Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-228/2023 30.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 273-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Həmid adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və yerdə Həmid adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1005 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 26 aprel 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman çiynindən asılan ağ və qara damaları olan çantadakı bir ədəd şəffaf sellofan bağlamanın içərisindən təmiz çəkisi 1005 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 3-4 ildir narkotik vasitə olan heroin istifadə edir. O, həmin narkotik vasitəni “Papanin” adlı ərazidən tanımadığı şəxslərdən 5-10 manata almış və heroini iynə vasitəsilə qəbul etmişdir. Ailəsi ilə arasında olan problemlərə görə 25 aprel 2022-ci il tarixində el arasında “Səidənin evi” kimi tanınan evdə gecələmişdir. Səhərisi gün otaqda oturanda 10-15 nəfər polis əməkdaşının həyətə girdiklərini görmüş, onlar daha sonra evə girərək onu saxlamışlar. Onun əlini qandallayıb, maşına mindirib aparmışlar. Üzərində yalnız “Nokia” markalı telefonu olmuşdur. Ona təhqiqatçının otağında sözlə təzyiqlər göstərilmiş, təhqiqatçı ona məxsus olmayan çantanı verərək, ona aid olduğunu deməyini bildirmişdir. O da qorxduğuna görə boynuna götürməyə məcbur olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki o, narkotik vasitəni satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrə vasitəsilə tanış uşaqlar ondan birlikdə istifadə üçün narkotik vasitə istəmişlər. O, heç kimə pul ilə narkotik vasitə verməmişdir. Polislər onunla birlikdə Sevinc, İsa və Musanı saxlamışlar. Onun üzərində çanta olmamışdır. Ona istifadə üçün narkotik vasitə vermişlər və o, istifadə edəndən sonra çəkiliş olmuşdur. Mesajlar ona gəlməmiş, o, kimlərəsə narkotik üçün yazmışdır. O, iranlı ilə heç vaxt danışmamışdır. Bununla yanaşı, istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, artıq 4 ildir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Təxminən 1 il öncə İran vətəndaşı olan Həmid adlı şəxs ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, həmin şəxs ilə "whatsapp" xətti ilə yazışaraq sonuncudan narkotik vasitə əldə etmiş, həmin narkotik vasitənin bir hissəsini özü qəbul etmiş, qalan hissəsini isə müxtəlif şəxslərə satmışdır. O, 10 gün öncə yenidən narkotik vasitə əldə etmək üçün İran vətəndaşı olan Həmid adlı şəxs ilə "whatsapp" xətti ilə yazışmış və ondan narkotik vasitə göndərməsini xahiş etmişdir. Onun Həmid adlı şəxs ilə yaxşı münasibəti olduğundan və etibarını qazandığından Həmid əvvəlcədən narkotik maddənin pulunu ondan istəməmiş, ona narkotik vasitə göndərəcəyini demiş və o, daha sonra həmin narkotik vasitəni sataraq hissə-hissə pulu Həmid adlı şəxsin ona göndərəcəyi kart hesabına göndərməsini bildirmişdir. Bu səbəbdən də o, 5 gün öncə Bakı şəhəri, Nəsimi rayonu, “Dostluq” kinoteatrının yanında ağacın altında Həmid adlı şəxsin gizlətdiyi narkotik vasitə olan heroini götürmüşdür. O, 26 aprel 2022-ci il tarixdə saat 12:40 radələrində üzərində olan heroinin bir qismini satmaq üçün ünvan 2 ünvanına gəlmişdir. Saat 13 radələrində o, ünvan 2 ünvanın qarşısında olan zaman, ona iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin əldə etməsi və qəbulunda şübhələndiklərini bildirib ondan onlarla birlikdə polis bölməsinə getməyini xahiş etmişlər. Polis bölməsinə gəldikən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilmiş, sonra otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Onu saxlayan polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan göy üzərində qara xətləri olan şalvarının sağ yan cibindən bir ədəd boz rəngli "Nokia" markalı Çin istehsalı olan mobil telefonu, çiynindən asılan ağ və qara damaları olan çantanın içərisindən bir ədəd şəffaf sellofana bükülmüş üzərində skotç yapışdırılan bağlamanın içərisində olan narkotik vasitə heroini çıxaraq təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və "Nokia" markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokollaşdırılmışdır. Zərfin üzəri isə iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Həmid adlı şəxsi şəxsən tanımasa da, Həmid adlı şəxsin istifadəsində olan yadında qalmayan nömrəsi vasitəsi ilə danışıqları olmuşdur. Həmid adlı şəxs ona narkotik vasitənin kim tərəfindən həmin yerə qoyulmasını bildirmədiyini, sadəcə narkotik vasitənin Bakı şəhəri, Nəsimi rayonu, "Dostluq" kinoteatrının yanında ağacın altından götürə biləcəyini demiş və başqa heç nə deməmişdir. Bundan əvvəl Həmid adlı şəxs ona narkotik vasitəni dediyi qaydada göndərmiş, o, da tanımadığı şəxslərə satmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansi fiziki zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 88- 89,128-129). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 26 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu "Papanin" kimi tanınan ərazidə Cəlal adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadə etməsi, daşıması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Nəsimi 20-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birgə həmin tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında saat 13:00 da saxlanılaraq Polis bölməsinə gətirilmişdir. Bölmənin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd boz rəngli "Nokia" markalı mobil telefonu, çiynindən asılan ağ və qara damaları olan çantanın içərisində bir ədəd şəffaf sellofana bükülmüş bağlamanı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin çantanın içərisindəki bağlamada narkotik vasitə heronin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi çantanın içərisindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual ediləndə, o, 4 ildir ki, narkotikin istifadəsi ilə məşğul olduğunu, təxminən 1 il öncə İran vətəndaşı olan Həmid adlı şəxslə tanış olduğunu, tanış olduqdan sonra "vatsap" xətti ilə yazışaraq narkotik vasitə əldə etdiyini, həmin narkotik vasitənin bir hissəsini özü qəbul etdiyini, qalan hissəsini isə müxtəlif şəxslərə satdığını, təxminən 10 gün bundan öncə yenidən narkotik vasitə əldə etməsi üçün Həmid adlı şəxslə danışdığını, sonuncudan narkotik vasitə göndərməsini xahiş etdiyini, Həmid adlı şəxs ilə yaxşı münasibəti olduğundan sonuncu ona narkotik vasitəni göndərəcəyini, narkotik vasitəni sataraq pulunu kart hesab nömrəsinə göndərməsini bildirdiyini, daha sonra Həmid adlı şəxs narkotik vasitə heroinin qoyulduğu yeri - yəni, Nəsimi rayonu, "Dostluq" kinoteatrının yanında ağacın altında olduğunu bildirdiyini, bundan sonra narkotik vasitəni gedib götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Nəsimi Rayon Məhkəməsinin tarixini bilmədiyi hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum edilmiş, 4 saylı Cəzaçəkmə müəssiəsində cəza çəkir. O, narkotik vasitə olan heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs çoxdandır tanıyır. Onlar eyni məhəllədə yaşamışlar. Tutulan günü onlar ikisini də məhəllədə tutmuşlar. Məhkəmədə verilən suallara cavab olaraq şahid X4 bildirdi ki, onlar aprelin 26-sı, günortaya yaxın təxminən saat 12 radələrində tutulmuşlar. Həmin vaxt Cəlal məhəllədə olmuşdur. Cəlalla səhər-səhər birlikdə olmuşlar. Həmin günü Cəlalla heroindən istifadə etmişlər. Onlar narkotik vasitəni 10-15 manata tanımadıqları şəxslərdən alırmışlar. Həmin günü o, İsa, Musa və Cəlalla birlikdə tutulmuşdur. Cəlalın çiynində çantası olmamışdır. Cəlalın narkotik vasitə satmasını eşitməmişdir. Cəlal bölmədə ona heç nə deməmiş, amma Cəlalın qabağına sarı sellofanda narkotik vasitə qoyulduğunu və onun olduğunu deməsi istənilməsini görmüşdür. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilmiş, hazırda 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. O, narkotik vasitə olan heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs tanıyır. Onlar “Səidənin evi” adlanan evdə tanış olmuşlar. Onlar həmin evdə birlikdə narkotik vasitədən istifadə edirmişlər. Onları polis əməkdaşları saxlamış və bölməyə aparmışlar. Əvvəlcə Cəlalın üzərinə 4 qram narkotik qoymaq istəsələr də, daha sonra boynuna 1 kiloqram qoymuşlar. Məhkəmədə verilən suallara cavab olaraq şahid X8 bildirdi ki, onlar səhər saatlarında tutulmuş, həmin vaxt Cəlal başqa otaqda, o isə başqa otaqda olmuşdur. O, həmin gün narkotik vasitədən istifadə etmiş, amma Cəlalgil istifadə etməmişlər. Cəlalın üzərində çanta olmamışdır. Heç birinin üzərində narkotik vasitə olmamışdır. Birinci o, tutulmuş, sonradan Sevinc, Musa və Cəlal gətirilmiş, bölməyə hamısı eyni maşında getmişlər. Bölmədə əməliyyatçılar verdiyi narkotik vasitədən istifadə etmişdir. Sellofanın içindən çıxardıqları 0,8 qram heroini o, öz üstünə götürmüşdür. Onu və Sevinci döymüşlər, Cəlalı isə döyməmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Cəlal adlı şəxsin mütəmadi olaraq, qanunsuz şəkildə narkotik vasitələr əldə etməsi, istifadə etməsi, daşıması, Bakı şəhəri, Nəsimi rayonu "Papanin" kimi tanınan ərazidə satması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan məlumatın yoxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonunda yaşayan Cəlal adlı şəxsin qanunsuz olaraq narotik vasitə əldə etməsi, istifadəsi, habelə satışı ilə məşğul olması cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixində saat 13:00 radələrində sonradan şəxsiyyəti məlum olan xx.xx.1995ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 273-də qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Nəsimi rayonu, 3-cü Alatava küçəsi 203 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, o, müvafiq təklifə əsasən oturduğu stuldan qalxaraq çiynindən asılan ağ və qara rəngi damaları olan çantasının içərisindən bir ədəd şəffaf sellofana bükülmüş üzərinə skoç yapışdırılan bağlamanı çıxararaq masanın üzərinə qoymuş, təqdim etdiyi 1 ədəd bağlamanı əli ilə göstərərək həmin bağlamanın içərisində heroin olmasını bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə həmin şəxs 4 ildir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu, təxminən 1 il öncə İran vətəndaşı olan Həmid adlı şəxslə tanış olduğunu, həmin şəxs ilə müxtəlif mobil nömrələrdən "whatsapp" xətti ilə yazışaraq ondan narkotik vasitə əldə etdiyini, həmin narkotik vasitənin bir hissəsini özü qəbul etdiyini, qalan hissəsini isə müxtəlif şəxslərə satdığını, 10 gün öncə yenidən narkotik vasitə əldə etməsi üçün İran vətəndaşı olan Həmid adlı şəxslə "whatsapp" xətti ilə yazışdığını və sonuncudan ona narkotik vasitə göndərməsini xahiş etdiyini bildirmişdir. O, Həmid adlı şəxsin ona narkotik vasitə göndərəcəyini və onun daha sonra həmin narkotik vasitəsi sataraq pulu Həmid adlı şəxsin ona göndərəcəyi kart hesabına göndərməsini bildirmişdir. Bu səbəbdən də o, 5 gün öncə Bakı şəhəri, Nəsimi rayonu, "Dostluq" kinoteatrının yanında ağacın altında Həmid adlı şəxsin gizlətdiyi narkotik vasitə olan heroini götürmüşdür. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və ilk olaraq onun əynində olan qara rəngli köynəyinin, daha sonra isə şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunduqda o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Bundan sonra iştirakçılara bir ədəd şəffaf sellofana bükülmüş üzərində skoç yapışdırılan bağlama ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra vətəndaş Cəlal Məhərəmlinin üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş üzərində skoç yapışdırılan bağlama qablaşdırılmış, ağzı Nəsimi RPİ-nin 20-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 188 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır (cild 1, iş vərəqi 50-56, 57). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2403 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188" dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamada təmiz çəkisi 1005,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 61-65). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs sərhəd keçməsinə dair məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqi 114-115). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefon aparatına sonuncunun və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, telefon aparatı işlək vəziyyətdə olmaqla kiçik ölçülüdür, smartfon deyildir, telefonun üzərində ***-***-**-** saylı Azercell GSM mobil nömrəsi vardır. “Kontaktı” başlıqlı telefon kitabçasında, həmçinin, “Jurnal” başlıqlı daxil olan, çıxan və qəbul edilməyən zənglər siyahısı bölümündə iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilməmişdir. Mobil telefon aparatının yaddaşında “Soobşenie” başlıqlı SMS yazışması bölümündə xx.xx.2022-ci il tarixdə saat 03:29-da ***-***-**-** saylı mobil nömrədən “Sene telefon verdimki acig saxlayasan sende sondurmusen sene diyirem and olsun allaha sen seher acilana kimi menim pulumu getirdin sene hecna elamiyacam amma getirmesen goreceysen ne olacag hegigeten adami neca gorreceysen", xx.xx.2022-ci il tarixdə saat 05:56-da ***-***-**-** saylı mobil nömrədən “CACİ ewidirsen hecnayim yoxtu galmiwam bom bow lomkada her wey sendedi men eger günortaya kimi galsam lomkada senol seynen bawka cure daniwacam caliw mene mal getir ozum olum pis olar sene gozdiyirem”, xx.xx.2022-ci il tarixdə saat 11:24-da ***-***-**-** saylı mobil nömrədən “CACİ ozbeydi ahriyiram mene mal gatirde”, xx.xx.2022-ci il tarixdə saat 11:26-da ***-***-**-** saylı mobil nömrədən “CACİ evda uzammiwam tez gelde senol ahriyiram” məzmunlu sms mətnləri yazılmışdır (cild 1, iş vərəqi 127). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil nömrənin “Azercell" MMC-dən götürülmüş telefon danışıqları məlumatları qeyd edilmiş diskə baxış keçirilmiş və aşağıdakı SMS mətnləri müəyyən edilmişdir: xx/xx/2022,17:49:10, **********63, **********94 - Ceci menem Talehdi az nömre zeng vurarsan, xx/xx/2022, 18:07:58, **********94, **********72 - Xedisdi ac. xx/xx/2022, 22:19:39, **********17, **********94 - Calal anari 5 ti kola gətirə bilesn, xx/xx/2022, 04:19:52, **********12, **********94 - Menem şemi ac de, xx/xx/2022, 21:09:28,**********18,**********94 – Ay yetim hardasan, Özbeyde pul var seni axdarır, xx/xx/2022, 06:17:49, **********18, **********94 - xardım onun borcum verdi. Yenede el çekmir, mütleq get gör onu. xx/xx/2022,06:17:49,**********18,**********94 - Qardaşım Günəş.səhər açılan kimi sizin qapıya gedecem deyir. Saşa çı, xx/xx/2022,02:06:20, **********13, **********94 - Ceci seni gozduyureme qaqas. xx/xx/2022,22:18:12, **********87, **********94 - Cəlal, ayıbdı, olmadı ki, səninki. Mənə qarşı ayıbdı, xx/xx/2022, 22:52:55, **********18, **********94 - Ay ceci hardasan, qaqaş camahat seni gözdüyür axı yene alem deyib bir birine, xx/xx/2022,23:06:53, **********87, **********94 - Canın sağ olsun, Cəlal. Sən 3 manata salamı da kəskin, xx/xx/2022,00:04:15, **********56, **********94 - Kiwisen o ne balacadi qaqaw onuqdu ooo yeke oğlansan nem ewi, xx/xx/2022,00:07:54, **********94, **********84 - Menem Tagi acda xalam oglu, xx/xx/2022,17:36:44, **********94, **********53 - Qaqas hacan gelisen menem bayag masinda dedim e yarim saata gelirem, xx/xx/2022,22:51:11, **********94, **********66 - Qaqas pulu duzeltdim gelirem, xx/xx/2022,05:18:02, **********94, **********72 - qaqas sabahin xeyir celaldi mehle usagi bilirsen ki her deqiqe yigan adam deyilem en axrinci mamentde sene agiz aciram hcmese indide veziyyet odu, imkan varsa 15 m pul var halimda pisdi, xx/xx/2022,05:34:45,**********94,**********72 - Xediwdi acda, xx/xx/2022,05:39:14,**********34,**********94 - Celal hörmətsizliyi eleme yekə kişisən seni gozdurem hardasan poxuvu ac dansı emeli, xx/xx/2022, 11:34:33,**********24,**********94 - Qerdew nart olma pulda vercem sene, xx/xx/2022,11:55:41, **********94, **********06 - Tecili yigda qerankimi mene mehkemedeyem qezluyurem, xx/xx/2022,12:10:38, **********24, **********94 - Qerdew men deyeni gotrdun kolani. xx/xx/2022,12:55:55,**********24,**********94 - Qaqaw hevesdendirim adamin boqazinda qoyursanda elaqe saxlada gedeg gelekde, xx/xx/2022,18:32:00, **********94, **********72 - Qaqas celaldi narahat ediremse uzurlu say 70m pul var mende 2qr k 20 mda p alinar. xx/xx/2022,20:08:26, **********94, **********66 - Qaqa zaryatka qurtaracaq ona gore goturmedim p gozduyurem, xx/xx/2022,20:09:53, **********66, **********94, yil gel, bax görsən bayax deyirsen gəlirəm indi deyirsən gozduyurem lazlm de, xx/xx/2022,20:39:59, **********61, **********94 - Ceci meni tutacaqlar bir azdan aç söz deyirem. Papanın qebri ciddi söbetdi, xx/xx/2022,23:37:48, **********66, **********94 - Ala baskasln zengini aclrsan menim kimi yox adam deli eliyrsene celall, xx/xx/2022.23:38:51, **********94, **********66 - qaqas mal vururam qurban sene, xx/xx/2022,23:42:32,**********94.**********66 - Qaqas besdide yeke ogansan ayibdi senincun, xx/xx/2022,23:44:57, **********66, **********94 - Ala sene dedim axl bu gəlib gelecek dedin uzağ ram saata evdəyəm bir saatdan çox du gedmisen hele borjduda clxardlrsan, xx/xx/2022,23:45:58, **********66, **********94 - Yekə oğlansan kelmeve İsbasovnu ol, xx/xx/2022,22:17:32, **********17, **********94 - 5w duztmwem. xx/xx/2022.07:30:02, **********18, **********94 - Qaqaş Musa özü alındırdı haa. Sen hardasan? xx/xx/2022,19:21:55, **********94, **********72 - Qaqas menem celal imkan varsa telfonu ac, xx/xx/2022,02:57:43, **********94, **********72 - Qaqas qurban sene hecne tapa bilmircm olurem lomkadan qurban sene, xx/xx/2022,05:04:49, **********17, **********94 - Vəzytim cox pisti bir söz de özölim səhər vercəm, xx/xx/2022,22:41:36,**********24,**********94 - Gaga meni yihda zeng ela seni gozdiyirem yaxwi yadinnan cixmasin, xx/xx/2022,23:16:06, **********94, **********69 - Qaqas 10 m verirem tezeden qrm alinar 1, 2 saatliq imkan varsa. xx/xx/2022,03:23:50,**********24,**********94 - CACİ sen niye bela eliyirsen bax sene senol vururamki menim gabahima cixmada senin icun pis olacag bu defe kecmiyacem sene budefe sen ah eladin, xx/xx/2022,03:29:59, **********24, **********94 - Sene telefon verdim ki acig saxlayasan sende sondurmusen sene diyirem and olsun allaha sen seher acilana kimi menim pulumu getirdin sene hecna elamiyacam amma getirmesen goreceysen ne olacag hegigeten adami neca gorreceysen, xx/xx/2022,05:56:04, **********24, **********94 - CACİ ewidirsen hecnayim yoxtu galmiwam bom bow lomkada her wey sendedi men eger gunortaya kimi galsam lomkada senol seynen bawka cure daniwacam caliw mene mal getir ozum olum pis olar sene gozdiyirem, xx/xx/2022,11:24:02,**********24,**********94-CACİ Ozbeydi ahriyiram mene mal gatirde, xx/xx/2022,11:26:12,**********24, **********94 - CACİ evda uzammiwam tez gelde senol ahriyiram, xx/xx/2022,19:05:42, **********23, **********94 - Qaqaw ac bir kelme soz dide, xx/xx/2022,11:43:36, **********18, **********94 - Qaqam aç sroçnudu, xx/xx/2022,16:29:11, **********18, **********94 - Qaqaş nöş bele eledün. sene deyirem axl pisem, xx/xx/2022,18:29:04, **********18, **********94 - Ayıb olsun sene. mene qarşı celal?, xx/xx/2022,22:11:20, **********94, **********2 - Xediwdi acda, xx/xx/2022,23:23:19, **********94, **********56 - Kenandi elediyin hereket ad var qabagima çıxma (cild 1, iş vərəqi 133-136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində göy üzəri qara xətləri olan şalvarının sağ yan cibindən bir ədəd boz rəngli “Nokia” markalı mobil telefonu, çiynindən asılan ağ və qara damaları olan çantanın içərisində bir ədəd şəffaf sellofana bükülmüş bağlamanı çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin çantanın içərisindəki bağlamada narkotik vasitə heroinin olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi çantanın içərisindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsi və nə məqsəslə üzərində gəzdirməsi sual ediləndə, o, 4 ildir ki, narkotik istifadəsi ilə məşğul olduğunu, təxminən 1 il öncə İran vətəndaşı olan Həmid adlı şəxslə tanış olduğunu, tanış olduqdan sonra “whatsapp” xətti ilə yazışaraq narkotik vasitə əldə etdiyini, həmin narkotik vasitənin bir hissəsini özü qəbul etdiyini, qalan hissəsini isə müxtəlif şəxslərə satdığını, təxminən 10 gün bundan öncə yenidən narkotik vasitə əldə etməsi üçün Həmid adlı şəxslə danışdığını, sonuncudan narkotik vasitə göndərməsini xahiş etdiyini, Həmid adlı şəxs ilə yaxşı münasibəti olduğundan sonuncu ona narkotik vasitəni göndərəcəyini, narkotik vasitəni sataraq pulunu kart hesab nömrəsinə göndərməsini bildirdiyini, daha sonra Həmid adlı şəxs narkotik vasitə heronin qoyulduğu yeri, yəni Nəsimi rayonu, “Dostluq" kinoteatrının yanında ağacın altında olduğunu bildirdiyini, bundan sonra narkotik vasitəni gedib götürdüyünü bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir (cild 1, iş vərəqi 139). İşdə olan Nəsimi RPİ-nin 20-ci Polis bölməsinin ibtidai istintaq orqanının əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli, ********* nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə edildiyi mənbənin, həmçinin İran İslam Respublikasının vətəndaşı olan Həmid adlı şəxsin müəyyən edilməsindən ötrü aparılmış əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı Azercell GSM saylı mobil nömrəsinə daxil olan və çıxan sms mətnləri yazmış mobil nömrələrin sahiblərinin şəxsiyyətini hazırkı vaxta qədər müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 149). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməyib. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, eqosentrizm, inadkarlıq, situativlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqliintellektual imkanlarına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 142-145). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3619 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 140- 141). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 116). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1005,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və "Nokia" markalı mobil telefon maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 1004,95 qram hissəsi və "Nokia" markalı mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 153-162, 173, 185). İşdə olan cinayət işinin ayrıca icraata ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən götürülmüş külli miqdarda narkotik vasitə heronini əldə etdiyi istintaqa məlum olmayan mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (cild 1, iş vərəqi 164-165). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədilə deyil, yalnız istifadə məqsədilə “Papanin” adlı ərazidən tanımadığı şəxslərdən 5-10 manata alması, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tanış uşaqların SMS yazaraq birlikdə istifadə üçün ondan narkotik vasitə istəmələri, polislər tərəfindən saxlanılandan sonra ona təhqiqatçının otağında sözlə təzyiqlər göstərilməsi, təhqiqatçının ona məxsus olmayan çantanı verərək, ona aid olduğunu deməyini bildirməsi və qorxduğuna görə narkotiki boynuna götürməyə məcbur olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan SMS yazışmaların məzmunundan aşkar görünür ki, ona həmin yazışmaları göndərmiş şəxslər ondan müəyyən məbləğdə pul müqabilində narkotik vasitələr istəyirlər. Bu hal onu göstərir ki, birgə istifadə məqsədilə ona ünvanlanan yazışmalar haqqında deyilənlər həqiqətdən uzaq haldır. Təqsirləndirilən şəxs polislər tərəfindən ona psixoloji təzyiqlər göstərilməsi bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, belə təzyiqə məruz qalmasını təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə heç nə bildirilməmişdir. Əksinə, təqsirləndirilən şəxs məhkəmədə narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etmişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş 10 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə əlaqədar olaraq prokurorluqda araşdırma aparılmamışdır. Buradan da görünür ki, təqsirləndirilən şəxs ona hər hansı təzyiq göstərilməsi ilə bağlı prokurorluq orqanlarına müraciət etməmişdir. Təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitənin daşıyıcısı olan çantanın ona məxsus olmaması, onun bu ifadəsinin yoxlanılması məqsədilə təqsirləndirilən şəxsin saxlanıldığı ünvanda quraşdırılmış təhlükəsizlik kamerasından görüntülərin götürülməsi məqsədilə müdafiə tərəfinin vəsatəti əsasında əldə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 01 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edildi ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən sorğuda göstərilən müvafiq məlumatların təqdim edilməsi mümkün deyildir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsi ilə narkotik vasitələrin alqısatqısı ilə bağlı aparılmış sms yazışmalarını, ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq (1005 qram/0,15 qram=6700 dəfə) olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Şahidlər X2 və X5 məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə verdiyi ifadələrə isə məhkəmə tənqidi yanaşır. Məhkəmə həmin şahidlərin belə ifadə vermələrinin səbəbi kimi təqsirləndirilən şəxslə bir məhəllədə yaşadıqlarından və xeyli müddət tanış olmalarına, habelə şahidlərin hal-hazırda məhkum həyatı yaşamaqla emosional düşüncəyə görə təqsirləndirilən şəxsə məsuliyyətdən yayınmaqda kömək etmək məqsədini güddükləri qənaətinə gəlir. Məhkəmə eyni zamanda həmin şahidlərin ziddiyyətli ifadələr verməsini qeyd etməyi zəruri hesab edir. Belə ki, şahid X8 məhkəmədə ona verilən suala cavab olaraq onun həmin gün birlikdə olduqları vaxt özünün narkotik vasitə istifadə etməsini, Cəlalın isə narkotikdən istifadə etməməsini, şahid X2 isə əksinə Cəlalın da onunla birlikdə narkotik vasitə etməsini ifadələrində göstərmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cavan olmasını Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 28 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 26-27, 96-99). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1004,95 qram narkotik vasitə heroin məhv edilməlidir Digər maddi sübut - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş "Nokia" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1004,95 qram narkotik vasitə heroin məhv edilsin. - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş "Nokia" markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-228/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-228/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver