral ayının ortalarınadək olan müddət ərzində onun 3.000.000 ABŞ dolları məbləğində pulu, ümumilikdə 5.000.000 ABŞ dolları dəyərində Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 2 hektar və 0,85 hektar torpaq sahələri, 700.000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinin üzərindəki villa tipli bağ evi və Çexiya Respublikasının Karlovi Vari şəhərində yerləşən 1.500.000 manat dəyərində 0,15 hektar torpaq sahəsi ələ keçirilmişdir. Vüsal və Hikmətin dediklərinə görə onlar həmin əmlakları '‘Lotu Quli” ləqəbli Nadir Səlifovun dediyi adamların adına keçirmişlər. Qeyd olunan əmlakları və pul vəsaitini verdikdən sonra Vüsala daha imkanının olmadığını və bundan başqa heç bir pul və əmlak verə bilməyəciyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, əmisi oğlu Vüsal dostu Hikmət Vəliyev və qeyriləri ilə birlikdə əlbir olub onun pullarını və əmlakını ələ keçirmişlər. Belə ki, o, artıq imkanının olmadığını deyəndən sonra Vüsal ona qonşusu Raminin vasitəsi ilə xəbər göndərərək ondan narazı olduğunu və onun işini həll etdiyi üçün milyonlarla borcunun olduğunu, pulu verməsə başına oyun gətirəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisinin oğludur. Qohumluqları dostluq münasibətinə çevrilmişdir. Təqsirləndirilən şəxs isə təqribən 1999- 2000-ci illərdən tanıyır. Vüsalı Eminə görə, Eminin əmisinin oğlu kimi tanımışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təşkilatçılığı ilə Çexiya Respublikasının Karlova Vari şəhərində şirkət almaq istəmişdir. 2019-cu ilin mart ayında Eminin tapşırığı ilə ilk dəfə Çexiyaya getmişdir. Şirkətin alınması ilə əlaqədar yerlə tanış olmuş, ingilis dilini yaxşı bildiyinə görə Eminin tapşırığı ilə şirkəti satan şəxslərlə görüşüb danışıqlar aparmışdır. Həmin vaxtdan sonra bir neçə dəfə də getmişdir. 2019-cu ilin avqust ayında Emin Çexiya Respublikasının Karlova Vari şəhərində həmin şirkəti və şirkətə məxsus torpaq sahəsini almışdır. Həmin şirkətin 1400 kv. metr torpaq sahəsi olmuşdur. Torpaq sahəsinin dəyəri təxminən 1.500.000 manat olardı. Emin şirkəti, torpaq sahəsini atası Rövşənin adına almışdır. Emin həmin şirkəti alandan sonra şirkətin Çexiyalı müdiri olmuşdur. Emin tərəfindən isə o, həmin şirkətə formal olaraq rəhbərlik etmişdir. 2019cu ilin sentyabr ayında Emin onu həmin şirkətə rəsmi olaraq direktor təyin etmişdir. Eminin məqsədi torpaq sahəsində tikinti işləri aparmaq idi. Ondan sonra isə təqribən bir neçə dəfə işlə bağlı Çexiya Respublikasına getmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə whatsapp tətbiqetməsi vasitəsi ilə özünü Əli adı ilə təqdim edən şəxs tərəfindən Türkiyə nömrəsi ilə zəng gəlmişdir. Gələn zəngin hansı nömrədən olmasını yadından çıxarmiş, nömrəni özündə qeyd etməmişdir. Özünü Əli kimi təqdim edən şəxs ona bildirmişdir ki, Türkiyədən zəng edir. Onun zəngində Whatsap şəklində kriminal aləmdə “Lotu Qulu” kimi tanınan Nadir Səlifovun şəkili görsənmişdir. Həmin şəxs ona bildirmişdir ki, Çexiya Respublikasında olan torpaq sahəsinin sahibi ilə əlaqə yaratmaq istəyir. Nə lazım olduğunu soruşduqda isə həmin şəxs bildirmişdir ki, torpağın sahibi ilə tanış olmaq, dost olmaq istəyir. O da həmin şəxsə bildirmişdir ki, sözlərini əmlakın sahibinə çatdırar. Həmin vaxt Emin Dubay şəhərində olduğundan telefonla Eminə zəng edib bu barədə məlumat vermişdir. Zəng edən şəxslərin “Lotu Quli” kimi tanınmış şəxsin yanında zəng etmələrini bildirdikləri barədə Emini məlumatlandırmış, Emin bildirmişdir ki, Bakıya qayıdarkən danışarıq. Bir gündən sonra həmin nömrədən Türkiyə nömrəsi ilə Whatsapp vasitəsi ilə ona təkrar zəng edilməklə onlara zəngin edilmədiyindən gileylənmişlər. O, həmin şəxsə bildirmişdir ki, yerin sahibi xaricdədir, sabah gələcək, gələndə ona bu barədə məlumat verəcək. Sabahısı gün Emin gəldikdə həyətlərində görüşmüşdür. X49 Vüsal ilə birlikdə gəlmişdir. O, Vüsalın maşınına oturmuş və gələn zəng barədə, eləcə də aralarında olmuş söhbətləri Vüsalın yanında Eminə danışmışdır. Türkiyədən zəng etmiş şəxsin telefon nömrəsini Vüsal ondan istədikdə o, həmin nömrəni Eminin yanında telefonunda Vüsala göstərmişdir. Vüsal nömrəni telefondan öz telefonuna yazmışdır. Bundan sonra o, maşından düşüb getmiş, Vüsalgilin nə etmələri barədə məlumatı olmamışdır. Təqribən 3- 4 gün sonra ona yenidən həmin nömrədən zəng gəlmiş, gələn zəngdə “Lotu Quli” adlı avtoritetin şəkili görünmüşdür. O, telefonu açmayıb bu barədə Eminə məlumat vermişdir. Emin də öz növbəsində Vüsala məlumat vermişdir. Ondan sonra Vüsal ona zəng edərək nömrəni qırıb atmağını bildirmişdir. O, nömrəni telefondan çıxarıb qırıb atmışdır. Emin ona bildirmişdir ki, ona zəng edən şəxslər ondan Çexiyada olan əmlakını adlarına keçrilməsini tələb edərək ona hədə-qorxu gəlirlər. Həmin vaxtdan təqribən 20 gün sonra Eminə məxsus olan, atası Rövşənin adına olan Çexiya Respublikasındakı müəsissə, müəsisəsinin hesabında olan 285.000 AVRO və balansında olan 1400 kv. metr torpaq sahəsi həmin zəng edən şəxslərin bildirdikləri şəxsin adına Çexiya Respublikasının Azərbaycan Respublikasında olan səfirliyində alqı-satqı müqaviləsi əsasında sonədləşdirilərək verilmişdir. Həmin vaxtlar Rövşən müəllimlə birlikdə Çexiyanın Azərbaycandakı səfirliyinə gedib Çexiya Respublikasındakı müəsissənin və balansında olan 1400 kv. metr torpaq sahəsinin Vüsalın dediyi adamın adına keçirilməsindən ötrü müvafiq sənədləri imzalamışdır. O, daha sonra göstərmişdir ki, Vüsal həmin şəxslərin polislə əlbir olduğunu və ailənin təhlükədə olduğunu dediyi üçün onlar polisə müraciət etməmişlər. Vüsal həmin şəxslərin dostu ilə türmədə olan zaman yaxın olduğunu və məsələni həll edəcəyini demiş, o, həmin şəxsi görməmişdir. Ona zəng gələn zaman whatsapp profilində kriminal aləmdə tanınmış “Lotu Quli” kimi bilinən adamın şəkli olmuş, zəng vuran şəxs adının Əli olduğunu və Lotu Qulinin yanından zəng vurduğunu demişdir. Əli adlı şəxs onlara məxsus olan şirkətə Dağıstanlıların hücum edəcəyini və onları qorumaq istədiyini ona bildirmişdir. Yer rəsmiləşdirilən zaman ilk vaxtlar kimin adına rəsmiləşdirilməsi bilinməmiş, daha sonra isə Hikmətin sevgilisi Natalianın adına rəsmiləşdirildiyini öyrənmişlər. Mart və aprel aylarında bir neçə dəfə zənglər gəlmiş, ancaq o, həmin zəngləri açmamış, bu barədə Eminə məlumat vermiş, o isə Vüsal ilə məsləhətləşmişdir. Daha sonra həmin nömrəni çıxarmış və whatsapp profilini silmiş və bir daha zəng gəlməmişdir. O, Hikməti heç vaxt görməmişdir. Qədim Qəbələ restoranında Emin, Vüsal və Hikmətin görüşməsindən xəbəri olmamışdır, o, ümumiyyətlə həmin ərəfədə Qədim Qəbələ restoranının yaxınlığında olmamışdır. Vüsal ona whatsappda təhqiramiz sözlər yazmış və o, ona zəng vuraraq harda olduğunu soruşmuş, o isə bağda olduğunu demişdir. O, bağa gələn zaman ona telefonda səhvlik olduğunu və aqresiv olduğunu, Eminin bir sıra səhvlər etdiyini və Eminin ona borclu olduğunu demişdir. Eminin Vüsala onun vasitəsilə pul təklif etdiyi bir hadisə olmamışdır. Eminlə söhbət edən zaman o demişdir ki, onlar Çexiyadakı şirkəti hədə qorxu vasitəsilə adlarına keçirmək istəyirlər. Odur ki, onlar Eminin atasıyla gedib şirkəti Vüsalın dediyi Nataliya adlı birinin adına rəsmiləşdirmişlər. Natalia haqqında bütün məlumatları ona Vüsal vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. O, Eminin işlərində hərdən köməklik edir. Lakin Eminə etdiyi köməklik qohumluq əlaqələrindən irəli gələrək tərəfindən tam təmənnasız olmuşdur. Dayısı Zərərçəkmiş şəxs Azərbaycan və Rusiya Federasiyası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Eminin tapşırıqlarını icra edən zaman həmin tapşırıqların mahiyyəti və nə səbəbdən icra edilməsi ilə maraqlanmamışdır. Belə ki, təxminən 13-14 yanvar 2020-ci il tarixdə dayısı Emin Rusiya Federasiyasında olan zaman ona zəng edib sənədləşməyə imza etmək lazım olduğunu bildirmişdir. O, konkret olaraq hansı sənədləşmədən danışdığını bilməmiş və bu onun üçün maraqlı olmadığından dayısı Eminə bu barədə sual da verməmişdir. Dayısı Eminin göstərişinə əsasən o, Eminin atası, yəni onun babası X27 ilə Lənkəran şəhərində yerləşən Notariat kontoruna gedib orada babasının adından onun adına etibarnamə verilmişdir. Bundan sonra o, Whatsapp proqramı vasitəsi ilə dayısı Eminlə telefon əlaqəsi saxlamış və dayısı növbəti gün ona Bakı şəhərinə gedib orada səhər saatlarında ''Port Baku” ticarət mərkəzinin qarşısında dayısı Eminin əmisi oğlu Təqsirləndirilən şəxs ilə görüşüb onunla notarial kontora gedərək sənədlərə imza atmasını xahiş etmişdir. O, Eminin dediyi kimi edərək 15.01.2020-ci il tarixdə səhər saat 09 radələrində qeyd olunan ünvana getmiş, bir neçə dəqiqə sonra həmin ünvana Vüsal idarə etdiyi “Toyota Camry” markalı sonu 200 ilə bitən dövlət nömrə nişanlı avtomobillə gəlib onunla görüşmüş və onunla getməsini xahiş etmişdir. O, avtomobilin arxa oturacağına əyləşmiş, Vüsalın yanında əvvəllər tanımadığı Hikmət adlı şəxs də əyləşmişdir. Həmin şəxs təxminən 40-45 yaşlı, hündür boylu, orta bədən quruluşlu şəxs idi. Xırıltılı səslə danışdığından kriminal aləmin nümayəndəsinə oxşayırdı. Vüsal onu öz uşaqlıq dostu kimi təqdim etmişdir və xahiş etmişdir ki, Hikmətin onunla görüşə gəlməyi barədə heç kimə danışmasın. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən notariat kontoruna getmişlər. Orada Vüsalın deməsinə görə 1-2 saat notariusun gəlməsini gözləmişlər. Təxminən 1-2 saatdan sonra Vüsal notariusun gəldiyini demiş və onlar avtomobildən düşüb içəri keçmişlər. Onlardan başqa orada iki qadın olmuşdur. Onlar içəri keçdikdə həmin orta və yaşlı qadınlar Hikmətlə görüşmüşlər. Bundan 5-10 dəqiqə sonra Vüsal onu içəri otağa aparıb orada sənədlərə imza etməsini xahiş etmişdir. O, sənədlərə imza edən zaman görmüşdür ki, həmin imza etdiyi sənəd onun etibarnamə əsasında babasının adına olan 0,86 ha torpaq sahəsini həmin yaşlı Dilbər adlı qadına 100.000 manata satmağı barədə alqı-satqı müqaviləsidir. Müqaviləyə o və Dilbər imza etmişlər. Qeyd olunan alqı-satqı müqaviləsindən başqa həmin vaxt Vüsal dayısı Eminin adından orada olan orta yaşlı qadına 2 hektar torpaq sahəsinin alqı-satqısı ilə bağlı sənədlərə imza etmişdir. Bundan sonra o, Vüsal və Hikmət yaxınlıqda yerləşən “Kapital” banka getmişlər. Orada ona qəbz təqdim edilmiş və o, qəbzə imza etmişdir. Həmin qəbz torpağın alqı-satqısı nəticəsində əldə olunmuş pul vəsaitini götürülməsi barədə qəbz olmuşdur. Vergilər çıxandan sonra 92.230 manat pul ona verilməli idi. Bundan başqa Vüsal da öz alqı-satqı müqaviləsi ilə bağlı pulu qəbul etməsi ilə bağlı qəbzə imza etmişdir. Vüsalın imza etdiyi qəbzin şəkilini çəkmək istəsə də, Vüsal buna icazə verməmişdir. Bundan sonra Vüsal onu kənara apararaq bankdan çıxarmışdır. Hikmət bankda qalmış və o, görmüşdür ki, kassada ona və Vüsala təqdim edilən pulları Hikmət götürmüşdür. Vüsal ona icazə verməsə də, pulun ona təqdim edilməsinə dair qəbzin şəkilini çəkmişdir. Bundan başqa alqı-satqıdan sonra onda heç bir sənəd qalmamışdır. Bütün ona təqdim edilən sənədləri Vüsal özünə götürmüşdür. Bundan sonra Vüsal Hikmətlə birlikdə onu Həzi Aslanov metrostansiyası yaxınlığına qardaşı İqbalın yanına gətirmişlər. İqbal Hikmət və Vüsalla görüşdükdən sonra onlar oradan uzaqlaşmışlar. O, daha sonra göstərmişdir ki, müqaviləni bir xanımla bağlamış, o, əmlakı kimə satacağını bilməmişdir. Ona maraqlı olmadığı üçün müqaviləni oxumamış, verilən qəbzi görmüşdür. Vüsalın Hikmət adlı adamla iş birliyinin olmasını, dayısını aldatmasını və 12 milyona yaxın pulunu götürməsini sonradan bilmişdir. Hadisə zamanı Vüsalın üzündə məyusluq hiss olunmamış, əksinə sevinmişdir. Vüsal ona sənədləri oxumağa imkan verməmiş və imza çəkməli olduğunu demişdir. O, hadisənin məğzini bilməmişdir. Vüsal onu evə aparan zaman Hikmət də maşında olmuş, qardaşı ilə həyətdə görüşmüş və daha sonra evə qalxmışdır. Qardaşı Hikməti tanımamış, sadəcə hörmət əlaməti olaraq onunla görüşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma dayısıdır. Eminlə yaxın qohum kimi münasibətləri vardır. O, Eminin işlərində hərdən təmənnasız köməklik etmişdir. Bildiyinə görə, dayısı Zərərçəkmiş şəxs Azərbaycan və Rusiya Federasiyası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 04 fevral 2020-ci il tarixdə dayısı Emin Rusiya Federasiyasında olan zaman ona zəng edib həyəcanlı şəkildə babası X17 “AzərTürkBank” bankında hansı miqdarda pul olmasını soruşmuşdur. Dayısı Emin atası Rövşənin adına açdığı hesaba pul vəsaiti köçürmüş və bundan başqa sonuncunun adından onun adına etibarnamə də olmuşdur ki, lazım olduqda o, dayısı Eminin həmin pul vəsaitləri ilə bağlı göstərişlərini yerinə yetirə bilsin. Beləliklə dayısı Eminin xahişi ilə banka gedib hesabdan çıxarış götürərək dayısına şəkilini göndərmişdir. Çıxarışdan görünürdü ki, hesabda 223.200 manat pul vəsaiti olmuşdur. Dayısına həmin çıxarışın şəkilini göndərdikdən sonra sonuncu demişdir ki, həmin pul vəsaitinin hamısını çıxarıb 100.000 ABŞ dolları düzəltsin, qalan pulu isə ailə üzvlərinə versin. O, Eminin dediyi kimi pulu çıxarıb 100.000 ABŞ dolları almış və bu barədə Eminə bildirmişdir. Emin də tapşırmışdır ki, “Port Baku” ticarət mərkəzinin arxasında əmisi oğlu Vüsalla görüşüb həmin pulu sonuncuya versin. O, da ticarət mərkəzin arxasında ünvan 5 ünvanın qarşısında Vüsalla görüşüb həmin 100.000 ABŞ dolları pulu ona vermişdir. Qalan manatla olan pulu isə Eminin dediyi kimi sonuncunun evinə aparıb vermişdir. Dayısı Azərbaycana qayıdandan sonra onunla görüşüb nəyə görə həyacanlı şəkildə zəng edib Vüsala pul verməsini xahiş etdiyini soruşduqda, dayısı Emin cavabında bildirmişdir ki, əmisi oğlu Vüsal və Hikmət adlı şəxslə aralarında problem var, lakin həmin məsələ barədə danışmaq istəmir. Sonradan ona məlum olmuşdur ki, Vüsal Hikmət adlı şəxslə birlikdə dayısı Eminə hədə-qorxu gələrək külli miqdarda pulunu və əmlaklarını ələ keçirmişdir. Həmin pullardan biri də, onun 2020-ci ilin fevral ayında ünvan 5 ünvanın qarşısında Vüsala verdiyi 100.000 ABŞ dolları pul olmuşdur. O, bunları artıq dayısı Eminin polisə şikayət etməsindən sonra bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, təxminən 3-4 ilə yaxındır Zərərçəkmiş şəxs ailəsinin sürücüsü işləyir. Eminin işçisi olmaqdan başqa qohumu olduğu üçün aralarında əmək haqqı söhbəti olmamışdır, Emin imkanı olduqca ona köməklik etmişdir. Sürücü olmaqdan başqa Eminin işlərinə hərdən köməklik etmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Eminin tapşırığı ilə hərdən əşya və ya pul vəsaitlərini bir ünvandan götürüb digər ünvanlara çatdırırdı. Təqsirləndirilən şəxs Eminin həm əmisi oğludur, həm də işlərində kömək edən şəxsdir. Təxminən 2020-ci ilin yanvar ayının ortasından 2020-ci ilin mart ayının ortasınadək olan müddət ərzində o, təxminən 4-5 dəfə Eminin tapşırığına əsasən sonuncunun dediyi işçilərdən pul vəsaitləri ilə dolu bağlamalar götürüb Vüsala şəhərin müxtəlif ünvanlarında, əsasən də, Nəsimi rayonu ərazisində yerləşən Eminin yaşadığı evin yaxınlığında və 28 may metrostansiyası yaxınlığında vermişdir. Lakin konkret ünvanları xatırlamır. O, özünə məxsus ***-***-**-** nömrəsindən Vüsalın xatırlamadığı nömrəsinə zəng edib Eminin göndərdiyi pulu çatdırmaq istədiyini bildirmiş və Vüsalın təyin etdiyi yerə gedib pulu sonuncuya çatdırmışdır. Pul bağlamada olduğundan miqdarından xəbəri olmurdu, sadəcə bağlamadakı pulların ABŞ dollarından ibarət olduğunu və külli miqdarda olduğunu bilirdi. Həmin pul vəsaitinin nə üçün verilməsindən xəbəri və məlumatı olmamışdır. Bu barədə Vüsal və Emin ona heç bir söz deməmişlər. Vüsal pulları götürən zaman həmişə tək olmuşdur. Bundan başqa, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 12 sot torpaq üzərindəki bağ evi formal olaraq onun adına olsa da, həmin bağ evi faktiki olaraq Eminə məxsus olmuşdur. Eminin xahişinə əsasən o, həmin bağ evinə dair sərəncam vermək məqsədi ilə Vüsala notarial qaydada etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin bağ evi də Vüsal tərəfindən Hikmət adlı şəxsin yaxınlarının adına sənədləşdirilmişdir. Lakin həmin sənədləşdirmədə iştirak etməmiş və həmin alqısatqıdan əldə olunan pulu götürməmiş, bundan xəbərsiz olmuşdur. Sonradan bilmişdir ki, Vüsal Hikmət adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs hədə-qorxu gələrək külli miqdarda pulunu və əmlaklarını ələ keçirmişdir. O, bunları Eminin polisə şikayət etməsindən sonra bilmişdir. O, pulları Vüsala verən zaman saymamışdır. Pulların Vüsala nə üçün verildiyini bilməmiş, işin üstü açılandan sonra öyrənmişdir ki, Vüsal ilə Hikmət “Lotu Quli”nin adından istifadə edərək pulları mənimsəmişdir. Vüsal ilə əsasən 28 May metrostansiyası, “X63” və Gənclik metrostansiyası ətraflarında görüşmüşlər. Emin ona zəng vuraraq Vüsalla görüşüb ona etibarnamə verməyini demiş, o, Vüsalla görüşərək ona etibarnamə vermişdir. Torpağın kimin adına sənədləşdirildiyi haqqında məlumatı olmamışdır. Hikməti tanımamış, sadəcə adını eşitmişdir. Bu yaxınlarda Hikməti ona zəng vuraraq onu ailəsi və özü ilə təhdid etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X12 onun əmisi qızıdır. Könülün əri X24 əsasən xarici dövlətdə yaşamışdır. Könül isə Bakı şəhərində şəxsi mənzilləri olmadığı üçün dəqiq ünvanını bilmədiyi mənzildə Elmir, Ülvi və Həvva adlı övladları ilə kirayədə yaşamışdır. Hikmət, Könül və onların övladlarında heç vaxt nəqliyyat vasitəsi olmamışdır. Hikmətgil valideyinlərinin təqaüdlərinin hesabına dolanmışlar. 15 yanvar 2020-ci il tarixdə əmisi qızı X12 ona əri X13 iki torpaq sahəsinin adlarına keçirilməsini xahiş etdiyini bildirmişdir. Könül demişdir ki, həmin torpaq sahələri Hikmətin dostuna məxsusdur, müvəqqəti olaraq onun və Könülün adına keçirmək lazımdır. O, artıq sual verməyib razılaşmış və Könüllə noratiat kontoruna getmişdir. Orada onun və Könülün adına iki ədəd torpaq sahələri alqı-satqı müqavilələri əsasında sənədləşdirilmişdir. Həmin vaxt ona hər hansı məbləğdə pul vəsaiti verilməmiş, eləcə də, o özü heç bir pul vəsaiti köçürməmişdir. Bütün işləri notariusda Könül danışıb görmüşdür. Bundan sonra notariat kontorunu tərk etmişlər. 28 avqust 2020-ci il tarixdə Könül ona zəng edib Bakı şəhərinə dəvət edərək demişdir ki, qeyd olunan torpaq sahəsini adından çıxarmaq lazımdır. O, Bakıya gəlib Könülün sözlərinə əsasən sonuncunun oğlu Elmirlə görüşüb ünvanını xatırlamadığı notariat ofisinə getmiş, orada notarisun işçisinin ona təqdim etdiyi sənədlərə oxumadan imza etmişdir. Başa düşmüşdür ki, alqı-satqı yolu ilə onun adından torpaq sahəsi çıxarılır. Torpağı alan şəxsi görməmiş, alqı-satqı ilə bağlı hər hansı məbləğdə pul qəbul etməmişdir. Lakin ola bilsin ki, pulun qəbul etmə qəbzinə imza etmişdir. Alqı-satqı zamanı orada Hikmətin tanışı orta yaşlı arıq bədən quruluşlu Vüsal adlı şəxs də olmuşdur. Həmin şəxs notariat ofisinin müdiri Simran müəllimin yanında olmuşdur. Birinci və ikinci sənədləşmədə iştirak edən şəxslərin heç birini tanımamış və onların anket məlumatlarını bilməmişdir. Adına sənədləşdirilən torpaq sahəsinin dəyəri, ünvanı, sahəsi və sair məlumatları barədə bilmir. O, formal olaraq sənədlərə imza etməklə torpaq sahəsini alıb satmışdır. Zərərçəkmiş şəxs qarşı törədilən cinayət barədə məlumatı və iştirakı olmamışdır, adına sənədləşdirilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinin cinayət yolu ilə əldə edilməsindən xəbəri və məlumatı olmamışdır. Şəxsən torpaq sahəsi almamış, həmin vaxt Könülün adına torpaq sahəsinin keçirilib-keçirilmədiyini bilməmişdir. Torpaq onun adına rəsmiləşən zaman orada olan şəxsləri tanımamış, Təqsirləndirilən şəxs orada olub-olmamasını bilməmişdir. İkinci dəfə orada olanda Sinan adında şəxsin adını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində çalışır. Təqsirləndirilən şəxs onun xalasının kürəkənidir. Vüsalla yaxın dost və qohumluq münasibətləri vardır. Təqsirləndirilən şəxs əmisi oğlu Zərərçəkmiş şəxs tanıyır, onunla münasibətləri normaldır. Vüsalın vasitəsi ilə Şirvan şəhər sakini X24 ilə tanış olmuşdur. Sonuncu dəfə 2020-ci ilin fevral ayında o, Hikməti Vüsalla birlikdə görmüş, həmin vaxt Vüsalın sözlərindən ona məlum olmuşdur ki, Vüsal Hikmətlə hansısa işlərlə məşğul olub qazanc əldə edirlər. Lakin dəqiq nə işlərlə məşğul olduqlarını Vüsal deməmişdir. 2020-ci ilin fevral ayında Vüsal əldə etdiyi qazancından “Audi Q8” markalı 100Y200 nömrəli avtomobil əldə etmişdir. Təxminən 2020-ci ilin fevral ayının sonunda Vüsal ona Hikmətin Buzovna qəsəbəsində yerləşən münasib qiyməti olan təxminən 3 hektar sahələri olan 3 torpaq sahəsini satdığını bildirərək həmin torpaq sahələrini ona təklif etmişdir. O, torpağın yerləri ilə maraqlanmış və Vüsal həmin torpaq sahələrinin yerini ona göstərdikdən sonra torpaqları bəyənib almağa razılıq vermişdir. Lakin torpaqların dəqiq dəyəri barədə Vüsalla danışmamışdır. Hikmətlə telefonla danışan zaman sonuncu Bakı şəhərinə gəlib söhbət edib dəyəri barədə danışacağını və bundan sonra alqı-satqı edəcəyini demişdir. Təxminən torpaqların alışını 1.800.000 manat nəzərdə tutmuşdur. Həmin ərəfədə Vüsal ona müraciət edib Hikmətə təcili pul lazım olduğunu bildirərək 150.000 ABŞ dolları pul göndərməsini xahiş etmişdir. O, razılıq verib Vüsalın vasitəsi ilə Hikmətə 150.000 ABŞ dolları göndərmişdir. Hikmət ona pul çatandan sonra pulun çatdığını təsdiq etmişdir. Pul verdikdən sonra Hikmət Bakı şəhərinə gəlib sənədləşdirmə aparmalı olsa da, onun Bakıya gəlmədiyini və Ukraynada qaldığını görüb Vüsala öz narazılığını bildirərək torpaqları onun adına keçirilməsini, əks halda onun adına hər hansı başqa əmlak keçirilməsini tələb etmişdir. Bundan sonra Vüsal ona Hikmətlə gördüyü işlər nəticəsində Yasamal rayonu ərazisində yerləşən “Belvedere” yaşayış kompleksində 174 kv.m. və 114 kv.m sahəsi olan mənzillər əldə etdiyini və həmin mənzili onun adına girov olaraq keçirilməsini təklif etmiş, torpaq məsələsi alınmasa evlərin onda qalacağını demişdir. O, razılıq vermiş və rəhbəri olduğu notariat ofisdə hüquq məsləhətçisi işləyən X9 xahiş etmişdir ki, Bervedere yaşayış kompleksinə gedib orada adına bir mənzili keçirsin. Elnur razılaşıb Vüsalın dediyi şirkətin rəhbərinin yanına getmiş və orada Elnurun adına 174 kv.m. sahəsi olan 385.000 manat dəyərində mənzil keçirilmişdir. Bundan başqa 114 kv.m. sahəsi olan mənzil hazırda başqa bir şəxsin adına keçirilmişdir. Vüsal demişdir ki, yaxın vaxtda Hikmət gəlib evlə bağlı olan problemləri həll edəcək. Lakin daha bir neçə ay keçməsinə baxmayaraq Hikmətin gəlmədiyini görüb yenidən Vüsalı yanına çağırıb ondan Hikmətin ondan götürdüyü pul müqabilində idarə etdiyi Audi Q8 markalı 100Y200 nömrəli avtomobili adına keçirilməsini tələb etmişdir. Vüsal razılaşaraq 2020-ci ilin may ayında həmin avtomobili onun adına keçirmişdir. 2020-ci ilin yay aylarında Vüsalla Eminin arasında söz söhbətlər yarandığını, onların tez-tez telefonla mübahisə etdiklərini görmüş, lakin səbəbini Vüsaldan soruşsa da, Vüsal aralarında ailə problemlərinin olduğunu bildirmişdir. 2020-ci ilin avqust ayının sonunda Vüsal ona bildirmişdir ki, Emin onun barəsində BMCMİ-yə şikayət edərək onunla Hikmətin Eminə məxsus torpaq sahələrinin, bağ evinin və külli miqdarda pul vəsaitinin ələ keçirilməsini bildirmişdir. O, məsələyə aydınlıq gətirmək üçün Hikmətə zəng edib mübahisə etmişdir. Bu səbəbdən Hikmət onun yanına arvadı Könül və oğlu Elmirlə birlikdə Dilbər adlı qadını göndərərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,86 ha torpaq sahəsini adına keçirmək istədiyini demişdir. O, razılaşıb tanışı və qeyri rəsmi işçisi olan X21 adına torpaq sahəsinin keçirilməsini xahiş etmiş, Akif də razılaşmışdır. Bundan sonra Dilbərlə onun arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Akifin adına 115.000 manata almışdır. Alqı-satqı zamanı Dilbər pulları götürmüş və onlar Könüllə uzaqlaşmışlar. Təxminən 2020-ci ilin sentyabr ayının əvvəlində Vüsal ona müraciət edib Elnurun adına sənədləşdirilən mənzilin Eminə verilməsini xahiş etmişdir. Vüsal bildirmişdir ki, Hikmətin Emindən ələ keçirdiyi əmlak və pul vəsaitinin bir qismi əvəzində mənzili qaytarmaq istəyir. Vüsal onun qohumu olduğundan razılaşmış və Elnurdan xahiş etmişdir ki, adında olan mənzili Eminin qohumunun adına keçirsin. Elnur da dediyi kimi etmişdir. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi Zərərçəkmiş şəxs cinayət yolu ilə əldə olunmuş, bu səbəbdən həmin torpaq sahəsini onun sahibi Zərərçəkmiş şəxs qaytarmaq istəyir. Bundan başqa 2020-ci ilin dekabr ayının sonunda isə adına olan Audi Q8 markalı avtomobili 70.000 ABŞ dollarına Pərviz adlı şəxsə satmışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin sentyabr ayından Ukraynada işləyir. Vüsal ona zəng etmiş, Hikmətin onda əlaqə nömrəsinin olub-olmamasını soruşmuş, özünün Hikmətlə əlaqə saxladığını, hal-hazırda Hikmətin ona cavab vermədiyini və başqa nömrəsi varsa, ona verməyini demişdir. Onun Hikmətin nömrəsini ondan soruşmasının səbəbi onun Hikmət ilə eyni məhlədə böyüməyi, qonşu olmağı olmuş, ancaq o, onun özünə də, Hikmətlə güclü əlaqəsinin olmadığını demişdir. O, nə üçün Hikmətin nömrəsini axtardığını soruşan zaman Vüsal əmisi oğlunun problemləri olduğunu və Hikmətlə köməklik üçün danışdığını, ancaq bir neçə gündür onunla əlaqə saxlaya bilmədiyini demişdir. Ona həmin söhbətin telefon söhbəti olmadığını, ancaq əmisi oğlunun böyük problemi olduğunu demişdir. O, Emini də tanımış, onunla 2008ci ildə görüşmüş, ancaq sonralar onunla əlaqə saxlamamışdır. O, sonradan yenə Vüsal ilə əlaqə saxlayıb problemin nə olduğunu öyrənmək istəyəndə o, yenə ona telefon söhbəti olmadığını demişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, iki il bundan əvvəl yay aylarında o, kafedə işləyən zaman Vüsal ilə görüşmüş, bu zaman ona əmisi oğlu Emin ilə işlədiyini demişdir. O, Vüsaldan tikinti ilə bağlı iş olsa ona deməyini demiş, Vüsal isə bu barədə Eminə deyəcəyini, belə bir iş olduğu halda ona xəbər edəcəyini bildirmişdir. Emin Bakıya gələn zaman Vüsal ona Eminin atıcılığa getmək və ov ilə məşğul olmaq istədiyini demiş, onlar birlikdə atıcılığa getmişlər. Sabahsı günü Emin Mosvaya gedəcəyi üçün ona görüşməyi və münasibət qurmaq istədiyini bildirmişdir. Onlar zavodun içərisindəki restoranda görüşmüşlər. Bir müddət sonra o, Vüsal ilə görüşən zaman iş haqqında soruşmuş, o da problemlərin olduğunu demişdir. Ona çox şeyi danışa bilmədiyini, problemin Rusiyada olduğunu və onları sıxdıqlarını bildirmişdir. Sonralar atasının dəfni ilə məşğul olduğu üçün bu hadisə ilə çox maraqlana bilməmişdir. Vüsal onun iş yerinə tez-tez gəlmiş, onunla yanacaq doldurma məntəqəsində görüşmüşlər, lakin problemlərdən ona bəhs etməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, 2020-ci ilin ilk günlərində X19rşılamağa getmiş, Vüsal oradan qayıdan zaman onun fikirli və gərgin olduğunu görmüş, ondan bunun səbəbini soruşan zaman o, Eminə görə çox narahat olduğunu və ciddi problemlərin yarandığını demişdir. O, problemin nə olduğunu soruşan zaman ona açıqlama verməmiş, həmin gündən Emin daima Vüsala zəng etmişdir. Vüsal bunu açıqlamadığı üçün o, artıq sual verməmişdir. Eminin şikayətinə qədər onların Emingil ilə normal qohumluq və dostluq münasibətləri olmuş, bir-birilərinin evlərinə gedib-gəlmiş, o, daim Eminin yoldaşı ilə ünsiyyətdə olmuşdur. Onların arasında soyuqluq və gərginlik olmamış, Eminin Vüsaldan şikayət etməsi onları çox təəccübləndirmişdir. O, Vüsalın Hikmət adlı dostu barədə eşitməmiş, Vüsalın dost dediyi insanlarla onların ailəvi tanışlığı olmuş, amma Hikmət adlı şəxsi tanımamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 01 oktyabr 2020-ci il tarixli 380 nömrəli rəyindən görünür ki: ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0,1183 hektar olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 394,8 kvadrat metr olan fərdi yaşayış evinin 08 fevral 2020-ci il tarixə qiyməti 450.000 manat təşkil edir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsinin 15 yanvar 2020-ci il tarixə qiyməti 3.200.000 manat təşkil edir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.863 hektar torpaq sahəsinin 15 yanvar 2020-ci il tarixə qiyməti 1.380.800 manat təşkil edir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqısına dair 15 yanvar 2020-ci il tarixli AN-1 № ******* nömrəli müqavilədən görünür ki, Bakı şəhəri 26 saylı notarial ofisdə X22 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,863 hektar torpaq sahəsi Rövşən Axundovun adından Şahid2i oğlu tərəfindən 100.000 manata Şahid6 satılmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqısına dair 15 yanvar 2020-ci il tarixli AN-1 № ******* nömrəli müqavilədən görünür ki, Bakı şəhəri 26 saylı notarial ofisdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs adından Təqsirləndirilən şəxs tərəfindən 200.000 manata X1. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqısına dair 08 fevral 2020-ci il tarixli AN-1 № ******* nömrəli müqavilədən görünür ki, Bakı şəhəri 38 saylı notarial ofisdə Şahid4 məxsus ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0,1183 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 394,8 kvadrat metr olan fərdi yaşayış evi Şahid4 adından Təqsirləndirilən şəxs tərəfindən 200.000 manata X6ma satılmışdır. İş materiallarına əlavə edilmiş Çexiya Respublikasında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin paylarının alqı-satqı müqaviləsindən görünür ki, 23 yanvar 2021-ci il tarixdə X22 məxsus cəmiyyətdəki payı Ukrayna vətəndaşı Nataliya Balitskaya adlı şəxsin adına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 sentyabr 2020-ci il tarixli **********62 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X3 adına Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, ünvan 11 ünvanında yerləşən 244 nömrəli mənzil və ünvan 12 ünvanında yerləşən 197 nömrəli mənzil aşkar edilmiş, X13 adına isə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 oktyabr 2020-ci il tarixli **********45 nömrəli məktubundan görünür ki, ünvan 13 ünvanı xüsusi mülkiyyətdə olan 0,1183 hektar torpaq sahəsi Şahid4 ilə (etibarnamə üzrə Təqsirləndirilən şəxs) X4 arasında bağlanmış 38 saylı notariat ofisinin 08 fevral 2020-ci il tarixli 4ə-44 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına 21 fevral 2020-ci il tarixdə qeydiyyata alınmaqla mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi Zərərçəkmiş şəxs ilə (etibarnamə üzrə Təqsirləndirilən şəxs) X12 arasında bağlanmış 25 saylı notariat ofisinin 15 yanvar 2020-ci il tarixli 4ə-2 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına 21 yanvar 2020-ci il tarixdə qeydiyyata alınmaqla mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.8630 hektar torpaq sahəsi X27 ilə (etibarnamə üzrə Şahid2) Şahid6 arasında bağlanmış 25 saylı notariat ofisinin 15 yanvar 2020-ci il tarixli 4ə-l reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına 20 yanvar 2020-ci il tarixdə Şahid6 adına dövlət reyestrində rəsmiləşdirilmişdir. Lakin onunla X38 arasında bağlanmış 54 saylı notariat ofisinin 28 avqust 2020-ci il tarixli 4ə-380 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözü gedən torpaq sahəsi Akif Məmmədovun mülkiyyətinə keçmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 fevral 2021-ci il tarixli **********60 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi ev 133, 133A, 133B, 135, 135A mənzil 197 X3 adına "xxxx" MTK üzvlərinin protokoldan çıxarışı və maliyyə arayışı əsasında 17 fevral 2020-ci il tarixdə qeydiyyata alınmış, 02.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 adına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş X62 İdarəsinin 12 dekabr 2020-ci il tarixli 016-114536-1220 nömrəli məktubundan görünür ki, X3 adında 03.03.2020-ci il tarixdən “Lexus” markalı Az ** VU *** dövlət qeydiyyat nişanlı, X10 adına isə 13.11.2020-ci il tarixdən “Audi A6” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş X62 İdarəsinin 19 dekabr 2020-ci il tarixli 016-116905-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında 11.02.2020-ci il tarixdən “Audi Q8” markalı Az ** OY *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda olmuş, sonradan 18.05.2020-ci il tarixdə avtomobil onun adından qeydiyyatdan çıxarılaraq Şahid7 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş"xxxx" MMC-dən 23 dekabr 2020-ci il tarixdə daxil olan məktubdan görünür ki, 08 fevral 2020-ci il tarixdə bağlanmış AS 42 saylı və AS 49 saylı müqavilələrə əsasən "xxxx" MMC tərəfindən ünvan 15 ünvanında inşa edilən Belvedere yaşayış kompleksində hər birinin ümumi sahəsi 115.21 kvadrat metr olan 62 və 65 nömrəli təmirsiz mənzillər X34 tərəfindən alınmışdır. 06 mart 2020-ci il tarixdə bağlanmış AS 52 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ünvan 15 ünvanında inşa edilən Belvedere yaşayış kompleksində ümumi sahəsi 174.73 kvadrat metr olan 34 nömrəli təmirsiz mənzil X23 tərəfindən X18 alınmış, notarial qaydada verilən ərizəyə əsasən həmin mənzil sonradan Elnur Tağıyevin adından X7 adına keçirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 yanvar 2021-ci il tarixli 127 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında 27 yanvar 2020-ci il tarixində 53 kvadrat metr fərdi yaşayış evinin tikintisi haqqında WV-72 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən Təqsirləndirilən şəxs tərəfindən 207.400 manat tam ödənilmişdir. 02 sentyabr 2020-ci il tarixdə bağlanmış müaviləyə əsasən qeyd olunan həmin evlə bağlı bütün hüquq və vəzifələrər Şahid7 ötürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 fevral 2021-ci il tarixli 148 nömrəli məktubundan görünür ki, X24 ilə "xxxx" MMC arasında Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində “X61 and Residences” istirahət kompleksi ərazisində yerləşən ümumi sahəsi 53.1 kvadrat metr olan 73 nömrəli fərdi yaşayış evinin tikintisi haqqında WV-73 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən Hikmət Vəliyev tərəfindən 207.400 manat tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 05 yanvar 2021-ci il tarixli 26 saylı məktubla daxil olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs adına ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin qeydə alınmağı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıda qeyd olunan tarixdə, nömrədən və məzmunda mətn smsləri daxil olmuşdur: 30.01.2020-ci il tarixdə saat 16.37-də ***-***-**-** saylı telefon nömrəsindən “ ********** qeydiyyat nomreli senediniz hazirdir. X37 Reyestr Xidmeti” 30.01,2020-ci il tarixdə ***-***-**-** saylı telefon nömrəsindən “Hormetli Erizeci. Elektron cixarisiniz hazirdir. Dovlet rusumu : 30 AZN, Xidmet haqqi : 20 AZN” 08.10.2020-ci il tarixdə ***-***-**-** saylı telefon nömrəsindən “Hörmətli Sakinlər, nəzərinizə çatdırırıq ki, oktyabr ayının 12 etibarən Sea Breeze tərəfindən elektrik enerjisinin nəqli dayandırılacaq və tam Azərişıq sayğac sisteminə keçiriləcək. Bunun üçün qeyd olunan tarixə qədər bizə, sonra isə şəhərin ASAN Xidmət filiallarına müraciət edərək evinizə sayğac quraşdırmağınız xahiş olunur. Təşəkkür edirik Hörmətlə, Fügən Qurbanova”. İş materiallarına əlavə edilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Zərərçəkmiş şəxs X24 və Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin yanvar-mart ayları ərzində Türkiyə Respublikasında kriminal həyat tərzi keçirməklə qanunsuz araşdırmalar aparan dəstənin üzvləri ilə hədələnərək 3.000.000 ABŞ dolları və 7.200.000 manat dəyərində əmlaklarının ələ keçirilməsi, eləcə də Hikmət Vəliyevin və Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi pulla bir sıra əmlaklar alıb övladları və yaxın qohumlarının adlarına rəsmləşdirdiyi müəyyən edilsə də, onların analoji cinayətlər törətmələri və qeyd olunan cinayətin törətməsində əlbir olan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 22 dekabr 2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək onun cinayət əməlini törətməsini ifşa etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 22 dekabr 2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid4 ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək onun cinayət əməlini törətməsini ifşa etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 22 dekabr 2020-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid5 ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək onun cinayət əməlini törətməsini ifşa etmişdir. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin xüsusilə külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onların əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 24 dekabr 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs 8.265.400 manat məbləğində pulun tutulması və cinayət yolu ilə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 16 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 17 bağ evi, ünvan 18 ünvanında yerləşən 24 nömrəli mənzil, ünvan 19ində yerləşən 1,21641 hektar kənd təsarrüfatlı təyinatlı torpaq sahəsi və "Toyota Camry” markalı Az ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində, yəni özgənin xüsusilə külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı X24 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hökmün giriş hissəsində qeyd olunan tarixlərdə və yerlərdə nağd pul vəsaitlərini alması, bundan başqa yuxarıda qeyd olunan ərazilərdə və tarixlərdə Zərərçəkmiş şəxs məxsus əmlakları ona verilmiş etibarnamə əsasında formal olaraq alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirməklə ümumilikdə 11.630.800 manat dəyərində əmlakını ələ keçirib xüsusilə külli miqdarda özgəsinə maddi ziyan vurması öz təsdiqini tapmışdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan 3.365.400 manat ödənilməsini göstərmişdir. Lakin cinayət işinin materialları və məhkəmə iclası zamanı araşdırılmış sənədlərlə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan 3.485.400 manat ödənilmişdir. Belə ki, iş materiallarından görünür ki, “Belvedere” yaşayış kompleksində 385.000 manat dəyərində, 174 kv.m. olan 34 nömrəli mənzil, “Belvedere” yaşayış kompleksində 310.000 manat dəyərində, 114 kv.m. olan mənzil və 2 ədəd qaraj, “Belvedere” yaşayış kompleksində 480.000 manat dəyərində, hər biri 114 kv.m. olan iki mənzil, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində 450.000 manat dəyərində bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 1.500.000 manat dəyərində 0,86 ha torpaq sahəsi, “Sea Breeze” yaşayış kompleksində 207.400 manat dəyərində 53 kv.m. sahədə mənzil, bir ədəd 119.000 manat dəyərində “Audi Q8” markalı avtomobil, bir ədəd 34.000 manat dəyərində “Lexus 200” markalı avtomobil zərər çəkmiş şəxsə ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 8.145.400 manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsində qeyd olunur ki, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi hazırki cinayət əməli nəticəsində əldə edilmiş pul vəsaitləri hesabına əldə olunduğundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı, habelə Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 16 ünvanında yerləşən 42 nömrəli mənzilin, ünvan 17 bağ evinin, ünvan 18 ünvanında yerləşən 24 nömrəli mənzilin və Salyan rayonu, Xalac kəndində yerləşən 1,21641 hektar kənd təsarrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən, həmçinin "Toyota Camry” markalı Az ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X62 İdarəsi tərəfindən məhdudiyyətlər qoyulmuşdur. Məhkəmə hesab edir ki, cinayət yolu ilə əldə edilmiş X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 16 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 17 bağ evi, ünvan 18 ünvanında yerləşən 24 nömrəli mənzil, Salyan rayonu, Xalac kəndində yerləşən 1,21641 hektar kənd təsarrüfatlı təyinatlı torpaq sahəsi və "Toyota Camry” markalı Az ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəlməlidir. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmadığından bu müddəa tətbiq olunmamalıdır. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 8.145.400 manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Cinayət yolu ilə əldə edilmiş X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 16 ünvanında yerləşən 42 nömrəli mənzil, ünvan 17 bağ evi, ünvan 18 ünvanında yerləşən 24 nömrəli mənzil, ünvan 19ində yerləşən 1,21641 hektar kənd təsarrüfatlı təyinatlı torpaq sahəsi və "Toyota Camry” markalı Az ** EC *** qeydiyyat nişanlı avtomobil xüsusi müsadirə edilməklə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev
2. Əhməd Quliyev
3. İradə Həsənzadə