Məhkəmə qərarları › İş №1(101)-2282/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2282/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2282/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X6 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Cəbrayıl rayonu, Şəybəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Şəybəy kəndində qeydiyyatda olan, barəsində həbs qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,121 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,877 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin əldə edib üzərində gəzdirməklə daşıyaraq saxlamış, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 11 may 2024-cü il tarixdə saat 15:00 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 15 saylı binanın qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 16:32 dəqiqədən 16:40 dəqiqəyədək olan vaxt ərzində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının bel hissəsinin iç tərəfində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 6,121 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,877 qram kustar üsulla hazırlanmış ağ rəngli kristalliklərdən ibarət həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 18:45 dəqiqədə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman otaqda olan divanın üzərində özünə məxsus olan gödəkçənin cibindən üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Narkotik vasitədən öz istifadəsi üçün İranlı bir şəxsdən almışdır. Üzərinə axtarış və baxış keçirilən zaman müdafiəçi də orada iştirak etmişdir. Polis əməkdaşları tərəfindən ona qartşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsi bina 15, mənzil 108-də yaşlı anası X5 ilə birlikdə yaşayır. Əvvəllər heç bir ağır xəstəliklər keçirməmiş, başından heç vaxt ağır xəsarət almamışdır. Təxminən 10 il olar ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, əvvəllər narkotik vasitənin “nəşə” adlanan qurudulmuş marixuana növündən istifadə etsə də bir-iki il olar ki, narkotik vasitə kakos adlanan heroin və patı adlanan metamfetamindən istifadə edir. Belə ki, narkotik vasitələri yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. Narkotik vasitləri İran İslam Respublikasından olan tanımadığı şəxslərdən “zakladka” yolu ilə əldə edir. Belə ki, sosial şəbəklərdə tanış olduğu İran vətəndaşının ona göndərdiyi kart hesablarına pul göndərirmiş. Bundan sonra iranlı ona narkotik vasitənin gizlədildiyi yeri izah etmiş və mən həmin yerə gedərək oradan narkotik vasitəni götürürmüş. 11 may 2024-cü il tarixdə iranlı ilə danışaraq narkotik vasitə istəmişdir. İranlı olan şəxs ona 6 qram çəkidə heroin, 3 qram isə şüşə adlanan metamfetamin göndərəcəyini, bunun qarşılığında isə onun kart hesabına 380 manat pul göndərməyini bildirmişdir. Onunla razılaşmışdır. Bundan sonra iranlı olan şəxs kart hesabının nömrələrini ona demişdir. Həmin hesaba 380 manat pul göndərmişdir. Az sonra iranlı onunla əlaqə saxlayaraq Sabunçu rayonu Şuşa Ramana qəsəbəsi ərazisində yol kənarında yol nişanının alt hissəsində daşın altında həmin narkotik vasitələri gizlətdiyini və oraya gedərək həmin yerdən götürməyini bildirmişdir. Bundan sonra tanımadığı taksi avtomobili ilə həmin yerə getmişdir. İranlı lilə mobil telefonla danışarkən həmin yeri izah etmiş və həmin yol nişanını tapmışdır. Oradan bir ədəd sellofan bağlamada olan iki ədəd bükümdəki narkotik vasitə heroin və metamfetamini görüb götürmüşdür. Bundan sonra həmin narkotik vasitələr olan bükümləri əynində olan şalvarının bel hissəsində iç tərəfdən qoyaraq orada gizlətmişdir. Daha sonra yaşadığı ünvana geri qayıtmışdır. Yaşadığı Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsi 15 saylı binanın qarşısında olan zaman saat 15:00 radələrində mülki geyimdə olan iki nəfər şəxslər yaxmlaşraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyatçıları olduqlarını bildirərək üzərində narkotik vasitə gəzidirməyi və narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumat aldıqlarını və buna görə də onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişlər. Polislərə etiraz etməyərək üzərində iki ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə mindirərək Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, Bakı şəhər 9 saylı vəkil bürosundan Aydın Hüseynov müdafiəçisi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra müvafiq sənədləşmə işləri aparıldıqdan sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O da buna etiraz etməmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman özü əynində olan şalvarının bel hissəsində içəri tərəfdə gizlətdiyi bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra həmin bükümlər ayrı-ayrılıqda təhqiqatçı tərəfindən iki ədəd kağız zərfdə qablaşdırlaraq götürülmüşdür. Sorğu zamanı həmin bükümləri iran vətəndaşından 380 manat pul müqabilində əldə etdiyini və həmin bükümləri iranlının Şuşa Ramana qəsəbəsi ərazisində gizlətdiyini və həmin yerə gedərək oradan götürdüyünü bildirmişdir. Bundan sonra sorğu zamanı yaşadığı evdə narkotik vasitələri ölçmək üçün istifadə etdiyi bir ədəd elektron tərəzinin də olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi başa çatmışdır. Daha sonra polis əməkdaşları və müdafiəçi Aydın Hüseynovla birikdə yaşadığı ünvana getmişdir. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra mənzildə ona məxsus otaqda olan divanın üzərindəki gödəkçənin cibindən bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə 32- ci polis bölməsinə geri qayıtmışlar. Üzərində şəxsi axtarış keçirilməsi haqqında və yaşadığım mənzilə baxış keçirilməsi haqqında protokollar tərtib edilərək ucadan oxunmuş. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Üzərindən aşkar olunan narkotik vasitələri iranlı olan şəxsin kart hesabına 380 manat pul göndərdikdən sonra o, Sabunçu rayonu ərazisində gizlətmişdir. O da həmin yerə gedərək oradan götürmüşdür. İranlı olan şəxsin kim olması barədə məlumatı yoxdur. Həmin şəxslə sosial şəbəkədə narkotik vasitə satışı səhifəsində tanış olmuşdur. Daha sonra həmin şəxsdən nömrəsini əldə edərək onunla danışmışdır. Həmin şəxsin mobil nömrəsi Azərbaycan Respublikası mobil operatoruna məxsus nömrə olmuşdur. Lakin özü iranlı ləhçəsi ilə danışırmış. Həmin şəxsin mobil nömrəsi nar kart nömrəsi olmuşdur. Lakin nömrəni dəqiq xatırlamır. Həmçinin bank hesab nömrəsi də Kapital banka aid hesab nömrəsi olsa da hesab nömrəsini dəqiq xatırlamır. İstər saxlanılan zaman istərsə də polis Bölməsində olduğu müddətdə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki və ya psixi təsirlər olmamışdır. Həmin narkotik vasitəni hansı şəraitdə və kimin tərəfindən Ramana qəsəbəsi Şuşa şəhərciyində gizlədilməsindən məlumatı yoxdur. Həmin narkotik vasitələrin kimin tərəfindən və hansı şəraitdə gətirilməsindən məlumatı olmamışdır. Qeyd etdiyim kimi iranlı həmin narkotik vasitəni gizlətdiyi yeri izah etmişdir. Bundan sonra o da həmin yerə gedərək oradan narkotik vasitəni götürmüşdür. Elektron tərəzini narkotik vasitələri çəkib çəkisini dəqiq müəyyən etmək üçün istifadə edirmiş. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını, lakin ondan narkotik vasitə istəyən tanışlarına pulsuz olaraq narkotik vasitəni pay kimi vermiş və buna görə də onlardan hər hansı məbləğdə pul almamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 11 may 2024-cü il tarixdə şəxsin narkotik vasitənin qanunsuz devriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, şəxs həmin günü saxlanılaraq 32-ci PB-nə gətirilmişdir, üzərinə videoçəkiliş aparlmaqla baxış keçirilib və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Sonra isə evinə baxış keçirilmiş və evindən tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi bina 15, məzil 108-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 11 may 2024-cü il tarixdə Əli adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əli adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 32-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra rəhbərliyi ilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin sabiq əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi ev 15 ünvanının qarşısı əməliyat müşahidəsinə götürülmüş və həmin yerdə Təqsirləndirilən şəxs görüb saat 15:00-da əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq və üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Suraxanı RPİnin 32-ci PB- nə gətirmişlər. 32-ci Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının bel hissəsində gizlətdiyi sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmişdir. Büküm açılaraq baxış keçirilən zaman içərisində iki ədəd şəffaf sellofan bükümlərdə kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən birində narkotik vasitə heroin, digər bükümdə isə şüşə adlanan metamfetamin olmasını bildirmişdir. Həmin bükümlərə baxış keçirilən zaman bir ədəd bükümdə ağ rəngli kristalik hissəciklərdən ibarət olan psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar olan kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri İran vətəndaşının kart hesabına 380 manat pul göndərdikdən sonra Sabunçu rayonu Şuşa Ramana qəsəbəsi ərazisindən götürdüyünü və özü istifadə etmək məqsədilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Hər iki büküm ayrı-ayrılıqda kağız zərflərdə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən ona məxsus olan bir ədəd sadə Nokia markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon da təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitələri çəkisini ölçmək üçün istifadə etdiyi bir ədəd tərəzi də olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkəti başa çatmışdır. Bundan sonra polis əməkdaşları, Təqsirləndirilən şəxs və onun müdafiəçi Aydın Hüseynovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Qaraçuxur qəsəbəsi bina 15, mənzil 108 üvanına getmişlər. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, özünə məxsus olmasını bildirdiyi tərəzini təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs mənzilə daxil olaraq öz otağında olan divanın üzərindəki gödəkçəsinin cibindən bir ədəd elektron tərəzi çıxardıb narkotik vasitələri həmin tərəzi vasitəsilə çəkisini ölçdüyünü bildirmişdir. Həmin tərəzi təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bununla da baxış keçirilməsi istintaq hərəkəti başa çatmışdır. Daha sonra 32-ci PŞ-nə qayıtmışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarş keçirilməsi və yaşadığı mənzilə baxış keçirilməsi haqqında porotokollar tərtib edilərək ucadan oxunmuş, oda digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadə etməsi üçün əldə etməsi ilə yanaşı onun Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əvvəllər də Suraxanı RPİ-nin 32-ci PB-nə mütəmadi əməliyyat məlumatları daxil olsa da o saxlanılan zamanadək onun cinayət başında ifşa edilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-ci il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürülmə aparılması” haqqında protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarına bağladığı qara rəngli toqqanın alt hissəsində alt paltarına bükülü vəziyyətdə qoyduğu içərisində 02 ədəd bükümü və həmin şalvarın sağ yan cibində olan “Nokia” markalı mobil telefonu təqdim edərək, həmin maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından 380 (üç yüz səksən) manat ödəməklə sifariş edib Suraxanı rayonu, Ramana qəsəbəsi ünvanından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il “baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Mənzildə hər hansı qanunla qadağan olunmuş əşya, narkotik vasitə və ya digər predmet olub-olmadığını soruşulduqda təqsirləndirilən şəxs bir ədəd elektron tərəzi olmasını bildirir. Bundan sonra gödəkçəsinin cibindən bir ədəd elektron tərəzi çıxarılaraq təqdim edilir. Təhqiqatçı tərəzidən nə məqsədlə istifadə etdiyini soruşduqda təqsirləndirilən şəxs narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirir. Həmin elektron tərəzi qablaşdırılaraq götürülür. Evə - mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 1 ədəd “Nokia” markalı sadə mobil telefon cihazı üzərində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilir. xx.xx.2024-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitlərin satışı ilə məşğul olmasına dəlalət edən çoxsaylı mesajlar olması müəyyən edilmişdir. Baxış zamanı əldə edilmiş materiallar 01 ədəd (CD) diskə köçürülərək protokola əlavə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 6/2686 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 6,121 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 2,877 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Təqdim edilmiş 1 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümünələri ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,071 qram narkotik vasitə heroin və 2,827 qram metamfetamin saxlanmasından ötrü Suraxan RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 3895 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin), həmçinin elektron tərəzinin ona məxsus olduğunu bildirmiş, lakin narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmadığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (***-***-**-**) nömrə ilə narkotik vasitlərin satışı ilə məşğul olmaya dəlalət edən çoxsaylı mesajlar müəyyən edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş olunmuş narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmadığı barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin və psixortop maddənin miqdarının (çəkisinin) külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixortop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, təqsirləndirilən şəxsdən (evdən-mənzildən) elektron tərəzinin aşkar olunmasını, həmçinin aşkar olunmuş sms mətnlərinin məzmununu da, nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini - təqsirini (qismən) etiraf etməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixitrop maddənin növünü çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 6,071 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,827 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evə - mənzilə axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), mobil operatordan (Azerfon MMC) təqdim edilmiş (sms mətnləri və digər məlumatlar) məlumatları özündə əks etdirən 01 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) məcburi qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 6,071 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2,827 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evə - mənzilə axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), mobil operatordan (Azerfon MMC) təqdim edilmiş (sms mətnləri və digər məlumatlar) məlumatları özündə əks etdirən 01 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar