Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-228/2025 10.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Əsgər oğlunun iştirakları ilə, xx xxxxxxxx 2006-cı il tarixdə Lerik şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə kirayə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci, 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə, xx xxxxxxx 2007-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə, 15 avqust 1992-ci il tarixdə Lerik rayonu, Divağac kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Divağac kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluq cinayəti törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 66 nömrəli körpələr evinin qarşısı ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs5 yaxınlaşıb sonuncunun alkoqol sərxoşluğu vəziyyətində və çəlikli olmasından istifadə edərək, qrup üzvü Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs5 məxsus üzlüyün içərisində 01 ədəd “Kapital bank”a məxsus 10 manat dəyərində “Birkart” plastik kartı ilə birlikdə 01 ədəd 110 manat dəyərində Çin istehsalı «Samsung» markalı, “Galaxy A02S” modelli 3560xx/xx/996382/0 İMEİ kodlu mobil telefonu əlindən dartmış, habelə əynində olan pencəyin cibindən 16 manat nağd pulu açıq talamaqla Zərərçəkmiş şəxs5 cəmi 136 manat məbləğində zərər vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 05 iyun 2023-cü il tarixdə gecə saat 03:10 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Spar Xəyalə” marketinin giriş qapısını vintaçan vasitəsi ilə açaraq içərisinə qanunsuz daxil olub, mağazadan hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 45 manat dəyərində 10 qutu “Sobranie” markalı, hər birinin dəyəri 4 manat təşkil edən 40 manat dəyərində 10 qutu “Kent” markalı, hər birinin dəyəri 4 manat təşkil edən 40 manat dəyərində 10 qutu “Winston” markalı, hər birinin dəyəri 3 manat 10 qəpik təşkil edən 31 manat dəyərində 10 qutu “Winçester” markalı, hər birinin dəyəri 2 manat 60 qəpik təşkil edən 26 manat dəyərində 10 qutu “Want” markalı siqaretlər, hər birinin dəyəri 1 manat təşkil edən 6 manat dəyərində 6 ədəd günəbaxan tumları, hər birinin dəyəri 70 qəpik təşkil edən 7 manat dəyərində 10 ədəd “Tutku” markalı şirniyat və hər birinin dəyəri 1 manat təşkil edən 5 manat dəyərində 5 ədəd “Albeni” markalı şirniyyatı dörd ədəd sellofan torbalara doldurub hər biri ikisini götürməklə mağazadan çıxarkən, qrup üzvü Təqsirləndirilən şəxs2 götürdükləri ərzaq mallarının bir hissəsi ilə oradan aralanmaq istəyən zaman, həmin vaxt onları görüb oraya yaxınlaşan mağazanın inzibatçısı və satıcısı işləyən Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib özündə olan silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs2 üstünə doğru dirəyib vuracağı ilə hədələyərək quldurluq etmiş, nəticədə hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 300 manat dəyərində əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 12 iyun 2023-cü il tarixdə gecə saat 03:30 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən «Yolüstü» marketin qarşısına gələrək qrup üzvü Təqsirləndirilən şəxs2 pusquda dayandığı zaman özü mağazanın giriş qapısının kilidini üzərində olan vintaçanla açmaqla içəriyə qanunsuz daxil olub, oradan hər birinin dəyəri 3 manat təşkil edən 15 manat dəyərində 5 qutu “Kent” markalı siqaret və dəmir qəpiklərlə 7 manat nağd pulu götürmüş, həmin vaxt onları görüb mağazanın qarşısına yaxınlaşaraq onu qolundan tutub saxlayan gözətçi Zərərçəkmiş şəxs4 Əbuzər oğlunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özündə olan silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı ilə iki dəfə Zərərçəkmiş şəxs4 əllərindən vuraraq ona sol əlin və sağ saidin səthi kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə quldurluq etmiş, nəticədə hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 cəmi 22 manat dəyərində əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 təkrar olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluq cinayəti törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 05 iyun 2023-cü il tarixdə gecə saat 03:10 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Spar Xəyalə” marketinin giriş qapısını vintaçan vasitəsi ilə açaraq içərisinə qanunsuz daxil olub, mağazadan hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 45 manat dəyərində 10 qutu “Sobranie” markalı, hər birinin dəyəri 4 manat təşkil edən 40 manat dəyərində 10 qutu “Kent” markalı, hər birinin dəyəri 4 manat təşkil edən 40 manat dəyərində 10 qutu “Winston” markalı, hər birinin dəyəri 3 manat 10 qəpik təşkil edən 31 manat dəyərində 10 qutu “Winçester” markalı, hər birinin dəyəri 2 manat 60 qəpik təşkil edən 26 manat dəyərində 10 qutu “Want” markalı siqaretlər, hər birinin dəyəri 1 manat təşkil edən 6 manat dəyərində 6 ədəd günəbaxan tumları, hər birinin dəyəri 70 qəpik təşkil edən 7 manat dəyərində 10 ədəd “Tutku” markalı şirniyat və hər birinin dəyəri 1 manat təşkil edən 5 manat dəyərində 5 ədəd “Albeni” markalı şirniyyatı dörd ədəd sellofan torbalara doldurub hər biri ikisini götürməklə mağazadan çıxarkən o, götürdükləri ərzaq mallarının bir hissəsi ilə oradan aralanmaq istəyən zaman, həmin vaxt onları görüb oraya yaxınlaşan mağazanın inzibatçısı və satıcısı işləyən Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib qrup üzvü Təqsirləndirilən şəxs1 özündə olan silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs2 üstünə doğru dirəyib vuracağı ilə hədələyərək quldurluq etmiş, nəticədə hadisə yerindən uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 300 manat dəyərində əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 12 iyun 2023-cü il tarixdə gecə saat 03:30 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən «Yolüstü» marketin qarşısına gələrək o, pusquda dayandığı zaman qrup üzvü Təqsirləndirilən şəxs1 mağazanın giriş qapısının kilidini üzərində olan vintaçanla açmaqla içəriyə qanunsuz daxil olub, oradan hər birinin dəyəri 3 manat təşkil edən 15 manat dəyərində 5 qutu “Kent” markalı siqaret və dəmir qəpiklərlə 7 manat nağd pulu götürmüş, həmin vaxt onları görüb mağazanın qarşısına yaxınlaşaraq Təqsirləndirilən şəxs1 qolundan tutub saxlayan gözətçi Zərərçəkmiş şəxs4 Əbuzər oğlunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib qrup üzvü Təqsirləndirilən şəxs1 özündə olan silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı ilə iki dəfə Zərərçəkmiş şəxs4 əllərindən vuraraq ona sol əlin və sağ saidin səthi kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə quldurluq etmiş, nəticədə hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 cəmi 22 manat dəyərində əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X6 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ərazisində yerləşən 66 nömrəli körpələr evinin qarşısı ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs5 yaxınlaşıb sonuncunun alkoqol sərxoşluğu vəziyyətində və çəlikli olmasından istifadə edərək əli ilə Zərərçəkmiş şəxs5 məxsus üzlüyün içərisində 01 ədəd “Kapital bank”a məxsus 10 manat dəyərində “Birkart” plastik kartı ilə birlikdə 01 ədəd 110 manat dəyərində Çin istehsalı «Samsung» markalı, “Galaxy A02S” modelli 3560xx/xx/996382/0 İMEİ kodlu mobil telefonu əlindən dartmış, habelə əynində olan pencəyin cibindən 16 manat nəğd pulu açıq talamaqla Zərərçəkmiş şəxs5 cəmi 136 manat məbləğində zərər vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Laçından onun üçün iş tapmasını xahiş etmişdir. Həmin vaxtlar Laçınla gündəlik fəhlə kimi işləmişlər. O, iş barədə görüşmək üçün avtobusla təxminən 15-20 dəqiqəyə Laçının yanına kafeyə getmişdir. Kafe Laçının evinə yaxın yerdə, Binənin mərkəzindəki “Bağ” restoranında yerləşmişdir. Onların görüşməklərinin bir məqsədi də uzun müddətdir ki, bir-birilərini görməməkləri olmuşdur. O, Laçının usta kimi işlədiyi yerə palçıq və daş verməyi planlaşdırmışdır. Aralarında olan razılaşmaya əsasən səhər saat 8-dən axşam saat 5-ə kimi işləmək müqabilində günlük əmək haqqı 30 manat müəyyən edilmişdir. Onlar kafedə pivə içmişlər, sonra çıxıb “Bolmart” marketə girmişlər. Çöldə olan Nizam adlı şəxsin içkili olduğunu görmüşlər. Onlar həmin şəxsə kömək etdikdən sonra Laçın həmin şəxsdən mobil telefonunu istəmiş, Laçın telefonu aldıqdan sonra oradan uzaqlaşmışdır. Laçın getdikdən sonra o, bir neçə dəqiqə orada qalmışdır. Hadisə zamanı 17 yaşı olmuşdur. Zərərçəkmiş şəxs3 məxsus 300 manat pul vəsaitinin talanması epizodu üzrə bildirmişdir ki, “Spar Xəyalə” adlı marketdən nə o, nə də Kənan oğurluq etməmişlər. Zərərçəkmiş şəxs1 məxsus cəmi 22 manat dəyərində pul talanması epizodu üzrə bildirmişdir ki, o, “Yolüstü” marketə tək girmişdir. “Yolüstü” marketdən pul və 3-4 qutu siqaret götürmüşdür. Götürdüyü pulun məbləğini xatırlamır. O, ancaq “Kent” markalı siqaret götürmüşdür. “Yolüstü” marketin qapısı bağlı olmuş, o, qapını vintaçan ilə açmışdır. “Yolüstü” marketdən təsadüfən oğurluq etdiyindən qardaşının bu hadisədən məlumatı olmamışdır. Evdən hardansa oğurluq etmək məqsədilə çıxmamış, vintaçanı təsadüfən evdən götürmüşdür. Onun üzərində Faiq adlı dostuna məxsus əlavə turist bıçağı da olmuşdur. Faiq oğurluq edəcəyini bildiyi üçün bıçağı ona vermişdir. “Yolüstü” marketə girən zaman Zərərçəkmiş şəxs4 tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs4 onu kameranın altına gətirdikdən sonra buraxmışdır. Oradan qaçmaq istədiyi üçün Zərərçəkmiş şəxs4 əlinə bıçaqla zərbə endirmişdir. “Yolüstü” marketdən oğurluq etməyindən ancaq Faiqin xəbəri olmuşdur. Hadisə yerində beş nəfər o, qardaşı Kənan, İmanqulu, Faiq və Elmir olmuşdur. Marketdə olarkən yüksək səslə Faiqi çağırsa da sonuncu oradan qaçmışdır. Sonradan qardaşı onu özünə dartmışdır ki,oradan qaçsın. Zərərçəkmiş şəxs4la barışıq əldə etmişlər. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs3 Nizam adlı şəxsin telefonunu götürərkən sonuncu ayaq üstə dura bilməmişdir. Sərxoş vəziyyətdə olduğundan o da özünü tam idarə edə bilməmişdir. Nizam adlı şəxsə kömək etmək lazım olduğunu dərk etmişlər. Laçın da Nizam kimi çox içkili olmuşdur. Nizam adlı şəxsin mobil telefonu yerə düşdükdə onu Nizamın cibinə qoymuşdur. Laçın Nizam adlı şəxsdən telefonu alarkən o da orada olmuşdur. O, Laçının kənarda telefonla danışıb qayıdacağını zənn etmişdir. Laçın telefonu qulağına qoyub oradan uzaqlaşmışdır. Sonradan Nizam ondan su istədikdə o, Nizama marketdən su alıb gətirmişdir. Laçın ona hadisə yerini tərk etməyi təklif etməmişdir. O, tutulandan sonra Laçının telefonu özü ilə götürdüyünü bilmişdir. Laçın həmin gün ona əlavə ikinci telefonu olduğunu və onu satmaq istədiyini demiş, bundan sonra telefon satılmışdır. Laçın nə üçün telefonu satmaq istədiyini ona deməmişdir. Oğurluqla bağlı onu və qardaşını evdən İntiqam adlı polis əməkdaşı dörd nəfərlə birlikdə götürüb 3-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsində onu döydükləri üçün “Spar” marketdəki oğurluq hadisəsini öz üzərinə götürmüşdür.Ondan izahat alınanda yanında heç kim olmamışdır.Polis Bölməsində ondan izahatı təhqiqatçı almışdır.O, ifadə verərkən ona hüquq və vəzifələri izah olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, evdə ürəkləri sıxıldığına görə gecə saat 03:30-da çölə çıxmışlar. Həmin vaxt yolda Faiqi, İmanqulunu və Elmiri də görmüşlər. Onlar avtobusla kafeyə getmək istəmiş, amma gec olduğu üçün kafe bağlı olmuşdur. “Yolüstü” market kafedən qayıdan yolda yerləşir. Qardaşı Rəvan ona Faiqlə birlikdə “Yolüstü” marketə girmək üçün getdiyini demişdir. O özü isə “Oba” marketin yanında qalmışdır. Faiq qaça-qaça onun yanına gəlib Zərərçəkmiş şəxs4 qardaşını tutduğunu demişdir. O, həmin yerə gedib Rəvana kömək etmişdir. O, Rəvanın üzərində bıçaq olduğunu bilməmişdir. O, özü təslim olmaq üçün Polis Bölməsinə getmişdir. Polis Bölməsində ondan bıçağın harada olduğu soruşulduqda o, bıçağı görmədiyini bildirmişdir. Rəvanın adını Elmir polislərə vermişdir. 3 gündən sonra qardaşını polis əməkdaşları sərbəst buraxmışlar. O, Rəvanın “Yolüstü” marketə oğurluq üçün gedəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, hadisə zamanı istifadə olunan bıçağın ibtidai istintaq dövründə ona məxsus olmasını bildirmişdir. Çünki hadisəni öz üzərinə götürmək istəmişdir. Polis onların evinə gələrkən polis əməkdaşlarına təqdim etdiyi bıçaq hadisə zamanı istifadə olunan bıçaq olmuşdur. Qeyd edilən bıçağı ona tanışı vermişdir. Rəvanın bıçağı götürüb hadisə yerinə getməsi barədə onun məlumatı olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə içkili vəziyyətdə kafedən çıxmış, yolda olarkən Nizam adlı şəxslə rastlaşıb biraz söhbət etdikdən sonra ondan zəng etmək üçün mobil telefonunu istəmişdir. Sonra Nizamın ona verdiyi “Samsung” markalı telefonu götürüb oradan uzaqlaşmışdır. Hadisə zamanı Rəvan da orada olmuşdur. Təqsirləndirilən şəxs3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Rəvanla Binədə olarkən tanış olmuş, onun yaşı barədə hər hansı məlumata sahib olmamışdır. Tutulmamışdan əvvəl Binə ərazisində fəhləlik etmiş, Rəvan da ona kömək etmişdir. Rəvan təxminən bir ay onun yanında işləmişdir. Sonuncunun hərbi xidmətə getmədiyini bilmişdir. Rəvanı işlə bağlı evdən çağırmış, sonra bir yerdə yemək yemişlər. Hadisə zamanı Rəvan da onunla içmişdir. Onlar yeyib-içdikdən sonra yolda Nizamla rastlaşmışlar. Onlar telefonu əldə etmək üçün qabaqcadan Rəvanla danışmamışdır. Nizam yerə yıxıldıqdan sonra o, sonuncunu qaldırıb biraz söhbət etdikdən sonra onun telefonunu istəmişdir. Onun Nizamdan telefonu aldığından Rəvanın xəbəri olmamışdır. O, telefonu satarkən Rəvan ondan telefonun kimin olduğunu soruşmuş, o da özünün olduğunu demişdir. Rəvan hadisə zamanı içkili olduğu üçün onun Nizamdan telefon almağını bilməmişdir. Nizamın cibindən 16 manat pul götürməmişdir. Mobil telefonu geri qaytarmışdır. Nizam özü də içkili olmuşdur. Etdiyi hərəkətdən peşmandır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 10 gün olar ki, Lerik rayonundan Bakıya işləmək üçün gəlmişdir. Bu məqsədlə Binə qəsəbəsi yeni yaşayış sahəsində kirayə ev tapmışdır. Həmin evdə tək yaşamışdır. Röyalı Lerik rayonunda olarkən tanımışdır. Röyal da onun yaşadığı Binə qəsəbəsində yaşamışdır. Rəvanı isə Binədə olarkən tanımışdır. Rəvanla o əvvəllər də Bakıya gələrkən biryerdə işləmişlər.xx.xx.2023-cü il tarixdə təxminən günorta saatlarında yeni işə düzəlmək məsələsini müzakirə etmək üçün Rəvanla Binədə mərkəzdə görüşmüşlər. Oradan taksi ilə Binə sovxoza gedib “Bağda” restoranında çay içmək üçün əyləşmişlər. Təxminən 1 saat restoranda yeyib içdikdən sonra Rəvanla birlikdə restorandan çıxmışlar. Biraz hərəkət edib Binədə yerləşən 66 saylı körpələr evinin yaxınlığında əvvəllər tanımadıqları orta yaşlı bir nəfər kişinin sərxoş vəziyyətdə aşaraq yeridiyini görmüşlər. O Rəvanla birlikdə ona yaxınlaşıb bir qədər söhbət etmişdir. O, həmin şəxsdən guya danışmaq adı ilə telefonunu istəmişdir. Əslində isə niyyəti həmin telefonu alıb qaytarmamaq olmuşdur. Həmin şəxs də “Samsung” markalı mobil telefonunu ona vermişdir. O, telefonu alıb guya kiminləsə danışırmış kimi qulağına qoyub asta-asta oradan uzaqlaşmışdır. Rəvan isə həmin kişi ilə söhbəti davam etdirmişdir. O, telefonu qulağına qoyub oradan bir qədər uzaqlaşmışdır. Təxminən 5 dəqiqədən sonra Rəvan da yanına gəlmişdir. Rəvanla birlikdə yenidən Binə Sovxoza qayıtmışlar. Orada o tanışı Röyala zəng edərək əlində özünə məxsus mobil telefon olduğunu və 50 manata satmaq istədiyini, Röyal isə almaq istədiyini demişdir. Röyal Sovxozda olan maşınyuma məntəqəsində işləmişdir. Rəvanla o, Röyalın yanına məntəqəyə getmişlər. Röyal telefonu bəyənmiş və ona 50 manat pul verib telefonu ondan almışdır. Həmin 50 manatı da qayıdan zaman Binədə “Yaşıl aptek”in yaxınlığında yerləşən kafelərin birində əyləşib yeyib içməyə xərcləmişlər. Oradan çıxıb Rəvanı yaşadığı evə apararkən “İmam Hüseyn” məscidinin yaxınlığında saat təxminən gecə saat 01 radələrində üç nəfərlə rastlaşmışlar. Onlardan biri ona demişdir ki, niyə bizə baxırsınız, o isə həmin şəxsə baxmadığını demişdir. Lakin buna baxmayaraq aralarında mübahisə yaranmış və onlardan biri onun qarın nahiyəsindən bıçaqla vurmuş və qaçmışdır. Rəvan bunu görüb cəld təcili tibbi yardıma zəng etmişdir. Bir neçə dəqiqədən sonra Təcili Tibbi yardım yanlarına gəlib onları 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. O, gecəni xəstəxanada keçirmişdir. Rəvan da onu tək qoymayıb xəstəxanada gecəni onunla keçirmişdir. Səhər isə polis əməkdaşları bıçaqlanma ilə bağlı xəstəxanaya gəlmişlər. O, bir qədər özünə gəldiyi üçün onu və Rəvanı Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə aparmışlar. Bıçaqlanma ilə bağlı izahatını alıb hadisə yerinə baxış keçirmişlər. Daha sonra Rəvanla birlikdə götürdüyü telefonla bağlı sual vermişlər və onun nəzarət müşahidə kameralarına Rəvanla birlikdə düşdüyünü qeyd etmişlər. O da hər şeyin açığa çıxdığını görüb Rəvanla birlikdə etdiyi cinayət əməlini səmimi şəkildə etiraf etmişdir (cild 4, iş vərəqə 102-104). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli ilə əlaqədar qismən etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, “Yolüstü” marketdə mühafizəçi işləmişdir. O, Rəvanın marketə yaxın olduğunu görmüş, Rəvanın marketə girdiyini hiss etmişdir. O, marketin qapısının açıq olduğunu görüb Rəvanı saxlamış, sonuncu həmin zaman marketin çölündə olmuşdur. O, Rəvanı vurmaq istəmiş, amma Rəvanın uşaq olduğunu görüb fikrindən daşınmışdır. O, Rəvanı kameranın altına tərəf aparmış, həmin vaxt Rəvan onun əlinə bıçaqla zəif xəsarət yetirmişdir. Rəvan hadisə zamanı kimisə çağırmış, hadisə yerinə fiziki cəhətdən zəif bir uşaq gəlmişdir. O, həmin uşağa yaxın gəlməməsini bildirmişdir. Rəvana kömək etmək üçün gələn şəxs Təqsirləndirilən şəxs2 olmamışdır.Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Binə Savxoz ərazisində işlətdiyi marketdə 2023-cü ilin yay aylarında oğurluq hadisəsi baş vermişdir. Marketdə müşahidə kamerası olmuşdur. Müşahidə kamerasında hansı təqsirləndirilən şəxsləri gördüyünü xatırlamır. Ona 800 manata yaxın zərər dəymişdir. Marketin gözətçisi gecə saat 4-5 aralığında ona zəng edərək bıçaqlanma olduğunu bildirmişdir. O, hadisə yerinə gəlib “102” xidmətinə zəng etmişdir. Gözətçi ona hadisə yerində iki nəfərin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Binə qəsəbəsində 1-2 aylıq dükan işlətmiş, həmin dükanda oğurluq hadisəsi olmuşdur. Hadisə xatırlamadığı gündə gecə saat 12-dən sonra baş vermişdir. Onun dükanında işləyən Fariz adlı şəxs gecə saatlarında dükandan səs gəldiyini eşidib dükana baxış keçirən zaman arxa pəncərənin açıq olduğunu görmüşdür. O, sonradan dükanda oğurluq olduğunu başa düşüb qışqırmağa başlamış və oğurluq edən şəxsin əlindən çantanı geri almışdır. Dükanın kamerasına baxan zaman Rəvan adlı şəxsi həmin dükanda görmüşdür. Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq dövründə görmüşdür. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs3 oğıunun ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda icarə əsasında “Spar Xəyalə” marketi işlədir. xx.xx.2023-cü il tarixdə şəriki Zərərçəkmiş şəxs2 saat 03:10 radələrində ona zəng vuraraq quraşdırılmış təhlükəsizlik kamerasından iki nəfər şəxsin marketdən oğurluq etdiyini və hadisə zamanı onların qarşısını kəsmək istəyərkən həmin şəxslərin birinin özünə qarşı bıçaq çıxardığını və sonra qaçıb getdiyini bildirmişdir. O, dükana yaxınlaşıb baxdıqda müxtəlif çeşidli tütün məmulatlarının və müxtəlif çeşidli şirniyyatların oğurlandığını aşkarlamışdır. Belə ki, mağazadan hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 45 manat dəyərində 10 qutu “Sobranie” markalı, hər birinin dəyəri 4 manat təşkil edən 40 manat dəyərində 10 qutu “Kent” markalı, hər birinin dəyəri 4 manat təşkil edən 40 manat dəyərində 10 qutu “Winston” markalı, hər birinin dəyəri 3 manat 10 qəpik təşkil edən 31 manat dəyərində 10 qutu “Winçester” markalı, hər birinin dəyəri 2 manat 60 qəpik təşkil edən 26 manat dəyərində 10 qutu “Want” markalı siqaretlər, hər birinin dəyəri 1 manat təşkil edən 6 manat dəyərində 6 ədəd günəbaxan tumları, hər birinin dəyəri 70 qəpik təşkil edən 7 manat dəyərində 10 ədəd “Tutku” markalı şirniyat və hər birinin dəyəri 1 manat təşkil edən 5 manat dəyərində 5 ədəd “Albeni” markalı şirniyyatın oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir (cild 1,iş vərəqə 254-256). Zərərçəkmiş şəxs3 məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı ona ünvalanan sualları cavablandırarkən bildirmişdir ki, oğurluq edən şəxslər iki nəfər olmuşdur. Fariz ona oğurluq edən şəxslərin ona müqavimət göstərdiklərini demişdir. Hadisə zamanı bıçaq olduğunu eşitməmişdir. İbtidai istintaq dövründə ona qarşı təzyiq olunmamışdır. Cinayət işi materiallarındakı imzalar ona məxsus olsa da ibtidai istintaq dövründə şahid qismində dindirilmə protokolları tərəfindən oxunulmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, o, içkili vəziyyətdə yolda yatmışdır. Ayılan zaman mobil telefonunun yanında olmadığını görmüşdür. Polis əməkdaşları sonradan mobil telefonunu ona geri qaytarmışlar. Mobil telefonunun itməsilə bağlı polis əməkdaşlarına müraciət etməmişdir. Təqsirləndirilən şəxsləri Polis Bölməsində görmüşdür. Hadisə yay fəslində baş vermiş və ona qarşı xəsarət yetirilməmişdir.Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 ifadəsi ilə bağlı Təqsirləndirilən şəxs3 göstərmişdir ki, hadisə Zərərçəkmiş şəxs5 yatdığı vəziyyətdə olmamışdır. Nizam ayaq üstə olarkən o, mobil telefonu kiminləsə danışmaq adı ilə alıb hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs5 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, mərkəz adlanan yerdə yerləşən “Bağda” restoranında yemək yeyib spirtli içki qəbul etmişdir. Daha sonra oradan çıxıb 66 nömrəli körpələr evinin qarşısında piyada hərəkət edən zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşmış, onun əlil, içkili və əlavə olaraq əsalı olmağından istifadə edərək bir kənara çəkmişlər və ona üzərində nəyi var, nəyi yoxdusa verməyi ilə bağlı hədə-qorxu gəlmişlər. O, əvvəlcə həmin şəxslərə etiraz etsə də onun yaxasından tutaraq silkələməyə başlamışlar və cibindən 16 manat pul, bir ədəd “Kapital bank”dan 10 manata aldığı “birkart” bank kartını və 300 manat dəyərində olan bir ədəd “Samsung Galaxy A02S” markalı mobil telefonunu çıxarıb oradan uzaqlaşıb qaçmışlar. O da bu barədə Polis Şöbəsinə yaxınlaşıb məlumat vermişdir (cild 1, iş vərəqə 27-28). Zərərçəkmiş şəxs5 məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı ona ünvalanan sualları cavablandırarkən bildirmişdir ki, hadisə günü içkili olduğuna görə baş verən halları xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Binə ərazisində Zərərçəkmiş şəxs3lə birlikdə şərik kimi market işlətmişlər. Hadisə günü market bağlı olmuş, o da marketdə yatmışdır. Marketdən səs gəldiyini eşitdikdə marketin içində iki nəfər maskalı şəxsin olduğunu görmüşdür. Oğurluq edən şəxslərdən biri onunla üzbəüz gələn zaman onun üzərinə bıçaq çıxartmışdır. O, geriyə çəkilən zaman hər iki şəxs oradan qaçmağa başlamışlar. O, oğurluq edən şəxsin əlində bıçaq olmasını canlı görmüşdür. Əlində bıçaq olan şəxs qapıdan qaçmışdır. Həmin bıçaq mətbəx bıçağına oxşamışdır. Oğurluq edən şəxslərin boyu təqsirləndirilən şəxslər Rəvan və Kənanın boyu qədər olmuşdur. Ona qarşı vurulan zərər ödənilməsə də təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslərin yaşlı bir şəxsi vurduqlarını Polis Bölməsində eşitmişdir. Polis Bölməsində müstəntiq ondan hadisənin necə baş verdiyini soruşduqda o, Təqsirləndirilən şəxs2 ilə birlikdə digər təqsirləndirilən şəxslərdən arxada olduğu üçün hadisənin şahidi olmadığını bildirmişdir. Həmin zaman Elmir də onlarla birlikdə arxada gəlmişdir. Qarşıda Rəvanın yanında Faiq adlı tanışı da getmişdir. Faiq arxaya doğru qaçaraq onlara Təqsirləndirilən şəxs1 kimisə vurduğunu demişdir. Rəvanın zərərçəkmiş şəxsi nə ilə vurmasını bilmir. O, sonradan həmin yerdən qaçmışdır. Qaçmasının səbəbi baş vermiş hadisənin onun üzərində qalmasını istəməməsi ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində dostu Faiqlə görüşmək məqsədilə Binə qəsəbəsi,Südçülük Sovxozunda yerləşən kafeyə gəlmişdir. Kafedə Faiqin yanında tanımadığı şəxslərin olduğunu görmüş və Faiq həmin şəxslərin Kənan və Rəvan olduğunu bildirmişdir. Bundan sonra Rəvan və Kənan adlı şəxlər gecə oğurluq edəcəkləri barədə müzakirə aparmışlar. Sonra sağollaşıb evə gedib həmin gün gecə onlarla birlikdə kafenin arxa küçəsində yerləşən “Yolüstü” marketdən oğurluq etmək məqsədilə Kənan və Rəvan qardaşları dükana girərkən onlar da küçənin baş tərəfində gəlib-gedənin olması təqdirdə onları xəbərdar etməklə vəzifələndirilmişlər. Sonra Rəvan və Kənan qardaşları dükana girmişlər. Bu zaman o, dostu Faiqlə o biri uşaqlardan arxada evinə doğru hərəkət etmişdir. Qısa müddət sonra qışqırıq səsləri gəlmiş və hadisə yerindən qaçaraq uzaqlaşdığını bildirmişdir (cild 2,iş vərəqə 151-152). Şahid3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, oğurluq hadisəsi dedikdə ancaq hansısa dükandan nəyisə oğurlamaq kimi başa düşür. Rəvan və Faiqin niyyətindən xəbəri olmamışdır. Rəvan və Faiq 2-3 kilometr onlardan qabaqda olmuşlar. O, 3 gün Polis Bölməsində olmuşdur. Təqsirləndirilən şəxs3ı tanımır. Təqsirləndirilən şəxs2 də Rəvanın qarşıda hadisə törətməsini onunla birlikdə bilmişdir. Şahid3 məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı ona ünvalanan sualları cavablandırarkən bildirdi ki, ibtidai istintaq dövründə qeyd edilən məzmunda ifadə verməmiş, şahid qismində dindirilmə protokollarını oxumamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Rəvanın və Kənanın Binə qəsəbəsində yerləşən “Yolüstü” marketdən həmin gün oğurluq edəcəklərini bilmişdir. O, sadəcə olaraq kənarda dayanmışdır. O, ifadə verməyə atası ilə getmişdir. İbtidai istintaq dövründəki ifadəsini oxumamışdır. Atası da oxumağı bacarmır. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, oğurluq zamanı onun heç bir vəzifəsi olmamışdır. O, küçədə səs-küy eşitsə də hadisənin baş verməsini görməmişdir. Dükandan siqaret və digər məhsullar oğurlanacaqdı. Hadisə zamanı onun bıçağı olmamışdır. Digər təqsirləndirilən şəxslərdə silah olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ona mobil telefon gətirərək öz telefonu olduğunu və mobil telefonu satmaq istədiyini bildirmişdir. Səhv etmirsə mobil telefonu 50 manata almışdır. Digər təqsirləndirilən şəxsləri mobil telefon alarkən Laçının yanında görməmişdir. Rəvanı bir-iki dəfə Laçının yanında görmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən günorta saatlarında Laçın ona zəng edərək əlində özünə məxsus mobil telefon olduğunu və 50 manata satmaq istədiyini bildirmiş, o da almaq istədiyini demişdir. O, həmin vaxt maşınyuma məntəqəsində olmuşdur. Laçın yanına gələndə yanında bir nəfər şəxsin də olduğunu görmüş və həmin şəxsin adı Rəvan olmuşdur. O, telefona baxan zaman həmin mobil telefonun “Samsung A02S” markalı mobil telefon olduğunu görmüş və bəyənmişdir. Daha sonra Laçına 50 manat pul verib telefonu Laçından almışdır. Səhəri gün isə Polis Şöbəsinə çağırılan zaman ona məlum olmuşdur ki, həmin mobil telefon Laçın tərəfindən cinayət yolu ilə əldə olunmuşdur (cild 1, iş vərəqə 155-156). Şahid4 məhkəmədə elan edilmiş ifadəsi ilə bağlı ona ünvalanan sualları cavablandırarkən bildirdi ki, Rəvanı mobil telefon alarkən Laçının yanında görməmişdir. Cinayət işi materiallarında olan imzalar ona məxsusdur. Müvəqqəti saxlama yerində Laçını da Rəvanın yanında gördüyü üçün ibtidai istintaq dövründə mobil telefon alınarkən Rəvanın da Laçının yanında olduğunu qeyd etmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyii ifadələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində dostları İmamqulu, Elmin, Kənan və Rəvanla birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda kafedə görüşmüşlər. Bu zaman Kənan və Rəvan qardaşları onlara bildirmişdir ki arxa küçədə yerləşən “Yolüstü” marketdən oğurluq etmək lazımdır. Hamı onların təklifi ilə razılaşmış, gecə həmin dükan tərəfdə görüşərək dükana kimin girəcəyi ilə bağlı müzakirə etmişlər. Kənan və Rəvan qardaşları dükana girərkən onlar da küçənin baş tərəfində gəlib-gedənin olması təqdirdə onları xəbərdar etməklə vəzifələndirilmişlər. Sonra Rəvan və Kənan qardaşları dükana girmişlər. Qısa müddət sonra Rəvan əlində balaca sellofanla onların yanına gəlmiş və Kənanı mühafizəçinin tutub saxlaması barədə məlumat vermişdir. X24 səslədiyi üçün Rəvan Kənana kömək etmək məqsədilə Kənanın yanına qayıtmış, o, İmamqulu və Elmin hadisə yerindən qaçmışlar (cild 2, iş vərəqə 141-142). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədlərini də sübut növləri kimi qəbul edir. 06 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə iki nəfər tanımadığı şəxsin onu hədələyərək “Samsung” markalı mobil telefonunu və 16 manat pulunu götürərək qaçdığını bildirmişdir (cild 1,iş vərəqə 4). 06 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki,hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 66 saylı körpələr evinin qarşısıdır. Baxış zamanı Zərərçəkmiş şəxs5 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin yerdə iki nəfər şəxs əlil və içkili olmasından istifadə edərək ona yaxınlaşıb 01 ədəd mobil telefonunu, 16 manat pulunu və bank kartını əlindən almışlar (cild 1,iş vərəqə 6-7). 06 oktyabr 2023-cü il tarixli əşyanı könüllü təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs5 məxsus “Samsung A02S” markalı mobil telefonu satdığı Şahid4 həmin mobil telefonu könüllü olaraq ibtidai istintaq orqanına təqdim etmişdir (cild 1,iş vərəqə 18). 06 oktyabr 2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ona təqdim edilmiş fotoşəkillər arasında birinci sırada olan Təqsirləndirilən şəxs1 fotoşəkilini göstərib ona qarşı cinayət əməlini törətmiş şəxslərdən biri olduğunu qeyd etmişdir (cild 1,iş vərəqə 30-31). 06 oktyabr 2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ona təqdim edilmiş fotoşəkillər arasında ikinci sırada olan Təqsirləndirilən şəxs3 fotoşəkilini göstərib ona qarşı cinayət əməlini törətmiş şəxslərdən biri olduğunu qeyd etmişdir (cild 1,iş vərəqə 32-33). 06 oktyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon “Samsung A 02S” markalı 3560xx/xx/996382/0 İMEİ kodlu, qara rəngli, sensor dizaynlı, daxili antenalı və foto kameralıdır. Zərərçəkmiş şəxs5 təqdim edilmiş “Samsung A 02S” markalı mobil telefonun ona məxsus soyğunçuluq yolu ilə əlindən alınmış telefon olduğunu bildirmişdir (cild 1,iş vərəqə 34-38). 06 oktyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və həmin istintaq hərəkətin videogörüntülərini özündə əks etdirən CD diskdən görünür ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş içərisində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilən soyğunçuluq faktını özündə əks etdirən videogörüntü olan diskə baxış zamanı iki nəfər şəxsin piyada və çəliklə hərəkət edən orta yaşlı bir kişiyə yaxınlaşdığı, onlardan birinin həmin kişinin əlindən mobil telefonu alıb hadisə yerindən uzaqlaşdığı, digərinin isə bir qədər həmin şəxslə söhbət etdikdən sonra birlikdə piyada hərəkət edib gözdən itdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 videogörüntüdə əks olunan orta yaşlı kişidən mobil telefonu alan şəxsin özünün olduğunu, Təqsirləndirilən şəxs1 isə həmin orta yaşlı kişinin yanında olan və onunla söhbət edən şəxsin özü olduğunu bildirmişdir (cild 1,iş vərəqə 54). 05 iyun 2023-cü il tarixli 1427 nömrəli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək iki nəfər şəxsin mağazadan oğurluq etməsi barədə məlumat vermişdir (cild 1,iş vərəqə 190). 05 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 03:10 radələrində əvvəllər tanımadığı iki nəfər şəxsin Binə qəsəbəsində yerləşən “Spar Xəyalə” adlı icarəyə işlətdiyi marketdən müxtəlif çeşidli tütün məlumatları oğurlanmasını aşkar etdiyini bildirmişdir (cild 1,iş vərəqə 191). 05 iyun 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 yerləşən “Spar Xəyalə” adlı marketdir. Baxış zamanı marketin plastik qapısının küt alətlə açıldığı,marketin girişinin sağ tərəfində yerləşən kassanın yanındakı tütün məmulatları olan rəfin dağıldığı aşkar edilmişdir. Marketdə quraşdırılmış kamera görüntülərində iki nəfər naməlum şəxsin marketə daxil olduğu müəyyən edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 196-199). 12 iyun 2023-cü il tarixli 1508 nömrəli raportdan görünür ki, Məmmədov X8 İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək oğurluğa cəhd edən şəxsin bıçaqla qollarına xəsarət yetirməsi barədə məlumat vermişdir (cild 1,iş vərəqə 213). 12 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 03:20 radələrində naməlum şəxs tərəfindən ona məxsus ərzaq mağazasından 7 manat nağd pulun və 6 manat dəyərində siqaretin oğurlandığını bildirmişdir (cild 1,iş vərəqə 215). 12 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 yerləşən “Yolüstü” marketdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 231-236). 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində olan qara rəngli, tiyəsi 7 sm, tutacağı 10 sm olan bıçağı könüllü təqdim edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 Əbuzər oğluna qarşı istifadə etdiyi bıçaq olduğunu bildirmişdir (cild 1, iş vərəqə 239). 03 iyul 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 Əbuzər oğlunun bədənində aşkar edilmiş xəsarətlər- sol əlin, sağ saidin səthi kəsilmiş yaraları kəsici təsirə malik alət(ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun X25 X23 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 2, iş vərəqə 232-234). Zərərçəkmiş şəxs4 Abuzər oğlu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini təqsirləndirilən şəxslərin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 3, iş vərəqə 1-3, 87-89,90-92). Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 3, iş vərəqə 4-7). 08 avqust 2023-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir (cild 3, iş vərəqə 8- 10). 15 dekabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və həmin istintaq hərəkətin videogörüntülərini özündə əks etdirən CD diskdən görünür ki, “Yolüstü” marketin qarşısında bir nəfər yaşlı şəxsin əlində bıçaq olan bir nəfəri qolundan tutub saxladığı, digərinin isə yaşlı adama söz və hərəkətləri ilə təsir edərək tutduğu adamı buraxmasını tələb etdiyi, həmçinin digər görüntülərdə isə iki nəfər şəxsin “Spar Xəyalə” marketə daxil olması və çıxarkən bir nəfər şəxslə qarşılaşması və onlardan birinin həmin şəxsə bıçaq nümayiş etdirərək oradan uzaqlaşması müəyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 “Yolüstü” marketin qarşısında mühafizəçinin onu qolundan tutub saxladığını və Kənanın da ona mühafizəçidən qurtulmaq üçün yardım etdiyini bildirmiş, bu faktı Təqsirləndirilən şəxs2 də təsdiq etmişdir. Lakin digər görüntülərə baxarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Spar Xəyalə” marketə daxil olan iki nəfər şəxslərin özləri olmadığını bildirmişlər (cild 3, iş vərəqə 97). 14 fevral 2024-cü il tarixli 3464 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 göstərilən xəstəxanada müalicədə olmamışdır ( cild 3, iş vərəqə 200). 26 dekabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı “Samsung” markalı “Galaxy A02S” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 110 manat müəyyən olunur ( cild 3, iş vərəqə 201-203). 15 yanvar 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət törədilən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs1 əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmir. Tez özündən çıxmaq, hövsələsizlik, eqosentrizm və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərərkət etməyə meylilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs1 hazırda ifadə vermə qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunmalı əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 qeyd edilən hadisə zamanı onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır ( cild 3, iş vərəqə 206- 210). 12 yanvar 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır.Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları norma daxilindədir. Qeyd olunan cinayət törədən anda əqli imkanlarında dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir.Təqsirləndirilən şəxs2 əqli inkişafı normaya uyğundur, eqosentrizm, kobudluq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meylilik əlamətləri aşkar olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə baş vermiş situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafına görə baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətin malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır ( cild 3, iş vərəqə 211-215). 20 noyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs5 tərəfindən ibtidai istintaq orqanına ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 163). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 fevral 2024-cü il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Lerik Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay sınaq müddəti ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Lerik rayon İcra və Probasiya Şöbəsinin 17 sentyabr 2021-ci il tarixli arayışında Təqsirləndirilən şəxs3 Lerik Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay sınaq müddəti cəzasını 10 sentyabr 2021-ci il tarixdə tam çəkib qurtardığı və Lerik rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarıldığı göstərilmişdir. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona irəli sürülmüş ittihamdan həmin Məcəllənin 221.2.1-ci maddəsi xaric edilmiş, onun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 221.1-ci maddəyə tövsif edilmiş və Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir (cild 3, iş vərəqə 216-218, 220-236, 239-248). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 243). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 244). 21 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs X7 məxsus 01 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefon maddi sübut qismində tanınmış və məhkəmə prosesinin sonuna qədər saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Bundan başqa 01 ədəd bıçaq maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 4, iş vərəqə 5-30). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgə əmlakını açıq talama, yəni soyğunçuluq əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərə tutulmuşdur. Özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurluq əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 181.2.1-ci, təkrar törədilməsinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 181.2.2-ci, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı Qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları:cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Həmin Plenum qərarının 10-cu bənində əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Plenum qərarının 15-ci bəndində göstərilir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 məxsus 136 manat məbləğində pulun soyğunçuluq cinayəti nəticəsində talanması ilə əlaqədar Təqsirləndirilən şəxs3 ilə əlbir olmaması, “Spar Xəyalə” marketində nə qardaşı Təqsirləndirilən şəxs2, nə özünün quldurluq etməməsi, “Yolüstü” marketdən etdiyi oğurluq hadisəsindən qardaşının məlumatının olmaması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, o cümlədən işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, hər ikisi hadisə günü onlarla eyni kafedə əyləşən kişinin hesabı verib çıxdıqdan sonra Rəvan və Laçın da həmin kafeni tərk etmiş, kişiyə yaxınlaşıb bir qədər söhbət etdikdən sonra Laçın həmin şəxsdən guya danışmaq adı ilə telefonunu istəmişdir. Həmin kişi də “Samsung” markalı mobil telefonunu Laçına vermək istəməmiş, lakin Laçın telefonu zorla onun əlindən dartıb alaraq hadisə yerindən uzaqlaşmış, Laçının zənginə əsasən Rəvan da onunla getmiş, Laçın tanışı Röyala zəng edərək əlində özünə məxsus mobil telefon olduğunu və 50 manata satmaq istədiyini demişdir. Röyal isə almaq istədiyini demişdir. Röyal Sovxozda olan maşınyuma məntəqəsində olmuşdur. Laçınla o, Röyalın yanına getmişlər. Telefona baxan Röyal telefonu bəyənmiş və Laçına 50 manat pul verib telefonu Laçından almışdır. Daha sonra həmin pulu Binədə “Yaşıl aptek”in yaxınlığında yerləşən kafelərin birində əyləşib yeyib içməyə xərcləmişlər. Cinayət işi materiallarına əlavə edilmiş cari cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən CD diskə ibtidai istintaq dövründə baxış keçirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin şəxslərin özləri olduqlarını etiraf etmişlər. Məhkəmə tərəfindən həmin diskdə əks olunan videogörütülərlə müqayisəli şəkildə təqsirləndirilən şəxslərin ifadələri yoxlanılaraq düzgün olması müəyyən edilmişdir. Məhkəmə həm Təqsirləndirilən şəxs3, həm də X15 Bəşirova məxsus əmlakın talanması ilə əlaqədar əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq kimi qiymətləndirilməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşır. Belə ki, niyyət Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində cinayət tərkibinin zəruri elementi kimi birbaşa göstərilməsə də subyektiv cəhəti, yəni törədilən əmələ şəxsin münasibətinin qəsd və ya ehtiyatsızlıq formasında təzahür etməsini formalaşdıran amil qismində çıxış edir. Şəxsin qəsdinin nəyə yönəlməsini də məhz niyyət formalaşdırır. Niyyətin müəyyən edilməsi üçün isə cinayət hadisəsindən əvvəl və sonra təqsirləndirilən şəxslərin davranışları ətraflı iş üzrə mövcud sübutlarla təhlil edilərək araşdırılır. Təqsirləndirilən şəxslərin hər ikisinin Zərərçəkmiş şəxs5 məxsus əmlakın talanması anında hadisə yerində olması iştirak etməsi, zərərçəkmiş şəxsin alkoqol sərxoşluq vəziyyətini və çəlikli olmasını dərk etmələri, Təqsirləndirilən şəxs3 zorla təqsirləndirilən şəxsin əlindən telefonu alması, Təqsirləndirilən şəxs1 həmin halı müşahidə etsə də qarşısını almaması və ya aradan qaldırılması istiqamətində hər hansı hərəkət etməməsi, habelə Təqsirləndirilən şəxs3 hadisə yerindən uzaqlaşdıqdan sonra onun zərərçəkmiş şəxsi tutub saxlaması, talanmış telefonun satılması nəticəsində əldə edilmiş pul vəsaitinin təqsirləndirilən şəxslərin hər ikisi tərəfindən kafedə xərclənməsi hazırki işin mübahisəsiz hallarını təşkil etməklə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlində soyğunçuluq cinayət tərkibin bütün elementlərinin olması və təqsirləndirilən şəxslərin həmin əməli qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsinə dəlalət edir. Zərərçəkmiş şəxs4 silah tətbiq edilməsi ilə Zərərçəkmiş şəxs1 məxsus 22 manat pul dəyərində əmlakının talanması ilə əlaqədar Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 hadisə yerində olmaması barədə məhkəmə iclasında verdiyi ifadələr də həm hadisə yerinin videogörüntülərini özündə əks etdirən CD disk məlumatları, həm həmin diskə baxış protokolu, həm Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyə qədər dövrdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, şahidlər Şahid3, Şahid1, Şahid2 ifadələri ilə təkzib edilir. Belə ki, əvvəla iş materiallarına əlavə edilmiş yuxarıda adı sadalanan şahidlərin dindirilmə protokolundan görünür ki, hadisə yerində Şahid3, Şahid1, Şahid2 da olmuş, onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir gün əvvəldən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında “Yolüstü” marketdən oğurluq hadisəsini törətməyi planlamış, Rufullazadə qardaşlarının vəzifəsi mağazaya girib oğurluq etmək, adı çəkilən şahidlərin hər birinin qeyd olunan əməllə əlaqədar vəzifəsi isə ətrafı yoxlamaqdan, gələn şəxslər barədə qardaşları məlumatlandırmaqdan ibarət olmuşdur. Digər tərəfdən həm yuxarıda göstərilən şahidlər, həm də Təqsirləndirilən şəxs2 istintaq dövründə verdiyi ifadələrdə niyyətlərinin oğurluq etmək olduğunu qeyd etsə də, “Sübutların qiymətləndirilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərarla da Şahid3, Şahid1, Şahid2 barəsində talanmış əmlakın dəyərinin 100 manatdan aşağı olması əsası ilə Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə xitam verilmiş, Təqsirləndirilən şəxs2 isə əməli quldurluq kimi qymətləndirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlinin quldurluq kimi qiymətləndirilməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası 35.1-ci maddəsinə əsasən icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur. Toplanmış sübutların təhlili nəticəsində müəyyən edilmişdir ki, hadisə yerinə oğurluq məqsədilə gedən təqsirləndirilən şəxslərdən sonradan biri - Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxaraq silah qismində istifadə edilən əşyanı tətbiq etməklə Zərərçəkmiş şəxs4 həyatı və sağlamlığı üçün təhlükəli zorakılığın tətbiq edilməsi hədəsi ilə müşayiət olunan əməllərə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 mağazadan taladığı əmlakı apararkən ona müqavimət göstərən Zərərçəkmiş şəxs4 həyat və sağlamlığı üçün təhlükə törətməklə hücum etmiş, hadisə yerində olan və hazırki iş üzrə şahid qismində çıxış edən şəxslər oradan qaçmış, onun səsinə gələn qardaşı Təqsirləndirilən şəxs2 isə Rəvanı tərk silah etməyə çalışmamış, əksinə Rəvana öz əməllərini davam etdirməyə kömək etmişdir. Məhkəmə iclasında elan edilən CD diskə baxış protokolunda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin şəxslərin özləri olduqlarını etiraf etməsi öz əksini tapmış, məhkəmə iclasında müvafiq sübutların mötəbərliliyi mübahisələndirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, quldurluq cinayəti formal tərkibli cinayət olduğundan artıq həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədildiyi andan bitmiş hesab edilir. Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsin müqavimətin qırılması bu nöqteyi nəzərdən Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən hazırkı maddə üzrə araşdırılan cinayət üzrə müəyyən edilməli olan hal olmamaqla cinayət əməlinin başa çatıb-çatmamasının qiymətləndirilməsi meyarı qismində çıxış edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə nümayiş etdirdiyi silahın bıçaq olmasını, hadisə yerində tək olmamasını, Zərərçəkmiş şəxs4 barəsində verilmiş məhkəmə-tibbi ekspertizası rəyini, o cümlədən cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-ballistik, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərini, şahid ifadələrini iş üzrə toplanmış bütün sübutlarla məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki epizod üzrə əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs2 silah qismində bıçaq tətbiq edilməsi hədəsi ilə Zərərçəkmiş şəxs3 məxsus 300 manat pul məbləğində əmlakının talanması ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Spar Xəyalə” marketə girib oğurluq etmələri barədə etiraf edici ifadələrini Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində olarkən polis əməkdaşlarının ona və qardaşına göstərdiyi təzyiq nəticəsində verilməsini qeyd etsələr də, məhkəmə iclasında həmin təzyiqin hansı formada ifadə olunmasına dair hər hansı dəlil təqdim edə bilməmişlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 dindirilməsi qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə aparılmış, qeyd edilən şəxslər tərəfindən də müvafiq protokollarda təqsirləndirilən şəxslərin təzyiqə məruz qalması ilə əlaqədar hər hansı qeyd aparılmamışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci, 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır, Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətdir. Qeyd olunan əməllər təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Qanunla müəyyən edilmiş qaydada, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci, 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələrinin, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs3 himayəsində 11 iyul 2013-cü il və 02 sentyabr 2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət əməlini törətməsi nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü, arvadı X10 vəfat etməsi səbəbindən həm də ailənin yeganə qazanc mənbəyi olmasını Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci, Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın qismən ödənilməsi, həm sonuncu, həm digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini, cinayət törədərkən yetkinlik yaşına çatmaması kimi barəsində cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri, ictimai təlükəliliyi, cinayətin törədilməsində iştirak dərəcəsinin əhəmiyyəti və xarakterini nəzərə alaraq, cəzanın məqsədlərinə nail olmaq nöqteyi nəzərindən hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü, 85.5-ci və 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş sanksiyasının həddində, 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş sanksiyasının həddindən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini, cinayət törədərkən yetkinlik yaşına çatmaması kimi barəsində cəzasını yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri, ictimai təlükəliliyi, cinayətin törədilməsində iştirak dərəcəsinin əhəmiyyəti və xarakterini nəzərə alaraq, cəzanın məqsədlərinə nail olmaq nöqteyi nəzərindən hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı və 85.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş sanksiyasının həddindən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs5 cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, sonuncu ilə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşağının olması, arvadı X10 vəfat etməsi səbəbindən həm də ailənin yeganə qazanc mənbəyi olması kimi barəsində cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri, ictimai təlükəliliyi, cinayətin törədilməsində iştirak dərəcəsinin əhəmiyyəti və xarakteri nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməli, haqqında həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 “Yolüstü” market və “Spar Xəyalə” marketlərində baş vermiş talama cinayətləri ilə əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə 13 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 2, iş vərəqə 36), ibtidai istintaq orqanının 14 iyun 2023-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, sonradan isə həmin tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 201-202, 209-210). Bundan başqa Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 münasibətdə soyğunçuluq əməlinin törədilməsi ilə əlaqədar 06 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 84-85), Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2023-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 06 oktyabr 2023cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 139-143). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 13 iyun 2023-cü il tarixdən 14 iyun 2023cü il tarixədək tutulduğu 1 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 13 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 2, iş vərəqə 62), ibtidai istintaq orqanının 14 iyun 2023-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, sonradan isə həmin tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 199-200, 205-206). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 13 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək tutulduğu 1 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırki hökmlə barəsində həbs qətimkan tədbiri seçildiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 06 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 65-66), Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 oktyabr 2023-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 06 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 146-150). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilməli, 01 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefonun zərərçəkmiş şəxs X7 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat, Təqsirləndirilən şəxs2 32 (otuz iki) manat, Təqsirləndirilən şəxs3 25 (iyirmi beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 9, 202). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadıqları üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən, məhkəmə zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqularının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqları isə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 ibtidai istintaq mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 72 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına ödənilməsi üçün 432 (dörd yüz otuz iki) manat məbləğində, Təqsirləndirilən şəxs1 məhkəmə mərhələsində göstərilmiş 72 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına ödənilməsi üçün 432 (dörd yüz otuz iki) manat məbləğində, Təqsirləndirilən şəxs3 ibtidai istintaq mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 78 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına ödənilməsi üçün 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci, 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 85.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 7 (yeddi) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 6(altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.2-ci və 181.2.5-ci maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin; -01 ədəd “Samsung Galaxy A02S” markalı mobil telefonun zərərçəkmiş şəxs X7 təhvil verilməsi nəzərə alınsın. 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci bölünərək Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat, Təqsirləndirilən şəxs2 32 (otuz iki) manat, Təqsirləndirilən şəxs3 25 (iyirmi beş) manat məbləğində tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına X11 üçün 120 (bir yüz iyirmi) manat məbləğində və X12 üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 78 (yetmiş səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4 üçün 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-228/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-228/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver